Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1-1(096)-19/2022 13.10.2022 CƏLİLABAD HƏRBİ MƏHKƏMƏSİ Cəlilabad Hərbi Məhkəməsinin hakimi Neymanov İslam Əkrəm oğlunun sədrliyi ilə, Əliyev Asif Xəlil oğlunun katibliyi ilə, dövlət ittihamçısı– Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi– Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, məhkəmənin yerləşdiyi yerdə açıq məhkəmə iclasında, N saylı hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs – N6 avqust 1997-ci il tarixdə Kürdəmir rayonu, Şahsevən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, N saylı “Komando” Əməliyyat Briqadasının N-ci taborunun döyüş-dəstək taqımının 1-ci pulemyot manqasının heyət nəfəri vəzifəsində xidmət edən, Kürdəmir rayonu, Şahsevən kəndində qeydiyyatda olan, N5 avqust N0NN-ci il tarixdə barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N0.N-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs N saylı “Komando” Əməliyyat Briqadasının N-ci taborunun döyüş-dəstək taqımının 1-ci pulemyot manqasının heyət nəfəri (sursat daşıyan) vəzifəsində, MAHHXHQ əsgər hərbi rütbəsində xidmət edərkən banklar tərəfindən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına gizir və zabit heyətindən olan hərbi qulluqçularla müqayisədə nisbətən az məbləğdə pul kreditinin verildiyini öyrəndikdən sonra daha yüksək məbləğdə pul krediti əldə etmək məqsədilə N0N1-ci ilin dekabr ayında saxta sənədi (vəsiqəni) qanunsuz hazırlayan şəxsiyyəti istintaqa məlum olmayan şəxslə əlaqəyə keçərək adına qanunsuz olaraq saxta zabit vəsiqəsi hazırlanması müqabilində bankdan götürəcəyi hər 5000 (beş min) manat məbləğində pula görə 1000 (min) manat məbləğində pul verəcəyi barədə razılaşmış, həmin şəxslə xx.xx.N0N1-ci il tarixdə "xxxx" ASC-nin Yasamal filialının yaxınlığında görüşərək ondan adına tərtib olunmuş saxta «MN» seriyalı, «00750N0» nömrəli zabit vəsiqəsini aldıqdan sonra özünə məxsus hüquq verən şəxsi vəsiqənin saxtalaşdırıldığını bilə-bilə həmin saxta sənəddən istifadə edərək xx.xx.N0N1-ci il tarixdə "xxxx" ASC-nin Yasamal filialından 1N.350 (on iki min üç yüz əlli) manat məbləğində pul krediti götürmüş və tərəflər arasındakı razılığa əsasən şəxsiyyəti istintaqa məlum olmayan şəxsə N500 (iki min beş yüz) manat məbləğində pul verməklə, «MN» seriyalı, «00750N0» nömrəli saxta zabit vəsiqəsini ona geri qaytarmışdır. Bundan başqa, o həmin vəzifədə xidmət edərkən eyni məqsədlə N0NN-ci ilin may ayında saxta sənədi (vəsiqəni) qanunsuz hazırlayan şəxsiyyəti istintaqa məlum olmayan şəxslə əlaqəyə keçərək yenidən adına qanunsuz olaraq saxta zabit vəsiqəsi hazırlanması müqabilində bankdan götürəcəyi 4000 (dörd min) manat məbləğində pula görə 700 (yeddi yüz) manat məbləğində pul verəcəyi barədə razılaşmış, həmin şəxslə xx.xx.N0NN-ci il tarixdə "xxxx" ASC-nin Şirvan filialının yaxınlığında görüşərək ondan adına tərtib olunmuş saxta MN seriyalı, ******* nömrəli zabit vəsiqəsini aldıqdan sonra özünə məxsus hüquq verən şəxsi vəsiqənin saxtalaşdırıldığını bilə-bilə həmin saxta sənəddən xx.xx.N0NN-ci il tarixdə "xxxx" ASC-nin Şirvan filialından 4000 (dörd min) manat məbləğində pul krediti götürmək üçün istifadə etmiş, lakin təqdim etdiyi zabit vəsiqəsinin saxta olması bank əməkdaşı tərəfindən aşkar olunduğundan ona pul kreditinin verilməsindən imtina edilmişdir. Məhkəmə iclasında, təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, valideyninin səhhətindəki problemlərə görə N0N1-ci ilin dekabr ayında müalicəyə ehtiyacı olduğunu və maddi imkanı aşağı olduğundan hər hansı bankdan kredit götürmək qərarına gəlmişdir. O, hərbi hissədə xidmət edən digər MAHHXHQ yoldaşlarına bankdan kredit götürmək istəyini bildirdikdə onlar MAHHXHQ-lara banklar tərəfindən kredit verilmədiyini, verilmiş olsa belə, az miqdarda kredit verildiyini bildirmişdirlər. Həmin söhbətdən məlumatlı olan xidmət yoldaşı, MAHHXHQ əsgər Şahid1 ona Bakı şəhərində kredit verə biləcək tanışı olduğunu, həmin şəxsin adının Nizami olmaqla taksi fəaliyyəti ilə məşğul olduğunu, həmçinin sonuncunun hər hansı şəxs(lər)in köməyindən istifadə edib-etmədiyini, hansı üsul və vasitə ilə düzəltdiyini bilmədən qanunsuz yolla saxta zabit vəsiqələri hazırlamasından məlumatlı olduğunu bildirmişdir. O, Şahid1 həmin şəxslə əlaqə saxlamasını və ona 15000 (on beş min) manat məbləğində kreditə pul götürmək üçün kömək etməsini bildirmişdir. Həmin vaxt Şahid1 şəxsiyyəti istintaqa məlum olmayan şəxslə mobil telefonla əlaqə saxlayaraq sonuncuya xidmət yoldaşı Təqsirləndirilən şəxs 15000 (on beş min) manat məbləğində kredit götürmək istədiyini bildirmişdir. Həmin şəxs Şahid1 heç bir problem olmadığını, Təqsirləndirilən şəxs saxta zabit vəsiqəsi hazırlayacağını və onun həmin vəsiqə ilə bankdan kredit götürə biləcəyini bildirmişdir. Həmçinin, telefon əlaqəsi zamanı Şahid1 şəxsiyyəti istintaqa məlum olmayan şəxsin sözlərini xidmət yoldaşına çatdırmaqla, onun 15000 (on beş min) manat məbləğində kredit götürəcəyi halda, həmin şəxsə 3000 (üç min) manat, yəni kredit götürəcəyi hər 5000 (beş min) manat məbləğə görə 1000 (min) manat məbləğində pul verəcəyini bildirmiş, o isə razılığını bildirmişdir. Şahid1lə şəxsiyyəti istintaqa məlum olmayan şəxs arasında telefon danışığı bitdikdən sonra Şahid1 ona bankdan kredit götürməyə müvəffəq olacağı təqdirdə, göstərdiyi köməkliyə görə “şirinlik” olaraq nəsə verməsini istəmiş və o, Şahid1 “şirinlik” olaraq 100 manat məbləğində pulu verəcəyi ilə bağlı razılığını bildirmişdir. Şahid1lə həmin şəxs arasında telefon danışığı zamanı sonuncunun istəyilə onun (Təqsirləndirilən şəxs) MAHHXHQ vəsiqəsinin bütün vərəqlərinin şəkli “Whatsapp” proqramı vasitəsilə şəxsiyyəti istintaqa məlum olmayan şəxsə göndərilmiş, üzərindən müəyyən müddət keçdikdən sonra isə (həmin gün) Şahid1 hərbi hissədə onun yanında olarkən həmin şəxs Şahid1 zəng edərək Təqsirləndirilən şəxs adına saxta zabit vəsiqəsinin hazır olduğunu, növbəti gün, yəni xx.xx.N0N1-ci il tarixdə saat 10:00-da "xxxx" ASC-nin Yasamal filialının yaxınlığındakı parkda olmasını söyləmişdir. O, xidmət etdiyi N nömrəli hərbi hissənin həmin vaxt yerləşdiyi Beyləqan rayonundan gecə saatlarında çıxaraq saat 09-10 radələrində Bakı şəhərinə çatdığını, lakin tanımadığı Nizami adlı şəxsin nömrəsini bilmədiyindən xidmət yoldaşı Şahid1lə əlaqə saxlayaraq bu barədə sonuncunu məlumatlandırdığını bildirmişdir. Sonuncu onun mobil nömrəsini saxta zabit vəsiqəsini qanunsuz hazırlayan şəxsə verəcəyini və həmin şəxsin onunla əlaqə saxlayacağını bildirmişdir. Bundan sonra o, "xxxx" ASC-nin Yasamal filialının yaxınlığındakı parka getmiş, parkda olan zaman ***-***- **-** mobil nömrəsindən istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng gəlmiş, zəngə cavab verdikdə həmin şəxs ona nömrənin Şahid1 tərəfindən verildiyini, ona kredit götürmək üçün köməklik edəcək şəxs olduğunu bildirsə də, şəxsiyyəti haqqında hər hansı məlumat verməmiş və təxminən 30 dəqiqə sonra Yasamal filialının yaxınlığındakı parkda olacağını bildirmiş, tərəflər təxminən 30 dəqiqə sonra parkda görüşmüş, görüş əsnasında da özünü təqdim etmədən ondan MAHHXHQ vəsiqəsini istəmişdir. O, həmin şəxsə MAHHXHQ vəsiqəsini verdikdən sonra sonuncu özü ilə birlikdə gətirdiyi saxta zabit vəsiqəsini ona təqdim etmiş və həmin saxta zabit vəsiqəsini banka təqdim edərək kredit götürə biləcəyini, kredit götürdükdən sonra əvvəlcədən razılaşdıqları kimi hər 5000 (beş min) manata görə 1000 (min) manat pul verdikdən MAHHXHQ vəsiqəsini geri qaytaracağını bildirmişdir. Bundan sonra, o həmin şəxs tərəfindən təqdim olunan vəsiqəni açıb içəri hissəsinə baxarkən “leytenant” hərbi rütbəsində, hərbi geyimdə şəklinin olduğunu, guya “leytenant” hərbi rütbəsi daşıması və N nömrəli hərbi hissənin N-ci tabor, 1-ci əməliyyat bölüyündə taqım komandiri vəzifəsində xidmət etməsi ilə bağlı müvafiq qeydiyyatlar aparıldığını, həmçinin vəsiqənin vərəqlərində X6 Ali Hərbi Məktəbə və N nömrəli hərbi hissəyə aid saxta möhürlərin, hərbi müəssisələrin rəhbərlərinin adından saxta imzaların icra edildiyini görmüşdür. O, saxta zabit vəsiqəsi ilə saat təxminən 10 radələrində "xxxx" ASC-nin Yasamal filialına daxil olmuş, növbə götürərək adını xatırlamadığı və öncədən tanımadığı bank əməkdaşına yaxınlaşaraq kredit götürmək istədiyini bildirmiş və sonuncuya üzərindəki saxta zabit vəqisəsini təqdim edərək ona yalandan N nömrəli hərbi hissədə “leytenant” hərbi rütbəsində zabit kimi xidmət etdiyini bildirmişdir. Bank əməkdaşı onun təqdim etdiyi zabit vəsiqəsinin saxtalaşdırıldığından şübhələnməmiş, qısa müddət ərzində onun tərəfindən təqdim olunmuş şəxsiyyət vəsiqəsi, saxta zabit vəsiqəsinə baxıb aidiyyəti üzrə həmin sənədləri yoxladıqdan sonra ondan hansı məbləğdə kredit götürmək istədiyini soruşduqda, o 15000 (on beş min) manat məbləğində kredit götürmək istədiyini demiş, bank əməkdaşı isə ona 1N000 (iki min) manat civarında kredit verə biləcəklərini söyləmiş və yekunda o, "xxxx" ASC-nin Yasamal filialından 36 ay müddətinə 1N350 (on iki min üç yüz əlli) manat məbləğində pul krediti götürərək filialı tərk etmişdir. O, bankın qarşısında onu gözləyən şəxsiyyəti istintaqa məlum olan şəxsə yaxınlaşaraq 1N350 (on iki min üç əlli) manat məbləğində kredit götürdüyünü bildirmiş və həmin şəxsə hər 5000 (beş min) manata görə 1000 (min) manat məbləğində pul verəcəyi ilə bağlı razılaşdıqları üçün N500 (iki min beş yüz) manat məbləğində pul vermiş, öz MAHHXHQ vəsiqəsini geri alaraq, saxta zabit vəsiqəsini həmin şəxsə qaytarmış və oradan uzaqlaşmış, həmin şəxsin saxta zabit vəsiqəsini nə etməsi barədə məlumatsız olmuşdur. O, həmin gün günorta saatlarında xidmət etdiyi hərbi hissənin yerləşdiyi Beyləqan rayonuna geri qayıtmış, yolda olarkən Şahid1 zəng edərək işinin həll olunduğunu söyləmiş, həmçinin “Whatsapp” proqramı vasitəsilə ona əmək haqqı kartının şəklini atmasını bildirmiş, sonuncu isə ilkin olaraq heçnəyə ehtiyacının olmadığını, işin həll olunduğu üçün xidmət yoldaşının adına sevindiyini bildirsə də, Təqsirləndirilən şəxs israrla Şahid1 “şirinlik” olaraq 100 (yüz) manat məbləğində pulu sonuncunun kartına göndərəcəyini demiş və əmək haqqı kartının şəkli onun telefonuna göndərilmişdir. Belə ki, Hacıqabul rayonu ərazisində yerləşən “Qədir Xum” restoranının yaxınlığında yerləşən marketdə girdikdə o, Şahid1 aylıq əmək haqqı kartına “MilliÖN” ödəmə terminalı vasitəsilə 100 (yüz) manat məbləğində pulu şirinlik olaraq göndərmişdir. O, xx.xx.N0N1-ci il tarixdə günorta saatlarında N nömrəli hərbi hissənin yerləşdiyi Beyləqan rayonuna geri qayıtmış, saxta zabit vəsiqəsindən istifadə etməklə, bankdan kredit götürməsi haqqında hərbi hissədə heç kimə məlumat verməmişdir. Həmçinin, təqsirləndirilən şəxs ifadəsinin davamı olaraq bildirmişdir ki, N0NN-ci ilin may ayında xidmət etdiyi N saylı hərbi hissədə xidmətdə olarkən dəfələrlə yenidən xidmət yoldaşı Şahid1lə danışaraq valideyninin səhhətindəki probemlərə görə vəziyyətinin yaxşı olmadığını, təcili olaraq bankdan kredit götürməli olduğunu demiş və onu tanımadığı, şəxsiyyəti barədə hər hansı məlumata malik olmadığı, ilk dəfə sonuncu vasitəsilə görüşdüyü şəxslə yenidən əlaqələndirməsini istəmişdir. Həmin vaxt, Şahid1 isə ona heç bir köməklik etməyəcəyini, problemin çıxacağından qorxduğunu bildirmiş, lakin o, həmin şəxsə lazım olduğu qədər pul verəcəyini, həmçinin Şahid1 də işin alınacağı təqdirdə 100 (yüz) manat məbləğində pulu “şirinlik” olaraq verəcəyini bildirsə də, sonuncu yenə də ona kömək etmək istəməmiş, lakin çoxsaylı israrlardan sonra Şahid1 məcbur qalaraq onun yanında Nizami adlı şəxsə zəng edərək məsələni sonuncuya bildirmişdir. Həmin şəxs bu dəfə də heç bir problemin olmadığını, ona yeni saxta zabit vəsiqəsi hazırlayacağını, həmçinin onun bir müddət əvvəl bankdan 1N.350 (on iki min üç yüz əlli) manat məbləğində kredit götürdüyü üçün, bu dəfə maksimum 4.000 (dörd min) manat civarında kredit götürə biləcəyini, əldə etdiyi kreditdən 700 (yeddi yüz) manat məbləğində pul verəcəyini demişdir. O, isə həmin təkliflə razılaşmış, telefon danışığı bitdikdən sonra Şahid1 ona bu işdən tez bir zamanda uzaq durmaq istədiyini, ona etdiyi köməyin qarşılığında “şirinlik” olaraq nəsə verib-verməyəcəyini soruşduqda, o, öncədən planladığı kimi 100 (yüz) manat məbləğində pulu “şirinlik” olaraq sonuncuya verəcəyini bildirmişdir. Şahid1lə həmin şəxs arasında telefon danışığı zamanı sonuncunun istəyilə onun MAHHXHQ vəsiqəsinin bütün vərəqlərinin şəkli “Vatsap” proqramı vasitəsilə sonuncuya göndərilmiş, üzərindən müəyyən müddət keçdikdən sonra isə (həmin gün) Şahid1 hərbi hissədə onun yanında olarkən həmin şəxs Şahid1 zəng edərək Təqsirləndirilən şəxs adına saxta zabit vəsiqəsinin hazır olduğunu, növbəti gün, yəni xx.xx.N0NN-ci il tarixdə saat 10:00-da "xxxx" ASC-nin Şirvan filialının yaxınlığındakı parkda olmağını söyləmişdir. Belə ki, növbəti gün, yəni xx.xx.N0NNci il tarixdə səhər erkən saatlarda o, xidmət etdiyi taqımın komandiri, leytenant ŞahidN yaxınlaşaraq ailə üzvlərinin səhhətində problem olduğunu bildirmiş və günortaya qədər ona Beyləqan rayonunda yerləşən xəstəxanaya getməsi bəhanəsi ilə icazə istəmiş, sonuncu da onun həmin gün Beyləqan rayonuna getməsi ilə bağlı buraxılış kağızı tərtib etmiş və o, həmin buraxılış kağızı ilə hərbi hissəni və xidmət yerini tərk edərək Şirvan şəhərinə yola düşmüşdür. Yuxarıdakı epizodda qeyd olunduğu kimi o, Şirvan filialının yaxınlığında olarkən ***-***-**-** mobil nömrəsindən onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng gəlmiş, zəngə cavab verdikdə həmin şəxs ona nömrənin Şahid1 tərəfindən verildiyini, özünün isə təxminən 1 saat ərzində yaxınlıqdakı parkda olacağını bildirmiş və tərəflər 1 saat sonra parkda görüşmüşlər. O, həmin şəxslə görüşdükdə onun "xxxx" ASC-nin Yasamal filialından kredit götürmək üçün saxta zabit vəsiqəsini ona təqdim etmiş şəxs olduğunu görmüş, sonuncu yenə də şəxsiyyəti haqqında hər hansı məlumat vermədən ondan MAHHXHQ vəsiqəsini istəmiş, o həmin şəxsə MAHHXHQ vəsiqəsini verdikdən sonra, özü ilə birlikdə gətirdiyi saxta zabit vəsiqəsini ona təqdim etmiş, bankdan götürəcəyi kredit məbləğindən 700 (yeddi yüz) manat məbləğində pul verildikdən sonra ona MAHHXHQ vəsiqəsini geri qaytaracağını bildirmişdir. Bundan sonra, o, həmin şəxsin banka təqdim etmək üçün verdiyi vəsiqəni açıb içəri hissəsinə baxarkən həmin vəsiqənin xx.xx.N0N1-ci il tarixdə "xxxx" ASC-nin Yasamal filialından kredit götürmək üçün istifadə etdiyi vəsiqə ilə eynilik təşkil etmədiyini, əvvəlki vəsiqə ilə həmin vaxt verilən vəsiqələrin nömrəsinin ayrı olduğunu, buna baxmayaraq həmin vəsiqədə də, “leytenant” hərbi rütbəsində hərbi geyimdə şəklinin olduğunu, guya “leytenant” hərbi rütbəsi daşıması və N saylı hərbi hissədə taqım komandiri vəzifəsində xidmət etməsi ilə bağlı vəsiqənin içərisində qeydiyyat aparıldığını görmüşdür. Həmçinin o, vəsiqənin vərəqlərində “Heydər Əliyev” adına Ali Hərbi Məktəbə və N saylı hərbi hissəyə aid saxta möhürlərin, hərbi müəssisələrin rəhbərlərinin adından saxta imzaların icra edildiyini görmüşdür. Həmin tarixdə, o saxta zabit vəsiqəsi ilə "xxxx" ASC-nin Şirvan filialına daxil olmuş, növbə götürərək adını xatırlamadığı, öncədən tanımadığı bank əməkdaşına yaxınlaşaraq kredit götürmək istədiyini bildirmiş və sonuncuya saxta zabit vəqisəsini təqdim edərək ona yalandan N saylı hərbi hissədə “leytenant” hərbi rütbəsində zabit kimi xidmət etdiyini, xx.xx.N0N1-ci il tarixdə "xxxx" ASC-nin Yasamal filialından 1N.350 (on iki min üç yüz əlli) manat məbləğində kredit götürdüyünü, lakin ehtiyacı olduğuna görə əlavə olaraq 4.000 (dörd min) manat məbləğində kredit götürmək istədiyini bildirmişdir. Həmin şəxs onun təqdim etdiyi vəsiqəyə baxıb müvafiq kredit təhlili apardıqdan sonra ona 4.000 (dörd min) manat məbləğində kredit verə bilib-bilməyəcəkləri haqda məlumat verəcəyini demişdir. Qısa müddət sonra bank əməkdaşı onu yanına çağıraraq sonuncunun təqdim etdiyi zabit vəsiqəsinin saxta olduğunu bildirmiş, o isə səmimi şəkildə törətdiyi cinayət əməlini etiraf edərək banka təqdim etdiyi zabit vəsiqəsinin saxtalaşdırıldığını bildiyini, həqiqətdə N saylı hərbi hissədə MAHHXHQ əsgər kimi xidmət etdiyini, maddi imkanı olmadığına görə məcburiyyətdən saxta zabit vəsiqəsindən istifadə edərək kredit götürmək istədiyini bildirmiş və törətdiyi cinayət əməli ilə bağlı həmin vaxt bank rəhbərliyinə ərizə yazmış, saxta zabit vəsiqəsi bankda saxlanılmaqla, özü filialdan çıxmışdır. Bankdan çıxdıqdan sonra o, saxta zabit vəsiqəsini təqdim etmiş şəxsə yaxınlaşaraq baş verənləri olduğu kimi danışmış və öz MAHHXHQ vəsiqəsini geri aldıqdan sonra həmin gün hərbi hissəyə geri qayıtmışdır. İbtidai istintaq zamanı ona verilən suallara cavab olaraq bankdan kredit götürmək məqsədilə istifadə etdiyi “leytenant” hərbi rütbəsində olan şəxsi vəsiqələrin və həmin vəsiqələrin müvafiq vərəqlərindəki saxta imza, möhür və yazıların harada, kim tərəfindən və hansı üsulla hazırlanması barədə məlumata malik olmadığını, MAHHXHQ-lara banklar tərəfindən kredit verilmədiyi, verilmiş olsa belə az miqdarda kredit verildiyi barədə məlumatlandıqdan sonra məcbur qalıb həmin zabit vəsiqələrinin saxta olduğunu bilə-bilə onlardan istifadə etdiyini, kredit götürmək üçün hərbi hissədən hər hansı maliyyə arayışı almadığını bildirmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsindən başqa iş üzrə toplanmış aşağıdakı təkzibedilməz sübutlarla da tam təsdiq olunmuşdur. Məhkəmə iclasında, şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, N0N1-ci ilin dekabr ayında hərbi hissədə xidmət etdiyi müddətdə Təqsirləndirilən şəxs valideyninin səhhətindəki problemə görə sonuncunun bankdan istədiyi məbləğdə kredit götürə bilməsi üçün kömək etmək istəmiş və Bakı şəhərində kredit verə biləcək tanışı olduğunu, həmin şəxsin özünün deməsinə görə zabit kimi hərbi qulluqçulara kredit verilməsi üçün saxta zabit vəsiqəsi hazırlaya bildiyini demişdir. O, yuxarıda qeyd olunan tarixdə şəxsiyyəti istintaqa məlum olmayan şəxsi Təqsirləndirilən şəxs ilə əlaqələndirmiş və tərəflər arasında müvafiq razılıq əldə olunduqdan sonra özü də sonuncudan işin həll olunacağı təqdirdə, ürəyindən keçən “şirinliyi” verə bilib-bilməyəcəyini soruşmuş, Təqsirləndirilən şəxs isə hər hansı şərt və ya məcburiyyət təsiri altında olmadan ona 100 (yüz) manat məbləğində pulu “şirinlik” olaraq verəcəyini bildirmişdir. O, həmin gün Təqsirləndirilən şəxs məlumatlandıraraq şəxsiyyəti istintaqa məlum olmayan şəxsin onun (Təqsirləndirilən şəxs) MAHHXHQ vəsiqəsinin bütün səhifələrinin şəklini istədiyini bildirmiş, sonuncunun razılığı ilə özünün istifadəsində olan “Samsung A40” markalı mobil telefonun “Vatsap” proqramı vasitəsilə hərbi vəsiqə və bütün səhifələrin şəklini çəkib Nizami adlı şəxsiyyəti istintaqa məlum olmayan şəxsə göndərmişdir. Növbəti gün, yəni xx.xx.N0N1-ci il tarixdə Təqsirləndirilən şəxs "xxxx" ASC-nin Yasamal filialına gedərək oradan şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən götürdüyü saxta zabit vəsiqəsi ilə 1N.350 (on iki min üç yüz əlli) manat məbləğində kredit əldə etdiyindən məlumatlı olduğunu, işinin alındığı üçün həmin gün günorta saatlarında Təqsirləndirilən şəxs onun əmək haqqı kartına 100 (yüz) manat məbləğində pulu “şirinlik” olaraq göndərdiyini bildirmişdir. Bundan başqa, Şahid1 əlavə olaraq ifadəsində bildirmişdir ki, xx.xx.N0NN-ci il tarixdə Təqsirləndirilən şəxs saxta zabit vəsiqəsindən istifadə edərək "xxxx" ASC-nin Şirvan filialından kredit götürmək istəməsi faktı ilə bağlı sonuncunun ifadəsindəki xüsusatları bir daha təsdiq etməklə Təqsirləndirilən şəxs valideyninin səhhətindəki problemlərə görə pis olduğunu, insanlıq xatirinə ona bankdan istədiyi məbləğdə kredit götürmək üçün kömək etmək istədiyini, yuxarıda qeyd olunan tarixlərdə baş verən cinayət hadisəsi zamanı və sonrakı vaxtlarda onunla Nizami kimi tanıdığı şəxsiyyətə istintaqa məlum olmayan şəxs arasında pul məbləğinin bölüşdürülməsi və ya hər hansı hissənin ona veriləcəyi ilə bağlı ticari sövdələşmə, əvvəlcədən razılığın baş tutmadığını, həmçinin Təqsirləndirilən şəxs tərəfindən xx.xx.N0N1-ci il tarixdə onun əmək haqqı kartına yüklənmiş 100 (yüz) manat məbləğində pulun sırf sonuncunun israrı ilə, “şirinlik” olaraq ona göndərildiyini, həmin işdə hər hansı maddi maraq güdmədiyini bildirmişdir. İbtidai istintaq zamanı Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs bankdan kredit götürmək məqsədilə istifadə etdiyi “leytenant” hərbi rütbəsində olan şəxsi vəsiqələrin və həmin vəsiqələrin müvafiq vərəqlərindəki saxta imza, möhür, yazıların harada, kim tərəfindən və hansı üsulla hazırlanması barədə məlumata malik olmadığını, MAHHXHQ-lara banklar tərəfindən kredit verilmədiyi, verilmiş olsa belə az miqdarda kredit verildiyi barədə Təqsirləndirilən şəxs məlumatlanmasından sonra məcbur qalıb həmin zabit vəsiqələrinin saxta olduğunu bilə-bilə sonuncunun həmin vəsiqələrdən istifadə etdiyini bildirmişdir. Məhkəmə iclasında, şahid qismində dindirilmiş ŞahidN ifadəsində bildirmişdir ki, komandiri olduğu tağımda xidmət edən MAHHXHQ əsgər Təqsirləndirilən şəxs ilə aralarında xidməti münasibətin olduğunu, sonuncunun ailəsində problem olduğunu, anasının müalicəyə ehtiyacı olduğuna görə kredit götürmək istədiyini bildiyini, onun xx.xx.N0N1-ci il və xx.xx.N0NN-ci il tarixlərdə saxta zabit vəsiqələrindən istifadə edərək kredit götürməsi (və götürmək istəməsi) faktlarından isə cinayət işinin istintaqı zamanı məlumatlandığını qeyd etmişdir. O, N4 may N0NN-ci il tarixdə səhər saatlarında MAHHXHQ əsgər Təqsirləndirilən şəxs ona yaxınlaşaraq ailəsində problem olduğunu və təcili olaraq anasını Beyləqan rayonunda yerləşən xəstəxanaya çatdırmalı olduğunu demiş, o isə insanlıq xatirinə və xidmət yoldaşı olaraq sonuncunun Beyləqan rayonuna getməsi ilə bağlı buraxılış kağızı tərtib edib müvafiq qaydada təsdiqlədib sonuncuya təqdim etmiş, Təqsirləndirilən şəxs isə həmin gün səhər saatlarında hərbi hissəni ona verilən buraxılış kağızı ilə tərk etmiş və günorta saatlarında hərbi hissəyə geri qayıdıb ona hər şeyin qaydasında olduğunu məruzə etmişdir. ŞahidN həmin vaxt Təqsirləndirilən şəxs Beyləqan rayonuna deyil, Şirvan şəhərinə gedərək özünə saxta zabit vəsiqəsi ilə kredit götürmək istəməsi barədə istintaq müddətində məlumatlanmışdır. İbtidai istintaq zamanı ŞahidN ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan tarixlərdə bankdan kredit götürməsi üçün istifadə etdiyi “leytenant” hərbi rütbəsində olan şəxsi vəsiqələrin harada, kim tərəfindən və hansı üsulla hazırlanması barədə məlumatsız olduğunu bildirmişdir. Məhkəmə iclasında, şahid qismində dindirilmiş Şahid3 ifadəsində ilkin olaraq vəzifə funksiyasının filiala kredit almaq üçün yaxınlaşan mülki və ya hərbi qulluqçuların, o cümlədən sıravi vətəndaşların vəziyyət və şəraiti ilə maraqlanmaq, həmin şəxsə kredit düşüb-düşməməsini öyrənməkdən ibarət olduğunu, filiala yaxınlaşan hərbi qulluqçulardan ilkin olaraq şəxsiyyətini təsdiq edən sənədin, hərbi qulluqçu olduğunu təsdiq edən vəsiqənin tələb olunduğunu, hərbi qulluqçunun rütbəsi, qulluq illəri, aylıq vəzifə maaşı və vəzifəsindən asılı olaraq həmin şəxsə ayrılacaq kredit məbləğinin müəyyənləşdirildiyini bildirmişdir. Belə ki, kredit almaq üçün filiala yaxınlaşan hərbi qulluqçunun MAHHXHQ olduğu müəyyən edildiyi təqdirdə, həmin şəxsdən xidmət etdiyi hərbi hissə ilə arasındakı bağlaşma, yəni müqavilənin qüvvədə olub-olmaması sorğulanır, müsbət halda həmin bağlaşma tələb olunur, lakin Silahlı Qüvvələrin zabit heyətindən isə şəxsin zabit vəsiqəsi tələb olunur. Yuxarıda qeyd olunan prosedur qaydalar Şahid3 tərəfindən xx.xx.N0N1-ci il tarixdə kredit almaq üçün Yasamal filialına yaxınlaşan Təqsirləndirilən şəxs barəsində də həyata keçirilmiş, sonuncu ona zabit kimi orduda xidmət etdiyini, kredit götürmək istədiyini bildirmiş, o Təqsirləndirilən şəxs zabit vəsiqəsi, şəxsiyyət vəsiqəsini tələb edib, ilkin olaraq həmin sənədlərə baxış zamanı vəsiqədə hər hansı pozuntu, nöqsan və ya saxtakarlıq əlamətləri aşkar etməmişdir. O, Təqsirləndirilən şəxs 1N.350 (on iki min üç yüz yüz əlli) manat məbləğində kreditin illik 17 faiz dərəcəsi ilə 3 illik müddətə verilə biləcəyini söyləmiş və Təqsirləndirilən şəxs onun təklifi ilə razılaşdıqdan sonra o, sonuncu tərəfindən təqdim olunan sənədləri aidiyyəti üzrə yoxlanılması, həmin zabit vəsiqəsində hər hansı pozuntu, saxtakarlığın olub-olmamasının müəyyənləşdirilməsi üçün Baş İdarənin Hüquq və Komplyans İdarəsinin Fraud və Dələduzluğa qarşı mübarizə şöbəsinə rəngli skan formada göndərmiş və kreditləşmə işlərini həyata keçirməyə davam etmişdir. Bundan başqa, Şahid3 ifadəsi zamanı adı qeyd olunan şöbənin məsul əməkdaşları tərəfindən sənədlərdə hər hansı pozuntu və ya nöqsan olmaması ilə bağlı geridönüş edilmədiyi təqdirdə, sənədlərin qaydasında olduğunun başa düşüldüyünü bildirmiş, məsul əməkdaşlar vəsiqələrdə saxtakarlıq və ya nöqsan aşkar etdiyi hallarda filial əməkdaşlarına kredit sənədləşməsinin dayandırılması tapşırığını verdiklərini qeyd etmişdir. Həmin tarixdə isə vəsiqədə hər hansı nöqsan, saxtakarlıq olması barədə ona məlumat verilmədiyindən o, qısa müddət ərzində Təqsirləndirilən şəxs ilə kredit sənədləşməsini bitirmiş, sonuncuya sənədlərini geri qaytarmış və Təqsirləndirilən şəxs kassadan 1N.350 (on iki min üç yüz əlli) manat məbləğində kredit götürdükdən sonra filialdan çıxmışdır. O, bundan sonra Təqsirləndirilən şəxs görmədiyini, üzərindən müəyyən müddət keçdikdən sonra filial müdiri və aidiyyəti şöbə tərəfindən Təqsirləndirilən şəxs xx.xx.N0N1-ci il tarixdə həqiqətdə MAHHXHQ olmasına baxmayaraq saxta zabit vəsiqəsindən istifadə edərək 1N.350 (on iki min üç yüz əlli) manat məbləğində kredit götürməsi barədə məlumatlanmışdır. İbtidai istintaq zamanı Şahid3 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan tarixdə banka kredit götürmək üçün müraciət edərkən tək olduğunu, sonuncunun istifadə etdiyi saxta zabit vəsiqəsinin kim tərəfindən və hansı məqsədlə hazırlanması, saxta zabit vəsiqəsində olan imzaların, möhürlərin kim tərəfindən və hansı üsulla vurulması, sonuncunun saxta zabit vəsiqəsini hansı qaydada əldə etməsi barədə hər hansı məlumata malik olmadığını bildirmişdir. Məhkəmə iclasında, şahid qismində dindirilmiş "xxxx" ASC-nin Baş Ofisinin Komplayns Departamentinin Fraud və Dələduzluğa qarşı mübarizə şöbəsinin aparıcı mütəxəssisi Şahid4 yuxarıda adı qeyd olunan bank əməkdaşının ifadəsindəki xüsusatları təsdiq etməklə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs N saylı hərbi hissədə MAHHXHQ əsgər hərbi rütbəsində xidmət edərkən “AD 0051384” nömrəli şəxsi vəsiqə verilmişdir. N saylı hərbi hissə tərəfindən Respublika Hərbi Prokurorluğuna təqdim edilmiş xx.xx.N0NN-ci il tarixli, 781 nömrəli məktubla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.N0N1-ci il tarixdən MAHHXHQ əsgər hərbi rütbəsində hərbi hissənin N-ci taborunun döyüş-dəstək taqımının 1-ci pulemyot manqasının heyət nəfəri (sursat daşıyan) vəzifəsində xidmət etməkdədir və hərbi hissə tərəfindən həmin hərbi qulluqçuya bankdan kredit götürülməsi üçün hər hansı maliyyə arayışı təqdim edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən Respublika Hərbi Prokurorluğuna ünvanlanmış xx.xx.N0NN-ci il tarixli, 1/3045 nömrəli məktubla müəyyən edilmişdir ki, hazırda N saylı hərbi hissədə MAHHXHQ əsgər hərbi rütbəsində xidmət edən Təqsirləndirilən şəxs “AD-0051384” nömrəli “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun şəxsi vəsiqəsi” verilmişdir. Sonuncunun bankdan kredit götürmək üçün təqdim etdiyi “MN 00760N0” nömrəli “Zabitin şəxsi vəsiqəsi” blankı isə hal-hazıradək heç bir zabitə ayrılmamış və X4 saxlanılmaqdadır. Cinayət işinin materiallarına əlavə edilmiş “MN” seriyalı “00750N0” nömrəli şəxsi vəsiqənin kserosurətindən görünür ki, vəsiqənin 1-ci vərəqində Təqsirləndirilən şəxs adı, fonda 3x4 ölçüdə Müdafiə Nazirliyinin hərbi qulluqçularına aid olan zabit formasında, “leytenant” hərbi rütbəsində fotoşəkli, təvəllüdü və şəxsi imzası qeyd olunmuşdur. Həmçinin həmin vərəqdə keçmiş “X6 Ali Hərbi Məktəbin” adı qeyd olunan möhür həkk edilmişdir. Vəsiqənin N-ci vərəqində Təqsirləndirilən şəxs anket məlumatları, keçmiş “X6 Ali Hərbi Məktəbin” rəhbərliyinin imzası və möhürü, vəsiqənin verilmə tarixi qeyd edilmiş, 3-cü vərəqdə isə Təqsirləndirilən şəxs “leytenant” hərbi rütbəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirinin 0134 nömrəli və Təqsirləndirilən şəxs N saylı hərbi hissənin N-ci əməliyyat bölüyünün 1-ci taqımın komandiri vəzifəsinə təyin edilməsi ilə bağlı N saylı hərbi hissə komandirinin (polkovnik rütbəli) 0134/1 nömrəli əmri, adına olan imzası və hərbi hissənin adının qeyd olunduğu möhür həkk olunmuşdur. Bundan başqa, cinayət işi materiallarına əlavə edilmiş “MN” seriyalı “00760N0” nömrəli şəxsi vəsiqəyə baxış keçirilən zaman müəyyən edilmişdir ki, vəsiqə ümumilikdə 18 vərəqdən ibarətdir. Şəxsi vəsiqənin 1-ci vərəqində Təqsirləndirilən şəxs adı, qırmızı fonda 3x4 ölçüdə Müdafiə Nazirliyinin hərbi qulluqçularına aid olan zabit formasında, “leytenant” hərbi rütbəsində fotoşəkli, təvəllüdü və şəxsi imzası qeyd olunmuşdur. Vəsiqənin N-ci vərəqində Təqsirləndirilən şəxs anket məlumatları, keçmiş “X6 Ali Hərbi Məktəbin” rəhbərliyinin imzası və möhürü, vəsiqənin verilmə tarixi qeyd edilmiş, 3-cü vərəqdə isə Təqsirləndirilən şəxs “leytenant” hərbi rütbəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirinin 0145 nömrəli və Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin N-ci əməliyyat bölüyünün 1-ci taqımın komandiri vəzifəsinə təyin edilməsi ilə bağlı N nömrəli hərbi hissə komandirinin (polkovnik rütbəli) 0145/1 nömrəli əmri, adına olan imzası və hərbi hissənin adının qeyd olunduğu möhür həkk olunmuşdur. Bundan başqa 1N-ci vərəqdə hərbi hissənin tabor komandiri, mayor rütbəli T.Əliyev adlı hərbi qulluqçunun ad və imzası, Təqsirləndirilən şəxs xidməti istifadə üçün təhkim olunmuş “AKMS-76” markalı, 7.6N mm. kalibrli, “1419N09N” nömrəli odlu silahın verilməsi qeyd olunmuşdur. Təqsirləndirilən şəxs xx.xx.N0NN-ci il tarixdə "xxxx" ASC-nin Şirvan filialından kredit götürmək üçün istifadə etdiyi saxta “MN” seriyalı “00760N0” nömrəli zabit vəsiqəsi işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan xx.xx.N0NN-ci il tarixli qərarla maddi sübut qismində tanınmaqla cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin istintaq zərurəti ilə əlaqədar olaraq “MN” seriyalı, “00750N0” və “00760N0” nömrəli zabit vəsiqələri və həmin vəsiqələrin məzmununun saxta olubolmaması, vəsiqələrdə qeyd olunan imzaların keçmiş X6 Ali Hərbi Məktəbin (hazırda Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən X6 Hərbi İnstitutu) rəisi, general-mayor Fizuli Salahov və N saylı hərbi hissənin sabiq komandiri, polkovnik Vilayət Quliyevə məxsus olub-olmaması, vəsiqələrə həkk olunmuş möhürlərin həqiqətən də Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi və keçmiş “X6 Azərbaycan Ali Hərbi Məktəbi”nə (hazırda Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən X6 Hərbi İnstitutu) məxsus olubolmaması, habelə iş üzrə zəruri olan digər halların müəyyən edilməsi üçün xüsusi bilik və bacarıq tələb olunduğunu nəzərə alaraq xx.xx.N0NN-ci il tarixli qərarla kompleks məhkəmə-xətşünaslıq və sənədlərin məhkəmə-texniki ekspertizasının təyin edilməsi haqqında qərar qəbul edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə X1 hərbi prokurorluğuna ünvanlanmış xx.xx.N0NN-ci il tarixli 4/1N18-5/96N nömrəli kompleks məhkəmə xətşünaslıq və sənədlərin texniki ekspertizası rəyi ilə aşağıdakı nəticələr müəyyən edilmişdir:
1. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs adına verilmiş “MN” seriyalı “00750N0” nömrəli Şəxsi vəsiqədə olan “AZƏRBAYCAN RESPUBLİKASİ MÜDAFİƏ NAZİRLİYİ X6 Azərbaycan Ali Hərbi Məktəbi” və “HƏRBİ HİSSƏ 181” məzmunlu möhür əksləri axınlı printerlər vasitəsilə çap edilmişdirlər. N. Təqdim edilmiş Təqsirləndirilən şəxs adına verilmiş “MN” seriyalı, “00760N0” nömrəli Şəxsi vəsiqənin N-ci səhifəsində “F.Salahov” sözünün qarşısında və 3-cü səhifəsində “Polkovnik” sözündən sonra olan imzalar hər hansı bir texniki vasitənin köməyilə deyil, birbaşa qələm vasitəsilə icra edilmişdirlər.
3. Təqdim edilmiş Təqsirləndirilən şəxs adına verilmiş “MN” seriyalı, “00750N0” nömrəli Şəxsi vəsiqənin reproqrafik surətinin, “MN” seriyalı, “00760N0” nömrəli Şəxsi vəsiqənin üzərlərində olan “AZƏRBAYCAN RESPUBLİKASİ MÜDAFİƏ NAZİRLİYİ X6 Azərbaycan Ali Hərbi Məktəbi” məzmunlu möhür əksləri və reproqrafik surətləri təqdim edilmiş eyni məzmunlu sərbəst əks nümunəsi ilə eynilik təşkil etmirlər.
4. Təqdim edilmiş Təqsirləndirilən şəxs adına verilmiş “MN” seriyalı, “00750N0” nömrəli Şəxsi vəsiqənin reproqrafik surətinin, “MN” seriyalı, “00760N0” nömrəli Şəxsi vəsiqənin üzərlərində olan “HƏRBİ HİSSƏ 181” məzmunlu möhür əksləri və reproqrafik surətləri təqdim edilmiş eyni məzmunlu eksperimental əks nümunəsi ilə eynilik təşkil etmirlər.
5. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs adına verilmiş “MN” seriyalı, “00760N0” nömrəli Şəxsi vəsiqənin N-ci səhifəsində “general-mayor F.Salahov qrafasındakı imza, Təqsirləndirilən şəxs adına verilmiş “MN” seriyalı, “00750N0” nömrəli Şəxsi vəsiqənin kserosurətinin N-ci səhifəsində “polkovnik F.Salahov” qrafasında əks olunmuş imza – X3 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
6. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs adına verilmiş “MN” seriyalı, “00760N0” nömrəli Şəxsi vəsiqənin 3-cü səhifəsində “polkovnik” qrafasındakı imza, Təqsirləndirilən şəxs adına verilmiş “MN” seriyalı, “00750N0” nömrəli Şəxsi vəsiqənin kserosurətinin 3-cü səhifəsində “polkovnik” qrafasında əks olunmuş imza ilə travma haqqında arayışın kserosurətində “N nömrəli hərbi hissənin komandiri polkovnik Vilayət Quliyev” qrafasında əks olunmuş imza öz aralarında – Müxtəlif Şəxslər tərəfindən icra olunmuşdur. Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən X6 Hərbi İnstitutu tərəfindən Lənkəran hərbi prokurorluğuna ünvanlanmış sənədlərlə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N0NN-ci il tarixli 050 nömrəli əmrinə əsasən “X6 Azərbaycan Ali Hərbi Məktəbi”nin adı dəyişdiyi üçün köhnə mastik möhür və ştamplar məhvetməyə (arxivə) göndərilmiş və hərbi prokurorluğa həmin möhürün kağız vərəqdəki eskiz nümunəsi təqdim edilmişdir. Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən Lənkəran hərbi prokurorluğuna ünvanlanmış xx.xx.N0NN-ci il tarixli, 1/39N8 nömrəli məktubla müəyyən edilmişdir ki, “MN 00750N0” və “MN 00760N0” nömrəli “Zabitin şəxsi vəsiqəsi” blankı heç bir zabitə ayrılmamış və hazırda X4 saxlanılır. Şəxsi Heyət Baş İdarəsində aparılan fərdi uçot sənədlərinə əsasən mayor rütbəli, T.Əliyev adlı hərbi qulluqçunun N nömrəli hərbi hissədə xidmət keçməsi barədə məlumat müəyyən edilməmişdir. Əlavə olaraq “MN 00750N0” və “MN 00760N0” nömrəli saxta zabit vəsiqələrində qeyd olunmuş Müdafiə Nazirinin xx.xx.N019-cu il tarixli 0134/1 və xx.xx.N019-cu il tarixli 145/1 nömrəli şəxsi heyət üzrə əmrlərinin mövcud olmadığı müəyyən edilmişdir. "xxxx" ASC-nin Baş İdarəsindən Lənkəran hərbi prokurorluğuna təqdim edilmiş sənədlərlə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs həqiqətən də xx.xx.N0N1-ci il tarixdə bankın Yasamal filialına 1N350 (on iki min üç yüz əlli) manat məbləğində, 35 ay müddətinə gündəlik tələbat krediti verilməsi üçün müraciət etmiş, həmin vaxt banka MN seriyalı ******* nömrəli saxta zabit vəsiqəsini təqdim etmişdir. Materiala əlavə edilmiş xx.xx.N0N1-ci il tarixli GTKR454N198A103 saylı müqaviləyə əlavədən görünür ki, Təqsirləndirilən şəxs həmin müqavilə əsasında "xxxx" ASC-nin Yasamal filialından 1N350 (on iki min üç yüz əlli) manat məbləğində pulu, illik 17 faiz dərəcəsi ilə 35 ay müddətinə götürmüşdür. N saylı hərbi hissə tərəfindən Lənkəran hərbi prokurorluğuna ünvanlanmış xx.xx.N0NN-ci il tarixli, N91N nömrəli məktubla müəyyən edilmişdir ki, hazırda Müdafiə Nazirliyinin N nömrəli “Komando” Əməliyyat Briqadasında xidmət edən MAHHXHQ əsgər Təqsirləndirilən şəxs N0N0-ci ilin sentyabr ayında “Vətən Müharibəsi”ndən öncə N saylı hərbi hissədə xidmət etməyə başlamış, N saylı hərbi hissənin tərkibində “Vətən Müharibəsi”ndə döyüşlərdə iştirak etmiş, N saylı hərbi hissə komandirinin 09ş11.N0N1-ci il tarixli müvafiq əmrinə əsasən xidmətini davam etdirmək üçün N saylı hərbi hissədən N saylı hərbi hissəyə göndərilmişdir. O, cümlədən Təqsirləndirilən şəxs N saylı hərbi hissədə xidmət etdiyi müddətdə ona saxta zabit vəsiqəsində qeyd olunmuş “AKMS-76” markalı, 7.6N mm. kalibrli “1419N09N” qeydiyyat nömrəli silah təhkim olunmamış və N saylı hərbi hissənin silah anbarında həmin qeydiyyat nömrəli silah mövcud deyildir. Bundan başqa, Təqsirləndirilən şəxs adına tərtib olunmuş “MN” seriyalı “00750N0” və “00760N0” nömrəli saxta zabit vəsiqələrində qeyd olunan tarixlərdə N saylı hərbi hissədə komandir vəzifəsində, polkovnik Vilayət Quliyev xidmət etmiş, sonuncu hazırda xidmətini Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində komandir müavini vəzifəsində davam etdirməkdədir. “MN” seriyalı “00760N0” saxta zabit vəsiqəsində adı N saylı hərbi hissənin tabor komandiri kimi qeyd olunmuş, mayor hərbi rütbəli T.Əliyev adlı hərbi qulluqçu isə nə vəsiqədə qeyd olunan tarixdə, nə də hazırda N saylı hərbi hissənin şəxsi heyətinin siyahısında mövcud deyildir. N saylı hərbi hissə komandirinin xx.xx.N0N1-ci il tarixli müvafiq əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs N saylı hərbi hissənin 3-cü tabor, 8-ci bölük, 3-cü taqım, 1-ci manqa pulemyotçusu vəzifəsindən azad edilməklə N saylı hərbi hissənin (Beyləqan rayonu) N-ci əməliyyat taborunun döyüş-dəstək taqımının pulemyot manqasının heyət nəfəri (sursat daşıyan) vəzifəsinə təyin edildiyinə görə işlərini və vəzifəsini təhvil verilmiş hesab edilmiş, bütün növ təminatdan çıxarılmaqla hərbi xidmətini davam etdirmək üçün N saylı hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. N saylı hərbi hissə komandirinin N5 noyabr N0N1-ci il tarixli, 101 nömrəli əmrindən çıxarışdan görünür ki, MAHHXHQ əsgər Təqsirləndirilən şəxs N saylı hərbi hissə komandirinin xx.xx.N0N1-ci il tarixli, 075 əç nömrəli əmri ilə N saylı hərbi hissənin N-ci taborunun döyüş-dəstək taqımının 1-ci pulemyot manqasının heyət nəfəri (sursat daşıyan) vəzifəsinə təyin edildiyinə görə xidmətini davam etdirmək üçün N saylı hərbi hissədən (Şuşa rayonu) gəlmiş hesab edilmiş, xx.xx.N0N1-ci il tarixdən şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlara qoyulmuş və vəzifəsinin icrasına başlamışdır. N saylı hərbi hissədən Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş xidməti xasiyyətnamə ilə o, mənfi xarakterizə olunmuşdur. Belə ki, o hərbi hissədə xidmət etdiyi müddətdə özünü hərbi geyim qaydalarına riayət edən hərbi qulluqçu kimi göstərməkdə çətinlik çəkmiş, sıra intizamı zəif olmuş, tutduğu vəzifənin öhdəsindən gəlməyə çalışmış, hərbi və dövlət sirrini qorumağı bacarmışdır. N saylı hərbi hissədə xidmət müddətində Təqsirləndirilən şəxs barəsində yuxarı rəislər və hərbi hissə rəhbərliyi tərəfindən hər hansı intizam və həvəsləndirmə tədbiri tətbiq edilməmişdir. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs “Vətən Müharibəsi”ndə gedən döyüşlərdə iştirak etməklə xx.xx.N0N0-ci il tarixdə sağ baldırın qəlpə yarası (yad cisim qəlpə) diaqnozu ilə Zərdab RMX-da müalicədə olmuşdur. Cinayət işinin materiallarında olan N saylı hərbi hissənin xx.xx.N0N1-ci il tarixli “Travma haqqında Arayış”ından görünür ki, MAHHXHQ əsgər Təqsirləndirilən şəxs xx.xx.N0N0-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünü müdafiə edərkən “Sağ baldırın qəlpə yarası, yad cisim- qəlpə” xəsarətini almışdır. Cinayət işinin materiallarında olan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının xx.xx.N0N1-ci il tarixli, 9311 №li Arayışından görünür ki, MAHHXHQ əsgər Təqsirləndirilən şəxs xx.xx.N0N1-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və onun Azərbaycan Respublikasının ərazi bütövlüyünü müdafiə edərkən xx.xx.N0N0-ci il tarixdə aldığı partlayış travması – “sağ baldırın aşağı 1/3-nin kor qəlpə” yaralanması hərbi travma hesab olunmaqla hərbi xidmətə yararlı olduğu müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, N5 avqust N0NN-ci il tarixdə Təqsirləndirilən şəxs “təqsirləndirilən şəxs” qismində cəlb edilərək, ona ittiham elan edilmiş və həmin gün barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, A.XN zamanı göstərdiyi igidlik və şücaətə görə ölkə başçısı tərəfindən “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən müharibəsinin iştirakçısı” medalları ilə təltif edilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Lənkəran hərbi prokurorluğuna ünvanlanmış xx.xx.N0NN-ci il tarixli, 16/1-799 nömrəli məktubla müəyyən olunmuşdur ki, xx.xx.1997-ci il təvəllüdlü, Təqsirləndirilən şəxs DİN-in Vahid məlumat axtarış sistemində məhkumluğu barədə ilkin əməliyyat məlumatı müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan, xidməti xasiyyətnamadən görünür ki, Təqsirləndirilən şəxs xidmət etdiyi yerdə komandanlıq tərəfindən mənfi xasiyyətləndirilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 3N0.N-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi özünün etirafedici ifadəsi, müvafiq ekspert rəyi, şahid ifadələri və iş üzrə toplanmış digər sübutların məcmusu ilə tam təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 3N0.N-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs “Vətən Müharibəsi” iştirakçısı olmaqla Füzulinin, Qubadlının və Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə iştirak etməsi, yaralanması və döyüşlər zamanı göstərdiyi igidlik və şücaətə görə ölkə başçısı tərəfindən “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən müharibəsinin iştirakçısı” medalları ilə təltif edilməsi Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs CM-nin 3N0.N-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini təkrar törətməsi onun məsuliyyətini ağırlaşdıran haldır. Məhkəmə, Allahverdi İsmayilzadənin törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə işdə olan və yuxarıda sadalanan cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olduğunu nəzərə alaraq, Allahverdi İsmayilzadənin azadlıqdan məhrumetməyə nisbətdə daha yüngül cəza növündə cəzaçəkməklə islah olunmasını mümkün sayaraq ona Azərbaycan Respublikası CM-nin 50.1-ci maddəsinə əsasən təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri əvəzinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 50.1-ci maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma hərbi xidmət əleyhinə cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluçulara bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş islah işləri əvəzinə iki aydan iki ilədək müddətə tətbiq edilir. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs barəsində olan hökmün icrası onun faktiki xidmət etdiyi N saylı hərbi hissənin komandanlığına həvalə edilməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi qəbul edilmiş, Təqsirləndirilən şəxs xx.xx.N0NN-ci il tarixdə "xxxx" ASC-nin Şirvan filialından kredit götürmək üçün istifadə etdiyi saxta «MN» seriyalı «00760N0» nömrəli zabit vəsiqəsi işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan xx.xx.N0NN-ci il tarixli qərarla maddi sübut qismində tanınmaqla cinayət işi materiallarında saxlanılmalıdır. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə keçirilmiş məhkəmə xətşünaslıq və sənədlərin texniki ekspertizası tədqiqatının dəyərinə görə N00 (iki yüz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-nin 344, 353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, hərbi məhkəmə, HÖKMETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cibayət Məcəlləsinin 3N0.N-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri əvəzinə hər ay pul təminatından 5 (beş) faiz məbləğdə dövlət nəfinə pul tutulmaqla 5 (beş) ay müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilsin. Hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının icrası müddətinin əvvəli Təqsirləndirilən şəxs pul təminatından tutulma aparıldığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə mindikdə Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs barəsində olan hökmün icrası onun faktiki xidmət etdiyi N saylı hərbi hissənin komandanlığına həvalə edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi qəbul edilmiş, Təqsirləndirilən şəxs xx.xx.N0NN-ci il tarixdə "xxxx" ASC-nin Şirvan filialından kredit götürmək üçün istifadə etdiyi saxta «MN» seriyalı «00760N0» nömrəli zabit vəsiqəsi işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan xx.xx.N0NN-ci il tarixli qərarla maddi sübut qismində tanınmaqla cinayət işi materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə keçirilmiş məhkəmə xətşünaslıq və sənədlərin texniki ekspertizası tədqiqatının dəyərinə görə N00 (iki yüz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən N0 (iyirmi) gün müddətində Cəlilabad Hərbi Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.