Məhkəmə qərarları › İş №1-1(096)-3/2025

Cəlilabad Hərbi Məhkəməsi Hökm — İş №1-1(096)-3/2025

17.01.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1-1(096)-3/2025 17.01.2025 CƏLİLABAD HƏRBİ MƏHKƏMƏSİ Cəlilabad Hərbi Məhkəməsinin hakimi Neymanov İslam Əkrəm oğlunun sədrliyi, Əliyev Asif Xəlil oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası hərbi prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında, N saylı hərbi hissənin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Təqsirləndirilən şəxs – 01 avqust 2002-ci il tarixdə Tovuz rayonu, Qaradaş kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində 1 azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, N saylı hərbi hissənin texniki qrup komandiri vəzifəsində, sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu xidmət etmiş, xx.xx.2024cü il tarixdə hərbi xidmətdən tərxis olunmuş, hazırda "xxxx" MMC-də usta işləyən, Tovuz rayonu, Qaradaş kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi 35 №-li evdə kirayədə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs on gündən artıq, lakin bir aydan çox olmayaraq üzrlü səbəblər olmadan xidmət yerinə vaxtında qayıtmamışdır. Belə ki, Təqsirləndirilən şəxs N saylı hərbi hissəsinin 2-ci sərhəd komendantlığının 9-cu sərhəd zastavasının texniki qrup komandiri vəzifəsində, çavuş hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, 29 avqust 2024-cü il tarixdə 05 (beş) gün müddətinə N saylı hərbi hissə komandirinin nizami hissə üzrə 29 avqust 2024-cü il tarixli 0242 nömrəli əmri ilə ailə vəziyyəti ilə əlaqədar növbədənkənar məzuniyyətə göndərilmişdir. O, məzuniyyətdən 03 sentyabr 2024-cü il tarixdə, saat 08:00-da xidmət yerinə qayıtmalı olduğu halda, 02 oktyabr 2024-cü il tarixdə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılanadək müddətdən artıq hərbi qulluqçu kimi üzrlü səbəblər olmadan, ümumilikdə on gündən artıq, lakin bir aydan çox olmayaraq xidmət yerinə vaxtında qayıtmamışdır. Məhkəmə iclasında, təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, hərbi hissə komandanlığına müraciət edərək ailə vəziyyəti ilə əlaqədar növbədənkənar məzuniyyətə çıxmaq istəyini bildirmişdir. Buna görə ona hərbi hissə komandirinin müvafiq əmri ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 5 (beş) gün müddətinə məzuniyyət verilmişdir. O, məzuniyyət biletini hərbi hissənin kadrlar bölməsindən götürən zaman ona məzuniyyətdən qayıdarkən özü ilə birlikdə ailə vəziyyətini özündə əks etdirən sənəd gətirməsi bildirilmişdir. Bundan sonra o, hərbi hissədən çıxmışdır. xx.xx.2024-cü il tarixdə xidmət yerinə qayıtmalı olduğu halda qayıtmamışdır. Buna səbəb kimi həyat yoldaşı Aysel Sadıqovanın hamiləliklə əlaqədar psixi sağlamlığını göstərmiş, lakin bununla bağlı hər hansı rəsmi sənədi hərbi hissəyə təqdim etməmişdir. O, eləcə də Aysel Sadıqova ilə aralarında hər hansı rəsmi nikah sənədinin olmadığını, buna görə də həmin sənədi hərbi hissəyə təqdim etmədiyini açıqlamışdır. Ona xx.xx.2024-cü il tarixdən sonra hərbi hissənin vəzifəli şəxsləri tərəfindən zənglər edilsə də o, həyat yoldaşının sağlamlıq vəziyyəti ilə əlaqədar hərbi hissəyə gələ bilməyəcəyini bildirməklə bir daha xidmət yerinə qayıtmamışdır. 02 oktyabr 2024-cü il tarixdə hərbi xidmətdən ehtiyata buraxılması haqqında əmr imzalanmışdır. Hərbi hissədə xidmət etdiyi dövrdə ona qarşı nizamnamədən kənar hərəkətlər edən, qanunsuz hərəkətlər edən, zorakılıq edən olmamışdır. Təqsirləndirilən şəxs cinayət əməli özünün etirafından başqa, cinayət iş üzrə toplanmış aşağıdakı təkzibedilməz sübutlarla da tam təsdiq olunmuşdur. Məhkəmə iclasında, şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs xidmət müddətində tanımış, aralarında hər hansı qohumluq və düşmənçilik münasibətləri olmamışdır. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs hərbi hissə komandirinin əmri əsasında 5 (beş) günlük, yəni xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ailə vəziyyəti ilə əlaqədar məzuniyyətə çıxmışdır. Məzuniyyətə çıxarkən sonuncuya qayıdarkən özü ilə ailə vəziyyətini özündə əks etdirən eləcə də həyat yoldaşının sağlamlıq vəziyyəti ilə bağlı tibbi sənədin gətirilməsi tələb olunmuşdur. Buna baxmayaraq, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə məzuniyyətdən qayıtmalı olduğu halda qayıtmamış, sonuncuya edilən zənglər nəticəsiz qalmışdır. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs hərbi hissə komandirinin müvafiq əmri ilə ehtiyata buraxılmışdır. O, öz ifadəsində həmçinin hərbi hissədə xidmət etdiyi dövrdə Təqsirləndirilən şəxs qarşı nizamnamədən kənar hərəkətlər edən, qanunsuz hərəkətlər edən, zorakılıq edən olması barədə məlumat almamışdır. Məhkəmə iclasında, şahid qismində dindirilmiş Şahid2 və Şahid3 da Şahid1 oxşar məzmunda ifadədələr verərək baş verənləri təsdiq etmişlər. Cinayət işinin materiallarına əlavə edilmiş, N saylı hərbi hissənin kadrlar bölməsinin rəisi v.m.i.e. baş leytenant Leyla Əlizadə tərəfindən tərtib edilmiş raportdan görünür ki, hərbi hissənin 9-cu sərhəd zastavasının texniki qrup komandiri, çavuş Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ailə vəziyyəti ilə əlaqədar növbədən kənar məzuniyyətə buraxılmış, lakin məzuniyyətdən xidmət yerinə qayıtmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş, N saylı hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli 062 nömrəli nizami hissə üzrə əmrindən çıxarışdan görünür ki, çavuş Təqsirləndirilən şəxs N saylı hərbi hissənin 2-ci sərhəd komendantlığının 9-cu sərhəd zastavasının texniki qrupunun komandiri vəzifəsinə təyin edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, N saylı hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli 0125 nömrəli nizami hissə üzrə əmrindən çıxarışından görünür ki, çavuş Təqsirləndirilən şəxs xidməti zərurətlə əlaqədar olaraq sərhəd dəstəsində olması təmin edilmişir. Cinayət işinin materiallarına əlavə edilmiş, N saylı hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli, 0242 nömrəli nizami hissə üzrə əmrindən çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ailə vəziyyətinə görə 05 (beş) gün müddətinə məzuniyyətə buraxılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş, N saylı hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli, 0251 nömrəli nizami hissə üzrə əmrindən çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən etibarən xidmət yerinə qayıtmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş, N saylı hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli, 0276 nömrəli nizami hissə üzrə əmrindən çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Təqsirləndirilən şəxs “hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 41.0.6-cı maddəsinə müvafiq olaraq çavuş Təqsirləndirilən şəxs vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış, şəxsi heyətin siyahısından çıxarılmış və bütün növ təminatlardan çıxarılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək növbədən kənar məzuniyyətə buraxılmışdır. xx.xx.2024-cü il tarixdə xidmət yerinə qayıtmalı olduğu halda qayıtmamışdır. xx.xx.2024-cü il tarixdə Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. O, yuxarıda göstərilən tarixlərdən başqa məzuniyyətdən və ezamiyyətdən, hospitaldan gecikmə, həmçinin hərbi hissəni özbaşına tərk etmə hallarına yol verməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, DSX-nin MHHK-nın 5294 nömrəli xx.xx.2024-cü il tarixli arayından görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, N saylı hərbi hissənin hərbi qulluqçusu, çavuş Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. Cinayət işinin materiallarına əlavə edilmiş, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, 96/2-25497/24 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, 19 noyabr 2024-cü il tarixdə ibtidai istintaq orqanı tərəfindən N saylı hərbi hissəsinin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş X3 Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə “təqsirləndirilən şəxs” qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan edilmiş və həmin tarixdə onun barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Həmin qərarın icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Tovuz rayon Polis Şöbəsinə həvalə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, N saylı hərbi hisssənin komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xidmət etdiyi hərbi hissənin komandanlığı tərəfindən mənfi xasiyyətləndirilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, “Nikah haqqında şəhadətnamə”nin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X4 arasında xx.xx.2024-cü il tarixdə nikahları bağlanmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş, “Doğum haqqında şəhadətnamə”nin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə doğulmuş X1 adlı azyaşlı uşağı vardır. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı özünün ilkin izahatında göstərmişdir ki, həyat yoldaşı X2 psixi problemləri əlaqədar onu daima müşahidə altında saxlamalı olduğundan hərbi xidmət yerinə məzuniyyətdən qayıtmamışdır. Belə ki, ilkin izahatında Aysel Sadıqovanın ana bətnində uşağının tələf olmasını bildirərək Aysel Sadıqovanın daima qayğıya ehtiyacı olduğunu bildirmişdir. Lakin, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində xx.xx.2024-cü il tarixdə onunla Aysel Sadıqovanın övladının dünyaya gəldiyini göstərmiş, habelə doğum faktını təsdiq edən müvafiq tibb müəssisəsinin arayışını da təqdim etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ilkin izahatını verən zaman qeyri-səmimi olmuş, etdiyi qanunsuz əmələ haqq qazandırmaq məqsədi güdmüşdür. Bundan başqa o, həyat yoldaşı ilə özünün arasında “nikah haqqında şəhadətnamə”ni təqdim etməmiş, buna səbəb kimi faktiki olaraq birlikdə yaşasalar da nikah münasibətlərinə girmədiyini açıqlamışdır. Odur ki, müvafiq sənədləri hərbi hissə komandanlığına təqdim etməmişdir. Əlavə olaraq qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs həyat yoldaşının sağlamlığı və yaxud xəstəliyi haqqında hər hansı tibbi sənəd təqdim etməmişdir. Bundan başqa iş üzrə şahid qismində dindirilmiş hərbi qulluqçular öz ifadələrində bildirmişlər ki, onların hərbi qulluqçunun ailə vəziyyətini yoxlamaq kimi səlahiyyətləri olmamışdır. Odur ki, xx.xx.2024-cü il tarixdə ailə vəziyyəti ilə əlaqədar məzuniyyətə çıxmaq istəyərkən raport yazmış, məzuniyyətdən qayıtdıqdan sonra ailə vəziyyətini əks etdirən sənədi təqdim edəcəyini bildirsə də, xidmət yerinə qayıtmamış və müvafiq sənədi təqdim etməmişdir. Odur ki, Təqsirləndirilən şəxs həmin xüsusatı özündə əks etdirən izahatı və ifadəsi cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi daşıdığından, özünümüdafiə kimi qiymətləndirilmiş və həmin hissədə sübut kimi nəzərə alınmamamışdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, şahid ifadələri, raportlar, rəsmi sənədlər, həmçinin iş üzrə toplanmış digər obyektiv sübutlarla tam təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Eyni zamanda, məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini və səmimi peşmançılıq çəkməsini də nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Eyni zamanda, məhkəmə işin hallarını, cəza təyin edərkən təqsirləndirilən şəxsin şəxsiyyətini, törədilmiş cinayətin xarakterini, onun törədilmə motivlərini, təqsirləndirilən şəxsi xarakterizə edən sənədləri tədqiq edib, sanksiyada nəzərdə tutulmuş cəzanın aşağı həddində Təqsirləndirilən şəxs azadlıqdan məhrum etməklə cəmiyyətdən təcrid olunmaqla islah və tərbiyə olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağınını olmasını, əməlini səmimi etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini, həmçinin təqsirləndirilən şəxsin şəxsiyyətini, törədilmiş cinayətin xarakterini, onun törədilmə motivlərini, azadlıqdan məhrum etmədən islah və tərbiyə olunmasının mümkünlüyünü nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzaya uyğun olaraq, Azərbaycan Respublikası CM-nin 62-ci maddəsini tətbiq etməklə həmin Məcəllənin 44-cü maddəsi ilə nəzərdə tutulmuş daha yüngül cəza növünü, yəni cərimə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs barəsində olan hökmün icrası onun qeydiyyatda olduğu ərazi üzrə Tovuz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 344, 353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, hərbi məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 62-ci maddəsini tətbiq etməklə həmin Məcəllənin 44-cü maddəsinə uyğun olaraq 300 (üç yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs barəsində olan hökmün icrası onun qeydiyyatda olduğu ərazi üzrə Tovuz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən Cəlilabad Hərbi Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə 20 (iyirmi) gün müddətinə apellyasiya qaydasında şikayət və protest verilə bilər. İş üzrə sədrlik edən; Hakim : İslam Neymanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar