Məhkəmə qərarları › İş №1-1(096)-19/2024

Cəlilabad Hərbi Məhkəməsi Hökm — İş №1-1(096)-19/2024

30.10.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1-1(096)-19/2024 30.10.2024 CƏLİLABAD HƏRBİ MƏHKƏMƏSİ Cəlilabad Hərbi Məhkəməsinin hakimi Neymanov İslam Əkrəm oğlunun sədrliyi, Rəhimov Ceyhun Cəfərqulu oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası hərbi prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs iştirakları ilə, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında, N saylı hərbi hissənin hərbi qulluqçusu, baş gizir Təqsirləndirilən şəxs – xx xxxxxx 1979-cu il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində N azyaşlı uşağı olan, məhkumluğu olmayan, N saylı hərbi hissənin dispetçer xidmətinin baş dispetçeri vəzifəsində, baş gizir rütbəsində xidmət edən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini özbaşına tutaraq özbaşına tikinti və quraşdırma işləri aparmış, habelə torpaq sahəsini becərmişdir. Belə ki, Təqsirləndirilən şəxs N saylı hərbi hissəsinin aviasiya eskadrilyasının, aviasiya manqasının texniki-istismar hissəsinin baş texniki vəzifəsində, gizir hərbi rütbəsində xidmətdə olarkən N019-cu il tarixdə ailə həyatı qurduqdan sonra, əvvəllər, yəni xx.xx.N006-cı il tarixdə Salyan rayon Salyan Bələdiyyəsinin 189 nömrəli sərəncamı əsasında Salyan rayon Salyan bələdiyyəsi ilə onun arasında xx.xx.N006-cı il tarixdə bağlanmış “torpaq icarəsi müqaviləsi” ilə 49 il müddətinə “bağçılıq” məqsədilə icarəyə götürdüyü Salyan rayonu, Babazanlı qəsəbəsindəki 1600 kv.m torpaq sahəsində “torpaq icarəsi müqaviləsi”nin N.13-cü maddəsində icarəçinin vəzifələri kimi nəzərdə tutulmuş “icarəyə götürülmüş torpaqlardan təyinatı üzrə istifadə etmək”, “icarəyə götürülmüş kənd təsərrüfatı təyinatlı torpaqların mühafizəsi, keyfiyyətinin qorunması, bərpası və yaxşılaşdırılması üçün aqrotexniki tədbirlər görmək” kimi müddəalarını bildiyi halda, müqavilə öhdəliklərinə zidd olaraq fərdi yaşayış evi tikmək qərarına gəlmişdir. O, tikinti barədə yerli icra hakimiyyətinə məlumat vermədən, dövlət mülkiyyətinə aid, kənd təsərrüfatı təyinatlı, dövlət əmlakı kimi qeydiyyata alınmış ünvan N ünvanında yerləşən kənd təsərrüfatı təyinatlı, təmiz örüş sahəsi olan 0,3685 ha torpaq sahəsini “torpaq icarəsi müqaviləsinin” 1-ci bəndinə zidd olaraq müqaviləyə əsasən ona ayrılan 1600 kv.m (0.16 ha) torpaq sahə hüdudlarını qanunsuz keçərək, əlavə 0.N085 ha torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına tutmuş, həmin torpaq sahəsi üzərində müxtəlif növ meyvə ağacları və üzümlüklərdən ibarət meyvə bağı salaraq becərmə aparmış, həmçinin özbaşına tutulmuş torpaq sahəsində 1N0 kv.m sahədə bir mərtəbəli mişar daşından fərdi yaşayış evi və 7.1 m sahədə köməkçi tikili inşa etməklə tikinti və quraşdırma işləri aparmışdır. Məhkəmə iclasında, təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, torpaq sahəsi ayrılması üçün N006-cı il tarixdə Salyan rayon Salyan Bələdiyyəsinə müraciət etmişdir. Bələdiyyə isə həmin vaxt ona 1600 kv.m sahənin bağçılıq təsərrüfatı yaradılması məqsədilə 49 il müddətinə icarəyə vermişdir. Bunun müqabilində N019-cu il tarixdə Bələdiyyə sədri vəzifəsində işləyən Vaqif adlı şəxsə atası ilə birlikdə 3000 manat pul vermişdir. Həmin bələdiyyə sədri və atası vəfat etmişlər. Bundan sonra, Salyan şəhər Bələdiyyəsinin Kür küçəsindən 800 kv.m həyətyanı torpaq sahəsinin ayrılması barədə yerquruluşu sxemi də çəkilib verilmişdir. Həmin sənəd əsasında o, ayrılmış torpaq sahəsində N019-cü ildən başlayaraq yerli icra hakimiyyəti orqanına tikinti aparacağı barədə rəsmi məlumat vermədən 1Nx11 metr ölçüdə mişar daşından bir mərtəbəli, 3 otaq və bir mətbəxdən ibarət yaşayış evi inşa etmişdir. Həm də inşa etdiyi evin qarşısında müxtəlif növ meyvə ağacları əkərək bağ salmışdır. Bundan başqa o, həmçinin Bələdiyyədən aldığı məktub əsasında rayon İşıq və Qaz idarələrinə müraciət edərək fərdi yaşayış evinə qaz və işıq xətti çəkdirmişdir. Hazırda da həmin kommunal xidmətlərdən istifadə etməkdədir. N019-cu il tarixdə ailə həyatı qurduqdan sonra həmin torpaq sahəsində ev tikmək qərarına gəlmiş, Daha sonra evi tədricən tikməyə başlamışdır. O, həmin vaxt Şəmkir şəhərində yerləşən N saylı hərbi hissədə xidmət etmişdir. N0N1-ci ildən etibarən isə Salyan rayonunda yerləşən N saylı hərbi hissəyə təyinat almışdır. O, bu müddət ərzində Salyan Bələdiyyəsinə ildə 40 manat icarə haqqı ödəmişdir. Sonradan həmin məbləğ artırılaraq 70 manata çatdırıldığına görə hazırda icarə haqqı kimi bələdiyyəyə ildə 70 manat pul ödəmişdir. Onun yaşayış evi inşa etdiyi və meyvə ağacları əkdiyi torpaq sahəsinə dair rəsmi çıxarışı yoxdur və olmamışdır. Mərhum bələdiyyə sədri Vaqif ondan pul alarkən həmin torpağa görə rəsmi çıxarış verəcəyini vəd etsə də vədinə əməl etməmişdir. Həmin torpaq sahəsini N006-cı il tarixdə bələdiyyədən sərəncam əsasında almışdır. O, Şəmkirdə xidmət etdiyi üçün həmin vaxtlar ev tikə bilməmişdir. Həmin ərazilər demək olar ki, çöllük formasında olmuşdur. Sonradan tədricən yaşayış evləri tikilmişdir. Yalnız N019-cu ildə ailə həyatı qurduqdan sonra ev tikməyə başlamışdır. Həmin vaxtdan onun özündə yalnız bələdiyyə sənədləri olmuşdur. Bu ötən müddət ərzində dəfələrlə onun həyətinə torpaq sahəsi ilə bağlı gəlsələr də, o, gələn və hazırda tanımadığı şəxslərə öz sənədlərini göstərmişdir. Heç kim ona sənədlərinin qanunsuz olması barədə bildirməmişdir. N0N3-cü ilin sonlarınadək “Salyan şəhər internat tipli gimnaziya”nın balansında olan yardımçı təsərrüfata məxsus torpaq sahəsini qanunsuz zəbt edərək orada yaşayış evi inşa etməyi barədə kimsə ona hər hansı irad bildirməmişdir. Yalnız evin inşası başa çatdıqdan xeyli müddət sonra Gimnaziya rəhbərliyi ona belə bir məlumat vermişdir. O, həmin torpaq sahəsinin dövlət mülkiyyətinə aid olmasını əvvəlcədən bilmək iqtidarında olmamışdır. Onun torpaq sahəsinin kimə aid olmasını göstərəcək texnikası olmamışdır. Sadəcə bələdiyyəyə müraciət etmiş və torpaq icarəyə götürmüşdür. Həmin torpaqda tikinti aparılmasının qadağan edildiyini bilmiş, lakin ehtiyacı olduğundan ev tikmək məcburiyyətində qalmışdır. Ona verilmiş bələdiyyə sənədlərinə etibar edərək orada ev tikmiş, yəni qanuni icarə hüququna əsaslanıb torpaqdan istifadə etmişdir. O, evi tikməyə hüququ olmasa da, torpağa dair istifadə hüququnu qəbul etmişdir. Çünki, onunla bələdiyyə arasında imzalanmış müqavilə mövcud olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməli özünün qismən etirafından başqa, cinayət iş üzrə toplanmış aşağıdakı təkzibedilməz sübutlarla da tam təsdiq olunmuşdur. Məhkəmə iclasında, zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, “A.Səfərov adına inteqrasiya təlimli internat tipli gimnaziya” məktəbi tərəfindən ilkin olaraq iddia qaldırılmışdır. İstintaq zamanı internat məktəbi torpaq sahəsinin yarımçıq təsərrüfatının ona aid olması barədə tutarlı sənədlər təqdim edilmədiyi üçün Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan Ərazi Şöbəsi zərərçəkmiş şəxsin numayəndəsi qismində tanınmışdır. N0N3-cü ilin sonlarında Təqsirləndirilən şəxs Salyan rayonunda faktiki istifadə etdiyi ərazidə monitorinq aparılmış və sonuncunun qanunsuz torpaq sahəsi zəbt etməsi müəyyən olunmuşdur. Bu barədə aidiyyəti qurumlar məlumatlandırılmışdır. Həmin torpaq sahəsində əsaslı tikinti aparmaq qanunsuz hal hesab edilir. Həmçinin, 16 sot torpaq sahəsindən artıq tutulma da qanunsuzdur. Həmin boş ərazidə nəsə əkmək, məsələn becərmə, ağac əkmə və qanunsuz hasara alınma da ərazini zəbt etmə sayılır. Bələdiyyə tərəfindən vətəndaşa verilmiş torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi hesab olunur. Həmin illərdə ərazi isə xəritə üzrə bələdiyyə torpağı kimi göstərilmişdir. N006-cı ildə bələdiyyə xəritəsi olmuşdur. Buna görə həmin xəritəyə əsasən bələdiyyə tərəfindən torpaq verilmişdir. O, vaxtlar Dövlət torpaq komitəsi ayrı, Əmlak komitəsi isə ayrı bir qrum olmuşdur. Buna görə belə hallar çox baş verdiyindən N010-cu ildən dövlət əmlaklarının üzləşdirilməsi prosesi başlanılmış və yenidən «GPS» sistemi vasitəsi tətbiq olunaraq bazaya daxil edilmişdir. Həmin torpaq sahəsi müəyyənləşəndə yarımçıq təsərrüfatının ərazisini də bələdiyyə torpağı kimi deyil, dövlətə aid olduğu mülkiyyət kimi müəyyən olunmuşdur. Əlavə olaraq, zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs məhkəməyə bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı heç bir iddiası yoxdur. Təqsirləndirilən şəxsə cəza təyin edərkən yüngülləşdirici hallar tətbiq edilərək yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında, şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, N0N0-ci ilin dekabr ayından etibarən Salyan rayon, Salyan Bələdiyyəsinin sədri vəzifəsində çalışır. Sözügedən torpaq sahəsi Təqsirləndirilən şəxs N006-cı il tarixdə bələdiyyə sərəncamı əsasında keçmiş bələdiyyə sədri olmuş Vaqif Hüseynov tərəfindən ayrılmışdır. Həmin torpaq sahəsi icarə hüququ əsasında bağçılıq təsərrüfatı üçün ayrılmışdır. Bağçılıq təsərrüfatına məxsus torpaq sahəsində tikinti işlərinin aparılması qanunla və eyni zamanda icarə müqaviləsində nəzərdə tutulmamışdır. O, əvvəllər torpaq sahəsinin ayrılması proseduru barədə bildirmişdir ki, torpaq sahəsi əldə etmək istəyən şəxs müraciət etdikdən sonra müraciətedənə bələdiyyədə mövcud olmuş xəritə əsasında torpaq sahəsi müxtəlif əsasla, icarə və ya mülkiyyət əsasında ayrılmışdır. N006-cı ildə “elektron kadastr” sistemi mövcud olmadığından torpaq sahələri “GPS” sistemi tətbiq olunmadan ölçülmüş və istifadəyə verilmişdir. Elektron Kadastr sistemi isə N010-cu il tarixdən etibarən ölkədə tətbiq olunmağa başlamışdır. Lakin, torpaq sahəsinin ayrıldığı illərdə Salyan Bələdiyyəsində mövcud olmuş bələdiyyə xəritəsinə əsasən Təqsirləndirilən şəxs istintaq orqanına təqdim etdiyi, yəni faktiki istifadə etdiyi torpaq sahəsinin yerquruluşu planında qeyd olunmuş torpaq sahəsi bələdiyyə torpaqları daxilində yerləşmişdir. Məhz bu səbəbdən həmin torpaq sahəsi Vaqif Hüseynov tərəfindən xəritə əsasında ayrılmışdır. Xəritə isə həmin dövrdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Azərbaycan Yerquruluşu Layihə İnstitutunun Salyan Rayonlararası Yerquruluşu İdarəsi tərəfindən tərtib edilmişdir. Odur ki, həmin torpaq sahəsinin sərhədləri də bələdiyyə mühəndisləri tərəfindən ayrılmışdır. Lakin, Təqsirləndirilən şəxs bələdiyyə sənədlərində qeyd olunduğu kimi, bağçılıq məqsədindən, habelə torpağı təyinatdan kənar istifadə edərək icarə müqaviləsinin şərtlərini pozmuşdur. Hazırki, elektron dövlət xəritələrində torpaq sahəsinin dövlət mülkiyyətində olması öz əksini tapmışdır. Məhkəmə iclasında, şahid qismində dindirilmiş ŞahidN ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs uşaq yaşlarından etibarən tanımışdır. Onların aralarında hər hansı qohumluq və düşmənçilik münasibətləri olmamışdır. O, Təqsirləndirilən şəxs N006-cı il tarixdən Salyan rayon Bələdiyyəsindən torpaq alması barədə məlumatlı olmuşdur. Həmin torpaq sahəsində N019-cu il tarixdən etibarən tikinti işlərinin aparılmasını müşahidə etmişdir. Təxminən N0N1-ci ildə Təqsirləndirilən şəxs Salyan rayonundakı hərbi hissələrin birinə təyinat almış, torpaq sahəsində əkin-biçin işlərinə başlamışdır. Lakin, əlavə olaraq qeyd etmişdir ki, həmin torpaq sahələri uzun müddət boş ərazilərdən ibarət olmuşdur. Təxminən N0N3-cü ilin sonlarında “A.Səfərov adına inteqrasiya təlimli internat tipli gimnaziya” rəhbərliyi torpaq sahəsinin onlara məxsus olmasını bildirərək polis orqanlarına müraciət etmişdir. Daha sonra isə araşdırma aparılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş, 0N avqust N0N4-cü il tarixli, 3-16-16/N- 10/4583 nömrəli “Məhkəmə-yerquruluşu ekspertizasının ekspert rəyi”ndən görünür ki, Salyan şəhər sakini Təqsirləndirilən şəxs istifadəsində olan həyətyanı sahə və fərdi yaşayış evinin yerləşdiyi ərazi Salyan şəhərində yerləşməklə, 6 nömrəli məktəbin yanında yerləşən ərazidir. Cinayət işinin materiallarına əlavə edilmiş, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 13 saylı Şirvan Ərazi İdarəsinin Salyan rayon şöbəsində mövcud olan NECAS- X4 adlanan Elektron Kadastr portalında qeyd olunanlara əsasən, Salyan şəhər sakini Təqsirləndirilən şəxs istifadəsində olan həyətyanı sahə və fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin mülkiyyət formasının Dövlət mülkiyyəti olması müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, Salyan Şəhər Bələdiyyəsinin Kür küçəsindən həyətyanı məqsədilə ayrılması nəzərdə tutulan 800 kv.m torpaq sahəsinin yerquruluşu sxemindən görünür ki, nəzərdə tutulan torpaq sahəsi N0x40 metr ölçüdə olmaqla, 800 kv.m təşkil etmişdir. Həmin sxemdə koordinatlar, istinad nöqtələrindən olan məsafələr göstərilmədiyindən həmin sxemdə göstərilən sahə ilə hazırda faktiki olaraq Təqsirləndirilən şəxs istifadə etdiyi torpaq sahəsinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan sənədlərən görünür ki, “NECAS” X4 adlanan elektron kadastr portalında qeyd olunanlara əsasən, faktiki olaraq Təqsirləndirilən şəxs istifadə etdiyi torpaq sahəsinin kateqoriyasının “kənd təsərrüfatı təyinatlı torpaq sahəsi” olması, uqodiyasının “təmiz örüş sahəsi” kimi qeyd olunması müəyyən edilmişdir. Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, təcrübə və sınaq məqsədləri üçün istifadə edilir, həmin torpaqlarda kənd təsərrüfatının səmərəli təşkili üşün ekoloji və texniki tələblərə uyğun olan kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Cinayət işinin materiallarına əlavə edilmiş, 1N yanvar N0N4-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri ünvan 3 ünvanında yerləşir. Həmin ərazi Salyan şəhəri “A.Səfərov adına inteqrasiya təlimli İnternat tipli gimnaziya”nın direktoru Şahid4 tərəfindən göstərilmişdir. Torpaq sahəsinə girişdə avtomobillərin girişi üçün nəzərdə tutulmuş iki taylı qapı və piyada hərəkəti üçün nəzərdə tutulmuş bir taylı qapı quraşdırılmışdır. Həmin ərazidə 1Nx10 metr ölçüdə 1N0 kv.m sahəsi olan bir mərtəbəli, mişardaşından ev tikilmişdir. Həmçinin həyətdə 7.1 kv.m ölçüdə tikintisi tam başa çatmamış, eyni zamanda mişar daşından inşa olunan yarımtikili vardır. Evin qarşısında müxtəlif növ meyvə ağacları və üzümlükdən ibarət bağ salınmışdır. Meyvə ağaclarının sonunda kanallar qazılmışdır. Bağ salınmış sahə 0.3685 ha-dır. Cinayət işinin materiallarına əlavə edilmiş, 1N iyul N0N4-cü il tarixli “Elektron bazaya və torpaq sahəsinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, təqdim olunan torpaq sahəsi üzərində kürsü və birinci mərtəbədən ibarət, mişar daşından inşa edilmiş fərdi yaşayış evi mövcuddur. Torpaq sahəsi bir yandan 6 nömrəli məktəbin ərazisi ilə, bir tərəfdən qonşu torpaq sahəsi ilə, digər tərəflərdə boş ərazilərlə əhatə olunmuşdur. Boş sahələr ilə əhatə olunan hissədə sərhəd şərtidir, hasar çəkilməmişdir. Torpaq sahəsində müxtəlif meyvə ağacları əkilmiş, bağ salınmışdır. Daha sonra sözügedən torpaq sahəsinin koordinatları ölçüldü və koordinatlar aşağıdakı kimi müəyyən olundu. X= 3N5704.8800 Y= 4386086.5467; X= 3N5749.5517 Y= 4386103.086N; X= 3N575N.46N4 Y= 438610N.9376; X= 3N5758.14N4 Y= 4386067.NN77 X= 3N5769.6363 Y= 43860N1.7454; X= 3N57N8.5857 Y= 4386011.507N Bundan sonra, torpaq sahəsinin baza məlumatlarını müəyyən etməkdən ötrü Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 13 saylı Şirvan ərazi idarəsinin Salyan rayon şöbəsində mövcud olan elektron kadastr baza məlumatlarına baxılması üçün həmin şöbənin inzibati binasına gedilmişdir. Orada Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 13 saylı Şirvan ərazi idarəsinin Salyan rayon şöbəsinin mütəxəssisi Mübariz Vəliyevin xidməti komputerində “NECAS”-X4 adlanan elektron kadastr portalında yuxarıda qeyd olunan koordinatlar üzrə yerləşən torpaq sahəsinin baza məlumatlarına baxılaraq aşağıdakılar müəyyən edilmişdir. Təqsirləndirilən şəxs faktiki olaraq istifadə etdiyi qeyd olunan koordinatlarda yerləşən torpaq sahəsi 0.3685 ha olmaqla, torpaq sahəsinin adı “Yardımçı təsərrüfat”, mülkiyyət forması “Dövlət mülkiyyəti”, kateqoriyası “kənd təsərrüfatı təyinatlı torpaq sahəsi”, alt kateqoriyası “təmiz örüş sahəsi” kimi göstərilməklə müvafiq məlumatlar qeyd olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan ərazi şöbəsinin əməkdaşları tərəfindən təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, ünvan N ünvanında yerləşən, Təqsirləndirilən şəxs həyətyanı məqsədilə istifadəsində olan 0,3685 ha torpaq sahəsi mövcuddur. Torpaq sahəsində 1N0 kv.m hissədə fərdi yaşayış evi və 7.1 kv.m hissədə köməkçi tikili mövcuddur. Evin qarşı hissəsindəki sahədə müxtəlif növ meyvə ağacları və üzüm tingləri əkilməklə bağ salınmışdır. Təqsirləndirilən şəxs ümumi istifadəsində olan fərdi yaşayış evi və köməkçi tikililərin də yerləşdiyi 0,3685 ha həyətyanı torpaq sahəsi, elektron kadastr uçotu informasiya sistemində olan məlumatlara əsasən Dövlət mülkiyyətinə aid, kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Cinayət işinin materiallarına əlavə edilmiş, Salyan Rayon Polis Şöbəsinin xx.xx.N0N4-cü il tarixli, 3-13-104/N-N1080/N4 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən N019-cu ilin mart ayından etibarən ünvan 3 ünvanında yerləşən 0,36 ha torpaq sahəsində 1Nx10 m ölçüdə birmərtəbəli fərdi yaşayış evi tikilərək inşası başa çatdırılmış, həmin həyətdə 7.1 m ölçüdə yardımçı tikilinin inşası isə başa çatdırılmamışdır. Cinayət işinin materiallarında olan, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 30 sentyabr N014-cü il tarixli, 0N31 saylı nizami hissə üzrə əmrindən çıxarışından görünür ki, gizir Hazırlıq Kursunu bitirmiş Təqsirləndirilən şəxs gizir hərbi rütbəsi verilməklə N saylı hərbi hissənin aviasiya eskadrilyasının, aviasiya manqasının texniki istismar hissəsinin baş mexaniki vəzifəsinə təyin olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş, N saylı hərbi hissə komandirinin N oktyabr N019-cu il tarixli, 4N5 nömrəli nizami hissə üzrə əmrindən çıxarışından görünür ki, gizir Təqsirləndirilən şəxs N saylı hərbi hissənin aviasiya eskadrilyasının, aviasiya manqasının texniki istismar hissəsinin baş texniki vəzifəsinə təyin olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş, N saylı hərbi hissə komandirinin N noyabr N0N1-ci il tarixli, 345 nömrəli nizami hissə üzrə əmrindən çıxarışından görünür ki, Təqsirləndirilən şəxs N saylı hərbi hissənin dispetçer xidmətinin baş dispetçeri (uçuş və enmə üzrə) vəzifəsinə təyin edildiyinə görə xidmətini davam etdirmək üçün Şəmkir şəhərində yerləşən N saylı hərbi hissədən gəlmiş hesab edilərək N noyabr N0N1-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilərək vəzifələrinin icrasına başlamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş, XN X1 görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin N56.3-cü maddəsi ilə N009-cu il tarixdə Xətai Rayon Məhkəməsinin ittiham hökmü çıxarılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş, Xətai Rayon Məhkəməsinin 01 may N009-cu il tarixli hökmünün kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında özüyeriyən və özü üzən nəqliyyat vasitəsindən istifadə etməklə qanunsuz balıq tutaraq xeyli miqdarda ziyan vurduğuna görə 1000 (min) manat məbləğində cərimə cəzasına məhkum olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş, N3 may N013-cü il tarixli “Amnistiya aktının tətbiq edilməsi barədə” qərarın kserosurətindən görünür ki, “Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.N013-cü il tarixli qərarına uyğun olaraq Təqsirləndirilən şəxs ona təyin edilən 1000 manat cərimə cəzasının çəkilməmiş 8N0 manat hissəsindən azad edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, N saylı hərbi hissəsinin komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, baş gizir Təqsirləndirilən şəxs hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə edilmişdir. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, N4 aprel N0N4-cü il tarixdə Təqsirləndirilən şəxs Salyan Rayon Polis Şöbəsinin İstintaq bölməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 188.1 və 188.N-ci maddələri ilə “təqsirləndirilən şəxs” qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, N0 avqust N0N4-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində olan cinayət işi Azərbaycan Respublikası CM-nin 188.1 və 188.N-ci maddələrindən Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsinə tövsif edilmişdir. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, NN avqust N0N4-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə yenidən ittiham elan edilməklə həmin maddə ilə “təqsirləndirilən şəxs” qisimində cəlb edilmiş və barəsində əvvəllər seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş, “Doğum haqqında şəhadətnamə”lərin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.N019-cu il təvəllüdlü, Namik Mütəllimzadə adlı və xx.xx.N0NN-ci il təvəllüdlü Rəsul Mütəllimzadə adlı iki azyaşlı övladı vardır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı dəlil gətirməklə xx.xx.N006-cı il tarixli “torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqaviləsnə istinad etmişdir. Həmin müqavilədən görünür ki, Salyan şəhərindəki 1600 kv.m torpaq sahəsi bağçılıq məqsədilə 49 il müddətinə Təqsirləndirilən şəxs icarəyə verilmişdir. Lakin istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs torpaq icarə müqaviləsinin 1.1-ci bəndində qeyd olunan müddəalara əməl etmədən, müqaviləyə əsasən ona ayrılan 1600 kv.m (0.16 ha) torpaq sahə hüdudlarını qanunsuz keçərək, əlavə 0.N085 ha torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına tutmuş, həmin torpaq sahəsi üzərində müxtəlif növ meyvə ağacları və üzümlüklərdən ibarət meyvə bağı salaraq becərmə aparmış, həmçinin özbaşına tutulmuş torpaq sahəsində 1N0 kv. m sahədə bir mərtəbəli mişar daşından fərdi yaşayış evi və 7.1 m sahədə köməkçi tikili inşa etməklə tikinti və quraşdırma işləri aparmışdır. Təqsirləndirilən şəxs öz ifadəsində göstərmişdir ki, o, yalnız qeyd olunan sahədə ağacları əkməklə sadəcə olaraq torpağı münbitləşdirmişdir. O, əlavə torpaq sahəsində əkib-becərmə işləri apararkən heç bir dövlət orqanına müraciət etməmiş və qeyd olunan əraziləri özbaşına tutmuşdur. Odur ki, Təqsirləndirilən şəxs həmin xüsusat üzrə verdiyi ifadəsi cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi daşıdığından özünümüdafiə kimi qiymətləndirilmiş və həmin hissədə sübut növü kimi nəzərə alınmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs öz ifadəsində göstərmişdir ki, o, N006-cı il tarixdə Bələdiyyə Sərəncamı ilə torpaq sahəsi əldə etdikdən sonra N019-cu ildə orada ev tikməyə başlamışdır. Lakin, fərdi yaşayış evi tikərkən yerli icra hakimiyyəti orqanlarına bu barədə rəsmi məktub ünvanlayaraq məlumat verməmişdir. O, öz ifadəsində göstərmişdir ki, bu müddət ərzində heç kim yaxınlaşaraq ona hər hansı etirazını edən bildirməmişdir. Təqsirləndirilən şəxs bağçılıq məqsədilə əldə etdiyi torpaq sahəsində tikinti-quraşdırma işlərinin qadağan edildiyini bilə-bilə fərdi yaşayış evi tikmiş, tikinti barədə heç bir dövlət orqanına məlumat verməmişdir. Odur ki, Təqsirləndirilən şəxs həmin xüsusat üzrə verdiyi ifadəsi cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi daşıdığından özünümüdafiə kimi qiymətləndirilmiş və həmin hissədə sübut növü kimi nəzərə alınmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs öz ifadəsində göstərmişdir ki, ona təqdim olunan bələdiyyə sənədlərinə əsasən yerquruluşu planı çəkilib verilmiş və müvafiq sxemə həmçinin Salyan RİH-nin Memarlıq və Tikinti Şöbəsinin müdiri Şahid3 da imza çəkərək sənədi təsdiq etmişdir. Sözügedən xüsusatla bağlı ifadə verən Şahid3 öz ifadəsində bildirmişdir ki, onun imzası sadəcə tanışlıq məqsədilə ona sənəd təqdim olunmasını göstərməklə yanaşı formal xarakter daşımışdır. Odur ki, Təqsirləndirilən şəxs həmin xüsusatla bağlı verdiyi ifadəsi cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi daşıdığından özünümüdafiə kimi qiymətləndirilmiş və həmin hissədə sübut kimi nəzərə alınmamamışdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin onun tərəfindən təqsirli olaraq törədilməsi, zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsi, şahid ifadələri, ekspert rəyi, rəsmi sənədlər, həmçinin iş üzrə toplanmış digər obyektiv sübutlarla tam təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində N azyaşlı uşağının olması məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.N, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, cəza təyin edərkən təqirləndirilən şəxs Təqsirləndirilən şəxs şəxsiyyətini, azadlıqdan məhrum etmədən islah və tərbiyə olunmasının mümkün olmadığını, törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən səmimi peşman olmasını nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 188.3-cü maddələsinin sanksiyasında nəzərdə tutulmuş cəzanın təyin edilməsini məqsədə müvafiq hesab edir. Eyni zamanda, məhkəmə işin hallarını, cəza təyin edərkən təqsirləndirilən şəxsin şəxsiyyətini, törədilmiş cinayətin xarakterini, onun törədilmə motivlərini, təqsirləndirilən şəxsi xarakterizə edən sənədləri tədqiq edib, sanksiyada nəzərdə tutulmuş cəzanın aşağı həddində N.Təqsirləndirilən şəxs azadlıqdan məhrum etməklə cəmiyyətdən təcrid olunmaqla islah və tərbiyə olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs himayəsində N azyaşlı uşağınını olmasını, həmçinin işin hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, törədilmiş cinayətin xarakterini, onun törədilmə motivlərini, azadlıqdan məhrum etmədən islah və tərbiyə olunmasının mümkünlüyünü nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzaya uyğun olaraq Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə keçirilmiş məhkəmə yerquruluşu ekspertizası üzrə çəkilmiş xərclər 100 (yüz), habelə mütəxəssis rəyi və yerquruluşu planının verilməsi üçün xidmət haqqı 95 (doxsan beş) manat məbləğində olan məhkəmə ekspertiza xərcləri Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs barəsində olan hökmün icrası onun faktiki xidmət etdiyi N saylı hərbi hissənin komandanlığına, hərbi xidmətdən tərxis olunduğu halda isə onun yaşadığı ərazi üzrə Salyan rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Cinayət işi üzrə madi sübut və mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 344, 353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, hərbi məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, N (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəza 6 (altı) ay sınaq müddəti ilə şərti hesab edilsin. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs barəsində olan hökmün icrası onun faktiki xidmət etdiyi N saylı hərbi hissənin komandanlığına, hərbi xidmətdən tərxis olunduğu halda isə onun yaşadığı ərazi üzrə Salyan rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə keçirilmiş məhkəmə yerquruluşu ekspertizası üzrə çəkilmiş xərclər 100 (yüz), habelə mütəxəssis rəyi və yerquruluşu planının verilməsi üçün xidmət haqqı 95 (doxsan beş) manat məbləğində olan məhkəmə ekspertiza xərcləri Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən Cəlilabad Hərbi Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə N0 (iyirmi) gün müddətinə apellyasiya qaydasında şikayət və protest verilə bilər. İş üzrə sədrlik edən; Hakim : İslam Neymanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar