Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1-1(096)-2/2025 07.03.2025 CƏLİLABAD HƏRBİ MƏHKƏMƏSİ Cəlilabad Hərbi Məhkəməsinin hakimi Neymanov İslam Əkrəm oğlunun sədrliyi ilə, hakimlər Əhmədov Vüqar İkram oğlunun və X3 ibarət tərkibdə, Əliyev Asif Xəlil oğlunun katibliyi ilə, dövlət ittihamçısı– Azərbaycan Respublikası hərbi prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçilər– Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, “Ekol” Vəkil Bürosunun vəkili Müdafiəçi4, Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi5 iştirakları ilə məhkəmənin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında N saylı hərbi hissənin sabiq hərbi qulluqçusu, baş gizir Təqsirləndirilən şəxs1 – xx xxxxxx 1990-cı il tarixdə Beyləqan rayonu, Bünyadlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində N azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, N saylı hərbi hissənin 4-cü “S”-1N5 NTM” Zenit-Raket Divizionunun baş çavuşu vəzifəsində xidmət etmiş, xx.xx.N0N4-cü il tarixdə hərbi xidmətdən tərxis olunmuş, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi N saylı hərbi hissədə qeydiyyatda olmaqla, Beylaqan rayonu, Bünyadlı kəndində yaşamış, 1N fevral N0N4-cü il tarixdə “şübhəli şəxs” qismində tutulmuş, barəsində 13 fevral N0N4-cü il tarixdə “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N34.4-1-ci maddəs ilə, Vətəndaş, Təqsirləndirilən şəxsN – xx xxxxxx 199N-ci il tarixdə Yardımlı rayonu, Ostayır kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 3 azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, Yardımlı rayonu, Ostayır kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində müvəqqəti yaşamış, 14 may N0N4-cü il tarixdə “şübhəli şəxs” qismində tutulmuş, barəsində 16 may N0N4-cü il tarixdə “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N34.4-1-ci maddəsi ilə, Vətəndaş, Təqsirləndirilən şəxs3 – xx xxxx 198N-ci il tarixdə Beyləqan rayonu, Bünyadlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində N uşağı olan, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, Beyləqan rayonu, Bünyadlı kəndində qeydiyyatda olan, 1N fevral N0N4-cü il tarixdə “şübhəli şəxs” qismində tutulmuş, barəsində 13 fevral N0N4-cü il tarixdə “həbs” növündə qətimkan tədbiri seçilmiş, 0N iyul N0N4-cü il tarixdə “həbs” qətimkan tədbiri “ev dustaqlığı” növündə qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N34.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs3, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri xeyli miqdarda əldə etmiş və daşımışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxsN, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs1 N saylı hərbi hissənin baş çavuşu vəzifəsində, baş gizir hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən, Bakı şəhərində ustalıq fəaliyyəti ilə məşğul olan qaynı- Təqsirləndirilən şəxsN N0N3-cü ilin sonlarında hazırda şəxsiyyətləri istintaqa məlum olmayan bir qrup şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək (xx.xx.N0N4-cü il tarixli “cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” qərarla cinayət işi ayrılmışdır), onlar tərəfindən ona xüsusilə külli miqdarda müxtəlif növ narkotik vasitələrin və psixotrop maddələrin hazırda istintaqa məlum olmayan mənbədən əldə olunaraq Yardımlı rayonu ərazisində gizlədiləcəyinə dair Təqsirləndirilən şəxs1 məlumat verildikdən sonra həmin narkotik vasitələrin və psixotrop maddələri gizlədildiyi yerdən götürülməsini və daha sonra Bakı şəhərində satışını təşkil etməklə satışdan əldə edilmiş pulu öz aralarında bölərək qanunsuz qazanc əldə etməyə dair razılığa gəlmişdir. Bundan sonra, N0N4-cü ilin fevral ayının əvvəllərində qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girdiyi, Təqsirləndirilən şəxsN içərisində xüsusilə külli miqdarda müxtəlif növ narkotik vasitələrin və psixotrop maddələrin olduğu bağlamaların Yardımlı rayonu, Perimbel kəndi ərazisində gizlədiləcəyinə dair məlumat verilərək ona göndərəcəkləri koordinatlar və məlumatlar əsasında həmin bağlamaların gizlədildiyi yerdən götürülərək Bakı şəhərinə gətirilməsi və daha sonra satışını təşkil etməsinə dair tapşırıq verildikdən sonra, Təqsirləndirilən şəxsN həmin tapşırığı icra edəcəyinə dair vəd vermiş və bir neçə gün sonra ona içərisində xüsusilə külli miqdarda müxtəlif növ narkotik vasitələrin və psixotrop maddələrin olduğu bağlamaların artıq deyilən yerə gətirilməsi barədə məlumat verildikdən sonra, 11 fevral N0N4-cü il tarixdə günorta saatlarında istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsindən «WhatssApp» mobil tətbiqi vasitəsi ilə həmin vaxt Beyləqan rayonunda məzuniyyətini keçirən, narkotik vasitələrdən mütəmadi olaraq istifadə etməklə narkomaniya xəstəliyindən əziyyət çəkən baş gizir Təqsirləndirilən şəxs1 istifadəsində olan, Rusiya Federasiyasının mobil operatoruna məxsus +**********1 mobil danışıq nömrəsinə zəng edərək, ona şəxsiyyətləri hazırda istintaqa məlum olmayan şəxslərlə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı aralarındakı sövdələşmə barədə məlumat vermişdir. Daha sonra, ona elə həmin gün Yardımlı rayonuna gedərək orada həmin şəxslər tərəfindən göndəriləcək koordinatlar və məlumatlar əsasında içərisində xüsusilə külli miqdarda müxtəlif növ narkotik vasitələrin və psixotrop maddələrin olduğu bağlamaları gizlədildiyi (saxlanıldığı) yerdən götürərək onları Bakı şəhərinə gətirməsini, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin ərazisindəki dairədə onunla görüşəcək şəxsə (şəxslərə) verməsini təklif edərək, bunun müqabilində ona müəyyən məbləğdə pul veriləcəyini bildirmiş və baş gizir Təqsirləndirilən şəxs1 həmin təklifi qəbul edərək, qaynı- Təqsirləndirilən şəxsN və şəxsiyyətləri hazırda istintaqa məlum olmayan digər şəxslərlə satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi, saxlanması və daşınması ilə bağlı bir qrup şəxs halında qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmişdir. Baş gizir Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxsN ilə sövdələşdikdən sonra həmin gün, yəni 11 fevral N0N4-cü il tarixdə günorta saatlarında Yardımlı rayonuna getmək qərarına gəlmiş və yaşadığı evin yaxınlığında qonşusu, Beyləqan rayonu, Bünyadlı kənd sakini, narkotik vasitələrdən istifadə edən və narkomaniya xəstəliyindən əziyyət çəkən Təqsirləndirilən şəxs3 görüb aralarındakı söhbət zamanı sonuncuya Təqsirləndirilən şəxsN ilə aralarındakı sövdələşmə barədə heç bir məlumat vermədən, özünə məxsus avtomobillə Bakı şəhərinə getməyə hazırlaşdığını bildirdikdə, Təqsirləndirilən şəxs3 özünün də ustalıqla məşğul olduğuna görə işləmək üçün Bakı şəhərinə getməyi planlaşdırdığını deyərək onu da idarə etdiyi avtomobillə Bakı şəhərinə aparmasını xahiş etmişdir. Baş gizir Təqsirləndirilən şəxs1 qonşusu Təqsirləndirilən şəxs3 xahişinə etiraz etməmiş və razılaşaraq onunla elə həmin gün axşam saatlarında özünün idarə etdiyi “VAZ N107” markalı, “**-BK-***” dövlət qeydiyyat nömrə nişanlı avtomobillə yola çıxıb Bakı şəhəri istiqamətində hərəkət etməyə başlamışdır. Avtomobillə yolda hərəkətdə olarkən baş gizir Təqsirləndirilən şəxs1, öz cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə, Təqsirləndirilən şəxs3 bir daha Təqsirləndirilən şəxsN ilə aralarındakı sövdələşmə barədə heç bir məlumat vermədən, qaynı Təqsirləndirilən şəxsN ondan Yardımlı rayonuna gedərək oradan yük götürməsini və özü ilə Bakı şəhərinə aparmasını xahiş etdiyini, bu səbəbdən əvvəlcə Yardımlı rayonuna getməli olduğunu və oradan yükü götürdükdən sonra Bakı şəhərinə gedəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs3 də buna etiraz etməyərək razılaşmışdır. Bundan sonra baş gizir Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobillə hərəkət istiqamətini dəyişərək Təqsirləndirilən şəxs3lə birlikdə Yardımlı rayonu istiqamətində hərəkətini davam etdirmişdir. 1N fevral N0N4-cü il tarixdə, saat 01 radələrində Yardımlı rayonuna çatdıqdan sonra istifadəsində olan mobil danışıq nömrəsindən «WhatssApp» proqramı vasitəsi ilə Təqsirləndirilən şəxsN zəng edib bu barədə məlumat verdikdə, sonuncu ona artıq gec olduğunu, içərisində narkotik vasitələrin və psixotrop maddələrin olduğu bağlamaları hava açıldıqdan sonra götürə biləcəyini deyərək, gecəni atasına məxsus Yardımlı rayonu, Ostair kəndində olan yaşayış olmayan evdə qalmasını tapşırmışdır. Bundan sonra, baş gizir Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 götürməli olduğu yükü yalnız səhər saatlarında götürə biləcəyini deyərək, həmin gecəni qaynının atasına məxsus yaşayış olmayan evdə keçirdə biləcəklərini bildirmişdir. Təqsirləndirilən şəxs3 buna etiraz etməyib öz razılığını bildirdikdən sonra onunla birlikdə Yardımlı rayonu, Ostair kəndinə gedərək həmin gecəni Təqsirləndirilən şəxsN atasına məxsus yaşayış olmayan evdə qalmışlar. 1N fevral N0N4-cü il tarixdə səhər saatlarında bir qrup şəxs halında əlbir olub cinayət əlaqəsinə girdiyi şəxsiyyətləri hazırda istintaqa məlum olmayan şəxslər tərəfindən «WhatssApp» mobil tətbiqi vasitəsi ilə Təqsirləndirilən şəxsN istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsinə içərisində xüsusilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin olduğu bağlamaların gizlədildiyi (saxlanıldığı) yerin koordinatları göndərilmiş və bundan sonra sonuncu həmin koordinatları istifadəsində olan mobil danışıq nömrəsindən «WhatssApp» mobil tətbiqi vasitəsi ilə baş gizir Təqsirləndirilən şəxs1 istifadəsində olan +**********1 mobil danışıq nömrəsinə göndərərək, ona həmin bağlamaları oradan götürüb Bakı şəhərinə gətirməsini tapşırmışdır. Bundan sonra, baş gizir Təqsirləndirilən şəxs1, öz cinayətkar məqsədinə nail olmaq niyyəti ilə, Təqsirləndirilən şəxs3 narkotik vasitələrdən istifadə etdiyini nəzərə alaraq ona, götürüləcək bağlamaların içərisində xüsusilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin olması, onları götürüb Bakı şəhərinə aparacağı və orada satışının təşkil olunmaqla bunun müqabilində ona pul veriləcəyi barədə heç bir məlumat vermədən, bağlamaların içərisində digər şəxsi əşyaları ilə bərabər bir qədər, yəni özünün və qaynı Təqsirləndirilən şəxsN istifadə etməsi üçün kifayət edəcək həcmdə narkotik vasitələrin olduğunu bildirib buna görə həmin bağlamaları götürmək üçün Yardımlı rayonu, Perimbel kəndinə getməli olduqlarını demişdir. Təqsirləndirilən şəxs3 ilk öncə buna etiraz etsə də, daha sonra Yardımlı rayonunu yaxşı tanımadığını, həmin vaxt üzərində Bakı şəhərinə getməsi üçün kifayət qədər pul olmadığını, eyni zamanda özü də narkotik vasitələrin istifadəçisi olduğuna görə həmin bağlamaları götürdükdən sonra öz şəxsi istifadəsi üçün baş gizir Təqsirləndirilən şəxs1 pay kimi bir qədər narkotik vasitə ala biləcəyini nəzərə alaraq, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarda əldə edilməsi və daşınması məqsədi ilə onun təklifini qəbul edib razılaşmışdır. Bu məqsədlə baş gizir Təqsirləndirilən şəxs1lə, habelə sonuncunun vasitəsi ilə Təqsirləndirilən şəxsN ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmişdir. Bundan sonra, baş gizir Təqsirləndirilən şəxs1 1N fevral N0N4-cü il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs3 özünün idarə etdiyi “VAZ N107” markalı, “**-BK-***” dövlət qeydiyyat nömrə nişanlı avtomobilə mindirərək qaynı Təqsirləndirilən şəxsN tərəfindən əvvəlcədən ona “WhatssApp” mobil tətbiqi vasitəsi ilə göndərilmiş koordinatlar və məlumatlar üzrə hərəkətdə olmaqla həmin gün saat 10 radələrində Yardımlı rayonu, Perimbel kəndinin ərazisindəki təyinat nöqtəsinə çatmiş və orada kənar şəxslərin diqqətini çəkməməklə içərisində narkotik vasitələrin və psixotrop maddələrin olduğu bağlamaları qısa vaxt ərzində götürüb ərazidən uzaqlaşmaq məqsədi ilə Təqsirləndirilən şəxs3 sürücü yerinə keçib avtomobili idarə edərək bir qədər qarşıdan dönüb gəlməsini xahiş etmiş və həmin vaxtadək özünün bağlamaları tapıb götürərək yolun kənarına daşıyacağını bildirib avtomobildən düşmüşdür. Təqsirləndirilən şəxs3 etiraz etməyərək, oturduğu sərnişin yerindən düşüb sükan arxasına keçərək avtomobili idarə edib bir qədər qarşıya doğru gedib daha sonra geriyə qayıtmağa başlamışdır. Bu müddət ərzində baş gizir Təqsirləndirilən şəxs1 istifadəsində olan +**********1 mobil danışıq nömrəsindən “WhatssApp” mobil tətbiqi vasitəsi ilə qaynı Təqsirləndirilən şəxsN istifadəsində olan ***- ***-**-** mobil danışıq nömrəsinə zəng edib sonuncudan içərisində xüsusilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin olduğu bağlamaların asfalt yolun kənarında olan kolluqların arasında olduğunu öyrəndikdən sonra həmin yerə gedərək içərisində 4N330 qram çəkidə külli miqdarda narkotik vasitə olan qurudulmuş “marixuana”, N6N4.988 qram çəkidə xüsusilə külli miqdarda narkotik vasitə olan “heroin” və 8054.438 qram çəkidə xüsusilə külli miqdarda psixotrop maddə “metamfetamin” olan N ədəd bağlamaları axtarıb tapmış və onları götürüb asfalt yolun kənarına gətirmişdir. Bu zaman Təqsirləndirilən şəxs3 idarə etdiyi avtomobillə onun dayandığı yerə gəlmiş və baş gizir Təqsirləndirilən şəxs1 götürdüyü bağlamaları avtomobilin yük yerinə qoyduqdan sonra Təqsirləndirilən şəxs3 qabaq sərnişin yerinə keçmiş, baş gizir Təqsirləndirilən şəxs1 isə sükan arxasına keçib avtomobili Bakı şəhəri istiqamətində idarə etməyə başlamış və hərəkətdə olarkən onun idarə etdiyi avtomobil həmin gün saat 11:30 radələrində Yardımlı RPŞ-nin əməkdaşları tərəfindən Yardımlı-Masallı yolunun 6-cı kilometrliyində, Yardımlı rayonu, Dəryavar kəndinin ərazisində saxlanılmış və Yardımlı RPŞ-də avtomobilin yük yerinə baxış keçirilərkən oradan N ədəd kisədə, ayrı-ayrı bağlamalarda xüsusi üsulla qablaşdırılmış, dövriyyəsi Azərbaycan Respublikasının ərazisində qadağan edilmiş xüsusilə külli miqdarda 6 ədəd bükümdə xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil etməklə, ümumi təmiz çəkisi N6N4,998 qram təşkil edən narkotik vasitə olan “heroin”, 13 ədəd bükümdə xarici görünüşlərinə və kimyəvi komponent tərkibinə görə bir-birləri ilə eynilik təşkil etməklə, ümumi təmiz çəkisi 8054.438 qram təşkil edən psixotrop maddə olan “metamfetamin” və ümumilikdə 47 ədəd bükümdə, ümumi təmiz çəkisi 4N330 qram təşkil edən, orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-birləri ilə eynilik təşkil etməklə narkotik vasitə olan “marixuana” aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında, təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, N saylı hərbi hissədə baş gizir hərbi rütbəsində xidmət etmişdir. Hadisə baş verən zaman o, məzuniyyətdə olmuşdur. 11 fevral N0N4-cü il tarixdə axşamüstü o, qonşusu Təqsirləndirilən şəxs3lə yaşadığı Beyləqan rayonundan Bakı şəhərinə getmək üçün evdən çıxmışdır. Bəhrəmtəpə adlanan yerdə olan yanacaqdoldurma məntəqəsində maşına benzin vurduqdan sonra qaynı Təqsirləndirilən şəxsN ona zəng vurmuşdur. O, Təqsirləndirilən şəxsN Bakı şəhərinə gəldiyini və iş yoldaşları ilə görüşəcəyini bildirmişdir. Bundan sonra Rəhman ona demişdir ki, “rayondan ona çanta gəlməlidir həmin çantanı götürə bilərsənmi?”, o da Rəhmana götürə biləcəyini bildirmişdir. Sonra o, Təqsirləndirilən şəxs3lə Yardımlı rayonunda çanta olduğunu və həmin çantanı da götürərək oradan Bakı şəhərinə getməyi barədə soruşduqda Dəyanət etiraz etməmiş və onlar yola düşmüşlər. Yol boyu Rəhman ona zəng vuraraq harada olduğunu, necə getdiyini soruşmuşdur. Təxminən axşam saat 01 və ya 0N-yə işləmiş onlar Yardımlı rayonuna çatmışlar. O, Yardımlı rayonunda xəstəxananın yanında olanda Rəhmana zəng vurmuş, lakin ona zəng çatmamışdır. Bundan təxminən 10 dəqiqə sonra təkrar zəng vurduqda Təqsirləndirilən şəxsN telefonu açmış və o, çantanı kimin gətirəcəyini soruşduqda Rəhman ona “gözlə indi mən həmin adama zəng vuracam və çantanı gətirib sənə verəcəklər” demişdir. Təxminən 5 dəqiqə sonra Rəhman ona zəng vuraraq “artıq gecdir həmin adam maşın olmadığı üçün gələ bilmir, siz Yardımlıda qalın sabah həmin adam çantanı yola çıxarar və götürüb gələrsiniz” demişdir. Onlar gecəni Yardımlı rayonunda qaynatasıgildə qalmışlar. Səhərisi günü saat 09 radlərində o, Təqsirləndirilən şəxsN zəng vurmuşdur və Rəhman ona “həmin adam səni gözləyə bilməyib və çantanı yolun kənarına qoymuşdur, mən “Vatsapp” vasitəsilə sənə məkan göndərəcəyəm və sən çantanı həmin yerdən götürərsən demişdir. Bundan sonra Təqsirləndirilən şəxsN ona çantanın olduğu məkanı göndərmiş və o, həmin yerə çatanda ayaqyoluna getmək üçün maşından düşmüşdür. Maşından düşdükdən sonra həmin yerdə maşını döndərmək mümkün olmadığı üçün o, Təqsirləndirilən şəxs3 bir az irəlidə maşını döndərib gəlməsini demişdir. O, maşından düşəndən sonra yolun kənarında N ədəd çanta olduğunu görmüşdür. Həmin çantanın ölçüsü təxminən 10-15 santimetr olmuşdur. Təqsirləndirilən şəxs3 maşını döndərib gəlmiş və o, həmin çantaları götürərək maşının baqajına qoymuşdur, sonra o, sükan arxasına keçmiş və onlar Bakı şəhəri istiqamətində yolllarına davam etmişlər. Yardımlı rayonuna çatanda arxadan DYP maşını gəldiyini görmüşdür. Həmin vaxt da Təqsirləndirilən şəxsN ona zəng vuraraq həmin çantanı Lökbatan dairəsində ondan götürəcəklərini, sonra isə səhərisi günü özünün çantanı həmin şəxsdən alacağını demişdir. O, da Təqsirləndirilən şəxsN ilə razılaşmış və Rəhmanın bu danışığı onda heç bir şübhə doğurmamışdır. Bundan təxminən 1-N kilometr gəldikdən sonra qabaqda yolun bağlı olduğunu görmüş və arxadan gələn DYP maşını ona saxlamaq işarəsi vermişdir və o, da maşını saxlamışdır. O, maşından düşəndən sonra DYP əməkdaşına sənədlərini təqdim etmişdir. Bu zaman yolu bağlayan polis əməkdaşları onlara tərəf gəlmişlər. Polis əməkdaşları maşına yaxınlaşdıqdan sonra polis əməkdaşlarından biri o biri polislərə “Rəhman qabaqda oturub, siz onun üstünə gedin” demişdir. Həmin vaxt polislər də maşına sağ tərəfdən yaxınlaşmışlar və qabaqda əyləşənin Rəhman olmadığını görmüşlər. Polislər ondan kim olduğunu soruşduqda onlara Rəhmanın kürəkəni olduğunu demişdir. Sonra polislər onu “Niva” markalı maşına mindirərək Yardımlı RPŞ-nə gətirmişlər, Təqsirləndirilən şəxs3 isə polis əməkdaşları ilə birlikdə maşının yanında qalmışdır. Polis Şöbəsində onu sorğu-sual edərkən polis əməkdaşları götürdüyü çantadakıların nə olduğunu soruşduqda o, çantada nə olduğunu bilmədiyini, Rəhmanın qaynı olduğunu və çantaların da Təqsirləndirilən şəxsN çatacağını bildirmişdir. O, həmin çantalarda sovqat olduğunu düşünmüşdür. Səhərisi günü polis əməkdaşları onu əməliyyat çəkilişinə aparmışlar və ona maşının yük yerini açmağını demişlər. O, maşının baqajını açanda yük yerinin ağzına kimi kisələrlə dolu olduğunu görmüşdür və o, həmin kisələri maşına qoymadığını baqaja N ədəd balaca çanta qoyduğunu demişdir. Polis əməkdaşları həmin kisələri baqajdan çıxartmağı ona dedikdə onun kisələri çıxartmağa gücü çatmamış və həmin kisələri polis əməkdaşları özləri baqajdan çıxartmışlar. Polis əməkdaşları ona “bu Rəhmanın payıdır, narahat olma, Rəhmanın əziyyətini sən çəkəcəksən” demişlər. O, da polislərə Rəhmanın əziyyətini onun nə üçün çəkməli olduğunu soruşduqda, ona “biz Rəhmanı tuta bilmirdik, elə sənin əlinlə tutacağıq” demişlər. O, polislərə etiraz edərək Rəhmanın rayondan ona pay gələcəyini dediyi üçün bura gəldiyini, özünün hərbiçi olduğunu və 16 il xidmət etdiyini, Rəhmana göndərilən çantada nə olduğunu bilmədiyini demişdir. Hadisə onun danışdığı kimi olmuşdur. Əməliyyat çəkilişi zamanı o, vəkilinə də baş verənlərdən xəbəri olmadığını demişdir. Vəkil də bu barədə polislərə bildirmişdir. Polis Şöbəsində ona “sən boynuna al, çantadakılar Rəhmana aid olan şeydir, Rəhmanın əziyyətini sən də çəkəcəksən” demişlər. O, buna etiraz edərək bildirmişdir ki, gərək Rəhmanı onun əlinlə tutaydınız? Polislər də ona “o bizim işimizdir, sənə aidiyyəti yoxdur” demişlər. Bundan sonra isə onu məhkəməyə gətirmişlər və onu həbs etmişlər. Lakin, ibtidai istintaqın ilkin mərhələsində, Təqsirləndirilən şəxs1 şübhəli şəxs və təqsirləndirilən şəxs qismində dindirilərkən 13 fevral N0N4-cü il tarixli ifadələrində bildirmişdir ki, o, N011-ci ildə ŞahidN ilə ailə həyatı qurmuş və həmin nigahdan N azyaşlı övladı var. 11 fevral N0N4-cü il tarixdə qaynı- Təqsirləndirilən şəxsN ***-***-**-** mobil nömrəsindən “WhatssApp” proqramı vasitəsi ilə onun istifadəsində olan Rusiya Federasiyasının mobil operatorlarına məxsus xatırlamadığı mobil nömrəyə zəng edərək “Yardımlı rayonu ərazisində narkotik maddələr vardır, həmin narkotik maddələri Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsinə aparsan orada həmin narkotik maddələri kimsə götürəcək və sənə pul verəcəkdir” deyə bildirmişdir. O, da qaynı- Təqsirləndirilən şəxsN ilə razılaşmışdır. Həmin vaxt həmkəndlisi və qonşusu Təqsirləndirilən şəxs3 ilə görüşmüşdür. Aralarında olan söhbət zamanı Bakı şəhərinə gedəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs3 də ona özünün də Bakı şəhərinə gedəcəyini bildirib gedəndə onu da Bakı şəhərinə aparmasını xahiş etmişdir. 11 fevral N0N4-cü il tarixdə axşam saatlarında o, Təqsirləndirilən şəxsN ilə danışdıqdan sonra dostu Təqsirləndirilən şəxs3 xatırlamadığı mobil nömrəsinə zəng edərək sonuncuya Bakı şəhərinə getmək istədiyini bildirmiş, Təqsirləndirilən şəxs3 də onunla razılaşmışdır. Elə həmin gün o, özünə məxsus “VAZ N107” markalı, ağ rəngli, “**-BK-***” dövlət qeydiyyat nişanlı avtomaşınla Beyləqan rayonundan Bakı şəhərinə, qonşusu Təqsirləndirilən şəxs3lə birlikdə getməyə başlamışlar. Yolda olarkən o, Təqsirləndirilən şəxs3 qaynı- Təqsirləndirilən şəxsN Yardımlıdan yük götüməsini tapşırdığını, Yardımlı rayonuna gedib orada yükü götürdükdən sonra Bakı şəhərinə getmək istədiyini bildirib bu barədə Təqsirləndirilən şəxs3 fikrini soruşmuş, sonuncu da ona öz etirazını bildirməmişdir. Buna görə onlar Beyləqan rayonundan Yardımlı rayonuna, qaynı Təqsirləndirilən şəxsN əvvəl yaşadığı Ostair kəndinə getmişlər. Yolda Təqsirləndirilən şəxs3 ona maşına yanacaq vurmaq üçün 15 manat da pul vermiş, o da həmin vaxt maşına yanacaq vurmuşdur. 1N fevral N0N4-cü il tarixdə, gecə saat 01 radələrində Yardımlı rayonunun mərkəzinə, çatanda “WhatssApp” proqramı vasitəsi ilə Təqsirləndirilən şəxsN istifadəsində olan ***- ***-**-** mobil danışıq nömrəsinə zəng edərək ona Yardımlı rayonunda olduğunu bildirmişdir. Təqsirləndirilən şəxsN isə ona gec olduğunu, yükü ona gətirib verən adamın sabah həmin yükü gətirib ona verə biləcəyini, gecə onun yaşadığı Ostair kəndinə gedib ona məxsus evdə qalmasını və səhəri gün də yükün ona gətirib veriləcəyini bildirmişdir. Bundan sonra o, qaynı- Təqsirləndirilən şəxsN atasına məxsus Yardımlı rayonu, Ostair kəndində olan heç kimin yaşamadığı evə gedərək həmin gecə dostu Təqsirləndirilən şəxs3lə bərabər həmin evdə qalmışlar. 1N fevral N0N4-cü il tarixdə yuxudan ayılıb səhər saat 09:00-da evdən çıxmışlar. O, Təqsirləndirilən şəxsN “WhatssApp” proqramı vasitəsi ilə zəng edərək yükün haradan götürəcəyini, çantanı kimin verəcəyini soruşmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxsN ona çantanı verəcək adamın onu gözləyə bilməyəcəyini, çantanı yolun kənarına qoyacağını, daha sonra çantanın qoyulduğu yerdən ona “konum”, yəni yer koordinatı göndərəcəyini, həmin “konumu” da sonra ona göndərəcəyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxsN “WhatssApp” mobil tətbiqi vasitəsi ilə narkotik vasitlərin olduğu yerin koordinatlarını göndərmişdir. Həmin vaxt o, Təqsirləndirilən şəxs3 narkotik maddələri götürmək üçün gəldiyini demişdir. Təqsirləndirilən şəxs3 də onunla razılaşmışdır. Bundan sonra o, avtomobili idarə etmiş və Təqsirləndirilən şəxsN ona göndərdiyi yer koordinatı üzrə hərəkət edərək Yardımlı rayonu, Perimbel kəndi ərazisindən keçən asfalt yola, “konum”un göstərdiyi narkotik maddələrin olduğu nöqtəyə çatmışdır. Həmin nöqtəyə çatdıqdan sonra o, maşından yerə düşərək onunla birlikdə gələn Təqsirləndirilən şəxs3 maşını sürüb qabaqdan dönüb gəlməsini tapşırmışdır. Həmin yerdə yol ensiz olduğundan maşını döndərmək mümkün olmamışdır. Dəyanət də ona etiraz etməyərək maşını sürüb bir qədər qarşıya getmişdir. Həmin vaxt o, Təqsirləndirilən şəxsN zəng edərək həmin yerə çatdığını bildirdikdən sonra sonuncu ona yükün oralarda bir yerdə, yolun kənarında olduğunu bildirmişdir. O, da yolboyu gəzə-gəzə gedəndə yolun kənarında olan beton panelin və onun yanında olan dirəyin yanında yapışqan lentə bağlanmış N ədəd kisənin olduğunu görmüş və həmin yükləri götürmüşdür. Təxminən 3-5 dəqiqə sonra Təqsirləndirilən şəxs3 qarşıdan maşını döndərib onun yanına gəlmişdir. Təqsirləndirilən şəxs3 maşını idarə edib onun yanına çatanda o, maşının arxa yük hissəsini açıb həmin narkotik maddələr olan kisələri maşına yükləmişdir. Həmin vaxt Dəyanət maşından düşərək sərnişin oturacağına əyləşmişdir. Onlar Bakı şəhəri istiqamətində hərəkətdə olakən Yardımlı rayonu, Dəryavar kəndi ərazisində yol patrul əməkdaşları ona saxlamışlar və narkotik maddə daşınmaqda şübhəli şəxs olduqlarını bildirmişlər. Bundan sonra onları Yardımlı rayon polis şöbəsinə aparmışlar. Həmin vaxt avtomobilim yük yerində N ədəd kisədə narkotik maddələr olduğunu bildirmişdir. Daha sonra Polis şöbəsində idarə etdiyi avtomaşına onun və Təqsirləndirilən şəxs3 iştirakı ilə baxış keçirilmiş və baxış zamanı ona məxsus maşının yük hissəsindən narkotik vasitələr və psixotrop maddələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 N0 iyul N0N4-cü il tarixli ifadəsində götürdüyü yüklərdə narkotik vasitələrin və psixotrop maddələrin olmasından məlumatının olmadığını bildirsə də, Yardımlı RPŞ-də verdiyi izahatında, “şübhəli şəxs” qismində verdiyi 13 fevral N0N4-cü il tarixli ifadəsində və “təqsirləndirilən şəxs” qismində verdiyi eyni məzmunlu həmin tarixli ifadəsində öz müdafiəsi üçün hər hansı konkret dəlil gətirməyərək bildirmişdir ki, hadisədən təxminən 3-4 ay əvvəl qaynı- Təqsirləndirilən şəxsN ona mobil telefon vasitəsi ilə zəng vuraraq Yardımlı rayonu ərazisində narkotik maddələr olduğunu bildirərək ondan həmin narkotik maddələri Bakı şəhərinə apara bilib-bilmədiyini soruşmuş, lakin o, qaynı- Təqsirləndirilən şəxsN narkotik maddələri apara bilməyəcəyini demişdir. Bundan bir müddət sonra Təqsirləndirilən şəxsN ilə əlaqə saxlamamışdır. 11 fevral N0N4-cü il tarixdə günorta saatlarında Beyləqan rayonun, Bünyadlı kəndində olarkən qaynı Təqsirləndirilən şəxsN istifadəsində olan ***-***-**-** nömrəsinin “WhatsApp” proqramı vasitəsi ilə onun istifadəsində olan Rusiya Federasiyasına məxsus mobil nömrəyə zəng edərək ona Yardımlı rayonu ərazisində narkotik maddələr olduğunu, həmin narkotik maddələri Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinə aparacağı təqdirdə orada həmin narkotik maddələri kiminsə ondan təhvil alacağını və bunun əvəzində ona pul verəcəklərini bildirmişdir. O, da qaynı- Təqsirləndirilən şəxsN ilə razılaşmışdır. Həmin vaxt qonşusu- Təqsirləndirilən şəxs3 da küçədə olmuşdur. Təqsirləndirilən şəxs3lə aralarında olan söhbət zamanı Bakı şəhərinə gedəcəyini bildirmiş və sonuncu onu da Bakı şəhərinə aparmasını xahiş etdikdə bu barədə aralarında razılığa gəlmişlər. Həmçinin, aralarında olan söhbət zamanı o, Təqsirləndirilən şəxs3 Bakı şəhərinə gedərkən yolüstü Yardımlı rayonuna gedərək orada qaynı- Təqsirləndirilən şəxsN məxsus yükləri götürəcəyini demişdir. 11 fevral N0N4-cü il tarixdə, saat N1-NN radələrində “etibarnamə” əsasında idarə etdiyi “VAZ N107” markalı, “**-BK-***” dövlət qeydiyyat nömrə nişanlı avtomobillə həmkəndisi Təqsirləndirilən şəxs3lə bərabər Yardımlı rayonuna getmişlər. 1N fevral N0N4cü il tarixdə, saat 01-0N radələrində Yardımlı rayonuna çatdıqdan sonra qaynı- Təqsirləndirilən şəxsN ilə əlaqə saxlamaq istəmiş, lakin ona zəng çatmamışdır. Bundan təxminən 15-N0 dəqiqə sonra yenidən Təqsirləndirilən şəxsN ilə əlaqə saxladıqda Təqsirləndirilən şəxsN ona narkotik maddələri səhər götürə biləcəyini bildirmişdir. Daha sonra onlar həmin gecə Təqsirləndirilən şəxsN atasına məxsus Yardımlı rayonu, Ostair kəndində olan evdə qaldıqdan sonra 1N fevral N0N4-cü il tarixdə, səhər saat 09 radələrində evdən çıxaraq Təqsirləndirilən şəxsN ilə əlaqə saxlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxsN ona narkotik maddələrin olduğu yerin “konum”unu göndərəcəyini demişdir. Yardımlı rayonu, Dəlləkli kənd məktəbinin yaxınlığından keçərkən qaynı- Təqsirləndirilən şəxsN “WhatsApp” proqramı vasitəsi ilə ona narkotik maddələrin olduğu yerin koordinatlarını göndərmişdir. Bundan sonra, o, Təqsirləndirilən şəxs3 götürəcəyi yükün içərisində narkotik maddələr olduğunu və bu səbəbdən Yardımlı rayonuna gəldiyini bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs3 əvvəlcə ona etiraz etsə də, sonradan onunla razılaşmışdır. Bundan sonra o, Təqsirləndirilən şəxsN ona göndərdiyi yer koordinatı üzrə hərəkət etməyə başlamışdır. Həmin “konum”un göstərdiyi yerdə avtomobildən düşərək Təqsirləndirilən şəxsN ilə əlaqə saxlamış və Təqsirləndirilən şəxsN ona narkotik maddələrin “konum” göstərilən yerdə asfalt yolun yuxarı hissəsində ağacların yanında olduğunu demişdir. O, Təqsirləndirilən şəxs3 avtomobili idarə edərək irəli doğru getməsini, özü narkotik maddələrin olduğu yükü götürüb qayıdanda ona məlumat verəcəyini deyib bundan sonra avtomobili döndərib onun yanına gəlməsini tapşırmışdır. Təqsirləndirilən şəxs3 də onunla razılaşmışdır. Daha sonra o, piyada asfalt yolun sağ hissəsi ilə yuxarı doğru hərəkət edərək təxminən 50-100 metr getmiş, orada kolların yanında N ədəd kisəni görərək həmin kisələrə yaxınlaşmış və kisələri götürərək piyada asfalt yola doğru hərəkət etmişdir. Bu zaman Təqsirləndirilən şəxs3 zəng vuraraq avtomobildən düşdüyü yerə qayıtmasını bildirmişdir. O, kisələri asfalt yolun kənarına gətirmişdir. Dəyanət avtomobili idarə edərək həmin yerə gəlmişdir. O, avtomobilin arxa yük yerini açaraq içərisində narkotik maddələr olan N ədəd kisəni avtomobilin yük yerinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs3 avtomobildən düşərək sərnişin oturacağına əyləşmiş, o da avtomobili idarə edərək Bakı şəhəri istiqamətində hərəkət etməyə başlamışdır. Bundan təxminən 7-8 kilometr Bakı şəhəri istiqamətində hərəkət etdikdən sonra polis əməkdaşları onları saxlamış və ona narkotik maddələr daşımaqda şübhəli olduğunu bildirmişlər. Daha sonra onu polis şöbəsinə gətirmişlər və o, avtomobilin yük yerindəki N ədəd kisədə narkotik maddələr olduğunu etiraf etmişdir. Bundan sonra vəkil dəvət olunmuş və o, “şübhəli şəxs” qismində tutulmuş, üzərində vəklin və polis əməkdaşlarının iştirakları ilə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmışdır. Həmin vaxt, şəxsi axtarış zamanı üzərindən 1 ədəd “Samsung” markalı mobil telefon və 1 ədəd “Nokia” markalı mobil telefon, avtomobilin açarları və 1 ədəd 1 manatlıq pul əskinazı aşkar olunmuşdur. Şəxsi axtarış zamanı o, qaynı- Təqsirləndirilən şəxsN tapşırığına əsasən N ədəd kisədə narkotik maddələr əldə etdiyini və həmin narkotik maddələrin avtomobilin yük yerində olduğunu bildirmişdir. Bu barədə protokol tərtib olunmuş, o da həmin protokolu imza etmişdir. Bundan sonra, onun, Təqsirləndirilən şəxs3, vəkillərin və polis əməkdaşlarının iştirakları ilə videçəkiliş vasitəsi ilə avtomobilə baxış keçirilmişdir. Baxış zamanı o, avtomobilin yük yerindəki içərisində narkotik maddələr olan N ədəd kisələri çıxararaq təqdim etmiş və onun, eləcə də vəillərin iştirakları ilə həmin kisələrə baxış keçirilmişdir. Daha sonra baxış zamanı həmin kisələrdən ayrı-ayrı bağlamalarda xüsusi üsulla qablaşdırılmış, xüsusilə külli miqdarda 6 ədəd bükümdə, ümumi təmiz çəkisi N6N4,998 qram təşkil edən narkotik vasitə olan “heroin”, 13 ədəd bükümdə ümumi təmiz çəkisi 8054.438 qram təşkil edən psixotrop maddə olan “metamfetamin” və ümumilikdə 47 ədəd bükümdə ümumi təmiz çəkisi 4N330 qram təşkil edən “marixuana” aşkar edilmişdir. Həmin narkotik vasitələr və psixotrop maddələr tərəzidə çəkilmiş, çəkiləri müəyyən olunmuş və ayrı-ayrılıqda qablaşdırılaraq möhürlənərək bütün bu hərəkətlər barədə protokol tərtib olunaraq ucadan oxunmuş və doğru yazıldığı üçün o, digər iştirakçılar kimi protokolda imza etmişdir. Təqsirləndirilən şəxs1 foto çəkiliş aparılmaqla keçirilmiş ifadəsinin yerində yoxlanılması haqqında 0N aprel N0N4-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 müdafiəçisinin iştirakı ilə “şübhəli şəxs” qismində verdiyi 1N fevral N0N4-cü il tarixli və “təqsirləndirilən şəxs” qismində verdiyi 13 fevral N0N4-cü il tarixli ifadələrində göstərilmiş xüsusatları tam olaraq təsdiq edərək, bildirmişdir ki, qaynı- Təqsirləndirilən şəxsN ilə aralarında narkotik maddələri əldə etməklə və daha sonra həmin narkotik maddələrin satışını həyata keçirməklə bağlı razılığa gəldikdən sonra 11 fevral N0N4-cü il tarixdə qonşusu- Təqsirləndirilən şəxs3lə bərabər Yardımlı rayonuna getmişdir. Həmin gün gecə saatlarında Yardımlı rayonuna çatdıqdan sonra Təqsirləndirilən şəxsN ilə əlaqə yaradaraq narkotik maddələri kimdən alacağını soruşduqda sonuncu ona narkotik maddələrin sabah hazır olacağını bildirmişdir. Həmin gecə o, qaynı- Təqsirləndirilən şəxsN məxsus Yardımlı rayonu, Ostair kəndində olan evdə qaldıqdan sonra səhər saat 09 radələrində evdən çıxmış və Ostayır kənd orta məktəbinin yanında qaynı- Təqsirləndirilən şəxsN zəng etmişdir. Təqsirləndirilən şəxsN ona narkotik maddələrin olduğu yerin koordinatlarını göndərdikdən sonra həmin koordinatlar üzrə hərəkət edərək Yardımlı rayonu, Perimbel kəndi ərazisinə, narkotik maddələrin gizlədildiyi təyinat nöqtəsinə çatmışdır. Bundan sonra, həmin yerdə maşını saxlayaraq maşından düşmüş və Təqsirləndirilən şəxs3 maşını qarşıdan döndərib onun yanına gəlməsini tapşırmışdır. Daha sonra yolun kənarında olan beton piltələrin yanında içərisində narkotik vasitələr və psixotrop maddələr olan N ədəd kisələri götürdükdən sonra idarə etdiyi avtomaşına yüklədiyini bildirmişdir. Həmçinin, qeyd olunan xüsustaları, yəni Təqsirləndirilən şəxs3lə bərabər qaldıqları evi, hərəkət trayektoriyasını, həmçinin Təqsirləndirilən şəxsN tərəfindən ona göndərilmiş yer koordinatı üzrə gəldiyi marşurutu və narkotik vasitələri tapıb götürdüyü yeri əyani olaraq göstərmişdir. Məhkəmə iclasında, təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxsN ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, o, istintaq zamanı video çəkilişlə ifadə vermişdir. Bu işdə heç bir günahı yoxdur. Təqsirləndirilən şəxs1 tutulmamışdan bir gün əvvəl evdə qalmaq barədə onunla telefon əlaqəsi saxlamışdır. Təqsirləndirilən şəxs1 onun yeznəsi olduğu üçün ayrı bir söz demədən evlərində gecə gedib qalmasını demişdir. Həmin vaxt onunla aralarında narkotik vasitələr barədə söhbəti olmayıbdır. Lakin, ibtidai istintaq zamanı, təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxsN ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, o, əslən Yardımlı rayonundan olsa da, təxminən N ildir ki, Bakı şəhərinə köçmüş və hazırda Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində “parniklər” deyilən ərazidə kirayə mənzildə yaşamaqla Bakı şəhərində ayrı-ayrı fərdi evlərdə ustalıq fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs1 onun bacısı ŞahidN əridir. Onunla aralarında hər hansı ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs1 həbs olunmamışdan əvvəl Beyləqan rayonunda yerləşən hərbi hissələrin birində gizir hərbi rütbəsində xidmət etmişdir. 11 fevral N0N4-cü il tarixdə bacısı Əfsanə ilə telefonda danışarkən Əfsanə ona əri- Təqsirləndirilən şəxs1 Yardımlı rayonuna getdiyini bildirmişdir. Həmin vaxt o, bacısı Əfsanədən əri Təqsirləndirilən şəxs1 hansı səbəbə Yardımlı rayonuna getməsini soruşmamışdır. Həmin gün, yəni 11 fevral N0N4-cü il tarixdə, gecə saat 01 radələrində Təqsirləndirilən şəxs1 onun istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə “WhatsApp” proqramı vasitəsilə zəng edərək dostu ilə birlikdə Yardımı rayonuna gəldiyini, gec olduğunu və qalmağa yerləri olmadığını bildirərək ondan atasına məxsus Yardımlı rayonu, Ostair kəndində yerləşən evdə gecələməyə icazə verməsini xahiş etmişdir. O, Təqsirləndirilən şəxs1 etiraz etməyərək gedib həmin evdə qalmalarına razı olmuşdur. Təqsirləndirilən şəxs1 həmin gecə dostu ilə həmin evdə qalmış, lakin dostunun kim olmasını sonuncudan soruşmamışdır. Səhəri gün saat 1N radələrində bacısı Əfsanə zəng edərək Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən tutulduğunu ona bildirmişdir. Daha sonra o, Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobildən külli miqlarda narkotik maddələr aşkar edildiyini eşitmişdir. Təqsirləndirilən şəxsN ifadəsində qeyd etmişdir ki, o, kürəkəni Təqsirləndirilən şəxs1 narkotik maddələrin dövriyyəsi ilə əlaqədar ümumiyyətlə söhbət aparmamış və sonuncuya narkotik maddələrin Yardımlı rayonundan götürülməsi barədə xahiş etməmişdir. ***-***-**-** mobil nömrə onun istifadəsində olmuş, 11-1N fevral N0N4-cü il tarixlərdə həmin mobil nömrədən və həmçinin həmin nömrədən qeydiyyatdan keçdiyi “WhatsApp” proqramından istifadə etmişdir. Hadisə günü Təqsirləndirilən şəxs1lə istifadəsində olan ***-***-**-** mobil nömrə ilə “WhatsApp” proqramı vasitəsilə əlaqə saxlamışdır. Həmçinin, 1N fevral N0N4-cü il tarixdə səhər saatlarında istifadəsində olan həmin mobil nömrədən “WhatsApp” proqramı vasitəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil nömrəyə yer koordinatı göndərmişdir. Belə ki, 1N fevral N0N4-cü il tarixdə, saat 09 radələrində Təqsirləndirilən şəxs1 Yardımlı rayonunu tanımadığına görə “Googlemap” proqramından yer tətbiqi koordinatı götürüb “WhatsApp” proqramı vasitəsilə Təqsirləndirilən şəxs1 göndərmişdir. 15 may N0N4-cü il tarixdə Təqsirləndirilən şəxs1 ilə “şübhəli şəxs” qismində tutulmuş Təqsirləndirilən şəxsN arasında video çəkilişlə keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 bir daha Yardımlı rayonuna Təqsirləndirilən şəxsN təklifi ilə gəldiyini, götürəcəyi yüklərin Təqsirləndirilən şəxsN aid olduğunu, həmçinin sonuncunun ona 1N fevral N0N4-cü il tarixdə “WhatsApp” proqramı vasitəsi ilə göndərdiyi yer koordinatları ilə gedərək həmin yükləri Yardımlı rayonu, Perimbel kəndi ərazisində götürüb maşına yüklədiyini bir daha Təqsirləndirilən şəxsN üzünə qarşı bildirmişdir. Məhkəmə iclasında, təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, bu işdən xəbəri yoxdur. Birinci ifadəsi və axırıncı ifadəsi ilə razılaşmır, çünki istintaq zamanı ona “belə yaz, sənin burda günahın yoxdur” demişlər. 11 fevral N0N4-cü il tarixdə o, yaşadığı evin həyətində olmuşdur. Həmin günü təxminən saat 16 radələrində Bakı şəhərinə getmək istəmişdir. Sonra yola çıxmış və Təqsirləndirilən şəxs1 gəldiyini görmüşdür. Bir az söhbət etdikdə sonra Təqsirləndirilən şəxs1 ona demişdir ki, “o, da Bakıya gedəcək, elə bir yerdə gədərik”. Həmin vaxt o, da “fərqi nədir onsuz da kiməsə yol pulu verəcəm elə benzinə köməklik edərəm” demişdir. Bundan sonra, hazırlaşıb yola çıxmışlar və Bəhrəmtəpə deyilən yerə çatıb maşına benzin vurmuşlar. Həmin vaxt Təqsirləndirilən şəxs1 ona demişdir ki, qaynı Yardımlıdandır, onun yükü var götürək və elə ordan da çıxıb gedərik, amma həmin yeri yaxşı tanımır. O, əvvəldən bilsəydi ki, yol uzaqdır heç Təqsirləndirilən şəxs1lə getməzdir. Həmin günü rayonda yaşadığı evin həyətində gündüz çox işlədiyi üçün yorğun olmuşdur. O, yorğun halda olduğu üçün yol uzunu maşında yatmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs1 bura haradır soruşmuş və o, demişdir ki, 5-10 dəqiqəyə çatırıq. Onlar gecə təxminən saat 1N radələrində Yardımlıya çatmışlar. Sonra Təqsirləndirilən şəxs1 maşını yolun qırağına verib saxlamış, kənarda telefonla kimlə və danışdığını bilməmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 ona demişdir ki, “axşam bir evdə qalacayıq və sabah yükü götürüb gedəcəyik”. O, da Bakı şəhərində xeyir-şər çadırlarının qurulmasında işlədiyi üçün gecə vaxtı gedib onsuzda çadır qurası deyildir. Buna görə onunla razılaşmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs1 demişdir ki, bu gecə vaxtı gedib kimisə narahat etməkdənsə gecə maşında yataq, onsuzda bir neçə saatdan sonra səhər açılacaqdır. Sonra bir yerdə dağın başında olan evə getmişlər. Həmin vaxt evə daxil olmuşlar və yıxılıb yatmışlar, amma evdə heç kim olmamışdır. Səhər yuxudan oyanıb Bakı şəhərinə getmək üçün yola düşmüşlər, amma yolda Təqsirləndirilən şəxs1 telefonuna nəsə gəlmişdir. Bir az yol getmişlər ki, Təqsirləndirilən şəxs1 ona “ayaqyoluna düşürəm, sən maşını bir az irəlidən döndərib qaytar” demişdir. Həmin yerin bir tərəfi uçurum, o biri tərəfi isə dağ olmuşdur. Buna görə maşını orada döndərə bilmədiyi üçün bir xeyli irəli gedərək düz olan yerdə maşını döndərib qayıtmışdır. Həmin vaxt yolun kənarında N ədəd çantanın olduğunu və Raminin də telefonla danışdığını görmüşdür. O, maşını həmin yerdə saxlamış və həmin çantaları baqaja qoymuşdur. Bir xeyli yol getmişlər ki, yol polis xidməti onları saxlamışdır. Maşının sənədlərini götürmüş, demiş yəqin cəriməsi var ödəyib çıxıb gedəcəyik. Bu zaman bir “Niva” markalı maşın dayanmış və bir nəfər düşüb “Rəhmanı qoymayın qaçsın” demişdir. Onlar onu görəndə bir təhər olmuşlar və “bu kimdir” demişlər. Sonra onları polis şöbəsinə aparmışlar və o, maşından düşməmişdir, amma arxadan səs gəlmişdir. Həmin vaxt maşının baqajına baxmışlar, o, düşüb nə olub demişdir. Ona “indi nə olduğunu görəcəksən” demişlər. Həmin vaxt üstünə töküldülər. Bu zaman, Təqsirləndirilən şəxs1 onlara dedi ki, “onun bu işdən xəbəri yoxdur”. Sonra ondan əl çəkdilər. Daha sonra Raminin üstünə töküldülər. Səhərisi gün müstəntiq ona dedi ki, “belə yaz səni çıxaracaqldar”. O, da demişdir ki, bu işdə heç bir günahı yoxdur. Bundan sonra çəkiliş zamanı onu aldatdılar, təzyiq altında olmuşdur. Sonra onları məhkəməyə aparıb “sanksiya” vermişlər. Polis şöbəsində heç bir üzləşmə olmamışdır. O, kasıb adamdır, heç vaxt polis şöbəsinin qapısını tanımamışdır. Bundan sonra, bir də görmüşdür ki, onları Kürdəxanıda Təcridxanaya aparmışlar. Onda bilmişdir ki, artıq onu tutmuşlar. Bundan 4 ay sonra məhkəmə tərəfindən yenidən sanksiya verilmiş və həbs müddəti uzadılmışdır. Sonra iş üzrə istintaq orqanı tərəfindən araşdırılma aparılmışdır. Həmin vaxt bildirmişdir ki, o, günahsız yerə tutulmuş, bu işdə heç bir günahı yoxdur və təzyiq altında ona yazdırmışlar. O, təxminən 6-7 ay müddətində həbsdə olmuşdur. Bundan sonra ittiham üzrə maddə dəyişdirilmiş və məhkəmə tərəfindən barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək buraxılmışdır. Lakin, ibtidai istintaq zamanı, təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Beyləqan rayonu, Bünyadlı kəndində ailəsi ilə birlikdə yaşayır və əsasən Bakı şəhərində toy və yas mərasimlərində mağar qurmaq işi ilə məşğul olur. O, N0N3-cü ilin noyabr-dekabr aylarında isə qışa taxıl əkmək üçün Bakı şəhərindən Beyləqan rayonuna getmiş, təxminən N ay Beyləqan rayonunda təsərrüfat işləri ilə məşğul olmuşdur. N0N4-cü ilin fevral ayının əvvəllərində təsərrüfatla bağlı işləri tamamladığına görə Bakı şəhərinə getmək və qardaşı Feyruzla bərabər mağar qurmaq işi ilə məşğul olmaq, maddi cəhətdən ailəsinə dəstək olmaq istəmişdir. Həmçinin, Bakı şəhərinə gedəcəyi və mağar qurmaq işinə davam edəcəyi barədə evdə ailə üzvlərinə də bildirmişdir. 11 fevral N0N4-cü il tarixdə yaşadığı Beyləqan rayonu, Bünyadlı kəndində olarkən yaşadığı evin qarşısında həmkəndlisi və qonşusu Təqsirləndirilən şəxs1 görmüşdür. Təqsirləndirilən şəxs1 özünə məxsus “VAZ N107” markalı avomobillə yoldan keçərkən onu görüb maşını saxlamışdır. Təqsirləndirilən şəxs1lə həmkəndli kimi yaxın tanışlıq münasibətləri olduğundan həmin vaxt onunla hal-əhval tutmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs1 ona məzuniyyətdə olduğunu və Bakı şəhərinə gedəcəyini bildirmişdir. Həmin söhbət əsnasında o, Təqsirləndirilən şəxs1 özünün də Bakı şəhərinə, qardaşı Feyruzun yanına getmək istədiyini, mağar qurmaq işini davam etdirmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 onun bu cavabından sonra “elə mən də Bakıya gedirəm də gəl bir yerdə yoldaşlıq edib gedək” deyə bildirmişdir. O, həmin ərəfələrdə Bakı şəhərinə gedəcəyini planlaşdırdığından, həmçinin həmin vaxt Bakı şəhərinə getmək üçün taksiyə verməyə əlavə pul lazım olacağını düşünüb Təqsirləndirilən şəxs1 idarə etdiyi maşına 15 manat dəyərində yanacaq töküb sonuncunun idarə etdiyi maşınla Bakı şəhərinə getməyi düşünərək razılaşmışdır. Ona görə Ramindən Bakıya nə vaxt gedəcəyini soruşduqda Təqsirləndirilən şəxs1 ona artıq Bakı şəhərinə getmək üçün yola çıxdığını bildirmişdir. Həmin vaxt axşam saat 8-9 radələri olmuşdur. O, həmin vaxt Təqsirləndirilən şəxs1 onu gözləməsini, evdə ailə üzvlərinə Bakı şəhərinə getməklə bağlı məlumat verib paltarlarını dəyişib gələcəyini bildirmiş, Təqsirləndirilən şəxs1 də onunla razılaşmışdır. Bir qədər sonra ailə üzvləri ilə sağollaşaraq yolda onu gözləyən Təqsirləndirilən şəxs1 yanına gəlmiş və sonuncunun idarə etdiyi ağ rəngli “VAZ N107” markalı maşına oturmuş və birlikdə Bakı şəhəri istiqamətində getməyə başlamışlar. Biləsuvar rayonundan keçərkən Təqsirləndirilən şəxs1 ona Bakıda yaşayan qaynı Təqsirləndirilən şəxsN ona Yardımlıda yük götürməsini və Bakı şəhərinə gətirməsini tapşırdığını, ona görə də yolüstü Yardımlı rayonuna gedərək oradan yükü götürüb Bakı şəhərinə getmək istədiyini bildirərək ondan buna etiraz edibetmədiyini soruşduqda o, Yardımlı rayonunu yaxşı tanımadığına görə və heç vaxt həmin rayonda olmadığına görə rayonun harada yerləşdiyini dəqiq bilmədiyindən yolüstü həmin rayona getməyin az vaxt aparacığını düşünüb Təqsirləndirilən şəxs1lə razılaşmışdır. Həmçinin, Təqsirləndirilən şəxs1 arvadının əslən Yardımlı rayonundan olmasını əvvəlcədən bildiyinə görə Təqsirləndirilən şəxs1 həmin yükün nə yük olmasını soruşmamış, Təqsirləndirilən şəxs1 qaynının rayondan Bakı şəhərinə kənd məhsulları yolladığını zənn etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs1 də ona həmin yükün nə yük olması barəsində heç nə deməmişdir. Yolboyu Təqsirləndirilən şəxs1lə ümumi mövzularda söhbət etmişdir. Yolda gedərkən Təqsirləndirilən şəxs1 telefonla da kimləsə mesajlaşmasının, yəni səsli mesaj göndərməsinin və kiminləsə telefonda danışmasını görsə də, bir qədər yorğun olduğu üçün sərnişin oturacağında mürgülədiyindən söhbətin nədən ibarət olduğunu anlamamışdır. Yardımlı rayonuna çatmaq üçün uzun məsafə getdiklərini görüb buna görə Təqsirləndirilən şəxs1 yolun uzaq olması barədə də gileylənmişdir. Həmçinin, yolda olarkən cibində olan 19 manat pulun 15 manatını Təqsirləndirilən şəxs1 vermiş, sonuncu da həmin pulla maşına yanacaq almışdır. Yardımlı rayonuna çatdıqdan sonra Təqsirləndirilən şəxs1 qaynı Təqsirləndirilən şəxsN ilə telefonda danışmışdır. Daha sonra ona qaynı Rəhmanın telefonda ona yükü sabah götürə biləcəyini bildirdiyini demişdir. Həmin vaxt artıq gecə saat 1N radələri olduğuna görə Təqsirləndirilən şəxs1 ona Yardımlı rayonunda qaynatasının evində qalmaq istədiyini bildirdikdə o, Təqsirləndirilən şəxs1 evdə qalan şəxsləri narahat etməməyi, maşında yatıb səhər tezdən də Bakıya getmələrini təklif etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 ona qaynı Təqsirləndirilən şəxsN Yardımlı rayonunda olan evinin boş olduğunu və həmin evdə gecə qalmağı təklif etmiş, o da Təqsirləndirilən şəxs1lə razılaşmışdır. Daha sonra Təqsirləndirilən şəxs1lə razılaşıb onun qaynı Rəhmana məxsus Yardımlı rayonunda tanımadığı ərazidə yerləşən evinə getmiş və gecəni həmin evdə qalmışdır. Həmçinin, gecə vaxtı da Təqsirləndirilən şəxs1 “Watsapp” proqramı vasitəsi ilə kiminləsə yazışdığını görmüş, lakin nə ilə bağlı danışdığını və kimlə danışdığını bilməmiş və bu barədə Təqsirləndirilən şəxs1 soruşmamışdır. Səhər Təqsirləndirilən şəxs1 hansı yükləri götürəcəksə tez bir zamanda götürməyi və getməyi təklif etmiş və birlikdə evdən çıxaraq Raminin idarə etdiyi maşınla getməyə başlamışlar. Daha sonra Təqsirləndirilən şəxs1 məktəbin yanında maşını saxlamış və yükləri kimdən götürəcəyi ilə bağlı telefonla qaynı Rəhmanla danışmağa başlamışdır. Telefonla danışıb qurtardıqdan sonra Təqsirləndirilən şəxs1 ona qaynı Təqsirləndirilən şəxsN ona yüklərin olduğu yerin koordinatlarını, yəni konum göndərəcəyini, yükləri gətirən adamın çox gözləyə bilməyəcəyini bildirdiyini demişdir. Həmin vaxt ona maraqlı gəldiyindən və Təqsirləndirilən şəxs1, eləcə də qaynı Təqsirləndirilən şəxsN bu hərəkətlərindən şübhələndiyinə görə Təqsirləndirilən şəxs1 həmin yükün nə olduğunu soruşmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs1 də gülə-gülə ona cavabında “yükün içində narkotik də var” deyə bildirmişdir. O, həmin vaxt qəzəblənərək Təqsirləndirilən şəxs1 “məni buna görə Yardımlıya gətirmisən?, nə narkotik” deyə bildirərək sonuncuya yükü götürməməyi, birbaşa maşını Bakıya sürməsini təkidlə bildirmişdir. Lakin, Təqsirləndirilən şəxs1 ona “sənlik bir şey yoxdu, gedib özüm götürəcəm” deyə bildirmişdir. O, Təqsirləndirilən şəxs1 əvvəllər hərbiçi kimi tanımış və onun narkotik vasitələr qəbul etməsi və bununla bağlı digər hərəkətlər etməsinin əvvəllər şahidi olmamışdır. Daha sonra Təqsirləndirilən şəxs1 və qaynı Təqsirləndirilən şəxsN özlərinin istifadə etmələri üçün Yardımlı rayonundan kimdənsə narkotik maddə götürmək istədiklərini və onlara yükü verən adam həmin yükün içərisinə bir miqdar onların qəbul etmələri üçün narkotik maddə də qoyduğunu düşünərək Təqsirləndirilən şəxs1 həmin narkotik vasitənin çəkisi barədə və ya həmin narkotik vasitəni hansı məqsədlə götürməsi və ya haraya aparması barədə daha heç nə soruşmamışdır. Daha sonra Təqsirləndirilən şəxs1 qaynı Təqsirləndirilən şəxsN onun mobil nömrəsinə göndərdiyi konum əsasında maşını idarə etməyə başlamışdır. O, yenə də Təqsirləndirilən şəxs1 etiraz edərək yükdə olan narkotiki götürməməsini, özünə də, ona da problem olacağını bildirdikdə Ramin ona artıq Yardımlı rayonuna gəlmək üçün uzaq məsafəni gəldiyini, yükü götürməli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 onun həmkəndlisi olduğundan və aralarında münasibət olduğundan və sonra münasibətləri pozulmasın deyə Raminə daha heç nə deməyərək sakitcə maşında oturmuşdur. Saonra Təqsirləndirilən şəxs1 də maşını idarə etmişdir. Həmin vaxt həmçinin maşından düşüb təkbaşına Bakı şəhərinə getməyi düşünsə də, üzərində həmin vaxt cəmi 4 manat pulu olduğundan, pulun çox hissəsini, yəni 15 manatını maşına yanacaq alması üçün Təqsirləndirilən şəxs1 verdiyindən, Yardımlı rayonunun ərazisini də tanımadığından və həmin rayonda heç bir tanışı, dostu və qohumu olmadığını düşünərək fikrindən daşınmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs1 götürəcəyi yükün içərisində külli miqdarda narkotik vasitə olmasını düşünməmiş, Raminə kimsə kənd məhsullarından ibarət çanta verəcəyini və həmin çantanın içərisinə də Raminin və həmçinin həmin yükü təşkil edən qaynı Rəhmanın istifadə etməsi üçün bir qədər narkotik maddə də qoyulduğunu və ya həmin yükü gətirən şəxsin yükdən əlavə Raminə bir qədər narkotik maddə də verəcəyini düşünmüşdür. Həmçinin, o özü də ara-sıra narkotik maddələrdən istifadə etdiyinə görə Təqsirləndirilən şəxs1 istifadə etməsi üçün göndərilən narkotikdən bir az istifadə etmək üçün götürəcəyini planlamışdır. Bütün bu səbəblərə görə o, Təqsirləndirilən şəxs1 həmin yükü götürmək üçün gedərkən etiraz etməmişdir. Təqsirləndirilən şəxs1 qaynı Təqsirləndirilən şəxsN tərəfindən onun “Watsapp” proqramına göndərilən yer koordinatları üzrə Yardımlı rayonunda kənd ərazisində asfalt yolla hərəkət etməyə başlamışdır. Daha sonra tanımadığı bir kəndin ərazisində Təqsirləndirilən şəxs1 maşını saxlamış və yer koordinatının həmin yeri göstərdiyini bildirdiyini ona demişdir. Daha sonra Təqsirləndirilən şəxs1 ona Bakı şəhərinə getmək üçün maşını yoldan döndərib gəldikləri istiqamətdə getməli olduqlarını, asfalt yolun həmin hissəsinin maşını döndərmək üçün ensiz olduğunu bildirmiş və ona maşını qarşıya sürüb yolun enli bir hissəsindən dönərək həmin yerə gəlməsini tapşıraraq özünün də yükü götürüb yolun kənarında onu gözləyəcəyini bildirmişdir. O, da Təqsirləndirilən şəxs1lə razılaşmış, həmin vaxt sonuncunun kiminləsə görüşüb yükləri alıb gələcəyini zənn etmişdir. O, da maşının sürücü oturacağına oturub maşını irəliyə doğru sürmüş, təxminən 500-600 metr gedərək maşını ehtiyatla döndərib Təqsirləndirilən şəxs1 yanına qayıtmağa başlamışdır. Həmin vaxt maşın yavaş sürətlə hərəkət etdirdiyindən Təqsirləndirilən şəxs1 ona zəng edərək tez gəlməsini bildirmişdir. O, Təqsirləndirilən şəxs1 yanına çatanda sonuncunun yanında N ədəd bozumtul rəngli kisələrlə yolun kənarında onu gözlədiyini görmüşdür. Onun yanında maşını saxladıqdan sonra Təqsirləndirilən şəxs1 həmin kisələri maşının yük yerinə qoymuşdur. Həmin vaxt o, da maşından düşmədən maşının sürücü oturacağından sərnişin oturacağına keçmişdir. Təqsirləndirilən şəxs1 maşının yük hissəsini bağlayıb maşının sərnişin oturacağına əyləşmişdir. Həmin vaxt kisələrdə olan yüklərin hamısının narkotik maddələr olmasını düşünməmiş, orada narkotikdən əlavə əşya, pal-paltar və ya kənd məhsulları olduğunu zənn etmişdir. Lakin, yenə də dəqiqləşdirmək üçün həmin yükün nə olduğunu Təqsirləndirilən şəxs1 soruşduqda sonuncu ona “heç nə pay-püşdür, narkotik də var” deyə bildirmişdir. Ona görə Təqsirləndirilən şəxs1 kisələrdə başqa nə olduğunu soruşmamışdır. Daha sonra Təqsirləndirilən şəxs1 maşını idarə etməyə başlamışdır. Təxminən 3-4 kilometr getdikdən sonra Yardımlı rayonu ərazisində yol patrul xidməti əməkdaşı maşına saxla əmri vermişlər. Həmin vaxt Təqsirləndirilən şəxs1 bir qədər həyəcanlı olduğunu görmüş, sonuncu maşını saxlayandan sonra yol patrul əməkdaşı maşına yaxınlaşmışdır, özü isə maşından yerə düşməmişdir. Təqsirləndirilən şəxs1 özü maşından aşağı düşərək yol patrul əməkdaşına nəsə demiş, daha sonra yol patrul xidməti əməkdaşının Təqsirləndirilən şəxs1 maşının yük yerini açmasını təklif etdiyini eşitmişdir. Lakin, Təqsirləndirilən şəxs1 həmin vaxt maşının yük yerini açmaqdan imtina edərək mobil telefonu ilə kiməsə zəng edib həyəcanlı şəkildə danışmışdır. Daha sonra həmin yerə başqa polis nəfərləri də gəlmiş və Təqsirləndirilən şəxs1 “Niva” markalı maşına əyləşdirmişlər. Həmin vaxt polis əməkdaşları ondan “sən Rəhmansan?” deyə soruşduqda o, polis əməkdaşlarına Rəhman olmadığını demişdir. Daha sonra o, maşından aşağı düşməmiş və bir nəfər yol patrul əməkdaşı maşını idarə edərək birlikdə Yardımlı rayon polis şöbəsinə getmişlər. Həmçinin, Təqsirləndirilən şəxs1 də başqa maşınla oraya gətirmişlər. Polis şöbəsində olarkən Təqsirləndirilən şəxs1 polis əməkdaşlarına onu işarə edərək “onluq bir şey yoxdur, onu buraxın getsin” deyə bildirmişdir. Daha sonra onun və Təqsirləndirilən şəxs1 üzərində müdafiəçilərin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs1 məxsus maşının yük hissəsinə onun və Təqsirləndirilən şəxs1, eləcə də müdafiəçilərin və polis əməkdaşlarının iştirakı ilə baxış keçirilmiş və Təqsirləndirilən şəxs1 maşının yük hissəsini açması təklif edilmişdir. Maşının açarı Raminin özündə olmuşdur. Maşının yük hissəsini Təqsirləndirilən şəxs1 açanda yük hissəsində Raminin oraya qoyduğu həmin N ədəd kisə orada olmuşdur. Daha sonra həmin kisələrə baxış keçirilərkən bütün yükün bağlamalara yığılmış narkotik vasitələr olduğunu görüb təəccüblənmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 özü etiraf edərək həmin narkotik maddələri qaynı Təqsirləndirilən şəxsN təklifi ilə götürüb maşına qoyduğunu və həmin yüklərin özünə məxsus olduğunu bildirmişdir. Daha sonra həmin yüklərə baxış keçirilmiş, iştirakları ilə tərəzidə çəkilmiş, qabdaşdırılmış və möhürlənmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs3 ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş 18 iyul N0N4-cü il tarixli üzləşdirmə zamanı Təqsirləndirilən şəxs3 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs1 üzünə qarşı bildirsə də, Təqsirləndirilən şəxs1 üzləşmək istəmədiyini bildirərək ifadə verməkdən imtina etmişdir. Məhkəmə iclasında, şahid qismində dindirilmiş Yardımlı rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 öz ifadəsində bildirmişdir ki, 1N fevral N0N4-cü il tarixdə ona Beyləqan rayon sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 külli miqdarda narkotik vasitələr əldə edəcəyi barədə məlumat daxil olmuşdur. O, dərhal daxil olmuş məlumatın yoxlanılması barədə qərar qəbul edərək şöbə rəhbərliyinə raportla müraciət etmişdir. Həmçinin, həmin vaxt Yardımlı rayon sakini Təqsirləndirilən şəxsN da onlarla əlbir olması barədə də əməliyyat məlumatı daxil olsa da, həmin məlumat dəqiqləşdirilməmiş məlumat olduğuna görə raportda Təqsirləndirilən şəxsN adını qeyd etməmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 saxlanılmasından ötrü əməliyyat qrupu yaradılmışdır. 1N fevral N0N4-cü il tarixdə, saat 11:30 radələrində rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid4, DYPB-nin YPX-nin baş inspektoru, polis leytenantı Şahid7, YPX-nin inspektoru, polis baş serjantı Şahid8, PPXB-nin manqa komandiri, polis baş serjantı Şahid10 və İTB-nin sahənin polis nəfəri, polis serjantı Şahid9 ilə birlikdə Yardımlı-Masallı yolunun 6-cı kilometrliyində rayonun Dəryavar kəndi ərazisində “VAZ N1074” markalı, “**-BK-***” dövlət qeydiyyat nömrə nişanlı avtomobil saxlanılmışdır. Həmin avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 və avtomobildə olan sərnişin Təqsirləndirilən şəxs3 olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 külli miqdarda narkotik vasitələr əldə etməkdə şübhəli olduqları bildirilmiş, Təqsirləndirilən şəxs1 avtomobilin yük yerinə N ədəd kisədə narkotik vasitələr olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 maşının yük yerini açmasını təklif etsələr də, sonuncu maşının yük yerini açmaqdan imtina etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs1 həmin vaxt narkotik maddələri qaynı- Təqsirləndirilən şəxsN sifarişi ilə götürmək üçün Yardımlı rayonuna gəldiyini və Təqsirləndirilən şəxsN ona “WhatsApp” proqramı vasitəsi ilə göndərdiyi “konum” əsasında həmin yerə gəldiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 “VAZ N1074” markalı, “**- BK-***” dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə birlikdə rayon polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində vəkil dəvət olunaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 “şübhəli şəxs” qismində tutulmuşdur. Təqsirləndirilən şəxs3 üzərində onun, vəkilin və polis əməkdaşlarının iştirakları ilə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 üzərindən 1 ədəd “Samsung” markalı mobil telefon və 4 ədəd 1 manatlıq pul əskinazları aşkar olunmuşdur. Daha sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 həmin mobil telefonda ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələri istifadə etdiyini, Yardımlı rayonuna 11 fevral N0N4-cü il tarixdə, saat 17-18 radələrində gəldiyini, həmin gecə Yardımlı rayonunda qaldıqlarını demişdir. 1N fevral N0N4-cü il tarixdə səhər saatlarında Ostair kəndindən gəldikdə sağ istiqamətə doğru getdiklərini, yolda Təqsirləndirilən şəxs1 avtomobildən düşərək getdiyini, ona gedib qabaqdan dönərək geri gəlməsini tapşırdığını, bundan sonra avtomobili idarə edərək irəli doğru getdiyini, sonra geri qayıtdığını, bu zaman Təqsirləndirilən şəxs1 əlində N ədəd kisə ilə avtomobilə yaxınlaşdığını, həmin kisələri avtomobilin yük yerinə qoyduğunu, Ramil Paşayevdən kisələrdə nə olmasını soruşduğunu, Təqsirləndirilən şəxs1 də kisələrdə nəşə olmasını dediyini, bundan sonra Masallı rayonu istiqamətində hərəkət etdiklərini, yolda polislər tərəfindən saxlanıldığını və narkotik vasitələrin avtomobilin yük yerində olduğunu bildirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs3 orada Təqsirləndirilən şəxs1 narkotik maddələri götürmək üçün gəlməsi barədə ona 1N fevral N0N4-cü il tarixdə artıq “konum” əsasında həmin narkotik maddələri götürmək üçün gedərkən dediyini, bundan sonra onun ba barədə məlumatının olduğunu bildirmişdir. Daha sonra bu barədə protokol tərtib olunmuş, o da müvafiq protokolu imza etmişdir. Bundan sonra Yardımlı Rayon Polis Şöbəsinin inzibati binasının həyətyanı sahəsində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, vəkillər və polis əməkdaşlarının iştirakları ilə videoçəkiliş vasitəsi ilə “VAZ N1074” markalı, “**-BK-***” dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 avtomobilin yük yerindən N ədəd boz rəngli kisələri çıxararaq təqdim etmiş və həmin kisələri qaynı- Təqsirləndirilən şəxsN sifarişi ilə Yardımlı rayonunun ərazisindən götürdüyünü bildirmişdir. Həmin kisələrə baxış keçirilərkən ayrı-ayrı bağlamalarda xüsusi üsulla qablaşdırılmış xüsusilə külli miqdarda 6 ədəd bükümdə, ümumi təmiz çəkisi N6N4,998 qram təşkil edən narkotik vasitə olan “heroinə” oxşar maddə, 13 ədəd bükümdə xarici görünüşlərinə və kimyəvi komponent tərkibinə görə birbirləri ilə eynilik təşkil etməklə ümumi təmiz çəkisi 8054.438 qram təşkil edən psixotrop vasitə olan “metamfetamin”ə oxşar maddə və ümumilikdə 47 ədəd bükümdə, ümumi təmiz çəkisi 4N330 qram təşkil edən, narkotik vasitə olan “marixuana”ya oxşar maddələr aşkar edilərək götürürmüşdür. Baxış zamanı, aşkar olunmuş narkotik vasitə olan qurudulmuş “marixuana”, “heroin” və psixotrop maddə olan “metamfetamin”ə oxşar kütlələr qablaşdırılıb-möhürlənmiş və bu barədə protokol tərtib olunmuş, o da həmin protokola imza etmişdir. Məhkəmə iclasında, şahid qismində dindirilmiş Yardımlı rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyatçısı, polis leytenantı Şahid4 ifadəsində bildirmişdir ki, 1N fevral N0N4-cü il tarixdə Yardımlı rayon polis şöbəsinə Beyləqan rayon sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Yardımlı rayonu ərazisində külli miqdarda narkotik vasitələr əldə edəcəyi barədə məlumat daxil olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 saxlanılmasından ötrü əməliyyat qrupu yaradılmış və o, da həmin qrupun tərkibində olmuşdur. 1N fevral N0N4-cü il tarixdə, saat 11:30 radələrində əməliyyat qrupunun tərkibinə daxil olan rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3, DYPB-nin YPX-nin baş inspektoru, polis leytenantı Şahid7, YPX-nin inspektoru, polis baş serjantı Şahid8, PPXB-nin manqa komandiri, polis baş serjantı Şahid10 və İTB-nin sahənin polis nəfəri, polis serjantı Şahid9 ilə birlikdə Yardımlı-Masallı yolunun 6-cı kilometrliyində rayonun Dəryavar kəndi ərazisində “VAZ N1074” markalı, “**-BK-***” dövlət qeydiyyat nömrə nişanlı avtomobil saxlanılmışdır. Həmin avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1, avtomobildə olan sərnişin isə Təqsirləndirilən şəxs3 olduğunu bildirmişdir. Onlara külli miqdarda narkotik vasitələr əldə etməkdə şübhəli olduqları bildirildikdə Təqsirləndirilən şəxs1 avtomobilin yük yerində N ədəd kisədə narkotik vasitələr olduğunu, həmin narkotik maddələri Yardımlı rayonu, Perimbel kəndi ərazisində yolun kənarından götürdüyünü, həmçinin həmin narkotik maddələri götürmək üçün qaynı- Təqsirləndirilən şəxsN tərəfindən ona mobil telefonla göndərilmiş yer koordinatı ilə həmin əraziyə gəldiyini, qaynı- Təqsirləndirilən şəxsN sifarişi ilə həmin narkotik maddələri götürdüyünü, həmin narkotik maddələri Bakı şəhərinə aparmaq istədiyini bildirmişdir. Bundan başqa, şahid bildirmişdir ki, Təqsirləndirilən şəxsN da narkotik maddələr əldə edəcəyi barədə məlumat olmasına baxmayaraq, Təqsirləndirilən şəxsN narkotik maddələri əldə etmək üçün Yardımlı rayonuna gələcəyi barəsində dəqiq məlumat daxil olmadığına görə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarda Rəhman Novruzunun adı qeyd olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 “VAZ N1074” markalı, “**-BK-***” dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə birlikdə rayon polis şöbəsinə gətirilmişdir. Sonra Polis şöbəsində vəkil dəvət olunaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 “şübhəli şəxs” qismində tutulmuşdur. Daha sonra Təqsirləndirilən şəxs1 üzərində onun, vəkilin və polis əməkdaşlarının iştirakları ilə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmış, şəxsi-axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən 1 ədəd “Nokia” markalı mobil telefon, sol yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefon və 1 ədəd 1 manatlıq pul əskinazları aşkar olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs1 qaynı- Təqsirləndirilən şəxsN tapşırığına əsasən narkotik vasitələr götürmək üçün 11 fevral N0N4-cü il tarixdə idarə etdiyi “VAZ N1074” markalı, “**-BK-***” dövlət qeydiyyat nömrə nişanlı avtomobildə qonşusu Təqsirləndirilən şəxs3 ilə birlikdə Yardımlı rayonuna gəldiyini, ona qaynı- Təqsirləndirilən şəxsN tərəfindən “konum” göndərildikdən sonra Yardımlı rayonunda narkotik maddələri götürmək üçün gedərkən narkotik vasitələr götürmək üçün gəlməsini Təqsirləndirilən şəxs3 dediyini, mobil telefonda işlətdiyi “WhatsApp” proqramında ***-***- **-** mobil nömrə ilə qeydiyyatdan keçmiş qaynı- Təqsirləndirilən şəxsN ilə əlaqə saxladığını, Rəhmanın ona “konum” göndərdiyini, narkotik vasitələri götürdükdən sonra həmin “konumu” sildiyini, avtomobili özünün idarə etdiyini, N ədəd kisələrdə əldə etdiyi narkotik vasitələrin avtomobildə olduğunu və narkotik vasitələri təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra, Yardımlı Rayon Polis Şöbəsinin inzibati binasının həyətyani sahəsində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, vəkillər və polis əməkdaşlarının iştirakları ilə videoçəkiliş vasitəsi ilə “VAZ N1074” markalı, “**-BK-***” dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 avtomobilin yük yerindən N ədəd boz rəngli kisələri çıxararaq təqdim etmişdir. Həmin kisələrə baxış keçirilərkən ayrı-ayrı bağlamalarda xüsusi üsulla qablaşdırılmış xüsusilə külli miqdarda 6 ədəd bükümdə, ümumi təmiz çəkisi- N6N4,998 qram təşkil edən narkotik vasitə olan “heroin”ə oxşar maddə, 13 ədəd bükümdə xarici görünüşlərinə və kimyəvi komponent tərkibinə görə bir-birləri ilə eynilik təşkil etməklə, ümumi təmiz çəkisi- 8054.438 qram təşkil edən psixotrop vasitə olan “metamfetamin”ə oxşar maddə və ümumilikdə 47 ədəd bükümdə, ümumi təmiz çəkisi- 4N330 qram təşkil edən narkotik vasitə olan “marixuana”ya oxşar maddələr aşkar edilərək götürürmüşdür. Baxış zamanı aşkar olunmuş narkotik vasitə olan qurudulmuş “marixuana”, “heroin” və psixotrop maddə olan “metamfetamin”ə oxşar kütlələr qablaşdırılıb- möhürlənmiş və bu barədə protokol tərtib olunmuş, o da həmin protokola imza etmişdir. Məhkəmə iclasında, şahid qismində dindirilmiş Yardımlı rayon polis şöbəsinin əməkdaşları Şahid9, Şahid10, X4, Şahid6 və Şahid5 eyni məzmunlu ifadələr verərək şahidlər Şahid3 və Şahid4 ifadələrində göstərdikləri xüsusatları tam olaraq təsdiq etmişlər. Məhkəmə iclasında, şahid qismində dindirilmiş Yardımlı RPŞ-nin DYPB-nin YPX-nin baş inspektoru, polis leytenantı Şahid7 ifadəsində bildirmişdir ki, 1N fevral N0N4-cü il tarixdə Yardımlı rayon polis şöbəsinə Beyləqan rayon sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 külli miqdarda narkotik vasitələr əldə edəcəkləri barədə məlumat daxil olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 saxlanılmasından ötrü əməliyyat qrupu yaradılmışdır. O, da həmin qrupun tərkibində olmuşdur. Həmçinin, Yardımlı rayon sakini Təqsirləndirilən şəxsN da narkotik maddələrin əldə edilməsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 adlı şəxslərlə əlbir olması barədə məlumat daxil olsa da, həmin məlumat tam olaraq dəqiqləşdirilməmişdir. 1N fevral N0N4-cü il tarixdə, saat 11:30 radələrində rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkilləri, polis leytenantı Şahid3, polis leytenantı Şahid4, YPX-nin inspektoru, polis baş serjantı Şahid8, PPXB-nin manqa komandiri, polis baş serjantı Şahid10 və İTB-nin sahənin polis nəfəri, polis serjantı Şahid9 ilə birlikdə Yardımlı-Masallı yolunun 6-cı kilometrliyində rayonun Dəryavar kəndi ərazisində “VAZ N1074” markalı, “**-BK-***” dövlət qeydiyyat nişanlı avtomobil saxlanılmışdır. Həmin avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1, avtomobildə olan sərnişin isə Təqsirləndirilən şəxs3 olduğunu bildirmişdir. Daha sonra onlara külli miqdarda narkotik vasitələr əldə etməkdə şübhəli olduqları bildirildikdə Təqsirləndirilən şəxs1 avtomobilin yük yerinə N ədəd kisədə narkotik vasitələr olduğunu demişdir. Onlar Təqsirləndirilən şəxs1 avtomobilin yük hissəsini açmağı təklif etsələr də o, avtomobilin yük hissəsini açmaqdan imtina etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs1 avtomobili saxladıqdan sonra onların yanında telefonla Rəhman adlı şəxsə zəng etmiş, lakin Rəhmanın mobil nömrəsinə zəng çatmamışdır. Həmin vaxt, Təqsirləndirilən şəxs1 narkotik maddələri götürmək üçün qaynı- Təqsirləndirilən şəxsN sifarişi ilə Yardımlı rayonuna gəldiyini və onun dediyi yerdən narkotik maddələri götürüb avtomobilə qoyduğunu bildirmişdir. Buna görə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 “VAZ N1074” markalı, “**-BK-***” dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə birlikdə rayon polis şöbəsinə gətirilmişdir. Yardımlı Rayon Polis Şöbəsinin inzibati binasının həyətyani sahəsində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, vəkillər və polis əməkdaşlarının iştirakları ilə videoçəkiliş vasitəsi ilə “VAZ N1074” markalı, “**-BK-***” dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 içərisində narkotik maddələrin olduğu avtomobilin yük yerinə qoyaraq daşıdığı N ədəd boz rəngli kisələri çıxararaq təqdim etmişdir. Həmin kisələrə baxış keçirilərkən ayrı-ayrı bağlamalarda xüsusi üsulla qablaşdırılmış xüsusilə külli miqdarda 6 ədəd bükümdə, ümumi təmiz çəkisi- N6N4,998 qram təşkil edən narkotik vasitə olan “heroin”ə oxşar maddə, 13 ədəd bükümdə xarici görünüşlərinə və kimyəvi komponent tərkibinə görə bir-birləri ilə eynilik təşkil etməklə, ümumi təmiz çəkisi- 8054.438 qram təşkil edən psixotrop vasitə olan “metamfetamin”ə oxşar maddə və ümumilikdə 47 ədəd bükümdə, ümumi təmiz çəkisi- 4N330 qram təşkil edən narkotik vasitə olan “marixuana”ya oxşar maddələr aşkar edilərək elektron tərəzidə çəkilmişdir. Baxış zamanı aşkar olunmuş narkotik vasitə olan qurudulmuş “marixuana”, “heroin” və psixotrop maddə olan “metamfetamin”ə oxşar kütlələr qablaşdırılıb-möhürlənmiş və bu barədə protokol tərtib olunmuş, o da həmin protokola imza etmişdir. Məhkəmə iclasında, şahid qismində dindirilmiş Yardımlı RPŞ-nin DYPB-nin YPX-nin inspektoru Şahid8 eyni məzmunlu ifadələr verərək Şahid7 ifadələrində göstərilmiş xüsusatları tam olaraq təsdiq etmişdir. İbtidai istintaqda verdiyi və məhkəmə iclasında elan olunmuş, ŞahidN ifadəsindən görünür ki, Yardımlı rayonu, Ostair kəndində doğulmuş, hazırda Beyləqan rayonu, Bünyadlı kəndində yaşayır. N011-ci il tarixdə Təqsirləndirilən şəxs1 ilə ailə həyatı qurmuşdur. Təqsirləndirilən şəxsN isə onun doğma qardaşıdır. Atası dünyasını dəyişdikdən sonra Yardımlı rayonu, Ostair kəndində atasının evində qalan qardaşı Təqsirləndirilən şəxsN Bakı şəhərinə köçmüş və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yaşamışdır. Onun əri- Təqsirləndirilən şəxs1 N saylı hərbi hissədə gizir kimi xidmət etdikdən sonra xidmət yeri N saylı hərbi hissəyə dəyişilmiş və sonuncu iş yeri həmin hərbi hissədə olmuşdur. Təqsirləndirilən şəxs3 isə onun qonşusu olmuş, sonuncunun narkotik maddələrdən istifadə etdiyini kənd camaatı arasında gəzən söhbətlərdən eşitmişdir. Təqsirləndirilən şəxs3 narkotik maddələrdən istifadə etdiyinə görə əri- Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3lə görüşməməyi tapşırmışdır. Onun əri Təqsirləndirilən şəxs1lə aralarında ədavət və düşmənçilik olmamışdır. 11 fevral N0N4-cü il tarixdə, saat 19-N0 radələrində əri- Təqsirləndirilən şəxs1 ona Bakı şəhərinə gedəcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs1 hansı səbəbə Bakıya gedəcəyini soruşduqda sonuncu ona əvvəllər Sumqayıt şəhərində yerləşən hərbi hissədə birlikdə xidmət etdiyi iş yoldaşları ilə Bakı şəhərində görüşəcəyini və növbəti gün qayıdacağını bildirmişdir. Həmin vaxt o, əri Təqsirləndirilən şəxs1 gecə yola çıxmasının təhlükəli olduğunu bildirdikdə Ramin ona qonşuları Təqsirləndirilən şəxs3 də Bakıya gedəcəyini, onunla birlikdə Bakıya gedəcəyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 onun adına olan və “etibarnamə” ilə idarə etdiyi “VAZ N107” markalı ağ rəngli avtomobilə minərək getmişdir. Bundan təxminən N-3 saat sonra saat N3 radələrində Təqsirləndirilən şəxs1 öz istifadəsində olan “nar” mobil nömrəsi ilə onun istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng edərək telefonda Yardımlı rayonuna getdiyini, orada qardaşı Təqsirləndirilən şəxsN məxsus “sumka” olduğunu, həmin “sumka”nı götürüb Bakı şəhərinə gedəcəyini bildirmişdir. O, əri- Təqsirləndirilən şəxs1 həmin yükün nə olduğunu soruşmamışdır. Həmçinin, qardaşı Təqsirləndirilən şəxsN da zəng edib bu barədə ondan soruşmamışdır. Qardaşı Təqsirləndirilən şəxsN Bakı şəhəri, Binə qəsəbəsində kirayə mənzildə qaldığını, rayondan evdən hər hansı yükü, yəni Yardımlı rayonu, Ostair kəndində olan yükü Bakıya gətirməyi Ramindən xahiş etməsini düşünmüşdür. Həmçinin, telefonla danışarkən əri- Təqsirləndirilən şəxs1 axşam elə Yardımlı rayonu, Ostair kəndində boş evdə qalmasını, səhər Bakıya gəlməsini, gecə avtomobili idarə etməsinin çətin olduğunu bildirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs1 ona qonşuları Təqsirləndirilən şəxs3lə birlikdə olduqlarını bildirmişdir. Həmin gecə Təqsirləndirilən şəxs1 Yardımlı rayonu, Ostair kəndində mərhum atası İbrahimə məxsus evdə qalmışdır. Səhər Təqsirləndirilən şəxs1 zəng edərək vəziyətin necə olduğunu soruşmuş, həmin vaxt saat 8-9 radələri olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs1 ona yuxulu olduğunu, daha sonra ona zəng edəcəyini bildirmişdir. Elə həmin gün Təqsirləndirilən şəxs1 saat 11-1N radələrində adi zənglə onun istifadəsində olan mobil nömrəyə özünə məxsus “nar” nömrə ilə zəng edərək telefonda ona həyəcanlı formada “məni yolda polis saxlayıb” deyə bildirmişdir. O, əri- Təqsirləndirilən şəxs1 hansı səbəbə polislərin onu saxladığını soruşduqda sonuncu ona “niyəsi yoxdu, tez əmin oğlu Vasif Novruzovun nömrəsin ver mənə, qardaşın Rəhmana de mənimlə danışsın” deyə bildirmişdir. Həmçinin, ŞahidN bildirmişdir ki, Vasif Novruzov vəkil olduğuna görə Raminin hüquqi yardım üçün Vasifin nömrəsini ondan istədiyini güman etmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 zəng etsə də onun mobil nömrəsinə zəng çatmamışdır. Daha sonra əri- Raminin narkotik maddələrin dövriyyəsinə görə tutulduğunu eşitmişdir. Səhəri gün qaynanası və qaynı Yardımlı rayon polis şöbəsinə getmiş və həmin vaxt onlara Təqsirləndirilən şəxs1 narkotik maddələrin dövriyyəsi ilə məşğul olmasına görə tutulduğu bildirilmiş, həmçinin həmin narkotik maddələri qardaşı Təqsirləndirilən şəxsN təşkil etməsi onlara bildirilmişdir. Daha sonra o, Təqsirləndirilən şəxsN zəng edib bu barədə ondan soruşduqda Rəhman ona həmin məsələdən məlumatının olmadığını bildirmişdir. O, həmin vaxt qardaşı Təqsirləndirilən şəxsN hansı yükləri Bakıya gətirilməsini tapşırdığını soruşanda sonuncu ona Təqsirləndirilən şəxs1 belə bir xahiş etmədiyini bildirmişdir. Həmçinin, sonradan qardaşı Təqsirləndirilən şəxsN ilə aralarında olan danışıqlar zamanı Rəhman ona “siz məni tutdurmaq istəyirsiz, mən tutulsam Ramin də tutulacaq. Mən bilsəm ki, o çıxacaq mən onun günahını öz boynuma götürərəm” deyə bildirmişdir. Təqsirləndirilən şəxs3 narkotik maddələrin satmasını eşitməsə də, kənddə camaat arasında gəzən söhbətlərdən onun narkotik maddələrdən istifadə etməsini eşitmişdir. Məhkəmə iclasında, şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, əvvəllər N saylı hərbi hissədə xidmət edərkən Təqsirləndirilən şəxs1 tanımış, aralarında ədavət və düşmənçilik olmamışdır. O, həmin hərbi hissədə xidmət edərkən Təqsirləndirilən şəxs1 narkotik maddələrdən istifadə etməsinin şahidi olmamışdır. İbtidai istintaq zamanı bu barədə müstəntiq ondan soruşmuşdur. Həmin zaman o, müstəntiqə Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə etməsi barədə məlumatı olmadığını bildirmişdir. İbtidai istintaqda verdiyi və məhkəmə iclasında elan olunmuş şahid qismində dindirilmiş Şahid1 ifadəsindən görünür ki, N saylı hərbi hissənin hərbi qulluqçusu, baş gizir Təqsirləndirilən şəxs1 tanımış, aralarında ədavət və düşmənçilik olmamışdır. Həmin hərbi hissədə xidmət edərkən o, Təqsirləndirilən şəxs1 narkotik maddələrdən istifadə etməsinin şahidi olmuşdur. Belə ki, ilk dəfə N0N3-cü ilin təxminən mart-aprel aylarında hərbi hissənin ərazisində nəzarət-buraxılış məntəqəsində “patrul nəfəri” kimi xidmət aparan zaman baş gizir Təqsirləndirilən şəxs1 qeyri-adekvat hərəkətlər etdiyini, sanki narkotik maddələrin təsiri altında sərxoş olduğunu görmüşdür. Bu səbədən Təqsirləndirilən şəxs1 “starşına deyəsən vəziyyət bombadır” deyə bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 ona gülə-gülə narkotik maddələrdən istifadə etdiyini, hallı olduğunu bildirmiş və nəzarət buraxılış məntəqəsinin qarşısında onun idarə etdiyi “Mercedes W-N10” markalı avtomobilə oturmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs1 cibindən balaca kağıza bükülmüş narkotik maddə olan qurudulmuş “marixuana” çıxarıb siqaretin içərisinə doldurmuş və doldurduqdan sonra çəkməyə başlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs1 ona da həmin “nəşə”dən “dadına baxmağı” təklif etmişdir. O, da ilk dəfə olduğundan həmin “nəşə”nin dadına baxmaq istəmiş və Təqsirləndirilən şəxs1 siqaretin içinə doldurulmuş “nəşə”ni alıb bir-iki tüstü içinə çəkib Təqsirləndirilən şəxs1 geri qaytarmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs1 narkotik vasitələrin satışı ilə məşğul olması barəsində də yaxın tanışlarından eşitmişdir. Məhkəmə, Şahid1 ifadələrini digər sübutlarla təhlil edərək məhkəmə aşağıdakı səbəbələrə görə onun məhkəmə baxışında verdiyi ifadələri rədd edir. Belə ki, Şahid1 məhkəmənin və proses iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, hərbi xidmətdən narkotik maddələrindən istifadə etməsi səbəbindən tərxis edilmişdir. Eyni zamanada, ibtidai istintaq zamanı o, şahid qismində dindirilərkən ona heç bir təzyiq olunmamıdır. Protokol ilə tanış olması və bütün imzalar onun tərəfindən qeyd olunmuşdur. Əlavə olaraq, Şahid1 ifadəsində bildirmişdir ki, ibtidai istintaq zamanı atası ilə birlikdə getmiş və aparılan istintaq hərəkətlərindən hər hansı bir orqana şikayət etməmişdir. Belə olan halda, məhkəmə Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadələrini mötəbər sübut kimi qəbul edir, məhkəmə iclasında verdiyi ifadəsini rədd edir və bu hissədə müvafiq qərar qəbul olunmasını zəruri hesab edir. Cinayət işinin materiallarında olan, məhkəmə-kimyəvi və bioloji ekspertizasının 13 fevral N0N4-cü il tarixli, 19/130 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Baxış zamanı “VAZ N1074” markalı, “**-BK-***” dövlət qeydiyyat nömrə nişanlı avtomobildən aşkar edilmiş 1 (bir) ədəd kisədə narkotik vasitə olan qurudulmuş “marixuana”, “heroin”ə və psixotrop maddə olan “metamfetamin”ə oxşar kütlələr” sözləri və imzalar olan 1 ədəd kisədəki, 5 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkisi- 499,054 qram, N34,010 qram, 500,5N4 qram, 140,149 qram, 905,0 qram: ümumi təmiz çəkisi- NN78,737 qram olan maddələr “tiryək”dən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindirlər; 4 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri: -770,0 qram, 444,85Nqram, 495,071 qram, 467,58N qram: ümumi təmiz çəkisi: -N177,505 qram olan ağ rəngli kristallardan ibarət maddələr mefamfetamindirlər; 19 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri: -1000,0 qram, 500,0 qram, 5N0,0 qram, 510,0 qram, 505,0 qram, 505,0 qram, 505,0 qram, 515,0 qram, 510,0 qram, 5N5,0 qram, 1080,0 qram, 1005,0 qram, 7N5,0 qram, 1000,0 qram, 10N5,0 qram, 1005,0 qram, 1045,0 qram, 1005,0 qram, 1005,0 qram: ümumi təmiz çəkisi: -14490,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanalardır. Tədqiqata təqdim edilmiş üzərində “Baxış zamanı şübhəli şəxs “**-BK-***” qeydiyyat nişanlı avtomobildən 1 ədəd kisədəki narkotik vasitə olan qurudulmuş “marixuana” və psixotrop maddə olan “metamfefamin”ə oxşar kütlələr” sözlər və imzalar olan 1 ədəd kisədəki, 1 ədəd bükülüdə təmiz çəkisi: -346,N51 qram maddə “tiryək”dən kustar üsulla hazırlanmış narkotik vasitə olan “heroin”dir; 9 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri: - 499,751 qram, -965,0 qram, 496,141 qram, 497,338 qram, 990,0 qram, 498,885 qram, 485,4N1 qram, 499,597qram, 945,0 qram: ümumi təmiz çəkisi: -5876,933 qram olan ağ rəngli kristallardan ibarət maddələr “metamfetamin”dirlər; N8 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri: -1000,0 qram, 1045,0 qram, 1050,0 qram, 1010,0 qram, 1005,0 qram, 1050,0 qram, 1055,0 qram, 1030,0 qram, 1060,0 qram, 1055,0 qram, 10N0,0 qram, 1040,0 qram, 1000,0 qram, 1050,0 qram, 1060,0 qram, 1010,0 qram, 965,0 qram, 1000,0 qram, 1100,0 qram, 1060,0 qram, 1000,0 qram, 605,0 qram, 1005,0 qram, 660,0 qram, 10N5,0 qram, 1070,0 qram, 1010,0 qram, 800,0 qram: ümumi təmiz çəkisi: -N7840,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş “marixuana”lardır. Tədqiqata təqdim edilmiş üzərində “Baxış zamanı “VAZ N1074” markalı, “**-BK-***” dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş 1 ədəd kisədə narkotik vasitə olan qurudulmuş “marixuana”, “heroin”ə və psixotrop maddə olan “metamfetamin”ə oxşar kütlələr.....” və “Baxış zamanı şübhəli şəxs “**-BK-***” qeydiyyat nişanlı avtomobildən 1 ədəd kisədəki narkotik vasitə olan qurudulmuş “marixuana” və psixotrop maddə olan “metamfetamin”ə oxşar kütlələr” sözlər və imzalar olan N ədəd kisədəki, ümumilikdə 6 ədəd bükülüdə, ümumi təmiz çəkisi: -N6N4,988 qram olan “heroin”lər xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər; ümumilikdə 13 ədəd bükülüdə, ümumi təmiz çəkisi: -8054,438 qram olan “metamfetamin”lər xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir biriləri ilə eynidirlər; ümumilikdə 47 ədəd bükülüdə, ümumi təmiz çəkisi: -4N330,0 qram olan “marixuana”lar orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin N005-ci il N8 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxildir (Siyahı İ). Marixuana N005-ci il N8 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr” siyahısına daxildir (Siyahı). Cinayət işinin materiallarında olan, “Səxsi axtarış və götürmə keçirilməsi haqqında” 1N fevral N0N4-cü il tarixli protokoldan və həmin protokola əlavələrdən görünür ki, “şübhəli şəxs” qismində tutulmuş Təqsirləndirilən şəxs3 üzərində narkotik vasitə və digər cinayət xarakterli əşya aşkar olunmamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1lə Beyləqan rayonunda qonşu olduqlarını, Yardımlı rayonuna 11 fevral N0N4-cü il tarixdə, gecə saatlarında Təqsirləndirilən şəxs1lə gəldiyini və həmin gecə Yardımlı rayonunda qaldıqlarını, 1N fevral N0N4-cü il səhər saatlarında Təqsirləndirilən şəxs1lə Yardımlı rayonu ərazisində olarkən yolda Təqsirləndirilən şəxs1 avtomobildən düşərək getdiyini, ona gedib qabaqdan dönərək geri gəlməsini tapşırdığını, ondan sonra avtomobili idarə edərək irəli doğru getdiyini, sonra geri qayıtdığını, geri qayıdan zaman Təqsirləndirilən şəxs1 əlində N ədəd kisə ilə avtomobilə yaxınlaşdığını və həmin kisələri avtomobilin yük yerinə qoyduğunu, həmin vaxt Təqsirləndirilən şəxs1 kisələrdə nə olmasını soruşduğunu, Təqsirləndirilən şəxs1 də kisələrdə “nəşə” olmasını dediyini bildirmişdir. Cinayət işinin materiallarında olan, “Səxsi axtarış və götürmə keçirilməsi haqqında” 1N fevral N0N4-cü il tarixli protokoldan və həmin protokola əlavələrdən görünür ki, “şübhəli şəxs” qismində tutulmuş Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə və ya digər cinayət xarakterli əşya aşkar olunmamışdır. Həmçinin bildirmişdir ki, o, 11 fevral N0N4-cü il tarixdə qaynı Təqsirləndirilən şəxsN ona mobil telefon vasitəsi ilə zəng vuraraq Yardımlı rayonu ərazisində narkotik vasitələr olduğunu bildirmiş və ondan həmin narkotik vasitələri götürə biləcəyini soruşmuşdur. O, qaynı Təqsirləndirilən şəxsN narkotik vasitələri necə götürəcəyini soruşmuş, Rəhman da ona Yardımlı rayonuna getdikdən sonra yer koordinatı göndərəcəyini demişdir. O, da Yardımlı rayonu ərazisinə gələrək yer koordinatının göndərildiyi yerə gedib narkotik vasitələri götürmüşdür. Şübhəli şəxs Təqsirləndirilən şəxs1 narkotik vasitələri haradan götürməsi soruşulduqda o, narkotik vasitələri təxminən Yardımlı rayonu, Şəfəqli kəndi yaxınlığından götürdüyünü, həmin yerə həmçinin idarə etdiyi “VAZ N1074” markalı, “**-BK-***” dövlət qeydiyyat nişanlı avtomobillə qonşusu Təqsirləndirilən şəxs3 ilə birlikdə gəldiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 qonşusu Təqsirləndirilən şəxs3 onun narkotik vasitələr götürməsindən əvvəlcədən məlumatının olmadığını, Təqsirləndirilən şəxs3 1N fevral N0N4-cü il tarixdə, səhər saat 09 radələrində onun narkotik vasitələr götürəcəyindən məlumatının olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 ona “konum” göndərildikdən sonra narkotik vasitələr götürmək üçün gəlməsini Təqsirləndirilən şəxs3 dediyini bildirmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş mobil telefonda işlətdiyi “WhatsApp” proqramında “Arda Novruzlu” adı ilə görünən ***-***- **-** mobil nömrə ilə qaynı Təqsirləndirilən şəxsN ilə əlaqə saxladığını, Təqsirləndirilən şəxsN ona yer koordinatı göndərdiyini, narkotik vasitələri götürdükdən sonra həmin yer koordinatını sildiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 avtomobili özünün idarə etdiyini, N ədəd kisələrdə əldə etdiyi narkotik vasitələrin avtomobildə olduğunu və narkotik vasitələri təqdim edə biləcəyini bildirmişdir. Cinayət işinin materiallarında olan, “Baxış və götürmə” aparılması haqqında 1N fevral N0N4-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqları üçün Təqsirləndirilən şəxs1 idarə etdiyi “VAZ N1074” markalı, “**-BK-***” dövlət qeydiyyat nişanlı avtomobildə Yardımlı-Masallı yolunun 6-cı kilometliyində, Yardımlı rayonu, Dəryavar kəndi ərazisində saxlanılaraq rayon polis şöbəsinə gətirilmişlər. Orada şübhəli şəxs Təqsirləndirilən şəxs1 idarə etdiyi “VAZ N1074” markalı, “**-BK-***” dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən Təqsirləndirilən şəxs1 avtomobilin yük yerindən N ədəd boz rəngli kisələri çıxararaq təqdim etmişdir. Həmin N ədəd kisədə, ayrı-ayrı bağlamalarda xüsusi üsulla qablaşdırılmış, 6 ədəd bükümlərdə ümumi təmiz çəkisi- N6N4,998 qram təşkil edən narkotik vasitə olan “heroin”ə bənzər kütlə, 13 ədəd bükümdə ümumi təmiz çəkisi- 8054.438 qram təşkil edən psixotrop maddə olan “metamfetamin”ə oxşar maddə və ümumilikdə 47 ədəd bükümdə ümumi təmiz çəkisi- 4N330 qram təşkil edən narkotik maddə olan “marixuana”ya bənzər kütlələr aşkar edilərək hər biri ayrıayrılıqda elektron tərəzi vasitəsi ilə çəkilmiş və qablaşdırılaraq möhürlənmişdir. Cinayət işinin materiallarında olan, “Ambulator məcburi-narkoloji tibbi yoxlama”nın 01 aprel N0N4-cü il tarixli, 315 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs3 kannabinoidlərdən qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuş, məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülmüşdür. Cinayət işinin materiallarında olan, “Ambulator məcburi-narkoloji tibbi yoxlama”nın 01 aprel N0N4-cü il tarixli, 314 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 kannabinoidlərdən qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuş, məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülmüşdür. Cinayət işinin materiallarında olan, “Elektron yaddaş qurğusuna baxış keçirilməsi haqqında” 11 iyul N0N4-cü il tarixli protokoldan və həmin protokola əlavədən görünür ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsindən 03 iyul N0N4-cü il tarixli, N-N-N61/3-04NN04/N0N4 saylı məktub əsasında daxil olmuş Təqsirləndirilən şəxs1 məxsus “Samsung Galaxy A4S” markalı və Təqsirləndirilən şəxs3 məxsus “Galaxy A3s” markalı “smartfon” mobil telefonların yaddaşında olan məlumatların olduğu xarici yaddaş qurğusuna baxış keçirilərkən müəyyən edilmişdir ki, yaddaş qurğusunun içərisinə “N0N4-05-31.16-36-N9”, “N0N4-06-14.1N-33-35” və “narkotik konum” adlı qovluqlar aşkar olundu. “Narkotik konum” faylına daxil olduqda həmin qovluğun içərisində Təqsirləndirilən şəxs1 məxsus “Samsung Galaxy A4S” markalı mobil telefona quraşdırılmış “Watsapp” proqramında olan bərpa edilmiş hadisə vaxtı Təqsirləndirilən şəxsN məxsus ***-***-**-** mobil nömrə ilə qeydiyyatdan keçmiş “Watsapp” proqramı vasitəsi ilə 1N fevral N0N4-cü il tarixdə saat 09:13-də Təqsirləndirilən şəxs1 məxsus Rusiya Federasiyası mobil operatorlarına aid +**********1 mobil nömrə ilə “Watsapp” mobil tətbiqində qeydiyyatdan keçmiş həmin mobil nömrəyə “N 38.9078N90, E 48.11865N010:10” yer koordinatı ilə göndərilmişdir. Həmin yer koordinatı Yardımlı rayonu, Perimbel kəndinin ərazisində, dağlıq ərazidən keçən asfalt yolun kənarını göstərir. Həmçinin, müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 1N fevral N0N4-cü il tarixdə, saat 09:13:5N-də ona göndərilmiş həmin yer koordinatı üzrə “Vaze” mobil tətbiqi ilə həmin koordinata tərəf hərəkət etməyə başlamış və saat 09:46:45də həmin koordinata çatmışdır. Qeyd olunan hal Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ifadələrində göstərdikləri xüsusatlarla üst-üstə düşməklə hadisənin baş vermə mexanizmini, yəni Təqsirləndirilən şəxsN tərəfindən Təqsirləndirilən şəxs1 mobil telefonuna “Watsapp” proqramı vasitəsi ilə narkotik maddələrin olduğu yerin koordinatlarının göndərilməsini təsdiq edir. Bundan başqa diskə baxış keçirilərkən “Samsung_SM-A047F” adlı faylı daxil olduqda həmin faylın içərisində “CellebriteReader” proqram təminatının olması müşahidə edilir. Həmin proqram təminatına daxil olduqda Təqsirləndirilən şəxs1 məxsus “Samsung_SM-A4” markalı mobil telefondan xüsusi proqram təminatı vasitəsi ilə aşkar olunmuş məlumatlar-foto, video, zənglər, media, mesajlaşmalar öz əksini tapır. “Call log”, yəni zənglər faylına giriş etdikdə Təqsirləndirilən şəxs1 Rusiya Federasiyasına məxsus “+**********1” mobil nömrə ilə “Watsapp” proqram təminatında qeydiyyatdan keçməsi müəyyən olunur. Həmin nömrəyə daxil olan və çıxan zənglərə diqqət edərkən “Watsapp” proqramı vasitəsi ilə həmin nömrə ilə Təqsirləndirilən şəxsN istifadəsində olmuş ***-***-**-** mobil nömrə arasında hadisənin baş vermə ərəfəsində və hadisə vaxtı çoxlu sayda zənglərin olması müəyyən olunur. Belə ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş “+**********1” mobil nömrə ilə Təqsirləndirilən şəxsN istifadəsində olmuş ***-***-**-** mobil nömrə arasında “Watsapp” proqramı vasitəsi ilə 06 fevral N0N4-cü il tarixdə, saat 15:41-də 18 saniyə danışıq, 11 fevral N0N4-cü il tarixdə saat 16:N1- və 16:NN-də Təqsirləndirilən şəxsN tərəfindən edilmiş iki dəfə cavabsız zəng olunması, 11 fevral N0N4-cü il tarixdə saat 16:37-də həmin nömrələr arasında 3 dəqiqə 3N saniyə danışıq olması, həmin gün saat 16:58-də 1 dəqiqə 40 saniyə danışıq olması, həmin tarixdə saat 18:01-də 45 saniyə danışıq olması, həmin gün saat 18:03-də N dəqiqə 15 saniyə danışıq olması, daha sonra həmin tarixdə saat 19:N3-də Təqsirləndirilən şəxs1 istifadəsində olmuş +**********1 mobil nömrədən Təqsirləndirilən şəxsN istifadəsində olmuş ***-***-**-** mobil nömrəyə “Watsapp” proqramı vasitəsilə ilə 1 ədəd cavabsız zəng olunması, daha sonra həmin tarixdə saat 19:N4-də 54 saniyə danışıq olması, həmin tarixdə ***-***-**-** mobil nömrədən **********1 mobil nömrəyə saat NN:10da cavabsız zəng olunması, həmçinin 1N fevral N0N4-cü il tarixdə gecə saat 03:13-də zəng olunması, həmin gün saat 03:14-də saat 1 dəqiqə 1N saniyə danışıq olması, həmin gün səhər saat 05:11-də N3 saniyə, saat 05:17-də 30 saniyə, saat 05:19-da 35 saniyə, saat 05:45-də 47 saniyə, saat 06:35-də 16 saniyə, saat 06:36-da 31 saniyə mütəmadi olaraq telefon danışıqlarının aparılması müəyyən olunur. “Chats” bölməsinə daxil olduqda Təqsirləndirilən şəxs1 “Watsapp” proqramında qeydiyyatdan keçdiyi +**********1 mobil nömrə ilə Təqsirləndirilən şəxsN istifadəsində olmuş ***-***-**-** mobil nömrə arasında hər hansı yazılı və səsli mesajların olması görünmür. Lakin, həmin mobil nömrələr arasında 06 fevral N0N4-cü il tarixdə və 11 fevral N0N4-cü il tarixdə və 1N fevral N0N4-cü il tarixdə çoxlu sayda “Watsapp” proqramı üzərindən danışıqların aparıması müşahidə edilir. 1N fevral N0N4-cü il tarixdə saat 08:16-da Təqsirləndirilən şəxsN istifadəsində olmuş ***-***- **-** mobil nömrədən məlumat xarakteli mesaj, yəni yer yoordinatı göndərilməsi müşahidə edilir. Həmçinin, Təqsirləndirilən şəxsN məxsus ***-***-**-** saylı mobil nömrənin “Arda Novruzlu” kimi qeydiyyatdan keçməsi müəyyən olunur. Bundan başqa Təqsirləndirilən şəxs1 istifadəsində olmuş “Samsung A4” markalı “smartfon” telefonun yaddaşında bərpa olunmuş “Watsapp” proqramı yazışmalarına baxış keçirilərkən ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş +**********1 saylı mobil nömrə arasında olan yazışmalardan görünür ki, ***-***-**-** nömrənin istifadəçisi Təqsirləndirilən şəxs1 narkotik maddələr göndərir və Təqsirləndirilən şəxs1 həmin narkotik maddələri ondan aldıqdan sonra narkotikin tərkibi və çəkisi barədə aralarında narazılıq yaranır. Cinayət işinin materiallarında olan, "xxxx" MMC-dən daxil olmuş 1 ədəd “CD”-yə baxış keçirilməsi haqqında protokolardan görünür ki, “Mikrosoft Excel” formatında olan “qeyd edilən şəxslərin və nomrələrin müqavilə sahiblərin adlarına olan digər nomrələr” adlı sənədin içərisinə baxış keçirilərkən Təqsirləndirilən şəxsN istifadəsində olmuş ***-***-**-** mobil nömrənin X1 adına rəsmiləşdirilməsi müəyyən olunur. Təqsirləndirilən şəxs1 istifadəsin də olmuş ***-***-**-** mobil nömrənin X5 adına rəsmiləşdirilməsi müəyyən olunur. Bundan başqa ***-***-**-**, ***-***-**-**, ***-***-**-** mobil nömrələrin Təqsirləndirilən şəxs3 adına rəsmiləşdirilmişdir. Anten N0N4 faylına baxış keçirilərkən 1N fevral N0N4-cü il tarixdə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrədən Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-** mobil nömrəyə N dəfə zəng olunması müəyyən olunur və hər N mobil nömrənin antenn dairəsi Yardımlı rayonu, Perimbel kəndinin ərazisini göstərir. Cinayət işinin materiallarına əsasən hadisə vaxtı, yəni 1N fevral N0N4-cü il tarixdə, saat 10 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxsN tərəfindən göndərilmiş yol koordinatları üzrə narkotik maddələrin olduğu yerə, yəni Yardımlı rayonu, Perimbel kəndinə getmiş və həmin vaxt Təqsirləndirilən şəxs1 narkotik maddələrin olduğu bağlamanı götürmək üçün maşından düşdükdən sonra Təqsirləndirilən şəxs3 maşını bir qədər qarşıdan döndərib gəlməsini tapşırmış və bir qədər sonra narkotik maddələri əldə edərək daha sonra istifadəsində ***- ***-**-** mobil nömrə ilə Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng edərək gəlməsini demişdir. Qeyd olunan xüsusat həmin mobil nömrələrin anten dairəsi ilə tam olaraq uzlaşır. Bundan başqa, 1N fevral N0N4-cü il tarixdə Təqsirləndirilən şəxsN istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin anten dairəsi Bakı şəhərinin ərazisini göstərir. Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi və həmçinin Təqsirləndirilən şəxsN istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında arasında N0N4-cü ilin yanvar və fevral ayları ərzində çoxlu sayda mobil danışıqların olması müəyyən olunur. Lakin, Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxsN istifadəsində olan mobil nömrələr arasında hər hansı mobil danışıq və ya sms qeydə alınmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrənin anten dairəsi 1N fevral N0N4-cü il tairixdə, saat 00:N5-də Cəlilabad rayonu, Göytəpə qəsəbəsinin ərazisini göstərir. Beləliklə, baxış zamanı Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ifadələrindəki xüsusatlar, yəni cinayətin törədilməsi ilə bağlı təqsirləndirilən şəxslərin hərəkətləri, onların istifadələrində olan mobil telefonların anten dairələri, həmçinin həmin nömrələr aralarında qeyd olunmuş vaxtlarda danışıqlarla üst-üstə düşür və bir daha qeyd olunan cinayət hadisəsinin baş verməsini təsdiq edir. Cinayət işinin materiallarında olan, "xxxx" MMC-dən daxil olmuş 1 ədəd “CD”-yə baxış keçirilməsi haqqında protokoldan görünür ki, ***-***-**-** mobil nömrə Təqsirləndirilən şəxs1 adına rəsmiləşdirlmişdir. Həmin fayla baxış keçirilərkən ***-***-**-** danışıq nömrəsi Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil nömrə ilə Təqsirləndirilən şəxsN istifadəsində olan ***-***-**-** mobil nömrə arasında 06 fevral N0N4-cü il tarixdə danışıq qeydə alınmışdır. Baxış zamanı ***-***-**-** saylı mobil nömrənin Təqsirləndirilən şəxs3 adına rəsmiləşdirilməsi və sonuncunun istifadəsində olması müəyyən olunur. Həmçinin, baxış zamanı Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrə ilə Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** mobil nömrə arasında çox sayda danışıqların olması müəyyən olunur. Həmçinin, həmin fayla baxış keçirilərkən 1N fevral N0N4-cü il tarixdə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrədən Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-** mobil nömrəyə N dəfə zəng olunması müəyyən olunur və hər iki mobil nömrənin anten dairəsi Yardımlı rayonu, Perimbel kəndinin ərazisini göstərir. Cinayət işinin materiallarına əsasən hadisə vaxtı, yəni 1N fevral N0N4-cü il tarixdə, saat 10 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxsN tərəfindən göndərilmiş yol koordinatları üzrə hərəkət edərək narkotik maddələrin olduğu yerə, yəni Yardımlı rayonu, Perimbel kəndinə getmiş və həmin vaxt Təqsirləndirilən şəxs1 narkotik maddələrin olduğu bağlamanı götürmək üçün maşından düşdükdən sonra Təqsirləndirilən şəxs3 maşını bir qədər qarşıdan döndərib gəlməsini tapşırmış, bir qədər sonra narkotik maddələri əldə edərək daha sonra istifadəsində olan ***-***-**-** mobil nömrə ilə Təqsirləndirilən şəxs3 istifadəsində olan ***- ***-**-** mobil nömrəyə zəng edərək gəlməsini bildirmişdir. Qeyd olunan xüsusat həmin mobil nömrələrin anten dairəsi ilə tam olaraq uzlaşır. Bundan başqa, həmin fayla baxış keçirilərkən Təqsirləndirilən şəxs1 N0N3-cü ilin avqust, sentyabr və dekabr aylarında, həmçinin N0N4-cü ilin yanvar ayında Yardımlı rayonunda olması müəyyən olunur. Belə ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan 70-67N-N9-N6 mobil nömrənin anten dairəsi qeyd edilən tarixlərdə Yardımlı rayonunun ərazisini göstərir. Həmçinin, həmin tarixlərdə Təqsirləndirilən şəxs1 istifadəsində olan 70-67N-N9-N6 mobil nömrə ilə Təqsirləndirilən şəxsN istifadəsində olmuş ***-***-**-** mobil nömrə ilə çoxsaylı danışıqların olması müəyyən olunur. Cinayət işinin materiallarında olan, “Mobil telefonlara baxış keçirilməsi haqqında” protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus “Samsung Galaxy A4S” markalı mobil telefonda olan “Watsapp” proqramı tətbiqinə daxil olduqda Təqsirləndirilən şəxs1 Rusiya Federasiyasına məxsus +**********1 mobil nömrə ilə “Watsapp” proqramında qeydiyyatdan keçməsi müəyyən olundu, “Watsapp” proqramına daxil olduqda Təqsirləndirilən şəxsN istifadəsində olmuş ***-***-**-** mobil nömrə ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan +**********1 mobil nömrə arasında “Watsapp” proqramı yazışmalarının silindiyi müəyyən olunur. Bundan başqa, baxış zamanı Təqsirləndirilən şəxsN istifadəsində olmuş ***-***-**-** mobil nömrə ilə 06 fevral N0N4-cü il tarixdə, həmçinin 11 fevral N0N4-cü il və 1N fevral N0N4-cü il tarixlərdə Təqsirləndirilən şəxs1 məxsus qeyd olunan mobil nömrə arasında “Watsapp” proqramı tətbiqi üzərindən çoxsaylı zənglər və danışıqlar olması müəyyən olunur. Həmçinin “Watsapp” proqramı yazışmalarına baxış keçirilərkən Təqsirləndirilən şəxs1lə ayrı-ayrı şəxslər arasında narkotik maddələrin dövriyyəsi ilə bağlı söhbətlər aparılması müəyyən olunur. Cinayət işinin materiallarına əlavə edilmiş, N saylı hərbi hissə komandirinin N fevral N0N4-cü il tarixli əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdən etibarən 35 (otuz beş) günlük müddətə növbəti məzuniyyətə buraxılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş, Yardımlı rayon Polis Şöbəsindən daxil olmuş 10 iyun N0N4-cü il tarixli, N-3516/N4 nömrəli məktubundan görünür ki, Yardımlı rayonu, Ostayır kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxsN narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılığı və satışı ilə məşğul olması barədə mütəmadi olaraq əməliyyat xarakterli məlumatlar daxil olmuşdur. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, iş üzrə maddi sübut kimi tanınmış təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 məxsus 1 ədəd “Samsung” markalı mobil telefon və 1 ədəd “Nokia” markalı mobil telefon, habelə Təqsirləndirilən şəxs3 məxsus 1 ədəd “Samsung” markalı mobil telefon cinayət işinin materiallarında saxlanılır. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, iş üzrə maddi sübut kimi tanınmış cinayət işi üzrə baxış və götürmə keçirilən zaman aşkar edilərək götürülmüş 3 ədəd sintetik kisə və 1 ədəd ağ rəngli kisədə 4N3N5,3 qram çəkidə narkotik vasitə olan qurudulmuş “marixuana”, N6N4,388 qram çəkidə narkotik vasitə olan “heroin” və 8053,138 qram çəkidə psixotrop maddə olan “metamfetamin” hazırda Yardımlı rayon Polis Şöbəsinin maddi sübutları saxlama yerində saxlanılır. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, 1N fevral N0N4-cü il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin N34.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə “şübhəli şəxs” qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, 1N fevral N0N4-cü il tarixdə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin N34.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə “şübhəli şəxs” qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, 13 fevral N0N4-cü il tarixdə Təqsirləndirilən şəxs1 iş üzrə “təqsirləndirilən şəxs” qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CM-nin N34.4-1-ci maddəsi ilə ittiham elan edilmiş və Yardımlı Rayon Məhkəməsinin eyni tarixli qərarı ilə barəsində 4 (dörd) ay müddətinə, yəni 1N iyun N0N4-cü il tarixədək “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan, Yardımlı Rayon Məhkəməsinin 13 fevral N0N4cü il tarixli qərarından görünür ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs1 əməlini etiraf edərək göstərmişdir ki, polis şöbəsində saxlanılarkən hər hansı işgəncəyə və təzyiqə məruz qalmamışdır. Gələcəkdə bir daha bu kimi cinayət əməli törətməyəcəyinə söz vermişdir. Ailə vəziyyətinə görə vəsatətin təmin olunmamasını xahiş etmişdir. Cinayət işinin materiallarında olan, Yardımlı Rayon Məhkəməsinin 13 fevral N0N4cü il tarixli qərarından görünür ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs3 əməlini etiraf edərək göstərmişdir ki, polis şöbəsində saxlanılarkən hər hansı işgəncəyə və təzyiqə məruz qalmamışdır. Gələcəkdə bir daha bu kimi cinayət əməli törətməyəcəyinə söz vermişdir. Ailə vəziyyətinə görə vəsatətin təmin olunmamasını xahiş etmişdir. Cinayət işinin materiallarında əlavə edilmiş sənədlərdən görünür ki, Bakı Hərbi Məhkəməsinin 10 iyun N0N4-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 0N (iki) ay müddətinə, yəni 1N avqust N0N4-cü il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, 13 fevral N0N4-cü il tarixdə Təqsirləndirilən şəxs3 iş üzrə “təqsirləndirilən şəxs” qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CM-nin N34.4-1-ci maddəsi ilə ittiham elan edilmiş və Yardımlı Rayon Məhkəməsinin eyni tarixli qərarı ilə barəsində 4 (dörd) ay müddətinə, yəni 1N iyun N0N4-cü il tarixədək “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında əlavə edilmiş sənədlərdən görünür ki, Bakı Hərbi Məhkəməsinin 10 iyun N0N4-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs3 həbsdə saxlanılma müddəti 0N (iki) ay müddətinə, yəni 1N avqust N0N4-cü il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında əlavə edilmiş sənədlərdən görünür ki, N7 iyun N0N4cü il tarixdə Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası CM-nin N34.4-1-ci maddəsindən Azərbaycan Respublikası CM-nin N34.1-ci maddəsinə tövsif edilməklə barəsində istintaq həmin maddə ilə davam etdirilmişdir. Cinayət işinin materiallarında əlavə edilmiş sənədlərdən görünür ki, 0N iyul N0N4cü il tarixdə Bakı Hərbi Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, 14 may N0N4-cü il tarixdə Təqsirləndirilən şəxsN iş üzrə Azərbaycan Respublikası CM-nin N34.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə “şübhəli şəxs” qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, 16 may N0N4-cü il tarixdə Təqsirləndirilən şəxsN iş üzrə “təqsirləndirilən şəxs” qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CM-nin N34.4-1-ci maddəsi ilə ittiham elan edilmiş və Bakı Hərbi Məhkəməsi tərəfindən 16 may N0N4-cü il tarixli qərarı ilə barəsində 14 may N0N4-cü il tarixdən hesablanmaqla 3 (üç) ay müddətinə, yəni 14 avqust N0N4-cü il tarixədək “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında əlavə edilmiş sənədlərdən görünür ki, 04 iyun N0N4cü il tarixdə iş üzrə istintaq müddəti cinayət işinin mürəkkəbliyi ilə əlaqədar Azərbaycan Respublikası Hərbi prokurorunun müavini tərəfindən N (iki) ay müddətinə olmaqla 13 avqust N0N4-cü il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs1 ittiham olunduğu cinayət əməlini törətdiyi vaxt hərbi qulluqçu olmaqla N saylı hərbi hissədə baş gizir hərbi rütbəsində həqiqi hərbi xidmətdə olması müəyyən edildiyindən, 16 fevral N0N4-cü il tarixli qərarla cinayət işinin istintaqın davam etdirilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna göndərilmişdir. Cinayət işinin materiallarında əlavə edilmiş sənədlərdən görünür ki, 05 mart N0N4cü il tarixdə cinayət işi Lənkəran hərbi prokurorluğuna daxil olmuş və həmin tarixdə Lənkəran hərbi prokurorluğunun böyük müstəntiqi tərəfindən icraata qəbul edilərək istintaq davam etdirilmişdir. Cinayət işinin materiallarında əlavə edilmiş sənədlərdən görünür ki, 18 iyul N0N4-cü il tarixdə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin N34.4-1-ci maddəsi ilə elan edilmiş ittihamın məzmunu dəyişdirilərək ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında əlavə edilmiş sənədlərdən görünür ki, 18 iyul N0N4-cü il tarixdə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxsN Azərbaycan Respublikası CMnin N34.4-1-ci maddəsi ilə elan edilmiş ittihamın məzmunu dəyişdirilərək ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında əlavə edilmiş sənədlərdən görünür ki, 18 iyul N0N4-cü il tarixdə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin N34.4-1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilərək ona Azərbaycan Respublikası CM-nin N34.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında əlavə edilmiş, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi tərəfindən qəbul edilmiş 19 iyul N0N4-cü il tarixli “cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” qərarından görünür ki, ********* nömrəli cinayət işindən şəxsiyyəti istintaqa məlum olmayan həmin şəxslərin (narkotik maddənin mənbəyi) barələrində Azərbaycan Respublikası CMnin N34.4-1-ci maddəsi ilə cinayət işi ayrıca icraata ayrılmışdır. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, Azərbaycan Respublikası Müdafiə nazirinin müavini- Hərbi Hava Qüvvələri komandanının 18 oktyabr N019-cu il tarixli, 058gm nömrəli əmrinə əsasən Təqsirləndirilən şəxs1 N saylı hərbi hissənin 4-cü S-1N5 NTM X7 baş çavuşu vəzifəsinə təyin edilmişdir. N saylı hərbi hissə komandirinin N fevral N0N4-cü il tarixli 5N nömrəli əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında əsasnamə”nin 156-cı maddəsinin “E” bəndinə əsasən ehtiyata buraxılmış və hərbi qeydiyyata durmaq üçün SHXÇDX-nin Beyləqan rayon şöbəsinə göndərilmişdir. O, əvvəllər məhkum edilməmişdir. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxsN əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs1 “Azərbaycan Ordusunun 100 illiyi (1918-N018)” yubiley medalı, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı, “Qüsursuz xidmətə görə” N-ci dərəcəli medalı, “Füzulinin azad edilməsinə görə” medalı, “Cəbrayılın azad edilməsinə görə” medalı və “Vətən Müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən xx.xx.N0NN-ci il tarixdə Təqsirləndirilən şəxs1 verilmiş “M/V 09663N” №-li vəsiqəsinin kserosurətindən görünür ki, “Vəsiqənin sahibi müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir”. Vəsiqə müddətsizdir və Azərbaycan Respublikası ərazisində qüvvədədir. Cinayət işinin materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin GH 198 №-li “Gizir hazırlığı kursunu bitirmə haqqında” Sertifikatının kserosurətindən görünür ki, gizir Təqsirləndirilən şəxs1 Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində xx.xx.N009-cu il tarixdən xx.xx.N010-cu il tarixə kimi fəaliyyət göstərən “motoatıcı taqım komadirinin müavini” kursunu bitirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin GH 198 №-li “Gizir hazırlığı kursunu bitirmə haqqında” Sertifikatının Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində xx.xx.N009-cu il tarixdən xx.xx.N010-cu il tarixə kimi fəaliyyət göstərən “motoatıcı taqım komadirinin müavini” kursunu bitirmişdir. Cinayət işinin materiallarına əlavə olunan, N saylı hərbi hissənin komandiri tərfindən verilmiş N8 dekabr N010-cu il tarixli Fəxri Fərmanın kserosurətindən görünür ki, gizir Təqsirləndirilən şəxs1 N010-cu tədris ilində qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsində, döyüş hazırlığının yüksəldilməsində və hərbi nizam-intizamın möhkəmləndirilməsində əldə etdiyi nailiyyətlərə görə təltif olunmuşdur. Cinayət işinin materiallarına əlavə olunan, UTHTM-nin 06 avqust N010-cu il tarixli 1/48 №-li Şəhadətnamənin kserosurətindən görünür ki, gizir Təqsirləndirilən şəxs1 xx.xx.N010-cu il tarixdən xx.xx.N010-cu il tarixədək UTHTM-də təsdiq olunmuş tədris proqramına əsasən “aviasiya texniki təminat vasitələrinin texniki” ixtisası üzrə nəzəri, praktiki təlim almışdır. Cinayət işinin materiallarına əlavə edilmiş, “Nikah haqqında şəhadətnamə”nin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs1 ilə XN arasında xx.xx.N013-cü il tarixdə nikahları bağlanmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş, “Doğum haqqında şəhadətnamə”lərin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.N013-cü il tarixdə doğulmuş X6 adlı və xx.xx.N015-ci il tarixdə doğulmuş X9 adlı iki azyaşlı uşaqları vardır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs3 hər birisi məhkəmə iclasında onlara qarşı irəli sürülmüş ittihamları qəbul etməyərək ziddiyətli və dolaşıq arqumentli olmayan ifadələr vermişlər. Bununla yanaşı, ibtidai istintaq zamanı ətraflı ifadələri ilə təqsirləndirilən şəxslər birbirini ifşa edərək, cinayət əməlinin mexanizmini dolğun göstərmişdirlər. Belə ki, ibtidai istintaqın ilkin mərhələsində Təqsirləndirilən şəxs1 qohumu Təqsirləndirilən şəxsN ilə əldə edilmiş razılığa görə Yardımlı rayonuna narkotik vasitəsini tanımadığı dağlıq ərazidən götürülməsi üçün avtomobili ilə getmişdir. Uzun müddət hərbi xidmətdə müxtəlif vəzifələrdə, o cümlədən “Vətən müharibəsi”ndə iştirak etmiş Təqsirləndirilən şəxs1 konspirizasiya prinsiplərinə riayət edərək Rusiya Federasiyasının mobil operatoruna məxsus mobil danışıq nömrəsində “WhatsApp” proqramından istifadə edərək Təqsirləndirilən şəxsN ilə əlaqədə olmuş və sonuncu narkotik vasitələrin dəqiq yerini ona göndərmişdir. Daha sonra, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı məsuliyyətdən yayınmaq üçün Yardımlı rayonuna getməsini Təqsirləndirilən şəxsN şəxsi əşyalarını Bakı şəhərinə gətirilməsi ilə izah etmişdir. Həmin ifadələrdə Təqsirləndirilən şəxs1 əvvəlki ifadələrindən fərqli olaraq “kisələr” yerində balaca “sumkalar”, yəni çantalar olmasını göstərmişdir. Həmin çantalarda narkotik vasitələr olması haqqında məlumatı guya olmamışdır. Lakin, Yardımlı rayonuna məhz Təqsirləndirilən şəxsN tapşırığı ilə getməsini Təqsirləndirilən şəxs1 video görüntü ilə aparılmış üşləşdirmə istintaq hərəkətində Təqsirləndirilən şəxsN bildirmişdir. Buna baxmayaraq, Təqsirləndirilən şəxsN həmin faktı, yəni Təqsirləndirilən şəxs1 Yardımlı rayonuna göndərilməsini, ona narkotik vasitə olan yerin “konumunu” göndərməsini inkar etmişdir. Lakin, Təqsirləndirilən şəxsN təqsiri Təqsirləndirilən şəxs1 ifadələri ilə uzlaşan digər Təqsirləndirilən şəxs3 də ifadələri ilə sübut olunur. Bundan başqa, Təqsirləndirilən şəxs1 telefonunda Təqsirləndirilən şəxsN ilə 11-1N fevral N0N4-cü il tarixlərdə çox saylı danışıqlar və ən əsası narkotik vasitəsinin yeri haqqında vizual məlumat, yəni “konum” aşkar olunmuşdur. Bundan sonra, Təqsirləndirilən şəxsN Təqsirləndirilən şəxs1 telefonuna “konum” atmasını etiraf etmişdir. Bu da öz növbəsində Təqsirləndirilən şəxsN cinayət törətməsində aktiv iştirak etməsini təsdiq edir. Bundan başqa, Təqsirləndirilən şəxs3 məhkəmə iclasında heç bir cinayət törətməməsi haqqında ifadələri, onun və digər şəxslərin ibtidai istintaqda verdiyi ifadələri ilə təkzib olunur. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdikləri ifadələrindən görünür ki, birlikdə avtomaşında Yardımlı rayonuna gedərkən, Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 nə məqsədlə getməsindən xəbərsiz olmuşdur. Lakin, 1N fevral N0N4-cü il tarixdə Təqsirləndirilən şəxsN Təqsirləndirilən şəxs1 “konum” gəldikdən sonra, Təqsirləndirilən şəxs3 Yardımlı rayonuna gəlmələrinin həqiqi məqsədi aydın olmuşdur. Bu məlumatı Təqsirləndirilən şəxs1 alandan sonra Təqsirləndirilən şəxs3 cinayət törətməməsindən imtina etməmiş, əksinə gələcəkdə istifadəsi üçün narkotik maddələri götürülməsi məqsədilə Təqsirləndirilən şəxs1lə birlikdə narkotik vasitələr gizlədilən yerə “konum” ilə getmişlər. Təyinat yerinə çatdıqda kənar şəxslərin diqqətini çəkməmək üçün Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 tapşırığı ilə avtomobilin sükan arxasına əyləşərək dayandığı yerdən uzaqlaşmış və yalnız Təqsirləndirilən şəxs1 telefon zəngindən sonra həmin yerə qayıtmışdır. Sonra Təqsirləndirilən şəxs1 tərəfindən iki kisə avtomobilin arxa yük hissəsinə qoyulmuşdur. Bu əməllərindən sonra Təqsirləndirilən şəxs3 narkotik vasitələrin avtomobildə olmasından məlumatlı olsa da, cinayəti törətməsində könüllü imtina etməmiş, Təqsirləndirilən şəxs1 hərəkətlərini dayandırmamış, üstündə telefon olduğu halda hüquqmühafizə orqanlarına cinayət barədə məlumat verməmişdir. Kisələrdə narkotik vasitənin hansı həcmdə olmasını və çəkisini bilməmişdir. Buna baxmayaraq, polis şöbəsində avtomobilə baxış zamanı Təqsirləndirilən şəxs1 gətirdiyi kisələri tanımış və içərisində olan külli miqdarda müxtəlif növ narkotik maddələrin olmasını təsdiq etmişdir. Belə olan halda, Təqsirləndirilən şəxs3 narkotik vasitələrinin əldə etməsində, daşınmasında iştirak etməsi tam təsdiq olunur. Təqsirləndirilən şəxslərin hər birinin cinayət törətməsi şahid ifadələri ilə müxtəlif ekspertiza rəyləri ilə, şəxsi axtarış, o cümlədən avtomibilə, telefonlara baxış protokolları ilə və digər sübutlarla tam təsdiq olunur. Yuxarıda göstərilənləri nəzərə alaraq, hərbi məhkəmə təqsirləndirilən şəxslərin ziddiyətli ifadələrini rədd edir və cinayət məsuliyyətindən yayınma cəhdi kimi qiymənləndirir. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxsN Azərbaycan Respublikası CM-nin N34.4-1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikası CM-nin N34.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərinin onlar tərəfindən təqsirli olaraq törədilməsi sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs3 əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxsN Azərbaycan Respublikası CM-nin N34.4-1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin N34.1-ci maddəsində göstərilən cinayət əməllərini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məsuliyyətlərini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxsN məsuliyyətlərini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin N34.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin qabaqcadan əlbir olmuş bir qrup şəxs halında törədilməsi, Azərbaycan Respublikası CM-nin 61.1.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs3 məsuliyyətini ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində N azyaşlı uşağının olması məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxsN himayəsində 3 azyaşlı uşağının olması məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 59.N-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 “Vətən müharibəsi” iştirakçısı olaraq “Azərbaycan Ordusunun 100 illiyi (1918-N018)” yubiley medalı, “Cəbraylın azad olunmasına görə” medalı, “Füzulinin azad olunmasına görə” medalı, həmçinin “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı və “Qüsursuz xidmətə görə” N-ci dərəcəli medalı ilə təltif olunmasını da iş üzrə cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, təqirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.N, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunmuş cəzanın şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə işin hallarını, cəza təyin edərkən təqsirləndirilən şəxslərin şəxsiyyətini, törədilmiş cinayətin xarakterini, onun törədilmə motivlərini, təqsirləndirilən şəxsləri xarakterizə edən sənədləri tədqiq edib, sanksiyada nəzərdə tutulmuş cəzanın həddində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs3 azadlıqdan məhrum etməklə cəmiyyətdən təcrid olunmaqla islah və tərbiyə olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs1 kannabinoidlərdən qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunması, məcburi müalicəyə ehtiyacı olması haqda yuxarıda qeyd edilmiş ekspert rəyini nəzərə alaraq, təqsirləndirilən şəxsin müalicə olunması və yeni cinayət törətməsinin qarşısını almaq məqsədi ilə məhkəmə Azərbaycan Respublikası CM-nin 93 və 93-1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin barəsində narkomaniyadan məcburi müalicə tədbirlərinin tətbiq edilməsini və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülmüşdür. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs3 kannabinoidlərdən qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunması, məcburi müalicəyə ehtiyacı olması haqda yuxarıda qeyd edilmiş ekspert rəyini nəzərə alaraq, təqsirləndirilən şəxsin müalicə olunması və yeni cinayət törətməsinin qarşısını almaq məqsədi ilə məhkəmə Azərbaycan Respublikası CM-nin 93 və 93-1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin barəsində narkomaniyadan məcburi müalicə tədbirlərinin tətbiq edilməsini və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülmüşdür. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsN Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut qismində tanınmış, baxış və götürmə keçirilən zaman aşkar edilərək götürülmüş – Yardımlı rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan, 3 ədəd sintetik kisə və 1 ədəd ağ rəngli kisədə 4N3N5,3 qram çəkidə narkotik vasitə olan qurudulmuş “marixuana”, N6N4,388 qram çəkidə narkotik vasitə olan “heroin” və 8053,138 qram çəkidə psixotrop maddə olan “metamfetamin” məhv edilməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut qismində tanınmış, cinayət işinin materiallarında saxlanılan– təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 məxsus 1 ədəd “Samsung” markalı mobil telefon və 1 ədəd “Nokia” markalı mobil telefon, habelə Təqsirləndirilən şəxs3 məxsus 1 ədəd “Samsung” markalı mobil telefon, həmçinin Təqsirləndirilən şəxsN məxsus 1 ədəd “Redmi” markalı mobil telefon qanuni sahiblərinə qaytarılmalıdır. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə keçirilmiş kompleks məhkəməkimyəvi və məhkəmə-bioloji ekspertizaları tədqiqatının dəyərinə görə 130 (yüz otuz) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxsN orta paylar ilə, yəni hər birindən 65 (altmış beş) manat məbləğində olan məhkəmə ekspertiza xərcləri tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-nin 344, 353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, hərbi məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin N34.4-1-ci maddəsi ilə təqsirli bilinərək, 11 (on bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli onun “şübhəli şəxs” qismində tutulduğu gündən, yəni 1N fevral N0N4-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-nin 93 və 93-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxsN Azərbaycan Respublikası CM-nin N34.4-1-ci maddəsi ilə təqsirli bilinərək, 1N (on iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxsN cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli onun “şübhəli şəxs” qismində tutulduğu gündən, yəni 14 may N0N4-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxsN barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın və o, hökm qanuni qüvvəyə minənədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin N34.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 cəzasını çəkmiş hesab edilsin, onun barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikası CM-nin 93 və 93-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs3 narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut qismində tanınmış, baxış və götürmə keçirilən zaman aşkar edilərək götürülmüş – Yardımlı rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan, 3 ədəd sintetik kisə və 1 ədəd ağ rəngli kisədə 4N3N5,3 qram çəkidə narkotik vasitə olan qurudulmuş “marixuana”, N6N4,388 qram çəkidə narkotik vasitə olan “heroin” və 8053,138 qram çəkidə psixotrop maddə olan “metamfetamin” məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut qismində tanınmış, cinayət işinin materiallarında saxlanılan– təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 məxsus 1 ədəd “Samsung” markalı mobil telefon və 1 ədəd “Nokia” markalı mobil telefon, habelə Təqsirləndirilən şəxs3 məxsus 1 ədəd “Samsung” markalı mobil telefon, həmçinin Təqsirləndirilən şəxsN məxsus 1 ədəd “Redmi” markalı mobil telefon qanuni sahiblərinə qaytarılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə keçirilmiş kompleks məhkəməkimyəvi və məhkəmə-bioloji ekspertizaları tədqiqatının dəyərinə görə 130 (yüz otuz) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxsN orta paylar ilə, yəni hər birindən 65 (altmış beş) manat məbləğində olan məhkəmə ekspertiza xərcləri tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən Cəlilabad Hərbi Məhkəməsinin vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə N0 (iyirmi) gün müddətinə, məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxsN tərəfindən isə hökmün surəti onlara verildiyi gündən, həmin müddət ərzində apellyasiya qaydasında şikayət və protest verilə bilər.
Məhkəmə qərarları › İş №1-1(096)-2/2025
Cəlilabad Hərbi Məhkəməsi Hökm — İş №1-1(096)-2/2025
07.03.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver