Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1-1(096)-20/2022 11.10.2022 CƏLİLABAD HƏRBİ MƏHKƏMƏSİ Əhmədov Vüqar İkram oğlunun sədrliyi, Allahverdiyev Elçin Sərhəng oğlunun katibliyi, dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi X1 Müdafiəsi üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçilər: Cəlilabad Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, xx xxxxxxx N02-ci ildə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Göygöl rayonu, Qızılca kəndində qeydiyyatda olan, N saylı hərbi hissənin əsgəri, barəsində «komandanlığın müşahidəsi altına vermə» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.3-cü maddəsi ilə, 27 dekabrN02-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, N saylı hərbi hissənin əsgəri, barəsində «komandanlığın müşahidəsi altına vermə» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, Müdafiə Nazirliyinin Hacıqabul rayonu ərazisində dislokasiya olunmuş N nömrəli hərbi hissənin təmir və reqlament işləri bölüyünün sursat təmiri və reqlament işləri taqımının reqlament işləri manqasının sürücüelektriki vəzifəsində, əsgər hərbi rütbəsində xidmət etdiyi zaman, 01 iyun N2-ci il tarixdə saat 08:30 radələrində əsgər yataqxanasının ikinci mərtəbəsində əsgər Zərərçəkmiş şəxs ilə qarşılaşdıqdan sonra sonuncuya “xəbərçi” mənasında nalayiq ifadə işlətmiş, sonuncu cavab olaraq “mənə deyənin varyoxuna” ifadəsini işlətdikdən sonra Zərərçəkmiş şəxs tibb məntəqəsinin arxa hissəsinə çağırmış, birlikdə tibb məntəqəsinin arxasına çatarkən saat təxminən 08:40 radələrində Zərərçəkmiş şəxs ona nəyə görə söyüşlə danışdığını soruşaraq yaxasından tutaraq üzərinə gedərkən o, bir dəfə sağ yumruğu ilə Zərərçəkmiş şəxs sifət nahiyəsindən yumruq zərbəsi vurmuş, daha sonra bir-birinin boyun nahiyəsindən tutarkən əsgər Təqsirləndirilən şəxs1 yaxınlaşaraq əsgər Zərərçəkmiş şəxs müqavimətini zəiflətmək məqsədilə boyun nahiyəsindən tutaraq arxaya çəkmiş, həmin vaxt o, bundan istifadə edərək təpik zərbəsi vurmuş, Zərərçəkmiş şəxs əli ilə onun təpik zərbəsini tutduğundan müvazinətini itirib yıxılmış, ayağa qalxarkən torpaq səth üzərində olan qara rəngli dəmir parçasını götürüb Zərərçəkmiş şəxs hücum etmək istəyərkən sonuncu oradan uzaqlaşmış, lakin onun nalayiq ifadələr işlətməsindən sonra geri qayıdarkən əlində olan dəmir parçası ilə Zərərçəkmiş şəxs sağ qolundan zərbə vurmuş, bundan sonra Təqsirləndirilən şəxs1 ilə birlikdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2, 5, 38 və 138-ci, habelə İntizam Nizamnaməsinin 1 və 3-cü maddələrinin «hərbi qulluqçuların bir-birinə münasibətdə nəzakətli və təmkinli olmalı, nalayiq hərəkətlər etməməli, həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkin nümunəsi göstərməlidir» tələblərini kobud şəkildə pozaraq nalayiq ifadələr işlədərək əsgər Zərərçəkmiş şəxs çoxsaylı yumruq təpik zərbələri, habelə dəmir parçası ilə vuraraq “boyunun sağ-yan nahiyəsinin qançırları, sağ saidin və sol əlin ovuc səthinin yaraları” diaqnozu ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olan xəsarət yetirməklə sonuncuya qarşı fiziki zor tətbiq etmişdir. Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, Müdafiə Nazirliyinin Hacıqabul rayonu ərazisində dislokasiya olunmuş N nömrəli hərbi hissənin təmir və reqlament işləri bölüyünün sursat təmiri və reqlament işləri taqımının reqlament işləri manqasının operatoru vəzifəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmət keçərkən 01 iyun N2-ci il tarixdə qərargah çaparı xidmətinə təyin olunduğu üçün saat 08:30 radələrindəəsgər yataqxanasının ikinci mərtəbəsində əsgər Təqsirləndirilən şəxs2 əsgər Zərərçəkmiş şəxs tibb məntəqəsinin arxasına nalayiq ifadə işlədərək çağırmasını görüb baş verənləri aydınlaşdırmaq və Təqsirləndirilən şəxs2 kömək etmək məqsədilə onların arxasınca tibb məntəqəsinin arxasına getmiş, oraya çatdıqda saat təxminən 08:40 radələrində onların bir-birinə qarşı zor tətbiq etdiyini görmüş, Təqsirləndirilən şəxs2 kömək etmək məqsədilə Zərərçəkmiş şəxs boynundan tutaraq arxaya çəkmiş, həmin vaxt Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxsla əlbəyaxa olduğuna görə yıxılmış, bu vaxt yerdə olan dəmir parçasını götürərərək Zərərçəkmiş şəxs üzərinə hücum çəkərək sonuncunun sağ qol nahiyəsindən dəmirlə zərbə vurduqdan sonra bir daha əsgər Zərərçəkmiş şəxs boyun nahiyəsindən tutaraq geri çəkmiş, bununla da o, Təqsirləndirilən şəxs2la birlikdə bir qrup şəxs halında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2, 5, 38 və 138-ci, habelə İntizam Nizamnaməsinin 1 və 3-cü maddələrinin «hərbi qulluqçuların bir-birinə münasibətdə nəzakətli və təmkinli olmalı, nalayiq hərəkətlər etməməli, həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkin nümunəsi göstərməlidir» tələblərini kobud şəkildə pozaraq tabelillik münasibətlərində olmadıqları əsgər Zərərçəkmiş şəxs çoxsaylı yumruq təpik zərbələri vuraraq “boyunun sağ-yan nahiyəsinin qançırları, sağ saidin və sol əlin ovuc səthinin yaraları” diaqnozu ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olan xəsarət yetirməklə sonuncuya qarşı fiziki zor tətbiq etmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək öz ifadəsində göstərdi ki, o, 28 may N2-ci il tarixdə patrul növbəsinə təyin olunduğu üçün həmin gün hamama gedə bilməmiş, buna görə də həmin gün icazəsiz əsgər yataqxanasında olan silah təmiri bölüyünə məxsus əşya saxlama otağına daxil olmuş, oranın açarlarını digər bölüklərin əşya saxlama otağı yaxınlığındakı yerdən götürmüşdür. Əşya saxlama otağından bir dəst alt paltarı götürərkən əsgər Zərərçəkmiş şəxs içəri daxil olmuş və ondan icazəsiz əşya saxlama otağına daxil olmağının səbəbini soruşmuşdur. Bundan sonra ondan əşya saxlama otağının açarlarını istəmişdir. O açarları ona verməmiş, buna görə də Zərərçəkmiş şəxs bu barədə bölüyün baş çavuşuna məlumat verəcəyini bildirmişdir. xx.xx.N2-ci il tarixdə əsgər Zərərçəkmiş şəxs baş gizir Taleh İsmayılova onun icazəsiz əşya-saxlama otağına daxil olmağı barədə məlumat vermiş, ona görə də baş gizir Taleh İsmayılov onu yanına çağıraraq icazəsiz əşya saxlama otağına daxil olmağının səbəbini soruşmuşdur. O Taleh İsmayılova alt paltarı üçün ora daxil olduğunu bildirmiş, sonuncu isə ona irad bildirərək açarları təhvil almışdır. X2 danlamasına görə məyus olmuş və Zərərçəkmiş şəxs qarşı münasibəti dəyişmişdir. Bir neçə dəfə ona eşitdirmək məqsədilə “burda suka var” ifadəsini işlətmişdir. 01 iyun N2-ci il tarixdə əsgər yataqxanasının 2-ci mərtəbəsindən aşağı düşərkən pilləkənin başında Zərərçəkmiş şəxsla qarşılaşmış, həmin vaxt ona “sən yaltaqsan”, “suka” demişdir.Bundan sonra Zərərçəkmiş şəxs “mənə suka deyənin varyoxunu” ifadəsini işlətmişdir. O Fəridin ardınca gedərək ona aşağı, yəni tibb məntəqəsinin arxasına gəlməsini demişdir. Fərid əvvəlcə etiraz etsə də sonra onunla birlikdə aşağı düşmüşdür. Saat təxminən 08:40-da onlar oraya çatarkən əsgər Zərərçəkmiş şəxs onun yaxasından tutmuş və onu divara itələyərək söyüşlə danışmağının səbəbini soruşmuşdur. Həmin vaxt o sağ əli ilə onun sifət nahiyəsindən bir yumruq zərbəsi vurmuşdur. Sonra bir-birinin yaxasından tutaraq dartışmışlar. Həmin vaxt Zərərçəkmiş şəxs onu yumruqla vurmağa cəhd etsə də zərbəsi yan keçmişdir. Onlar dava edərkən əsgər yoldaşı Təqsirləndirilən şəxs1 ora gələrək Zərərçəkmiş şəxs boyun hissəsindən tutaraq onu geri çəkmişdir. Həmin vaxt o əsgər Zərərçəkmiş şəxs bir dəfə sağ ayağı ilə təpik zərbəsi vurarkən o, onun ayağından tutmuşdur. Buna görə də o yerə yıxılmışdır.Yerdə olarkən əlinə götürdüyü dəmir parçası ilə Fəridə yaxınlaşmışdır. Lakin Fərid dəmir parçasını gördükdən sonra geriyə qaçmağa başlamış, həmin vaxt o Zərərçəkmiş şəxs arxasınca nalayiq ifadələr işlətdiyinə görə o, geri qayıtmış və ona çatanda onun qoluna əlindəki dəmir parçası ilə zərbə vurmuşdur. Lakin Fərid onun üzərinə gəlmiş, yenidən əlbəyaxa olduqları vaxt sonuncu ona bir neçə dəfə yumruq zərbəsi vurmuşdur. Onun kürəyi divara sıxılı vəziyyətdə olan vaxt Təqsirləndirilən şəxs1 yenə də Zərərçəkmiş şəxs boynundan yapışaraq onu geriyə çəkmişdir. Bundan sonra Orxan da Fəridlə dalaşmış və hərbi qulluqçular gələrək araya girib onları ayırmışlar. Bu zaman Əsgər Zərərçəkmiş şəxs sağ qolundan qan axdığını görmüşdür. Təqsirləndirilən şəxs2 daha sonra öz əməlindən səmimi peşman olduğunu, hadisədən sonra zərərçəkmiş şəxslə barışdığını bildirərək ona güzəşt edilib yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək öz ifadəsində göstərdi ki, əsgər yoldaşları Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs2 arasında 28 may N2-ci il tarixdə Təqsirləndirilən şəxs2 icazəsiz olaraq əşya saxlama otağına daxil olması üstündə mübahisə olmuş, həmin vaxt əsgər Təqsirləndirilən şəxs2 bir dəst alt paltarı götürmək üçün əşya saxlama otağına daxil olmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 icazəsiz əşya saxlama otağına daxil olmasını bölüyün baş çavuşu, baş gizir Taleh İsmayılova məlumat vermiş və baş gizir Taleh İsmayılov əsgər Təqsirləndirilən şəxs2 yanına çağıraraq danlamışdır. Bundan sonra əsgərlər Təqsirləndirilən şəxs2la Zərərçəkmiş şəxs arasındakı münasibətlər gərginləşməyə başlamışdır. 01 iyun N2-ci il tarixdə o qərargah çaparı xidmətinə təyin olunmuş və bölüyün baş çavuşundan təlimat aldıqdan sonra təlimat kitabına imza atmaq üçün əsgər yataqxanasının 2-ci mərtəbəsinə qalxmışdır. Bölük komandirinin xidməti otağında kitaba imza edərkən Zərərçəkmiş şəxs otağa daxil olmuş, həmin vaxt baş gizir Taleh İsmayılov şəxsi heyəti xidmətə hazırlamaqla məşğul olmuşdur. Bu zaman Təqsirləndirilən şəxs2 qapıya yaxınlaşaraq Zərərçəkmiş şəxs söhbət etmək üçün tibb məntəqəsinin arxasına çağırdığını görmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs2 tibb məntəqəsinin arxasına gəlməyəni söyərək Zərərçəkmiş şəxs təkidlə arxaya gəlməsini bildirmiş və Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 arxasınca tələsik aşağı düşmüşdür. O onların ciddi söhbət etmək üçün tibb məntəqəsinin arxasına getdiklərini başa düşmüş, ona görə də onların arxasınca getmiş və tibb məntəqəsinin arxasına çatdıqda Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs2 bir-biri ilə dava etdiklərini görmüşdür. Oraya onları sakitləşdirmək üçün getməyinə baxmayaraq Təqsirləndirilən şəxs2 kömək etmək fikrinə düşmüş və bu məqsədlə Zərərçəkmiş şəxs boynunun arxasından tutaraq kənara çəkmişdir. Sonra onlar yenidən bir-birinə zərbələr vurmağa başlamışlar. Həmin vaxt o Zərərçəkmiş şəxs tutanda əsgər Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs təpik vurmuşdur. Əsgər Novruzov bu zaman Təqsirləndirilən şəxs2 təpik vurduğu ayağını tutduğuna görə sonuncu yerə yıxılmışdır. Təqsirləndirilən şəxs2 yerə yıxılandan sonra yerdə olan qara rəngli dəmir parçasını götürərək əsgər Zərərçəkmiş şəxs üzərinə getmiş, Zərərçəkmiş şəxs dəmir parçasını gördükdən sonra oradan uzaqlaşmağa başlamışdır. Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs qaçmasını gördükdən sonra ona “qaçanın varyoxunu”, “sən peysərsən”, “suka” demişdir. Bundan sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 yaxınlaşmağa başlamışdır. Həmin vaxt əsgər Təqsirləndirilən şəxs2 sərt şəkildə əlindəki dəmir parçası ilə əsgər Zərərçəkmiş şəxs qolundan vurmuşdur. Fərid də öz növbəsində əsgər Təqsirləndirilən şəxs2 üzərinə hücum edərək yumruq-təpik zərbəsi vurmaqla onu özündən uzaqlaşdırmağa çalışmışdır. Bu zaman o Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 divara itələməsini gördükdən sonra Zərərçəkmiş şəxs boynundan tutaraq onu kənara çəkmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs da əsgər Təqsirləndirilən şəxs2 boynundan tutaraq onu özünə tərəf çəkmişdir. Lakin onun Fəridi tutmağı səbəbindən o, Təqsirləndirilən şəxs2 buraxmışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 təpiklə bir dəfə Zərərçəkmiş şəxs ayağından zərbə vurmuşdur. Bundan sonra o da bir dəfə sağ ayağı ilə ona təpik zərbəsi vurmuşdur. Zərərçəkmiş şəxs isə bir dəfə onun sifət nahiyəsinə yumruq zərbəsi vurmuşdur. O da cavab olaraq ona yumruq zərbələri vurmuşdur. Bu zaman hadisə yerinə Şahid1, ardınca isə digər hərbi qulluqçular gəlmiş, onları ayırmış və Zərərçəkmiş şəxs qolundan qan gələn yeri sarımışlar. Təqsirləndirilən şəxs1 daha sonra öz əməlindən səmimi peşman olduğunu, hadisədən sonra zərər çəkmiş şəxslə barışdığını bildirərək ona güzəşt edilib yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməli onların özlərinin etirafedici ifadəsi ilə yanaşı, məhkəmə iclasında tədqiq edilmiş iş materialları, zərərçəkmiş və şahid ifadələri ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş N saylı hərbi hissənin əsgəri Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o 28 may N2-ci il tarixdə sıra meydanında keçirilmiş axşam yoxlanışından sonra 2-ci mərtəbəyə qalxarkən zirzəmidə yerləşən əşya saxlama otağının işığının yandığını görüb ora düşmüşdür. Orada təmir və reqlament işləri bölüyünün əşya saxlama otağının qapısının açıq olduğunu və əsgər Təqsirləndirilən şəxs2 oradan çıxdığını görmüşdür. Ondan əşya saxlama otağının açarını kimdən aldığını soruşmuş, sonuncu “fırlatmışam” deyərək cavab vermişdir. O Mustafadan açarı verməsini istəmişdir. Təqsirləndirilən şəxs2 isə əşya-saxlama otağının açarını verməmişdir. O Zeynalova bu barədə bölüyün baş çavuşu, baş gizir Taleh İsmayılova məruzə edəcəyimi bildirmişdir. Ertəsi gün səhər yeməyi vaxtı əsgər yeməkxanasında baş gizir Taleh İsmayılova əşya-saxlama otağının açarının əsgər Təqsirləndirilən şəxs2 olmasını bildirmişdir. Baş gizir Taleh İsmayılov isə əşya saxlama otağını yoxlayaraq hər hansı çatışmamazlıq olmadığına əmin olduqdan sonra əsgər Təqsirləndirilən şəxs2 yanına çağıraraq əşya-saxlama otağının açarını təhvil almışdır. Bu hadisədən sonra əsgər Təqsirləndirilən şəxs2la münasibətləri pisləşməyə başlamış, sonuncu bir neçə dəfə ona eşitdirmək məqsədilə“suka”sözünü demişdir. O 01 iyun N2-ci il tarixdə səhər yeməyindən sonra, saat təxminən 08:30 radələrində əsgər yataqxanasına qalxarkən yataqxananın giriş qapısında əsgər Təqsirləndirilən şəxs2 ilə qarşılaşmışdır. Təqsirləndirilən şəxs2 ona «suka» demiş, o isə cavabında“mənə suka deyənin varyoxunu” demişdir. Təqsirləndirilən şəxs2 bundan sonra əsəbiləşib nalayiq ifadə işlədərək onu tibb məntəqəsinin arxa tərəfinə çağırmış, ora gəlməyənlə bağlı “varyox” söyüşü söymüşdür. Bundan sonra onun arxasınca tibb məntəqəsinin arxasına getmiş, oraya çatdıqda Mustafaya onu eşitdiyini deyərək əsəbi olduğundan onun yaxasından tutmuş, söyüş söyməsinin səbəbini soruşaraq onun belini tibb məntəqəsinin divarına dirəmişdir. Həmin vaxt Mustafa sağ yumruğu ilə onun sol sifət nahiyəsinə bir yumruq zərbəsi vurmuşdur. Bundan sonra onlar əlbəyaxa olmuşlar. O Zeynalova yumruqla zərbə vurmaq istəsə də zərbəsi onun başının üst nahiyəsindən keçmişdir. Bu zaman əsgər Təqsirləndirilən şəxs1 tibb məntəqəsinin arxa tərəfinə gələrək arxa tərəfidən onun boyun hissəsindən tutaraq saxlamışdır. O Təqsirləndirilən şəxs1 əllərindən sıyrılaraq çıxmış və həmin vaxt Təqsirləndirilən şəxs2 sağ ayağı ilə onun sol bud nahiyəsindən təpik zərbəsi vurmuşdur. Bu zaman o sonuncunun ayağını tutmuş və bir-iki dəfə sağ sifət nahiyəsindən yumruqla zərbələr vurmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs2 sağ ayağı onun əlində olduğundan və zərbələrdən yayınmaq məqsədilə geriyə hərəkət etdiyindən müvazinətini itirərək yerə, torpaq üstə yıxılmışdır. Təqsirləndirilən şəxs2 yerdən qalxarkən isə Təqsirləndirilən şəxs1 sonuncuya kömək etmək üçün onu boğazından tutaraq itələmişdir. Bundan sonra o Təqsirləndirilən şəxs2 yıxıldığı yerdə olan qara rəngli dəmir parçasını götürərək üzərinə gəldiyini görərək qaçmağa başlamış, bu zaman onun nalayiq ifadələr işlədərək “sənin varyoxunu” və s. sözlərlə onu təhqir etdiyini eşidib geri qayıtmış və ona bir yumruq zərbəsi vurmuşdur. Təqsirləndirilən şəxs2 isə əlindəki qara rəngli dəmir parçası ilə onun sağ qoluma bir zərbə vurmuşdur. O sonuncunun əlindəki dəmirlə onu vuraraq döyəcəyini gördükdə bir dəfə onun qarın nahiyəsindən təpiklə zərbə vurmuş və üzərinə gedərək dəmirlə onu yenidən vura bilməməsi üçün onu divara sıxmışdır. Bu zaman əsgər Təqsirləndirilən şəxs1 onun boynundan tutaraq hərəkət etməyinə mane olmuşdur. Sonuncu onun boynundan tutaraq arxaya tərəf möhkəm dartdıqda Təqsirləndirilən şəxs2 bir dəfə onu təpiklə arxa nahiyədən vurmuşdur. Bundan sonra o əsgər Təqsirləndirilən şəxs1 əlindən çıxmış, həmin vaxt Təqsirləndirilən şəxs2 təpiklə onun ayağından vurmuşdur. Bundan sonra o da Orxana bir dəfə yumruqla zərbə vurmuşdur. Sonra isə Təqsirləndirilən şəxs1 onun qarın nahiyəsindən sağ ayağı ilə zərbə vurmuşdur. O zərbələrdən yayınmaq istəyərkən onların hər ikisi onun üzərinə gəlmişdir. Bu vaxt Təqsirləndirilən şəxs1 onun sifət və baş nahiyəsindən bir neçə dəfə yumruqla zərbələr vurmuşdur. Daha sonra Təqsirləndirilən şəxs2 bir daha onun qol nahiyəsindən dəmir parçası ilə zərbələr vurmuş və sağ qolundan dəmirlə vurulan nahiyədən qan axdığını görmüşdür. Bundan sonra ora gələn əsgərlər onları ayırmışlar. Hal-hazırda o təqsirləndirilən şəxslərlə barışmışdır və onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışında şahid qismində dindirilən N nömrəli hərbi hissənin əsgəri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Şahid2 öz ifadəsində göstərdi ki, o 01 iyun N2-ci il tarixdə səhər yerbəyerindən sonra tibb məntəqəsinə əsgər aparmış, əsgəri tibb məntəqəsinə təhvil verdikdən sonra saat 08:40 radələrində tibb məntəqəsinin arxa tərəfindən səs-küy gəldiyini eşitmişdir. Bundan sonra tibb məntəqəsində olan hərbi qulluqçularla birlikdə ora qaçmış və orada əsgər Zərərçəkmiş şəxs sağ qolundan qan axdığını görmüşdür. Ona ilkin tibbi yardım göstərmiş, həmin vaxt əsgər Şahid1 də ona ilkin tibbi yardım göstərmişdir. O əsgər Zərərçəkmiş şəxs nə baş verdiyini soruşmuş, sonuncu dalaşdıqlarını demişdir. Əsgər Təqsirləndirilən şəxs2 həmin vaxt da Zərərçəkmiş şəxs üzərinə hücum çəkmiş, bu vaxt o sonuncunu saxlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətmişdir. Sonra Zərərçəkmiş şəxs tibb məntəqəsinə aparmışlar. O, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs və Fəridin onları vurduğunu görməmiş, orada onlardan münaqişənin səbəbini soruşmamışdır. Məhkəmə baxışında şahid qismində dindirilən N saylı hərbi hissənin əsgəri Şahid1 öz ifadəsində göstərdi ki, o 01 iyun N2-ci il tarixdə səhər yerbəyeri zamanı bölük komandiri, kapitan Qaşqay Bağırov tərəfindən hərbi hissənin 12-ci anbarında işləmək üçün ayrılmış və siqaret çəkmək üçün ayrılmış yerə gedərək siqaret çəkmişdir. Bu zaman tibb məntəqəsinin arxa hissəsindəəsgər Təqsirləndirilən şəxs2 görmüş, həmin vaxt Mustafa Zeynlovun olduğu yerdən səs-küy gəldiyinə görə onun kiminləsə dava etdiyini təxmin edərək, tibb məntəqəsinin arxasına doğru getmişdir. Oraya çatdıqda əsgər Təqsirləndirilən şəxs2 və əsgər Təqsirləndirilən şəxs1 əsgər Zərərçəkmiş şəxs üzərinə gedərək ona qarşı zor tətbiq etdiklərini, üstünə gedərək əl-qol hərəkətləri edərək kobudluq göstərdiklərini görmüşdür. Həmin vaxt əsgər Təqsirləndirilən şəxs2 əlində qara rəngli dəmir parçası olmuşdur. O onları aralamağa çalışsa da bunu tam bacarmamış, Zərərçəkmiş şəxs sağ qolunun dirsəkdən aşağı nahiyəsi qanamışdır.Dərhal dəsmal iləonun yarasını bağlamış, bu zamanəsgər Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs söyüşlər söymüş, həmçinin əsgər Zərərçəkmiş şəxs yaxınlaşaraq ona iki yumruq zərbəsi atmışdır. Buna cavab olaraq Zərərçəkmiş şəxs da ona təpik zərbəsi atmışdır. Əsgər Təqsirləndirilən şəxs2 isə ona bir təpik və çiyin-kürək nahiyəsindən bir yumruq zərbəsi vurmuşdur. Daha sonra onlar yenə də bir-birinin yaxasından tutmuşlar. Həmin vaxt Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs iki yumruq zərbəsi də vurmuşdur. Bundan sonra hərbi qulluqçular Şahid2, Taleh İsmayılov və digərləri hadisə yerinə gəlmiş və münaqişə dayanmışdır. Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərilərək o, tibb məntəqəsinə aparılmışdır. Digər hərbi qulluqçular isə xidmət yerlərinə getmişlər. İlk olaraq hadisə yerinə o getmiş, onları aralamağa çalışmış, amma gücü çatmamışdır. Zərərçəkmiş şəxs qolundan qan axmış, o qan axmaması üçün onun qolunu bağlamışdır. Hadisədən sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxsla barışmışlar. Cinayət işinə əlavə olunmuş Məhkəmə-tibbi ekspertizasının xx.xx.N2-ci il tarixli 687 nömrəli ekspert rəyindən görünür ki, əsgər Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizasızamanı bədəni üzərində - boyunun sağ yan nahiyəsinin qançırları, sağ saidin və sol əlin ovuc səthinin yaraları, bərk küt əşyanın təsirindən törənmişlər, şəxsin özünün göstərdiyi müddətdə (xx.xx.N2) vəşəraitdəəmələ gəlmələri inkar olunmur. Dərəcəsinə görə birlikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.N2-ci il tarixli 687 nömrəli ekspert rəyindən görünür ki, əsgər Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizasızamanı bədəni üzərində boyunun sağ yan nahiyəsinin qançırları, sağ saidin və sol əlin ovuc səthinin yaraları, bərk küt əşyanın təsirindən törənmişlər, şəxsin özünün göstərdiyi müddətdə (xx.xx.N2) vəşəraitdəəmələ gəlmələri inkar olunmur. Dərəcəsinə görə birlikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işinə əlavə olunmuş Məhkəmə-tibbi ekspertizasının xx.xx.N2-ci il tarixli 689 nömrəli ekspert rəyindən görünür ki, əsgər Təqsirləndirilən şəxs1 məhkəmə tibbi ekspertizasızamanı bədəni üzərində - hər hansı xəsarət və xəsarət izi aşkar edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş DVD diskə baxış protokolundan görünür ki, xx.xx.N2-ci il tarixdə saat 08:40 radələrindəəsgər Təqsirləndirilən şəxs2 iləəsgər Zərərçəkmiş şəxs arasında münaqişə başlamış, onlar bir-birinəzərbə vurarkən əsgər Təqsirləndirilən şəxs1 gələrək Zərərçəkmiş şəxs boynundan tutaraq arxaya çəkmiş, bundan sonra Təqsirləndirilən şəxs2 yerə yıxılmış, həmin vax yerdə olan dəmir parçasını götürərək əsgər Zərərçəkmiş şəxs üzərinə getmiş, bundan sonra Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 birlikdə Zərərçəkmiş şəxs qarşızor tətbiq etmişdir. Videogörüntülərdə əsgər Zərərçəkmiş şəxs sağ qol said nahiyəsindən qan axdığı müşahidə edilmişdir. Cinayət işinə əlavə olunmuş zədələnmələr kitabından çıxarışdan görünürki, əsgər Zərərçəkmiş şəxs xx.xx.N2-ci il tarixdə “sağ qolun said nahiyəsinin içəri səthinin köndələn kəsiyi, sol əlin içəri səthinin cızılmış yarası və sıyrılmış yarası” diaqnozu ilə müraciət etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.N2-ci il tarixli raportdan görünür ki, təmir və reqlament işləri bölüyünün komandiri, kapitan Qaşqay Bağırov həmin bölüyün hərbi qulluqçuları Zərərçəkmiş şəxs vəTəqsirləndirilən şəxs2 arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarının pozuntusu ilə bağlı araşdırma aparılmasıüçün N nömrəli hərbi hissə komandiri qarşısında vəsatət qaldırmışdır. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.N2-ci il tarixli raportdan görünür ki, N nömrəli hərbi hissənin tibb xidmət rəisi, tibb xidməti baş leytenantıÜlviyə Lətifova əsgər Zərərçəkmiş şəxs sağ qolun said nahiyəsinin içəri səthinin köndələn kəsiyi və sol əlin bilək nahiyəsinin içəri səthinin cızılmış və sıyrılmış yarasının zədələnməsi faktı ilə bağlı araşdırma aparılmasıüçün N nömrəli hərbi hissə komandiri qarşısında vəsatət qaldırmışdır. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.N2-ci il tarixli raportdan görünür ki, N nömrəli hərbi hissənin tibb xidmət rəisi, tibb xidməti baş leytenantıÜlviyə Lətifova əsgər Təqsirləndirilən şəxs2 sol qolun said nahiyəsinin içəri səthinin sağ qolun dirsək nahiyəsinin bayır səthinin cızılmış və sıyrılmış yarasının zədələnməsi faktı ilə bağlı araşdırma aparılmasıüçün N nömrəli hərbi hissə komandiri qarşısında vəsatət qaldırmışdır. Cinayət işinə əlavə olunmuş Azərbaycan RespublikasıMüdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmişxx.xx.N2-ci il tarixli 8025 №-li arayışın təsdiq olunmuş surətindən görünür ki, əsgər Təqsirləndirilən şəxs2 hərbi xidmətə yararlıdır. Cinayət işinə əlavə olunmuş Azərbaycan RespublikasıMüdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmişxx.xx.N2-ci il tarixli 8144 №-li arayışın təsdiq olunmuş surətindən görünür ki, əsgər Təqsirləndirilən şəxs1 hərbi xidmətə yararlıdır. Cinayət işinə əlavə olunmuş N №-li hərbi hissə komandirinin N iyul N1-ci il tarixli 191 №-li nizami hissəüzrəəmrindən çıxarışdan görünür ki, əsgər Zərərçəkmiş şəxs N saylı hərbi hissədən gəldiyinə görə xx.xx.N1-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş və bütün növ təminatlara daxil edilmişdir. Cinayət işinə əlavə olunmuş N №-li hərbi hissə komandirinin N aprel N2-ci il tarixli 88 №-li nizami hissəüzrəəmrindən çıxarışdan görünür ki, əsgər Zərərçəkmiş şəxs N nömrəli hərbi hissənin təmir və reqlament işləri bölüyünün sursat təmiri və reqlament işləri taqımının reqlament işləri manqasının operatoru vəzifəsinə təyin edilmişdir. Cinayət işinə əlavə olunmuş N №-li hərbi hissə komandirinin N sentyabr N1-ci il tarixli 263 №-li nizami hissəüzrəəmrindən çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs1 N saylı hərbi hissədən gəldiyinə görə xx.xx.N1-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş və bütün növ təminatlara daxil edilmişdir. Cinayət işinə əlavə olunmuş N №-li hərbi hissə komandirinin N oktyabr N1-ci il tarixli 271 №-li nizami hissəüzrəəmrindən çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs1 təmir və reqlament işləri bölüyünün, sursat təmiri və reqlament işləri taqımının reqlament işləri manqasının operatoru vəzifəsinə təyin olunmuşdur. Cinayət işinə əlavə olunmuş N №-li hərbi hissə komandirinin N sentyabr N1-ci il tarixli 263 №-li nizami hissəüzrəəmrindən çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs2 xidməti vəzifələrini davam etdirmək üçün N saylı hərbi hissədən gəldiyinə görəşəxsi heyətin siyahısına və bütün növ təminat normalarına daxil edilərək vəzifəsinin icrasına başlamışdır. Cinayət işinə əlavə olunmuş N №-li hərbi hissə komandirinin N oktyabr N1-ci il tarixli 271 №-li nizami hissəüzrəəmrindən çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs2 təmir və reqlament işləri bölüyünün, sursat təmiri və reqlament işləri taqımının reqlament işləri manqasının sürücü elektriki vəzifəsinə təyin olunmuşdur. Cinayət işinin materiallarında olan N saylı hərbi hissə komandiri tərəfindən verilmiş arayışdan görünür ki, N saylı hərbi hissənin hərbi qulluqçularıəsgər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs arasında Daxili Xidmət Nizamnaməsinin tələblərinəəsasən heç bir tabelilik münasibətləri yoxdur. Cinayət işinə əlavə olunmuş Lənkəran Şəhər-Rayon Polis şöbəsinin xx.xx.N2-ci il tarixli 154-22403-1222 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 hər hansı bir məhkumluğu yoxdur. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Baş Prokurorluğunun 27 iyul N2-ci il tarixli 16/1-813id saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 hər hansı məhkumluğu olmamışdır. Cinayət işinə əlavə olunmuş xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 xidmət yeri üzrə mənfi cəhətdən xarakterizə olunur. Cinayət işinə əlavə olunmuş xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 xidmət yeri üzrə müsbət cəhətdən xarakterizə olunur. Beləliklə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar: təqsirləndirilənin etirafedici ifadəsi, zərərçəkmiş və şahid ifadələri, həmçinin işin digər obyektiv halları Təqsirləndirilən şəxs2na istinad edilən cinayət əməlinin məhz onun tərəfindən törədilməsini tam təsdiq edir. Məhkəmə tədqiq edilmiş sübutların məcmuyuna hərtərəfli, tam və obyektiv qiymət verərək hesab edir ki, onun əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Habelə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar: təqsirləndirilənin etirafedici ifadəsi, zərərçəkmiş və şahid ifadələri, həmçinin işin digər obyektiv halları Təqsirləndirilən şəxs1 istinad edilən cinayət əməlinin məhz onun tərəfindən törədilməsini tam təsdiq edir. Məhkəmə tədqiq edilmiş sübutların məcmuyuna hərtərəfli, tam və obyektiv qiymət verərək hesab edir ki, onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf edib hərəkətindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsdən üzr istəməklə onunla barışmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, bir il üç aydan artıq xidmət etməsini və gəncliyini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Həmçinin, məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf edib hərəkətindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsdən üzr istəməklə onunla barışmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, xidmət etdiyi hərbi hissə tərəfindən müsbət cəhətdən xarakterizə olunmasını, bir il üç aydan artıq xidmət etməsini və gəncliyini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin tələblərinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzalarını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilmədi) halları, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Habelə məhkəmə Təqsirləndirilən şəxs1 da cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilmədi) halları, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun N03-cü il tarixli 4 №-li qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə yuxarıda şərh olunan cəzanı yüngülləşdirən halları nəzərə alaraq, eləcə də, onların şəxsiyyətcə təyin olunan cəzanı çəkmədən islah olunmalarını mümkün sayaraq, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilib sınaq müddəti verilməklə onlara təyin edilən cəzanın şərti olaraq tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs2 haqqında olan hökmün icrası N saylı hərbi hissə komandanlığına, hərbi xidmətdən tərxis olunduğu təqdirdə isə Göygöl Rayon İcra və Probasiya Şöbəsinə, Təqsirləndirilən şəxs1Novruz oğlunun haqqında olan hökmün icrası isə N saylı hərbi hissə komandanlığına, hərbi xidmətdən tərxis olunduğu təqdirdə Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinə əsasən maddi sübutlar məsələsinin necə həll olunmasını müzakirə edərək, iş üzrə maddi sübut olan 01 ədəd videogörüntülərin əks olunduğu DVD diskin cinayət işi materiallarında saxlanılması, iş üzrə maddi sübut olan və N №-li hərbi hissədə saxlanılan dəmir parçasının isə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi qərarına gəlir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 384 və 385-ci maddələrini rəhbər tutaraq, hərbi məhkəmə H Ö KM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.3-cü maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilsin. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək ona təyin olunmuş intizam xarakterli hərbi hissədə saxlama cəzası N (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Bu müddət ərzində Təqsirləndirilən şəxs2 öz davranışı ilə islah olunmasını sübut etməlidir. Təqsirləndirilən şəxs2öz davranışı ilə islah olunmasını sübüt etmək və hərbi qanunvericiliyi mükəmməl öyrənmək bir vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs2 haqqında olan hökmün icrası N saylı hərbi hissə komandanlığına, hərbi xidmətdən tərxis olunduğu təqdirdə isə Göygöl rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «komandanlığın müşahidəsi altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.3-cü maddəsi ilə təqsirli bilinib N (bir) il N (altı) ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilsin. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək ona təyin olunmuş intizam xarakterli hərbi hissədə saxlama cəzası N (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Bu müddət ərzində Təqsirləndirilən şəxs1 öz davranışı ilə islah olunmasını sübut etməlidir. Təqsirləndirilən şəxs1 öz davranışı ilə islah olunmasını sübüt etmək və hərbi qanunvericiliyi mükəmməl öyrənmək bir vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs1 haqqında olan hökmün icrası N saylı hərbi hissə komandanlığına, hərbi xidmətdən tərxis olunduğu təqdirdə isə Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «komandanlığın müşahidəsi altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan 01 ədəd videogörüntülərin əks olunduğu DVD disk cinayət işi materiallarında saxlanılsın, iş üzrə maddi sübut olan və N №-li hərbi hissədə saxlanılan dəmir parçası isə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən N (iyirmi) gün müddətində Cəlilabad Hərbi Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1-1(096)-20/2022
Cəlilabad Hərbi Məhkəməsi Hökm — İş №1-1(096)-20/2022
11.10.2022 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver