Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1-1(096)-20/2025 16.10.2025 CƏLİLABAD HƏRBİ MƏHKƏMƏSİ Cəlilabad Hərbi Məhkəməsinin hakimi Neymanov İslam Əkrəm oğlunun sədrliyi ilə, Əliyev Asif Xəlil oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası hərbi prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və müdafiəçi- Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında, N saylı hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs – xx xxxxxxxx N006-cı il tarixdə Hacıqabul rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, SHXÇDX-nin Hacıqabul rayon şöbəsi tərəfindən 10 oktyabr N0N4-cü il tarixdən müddətli həqiqi hərbi xidmətə çağırılmış, N saylı hərbi hissənin maddi texniki təminat bölüyünün təmir taqımının, raket artilleriya silahlarının təmir qrupunun baş ustası vəzifəsində xidmət edən, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, Hacıqabul rayonu, İkinci Udullu kəndində qeydiyyatda olan, barəsində “komandanlığın müşahidəsi altına vermə” növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.N.3 və 177.N.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, tamah məqsədi ilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs N saylı hərbi hissəsinin maddi texniki təminat bölüyünün təmir taqımının, raket artilleriya silahlarının təmir qrupunun baş ustası vəzifəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə növbəti məzuniyyətdə yaşadığı Hacıqabul rayonu, İkinci Udullu kəndində olarkən, həmkəndlisi Zərərçəkmiş şəxs məxsus əmlakı tamah məqsədilə, hüquqazidd və əvəzsiz qaydada oğurlamaq qərarına gəlmişdir Bu məqsədlə, N0 aprel N0N5-ci il tarixdə növbəti məzuniyyətdə olarkən saat 13 radələrində Hacıqabul rayonu, İkinci Udullu kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin yaxınlığına gəlmişdir. Həmin vaxt, evin arxa hissəsində yerləşən pəncərəni əli ilə açıb evə qanunsuz daxil olduqdan sonra, evin zal hissəsinin sol tərəfində yerləşən otağa qapını açmaqla daxil olmuşdur. O, həmin otaqda yerləşən sandığın qıfılını bıçaqla açıb, həmin sandığın içərisində ev sahibi tərəfindən gizlədilərək saxlanılmış 1870 manat ekvivalentində 1100 ABŞ dolları, N0470 Azərbaycan manatı, habelə 01 ədəd dəyəri 3340 manat olan 583 əyarlı, Rusiya Federasiyası istehsalı olan, çəkisi- N7 qram qızıl qol saatını, 01 ədəd dəyəri 1N40 manat olan 583 əyarlı, Rusiya Federasiyası istehsalı olan, çəkisi- 10 qram qızıl üzüyü, 01 cüt dəyəri 6N0 manat olan, 583 əyarlı, Rusiya Federasiyası istehsalı olan, çəkisi- 05 qram qızıl sırğaları, 01 ədəd dəyəri 1N40 manat olan, 583 əyarlı, Rusiya Federasiyası istehsalı olan çəkisi- 10 qram qızıl klonu, 01 ədəd dəyəri N480 manat olan, 583 əyarlı, Rusiya Federasiyası istehsalı olan, çəkisi- N0 qram qızıl boyunbağını, 01 ədəd dəyəri 1N40 manat olan, 585 əyarlı, Türkiyə Respublikası istehsalı olan, çəkisi- 10 qram qızıl boyunbağını, 01 cüt dəyəri 1N40 manat olan, 583 əyarlı, Rusiya Federasiyası istehsalı olan, çəkisi- 10 qram qızıl sırğaları, 01 cüt dəyəri 1N40 manat olan, 583 əyarlı, Rusiya Federasiyası istehsalı olan, çəkisi- 10 qram qızıl sırğaları, 01 ədəd dəyəri 6N0 manat olan, 583 əyarlı, Rusiya Federasiyası istehsalı olan, çəkisi- 05 qram qızıl üzüyü, 01 ədəd dəyəri 370 manat olan, 583 əyarlı, Rusiya Federasiyası istehsalı olan, çəkisi- 03 qram qızıl üzüyü, yəni 13630 manat dəyərində olan qızıl- zinyət əşyalarını, ümumilikdə isə xeyli miqdar təşkil edən 35970 (otuz beş min doqquz yüz yetmiş) manat dəyərində yuxarıda qeyd olunan əmlakları yaşayış yerinə qanunsuz daxil olmaqla gizli olaraq talayaraq oğurluq etmişdir. Məhkəmə iclasında, təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, ŞahidN onun xalası, Zərərçəkmiş şəxs isə xalasının əridir. Onlarla əvvəllər aralarında düşmənçilik və ədavət hissləri olmamışdır. O, N0N5-ci ilin mart ayında hərbi xidmətdən N-ci dəfə məzuniyyətə gəlmişdir. Məzuniyyətdə olduğu müddətdə xalası Xanımın yanına gedərək orada vaxt keçirmişdir. O, xalasıgilin nar bağları olduğunu və hər ilin yanvar-fevral aylarında narı satıb özlərinə qazanc əldə etdiklərindən məlumatı olmuşdur. O, N0N5-ci ilin mart ayının sonlarında xalası oğlu Şahid1lə birlikdə fərdi yaşayış evinin həyətyanı sahəsində bağda iş görərkən Şahid1 söhbət əsnasında nar bağlarından əldə etdikləri məhsulu satdıqlarını və təqribən 30000 (otuz min) manat məbləğ civarında qazanc əldə etdikləri barədə məlumat vermişdir. O, həmin pul vəsaitinin kənar şəxslər tərəfindən evə daxil olaraq oğurlana biləcəyi barədə ehtimallarını xalası oğlu Şahid1 bildirdikdə Şahid1 pulların evdə olan sandıqda gizlədildiyi və sandığın kilidinin daima bağlı olması haqqında məlumat vermişdir. Bundan sonra o, məzuniyyətdən hərbi xidmətə qayıtdıqda hərbi hissədə olarkən 3-cü dəfə məzuniyyətə gedəcəyini bildiyindən bu dəfə həmin pul vəsaitini oradan gizli olaraq götürməyi planlaşdırmışdır. N aprel N0N5-ci il tarixdə xidmət etdiyi hərbi hissədən 3-cü dəfə məzuniyyətə gəlmiş, Hacıqabul rayonunda yerləşən evlərinə baş çəkərək anası ilə görüşmüşdür. N0 aprel N0N5-ci il tarixdə qohumları Rəvanın toy məclisi olduğunu və digər yaxın qohumlarının da həmin toy məclisində iştirak edəcəklərini bildiyindən həmin vaxt pulu götürməyi planlaşdırmış və pul götürmək üçün ən uyğun vaxtın həmin gün olmasını qərarlaşdırmışdır. N0 aprel N0N5-ci il tarixdə, saat 1N radələrində xalası oğlu Şahid1lə əlaqə saxlayaraq harada olmasını soruşmuş, sonuncu isə cavab olaraq toyda olduqlarını bildirmişdir. Bundan sonra o, evə daxil olmaq barədə fikrini qətiləşdirmişdir. Odur ki, evdən çıxaraq təxminən 30 dəqiqə sonra Zərərçəkmiş şəxs evinin qarşısına çatmış, tutulmadan evə daxil olmaq üçün bağa daxil olaraq evin pəncərəsinə yaxınlaşmış, həmin pəncərəni tərpətdikdə açıq vəziyyətdə olduğunu görmüş, evə həmin pəncərədən daxil olmuşdur. O, daxil olduğu otaqda çamadan görmüş və pulların həmin çamadanda ola biləcəyini fikirləşdiyindən çamadanı götürərək içərisini axtarmağa başlamış, həmin çamadanın içərisində bir ədəd açar tapmışdır. Həmin açarla ev sahibinin bağlı saxladığı otağın qapısını aça biləcəyini fikirləşmişdir. Bu məqsədlə qapısı bağlı olan otağa yaxınlaşmış və açarı taxdıqdan sonra qapının açılmasına müvəffəq olmuşdur. Bundan sonra, otağa daxil olaraq orada dəmir sandığın olmasını görmüşdür. O, sandığın üzərindən qırmızı örpəyi çəkdikdən sonra sandığın kilidli olmasını müşahidə etmiş, həmin kilidi açmaq üçün otaqda olan qabın içərisindən bıçaq götürərək qıfılın üzərində olan mismarları bıçaqla açmış və sandığın içərisini axtarmağa başlamışdır. Bu zaman sandıqda pullardan başqa qızıl-zinyət əşyalarının da olmasını müəyyən etmişdir. O, evə daxil olarkən niyyəti sadəcə pulları ələ keçirmək olmasına baxmayaraq, qızılları gördükdən sonra onları da götürməyi qərarlaşdırmışdır. Bu səbəbdən həm pulları, həm də qızıl zinyət əşyalarını götürmüşdür. O, həmin vaxt tələsik olduğundan pulların miqdarını dəqiq saymamış, lakin əllə toxunduqda kifayət qədər qalın olduğunu müşahidə etmişdir. Pulları və qızılları torbanın içərisinə qoyduqdan sonra qarın nahiyəsində gizlədərək sandığın kilidini bağlamış, açarı götürdüyü yerə qoyaraq pəncərəyə yaxınlaşmış və gəldiyi kimi də oradan uzaqlaşmağa başlamışdır. Bundan sonra, pulları və qızılları çayın qırağında gizlətdikdən sonra evə getmişdir. O, bir müddət evdə oturduqdan sonra yenidən çayın yaxınlığına pulları gizlətdiyi yerə yaxınlaşmış, qızıllara baxdıqda işləməyən qızıl saatı və klonu çaya atmışdır. Bundan sonra qızılları yenidən gizlədib, pulları özü ilə aparmışdır. O, pullardan N ədəd 100 manat götürərək şəxsi işləri üçün xərcləmiş, ümumiyyətlə pulları oğurlamaqda əsas məqsədinin şəxsi ehtiyacları üçün xərcləmək və özünə yeni model “Smartfon” almaq olmuşdur. O, törətdiyi əmələ görə zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödədiyini və barışıq əldə etdiyini bildirmişdir. Əlavə olaraq, Təqsirləndirilən şəxs məhkəməyə bildirmişdir ki, törətdiyi əmələ görə peşmançılıq hissləri keçirir. Zərərçəkmiş şəxs ilə barışmış və ona dəymiş maddi ziyanı ödəmişdir. Ona cəza təyin edərkən məhkəmədən mərhəmətli olmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs cinayət əməli özünün etirafından başqa, cinayət iş üzrə toplanmış aşağıdakı təkzibedilməz sübutlarla da tam təsdiq olunmuşdur. Məhkəmə iclasında, zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Hacıqabul rayonu, İkinci Udullu kəndində yerləşən fərdi yaşayış evində arvadı ŞahidN, oğlu Şahid1 və gəlini Şahid3 ilə birlikdə yaşamışdır. Hər mövsüm özünə məxsus həyətyanı sahədə nar ağacları əkərək, hər ilin başlanğıcında, yəni yanvarfevral aylarında nar ağaclarından əldə olunan məhsulu sataraq qazanc əldə etmişdir. Hər il olduğu kimi N0N5-ci ilin əvvəllərində də nar bağlarından əldə olunan məhsulu sataraq 33000 (otuz üç min) manat qazanc əldə etmiş, hadisə baş verən günədək qazanılan məbləğdən hissə-hissə xərcləməklə NN340 (iyirmi iki min üç yüz qırx) manat pul saxlamışdır. Həmin pul vəsaitini yaşadığı özünə məxsus fərdi yaşayış evində olan otaqların birində keçmiş illərdən qalmış sandığın içərisində mühafizə etmişdir. Eyni zamanda, saxladığı pulları da hadisə baş verməmişdən N-3 əvvəl sayıb yerinə qoymuşdur. Bundan başqa, o pulları saxladığı sandığın içərində özünə məxsus 01 ədəd 583 əyarlı Rusiya Federasiyası istehsalı olan 4000 manat dəyərində çəkisi- N7 qram qızıl qol saatı, 01 ədəd 583 əyarlı Rusiya Federasiyası istehsalı olan 1100 manat dəyərində, çəkisi- 10 qram qızıl üzük, 01 ədəd 583 əyarlı Rusiya Federasiyası istehsalı olan 600 manat dəyərində çəkisi- 5 qram qızıl sırğa, 01 ədəd 583 əyarlı Rusiya Federasiyası istehsalı olan 1100 manat dəyərində çəkisi- 10 qram qızıl klon, 01 ədəd 583 əyarlı Rusiya Federasiyası istehsalı olan N500 manat dəyərind, çəkisi- N0 qram qızıl boyunbağı, 01 ədəd Türkiyə Respublikası istehsalı olan 1N00 manat dəyərində çəkisi- 10 qram qızıl boyunbağı, 01 cüt 583 əyarlı Rusiya Federasiyası istehsalı olan 1000 manat dəyərində çəkisi- 10 qram qızıl sırğa, 01 cüt 583 əyarlı Rusiya Federasiyası istehsalı olan 1000 manat dəyərində çəkisi- 10 qram qızıl sırğa, 01 ədəd 583 əyarlı Rusiya Federasiyası istehsalı olan 500 manat dəyərində çəkisi- 5 qram qızıl üzük, 01 ədəd 583 əyarlı Rusiya Federasiyası istehsalı olan 300 manat dəyərində çəkisi- 3 qram qızıl üzükdə olmuşdur. Həmin qızıl zinyət əşyaları onun tərəfindən təxminən 15 il əvvəl almış və nəvələrinə hədiyyə etmək məqsədilə saxlamışdır. N0 aprel N0N5-ci il tarixdə qohumlarının toy məclisi olduğu üçün səhər saat 08 radələrində oyanıb şəxsi işləri ilə məşğul olmuşdur. Daha sonra ailə üzvləri ilə birlikdə toya hazırlaşıb evdən çıxmışdır. Evdən çıxarkən darvazanı və həyətə daxil olduqdan sonra fərdi yaşayış evinin giriş qapısını bağlamış, lakin açar vurmamışdır. O, arvadı Xanım ilə birlikdə N0 aprel N0N5-ci il tarixdə, saat 15 radələrində evə qayıdaraq həyətyanı sahədə buraxdıqları ev quşlarını hinə yığaraq mənzilə daxil olmadan yenidən toy məclisinə getmişlər. Bundan sonra, həmin gün saat N0 radələrində toydan çıxıb mal-qaranı tövləyə saldıqdan sonra yenidən toyda iştirak etmək üçün getmişlər. Həmin gün saat N3 radələrində toydan çıxıb evə gəlmişlər və hər hansı şübhəli halla qarşılaşmamışdır. Ertəsi gün, yəni N1 aprel N0N5-ci il tarixdə, saat 09 radələrində o, avtomobilində yaranmış texniki nasazlıqla əlaqədar evin içərisində sandığın yerləşdiyi otaqda olan avtomobil üçün zəruri avadanlıqların olduğu boz rəngli çamadanı əlinə aldıqda kilid hissəsinin qırıldığını müşahidə etmişdir. Bundan sonra sandığın olduğu otağa keçərək sandıqda pul və qızılların olmadığını görmüşdür. O, evi axtarsa da müsbət nəticə olmadığından bu barədə polis orqanına məlumat vermişdir. Həmçinin, Zərərçəkmiş şəxs ifadəsində əlavə olaraq qeyd edərək, o, oğurluq edən şəxsin hansı üsulla evə daxil olmasını dəqiq göstərə bilməsə də, evin qapısının açıq olmasına görə onların evdə olmamasını bilən şəxs tərəfindən oğurluq hadisəsinin törədilə biləcəyini bildirmişdir. Bundan başqa evə arvadı, gəlini və övladlarından başqa kiminsə evə icazəsiz daxil olmasına icazə verməmişdir. Əlavə olaraq, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə bildirmişdir ki, hadisədən sonra Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanın ödənildiyini, onunla barışdığını və hazırda ona qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsə cəza təyin edərkən məhkəmədən mərhəmətli olmasını xahiş etmişdir. Məhkəmə iclasında, şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Hacıqabul rayonu, İkinci Udullu kəndində atası Vaqif, anası Xanım və arvadı Mehribanla birlikdə yaşayır, Təqsirləndirilən şəxs onun xalası oğludur. Onlarla əvvəllər aralarında hər hansı düşmənçilik münasibətləri və ədavətləri olmamışdır. Hər mövsüm özlərinə məxsus həyətyanı sahədə nar ağacları əkməklə məşğul olmuş, hər yeni ilin başlanğıcında nar ağaclarından əldə olunan məhsulları sataraq özlərinə qazanc əldə etmişlər. Hər il olduğu kimi N0N5-ci ilin fevral ayında da narlar satıldıqdan sonra təqribən 33000 (otuz üç min) manat civarında qazanc əldə olunmuşdur. Hadisənin baş verdiyi günədək zəruri ehtiyaclarını qarşılamaq məqsədilə hissə-hissə xərclədikdən sonra NN340 (iyirmi iki min üç yüz qırx) manat pul saxlamışlar. Anası Xanım həmin pul vəsaitini fərdi yaşayış evindəki otaqlardan birində keçmiş illərdən qalmış sandığın içərisində olan qara rəngli əl çantasının içərisində saxlamışdır. Bundan başqa, həmin sandığın içərisində həmçinin atası Vaqifin hədiyyəlik olaraq aldığı qızıl zinyət əşyaları da saxlanılmışdır. N0 aprel N0N5-ci il tarixdə qohumlarının toy məclisi baş tutduğundan ailəvi olaraq həmin məclisdə iştirak etmişlər. Həmin ərəfədə onun atası və anası təxminən saat 15 radələrində və bir də saat N0 radələrində təkrar evə qayıdaraq təsərrüfat işlərini görərək yenidən toya gəlmişlər. N0 aprel N0N5-ci il tarixdə, saat N3 radələrində toydan çıxaraq evə gəlmişlər. N1 aprel N0N5ci il tarixdə, saat 09 radələrində atası öz avtomobilində yaranmış texniki nasazlığı aradan qaldırmaq məqsədilə texniki alətlərin saxlanıldığı çamadanı götürdükdən sonra uşaqların ona toxunub-toxunmamasını soruşmuşdur. Daha sonra anası Xanım evdən oğurluq ola biləcəyindən şübhələnmişdir. Bu səbəbdən bağlı qalmış otaqda sandığa baxdıqda pul və qızıl-zinət əşyalarının oğurlandığını müəyyən etmişlər. O, evi uzun müddət axtardıqdan sonra müsbət nəticə əldə edilmədiyi üçün polis orqanına müraciət edilmişdir. Bundan sonra, araşdırma gedişatında xalası oğlu Təqsirləndirilən şəxs oğurluq hadisəsini törətməsində şübhəli olduğu müəyyən edilmişdir. Bununla əlaqədar, ifadəsində əlavə olaraq bildirmişdir ki, o, mart ayında xalası oğlu Təqsirləndirilən şəxs bir yoldaş kimi atası Vaqifin narları satdığını və 33000 (otuz üç min) manat gəlir əldə etdiklərini bildirmişdir. Həmin vaxt o, xalası oğlu Təqsirləndirilən şəxs onların evinə daxil olaraq oğurluq edə biləcəyini düşünməmişdir. Məhkəmə iclasında, şahid qismində dindirilmiş ŞahidN və ibtidai istintaqda Şahid3 Zərərçəkmiş şəxs ilə oxşar məzmunda ifadələr verərək baş verənləri bir daha təsdiq etmişlər. Cinayət işinin materiallarına əlavə edilmiş, “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Hacıqabul rayonu, İkinci Udullu kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evidir. Fərdi yaşayış evinin sahibi Zərərçəkmiş şəxs tərəfindən yataq otağında dəmir materialdan hazırlanmış, üzərində güllər təsvir edilmiş və ağzı yuxarı istiqamətdə açılan 01 ədəd sandıq təqdim edilmiş, həmin sandıqdan pulların və qiymətli qızıl-zinyət əşyalarının oğurlanması barədə məlumat qeyd edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, "xxxx" MMC-nin N0 iyun N0N5-ci il tarixli 07-PH/N0N5 nömrəli rəyindən görünür ki, 01 ədəd Rusiya Federasiyası istehsalı olan əyarı 583 çəkisi- N7 qram olan qızıl saatın N0 aprel N0N5-ci il tarixinə hesablanmış bazar dəyəri 3340 manat olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş, 01 ədəd Rusiya Federasiyası istehsalı olan əyarı 583, çəkisi- 10 qram olan qızıl üzüyün N0 aprel N0N5-ci il tarixinə hesablanmış bazar dəyəri 1N40 manat olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş, 01 cüt Rusiya Federasiyası istehsalı olan əyarı 583, çəkisi- 05 qram olan qızıl sırğaların N0 aprel N0N5-ci il tarixinə hesablanmış bazar dəyəri 6N0 manat olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş, 01 ədəd Rusiya Federasiyası istehsalı olan əyarı 583, çəkisi- 10 qram olan qızıl klonun N0 aprel N0N5-ci il tarixə olan bazar dəyəri 1N40 manat olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş, 01 ədəd Rusiya Federasiyası istehsalı olan əyarı 583, çəkisi- N0 qram olan qızıl boyunbağının N0 aprel N0N5-ci il tarixə hesablanmış bazar dəyəri N480 manat olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş, 01 ədəd Türkiyə Respublikası istehsalı olan əyarı 583, çəkisi- 10 qram olan qızıl boyunbağının N0 aprel N0N5-ci il tarixinə hesablanmış bazar dəyəri 1N40 manat olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş, 01 cüt Rusiya Federasiyası istehsalı olan əyarı 583, çəkisi- 10 qram olan qızıl sırğalarının N0 aprel N0N5-ci il tarixinə hesablanmış bazar dəyəri 1N40 manat olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş, 01 cüt Rusiya Federasiyası istehsalı olan əyarı 583, çəkisi- 10 qram olan qızıl sırğalarının N0 aprel N0N5-ci il tarixinə hesablanmış bazar dəyəri 1N40 manat olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş, 01 ədəd Rusiya Federasiyası istehsalı olan əyarı 583, çəkisi- 05 qram olan qızıl üzüyün N0 aprel N0N5-ci il tarixinə hesablanmış bazar dəyəri 6N0 manat olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş, 01 ədəd Rusiya Federasiyası istehsalı olan əyarı 583, çəkisi- 03 qram olan qızıl üzüyün N0 aprel N0N5-ci il tarixinə hesablanmış bazar dəyəri 370 manat olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş, “İfadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs NN aprel N0N5-ci il tarixdə həyata keçirilən ifadələrin yerində yoxlanılması istintaq hərəkəti zamanı da əvvəllər ifadəsində göstərdiyi xüsusatları, yəni Zərərçəkmiş şəxs evindən oğurluq etməsinin şəraitini təsvir edərək baş verənləri əyani şəkildə göstərmişdir. İfadənin yerində yoxlanılması zamanı 01 ədəd 583 əyarlı Rusiya Federasiyası istehsalı olan çəkisi- N0 qram qızıl sep, 01 ədəd Türkiyə Respublikası istehsalı olan çəkisi- 10 qram qızıl sep, 01 ədəd 583 əyarlı Rusiya Federasiyası istehsalı olan çəkisi- 10 qram qızıl üzük, 01 ədəd 583 əyarlı Rusiya Federasiyası istehsalı olan çəkisi- 5 qram qızıl sırğa, 01 cüt 583 əyarlı Rusiya Federasiyası istehsalı olan çəkisi-10 qram qızıl sırğa, 01 ədəd 583 əyarlı Rusiya Federasiyası istehsalı olan çəkisi- 5 qram qızıl üzük, 01 ədəd 583 əyarlı Rusiya Federasiyası istehsalı olan çəkisi- 03 qram qızıl üzük və ümumilikdə N0670 manat pul vəsaiti götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı göstərmişdir ki, oğurluq hadisəsini törətdikdən sonra evə gəlmiş və evdə bir müddət gözlədikdən sonra kəndin yaxınlığından axan çayın yanına gələrək qızılların içərisində işləməyən 01 ədəd qızıl qol saatını və 01 ədəd klonu çaya atmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş, N3 aprel N0N5-ci il tarixli “əşyanın maddi sübut kimi tanınması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı götürülmüş N0670 manat pul vəsaiti, 01 ədəd 583 əyarlı Rusiya Federasiyası istehsalı olan çəkisi- N0 qram qızıl boyunbağı, 01 ədəd Türkiyə Respublikası istehsalı olan çəkisi- 10 qram qızıl boyunbağı, 01 ədəd 583 əyarlı Rusiya Federasiyası istehsalı olan çəkisi- 10 qram qızıl üzük, 01 ədəd 583 əyarlı Rusiya Federasiyası istehsalı olan çəkisi- 5 qram qızıl sırğa, 01 cüt 583 əyarlı Rusiya Federasiyası istehsalı olan çəkisi- 10 qram qızıl sırğa, 01 ədəd 583 əyarlı Rusiya Federasiyası istehsalı olan çəkisi- 5 qram qızıl üzük, 01 ədəd 583 əyarlı Rusiya Federasiyası istehsalı olan çəkisi- 03 qram qızıl üzük iş üzrə maddi sübut qismində tanınmış və saxlanılması və mühafizə edilməsi üçün zərərçəkmiş şəxsə qaytarılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.N0N5-ci il tarixli, 3-13-11/N-5119/N0N5 nömrəli məktubundan görünür ki, xx.xx.N0N5-ci il tarixdə Hacıqabul rayonu, İkinci Udulu kəndində yaşayan vətəndaş Zərərçəkmiş şəxs məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinə baxış zamanı götürülmüş əl izləri və 03 ədəd “daktiloskopik” xəritə Kriminalistik Tədqiqatlar İdarəsinin ADİS-nin məlumat bankında olan şəxslərin, həmçinin təqdim olunmuş vətəndaşların əl əksləri ilə müqayisə edilmiş və əl izlərindən 01 ədədinin xx.xx.1999-cu il təvəllüdlü Şahid3 sağ əlinin böyük barmağı (karobkanın üzərindən götürülmüş) ilə 01 ədədinin xx.xx.N006-cı il tarixdə Hacıqabul rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin böyük barmağı (sandığın üzərindən götürülmüş) ilə eynilik müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, “Azərbaycan Respublikası Mərkəzi Bankı”nın saytından – AZN məzənnələri çıxarışından görünür ki, N1 aprel N0N5-ci il tarixdə, 01 ABŞ dolları 1.7 AZN ekvivalentində olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş, N saylı hərbi hissə komandirinin N6 dekabr N0N4-cü il tarixli nizami hissə üzrə verilmiş 394 nömrəli əmrindən çıxarışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.N0N4-cü il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlarla daxil edilməklə artilleriya divizionunun, tank əleyhinə artilleriya batareyasının, N-ci tank əleyhinə artilleriya taqımının, N-ci top heyət nəfəri vəzifəsinə təyin edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, N saylı hərbi hissə komandirinin N8 yanvar N0N5-ci il tarixli nizami hissə üzrə verilmiş 30 nömrəli əmrindən çıxarışından görünür ki, Təqsirləndirilən şəxs artilleriya divizionunun, tank əleyhinə artilleriya batareyasının, N-ci tank əleyhinə artilleriya taqımının, N-ci top heyət nəfəri vəzifəsindən maddi texniki təminat taqımının, təmir taqımının raket-artilleriya silahlarının, təmir qrupunun baş ustası vəzifəsinə təyin edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, N saylı hərbi hissə komandirinin N fevral N0N5-ci il tarixli nizami hissə üzrə verilmiş 54 nömrəli əmrindən çıxarışından görünür ki, Təqsirləndirilən şəxs Hacıqabul rayonunda keçirməklə 15 gün müddətinə xəstəlik məzuniyyətinə göndərilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, N saylı hərbi hissə komandirinin N mart N0N5-ci il tarixli nizami hissə üzrə verilmiş 70 nömrəli əmrindən çıxarışından görünür ki, Təqsirləndirilən şəxs xəstəlik məzuniyyətindən qayıtdığına görə vəzifəsinin icrasına başlamış hesab edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, N saylı hərbi hissə komandirinin N mart N0N5-ci il tarixli nizami hissə üzrə verilmiş 81 nömrəli əmrindən çıxarışından görünür ki, Təqsirləndirilən şəxs Hacıqabul rayonunda keçirməklə 10 gün müddətinə, yəni xx.xx.N0N5-ci il tarixədək növbəti məzuniyyətə göndərilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, N saylı hərbi hissə komandirinin N4 mart N0N5-ci il tarixli nizami hissə üzrə verilmiş 93 nömrəli əmrindən çıxarışından görünür ki, Təqsirləndirilən şəxs növbəti məzuniyyətindən qayıtdığına görə vəzifəsinin icrasına başlamış hesab edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, N saylı hərbi hissə komandirinin N aprel N0N5-ci il tarixli nizami hissə üzrə verilmiş 115 nömrəli əmrindən çıxarışından görünür ki, Təqsirləndirilən şəxs Hacıqabul rayonunda keçirməklə 10 gün müddətinə, yəni xx.xx.N0N5-ci il tarixədək növbəti məzuniyyətə göndərilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, N saylı hərbi hissə komandirinin N3 aprel N0N5-ci il tarixli nizami hissə üzrə verilmiş 1N5 nömrəli əmrindən çıxarışından görünür ki, Təqsirləndirilən şəxs növbəti məzuniyyətindən qayıtdığına görə vəzifəsinin icrasına başlamış hesab edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, N aprel N0N5-ci il tarixli, N13N nömrəli məzuniyyət biletindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.N0N5-ci il tarixdən xx.xx.N0N5-ci il tarixədək 10 (on) gün müddətinə növbəti məzuniyyətə buraxılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş, Zərərçəkmiş şəxs tərəfindən Hacıqabul RPŞ-nə ünvanlanmış xx.xx.N0N5-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyan ona ödənildiyi üçün həmin şəxslə barışmış və hər hansı şikayəti, eyni zamanda tələbi olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş, “TƏBİB” PHŞ-nin “Hacıqabul RMX” PHŞni xx.xx.N0N5-ci il tarixli, 18-1-41/N-545/N0N5 nömrəli məktubundan görünür ki, ünvan N ünvanda yaşayan xx.xx.N006-cı il təvəllüdlü Təqsirləndirilən şəxs “Hacıqabul RMX” PHŞnin narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda olmamışdır. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, N1 aprel N0N5-ci il tarixdə Hacıqabul rayon polis şöbəsinin istintaq bölməsi tərəfindən cinayət hadisəsini törətməsinə dair əsaslı şübhələr müəyyən edildiyindən, N saylı hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs “şübhəli şəxs” qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, N3 aprel N0N5-ci il tarixdə ibtidai istintaq orqanı tərəfindən N saylı hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.N.3 və 177.N.4-cü maddələri ilə “təqsirləndirilən şəxs” qismində cəlb edilmiş və tutulmadan azad edilərək, onun barəsində “komandanlığın müşahidəsi altına vermə” növündə qətimkan tədbiri seçilmiş, qətimkan tədbirinin icrası N saylı hərbi hissənin komandanlığına həvalə edilmişdir. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, N0 iyun N0N5-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin N15.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla istintaq və ərazi aidiyyəti üzrə Lənkəran Hərbi Prokurorluğuna göndərilməsi məsələsinin həll edilməsi məqsədilə Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, 09 iyul N0N5-ci il tarixdə cinayət işi Azərbaycan Respublikası Hərbi Prokurorluğuna daxil olmuşdur. Cinayət işi Azərbaycan Respublikası Hərbi Prokurorluğunda öyrənilərkən ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti Azərbaycan Respublikası Hərbi prokurorunun müavini tərəfindən 0N (iki) ay, yəni N1 sentyabr N0N5-ci il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, 14 iyul N0N5-ci il tarixdə cinayət işi Lənkəran Hərbi Prokurorluğuna daxil olduqdan sonra Lənkəran Hərbi prokuroru tərəfindən iş üzrə istintaqın aparılması prokurorluğun böyük müstəntiqinə həvalə edildiyindən cinayət işi icraata qəbul edilməklə istintaq aparılmış və Təqsirləndirilən şəxs barəsində əvvəllər seçilmiş qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, 05 sentyabr N0N5-ci il tarixdə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.N.3 və 177.N.4-cü maddələri ilə ittihamın məzmununa dəyişikliklər edilərək yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası DİN-nin BƏSİİnin məlumatlarına əsasən tərtib edilən tələbnamədən görünür ki, xx.xx.N006-cı il təvəllüdlü Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş, “SX” seriyalı “0857170” nömrəli hərbi biletin kserosurətindən görünür ki, xx.xx.N006-cı il təvəllüdlü Təqsirləndirilən şəxs SHXÇDX-nin Hacıqabul rayon şöbəsi tərəfindən 10 oktyabr N0N4-cü il tarixdən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş, N saylı hərbi hissə komandanlığı tərəfindən təqdim edilmiş xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xidmət etdiyi hərbi hissənin komandanlığı tərəfindən müsbət xarakterizə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, Hacıqabul RİHB-nın İkinci Udullu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İkinci Udullu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən müsbət xarakterizə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, Hacıqabul RİHB-nın İkinci Udullu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs İkinci Udullu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən müsbət xarakterizə edilmişdir. Təqsirləndirilən şəxs istintaq zamanı özünün müdafiəsi üçün hər hansı dəlil göstərməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.N.3 və 177.N.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün tam etirafedici ifadələri ilə yanaşı zərərçəkmiş şəxs və şahid ifadələri, “hadisə yerinə baxış keçirilməsi haqqında” protokol, “ifadənin yerində yoxlanılması haqqında” protokol, ekspert rəyi, rəsmi sənədlər, həmçinin iş üzrə toplanmış digər obyektiv sübutlarla tam təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.N.3 və 177.N.4-cü maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 59.1.1N-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanı könüllü ödəməsi məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.N, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.N.3 və 177.N.4-cü maddələrinin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə, cəza təyin edərkən təqirləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam olaraq ödədiyini, azadlıqdan məhrum etmədən islah və tərbiyə olunmasının mümkün olmadığını nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 177.N.3 və 177.N.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növü cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Lakin, yuxarıda qeyd olunan bütün yüngülləşdirici halları nəzərə alaraq, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə uyğun olaraq həmin cəzanın şərti olaraq tətbiq edilməsini zəruri hesab edir. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs barəsində olan hökmün icrası onun faktiki xidmət etdiyi N saylı hərbi hissənin komandanlığına, hərbi xidmətdən tərxis olunduğu halda isə onun qeydiyyatda olduğu və yaşadığı ərazi üzrə Hacıqabul rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” növündə qətimkan tədbiri ləğv edilməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra N3 aprel N0N5-ci il tarixli “əşyanın maddi sübut kimi tanınması haqqında” qərarla iş üzrə maddi sübut kimi tanınmış- Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı götürülmüş N0670 manat pul vəsaiti, 01 ədəd 583 əyarlı Rusiya Federasiyası istehsalı olan çəkisi- N0 qram qızıl boyunbağı, 01 ədəd Türkiyə Respublikası istehsalı olan çəkisi- 10 qram qızıl boyunbağı, 01 ədəd 583 əyarlı Rusiya Federasiyası istehsalı olan çəkisi- 10 qram qızıl üzük, 01 ədəd 583 əyarlı Rusiya Federasiyası istehsalı olan çəkisi- 5 qram qızıl sırğa, 01 cüt 583 əyarlı Rusiya Federasiyası istehsalı olan çəkisi- 10 qram qızıl sırğa, 01 ədəd 583 əyarlı Rusiya Federasiyası istehsalı olan çəkisi- 5 qram qızıl üzük, 01 ədəd 583 əyarlı Rusiya Federasiyası istehsalı olan çəkisi- 03 qram qızıl üzük saxlanılması və mühafizə edilməsi üçün zərərçəkmiş şəxsə qaytarılmış hesab edilməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra "xxxx" MMC tərəfindən keçirilmiş qızıl-zinət əşyalarının qiymətləndirilməsi dəyərinə görə 150 (bir yüz əlli) manat məbləğində olan qiymətləndirmə xərci Təqsirləndirilən şəxs tutularaq hüquqi şəxsin hesabına keçirilməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 344, 353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, hərbi məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.N.3 və 177.N.4-cü maddələr ilə təqsirli bilinərək, 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəza N (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs barəsində olan hökmün icrası onun faktiki xidmət etdiyi N saylı hərbi hissənin komandanlığına, hərbi xidmətdən tərxis olunduğu halda isə onun qeydiyyatda olduğu və yaşadığı ərazi üzrə Hacıqabul rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri ləğv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra N3 aprel N0N5-ci il tarixli “əşyanın maddi sübut kimi tanınması haqqında” qərarla iş üzrə maddi sübut kimi tanınmış- Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı götürülmüş N0670 manat pul vəsaiti, 01 ədəd 583 əyarlı Rusiya Federasiyası istehsalı olan çəkisi- N0 qram qızıl boyunbağı, 01 ədəd Türkiyə Respublikası istehsalı olan çəkisi- 10 qram qızıl boyunbağı, 01 ədəd 583 əyarlı Rusiya Federasiyası istehsalı olan çəkisi- 10 qram qızıl üzük, 01 ədəd 583 əyarlı Rusiya Federasiyası istehsalı olan çəkisi- 5 qram qızıl sırğa, 01 cüt 583 əyarlı Rusiya Federasiyası istehsalı olan çəkisi- 10 qram qızıl sırğa, 01 ədəd 583 əyarlı Rusiya Federasiyası istehsalı olan çəkisi- 5 qram qızıl üzük, 01 ədəd 583 əyarlı Rusiya Federasiyası istehsalı olan çəkisi- 03 qram qızıl üzük saxlanılması və mühafizə edilməsi üçün zərərçəkmiş şəxsə qaytarılmış hesab edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra "xxxx" MMC tərəfindən keçirilmiş qızıl-zinət əşyalarının qiymətləndirilməsi dəyərinə görə 150 (bir yüz əlli) manat məbləğində olan qiymətləndirmə xərci Təqsirləndirilən şəxs tutularaq hüquqi şəxsin hesabına keçirilsin. Hökmdən Cəlilabad Hərbi Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə N0 (iyirmi) gün müddətinə apellyasiya qaydasında şikayət və protest verilə bilər. İş üzrə sədrlik edən; Hakim : İslam Neymanov.
Məhkəmə qərarları › İş №1-1(096)-20/2025
Cəlilabad Hərbi Məhkəməsi Hökm — İş №1-1(096)-20/2025
16.10.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver