Məhkəmə qərarları › İş №1-1(096)-4/2023

Cəlilabad Hərbi Məhkəməsi Hökm — İş №1-1(096)-4/2023

13.04.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1-1(096)-4/2023 13.04.2023 CƏLİLABAD HƏRBİ MƏHKƏMƏSİ Cəlilabad Hərbi Məhkəməsinin hakimi Neymanov İslam Əkrəm oğlunun sədrliyi, Əliyev Asif Xəlil oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası hərbi prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında N saylı hərbi hissənin hərbi qulluqçusu, gizir Təqsirləndirilən şəxs – xx xxxxxx 1991-ci il tarixdə Salyan rayonu, Kərimbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 azyaşlı uşağı olan, məhkumluğu olmayan, N saylı hərbi hissənin nizami bölməsinin məsul icraçısı vəzifəsində xidmət edən, Salyan rayonu, Kərimbəyli kəndində qeydiyyatda olan, 18 fevral 2023-cü il tarixdə “şübhəli şəxs” qismində tutulmuş, barəsində 20 fevral 2023-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçılmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs N saylı hərbi hissəsinin kadrlar və şəxsi heyətin uçotu bölməsinin məsul icraçısı vəzifəsində, gizir hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən, 2021-ci ilin yanvar ayının ortalarında həmin hərbi hissədə işə qəbul edilmək üçün müraciət etmiş Şirvan şəhər sakini Şahid1 ilə hərbi hissədə görüşüb ondan istifadə etdiyi ***-***-**- ** mobil telefon nömrəsini götürmüş, daha sonra 18 yanvar 2021-ci il tarixdə saat 18:16 radələrində özünün istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən Şahid1 həmin mobil nömrəsinə zəng edərək, aralarındakı telefon danışığı zamanı ona hərbi hissədə vakant olan mühasib vəzifəsinə mülki işçi kimi təyin olunması üçün həmin ixtisas üzrə təhsil almaqla müvafiq sertifikata sahib olmasının zəruri olduğunu bildirmişdir. Şahid1 2015-ci ildə Şirvan şəhərində yerləşən “Uğur” şəxsi inkişaf mərkəzində həmin ixtisas üzrə təhsil aldığını, lakin bununla bağlı müvafiq sertifikatı götürmədiyini bildirdikdə, Təqsirləndirilən şəxs uzun müddət əvvəldən tanıdığı və yaxın yoldaşlıq münasibətinin olduğu həmin mərkəzin təsisçi-direktoru Şahid3 xahiş edərək, Şahid1 2015-ci ildə qeyd edilən mərkəzdə mühasibatlıq ixtisası üzrə təhsil almasına dair sertifikatı ondan alacağını, eləcə də əvvəllər hərbi hissə komandiri, polkovnik Şahid4 ilə birlikdə digər hərbi hissədə xidmət etmələri ilə əlaqədar sonuncunun ona göstərdiyi yaxın yoldaşlıq münasibətini, o cümlədən tutduğu vəzifəsi ilə əlaqədar ona etibar etdiyini və məhz bu münasibətlərə görə Şahid1 hərbi hissədə vakant olan mühasib vəzifəsinə mülki işçi kimi təyin olunmasını öz adından xahiş edəcəyi təqdirdə, onun xahişinə rədd cavabı verilməyəcəyini nəzərə alıb, bununla bağlı yaranmış əlverişli şəraitdən, eləcə də öz həqiqi və güman edilən təsir imkanlarından istifadə edərək, qanunsuz qazanc əldə etməklə varlanmaq qərarına gəlmişdir. Bu məqsədlə Təqsirləndirilən şəxs, Şahid1 mühasib ixtisası üzrə təhsil almasına dair sertifikatının alınması və hərbi hissədə vakant olan mühasib vəzifəsinə mülki işçi kimi təyin olunmasını hərbi hissə komandirindən xahiş edib, onun qərarına qanunsuz təsir etməklə müvafiq vəzifəyə təyin edilməsini təmin etməsi müqabilində Şahid1 özü üçün, birbaşa və şəxsən 300 (üç yüz) manat məbləğində pul istəmişdir. Daha sonra Təqsirləndirilən şəxs aralarındakı sövdələşməyə əsasən, 2021-ci ilin fevral ayının əvvəllərində Şahid1 yaşadığı ünvan 1 ünvanına gedərək, orada sonuncudan 300 (üç yüz) manat məbləğində pulu təklikdə şəxsən qəbul etmiş və ona həmin puldan hər hansı vəzifəli şəxsə verib-verməyəcəyi ilə bağlı heç bir məlumat verməmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs “Uğur” şəxsi inkişaf mərkəzinin təsisçi-direktoru Şahid3 ilə təklikdə görüşüb, Şahid1 yaxın dostluq münasibətində olduğu şəxs kimi təqdim edərək, ondan pul alması barədə hər hansı məlumat verməmiş və Şahid3 xahiş edib razılığını alaraq, üç gündən sonra Şahid1 2015-ci ilin avqust-oktyabr aylarında mühasibatlıq ixtisası üzrə kurs keçib müvəffəqiyyətlə başa vurmasına dair “00018” nömrəli sertifikatını almışdır. Bunun ardınca, Təqsirləndirilən şəxs elə həmin gün Şahid1 işə qəbul edilməsi ilə bağlı müraciətini və təqdim etdiyi digər sənədləri də götürüb, hərbi hissə komandiri, polkovnik Şahid4 xidməti otağına gedərək, ona da özünün pul alması barədə hər hansı məlumat vermədən, Şahid1 yaxın dostluq münasibətində olduğu şəxs kimi təqdim etmiş və sonuncunun maddi vəziyyəti ilə əlaqədar, işə qəbul edilməyə ehtiyacının olduğunu deyərək, hərbi hissədə vakant olan mühasib vəzifəsinə mülki işçi kimi təyin olunmasını xahiş etmişdir. Hərbi hissə komandiri, polkovnik Şahid4 aralarındakı yaxın yoldaşlıq münasibətləri və tutduğu vəzifəsinə görə ona etibar etməsi ilə əlaqədar Təqsirləndirilən şəxs xahişini nəzərə alıb, Şahid1 22 fevral 2021-ci il tarixdə N saylı hərbi hissədə vakant olan uçot əməliyyat bölməsinin silah optiki cihaz və hərbi texniki əmlakın uçotu üzrə mühasibi vəzifəsinə təyin edilməsi barədə əmr vermişdir. Bununla da, Təqsirləndirilən şəxs Şahid1 həmin vəzifədə işləməsinə nail olmaqla, öz həqiqi və güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü üçün birbaşa və şəxsən maddi neməti istəmiş və almışdır. Bundan sonra, Təqsirləndirilən şəxs həmin vəzifədə və rütbədə xidmət edərkən, 2021-ci ilin mart ayında N saylı hərbi hissədə işə qəbul edilməsi üçün müraciət etmiş Şirvan şəhər sakini Şahid2 ilə mobil telefonla danışaraq, onun hərbi qulluqçu kimi deyil, yalnız mühasibatlıq ixtisası üzrə təhsil almasına dair sertifikatı olarsa, hərbi hissədə vakant olan mühasib vəzifəsinə mülki işçi kimi təyin olunmasının mümkün olduğunu bildirmiş, Şahid2 isə həmin sertifikatının olduğunu və zəruri olan digər sənədləri də hazır edəcəyini deyərək, qeyd edilən vəzifəyə təyin edilməsi üçün ona köməklik göstərməsini xahiş etmişdir. Bu zaman Təqsirləndirilən şəxs, hərbi hissə komandiri, polkovnik Şahid4la aralarındakı yaxın yoldaşlıq münasibətini və ona etibar etdiyini, məhz bu münasibətlərə görə Şahid2 hərbi hissədə vakant olan mühasib vəzifəsinə mülki işçi kimi təyin olunmasını xahiş edəcəyi təqdirdə, onun xahişinə rədd cavabı verilməyəcəyini nəzərə alıb, bununla bağlı yaranmış əlverişli şəraitdən, eləcə də özünün həqiqi və güman edilən təsir imkanlarından istifadə edərək, qanunsuz qazanc əldə etməklə varlanmaq qərarına gəlmişdir. Bu məqsədlə, Təqsirləndirilən şəxs Şahid2 hərbi hissədə vakant olan mühasib vəzifəsinə mülki işçi kimi təyin olunmasını hərbi hissə komandirindən xahiş edib, onun qərarına qanunsuz təsir etməklə müvafiq vəzifəyə təyin edilməsini təmin etməsi müqabilində Şahid2 özü üçün, birbaşa və şəxsən 1000 (min) manat məbləğində pul istəmişdir. Şahid2 onun təklifini qəbul etmiş və aralarındakı razılaşmaya əsasən, Təqsirləndirilən şəxs 2021-ci ilin aprel ayının əvvəllərində Şahid2 yaşadığı ünvan 2 ünvanına gedərək, orada sonuncudan 1000 (min) manat məbləğində pulu təklikdə şəxsən qəbul etmiş və ona həmin puldan hər hansı vəzifəli şəxsə verib-verməyəcəyi ilə bağlı heç bir məlumat verməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Şahid2 təqdim etdiyi müvafiq sənədləri götürüb, elə həmin gün hərbi hissə komandiri, polkovnik Şahid4 xidməti otağına getmiş və orada Şahid2 yaxın tanışı kimi təqdim etməklə sonuncudan pul alması barədə hər hansı məlumat vermədən, onun himayəsində azyaşlı uşağının olması və maddi vəziyyəti ilə əlaqədar, işə qəbul edilməyə ehtiyacının olduğunu deyərək, hərbi hissədə vakant olan mühasib vəzifəsinə mülki işçi kimi təyin olunmasını xahiş etmişdir. Hərbi hissə komandiri, polkovnik Şahid4 aralarındakı yaxın yoldaşlıq münasibətləri və tutduğu vəzifəsinə görə ona etibar etməsi ilə əlaqədar Təqsirləndirilən şəxs xahişini nəzərə alıb, Şahid2 06 may 2021-ci il tarixdə N saylı hərbi hissədə vakant olan uçot əməliyyat bölməsinin döyüş sursatının, raketlərin və komplektləşdirici elementlərin uçotu üzrə mühasibi vəzifəsinə təyin edilməsi barədə əmr vermişdir. Bununla da, Təqsirləndirilən şəxs Şahid2 həmin vəzifəyə işə qəbul edilməsinə nail olmaqla, öz həqiqi və güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü üçün birbaşa və şəxsən maddi neməti istəmiş və almışdır. Məhkəmə iclasında, təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, təxminən 2021-ci ilin yanvar ayının ortalarında hərbi hissədə işə qəbul edilmək üçün onun xidməti otağına gələrək müraciət edən Şirvan şəhər sakini Şahid1 ilə görüşərək, sonuncunun təqdim etdiyi sənədləri və istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsini götürmüşdür. Daha sonra sənədlərinə baxıb ona cavab verəcəyini bildirmişdir. Bundan sonra o, Şahid1 sənədlərinə baxdıqda, sonuncunun sənədlərində tibb və mühasibatlıq ixtisasları üzrə hər hansı bir təhsil almasına dair müvafiq sənəd olmadığını, eləcə də həmin hərbi hissədə hərbi qulluqçu kimi işləməsi üçün tibb sahəsi üzrə və mülki işçi kimi işləməsi üçün mühasib vəzifəsinin vakant olduğunu və bu vəzifələrə təyin olunması üçün həmin ixtisaslar üzrə təhsilinin olmasına dair diplom və ya sertifikat tələb olunduğunu müəyyən etmişdir. Bundan sonra, o Şahid1 mobil telefon nömrəsinə zəng edərək, tibb təhsili alması haqqında sənədinin olub-olmadığını soruşmuşdur. Bununla bağlı müvafiq sənədi olduğu təqdirdə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi, eləcə də tibb sahəsi üzrə deyil, mühasibatlıq ixtisası üzrə təhsil almasına dair müvafiq sənədi olduğu təqdirdə isə mülki işçi kimi hərbi hissədə vakant olan mühasib vəzifəsinə təyin edilə biləcəyini izah etmişdir. Şahid1 həmin ixtisaslar üzrə təhsil almasına dair müvafiq sənədlərinin olmadığını, lakin 2015-ci ildə Şirvan şəhərində yerləşən “Uğur” şəxsi inkişaf mərkəzində mühasibatlıq ixtisası üzrə təhsil aldığını və bununla bağlı müvafiq sertifikatı götürmədiyini bildirərək, işə qəbul edilməsi üçün ona köməklik göstərməsini xahiş etmişdir. Bu zaman o, 2019-cu ildən tanıdığı və yaxın yoldaşlıq münasibətinin olduğu həmin mərkəzin təsisçi-direktoru Şahid3 xahiş edərək, Şahid1 2015-ci ildə qeyd edilən mərkəzdə mühasibatlıq ixtisası üzrə təhsil almasına dair sertifikatı ondan alacağını, eləcə də əvvəllər hərbi hissə komandiri, polkovnik Şahid4 ilə birlikdə digər hərbi hissədə xidmət etmələri ilə əlaqədar sonuncunun ona göstərdiyi yaxın yoldaşlıq münasibətini, həmçinin tutduğu vəzifəsi ilə əlaqədar ona etibar etdiyini və buna görə də Şahid1 hərbi hissədə vakant olan mühasib vəzifəsinə mülki işçi kimi təyin olunmasını öz adından xahiş edəcəyi təqdirdə, onun xahişinə rədd cavabı verilməyəcəyini düşünüb, bununla bağlı Şahid1 kömək etmək imkanında olduğunu bildirmiş və bunun müqabilində ondan 300 (üç yüz) manat məbləğində pul istəmişdir. Şahid1 onun təklifi ilə razılaşmış və aralarındakı sövdələşməyə əsasən, o, 2021-ci ilin fevral ayının əvvəllərində saat 14 radələrində Şahid1 yaşadığı ünvan 3 ünvanına gedərək, orada sonuncudan şəxsiyyət vəsiqəsini surətini və 300 (üç yüz) manat məbləğində pulu təklikdə şəxsən qəbul etmiş və ona həmin puldan hər hansı vəzifəli şəxsə veribverməyəcəyi ilə bağlı heç bir məlumat verməmişdir. Bundan sonra, o, Şirvan şəhərində yerləşən “Uğur” şəxsi inkişaf mərkəzinin təsisçi-direktoru Şahid3 ilə sonuncunun iş yerində təklikdə görüşüb, ondan pul alması barədə hər hansı məlumat verməmiş və Şahid1 yaxın dostu kimi təqdim edərək, sonuncunun 2015-2016-cı illərdə onun rəhbərlik etdiyi “Uğur” şəxsi inkişaf mərkəzində mühasibatlıq ixtisası üzrə təhsil aldığını, lakin həmin vaxt sertifikatını götürmədiyini, hazırda həmin sertifikatın Şahid1 lazım olduğunu deyərək, bu məsələdə onlara kömək etməsini xahiş etmişdir. Həmin vaxt, Şahid3 onun xahişini nəzərə alaraq, razılıq vermiş və bir neçə gündən sonra rəhbərlik etdiyi mərkəzdə mövcud olan müvafiq kitablara baxaraq, Şahid1 həmin mərkəzdə təhsil almasına dair qeydlərini tapdıqda, həmin sənədi yenidən hazır etməklə təqdim edə biləcəyini bildirmişdir. Bundan üç gün sonra o, yenidən Şahid3la sonuncunun iş yerində görüşmüş və Şahid1 2015-ci ilin avqust-oktyabr aylarında mühasibatlıq ixtisası üzrə kurs keçib müvəffəqiyyətlə başa vurmasına dair “00018” nömrəli sertifikatını almışdır. Bunun ardınca o, elə həmin gün Şahid1 işə qəbul edilməsi ilə bağlı müraciətini və təqdim etdiyi digər sənədləri də götürüb, hərbi hissə komandiri, polkovnik Şahid4 xidməti otağına gedərək, ona da özünün pul alması barədə hər hansı məlumat verməmiş, Şahid1 yaxın dostu kimi təqdim edərək, sonuncunun uzun müddət işsiz olduğunu və maddi vəziyyəti ilə əlaqədar, işə qəbul edilməyə ehtiyacının olduğunu, eləcə də təqdim etdiyi sənədlərin tam və qaydasında olduğunu demiş və hərbi hissədə vakant olan mühasib vəzifəsinə mülki işçi kimi təyin olunmasını xahiş etmişdir. Həmin vaxt, polkovnik Şahid4 onun xahişini nəzərə alıb, Şahid1 22 fevral 2021-ci il tarixdə N saylı hərbi hissədə vakant olan uçot əməliyyat bölməsinin silah optiki cihaz və hərbi texniki əmlakın uçotu üzrə mühasibi vəzifəsinə təyin edilməsi barədə əmr vermiş və sonuncu həmin vaxtdan etibarən göstərilən vəzifədə işləmişdir. Bundan sonra, o, həmin vəzifədə və gizir hərbi rütbəsində xidmətdə olarkən, Şirvan şəhər sakini Şahid2 onun istifadəsində olan mobil telefon nömrəsini əldə edib ona zəng edərək həmin hərbi hissədə hərbi qulluqçu olaraq işə düzəlmək istədiyini bildirmiş, o isə qadınların hərbi qulluqçu kimi işə qəbul edilməsinin dayandırıldığını və yalnız mühasibatlıq ixtisası üzrə sertifikatı olarsa, hərbi hissədə vakant olan mühasib vəzifəsinə mülki işçi kimi təyin edilə biləcəyinə dair cavab vermişdir. Həmin vaxt Şahid2 razılaşaraq, mühasibatlıq ixtisası üzrə sertifikatının olduğunu və mülki işçi kimi mühasib vəzifəsinə təyin edilmək istədiyini bildirmiş və bu məsələdə ona köməklik göstərməsini xahiş etmişdir. Bu zaman o, isə Şahid2 şəxsi məlumatlarını onun istifadəsində olan mobil nömrənin “Vatsap” mesajlaşma proqramı vasitəsilə göndərməsini istəmiş və sonuncu həmin məlumatları göndərdikdən sonra sənədlərə baxıb tam və düzgün olduğunu dəqiqləşdirmişdir. Bunun ardınca o, Şahid2 bütün sənədlərinin qaydasında olduğunu və Şahid2 işə qəbul edilməsinə kömək etməsi müqabilində özünə pul alaraq, onun hərbi hissədə vakant olan mühasib vəzifəsinə işə qəbul edilməsi üçün hərbi hissə komandiri, polkovnik Şahid4 xahiş edəcəyini, eləcə də sonuncu ilə əvvəllər digər hərbi hissədə birlikdə xidmət etdiklərinə görə yaxın münasibətlərinin olması və vəzifəsinə görə ona etibar etdiyi üçün onun xahişinə rədd cavabı verilməyəcəyini düşünüb, Şahid2 ilə bu məzmunda söhbət etmişdir. Belə ki, o, Şahid2 hərbi hissə komandiri, polkovnik Şahid4la yaxın münasibətlərinin olduğunu və sonuncudan xahiş edərək, guya Şahid2 onun qohumu olduğunu, maddi imkanlarının zəif olduğunu və işə ehtiyacının olduğunu deyib onu hərbi hissədə vakant olan mühasib vəzifəsinə təyin etdirə biləcəyini bildirmiş və bunun müqabilində ondan pul verməsini istəmişdir. Şahid2 onunla razılaşaraq, 100-200 (yüz-iki yüz) manat məbləğində pulun kifayət edib-etməyəcəyini soruşduqda, o həmin məbləğin az olduğunu, ona yalnız 1000 (min) manat məbləğində pul verdiyi halda, işə qəbul edilməsi üçün hərbi hissə komandirindən xahiş edib, onu işə qəbul etdirəcəyini demişdir. Şahid2 onunla razılaşaraq mülki işçi kimi hərbi hissədə vakant olan mühasib vəzifəsinə təyin edilməsi üçün ona bir neçə gündən sonra 1000 (min) manat məbləğində pul verəcəyinə dair vəd vermişdir. Bundan 5-10 gün sonra, təxminən 2021-ci ilin aprel ayının əvvəllərində ona zəng edərək, həmin məbləğdə pulu və sənədlərini götürməsi üçün yaşadığı ünvan 4 ünvanına gəlməsini xahiş etmişdir. O, razılaşaraq, həmin gün Şahid2 yaşadığı evə getmiş və orada sonuncu ilə görüşərək ondan sənədlərini və 1000 (min) manat məbləğində pulu təklikdə şəxsən və əlbəəl qəbul etmiş, lakin həmin puldan hər hansı vəzifəli şəxsə verib-verməyəcəyi ilə bağlı heç bir məlumat verməmişdir. Bundan sonra o, Şahid2 sənədlərini götürüb, elə həmin gün hərbi hissə komandiri, polkovnik Şahid4 xidməti otağına getmiş və orada Şahid2 yaxın tanışı kimi təqdim etməklə sonuncudan pul alması barədə hər hansı məlumat verməmişdir. Habelə Şahid2 himayəsində azyaşlı uşağının olması və maddi vəziyyəti ilə əlaqədar, işə qəbul edilməyə ehtiyacının olduğunu deyərək, hərbi hissədə vakant olan mühasib vəzifəsinə mülki işçi kimi təyin olunmasını xahiş etmişdir. Hərbi hissə komandiri, polkovnik Şahid4 onun xahişini nəzərə alıb, Şahid2 06 may 2021-ci il tarixdə N saylı hərbi hissədə vakant olan uçot əməliyyat bölməsinin döyüş sursatının, raketlərin və komplektləşdirici elementlərin uçotu üzrə mühasibi vəzifəsinə təyin edilməsi barədə əmr vermiş, sonuncu isə həmin gündən etibarən göstərilən vəzifədə işləmişdir. O, qeyd olunan hadisələr vaxtı Şahid1 aldığı 300 (üç yüz) manat və Şahid2 aldığı 1000 (min) manat məbləğində pulları öz şəxsi ehtiyacları üçün xərcləmiş və daha sonra araşdırma müddətində həmin məbləğdə pulları onlara geri qaytarmışdır. Təqsirləndirilən şəxs qeyd etmişdir ki, hazırda o, törətdiyi əməllərdən peşmandır. Cinayət işi üzrə təsvir olunan xüsusatlarla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli öz etirafından başqa iş üzrə toplanmış aşağıdakı təkzibedilməz sübutlarla da tam təsdiq olunmuşdur. Məhkəmə iclasında, şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində bildirmişdir ki, 2021-ci ilin yanvar ayının ortalarında işə qəbul olunması üçün zəruri olan sənədləri toplayaraq N saylı hərbi hissəyə gəlmiş və həmin sənədləri hərbi hissənin kadrlar şöbəsinin məsul icraçısı, gizir Təqsirləndirilən şəxs vermişdir. Bu zaman, Z.Təqsirləndirilən şəxs sənədlərə daha sonra baxacağını deyərək, sənədlərlə bağlı hər hansı bir çatışmazlıq olduğu təqdirdə onunla əlaqə saxlaması üçün mobil telefon nömrəsini istəmiş, o da şəxsi istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsini Təqsirləndirilən şəxs vermişdir. Eyni zamanda o, gizir Təqsirləndirilən şəxs hərbi qulluqçu kimi işə düzəlmək istədiyini demiş, sonuncu isə qadın hərbi qulluqçuların hərbi hissədə işə qəbulunun dayandırıldığını bildirmişdir. Bundan bir neçə gün sonra, Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil telefon nömrəsindən onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək, tibb ixtisası üzrə təhsil almasına dair sənədinin olub-olmadığını soruşmuş, bununla bağlı müvafiq sənədi olduğu təqdirdə, hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi işə qəbul oluna biləcəyini, eləcə də tibb sahəsi üzrə deyil, mühasibatlıq ixtisası üzrə təhsil almasına dair müvafiq sənədi olduğu təqdirdə isə mülki işçi kimi hərbi hissədə vakant olan mühasib vəzifəsinə təyin edilə biləcəyini izah etmişdir. O, gizir Təqsirləndirilən şəxs həmin ixtisas sahələri üzrə təhsil almasına dair müvafiq sənədlərinin olmadığını, lakin 2015-ci ildə Şirvan şəhərində yerləşən “Uğur” şəxsi inkişaf mərkəzində həmin ixtisas üzrə təhsil aldığını və bununla bağlı müvafiq sertifikatı götürmədiyini bildirərək, işə qəbul edilməsi üçün ona köməklik göstərməsini xahiş etmişdir. Bu zaman, gizir Təqsirləndirilən şəxs həmin mərkəzin təsisçi-direktoru Şahid3 ilə yaxın münasibətlərinin olduğunu, sonuncudan xahiş edərək, onun 2015-ci ildə qeyd edilən mərkəzdə mühasibatlıq ixtisası üzrə təhsil almasına dair sertifikatını ala biləcəyini, bundan sonra bütün sənədləri qaydasında olduğu üçün xidmət etdiyi hərbi hissənin komandiri, polkovnik Şahid4 ilə yaxın münasibətlərinin olması ilə əlaqədar, sonuncudan da xahiş edib, onun hərbi hissədə vakant olan mühasib vəzifəsinə mülki işçi kimi təyin olunmasına kömək edəcəyini bildirmişdir. Bunun müqabilində ondan 300 (üç yüz) manat məbləğində pul istəmişdir. O, gizir Təqsirləndirilən şəxslə razılaşmış və aralarındakı sövdələşməyə əsasən, sonuncu onun təklifi ilə 2021-ci ilin fevral ayının əvvəllərində saat 14 radələrində onun yaşadığı ünvan 5 ünvanına gəlmiş və orada olarkən özü şəxsən şəxsiyyət vəsiqəsini surətini və 300 (üç yüz) manat məbləğində pulu təklikdə Z.Təqsirləndirilən şəxs vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ona həmin puldan hər hansı şəxsə verib-verməyəcəyi barədə heç bir məlumat verməmişdir. Bundan təxminən 20 gün sonra, yəni 22 fevral 2021ci il tarixdə gizir Təqsirləndirilən şəxs ona zəng edərək hərbi hissə komandiri tərəfindən onun hərbi hissədə vakant olan uçot əməliyyat bölməsinin silah optiki cihaz və hərbi texniki əmlakın uçotu üzrə mühasibi vəzifəsinə təyin edilməsinə dair əmr verildiyini bildirmiş və hərbi hissəyə gələrək işə başlamasını tapşırmışdır. Bundan sonra o, göstərilən vəzifədə işləmiş və sonradan qeyd olunan faktla bağlı araşdırma aparılarkən, gizir Təqsirləndirilən şəxs ondan aldığı 300 (üç yüz) manat məbləğində pulu ona geri qaytarmışdır. Məhkəmə iclasında, şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, 2021-ci ilin mart ayının əvvəllərində N saylı hərbi hissəyə gedərək nəzarət buraxılış məntəqəsində xidmətdə olan hərbi qulluqçulardan həmin hərbi hissədə işə qəbul edilməsi üçün kimə müraciət etməli olduğunu soruşmuş, həmin hərbi qulluqçular isə ona hərbi hissə komandirinin hazırda iş yerində olmadığını deyərək, kadrlar və şəxsi heyətin uçotu bölməsinin məsul icraçı, gizir Təqsirləndirilən şəxs mobil telefon nömrəsini ona verərək bu barədə sonuncu ilə əlaqə saxlayıb danışmasını bildirmişlər. Bundan sonra o, gizir Təqsirləndirilən şəxs mobil telefon nömrəsinə zəng edərək, həmin hərbi hissədə hərbi qulluqçu kimi işə düzəlmək istədiyini demiş, sonuncu isə qadınların hərbi qulluqçu kimi işə qəbul edilməsinin dayandırıldığını və yalnız mühasibatlıq ixtisası üzrə sertifikatı olarsa, hərbi hissədə vakant olan mühasib vəzifəsinə mülki işçi kimi təyin edilə biləcəyini bildirmişdir. O, gizir Təqsirləndirilən şəxslə razılaşaraq, mühasibatlıq ixtisası üzrə sertifikatının olduğunu və mülki işçi kimi mühasib vəzifəsinə təyin edilmək istədiyini bildirmiş və sonuncudan bu məsələdə ona köməklik göstərməsini xahiş etmişdir. Bu zaman gizir Təqsirləndirilən şəxs ondan şəxsi məlumatlarını istifadəsində olan mobil nömrənin “Vatsap” mesajlaşma proqramı vasitəsilə göndərməsini istəmiş, o da həmin məlumatları sonuncuya göndərmişdir. Bir müddət sonra gizir Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq, sənədlərinin qaydasında olduğunu, eləcə də hərbi hissə komandiri, polkovnik Şahid4la yaxın münasibətlərinin olduğunu və sonuncudan xahiş edərək, guya onun öz qohumu olduğunu, maddi imkanlarının zəif olduğunu və işə ehtiyacının olduğunu deyib onu hərbi hissədə vakant olan mühasib vəzifəsinə təyin etdirə biləcəyini bildirmiş və bunun müqabilində ondan pul verməsini istəmişdir. O, gizir Təqsirləndirilən şəxslə razılaşaraq, 100-200 (yüz-iki yüz) manat məbləğində pulun kifayət edib-etməyəcəyini soruşduqda, sonuncu həmin məbləğin az olduğunu, yalnız 1000 (min) manat məbləğində pul verdiyi halda, işə qəbul edilməsi üçün hərbi hissə komandirindən xahiş edib, onu işə qəbul etdirəcəyini demişdir. O, gizir Təqsirləndirilən şəxslə razılaşaraq, mülki işçi kimi hərbi hissədə vakant olan mühasib vəzifəsinə təyin edilməsi üçün ona bir neçə gündən sonra 1000 (min) manat məbləğində pul verəcəyinə dair vəd vermişdir. Bundan 5-10 gün sonra, təxminən 2021-ci ilin aprel ayının əvvəllərində ona zəng edərək, həmin məbləğdə pulu və sənədlərini götürməsi üçün yaşadığı ünvan 4 ünvanına gəlməsini xahiş etmişdir. Həmin vaxt, Təqsirləndirilən şəxs onunla razılaşaraq, həmin gün onun yaşadığı evə gəlmiş və orada görüşdükləri zaman, o, özünə aid sənədləri və 1000 (min) manat məbləğində pulu təklikdə şəxsən və əlbəəl Z.Təqsirləndirilən şəxs vermiş, sonuncu isə həmin məbləğdə pulu qəbul edib, həmin puldan hər hansı şəxsə verib-verməyəcəyi ilə bağlı heç bir məlumat verməmişdir. Bundan təxminən 2 həftədən sonra o, gizir Təqsirləndirilən şəxslə əlaqə saxlayıb işinin hansı mərhələdə olduğunu soruşmuş, sonuncu isə ona bir neçə gündən sonra işə qəbul olunması barədə əmr veriləcəyini bildirmişdir. Daha sonra, 06 may 2021-ci il tarixdə gizir Təqsirləndirilən şəxs ona zəng edərək N saylı hərbi hissəyə gəlməsini istəmiş, o hərbi hissəyə getdikdə polkovnik Şahid4 onu xidməti otağında qəbul edərək, onun uçot əməliyyat bölməsinin döyüş sursatının, raketlərin və komplektləşdirici elementlərin uçotu üzrə mühasibi vəzifəsinə təyin edilməsi barədə əmr verdiyini bildirmiş və işə başlamasını tapşırmışdır. Bundan sonra o, göstərilən vəzifədə işləmiş və sonradan qeyd olunan faktla bağlı araşdırma aparılarkən, Təqsirləndirilən şəxs aldığı 1000 (min) manat məbləğində pulu ona geri qaytarmışdır. Məhkəmə iclasında, şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, o, N saylı hərbi hissənin nizami hissəsinin məsul icraçısı, gizir Təqsirləndirilən şəxs N saylı hərbi hissədə birlikdə xidmət etdikləri müddətdə tanımış, aralarında xidməti münasibətlər olmuşdur. Daha sonra onların hər ikisi N saylı hərbi hissədə xidmət edərkən, Təqsirləndirilən şəxs əvvəlcədən düzgün, doğruçu və öz işini yaxşı bilən bir hərbi qulluqçu kimi tanımaqla, xidməti işində məsuliyyətli olduğu üçün vəzifəsinə görə ona etibar etmişdir. Belə ki, 2021-ci ilin yanvar ayında Şirvan şəhər sakini Şahid1 N saylı hərbi hissədə işə qəbul olunmaq üçün müraciət etmişdir. O, isə sonuncuya hərbi hissənin kadrlar şöbəsinə yaxınlaşmasını və həmin şöbədəki hərbi qulluqçuya müraciət etməsini bildirmişdir. Bundan bir müddət sonra təxminən 2021-ci ilin fevral ayının əvvəllərində gizir Təqsirləndirilən şəxs onun xidməti iş otağına gələrək, Şahid1 sənədlərini ona təqdim edib, özünün yaxın tanışı olduğunu və işə ehtiyacının olduğunu, həmçinin sənədlərində və şəxsi işində hər hansı bir problem olmadığını bildirib, sonuncunun hərbi hissədə vakant olan uçot əməliyyat bölməsinin silah optiki cihaz və hərbi texniki əmlakın uçotu üzrə mühasibi vəzifəsinə təyin edilməsini xahiş etmişdir. O, da gizir Təqsirləndirilən şəxs xahişini nəzərə alaraq, 22 fevral 2021-ci il tarixdə Şahid1 həmin vəzifəyə təyin edilməsi barədə əmr vermişdir. Bundan sonra Şahid1 işə başlayaraq həmin vəzifədə xidmət etmişdir. Həmin vaxt, ona hər hansı şikayət və ya müraciəti olmamışdır. Bundan sonra, 2021-ci ilin aprel ayının sonlarında gizir Təqsirləndirilən şəxs onun xidməti otağına gələrək, yaxın tanışı olan Şirvan şəhər sakini Şahid2 hərbi hissədə mülki işçi kimi işləməsi üçün müraciət etdiyini, eləcə də təqdim etdiyi sənədlərin tam və qaydasında olduğunu, həmçinin sonuncunun işə ehtiyacının olduğunu, eləcə də himayəsində azyaşlı uşağı olmaqla maddi vəziyyətinin yaxşı olmadığını bildirib, sonuncunun hərbi hissədə vakant olan uçot əməliyyat bölməsinin döyüş sursatının, raketlərin və komplektləşdirici elementlərin uçotu üzrə mühasib vəzifəsinə təyin edilməsini xahiş etmişdir. O, isə Təqsirləndirilən şəxslə uzun müddətdən bəri birlikdə işlədiklərini və vəzifəsinə görə ona etibar etdiyi üçün sonuncunun xahişini nəzərə alıb, Şahid2 həmin vəzifəyə təyin olunması barədə əmr verəcəyinə dair razılıq vermişdir. Bunun adınca, o 06 may 2021-ci il tarixdə Şahid2 hərbi hissədə vakant olan uçot əməliyyat bölməsinin döyüş sursatının, raketlərin və komplektləşdirici elementlərin uçotu üzrə mühasibi vəzifəsinə təyin edilməsi barədə əmr vermiş və həmin vaxtdan etibarən sonuncu göstərilən vəzifədə işləmişdir. O, Şahid1 və Şahid2 işə qəbul edilmələri müqabilində onlardan və ya digər şəxslərdən hər hansı maddi və sair nemət istəməmiş və almamışdır. Həmçinin gizir Təqsirləndirilən şəxs onlardan pul və sair maddi nemət istəməsi və ya alması barədə məlumatı olmamışdır. Məhkəmə iclasında, şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 2015-ci ilin may ayında təsis etmiş olduğu “UĞUR” şəxsi inkişaf mərkəzində kompüter və psixoloji ixtisaslar üzrə tədris, həmçinin “loqopedik” kurslar və digər xidmətlər göstərilmiş, həmçinin kompüter kurslarının tərkibində tədris edilən “ofis proqlamları”, “mühasibatlıq” və “dizayn” ixtisasları onun tərəfindən üç ay müddətinə öyrədilməklə, tədrisi başa vurmuş və imtahandan müvəffəqiyyətlə keçmiş tələbələrə sertifikat verilmişdir. Belə ki, 2021-ci ilin fevral ayının əvvəllərində səhər saatlarında o, “Uğur” şəxsi inkişaf mərkəzində olduğu zaman 2019-cu ildən etibarən tanıdığı və yaxın dostluq münasibəti olan gizir Təqsirləndirilən şəxs onun şəxsi istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək onunla görüşmək istədiyini bildirmiş və o, da sonuncunu “Uğur” şəxsi inkişaf mərkəzinə dəvət etmişdir. Həmin gün günorta saatlarında orada Təqsirləndirilən şəxs onunla görüşdüyü zaman yaxın münasibətdə olduğu tanışı Şahid1 2015-2016-cı illərdə “Uğur” şəxsi inkişaf mərkəzində mühasibatlıq ixtisası üzrə təhsil aldığını və kursu müvəffəqiyyətlə bitirdiyini, lakin daha sonra ailə qurduğu üçün sertifikatını götürə bilmədiyini, hazırda isə onun hərbi hissəyə işə düzəlmək üçün həmin sertifikata ehtiyacının olduğunu bildirib, həmin sertifikatı almaqda onlara köməklik göstərməsini xahiş etmişdir. O, Təqsirləndirilən şəxs xahişini nəzərə alıb, rəhbəri olduğu həmin mərkəzin təsis edildiyi vaxtdan etibarən təhsil almış tələbələrin adlarının “sertifikatların qeydiyyat kitabı”nda qeyd olunduğunu və həmin kitabda Şahid1 adını tapacağı halda, sertifkatı yenidən hazırlayıb ona təqdim edəcəyini demiş və bunu iki-üç gün ərzində edə biləcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs oradan getmiş və o isə növbəti iki-üç gün ərzində “sertifikatların qeydiyyat kitabı”na baxıb, Şahid1 2015-ci ilin noyabr ayında “mühasibatlıq” kursunu müvvəffəqiyətlə bitirməsi barədə qeydlər olduğunu aşkar etmiş və sonuncunun “mühasibatlıq” kursunu bitirməsinə dair sertifikatı yenidən hazırlamışdır. Bunun ardınca, o gizir Təqsirləndirilən şəxs zəng edıərək bu barədə məlumat vermiş və sonuncu həmin gün axşam saatlarında “Uğur” şəxsi inkişaf mərkəzinə gələrək həmin sertifikatı ondan təhvil almışdır. O, bununla bağlı Şahid1 və ya Təqsirləndirilən şəxs hər hansı məbləğdə pul və sair maddi nemət istəməmiş və almamış, eləcə də sonuncunun Şahid1 pul alıb-almaması barədə məlumatı olmamışdır. Cinayət işinin materiallarında olan, baxış keçirilməsi haqqında 02 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən Şahid1 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə 01 fevral 2021-ci il tarixdə saat 18:25:28-də “salam axwaminiz xeyir necesiz Aide xanim. pula gore narahat olmayin. teki iwiniz alinsin. bacardiqim qeder iwinizin alinmaqin isteyirem” sms göndərmiş, həmçinin 18 yanvar 2021-ci il tarixdə saat 18:16-da 70 saniyə, saat 20- 09-da 546 saniyə, habelə 20 fevral 2021-ci il tarixdə saat 11:20-də 97 saniyə, saat 16:28də 50 saniyə, saat 18:47-də 95 saniyə, 21 yanvar 2021-ci il tarixdə saat 11:28-də 53 saniyə, saat 17:44-də 117 saniyə, saat 18:49-da 527 saniyə, 01 fevral 2021-ci il tarixdə saat 18:09-da 17 saniyə və 02 fevral 2021-ci il tarixdə 20:27-də 58 saniyə olmaqla aralarında telefon danışıqlarının aparılması qeydə alınmışdır. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs N saylı hərbi hissə komandirinin N may N-ci il tarixli, N №-li əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilib bütün təminatlara qoyulmaqla, şəxsi heyət bölməsinin məsul icraçısı-bölmə rəisinin köməkçisi vəzifəsinə təyin edilmişdir. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 09 iyul 2020-ci il tarixli, N №-li əmri ilə həmin hərbi hissənin kadrlar və şəxsi heyət bölməsinin məsul icraçısı vəzifəsinə və 18 avqust 2022-ci il tarixli, N №-li əmri ilə hərbi hissənin nizami bölmənin məsul icraçısı vəzifəsinə təyin edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş xidməti xasiyyətnamələrdən görünür ki, N saylı hərbi hissənin hərbi qulluqçusu, Təqsirləndirilən şəxs hərbi hissənin komandanlığı tərəfindən müsbət xasiyyətləndirilmişdir. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, 18 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə şübhəli bilindiyi üçün “şübhəli şəxs” qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, 20 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs “təqsirləndirilən şəxs” qismində cəlb edilməklə, ona ittiham elan edilmiş və həmin tarixdə onun barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 10 mart 2023-cü il tarixli 3-13-12-1/2-2-445xx/xx/2023 nömrəli və Hacıqabul rayon Polis şöbəsindən verilən 10 mart 2023-cü il tarixli 3-13-78/2-2-4465/11/23 nömrəli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarına əlavə olunmuş, Azərbaycan Respublikası Hacıqabul rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 13 dekabr 2021-ci il tarixli, AZ-İİ № 435338 seriyalı “Nikah haqqında şəhadətnamə”nin kserosurətindən görünür ki, Salyan rayonu, Qarabağlı kəndində anadan olmuş Təqsirləndirilən şəxs Hacıqabul rayonunda anadan olmuş X1 ilə nikahları bağlanmışdır. Cinayət işinin materiallarına əlavə olunmuş, Salyan rayonu, Qarabağlı kənd İƏN tərəfindən verilmiş 26 sentyabr 2022-ci il tarixli, AZ-İV № 772698 seriyalı “Doğum haqqında şəhadətnamə”nin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Səid Əliyev azyaşlı oğlu anadan olmuşdur. Cinayət işinin materiallarına əlavə olunmuş, Azərbaycan Respublikası Salyan rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 13 avqust 2021-ci il tarixli, AZ-İİ № 197873 seriyalı “Ölüm haqqında şəhadətnamə”nin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs atası- X3 xx.xx.2021-ci il tarixdə İnfarkt olduğu dəqiqiləşdirilməyən insult “Gomuşçu” ölüm səbəbi ilə vəfat etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 312-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etiraf məzmunlu ifadəsi, şahid ifadələri, rəsmi sənədlər, həmçinin iş üzrə toplanmış digər obyektiv sübutlarla tam təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 312-1.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, səmimi peşmançılıq çəkməsini, habelə xidmət etdiyi yer üzrə müsbət xarakterizə olunmasını da nəzərə alır. Azərbaycan Respublikası CM-nin 312-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini Təqsirləndirilən şəxs təkrar törətməsi CM-nin 61.1.1-ci maddəsinə əsasən, onun məsuliyyətini ağırlaşdıran hallardır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən halları, həmçinin cəzanı ağırlaşdıran halların olduğunu nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini etiraf edib, hərəkətindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edərkən nəzərə alır ki, şəxsin cinayət törətdikdən sonrakı müsbət davranışı olmaqla, səmimi peşmançılıq kimi hərəkəti, onun ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltdığından törətdiyi cinayətə görə özünü öz vicdanı qarşısında mühakimə etməsindən xəbər verir. Şəxsin düzgün və cəzanın məqsədlərinə xidmət edən belə davranışı yüngülləşdirici hal kimi ona cəza təyin edilməsi zamanı hökmən nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə cəza təyin edərkən işin hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, törədilmiş cinayətin xarakterini, onun törədilmə motivlərini, azadlıqdan məhrum etmədən islah və tərbiyə olunmasının mümkünlüyünü və yuxarıda göstərilən yüngülləşdirici halların məcmusunu nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 312-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzaya uyğun olaraq Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs barəsində olan hökmün icrası onun faktiki xidmət etdiyi N saylı hərbi hissənin komandanlığına həvalə edilməlidir. Cinayət işi üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası CPM-nin 344, 353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, hərbi məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəza 1 (bir) il sınaq müddəti ilə şərti hesab edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs barəsində olan hökmün icrası onun faktiki xidmət etdiyi N saylı hərbi hissənin komandanlığına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Cəlilabad Hərbi Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar