Məhkəmə qərarları › İş №1-1(096)-21/2022

Cəlilabad Hərbi Məhkəməsi Hökm — İş №1-1(096)-21/2022

09.12.2022 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1-1(096)-21/2022 09.12.2022 CƏLİLABAD HƏRBİ MƏHKƏMƏSİ Cəlilabad Hərbi Məhkəməsinin hakimi Əhmədov Vüqar İkram oğlunun sədrliyi ilə, hakimlər Neymanov İslam Əkrəm oğlu və X25 ibarət tərkibdə, Əliyev Asif Xəlil oğlunun katibliyi ilə, dövlət ittihamçısı– Azərbaycan Respublikası baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisləri X26, X11 və müdafiəçilər– Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Müdafiəçi1 iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə, N saylı hərbi hissənin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs2 – xx xxxxxx 2000-ci ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, N saylı hərbi hissənin 3-cü motoatıcı taborunun, 9-cu motoatıcı bölüyünün, 3-cü motoatıcı taqımının, 2-ci motoatıcı manqasının pulemyotçusu vəzifəsində, sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər rütbəsində xidmət etmiş, Cəlilabad rayonu, Musalı kəndində qeydiyyatda olmuş, 22 iyul 2022-ci tarixdə “şübhəli şəxs” qismində tutulmuş, 23 iyul 2022ci tarixdə barəsində “həbs” qətimkan tədbiri seçılmiş, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4 və 120.2.7-ci maddələri ilə, vətəndaş Təqsirləndirilən şəxs1 – xx xxxx 1994-cü ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 azyaşlı uşağı olan, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 01 (bir) il 10 (on) ay 6 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşamış, 22 iyul 2022-ci tarixdə “şübhəli şəxs” qismində tutulmuş, 23 iyul 2022-ci tarixdə barəsində “həbs” qətimkan tədbiri seçılmiş, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4 və 120.2.7-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 22 iyul 2022-ci il tarixdə, saat 03 radələrində xalası oğlu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında digər xalasının qızı X4 münasibətlərində olduğu Cəlilabad rayonu, Uzuntəpə kənd sakini X31 ilə yaşadığı ünvan 2 ünvanındakı hamamda olması səbəbindən vahid niyyətlə hər iki şəxsi öldürmək qərarına gəlmiş, bu məqsədlə öz yaşadığı evin mətbəxindən 1 ədəd soyuq silah hesab olunmayan məişət təyinatlı mətbəx bıçağını üzərində götürən Təqsirləndirilən şəxs1la birlikdə Könül Şahmarovanın yaşadığı ünvana getməklə həmin evin həyətində yerləşən yarımtikilinin içərisindəki hamamın işığını görüb Könül Şahmarovanın hamamda Ruslan Qarayevlə əxlaqsız hərəkətlər etməsini yəqin etməklə bu hərəkətlərinə görə onlardan qisas almaq niyyəti ilə Təqsirləndirilən şəxs1la birgə hərəkət edərək onları hamamda yaxalamış, Təqsirləndirilən şəxs1 Könül Şahmarovanı saçından tutaraq hamamdan yarımtikilinin dəhlizinə doğru çıxarmış, o isə özlərində əvvəlcədən formalaşmış cinayətkar niyyətlərini həyata keçirmək üçün əlləri və bədəni ilə hamamın qapısını tutaraq Ruslan Qarayevin hamamdan çıxıb baş verə biləcək hadisənin qarşısını alması və hadisə yerindən yayınması kimi imkanlardan məhrum edib Təqsirləndirilən şəxs1 üzərində gəzdirdiyi həmin bıçağı sol əlində tutmaqla yalvararaq aman diləməsinə məhəl qoymayıb əvvəlcə Könül Şahmarovanın bədənin müxtəlif nahiyələrinə xüsusi amansızlıqla, o cümlədən ağır iztirablar verməklə qəsdən çoxsaylı zərbələr vuraraq sonuncuya onun ölümünə səbəb olan döş qəfəsinin sol yan səthinin döş boşluğuna keçməklə, ürək kisəsini və ürəyi zədələyən həyat üçün təhlükəli olan ağır dərəcəli 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara, sol körpücükaltı nahiyədə və döş qəfəsinin sağ və sol yarısının ön səthində 3 (üç) ədəd döş boşluğuna keçməyən, sağ bazuda 2 (iki) ədəd, sol bazuda 1 (bir) ədəd, sol budda 2 (iki) ədəd deşilmiş-kəsilmiş yara kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli, ümumilikdə 09 (doqquz) ədəd bədən xəsarətləri yetirərək Könül Şahmarovanı qəsdən, xüsusi amansızlıqla öldürməsi, yəni xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etməsi prosesində bilavasitə iştirak etmiş, daha sonra X21 öldürmək məqsədilə hamamdan yarımtikilinin dəhlizinə çıxarıb onun özünü müdafiə etmə imkanını aradan qaldırmaq və məhdudlaşdırmaq üçün sonuncunun qollarından, bədənindən tutaraq, həmçinin yumruq zərbələri ilə Ruslan Qarayevin baş və bədən nahiyələrinə vurmaqla onun müqavimətini qırmış, Təqsirləndirilən şəxs1 isə sonuncunun bədəninin müxtəlif nahiyələrinə xüsusi amansızlıqla, o cümlədən ağır iztirablar verməklə qəsdən çoxsaylı zərbələr vurması üçün əlverişli şərait yaratmaqla sonuncuya onun ölümünə səbəb olan döş qəfəsinin sol yarısının döş boşluğuna keçməklə, ürək kisəsini və ürəyi zədələyən həyat üçün təhlükəli olan ağır dərəcəli 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara, döş qəfəsinin sağ və sol yarısının ön səthinin döş boşluğuna keçən və daxili üzvləri zədələməyən həyat üçün təhlükəli olan ağır dərəcəli 2 (iki) ədəd deşilmiş-kəsilmiş yara, döş qəfəsinin sağ yan səthinin və qarnın sağ yarısının ön divarının, döş və qarın boşluğuna nüfuz etməyən 2 (iki) ədəd deşilmiş-kəsilmiş yara, sağ said nahiyəsində 2 (iki) ədəd kəsilmiş yara, sağ qulaq seyvanının ayrılması ilə nəticələnən sağ gicgah-yanaq nahiyəsində 1 (bir) ədəd kəsilmiş yara kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli, ümumilikdə 08 (səkkiz) ədəd bədən xəsarətləri yetirərək Ruslan Qarayevi qəsdən, xüsusi amansızlıqla öldürmüş, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən iki şəxsi xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs1 22 iyul 2022-ci il tarixdə, saat 03 radələrində xalası oğlu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında digər xalasının qızı, eləcə də qardaşı arvadı X4 münasibətlərində olduğu Cəlilabad rayonu, Uzuntəpə kənd sakini X31 ilə yaşadığı Cəlilabad şəhəri, Səttarxan küçəsi 89 saylı evin hamamında olması səbəbindən vahid niyyətlə hər iki şəxsi öldürmək qərarına gəlmişdir. Bu məqsədlə öz yaşadığı evin mətbəxindən 1 ədəd soyuq silah hesab olunmayan məişət təyinatlı mətbəx bıçağını üzərində götürərək Təqsirləndirilən şəxs2lə birlikdə Könül Şahmarovanın yaşadığı ünvana getməklə həmin evin həyətində yerləşən yarımtikilinin içərisindəki hamamın işığını görüb Könül Şahmarovanın hamamda Ruslan Qarayevlə əxlaqsız hərəkətlər etməsini yəqin etməklə bu hərəkətlərinə görə onlardan qisas almaq niyyəti ilə Təqsirləndirilən şəxs2lə birgə hərəkət edərək onları hamamda yaxalamış, Könül Şahmarovanı saçından tutaraq hamamdan yarımtikilinin dəhlizinə doğru çıxarmışdır. Təqsirləndirilən şəxs2 özlərində əvvəlcədən formalaşmış cinayətkar niyyətlərini həyata keçirmək üçün əlləri və bədəni ilə hamamın qapısını tutaraq Ruslan Qarayevin hamamdan çıxıb baş verə biləcək hadisənin qarşısını alması və hadisə yerindən yayınması kimi imkanlardan məhrum etdiyindən istifadə edərək üzərində gəzdirdiyi həmin bıçağı sol əlində tutmaqla yalvararaq aman diləməsinə məhəl qoymayıb əvvəlcə Könül Şahmarovanın bədənin müxtəlif nahiyələrinə xüsusi amansızlıqla, o cümlədən ağır iztirablar verməklə qəsdən çoxsaylı zərbələr vuraraq sonuncuya onun ölümünə səbəb olan döş qəfəsinin sol yan səthinin döş boşluğuna keçməklə, ürək kisəsini və ürəyi zədələyən həyat üçün təhlükəli olan ağır dərəcəli 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara, sol körpücükaltı nahiyədə və döş qəfəsinin sağ və sol yarısının ön səthində 3 (üç) ədəd döş boşluğuna keçməyən, sağ bazuda 2 (iki) ədəd, sol bazuda 1 (bir) ədəd, sol budda 2 (iki) ədəd deşilmiş-kəsilmiş yara kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli, ümumilikdə 09 (doqquz) ədəd bədən xəsarətləri yetirərək, Könül Şahmarovanı qəsdən, xüsusi amansızlıqla öldürmüşdür. Daha sonra xalası oğlu Təqsirləndirilən şəxs2 öldürmək məqsədilə hamamdan yarımtikilinin dəhlizinə çıxarıb özünü müdafiə etmə imkanını aradan qaldırmaq və məhdudlaşdırmaq üçün qollarından, habelə bədənindən tutaraq və yumruq zərbələri ilə baş və bədən nahiyələrinə vurmaqla müqavimətini qırdığı X12 bədəninin müxtəlif nahiyələrinə xüsusi amansızlıqla, o cümlədən ağır iztirablar verməklə qəsdən həmin bıçaqla çoxsaylı zərbələr vuraraq sonuncuya onun ölümünə səbəb olan döş qəfəsinin sol yarısının döş boşluğuna keçməklə, ürək kisəsini və ürəyi zədələyən həyat üçün təhlükəli olan ağır dərəcəli 1(bir) ədəd deşilmiş-kəsilmiş yara, döş qəfəsinin sağ və sol yarısının ön səthinin döş boşluğuna keçən və daxili üzvləri zədələməyən həyat üçün təhlükəli olan ağır dərəcəli 2 (iki) ədəd deşilmiş-kəsilmiş yara, döş qəfəsinin sağ yan səthinin və qarnın sağ yarısının ön divarının, döş və qarın boşluğuna nüfuz etməyən 2 (iki) ədəd deşilmiş-kəsilmiş yara, sağ said nahiyəsində 2 (iki) ədəd kəsilmiş yara, sağ qulaq seyvanının ayrılması ilə nəticələnən sağ gicgah-yanaq nahiyəsində 1 (bir) ədəd kəsilmiş yara kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli, ümumilikdə 08 (səkkiz) ədəd bədən xəsarətləri yetirərək, Ruslan Qarayevi qəsdən, xüsusi amansızlıqla öldürmüş, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən iki şəxsi xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında, təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamlar üzrə özünü qismən təqsirli bilərək iş üzrə verdiyi ifadələrində göstərmişdir ki, ailəsi üç nəfərdən ibarət olmuşdur. X74, anası X14 və özü. Atası ilə anasının nikahından doğulan yeganə övlad özü olmuşdur. Anası 2013-cü ilin iyun ayında, həmin ilin noyabr ayında isə atası xəstəlikdən ölmüşdür. 2019-cu ilin iyul ayından 2021-ci ilin iyul ayına qədər həqiqi hərbi xidmətdə olmuşdur. 05 fevral 2022-ci il tarixdən Müdafiə Nazirliyinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi əsgər rütbəsində N saylı hərbi hissənin 3-cü motoatıcı taborunun, 9-cu motoatıcı bölüyünün, 3cü motoatıcı taqımının, 2-ci motoatıcı manqasının pulemyotçusu vəzifəsində xidmət etməyə başlamışdır. 19 iyul 2022-ci il tarixdə 10 gün müddətinə növbəti məzuniyyətə çıxaraq Cəlilabad şəhəri, Səttarxan küçəsində yaşayan dayısı X5 Nərgiz Zəbulla qızının yaşadığı evə qonaq getmişdir. 21 iyul 2022-ci il tarixdə, saat 18 radələrində xalası Şahid4 evinə onlarla görüşüb hal-əhval tutmaq üçün getmişdir. Onların evində xalası, oğlu Təqsirləndirilən şəxs1 və onun arvadı Şahid5 olmuşdur. 21 iyul 2022-ci il tarixdən 22 iyul 2022-ci il tarixə keçən gecə xalasıgilin evində otaqda tək yatmışdır. Həmin gün saat 03 radələrində Təqsirləndirilən şəxs1 yanına gələrək xalası X7 Könül Atakişi qızının yanına yad kişi gəldiyini və buna görə onun yaşadığı evə getmək lazım olduğunu demişdir. Həmin vaxt, Təqsirləndirilən şəxs1la razılaşmış və evdən çıxaraq piyada Könül Şahmarovanın yaşadığı evin həyətinə daxil olmuşdur. Təqsirləndirilən şəxs1 qarşıda getmiş, o isə onun arxasınca hərəkət etmişdir. Təqsirləndirilən şəxs1 həyətə daxil olaraq evin həyətində olan yarımtikilinin içərisinə daxil olaraq orada olan hamamın qarşısına getmişdir. O, da Təqsirləndirilən şəxs1 arxasınca hərəkət etmişdir. Hamamın içərisində işıq yanmışdır. Həyətə daxil olandan sonra hamamın işığı sönmüşdür. Bu vaxt Təqsirləndirilən şəxs1 yarımtikilinin girişdən sol tərəfdə yerləşən, o isə yarımtikilinin girişdən sağ tərəfdə yerləşən boş otaqlarında gizlənmişlər. Təqsirləndirilən şəxs1 gizləndiyinə baxıb o da gizlənmişdir. Həmin vaxt, Könül Şahmarova ilə onun görüşdüyü oğlanın hamamda olmaları və onların gəlməyini başa düşdüklərini, buna görə hamamın işığını söndürdüklərini güman etmişdir. Buna görə onlar da gizlənmişlər ki, çıxıb getdikləri təsəvvürü yaratsınlar, onlar da getdiklərini başa düşüb hamamdan çölə çıxsınlar və onları tutsunlar. Yarımtikilidəki otaqlarda təxminən 5 dəqiqə gizləndikdən sonra hamamın qapısı açılmış və Könül Şahmarova çölə çıxmışdır. Bu vaxt Təqsirləndirilən şəxs1 Könül Şahmarovanın saçından tutaraq onu tikilinin ortasına gətirib divara söykəmişdir. Könül Şahmarova hamamdan çıxdıqdan dərhal sonra hamamın qapısı içəridən dartılıb örtülmüşdür. Həmin vaxt hamamda başqa adam olduğunu dəqiq başa düşmüşdür. Təqsirləndirilən şəxs1 Könül Şahmarovadan əlləri ilə yapışmaqla “Sənə demişdim səni tutsam öldürəcəyəm. Bax bugün həmin gündür. Sən mənim qardaşımın boyunu yerə soxdun. Qardaşım səndən və uşaqlarından ötrü karyerdə zülm çəkir. Sən isə burada kef edirsən” ifadələrini ona demişdir. Bunları dedikdən sonra Təqsirləndirilən şəxs1 Könül Şahmarovanı vurmağa başlamışdır. Əvvəlcə Təqsirləndirilən şəxs1 Könül Şahmarovanı yumruq zərbələri ilə vurmağını güman etsə də sonra əlindəki bıçaqla Könül Şahmarovanın başına və bədəninə çoxsaylı bıçaq zərbələri endirməsini görmüşdür. Çünki, hadisə havanın qaranlıq vaxtı baş vermiş və yarımtikilinin içərisində işıqlanma olmamışdır. X80 Məmmədova müqavimət göstərərək onun əlindən qaçmaq istəsə də bunu bacarmamış, Təqsirləndirilən şəxs1 onu buraxması üçün yalvarmış, “Məni Zəhraya görə bağışla” və s. ifadələr işlətmişdir. Təqsirləndirilən şəxs1 bu ifadələrə əhəmiyyət verməyərək daha bir neçə bıçaq zərbəsi Könül Şahmarovaya endirdikdən sonra sonuncu yerə yıxılmışdır. Şahid1 həmin vaxt Təqsirləndirilən şəxs1 səslənərək Könül Şahmarovanı bıçaqla vurmağını dayandırmağını istəmişdir. Bu zaman Şahid1 yanında Könül Şahmarovanın qonşuları İsmayıl və Həbibə adlı ər-arvadın da olduğunu görmüşdür. İsmayıl və Həbibə gələndə artıq Könül Şahmarova yerə yıxılmış, yəni ölmüş vəziyyət olmuşdur. İsmayıl gördüyü hadisənin təsirindən qışqırmış və arvadı ilə birlikdə çıxıb getmişlər. Şahid1 Təqsirləndirilən şəxs1 onun yalvarmağına əhəmiyyət vermədiyini görüb ondan kömək istəsə də ona Təqsirləndirilən şəxs1 bu işinə qarışa bilməyəcəyini, Təqsirləndirilən şəxs1 özü namusunu təmizlədiyini demişdir. Bu vaxt isə hamamın qapısını əli ilə tutaraq və ayağı ilə dayaq verməklə sonradan Ruslan Qarayev olduğunu bildiyi şəxsin qapını açaraq hamamdan çölə çıxmasının qarşısını alırmış. Ruslan Qarayev isə hamamın qapısını döyəcləməklə oradan çıxmaq istəsə də buna imkan verməmişdir. X81 güclü şəkildə hamamın qapısını itələmiş və qapı petlələrindən çıxmaqla bütöv şəkildə üstünə gəlmişdir. Qapını kənara itələyib Ruslan Qarayevin bədənini hər iki əli ilə qucaqlamışdır ki, qaçmasın. Bu zaman Təqsirləndirilən şəxs1 əlindəki X59 baş və bədən nahiyələrinə zərbələr endirməyə başlamışdır. Artıq həmin vaxt Təqsirləndirilən şəxs1 Ruslan Qarayevi də cəzalandırmaq məqsədi ilə öldürmək niyyətinin olmasını başa düşmüşdür. Ruslan Qarayev isə zərbələrdən yayınmaq istəsə də onu qucaqlayaraq tutduğuna görə buna nail ola bilməmişdir. Şahid1 isə qışqıraraq onları dayandırmağa çalışmışdır. O, Ruslan Qarayevi qucaqlamış, Təqsirləndirilən şəxs1 ona bıçaq zərbələri endirmiş, Ruslan Qarayev isə əlləri ilə müqavimət göstərərək qaçıb getmək istəmişdir. Ruslan Qarayev ona müqavimət göstərdiyinə görə bir neçə yumruq zərbəsi ilə sonuncunun bədəninə vurmuşdur. Ruslan Qarayevi hər iki əli ilə qucaqlamış, X88 sakitləşməyərək çırpınmışdır ki, qaçsın. Ruslan Qarayev dartına-dartına yarımtikilidən çölə çıxaraq yarımtikilinin sol divarına tərəf getsə də onu buraxmamışdır. Təqsirləndirilən şəxs1 da onların yanı ilə hərəkət edərək Ruslan Qarayevə bıçaq zərbələri endirmək üçün əlverişli şərait axtarmışdır. Yarımtikilinin divarının qarşısında Təqsirləndirilən şəxs1 Ruslan Qarayevə daha bir neçə bıçaq zərbələri vurmuşdur. X88 təslim olmamış, müqavimət göstərməyə davam etmişdir. Ruslan Qarayevlə dartış-dartışa evin həyətinin ortasına getmişlər. X55 əlindən çıxaraq yerdən suvarma üçün istifadə olunan rezin boru götürüb onun qarşısında olan Təqsirləndirilən şəxs1 həmin boru ilə zərbələr endirmişdir. Dərhal yenidən Ruslan Qarayevin üzərinə gedərək hər iki əli ilə yenidən onun bədənindən yapışmışdır. Ruslan Qarayevin bədənindən yapışdıqdan sonra Təqsirləndirilən şəxs1 yenidən ona bıçaq zərbələri vurmuşdur. Dartışa-dartışa evin Şahid1 yaşadığı hissəsinin giriş qapısının qarşısına getmişlər. Orada Təqsirləndirilən şəxs1 Ruslan Qarayevə daha bir neçə bıçaq zərbələri endirdikdən sonra Ruslan Qarayev su çəninin qarşısında yerə yıxılmış və həmin vaxt əllərini onun üzərindən çəkib kənara çəkilmişdir. Kənara çəkiləndən sonra Təqsirləndirilən şəxs1 Ruslan Qarayevin etdiyi əmələ görə onu cəzalandırmaq üçün bıçaqla sağ qulağını kəsmiş, ancaq qulağı bədənindən ayrılmamışdır. Bundan sonra artıq Ruslan Qarayevin öldüyünü bilmişdir. Sonra Elşən X15rı Damla və Zəhranı evdən çölə çıxarmışdır. Damlanı özü, Elşən Məmədov isə Zəhranı götürüb Təqsirləndirilən şəxs1 yaşadığı evə getmişlər. Təqsirləndirilən şəxs1 əlindəki bıçağı yaşadığı evin həyətində olan qumun üstünə atmışdır. Qarşılarına xalası Şahid4 və Təqsirləndirilən şəxs1 arvadı Şahid5 çıxmışdır. Təqsirləndirilən şəxs1 onlara baş verən hadisəni olduğu kimi, yəni onun Təqsirləndirilən şəxs1la birlikdə Könül Şahmarova və Ruslan Qarayevi öldürdüyünü demişdir. Damlanı evə qoyduqdan sonra dayısı qızı Nərgiz Nurullayevanın yaşadığı evə getmişdir ki, çimib bədəni üzərində olan qan ləkələrini yusun. Nərgiz Nurullayeva evdə övladları ilə birlikdə olmuşdur. X50 Məmmədovla birlikdə Könül Şahmarova və Ruslan Qarayevi öldürdüyünü demişdir. Sonuncu bundan təəssüf hissi keçirərək onu danlamışdır. Çimdikdən sonra oradan çıxaraq yenidən Təqsirləndirilən şəxs1 yaşadığı evə getmişdir. Oraya çatdıqdan bir neçə dəqiqə sonra polis əməkdaşları evə gələrək Təqsirləndirilən şəxs1 yaxalayıb aparmış, bir neçə saat sonra isə yenidən evə gələrək onu da yaxalayıb Cəlilabad RPŞ-yə aparmışlar. Orada sorğu zamanı törətdiyi əməli səmimi etiraf etmişdir. Hadisə zamanı əynində mavi rəngli şalvar və qara rəngli qısaqol köynək olmuşdur. O, yatan zaman Təqsirləndirilən şəxs1 onu yuxudan oyadıb Könül Şahmarova yaşadığı evdə yad kişi ilə olduğunu deyib oraya gedib bu məsələni aydınlaşdırmaq lazım olduğunu demişdir. Oraya getməkdə konkret bir məqsədi olmamışdır. O, Təqsirləndirilən şəxs1 təklifi ilə getmişdir. Könül Şahmarovanın evində əgər oğlan olsa Könül Şahmarovanı etdiyi bu əməllərə görə onu danlayacağını fikirləşmişdir. Könül Şahmarovanı öldürmək niyyəti ilə hadisə yerinə getməmişdir. Əgər belə bir niyyəti olsa idi Təqsirləndirilən şəxs1 kimi bıçaq, dəyənək və s. əşyalarla silahlanıb hadisə yerinə gedərmiş. Təqsirləndirilən şəxs1 üzərində bıçaq olduğunu Könül Şahmarovaya bıçaq zərbələri endirəndə bilmişdir. Həmin ana qədər Təqsirləndirilən şəxs1 üzərində bıçaq olmasını bilməmişdir. Təqsirləndirilən şəxs1 deməsinə görə həmin bıçağı yaşadığı evin mətbəxindən götürmüşdür. Bıçağın uzunluğu 20-25 sm, dəstəyi qırıq vəziyyətdə və tiyəsi gümüşü rəngdə olmuşdur. Təqsirləndirilən şəxs1 həmin bıçağı yaşadığı evin həyətindəki qumun üzərinə atmışdır. Könül Şahmarovanın əxlaqsız həyat tərzi ilə məşğul olduğunu xalasıoğlu kimi əvvəldən bilmişdir. Bu barədə Təqsirləndirilən şəxs1 da ona demişdir. Hadisə vaxtı X65 Məmmədov bıçaq zərbələri endirəndə başa düşmüşdür ki, Təqsirləndirilən şəxs1 onun etdiyi əxlaqsızlığa görə ondan qisas alır. Buna görə Şahid1 dediyi kimi, yəni bu işin Təqsirləndirilən şəxs1la Könül Şahmarova arasında olduğunu fikirləşib ona görə Təqsirləndirilən şəxs1 mane olmamış və Ruslan Qarayevin hamamdan çıxaraq Könül Şahmarovanın ölümünün qarşısını almaq ehtimalını aradan qaldırmaq üçün hamamın qapısını bərk tutaraq saxlamışdır. Ruslan Qarayevin etdiyi əmələ görə Təqsirləndirilən şəxs1 Ruslan Qarayevi cəzalandırmaq üçün onu döyəcəyi və ya ona bədən xəsarətləri yetirəcəyini güman etsə də ancaq Təqsirləndirilən şəxs1 Ruslan Qarayevi öldürmək niyyətinin olduğunu bilməmişdir. Qapını tutmuşdur ki, Ruslan Qarayev qaçıb getməsin, Təqsirləndirilən şəxs1 Könül Şahmarovanı öldürdükdən sonra Ruslan Qarayevi tutub onun nəyə görə Təqsirləndirilən şəxs1 namusuna sataşdığını aydınlaşdırsınlar. Hadisə zamanı Ruslan Qarayevin bədənindən hər iki əli ilə qucaqlamışdır ki, qaçmasın. Ruslan Qarayev isə fiziki cəhətdən möhkəm olduğu üçün onu saxlamaqda çətinlik çəkmişdir. Buna görə Ruslan Qarayev onu dartır, o isə sonuncunun bədənindən əl çəkməmişdir. Onunla dartışan zaman bədəni yarımtikilinin divarına, yerə sürtülmüş və həmin vaxt hər iki qolundan, bədənindən və ayaqlarından sıyrıq xəsarətləri almışdır. Hadisə vaxtı həyəcanlı olduğundan Təqsirləndirilən şəxs1 konkret neçə sayda Könül Şahmarova və Ruslan Qarayevə bıçaq zərbələri vurduğunu xatırlamamışdır. Təqsirləndirilən şəxs1 Könül Şahmarova və Ruslan Qarayevə çoxsaylı bıçaq zərbələri endirməklə onları öldürmüşdür. Könül Şahmarovanın yaşadığı evin həyətindəki yarımtikiliyə daxil olaraq orada təxminən 5 dəqiqə gizlənmiş, sonra Könül Şahmarovanın hamamdan çıxdığını görüb Təqsirləndirilən şəxs1 onun saçından tutması ilə onu öldürdükdən sonra ayağa qalxması təxminən 10-15 dəqiqə, Ruslan Qarayev onlara müqavimət göstərdiyinə görə onunla mübahisələri təxminən 15-20 dəqiqə davam etmiş, ümumilikdə isə hadisə yerində təxminən 30-40 dəqiqə olmuşlar. Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən heç bir zorakılığa məruz qalmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılanda ilkin sorğu zamanı törətdiyi əməli səmimi etiraf etmişdir. Məhkəmə iclasında, təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamlar üzrə özünü qismən təqsirli bilərək iş üzrə verdiyi ifadələrində göstərmişdir ki, ailəsi beş qardaş, üç bacı, ata və anasından ibarət olmuşdur. 2021-ci ilin fevral ayında Türkanə Quliyeva ilə evlənmişdir. Bu nikahdan övladları yoxdur. Ancaq arvadı hazırda uşağa yeddi aylıq hamilədir. Cəlilabad şəhəri, Səttarxan küçəsi ev 123 ünvanında özü, arvadı, anası Şahid4, qardaşı X61, onun arvadı X35, onların övladları Damla və Zəhra ilə birlikdə yaşamışlar. X17 2013-cü ildə beyninə qan sızması nəticəsində ölmüşdür. 2022-ci ilin fevral ayında xalası X10 Şahmar Atakişi oğlu və bacısı Nazəninin əri X27 ilə birlikdə Cəlilabad şəhərində noxud məhsulunu oğurladıqlarına görə Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən tutulmuşlar. 16 iyun 2022-ci il tarixdə Cəlilabad rayon Məhkəməsinin hökmü ilə 2 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması, Şahmar Şahmarov 2 il 06 ay və Seymur Qurbanov isə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. O, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsə də, lakin ayağına xüsusi nəzarət vasitəsi taxılmamışdır. X82 Bakı şəhəri, Qaradağ rayonunda yerləşən daş karxanasında fəhlə işləmişdir. Sonuncunun arvadı və uşaqları isə onların yaşadığı evdə qalırdı. X35 qardaşının arvadı olmaqla yanaşı xalası Eyzangül Şahmarovanın qızıdır. Könül Şahmarova onlarla birlikdə yaşayanda onun başqa şəxslərlə danışdığını bilmişdir. Bu barədə valideynlərinə desə də barəsində heç bir tədbir görülməmiş və Könül Şahmarova başqa şəxslərlə danışmağına davam etmişdir. Könül Şahmarova qardaşı daş karxanasından evə gələndə heç bir əsaslı səbəb olmadan evdə dava-dalaş salaraq onların yaşadığı evdən çıxıb uşaqları ilə birlikdə qonşuluqda yaşayan valideynləri və qardaşının yaşadığı evə getmişdir. Sonuncu dəfə Könül Şahmarova uşaqlarını da götürüb 2021-ci ilin qış aylarında valideynlərinin yaşadığı evə getmişdir. Könül Şahmarova başqa kişilərlə rahat görüşmək üçün onların evdə yaşamaq istəmədiyini və buna görə valideynlərinin yaşadığı evə getdiyini bilmişdir. Belə ki, Könül Şahmarovanın atası mütəmadi olaraq Rusiya Federasiyasına gedərək orada fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olmuş, anası isə uzun müddətdir ki, çörək sexində işləmiş, Şahmar Şahmarov həbs olunduqdan sonra evdə demək olar Könül Şahmarova, onun uşaqları, Şahmar Şahmarovun arvadı Röyalə Quliyevə və onun övladı olmuşdur. Xalası həmişə gecə saatlarında çörək sexinə işləməyə getmişdir. Xalası işə gedəndən sonra Könül Şahmarova üçün başqa kişilərlə görüşməyə görə əlverişli şərait yaranmışdır. Buna görə bir neçə dəfə onların yaşadığı evə gecə saatlarında gedərək onların evinə başqa adamların gəlib-gəlmədiyini güdsə də görə bilməmişdir. 16 iyun 2022-ci il tarixdə Cəlilabad rayon Məhkəməsində məhkəmə zalından azadlığa buraxılmışdır. Bundan sonra Şahid1 ilə aralarında olan telefon danışığı zamanı ona Könül Şahmarovanın başqa kişilərlə onların yaşadığı evdə görüşdüyünü demişdir. Şahid1 əgər belə hal baş verərsə ona məlumat verməsini xahiş etmişdir. 22 iyul 2022-ci il tarixdə günorta saatlarında xalası Gülbənizin oğlu Təqsirləndirilən şəxs2 onların yaşadığı evə qonaq getmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs1 əlavə olaraq ifadəsində göstərmişdir ki, 22 iyul 2022-ci il tarixdə, saat 03 radələrində Şahid1 öz istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng edərək onların yaşadığı həyətə yad adamın gəldiyini və Könül Şahmarova ilə birlikdə evin həyətindəki hamamda olduqlarını demişdir. Həmin vaxt, Könül Şahmarovanın onların namusuna toxunan hərəkətlərinə son qoyulması üçün onu öldürmək qərarına gəlmişdir. Buna görə evin mətbəxindəki dəstəyi üzərində olmayan, tiyəsi gümüşü rəngdə olan mətbəx bıçağını götürərək şalvarının arxa tərəfinə qoyub gizlətmişdir. Sonra Təqsirləndirilən şəxs2 yuxudan oyadaraq Könül Şahmarovanın yaşadığı evdə başqa adamla görüşdüyünü deyib onunla getməyini istəmişdir. Dərhal onunla birlikdə evdən çıxaraq Könül Şahmarovanın yaşadığı evin həyətindəki yarıtikilinin içərisindəki hamamın qarşısına getmişdir. Hamamın işığının yanılı vəziyyətdə olmasını görüb Şahid1 doğru məlumat verdiyini başa düşmüşdür. Hamamın qarşısına doğru gedəndə hamamın işığının söndürüldüyünü görmüşdür. Həmin vaxt, Könül Şahmarova və yanındakı adam onların gəldiyini bilməsini anlamışdır. Bu zaman yarıtikilinin girişdən sol tərəfdəki, Təqsirləndirilən şəxs2 isə girişdən sağ tərəfdəki otağına girib gizlənmişlər ki, Könül Şahmarova və onunla birlikdə hamamda olan şəxsdə onların çıxıb getmələri təsəvvürü yaratsınlar və onlar hamamdan çölə çıxsınlar ki, onları tuta bilsin. Otaqlarda gizləndikdən təxminən 5 dəqiqə sonra Könül Şahmarova hamamdan çölə çıxmışdır. Şalvarının bel hissəsində gizlətdiyi bıçağı çıxarıb sol əlində tutaraq otaqdan çölə çıxıb Könül Şahmarovanın saçından tutmuşdur. Bu vaxt hamamda olan digər şəxs hamamın qapısını içəriyə doğru dartaraq bağlamışdır. Könül Şahmarovanın əlləri ilə boğazından tutaraq tikilinin divarına söykəyib “Sənə demişdim səni tutsam öldürəcəyəm. Bax bu gün həmin gündür. Sən mənim qardaşımın boyunu yerə soxdun” ifadələri işlətməklə onun baş və sinə nahiyələrinə əlindəki bıçaqla zərbələr endirmişdir. Həmin vaxt, Könül Şahmarova “Bıçağı əlindən yerə at, məni Zəhraya görə bağışla” ifadələri işlətsə də ona əvvəlcə hər ikisi ayaq üstə olan vəziyyətdə, sonra isə mərhumu yerə yıxmaqla baş, sinə və bədən nahiyələrinə çoxsaylı bıçaq zərbələri vurmuşdur. Həmin vaxt, Təqsirləndirilən şəxs2 hamamın qapısını əli ilə tutaraq və bədəni ilə dayaq verməklə sonradan Ruslan Qarayev olduğunu bildiyi şəxsin qapını açaraq hamamdan çölə çıxmasının qarşısını almışdır. Ruslan Qarayev isə hamamın qapısını döyəcləməklə oradan çıxmaq istəsə də Təqsirləndirilən şəxs2 buna imkan verməmişdir. Bu vaxt, Şahid1 yalvararaq Könül Şahmarovaya zərbələr endirməyini dayandırmağını tələb etsə də sonuncunun sözlərinə məhəl qoymamışdır. Şahid1 onun sözlərinə əhəmiyyət vermədiyini görüb Təqsirləndirilən şəxs2 kömək istəmiş, Təqsirləndirilən şəxs2 isə “Mənlik deyil, sən qarışma” kimi ifadələrlə ona cavab vermişdir. X91 Nurullayevin əlindən yaxa qurtarıb qaçmaq istədiyini, Şahid1 isə yarımtikilinin girişində dayandığını görmüşdür. Həmin vaxt, yanında Könül Şahmarovanın qonşuları İsmayıl və Həbibə adlı ər-arvadın da olduğunu görmüşdür. İsmayıl gördüyü hadisənin təsirindən qışqırmışdır. Ruslan Qarayev hamamdan çıxan kimi Təqsirləndirilən şəxs2 hər iki əli ilə onun bədənindən tutmuş və o da Ruslan Qarayev qaçmasın deyə Könül Şahmarovanı yerdə uzanıqlı vəziyyətdə qoyub Ruslan Qarayevin üstünə getmişdir. X59 baş və bədən nahiyələrinə zərbələr endirməyə başlamışdır. Ruslan Qarayev isə zərbələrdən yayınmaq istəsə də Təqsirləndirilən şəxs2 onu qucaqlayaraq tutduğuna görə buna nail ola bilməmişdir. Şahid1 qışqıraraq onları dayandırmağa çalışmışdır. Taleh X32caqlamış, o isə bıçaq zərbələri endirmiş, Ruslan Qarayev isə əlləri ilə müqavimət göstərərək qaçıb getmək istəmişdir. Həmin vaxt, Ruslan Qarayev müqavimət göstərdiyinə görə Təqsirləndirilən şəxs2 bir neçə yumruq zərbəsi ilə Ruslan Qarayevin bədəninə vurmuşdur. Təqsirləndirilən şəxs2 Ruslan Qarayevi hər iki əli ilə qucaqlamış, X88 sakitləşməyərək qaçması üçün çırpınmışdır. Ruslan Qarayev dartına-dartına yarımtikilidən çölə çıxaraq yarımtikilinin sol divarına tərəf getmiş, Təqsirləndirilən şəxs2 isə onu buraxmamışdır. O, isə yanları ilə getmişdir ki, Ruslan Qarayevə bıçaq zərbələri endirmək üçün əlverişli şərait tapsın. Bu zaman yarımtikilinin divarının qarşısında Ruslan Qarayevə daha bir neçə bıçaq zərbələri vurmuşdur. X88 təslim olmamış, müqavimət göstərməyə davam etmişdir. Ruslan Qarayevlə dartışa-dartışa evin həyətinin ortasına getmişlər. X89 Təqsirləndirilən şəxs2 əlindən çıxaraq yerdən suvarma üçün istifadə olunan rezin boru götürüb onun kürək nahiyəsinə həmin boru ilə zərbələr endirmişdir. Təqsirləndirilən şəxs2 dərhal yenidən onun üzərinə cumaraq hər iki əli ilə Ruslan Qarayevin bədənindən yapışmışdır. Həmin vaxt, Təqsirləndirilən şəxs2 onun bədənindən yapışdıqdan sonra yenidən ona bıçaq zərbələri vurmuşdur. Dartışa-dartışa evin Şahid1 yaşadığı hissəsinin giriş qapısının qarşısına getmişlər. X83 daha bir neçə bıçaq zərbələri endirdikdən sonra Ruslan Qarayev su çəninin qarşısında yerə yıxılmışdır. Həmin vaxt, Təqsirləndirilən şəxs2 əllərini Ruslan Qarayevin üzərindən götürüb kənara çəkilmişdir. Təqsirləndirilən şəxs2 kənara çəkiləndən sonra Ruslan Qarayev onun namusuna sataşdığına görə sonuncunun şəxsiyyətini alçaltmaq üçün bıçaqla sağ qulağını kəsmiş, ancaq qulağı bədənindən ayrılmamışdır. Bundan sonra, artıq Ruslan Qarayevin öldüyünü başa düşmüşdür. Sonra evə daxil olaraq Könül Şahmarovanın qızları Damla və Zəhranı evdən çölə çıxarmışdır. Təqsirləndirilən şəxs2 Damlanı, o isə Zəhranı götürüb yaşadığı evə getmişlər. Bıçağı yaşadığı evin həyətində olan qumun üstünə atmışdır. Təqsirləndirilən şəxs2 Damlanı evə qoyduqdan sonra dayısı qızı Nərgiz Nurullayevanın yaşadığı evə getmiş və bir neçə dəqiqə sonra yenidən onların yaşadığı evə qayıtmışdır. Yaşadığı evdə arvadı Şahid5 və anası Şahid4 Təqsirləndirilən şəxs2lə onu görmüşlər. Baş vermiş hadisəni olduğu kimi onlara danışmış, Təqsirləndirilən şəxs2lə birgə Könül Şahmarova və Ruslan Qarayevi öldürdüyünü demişdir. Təqsirləndirilən şəxs2 gəldikdən bir neçə dəqiqə sonra polis əməkdaşları evə gələrək onu yaxalayıb Cəlilabad RPŞ-yə aparmışlar. Orada sorğu zamanı törətdiyi əməli səmimi etiraf etmişdir. Hadisədən əvvəl Şahid1 ona Könül Şahmarova ilə Ruslan Qarayevin onların yaşadığı evin hamamında olması barədə məlumat verdikdən sonra artıq Könül Şahmarovanın əxlaqsız həyat tərzi sürdüyünə əmin olaraq onu öldürmək qərarına gəlmişdir. Buna görə evin mətbəxindən bıçaq götürərək onu şalvarının bel hissəsində gizlətmişdir. Sonra Təqsirləndirilən şəxs2 yuxudan oyadıb bu barədə ona məlumat vermiş və bu məsələni dəqiqəşdirmək üçün Könül Şahmarovanın yaşadığı evə getmək lazım olduğunu demiş və sonuncu onunla razılaşmışdır. Həmin vaxt, artıq saat 03 radələri olmaqla havanın qaranlıq vaxtı olmuşdur. Buna görə Könül Şahmarovanın yaşadığı evə tək getməyə ehtiyyat etmişdir. Öz ailə üzvlərinə, Könül Şahmarovanın özünə və ailə üzvlərinə Könül Şahmarovanın əxlaqsız həyat tərzi keçirdiyini desə də onlar bununla razılaşmamışlar. Şahid1 deməsinə görə qayınanası və qayınatası Şahid1 da əxlaqsızlıqla məşğul olduğunu desələr də Şahid1 bununla razılaşmayaraq onun yox, Könül Şahmarovanın əxlaqsız olduğunu demişdir. Buna görə Şahid1 ilə qayınanası və qayınatası arasında mübahisə olmuşdur. Şahid1 Könül X30 birlikdə evin hamamında olmasını ona deməsində məqsədi özünün yox, Könül Şahmarovanın əxlaqsızlıqla məşğul olduğunu sübut etmək olmuşdur. Şahid1 ona zəng edərək Könül Şahmarovanın yad kişi ilə evin hamamında olduqları barədə məlumat vermiş və aralarında başqa heç bir söhbət olmamışdır. Həmin bıçaq mətbəx bıçağıdır, ümumi uzunluğu təxminən 20-25 sm, dəstəyi qırılmış vəziyyətdə, tiyəsi isə gümüşü rəngdədir. Hadisədən əvvəl yaşadığı evin mətbəxindən bıçağı dəstəyi qırıq vəziyyətdə götürmüşdür. Həmin bıçaqla Könül Şahmarova və Ruslan Qarayevə zərbələr endirdiyinə görə bıçağın dəstəyinin olduğu hissə onun bıçağı tutduğu sol əlini kəsmiş və Ruslan Qarayevlə əlbəyaxa olduğuna görə bədəninin müxtəlif yerlərində sıyrıqlar olmuşdur. Ruslan Qarayevi öldürdükdən sonra uşaqları qucaqlarına götürüb yaşadığı evə gedəndə Təqsirləndirilən şəxs2 hər iki qolundan qan axdığını görüb başa düşmüşdür ki, onun qolları Ruslan Qarayevlə əlbəyaxa olan zaman sıyrılmışdır. Aldığı bədən xəsarətləri ilə bağlı heç bir şikayət və tələbi olmamışdır. Hadisə vaxtı hadisənin həyəcanından və ona qisas hissi gəldiyindən konkret neçə sayda Könül Şahmarova və Ruslan Qarayevə bıçaq zərbələri vurduğunu xatırlamamışdır. O, Könül Şahmarova və Ruslan Qarayevə çoxsaylı bıçaq zərbələri endirməklə onları öldürmüşdür. Könül Şahmarovanın yaşadığı evin həyətindəki yarımtikiliyə daxil olaraq orada təxminən 5 dəqiqə gizlənmiş, sonra Könül Şahmarovanın hamamdan çıxdığını görüb onun saçından tutmağı ilə onu öldürdükdən sonra ayağa qalxmağı təxminən 10-15 dəqiqə, Ruslan Qarayev onlara müqavimət göstərdiyinə görə onunla mübahisələri təxminən 15-20 dəqiqə çəkmiş, ümumilikdə hadisə yerində təxminən 30-40 dəqiqə olmuşlar. Hadisə zamanı əynində qara rəngli şalvar və qırmızı rəngli qısaqol köynək olmuşdur. Ruslan Qarayevin qulağını kəsəndə sonuncu ölməmiş, nəfəsi gəlmiş və xırıldamışdır. Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən heç bir zorakılığa məruz qalmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılanda ilkin sorğu zamanı törətdiyi əməli səmimi etiraf etmişdir. Əlavə olaraq, Təqsirləndirilən şəxs1 bildirmişdir ki, X28 öldürməkdə peşman deyildir, lakin X21 öldürməkdə peşmançılıq hissləri keçirmişdir. Məhkəmə iclasında, zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X43 ifadəsində göstərmişdir ki, X51 ilə evlənmişdir. Həmin nikahdan 8 övladı doğulmuşdur. Onlardan biri X31 olmuşdur. Aliyə Qarayeva təxminən 2006-cı ildə uzun sürən xəstəlikdən sonra vəfat etmişdir. 2007-ci ildə oğlu Ruslan X6 ilə evlənmiş və bu nikahdan 2015-ci il təvəllüdlü X37 anadan olmuşdur. Ruslan Qarayev ailəsi ilə birlikdə onlarla eyni kənddə, özünə məxsus fərdi yaşayış evində yaşamışdır. Ruslan Qarayev fərdi qaydada yaşayış evlərində təmir işləri ilə məşğul olmuşdur. Ruslan Qarayevin daimi iş yeri Bakı şəhərində olduğu üçün özü Bakı şəhərində, ailəsi isə Uzuntəpə kəndində olmuşdur. 22 iyul 2022-ci il tarixdə səhər saatlarında polis əməkdaşları ona zəng edərək oğlunun bıçaqlandığını və Cəlilabad RMX-da olması barədə məlumat vermişlər. O, xəstəxanaya getdikdə Cəlilabad RMX-nin meyitxanasından oğlunun meyitini təhvil alıb yaşadığı kənd qəbiristanlığında dəfn etmişdir. Sonradan polis əməkdaşlarından oğlunun 22 iyul 2022-ci il tarixdə gecə saatlarında ünvan 2 ünvanında yerləşən evə gedərək X35 ilə görüşməsi və həmin gün saat 03 radələrində həmin ünvanda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Ruslan Qarayevi və Könül Şahmarovanı çoxsaylı bıçaq zərbələri yetirməklə öldürməsini öyrənmişdir. Həmin vaxt, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlu Ruslan Qarayevi öz namuslarını təmizləmək üçün, yəni qısqanclıq zəminində öldürmüşlər. Buna görə oğlunun ölümü ilə bağlı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 heç bir şikayət və tələbi olmamışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanımamış, onlarla heç bir qohumluq əlaqələri, düşmənçilik və ya ədavəti olmamışdır. Məhkəmə iclasında, zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X22 ifadəsində göstərmişdir ki, 1990-cı ildə X38 ilə evlənmişdir. Həmin nikahdan X44, X36, X45 və X35 doğulmuşdur. 2013-cü ildə X35 bacısı Şiringülün oğlu X61 ilə evlənmişdir. Onların həmin nikahdan 2015-ci il təvəllüdlü X56 və 2018-ci il təvəllüdlü X57 doğulmuşdur. Könül Şahmarova ilə Emin Məmmədov arasında ilk əvvəl münasibətləri normal olmuşdur. Daha sonra isə onların münasibətləri pozulmuşdur. Qeyd edilən ünvanda oğlu X36, onun arvadı Şahid1, onların övladları, əri Atakişi Şahmarov özünə məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində yaşamışdır. Şahid1 onlarla yola gedə bilmədiyinə görə 2021ci ildə əri evi 2 hissəyə bölmüşdür. O, özü əri ilə birlikdə evin bir hissəsində, oğlu Şahmar Şahmarov, Şahid1 və övladları isə evin digər hissəsində yaşamışdır. Onun əri mütəmadi olaraq Rusiya Federasiyasına gedərək orada fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olmuşdur. 2021-ci ilin sentyabr ayında əri Rusiya Federasiyasına getmişdir. Könül Şahmarova övladları ilə birlikdə tez-tez yaşadıqları evdən çıxaraq onların yaşadıqları evə gedərək onlarla birlikdə qalmışdır. Sonuncu dəfə 2021-ci ilin qış aylarında qızı Könül Şahmarova övladlarını da götürüb onların yaşadığı ünvana gedərək onlarla birlikdə yaşamağa başlamışdır. O, Cəlilabad şəhərində yerləşən çörək sexində işləmişdir. Buna görə mütəmadi olaraq işə saat 01-02 radələrində getmişdir. Adəti üzrə 22 iyul 2022-ci il tarixdə saat 01 radələrində işə getmək üçün yaşadığı evdən çıxmışdır. Həmin vaxt evin özü yaşadığı hissəsində qızı Könül Şahmarova, onun övladları, evin digər hissəsində isə Şahid1 ilə övladı olmuşdur. Həmin gün saat 09 radələrində polis əməkdaşları istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək Könül Şahmarovanın meyitinin Cəlilabad RMXda olmasını demişlər. Könül Şahmarovanın meyitini xəstəxanadan götürərək Cəlilabad şəhərində yerləşən qəbiristanlıqda dəfn etmişlər. Sonradan bilmişdir ki, Məmmədov X41 Taleh Vitka oğlu ilə birlikdə qızı X39 və sonradan X31 olduğunu bildiyi şəxsi yaşadıqları evin həyətindəki yarımtikilinin dəhlizində bıçaq zərbələri vurmaqla öldürmüşlər. Baş vermiş hadisə zamanı özünə məxsus olan evin həyətindəki yarımtikilinin içərisində olan hamamın giriş qapısı hadisədən əvvəl də petlələrindən çıxmış və qəzalı vəziyyətdə olmuşdur. Hadisədən sonra həmin qapını yarımtikilinin dəhlizinin döşəməsində olduğunu görmüşdür. Həmin qapının yerindən çıxaraq zədələnməsi ilə bağlı heç bir şikayət və tələbi olmamışdır. Məkəmə iclasında, şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2018-ci ildə X36 ilə evlənmişdir. Bu nikahdan 2020-ci il təvəllüdlü X62 doğulmuşdur. Özü, əri, oğlu, qayınatası Atakişi Şahmarov, qayınanası Eyzangül Nurullayeva ilə qayınanasına məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində yaşamışlar. Qayınatası və qayınanası ilə yola gedə bilmədiyinə görə 2021-ci ildə əri evi 2 hissəyə bölmüşdür. O, özü əri ilə birlikdə və övladı evin bir hissəsində, qayınatası və qayınanası isə evin digər hissəsində yaşamışlar. Onun qayınatası Atakişi Şahmarov mütəmadi olaraq Rusiya Federasiyasına gedərək orada fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olmuşdur. 2021-ci ilin sentyabr ayında qayınatası Rusiya Federasiyasına getmişdir. 2022-ci ilin yanvar ayında əri, ərinin xalası oğlu Təqsirləndirilən şəxs1 və Seymur adlı şəxslə birlikdə Cəlilabad şəhərində noxud məhsulunu oğurladıqlarına görə Cəlilabad RPŞ tərəfindən həbs edilmişlər. Təqsirləndirilən şəxs1 təxminən 1-2 ay bundan qabaq həbsdən azad edilmiş, əri və Seymur adlı şəxs isə həbsdə qalmışdır. X35 onun ərinin bacısı, yəni baldızı olmuşdur. Könül Şahmarova əri X61 və övladları Zəhra və Damla ilə birlikdə eyni küçədə yaşamışlar. Könül Şahmarova əri ilə yola getmədiyi üçün tez-tez ərindən inciyərək onların yaşadığı evə gedərək valideynləri ilə birlikdə yaşamışlar. Sonuncu dəfə Könül Şahmarova 2021-ci ilin qış aylarında ərindən inciyərək yenidən övladları ilə birlikdə onların yaşadığı ünvana gəlmiş və həmin vaxtdan valideynləri ilə birlikdə yaşamağa başlamışdır. Həmçinin bildirmişdir ki, onun qayınanası çörək sexində işləmiş və adətən gecə saatlarında işə getmişdir. 22 iyul 2022-ci il tarixdə saat 02 radələrində qayınanası evdən çıxaraq işə getmişdir. Həmin vaxt oğlu ilə birlikdə evin onlara aid olan hissəsində olmuşdur. Könül Şahmarova və onun övladları isə evin onlara aid olan hissəsində olmuşdur. O, yaşadığı evin həyətinə daxil olduqdan sonra dərhal sağa dönərək düz getməklə onun və ailə üzvlərinin yaşadığı, evin onlara aid olan hissəsinin giriş qapısı qarşıya çıxmışdır. Evin həyətinə daxil olaraq düz getdikdən sonra sağa dönməklə qayınatası və qayınanasının yaşadığı, evin onlara aid olan hissəsinin giriş qapısı qarşıya çıxmışdır. Qayınanası işə getdikdən dərhal sonra, yəni həmin gün saat 02 radələrində Könül Şahmarova onun sevgi münasibətlərində olduğu X18 yaşadığı evə gəldiyini demişdir. X77 Şahmarova arasında sevgi münasibətlərinin olduğunu çoxdan bilmişdir. Ruslan Qarayev demək olar hər gün, gecə saatlarında qayınanası işə getdikdən sonra yaşadığı evə gələrək Könül Şahmarova ilə görüşür və intim münasibətdə olmuşlar. Könül Şahmarovanın uşaqlarının Ruslan Qarayevi görüb bu barədə atalarına məlumat verə bilməsi qorxusundan Ruslan Qarayev evə daxil olmamış, evin eyvanında onunla görüşmüşdür. X78 Qarayevlə evin həyətində olan hamamda cinsi əlaqədə olmuşlar. Könül Şahmarovanın birgə yaşadığı evdə başqa kişilərlə görüşdüyünü desə də qayınatası və qayınanası ona qızlarının elə hərəkət etmədiyini əksinə, onun özünün əxlaqsızlıqla məşğul olduğunu deyərək Könül Şahmarovaya böhtan atdığını bildirib onu danlamışlar. Buna görə özünün yox, Könül Şahmarovanın əxlaqsızlıqla məşğul olduğunu sübut etmək qərarına gəlmişdir. Könül Şahmarovanın qaynı Təqsirləndirilən şəxs1 da dəfələrlə ona Könül Şahmarovanın əxlaqsızlıqla məşğul olması barədə desə də sonuncuya bu barədə sübutunun olmadığını deyərək Təqsirləndirilən şəxs1 dediklərini inkar etmişdir. Həmin gün saat 03 radələrində Könül Şahmarovanın qaynı Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə öz istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən zəng edərək Könül Şahmarovanın yad kişi ilə birlikdə evin həyətində olan hamamda olduqlarını demişdir. O, özünün yox, Könül Şahmarovanın əxlaqsız qadın olduğunu öz qayınatası, qayınanası və Könül Şahmarovanın əri, qayınlarına sübut etmək üçün bu barədə məlumat vermişdir. Bu telefon danışığından təxminən 10-15 dəqiqə sonra Təqsirləndirilən şəxs1 xalası oğlu Təqsirləndirilən şəxs2 ilə birlikdə yaşadığı evin həyətinə daxil olaraq evin hamamının qarşısına getmişlər. Onlar evin həyətinə daxil olanda yaratdıqları səs-küydən həyətə onların daxil olduğunu başa düşüb evdən çıxaraq onların arxasınca düşmüşdür. Evin həyətindəki yarımtikilinin içərisində olan hamamın yerləşdiyi tərəfə dönəndə Təqsirləndirilən şəxs1 Könül Şahmarovanın əlləri ilə boğazından tutaraq “Sənə demişdim səni tutsam öldürəcəyəm. Bax bu gün həmin gündür. Sən mənim qardaşımın boyunu yerə soxdun” ifadələri işlətməklə onun baş və sinə nahiyələrinə zərbələr endirmişdir. Həmin vaxt həyəcanlı olmuş və hadisə bir anın içərisində baş vermişdir. Bununla yanaşı yarımtikilinin içərisində işıqlanma olmadığı üçün Təqsirləndirilən şəxs1 əvvəlcə Könül Şahmarovanı nə ilə vurduğunu görə bilməmişdir. Həmin vaxt X80 Məmmədova “Bıçağı əlindən yerə at” ifadəsini işlədəndə başa düşmüşdür ki, Təqsirləndirilən şəxs1 əlində bıçaq var və ona bıçaq zərbələri endirir. Təqsirləndirilən şəxs1 əlindəki bıçaqla Könül Şahmarovaya daha bir neçə bıçaq zərbələri endirdikdən sonra Könül Şahmarova yerə yıxılmışdır. Təqsirləndirilən şəxs1 Könül Şahmarovaya bıçaq zərbələri endirən zaman Könül Şahmarova əllərini qarşıya tutmaqla Təqsirləndirilən şəxs1 itələyərək ondan yaxa qurtarmağa çalışsa da bunu bacarmamışdır. O, da qışqırıb səs-küy salmaqla Təqsirləndirilən şəxs1 etdiyi hərəkətləri dayandırmağa səsləmiş və Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 sakitləşdirməsini istəmişdir. Həmin vaxt, Təqsirləndirilən şəxs2 cavabında “Sən qarışma, mənlik deyil” cavabını vermişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs2 hamamın qapısını əli ilə tutaraq və ayağı ilə dayaq verməklə Ruslan Qarayevin qapını açaraq hamamdan çölə çıxmasının qarşısını almışdır. Ruslan Qarayev isə hamamın qapısını döyəcləməklə oradan çıxmaq istəmiş, lakin Təqsirləndirilən şəxs2 buna imkan verməmişdir. Təqsirləndirilən şəxs1 Könül Şahmarovaya daha bir neçə bıçaq zərbələri endirdikdən sonra Könül Şahmarova yerə yıxılmış və xırıldamışdır. Bu vaxt Könül Şahmarovanın uşaqlarının qışqırtı səsini eşidib evə getmişdir. Həmin vaxt, uşaqların səsküyünü eşidib ağlamasını görmüşdür. Uşaqları evdən çölə çıxmağa qoymamış, evin giriş qapısını bağlamışdır ki, uşaqlar evdən çölə çıxıb hadisənin şahidi olmasınlar. Evdən çölə çıxıb yenidən hamamın qarşısına getmişdir. Həmin vaxt, Təqsirləndirilən şəxs2 hamamın qapısını açmış və Ruslan Qarayev hamamdan çölə çıxmışdır. Ruslan Qarayev çölə çıxarkən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onu tutmağa çalışmış, Ruslan Qarayev isə onlardan yaxa qurtarmaq üçün onlara tərəf yumruq zərbələri vurmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs2 hər iki əli ilə Ruslan Qarayevin əllərindən tutmuşdur ki, o müqavimət göstərə bilməsin. Ruslan Qarayevin müqavimət göstərə bilmədiyini görüb Təqsirləndirilən şəxs1 əlindəki X59 bədən nahiyələrinə ardıcıl bıçaq zərbələri vurmuşdur. Həmin vaxt, Təqsirləndirilən şəxs2 Ruslan Qarayevin hər iki əlindən öz əlləri ilə tutmaqla Ruslan Qarayevin müqavimət göstərməsinin qarşısını almağa çalışmışdır. Bununla yanaşı bir əlini Ruslan Qarayevin əlindən buraxmaqla həmin əlin yumruq zərbələri ilə o da Ruslan Qarayevin baş və sinə nahiyələrinə ardıcıl zərbələr endirmişdir. Təqsirləndirilən şəxs1 Ruslan Qarayevə bıçaq zərbələri endirmiş, Təqsirləndirilən şəxs2 həm Ruslan Qarayevi əlləri ilə tutmuş, həm də ona yumruq zərbələri endirmiş, Ruslan Qarayev isə dartınaraq, çırpınmaqla onlardan yaxa qurtarmağa çalışmışdır. Onlar dartışa-dartışa yarımtikilidən çıxaraq evin həyətinə daxil olmuşlar. Bu vaxt qonşuları İsmayıl adlı şəxs, sonra isə onun arvadı Həbibə adlı şəxs onların yaşadıqları evin həyətinə daxil olmuşlar. Hadisə vaxtı TTYŞ-yə bir neçə dəfə zəng edərək hadisə barədə məlumat vermiş və İsmayıl və Həbibə adlı şəxslərdən də yenidən TTYŞ-yə zəng etmələrini istəmişdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Ruslan Qarayev dartışa-dartışa evin onların yaşadığı hissəsinin giriş qapısının qarşısına getdiklərini görmüşdür. Sonra Təqsirləndirilən şəxs1 onların yaşadığı evə daxil olaraq Damla və Zəhranı evdən çölə çıxarmış, Təqsirləndirilən şəxs1 Zəhranı, Təqsirləndirilən şəxs2 isə Damlanı qucağında tutmaqla evdən çıxıb getmişlər. Həyətdən çıxan zaman Təqsirləndirilən şəxs1 ondan zəng edib hadisə barədə X60 məlumat verməyini istəmiş, Təqsirləndirilən şəxs2 isə ona “Xəbərim yoxdu mənim” ifadəsini işlətmişdir. Bir neçə dəqiqə sonra TTYŞ-nin avtomobili gələrək Könül Şahmarovanın meyitini Cəlilabad RMX-ya aparmışdır. Ruslan Qarayevin meyiti isə öldüyü yerdə qalmışdır. Bundan sonra hadisə yerinə Daxili İşlər və Prokurorluq orqanlarının əməkdaşları gəlmişlər. Məhkəmə iclasında, şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, oğlu X61 2013-cü ildə bacısı X7 Könül Atakişi qızı ilə evlənmişdir. Həmin nikahdan 2015-ci il təvəllüdlü X56 və 2018-ci il təvəllüdlü X57 doğulmuşdur. Könül Şahmarova ilə ilk əvvəl münasibətləri normal olmuş, daha sonra isə onunla oğlu arasında olan münasibətləri pozulmuşdur. Könül Şahmarova tez-tez yaşadığı evdən çıxaraq ana, atası, qardaşı və qardaşının ailəsinin yaşadığı onlarla qonşuluqda yerləşən ünvana gedərək orada qalmışdır. Sonuncu dəfə 2021-ci ilin qış aylarında Könül Şahmarova övladlarını da götürüb valideynləri yaşayan ünvana getmiş və orada yaşamışdır. O, aradabir həmin ünvana gedərək onlara baş çəkmişdir. Onun oğlu Emin Məmmədov Bakı şəhəri, Qaradağ rayonunda yerləşən daş karxanalarının birində fəhlə işlədiyi üçün ayın bir çox gününü işdə, bir neçə gününü isə daimi yaşadığı ünvanda keçirmişdir. Buna görə Könül Şahmarova nəzarətsiz qalmışdır. Bundan başqa Könül Şahmarova ilə evləndikləri bir neçə gün sonra gecə vaxtı tanımadığı şəxs yaşadığı evin Könül Şahmarovaya aid olan otaqdan çıxdığını görsələr də Könül Şahmarova heç kimlə görüşmədiyini deyərək həmin ittihamları qəbul etməmişdir. Bundan sonra bir neçə dəfə də Könül Şahmarovanın başqa kişi cinsli şəxslərlə görüşdüyü və münasibətinin olduğundan şübhələnib bu barədə oğlu Könül Şahmarovanın özünə və anasına iradlarını bildirmişdir. Ancaq onlar bu məlumatların yalan olduğunu oğluna demişlər. Onun digər oğlu Təqsirləndirilən şəxs1 2021-ci ildə Şahid5 ilə evlənmiş və onlarla birlikdə ünvan 5 ünvanında yaşamağa başlamışlar. Hazırda Şahid5 bətnində uşaq olmuş və bir neçə ay sonra doğum həyata keçirəcəkmiş. 21 iyul 2022-ci il tarixdə saat 18 radələrində yaşadığı evə bacısı X1 Taleh Vitka oğlu getmişdir. Həmin gün evdə özü, Şahid5, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olmuşdur. 22 iyul 2022ci il tarixdə saat 06 radələrində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Emin Məmmədovun iki qız övladının evin həyətində olduğunu görmüşdür. Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 geyim əşyalarının qan içərisində olduğunu və Təqsirləndirilən şəxs1 əlində bıçaq olduğunu görüb nə baş verdiyini onlardan soruşmuşdur. Təqsirləndirilən şəxs1 sol əlindən qan gəlmiş və əlinə diqqətlə baxanda kəsiklər olmasını görmüşdür. Həmin vaxt, Təqsirləndirilən şəxs1 ona Könül Şahmarovanı yaşadığı evin həyətindəki hamamda sonradan X31 olduğunu bildiyi şəxslə gördükdə Təqsirləndirilən şəxs2lə birlikdə əvvəlcə Könül Şahmarovanı sonra isə Ruslan Qarayevi öldürdüyünü bildirmişdir. Həmin vaxt şok keçirdiyindən Təqsirləndirilən şəxs1 inanmamış və Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 danışdıqlarının doğru olub-olmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 danışdıqlarının doğru olduğunu, Təqsirləndirilən şəxs1la birlikdə Könül Şahmarova ilə Ruslan Qarayevi öldürdüklərini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 evdən çıxıb getmişdir. Təqsirləndirilən şəxs1 isə əlindəki bıçağı evin həyətində olan qumun üzərinə atıb evə daxil olmuşdur. Bir neçə dəqiqə sonra polis əməkdaşları yaşadığı evə gələrək Təqsirləndirilən şəxs1 yaxalayıb aparmışlar. Həmin gün Təqsirləndirilən şəxs2 də polis əməkdaşları tərəfindən tutulduğunu öyrənmişdir. Cinayətin aləti olan bıçağı Təqsirləndirilən şəxs1 əlində görəndə həmin bıçağın formasından və dəstəyinin qırıq olmasından həmin bıçağın məişət işlərində istifadə etdiyi, evin mətbəxində olan bıçaq olmasını bilmişdir. Baş vermiş hadisə barədə Təqsirləndirilən şəxs1 ona məlumat verdikdən sonra hadisənin şok vəziyyətində olduğu üçün hadisə barədə hüquq mühafizə orqanlarına məlumat verməmişdir. Məhkəmə iclasında, şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, qeyd edilən ünvanda arvadı Şahid3 ilə birlikdə yaşamışdır. X35 onunla qonşuluqda yaşamışdır. Onların yaşadığı ev özləri tərəfindən iki yerə bölünmüşdür. Həmin evin bir hissəsində Könül Şahmarova, onun uşaqları və anası Eyzangül Şahmarova, evin digər hissəsində isə Şahid1 və uşağı yaşamışdır. Onlarla münasibətləri yaxşı olmuş, qohumluq əlaqələri, düşmənçilik və ya ədavəti olmamışdır. 22 iyul 2022-ci il tarixdə saat 03 radələrində evdə olduğu vaxt qonşuluqdan qışqırtı səslərinin gəldiyini eşidib evdən çölə çıxıb səsin gəldiyi tərəfə gedəndə həmin səsin Könül Şahmarova və ailə üzvlərinin yaşadığı evdən gəldiyini bilmişdir. O, çəpərdən keçməklə Könül Şahmarovanın və ailə üzvlərinin yaşadığı evə daxil olmuşdur. Həmin həyətdə yerləşən yarımtikilinin qarşısında Şahid1 qışıqırıb kömək istədiyini görmüşdür. Şahid1 qarşısından keçməklə yarımtikilinin dəhlizinə daxil olanda Könül Şahmarovanın yerdə uzanıqlı vəziyyətdə və qanın içində çırpındığını görmüşdür. Nə baş verdiyini Şahid1 soruşduqda sonuncu Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Könül Şahmarova və sonradan X31 olduğunu bildiyi şəxsi bıçaqla vuraraq öldürdüklərini demişdir. Həmin vaxt Könül Şahmarova xırıldamış və ölməmişdir. Lakin, hadisə yerində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 görməmişdir. Buna görə istifadəsində olan ***-***-**-** və ya ***-***-**-** mobil telefon nömrəsindən X85 “103” çağırış nömrəsinə zəng edərək məlumat vermişdir. Bir neçə dəqiqə sonra TTYŞ avtomobili Könül Şahmarovanı gəlib oradan götürmüşdür. TTYŞ-nin həkimləri Könül Şahmarova və Ruslan Qarayevin meyitlərini yoxladıqdan sonra artıq onların öldüklərini demişlər. Bundan bir neçə dəqiqə sonra hadisə yerinə arvadı Şahid3 da gəlmişdir. X71 Məmmədov və Təqsirləndirilən şəxs2 bıçaqla vuraraq öldürmələrini demişdir. Bundan sonra hadisə yerinə polis və prokurorluq orqanlarının əməkdaşları gəlmişlər. Hadisə vaxtı həyəcandan və qorxduğundan hüquq mühafizə orqanlarına məlumat verməmişdir. Ancaq özünü toparlayıb TTYŞ-ə məlumat vermişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə eyniməzmunlu ifadə verərək onun dediklərini təsdiqləmişdir. Məhkəmə iclasında, şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, 2021-ci ildə Təqsirləndirilən şəxs1 ilə evlənmiş və onunla birlikdə Cəlilabad şəhəri, Səttarxan küçəsi ev 123 ünvanında yaşamağa başlamışdır. Onlarla birlikdə əri Təqsirləndirilən şəxs1 X82 da yaşayırdı. Emin Məmmədovun həyat yoldaşı Könül Şahmarova və uşaqları Damla ilə Zəhra Könülün valideyinlərinə məxsus onlarla qonşuluqda yerləşən evdə yaşamışlar. Həmin müddətdə X86 Şahmarovanın arasında olan münasibətlər qaydasında olmadığı üçün onlar ayrı-ayrı yaşamışlar. 21 iyul 2022-ci il tarixdə saat 18 radələrində yaşadığı evə Elşənin xalası oğlu Təqsirləndirilən şəxs2 gəlmişdir. Həmin gün evdə o, qaynanası Şiringül, əri Elşən və Təqsirləndirilən şəxs2 olmuşdur. 22 iyul 2022-ci il tarixdə gecə saat 03 radələrində əri Təqsirləndirilən şəxs1 mobil telefonuna zəng gəlmiş və o, telefonla danışmaq üçün bayıra çıxmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs1 ona kiminlə danışmasını deməmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2lə birlikdə evdən çıxaraq harasa getmişlər. Elşən kobud xasiyyətli adam olduğu üçün həmin vaxt o, ondan evdən çıxmasının səbəbini soruşmamışdır. Bir müddət sonra həyətdə səs eşidərək çölə çıxdıqda Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və qaynı Eminin uşaqları Damla ilə Zəhranın həyətdə olduğunu görmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 üstbaşının qan içərisində olduğunu və Elşənin əlində bıçaq olduğunu görmüş nə baş verdiyini onlardan soruşmuşdur. Həmin vaxt, Təqsirləndirilən şəxs1 ona Könül Şahmarovanı yaşadığı evin həyətindəki hamamda sonradan adının Ruslan olduğunu bildiyi şəxslə gördükdə Təqsirləndirilən şəxs2lə birlikdə əvvəlcə Könülü sonra isə Ruslanı öldürdüyünü demişdir. Həmin vaxt şok keçirdiyindən Təqsirləndirilən şəxs1 inanmamış və Talehdən Elşənin danışdıqlarının doğru olub-olmadığını soruşmuşdur. Bu zaman, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 danışdıqlarının doğru olduğunu, Elşənlə birlikdə Könül və Ruslanı öldürdüklərini demişdir. Bundan sonra, Təqsirləndirilən şəxs2 evdən çıxıb getmişdir. Təqsirləndirilən şəxs1 isə əlindəki bıçağı evin həyətində olan qumun üzərinə atıb evə daxil olmuşdur. Bundan bir neçə dəqiqə sonra polis əməkdaşları yaşadığı evə gələrək Elşəni yaxalayıb aparmışlar. Həmin gün Təqsirləndirilən şəxs2 də polis əməkdaşları tərəfindən tutulduğunu öyrənmişdir. Bundan başqa onun yaşadığı evə polis əməkdaşları gələrək cinayətin aləti olan bıçağın yerini oindan soruşmuşlar. O, da Təqsirləndirilən şəxs1 bıçağı atdığı yeri polis əməkdaşlarına göstərmişdir. Cinayət işi materiallarına əlavə edilmiş X20 meyitinə və geyim əşyalarına baxış aparılması haqqında protokoldan görünür ki, meyitin əynində aşağıdakı paltarlar vardır: qarışıq materildan hazırlanmış ön hissəsində yazıları ağ rəngli qısaqol köynək, köynəyin demək olar ki, bütün hissələri tünd qırmızı rəngli qana bulaşmışdır və üzərində torpaq hissəcikləri vardır. Köynəyin uzunluğu 53 sm, eni 48 sm, hər bir qolunun uzunluğu isə 11 sm-dir. Köynəyin ön tərəfində “Creep it real” yazıları yazılmışdır. Köynəyin boyun nahiyəsinə tikilmiş etiketin üzərinə “Nirrel” yazısı həkk olunmuşdur. Köynəyin ön səthinin yuxarı və aşağı hissəsində bir çox hissədə deşilmiş-kəsilmiş zədələr vardır; Qarışıq materialdan hazırlanmış qara rəngli şalvar, şalvarın bir çox hissəsi qanla və torpaq hissəcikləri ilə bulaşmış vəziyyətdədir. Uzunluğu 87 sm və bel hissəsinin eni 27 sm-dir. Şalvarın bel hissəsi rezin tiplidir, daxilinə ağ rəngli parça etiket tikilmiş və üzərinə “Polkan Homewear” yazıları yazılmışdır. Şalvarın sol ayaqlığının üzərində iki yerdə deşilmişkəsilmiş zədələr vardır. Qeyd olunan paltarlar köhnədir. Paltarlar soyundurularkən meyit qadın cinsli olub, düzgün bədən quruluşlu, kafi köklükdədir. Boyunun uzunluğu 160 sm-dir. Toxunduqda meyit soyuqdur, meyit qacıması yoxlanılan əzələ qruplarında kəskin inkişaf etmişdir. Meyit ləkələri göyümtül-bənövşəyi rəngdə olub meyitin arxa əthində yerləşmişdir. Ləkələr barmaqla təzyiq etdikdə avazayır, təzyiq götrüldükdən 50-60 saniyə sonra öz əvvəlki rəngləri bərpa olunur. Başında 25-30 sm uzunluğunda qaramtıl- şabalıdı rəngli tükləri vardır. Başın tüklü hissəsi xəsarətsizdir. Qulaq seyvanları adi formada olub tamdır. Hər iki xarici qulaq keçəcəyi sərbəstdir. Gözləri açıqdır, buynuz qişaları şəffafdır, bəbəkləri dairəvi formada olub diametrləri 0,6sm-ə müvafiqdir. Yoxlanılarkən burun və üz skleti sümükləri tamdır. Hər iki xarici burun keçəcəyi sərbəstdir. Ağzı yarımaçıqdır, görünən dişləri özününküdür, tamdır. Boynu adi qalınlıqda və uzunluqdadır, meyit qacıması fonunda hərəkətlidir. Döş qəfəsi silindirik formada olub simmetrikdir. Əllədikdə sümük divarında patoloji hərəkət hiss olunmur. Qarnı qabırğa qövslərindən aşağı səviyyədə yerləşmişdir. Xarici cinsiyət üzvləri qadın cinsində düzgün inkişaf etmişdir, anal dəliyi qapalıdır, ətrafı dəyişiksizdir. Ətrafları düzgün inkişaf etmişdir, yoxlanılarkən uzun borulu sümükləri tamdır. Meyitin bədəni üzərində aşağıdakı xəsarətlər vardır: 1-2. Sağ bazunun yuxarı və aşağı 1/3 hissəsinin bayır-səthində 2 (iki) ədəd; 3. Sol bazunun yuxarı 1/3 hissəsinin ön-bayır səthində 1 (bir) ədəd; 4-5. Sol budun yuxarı 1/3 hissəsinin ön səthində 2 (iki) ədəd; 6. Sol körpücükaltı nahiyədə 1 (bir) ədəd; 7. Döş qəfəsinin sağ yarısının ön səthində sağ ön qoltuq xətti üzrə 2-3-cü qabırğaarası sahədə 1(bir) ədəd; 8. Döş qəfəsinin sol yan səthində sol ön qoltuq xətti üzrə 7-ci qabırğa səviyyəsində daxilə nüfüz edən 1 (bir) ədəd; 9. Döş qəfəsinin ön səthində sağ döşyanı xətt üzrə 10-11-ci qabırğaarası sahədə 1 (bir) ədəd, ümumilikdə 09 (doqquz) ədəd 1,7x0,5 sm-dən 2,5x1,0 sm-dək kənarları hamar, qurtaran ucları iti, müxtəlif istiqamətlərdə yerləşmiş düzxətt şəkilli yaralar. Meyitin xarici müayinəsi zamanı bədən səthində yuxarıda qeyd olunanlardan başqa hər hansı xəsarət və ya xəsarət izi aşkar edilmədi. Cinayət işi materiallarına əlavə edilmiş, hadisə yerinə baxış aparılması haqqında protokoldan görünür ki, hadisə yeri ünvan 2 ünvanıdır. Evin həyətinin giriş hissəsinin divarları dəmir çəpərlə hasarlanmışdır. Həyətin giriş qapısı dəmir materialdandır və boz rəngdədir. Giriş qapısından baxdıqda girişdən sağ tərəfdə fərdi yaşayış evi, sol tərəfdə isə yarıtikili görünür. Həyətə girdikdə giriş qapısından 4 metr aralı məsafədə X18 meyiti aşkar edildi. Meyitin üzərində çoxsaylı bıçaq xəsarətləri var və meyitin sağ qulaq seyvanı kəsilmiş vəziyyətdədir. Evin həyətində olan yarıtikili dəhliz, 4 otaq və hamamdan ibarətdir. Yarıtikilinin dəhlizinin döşəməsində geniş ərazini əhatə edən qanabənzər ləkələr vardır. Hamamın içərisinə baxdıqda yerdə 2 ədəd plastik su qutusu, 2 ədəd odeyal, qadın cinsinə aid alt geyim paltarları və əski parçaları görünür. Hamamın qapısı hamamın girişinin qarşısında- yarıtikilinin dəhlizində yerindən çıxarılmış vəziyyətdədir. Yarıtikilinin otaqları boşdur, şübhəli heç bir hal yoxdur. Yarıtikiliin giriş hissəsinin sol tərəfində yerləşən divarın üzərində damcı-damcı olmaqla, eləcə də yayılmış halda qanabənzər ləkələr vardır. Yarıtikilinin girişindən Ruslan Qarayevin meyitinin olduğu yerə qədər hissədə evin həyətinin döşəməsində damcı-damcı olmaqla, eləcə də yayılmış çox sayda qanabənzər ləkələr vardır. Bununla yanaşı həyətin giriş qapısından daxil olduqda sağ tərəfdə- evin həyətinin dəmir hasarının üzərində yayılmış qanabənzər ləkələr vardır. Cinayət işi materiallarına əlavə edilmiş, X18 meyitinə və geyim əşyalarına baxış aparılması haqqında protokoldan görünür ki, meyitin əynində aşağıdakı paltarlar vardır: qarışıq materialdan hazırlanmış qara rəngli qısaqol köynək, köynəyin demək olar ki, bütün hissələri tünd qırmızı rəngli qana və torpaq hissəciklərinə bulaşmış vəziyyətdədir, köynəyin ümumi uzunluğu 54 sm, eni 44 sm və qollarının ayrılıqda uzunluqları 19 sm-dir. Köynəyin ön səthinə və qollarının üst hissəsinə bej rəngli hərflərlə “Mercedes benz” yazıları yazılmış və boyun nahiyəsinə daxildən tikilmiş qırmızı rəngli parça etiketin üzərinə isə “Mahdo XXL” yazıları yazılmışdır. Köynəyin ön və arxa səthinin yuxarı və aşağı hissələrində bir neçə yerdə deşilmiş-kəsilmiş zədələr vardır; Üzərində qara rəngli bel kəməri olan cins materialdan hazırlanmış qara rəngli şalvar, şalvarın çox hissəsi qanla və torpaq hissəciklərinə bulaşmış vəziyyətdədir. Şalvarın uzunluğu 100 sm və belinin eni 35 sm-dir. Şalvar ön tərəfdən metal zəncirbənd və metal düymə ilə bağlanılır, şalvarın iki ədəd ön, bir ədəd kiçik və iki ədəd arxa cibi vardır. Şalvarın ciblərindən Ruslan Qarayevə məxsus şəxsiyyət vəsiqəsi, 56 (əlli altı) manat məbləğində pul, bir ədəd qulaqlıq və bir qutu “Dirol” saqqızı aşkar edildi. Şalvarın sağ bel hissəsinə daxildən tikilmiş qara rəngli etiketin üzərinə “Zara” yazısı yazılmışdır. Paltarlar soyundurularkən meyit kişi cinsli olub, düzgün bədən quruluşlu, kafi köklükdədir. Boyunun uzunluğu 165 sm-dir. Toxunduqda meyit soyuqdur, meyit qacıması yoxlanılan əzələ qruplarında kəskin inkişaf etmişdir. Meyit ləkələri göyümtül-bənövşəyi rəngdə olub meyitin arxa səthində yerləşmişdir. Ləkələr barmaqla təzyiq etdikdə avazayır, təzyiq götrüldükdən 1,5-2 dəqiqə sonra öz əvvəlki rəngləri bərpa olunur. Başında 4-5 sm uzunluğunda qara rəngli seyrək tükləri vardır. Başın tüklü hissəsi xəsarətsizdir. Başın sağ gicgah-yanaq nahiyəsində 11x9 sm. ölçüdə parça şəkilli sallanan yara vardır. Həmin yaranın üzərində sağ qulaq seyvanı dibindən kəsilərək sallanmış vəziyyətdədir. Sol qulaq seyvanları adi formada olub tamdır, sol qulaq keçəcəyi sərbəstdir. Gözləri yarımaçıqdır, buynuz qişaları şəffafdır, bəbəkləri dairəvi formada olub diametrləri 0,6 sm-ə müvafiqdir. Yoxlanılarkən burun və üz skleti sümükləri tamdır. Hər iki xarici burun keçəcəyi sərbəstdir. Ağzı qapalıdır, görünən dişləri özününküdür, tamdır. Boynu adi qalınlıqda və uzunluqdadır, meyit qacıması fonunda hərəkətlidir. Döş qəfəsi silindirik formada olub simmetrikdir. Əllədikdə sümük divarında patoloji hərəkət hiss olunmur. Meyitin bədəni üzərində aşağıdakə xəsrətlər vardır: 1-2. Döş qəfəsinin sol yarısının ön səthində sol döşyanı xətt üzrə 4-cü və 10-cu qabırğa səviyyəsində, daxilə nüfüz edən hərəsində 1 (bir) ədəd; 3. Döş qəfəsinin sağ yan səthində sağ ön qoltuq xətti üzrə 10-11-ci qabırğaarası səviyyəsində daxilə nüfuz edən 1(bir) ədəd; 4. Döş qəfəsinin sağ yan səthində sağ orta qoltuq xətti üzrə 10-cu qabırğa səviyyəsində 1 (bir) ədəd; 5. Qarnın sağ yarısının ön divarında 1 (bir) ədəd; 6. Sağ saidin orta 1/3 hissəsinin içəri səthində 1(bir) ədəd; 7. Sağ saidin aşağı 1/3 hissəsinin bayır səthində 1(bir) ədəd, ümumilikdə 07(yeddi) ədəd kənarları hamar, bir qurtaran ucu iti, müxtəlif istiqamətlərdə yerlşəmiş düzxətt şəkilli 1,2x0,5 sm-dən 2,5x0,2 sm-dək yaralar. Qarnı qabırğa qövsləri ilə bərabər səviyyədə yerləşmişdir. Xarici cinsiyyət üzvləri kişi cinsli olub düzgün inkişaf etmişdir. Anal dəliyi qapalıdır, ətrafı dəyişiksizdir. Ətrafları düzgün inkişaf etmişdir. Yoxlanılarkən uzun borulu sümükləri tamdır. Meyitin xarici müayinəsi zamanı bədən səthində yuxarıda qeyd olunanlardan başqa hər hansı xəsarət və ya xəsarət izi aşkar edilmədi. Cinayət işi materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs1 geyim əşyalarına baxış aparılması haqqında protokoldan görünür ki, 1) Köynək tünd qırmızı rənglidir, qarışıq materialdan hazırlanmışdır, qısaqollu və boyunluqludur. Ön tərəfi metal zəncirbəndlə bağlanılır. Köynəyin ön sol döş hissəsində emblem vardır. Köynəyin üzərində bir neçə yerdə qırmızı rəngli qanabənzər ləkələr və torpaq hissəcikləri vardır. Köynəyin üzərində digər şübhəli hala rast gəlinmədi. 2) Şalvar qara rənglidir, cins materialdan hazırlanmışdır, şalvar öndən zəncirbənd və metal düymə ilə bağlanılır, şalvarın iki ədəd yan, bir ədəd kiçik, iki ədəd arxa cibi vardır. Şalvarın arxa hissəsində üzərində “Gucci” sözü yazılmış emblem vardır. Şalvarın üzərində bir neçə yerdə qırmızı rəngli qanabənzər ləkələr və torpaq hissəcikləri vardır. Şalvarın üzərində digər şübhəli hala rast gəlinmədi. Cinayət işi materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs2 geyim əşyalarına baxış aparılması haqqında protokoldan görünür ki, 1) Köynək qara rəngdədir, qısaqolludur, qarışıq materialdan hazırlanmışdır, köynəyin boyun hissəsində üzərində “Berges” sözü yazılmış emblem bərkidilmişdir. Köynəyin üzərində bir neçə yerdə qırmızı rəngli qanabənzər ləkələr və torpaq hissəcikləri vardır. Köynəyin üzərində digər şübhəli hala rast gəlinmədi. 2) Şalvar mavi rəngdədir, cins materialdan hazırlanmışdır, şalvar öndən zəncirbənd və metal düymə ilə bağlanılır, şalvarın iki ədəd yan, bir ədəd kiçik, iki ədəd arxa cibi vardır. Şalvarın bel hissəsində daxildən üzərində “Zara” yazısı olan etiket tikilmişdir. Şalvarın arxa sağ tərəfində üzərində “Zara Denim” yazıları olan emblem bərkidilmişdir. Şalvarın üzərində bir neçə yerdə qırmızı rəngli qanabənzər ləkələr və torpaq hissəcikləri vardır. Şalvarın üzərində digər şübhəli hala rast gəlinmədi. Cinayət işi materiallarına əlavə edilmiş, baxış aparılması haqqında protokoldan görünür ki, baxış aparılan yer Cəlilabad şəhəri, Səttarxan küçəsi ev 123 ünvanında yerləşən fərdi yaşayış evinin həyətidir. Həyətin giriş qapısı olan darvazanı döydükdə darvazanı Şahid5 açaraq Təqsirləndirilən şəxs1 arvadı olduğunu bildirmişdir. Ona cinayətin aləti olan bir ədəd bıçağın onların yaşadığı ünvanda olub-olmadığı barədə soruşulduqda baxış iştirakçılarını yaşadığı evin həyətinə dəvət etdi. Darvazadan daxil olduqdan sonra qarşıya fərdi yaşayış evi çıxır. Şahid5 Təqsirləndirilən şəxs1 cinayət hadisəsini törədib yaşadıqları evə gələrək fərdi yaşayış evinin giriş qapısından çıxdıqda qarşıda sol tərəfdə ətrafı kərpiclərlə örtülmüş sahəyə bıçağı atdığını bildirdi. Kərpiclərin üzərində dibçəklər, onların içərisində müxtəlif bitkilər vardır. Kərpiclə əhatə olunmuş sahənin döşəməsi qumla örtülmüşdür. Kərpiclərin aşağı hissəsində, qumun üzərində bir ədəd bıçaq aşkar edildi. Həmin bıçaq qatlanmayan tiplidir, tiyə və dəstəkdən ibarətdir, ümumi uzunluğu 24 sm, dəstəyinin uzunluğu 12 sm. və tiyəsinin uzunluğu isə 12 sm-dir. Bıçağın dəstəyinə bərkidilmiş qara lövhələr sınmışdır. Dəstəyin özü gümüşü rəngdədir. Dəstəyin üzərində qanabənzər ləkələr vardır. Bıçağın tiyəsi gümüşü rəngdədir. Tiyənin sol səthi üzərində, əsasından 20 mm məsafədə, şaquli istiqamətdə «Sanliu 666 ®» yazıları və işarələr vardır. Tiyənin üzərində qanabənzər ləkələr vardır. Cinayət işi materiallarına əlavə edilmiş, əşyanın tanınmasının aparılması haqqında protokoldan görünür ki, tanıyan Təqsirləndirilən şəxs1 təqdim edilən əşyaları nəzərdən keçirib göstərdi ki, 22 iyul 2022-ci il tarixdə saat 03 radələrində X35 və X21 öldürmək qərarına gəldikdən sonra yaşadığı evin mətbəxindən əsasən məişətdə istifadə olunan bıçağı götürmüş və həmin bıçağın zərbələri ilə zərərçəkmiş şəxsləri öldürmüşdür. Ona təqdim olunan 3 ədəd bıçağın içərisindən formasından, uzunluğundan, dəstəyinin və tiyəsinin rənglərindən, dəstəyinə bərkidilmiş plastmas hissəsinin qırıq vəziyyətdə olması əlamətlərinə görə 3-cü yerdə olan bıçağın zərərçəkmiş şəxsləri öldürdüyü bıçaq olmasını tanımışdır. Cinayət işi materiallarına əlavə edilmiş, əşyanın tanınmasının aparılması haqqında protokoldan görünür ki, tanıyan Təqsirləndirilən şəxs2 təqdim edilən əşyaları nəzərdən keçirib göstərdi ki, 22 iyul 2022-ci il tarixdə saat 03 radələrində Təqsirləndirilən şəxs1 ilə birlikdə X35 və X21 öldürmək qərarına gəldikdən sonra Təqsirləndirilən şəxs1 yaşadığı evin mətbəxindən əsasən məişətdə istifadə olunan bıçağı götürmüş və Təqsirləndirilən şəxs1la birlikdə həmin bıçağın zərbələri ilə zərərçəkmiş şəxsləri öldürmüşlər. Ona təqdim olunan 3 ədəd bıçağın içərisindən formasından, uzunluğundan, dəstəyinin və tiyəsinin rənglərindən, dəstəyinə bərkidilmiş plastmas hissəsinin qırıq vəziyyətdə olması əlamətlərinə görə 3-cü yerdə olan bıçağın zərərçəkmiş şəxsləri öldürdüyü bıçaq olmasını tanımışdır. Cinayət işi üzrə məhkəmə tibbi ekspertizasının keçirilməsinə dair Səhiyyə Nazirliyinin “Məhkəmə tibbi ekspertizası və patoloji anatomiya birliyi” PHŞ-nin Cəlilabad rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 613 nömrəli rəyindən görünür ki, 1. Vət. Təqsirləndirilən şəxs1 sol əlin ovuc səthində və sol əlin 3-cü barmağında kəsilmiş səthi yara müəyyən olundu, müəyyən olunan xəsarətlər kəsici əşyanın (əşyaların) təsirindən törənmişdir, dava-dalaş zamanı əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2022-cı il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. 2. Vət.Təqsirləndirilən şəxs1 bədəni üzərində aşkar olunan xəsarətlər onun bədəninin öz əli çatan nahiyəsində yerləşmişdir. Cinayət işi üzrə məhkəmə tibbi ekspertizasının keçirilməsinə dair Səhiyyə Nazirliyinin “Məhkəmə tibbi ekspertizası və patoloji anatomiya birliyi” PHŞ-nin Cəlilabad rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 614 nömrəli rəyindən görünür ki, 1. Vət.Təqsirləndirilən şəxs2 sol dirsək oynağı və sol baldır nahiyəsində sıyrıq müəyyən olundu, müəyyən olunan xəsarətlər kəsici əşyanın (əşyaların) təsirindən törənmişdir, qarşılıqlı dava-dalaş zamanı əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. 2. Vət.Təqsirləndirilən şəxs2 bədəni üzərində aşkar olunan xəsarətlər onun bədəninin öz əli çatan nahiyəsində yerləşmişdir. Cinayət işi üzrə məhkəmə tibbi ekspertizasının keçirilməsinə dair Səhiyyə Nazirliyinin “Məhkəmə tibbi ekspertizası və patoloji anatomiya birliyi” PHŞ-nin Cəlilabad rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 32 nömrəli rəyindən görünür ki, 1. X2 meyitinin xarici və daxili müayinəsi zamanı aşağıdakı xəsarətlər müəyyən olundu: Döş qəfəsinin sol yan səthinin döş boşluğuna keçməklə, ürək kisəsini və ürəyi zədələyən 1(bir) ədəd deşilmişkəsilmiş yara, sol körpücükaltı nahiyədə və döş qəfəsinin sağ və sol yarısının ön səthində 3 (üç) ədəd döş boşluğuna keçməyən, sağ bazuda 2(iki) ədəd, sol bazuda 1(bir) ədəd, sol budda 2(iki) ədəd deşilmiş-kəsilmiş yara. Müəyyən olunan xəsarətlər deşici-kəsici alətin (alətlərin) ola bilər ki, bıçağın təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə döş qəfəsinin sol yan səthinin döş boşluğuna keçən ürək kisəsini və ürəyi zədələyən 1(bir) ədəd deşilmiş-kəsilmiş yara həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurma əlamətlərinə, digər xəsarətlər isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurma əlamətlərinə malikdirlər. 2. X2 ölümünə döş qəfəsinin sol yan səthinin döş boşluğuna keçməklə ürək kisəsini və ürəyi zədələyən deşilmiş-kəsilmiş yara nəticəsində əmələ gəlmiş kəskin qanitirmə səbəb olmuşdur. 3. X2 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, hər hansı narkotik və psixotrop maddə aşkar edilməmişdir.

4. İlkin meyit əlamətlərinə əsasən demək olar ki, meyit meyitxanada müayinə olunmağa başlandığı vaxtdan 4-8 saat əvvəl baş vermişdir. 5.X8 xəsarət alan zaman xəsarət yetirən şəxslə müxtəlif qarşılıqlı vəziyyətlərdə (ayaq üstə, uzanmış və s.) ola bilərdi. Cinayət işi üzrə məhkəmə tibbi ekspertizasının keçirilməsinə dair Səhiyyə Nazirliyinin “Məhkəmə tibbi ekspertizası və patoloji anatomiya birliyi” PHŞ-nin Cəlilabad rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 33 nömrəli rəyindən görünür ki, 1. X3 meyitinin xarici və daxili müayinəsi zamanı aşağıdakı xəsarət müəyyən olundu: Döş qəfəsinin sol yarısının döş boşluğuna keçməklə, ürək kisəsini və ürəyi zədələyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara, döş qəfəsinin sağ və sol yarısının ön səthinin döş boşluğuna keçən və daxili üzvləri zədələməyən 2 (iki) ədəd deşilmiş-kəsilmiş yara, döş qəfəsinin sağ yan səthinin və qarnın sağ yarısının ön divarının, döş və qarın boşluğuna nüfuz etməyən 2(iki) ədəd deşilmişkəsilmiş yara, sağ said nahiyəsində 2(iki) ədəd kəsilmiş yara, sağ qulaq seyvanının ayrılması ilə nəticələnən sağ gicgah-yanaq nahiyəsində 1 (bir) ədəd kəsilmiş yara. Müəyyən olunan xəsarətlər deşici-kəsici alətin, ola bilər ki, bıçağın təsirindən onun ölümündən bir qədər əvvəl törədilmişdir, dərəcəsinə görə döş qəfəsinin sağ və sol yarısının döş boşluğuna nüfuz edən, ürək kisəsini və ürəyi zədələyən 3(üç) ədəd deşilmişkəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurma əlamətlərinə, digər xəsarətlər isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurma əlamətlərinə malikdir. 2. X3 ölümünə döş qəfəsinin sol yarısının ön səthinin, döş boşluğuna keçməklə ürək kisəsini və ürəyi zədələyən deşilmiş-kəsilmiş yara nəticəsində əmələ gəlmiş kəskin qanitirmə səbəb olmuşdur. 3. X3 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində onun ölümündən bir qədər əvvəl spirtli içki və hər hansı psixotrop maddə qəbulu faktı aşkar edilməmişdir. 4. İlkin meyit əlamətlərinə əsasən demək olar ki, meyit meyitxanada müayinə olunmağa başlandığı vaxtdan 3-6 saat əvvəl baş vermişdir. 6. X9 xəsarət alan zaman xəsarət yetirən şəxslə müxtəlif qarşılıqlı vəziyyətlərdə (ayaq üstə, uzanmış, və s.) ola bilərdi. Cinayət işi üzrə kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının keçirilməsinə dair Səhiyyə Nazirliyinin “Məhkəmə psixiatrik ekspertizası mərkəzi” PHŞ-nin xx.xx.2022-ci il tarixli, 1950 nömrəli rəyindən görünür ki, məhkəmə-psixiatrik ekspertizası üzrə motivləşdirici hissə: Cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrinin tədqiqi və təhlili əsasında belə nəticəyə gəlirəm ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Məhkəmə-psixoloji ekspertizası üzrə motivləşdirici hissə: aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs1 idrak prosesləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Özünə qarşı hörmət tələb etmək, qıcığa qarşı həssaslıq, tez özündən çıxmaq, eqosentrizm, özünəməxsus mövqe və prinsipə malik olmaq, kinlilik kimi fərdi-psixi xüsusiyyətlərinə malikdir. Emosional-iradi sferasında, hərəkət və davranışını iradi olaraq tənzimlənməsində hər hansı dəyişiklik aşkar olunmur. Məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissə: Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qarşısında qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: Təqsirləndirilən Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməli törədənədək, cinayət əməlini törətdiyi zaman və hal-hazırda hər hansı psixi pozuntudan(xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair xəstəlik) əziyyət çəkirmi? Əgər əziyyət çəkirsə, bu pozuntu (xəstəliyin diaqnozu) necə xarakterizə olunur? Cavab: Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. 2-ci sual: Təqsirləndirilən Təqsirləndirilən şəxs1 ictimai təhlükəli əməli törədənədək psixi pozuntudan əziyyət çəkmişdirsə, ittiham olunduğu cinayət əməlini törədən anda psixi pozuntusunun vəziyyətinə görə Təqsirləndirilən şəxs1 öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk edə və ya onları idarə edə bilmişdirmi? Yəni, anlaqlılığı istisna etməyən və ya anlaqsız vəziyyətdə olmuşdurmu? Onun əməli AR CM-in 21-ci və ya 22-ci maddələrinin təsiri altına düşürmü? 3-cü sual: Təqsirləndirilən Təqsirləndirilən şəxs1 ictimai təhülkəli əməli törətdikdən sonra və hazırki dövrdə də həmin psixi pozuntu davam edirmi? Əgər davam edirsə, bu pozuntu onu öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterin və ictimai təhlükəliliyini dərk etməkdən və ya onu idarə etməkdən məhrum edirmi? 4-cü sual: Təqsirləndirilən Təqsirləndirilən şəxs1 hazırkı psixi vəziyyətinə görə tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyac varmı? Əgər ehtiyac varsa, tibbi xarakterli hansı növ məcburi müalicə təyin olunmalıdır? 2-ci, 3-cü və 4-cü suallara cavab: Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. 5-ci sual: Təqsirləndirilən Təqsirləndirilən şəxs1 hazırkı psixi vəziyyəti onun istintaq və prosessual hərəkətlərində iştirak etməsinə və öz prosessual hüquq vəzifələrini icra etməsinə imkan verirmi? Cavab: Təqsirləndirilən şəxs1 hazırkı psixi vəziyyətinə görə istintaq və prosessual hərəkətlərində iştirak etmək və öz prosessual hüquq vəzifələrini icra etmək iqtidarındadır. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə: Cinayət işi materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən ekspert qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılır: 6cı sual: Təqsirləndirilən Təqsirləndirilən şəxs1 hansı fərdi-psixi xüsusiyyətlərə (yaddaş, diqqət, təfəkkür, qavrama, xarakter və s.) malikdir? Cavab: Təqsirləndirilən şəxs1 idrak prosesləri (yaddaş, diqqət, təfəkkür, qavrama və s.), intellektual imkanları normaya uyğundur, əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. Özünə qarşı hörmət tələb etmək, qıcığa qarşı həssaslıq, tez özündən çıxmaq, eqosentrizm, özünəməxsus mövqe və prinsipə malik olmaq, kinlilik və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. 7-ci sual: Təqsirləndirilən Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən hansı psixi-emosional halda (fizioloji və ya kumulyativ affekt, psixi-emosional gərginlik, stres, frustrasiya, qorxu və s.) olmuşdur? Əgər olmuşdursa, keçirdiyi emosional halın yaranma səbəbləri nədən ibarət olmuşdur? Emosional halından asılı olaraq hadisə zamanı öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdurmu? Cavab: Təqsirləndirilən şəxs1 cinayət əməlini törətdiyi zaman psixi- emosional sferasında qəzəb, aqqresiya yaranmış, həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs1 hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuş, cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət işi üzrə kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının keçirilməsinə dair Səhiyyə Nazirliyinin “Məhkəmə psixiatrik ekspertizası mərkəzi” PHŞ-nin xx.xx.2022-ci il tarixli, 1951 nömrəli rəyindən görünür ki, məhkəmə-psixiatrik ekspertizası üzrə motivləşdirici hissə: Cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrinin tədqiqi və təhlili əsasında belə nəticəyə gəlirəm ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Məhkəmə-psixoloji ekspertizası üzrə motivləşdirici hissə: aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs2 idrak prosesləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə adaptiv və ünsiyyətçil olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir. Emosional-iradi sferasında fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı dəyişiklik aşkar olunmur. Məhkəməpsixiatrik ekspertizası üzrə yekun hissə: Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qarşısında qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: Təqsirləndirilən Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməli törədənədək, cinayət əməlini törətdiyi zaman və halhazırda hər hansı psixi pozuntudan(xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair xəstəlik) əziyyət çəkirmi? Əgər əziyyət çəkirsə, bu pozuntu (xəstəliyin diaqnozu) necə xarakterizə olunur? Cavab: Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. 2-ci sual: Təqsirləndirilən Təqsirləndirilən şəxs2 ictimai təhlükəli əməli törədənədək psixi pozuntudan əziyyət çəkmişdirsə, ittiham olunduğu cinayət əməlini törədən anda psixi pozuntusunun vəziyyətinə görə Təqsirləndirilən şəxs2 öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk edə və ya onları idarə edə bilmişdirmi? Yəni, anlaqlılığı istisna etməyən və ya anlaqsız vəziyyətdə olmuşdurmu? Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci və ya 22-ci maddələrinin təsiri altına düşürmü? 3cü sual: Təqsirləndirilən Təqsirləndirilən şəxs2 ictimai təhülkəli əməli törətdikdən sonra və hazırki dövrdə də həmin psixi pozuntu davam edirmi? Əgər davam edirsə, bu pozuntu onu öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterin və ictimai təhlükəliliyini dərk etməkdən və ya onu idarə etməkdən məhrum edirmi? 4-cü sual: Təqsirləndirilən Təqsirləndirilən şəxs2 hazırkı psixi vəziyyətinə görə tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyac varmı? Əgər ehtiyac varsa, tibbi xarakterli hansı növ məcburi müalicə təyin olunmalıdır? 2-ci, 3-cü və 4-cü suallara cavab: Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. 5-ci sual: Təqsirləndirilən Təqsirləndirilən şəxs2 hazırkı psixi vəziyyəti onun istintaq və prosessual hərəkətlərində iştirak etməsinə və öz prosessual hüquq vəzifələrini icra etməsinə imkan verirmi? Cavab: Təqsirləndirilən şəxs2 hazırkı psixi vəziyyətinə görə istintaq və prosessual hərəkətlərində iştirak etmək və öz prosessual hüquq vəzifələrini icra etmək iqtidarındadır. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə: Cinayət işi materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən ekspert qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılır: 6-cı sual: Təqsirləndirilən Təqsirləndirilən şəxs2 hansı fərdipsixi xüsusiyyətlərə (yaddaş, diqqət, təfəkkür, qavrama, xarakter və s.) malikdir? Cavab: Təqsirləndirilən şəxs2 idrak prosesləri (yaddaş, diqqət, təfəkkür, qavrama və s.), intellektual imkanları normaya uyğundur, əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. Kinlilik, qıcığa qarşı həssaslıq, eqosentrizm, özünəməxsus mövqe və prinsipə malik olmaq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. 7-ci sual: Təqsirləndirilən Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən hansı psixi-emosional halda (fizioloji və ya kumulyativ affekt, psixi-emosional gərginlik, stres, frustrasiya, qorxu və s.) olmuşdur? Əgər olmuşdursa, keçirdiyi emosional halın yaranma səbəbləri nədən ibarət olmuşdur? Emosional halından asılı olaraq hadisə zamanı öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdurmu? Cavab: Təqsirləndirilən şəxs2 cinayət əməlini törətdiyi zaman psixi-emosional sferasında hirslilik yaranmış, həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs2 hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuş, cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət işi üzrə məhkəmə kompüter-texniki ekspertizasının keçirilməsinə dair Əliyyə Nazirliyinin “Məhkəmə Ekspertizası Mərkəzi”nin xx.xx.2022-ci il tarixli 5/885 nömrəli rəylərindən görünür ki, 1.Təqdim edilmiş bir ədəd sensor ekranlı “Android 11” əməliyyat sistemi ilə təchiz olunmuş “Xiaomi Redmi 9” markalı “M2004J19AG” modelli “**********27586, **********27594” “ımeı” kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. 2.Tədqiq olunan “Xiaomi Redmi 9” markalı “M2004J19AG" modelli mobil smartfonun yaddaşında (kontaktlar, zənglər, “SMS” mesajlar, audio, foto, video fayllar, “WhatsApp” proqram təminatı vasitəsilə aparılmış foto, audio, video fayllar və sairə) mövcud olan və yaddaşından pozulmuş məlumatlar müəyyən olundu (bax rəyə əlavə olunmuş beş ədəd DVD-R diskə). 3.Tədqiq olunan “Xiaomi Redmi 9” markalı “M2004J19AG” modelli mobil smartfonun yaddaşına quraşdırılmış “WhatsApp” proqram təminatı vasitəsilə aparılmış “çat (yazışma) seansları” məlumat mübadilələrini naməlum texniki səbəblərə görə “UFED TOUCH 2” markalı qurğunun köçürməməsi səbəbindən istintaq orqanına təqdim etmək mümkün olmadı. 4.Tədqiq olunan “Xiaomi Redmi 9” markalı “M2004J19AG” modelli mobil smartfonun yaddaşından pozulmuş məlumatların nə zaman pozulmasının əks olunub-olunmaması barədə “UFED TOUCH 2” markalı qurğu vasitəsilə əldə edilmiş “hesabatda qeyd olunmuşdur (bax rəyə əlavə olunmuş DVD-R diskə). 5.Təqdim edilmiş “Xiaomi Redmi 9” markalı “M2004J19AG” modelli mobil smartfonun daxilindəki “SİM” danışıq kartı işlək vəziyyətdə və “Azercell” mobil operatoruna aid olaraq həmin “SİM” danışıq kartının yaddaşında məlumatlar müəyyən olundu (bax rəyə əlavə olunmuş bir ədəd DVD-R diskə). Cinayət işi üzrə lifli materialların məhkəmə ekspertizasının keçirilməsinə dair Ədliyyə Nazirliyinin “Məhkəmə Ekspertizası Mərkəzi”nin xx.xx.2022-ci il tarixli, 6/4165 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, X23, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X29 məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 №-li cədvəlində göstərilmişdir.- Tədqiqata təqdim edilmiş, X19 məxsus olduğu qeyd edilən köynəyin səthi üzərindən aşkar edilmiş tünd qırmızı rəngli təbii pambıq lifləri rənginə və təbiətinə görə Təqsirləndirilən şəxs1 məxsus olduğu qeyd edilən köynəyinin tərkib liflərinə uyğun gəlirlər.- Tədqiqata təqdim edilmiş, X29 məxsus olduğu qeyd edilən şalvarın səthi üzərindən aşkar edilmiş göy rəngli təbii pambıq lifləri rənginə və təbiətinə görə Təqsirləndirilən şəxs2 məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər.- Tədqiqata təqdim edilmiş, X23 məxsus olduğu qeyd edilən şalvarın səthi üzərindən aşkar edilmiş tünd boz rəngli təbii pambıq lifləri rənginə və təbiətinə görə Təqsirləndirilən şəxs1 məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər.- Tədqiqata təqdim edilmiş, 01 ədəd bıçağın səthi üzərində kənar lif mikrohissəcikləri və X23, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X29 məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Cinayət işi üzrə məhkəmə tibbi-kriminalistik ekspertizasının keçirilməsinə dair Səhiyyə Nazirliyinin “Məhkəmə tibbi ekspertizası və pataloji anatomiya birliyi” PHŞ-nin xx.xx.2022-ci il tarixli, 394-2022/MTKŞ nömrəli rəyindən görünür ki, 1.Ekspertizaya təqdim olunmuş və mərhumə X29 məxsus köynəyin ön səthinin sol yarısının aşağı hissəsində 01 (bir) ədəd, ön səthinin sol yarısının orta hissəsində 01 (bir) ədəd, ön səthinin sol yarısının yuxarı hissəsində 01 (bir) ədəd, ön səthinin sağ yarısının orta hissəsində 01 (bir) ədəd, ön səthinin sağ yarısının yuxan hissəsində 01 (bir) ədəd və arxa səthinin sol yarısının orta hissəsində 01 (bir) ədəd (cəmi 06 (altı) ədəd); şalvarın sol ayağının ön səthində 02 (iki) ədəd deşilmiş-kəsilmiş zədələr vardır. Bu zədələr iti ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdirlər. 2.Ekspertizaya təqdim olunmuş və mərhumə X46ma məxsus köynəyin və şalvarın üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən və ya oxşar konstruktiv xüsusiyyətli alətin (alətlərin) təsirindən əmələ gəlmələri istisna olunmur. 3.Ekspertizaya təqdim olunmuş və mərhumə X29 məxsus şalvarın sol ayağının ön səthində olan 02 (iki) ədəd zədə onun meyitinin bədəni üzərində olan sol budda 02 (iki) ədəd eyni xarakterli yaralarla; köynəyin ön səthinin sol yarısının orta hissəsində olan 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədə onun meyitinin bədəni üzərində olan döş qəfəsinin ön səthində sağ döşyanı xətt üzrə 10-11-ci qabırğaarası sahədə olan 01 (bir) ədəd eyni xarakterli yara ilə köynəyin ön səthinin sol yarısının yuxarı hissəsində olan 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədə onun meyitinin bədəninin üzərində olan sol körpücükaltı nahiyədə 01 (bir) ədəd eyni xarakterli yara ilə; köynəyin ön səthinin sağ yarısının yuxarı hissəsində olan 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədə onun meyitinin bədəninin üzərində olan döş qəfəsinin sağ yarısının ön səthində sağ ön qoltuq xətti üzrə 2-3-cü qabırğaarası sahədə olan 01 (bir) ədəd eyni xarakter yara ilə və köynəyin arxa səthinin sol yarısının orta hissəsində 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədə onun meyitinin bədəninin üzərində olan döş qəfəsinin sol yan səthində sol ön qoltuq xətti üzrə 7-ci qabırğa səviyyəsində yerləşən 01 (bir) ədəd eyni xarakterli yara ilə yerləşmə nahiyələrinə görə nisbi olaraq üst-üstə düşürlər. -X2 meyitinin bədəni üzərində müəyyən edilmiş sağ bazunun yuxarı və aşağı 1/3 hissəsinin bayır səthində 02 (iki) ədəd, sol bazunun yuxarı 1/3 hissəsinin ön-bayır səthində 01 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları meyitin bədəninin geyim əşyaları ilə örtülməyən nahiyələrində yerləşdiyi üçün həmin xəsarətlər ekseprtizaya təqdim olunmuş köynəyin və şalvarın üzərində öz əksini tapmamışdır.- Ekspertizaya təqdim olunmuş və mərhumə X29 məxsus köynəyin ön səthinin sol yarısının aşağı hissəsində aşkar olunmuş 01(bir) ədəd və ön səthinin sağ yarısının orta hissəsində aşkar olunmuş 01(bir) ədəd deşilmiş-kəsilmiş zədələr onun meyitinin bədəni üzərində öz əksini tapmamışdır. Bu da köynəyin yalnız həmin nahiyələrinin zədələnməsi ilə izah oluna bilər. 4.Ekspertizaya təqdim olunmuş və X9na məxsus köynəyin ön səthinin sağ yarısının aşağı hissəsində 02(iki) ədəd, ön səthinin orta hissəsində 02(iki) ədəd, arxa səthinin sağ yarısının orta hissəsində 01(bir) ədəd (cəmi 07(yeddi)) ədəd, şalvarın isə sol ayaqlığının ön səthinin orta hissəsində 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədələr vardır. Bu zədələr iti ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdirlər. 5.Ekspertizaya təqdim olunmuş və X9na məxsus köynəyin və şalvarın üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən və ya oxşar konstruktiv xüsusiyyətli alətin (alətlərin) təsirindən əmələ gəlmələri istisna olunmur. 6.Ekspertizaya təqdim olunmuş və X9na məxsus köynəyin ön və arxa səthinin aşağı və orta hissələrində aşkar olunmuş zədələr onun meyitinin bədənində müəyyən olunmuş döş qəfəsinin və qarın nahiyəsinin deşilmiş-kəsilmiş yaralar ilə yerləşmə nahiyələrinə görə nisbi olaraq üstüstə düşürlər. X3 meyitinin bədəninin üzərində müəyyən olunmuş sağ said nahiyəsində 02 (iki) ədəd kəsilmiş yara və sağ gicgah-yanaq nahiyəsində 01 (bir) ədəd kəsilmiş yarası meyitin bədəninin geyim əşyaları ilə örtülməyən nahiyələrində yerləşdiyi üçün həmin xəsarətlər ekseprtizaya təqdim olunmuş köynəyin və şalvarın üzərində öz əksini tapmamışdır. - Ekspertizaya təqdim olunmuş və X9na məxsus köynəyin arxa səthinin sağ yarısının yuxarı hissəsində olan 01 (bir) ədəd və şalvarın üzərində olan 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədələr onun meyitinin bədəninin üzərində öz əksini tapmamışdır, bu da, yalnız köynəyin həmin nahiyəsinin və şalvarın zədələnməsi ilə izah oluna bilər. 7.Ekspertizaya təqdim edilmiş, mərhumə X29 və X9na məxsus olmuş geyim əşyalarının üzərində fiziki qüvvənin (dartılma, sürtünmə (sürümə) sökülmə, cırılma, qoparma, qırılma və sair) təsirindən yaranmaya xarakterik heç bir zədə aşkar olunmadı. 8.Ekspertizaya təqdim edilmiş və Təqsirləndirilən şəxs1 məxsus 1(bir) ədəd köynəyin və 1(bir) ədəd şalvarın üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. 9.Təqsirləndirilən şəxs1 məhkəmətibbi ekspertizası zamanı onun bədəninin üzərində müəyyən olunmuş sol əlin ovuc səthində və sol əlin 3-cü barmağında səthi kəsilmiş yaraları onun bədəninin geyim əşyaları ilə örtülməyən nahiyələrində yerləşirlər. 10.Ekspertizaya təqdim edilmiş və Təqsirləndirilən şəxs2 məxsus 1(bir) ədəd köynəyin və 1(bir) ədəd şalvarın üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. 11.Təqsirləndirilən şəxs2 məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində müəyyən edilmiş sol dirsək oynağı nahiyəsində sıyrıq xəsarəti onun bədəninin geyim əşyaları ilə örtülməyən nahiyəsində yerləşir.- Təqsirləndirilən şəxs2 məhkəmə-tibbi ekspertizası zamanı bədəninin üzərində müəyyən edilmiş sol baldır nahiyəsində sıyrıq xəsarəti ona məxsus və ekspertizaya təqdim olunmuş geyim əşyaları üzərində öz əksini tapmamışdır. 12.Ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır, deşici-kəsici xassəyə malikdir və soyuq silah hesab olunmur. Bıçaq üzərində heç bir dəyişiklik edilməmişdir. Cinayət işi üzrə məhkəmə tibbi-bioloji ekspertizasının keçirilməsinə dair Səhiyyə Nazirliyinin “Məhkəmə tibbi ekspertizası və pataloji anatomiya birliyi” PHŞ-nin xx.xx.2022ci il tarixli, 492/2022-MTBŞ nömrəli rəyindən görünür ki, 1.X20 “ABO” sistemi üzrə qan qrupu: B-alfa/H//lll/. 2.X16 “ABO” sistemi üzrə qan qrupu: 0-alfa,beta/l/. 3. Təqsirləndirilən şəxs1 “ABO” sistemi üzrə qan qrupu: B/lll/. 4.Təqsirləndirilən şəxs2 “ABO” sistemi üzrə qan qrupu: AB/İV/. Sonuncuların şəxsiyyəti təsdiq edən sənədlər üzrə portal axtarış vərəqələrinin kserosurətlərinə əsasən. 5.Ekspertizaya təqdim olunan mərhumə X29 məxsus qısaqol mayka, retuz, Təqsirləndirilən şəxs1 məxsus qısaqol köynək, cins şalvar, 1(bir) ədəd bıçaq üzərindəki ləkələrdə və «hadisənin baş verdiyi yarıtikilinin dəhlizinin döşəməsindən» yerindən 03 (üç) ədəd maddi sübutlar üzərindəki izləri götürmək üçün nəzərdə tutulmuş çubuq ucundakı pambıq üzərinə hopdurulub götürülmüş maddə ləkələrində insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda B,H antigenləri və bəzi ləkələrdə həmçinin alfa aqqlyutinini də alındı. Beləliklə, bu qan ləkələri B-alfa/H//lll/ qruplu bir şəxsə, o cümlədən “ABO” sistemi üzrə mərhumə X29 məxsus ola bilər. Göstərilən ləkələrdə eyni qruplu Təqsirləndirilən şəxs1 qanının olması da (əgər onda hadisə zamanı qanaxma ilə müşayiət olunan xəsarət olubsa) “ABO” sistemi ilə inkar olunmur. Ləkələrdə O/l/ qruplu X3 qanının olması yalnız həmin ləkələrdə qarışıq qanın olduğu təqdirdə mümkündür. Bu ləkələrdə AB/İV/ qruplu Təqsirləndirilən şəxs2 qanın “ABO” sistemi ilə inkar olunur. 6.Təqdim edilən X9na məxsus qısaqol mayka, cins tipli şalvar, kəmər, Təqsirləndirilən şəxs2 məxsus cins şalvar, «kişi meyitinin ənində olmuş köynək üzərindən və meyitin sol yan tərəfindən» 02 (iki) ədəd maddi sübutlar üzərindəki izləri götürmək üçün nəzərdə tutulmuş çubuq ucundakı pambıq üzərinə hopdurulub götürülmüş maddə ləkələrində insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda H antigeni və bəzi ləkələrdə həmçinin alfa, beta aqqlyutininləri də alındı. Beləliklə, bu qan ləkələri 0-alfa,beta/l/ qruplu şəxsə, o cümlədən “ABO” sistemi üzrə X9na məxsus ola bilər. Ləkələrdə X2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanlarının olması “ABO” sistemi ilə inkar olunur. 7.Təqdim edilən Təqsirləndirilən şəxs2 məxsus qısaqol kofta üzərində qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı. Cinayət işinin materiallarında olan, verilmiş əməliyyat tapşırığına əsasən Cəlilabad RPŞ-nin 31 avqust 2022-ci il tarixli, 142-31292-1222 nömrəli cavabından görünür ki, baş vermiş hadisə ilə əlaqədar bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, göstərilən tapşırıqlara cavab olaraq: - X2 və X3 həyat tərzləri Yaxşı, hadisədən əvvəlki günlərdə davranışları hər günki kimi normal, bir-biri ilə gizli münasibətləri olmuş, ədavət və düşmənçilikləri olmamış, yaxın əlaqədə olduğu şəxlərin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. - Mərhumların və cinayət hadisəsini törətmiş şəxslər əvvəlki günlərdə hər zamankı kimi normal, mərhumə X35 və cinayət hadisəsini törətmiş şəxslər bir-biri ilə qohumdur. X18 heç bir qohumluq əlaqəsi yoxdur. Heç bir ədavət və düşmənçilik olmamışdır. Hadisədən əvvəl aralarında heç bir neqativ hal aşkar edilməmişdir. - Hadisə xx.xx.2022-ci il tarixdə saat 03:00-da, qısqanclıq zəminində, Cəlilabad şəhəri, Səttərxan küçəsi, ev 89 yaşamış X2 yaşadığı evin həyətində və evin həyətində olan yarımtikilidə baş vermişdir. - Baş vermiş cinayət hadisəsində iştirakçılar müəyyən edilmiş, Şahid1, Şahid2, Şahid3, X24 müəyyən edilərək Cəlilabad Rayon Prokurorluğuna təqdim edilmişdir. - Cinayət aləti olan 1(bir) ədəd qatlanmayan bıçağı Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin mətbəxindən götürmüş və cinayət hadisəsini törətmişdir. Cinayət işinin materiallarında olan N saylı hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, 40 nömrəli əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdən bağlaşma əsasında müddətdən artıq həqiqi hərbi xidmətə könüllü qəbul edilərək əsgər rütbəsində N saylı hərbi hissənin 3-cü motoatıcı taborunun 9-cu motoatıcı bölüyünün 3-cü motoatıcı taqımının 2-ci motoatıcı manqasının pulemyotçusu vəzifəsinə təyin edilmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 öz müdafiəsi üçün heç bir dəlil gətirməmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs2 istintaq zamanı öz müdafiəsi üçün zərərçəkmişlərə işgəncə, əzab vermək və ya digər üsulla onu ələ salmaq, yəni onu xüsusi amansızlıqla öldürmək niyyətinin olmadığı, Təqsirləndirilən şəxs1 cinayətkar niyyətlərini həyata keçirmək üçün üzərində götürdüyü bıçağı yalnız hadisə yerində görməsi, zərərçəkmişləri öldürmək niyyətinin olmadığını göstərməsi kimi dəlillər gətirsə də həmin dəlillərin yoxlanılması zamanı Könül Şahmarovanın ölümündə bilavasitə iştirak etməsi, Ruslan Qarayevin öldürülməsində Təqsirləndirilən şəxs1la birgə hərəkətləri öz təsdiqini tapmış, özünün qismən etirafedici ifadələri, təqsirləndirilən Təqsirləndirilən şəxs1 və şahidlərin ifadələri, baxış və götürmə, əşyanın tanınmasının aparılması, ifadələrin yerində yoxlanılması istintaq hərəkətləri, ekspertiza rəyləri, maddi sübutlar və toplanmış digər mötəbər sübutlarla onun gətirdiyi dəlillər təkzib olunmuşdur. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, 23 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 «təqsirləndirilən şəxs» qismində cəlb edilməklə, ona ittiham elan edilmiş və onun barəsində Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 04 (dörd) ay müddətində «həbs» növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, 23 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 «təqsirləndirilən şəxs» qismində cəlb edilməklə, ona ittiham elan edilmiş və onun barəsində Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 04 (dörd) ay müddətində «həbs» növündə qətimkan tədbiri seçilmişdir. İş üzrə materialdan görünür ki, 22 iyul 2022-ci il tarixdə istintaq orqanı tərəfindən cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 120.2.1 və 120.2.7-ci maddələrinə tövsif edilmişdir. İş üzrə materialdan görünür ki, 16 sentyabr 2022-ci il tarixdə istintaq orqanı tərəfindən törədilmiş cinayət əməli Azərbaycan Respublikası CM-nin 120.2.1 və 120.2.7-ci maddələrindən həmin Məcəllənin 120.2.1, 120.2.4 və 120.2.7-ci maddələrinə tövsif edilmişdir. İş üzrə materialdan görünür ki, 19 sentyabr 2022-ci il tarixdə istintaq orqanı tərəfindən təqisrləndirilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.4 və 120.2.7-ci maddələri ilə yenidən ittiham elan olunmuşdur. İş üzrə materialdan görünür ki, 19 sentyabr 2022-ci il tarixdə istintaq orqanı tərəfindən təqisrləndirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.4 və 120.2.7-ci maddələri ilə yenidən ittiham elan olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Məmmədov X47 Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 01(bir) il 10(on) ay 6(altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və hazırda məhkumluğu ödənilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, yaşayış yeri üzrə üzrə verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xasiyyətləndirilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, yaşayış yeri üzrə üzrə verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xasiyyətləndirilmişdir. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.4 və 120.2.7-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlləri özlərinin qismən etirafedici ifadələri ilə yanaşı, şahid ifadələri, baxış və götürmə, əşyanın tanınmasının aparılması, ifadələrin yerində yoxlanılması istintaq hərəkətləri, ekspertiza rəyləri, maddi sübutlar və toplanmış digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.4 və 120.2.7-ci maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində 1 az yaşlı uşağının olması məsuliyyətini yüngülləşdirən hal hesab edilməlidir. Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs1 zərərçəkmiş X18 yaxın qohumu(atası) olan hüquqi varisi- X43 ilə barışıq əldə etməsi onun məsuliyyətini yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal yoxdur. Cəlilabad Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi Azərbaycan Respublikası CM-nin 67.1, 68 və 68.1.1-1-ci maddələrinə əsasən hazırkı hökm üzrə təyin ediləcək cəzaya qismən birləşdirilməlidir. Məhkəmə təqirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid edilmədən və cəza çəkmədən islah olunmasını mümkün saymayaraq, törətdiyi cinayət əməlinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə işin hallarını, cəza təyin edərkən təqsirləndirilən şəxsin şəxsiyyətini, törədilmiş cinayətin xarakterini, onun törədilmə motivlərini, təqsirləndirilən şəxsi xarakterizə edən sənədləri tədqiq edib, sanksiyada nəzərdə tutulmuş cəzanın həddində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etməklə cəmiyyətdən təcrid olunmaqla islah və tərbiyə olunmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56-cı maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.2-ci maddəsinə əsasən həmin şəxsə beş ildən artıq azadlıqdan məhrum etməyə məhkum edərkən ona cəza çəkmə müddətin bir hissəsini həbsxana şəraitində çəkməsini zəruri hesab edir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56-cı maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.2-ci maddəsinə əsasən həmin şəxsə beş ildən artıq azadlıqdan məhrum etməyə məhkum edərkən ona cəza çəkmə müddətin bir hissəsini həbsxana şəraitində çəkməsini zəruri hesab edir. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut qismində tanınmış– Cəlilabad rayon prokurorluğunun maddi sübutların saxlanması otağında saxlanılan, hadisə zamanı zərərçəkmiş X20 əynində olmuş bir ədəd köynək və bir ədəd şalvar, X16 əynində olmuş bir ədəd köynək və bir ədəd şalvar, təqsirləndirilən Təqsirləndirilən şəxs1 əynində olmuş bir ədəd köynək və bir ədəd şalvar, Təqsirləndirilən şəxs2 əynində olmuş bir ədəd köynək və bir ədəd şalvar və cinayətin aləti olan bir ədəd bıçaq məhv edilməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə keçirilmiş materialların məhkəmə ekspertizası tədqiqatının dəyərinə görə 154 (yüz əlli dörd) manat və kompüter texniki ekspertizası tədqiqatının dəyərinə görə 80 (səksən) manat, cəmi 234 (iki yüz otuz dörd) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 orta paylar ilə, yəni hər birindən 117 (yüz on yeddi) manat məbləğində olan məhkəmə ekspertiza xərcləri tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-nin 344, 353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, hərbi məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.4 və 120.2.7-ci maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməsinə görə təqsirli bilinərək, 17 (on yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasının ilk 1 (bir) ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəza çəkmə muəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli onun “şübhəli şəxs” qismində tutulduğu gündən, yəni 22 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın və o, hökm qanuni qüvvəyə minənədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.4 və 120.2.7-ci maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməsinə görə təqsirli bilinərək, 19 (on doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1, 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə ona təyin olunmuş azadlığln məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 10 (on) ay 6 (altı) gün hissəsi, azadlıqdan məhrum etmənin 1 günü azadlığın məhdudlaşdırılmasının 2 günü ilə hesablanmaqla 11 (on bir) ay 3 (üç) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və həmin cəzası hazırki 19 (on doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanaraq, Təqsirləndirilən şəxs1 qəti olaraq 20 (iyirmi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasının ilk 3 (üç) ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəza çəkmə muəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli onun “şübhəli şəxs” qismində tutulduğu gündən, yəni 22 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın və o, hökm qanuni qüvvəyə minənədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut qismində tanınmış– Cəlilabad rayon prokurorluğunun maddi sübutların saxlanması otağında saxlanılan, hadisə zamanı zərərçəkmiş X20 əynində olmuş bir ədəd köynək və bir ədəd şalvar, X16 əynində olmuş bir ədəd köynək və bir ədəd şalvar, təqsirləndirilən Təqsirləndirilən şəxs1 əynində olmuş bir ədəd köynək və bir ədəd şalvar, Təqsirləndirilən şəxs2 əynində olmuş bir ədəd köynək və bir ədəd şalvar və cinayətin aləti olan bir ədəd bıçaq məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə keçirilmiş materialların məhkəmə ekspertizası tədqiqatının dəyərinə görə 154 (yüz əlli dörd) manat və kompüter texniki ekspertizası tədqiqatının dəyərinə görə 80 (səksən) manat, cəmi 234 (iki yüz otuz dörd) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 orta paylar ilə, yəni hər birindən 117 (yüz on yeddi) manat məbləğində olan məhkəmə ekspertiza xərcləri tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən Cəlilabad Hərbi Məhkəməsinin vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə 20 (iyirmi) gün müddətinə, məhkumlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən isə hökmün surəti onlara verildiyi gündən, həmin müddət ərzində apellyasiya qaydasında şikayət və protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar