Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1-1(096)-7/2023 31.08.2023 CƏLİLABAD HƏRBİ MƏHKƏMƏSİ Əhmədov Vüqar İkram oğlunun sədrliyi, Allahverdiyev Elçin Sərhəng oğlunun katibliyi, dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi X1 Müdafiəsi üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı iştirakı ilə, xx xxxxxx N03-cü il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Şəhriyar kəndində qeydiyyatda olan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin qərargah bölüyünün mühafizə taqımının mühafizə manqasının atıcısı, müddətdan artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, hərbi məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Dadaşov X3 Nazirliyinin Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisində dislokasiya olunmuş N nömrəli hərbi hissəsinin “M” dəstəsinin 3-cü taqımının atəş-dəstək manqasının heyət nəfəri vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət keçdiyi dövrdə 28 aprel N23-cü il tarixdə saat N:30 radələrində üzrlü səbəblər olmadan xidmət yerini özbaşına tərk edərək yaşadığı Sabirabad rayonu, Şəhriyar kəndinə getmiş, 21 may N23-cü il tarixdə saat 23:30 radələrində xidmət yerinə qayıtmaqla, ümumilikdə on gündən artıq, lakin bir aydan çox olmayaraq xidmət yerini özbaşına tərk etmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək öz ifadəsində göstərdi ki, o N saylı hərbi hissənin “M” dəstəsinin 3-cü taqımının atəş-dəstək manqasında heyət nəfəri vəzifəsində xidmətdə olarkən 28 aprel N23-cü il tarixdə axşam saat N:30 radələrində iş vaxtı bitdiyindən hərbi hissədən çıxmış, sonra özbaşına olaraq 21 may N23-cü il tarixədək xidmət yerinə qayıtmamışdır. Belə hərəkət etməsinin səbəbi isə onkoloji və böyrək xəstəliklərindən əziyyət çəkən atasının yanında olmaq istəməsi, həmçinin hərbi hissədən kənarda olan iki nəfər tanışına olan təqribən 7000 manat məbləğində borc pul vəsaitini qaytarmaq üçün çalışmaq istəməsi olmuşdur. Hərbi hissəyə özbaşına qayıtmadığı müddətdə atasının köməkliyi ilə borclarının çox hissəsini ödəmiş və bir müddət də atasının yanında qalıb 21 may N23-cü il tarixdə könüllü xidmət yerinə qayıtmışdır. Onun borclarının yaranmasına səbəb Rusiya Federasiyasında təhsil alan tək qardaşının təhsil xərclərinə kömək etməsi, bu məqsədlə bankdan götürdüyü kredit, həmçinin özünün geyim və ərzaq xərcləri olmuşdur. Hərbi hissədə onu döyən, incidən, təhqir edən olmamışdır. Təqsirləndirilən şəxs daha sonra öz əməlindən səmimi peşman olduğunu, xidmətini davam etdirmək istədiyini bildirərək ona güzəşt edilib yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmə iclasında tədqiq edilmiş iş materialları və şahid ifadələri ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə baxışında şahid qismində dindirilən N nömrəli hərbi hissəsinin, “M” dəstəsinin 3-cü taqımın 4-cü manqa komandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid1 öz ifadəsində göstərdi ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Təqsirləndirilən şəxs 28 aprel N23-cü il tarixdə saat N:30 da buraxılışa yazılmaq üçün sırada olmamış, onun özbaşına hərbi hissədən getdiyi məlum olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs 23 gün müddətində özbaşına xidmət yerinə qayıtmamışdır. Təqsirləndirilən şəxs xidmət yerinə qayıtdıqdan sonra o, sonuncu ilə rastlaşmamış, ondan belə hərəkət etməsinin səbəbini soruşmamışdır. Amma eşitdiyinə görə o, özünün şəxsi problemləri və ailə problemi ilə əlaqədar belə hərəkət etmişdir. Xidmət müddətində Təqsirləndirilən şəxs cəsarətli döyüşçü kimi tanımış, o, N22-ci ilin sentyabr ayında Kəlbəcər istiqamətində gedən döyüşlərdə iştirak etmişdir, onun xidmətlə bağlı problemləri olmamışdır. Məhkəmə baxışında şahid qismində dindirilən N nömrəli hərbi hissəsinin, “M” dəstəsinin C” taqımın atəş dəstək manqasının 1-ci qrupunun tuşlayıcı minaatanı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid2 öz ifadəsində göstərdi ki, o, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs xidmət müddətində tanımış, aralarında hər hansı qohumluq və düşmənçilik münasibətləri olmamışdır. Dəstə üzrə cavabdeh şəxs tərəfindən xx.xx.N23-cü il tarixdə şəxsi heyətin siyahısı üzrə yoxlanış keçirildikdən sonra müəyyən olunmuşdur ki, əsgər Təqsirləndirilən şəxs saat N:30 radələrində buraxılışa yazılmaq üçün sıra düzülüşündə iştirak etməmiş, hərbi hissəni özbaşına tərk etmişdir. Bu barədə komandanlığa məlumat verilmiş və araşdırma aparılmasına başlanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs bir də 21 may N23-cü il tarixdə axşam saatlarında hərbi hissəyə gəlmişdir və hal-hazırda xidmətini davam etdirir. O, sonradan Təqsirləndirilən şəxs belə hərəkət etməsinin səbəbini soruşmasa da onun ailə problemləri ilə əlaqədar belə hərəkət etdiyini eşitmişdir. Məhkəmə baxışında şahid qismində dindirilən N nömrəli hərbi hissəsinin, “M” dəstəsinin 3-cü taqımın 1-ci manqa komandiri, MAHHXHQ, əsgər Şahid3öz ifadəsində göstərdi ki,o, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, MAHHXHQ, əsgər Təqsirləndirilən şəxs xidmət müddətində tanımış, aralarında hər hansı qohumluq və düşmənçilik münasibətləri olmamışdır. Təqsirləndirilən şəxs 28 aprel N23-cü il tarixdə saat N:30 da buraxılışa yazılmaq üçün sırada olmamış,onun hərbi hissədən özbaşına getdiyi məlum olmuşdur. Bundan sonra o, 21 may N23-cü il tarixdə xidmət yerinə qayıtmışdır. O əsgər Təqsirləndirilən şəxsla bir yerdə xidmət etmiş, sonuncu həm yaxşı yoldaş, həm də yaxşı döyüşçü olmuşdur. Onun belə hərəkət edəcəyini gözləməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.N23-cü il tarixli raportdan görünür ki, “M” dəstəsinin komandiri, kapitan Elnur Paşayev “M” dəstəsinin “C” taqımının atəş-dəstək manqasının heyət nəfəri, MAHHXHQ, əsgər Təqsirləndirilən şəxs 28 aprel N23-cü il tarixdə saat N:30-da xidmət yerini özbaşına tərk etməsi ilə əlaqədar müvafiq tədbir görülməsi və araşdırma aparılmasından ötrü hərbi hissə komandanlığı qarşısında vəsatət qaldırmışdır. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.N23-cü il tarixli raportdan görünür ki, qərargah bölüyünün komandiri vəzifəsini icra edən, leytenant X4 bölüyünün 1-ci mühafizə taqımının 3-cü mühafizə manqasının atıcısı, MAHHXHQ, əsgər Təqsirləndirilən şəxs 21 may N23-cü il tarixdə saat 23:30 radələrində xidmət yerinə qayıtması ilə əlaqədar sonuncunun bütün növ təminatlara daxil edilməsi üçün hərbi hissə komandanlığı qarşısında vəsatət qaldırmışdır. Cinayət işi materiallarına əlavə edilmiş arayışdan görünür ki, N nömrəli hərbi hissənin müddətdən artıq hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs xx.xx.N23-cü il tarixdə saat N:30-da xidmət yerini özbaşına tərk etmiş, xx.xx.N23-cü il tarixdə saat 23:30da xidmət yerinə qayıtmışdır. Cinayət işi materiallarına əlavə edilmiş N №-li hərbi hissə komandirinin N aprel N23cü il tarixli 1N №-li nizami hissə üzrə əmrindən çıxarışından görünür ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, MAHHXHQ əsgər Təqsirləndirilən şəxs 28 aprel N23-cü il tarixdə saat N:30-da xidmət yerindən özbaşına getdiyi üçün xidmət yerini özbaşına tərk etmiş hesab edilmiş və bütün növ təminatları dayandırılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş N №-li hərbi hissə komandirinin N may N23cü il tarixli 143 №-li nizami hissə üzrə əmrindən çıxarışından görünür ki, 28 aprel N23-cü il tarixdə xidmət yerini tərk etmiş MAHHXHQ əsgər Təqsirləndirilən şəxs 21 may N23-cü il tarixdə saat 23:30-da xidmət yerinə gəldiyi üçün xidmət yerinə gəlmiş hesab edilmiş və bütün növ təminatlara daxil edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş N №-li hərbi hissə komandirinin N iyul N22-ci il tarixli 199 №-li nizami hissə üzrə əmrindən çıxarışdan görünür ki, N saylı hərbi hissə komandirinin N iyul N22-ci il tarixli 039əç nömrəli əmrinə əsasən müddətli həqiqi hərbi xidməti başa çatmış, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs Azərbaycan Ordusunda bağlaşma əsasında 3 (üç) illik müddətinə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü qəbul edilməklə N saylı hərbi hissənin 3-cü dəstənin 3-cü taqımın atəş dəstək manqasının heyət nəfəri vəzifəsinə təyin edilirərək vəzifəsinin icrasına başlamış hesab edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N may N23-cü il tarixli 130 nömrəli nizami hissə üzrə əmrindən çıxarışından görünür ki, əsgər Təqsirləndirilən şəxs xüsusi təyinatlı dəstənin xüsusi təyinatlı taqımının atəş dəstək manqasının heyət nəfəri vəzifəsindən - qərargah bölüyünün mühafizə taqımının mühafizə manqasının atıcısı vəzifəsinə təyin edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş “Bağlaşma” nın kserosurətindən görünür ki, əsgər Təqsirləndirilən şəxs Azərbaycan Ordusunda 3 (üç) il müddətinə N nömrəli hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu vəzifəsində xidmət etməyi öhdəsinə götürmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hərbi Poliklinikası tərəfindən verilmiş xx.xx.N23-cü il tarixli 6003№-li arayışdan görünür ki, MAHHXHQ, əsgər Təqsirləndirilən şəxs N nömrəli hərbi hissə komandirinin xx.xx.N23-cü il tarixli 767 nömrəli göndərişi əsasında hərbi həkim komissiyasına göndərilmiş, komissiya rəyinə əsasən hərbi xidmətə yararlı hesab edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin 09 iyun N23-cü il tarixli 3-13-96/2-18058/23 nömrəli məktubdan görünür ki, xx.xx.N03-cü il təvəllüdlü Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş xidməti xasiyyətnamədən görünür ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, MAHHXHQ, əsgər Təqsirləndirilən şəxs hərbi hissə komandanlığı tərəfindən mənfi xarakterizə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş «Sabirabad rayon Mərkəzi Xəstəxanası» X5 13 iyul N23-cü il tarixlə 212 nömrəli tibbi arayışından görünür ki, Sabirabad rayon Şəhriyar kənd sakini X2 həqiqətən «Xroniki böyrək xəstəliyi» diaqnozu ilə Sabirabad RMX-nın Poliklinika Şöbəsində dispanser qeydiyyatdadır. Beləliklə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar: təqsirləndirilənin etirafedici ifadəsi və şahid ifadələri, həmçinin işin digər obyektiv halları Təqsirləndirilən şəxsna istinad edilən cinayət əməlinin məhz onun tərəfindən törədilməsini tam təsdiq edir. Məhkəmə tədqiq edilmiş sübutların məcmuyuna hərtərəfli, tam və obyektiv qiymət verərək hesab edir ki, onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf edib hərəkətindən səmimi peşman olmasını, atasının xroniki böyrək xəstələyindən əziyyət çəkməsini və gəncliyini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin tələblərinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzasının ağırlaşdıran halların olmadığını, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun N03-cü il tarixli 4 №-li qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir.Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün sayaraq, ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzanın, yəni hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs hərbi xidmət üzrə məhdudlaşdırma cəzası təyin edərkən Azərbaycan Respublikası CM-nin 50.2-ci maddəsinə əsasən onun aylıq pul təminatından dövlət nəfinə 10 (on) faiz məbləğdə pul tutulmasını məqsədə uyğun hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs haqqında olan hökmün icrası N nömrəli hərbi hissə komandanlığına həvalə edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 384 və 385-ci maddələrini rəhbər tutaraq, hərbi məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinib aylıq pul təminatından dövlət nəfinə 10 (on) faiz məbləğdə pul tutulmaqla 06 (altı) ay müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilsin. Hökmün icrası N nömrəli hərbi hissə komandanlığına həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən N (iyirmi) gün müddətində Cəlilabad Hərbi Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1-1(096)-7/2023
Cəlilabad Hərbi Məhkəməsi Hökm — İş №1-1(096)-7/2023
31.08.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver