Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1-1(096)-8/2023 13.09.2023 CƏLİLABAD HƏRBİ MƏHKƏMƏSİ Əhmədov Vüqar İkram oğlunun sədrliyi, Allahverdiyev Elçin Sərhəng oğlunun katibliyi, dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi X1 Müdafiəsi üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı iştirakı ilə, xx.xx.N0N-ci ildə Cəlilabad rayonunun Kövüzbulaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonunun Kövüzbulaq kəndində qeydiyyatda olan, N nömrəli hərbi hissənin əsgər rütbəli sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, hərbi məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Cəlilabad rayonunun Göytəpə şəhərində dislokasiya olunmuş N nömrəli hərbi hissəsinin qərargah bölüyünün 3-cü mühafizə tağımının 3-cü mühafizə manqasının atıcısı vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət keçərkən xx.xx.N-cü il tarixdə saat NN:15 radələrində xidmət yerini özbaşına tərk etmiş, xx.xx.N-cü il tarixdə saat 19:30 radələrində xidmət yerinə qayıtmaqla on gündən artıq, lakin bir aydan çox olmayaraq hərbi hissəni özbaşına tərk etmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək öz ifadəsində göstərdi ki, N nömrəli hərbi hissəsinin qərargah bölüyünün 3-cü mühafizə tağımının 3-cü mühafizə manqasının atıcısı vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət keçərkən həyat yoldaşı nevroloji xəstə olduğuna görə vaxtından əvvəl doğuşla yeni dünyaya gəlmiş uşağına baxmaq məqsədilə NN may N-cü il tarixdə gecə vaxtı xidmət yerini özbaşına tərk edib Bakı şəhərinə, qayınanasının yaşadığı evə getmiş, bir müddət həyat yoldaşı xəstə olduğuna görə yeni dünyaya gəlmiş övladına baxdıqdan sonra 0N iyun N-cü il tarixdə xidmət yerinə qayıtmışdır. O, yalnız ailə vəziyyəti ilə əlaqədar belə hərəkət etmiş, hərbi hissə komandanlığına ailə vəziyyəti ilə əlaqədar qısa müddətli məzuniyyətə çıxması üçün müraciət etmiş, lakin məzuniyyətə buraxılmamışdır. Hərbi hissədə onu döyən, incidən, təhqir edən olmamışdır. Həmin ərəfədə valideynləri ilə münasibəti də yaxşı olmamış, ondan başqa uşağına baxan şəxs olmadığına görə belə hərəkət etmişdir. Nigahını rəsmiləşdirə bilməsə də X3 ilə evli olmaqla himayəsində Ümid adlı bir azyaşlı uşağı vardır, əməlindən səmimi peşmandır və ona güzəşt edilib yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmə iclasında tədqiq edilmiş iş materialları və şahid ifadələri ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə baxışında şahid qismində dindirilən N nömrəli hərbi hissənin qərargah bölüyünün komandiri, baş leytenant Şahid1öz ifadəsində göstərdi ki, Fərəhim Həsənov onun tabeçiliyində xidmət etmiş, normal hərbi qulluqçu olmuş, NN-ci ilin sentyabr ayında hərbi əməliyyatlarda iştirak etmişdir. Lakin o, xx.xx.N-cü il tarixdən xx.xx.N-cü il tarixədək hərbi hissəni özbaşına tərk edib qayıtdıqdan sonra ailə vəziyyəti ilə əlaqədar, yəni vaxtından əvvəl doğuşla yeni dünyaya gəlmiş övladının vəziyyəti ilə əlaqədar belə hərəkət etdiyini bildirmişdir. Hərbi hissədə onu döyən, incidən təhqir edən olmamışdır. Məhkəmə baxışında şahid qismində dindirilən N nömrəli hərbi hissənin qərargah bölüyünün baş texniki, gizir Şahid3 öz ifadəsində göstərdi ki, əsgər Fərəhim Həsənovu xidmət müddətindən tanımış, o, xx.xx.N-cü il tarixdən xx.xx.N-cü il tarixədək hərbi hissəni özbaşına tərk etmiş, qayıtdıqdan sonra ailə problemləri ilə əlaqədar belə hərəkət etdiyini bildirmişdir. Hərbi hissədə onu döyən, incidən təhqir edən olmamışdır. Məhkəmə baxışında şahid qismində dindirilən N nömrəli hərbi hissəsinin maliyyə xidmət rəisi-baş mühasibi, mayor ŞahidNöz ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs hərbi hissədə xidmət etdiyi müddətdə tanımış. Təqsirləndirilən şəxs 10 may N-cü il tarixdən 18 may NN-ci il tarixədək və xx.xx.N-cü il tarixdən xx.xx.N-cü il tarixədək hərbi hissəni özbaşına tərk etmiş, hərbi hissədə xidmət edən hərbi qulluqçuların əmək haqlarının verilməsi ilə bağlı sifarişləri hər ayın sonunda N nömrəli hərbi hissəyə göndərmişdir. Təqsirləndirilən şəxs may ayındakı əməkhaqqı tam şəkildə ödənilməsinə baxmayaraq növbəti ayda, yəni iyun ayında onun əmək haqqı hesablanarkən may ayındakı hərbi hissəni özbaşına tərk etmələri hesablanmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin qərargah bölüyünün komandiri vəzifəsinin icra edən, baş leytenant Şahid1 tərtib etdiyi xx.xx.N-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.N-cü il tarixdə saat NN:15 radələrində hərbi hissəni özbaşına tərk etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N may N-cü il tarixli, 144 nömrəli əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.N-cü il tarixdə saat NN:15 radələrində xidmət yerinə gəlmədiyi üçün hərbi hissəni özbaşına tərk etmiş hesab edilmiş və bütün növ təminatları dayandırılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin qərargah bölüyünün komandiri vəzifəsinin icra edən, baş leytenant Şahid1 tərtib etdiyi xx.xx.N-cü il tarixli raportdan görünür ki,Təqsirləndirilən şəxs xx.xx.N-cü il tarixdə saat 19:30 radələrində xidmət yerinə qayıtmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N iyun N-cü il tarixli, 155 nömrəli əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.N-cü il tarixdə saat 19:30 radələrində xidmət yerinə gəlmiş hesab edilmiş və bütün növ təminatlar qoyulmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N aprel NN-ci il tarixli, 100 nömrəli əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Ordusunda b 03 (üç) il müddətinə həmin hərbi hissənin 4-cü dəstəsinin 3-cü tağımının atəş dəstək manqasının tuşlayıcı-minaatan vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətə könüllü qəbul edilməklə həmin tarixdə vəzifələrinin icrasına başlamışdır. Cinayət işi materiallarına əlavə edilmişMüdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N fevral N-cü il tarixli, 41 nömrəli əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xüsusi təyinatlı dəstənin xüsusi təyinatlı tağımının atəş-dəstək manqasının tuşlayıcı-minaatan vəzifəsindən qərargah bölüyünün mühafizə tağımının mühafizə manqasının atıcısı vəzifəsinə dəyişdirilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə 17 iyul N-cü il tarixli, 199 nömrəli əmrindən olan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs “ Hərbi xidmətkeçmə haqqında Əsasnamə” nin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, 17iyul N-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatdan çıxarılmış, və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinə göndərilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.N-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Cinayət işi materiallarına əlavə edilmişAzərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş 14iyul N-cü il tarixli, 6404 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. Cinayət işi materiallarına əlavə edilmiş xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs hərbi hissə komandanlığı tərəfindən mənfi xarakterizə edilmişdir. Beləliklə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar: təqsirləndirilənin etirafedici ifadəsi və şahid ifadələri, həmçinin işin digər obyektiv halları Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinin məhz onun tərəfindən törədilməsini tam təsdiq edir. Məhkəmə tədqiq edilmiş sübutların məcmuyuna hərtərəfli, tam və obyektiv qiymət verərək hesab edir ki, onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olmasını, həmçinin ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf edib hərəkətindən səmimi peşman olmasını və gəncliyini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.N-ci maddəsinin tələblərinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.N, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğucinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzasının ağırlaşdıran halların olmadığını, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə yuxarıda göstərilənləri və cəzanı yüngülləşdirən halların məcmuyunu müstəsna hal hesab edərək, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 6N-ci maddəsini tətbiq edib ona ittiham olunduğu maddənin sanksiyasında müəyyən ediləndən daha yüngül cəza növünün, məhz ictimai işlər cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 47.N-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ictimai işlər cəzası təyin edərkən üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs haqqında olan hökmün icrası faktiki yaşayış yeri üzrə Cəlilabad rayon İcra və probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərciyoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 384 və 385-ci maddələrini rəhbər tutaraq, hərbi məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinib, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 6N-ci maddəsi tətbiq edilərək 300 (üç yüz) saat müddətində ictimai işlər cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs haqqında olan hökmün icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən N (iyirmi) gün müddətində Cəlilabad Hərbi Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1-1(096)-8/2023
Cəlilabad Hərbi Məhkəməsi Hökm — İş №1-1(096)-8/2023
13.09.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver