Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1-1(096)-20/2024 04.11.2024 CƏLİLABAD HƏRBİ MƏHKƏMƏSİ Cəlilabad Hərbi Məhkəməsinin hakimi Neymanov İslam Əkrəm oğlunun sədrliyi, Əliyev Asif Xəlil oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası hərbi prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və müdafiəçi- Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında, N saylı hərbi hissənin sabiq müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs – xx xxxxx N005-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zəngilan rayon Şöbəsi tərəfindən xx.xx.N-cü il tarixdə hərbi xidmətə çağırılmış, N saylı hərbi hissənin qərargah bölüyünün 1-ci mühafizə tağımının 1-ci manqa komandirinin müavini vəzifəsində, əsgər hərbi rütbəsində xidmət etmiş, 16 oktyabr N0N4-cü il tarixdə hərbi xidmətdən tərxis olunmuş, hazırda heç yerdə işləməyən, Zəngilan rayonu, 1 may küçəsində qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava qəsəbəsində yaşayan, barəsində “komandanlığın müşahidəsi altına vermə” növündə qətimkan tədbiri seçilmiş. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis kimi tabeliyində olan Zərərçəkmiş şəxs qarşı zor tətbiq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs N saylı hərbi hissəsinin qərargah bölüyünün 1-ci mühafizə tağımının 1-ci manqa komandirinin müavini vəzifəsində, kiçik çavuş hərbi rütbəsində müddətli həqiqi hərbi xidmət keçərkən, 30 iyun N0N4-cü il tarixdə, saat N1:N0də hərbi hissənin qarnizon bölüklərinin axşam yoxlanışına hazırlaşmaq üçün yuyunub bölüyün dəhlizində sıra ilə dayanan hərbi qulluqçular arasında səs küy yarandığı üçün iradını bildirdikdə həmin hərbi hissənin qərargah bölüyünün mühəndis tağımının mühəndis yol manqasının çilingəri vəzifəsində müddətli həqiqi hərbi xidmət keçən, əsgər Zərərçəkmiş şəxs ona etirazını bildirdiyinə görə aralarında mübahisə yaranmış, bu zəmində sağ əli ilə sonuncunun sol alın nahiyəsinə bir dəfə yumruq zərbəsi vuraraq hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis kimi tabeliyində olan əsgər Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməklə “alının sol tərəfinin qançırı” diaqnozu ilə müşayiət olunmuş dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Məhkəmə iclasında, təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 30 iyun N0N4-cü il tarixdə, saat N1:N0-də hərbi hissənin qarnizon bölüklərinin axşam yoxlanışından sonra əsgər-çavuş heyəti öz bölüklərinə qalxdıqdan sonra qərargah bölüyü üzrə cavabdeh şəxs olan baş leytenant Nicat Hüseynov öz bölüyünün heyətinə yuyunub bölüyün dəhlizində bədən baxışına düzülməyi barədə müvafiq göstəriş verdiyi üçün onlar bölüyün heyəti ilə birlikdə dəhlizdə kətillərin (taburetlərin) yanında düzülüb formalarını soyunaraq düzülmüşlər. Həmin vaxt bölüyün dəhlizində səs-küy çox olduğundan o, bir neçə dəfə heyətdən sakit olmağı xahiş etdiyinə görə müvəqqəti zaman aralığında səs-küy azalsa da heyət yenidən yüksək səslə danışmağa davam etdiyi üçün şəxsi heyətə “kişi kimi, oğlan kimi sakit durun” ifadəsini işlətdikdə, Zərərçəkmiş şəxs ona “sakit durmağın, oğlanlığa nə dəxlisi var?” kimi ifadə işlətdiyinə görə o, əl hərəkətləri ilə fikrini izah etməyə çalışdıqda Zərərçəkmiş şəxs ona “əlini aşağı sal” deyəndən sonra, əsəbləşib “yaxşı edirəm, belədi” dedidkdə sonuncu ona cavab olaraq “pox yeyirsən” kimi ifadəsini işlətdikdən sonra ona yaxınlaşıb heç bir söz demədən sağ əli ilə sol gicgah nahiyəsinə bir dəfə yumruq zərbəsi vurmuşdur. Bundan sonra, hadisənin daha da gərginləşməsinin qarşısını almaq məqsədilə dərhal orada olan hərbi qulluqçular onları bir-birindən uzaqlaşdırmışlar. Həmin vaxtı Zərərçəkmiş şəxs tərəfindən ona qarşı hər hansı şəkildə zor tətbiq edilməsə də, lakin sonuncunun ona “pox yeyirsən” ifadəsini işlətdiyi zaman özünü təhqir olunmuş hiss etməklə yanaşı iradına əhəmiyyət vermədiyi üçün ona qarşı zor tətbiq etmişdir. Təqsirləndirilən şəxs cinayət əməli özünün etirafından başqa, cinayət iş üzrə toplanmış aşağıdakı təkzibedilməz sübutlarla da tam təsdiq olunmuşdur. Məhkəmə iclasında, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 30 iyun N0N4-cü il tarixdə, saat N1:N0-də hərbi hissənin qarnizon bölüklərinin axşam yoxlanışından sonra əsgər-çavuş heyəti öz bölüklərinə qalxdıqdan sonra qərargah bölüyü üzrə cavabdeh şəxs olan baş leytenant Nicat Hüseynov öz bölüyünün heyətinə yuyunub bölüyün dəhlizində bədən baxışına düzülməyi barədə müvafiq göstəriş verdiyi üçün onlar bölüyün heyəti ilə birlikdə dəhlizdə kətillərin (taburetlərin) yanında düzülüb formalarını soyunaraq düzülmüşlər. Həmin vaxt bölüyün dəhlizində səs-küy çox olduğundan Təqsirləndirilən şəxs bir neçə dəfə heyətdən sakit olmağı xahiş etdiyinə görə müvəqqəti zaman aralığında səs-küy azalsa da heyət yenidən yüksək səslə danışmağa davam etdiyi üçün şəxsi heyətə “kişi kimi, oğlan kimi sakit durun” ifadəsini işlətdikdə o, Təqsirləndirilən şəxs “sakit durmağın, oğlanlığa nə dəxlisi var?” kimi ifadə işlətdiyinə görə sonuncu əlini uzadaraq onun üzərinə gəldikdə o, Təqsirləndirilən şəxs “əlini aşağı sal” deyəndən sonra, sonuncu əsəbləşib “yaxşı edirəm, belədi” dedidkdə o, cavab olaraq “pox yeyirsən” kimi ifadəsini işlətdikdən sonra Təqsirləndirilən şəxs ona yaxınlaşıb heç bir söz demədən sağ əli ilə sol gicgah nahiyəsinə bir dəfə yumruq zərbəsi vurmuşdur. Bundan sonra hadisənin daha da gərginləşməsinin qarşısını almaq məqsədilə dərhal orada olan hərbi qulluqçular onları bir-birindən uzaqlaşdırmışlar. Həmin vaxtı o, Təqsirləndirilən şəxs qarşı hər hansı şəkildə zor tətbiq etməmişdir. Əlavə olaraq, Zərərçəkmiş şəxs məhkəməyə bildirmişdir ki, Təqsirləndirilən şəxs hadisədən sonra ondan üzr istədiyi üçün barışmışlar, hazırda ondan heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsə cəza təyin edərkən məhkəmədən mərhəmətli olmasını xahiş etmişdir. Məhkəmə iclasında, şahid qismində dindirilmiş Şahid1 Hüseyinqulu oğlu ifadəsində göstərmişdirki, 30 iyun N0N4-cü il tarixdə, saat N1:N0-də hərbi hissənin qarnizon bölüklərinin axşam yoxlanışından sonra əsgər-çavuş heyəti öz bölüklərinə qalxdıqdan sonra qərargah bölüyü üzrə cavabdeh şəxs olan baş leytenant Nicat Hüseynov öz bölüyünün heyətinə yuyunub bölüyün dəhlizində bədən baxışına düzülməyi barədə müvafiq göstəriş verdiyi üçün onlar bölüyün heyəti ilə birlikdə dəhlizdə kətillərin (taburetlərin) yanında düzülüb formalarını soyunaraq düzülmüşlər. Həmin vaxt bölüyün dəhlizində səs-küy çox olduğundan Təqsirləndirilən şəxs bir neçə dəfə heyətdən sakit olmağı xahiş etdiyinə görə müvəqqəti zaman aralığında səs-küy azalsa da heyət yenidən yüksək səslə danışmağa davam etdiyi üçün şəxsi heyətə “kişi kimi, oğlan kimi sakit durun” ifadəsini işlətdikdə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs “sakit durmağın, oğlanlığa nə dəxlisi var?” kimi ifadə işlətdiyinə görə sonuncu əlini uzadaraq Həsənağanın üzərinə gəldikdə sonuncu Təqsirləndirilən şəxs “əlini aşağı sal” deyəndən sonra, Elmin əsəbləşib “yaxşı edirəm, belədi” dedidkdə Həsənağa cavab olaraq “pox yeyirsən” kimi ifadəsini işlətdikdən sonra Təqsirləndirilən şəxs ona yaxınlaşıb heç bir söz demədən sağ əli ilə sol gicgah nahiyəsinə bir dəfə yumruq zərbəsi vurmuşdur. Bundan sonra hadisənin daha da gərginləşməsinin qarşısını almaq məqsədilə o və orada olan hərbi qulluqçular onları bir birindən uzaqlaşdırmışlar. Məhkəmə iclasında, şahid qismində dindirilmiş ŞahidN da Şahid3 ilə oxşar məzmunlu ifadə verərək baş verənləri bir daha təsdiq etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomoiya Birliyi” Publik Hüquqi şəxsin xx.xx.N0N4-cü il tarixli, 609 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində “alının sol tərəfli qançırı” diaqnozu ilə müşayiət olunan dərəcəsi təyin edilməyən xəsarət aşkar edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş, N saylı hərbi hissəsindən verilmiş arayışdan görünür ki, xx.xx.N0N4-cü il kiçik çavuş X1 ilə əsgər Zərərçəkmiş şəxs arasında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tabeçiliyində xidmət etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş, N saylı hərbi hissə komandirinin N may Ncü il tarixli, 0119 nömrəli əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.N-cü il tarixdən şəxsi heyətin siyahısına bütün növ təminatla daxil olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş, N saylı hərbi hissə komandirinin N noyabr N-cü il tarixli, 0N59 nömrəli əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs qrup komandiri müavinlərinin hazırlıq kursunda olan tədris prosesinii müvəffəqiyyətlə başa vurduğu üçün ona kiçik çavuş hərbi rütbəsi verilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş, N saylı hərbi hissə komandirinin 09/10 aprel N0N4-cü il tarixli, 080 nömrəli əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Dövlət Sərhəd Xidməti rəisinin 01 aprel N0N4-cü il tarixli, 001N nömrəli əmri ilə həmin hərbi hissənin qərargah bölüyünün manqa komandirinin müavini vəzifəsinə təyin edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş, Daxili İşlər Nazirliyinin Cəlilabad Rayon Polis Şöbəsindən verilmiş xx.xx.N0N4-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş, Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının Hərbi Həkim Komissiyası tərəfindən verilmiş 11 iyul N0N4-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlı hesab edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, N saylı hərbi hisssənin komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xidmət etdiyi hərbi hissənin komandanlığı tərəfindən müsbət xasiyyətləndirilmişdir. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, xx.xx.N0N4-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 3N9.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş və barəsində “komandanlığın müşahidəsi altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 3N9.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etiraf ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, ekspert rəyi, rəsmi sənədlər, həmçinin iş üzrə toplanmış digər obyektiv sübutlarla tam təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 3N9.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla razılıq əldə etməyə cəhd etməsini, üzr istəyərək barışmasını və buna nail olmasını yüngülləşdirən hallar kimi qəbul edir. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini Azərbaycan Respublikası CM-nin 59.N-ci maddəsinə uyğun olaraq törətdiyi əməli səmimi etiraf etməsini, səmimi peşmançılıq çəkməsini, hərbi hissənin komandanlığı tərəfindən hərbi xidmətinin müsbət xarakterizə olunmasını, habelə hərbi xidmətini artıq başa vurmasını, Zərərçəkmiş şəxs ondan heç bir şikayət və tələbinin olmamasını da nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar iş üzrə müəyyən edilməmişdir. Məhkəmə, cəza təyin edərkən təqirləndirilən şəxs Təqsirləndirilən şəxs şəxsiyyətini, azadlıqdan məhrum etmədən islah və tərbiyə olunmasının mümkünlüyünü, əvvəllər məhkum olmamasını, törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini, hərbi xidmətini artıq başa vurmasını, Zərərçəkmiş şəxs ondan heç bir şikayət və tələbinin olmamasını və digər yüngülləşdirici halların məcmusunu nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 3N9.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzaya uyğun olaraq, Azərbaycan Respublikası CM-nin 6N-ci maddəsini tətbiq etməklə həmin Məcəllənin 44-cü maddəsi ilə nəzərdə tutulmuş daha yüngül cəza növünü, yəni cərimə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs barəsində olan hökmün icrası onun yaşadığı ərazi üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Cinayət işi üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası CPM-nin 344, 353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, hərbi məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 6N-ci maddəsini tətbiq etməklə həmin Məcəllənin 44-cü maddəsinə uyğun olaraq N00 (iki yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” növündə qətimkan tədbiri ləğv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs barəsində olan hökmün icrası onun yaşadığı ərazi üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Hökmdən Cəlilabad Hərbi Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə N0 (iyirmi) gün müddətinə apellyasiya qaydasında şikayət və protest verilə bilər. İş üzrə sədrlik edən; Hakim : İslam Neymanov.
Məhkəmə qərarları › İş №1-1(096)-20/2024
Cəlilabad Hərbi Məhkəməsi Hökm — İş №1-1(096)-20/2024
04.11.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver