Məhkəmə qərarları › İş №1-1(096)-5/2025

Cəlilabad Hərbi Məhkəməsi Hökm — İş №1-1(096)-5/2025

04.03.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1-1(096)-5/2025 04.03.2025 CƏLİLABAD HƏRBİ MƏHKƏMƏSİ Cəlilabad Hərbi Məhkəməsinin hakimi Neymanov İslam Əkrəm oğlunun sədrliyi ilə, Əliyev Asif Xəlil oğlunun katibliyi ilə, dövlət ittihamçısı– Azərbaycan Respublikası hərbi prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və müdafiəçi– Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında N saylı hərbi hissənin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs – 01 oktybr 1994-cü il tarixdə Cəlilabad rayonu, Cəngan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, N saylı hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu vəzifəsində xidmət etmiş, xx.xx.N-cü il tarixdə hərbi xidmətdən tərxis olunmuş, hazırda heç yerdə işləməyən, Cəlilabad rayonu, Cəngan kəndində qeydiyyatda olan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs N saylı hərbi hissəsinin qərargah və təminat bölüyünün mühafizə taqımının 4-cü mühafizə manqasının atıcısı vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək qərarına gəlib heç bir səlahiyyəti olmadığı halda bu məqsədlə 2023-cü ilin iyun ayının əvvəllərində tanışı Zərərçəkmiş şəxs1 ilə Bakı şəhəri, Zığ qəsəbəsi yaxınlığında görüşərək sonuncunun zabit hazırlığı kursuna qatılmasını təmin etməklə leytenant hərbi rütbəsi almağını təşkil edəcəyinə dair yalan vəd verib aldadaraq həmin işin görülməsi müqabilində 10000 (on min) manat pul vəsaiti alacağı barədə razılığa gəlmişdir. Bunun üzərindən 3-4 gün keçdikdən sonra 2023-cü ilin iyun ayının əvvəllərində o, Bakı şəhəri, “Koroğlu” Metrostansiyası yaxınlığında Zərərçəkmiş şəxs1la görüşərək sonuncudan 5000 (beş min) manat pul vəsaiti əlbəəl olaraq şəxsən almışdır. Bundan bir neçə gün sonra Zərərçəkmiş şəxs1 işin gedişatı barədə soruşduqda sonuncuya işin həll edilməsi üçün razılaşdırılmış pul məbləğinin geri qalanının verilməli olduğunu bildirmişdir. Bununla əlaqədar 2023-cü ilin iyun ayının əvvəllərində birlikdə Bakı şəhəri, Zığ qəsəbəsində görüşərək razılaşmalarına əsasən geri qalan pul məbləğindən 3500 (üç min beş yüz) manat pul vəsaitini nağd şəkildə əlbəəl olaraq əldə etmişdir. Elə həmin gün geri qalan 1500 (bir min beş yüz) manat pul vəsaitini isə hissə-hissə nağdsız qaydada Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 təqdim edilmiş istintaqa məlum olmayan bank kartına göndərilməsinə nail olmuş, lakin o, vədi üzrə heç bir real hərəkət etməyərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 məxsus xeyli miqdarda, yəni 10000 (on min) manat məbləğində pulu ələ keçirib dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, həmin vəzifədə və rütbədə xidmətdə olarkən Salyan rayonu, Pambıqkənd kənd sakini Şahid1 nəvəsi Zərərçəkmiş şəxs2 hərbi xidmətdən uyğunsuzluqla bağlı xaric edilsə də, yenidən hərbi xidmətə qəbul olunmaq istəyini bilib real imkana və səlahiyyətə malik olmadığı, eləcə də həmin məsələnin həllinə köməklik etmək niyyətində olmadığı halda, qanunsuz qazanc əldə etmək məqsədi ilə 2023-cü ilin dekabr ayının ortalarında Zərərçəkmiş şəxs2 hərbi biletində xidməti uyğunsuzluqla bağlı xidmətdən xaric edilməsi barədə yazılan qeydləri sildirib yeni hərbi bilet alacağı və yenidən onun hərbi xidmətə qəbul ediləcəyi barədə əvvəlcədən yalan vəd verməklə bu işlərin görülməsi üçün müəyyən vəzifəli şəxslərə 11500 (on bir min beş yüz) manat pul verilməsi kimi yalan məlumatlar verib inandırmış və razılaşmalarına əsasən 20 dekabr 2023-cü il tarixdə Salyan rayonu, Bəşirbəyli kəndində Zərərçəkmiş şəxs2 yaşadığı evdə Şahid1 və Zərərçəkmiş şəxs2 ilə görüşüb sonuncudan 7990 (yeddi min doqquz yüz doxsan) manat pul ekvivalentində olan 4700 (dörd min yeddi yüz) ABŞ dolları almış, lakin o, ilkin niyyətini başa çatdırmaq istədiyindən, pulun qalan hissəsi, yəni 3500 (üç min beş yüz) manat pul vəsaitinin tələb olunduğunu, guya işin həll olunması üçün zəruri olduğunu deməklə təkid etmiş, müxtəlif bəhanələrlə işin yaxın zamanda həll olunacağını Zərərçəkmiş şəxs2 bildirməklə, pulun qalan hissəsini də almaq qərarına gəlmişdir. Bu məqsədlə daha sonra qalan pulun bir hissəsi Zərərçəkmiş şəxs2 tərəfindən 23 aprel N-cü il tarixdə Salyan rayonu, Qaraçala qəsəbəsindəki eyni adlı marketdə quraşdırılmış “E- Manat” ödəniş terminalı vasitəsilə ona məxsus "xxxx" ASC tərəfindən verilmiş “4N7-2081- 1159-2308” nömrəli bank kartına 1000 (bir min) manat pul göndərilmişdir. Səhəri günü, yəni 24 aprel N-cü il tarixdə isə eyni məkanda olan ödəniş terminalı vasitəsilə Zərərçəkmiş şəxs2 tərəfindən həmin bank kartına daha 2500 (iki min beş yüz) manat məbləğində pul göndərilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs vahid niyyətlə 11490 (on bir min dörd yüz doxsan) manat pul vəsaitini ələ keçirmiş, lakin vədi üzrə heç bir real hərəkət etməyərək təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs2 məxsus xeyli miqdarda, yəni 11490 (on bir min dörd yüz) manat məbləğində pulu ələ keçirib dələduzluq etmişdir. İbtidai istintaq zamanı, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 1000 (min) manat, Zərərçəkmiş şəxs1 3000 (üç min) manat pul qaytarmışdır. Eyni zamanda, cinayət işinə məhkəmə iclasında baxılan zaman Zərərçəkmiş şəxs1 şəxsi bank kart hesabına pul göndərmiş, Zərərçəkmiş şəxs2lə isə hissə-hissə pul ödəməyi haqqında saziş bağlamışdır. Məhkəmə iclasında, təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, təxminən 2023-cü ilin iyun ayının əvvəllərində Zərərçəkmiş şəxs1 zabit olmaq istədiyini bildiyi üçün onunla bu barədə söhbət etmiş, sonuncuya özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim etmişdir. 2023-cü ilin iyun ayının əvvəllərində Bakı şəhəri, Zığ qəsəbəsində olan kafelərin birində olan vaxt o, Ərtoğrula sonuncunun leytenant hərbi rütbəsi alması üçün 10000 (on min) manat pul tələb olunduğunu bildirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs1 pul müqabilində işin həll edilməsi, yəni zabit kimi “leytenant” hərbi rütbəsi alınması üçün 10000 (on min) manat pul verməyə öz razılığını bildirmişdir. Bundan sonrakı 3-4 gün ərzində, yəni 2023-cü ilin iyun ayında Zərərçəkmiş şəxs1 Bakı şəhəri, “Koroğlu” Metrostansiyası yaxınlığında görüşərək 5000 (beş min) manat pul vəsaitini nağd şəkildə əlbəəl olaraq ona vermişdir. Bunun üzərindən qısa müddət keçdikdən sonra 2023-cü ilin iyun ayında Zərərçəkmiş şəxs1 ona mobil telefon vasitəsilə zəng edərək “leytenant” hərbi rütbəsi almaq üçün hansı prosedurların edildiyi barədə maraqlanmışdır. O, Zərərçəkmiş şəxs1 rütbə alması ilə bağlı kiçik problem olmasını demiş, lakin işin tezliklə həll olunacağı barədə yalandan vəd vermişdir. Buna görə də Zərərçəkmiş şəxs1 qalan pulu da verməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs1 onunla razılaşdıqdan sonra Bakı şəhəri, Zığ qəsəbəsində yenidən onunla görüşmüşdür. Həmin vaxt 3500 (üç min beş yüz) manat pul vəsaitini nağd şəkildə əlbəəl olaraq Zərərçəkmiş şəxs1 almışdır. Elə həmin gün o, bundan başqa da 1000 (min) manat pul vəsaitini nömrəsini xatırlamadığı bank kartına, geriyə qalan 500 (beş yüz) manat pulu isə 200 (iki yüz) manat və 300 (üç yüz) manat olmaqla “MilliÖn” ödəmə terminalı vasitəsilə göndərilmişdir. Bundan sonra, Zərərçəkmiş şəxs1 işin qısa zaman ərzində həll olunacağını bildirsə də faktiki olaraq heç bir iş görməmiş, pulları özü üçün xərcləmişdir. 2023-cü ilin ortalarında ümumilikdə Zərərçəkmiş şəxs1 10000 (on min) manat pul almışdır. Bundan başqa, o, 2023-cü ilin dekabr ayının ortalarında tanışı Şahid2 onunla telefon əlaqəsi saxlayıb bacısı oğlu Zərərçəkmiş şəxs2 əvvəllər Daxili Qoşunlarda müddətdən artıq hərbi qulluqçu kimi xidmət etməsi barədə məlumat vermişdir. Lakin, sonradan xidmətə yararsız kimi xidmətdən xaric edilmiş, hərbi biletində bu barədə müvafiq qeydiyyat aparıldığından Zərərçəkmiş şəxs2 müraciət etdiyi dövlət müəssisələrində heç bir dövlət işinə qəbul etməmişlər. Odur ki, bu işdə nə kimi kömək edə biləcəyi ilə bağlı məlumat soruşulduqda həmin vaxt Şahid2 heç bir problemin olmadığını və müəyyən pul müqabilində tanışlarının vasitəsilə Şahid2 bacısı oğlu Zərərçəkmiş şəxs2 hərbi biletini dəyişdirib nəticə etibarilə yenidən hərbi xidmətə, eləcə də dövlət işinə qəbul etdirə biləcəyini demişdir. Həmin vaxt Şahid2 onun ***-***-**-** nömrəsini atası Adışirin adlı şəxsə verəcəyini və atasının da onunla əlaqə saxlayıb bu barədə söhbət edəcəyini bildirmişdir. Şahid2 ilə həmin telefon danışğından təxminən 2 gün sonra Şahid1 adlı kişi ona zəng edib Əlinin atası olduğunu bildirmiş, nəvəsinin yenidən hərbiçi kimi işə qəbul edilməsində nə kimi kömək edə biləcəyini soruşmuşdur. O, həmin vaxt Adışırin Ağayevə bu barədə görüşüb söhbət etmək lazım olduğunu bildirmişdir. Odur ki, Şahid1 onu Salyan rayonundakı evlərinə dəvət etmişdir. O, etiraz etməmiş və 1-2 gün sonra Salyan rayonuna gələ biləcəyini bildirmişdir. O, Şahid1 ilə görüşmək üçün 20 dekabr N-cü ildə Salyan rayonu, Bəşirbəyli kəndinə gəlmişdir. Kəndin girişində onu gənc yaşlarına oğlan qarşılamış, həmin vaxt qarşılayan şəxsin adının Zərərçəkmiş şəxs2 olduğunu və Adışirin kişinin nəvəsi olduğunu öyrənmişdir. Onlar tanış olduqdan sonra Coşqun onu babası Şahid1 ilə görüşməsi üçün Bəşirbəyli kəndindəki öz evlərinə gətirmişdir. Coşqunun evində babası Adışirin kişi və Coşqun ilə aralarında olmuş söhbət zamanı o, əvvəlcə Zərərçəkmiş şəxs2 hərbi biletinin dəyişdirilməsinin lazım olduğunu və yalnız bundan sonra onun yenidən hərbi qulluqçu kimi xidmətə qəbul edilə biləcəyini demişdir. Bunun üçün N000 (on iki min) manat pul tələb olduğunu bildirmişdir. Şahid1 onun söylədiyi məbləğin yüksək olduğunu deyib bir qədər pul məbləğini azaltmağı xahiş etmişdir. O, bu danışıqdan sonra ilkin olaraq dediyi N000 (on iki min) manat pul vəsaitindən 500 (beş yüz) manat məbləğində aşağı salınmasına razılıq verərək, 11500 (on bir min beş yüz) manata Zərərçəkmiş şəxs2 hərbi biletindəki qeydlərin silinib yenidən hərbi xidmətə qəbul olunacağını bildirmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs2 hərbi biletinin fotoşəklini öz telefonu ilə çəkərək guya kiməsə göndərmiş, guya kiminləsə danışıb işin həll olunacağı barədə razılığa gəlmiş, əslində isə heç kimlə əlaqə saxlamamışdır. Daha sonra o, Şahid1 və Zərərçəkmiş şəxs2 işin görülməsi üçün əvvəlcə 8000 (səkkiz min) manat pul lazım olduğunu bildirmiş, qalan pulu isə hərbi bilet hazır olduqdan sonra veriləcəyini bildirmişdir. Şahid1 və Zərərçəkmiş şəxs2 razılıq verdikdən sonra Coşqun 4700 (dörd min yeddi yüz) ABŞ dolları gətirib əlbəəl olaraq ona təqdim etmişdir. O, pulu aldıqdan sonra Şahid1 və Zərərçəkmiş şəxs2lə sağollaşıb hərbi bileti də özü ilə götürüb oradan getmişdir. O, hərbi biletin 4 ay müddətində hazır olacağını, Zərərçəkmiş şəxs2 təzə hərbi bilet veriləcəyini və sonrakı 1 ay ərzində sonuncunun işə qəbul olunacağı barədə məlumat vermişdir. Sonrakı müddətdə həm Şahid1, həm də Zərərçəkmiş şəxs2 tez-tez ona zəng edib işlərin nə yerdə olduğu, işin gedişatı ilə maraqlanmağa başlamışlar. O, müxtəlif bəhanələr gətirərək işin həll olunacağını bildirsə də faktii olaraq heç bir iş həll olunmamışdır. N-cü ilin aprel ayının ortalarında Zərərçəkmiş şəxs2 ona zəng edib görüşmək istədiyini deyib onu rayona çağırmış və 2 gün sonra o, Coşqungilə gəlmişdir. Həmin söhbət zamanı Zərərçəkmiş şəxs2 yalandan guya hərbi biletin artıq hazır olduğunu demişdir. Bir neçə gündən sonra hərbi bileti verəcəyini və qalan 3500 (üç min beş yüz) manat pulu da verməyini xahiş etmişdir. Lakin, Zərərçəkmiş şəxs2 hərbi bileti əlinə almayanadək ona pul verməyəcəyini bildirmişdir. Həmin vaxt ona pul lazım olduğundan o, Zərərçəkmiş şəxs2 işi onun babası ilə danışdığını əsas gətirərək pulu babasından alacağını, qalan pulu verməyəcəkləri təqdirdə isə əvvəlki tarixdə verilmiş pul məbləğinin də hesablanmayacağını bildirmişdir. O, Zərərçəkmiş şəxs2 ayrıldıqdan sonra onun babası Şahid1lə telefon əlaqəsi saxlayıb qalan 3500 (üç min beş yüz) manat pulu onun bank kartına göndərməyini istəmiş və öz adına olan “ABB” bankın “4N7-2081-1159-2308” nömrəli bank kartını söyləmişdir. 23 aprel N-cü il tarixdə Zərərçəkmiş şəxs2 tərəfindən onun həmin bank kartına 1000 (bir min) manat pul göndərilmişdir. 24 aprel N-cü il tarixdə isə Zərərçəkmiş şəxs2 daha 2500 (iki min beş yüz) manat pul göndərmişdir. Bundan sonrakı müddətdə, hazırda tarixini dəqiq xatırlamadığı vaxtda Coşqunun dayısı Şahid2 onunla Bakı şəhərində görüşüb bacısı oğlunun işinin nə yerdə olduğunu soruşmuş, işin uzanmasından narazılıq edib pulun geri qaytarılmasını istəmişdir. Həmin vaxt, o, Şahid2 işin qısa müddətdə həll olunacağını, bacısı oğlundan aldığı pulun hamısını geri qaytaracağını desə də, pulları Zərərçəkmiş şəxs2 qaytara bilməmiş, pulların hamısını öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Əlavə olaraq, Təqsirləndirilən şəxs məhkəməyə bildirmişdir ki, törətdiyi əmələ görə peşmançılıq hissləri keçirir. Hadisədən sonra Zərərçəkmiş şəxs2lə aralarında pulun hər ay ödənilməsi haqqında yazılı saziş bağlanmış və bunu məhkəməyə təqdim etmiş, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməyə söz vermişdir. Ona cəza təyin edərkən məhkəmədən mərhəmətli olmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs cinayət əməli özünün etirafından başqa, cinayət iş üzrə toplanmış aşağıdakı təkzibedilməz sübutlarla da tam təsdiq olunmuşdur. Məhkəmə iclasında, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, Şahid1 onun babasıdır. O, Təqsirləndirilən şəxs N-cü ilin sonlarından etibarən tanımışdır. O, əvvəllər X8 və Zaqatala rayonlarında yerləşən hərbi hissələrində xidmət etmiş, xidmətə yararsız, xidməti uyğunsuzluqla bağlı işdən çıxarıldığına görə iş tapmaqda çətinlik çəkmişdir. 14 dekabr 2023-cü il tarixdə Rusiya Federasiyasından Azərbaycan Respublikasına gəlmişdir. Bundan 3-4 gün sonra babası Şahid1 ona işə düzəlməkdə könəklik etməsini xahiş etmişdir. Babası Şahid1 ona dayısı Şahid2 bir nəfər tanışının olmasını həmin adamın ona köməklik edə biləcəyini bildirmişdir. O, razılıq verdikdən sonra babası Şahid1 Təqsirləndirilən şəxs zəng vuraraq sonuncu ilə telefonda danışmış, Təqsirləndirilən şəxs hərbi biletdə xidmətə yararsız kimi qeydlər olduğunu və həmin qeydləri sildirmək istədiklərini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs Şahid1 köməklik edə biləcəyini və yaxın zaman kəsiyində görüşə biləcəklərini bildirmişdir. Buna görə də Şahid1 Təqsirləndirilən şəxs Salyan rayonuna dəvət etmişdir. 20 dekabr N-cü il tarixdə Təqsirləndirilən şəxs Şahid1 zəng edərək Salyan rayonuna gəldiyini bildirmişdir. O, buna görə də Təqsirləndirilən şəxs kəndin girəcəyində qarşılamışdırş Həmin vaxt, Təqsirləndirilən şəxs Cəlilabad rayonundan olduğunu, hərbçi işlədiyini və çoxlu tanışlarının olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs hərbi biletini və şəxsiyyət vəsiqəsini göstərməsini istədikdə sonuncu üzərində sənəd daşımadığını bildirmişdir. Onlar evdə Təqsirləndirilən şəxs ilə danışarkən yanlarında babası Şahid1 başqa heç kim olmamışdır. Onunla baş tutmuş danışığa əsasən Təqsirləndirilən şəxs onu işə düzəltməsi üçün N000 (on iki min) manat pul istəmişdir. Həmin vaxt Şahid1 məbləğin çox olmasını bildirərək bir az aşağı salınmasını istəmiş, lakin Təqsirləndirilən şəxs 500 (beş yüz) manat keçərək 11500 (on bir min beş yüz) manat pula işlərin həll olunacağı barədə vəd vermişdir. Buna görə isə əvvəlcə hərbi biletdəki qeydin silinməli olduğu, daha sonra isə hərbi biletin yenisi ilə əvəz edilməli olduğunu demişdir. Bunun üçün isə ilk olaraq 8000 (səkkiz min) manat pulun tələb olunduğunu bildirmişdir. O, razılıq verdikdən sonra Təqsirləndirilən şəxs onun hərbi biletinin fotoşəklini çəkərək kiməsə göndərib, daha sonra kiməsə zəng edib danışaraq hərbi biletdəki qeydlərin silinib-silinə bilməyəcəyini soruşmuşdur. Telefonda danışdığı adam müsbət cavab verdikdən sonra o, razılaşdırdıqları kimi özünə məxsus 4700 (dörd min yeddi yüz) ABŞ dolları, yəni 7990 (yeddi min doqquz yüz doxsan) manat ekvivalentində olan pul vəsaitini gətirib Təqsirləndirilən şəxs vermişdir. Həmin vaxt Kənan pulu alıb saydıqdan sonra pulu cibinə qoymuş və hərbi bileti də özü ilə götürərək 4 ay müddətində yeni hərbi bilet veriləcəyini, sonrakı bir ay ərzində isə işə qəbul olunacağını bildirmişdir. Bu aradan xeyli vaxt keçməsinə baxmayaraq iş həll olunmadığına görə Təqsirləndirilən şəxs ilə əlaqə saxlamış, Təqsirləndirilən şəxs isə hər dəfə müxtəlif bəhanələr gətirərək sabah zəng edəcəyini deməklə və yaxud işin qısa müddətə həll olunacağını bildirməklə zənglərə biganə yanaşmışdır. Bundan sonra, mart ayının əvvəllərində o, dayısı Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs ilə maraqlandıqdan bir neçə gün sonra Kənan 1000 (bir min) manat pul vəsaitini dayısı Şahid2 bank kartına göndərmiş, Əli də pulu Şahid1 verdikdən sonra Adışirin də pulu ona qaytarmışdır. Bundan sonra aprel ayının ortalarında o, Təqsirləndirilən şəxs yenidən Salyan rayonunda evlərinə dəvət etmişdir. Həmin görüş zamanı Təqsirləndirilən şəxs ona hərbi biletinin hazır olmağına inandırmışdır. Daha sonra 3500 (üç min beş yüz) manat pul verilməsini də istəmişdir. Buna baxmayaraq Zərərçəkmiş şəxs2 işin həll edilmədiyi müddətdə pul verməyəcəyini bildirsə də, 2-3 gün sonra babası Şahid1 ona zəng edərək 3500 (üç min beş yüz) manat pul Təqsirləndirilən şəxs göndərməsini tapşırmışdır. Eyni zamanda, Təqsirləndirilən şəxs bank kart nömrəsini vermişdir. Buna görə də o, Salyan rayonu, Qaraçala qəsəbəsindəki eyni adlı marketdə olan ödəmə terminalında 23 aprel N-cü il tarixdə 1000 (bir min) manat pul göndərmişdir. 24 aprel N-cü il tarixdə isə 2500 (iki min beş yüz) manat pul olmaqla, ümumilikdə 3500 (üç min beş yüz) manat pul vəsaitini Təqsirləndirilən şəxs “4N7-2081- 1159-2308” nömrəli bank kartına göndərmişdir. Odur ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmiş, bu günə qədər ona dəymiş ziyanın ödənilmədiyini bildirmişdir. Əlavə olaraq, Zərərçəkmiş şəxs2 məhkəməyə bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə aralarında pulun hər ay ödənilməsi haqqında yazılı saziş bağlanmış və bunu məhkəməyə təqdim etmişdir. Təqsirləndirilən şəxsə cəza təyin edərkən məhkəmədən mərhəmətli olmasını xahiş etmişdir. Məhkəmə iclasında, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, N nömrəli hərbi hissənin 2-ci bölüyünün 1-ci taqımının 1-ci manqa komandiri vəzifəsində, kiçik çavuş rütbəsində xidmət edir. O, Təqsirləndirilən şəxs xidmət yoldaşı Şahid5 vasitəsilə tanıdığını bildirmişdir. O, 2023-cü ilin iyun ayının əvvəllərində zabitlik kursuna qatılmaqla, “leytenant” hərbi rütbəsi almaq istəyi ilə bağlı məlumat vermişdir. Həmin vaxt Şahid5 ona qardaşı Təqsirləndirilən şəxs ona kömək edə biləcəyini bildirmişdir. Onlar birlikdə 2023-cü ilin iyun ayının əvvəllərində Bakı şəhəri, Zığ qəsəbəsində kafelərin birində Şahid4, Şahid5, Təqsirləndirilən şəxs ilə birlikdə görüşmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs ona “leytenant” hərbi rütbəsini adını çəkmədiyi tanışları vasitəsilə həll edəcəyini bildirsə də, lakin konkret olaraq kiminsə adını çəkməmişdir. Bu işin görülməsi üçün 10000 (on min) manat pul tələb olunduğunu bildirmiş, həmin məbləğdə razılığa gəlinmişdir. O, 2023-cü ilin iyun ayında Bakı şəhərində “Koroğlu” Metrostansiyası yaxınlığında görüşərək 5000 (beş min) manat pul vəsaitini nağd şəkildə əlbəəl olaraq Təqsirləndirilən şəxs vermişdir. Bundan bir neçə gün sonra Bakı şəhəri, Zığ qəsəbəsində görüşərək 3500 (üç min beş yüz) manat pul vəsaitini əlbəəl olaraq vermişdir. Bundan başqa, geri qalan 1500 (min beş yüz) manat pul vəsaitini isə 1000 (bir min), 200 (iki yüz) və 300 (üç yüz) manat pul olmaqla hissə-hissə nağdsız qaydada Təqsirləndirilən şəxs ona təqdim etdiyi xatırlamadığı bank kartına göndərmişdir. Ona ümumilikdə 10000 (on min) manat ziyan dəymişdir. Əlavə olaraq, Zərərçəkmiş şəxs1 məhkəməyə bildirmişdir ki, Təqsirləndirilən şəxs istintaq zamanı ona 3000 (üç min) manat pul qaytarmışdır. Təqsirləndirilən şəxsə cəza təyin edərkən məhkəmədən qanuna uyğun cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında, şahid qismində dindirilmiş Məmmədov X6 öz ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs1 onun doğma əmisi oğludur. O, Təqsirləndirilən şəxs sonradan tanımışdır. Onunla aralarında hər hansı qohumluq və düşmənçilik münasibətləri olmamışdır. 2023-cü ilin iyun ayında əmisi oğlu Zərərçəkmiş şəxs1 zabitlik kursu ilə bağlı maraqlandığını və leytenant hərbi rütbəsi almaq istədiyini öyrənmişdir. 2023-cü ilin iyun ayında Zərərçəkmiş şəxs1 ilə birlikdə Bakı şəhərində olarkən “Koroğlu” Metrostansiyası yaxınlığında Təqsirləndirilən şəxs ilə görüşmüşlər. Zərərçəkmiş şəxs1 bankdan götürdüyü kredit vəsaiti hesabına 5000 (beş min) manat pul vəsaitini Kənan adlı şəxsə vermişdir. Həmin vaxt Kənanın yanında başqa bir adam da olmuş, lakin sonuncunu tanımamışdır. Pulu Təqsirləndirilən şəxs verdikdən sonra sağollaşıb ərazidən uzaqlaşmışlar. Bundan bir neçə gün sonra da Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs işin nə yerdə olduğunu soruşduqda, sonuncu pulun tam hazır olmasından sonra rütbə məsələsinin alınacağını bildirmişdir. Zərərçəkmiş şəxs1 sonradan ona bildirmişdir ki, zabit rütbəsi alınması ilə əlaqədar olaraq bu işin həlli üçün Təqsirləndirilən şəxs ilə 10000 (on min) manat pul qarşılığında razılığa gəlmişdir. Onlar birlikdə 5000 (beş min) manat pul verdikdən sonra da Təqsirləndirilən şəxs əlbəəl olaraq 3500 (üç min beş yüz) manat pul vermişdir. Daha sonra isə nağdız qaydada kart hesabına 1500 (bir min beş yüz) manat pul göndərməklə, ümumilikdə 10000 (on min) manat pul vəsaitini Təqsirləndirilən şəxs vermiş, Kənan isə heç bir işi yekunlaşdırmamışdır. Məhkəmə iclasında, şahid qismində dindirilmiş Şahid5 öz ifadəsində bildirmişdir ki, 2023-cü ilin təxminən iyun ayında xidmət yoldaşı Zərərçəkmiş şəxs1 zabit kimi kursa yazılaraq “leytenant” hərbi rütbəsi almasında qardaşı Təqsirləndirilən şəxs ona prosedur qaydalarını izah etməklə zabit olmağına köməklik edəcəyini bildirmişdir. Bundan sonra, onlar Bakı şəhəri, Zığ qəsəbəsindəki kafelərin birində görüşərək söhbət etmişlər. Daha sonra o, kənara çəkilmişdir. Həmin vaxt qardaşı Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 konkret olaraq nə haqda danışması və nə barədə razılığa gəlmələri barədə məlumatlı olmamışdır. Birbaşa o, şahidi olmasa da sonradan öyrənmişdir ki, qardaşı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 10000 (on min) manat pul vəsaiti almışdır. Məhkəmə iclasında, şahid qismində dindirilmiş Şahid4 da Şahid5 ilə oxşar məzmunlu ifadə verərək baş verənləri bir daha təsdiq etmişdir. Məhkəmə iclasında, şahid qismində dindirilmiş Şahid1 və Şahid2 da Zərərçəkmiş şəxs2 ilə oxşar məzmunlu ifadə verərək baş verənləri bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, N sentyabr N-cü il tarixli Şahid1 ilə Təqsirləndirilən şəxs “üzləşdirilməsi haqqında protokol”dan görünür ki, X4 dindirmə istintaq hərəkəti zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı deməklə sonuncunun cinayətkar əməllərini ifşa etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, N sentyabr N-cü il tarixli Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs “üzləşdirilməsi haqqında protokol”dan görünür ki, Zərərçəkmiş şəxs2 dindirmə istintaq hərəkəti zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı deməklə sonuncunun cinayətkar əməllərini ifşa etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, qəbzin kserosurətindən görünür ki, xx.xx.N-cü il tarixdə, saat 19:09-da Salyan rayonu, Qaraçala qəsəbəsi, “Qaraçala” marketdə quraşdırılmış “E-Manat” ödəmə terminalında “Azərbaycan Beynəlxalq Bankı”na məxsus “**********592308” nömrəli bank kartına 1000 manat mədaxil olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş, qəbzin kserosurətindən görünür ki, xx.xx.N-cü il tarixdə, saat 20:50-də Salyan rayonu, Qaraçala qəsəbəsi, “Qaraçala” marketdə quraşdırılmış “E-Manat” ödəmə terminalında “Azərbaycan Beynəlxalq Bankı”na məxsus “**********592308” nömrəli bank kartına 500 manat mədaxil olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş, qəbzin kserosurətindən görünür ki, xx.xx.N-cü il tarixdə, saat 20:43-də Salyan rayonu, Qaraçala qəsəbəsi, “Qaraçala” marketdə quraşdırılmış “E-Manat” ödəmə terminalında “Azərbaycan Beynəlxalq Bankı”na məxsus “**********592308” nömrəli bank kartına 2000 manat mədaxil olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş, ibtidai istintaq zamanı Şahid2 tərəfindən təqdim edilmiş 01 ədəd “CD” diskdən görünür ki, diskdə video görüntülər vardır. Həmin videogörüntülər Təqsirləndirilən şəxs təqdim edilmiş və video görüntüdəki şəxs olduğunu təsdiq etmişdir. Həmin video görüntülərdən görünür ki, Şahid2 bildirir ki, “Kənan atam sənə öz əli ilə 8000 manat verib, niyə işi həll etmirsən”. Təqsirləndirilən şəxs isə ayın 25-nə qədər işin həll olunacağını bildirir. Cinayət işinin materiallarına əlavə edilmiş, “maddi sübut kimi tanımaq haqqında” qərardan görünür ki, Şahid2 tərəfindən istintaqa təqdim edilmiş 01 ədəd “CD” disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş, “Azercell” mobil operatoru tərəfindən təqdim edilmiş 01 ədəd “CD” diskə “baxış keçirilməsi haqqında protokol”dan görünür ki, ***-***-**-** mobil nömrəsi Təqsirləndirilən şəxs məxsusdur. N-cü ilin mart, aprel aylarında o, müxtəlif vaxt və saatlarda Şahid2 məxsus ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlamışdır. Bundan başqa o, 2023-cü ilin sonlarında Zərərçəkmiş şəxs1 məxsus ***-***- **-** mobil nömrəsi ilə əlaqə saxlamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş, SHXÇDX-nin Cəlilabad rayon şöbəsinin xx.xx.N-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdən xx.xx.2015-ci il tarixədək müddətli həqiqi hərbi xidmət, xx.xx.2022-ci il tarixdən xx.xx.N-cü il tarixədək N saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, N saylı hərbi hissəsi tərəfindən təqdim edilmiş xx.xx.N-cü il tarixli, 145 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.N-cü il tarixədək N saylı hərbi hissədə qərargah və təminat bölüyünün mühafizə taqımının mühafizə manqasının atıcısı vəzifəsində xidmət etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, Zərərçəkmiş şəxs1 əizəsindən görünür ki, Təqsirləndirilən şəxs anası Sevinc Bəhmənova tərəfindən Zərərçəkmiş şəxs1 vurulmuş 10000 manat ziyanın 3000 manatı geri qaytarılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş, "xxxx" ASC tərəfindən verilmiş Təqsirləndirilən şəxs adına olan “hesabdan çıxarış” məlumatlarından görünür ki, sonuncunun “**********592308” nömrəli bank kartına xx.xx.N-cü il tarixdə 1000 manat pul, xx.xx.N-cü il tarixdə isə 2000 manat və 500 manat pul mədaxil olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş, N saylı hərbi hissə komandirinin nizami hissə üzrə N oktyabr 2022-ci il tarixli, 300 nömrəli əmrindən çıxarışından görünür ki, Təqsirləndirilən şəxs həmin hərbi hissənin qərargah təminat bölüyünün mühafizə taqımının 4-cü mühafizə manqasının atıcısı vəzifəsinə təyin edilmiş, bütün növ təminatlara daxil edilmiş və şəxsi heyətin siyahısına daxil edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, N saylı hərbi hissə komandirinin nizami hissə üzrə 11 yanvar N-cü il tarixli, 10 nömrəli əmrindən çıxarışından görünür ki, MAHHXHQ, əsgər Təqsirləndirilən şəxs N saylı hərbi hissənin qərargah taqımının mühafizə manqasının atıcısı vəzifəsinə təyin edildiyinə görə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq xidmətini davam etdirmək üçün N saylı hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, N saylı hərbi hissənin nizami hissə üzrə N yanvar N-cü il tarixli, 14 nömrəli əmrindən çıxarışından görünür ki, Təqsirləndirilən şəxs N saylı hərbi hissənin qərargah taqımının mühafizə manqasının atıcısı vəzifəsinə təyin olunduğuna görə N saylı hərbi hissədən gəlmiş hesab edilmiş, N yanvar N-cü il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, N saylı hərbi hissənin nizami hissə üzrə N iyun N-cü il tarixli, 158 nömrəli əmrindən çıxarışından görünür ki, Təqsirləndirilən şəxs N saylı hərbi hissə komandirinin N may N-cü il tarixli, 024 əç nömrəli əmri ilə “Hərbi Xidmətkeçmə haqqında əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığı üçün N iyun N-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılsın və hərbi qeydiyyata durmaq üçün SHXÇDX-nin Cəlilabad rayon şöbəsinə göndərilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, N saylı hərbi hissə komandirinin nizami hissə üzrə N iyul 2023-cü il tarixli, 10 nömrəli əmrindən çıxarışından görünür ki, Zərərçəkmiş şəxs1 həmin hərbi hissənin 2-ci Dəniz Piyada taborunun 2-ci dəniz piyada bölüyünün 1-ci dəniz piyada taqımının 1-ci dəniz piyada manqasının komandiri vəzifəsinə təyin edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, X1 X2 Alt Sistemindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 11 sentyabr N-cü il tarixdən 13 sentyabr N-cü il tarixədək Salyan RPŞ-nin X5 saxlanılmışdır. 15 sentyabr N-cü il tarixdə Sabunçu RPŞ-nin İstintaq Bölməsində istintaq olunan cinayət işi üzrə tutulmuş və Sabunçu Rayon Məhkəməsinin 17 sentyabr N-cü il tarixli qərarı ilə barəsində 2 ay müddətində “həbs” qətimkan tədbiri seçilmiş, Bakı Hərbi Məhkəməsinin 28 oktyabr N-cü il tarixli qərarı ilə həbsin “ev dustaqlığı” ilə əvəz edilərək saxlanılma müddəti həbsdə saxlanılma müddətinin son gününədək, yəni 15 noyabr N-cü il tarixədək hesablanmış və 21 noyabr N-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, 19 avqust N-cü il tarixdə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs dələduzluq cinayəti törətməsinə dair əsaslı şübhələr müəyyən edildiyindən sonuncunun “şübhəli şəxs” qismində tutulması haqqında qərar qəbul edilmiş və barəsində axtarış elan edilmişdir. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, istintaq orqanı tərəfindən 19 avqust N-cü il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs istintaqdan yayındığına görə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, istintaq orqanı tərəfindən 11 sentyabr N-cü il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanıldığından N sentyabr N-cü il tarixdə cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, 13 sentyabr N-cü il tarixdə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə “təqsirləndirilən şəxs” qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş və barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Qətimkan tədbiri icra edilməsi üçün Cəlilabad rayon Polis Şöbəsinə göndərilmişdir. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, 13 sentyabr N-cü il tarixdə Təqsirləndirilən şəxs Salyan RPŞ-nin X3 azadlığa buraxılmışdır. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs cinayət törədərkən hərbi qulluqçu olduğundan barəsində Salyan RPŞ-nin İstintaq Bölməsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi istintaqın Lənkəran Hərbi Prokurorluğunda davam etdirilməsi məsələsinin həlli üçün xx.xx.N-cü il tarixdə aidiyyəti üzrə göndərilmişdir. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, 28 oktyabr N-cü il tarixdə cinayət işi üzrə istintaq müddəti Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini, İİ dərəcəli dövlət ədliyyə müşaviri, Elçin Məmmədov tərəfindən 2 ay müddətinə 4- 5-ci aylaradək, yəni 03 yanvar 2025-ci il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, cinayət işi ərazi və istintaq aidiyyəti üzrə Azərbaycan Respublikası Baş Prokurorluğu və Respublika Hərbi Prokurorluğu vasitəsilə Lənkəran Hərbi Prokurorluğuna göndərilmiş, 15 noyabr N-cü il tarixdə Lənkəran Hərbi Prokurorluğuna daxil olmuş və cinayət işi icraata qəbul edilməklə istintaq davam etdirilmişdir. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, ibtidai istintaq orqanı tərəfindən 15 noyabr N-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində 13 sentyabr Ncü il tarixdə Salyan RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi tərəfindən seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, Bakı Hərbi Prokurorluğunda Təqsirləndirilən şəxs Gədəbəy rayon sakini, N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə etməklə sonuncunun 10000 manat pul vəsaitini ələ keçirərək dələduzluq etməsi faktına dair Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi aidiyyəti üzrə Lənkəran Hərbi Prokurorluğuna göndərildikdən sonra 19 noyabr N-cü il tarixdə icraata qəbul edilməklə istintaq aparılmış və həmin tarixdə Azərbaycan Respublikası CPM-nin 49.1-ci maddəsinə əsasən ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və istintaq ********* nömrə altında davam etdirilmişdir. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs barəsində olan ********* nömrəli cinayət işi Sabunçu rayon polis idarəsinin istintaq şöbəsinin baş müstəntiqi tərəfindən 16 avqust N-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsilə fakta görə başlanmış və icraatında istintaq olunmuşdur. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs barəsində olan ********* nömrəli cinayət işi üzrə 29 avqust N-cü il tarixdə Sabunçu RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs ittiham elan olunması üçün “şübhəli şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” qərar qəbul edilmişdir. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, 29 avqust N-cü il tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. xx.xx.N-cü il tarixdə icraat təzələnmiş, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə “şübhəli şəxs” qismində tutulmuşdur. xx.xx.N-cü il tarixdə “təqsirləndirilən şəxs” qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, 17 sentyabr N-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində olan ********* nömrəli cinayət işi üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı ilə Sabunçu RPİ-nin İB-nin baş müstəntiqinin həbslə bağlı vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı təmin edilməklə, Təqsirləndirilən şəxs barəsində 02 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, qərar icra edilməsi üçün Bakı İstintaq Təcridxanasına göndərilmişdir. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs cinayət törədərkən hərbi qulluqçu olduğundan barəsində Sabunçu RPŞ-nin İstintaq Bölməsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi istintaqın Bakı Hərbi Prokurorluğunda davam etdirilməsi məsələsinin həlli üçün xx.xx.N-cü il tarixdə aidiyyəti üzrə göndərilmişdir. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs barəsində olan ********* nömrəli cinayət işi 18 oktyabr N-cü il tarixdə Bakı Hərbi Prokurorluğuna daxil olduqdan sonra iş üzrə istintaq Bakı Hərbi Prokurorluğunun müstəntiqi, ədliyyə kapitanı İsa Tağıyevin icraatında davam etdirilmişdir. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, 28 oktyabr N-cü il tarixdə Bakı Hərbi Məhkəməsinin qəbul etdiyi qərarla təqsirləndirilən şəxsin müdafiəçisi “həbsin ev dustaqlığı ilə əvəz edilməsi haqqında” müvafiq vəsatəti təmin edilmiş, sonuncu dərhal məhkəmə zalında həbsdən azad edilmiş, Təqsirləndirilən şəxs ev dustaqlığında saxlanılma müddəti həbsdə saxlanılma müddətinin son gününədək, yəni 15 noyabr N-cü il tarixədək hesablanmışdır. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, 05 noyabr N-cü il tarixdə Respublika Hərbi Prokurorluğu tərəfindən Bakı Hərbi Prokurorluğunda istintaq edilən Təqsirləndirilən şəxs barəsində olan ********* nömrəli cinayət işinin Lənkəran Hərbi Prokurorluğunda istintaq edilən ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək davam etdirilməsi üçün Lənkəran Hərbi Prokurorluğuna göndərilməsi məqsədəmüvafiq hesab edilmişdir. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs barəsində Salyan RPŞ-nin İstintaq bölməsinin müstəntiqi tərəfindən 13 sentyabr 2023-cü il tarixdə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçildiyindən 21 noyabr Ncü il tarixdə qəbul edilmiş qərarla əvvəllər seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs barəsində olan ********* nömrəli cinayət işi üzrə istintaq orqanı tərəfindən 19 dekabr N-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmiş, əvvəllər barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Mərkəzi Bankının “AZN” məzənnələri çıxarışından görünür ki, xx.xx.2023-cü il tarixə 1 ABŞ dolları, 1.7 AZN ekvivalentindədir. O, cümlədən 4700 ABŞ dolları 7990 AZN ekvivalentindədir. Cinayət işinin materiallarına əlavə edilmiş, xidməti xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs1 N saylı hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, Salyan rayonu, Qaraçala qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs2 müsbət xarakterizə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs N saylı hərbi hissə komandanlığı tərəfindən mənfi xarakterizə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi N mart 2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə aralarında pulun hər ay ödənilməsi haqqında yazılı saziş bağlanmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş, “Qanun müddəalarını izah etmə haqqında” protokoldan görünür ki, şəxslərə dəymiş ziyanı ödəməklə zərərçəkmiş şəxslə barışacağı və dəymiş ziyanın 25 faizini dövlət nəfinə keçirəcəyi təqdirdə cinayət məsuliyyətindən azad olunacağı barədə məlumat verilsə də, o barışıq əldə etməmiş və dövlət nəfinə hər hansı ödəniş etməmişdir. Zərərçəkmiş şəxslərdən yalnız Zərərçəkmiş şəxs1 dəymiş ziyanın bir hissəsini, yəni 3000 (üç min) manat pul vəsaitinin ödənildiyini bildirmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün tam etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadələri, rəsmi sənədlər və cinayət işinin digər istintaq materialları ilə tam təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu maddə üzrə göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olması məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin etməsi, Zərərçəkmiş şəxs2lə aralarında pulun hər ay ödənilməsi haqqında yazılı saziş bağlanmasını və Zərərçəkmiş şəxs1la razılıq əldə etməsini də nəzərə alır. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə uyğun olaraq törətdiyi əməli səmimi etiraf etməsini və səmimi peşmançılıq çəkməsini də nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə, cəza təyin edərkən təqirləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə pulu tam olaraq ödəmədiyini, azadlıqdan məhrum etmədən islah və tərbiyə olunmasının mümkün olmadığını nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növü cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Lakin, yuxarıda qeyd olunan bütün yüngülləşdirici halları nəzərə alaraq, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə uyğun olaraq həmin cəzanın şərti olaraq tətbiq edilməsini zəruri hesab edir. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs barəsində olan hökmün icrası onun qeydiyyatda olduğu və yaşadığı ərazi üzrə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə 10 dekabr N-cü il tarixli qərarla maddi sübut kimi tanınmaqla Şahid2 tərəfindən istintaqa təqdim edilmiş, içərisində video görüntülər olan 01 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Azərbaycan Respublikası CPM-nin 344, 353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, hərbi məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəza 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs barəsində olan hökmün icrası onun qeydiyyatda olduğu və yaşadığı ərazi üzrə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə 10 dekabr N-cü il tarixli qərarla maddi sübut kimi tanınmaqla Şahid2 tərəfindən istintaqa təqdim edilmiş, içərisində video görüntülər olan 01 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən 20 (iyirmi) gün müddətində Cəlilabad Hərbi Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. İş üzrə sədrlik edən; Hakim : İslam Neymanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar