Məhkəmə qərarları › İş №1-1(096)-5/2022

Cəlilabad Hərbi Məhkəməsi Hökm — İş №1-1(096)-5/2022

25.01.2022 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1-1(096)-5/2022 25.01.2022 CƏLİLABAD HƏRBİ MƏHKƏMƏSİ Cəlilabad Hərbi Məhkəməsinin hakimi Neymanov İslam Əkrəm oğlunun sədrliyi, Rəhimov Ceyhun Cəfərqulu oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası hərbi prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru ədliyyə mayoru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs iştirakları ilə məhkəmənin yerləşdiyi yerdə açıq məhkəmə iclasında N saylı hərbi hissənin hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs – xx xxx N001-ci il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər Şöbəsi tərəfindən xx.xx.N0N0-ci il tarixdə hərbi xidmətə çağırılmış, N saylı hərbi hissənin «U» dəstəsinin nəqliyyat manqasının sürücüsü vəzifəsində xidmət etmiş, hazırda həmin hərbi hissənin «R» dəstəsinin təminat bölüyündə atıcı-daşıyıcısı vəzifəsində xidmət edən, ünvan 1 ünvanında qeydiyyatda olan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs N saylı hərbi hissənin «U» dəstəsinin nəqliyyat manqasının sürücüsü vəzifəsində, əsgər rütbəsində xidmət keçərkən 15 sentyabr N0N1-ci il tarixdə səhər saatlarında həmin dəstənin komandiri, polkovnik-leytenant ŞahidN tərəfindən hərbi hissənin «U» dəstəsinin nəqliyyat manqasının sürücüsü vəzifəsində, əsgər rütbəsində xidmət keçən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu (hazırda isə «P» dəstəsinin tibb bölməsində xidmət edir) Zərərçəkmiş şəxs üzərində rəhbər (başçı) təyin olunmuş, daha sonra hər iki hərbi qulluqçu birlikdə təmizlik işlərinin görülməsindən ötrü avtomaşın parkına göndərilmiş, orada o müəyyən işlərin yerinə yetirilməsi zamanı əsgər Zərərçəkmiş şəxs «aləti nə üçün avtomobilə düzgün bağlamadığını» bildirərək sonuncu ilə mübahisə etməyə başlamış, mübahisə zəminində Azərbaycan Respublikası Daxili Xidmət Nizamnaməsinin 47-ci maddəsinin «komandir tabeliyində olanlara rəğbət və ehtiram göstərməli, qayğılarına qalmalı, kobudluq və onların şəxsi ləyaqətini alçalda biləcək hərəkətlər etməməlidir» tələblərini kobud surətdə pozaraq əsgər Zərərçəkmiş şəxs sinə nahiyyəsinə 8-9 dəfə yumruq zərbələri və ayaq nahiyyəsinə isə N-3 dəfə təpik zərbələri vurmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı tabeliyində olan şəxsə qarşı zor tətbiq etmişdir. Cinayət işi üzrə təsvir olunan xüsusatlarla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli öz etirafından başqa iş üzrə toplanmış aşağıdakı təkzibedilməz sübutlarla da tam təsdiq olunmuşdur. Məhkəmə iclasında, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 15 sentyabr N0N1-ci il tarixdə N saylı hərbi hissənin «U» dəstəsinin komandiri, polkovnik-leytenant ŞahidN səhər saatlarında avtomaşın parkında müxtəlif işlərin görülməsi zərurəti ilə əlaqədar o və əsgər Zərərçəkmiş şəxs oraya getməklərinin vacibliyini bildirmişdir. Daha sonra dəstənin zabit gizir və maxe heyətinin orada olmamaları ilə bağlı işlərin görülməsi ilə əlaqədar polkovnik-leytenant ŞahidN onu köhnə əsgər olmağını əsas gətirərək şifahi olaraq əsgər Zərərçəkmiş şəxs üzərində rəhbər (başçı) təyin etmişdir. Bundan sonra, əsgər Zərərçəkmiş şəxslə birlikdə avtomaşın parkına yollanmışlar. Həmin günü əsgər Şahid1 də öz dəstəsindən eynilə müxtəlif işlərin görülməsindən ötrü oraya göndərilmişdir. Həmin vaxt əsgər Zərərçəkmiş şəxs ilə avtomaşın parkında işləyərkən avtomobilə bağlanan aləti (alətin adının dəqiq bilmir) nə üçün düzgün bağlamadığını bildirmişdir. Buna görə əsəbləşərək onunla mübahisə etməyə başlamışdır. Həmin vaxtı o, hər hansı bir göstəriş olmadan, həmçinin səbəbsiz yerə sonuncu ilə yaranan mübahisəni videolentə almaq qərarına gəlmişdir. Buna görə də istifadəsində olan «smartfon» tipli telefonu video çəkiliş vəziyyətinə gətirərək əsgər Şahid1 verən zaman ilk öncə sonuncu bunu etməyəcəyini və hərəkətinin düzgün olmadığını ona vurğulamışdır. Buna baxmayaraq o, yüksək intonasiya ilə «çəkəsən baş verəcəkləri» deyə əsəbi halda bildirmişdir. Əsgər Şahid1 qorxaraq telefonu əlinə alıb baş verənləri çəkməyə başlamışdır. Həmin vaxtı o, əsgər Şahid1 video çəkilişi çəkməsini nalayiq ifadə işlətmək və zor tətbiq etmək yolu ilə deyil, sadəcə ucadan qışqıraraq bildirmişdir. Bundan sonra o, əsgər Zərərçəkmiş şəxs ilə mübahisə etməyə başlamışdır. Bu zəmində sonuncuya «niyə söz götüzdürürsən, niyə onu taxmamısan, niyə məni əsəbləşdirirsən» və s. kimi ifadələr səsləndirərək onun üzərinə hücum etməyə başlamışdır. Bu zaman əsgər Zərərçəkmiş şəxs arxa-arxaya sinə nahiyyəsinə təxminən 8-9 dəfə yumruq zərbələri və ayaq nahiyyəsinə təxminən xatırladığı qədər N-3 dəfə təpik zərbəsi vuraraq ona qarşı zor tətbiq etmişdir. Əlavə olaraq, Təqsirləndirilən şəxs məhkəməyə bildirmişdir ki, törətdiyi əmələ görə peşmançılıq hissləri keçirir və hadisədən sonra Zərərçəkmiş şəxs üzr istəyərək barışmışdır. xx.xx.N0N0–xx.xx.N0N0-ci il tarixlərdə «Vətən müraribəsi» zamanı hərbi əməliyyatlarda iştirak etmişdir. Cəza təyin edərkən məhkəmədən mərhəmətli olmasını xahiş etmişdir. Məhkəmə iclasında, Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 15 sentyabr N0N1-ci il tarixdə N syalı hərbi hissənin «U» dəstəsinin komandiri, polkovnik-leytenant ŞahidN səhər saatlarında avtomaşın parkında müxtəlif işlərin görülməsi zərurəti ilə əlaqədar ona əsgər Təqsirləndirilən şəxsla birlikdə avtomobil parkına getməklərinin vacibliyini bildirmişdir. Daha sonra dəstənin zabit gizir və maxe heyətinin orada olmamaları ilə bağlı işlərin görülməsi ilə əlaqədar polkovnik-leytenant ŞahidN əsgər Təqsirləndirilən şəxs köhnə əsgər olmasını əsas gətirərək şifahi olaraq onun üzərində rəhbər (başçı) təyin edərək hər iki hərbi qulluqçunu avtomaşın parkına göndərmişdir. Həmin günü əsgər Şahid1 də öz dəstəsindən eynilə müxtəlif işlərin görülməsindən ötrü oraya göndərilmişdir. Həmin vaxtı əsgər Təqsirləndirilən şəxs avtomaşın parkında işləyərkən avtomobilə bağlanan alətin (alətin adının dəqiq bilmir) nə üçün bağlamadığını bəhanə gətirərək onunla mübahisə etməyə başladı. Həmin mübahisəni videolentə alınmasından ötrü əlindəki «smartfon» tipli telefonu orada olan əsgər Şahid1 vermişdir. Lakin o, həmin telefonu video çəkiliş etmək məqsədilə əsgər Şahid1 verməsini bilməmişdir. Sadəcə elə zənn etmişdir ki, o telefonu ailəsi ilə danışmaq üçün əsgər Şahid1 vermişdir. Bundan sonra, əsgər Təqsirləndirilən şəxs dayanmadan ona «niyə söz götüzdürürsən, niyə onu taxmamısan, niyə məni əsəbləşdirirsən» və s. kimi ifadələr səsləndirərək üzərinə hücum etməyə başlamışdır. Bu zaman, əsgər Təqsirləndirilən şəxs arxa-arxaya onun sinəsinə təxminən 8-9 dəfə yumruq zərbələri və ayaq nahiyyəsinə təxminən xatırladığı qədər N-3 dəfə təpik zərbəsi vuraraq zor tətbiq etmişdir. Əlavə olaraq, Zərərçəkmiş şəxs məhkəməyə bildirmişdir ki, Təqsirləndirilən şəxs ondan üzr istəyərək barışmışlar, ondan heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsə cəza təyin edərkən məhkəmədən mərhəmətli olmasını xahiş etmişdir. Məhkəmə iclasında, Şahid1 ifadəsində göstərmişdir ki, 15 sentyabr N0N1-ci il tarixdə ona təhkim olunmuş kamaz markalı avtomaşınını təmizləmək üçün avtomaşın parkına getmişdir. Həmin vaxtı əsgər Təqsirləndirilən şəxs və əsgər Zərərçəkmiş şəxs də orada olduğunu müşahidə etmişdir. Bu zaman onlar ilkin olaraq avtomaşınların həm texniki həmdə təmizlik baxımından müxtəlif işləri yerinə yetirdiklərini görmüşdür. Lakin, bir neçə dəqiqə sonra onların arasında mübahisə baş vermişdir. Həmin vaxt əsgər Təqsirləndirilən şəxs əlindəki «smartfon» tipli telefonu video çəkiliş çəkilməsi vəziyyətində ona vermiş və baş vermiş hadisəni videolentə almağı tapşırmışdır. Lakin, o bunu etməyəcəyini bildirərək tərəddüt etmişdir. Buna baxmayaraq, əsgər Təqsirləndirilən şəxs ona əsəbi halda «videoçəkilişi edəsən» deyə bildirsə də bunu zor tətbiq etmə yolu ilə deyil sözlü şəkildə vurğulamışdır. Həmçinin sonuncu ona video çəkilişi həyata keçirməyini bildirən zaman hər hansı şəkildə nalayiq ifadədə səsləndirməmişdir. Bundan sonra, o, istəmədən əsgər Təqsirləndirilən şəxs ilə əsgər Zərərçəkmiş şəxs arasında baş vermiş mübahisəni «smartfon» tipli telefonla çəkməyə başlamışdır. Bundan sonra, əsgər Təqsirləndirilən şəxs dayanmadan əsgər Zərərçəkmiş şəxs «niyə mənə söz götüzdürürsən, niyə onu taxmamısan, niyə məni əsəbləşdirirsən» və s. kimi ifadələr səsləndirərək üzərinə hücum etməyə başlamışdır. Bu zaman, əsgər Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs sinə nahiyəsinə təxminən 8-9 dəfə yumruq zərbələri və ayaq nahiyyəsinə təxminən xatırladığı qədər N dəfə təpik zərbəsi vuraraq ona qarşı zor tətbiq etdiyinin birbaşa şahidi olduğunu bildirmişdir. Məhkəmə iclasında, ŞahidN ifadəsində göstərmişdir ki, xx.xx.N0N1-ci il tarixdə əsgər Təqsirləndirilən şəxs yataq otağından «smartfon» tipli telefon aşkar etmişdir. Həmin «smartfon» tipli telefona kapitan Nurlan Xəlilovla birlikdə baxış keçirmişdir. Bu zaman, əsgər Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs yumruq və təpik zərbələri ilə zor tətbiq etməsini özündə əks etdirən video çəkilişin olduğunu müşahidə etmişlər. Lakin, kapitan Nurlan Xəlilov baxdığı ilkin videodan sonra əsəbləşdiyi üçün əsgər Təqsirləndirilən şəxs digər əsgərlərə döyüşə komandası verməsini əks etdirən görüntülərə baxmağa səbri çatmamışdır. Lakin, o, əsgər Təqsirləndirilən şəxs beş nəfər hərbi qulluqçunu sıraya düzərək nizamnamədən kənar döyüşə komandası verdiyini, hətta əsgər Zərərçəkmiş şəxs məcburi idman hərəkətləri etdirdiyini əks etdirən video görüntüyə baxış keçirmişdir. Həmin vaxt müəyyən etmişdir ki, əsgər Təqsirləndirilən şəxs həqiqətəndə əsgər Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməsə də, digərlərindən fərqli olaraq sonuncuya nizamnamədən kənar döyüşə komandası verdikdən sonra idman hərəkətləri etdirmişdir. Həmin vaxt əsgər Təqsirləndirilən şəxs həmin hərəkətləri etməsində hər hansı bir zabit tərəfindən göstəriş verilməmişdir. Baş vermiş mübahisə ilə bağlı bildirmişdir ki, 15 sentyabr N0N1-ci il tarixdə avtomaşın parkında təmizlik və digər işlərin görülməsindən ötrü zabit, gizir və maxe heyəti çıxışda olduğu üçün həmin işlərə onun tərəfindən əsgər Təqsirləndirilən şəxs köhnə hərbi qulluqçu olduğundan daha təcrübəli olması ilə əsas gətirilib əsgər Zərərçəkmiş şəxs üzərində şifahi olaraq rəhbər (başçı) kimi təyin edilərək avtomaşın parkına göndərilmişdir. Buna baxmayaraq əsgər Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməsi ilə əlaqədar bir müddət məlumatı olmamışdır. Lakin, əsgər Təqsirləndirilən şəxs məxsus «smartfon» tipli telefonu yataq otağından tapıb video çəkilişə baxdıqdan sonra ona məlum olmuşdur ki, əsgər Təqsirləndirilən şəxs hərbi hissənin avtomaşın parkında əsgər Zərərçəkmiş şəxs bədən nahiyələrinə yumruq və təpik zərbələri vuraraq ona qarşı zor tətbiq etmişdir. Əlavə olaraq, ŞahidN məhkəməyə bildirmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.N0N0– xx.xx.N0N0-ci il tarixlərdə «Vətən müraribəsi» zamanı Kəlbəcər, Cəbrayıl, Füzuli, Xocavənd və Şuşa rayonları istiqamətində gedən hərbi əməliyyatlarda sürücü vəzifəsində iştirak etmişdir. O, hərbi xidmət etdiyi müddətdə verilən tapşırıqları vaxtında icra etmişdir. Qeyd olunanları nəzərə alaraq, onun hərbi xidmətini qənaətbəxş xarekterizə etmişdir. Lənkəran hərbi prokurorluğunda 03 dekabr N0N1-ci il tarixində diskə baxış keçirilərkən əsgər Təqsirləndirilən şəxs N saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularını sıraya düzərək döyüşə komandası verməsi və əsgər Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməsini göstərən iki ədəd video çəkiliş aşkar edilmişdir. Video çəkilişlərdən görünür ki, əsgər Təqsirləndirilən şəxs hərbi qulluqçuları sıraya düzüb döyüşə komandası vermiş, lakin onun tərəfindən hər hansı formada zor tətbiq edilməməklə yanaşı nalayiq ifadələr işlədilməmişdir. Bundan əlavə, digər video çəkilişdə isə əsgər Təqsirləndirilən şəxs avtomaşın parkında xidmət yoldaşı olan əsgər Zərərçəkmiş şəxs bədən nahiyyəsinə N-3 təpik və 8-9 yumruq zərbələri vuraraq ona qarşı zor tətbiq etmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.N0N1-ci il tarixli, 134 №-li ekspert rəyindən görünür ki, əsgər Zərərçəkmiş şəxs hər hansı xəsarət və ya xəsarət izi akar edilməmişdir. N saylı hərbi hissədən daxil olmuş arayışdan görünür ki, N saylı hərbi hissənin «U» dəstəsinin komandiri, polkovnik-leytenant ŞahidN tərəfindən həmin hərbi hissənin avtomaşın parkında təmizlik işlərinin görülməsindən ötrü 15 sentyabr N0N1-ci il tarixdə əsgər Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs üzərində müvəqqəti rəhbər (başçı) təyin edilmişdir. Buna görə də əsgər Təqsirləndirilən şəxs ilə əsgər Zərərçəkmiş şəxs mübahisəsi zamanı aralarında tabelilik münasibətləri olmuşdur. N saylı hərbi hissə komandirinin N avqust N0N0-ci il tarixli nizami hissə üzrə N3N №-li əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 05N saylı hərbi hissə komandirinin N avqust N0N0-ci il tarixli 08 nömrəli sərəncamı ilə hərbi xidmətini davam etdirmək üçün N avqust N0N0-ci il tarixdən etibarən şəxsi heyətin siyahısına bütün növ təminatla daxil edilmişdir. N saylı hərbi hissə komandirinin NN avqust N0N0-ci il tarixli nizami hissə üzrə N40 №-li əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs N saylı hərbi hissənin «U» dəstəsinin nəqliyyat manqasının sürücüsü vəzifəsinə təyin edilmişdir. N saylı hərbi hissə komandirinin N1 oktyabr N0N1-ci il tarixli nizami hissə üzrə 305 №-li əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xüsusi kəşfiyyat vasitələri dəstəsinin nəqliyyat manqasının sürücüsü vəzifəsindən 4-cü dəstənin təminat bölməsinin atıcı (daşıyıcısı) vəzifəsinə təyin edilmişdir. N saylı hərbi hissə komandirinin N iyul N0N1-ci il tarixli nizami hissə üzrə 191 №-li əmrindən çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs 05N saylı hərbi hissə komandirinin N iyun N0N1-ci il tarixli 03 nömrəli sərəncamı ilə hərbi xidmətini davam etdirmək üçün N iyul N0N1-ci il tarixdən etibarən xüsusi kəşfiyyat vasitələri dəstəsinin nəqliyyat manqasının sürücüsü vəzifəsinə təyin olunmaqla şəxsi heyətin siyahısına bütün növ təminatla daxil edilmişdir. N saylı hərbi hissə komandirinin N1 oktyabr N0N1-ci il tarixli nizami hissə üzrə 305 №-li əmrindən çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs xüsusi kəşfiyyat vasitələri dəstəsinin nəqliyyat manqasının sürücüsü vəzifəsindən ikinci dəstənin tibb məntəqəsinin sürücü-sanitarı vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən daxil olmuş xx.xx.N0N1-ci il tarixli, N1537 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş xx.xx.N0N1-ci il tarixli 154-4396N-1NN1 №-li tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xidmət etdiyi hərbi hissənin komandanlığı tərəfindən mənfi xasiyyətləndirilimişdir. Məhkəmə iclasında, N saylı hərbi hissənin «U» dəstəsinin komandiri, polkovnikleytenant ŞahidN şahid qismində ifadə verərkən Təqsirləndirilən şəxs xx.xx.N0N0– xx.xx.N0N0-ci il tarixlərdə 05N saylı hərbi hissənin tərkibində «Vətən müharibəsi» zamanı Kəlbəcər, Cəbrayıl, Füzuli, Xocavənd və Şuşa rayonları istiqamətində gedən hərbi əməliyyatlarda sürücü vəzifəsində iştirak etməsini və hərbi xidmət etdiyi müddətdə verilən tapşırıqları vaxtında icra etməsini nəzərə alaraq, hərbi məhkəmə təqsirləndirilən şəxsin hərbi hissədə xidmətini qənaətbəxş xarekterizə olunması haqqında qənaətinə gəlir. Cinayət işinin materiallarına əlavə edilmiş xidməti xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs xidmət etdiyi hərbi hissənin komandanlığı tərəfindən müsbət xasiyyətləndirilimişdir. Cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əli-Bayramlı şəhər Nikahın qeydə alınması evi tərəfindən verilmiş N7 iyun 1995-ci il tarixli İİ-JQ № 490697 seriyalı «Ölüm haqqında şəhadətnamə»nin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs əmisi Təqsirləndirilən şəxs Yədulla oğlu xx.xx.1994-cü il tarixdə Kəlbəcər rayonu, Murovdağ kəndində gedən döyüşlərdə həlak olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs SX № ******* seriyalı hərbi biletinin kserosurətindən görünür ki, xx.xx.N0N0–xx.xx.N0N0-ci il tarixlərdə 05N saylı hərbi hissənin tərkibində «Vətən müharibəsi» zamanı Kəlbəcər, Cəbrayıl, Füzuli, Xocavənd və Şuşa rayonları istiqamətində gedən hərbi əməliyyatlarda sürücü vəzifəsində iştirak etmişdir. Hərbi xidmətini artıq başa vurduğuna görə N0NN-ci il yanvar ayında hərbi xidmətdən tərxis olunacaqdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 3N9.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı, şahid ifadələri, ekspert rəyləri, rəsmi sənədlər, həmçinin iş üzrə toplanmış digər obyektiv sübutlarla tam təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 3N9.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxslə razılıq əldə etməyə cəhd etməsini, üzr istəyərək barışmasını və buna nail olmasını yüngülləşdirən hallar kimi qəbul edir. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini Azərbaycan Respublikası CM-nin 59.N-ci maddəsinə uyğun olaraq törətdiyi əməli səmimi etiraf etməsini, səmimi peşmançılıq çəkməsini, onun komandiri tərəfindən hərbi xidmətinin qənaətbəxş xarakterizə olunmasını, habelə hərbi xidmətini artıq başa vurmasını, Zərərçəkmiş şəxs ondan heç bir şikayət və tələbinin olmamasını da nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar iş üzrə müəyyən edilməmişdir. Məhkəmə, cəza təyin edərkən təqirləndirilən şəxs Təqsirləndirilən şəxs şəxsiyyətini, azadlıqdan məhrum etmədən islah və tərbiyə olunmasının mümkünlüyünü, əvvəllər məhkum olmamasını, törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini, Zərərçəkmiş şəxs ondan heç bir şikayət və tələbinin olmamasını və digər yüngülləşdirici halların məcmusunu nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 3N9.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzaya uyğun olaraq, Azərbaycan Respublikası CM-nin 6N-ci maddəsini tətbiq etməklə həmin Məcəllənin 44-cü maddəsi ilə nəzərdə tutulmuş daha yüngül cəza növünü, yəni cərimə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs barəsində olan hökmün icrası onun xidmət etdiyi N saylı hərbi hissənin komandanlığına, hərbi xidmətdən tərxis olunduğu halda isə onun yaşadığı və qeydiyyatda olduğu ərazi üzrə Şirvan şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 344, 353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, hərbi məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 6N-ci maddəsini tətbiq etməklə həmin Məcəllənin 44-cü maddəsinə uyğun olaraq N00 (iki yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs barəsində seçilmiş «komandanlığın müşahidəsi altına vermə» qətimkan tədbiri ləğv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs barəsində olan hökmün icrası onun xidmət etdiyi N saylı hərbi hissənin komandanlığına, hərbi xidmətdən tərxis olunduğu halda isə onun yaşadığı və qeydiyyatda olduğu ərazi üzrə Şirvan şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən N0 (iyirmi) gün müddətində Cəlilabad Hərbi Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar