Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1-1(096)-2/2023 15.02.2023 CƏLİLABAD HƏRBİ MƏHKƏMƏSİ Cəlilabad Hərbi Məhkəməsinin hakimi Neymanov İslam Əkrəm oğlunun sədrliyi, Əliyev Asif Xəlil oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası hərbi prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında N saylı hərbi hissənin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs – xx xxx N001-ci il tarixdə Lənkəran rayonu, Siyavar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, N saylı hərbi hissənin “M” dəstəsinin “D” taqımının atıcı radiotelefonçusu vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət etmiş, Lənkəran rayonu, Siyavar kəndində qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçılmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs N saylı hərbi hissəsinin “M” dəstəsinin “D” taqımının atıcı radiotelefonçusu vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət keçdiyi dövrdə N9 oktyabr N0NN-ci il tarixdə, saat NN:45-də xidmət yerini özbaşına tərk edərək yaşadığı Lənkəran rayonu, Siyavar kəndinə getmişdir. N noyabr N0NN-ci il tarixdə, saat 16:30 radələrində xidmət yerinə qayıtmaqla, ümumilikdə on gündən artıq, lakin bir aydan çox olmayaraq xidmət yerini özbaşına tərk etmişdir. Məhkəmə iclasında, təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində əməlindan peşman olduğunu və özünü təqsirli bildiyini qeyd edərək göstərmişdir ki, xidmətdə olarkən N9 oktyabr N0NN-ci il tarixdə, axşam saat NN:45-ə qədər N saylı hərbi hissə komandanlığı tərəfindən buraxılışa icazə verilmişdir. Həmin gün həftənin şənbə gününə təsadüf etdiyindən subay müddətdən artıq hərbi qulluqçulara əmrlə yarım günlük buraxılış verilmişdir. Odur ki, saat NN:45-ə qədər sərbəst buraxılmış, bir müddət Göytəpə şəhəri ərazisində gəzdikdən sonra sıxıldığını hiss etmiş, ailə üzvləri və xəstə anası üçün darıxdığını hiss etmişdir. Bundan başqa, N0NN-ci ilin avqust ayında Astara rayonu, Qamışovka kəndində yaşayan nişanlısını görmək istəmişdir. Odur ki, xx.xx.N0NN-ci il tarixdə axşam saat NN:45-də N saylı hərbi hissədə axşam düzülüşündə gəlməli olmasına baxmayaraq Lənkəran rayonu, Siyavar kəndində olan sevdiyi, yaxın bildiyi qohumları, ailə üzvləri, nişanlısı, dostları və digər tanışları uzaqda olduğundan qısa müddətə də olsa onları görmək fikrindən daşınmamışdır. O, saat N1 radələrində Göytəpə şəhərində tanıdığı taksi sürücüsü ilə razılaşaraq avtomobillə Lənkəran rayonuna, oradan da Siyavar kəndinə getmişdir. Ailə üzvləri ilə görüşmüş, onlara bir-iki gün qalıb yenidən xidmətə qayıdacağını bildirmişdir. O, etdiyi hərəkətin qanunsuz olduğunu bilsə də, lakin xidmət yerinə qayıtmamışdır. Həmin gün saat NN:55 radələrində hərbi hissədən xidmət yoldaşları, taqım komandiri, eləcə də dəstə komandiri, kapitan ŞahidN zəng edərək onun olduğu yeri, nəyə görə xidmət yerinə gecikdiyini soruşmuşdurlar. O, isə onlara yalandan yaxınlıqda olduğunu, bir azdan xidmət yerimə gələcəyini bildirmişdir. Bundan sonra keçirdiyi utanc hissinə görə telefonu söndürmüşdür. O, bir-iki gün Lənkəran rayonu, Siyavar kəndində qalıb, yaxınları ilə görüşdükdən sonra telefonunu açmış, bir daha zənglərə cavab verərək gələcəyi barədə məlumat vermişdir. Həmin vaxt, komandirləri telefon danışığı vasitəsilə ona hərbi xidmət yerinə gəlməyi bildirsələr də, eyni zamanda xidmət yerini özbaşına tərk etməyin cinayət məsuliyyətinə səbəb olacağını bildirmişlər. Bundan sonra xidmət yerinə gəlib-gəlməməklə bağlı tərəddüd etmiş, lakin həm də xidmət etmək istədiyini bildirmişdir. Bundan sonra utandığından, cinayət məsuliyyətindən, eləcə də komandirlərin məzəmmət etməsindən narahat olduğundan xidmət yerinə getməkdə tərəddüd etmişdir. Həmin keçən müddət ərzində Siyavar kəndində qaldığı zaman pulları bitdiyindən xidmət yerinə gəlməsi üçün maddi vəsaiti çatışmamışdır. Xidmət yoldaşları isə mütəmadi zəng etsələr də onlara xidmətə gəlmək istədiyini, lakin maddi vəsaitinin çatışmadığını bildirmişdir. Bundan sonra, təxminən 13-N noyabr N0NN-ci il tarixlərdə Lənkəran şəhər polisinin əməkdaşları tərəfindən ona telefon zəngi edilmişdir. Həmin gün polis əməkdaşları tərəfindən saat 09 radələrində polis şöbəsinə dəvət olunmuşdur. Orada onunla fərdi söhbət edildikdən sonra bu barədə xidmət etdiyi hərbi hissə komandanlığına məlumat verilmişdir. Bundan sonra, saat 15-N radələrində xidmət yoldaşı Şahid3 onun arxasınca komandanlıq tərəfindən göndərilmişdir. N noyabr N0NN-ci il tarixdə saat N radələrində N saylı hərbi hissəyə gəlmiş və şəxsi heyətin siyahısına daxil edilmişdir. Onun bu müddət ərzində xidmətdən boyun qaçırmaq niyyəti olmamışdır. O, sadəcə azacıq ailə üzvləri ilə vaxt keçirmək istəmişdir. Hərbi hissəyə gəldikdən sonra barəsində tədbir görülmüş, komandanlığa xidməti uyğunsuz olmağı ilə bağlı təqdimat göndərilmişdir. Ona tərxis olunacağı barədə məlumat verilmişdir. O, adi qaydada xidmətinə davam etmişdir. 09 dekabr N0NN-ci il tarixdə tək qalmaq üçün xidmət yerini tərk edib Lənkəran rayonu, Siyavar kəndinə gəlmişdir. 13-N dekabr N0NN-ci il tarixlərdə yenidən könüllü şəkildə xidmət yerinə qayıtmışdır. O, komandirlərindən üzr istəmiş və N dekabr N0NN-ci il tarixdə isə ordu sıralarından tərxis olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, N0 fevral N0NN-ci il tarixdə, saat 09:00-da kiçik bacısı xəstələndiyinə görə xidmət yerini özbaşına tərk etmiş, ertəsi gün, yəni N1 fevral N0NN-ci il tarixdə, saat 10:30-da xidmət yerinə qayıtmışdır. Bundan əlavə, 0N fevral N0NN-ci il tarixdə, saat 18:00-da xidmət yerini özbaşına tərk etmişdir. Belə ki, qardaşı müddətli hərbi xidmətdən tərxis olunduğu üçün bu hərəkəti etmiş, Lənkəran rayonu, Siyavar kəndinə getmişdir. Daha sonra, 04 oktyabr N0NN-ci il tarixdə, saat 1N:50-də xidmət yerinə qayıtmışdır. Bundan sonra, 17 noyabr N0NN-ci il tarixdə hərbi həkim komissiyasında olmuş, oradan qayıtdıqdan sonra 18 noyabr N0NN-ci il tarixdə saat NN:45-də xidmət yerinə qayıtmalı olduğu halda 19 noyabr N0NN-ci il tarixdə, saat N1:00da N saylı hərbi hissəyə geri qayıtmışdır. O, bundan başqa 09 dekabr N0NN-ci il tarixdə saat NN:45-də hərbi hissəni tərk etməsinin səbəbi onsuzda tərxis olunacağı barədə xəbərlərin verilməsi olmuş, lakin buna baxmayaraq 13 dekabr N0NN-ci il tarixdə saat 11:00-da könüllü şəkildə, heç bir kənar təsir olmadan xidmət yerinə qayıtmışdır. Əlavə olaraq Təqsirləndirilən şəxs məhkəməyə bildirmişdir ki, anası xəstə olduğu üçün ondan başqa evdə adam olmadığından hərbi hissəni tərk etmişdir. O, “Vətən müharibəsi”ndə iştirak etmişdir. Buna görə ona bir neçə medallar verilmişdir. Ona cəza təyin edərkən məhkəmədən mərhəmətli olmasını xahiş etmişdir. Cinayət işi üzrə təsvir olunan xüsusatlarla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli öz etirafından başqa iş üzrə toplanmış aşağıdakı təkzibedilməz sübutlarla da tam təsdiq olunmuşdur. Məhkəmə iclasında, şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində göstərmişdir ki, N saylı hərbi hissənin “M” dəstəsinin “D” taqımının hərbi qulluqçusu, MAHHXHQ, əsgər Təqsirləndirilən şəxs xidmət müddətində tanımış, aralarında hər hansı qohumluq və düşmənçilik münasibətləri olmamışdır. N9 oktyabr N0NN-ci il tarixdə N saylı hərbi hissənin sıra meydanında hərbi hissənin bütün subay, rütbəli şəxsi heyəti axşam yoxlanışı üçün sıraya düzülmüş, həmin vaxt dəstə üzrə cavabdeh şəxs tərəfindən siyahı üzrə yoxlanış keçirildikdən sonra müəyyən olunmuşdur ki, əsgər Təqsirləndirilən şəxs düzülüşdə iştirak etməmişdir. Belə ki, hərbi hissənin subay heyəti üçün iş gününün sonu, yəni saat 19:00-dan saat NN:45-dək buraxılış verilmiş, MAHHXHQ əsgər Təqsirləndirilən şəxs düzülüşdə iştirak etməmişdir. Həmin düzülüşdən sonra dəstə üzrə cavabdeh şəxs onun mobil telefonuna zəng edərək, əsgər Təqsirləndirilən şəxs harada olması barədə məlumat almış, cavabdeh şəxs dəstə komandirinə məlumat verdikdən sonra müvafiq rütbəli şəxslər də daxil olmaqla əsgər Təqsirləndirilən şəxs mobil telefonuna zəng etmiş, danışıq zamanı sonuncu yarım saat ərzində gələcəyini bildirsə də xidmət yerinə gəlməmişdir. Daha sonra mobil telefonuna zəng çatmamışdır. Hər hansı raport yazmadan özbaşına heç kimə xəbər vermədən xidmət yerini tərk etmişdir. Növbəti günlər ailə üzvləri ilə əlaqə saxlasalar da ailə üzvləri Təqsirləndirilən şəxs Lənkəran rayonu, Siyavar kəndində evdə olduğunu bildirmişdirlər. Valideynləri Təqsirləndirilən şəxs xidmət yerinə getməsi barədə göstəriş versələr də sonucu bunu etməmişdir. Daha sonra, N oktyabr N0NN-ci il tarixdə “M” dəstə komandiri vəzifəsini icra edən, kapitan ŞahidN tərəfindən N saylı hərbi hissə komandirinə Təqsirləndirilən şəxs bütün növ təminatlardan çıxarılması barədə raport yazılmış, daha sonra isə Təqsirləndirilən şəxs ümumiyyətlə zənglərə cavab verməmişdir. Bundan sonra, əsgər Təqsirləndirilən şəxs hərbi hissəyə təhvil verilməsinə köməklik göstərmələri üçün polis orqanlarına məktub göndərilmiş, sonuncu gizir Şahid3lə birlikdə N noyabr N0NN-ci il tarixdə xidmət yeri olan N saylı hərbi hissəyə qayıtmışdır. Qeyd olunan zaman aralığında isə hərbi hissəyə gəlməmişdir. O, həmçinin ifadəsinə onu da əlavə etmişdir ki, Təqsirləndirilən şəxs hərbi xidmətə münasibəti yaxşı olmuş, N-ci Qarabağ Müharibəsi döyüşlərində fəal iştirak etmişdir. Xidmət müddətində Təqsirləndirilən şəxs hər hansı işkəncə və ya qeyri-insani rəftara məruz qaldığının şahidi olmamış, sonuncuya qarşı nizamnamədən kənar hər hansı bir hərəkətin edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs xx.xx.N0NN-ci il tarixdə saat 09:00-dan xx.xx.N0NN-ci il tarixdə saat 10:30-dək, xx.xx.N0NN-ci il tarixdə saat 18:00-dan xx.xx.N0NN-ci il tarixdə saat 1N:50qədər, xx.xx.N0NN-ci il tarixdən xx.xx.N0NN-ci il tarixədək xidmət yerini özbaşına tərk etdiyini də bildirmişdir. Bundan əlavə, Şahid1 məhkəməyə bildirmişdir ki, MAHHXHQ, sabiq əsgər Təqsirləndirilən şəxs anasının xəstə olması ilə əlaqədar hərbi hissəni tərk etmişdir. O, “Vətən müharibəsi”ndə hərbi əməliyyatlarda iştirak etmişdir. Məhkəmə iclasında, şahid qismində dindirilmiş ŞahidN öz ifadəsində göstərmişdir ki, N saylı hərbi hissənin “M” dəstəsinin “D” taqımının hərbi qulluqçusu, MAHHXHQ, əsgər Təqsirləndirilən şəxs xidmət müddətində tanımışdır. N9 oktyabr N0NNci il tarixdə (şənbə günü) N saylı hərbi hissənin sıra meydanında hərbi hissənin bütün subay, rütbəli şəxsi heyəti axşam yoxlanışı üçün sıraya düzülmüşdür. Həmin vaxt, dəstə üzrə cavabdeh şəxs tərəfindən siyahı üzrə yoxlanış keçirildikdən sonra müəyyən olunmuşdur ki, əsgər Təqsirləndirilən şəxs düzülüşdə iştirak etməmişdir. Düzülüşdən sonra dəstə üzrə cavabdeh şəxs, (adətən şənbə günləri dəstə baş çavuşu-bölük baş çavuşu ) onun mobil telefonuna zəng edərək, əsgər Təqsirləndirilən şəxs harada olması barədə məlumat soruşmuş, cavabında bu barədə məlumatı olmadığını, adıçəkilən hərbi qulluqçunu hər hansı iş, tədbir üçün ayırmadığını bildirmişdir. Eyni zamanda, baş leytenant Şahid1 də bu barədə məlumat almağa çalışmış, sonuncu hər hansı məlumata malik olmadığını, çox keçmədən onunla əlaqə saxlayacağını bildirmişdir. Bundan sonra, müvafiq rütbəli şəxslər Təqsirləndirilən şəxs mobil nömrəsinə zəng etmiş, danışıq zamanı sonuncu yarım saat ərzində gələcəyini, ailəsində problemləri olduğunu bildirsə də xidmət yerinə qayıtmamışdır. Əvvəllər də bir-iki gün müddətinə qaçdığı üçün intizam qaydasında cəzalandırılmış, özündən də bu barədə soruşduqda evdə xəstəsinin olduğunu, habelə arabir əhval-ruhiyyəsinin dəyişdiyini, sıxıldığını bildirmişdir. Təqsirləndirilən şəxs xidmətə münasibətinin yaxşı olduğunu, həmçinin ikinci Qarabağ Müharibəsində iştirak etdiyini, xidmətdən yayınma halına yol vermədiyini bildirmişdir. Bundan sonra o, N oktyabr N0NN-ci il tarixdə N saylı hərbi hissə komandirinə Təqsirləndirilən şəxs bütün növ təminatlardan çıxarılması və araşdırma başlanılması haqqında raport tərtib etmişdir. Sonuncu dəfə Təqsirləndirilən şəxs N noyabr N0NN-ci il tarixdə xidmət yeri olan N saylı hərbi hissəyə geri qayıtmışdır və bütün növ təminatlara daxil edilmişdir. Qeyd olunan zaman aralığında isə hərbi hissəyə gəlməmişdir. O, həmçinin ifadəsinə onu da əlavə etmişdir ki, Təqsirləndirilən şəxs hərbi xidmətə münasibəti yaxşı olmuş, N-ci Qarabağ Müharibəsi döyüşlərində fəal iştirak etmişdir. Xidmət müddətində Təqsirləndirilən şəxs hər hansı işkəncə və ya qeyri-insani rəftara məruz qaldığının şahidi olmamış, sonuncuya qarşı nizamnamədən kənar hər hansı bir hərəkətin edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs xx.xx.N0NN-ci il tarixdə saat 09:00-dan xx.xx.N0NN-ci il tarixdə saat 10:30-dək, xx.xx.N0NN-ci il tarixdə saat 18:00-dan xx.xx.N0NN-ci il tarixdə saat 1N:50-qədər, xx.xx.N0NN-ci il tarixdən xx.xx.N0NN-ci il tarixədək xidmət yerini özbaşına tərk etdiyini də bildirmişdir. Bundan əlavə ŞahidN məhkəməyə bildirmişdir ki, MAHHXHQ, sabiq əsgər Təqsirləndirilən şəxs anasının xəstə olması ilə əlaqədar hərbi hissəni tərk etmişdir. Onun barəsində hərbi hissə tərəfindən mənfi xasiyyətnamə verilsə də, lakin “Vətən müharibəsi” zamanı hərbi əməliyyatlarda iştirak etmişdir. Buna görə də hərbi hissə komandanlığının xahişi olaraq sabiq hərbi qulluqçu Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmədən mərhəmətli olmasını xahiş etmişdir. İbtidai istintaq zamanı, şahid qismində dindirilmiş Şahid3 öz ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs N saylı hərbi hissədə xidmət etdiyi müddətdə tanımışdır, aralarında hər hansı qohumluq və düşmənçilik münasibətləri olmamışdır. N9 oktyabr N0NN-ci il tarixdə, həftənin şənbə günü N saylı hərbi hissənin sıra meydanında hərbi hissənin bütün subay, rütbəli şəxsi heyəti axşam yoxlanışı üçün sıraya düzülmüş, dəstə üzrə cavabdeh şəxs tərəfindən siyahı üzrə yoxlanış keçirildikdən sonra müəyyən olunmuşdur ki, əsgər Təqsirləndirilən şəxs düzülüşdə iştirak etməmişdir. O, həmin gün düzülüşdə iştirak etməsə də dəstə komandiri, kapitan ŞahidN bu barədə ona da məlumat verdikdən sonra Təqsirləndirilən şəxs tapmağa çalışmış, məlum olmuşdur ki, nə dəstə, nə də taqım komandiri sonuncunun hər hansı iş, tədbir üçün ayırmamışdır. N9 oktyabr N0NNci il tarixdə bir neçə dəfə zəng etdikdən sonra Təqsirləndirilən şəxs mobil telefonuna zəng çatmamış, növbəti günlər ailə üzvləri ilə əlaqə saxlanılsa da ailə üzvləri Təqsirləndirilən şəxs evdə olduğunu bildirmişdirlər. Bundan sonra əsgər Təqsirləndirilən şəxs hərbi hissəyə təhvil verilməsinə köməklik göstərmələri üçün polis orqanlarına məktub göndərilmişdir. N noyabr N0NN-ci il tarixlərdə polis orqanlarından Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən polis orqanlarına dəvət olunması barədə məlumat daxil olmuşdur. Buna görə də o, həmin gün Təqsirləndirilən şəxs ilə birlikdə gəlməsi üçün Lənkəran rayonuna ezam olunmuşdur.O, polis şöbəsində Təqsirləndirilən şəxs ilə görüşmüş, birlikdə qayıtmış, yol boyu söhbət edərkən sonuncu ona azacıq da olsa təklikdə qalmaq istədiyi barədə məlumat vermişdir. Buna görə də mobil telefonlarını söndürmüşdür. Həmçinin maddi imkanı olmadığına görə hərbi hissəyə gəlməkdə gecikdiyini bildirmişdir. Sonuncu N noyabr N0NN-ci il tarixdə xidmət yeri olan N saylı hərbi hissəyə geri qayıtmış və bütün növ təminatlara daxil edilmişdir. O, həmçinin ifadəsinə onu da əlavə etmişdir ki, Təqsirləndirilən şəxs hərbi xidmətə münasibəti yaxşı olmuş, N-ci Qarabağ Müharibəsi döyüşlərində fəal iştirak etmişdir. Xidmət müddətində Təqsirləndirilən şəxs hər hansı işkəncə və ya qeyri-insani rəftara məruz qaldığının şahidi olmamış, sonuncuya qarşı nizamnamədən kənar hər hansı bir hərəkətin edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs xx.xx.N0NN-ci il tarixdə saat 09:00-dan xx.xx.N0NN-ci il tarixdə saat 10:30-dək, xx.xx.N0NN-ci il tarixdə saat 18:00-dan xx.xx.N0NN-ci il tarixdə saat 1N:50-qədər, xx.xx.N0NN-ci il tarixdən xx.xx.N0NN-ci il tarixədək xidmət yerini özbaşına tərk etdiyini də bildirmişdir. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.N0NN-ci il tarixli raportdan görünür ki, “M” dəstəsinin komandiri, kapitan ŞahidN “M” dəstəsinin “D” taqımının atıcıradiotelefonçusu, əsgər Təqsirləndirilən şəxs N9 oktyabr N0NN-ci il tarixdə saat NN:45 radələrində xidmət yerini özbaşına tərk etməsi ilə əlaqədar sonuncunun bütün növ təminatlarının dayandırılması haqqında hərbi hissə komandanlığı qarşısında vəsatət qaldırmışdır. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.N0NN-ci il tarixli raportdan görünür ki, “M” dəstəsinin komandiri, kapitan ŞahidN “M” dəstəsinin “D” taqımının atıcıradiotelefonçusu, əsgər Təqsirləndirilən şəxs N noyabr N0NN-ci il tarixdə saat 16:30-da xidmət yerinə qayıtmasını nəzərə alıb bütün növ təminatlara qoyulması barədə hərbi hissə komandanlığı qarşısında vəsatət qaldırmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş xx.xx.N0NN-ci il tarixli 134N9 №-li arayışdan görünür ki, MAHHXHQ, əsgər Təqsirləndirilən şəxs N nömrəli hərbi hissə komandirinin N nömrəli göndərişi əsasında komissiyaya göndərilmiş, komissiya rəyinə əsasən hərbi xidmətə yararlıdır. N saylı hərbi hissə komandirinin 0N fevral N0N1-ci il tarixli 35 №-li nizami hissə üzrə əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 05N saylı hərbi hissə komandirinin N1 yanvar N0N1-ci il tarixli 01əç nömrəli əmrinə əsasən N saylı hərbi hissədə vəzifəyə təyin edildiyindən xidmətini davam etdirmək üçün N saylı hərbi hissədən gəlmiş hesab edilərək 0N fevral N0N1-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilərək vəzifəsinin icrasına başlamışdır. N saylı hərbi hissə komandirinin N oktyabr N0NN-ci il tarixli 315 №-li nizami hissə üzrə əmrindən çıxarışından görünür ki, MAHHXHQ əsgər Təqsirləndirilən şəxs N9 oktyabr N0NN-ci il tarixdə saat NN:45-də xidmət yerindən özbaşına getdiyi üçün xidmət yerini özbaşına tərk etmiş hesab edilmiş və bütün növ təminatları dayandırılmış, xüsusi norma üzrə qazan təminatından çıxarılmışdır. N saylı hərbi hissə komandirinin N noyabr N0NN-ci il tarixli 331 №-li nizami hissə üzrə əmrindən çıxarışından görünür ki, MAHHXHQ əsgər Təqsirləndirilən şəxs N noyabr N0NN-ci il tarixdə saat 16:30-da xidmət yerinə gəldiyi üçün, xidmət yerinə gəlmiş hesab edilmiş və bütün növ təminatlara daxil edilmişdir. N saylı hərbi hissə komandirinin N dekabr N0NN-ci il tarixli nizami hissə üzrə verilmiş 365 nömrəli əmrindən görünür ki, Təqsirləndirilən şəxs 05N saylı hərbi hissə komandirinin N dekabr N0NN-ci il tarixli əmri ilə “Hərbi Xidmətkeçmə haqqında” əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən hərbi xidmətdən ehtiyyata buraxıldığına görə vəzifəsini təhvil vermiş hesab edilərək N dekabr N0NN-ci il tarixdə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmış, hərbi qeydiyyata durmaq üçün SHXÇDX-nin Lənkəran rayon şöbəsinə göndərilmişdir. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, 10 yanvar N0N3-cü il tarixdə Təqsirləndirilən şəxs “təqsirləndirilən şəxs” qismində cəlb edilməklə, ona ittiham elan edilmiş və həmin tarixdə onun barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin 06 dekabr N0NN-ci il tarixli 154-40864- 1NNN nömrəli məktubdan görünür ki, xx.xx.N001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş xidməti xasiyyətnamələrdən görünür ki, N saylı hərbi hissənin sabiq hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs hərbi hissə komandanlığı tərəfindən mənfi xasiyyətləndirilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş, Lənkəran ŞİHB-nın Siyavar kənd inzibati ərazi dairəsi tərəfindən tərtib edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs nümayəndəlik tərəfindən müsbət xasiyyətləndirilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Medalının İ- N19N3 №-li vəsiqənin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Medalının İ- 709N7 №-li vəsiqənin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Müdafiə naziri tərəfindən N8 dekabr N0N0-ci il tarixdə verilmiş “0N18t” №-li vəsiqənin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal ilə təltif olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən 14 sentyabr N0NN-ci il tarixdə Təqsirləndirilən şəxs verilmiş “M/V 097701” №-li vəsiqəsinin kserosurətindən görünür ki, “Vəsiqənin sahibi müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Təqsirləndirilən şəxs istintaq zamanı özünün müdafiəsi məqsədilə araşdırma zamanı verdiyi xx.xx.N0NN-ci il tarixli izahatında xx.xx.N0NN-ci il tarixdə xidmət yerini özbaşına tərk etməsinin səbəbini anasının şəkər xəstəsi olması ilə əlaqələndirmişdir. 10 yanvar N0N3-cü il tarixli təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində anasının şəkər xəstəsi olduğunu, buna baxmayaraq qardaşının xx.xx.N0NN-ci il tarixdə hərbi xidmətdən gəldiyini, habelə anasının vəziyyətinin hazırda yaxşı olduğunu bildirmişdir. Ailə tərkibi arayışından da görünür ki, Təqsirləndirilən şəxs başqa ailədə atası, bacısı və qardaşı qeydiyyatdadır. Xidmət yerini tərk etməsinin əsl səbəbi həm anasını görmək istəməsi, həm də xidmət zamanı sıxılması, təklikdə qalmaq istəməsi olmuşdur. Birbaşa olaraq anasının şəkər xəstəsi olması ilə əlaqələndirməmişdir. Buna görə də hərbi hissəni özbaşına tərk edib, Lənkəran rayonu, Siyavar kəndinə getmişdir. xx.xx.N0NN-ci il tarixdə isə qardaşı xidmətdən tərxis olunmuşdur. Özü bir müddət Siyavar kəndində qaldıqdan sonra maddi imkanı çatmadığından hərbi hissəyə qayıtmaq istəsə də qayıda bilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs ilkin izahatında anasının şəkər xəstəsi olması ilə əlaqədar xx.xx.N0NN-ci il tarixdə hərbi xidmət yerini tərk etdiyini bildirməsi, buna görə də xx.xx.N0NN-ci il tarixə qədər xidmət yerinə gəlməməsi üzürlü səbəb sayılmamalı və cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədilə edildiyindən özünümüdafiə kimi qiymətləndirilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etiraf məzmunlu ifadəsi, şahid ifadələri, rəsmi sənədlər, həmçinin iş üzrə toplanmış digər obyektiv sübutlarla tam təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 59.N-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, səmimi peşmançılıq çəkməsini, anasını xəstə olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, habelə “Vətən müharibəsi iştirakçısı” olmasını, “Cəbrayılın azad olunmasına görə” medalı, həmçinin “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunmasını da nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar iş üzrə müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.N və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən halları, həmçinin cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini etiraf edib, hərəkətindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edərkən nəzərə alır ki, şəxsin cinayət törətdikdən sonrakı müsbət davranışı olmaqla, səmimi peşmançılıq kimi hərəkəti, onun ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltdığından törətdiyi cinayətə görə özünü öz vicdanı qarşısında mühakimə etməsindən xəbər verir. Şəxsin düzgün və cəzanın məqsədlərinə xidmət edən belə davranışı yüngülləşdirici hal kimi ona cəza təyin edilməsi zamanı hökmən nəzərə alınmalıdır. Eyni zamanda, məhkəmə təqirləndirilən şəxs Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsinin sanksiyasında göstərilən “hərbi xidmət üzrə məhdudlaşdırma” cəzasını Təqsirləndirilən şəxs hərbi xidmətdən tərxis olunması ilə əlaqədar tətbiq etməsinin mümkün olmadığını nəzərə alaraq, ona cərimə cəzasının tətbiq etməsini zəruri hesab edir. Məhkəmə, cəza təyin edərkən təqirləndirilən şəxs Təqsirləndirilən şəxs şəxsiyyətini, azadlıqdan məhrum etmədən islah və tərbiyə olunmasının mümkünlüyünü, əvvəllər məhkum olmamasını, törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini, anasını xəstə olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, habelə “Vətən müharibəsi iştirakçısı” olmasını və digər yüngülləşdirici halların məcmusunu nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzaya uyğun olaraq, Azərbaycan Respublikası CM-nin 6N-ci maddəsini tətbiq etməklə həmin Məcəllənin 44-cü maddəsi ilə nəzərdə tutulmuş daha yüngül cəza növünü, yəni cərimə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs barəsində olan hökmün icrası onun yaşadığı və qeydiyyatda olduğu ərazi üzrə Lənkəran rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Cinayət işi üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası CPM-nin 344, 353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, hərbi məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 6N-ci maddəsini tətbiq etməklə həmin Məcəllənin 44-cü maddəsinə uyğun olaraq 400 (dörd yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs barəsində olan hökmün icrası onun yaşadığı və qeydiyyatda olduğu ərazi üzrə Lənkəran rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən N0 (iyirmi) gün müddətində Cəlilabad Hərbi Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1-1(096)-2/2023
Cəlilabad Hərbi Məhkəməsi Hökm — İş №1-1(096)-2/2023
15.02.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver