Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1-1(096)-8/2022 21.04.2022 CƏLİLABAD HƏRBİ MƏHKƏMƏSİ Cəlilabad Hərbi Məhkəməsinin hakimi Neymanov İslam Əkrəm oğlunun sədrliyi, Rəhimov Ceyhun Cəfərqulu oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası hərbi prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru ədliyyə mayoru Dövlət ittihamçısı, müdafiəçi Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmənin yerləşdiyi yerdə açıq məhkəmə iclasında N saylı hərbi hissənin müddətdən artıq xidmət edən həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs -12 avqust 1990-cı il tarixdə Lənkəran rayonu, Şiləvar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, ailəli, himayəsində üç azyaşlı uşağı olan, madditəminat bölüyünün avtomobil taqımının texniki xidmət manqasının baş mexanik akkumlyatorçusu vəzifəsində xidmət edən, Lənkəran rayonu, Şiləvar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası ərazisində yeni növ təhlükəli koronavirus (Covid-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə elan edilmiş xüsusi karantin rejiminin tətbiq edildiyi şəraitdə, xx.xx.2021-ci il tarixdə verdiyi koronavirus (Covid-19) testinin nəticəsinin «pozitiv» çıxması səbəbindən koronavirus infeksiyasının (Covid-19) daşıyıcısı olduğuna görə xüsusi karantin rejiminə əməl edərək 14 günlük karantin müddətində ev şəraitində müalicə alıb, yaşayış yerini dəyişməməli və həmin müddəti evdə keçirməli olduğu halda, bunlara əməl etməyərək özünün yeni növ təhlükəli koronavirus (Covid-19) xəstəsi olmasına baxmayaraq və bunu bildiyi halda, xx.xx.2021-ci il tarixdə təxminən saat 15 radələrində yaşadığı evi tərk edib kənd ərazisində fəaliyyət göstərən çayxanaya getmiş və nəticədə pandemiya əleyhinə, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 1 may tarixli 161 №li Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə Qaydaları” əsasında tətbiq olunmuş xüsusi karantin rejimini kobud surətdə pozmaqla, yeni növ təhlükəli koronavirus (Covid-19) infeksiyasının yayılması üçün real təhlükə yaratmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2021-ci il tarixdə bədənində soyuqdəymə və ağrılar hiss etdiyi üçün həmin gün Lənkəran RMX-na müraciət etmiş və «Covid-19» xəstəliyinə yoluxub-yoluxmamasının müəyyən edilməsi məqsədilə ondan test nümunəsi götürülmüşdür. Bundan 2 gün sonra, yəni xx.xx.2021-ci il tarixdə günorta saatlarında daimi istifadəsində olan ***-***-**-** saylı nömrəyə «İTS.GOV.AZ»-dan verdiyi analizin cavabının “pozitiv” çıxması barədə «sms» mətni formasında bildiriş gəlmişdir. Həmin «sms» bildirişdə onun xx.xx.2021-ci il tarixdən 14 günlük karantin müddətində daimi yaşayış yerini tərk etməmələri, əks təqdirdə karantin rejimini pozduğuna görə cinayət məsuliyyətinə cəlb olunacağı qeyd olunmuşdur. Bundan başqa, həmin gün onun istifadəsində olan mobil nömrəsinə adını xatırlamadı sahə həkimi də zəng edərək «Covid- 19» infeksiyası ilə bağlı verdiyi analiz nəticəsinin «pozitiv» çıxması səbəbindən onun Şiləvar kəndində yaşadığı ünvanı tərk etməyərək ev şəraitində müalicə alacağını, yalnız karantin müddətinin sonunda istifadə etdiyi mobil nömrəyə müvafiq «sms» bildiriş gəldikdən sonra yaşayış yerini tərk etməli olduğunu, əks təqdirdə barəsində müvafiq hüquqi məsuliyyət tədbirlərinin tətbiq olunacağı xəbərdarlığını etmişdir. O, həmin gündən etibarən Şiləvar kəndində yerləşən evində ailə üzvləri ilə birgə qalıb özünü təcrid etməklə müalicə olunmuşdur. Bundan sonra 2021-ci ilin dekabr ayının əvvəllərində özündə koronavirus xəstəliyinin simptomlarını hiss etmədiyindən evdən çölə çıxmaq qərarına gəlmiş və xx.xx.2021-ci il tarixdə təxminən saat 15 radələrində yaşadığı kənddə yerləşən atası Nəcəfəli Nəcəfəliyevin çalışdığı çayxanaya özünə siqaret almaq məqsədilə pul götürmək üçün getmişdir. Lakin lazım olan miqdarda pul tapmadığı üçün bir qədər (təxminən 10-15 dəqiqə) çayxanada oturduqdan sonra oradan çıxıb evə getmək əvəzinə yaşayış yerinin yaxınlığında gəzməyə başlamış, bu zaman ağ rəngli xüsusi geyim formasında bir nəfər olmaqla, ümumilikdə 2 nəfər polis əməkdaşı video çəkiliş apararaq ona yaxınlaşmışlar. Həmin vaxt polis əməkdaşları onun xüsusi karantin rejimini qaydalarını pozduğunu, koronavirus infeksiyasına yoluxmuş şəxs kimi ev şəraitində müalicə olunub, 14 günlük karantin müddətində yaşadığı ünvanı tərk etməməli olduğunu bildiyi halda «Covid-19» xəstəliyinə yoluxmuş şəxs olaraq özünün və digər şəxslərin həyat və sağlamlığını təhlükə qarşısına qoyaraq yaşayış yerini tərk etdiyini bildirərək onu evinə geri aparmışlar. Təqsirləndirilən şəxs daha sonra ifadəsində əməlindən peşman olduğunu bildirmişdir. Cinayət işi üzrə təsvir olunan xüsusatlarla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini öz etirafından başqa iş üzrə toplanmış aşağıdakı təkzibedilməz sübutlarla da tam təsdiq olunmuşdur. Məhkəmə iclasında, Şahid1 ifadəsində göstərmişdir ki, qlobal koronavirus pandemiyasının Respublika ərazisində və xidmət etdiyi Lənkəran rayonunda daha da geniş yayılmasının qarşısının alınması üçün vəzifələrindən birinin ictimai asayişi və ictimai təhlükəsizliyi təmin etmək məqsədi ilə “Covid-19” virusuna qarşı aparılan mübarizə tədbirləri çərçivəsində həmin virusa yoluxmuş və ambulator müalicəyə buraxılmış xəstələrin müvafiq təlimata uyğun olaraq evdən çölə çıxmamalarına, insanların ictimai yerlərdə sosial məsafə saxlamalarına, tibbi maskalardan istifadə etmələrinə nəzarəti həyata keçirməkdən ibarət olduğunu və bu vəzifələrin həyata keçirilməsi ilə bağlı mütəmadi olaraq ictimai reydlər, qəfil yoxlamalar, mötəbər mənbələrin (şəxslərin) məlumatlarından və qanunla qadağan olunmamış digər üsullardan istifadə edilmişdir. 03 dekabr 2021-ci il tarixdə təxminən günorta saatlarında Lənkəran rayonu Şiləvar kəndində qeydiyyatda olmaqla yaşayan xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2021-ci ildə koronavirus xəstəliyinə yoluxmuş şəxs kimi qeydiyyata alınıb 14 günlük özünü təcrid müddətində (karantin) ev şəraitində müalicə almaqla, yaşayış yerini tərk etməməli olduğu halda, sonuncunun kənd ərazisində yerləşən atası Nəcəfəli Nəcəfəliyevə məxsus çayxanada olması barədə məlumat daxil olmuş, həmin məlumat əsasında xidmət yoldaşı ilə birlikdə sözügedən çayxananın yaxınlığına gedərək orada gözləmiş və təxminən 10-15 dəqiqə sonra Təqsirləndirilən şəxs olduğu çayxanadan çıxdığını müşahidə edərək istifadəsində olan mobil telefonla videoçəkiliş aparmış və həmin videogörüntüləri taqım komandiri, polis baş leytenantı Şahid2 göndərərək baş vermiş hadisəni ona məruzə etmişdir. Bundan sonra sonuncu portal vasitəsi ilə Təqsirləndirilən şəxs koronavirus xəstəsi olub-olmadığını yoxlamış və həqiqətən də onun aktiv “Covid-19” xəstəliyinə yoluxmuş şəxs olduğu müəyyən edilmişdir. Həmçinin Şahid2 ona Təqsirləndirilən şəxs müşahidəsini aparmasını, özünün də rəhbərliyə məruzə edərək qısa vaxt ərzində əraziyə gələcəyini söyləmişdir. Həmin gün saat təxminən 15 radələrində onlar Təqsirləndirilən şəxs hələ ki evə getmədiyini - kənd ərazisindəki məscidin yaxınlığında, küçədə olduğunu müşahidə etmiş, Şahid2 da ağ rəngli xüsusi geyim vasitəsində videoçəkiliş aparmaqla ona yaxınlaşıb xəbərdarlıq edərək aktiv koronavirus xəstəliyinin daşıyıcısı olduğunu, yaşadığı evdə özünütəcrid qaydalarına əməl etməli olmasını, yaşayış yerini tərk edərək koronavirus xəstəliyinin yayılmasına səbəb olduğunu, həmçinin xəstəliyin yayılması üçün real təhlükə yaratdığını, buna görə də Azərbaycan Respublikası CM-nin və ya İXM-nin müvafiq maddəsilə məsuliyyət daşıyacağı barədə xəbərdarlıq etmiş və Təqsirləndirilən şəxs evinə geri aparılmışdır, həmin faktla bağlı isə raportla yuxarı rəhbərliyə məruzə edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 15 radələrində çayxanadan çıxdıqdan sonra yaşadığı evin yaxınlığında o, müşahidə edilmiş, ətrafda çoxlu ictimai-iaşə obyektləri və insanlar olmuş, bundan başqa onun çayxanadan çıxarkən çöldə oturub çay içən iki nəfər şəxsin yanından keçdiyi və sonuncunun həmin şəxslərin yanından keçib gedərək real şəkildə koronavirus xəstəliyinin yayılması təhlükəsi yaratdığı video görüntülərdə əks olunmuşdur. Məhkəmə iclasında, Şahid2 ifadəsində göstərmişdir ki, koronavirus infeksiyasının Respublika ərazisində və xidmət etdiyi Lənkəran rayonunda daha da geniş yayılmasının qarşısının alınması üçün hazırki dövrdə funksional vəzifələrindən birinin ictimai asayişi və ictimai təhlükəsizliyi təmin etmək məqsədi ilə “Covid-19” virusuna qarşı aparılan mübarizə tədbirləri çərçivəsində həmin virusa yoluxmuş və ambulator müalicəyə buraxılmış xəstələrin müvafiq təlimata uyğun olaraq evdən çölə çıxmamalarına, insanların ictimai yerlərdə sosial məsafə saxlamalarına, tibbi maskalardan istifadə etmələrinə nəzarəti həyata keçirməkdən ibarət olduğunu və bu vəzifələrin həyata keçirilməsi ilə bağlı mütəmadi olaraq ictimai reydlər, qəfil yoxlamalar, mötəbər mənbələrin (şəxslərin) məlumatlarından və qanunla qadağan olunmamış digər üsullardan istifadə edilmişdir. Belə ki, “Covid-19” virusuna yoluxmuş şəxslərin epidemiya və karantin rejiminə, yəni yaşadığı evdə özünütəcrid qaydalarına əməl etmələrinə nəzarət etmək, həmçinin həmin qrup şəxslər tərəfindən “Covid-19” pandemiyası ilə bağlı xüsusi karantin rejiminə dair Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq Qərar, Sərəncam və Tövsiyələrindəki Qaydaların təmini məqsədilə polis şöbəsindən “Bölgələr üzrə yaşayış yerini tərk edən şəxslərin statistik məlumatlar”ın siyahısı təqdim edilir. Belə ki, 03 dekabr 2021-ci il tarixdə hazırda dəqiq xatırlamasa da təxminən günorta saatlarında Lənkəran rayonu Şiləvar kəndində qeydiyyatda olmaqla yaşayan xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2021-ci ildə koronovirus xəstəliyinə yoluxmuş şəxs kimi qeydiyyata alınıb 14 günlük karantin müddətində ev şəraitində müalicə almalı olduğu halda, sonuncunun həm öz, həm də kənar şəxslərin səhhətini təhlükədə qoyaraq yaşadığı evi tərk etməsi barədə Lənkəran ŞRPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid1 əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat Şahid1 tərəfindən ona bildirildikdən sonra o, sonuncuya Təqsirləndirilən şəxs müşahidəsini davam etdirmək göstərişini vermiş, təxminən saat 14-15 radələrində Təqsirləndirilən şəxs yaşayış yerini tərk edərək getdiyi çayxananı tərk etməsi videoçəkiliş vasitəsi ilə Şahid1 tərəfindən telefona qeydiyyata alınmaqla məruzə olunmuşdur. Baş vermiş faktla bağlı o, yuxarı rəhbərliyə məruzə etdikdən qısa müddət sonra özü də həmin gün təxminən saat 15 radələrində Şahid1 də olduğu Şiləvar kəndi ərazisinə gəldikdə, onlar aktiv “Covid-19” xəstəsi olan Təqsirləndirilən şəxs kənd ərazisində evinin yaxınlığında çöldə olduğunu, hələ də evə getmədiyini aşkar etmiş, o, isə dərhal ağ rəngli xüsusi geyim formasında videoçəkiliş apararaq Təqsirləndirilən şəxs yaxınlaşıb karantin qaydalarına əməl etməsini, özünün koronavirus xəstəliyinə yoluxması və 14 günlük karantin müddətində evdə qalmalı olmasına baxmayaraq çöldə olduğunu, xəstəliyin yayılması üçün real təhlükə yaratdığını bildirərək, Azərbaycan Respublikası CM-nin və ya İXM-nin müvafiq maddəsilə məsuliyyət daşıyacağı barədə xəbərdarlıq etmiş və Təqsirləndirilən şəxs evinə geri aparılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş “e-Təbib” mobil tətbiqindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs “Covid-19” xəstəliyi ilə bağlı verdiyi analiz nümunəsinin nəticəsinə əsasən onda xx.xx.2021-ci il tarixdə “Covid-19” virusu aşkar edilmişdir. Bundan başqa, həmin çıxarışda qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs koronavirus xəstəsi olduğundan fiziki təmasdan çəkinməlidir, həmçinin karantin müddətində onun hərəkəti qəti qadağan edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Lənkəran RMX-dan ünvanlanmış xx.xx.2021-ci il tarixli, 1456 №li məktubla müəyyən olunmuşdur ki, xx.xx.1990-cı il təvəllüdlü, Lənkəran rayonu, Şiləvar kənd sakini Təqsirləndirilən şəxs “Covid-19” xəstəliyi ilə bağlı verdiyi test nümunəsinin nəticəsinə uyğun olaraq onda xx.xx.2021-ci il tarixdə “Covid-19” virusu aşkar edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Lənkəran şəhər Gigiyena və Epidemiologiya Mərkəzindən ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubla müəyyən olunmuşdur ki, Lənkəran rayonu, Şiləvar kənd sakini Təqsirləndirilən şəxs “Covid-19” analizi üçün verdiyi test nümunəsi xx.xx.2021-ci il tarixdə «pozitiv» çıxmış və həmin gündən etibarən o, xx.xx.2021-ci il tarixədək 14 gün müddətinə ev şəraitində müalicə olunmaqla karantinə alınmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə təxminən saat 15 radələrində yaşadığı Şiləvar kəndindəki çayxanadan çıxdığının əks olunduğu, həmçinin polis əməkdaşları tərəfindən aktiv “Covid-19” xəstəsi kimi onun kənd ərazisində çöldə olarkən müəyyən edildiyi video görüntülərdən birinə baxış keçirilərkən xx.xx.2021-ci il tarixdə, günorta saatlarında Lənkəran rayonu Şiləvar kəndində yerləşən çayxanaların birindən çıxaraq sağ tərəfə dönüb piyada gedən Lənkəran rayonu, Şiləvar kənd sakini Təqsirləndirilən şəxs xüsusi karantin rejimini pozub, yeni növ təhlükəli koronavirus “Covid-19” virusunun yayılması üçün real təhlükə yaratdığı, koronavirus xəstəsi kimi 14 gün müddətində yaşayış yerini tərk etməməli olduğu halda, həm öz, həm də digər şəxslərin səhhətini təhlükə qarşısına qoyaraq həmin gün yaşadığı ünvanı tərk etdiyi müəyyən edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs digər video görüntüsünə baxış keçirilərkən müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 15 radələrində Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən, yeni növ koronavirus (Covid-19) infeksiyası ilə əlaqədar məlumat əsasında rayon ərazisində qeydiyyatda olmaqla ev şəraitində müalicə olunan aktiv xəstələrin yoxlanılması zamanı Lənkəran rayonu Şiləvar kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs yaşadığı ünvanda deyil, Şilavar kəndində piyada hərəkətdə olduğu aşkarlanmış, bu səbəbdən ona evdən çıxmaqla xüsusi karantin rejimini pozub, yeni növ təhlükəli koronavirus “Covid-19” virusunun yayılması üçün real təhlükə yaratdığı, həm öz, həm də digər şəxslərin səhhətini təhlükə qarşısına qoyaraq yaşadığı ünvanı tərk etməməli olduğu ona bir daha izah olunmaqla, Təqsirləndirilən şəxs dərhal xüsusi karantin rejimi qaydasına əməl edilərək yaşadığı evə geri aparılmış və yaşadığı ünvanı tərk etməməsi barədə təlimatlandırılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs hansı tarixdə “Covid- 19” virusuna yoluxması ilə əlaqədar test nəticəsinin «pozitiv» çıxmasını, ona münasibətdə karantin müddətinin hansı tarixdən başlaması və bitməsi barədə Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya-Kommunikasiya İdarəsinə verilmiş müvafiq sorğuya cavabdan müəyyən edimişdir ki, “Covid-19” virusuna yoluxan Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 13:23:41-dən xx.xx.2021-ci il tarixədək yaşayış yerini tərk etməsinə məhdudiyyət qoyulması barədə məlumat İcbari Tibbi Sığorta Agentliyinin Tibbi Ərazi X1 (TƏBİB) informasiya sistemi tərəfindən DİN-nin müvafiq informasiya sisteminə köçürülmüş və Təqsirləndirilən şəxs sözügedən müddət ərzində karantin rejimində olmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının N saylı hərbi hissəsindən verilmiş xx.xx.2022-ci il tarixli məktubla müəyyən olunmuşdur ki, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, əsgər Təqsirləndirilən şəxs hərbi hissənin Maddi-təminat bölüyünün Avtomobil taqımının Texniki xidmət manqasının baş mexanik akkumlyatorçusu vəzifəsində həqiqi hərbi xidmətdədir. Cinayət işi materiallarına əlavə edilmiş N saylı hərbi hissə komandirinin xx.xx.2019cu il tarixli, 151 №li Nizami hissə üzrə əmrindən çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, əsgər Təqsirləndirilən şəxs Mülki Müdafiə Qoşunları Komandanının xx.xx.2019-cu il tarixli, 788/ş №li əmrinə əsasən Maddi-təminat bölüyünün Avtomobil taqımının Texniki xidmət manqasının baş mexanik akkumlyatorçusu vəzifəsinə təyin edildiyinə görə Bakı şəhəri Mülki Müdafiə Qoşunları Komandanlığından gəlmiş hesab edilməklə, xx.xx.2019-cu il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminat normalarına daxil edilmiş və vəzifəsinin icrasına başlamışdır. Cinayət işi materiallarına əlavə edilmiş N saylı hərbi hissədən verilmiş xasiyyətnamə ilə hərbi hissənin Maddi-təminat bölüyünün Avtomobil taqımının Texniki xidmət manqasının baş mexanik akkumlyatorçusu vəzifəsində həqiqi hərbi xidmətdə olan MAHHXHQ əsgər Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş Lənkəran rayonu, Şiləvar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuş, onun barəsində kənd ərazi nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Şiləvar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş Arayışla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ailəli olmaqla himayəsində 2015-ci il təvəllüdlü X4, 2017-ci il təvəllüdlü X2 və 2020-ci il təvəllüdlü X3 adlı 3 azyaşlı övladı vardır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası FHN-nin Tibb Xidməti Tibb Mərkəzinin xx.xx.2021-ci il tarixli, 0220 №li arayışın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə tibb mərkəzində ambulator tibbi müayinələrdən keçmiş, ona hər iki aşağı ərtafın İİİ-İV dərəcəli varikozu diaqnozu qoyulmuş və planlı cərrahi əməliyyat edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən ünvanlanmış xx.xx.2022-ci il tarixli Tələbnaməyə əsasən xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı, şahid ifadələri, ekspert rəyləri, rəsmi sənədlər, həmçinin iş üzrə toplanmış digər obyektiv sübutlarla tam təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı övladının olması onun məsuliyyətini yüngülləşdirən hal hesab edilməlidir. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə uyğun olaraq törətdiyi əməli səmimi etiraf etməsini, səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını da nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar iş üzrə müəyyən edilməmişdir. Məhkəmə, cəza təyin edərkən təqirləndirilən şəxs Təqsirləndirilən şəxs şəxsiyyətini, azadlıqdan məhrum etmədən islah və tərbiyə olunmasının mümkünlüyünü, əvvəllər məhkum olmamasını, törətdiyi əməli etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini və digər yüngülləşdirici halların məcmusunu nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzaya uyğun olaraq cərimə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs barəsində olan hökmün icrası onun xidmət etdiyi N saylı hərbi hissənin komandanlığına, hərbi xidmətdən tərxis olunduğu halda isə onun yaşadığı və qeydiyyatda olduğu ərazi üzrə Lənkəran şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixdə qeydə alınmış video görüntülərin əks olunduğu maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 344, 353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, hərbi məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs barəsində seçilmiş «Başqa yerə getməmək haqqında İltizam» qətimkan tədbiri ləğv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs barəsində olan hökmün icrası onun xidmət etdiyi N saylı hərbi hissənin komandanlığına, hərbi xidmətdən tərxis olunduğu halda isə onun yaşadığı və qeydiyyatda olduğu ərazi üzrə Lənkəran şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixdə qeydə alınmış video görüntülərin əks olunduğu maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. Hökmdən 20 (iyirmi) gün müddətində Cəlilabad Hərbi Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1-1(096)-8/2022
Cəlilabad Hərbi Məhkəməsi Hökm — İş №1-1(096)-8/2022
21.04.2022 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver