Məhkəmə qərarları › İş №1-1(098)-100/2024

Tərtər Hərbi Məhkəməsi Hökm — İş №1-1(098)-100/2024

17.04.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tərtər rayonu İş № 1-1(098)-100/2024 17.04.2024 TƏRTƏR HƏRBİ MƏHKƏMƏSİ Tərtər Hərbi Məhkəməsinin sədri X5 oğlunun sədrliyi ilə, Quliyeva Gülmira Şəmsəddin qızının katibliyi ilə, Dövlət İttihamçısı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə polkovnik-leytenatı Dövlət ittihamçısı, Müdafiəçi Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1999-cu il tarixdə Qusar rayonunun Hil-oba kəndində doğulmuş, həmin ünvanda qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, N nömrəli hərbi hissəsinin N-ci taborunun rabitə taqımının radio manqasının baş radiotelefonçusu, MAHHXHQ, əsgər, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 333.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tərtər Hərbi Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Ağdam rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsinin N-ci taborunun rabitə taqımının radio manqasının baş radiotelefonçusu vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən N oktyabr N0N3-cü il tarixdə 15 (on beş) gün müddətində növbəti məzuniyyətə buraxılmış, N noyabr N0N3-cü il tarixdə məzuniyyəti başa çatdığı üçün xidmət yerinə gəlməli olduğu halda üzrlü səbəblər olmadan xidmət yerinə gəlməmiş və 08 yanvar N0N4-cü il tarixdə könüllü olaraq xidmət yerinə geri qayıtmaqla müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi bir aydan artıq, lakin üç aydan çox olmayan müddətə üzrlü səbəblər olmadan xidmət yerinə vaxtında qayıtmamışdır. Məhkəmə istintaqında dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 333.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində bildirdi ki, N oktyabr N0N3cü il tarixdə Ağdam rayonu Əliağalılar kəndi ərazisində yerləşən N nömrəli hərbi hissəsinin N-ci taborunda xidmətdə olarkən 15 (on beş) gün müddətində növbəti məzuniyyətə buraxılmış, məzuniyyətini yaşadığı ünvan olan Qusar rayonu Hil-oba kəndində keçirmişdir. N noyabr N0N3-cü il tarixdə məzuniyyətdən xidmət yerinə qayıtmalı olsada şəxsi problemləri olduğu üçün xidmət yerinə gəlməmiş, 08 yanvar N0N4-cü il tarixdə saat N0 radələrində könüllü olaraq xidmət yerinə geri qayıtmışdır. Xidmətə qayıtdığı gün bu barədə N-ci taborun qərargah rəisinin maddi-texniki təminat üzrə köməkçisi, kapitan Müşfiq Əliyev raport tərtib edərək yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. O, etdiyi hərəkətlərdən peşman olmuşdur. Xidmət yerinə vaxtında qayıtmadığı vaxtda ailəsində və ya yaxın qohumlarında kiminsə ağır xəstəliyi olmamış, eləcə də ağır sayılacaq hər hansı hadisə baş verməmiş, xidmət etməmək kimi niyyəti, eləcə də xidmətlə bağlı heç bir narazılığı, çətinliyi olmamışdır. O, xidmət yerinə vaxtında qayıtmadığı vaxtda hərbi hissə komandanlığından kimdənsə rəsmi olaraq icazə almamış, habelə bu barədə kiməsə məlumat verməmişdir. Xidmət dövründə onu döyən, incidən, təhqir edən, ondan pul tələb edən olmamış, onunla digər hərbi qulluqçular arasında mübahisə və ya dalaşma halları baş verməmişdir. Vətən müharibəsində, Xocalı rayonunun Fərrux dağı istiqamətində aparılmış hərbi əməliyyatında, lokal xarakterli antiterror əməliyyatında fəal iştirak etmiş, “Vətən müharibəsi iştirakçısı” və “Ağdamın azad olunmasına görə” medallarla təltif edilmişdir. Hazırda xidmətini davam etdirir və törətdiyi əməldən peşmandır. Məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında dindirilmiş şahid N nömrəli hərbi hissəsinin N-ci taborunun qərargah rəisinin şəxsi heyyət üzrə köməkçisi baş leytenant X1 ifadəsində göstərmişdir ki, 18 aprel N0N3-cü il tarixdən hazırkı tarixədək yuxarıda qeyd etdiyi vəzifədə xidmətini davam etdirir. N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs xidmət dövründə tanımış, Təqsirləndirilən şəxs Ağdam rayonu ərazisində N nömrəli hərbi hissənin N-ci taborunun rabitə taqımının radio manqasının baş radiotelefonçusu vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən N oktyabr N0N3-cü il tarixdə 15 (on beş) gün müddətinə növbəti məzuniyyətə buraxılmış, N noyabr N0N3-cü il tarixdə saat 14:00-da xidmət yerinə qayıtmalı olduğu halda, üzrlü səbəblər olmadan xidmət yerinə gəlməmiş, 08 yanvar N0N4-cü il tarixdə saat N0:00-da könüllü olaraq xidmət yerinə qayıtmışdır. O, bir neçə dəfə Təqsirləndirilən şəxs ilə “WhatsApp” vasitəsilə əlaqə saxlayıb ondan xidmət yerinə qyıtmamasının səbəbini soruşduqda Təqsirləndirilən şəxs xidmət yerinə vaxtında qayıtmamasının səbəbini şəxsi problemləri ilə əlaqələndirmiş, lakin konkret olaraq səbəb bildirməmişdir. Təqsirləndirilən şəxs xidmət yerinə vaxtında qayıtmadığı vaxtlarda, eləcə də xidmət yerinə qayıtdığı tarixlərdə onun tərəfindən raport yazılaraq yuxarı komandanlıq qarşısında vəsatət qaldırmışdır. Bundan əlavə Nuran Bəşirzadə bildirdi ki, N nömrəli hərbi hissə Xocalı rayonunun Fərrux dağı ərazisinə dislokasiya olan vaxtdan həmin hərbi hissədə xidmət edir. Təqsirləndirilən şəxs rabitəçi olduğundan, Vətən maharibəsində, həmçinin Fərrux əməliyyatında və antiterror əməliyyatlarında taboru rabitəynən təmin edib. Hal-hazırda Təqsirləndirilən şəxs hərbi hissədə manqa komandirini əvvəz edir, şəxsi heyyətin naryadın və rabitə işlərini icra edir. Təqsirləndirilən şəxs hal-hazırda xidmətin davam edir, xidmətində dönüş yaratmış, hərbi xidmətə münasibəti nümunəvidir, bu hadisədən sonra digər qanun və nizamnamə pozuntularına yol verməyərək xidmət yoldaşlarına vəzifələrinin icra edilməsində nümunədir. Şahid məhkəmə iclasına gəlmədiyindən onun şahid X1 ilə eyni məzmunlu ifadə verilməsi müəyyən edildi. “Azərbaycan Respublikasının Silahlı Qüvəllərində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa birləşmələrdə hərbi xidmətə qəbul haqqında” xx.xx.N0N0-ci il tarixli bağlaşmanın surətindən görünür ki, Təqsirləndirilən şəxs 3 (üç) il müddətində müddətdən artıq həqiq hərbi xidmət hərbi qulluqçu kimi xidmət etməyinə dair öhdəlik götürmüşdür. N nömrəli hərbi hissənin N-ci taborun rabitə taqımının radio manqasının komandiri MAHHXHQ əsgər Təqsirləndirilən şəxs tərəfindən verilmiş raportdan görünür ki, xidmət müddətinin xx.xx.N0N3-cü il tarixdə başa çatması ilə əlaqədar xidmət müddətin 5 (beş) il müddətinə xx.xx.N0N8-ci il tarixədək uzadılması barədə yuxarı komandalıq qarşısında vəsatət qaldırmağı ilə bağlı xahiş etmiş və bağlaşma xx.xx.N0N8-ci il tarixədək uzadılmışdır. N nömrəli hərbi hissə komandirinin N sentyabr N0N1-ci il tarixli, N76 №-li əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.N0N1-ci il tarixdə N-ci taborun rabitə taqımının radio manqasının baş telefonçusu vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin N oktyabr N0N3-cü il tarixli, 308 №-li əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Qusar rayonunda keçirməklə 15 (on beş) gün müddətinə, N noyabr N0N3-cü il tarixədək növbəti məzuniyyətə buraxılmışdır. N nömrəli hərbi hissə komandirinin N noyabr N0N3-cü il tarixli, 3N4 №-li əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs N noyabr N0N3-cü il tarixdə saat 14:00-da məzuniyyətdən qayıtmadığı üçün üzrlü səbəblər olmadan hərbi hissəyə vaxtında gəlməmiş hesab edilmiş və bütün növ təminatlardan çıxarılmışdır. N nömrəli hərbi hissə komandirinin N yanvar N0N4-cü il tarixli, 11 №-li əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 08 yanvar N0N4-cü il tarixdə saat N0:00-da xidmət yerinə qayıtmış hesab edilmiş və bütün növ təminatlara qoyulmuşdur. N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.N0N4-cü il tarixli, 43 №-li tibbi arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. N nömrəli hərbi hissənin təqdim etdiyi xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.N0N0-ci il tarixli N371 nömrəli Sərəncamı ilə “Ağdamın azad olunmasına görə” medalı ilə və Azərbaycan Respublikası Nazirlər kabinetinin xx.xx.N0N1-ci il tarixli N50s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. “Qətimkan tədbirinin seçilməsi haqqında” N1 fevral N0N4-cü il tarixli qərardan, eyni tarixli protokol və iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “Başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 333.4-cü maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş özünün ifadəsilə yanaşı, şahidlərin ifadələri və iş materiallarında toplanmış digər sübutlarla tam sübuta yetirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 333.4-cü maddəsilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən CM-nin 8.1, 41.N 58-6N-ci maddələrinin müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» N5 iyun N003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təyin edilən cinayət cəzası Azərbaycan Respblikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.N-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi təqsirkarın şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdırılan hallar nəzərə alınır. Həmin Məcəllənin 59.N-ci maddəsinə əsasən cəza təyin edilərkən bu məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs qəncliyini, əməlindən səmimi peşman olmasını, könüllü olaraq xidmət yerinə qayıtmasını, Vətən müharibəsində, Xocalı rayonunun Fərrux dağı istiqamətində aparılmış hərbi əməliyyatında, lokal xarakterli antiterror əməliyyatında iştirak etməsini, “Vətən müharibəsi iştirakçısı” və “Ağdamın azad olunmasına görə” medallarla təltif olunmasını, törətdiyi əməldən sonra xidmətdə dönüş yaradaraq xidmətini nümunıvi davam etdirməsini cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 333.4-cü maddəsinin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələblərinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilməsin. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 333.4-cü maddəsinin sanksiyası daxilində aşağı həddə hərbi xidmət üzrə məhdudlaşdırma növündə təyin edilməsi onun islah edilməsi ücün kifayətdir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsaslanaraq onun aylıq pul təminatından dövlət nəfinə 05 (beş) faiz məbləğində pul tutulmaqla 03 (üç) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilməsini mümkün hesab edir. Cəzasını hərbi xidmət keçdiyi hərbi hissədə çəkməlidir. Onun barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından məhkəmə icraatı zamanı onun hüquqlarının müdafiəsi dövlət büdcəsi hesabına təyin olunmuş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. CPM-nin 193.N-ci maddəsinin tələblərinə görə belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsi hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında” 01 fevral N001-ci il tarixli, 31 nömrəli qərarına 03 may N018-ci il tarixli, N0N nömrəli qərarla etdiyi dəyişikliyə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün altı manat məbləğində haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı göstərilmiş 10 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Bərdə rayon Vəkil Bürosunun hesabına 60 (altmış) manat məbləğində pul köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346-347, 349, 351- 353, 381, 383-384- cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 333.4-cü maddəsi ilə təqsirli bilinib, aylıq pul təminatından dövlət nəfinə 05 (beş) faiz məbləğində pul tutulmaqla 03 (üç) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunsun. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsi hesabından vəkil Müdafiəçi işlədiyi Bərdə rayon Vəkil Bürosunun hesabına 60 (altmış) manat məbləğində pul köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət yeri üzrə komandanlığa həvalə edilsin. Cəzasının başlanğıcı aylıq pul təminatından tutulmalar edildiyi vaxtdan hesablansın. Hökmdən elan olunan vaxtdan N0 (iyirmi) gün müddətində Tərtər Hərbi Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya qaydasında protest və ya apellyasiya şikayəti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar