Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1-1(096)-5/2024 07.06.2024 CƏLİLABAD HƏRBİ MƏHKƏMƏSİ Cəlilabad Hərbi Məhkəməsinin hakimi Əhmədov Vüqar İkram oğlunun sədrliyi ilə hakimlər - X7 və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X10, dövlət ittihamçısı - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamıının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçisi Beyləqan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1984-cü il tarixdə Ağdam rayonunda anadan olmuş, Ağdam rayonu Şükürağalı kəndində daimi qeydiyyatda olan, orta təhsilli, məhkumluğu olmayan, evli, Azərbaycan Respublikası vətəndaşı, N №-li hərbi hissənin hərbi qulluqçusu, baş gizir, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 311.3.N və 3N.3,335.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Mədədov X6 Nazirliyinin NN-ci ilin dekabr ayından NN1-ci ilin iyul ayına kimi Xocavənd rayonunun Hadrut qəsəbəsində yerləşmiş N №-li hərbi hissəsinin rabitə bölüyünün baş çavuşu vəzifəsində, baş gizir hərbi rütbəsində xidmət edərkən NN1-ci ilin may ayının ortalarında hərbi hissə komandirinin əmri ilə həmin vaxt hərbi hissənin Beyləqan rayonunun Bolsulu kəndində yerləşən əvvəlki dislokasiya məntəqəsində rabitə döyüş növbətçiliyinə cəlb edilən həmin bölüyün telefon manqasının telefonçusu vəzifəsində xidmət edən əsgər X8 ilə hərbi hissənin köhnə dislokasiya məntəqəsinin ərazisində söhbət edərkən sonuncu ona 10 (on) günlük növbəti və nümunəvi xidmətinə görə 7 (yeddi) günlük məzuniyyətə getdiyini, buna görə qanuni şəkildə məzuniyyətə getmək imkanının artıq olmadığını izah edib 5 günlük müddətə Bakı şəhərinə ailəsinin yanına getmək istədiyini demiş, bunun üçün onu qanunsuz və icazəsiz, rəsmi sənədləşmə olmadan hərbi hissədən getməsinə şərait yaratmasını xahiş etmişdir. Bundan sonra o, qanunvericiliyin tələblərinə, Azərbaycan Respublikası Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin 131 və 13N-ci maddələrinə əsasən “əsgərlərin düzgün xidmət etmələrinə, hərbi intizama və müəyyən edilmiş daxili qayda-qanuna riayət edilməsinə riayət etmək, bölükdə müddətli xidmət edən əsgərlərin alayın (briqadanın) yerləşdiyi ərazidən kənara buraxıldıqdan onlara buraxılış vərəqəsini vermək, bölükdə baş vermiş hər bir hadisə barədə dərhal bölük komandirinə məruzə etmək” kimi tələblər olduğu halda vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar bu barədə yuxarı komandanlığa məruzə etməklə qanuni tədbirlər görmək əvəzinə, bununla bağlı komandanlığa məruzə edilməməsi, raport yazılmaması, rəsmi icazə olmadan əsgər B.Şahid1 məzuniyyətə və buraxılışa, yəni hərbi hissədən kənara qanunsuz buraxılması, sonuncunun hərbi hissədə olmadığı müddətdə bu halın ört-basdır edilərək gizlədilməsi və aşkar edilməməsi müqabilində, yəni qanunsuz hərəkətlərə görə B.Şahid1 100 manat pul istəmişdir. B.Şahid1 razılığından sonra o, sonuncuya hərbi hissənin köhnə dislokasiya məntəqəsində axtarıldığı halda xidməti işlə əlaqədar onunla birlikdə olduğunu oradakı hərbi qulluqçulara deməsini tapşırmış, bu adla hərbi hissənin nəzarət buraxılış məntəqəsindən çıxmasını deyərək B.Şahid1 xidmət yerindən çölə çıxmasına məsləhətləri ilə şərait yaratmış, daha sonra əldə olunmuş razılıqdan sonra o, "xxxx" ASC tərəfindən verilmiş özünə məxsus əmək haqqı kartının 16 rəqəmli şifrəsini B.Şahid1 verərək pulun həmin karta göndərilməsini istəmiş və pul göndərildikdən sonra onun Bakı şəhərinə gedə biləcəyini demişdir. Bundan sonra B.Şahid1 həmin vaxt istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə qardaşı Şahid5 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə telefon əlaqəsi saxlayaraq M.F.Mədədova 100 manat pul verilməsi müqabilində rəsmi icazə olmadan qanunsuz şəkildə 5 günlük müddətə Bakı şəhərinə gəlməsinə sonuncunun şərait yaratdığına görə onun əmək haqqı kartının 16 rəqəmini Şahid5 vermiş, bundan bir neçə gün sonra Şahid5 19 may NN1-ci il tarixdə Bakı şəhərində yerləşən MilliÖn ödəmə terminalının elektron lövhəsinə Təqsirləndirilən şəxs "xxxx" ASC tərəfindən verilmiş əmək haqqı kartının 16 rəqəmini daxil etməklə həmin kart hesabına N manat B.Quliyevin xərcliyi üçün olmaqla ümumilikdə 1N manat pul köçürmüş, qeyd edilən 1N manat pul vəsaiti N may NN1-ci il tarixdə Təqsirləndirilən şəxs həmin kart hesabına daxil olmuş və sonradan N5 may NN1-ci il tarixdə 100 manat pul bankomat vasitəsi ilə Təqsirləndirilən şəxs tərəfindən çıxarılmaqla sonuncu həmin miqdarda pula sərəncam vermək imkanına nail olmuşdur. Bundan sonra B.Quliyev Təqsirləndirilən şəxs verdiyi pulun müqabilində sonuncu ilə aralarında olan razılaşmaya əsasən NN may NNN-ci il tarixdə saat N radələrində N №-li hərbi hissənin Beyləqan rayonu Bolsulu kəndindəki bölməsindən rəsmi sənəd olmadan çıxıb taksi vasitəsi ilə Bakı şəhərinə getmiş və N may NN1-ci il tarixdə saat 13 radələrində Bakı şəhərindən Beyləqan rayonu Bolsulu kəndindəki xidmət yerinə qayıtmışdır. Bu hərəkətləri ilə baş gizir Təqsirləndirilən şəxs əsgər B.Şahid1 5 günlük müddətə xidmət yerində olmamasına, onun xidmət yerində aşkar edilməməsinə və bu halın ört-basdır edilərək gizlədilməsinə görə vəzifəli şəxs kimi qanunsuz hərəkətlərə görə rüşvət almış, eləcə də hərbi qulluqçunun sair aldatma yolu ilə hərbi xidmət vəzifələrinin icrasından müvəqqəti boyun qaçırmasını təşkil etmişdir. Bundan başqa o, N №-li hərbi hissənin Xocavənd rayonunun Qaradağlı yaşayış məntəqəsində yerləşən rabitə bölüyünün baş çavuşu vəzifəsində xidmətdə olarkən, 14 iyun NN1-ci il tarixdə səhər saatlarında istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə xidməti işlə əlaqədar əsgər X3 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlayan zaman sonuncu 7 (yeddi) günlük müddətə Bakı şəhərinə ailəsinin yanına getmək istədiyini demiş, bunun üçün onu qanunsuz və icazəsiz, rəsmi sənədləşmə olmadan hərbi hissədən getməsinə şərait yaratmasını yenidən xahiş etmişdir. Bundan sonra o, Azərbaycan Respublikası Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin 131 və 13N-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozaraq vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar bu barədə yuxarı komandanlığa məruzə etməklə qanuni tədbirlər görmək əvəzinə, bununla bağlı komandanlığa məruzə edilməməsi, raport yazılmaması, rəsmi icazə olmadan əsgər B.Şahid1 məzuniyyətə və buraxılışa, yəni hərbi hissədən kənara qanunsuz buraxılması, sonuncunun hərbi hissədə olmadığı müddətdə bu halın örtbasdır edilərək gizlədilməsi və aşkar edilməməsi müqabilində, yəni qanunsuz hərəkətlərə görə B.Şahid1 təkrarən 100 manat pul istəmişdir. B.Şahid1 razılığından sonra o, sonuncuya hərbi hissədə olmadığı müddətdə bu halı gizlədəcəyini, ört-basdır edəcəyini demiş və "xxxx" ASC tərəfindən verilmiş özünə məxsus əmək haqqı kartının 16 rəqəmini yenidən B.Şahid1 verərək pulun həmin karta göndərilməsini istəmişdir. Əldə olunmuş razılıqdan sonra B.Quliyev həmin vaxt eyni hərbi hissədə xidmət edən əsgər XN Bakı şəhərinə getməsini məlumat vermədən borc kimi pul lazım olmasını deyib ona 150 manat pul verməsini bildirmiş və pulun köçürülməsi üçün Təqsirləndirilən şəxs məxsus əmək haqqı kartının 16 rəqəmini M.Mirzəyevə vermişdir. Sonuncu da istifadəsində olan Birbank kartının mobil tətbiq proqramından "xxxx" ASC tərəfindən verilmiş M.F.Mədədovun əmək haqqı kartına 14 iyun NN1-ci il tarixdə 150 manat pul köçürmüş, qeyd edilən 150 manat pul vəsaiti 16 iyun 0N1-ci il tarixdə Təqsirləndirilən şəxs həmin kart hesabına daxil olmuş və sonradan 16 iyun NN1-ci il tarixdə həmin gün də 100 manat pul bankomat vasitəsi ilə Təqsirləndirilən şəxs tərəfindən çıxarılmaqla sonuncu həmin miqdarda pula sərəncam vermək imkanına nail olmuşdur. Bundan sonra B.Şahid1 Təqsirləndirilən şəxs verdiyi pulun müqabilində sonuncu ilə aralarında olan razılaşmaya əsasən 14 iyun NN1-ci il tarixdə saat N radələrində N №-li hərbi hissənin Beyləqan rayonu Bolsulu kəndindəki bölməsindən rəsmi sənəd olmadan çıxıb taksi vasitəsi ilə Bakı şəhərinə getmiş və N1 iyun NN1-ci il tarixdə saat 11 radələrində Bakı şəhərindən Beyləqan rayonu Bolsulu kəndindəki xidmət yerinə qayıtmışdır. Bu hərəkətləri ilə baş gizir Təqsirləndirilən şəxs əsgər B.Şahid1 7 (yeddi) günlük müddətə xidmət yerində olmamasına, onun xidmət yerində aşkar edilməməsinə və bu halın ört-basdır edilərək gizlədilməsinə görə vəzifəli şəxs kimi qanunsuz hərəkətlərə görə təkrarən rüşvət almış, eləcə də hərbi qulluqçunun sair aldatma yolu ilə hərbi xidmət vəzifələrinin icrasından müvəqqəti boyun qaçırmasını təşkil etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş N №-li hərbi hissəsinin 3-cü taborunun 7-ci bölüyünün sabiq baş çavuşu, baş gizir Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əsgərin hərbi hissədən gedib gəlməsi ilə bağlı onu deyə bilər ki, əsgər hərbi hissədə gündəlik 6-7 kitaba imza edir. O kitabların heç birində öz imzası olmamışdır. Ondan əvvəl bölük komandiri, tağım komandiri, manqa komandiri və qovşağ rəisi vardır. Gündəlik onları yoxlayan cavabdeh şəxslər olmuşdur. Həmin kitablar 3-5 il müddətində saxlanılır. Kitablarda imzası, əli, əməli yoxdur. Ona görə də özünü təqsirsiz bilir. 10 gün ərzində 3 dəfə fəxri fərman almışdır, sənədlərin arasında vardır. Tabeliyimdə zabitlər olmuş, onların heç birindən heç bir ifadə alınmamışdır. Bir əsgərin atası və qardaşından ifadə alınmışdır. 7N nəfər əsgərlə axırıncı dəfə bir ilə qədər bölük komandiri vəzifəsini icra etmişdir. Heç bir əsgərdən 1 manat da belə almamışdır. 1N-13 il artileriya briqadalarında xidmətdə olmuşdur. NNN-ci ildə qüsursuz medal ilə təltif olunmuş, NN3-cü ildə qeyd olunan cinayət işi ilə bağlı həbs olunmuşdur. Gündəlik imzalanan sənədlərin, nəyin əsasında imzalanması araşdırılmalıdır. Əsgəri buraxmaq fikri olmamışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, bölüyün baş çavuşu kimi vəzifələri şəxsi heyətin yerində olub-olmamasını yoxlamaq, sağlamlığı, vaxtlı-vaxtında hamama girməsi, sabunla təmin olunması, geyimlərinin üst başlarına baxılması, xidməti nəzarət, əşya-əmlakın qorunub saxlanılması və vaxtında verilib təhvil alınması olmuşdur. Balaəli Quliyev evə gedən vaxtı özü Hadrutda olmuşdur. Onlar isə Beyləqan rayonunda olmuşdur. Yoxlamanı növbətçi etmişdir. Səhər kitaba baxmış növbətçinin imzasının olduğunu görmüşdür. Rabitə ilə əlaqəyə çıxa bilməmişdir. Səhər gələndə növbətçi ona nə olması barədə məlumat vermişdir. Kitabı ona göstərmişdir ki, heç bir problem yoxdur. Balaəli Quliyevlə münasibəti hərbi qulluqçu kimi, xidməti münasibətdə olmuş, heç bir düşmənçiliyi olmamışdır. X1N NN1-ci ilin may və iyul aylarında ümumilikdə N0 manat pul almamışdır, NN may NN1-ci il tarixdən N may NN1-ci il tarixə kimi və 15 iyun NN1-ci il tarixdən N1 iyun NN1-ci il tarixə kimi Balaəli Quliyevin Bakı şəhərinə şəhərinə getməsinə şərait yaratmamışdır. Balaəli Quliyevin qeyd olunan tarixlərdə Bakı şəhərində olmasından xəbəri olmamışdır. Balaəli Quliyev onu şərləyir. Hadrutda olduğu müddətdə əsgərlərin üstündə nəzarət MAXE-lərə tapşırılmışdır. Təqsirləndirilən şəxs törətmiş olduğu əməl iş üzrə toplanmış istintaq materialları, şahid ifadələri, üzləşdirmə zamanı dindirmə protokolu, Azercell mobil operatorundan alınmış disklərə baxış protokolları, cinayət işinin materiallarına əlavə edilmiş rəsmi sənədlər və digər mötəbər, təkzibedilməz sübutların məcmusu ilə tam təsdiq olunmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş N №-li hərbi hissəsinin rabitə bölüyünün sabiq hərbi qulluqçusu, əsgər X15 ifadəsində göstərmişdir ki, əvvəlki məhkəmədə verdiyi ifadəsini bir daha təsdiq edir. İki dəfə xidmət etdiyi bölüyün baş çavuşu, gizir Təqsirləndirilən şəxs pul verib qeyri-qanuni məzuniyyətə getmişdir. Belə ki, 13 sentyabr NN-ci il tarixdə N №-li hərbi hissədə xidmətə başlamış, N yanvar NNN-ci il tarixdə ordu sıralarından tərxis edilmişdir. NN1-ci ilin may ayının sonlarında xidmət etdiyi rabitə bölüyün baş çavuşu baş gizir Təqsirləndirilən şəxs Beyləqan rayonu Bolsulu kəndinə gələn zaman sonuncuya yaxınlaşmış, əvvəllər iki dəfə qanuni məzuniyyətdə olduğunu, lakin məzuniyyət limitinin bitdiyini, bu səbəbdən qanuni yolla hərbi hissədən kənara gedə bilmədiyini və Bakı şəhərinə 5 günlük getməsi üçün şərait yaratmasını ondan istəmişdir. Təqsirləndirilən şəxs da ona 100 manat verilməsi müqabilində onun xidmət yerində olmamasını ört-basdır etməklə, gizlətməklə Bakı şəhərinə getməsinə şərait yaradacağını demişdir. Gizir Təqsirləndirilən şəxs bu təklifi ilə razılaşmış, qardaşı Vüsala gizir Təqsirləndirilən şəxs əmək haqqı kartının nömrəsini vermiş, qardaşı NN1-ci ilin may ayının sonlarında Təqsirləndirilən şəxs əmək haqqı kartına 1N manat pul yükləmişdir. Həmin puldan N manatını özü xərcləmiş, 100 manatını isə gizir Təqsirləndirilən şəxs vermiş, sonra NN may NN1-ci il tarixdə saat N radələrində hərbi hissənin nəzarət buraxılış məntəqəsindən çıxıb taksi vasitəsi ilə Bakı şəhərinə getmiş, N may NN1-ci ildə hərbi hissəyə qayıtmışdır. Bundan başqa o, 15 iyun NN1-ci ildən N1 iyun NN1-ci ilədək gizir Mədətovun razılığı ilə qeyri qanuni olaraq hərbi hissədən çıxıb Bakı şəhərinə getmiş, bunun müqabilində gizir Mədətova 100 manat pul vermişdir. Həmin pulu əsgər yoldaşından borc adı ilə almışdır.Bu barədə heç kimə deməmişdir. X8 verilən suallara cavab olaraq bildirmişdir ki, may ayında 100 manat qardaşının vasitəsi ilə Təqsirləndirilən şəxs kartına pul göndərilib məzuniyyətə getmiş, Mədədova iki dəfə 100 manat pul vermişdir. Məzuniyyətdə olanda gizir Təqsirləndirilən şəxs onunla danışmış, məzuniyyətinin necə getdiyini, soruşmuşdur. Həmin vaxt N saylı hərbi hissədə xidmət etmiş, həmin hərbi hissə Beyləqan rayonunun Bolsulu kəndində yerləşmişdir. Baş verənləri iyun ayında hərbi hissənin “zampaliti” araşdırma zamanı bilmişdir. Onun telefonunu alıb araşdırmaya göndərmişlər. Araşdırma zamanı danışıqlar, sübutlar ortaya çıxmışdır. Mədədova pul verəndə hərbi hissədən necə çıxacağını soruşmuş, Mədədov cavabında ona “qalanı mənlikdi narahat olma, kim soruşsa deyəcəm xidməti yerindədir” demişdir. Mədədov onu 5 gün bir, 5 gün də bir məzuniyyətə buraxmışdır. Qanuni məzuniyyətdə birinci dəfə 10 gün, ikinci dəfə isə 7 gün olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, N saylı hərbi hissədə xidmət etmiş oğlu Balaəli Quliyev ona zəng edib evə gəlməyə imkanı olduğunu, bunun üçün pul göndərmək lazım olduğunu demiş, bundan sonra kiçik oğluna pul vermişdir ki, qardaşı Balaəli ilə əlaqə saxlayıb ona pulu göndərsin. Bununla bağlı özü bir dəfə 1N manat pul vermişdir. Xidmət vaxtı oğlu Balaəliyə xərcləmək üçün hissə-hissə 50 manat, 100 manat pul göndərmişdir. Amma məzuniyyətə gəlmək üçün oğlu Vüsal baş gizir Mədətovun kartına 1N manat pul göndərmişdir. Şahid1 suallara cavabında bildirmişdir ki, oğlu Balaləli qanunsuz bir dəfə NN1-ci ilin may ayının sonunda 5 günlük və NN1-ci ilin iyun ayında bir neçə günlük məzuniyyətə gəlmişdir. Oğlunun evə buraxılması üçün bir dəfə özü, bir dəfə də Balaəlinin dostu baş gizir Mədətovun kartına pul göndərmişdir. Balaəlinin yemək pulunu da baş gizir Təqsirləndirilən şəxs kartına özü göndərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş N saylı hərbi hissənin psixoloqu ŞahidN ifadəsində göstərmişdir ki, N avqust NNN-ci ildə səhər düzülüşündən sonra hərbi hissə komandiri onu otağına çağırmışdır. Komandir ona mobil telefon göstərmiş, telefonda rabitə bölüyün baş giziri Mədətovun əsgərin hərbi hissədən kənara buraxması barədə yazışmalarının olduğunu, telefona baxıb həmin yazışmaları sənədləşdirilməsini, aktlaşdırılmasını demişdir. Müəyyən edilmişdir ki, mobil telefon rabitə bölüyün əsgəri X5 məxsusdur. Hərbi hissə komandirinin əmrinə əsasən telefona baxış keçirib içərisində olan məlumatları sənədləşdirmişdir. Telefonda əsgərin ailəsinin yanına getməsi ilə bağlı yazışmalar olmuşdur. ŞahidN verilən suallara cavab olaraq bildirmişdir ki, hərbi hissə komandirinin göstirişinə əsasən telefona baxış keçirmiş, telefonda olan məlumatları sənədləşdirmişdir. X3 telefonuna özü, “zampalit”i əvəz edən mayor Neymət Rəhimov, məxfi hissənin rəisi və rabitə bölüyünün rəisi baxış keçirmişlər. Baxış keçirilməsi ilə bağlı akt tərtib edib komandirə təqdim etmişdir. Telefona baxış keçirilən zaman X13 hərbi hissədən qanunsuz kənara getməsi, ailəsinin yanına buraxılması barədə baş gizir Mədətovla yazışmaları aşkar edilmişdir. Telefonda, evə gəlməkdən ötrü komandirə vermək üçün pul göndərilməsi barədə yazılsa da, konkret olaraq pulun kimə göndərilməsi barədə ad yazılmamışdır. Mobil telefonda əsgər Babaləli Quliyevin qeyri-qanuni buraxılması üçün 150 manat məbləğində pul göstərilmişdir. Balaəli Quliyev komandir dediyi adamın gizir Təqsirləndirilən şəxs olduğunu etiraf etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş N №-li hərbi hissənin N-ci taborunun rabitə rəisi- rabitə tağımının komandiri, baş leytenant Şahid3 ifadəsində göstərmişdir ki, müharibə bitdikdən sonra NN1-ci ilin aprel ayına kimi N №li hərbi hissənin qərargahı Xocavənd rayonunun Hadrut qəsəbəsinə yerləşmiş, NN1-ci ilin aprel ayından sonra hərbi hissənin qərargah binası Xocavənd rayonunun Qaradağlı yaşayış məntəqəsinə köçürülmüşdür. Bolsulu kəndində yerləşən N30 No-li post X13 və MAXE Şahid4 xidmət etdiyi döyüş postu gün ərzində səhər tezdən hərbi hissə komandirinə rabitə növbətçisi tərəfindən, döyüş növbətçiləri tərəfindən, qovşaq rəisi tərəfindən daim yoxlanılıb məruzə olunmuşdur. Həmin döyüş postu kənarda yerləşdiyinə görə hərbi hissə növbətçisi tərəfindən daim yoxlanılıb qeydiyyatı aparılmışdır. Gün ərzində postlarda olan xidmət ən azından 4-5 dəfə yoxlanılmışdır. Hadrudda olan hərbi hissə ilə Bolsulu kəndində yerləşən hərbi hissə arasında 30-40 km məsafə vardır. Bolsuluda olan hərbi hissədə yeməkxana olmadığından döyüş postunda olan şəxsi heyətdən başqa orada heç kim olmamışdır. Onlar da daim kənarda yerləşən kafedən və çayxanadan aldığı yeməyin pulunu baş gizir Mədədova göndərmişlər. Balaəlinin valideynləri baş gizir Mədədova pul göndərsələr də belə Balaəli gün ərzində 3 dəfə yemək yemişdir. Baş gizir Mədədovun kartına göndərilən 150 manat pul da çox güman ki, Baləlinin yeməyi və siqareti üçün göndərilmişdir. Balaəlinin mobil telefonu tutulandan sonra görmüş, həmin vaxt telefonun içi boş olmuşdur. Şahid3 verilən suallara cavab olaraq bildirmişdir ki, baş gizir Mədədov hər gün axşam əsgərlərin yerində olduğu barədə ona məruzə edərək məlumat vermişdir. Hərbi prokurorluqda aparılan araşdırma zamanı ondan X13 hərbi hissədən kənara qanunsuz getdiyini soruşulduqda bundan xəbərsiz olduğunu bildirmişdir. X13 Bakı şəhərinə qanunsuz getməsi barədə baş gizir Mədətov ona bir söz deməmişdir. X11 bildirmişdir ki, yeməyinə görə nə lazım olubsa pul valideyinləri tərəfindən baş gizir Mədədovun kartına göndərmişdir. O, tərxis olunandan sonra isə ifadəsini dəyişmişdir. İşdə olan N9 dekabr NN1-ci il tatrixli 5/1413 nömrəli kompyuter-texniki ekspertizasının rəyindən görünür ki, təqdim edilmiş sensor ekranlı “Android 9” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy J3” markalı “SM-J330F” modelli “**********7NN83, **********7NN85” “ımeı” kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Tədqiq olunan “Samsung Galaxy J3” markalı “SM-J330F” modelli mobil smartfonun yaddaşından əldə olunması mümkün olan (foto, video fayllar və sairə) məlumatlar müəyyən olundu. “UFED TOUCH N” markalı qurğu vasitəsilə əldə edilmiş “hesabat”a əsasən tədqiq olunan “Samsung Galaxy J3” markalı “SM-J330F” modelli mobil smartfonun yaddaşında “***-***-**-**”, “***-***-**-**” və “***-***-**-**” abonent nömrələri və digər abonent nömrələr ilə zənglər, “SMS” mesaj və “Whatsapp” proqram təminatı müəyyən olunmadı. İşdə olan və məhkəmədə tədqiq edilmiş “baxış keçirilməsi haqqında” 10 iyun NNN-ci il tarixli protokoldan görünür ki, Azercell mobil operatorundan 16 may NNN-ci il tarixdə Füzuli hərbi prokurorluğuna göndərilmiş diskə baxış zamanı Şahid5 Ağali oğlunun istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** mobil nömrəsinin arasında NN1-ci ilin yanvar ayından NN1-ci ilin sentyabr ayına kimi iki tərəfli danışıqlar aparılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə X3 istifdəsində olmuş ***-***-**-** mobil nömrəsi ilə NN1ci ilin yanvar, aprel, may, iyun, iyul və avqust ayları ərzində iki tərəfli danışıqlar aparıldığı müəyyən olunmuşdur. Baxış keçirilməsi haqqında 1N avqust NNN-ci il tarixli protokoldan görünür ki, Bakcell mobil operatorundan 05 iyul NNN-ci il tarixdə Füzuli hərbi prokurorluğuna göndərilmiş diskə baxış zamanı Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinin arasında NN1-ci ilin yanvar, may, avqust ayları ərzində danışıqlar aparıldığı müəyyən edilmişdir. Baxış keçirilməsi haqqında 16 avqust NNN-ci il tarixli protokoldan görünür ki, Kapital Bank ASC-dən Füzuli hərbi prokurorluğuna göndərilmiş Təqsirləndirilən şəxs adına olan əmək haqqı kartından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 416974 rəqəmləri ilə başlayıb sonu 9846 rəqəmləri ilə bitən kartına xx.xx.NN1-ci il tarixdə terminal vasitəsi ilə saat NN:41-də 1N manat, xx.xx.NN1-ci il tarixdə saat 19:48-də X1 adına olan “540408******3509” rəqəmli Birkart vasitəsi ilə 150 manat pul köçürüldüyü müəyyən edilmişdir. Baxış keçirilməsi haqqında 07 sentyabr NNN-ci il tarixli protokoldan görünür ki, Azercell mobil operatorundan göndərilmiş və Füzuli hərbi prokurorluğuna 07 sentyabr NNN-ci il tarixdə daxil olmuş diskə baxış zamanı B.Quliyevin istifadəsində olan ***-***-**-** nömrəsi ilə xx.xx.NN1-ci il tarixdə saat 19:N-dən sonra aparılan telefon danışıqlarının anten dairəsinin növbə ilə saat 19:N7-də İmişli rayonu Qaradonlu kəndində, saat N:48-də Şirvan şəhərində, Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsi ilə aparılan danışıqla saat N3:N4-də Bakı-Salyan yolunun 18-ci km-liyində, Təqsirləndirilən şəxsla olan danışıqla saat N3:N5-də Bakı şəhəri Qaradağ rayonu Lökbatan yolu Binə Ticarət Mərkəzinin yaxınlığında, xx.xx.NNN-ci il tarixdə saat 00:N6-da isə Bakı şəhəri, Səbayıl rayonu, Bayıl qəsəbəsi “Bayıl Plaza”nın yaxınlığında olduğu müəyyən edildi. Baxış zamanı B.Quliyevin istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** mobil nömrəsi ilə xx.xx.NNN-ci il tarixdə saat N3:N4-də, saat N3:N5-də danışıqlar aparıldığı, B.Quliyevin istifadəsində olan ***-***-**-** mobil nömrəsindən əhatə dairəsi Bakı şəhərində olmaqla Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə xx.xx.NN1-ci il tarixdə yuxarıda qeyd olunan saatlardan başlayaraq xx.xx.NN1, xx.xx.NN1N, xx.xx.NN1 və xx.xx.NN1-ci il tarixlərdə danışıqlar aparıldığı müəyyən edildi. Baxış zamanı B.Quliyevin istifadəsində olan ***-***-**-** mobil nömrəsinin 14 iyun NN1-ci il tarixdə apardığı danışıqlarda – Şahid5 istifadəsində olan ***-***-**-** nömrəsi ilə xx.xx.NN1-ci il tarixdə saat NN:54-də danışıq aparılan zaman B.Quliyevin mobil nömrəsinin anten dairəsinin İmişli rayonu, Qaragüvəndikli kəndində, saat 00:54-də aparılan danışıq zamanı Qaradağ rayonu Yeni Liman ərazisində, xx.xx.NN1-ci il tarixdə saat 01:19-da Sahil qəsəbəsində, Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsindən xx.xx.NN1-ci il tarixdə saat 11:08-də B.Quliyevə edilən zənglə B.Quliyevin mobil nömrəsinin anten dairəsinin Bayıl qəsəbəsi, Bayıl Plaza ərazisində olduğu müəyyən edilir. B.Quliyevin mobil nömrəsinin Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrədən edilən zənglə B.Quliyevin mobil nömrəsinin anten dairəsinin xx.xx.NN1-ci il tarixdə saat 11:10-da Beyləqan rayonu Şəfəq qəsəbəsində, Təqsirləndirilən şəxs tərəfindən saat 11:59-da edilən zənglə isə B.Quliyevin mobil nömrəsinin anten dairəsinin Beyləqan rayonu Təzəkənd kəndində olduğu müəyyən edilir. Bundan başqa baxış zamanı B.Quliyevin Təqsirləndirilən şəxs xx/xx/NN1-ci il tarixdə saat 01:59:47-də **********13 mobil nömrəsindən Təqsirləndirilən şəxs **********13 nömrəsinə “Starsina catdim narahat olmayin..konturda vurdum” tipli mesaj da yazdığı müəyyən edilir. İşdə olan və məhkəmədə tədqiq edilmiş N №-li hərbi hissənin sabiq hərbi qulluqçusu, əsgər X3 hərbi hissə komandirinə yazdığı N avqust NN1-ci il tarixli ərizəsindən görünür ki, NN1-ci ilin mart və iyul aylarında Bolsulu yaşayış məntəqəsində xidmətdə qalması üçün ailəsi tərəfindən baş gizir Təqsirləndirilən şəxs kartına iki dəfə N0 manat olmaqla ümumilikdə 400 manat pul köçürülmüş, əlavə olaraq mart, aprel, may və iyun aylarında 3- 5 günlük Bakı şəhərinə getməsi üçün dostları tərəfindən baş gizir Təqsirləndirilən şəxs kartına ümumilikdə 400 manat pul köçürülmüşdür. İşdə olan N №-li hərbi hissə komandirinin N aprel NN-ci il tarixli, 113 №-li əmrindən çıxarışdan görünür ki, baş gizir Təqsirləndirilən şəxs hərbi hissənin rabitə bölüyünün baş çavuşu vəzifəsinə təyin edilmişdir. İşdə olan N №-li hərbi hissə komandirinin NN noyabr NN1-ci il tarixli, 34N №-li əmrindən çıxarışdan görünür ki, baş gizir Təqsirləndirilən şəxs N №-li hərbi hissənin 1-ci taborunun motoatıcı bölüyünün baş çavuşu vəzifəsinə təyin edildiyi üçün hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılaraq N №-li hərbi hissə komadirinin sərəncamına göndərilmişdir. İşdə olan N №-li hərbi hissə komandirinin N dekabr NN1-ci il tarixli, 35N №-li əmrindən çıxarışdan görünür ki, baş gizir Təqsirləndirilən şəxs 04 dekabr NN1-ci il tarixdən hərbi hissənin 1-ci taborunun 3-cü bölüyünün baş çavuşu vəzifəsinə təyin edilmiş hesab edilmişdir. İşdə olan N №-li hərbi hissə komandirinin N dekabr NN1-ci il tarixli, 364 №-li əmrindən çıxarışdan görünür ki, baş gizir Təqsirləndirilən şəxs hərbi hissənin 1-ci taborunun 3-cü bölüyünün baş çavuşu vəzifəsindən hərbi hissənin 1-ci taborunun minaatan batareyasının baş çavuşu vəzifəsinə təyin edilmişdir. İşdə olan N №-li hərbi hissə komandirinin N avqust NNN-ci il tarixli, N39 №-li əmrindən çıxarışdan görünür ki, baş gizir Təqsirləndirilən şəxs hərbi hissənin 1-ci taborunun minaatan batareyasının baş çavuşu vəzifəsindən hərbi hissənin 3-cü əməliyyat taborunun 7-ci əməliyyat bölüyünün baş çavuşu vəzifəsinə təyin edilmişdir. İşdə olan N №-li hərbi hissə komandirinin 1N sentyabr NN-ci il tarixli, N59 №-li əmrindən çıxarışdan görünür ki, əsgər X8 rabitə bölüyünün telefon tağımının telefon manqasının telefonçusu vəzifəsinə təyin edilmişdir. İşdə olan N №-li hərbi hissə komandirinin N sentyabr NN1-ci il tarixli, N73 №-li əmrindən çıxarışdan görünür ki, əsgər X8 hərbi hissənin rabitə bölüyünün telefon tağımının telefon manqasının telefonçusu vəzifəsindən hərbi hissənin rabitə bölüyünün telefon tağımının telefon manqasının telefonçusu vəzifəsinə xidmətə təyin edilmişdir. İşdə olan N №-li hərbi hissə komandirinin N yanvar NNN-ci il tarixli, 3 №-li əmrindən çıxarışdan görünür ki, əsgər X8 şəxsi heyətindən siyahısından çıxarıldığına görə qeydiyyata durması üçün SHXÇDX-nin Bakı şəhəri, Səbayıl rayon idarəsinə göndərilmişdir. İşdə olan N avqust NN1-ci il tarixli aktın surətindən görünür ki, Balaəli Quliyev anası ilə “whatsapp” proqramı vasitəsi ilə olan danışığında sonuncuya Bolsulu yaşayış məntəqəsində qalması üçün N0 manat pulun karta vurulması və 15 iyun NN1-ci il tarixdən N1 iyun NN1-ci il tarixə kimi Bakı şəhərində olması barədə mesajlar yazmışdır. İşdə olan 19 aprel NNN-ci il tarixli, 4718 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. N №-li hərbi hissədən təqdim edilmiş xidməti xasiyyətnamə ilə baş gizir Təqsirləndirilən şəxs müsbət tərəfdən xarakterizə edilmişdir. N №-li hərbi hissədən təqdim edilmiş xidməti xasiyyətnamə ilə əsgər X8 müsbət tərəfdən xarakterizə edilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Füzulinin azad olunmasına görə”, medalı, Azərbaycan Respublikası Baş naziri tərəfindən “Vətən müharibəsi iştirakçısı” medalı, “Qüsursuz Xidmətə görə” 1-ci dərəcəli medalı, “Qüsursuz Xidmətə görə” N-ci dərəcəli medalı, “Qüsursuz Xidmətə görə” 3-cü dərəcəli medalı, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi” yubiley medalı, hərbi hissə komandanlığı tərəfindən Fəxri Fərmanlarla təltif olunmuşdur. İş materiallarında olan nigah haqqında şəhadətnamənin və doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir və himayəsində xx.xx.N09-cu il təvəllüdlü Sənan Mədədov və xx.xx.N08-ci il təvəllüdlü Kənan Mədədov oğul övladları vardır. İş materiallarından görünür ki, X8 haqqında Füzuli hərbi məhkəməsinin N1 iyun NN3cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası CM-nin 335.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə görə Amnistiya aktına əsasən xitam verilmişdir. Təqsirləndirilən şəxs 17 sentyabr NNN-ci ildə CM-nin 311.3.N və 3N.3, 335.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə ittiham aktı 19 oktyabr NNN-ci ildə təsdiq olunaraq baxılması üçün aidiyyəti üzrə Füzuli Hərbi Məhkəməsinə göndərilmişdir. Füzuli Hərbi Məhkəməsinin N1 iyun NN3-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 311.3.N və 3N.3, 335.1-ci maddələri ilə təqsirli bilinib barəsində həmin Məcəllənin 6N-ci maddəsi tətbiq olunmaqla 3 il müddətinə azadlıqdan məhrum etmə və N0 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri dəyişdirilərək həbs qətimka tədbiri ilə əvəz edilmiş və dərhal məhkəmə iclas zalında həbs edilmişdir. Şirvan Apellasiya Məhkəməsinin 13 noyabr NN3-cü il tarixli qərarı ilə Füzuli Hərbi Məhkəməsinin N1 iyun NN3-cü il tarixli hökmü ləğv olunaraq cinayət işi yenidən baxılması üçün Cəlilabad Hərbi Məhkəməsinə göndərilmiş, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs məhkəmədə özünün müdafiəsi üçün dəlil gətirərək Balaəli Quliyevdən pul almadığını, onu evlərinə buraxmadığını göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillərə tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, cinayət məsuliyyətindən yayınmaq, özünü müdafiə etmək məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və Təqsirləndirilən şəxs ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı dövründə verdiyi ifadələrin məntiqli və ardıcıl deyil, hadisənin xarakteri, mexanizmi və inkişafını birbirindən tam fərqlidir, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün şahidlərin ifadələrini, “baxış keçirilməsi haqqında” istintaq hərəkətinin protokollarını və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs tabeliyində olan sabiq hərbi qulluqçu Balaəli Quliyevi rüşvətin müqabilində evə buraxmamasına dair gətirdiyi dəlil əsassız hesab edilməlidir. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, o, vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar döyüş postunda növbətçiliyə təyin olunmuş X16i aldığı rüşvətin müqabilində sonuncunu qanunsuz olaraq Bakı şəhərinə buraxmaqla döyüş tapşırığını yerinə yetirən hərbi qulluqçunun hərbi xidmət üzrə vəzifələrinin icrasından müvəqqəti boyun qaçırmasını təşkil etmişdir. Təqsirləndirilən şəxs bu əməlləri hakimiyyətin və dövlət idarəçiliynin əsaslarını sarsıdır hərbi idarəçilik orqanılarını əhalinin arasında hörmətdən və nüfuzdan salır, vətəndaşların hüquq və mənafelərinin, ədalətliliyin və bərabərliyin, hərbi hüquq qaydasının pozulmasına səbəb olur. Hər hansı bir vəzifəli şəxsin döyüş növbəsini çəkən hərbi qulluqçunu rüşvətin müqabilində qeyri qanuni olaraq evə buraxılması dövlətin təhlükəsizliyini, onun toxunulmazlığını təhlükə altına alır, düşmənin hərbi texnikasının və ya canlı qüvvəsinin ölkəmizin ərazisinə daxil olması üçün imkan yaradır. Odur ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan törətdiyi əməllərini dərk etmiş, bunları qabaqcadan görmüş və bunu arzu etmişdir. Məhkəm, Təqsirləndirilən şəxs törətmiş olduğu əməllərin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətmiş olduğu əməllər Azərbaycan Respublikası CM-nin 311.3.N və 3N.3,335.1-ci maddələri ilə tövsif olunmalıdır. CM-nin 311.3.N-ci maddəsinə münasibətdə məhkəmə qeyd edir ki, göstərilən əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. CM-nin 3N.3, 335.1-ci maddəsinə münasibətdə məhkəmə qeyd edir ki, göstərilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Füzulinin azad olunmasına görə” medalı, Azərbaycan Respublikası Baş naziri tərəfindən “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmasını, “Qüsursuz Xidmətə görə” 1-ci dərəcəli medalı, “Qüsursuz Xidmətə görə” N-ci dərəcəli medalı, “Qüsursuz Xidmətə görə” 3-cü dərəcəli medalı, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi” yubiley medalı, hərbi hissə komandanlığı tərəfindən Fəxri Fərmanlarla təltif olunmasını Azərbaycan Respublikası CMnin 59.N-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 3N.3, 335.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini təkrar törətməsi cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.N03-cü il tarixli, 4 №-li qərarının 1-ci bəndində tövsiyyə olunmuşdur ki, “hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin N və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər”. Azərbaycan Respublikası CM-nin 41.N-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CPM-in 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona istinad olunmuş CM-in maddəsində nəzərdə tutulmuş cəzanın daha ciddi və ya həddini təyin olunmasıüçün hər hansı bir əsas görmür. Odur ki, məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 311.3.N-ci maddəsində nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və təyin olunmuş cəza çəkilməlidir. Azərbaycan Respublikasının CM-nin 6N.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hal, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcədə iştirakçılıqla törədilmiş cinayətin işştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər. CM-nin 6N.N-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə, CM-nin 3N.3, 335.1-ci maddəsinə münasibətdə Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hallar kimi qiymətləndirərək, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 6N-ci maddəsini tətbiq etməklə ona təqsirli bilindiyi CM-nin 3N.3, 335.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan intizam xarakterli hhərbi hissədə saxlama cəzasından daha yüngül cəza növü- cərimə cəzasını təyin etməyi məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının CM-nin 56.1.N-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsi növü müəyyən edilməlidir. Azərbaycan Respublikası CM-nin 68.N-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq cərimə cəzası müstəqil icra olunmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilmədi. İş üzrə mülki iddia və maddi sübut yoxdur. İş üzrə məhkəmə xərcləri məhkəmə kompyuter-texniki ekspertizasının dəyəri olan 60 (altımış) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 346-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 311.3.N və 3N.3, 335.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 311.3.N-ci maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-nin 3N.3, 335.1-ci maddəsi ilə barəsində həmin Məcəllənin 6N-ci maddəsini tətbiq etməklə N0 (iki yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları tam toplamaq yolu ilə cinayətləri məcmusu üzrə qəti olaraq ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası və N0 (iki yüz) manat məbləğində cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.N-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı N1 iyun NN3-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə məhkəmə xərcləri - məhkəmə-ballistik ekspertizasının keçirilməsi ilə əlaqədar 64 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan (təqsirləndirilən şəxs hökmün surətini aldığı andan) N (iyirmi) gün müddətində Füzuli Hərbi Məhkəməsinin vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1-1(096)-5/2024
Cəlilabad Hərbi Məhkəməsi Hökm — İş №1-1(096)-5/2024
07.06.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver