Məhkəmə qərarları › İş №1-1(096)-3/2023

Cəlilabad Hərbi Məhkəməsi Hökm — İş №1-1(096)-3/2023

31.08.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1-1(096)-3/2023 31.08.2023 CƏLİLABAD HƏRBİ MƏHKƏMƏSİ Əhmədov Vüqar İkram oğlunun sədrliyi, Allahverdiyev Elçin Sərhəng oğlunun katibliyi, dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi XN Müdafiəsi üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər: Cəlilabad Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Lənkəran rayon Vəkil Bürosunun vəkili MüdafiəçiN, zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs Qafar oğlunun iştirakları ilə, 16 noyabr199N-cı il tarixdə Biləsuvar rayonu, Bəydili kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonu, Bəydili kəndi, M.F.Axundov küçəsi ev-9N-də qeydiyyatda olan və orada yaşayan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 13-cü radiolokasiya bölüyünün müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 AzərbaycanRespublikası Cinayət Məcəlləsinin N9, 177.N.1, 177.N.3, 177.N.4 və 333.4-1-ci maddələri ilə, 07 mart1977-ci ildə Biləsuvar rayonu Bəydili kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmuş, Biləsuvar rayonu Bəydili kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxsN Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N9, 177.N.1, 177.N.3 və 177.N.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 N nömrəli hərbi hissənin 13-cü radiolokasiya bölüyünün radiolokasiya stansiyasının (19J6M) operatoru vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət keçərkən tamah niyyəti ilə, özgənin əmlakını talamaq məqsədilə həmkəndlisi və qohumu Təqsirləndirilən şəxsN ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında patrul nəfərinin marşrut xətti üzrə hərəkətdə olmaqla, oradan uzaqlaşmasından istifadə edərək məftil hasarı aşıb xx.xx.N0NN-ci il tarixdə saat NN:30 radələrindəxüsusi mühafizə olunan N nömrəli hərbi hissənin 13-cü radiolokasiya bölüyünün texniki ərazisinə daxil olaraq döyüş növbətçiliyindən çıxarılmış və saxlanc yeri hesab olunan 19J6M radiolokasiya stansiyasının içərisinə daxil olduqdan sonra orada qəbuledici sistemin kanalları üzrə qəbul olunan və uzun müddət istismarda olmaları nəzərə alındıqda istismarına təxminən 50 % köhnəlmə tətbiq edilməklə N0NN-ci ilin oktyabr ayına olan orta bazar qiyməti ilə hər birinin dəyəri 69N,50 manat olan YZBV01, YZBV03, YZBV04 subblokların (qida blokları) mikrosxemlərini sublokdan qoparmaqla oğurlamağa cəhd edərkən 13-cü bölüyün komandiri, patrul nəfərləri və bölüyün digər hərbi qulluqçuları tərəfindən saxlanılmış, sonuncular cinayətkar əməllərini başa çatdıra bilməsələr də, xx.xx.N0N3-cü il tarixli qərarla zərərçəkmiş şəxs qismində tanınmış N nömrəli hərbi hissəyə N077,50 manat məbləğində ziyan vurmuşlar. Bundan başqa Təqsirləndirilən şəxs1 həmin vəzifədə və rütbədə müddətdən artıq həqiqi hərbi xidmət keçərkən xx.xx.N0NN-ci il tarixdə xidmət vaxtı bitdikdən sonra hərbi hissədən çıxmasına baxmayaraq xx.xx.N0NN-ci il tarixdə səhər 0N:00-da xidməti yerinə qayıtmalı olduğu halda, üzrlü səbəblər olmadan 03 (üç) aydan artıq müddətdə xidməti yerinə qayıtmamışdır. Quliyev X5 rayonu, Bəydili kəndində yaşadığı müddətdə tamah niyyəti ilə, özgənin əmlakını talamaq məqsədilə həmkəndlisi və qohumu, N nömrəli hərbi hissənin 13-cü radiolokasiya bölüyünün radiolokasiya stansiyasının (19J6M) operatoru vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət keçən Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək xx.xx.N0NN-ci il tarixdə saat NN:30 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs halında patrul nəfərinin marşrut xətti üzrə hərəkətdə olmaqla, oradan uzaqlaşmasından istifadə edərək məftil hasarı aşıb xüsusi mühafizə olunan N nömrəli hərbi hissənin 13-cü radiolokasiya bölüyünün texniki ərazisinə daxil olaraq döyüş növbətçiliyindən çıxarılmış və saxlanc yeri hesab olunan 19J6M radiolokasiya stansiyasının içərisinə daxil olduqdan sonra orada qəbuledici sistemin kanalları üzrə qəbul olunan və ayrılıqda hər birinin dəyəri 69N,50 manat olan YZBV01, YZBV03, YZBV04 subblokların (qida blokları) mikrosxemlərini sublokdan qoparmaqla oğurlamağa cəhd edərkən 13-cü bölüyün komandiri, patrul nəfərləri və bölüyün digər hərbi qulluqçuları tərəfindən saxlanılmış, sonuncular cinayətkar əməllərini başa çatdıra bilməsələr də, xx.xx.N0N3-cü il tarixli qərarla zərərçəkmiş şəxs qismində tanınmış N nömrəli hərbi hissəyə N077,50 manat məbləğində ziyan vurmuşlar. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 özünü Azərbaycan Respublikası CM-nin 333.4-1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilməyərək, CM-nin N9, 177.N.1, 177.N.3 və 177.N.4-cü maddələri ilə elan olunmuş ittihamda isə qismən təqsirli bilərək öz ifadəsində göstərdi ki, ona verilmiş ittihamda göstərilənlərin çoxu düzgün yazılmamışdır. Belə ki, orada onun işə getmədiyi yazılsa da, lakin o oğurluq hadisəsi olan günün səhəri işə getmiş, sonra isə ezamiyyətdə olmuşdur. Atası xəstə olmuş, 7 gün Mingəçevirə getmiş, sonra isə bölük komandiri onu xidməti yerinə buraxmamışdır. O üç ay ərzində hərbi hissəyə getməmiş, həmçinin yanvar ayında hərbi hissədə olmamışdır. Buna səbəb isə bölük komandirinin onu hərbi hissəyə buraxmaması olmuşdur. Həmin müddətdə hərbi hissədən heç kim onunla maraqlanmamışdır. Oğurluğa görə isə əməlindən səmimi peşmandır. O mikrosxemlərin tərkibində qızıl olmasını bilməmişdir. Belə ki,mikrosxemlərin tərkibində bahalı metalların olub-olmamasını dəqiq bilməmişlər, buna görə onlara baxmağa getmişlər. N6 oktyabr N0NN-ci il tarixdən əvvəl həmin əşyalara baxmağa getməmişlər. Mikrosxemlərin tərkibində bahalı metal olmasını təxmin etmişlər. Azər Rusiyada olmuş v onların tərkibində qiymətli metal olduğunu eşitmişdir. Bloklardan heç nə sökülməmiş və onlar dağıdılmamışdır. Həmin stansiya işləməmiş, sökük-sökük olmuşdur. Onlardan əvvəl həmin bloklar sökülmüşdür. Stansiyanın inventarizasiya aktı olmamışdır. Stansiyanın blokları onlar ora getməmişdən əvvəl sökülü olmuşdur. Hadisədən sonra kisələrə yığılmış hissələr sökülüb həmin vaxt texniki anbara yığılmış hissələrdir. Onlardan əvvəl orada karantin vaxtı oğurluq olmuşdur. N1-ci ilin noyabr ayından texnika xarab olmuşdur. Ondan hissələr sökülüb bir qismi texniki anbara qoyulmuş, bir qismi isə başqa hərbi hissələrə verilmişdir. Mingəçevirə də hissələr verilmişdir. Texnika xarab olmuş, onlar oradan heç nə sökməmişlər. İşə getməməyinin səbəbi isə komandirin onu xidmət yerinə qoymamağı olmuşdur. Bu barədə 3 dəfə, sentyabr ayında, oktyabr ayının axırlarında və noyabr ayında raport yazmışdır. Hərbi prokurorluğun baş müstəntiqinə də məruzə etmişdir. İşə buraxılmadığına görə hərbi hissəyə getməmişdir. Hərbi hissədə həmin texnikaya təxminən N-N0N1-ci ildə mülki şəxs oğurluğa girmiş, həmin vaxt mülki şəxsi tutmuşlar. Onun adını bilmir, mayor Xantəmirov həmin işlə bağlı araşdırma aparmışdır. Həmin hadisə müharibədən əvvəl olmuşdur. Həmin vaxt oğurluğa girənlər N nəfər olmuş, bir kisə orada qalmışdır. Həmin hadisədən başqa oğurluq olmamışdır. Həmin vaxt oğurluğa cəhdin onlara verilmiş ittihamda göstərilən bloklardan olub-olmadığını dəqiq bilmir. Həmin vaxt nə oğurlandığını dəqiq bilmir. Həmin texnika N1-ci ilin noyabr ayından döyüş hazırlığından çıxarılmışdır. Ondan başqa hərbi hissədə həmin texnika ilə əlaqədar işləyən 6 nəfər işçi olmuşdur. Həmin texnikadan digər texnikalar üçün hissələraparılmışdır. Hərbi hissədən hissələr aparılanda «zampotexnik» akt tərtib etmişdir. Hissələrin sökülüb başqa yerə aparılması bölük komandiri Orxan Rəhimlinin vaxtındaolmuşdur. Texnikanın döyüş növbətçiliyinə yararsız elan edilməsinin səbəbini bilmir. Həmin texnikanın durduğu yerə olan girişin qıfılınfn 3 açarı olmuşdur. Açarların biri bölük komandirində, biri «zampotex» də olmuşdur. Açarlardan biri mayor Şahid1, biri isə Abızadədə olmuşdur. Bir açar isə «stop»un işığının üstünə qoyulmuşdur. O hərbi hissədə xidmət edəndən açarın biri orada qoyulmuşdur. O texnikanın içərisində oğurlamağa nə olduğunubilməmişdir. İşığın üstünə qoyulan açar bölük növbətçilərində olmalı ollan açar olmuş, bölük növbətçiləri açarı bir-birinə təhvil vermişlər. Onun növbəsinə düşəndə açarı təhvil almışdır. Açarın saxlanması qaydalarına əməl olunmamasını heç kimə deməmiş, əzəldən qayda belə olmuşdur. Onlar texnikanın içərisindən heç nə götürməmişlər. O istintaq zamanı Azərin özü ilə kəlbətin, vintaçan, cəryan yoxlayan cihaz götürməsi barədə ifadə verməmiş, ifadə verərkən onu döyən, incidən olmamış, ifadəni oxumayıb imza etmişdir. N0N1-ci ildə, yay vaxtı hərbi hissəyə Gəncədən N nəfər hərbiçi gəlmiş, həmin vaxt bölük komandiri Orxan Rəhimli onları texnikaya aparmış, onlar texnikadan hissələr söküb özləri ilə aparmışlar. Onları tanımır, rütbələrini bilməmişdir. O həmin texnikanı təhvil alanda akt tərtib etməmişdir. Onlarda kəlbətin, cəryan ölçən cihaz olmamışdır, bloklardan heç nə sökməmişlər. Ona texnika şifahi formada, komandir tərəfindən təhkim olunmuşdur. O Vasifə sonuncunun kartı onda olduğuna görə zəng edib onunla əlaqə saxlamış, Vasif ona naryadda olduğunu bildirmiş, ona «onda kartı səhərgötürərsən» deimişdir. Ona «sakitlikdir?» deməmişdir. İstintaq zamanı verdiyi ifadələrini təsdiq etmir, ifadə və izahat alınanda ona təzyiq göstərilməmişdir. Azər qapını açıb içəri girən kimi gəlib onu tutmuşlar. Texnikanın içərisi əvvəl necə idisə həmin vəziyyətdə qalmış, Azər oradaheç nəyə toxunmamışdır. Qıfıl xarab olmuş və işləməmişdir. Texnikanın qapısını kim istəsə açması mümkün olmuşdur. Texnikanın qapısı hər axşam möhürlənməmiş, qapıya vurulmuş möhür günəş istisinin təsirindən yararsız vəziyyətdə olmuş, ora heç kim yaxın getməmişdir. O 5 il xidmət etdiyi müddətdə oradan heç nə götürməmişdir. Onlar ora nəsə olub olmadığını bilmək üçün baxmağa getmişlər. O texnikanın içərisində qiymətli əşya olduğunu bilmək üçün Azəri ora aparmış, onu oğurluq məqsədilə ora aparmamışdır.Onlar qida bloklarından heç nə çıxarmamışlar. Hadisədən sonra onu komandir təhqir edib, «sıradan çıx və gəlmə hərbi hissəyə» demişdir. Onu hərbi hissədə döyən olmamış, amma hadisədən sonra hərbi hissədə olduğu müddətdə bölük komandiri Şahid1 üstünə cummuş və onu döymək istəmişdir. Onu həkim otağına salmış və qapını üstünə bağlamışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 texnikanın içərisində qiymətli əşya olduğunu bilmək üçün Azəri ora aparması, onu oğurluq məqsədilə ora aparmaması, onların qida bloklarından heç nə çıxarmamaları, bölük komandirinin onu hərbi hissəyə buraxmaması, ona təzyiq göstərməsi səbəbindən xidmət yerinə getməməsi barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq onun bu məzmunda ifadəsini həm özünümüdafiə, həm də oğurluq cinayətinə aid hissədə digər Təqsirləndirilən şəxsN müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxsN ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək öz ifadəsində göstərdi ki, hadisə baş verən gün içkili olmuş, Təqsirləndirilən şəxs1 ona «gedək hərbi hissəyə dəyək» demiş, onunla razılaşıb ora getmiş və rahat hərbi hissənin içərisinə girmişlər. Onları ora taksi aparmışdır. Elə təzəcə hərbi maşının arxasına girdikləri vaxt gəlib onları tutmuşlar. Orada nə sökəcəklərini bilməmişlər. Elə içəri girən kimi 6 nəfər gəlib onları tutmuşlar. Oradan heç nə sökməmişlər. Təqsirləndirilən şəxs1 ola bilər ki, yolda kiminləsə telefonla danışmış, onun kimlə danışdığını bilməmişdir. Həmin vaxt özü ilə hansısa avadanlıq götürməmiş, üstündə heç nə olmamışdır. Ora oğurluq məqsədi ilə getsələr də nə oğurlayacaqlarını bilməmişlər. O bloklarda qızıl olduğunu bilməmişdir. Onlar hərbi hissəyə və maşının içərisinə qapıdan daxil olmuşlar. Onlara heç kim mane olmamış, qapını qırmayaraq, açıb içəri girmişlər. İçəriyə baxdıqları vaxt gəlib onu tutmuşlar.Bloklar yerindən çıxarılmamış, orada üzbəüz oturaraq heç nəyi yerindən çıxarmamışlar. Stansiya ilə hərbi hissəyə giriş qapısının arası N00-N50 metr olmuş. Orada hərbi hissə gözətçisi olmamış, onlar qapıdan hərbi hissənin ərazisinə daxil olanda qapı açıq olmuş, orada onlara dayan komandası verilməmişdir. Onlar içəri girdikdən sonra 5-7 dəqiqə çəkməmişdir ki, komandir hərbiçilərlə orayagəlmişdir. Şəmin vaxt onun əlində heç nə olmamışdır. Stansiyanın qapısında açar olmamış, hərbi hissənin giriş qapısı açıq olmuşdur. O istintaq zamanı hissələri sökmələri barədə ifadə verməmiş, orada Cəfərlinin aktiv hərəkəti olmamışdır. Şirin ona həmin gün hərbi hissəyə getməkbarədə demiş, onunla qonşu olmuş, yəqin çox vaxt bir yerdə olduqlarına görə ona bu barədə demiş, Şirin ona gedib bloklara baxmağı oğurluq niyyəti ilə demiş, o içkili olmuş, Şirin ona «gedək baxaq və pula gedən qiymətli nəsə varsa götürüb gələk» demişdir. Sadəcə oğurluğa getmişlər, onun qiymətli metallardan başı çıxmamışdır. İçəridə işıq olmamış, hər ikisində fanar olmuşdur. Onlar içəridə 5 dəqiqə ərzində olmuş, orada sağ-sol kasetlər olmuş, onlar elektrik şiti kimi blokların içərisində olmuşlar. O həmin vaxt kasetlərin çıxması üçün həmin blokların çıxmalı olduğunu bildirmişdir.Eyni zamanda orada Şirindən «sökəcəyimiz şeylər bunlardır?» deyə soruşmuşdur. Hadisə yerinə getmək barədə söhbətləri isə istintaq zamanı verdiyi ifadəsində göstərdiyi kimi olmuşdur. Kasetləri sökməyə başlamaları barədə isə istintaqda ifadə verməmişdir, ifadəsinin həmin hissəsini təsdiq etmir. Maşında bir böyük kaseti yerindən çıxarsvlvr da onun içərisindən balaca kasetləri çıxarmamışlar. Həmçinin o ifadəsində göstərmişdir ki, qardaşı birinci Qarabağ müharibəsində şəhid olmuşdur, məhkəmədən ailə vəziyyətinin nəzərə alınmasını xahiş edir. Məhkəmə Təqsirləndirilən şəxsN hadisə baş verən gün təzəcə hərbi maşının arxasına girdikləri vaxt tutulmaları, orada nə sökəcəklərini bilməmələri. oradan heç nə sökməmələri, həmin vaxt özü ilə hansısa avadanlıq götürməməsi, üstündə heç nə olmaması barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq onun bu hissədə ifadəsini həm özünümüdafiə, həm də digər Təqsirləndirilən şəxs1 müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəyini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N9, 177.N.1, 177.N.3 və 333.4-1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini, Təqsirləndirilən şəxsN isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.N.1 və 177.N.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı istintaq orqanına verdiyi və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxsN ilə aralarında qonşuluq və qohumluq münasibətləri olmuşdur. O, xx.xx.N0NN-ci tarixdə təxminən saat 15:30 radələrində Təqsirləndirilən şəxsNlə söhbət edərkən sonuncu ondan söhbət əsnasında xidmət etdiyi hərbi hissədə hansı texnikaya nəzarət etdiyini soruşduqda, o radiolokasiya stansiyasının manqa komandiri olduğunu bildirmişdir. Təqsirləndirilən şəxsN isə sözügedən stansiyanın içərisində əlvan metalın olmasından məlumatlı olduğunu və həmin metalı əldə edib satmaqla, pul əldə edə biləcəklərini vurğulamışdır. O, hərbi hissədə olacağı vaxt həmin metallara baxış keçirib metalları necə və hansı qaydada götürə biləcəklərini düşünüb yekun qərar verəcəyini söyləmişdir. Bundan sonra onlar xx.xx.N0NN-ci il tarixdə saat NN radələrində Mahir adlı şəxsin idarə etdiyi VAZ-N106 markalı, dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı avtomobillə hərbi hissənin 13-cü bölüyünün giriş qapısının yanına gəlmiş, avtomobildə olarkən Təqsirləndirilən şəxs1 həmin vaxt bölüyün yuxarıda sözügedən texniki ərazisində patrul nəfəri olan MAHHXHQ, əsgər ŞahidNlə əlaqə saxlayaraq sakitlik olub-olmamasını soruşmuş, sonuncu isə növbədə olduğunu bildirmişdir. Onlar Mahir adlı taksi sürücüsünə bölüyə oğurluq məqsədilə getmələrini bildirməmiş, onlar bölüyün yaxınlığındakı ərazidə avtomobildən düşdükdən sonra isə avtomobil ərazidən uzaqlaşmışdır. Həmçinin həmin vaxt onun üzərində hər hansı alət olmasa da, Təqsirləndirilən şəxsN üzərində kəlbətin, cərəyan yoxlayan və vintaçan olmuşdur. Onlar bölüyün texniki ərazisinin girişində yerləşən hündür dəmir qapının sağ tərəfindəki açıq qapıdan içəri daxil olmuş, həmin vaxt 19J6M stansiyanın açarı Təqsirləndirilən şəxs1 olduğundan sonuncu rahat şəkildə təkərli texnikanın qapısını əli ilə açdıqdan sonra içəri daxil olmuşlar. Daha sonra onlar stansiyada olan blokları, habelə içərisindəki kasetləri sökməyə başlamşlar. Saat təxminən NN:40 radələrində bölük komandiri, mayor Şahid1 stansiyanın içərisinə daxil olaraq “kimsiz, düşün aşağı” ifadəsini səsləndirdikdə, o üzünün tanınmaması üçün Təqsirləndirilən şəxsN papağını çıxarıb öz başına qoyaraq texnikanın pilləkənlərindən aşağı tullanmaqla, hadisə yerindən uzaqlaşan zaman silahlı patrullardan biri ona “dur” deyib havaya xəbərdarlıq atəşi açmasına baxmayaraq o, buna məhəl qoymayıb hadisə yerindən uzaqlaşmışdır. Bundan əlavə o, istintaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxsNlə birlikdə stansiyadan oğurlamağa cəhd göstərdikləri qida bloklarının içərisindəki əlvan metalı ilk öncə kimə, necə satmaqlarını planlaşdırmadıqlarını, sadəcə həmin əmlakı satıb gəlir əldə edəcəkləri ilə bağlı razılığa gəldiklərini söyləmişdir. Bundan başqa o, xidmət etdiyi bölükdən oğurluq etməyə cəhd göstərdiyi üçün utanc hissi keçirdiyindən, həmçinin buna görə xidməti yoldaşlarının üzünə baxa bilməyəcəyi səbəbindən xx.xx.N0NN-ci il tarixdən xidmət yerinə qayıtmamışdir. Həmçinin Təqsirləndirilən şəxsN məhkəməyədək icraat zamanı istintaq orqanına verdiyi və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs1 ilə aralarında qohumluq münasibətləri olmuşdur. O, xx.xx.N0NN-ci tarixdə təxminən saat 15:30 radələrində evlərinin qarşısında hasar qonşusu olan Təqsirləndirilən şəxs1 ilə söhbət edərkən sonuncu ona xidmət etdiyi hərbi hissənin içərisində olan əlvan metalı satıb əldə edilən gəliri öz aralarında bölüşdürmək təklifi irəli sürmüşdür. Bu zaman o ilk öncə tərəddüt etmiş, lakin maddi vəziyyətinin çətinliyi və xeyli miqdarda borcu olması səbəbindən Təqsirləndirilən şəxs1 ilə aralarında razılığa gəlmişdir. Bundan sonra o Təqsirləndirilən şəxs1 13-cü radiolokasiya bölüyünün manqa komandiri olduğu stansiyasına necə daxil ola biləcəklərini və orada olan əlvan metalı necə əldə edə biləcəklərini soruşduqda sonuncu manqa komandiri olduğu stansiyanın açarının onda olduğunu buna görədə rahat şəkildə stansiyaya girə biləcəklərini bildirmişdir. Bundan sonra o Təqsirləndirilən şəxs1 onları bölüyün ərazisində kiminsə görüb-görməyəcəklərini soruşduqda sonuncu oğurluğa gecə saatlarında gedəcəkləri üçün qorxusu olmadığını vurğulamışdır. Bundan sonra onların arasında tam razılıq əldə edilmişdir. Onlar xx.xx.N0NN-ci il tarixdə saat NN radələrində Mahir adlı şəxsin idarə etdiyi VAZ-N106 markalı, dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı avtomobillə 13-cü bölüyün giriş qapısının yanına gəlmiş, daha sonra həmin avtomobil saxlayıb onları endirərək ərazidən uzaqlaşmışdır. Bundan sonra 13-cü radiolokasiya bölüyünün texniki ərazisinin giriş darvazası hündür və bağlı olduğundan onlar həmin darvazaya bitişik açıq qapıdan texniki əraziyə daxil olmuşlar. Onlar açıq qapıdan içəri daxil olub sol istiqamətdə təxminən 100 metr hərəkət etdikdən sonra təkərli texnikaya yaxınlaşmışlar. Bu zaman Təqsirləndirilən şəxs1 rahat şəkildə təkərli texnikanın qapısını əli ilə açdıqdan sonra içəri daxil olmuşlar. Daha sonra Şirin qapını örtmüş və sonuncunun göstərdiyi blokları və içlərində olan kasetləri sökməyə başlamışdır. Oda Təqsirləndirilən şəxs1 gözləmişdir ki, blokları çıxarıb içərisində olan əlvan metalı sökdükdən sonra həmin əlvan metalı gizli şəkildə götürüb oradan uzaqlaşsınlar. Həmin vaxtı təxminən NN:40 radələrində ad və soyadlarını bilmədiyi N-3 nəfər hərbi qulluqçu texnikanın içərisinə daxil olduğundan Təqsirləndirilən şəxs1 onun papağını götürüb öz başına qoyaraq texnikadan tullanıb hadisə yerindən uzaqlaşmışdır. Lakin o qaça bilmədiyindən həmin hərbi qulluqçular onu yaxalayıb Biləsuvar rayon polis şöbəsinə təhvil vermişlər Məhkəmə iclasında zərər çəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş N saylı hərbi hissənin raket artilleriya silahları xidmət rəisi, kapitan Zərərçəkmiş şəxs Qafar oğlu ifadəsində göstərmişdir ki, o Təqsirləndirilən şəxs1 həmkəndlisi Təqsirləndirilən şəxsNlə birlikdə xx.xx.N0NN-ci il tarixdə gecə saat NN radələrində 13-cü radiolokasiya bölüyünün 19J6M radiolokasiya stansiyasından qida bloklarını oğurlamağa cəhd etmələri faktının birbaşa şahidi olmamışdır. Həmin hadisəni eşitmişdir. Hərbi hissə komandanlığı tərəfindən verilmiş etibarnamə ilə zərərçəkmiş şəxsin nümayəndəsi təyin olunmuşdur. Oğurluğa cəhd nəticəsində hərbi hissəyə dəymiş ziyan N saylı hərbi hissə komandanlığı tərəfindən müəyyən edilərək bu barədə məktub verilmişdir. Oğurluğa cəhd olunan stansiya N1-ci ildən işləməmişdir. Həmin texnika nasaz vəziyyətdə olsa da dağılmış vəziyyətdə olmamışdır. Məhkəmə baxışında şahid qismində dindirilən N saylı hərbi hissənin 13-cü radiolokasiya bölüyünün komandiri, mayor Şahid1 öz ifadəsində göstərdi ki, o N6 oktyabr N0NN-ci il tarixdə iş vaxtı bitdikdən sonra hərbi şəhərcikdəki evində olarkən saat NN:00 radələrində bölük növbətçisi ona zəng vuraraq texniki ərazidə olan 19J6M stansiyasının içərisində danışıq səslərinin gəldiyini demişdir. O, bu məlumatı alan kimi dərhal hərbi şəhərcikdən çıxıb öz avtomobili ilə texniki əraziyə doğru hərəkət etmiş, məlumatı baş leytenant Cavanşir Abbasova və bölüyün baş çavuşu baş gizir Elməddin Həbiyevə ötürmüşdür. Onlar və təyin olunmuş patrul nəfərləri 19J6M stansiyasının yaxınlığına gəlmişlər. Stansiyadan səs gəldiyini eşitmiş, qapıya yaxınlaşanda qıfılın açıldığını görmüşdür. Qapını açıb içəriyə işıq saldıqda iki nəfər mülki paltarda şəxsin orada blokların qarşısında oturmuş vəziyyyətdə blokları çıxarıb kasetləri sökdüklərini görmüşdür. Onların əllərində «otverka», «kusaçka» və bir çox alət olmuşdur. Həmin şəxslərə çölə çıxmaları ilə bağlı xəbərdarlıq etsə də onlar yerlərində qalıb aşağı düşməmişlər. Stansiyaya daxil olub yaxında dayanmış başında qara papaq olan şəxsin qolundan ehtiyatla tutmuş, ardınca isə digər şəxsi tutmuşdur. Qolundan tutduğu başında papaq olan şəxs həmin vaxt üzünü gizlətməyə çalışdığından onu tanıya bilməmişdir. Ancaq bədən quruluşundan Təqsirləndirilən şəxs1 olmasından şübhələnmişdir. Bundan sonra həmin şəxs yerə tullanaraq qaçmışdır. Həmin vaxt patrul nəfəri havaya bir dəfə xəbərdarlıq atəşi açmasına baxmayaraq o, buna məhəl qoymayaraq qaçıb gözdən itmişdir. Stansiyanın içində qalan şəxsi isə tutub Biləsuvar rayon polis şöbəsinə təhvil vermişlər. Sonra hadisə barədə aidiyyəti orqanlara məruzə olunmuşdur. Stansiyada 3 blok sökülərək kasetlər çıxarılmış, bir ovuc radiolokasiya elementləri sökülüb yığılmış vəziyyətdə olmuşdur. Xırda bir elementin olmaması stansiyanın nasaz olmasına səbəb olur. Hadisənin ertəsi günü Müdafiə Nazirliyindən hərbi hissəyə nümayəndə gəlmişdir. Şirinin Cəfərlinin hərbi hissəni özbaşına tərk etməsi barədə isə onu deyə bilər ki, o, hadisədən bir gün sonra tapılaraq bölüyə gətirilmiş, dindirilərək izahatı alındıqdan sonra bir müddət hərbi hissəyə gedib gəlmişdir. O növbəyə qoyulmamış və naryadlara cəlb olunmamışdır. Təqsirləndirilən şəxs1 dekabr ayının N-dən sonra isə hərbi hissəyə gəlməmişdir. Onun xidmət yerinə gəlməməsi barədə hər gün hərbi hissə komandanlığına telefonoqramma verilmiş və oradan da bu barədə Baş İdarəyə məruzə olunmuşdur. Hərbi polisə bu barədə məlumat verilməmişdir. Xidmət yerinə gəlmədiyi müddətdə onun evinə getmişlər, lakin Təqsirləndirilən şəxs1 evdə olmamışdır. Oğurluğa cəhd olunan texnikadan hissələr sökülərək digər texnikalara aparılmamış, onun işlədiyi dövrdə belə hal olmamış, ondan əvvəl isə belə halların olduğunu eşitmişdir. O bölüyü N0N1-ci ilin may ayında təhvil almış, onda texnikadan sökülmüş əşyalara dair akt olmamışdır. Saat 1N:00-dan sonra silahlı patrul tərəfindən təhvil təslim aparılmaqla həmin texnika birbaşa silahlı patrul tərəfindən qorunmuş hesab olunmuşdur. Həmin texnikanın qapısında qıfıl olmuş və qıfılın açarı manqa komandiri kimi Təqsirləndirilən şəxs1 olmuşdur. Həmin texnikadan hansasa əmlakın götürülərək digər texnikalarda istifadə edilməsi halının olmasını eşitmiş, bu hal onun komandir olduğu dövrdə olmamışdır. Oğurluğa cəhd olunan bloklar hadisədən əvvəl istifadəyə yararlı olmuşdur. Həmin hadisədən sonra Təqsirləndirilən şəxs1 naryadlardan kənarlaşdırılmış, barəsində başqa tədbir görülməmişdir. Bir də onunla tərbiyəvi söhbətlər aparılmışdır. Cəfərli bu hadisədən sonra siqaret çəkilən yerdə saxlanılmış, onu şəxsi heyətdən izolyasiya etmək lazım olmuş, şəxsi heyətdə ona qarşı aqresiya olmuşdur. O Təqsirləndirilən şəxs1 qarşı fiziki zor tətbiq etməmiş, onu döyməmişdir. Məhkəmə baxışında şahid qismində dindirilən N saylı hərbi hissənin 13-cü radiolokasiya bölüyünün baş sürücü elektriki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Şahid3 öz ifadəsində göstərdi ki, o xx.xx.N0NN-ci il tarixdən xx.xx.N0NN-ci il tarixədək patrul xidmətinə təyin olunmuş, hadisə olan vaxt istirahət vaxtı olmuşdur. Saat NN radələrində Kərəm Hüseynov onu yuxudan oyadıb texniki ərazidə şübhəli şəxslərin görüldüyünü bildirdiyinə görə dərhal bölük növbətçisi ilə texniki əraziyə getmişdir. 19J6M stansiyasının içərisindən danışıq səslərinin gəldiyini eşidib bu barədə bölük komandirinə məlumat vermişlər. O, öz avtomobili ilə əraziyə gəlmişdir. Baş leytenant Cavanşir Abbasov və gizir Elməddin Nəbiyev də oraya gəlmişlər. Bölük komandiri ilə bölük növbətçisi qapını açıb stansiyaya girmişlər. O maşının içərisinə tam girməmişdir. İçəridə olanların bir nəfəri həmin vaxt qaçmışdır. Təqsirləndirilən şəxs1 hərbi hissəyə gəlməməsi barədə isə onun məlumatı olmamışdır, xidməti işi belədir ki, naryada girib istirahət etdikdən sonra evə gedir. Patrul naryadında olarkən texnikanı, qapıları, bakları, anbarları və çənləri möhürlərinə baxıb təhvil alıb N saatdan sonra digər patrul naryadına təhvil verirlər. O N6 oktyabr N0NN-ci il tarixdə növbəni qəbul edəndə hər şeyi qaydasında, möhürləri yerində olmaqla təhvil almış, oğurluğa səhd olunan texnikanın qapısında möhür yerində olmuş, qapıda qıfıl olmuşdur. O komandir tərəfindən Cəfər Şirinliyə qarşı fiziki zor tətbiq edilməsini görməmişdir. Məhkəmə baxışında şahid qismində dindirilən N №li hərbi hissəsinin 13-cü radiolokasiya bölüyünün GPR-15 cihazının dizelçisi, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər ŞahidN öz ifadəsində göstərdi ki, o, xx.xx.N0NN-ci il tarixdə saat N1:00-dan N3:00-dək patrul növbətçiliyində olmuş, gecə saat NN:45 radələrində marşrut üzrə hərəkət edən zaman birdən bölük komandirinin avtomobilinin darvazadan içəri daxil olduğunu görüb həmin istiqamətdə hərəkət edən zaman bölüyün stansiya rəisi, baş leytenant Cavanşir Abbasovun və baş gizir Elməddin Həbiyevin öz avtomobilləri ilə texniki əraziyə daxil olduqlarını görmüşdür. Onlar avtomobilləri ilə texniki əraziyə daxil olub 19J6M nömrəli stansiyaya tərəf irəliləyib stansiyanın yaxınlığında dayanmışlar. Həmin vaxt digər patrul nəfəri Şahid3 və bölük növbətçisi çavuş Kərəm Hüseynov da orada olmuşlar. O, həmin adlarını qeyd etdiyi hərbi qulluqçuların 19J6M nömrəli stansiyanın yaxınlığında toplaşdıqlarını gördükdə dərhal həmin istiqamətə getmişdir. Bundan sonra bölük komandiri mayor Şahid1 və bölük növbətçisi Kərəm Hüseynov həmin stansiyaya daxil olmuş, digər şəxslər isə aşağıda stansiyanın yanında dayanmışlar. Həmin vaxt stansiyadan bir nəfər yerə tullanaraq qaçmağa başlamışdır. Bu vaxt həmin şəxsin dayanması üçün patrul nəfəri Şahid3 havaya bir dəfə atəş açmış, lakin, həmin şəxs dayanmayaraq qaçmağa davam etmişdir. Yerə tullanıb qaçan şəxs başındakı papağı üzünə kimi çəkdiyindən, həmçinin qaranlıq olduğundan o həmin şəxsi görə bilməmişdir. Lakin digər şəxsi tutub hər hansı bir zor tətbiq etmədən Şahid1 avtomobilinə əyləşdirərək polis şöbəsinə aparmışlar. Həmin vaxt ərazini o mühafizə etmiş, naryadı təhvil alarkən oğurluğa cəhd olunan stansiyanın qapısı möhürlənmiş vəziyyətdə olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş 06 dekabr N0NN-ci il tarixli «hadisə yerinə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, hadisə yeri Biləsuvar rayonunda yerləşən 13-cü bölüyün texniki ərazisindədir. N nömrəli hərbi hissənin 13-cü bölüyünün döyüş növbətçiliyi həmin ərazidə aparılır. Bölüyün inzibati binasından texniki ərazisinin giriş qapısına qədər məsafə N50 metrdir. Texniki ərazinin giriş qapısı ilə üzbəüz beton körpü vardır. Körpüdən sol tərəfə doğru torpaq yol vardır. Texniki ərazidən içəri daxil olduqda sol tərəfdən təxminən 150 metr irəlidə 19J6M radiolokasiya stansiyası yerləşir. Texniki ərazi məftil hasarla əhatə olunmuşdur. 19J6M stansiyası hasardan paralel isə 47 metr məsafədədir. Radiolokasiya stansiyasına yaxınlaşdıqda qapısının qıfılının olmadığı müəyyən edilmişdir. İçəri daxil olduqda görünür ki stansiya iki hissədən ibarətdir. Giriş hissədən daha bir qapı vardır Həmin qapının açılması zamanı dəhliz olduğu, dəhlizin sağ və sol tərəfində qida bloklarının olması müəyyən edilmişdir. Qida bloklarının ikisinin irəli doğru açılması müşahidə olunur. Həmin qida bloklarının sökülərək yerə yığıldığı görünür. Həmin yerə baxıldıqda bir ədəd kiçik ölçülü kəlbətin, 0N ədəd vintaçan olduğu görünür. Qida bloklarının sökülərək ayrı yığılan hissələri vintaçanlar və kəlbətin qablaşdırılaraq götürüldü. Qida bloklarının tam çıxarılmasına cəhd edildikdə mümkün olmasada, həmin qida bloklarının prokurorluğa təqdim edilməsi üçün göstəriş verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 05 yanvar N0N3-cü il tarixli «Qida bloklarına və predmetlərə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Hadisə yerindən götürülərək istintaqa təqdim edilmiş bloklarına və həmin qida bloklarının oğurlanması üçün istifadə edilən 01 ədəd cərəyan yoxlayan başlığı, 0N ədəd vintaçan və 01 ədəd kəlbətinə 05 yanvar N0N3-cü il tarixdə Lənkəran hərbi prokurorluğunda baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, qida blokları dördbucaq formasında qutuya bənzərdir. Sağ və sol hissələrdə kiçik ölçülü istintaqa dəqiq məlum olmayan funksiyaları yerinə yetirən mexanizmlərdən ibarət hissəciklər vardır. Həmin mexanizmi hərəkətə gətirən ön hissədə qurğular əks edilmişdir. Həmin hissədə qida bloklarının nömrələri göstərilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 13-cü radiolokasiya bölük komandirinin xx.xx.N0NN-ci il tarixli raportdan görünür ki, 13-cü radiolokasiya bölüyünün ərazisində (19J6MRLS-in içində) xx.xx.N0NN-ci il tarixdə saat NN:40 radələrində Şahid1, daxili naryad və patrul nəfərləri tərəfindən iki nəfər mülki geyimdə şəxs blokları sökərkən aşkarlanmışdır. Onlardan biri qaçmış, digəri (Təqsirləndirilən şəxsN) tutularaq Biləsuvar rayon polis şöbəsinə təhvil verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş N nömrəli hərbi hissə komandanlığının xx.xx.N0NN-ci il tarixli, 1035N nömrəli məktubdan görünür ki,19J6M RLS-ə məxsus YZBV01, YZBV03, YZBV04 qida bloklarının hər birinin dəyəri 13N4,95 AZN təşkil edir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə istintaqı zamanı təyin olunaraq keçirilmiş materialların məhkəmə ekspertizası, metal və daşların tədqiqi, Məhkəmə iqtisad ekspertizası, «ərzaq və sənaye mallarının əmtəəşünaslıq tədqiqi» ekspetizasının 19 iyul N0N3-cü il tarixli 6/34N4-9/4N33 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş N nömrəli hərbi hissə komandirinin birinci müavini qərargah rəisi vəzifəsini müvəqqəti icra edən İ.Qafarov tərəfindən tərtib edilmiş xx.xx.N0NN-ci il tarixli məktuba əsasən ekspertiza təyini haqqında qərarda qeyd edilən 3 adda malların uzun müddət istismarda olması nəzərə alındıqda istismarına təxminən 50% köhnəlmə tətbiq edilməklə N0NN-ci ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən N077,50 (3x69N,50) manat müəyyən edilir. O cümlədən: YZBV01 - qida bloku - 13N4,95 manat - 50%=69N,50 manat, YZBV03 - qida bloku - 13N4,95 manat-50%=69N,50 manat, YZBV04 - qida bloku - 13N4,95 manat - 50%=69N,50 manat. Cinayət işinin materiallarına əlavə edilmiş N nömrəli hərbi hissə komndirinin xx.xx.N0NN-ci il tarixli, N1N4 nömrəli arayışdan görünür ki, N nömrəli hərbi hissənin 13-cü radiolokasiya bölüyünün tərkibində olan 19N7-ci il buraxılışlı 16J6M radiolokasiya stansiyası xx.xx.N1-ci il tarixdən döyüş növbətçiliyindən çıxarılmış və texniki mövqedə saxlanmaya qoyulmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin xx.xx.N0N3-cü il tarixli, 1195 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissənin 13-cü radiolokasiya bölüyünün silahlanmasında olan N0N9N1 nömrəli 19J6M tipli radiolokasiya stansiyası 19NN-ci il də istehsal olunub və N009-cu ildən həmin bölüyün silahlanmasında uçotdadır. Həmçinin 19J6M radiolokasiya stansiyası və həmin stansiyanın içərisində yerləşən texniki təchizatları (hissə və qovşaqlar) hərbi əmlakdır. Həmin texniki təchizatlar hal-hazırda Hərbi Hava Qüvvələrinin silahlanmasında olan eyni tipli radiolokasiya stansiyalarında ehtiyyat hissə kimi (eyni blok və qovşaqların əvəzinə) istifadə oluna bilər. Cinayət işinin materiallarına əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N iyun NN-ci il tarixli, 1N4 nömrəli əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursunu bitirmiş, X6 – Hərbi Hava Qüvvələrinin Komandanının 0N iyun NN-ci il tarixli 051 əç nömrəli əmrinə əsasən bağlaşma əsasında 3(üç) il müddətinə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü qəbul edilmiş və 13-cü radiolokasiya bölüyünün radiolokasiya stansiyasının (19J6M operatoru vəzifəsi təyinedilməklə N iyun NN-ci il tarixdə hərbi hissənin şəxsi heyətinin siyahısına bütün növ təminatlarla daxil edilmişdir. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N may N-ci il tarixli, 147 nömrəli əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 X6 –Hərbi Hava Qüvvələrinin Komandanının 01 may N-ci il tarixli 056 əç nömrəli əmrinə əsasən hərbi xidmətkeçmə haqqında əsasnamənin 7N-ci maddəsinin “a” bəndinə (yuxarı vəzifəyə) 13-cü radiolokasiya bölüyünün radiolokasiya stansiyasının 19J6M operatoru vəzifəsindən azad edilmiş, həmin bölüyün 19J6M manqa komandiri, baş operatoru vəzifəsinə təyin edilmişdir. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin 0N dekabr N0NN-ci il tarixli, 3N4 nömrəli əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.N0NN-ci il tarixdən xidməti yerinə gəlmədiyinə görə hərbi hissəni özbaşına tərk edənlərin siyahısına salınaraq bütün növ təminatlardan çıxarılmışdır. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş xx.xx.N0NN-ci il tarixli raportdan görünür ki, MAHHXHQ əsgər Təqsirləndirilən şəxs1 xx.xx.N0NN-ci il tarixdən xidməti yerinə səbəbsiz olaraq gəlməmişdir. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş təqsirini boynuna almaqla könüllü gəlmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 03 mart N0N3-cü il tarixdə heç kimin təsiri altında qalmadan sərbəst şəkildə təqsirini boynuna almaqla Lənkəran Hərbi Prokurorluğuna gələrək cinayət əməllərindən peşman olduğunu bildirmişdir. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş N nömrəli hərbi hissə komandanlığının xx.xx.N0NN-ci tarixli, N505 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.N0NN-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi poliklinikasından dispanser müayinəsində keçmiş və sağlam olduğu müəyyən edilmişdir. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında N6 oktyabr N0NN-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxsN N6 oktyabr N0NN-ci il tarixdəsaat N3:30 dəqiqədə Azərbaycan Respublikası CM-nin N9,177.N.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində Biləsuvar RPŞ-nin İB tərəfindən tutulmuşdur. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş tutulmuş şəxsin azad edilməsi haqqında N7 oktyabr N0NN-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxsN Azərbaycan Respublikası CM-nin N9,177.N.3-cü maddəsi ilə nəzərdə tutulmuş ittihamı elan etmək üçün kifayət qədər sübut əldə etmək mümkün olmadığına görə o, Biləsuvar RPŞ-nin MSY-dən müvəqqəti saxlanılmaqdan azad edilmişdir. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin xx.xx.N0N3-cü il tarixli, 16/1-54 nömrəli məktubundan görünür ki, X4 məhkumluğu olmamışdır. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin xx.xx.N0N3-cü il tarixli, 16/1-53 nömrəli məktubuna əlavə edilmiş məlumatlardan, həmçinin Biləsuvar rayon Məhkəməsinin hökmlərinin surətlərindən görünür ki, Quliyev X5 rayon Məhkəməsinin xx.xx.NN-ci il tarixli 1(0NN)-11N/NN saylı hökmünə əsasən Azərbaycan Respublikası CMnin 177.N.1, 177.N.N, 177.N.3, 177.N.4-cü maddələri ilə təqsirli bilinib N (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına, həmçinin Biləsuvar rayon Məhkəməsinin xx.xx.N0N1ci il tarixli hökmünə əsasən isə Azərbaycan Respublikası CM-nin N34.1-ci maddəsi ilə təqsirli bilinib N (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş Penitensiar Xidmətin 7 saylı cəzaçəkmə Müəssisəsinin 06 aprel N0N3-cü il tarixli 3-16-17/NN/N-1063 N0N3 nömrəli məktubundan görünür ki, Biləsuvar rayon Məhkəməsinin xx.xx.N0N1-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin N34.1-ci maddəsi ilə təqsirli bilinib N (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və müəssisədə cəza çəkmiş Təqsirləndirilən şəxsN barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.N0N1-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.N0N1-ci il tarixli Amnistiya Qərarının 4-cü hissəsi tətbiq edilərək cəza müddəti 6 ay azaldılmışdır. Təqsirləndirilən şəxsN xx.xx.N0NN-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə 1 ay 07 gün müddətinə şərti olaraq cəzadan vaxtından əvvəl azad olunmuşdur. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş 574559 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı övladı vardır. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş 0N9350 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxsN himayəsində bir azyaşlı övladı vardır. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş AZ 061776 nömrəli ölüm haqqında şəhadətnamənin və şəhid ailəsinin vəsiqəsinin kserosurətlərindən görünür ki, X9 1N yanvar 1994-cü il tarixdə Füzuli rayonu uğrunda gedən döyüşlərdə xəbərsiz itkin düşdüyündən ölmüş elan edilmişdir və X3 şəhid ailəsinin üzvü kimi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququ vardır. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 xidmət yeri üzrə mənfi xarakterizə olunmuşdur. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş yaşayış yerindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxsN yaşayış yeri üzrə mənfi xarakterizə olunmuşdur. Məhkəmə baxışının sonuncu iclasında Təqsirləndirilən şəxs1 müdafiəçisi MüdafiəçiN məhkəməyə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs1 yaxın qohumları baş vermiş oğurluğa cəhd hadisəsi nəticəsində hərbi hissəyə dəymiş ziyandan onun payına düşən hissəni, yəni ziyanın yarısından çoxu olmaqla 1040 manatı dövlət büdcəsinə ödəmək üçün ona təqdim etmişlər. O, həmin məbləği bu gün X1 hesabını öyrənməklə həmin hesaba köçürürək müvafiq qəbzi məhkəməyə təqdim edəcəkdir. Odur ki, ziyanın həmin məbləğinin ödənilmiş hesab edilməsini məhkəmədən xahiş edir. İş üzrə ibtidai araşdırma aparmış orqan tərəfindən təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası CM-nin N9, 177.N.1, 177.N.3, 177.N.4-cü maddələri ilə ittiham ona görə verilmişdir ki, onlartamah niyyəti ilə, özgənin əmlakını talamaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında patrul nəfərinin marşrut xətti üzrə hərəkətdə olmaqla, oradan uzaqlaşmasından istifadə edərək məftil hasarı aşıb xx.xx.N0NN-ci il tarixdə saat NN:30 radələrindəN saylı hərbi hissənin xüsusi mühafizə olunan 13-cü radiolokasiya bölüyünün texniki ərazisinə daxil olaraq döyüş növbətçiliyindən çıxarılmış və saxlanc yeri hesab olunan 19J6M radiolokasiya stansiyasının içərisinə daxil olduqdan sonra orada qəbuledici sistemin kanallarıüzrə qəbul olunan qida bloklarının mikrosxemlərini sublokdan qoparmaqla oğurlamağa cəhd edərkən 13-cü bölüyün komandiri, patrul nəfərləri və bölüyün digər hərbi qulluqçuları tərəfindən saxlanılmış, cinayətkar əməllərini başa çatdıra bilməsələr də, xx.xx.N0N3-cü il tarixli qərarla zərərçəkmiş şəxs qismində tanınmış N nömrəli hərbi hissəyə xeyli miqdarda, yəni N057,N5 AZN məbləğində ziyan vurmuşlar. Lakin məhkəmə istintaqı zamanı təyin olunaraq keçirilmiş materialların məhkəmə ekspertizası, metal və daşların tədqiqi, Məhkəmə iqtisad ekspertizası, «ərzaq və sənaye mallarının əmtəəşünaslıq tədqiqi» ekspetizasının 19 iyul N0N3-cü il tarixli 6/34N4-9/4N33 nömrəli rəyinə əsasən həmin hadisə nəticəsində vurulmuş ziyanın ümumi dəyərinin təxminən N077,50 manat olması müəyyən edilmişdir. Məhkəmə baxışı iclasında dövlət ittihamçısı hadisə nəticəsində vurulmuş ziyanın xeyli miqdar təşkil etmədiyinə görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxsN qarşı irəli sürülmüş ittihamdan onların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N9, 177.N.4-cü maddəsi ilə təqsirləndirilmələrinə dair müddəa nın xaric edilməsini məhkəməyə təklif etmişdir. Azərbaycan Respublikası CPM-nin 31N.1-ci maddsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Belə olan halda, göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hadisə nəticəsində vurulmuş ziyan xeyli miqdar təşkil etmədiyinə görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxsN qarşı irəli sürülmüş ittihamdan onların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N9, 177.N.4-cü maddəsi ilə təqsirləndirilmələrinə dair müddəa xaric edilməlidir. Beləliklə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar: şahidlərin ifadələri, həmçinin işin digər obyektiv halları X7 ittihamdan xaric edilən maddə istisna olunmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N9, 177.N.1, 177.N.3 və 333.4-1-ci maddələri ilə istinad edilən cinayət əməllərinin məhz onun tərəfindən törədilməsini tam təsdiq edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağının olmasını, 59.1.10-cu maddəsinə əsasən könüllü gəlib təqsirini boynuna almasını, 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini, həmçinin ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini qismən etiraf edib hərəkətindən səmimi peşman olmasını, atasının «C34.3-Bronxların və ya ağciyərin aşağı payının bədxassəli yenitörəməsi cT4NNM0 mərhələ İİİ B, sağ ağciyər xərçəngi. Davararalı linfa düyünlərinə metastaz» xəstəliyinə tutulmaqla səhhətinin ağır olmasını və gəncliyini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.N-ci maddəsinin tələblərinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N, 41.N, 5N.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid edilmədən və cəza çəkmədən islah olunmasını mümkün saymayaraq, törətdiyi cinayət əməllərinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Həmçinin məhkəmə yuxarıda göstərilənləri və cəzanı yüngülləşdirən halların məcmuyunu müstəsna hal hesab edərək, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 6N-ci maddəsini tətbiq edib ona ittiham olunduğu maddələrin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.N-ci maddəsinə əsasən ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqında tədqiq edilmiş sübutlar: şahidlərin ifadələri, həmçinin işin digər obyektiv halları Təqsirləndirilən şəxsN ittihamdan xaric edilən maddə istisna olunmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N9, 177.N.1, 177.N.3-cü maddələri ilə istinad edilən cinayət əməllərinin məhz onun tərəfindən törədilməsini tam təsdiq edir.Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxsN cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxsN Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağının olmasını, həmçinin şəhid ailəsinin üzvü olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.N-ci maddəsinin tələblərinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası CM-nin 1N.N.1-ci maddəsinəəsasən Təqsirləndirilən şəxsN əməlləri cinayətlərin təhlükəli residivini yaradır. Təqsirləndirilən şəxsN cəzasını ağırlaşdıran hal CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residividir. Azərbaycan Respublikası CM-nin 63.3-ci maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 65.N-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxsN cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N, 41.N, 5N.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxsN cəmiyyətdən təcrid edilmədən və cəza çəkmədən islah olunmasını mümkün saymayaraq, törətdiyi cinayət əməllərinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxsN Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsN barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə dəyişdirilməli və o, məhkəmə iclas zalında həbsə alınmaqla həbsdə saxlanılması üçün Cəlilabad Rayon Polis Şöbəsinə təhvil verilməli, oradan Bakı İstintaq Təcridxanasına etap olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinə əsasən maddi sübutlar məsələsinin necə həll olunmasını müzakirə edərək, iş üzrə maddi sübut olan və saxlanılması üçün N nömrəli hərbi hissənin 13-cü bölüyünə təhvil verilmiş YZBV01, YZBV03, YZBV04 və 194PU-1N nömrəli qida bloklarının hərbi hissənin istifadəsinə verilməsi, 01 ədəd kəlbətin, 01 ədəd vintaçan, 01 ədəd vintaçan kimidə istifadə edilə bilən cərəyan yoxlayan başlığın isə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi qərarına gəlir. İş üzrə keçirilmiş ekspertiza xərci olan cəmi 300 (üç yüz) manat təqsirləndirilən şəxslərdən bərabər qaydada, yəni 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs1 və 150 (yüz əlli) manat Təqsirləndirilən şəxsN alınaraq alınaraq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 3N4 və 3N5-ci maddələrini rəhbər tutaraq, hərbi məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N9, 177.N.1, 177.N.3 və 333.4-1-ci maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin N9, 177.N.1, 177.N.3-cü maddələri ilə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 6N-ci maddəsi tətbiq edilərək 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 333.4-1-ci maddəsi ilə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 6N-ci maddəsi tətbiq edilərək 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.N-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti cəza olaraq 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.N.4-cü maddəsi xaric edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli onun həbs olunduğu gündən, yəni 03 mart N0N3-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsN Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N9, 177.N.1 və 177.N.3-cü maddələri ilə təqsirli bilinib N (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasınaməhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinəəsasən Təqsirləndirilən şəxsN iş üzrə N6 oktyabr N0NN-ci il tarixdən N7 oktyabr N0NN-ci il tarixədək şübhəli şəxs qismində tutlduğu 01 (bir) gün müddət təyin olunmuş azadlıqdan məhrumetmə müddətinə bir günə bir gün hesablanmaqla Təqsirləndirilən şəxsN üzərində qəti olaraq N (iki) il 5 (beş) ay N9 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxsN qarşı irəli sürülmüş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.N.4-cü maddəsi xaric edilsin. Təqsirləndirilən şəxsN cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxsN barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə dəyişdirilsin. Təqsirləndirilən şəxsN məhkəmə iclas zalında həbsə alınsın, həbsdə saxlanılması üçün Cəlilabad Rayon Polis Şöbəsinə təhvil verilsin və oradan Bakı İstintaq Təcridxanasına etap olunsun. Təqsirləndirilən şəxsN cəza çəkməsinin əvvəli onun həbs olunduğu gündən, yəni 31 avqust N0N3-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut olan və saxlanılması üçün N nömrəli hərbi hissənin 13-cü bölüyünə təhvil verilmiş YZBV01, YZBV03, YZBV04 və 194PU-1N nömrəli qida blokları hərbi hissənin istifadəsinə verilsin, 01 ədəd kəlbətin, 01 ədəd vintaçan, 01 ədəd vintaçan kimidə istifadə edilə bilən cərəyan yoxlayan başlıq isə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan cəmi 300 (üç yüz) manat təqsirləndirilən şəxslərdən bərabər qaydada, yəni 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs1 və 150 (yüz əlli) manat Təqsirləndirilən şəxsN alınaraq dövlət nəfinə keçirilsin. Hökmdən N0 (iyirmi) gün müddətində Cəlilabad Hərbi Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxsN münasibətdə həmin müddət hökmün surətinin onlara verildiyi andan hesablanır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar