Məhkəmə qərarları › İş №1-1(098)-100/2025

Tərtər Hərbi Məhkəməsi Hökm — İş №1-1(098)-100/2025

20.11.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tərtər rayonu İş № 1-1(098)-100/2025 20.11.2025 TƏRTƏR HƏRBİ MƏHKƏMƏSİ Hakim Şəfiyeva Könül Səməd qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Hərbi XN Müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx N001-ci il tarixdə Zaqatala rayonunda anadan olmuş, subay, ali hərbi təhsilli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikasının vətəndaşı, Zaqatala rayonunun Mamrux kəndində qeydiyyatda olmaqla, xidməti zərurətlə əlaqədar Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin N nömrəli hərbi hissəsində yaşamış, AR Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin N nömrəli hərbi hissəsinin 1N-ci radiolokasiya qovşağının şəxsi heyət üzrə müavini vəzifəsində, leytenant hərbi rütbəsində xidmət edən, barəsində Tərtər Hərbi Məhkəməsinin 13 iyun N0N5-ci il tarixli qərarı ilə «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Gəncə N saylı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci və 171-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Tərtər Hərbi Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində hərbi xidmətdə olmaqla təhsil alan zaman sevgi münasibətlərində olduğu həmkəndlisi, Zaqatala rayonu, Mamrux kənd sakini, yetkinlik yaşına çatmayan xx.xx.N006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs ilə N0N3-cü ilin dekabr ayında «WhatsApp» sosial şəbəkəsində videozəng vasitəsi ilə danışarkən Zərərçəkmiş şəxs üzərində olan paltarını soyunaraq videogörüntüdə çılpaq vəziyyətdə danışmaqla bədəninin intim hissələrini göstərməsini təkid etmiş, sonuncu da onun təkidi ilə həmin zaman yetkinlik yaşına çatmayan şəxs olduğu müddətdə videozəng vasitəsi ilə danışarkən soyunaraq sinəsini, yəni süd vəzilərini tam açıq şəkildə əks olunmasını və əli ilə vaqinal orqanını oynadaraq masturbasiya etməklə ikrah hissi oyadacaq şəkildə nümayiş etdirməsi, yəni ehtirasın sağlam olmayan şəkildə oyadılmasını ona 0N dəqiqə 15 saniyə müddətində göstərən zaman o, bundan istifadə edərək Zərərçəkmiş şəxs razılığı, istəyi və məlumatı olmadan öz mobil telefonunda olan ekran qeydedici proqram vasitəsi ilə Zərərçəkmiş şəxs sinə və cinsiyyət orqanının əks olunduğu həmin videogörüntünün video qeydiyyatını aparmış və aralarında görüntülü danışıq yekunlaşdıqdan sonra o, həmin video çəkiliş materialını mobil telefonun yaddaşında saxlayaraq qanunsuz toplamış və uşaq pornoqrafiyası hesab edilən həmin videogörüntünü yaymaq məqsədilə əldə etməklə saxlamış, əldə edilməsinə şərait yaratmaqla daha sonra Zərərçəkmiş şəxs aid şəxsi sirr hesab edilməklə sonuncunun sinə və cinsiyyət orqanının əks olunmasından ibarət, məhkəmə-sənətşünaslıq ekspertizasının 04 aprel N0N5-ci il tarixli 11/15N nömrəli rəyi ilə pornoqrafik xarakterli olduğu müəyyən edilən həmin videogörüntünü N0N4-cü ilin avqust ayında Zaqatala rayonun Mamrux kəndində olan zaman həmkəndlisi Şahid1 baxması üçün göndərməklə qəsdən yayaraq, başqasına verib əldə edilməsinə şərait yaratmışdır. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1–ci və 171-1.1–ci maddələri ilə ittiham verilmişdir. Tərtər Hərbi Məhkəməsinin 1-1(098)–100/N0N5 saylı xx.xx.N0N5-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1–ci maddəsi ilə verilmiş ittiham üzrə zərərçəkmiş şəxslə barışdığına görə həmin maddə ilə cinayət təqibinə xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.N0N1-ci il tarixli qərarının 41-ci bəndinə əsasən təqsirləndirilən şəxsə cinayət qanununun bir neçə maddəsi üzrə ittiham irəli sürüldükdə və məhkəmə baxışı nəticəsində məhkəmə onlardan bəziləri üzrə bəraətverici sayılmayan əsaslarla icraata xitam verilməsi haqqında qənaətə gəldikdə, bu barədə hökmlə birlikdə ayrıca əsaslandırılmış qərar qəbul edir. Belə hallarda hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir ki, təqsirləndirilən şəxsin digər cinayətləri törətməkdə ittiham olunmasına dair hissədə cinayət işi üzrə icraata ayrıca qərarla xitam verilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 171-1.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, o, N5 fevral N0N5-ci il tarixdən etibarən Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin N nömrəli hərbi hissəsinin 1N-ci radiolokasiya qovşağının şəxsi heyət üzrə müavini vəzifəsində, leytenant hərbi rütbəsində xidmət edir. Zərərçəkmiş şəxs Zaqatala rayonunun Mamrux kənd sakini kimi tanımış, onunla sosial şəbəkədə daha yaxından tanış olmuşdur. Belə ki, N0N3-cü ilin qış aylarında onun istifadəsində olan “İnstagram” sosial şəbəkəsinə tanış olmaq məqsədi ilə yazmış, daha sonra “İnstagram” sosial şəbəkəsində danışdığı zaman Zərərçəkmiş şəxs özünün istifadəsində olan, lakin hazırda xatırlamadığı mobil nömrəni ona vermiş, bundan sonra danışıq “Whatsapp” program tətbiqində davam etmişdir. O, Zərərçəkmiş şəxs ilə sosial şəbəkədə tanış olan zaman, həmin şəxsin həmkəndlisi Zərərçəkmiş şəxs olduğunu bilməmişdir. N0N3-cü ilin təxminən qış aylarında tanış olandan sonra həmin şəxsin həmkəndlisi Zərərçəkmiş şəxs olduğunu bilmişdir. Belə ki, Zərərçəkmiş şəxs ilə eyni məktəbdə oxumuşdur. O, Zərərçəkmiş şəxs ilə danışdığı zaman, Zərərçəkmiş şəxs 11-ci sinifin şagirdi olaraq 18 yaşında olduğunu bildirmişdir. Çünki Zərərçəkmiş şəxs özü ona 18 yaşında olduğunu demişdir. O, Zərərçəkmiş şəxs ilə təxminən 1- N ay müddətində danışmış, hər hansı münasibət fikirləşməmiş, bu səbəbdən də bu barədə ailə üzvlərinə hər hansı məlumat verməmiş, Zərərçəkmiş şəxs ailə üzvlərinin də onunla danışmağı barədə məlumatlarının olmasını bilməmişdir. O, Zərərçəkmiş şəxs ilə yazışdığını ətrafda olan hər hansı dostuna və ya digər hər hansı şəxsə də deməmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs ailəsini tanıyır. Zərərçəkmiş şəxs ilə danışmamışdan əvvəl onun Zərərçəkmiş şəxs ilə aralarında sevgi münasibəti olmasa da, onlar arasında sevgi münasibəti tanış olduqdan sonra yaranmışdır. Tanış olandan sonra ilk əvvəllər aralarında adi söhbətlər olmuşdur, lakin sonradan bir-birlərinin xasiyyəti uyğun gəlmədiyi üçün, əlaqələrini kəsmişlər. Bir müddətdən keçdikdən sonra, N0N4-cü ildə yenidən danışmağa başlamışlar. Birinci dəfə danışmağa başlayarkən onlar bir-birlərinə adi şəkil və videolar göndərmişlər. İkinci dəfə danışmağa başlayanda aralarında intim söhbətləri baş verdikdən sonra o, Zərərçəkmiş şəxs pornoqrafik video görüntüsünü çəkmək qərarına gəlmişdir. Belə ki, o, Bakı şəhərində yerləşən Təlim-Tədris Mərkəzində otağında tək olan zaman “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə söhbət edərkən hər ikisi qarşılıqlı intim xarakterli söhbətlər etməyə başlamışlar. “Whatsapp” sosial şəbəkəsində intim xarakterli söhbətlər edəndən sonra o, Zərərçəkmiş şəxs görüntülü danışmağı təklif etmiş, Zərərçəkmiş şəxs isə onunla razılaşmışdır. Bir-biriləri ilə video görüntülü danışarkən, o, Zərərçəkmiş şəxs soyunmağı təklif etmiş, Zərərçəkmiş şəxs da soyunmuşdur. Bundan sonra o, video görüntünü telefonunda yazmağa başlamışdır. Zərərçəkmiş şəxs ona şəkillərini atan zaman onun video görüntünü çəkməməyi ilə bağlı xəbərdarlıq etsə də, ancaq video görüntünü Zərərçəkmiş şəxs xəbəri olmadan çəkmişdir. Lakin onun video görüntünü çəkməsi ilə bağlı heç bir məqsədi olmamışdır. Zərərçəkmiş şəxs ilə birinci danışıqlarından sonra rayonda gündüz vaxtı parkda görüşmüşlər, lakin aralarında adi söhbətdən başqa heç nə olmamışdır. Şaban onun həmkəndlisidir və həmkəndli olaraq da münasibətləri olmuşdur. N0N4-cü ilin avqust ayında o, Zaqatala rayonunun Mamrux kəndində yaşadığı evin yaxınlığında yerləşən çayda Şahid1lə çimərkən Zərərçəkmiş şəxs aid olan intim xarakterli videonu sonuncunun mobil telefonuna göndərmişdir. Lakin həmin videonu başqa heç kimə göndərməmişdir. Bundan sonra həmin intim videonun kənd camaatı arasında necə və kim tərəfindən yayılması ilə bağlı heç bir məlumatı olmamışdır. M.Davudovu ilə münasibətləri pozulmamışdan əvvəl, onun Zərərçəkmiş şəxs qarşı həqiqi sevgi hisləri olmuşdur. Həqiqi sevgi münasibətləri olsa da, xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. O, video görüntünü ikinci dəfə danışıb münasibətləri bərpa olunandan sonra çəkmişdir. İkinci dəfə neçə müddətdən sonra ayrılmaları onun yadında qalmamış, video görüntü onlar ayrılandan iki-üç ay sonra yayılmışdır. Video görüntü yayılandan sonra Zərərçəkmiş şəxs onunla bu barədə danışması da yadında qalmamışdır. Ümumiyyətlə, Zərərçəkmiş şəxs ilə təbii və ya qeyri-təbii yolla cinsi əlaqədə də olmamışdır. O, etdiyi əməldən peşmandır. İşini davam etdirmək arzusundadır. Odur ki, bütün bunların nəzərə alınaraq qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İştirak etdiyi məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Zaqatala rayonu, Mamrux kənd sakini kimi tanıyır, N0N3-cü ilin aprel ayında hazırda xatırlamadığı nömrəyə Təqsirləndirilən şəxs “Whatsapp” proqram tətbiqi vasitəsi ilə ona tanışlıq məqsədi ilə yazmış və münasibət qurub, sevgili olmaq istəyini bildirmişdir. İlkin olaraq o Təqsirləndirilən şəxs təklifini rədd etmiş, lakin sonradan Təqsirləndirilən şəxs qarşı sevgi hissi yaranmışdır. Təqsirləndirilən şəxs Bakı şəhərində yerləşən Heydər Əliyev adına Hərbi Məktəbdə təhsil alırdı, rayona gəldiyi zaman bir neçə dəfə onunla görüşmüş, mütəmadi olaraq onunla “Whatsapp” program tətbiqi vasitəsi yazışmış, bir neçə dəfə də onunla “Whatsapp” program tətbiqi vasitəsi ilə, videozəng vasitəsi ilə danışmışdır. N0N3-cü ilin dekabr ayında Təqsirləndirilən şəxs ilə “Whatsapp” program tətbiqi vasitəsi ilə videozənglə danışdığı zaman o soyunmağı təklif etmiş, bundan başqa Təqsirləndirilən şəxs gələcəkdə ər-arvad olacaqlarını deyərək, həmin hərəkətlərin əxlaqsız olmadığını demişdir. Daha sonra o üzərində olan qara maykanı çıxarmış, və danışıq müddətində Təqsirləndirilən şəxs sinə və cinsiyyət orqanını nümayiş etdirmişdir. Belə ki, Nurlanla görüntülü danışarkən sonuncunun xahişi ilə əynində olan qısaqol qara rəngli maykanı çıxarmış, bu zaman sinə nahiyyəsi tam açıq ekranda görünmüşdür. O otaqda divara söykənib sol əli ilə telefonu saxlamaqla, əlini sağa və sola hərəkət etdirməklə telefonun ön kamerası vasitəsilə bədənini Nurlana göstərmişdir. Bu formada həmin danışıq təxminən 3-5 dəqiqə davam etmişdir. Lakin Təqsirləndirilən şəxs həmin vaxt üzü görsənməmiş, sadəcə saxur dilində danışıqları videogörüntüdə eşidilmişdir. O videozəng zamanı əvvəlcədən Təqsirləndirilən şəxs ekranı kayd etmədiyini soruşmuş, sonuncu isə ona ekran görüntüsünü yazmadığını bildirmişdir. Bundan sonra N0N4-cü ilin aprel ayında Nurlanın ona qarşı münasibətinin dəyişdiyini, yalanlar danışmağa başladıgını hiss etmiş və ayrılmağa qərar vermişlər. N0N4-cü ilin avqust ayında Şaban ona “Whatsapp” proqramı vasitəsi ilə video göndərmiş, o videonu açdığı zaman onun Nurlanla görüntülü danışdığı zaman əynindəki paltarları soyunub bədəninin naməhrəm nahiyyələrini Nurlana göstərdiyi video görüntü olduğunu görmüş, lakin o həmin videogörüntüyə sonadək baxmadan silmiş, sonrada bacısı Aygün ona həmin videogörüntünü göndərdiyi zaman o həmin görüntüyə baxmışdır. xx.xx.N0N4-cü il tarixində saat NN radələrində ana və atası evdə söhbət edən zaman ona məxsus video görüntünün yayılması barədə atasına məlumat verməsini eşitmiş, yaşadığı evin yataq otağında olan "Spazmalqon" adlı dərman preparatından 10-15 ədəd həbini qəbul edərək özünə qəsd etməyə cəh etmişdir. Bundan sonra onu Zaqatala RMX-na gətirmişlər, ilkin tibbi yardım göstərildikdən sonra səhər saatlarında evə buraxılmışdır Təqsirləndirilən şəxs ilə danışdığı və onun həmin videosunu çəkdiyi zaman, sonuncu onun yetkinlik yaşına çatmayan şəxs olduğunu bilmişdir. Təqsirləndirilən şəxs onun intim xarakterli videonun yayılması ilə bağlı hər hansı razılıq verməmiş, Təqsirləndirilən şəxs özü həmin videogörüntünü onun xəbəri olmadan yaymışdır. Hazırda Təqsirləndirilən şəxsla barışmış, ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid1 ölkə hüdudlarından kənarda olduğu üçün onun məhkəmə iclasında iştirakını təmin etmək mümkün olmamışdır. Bununla belə məhkəmə Şahid1 məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul etmişdir. Belə ki, ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs həmkəndliləri kimi tanıyır, onlarla arasında qohumluq əlaqələri olmamış, onlara qarşı şəxsi qərəzliyi, ədavəti və ya düşmənçliyi olmamışdır. N0N3-cü ilin qış aylarında yaşadığı Zaqatala rayonunun Mamrux kəndində olarkən Təqsirləndirilən şəxs öz həmyaşıdları arasında söhbət etdiyini eşitmiş, həmin vaxt Təqsirləndirilən şəxs həmkəndlisi Zərərçəkmiş şəxs haqqında yersiz söhbətlər etdiyini, kənd ərazisində onunla görüşdüyünü, gəzdiyini bildirmişdir. N0N4-cü ilin avqust ayında o Zaqatala rayonunun Mamrux kəndində yaşadığı evin yaxınlığında yerləşən çayda çimərkən Təqsirləndirilən şəxs da həmin yerə gəlmişdir. Bir müddət söhbət etdikdən sonra Nurlan ona Möminətin söhbətini açmış, Möminətə aid onda olan intim xarakterli videonun olduğunu bildirmiş və istifadəsində olan telefonu çıxardıb həmin videonu bluetooth vasitəsilə onun istifadəsində olan İphone 7 markalı mobil telefona göndərmişdir. Həmin videoya nəzər saldığı zaman Möminət kiminləsə videozəng vasitəsi ilə danışıq zamanı əynində olan qısaqol qara rəngli maykanı çıxarmasını, bu zaman sonuncunun sinə nahiyyəsi tam çılpaq görünmüşdür. Belə ki, Möminət otaqda divara söykənib sol əlində telefonu saxlamaqla, əlini sağa və sola hərəkət etdirməklə telefonun ön kamerası vasitəsilə özünü çəkib qarşı tərəfə göstərmiş, bu zaman telefonun kamerası onun sifət və sinə nahiyyələrinə istiqamətlənmiş, üst paltarları əynində olmadığı üçün döş vəzilərini tam aydınlıqla videoda görsənmişdir. Həmin videoda ekranın sağ aşağı küncündə Möminətlə danışan qarşı tərəfin isə üzü görsənmirdi, belə ki, yadında qaldığı qədər həmin şəxs öz telefonunun ekranını öz sifətinə yox, yuxarı tavana doğru istiqamətləndirmişdi. Nurlan ona həmin videonu onunla “Whatsapp” proqramı vasitəsilə görüntülü danışarkən Möminəti soyundurduğu zaman ekran qeydedici vasitəsilə qeydə aldığını bildirmişdir. Videoya baxdıqdan sonra o Nurlandan niyə görə belə bir videonu telefonda saxladığını soruşduğu zaman sonuncu ona "əşi boş ver" deyib yola vermişdir. Bundan bir neçə gün sonra o həmin videonu Möminətə göndərmişdir. Daha sonra N0N4-cü ilin noyabr ayının ortalarında o , Möminət dərman vasitəsi qəbul edərək intihara cəhd etmişdir. N0N4-cü ilin sentyabr aylarında o əmisi oğlu ŞahidN ilə söhbət etdiyi zaman Zərərçəkmiş şəxs məxsus intim xarakterli videonu ŞahidN göndərmişdir. Zərərçəkmiş şəxs məxsus intim xarakterli videoda Möminətlə danışan şəxs Zaqatala rayonu Mamrux kəndində yaşayan həmkəndlisi Təqsirləndirilən şəxsdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş ŞahidN ifadəsində göstərmişdir ki, təxminən N0N4-cü ilin sentyabr ayının əvvələrində Zaqatala rayonu, Mamrux kəndində yaşayan əmisinin oğlu Şahid1 ilə kənddə görüşmüş, həmin vaxt Şabanla söhbət zamanı sonuncu ona evlənmək istədiyini, lakin münasib qız tapa bilmədiyini bildirmişdir. Həmin vaxt Şabana kənddə tanıdığı insanların qızlarından həmkəndliləri Əşrəfin qızı Möminəti də məsləhət gördükdə sonuncu ona “Möminət heç olmaz” demişdir. Şabandan bunun səbəbini soruşduqda, ona Zərərçəkmiş şəxs çılpaq videosunun yayıldığını bildirmişdir. Həmin vaxt Şabana Möminətin belə bir videosu olmasına inanmadığı bildirmiş, bu zaman Şabana həmin videonunun ona “Whatsapp” mobil tətbiqi vasitəsilə onun istifadə etdiyi mobil telefona göndərməsini xahiş etmiş, Şaban isə həmin videonu ona göndərmişdir. Həmin videoya baxdıqda həmkəndlisi Mominətin “Whatsapp” mobil tətbiqi vasitəsilə başqa bir şəxslə danışmasını və həmin şəxslə söhbət edərək soyunduğunu, həmin şəxsin təkidi ilə sinəsini və cinsiyyət orqanını həmin şəxsə nümayiş etdirdiyini görmüşdür. O Şabandan həmin videonun kim tərəfindən çəkildiyini və həmin videonu necə əldə etdiyi barədə heç nə soruşmamışdır. Həmin vaxtdan bir neçə gün sonra, təxminən N0N4-cü ilin sentyabr ayının əvvələrində Zaqatala rayonu, Mamrux kəndində yaşayan qonşusu Şahid3 ilə rastlaşmış və onunla söhbət zamanı uşaqlarına güclü nəzarət etməsini bildirmişdir. Bu zaman Aytən nəyə görə uşaqlarına nəzarəti gücləndirməyini soruşduqda, o kənddə Zərərçəkmiş şəxs çılpaq videosunun yayıldığını və buna görədə uşaqlarına daha ciddi nəzarət etməsini məsləhət görmüşdür. Həmin vaxt Aytən Möminətin belə bir videosunun olmasına inanmamış və ondan həmin videonu “Whatsapp” mobil tətbiqi vasitəsilə onun istifadə etdiyi mobil telefona göndərməsini xahiş etmiş, o isə Aytənin xahişini nəzərə alaraq istifadə etdiyi telefonunda olan Möminətin çılpaq videosunu “Whatsapp” mobil tətbiqi vasitəsilə Aytənin istifadə etdiyi mobil telefona göndərmişdir. Təqdim olunan videodakı qadın Zaqatala rayonu Mamrux kəndində yaşayan həmkəndlisi Zərərçəkmiş şəxsdır. Möminətlə danışan şəxs Zaqatala rayonu Mamrux kəndində yaşayan həmkəndlisi Təqsirləndirilən şəxsdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zaqatala rayonu, Mamrux kəndində yaşayan Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır. Təxminən N0N4-cü ilin sentyabr ayının əvvələrində Zaqatala rayonu, Mamrux kəndində yaşayan qonşusu ŞahidN ona Zaqatala rayonu, Mamrux kəndində yaşayan Zərərçəkmiş şəxs kənd camaatı içində çılpaq videosunun yayıldığını bildirmiş, o həmin vaxt Naimə inanmamış və həmin video olduğu halda ona göndərməsini xahiş etmişdir. Həmin vaxt Naim istifadə etdiyi telefonunda olan Möminətin çılpaq videosunu “Whatsapp” mobil tətbiqi vasitəsilə onun istifadə etdiyi mobil telefona göndərmişdir. Həmin videoya baxdıqda həmkəndlisi Mominətin “Whatsapp” mobil tətbiqi vasitəsilə başqa bir şəxslə danışdığını və həmin şəxslə söhbət edərək soyunduğunu, həmin şəxsin təkidi ilə sinəsini və cinsiyyət orqanını həmin şəxsə nümayiş etdirdiyini görmüşdür. Həmin videoya baxıb pis olmuş bu barədə tədbir görülməsi üçün Möminətin yaxınlarına məlumat vermək qərarına gəlmişdir. Təxminən 13 sentyabr N0N4-cü il tarixdə Zaqatala rayonu, Mamrux kəndində yaşayan tanışı Möminətin xalası Bəsti ilə birlikdə fəhlə kimi işləmək üçün fındıq yığmağa gedən zaman ona Möminətin çılpaq videosunun kənddə yayıldığını demiş, həmin vaxt Bəsti ona inanmadığı üçün həmin videonu göndərməyi ona demiş, o isə istifadə etdiyi telefonda olan Möminətin çılpaq videosunu “Whatsapp” mobil tətbiqi vasitəsilə Bəstinin istifadə etdiyi telefona göndərmişdir. Həmin videodakı qadının Zaqatala rayonu Mamrux kəndində yaşayan həmkəndlisi Zərərçəkmiş şəxs olduğunu, Möminətlə danışan şəxsin isə Zaqatala rayonu Mamrux kəndində yaşayan həmkəndlisi Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 13 sentyabr N0N4-cü il tarixdə Zaqatala rayonu, Mamrux kəndində yaşayan tanışı Aytənlə birlikdə fındıq yığmağa gedən zaman Zərərçəkmiş şəxs çılpaq videosunun kənddə yayıldığını demiş, həmin vaxt Aytən inanmamış, lakin sonra Aytən onun istifadə etdiyi telefona “Whatsapp” mobil tətbiqi vasitəsilə videonu atmışdır. Daha sonra, bacısı qızı, yəni Möminətin doğma bacısı Aygünə telefonla zəng edib həmin video barədə məlumat vermiş və ona həmin videonu telefonunda saxlaya bilməyəcəyini deyib həmin videonu “Whatsapp” mobil tətbiqi vasitəsilə Aygünə göndərmişdir. Videogörüntü ona təqdim edilmiş, bu Zərərçəkmiş şəxs yayıldığı videodur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma bacısıdır, Təqsirləndirilən şəxs isə kənd sakini kimi tanıyır, aralarında heç bir problem, narazılıq olmamış, hər hansı şəxsi qərəzliyik, ədavəti və ya düşmənçliyi olmamışdır. 16 sentyabr N0N4-cü il taridə xalası Bəsti Şixıyeva ona “Whatsapp” mobil tətbiqi vasitəsilə bacısına məxsus video görüntü göndərmişdir. O Şahid4 bu videogörüntünü haradan tapdığını soruşduğu zaman, sonuncu ona işlədiyi yerdə kiminsə həmin videogörüntünü göndərdiyini demiş, lakin hər hansı şəxsin dəqiq ad və soyadı barədə heç bir məlumat verməmişdir. Həmin videoya baxdıqda Zərərçəkmiş şəxs kiminləsə Whatsapp mobil tətbiqi vasitəsilə görüntülü danışıq zamanı əynində olan qısaqol qara rəngli maykanı çıxardır, bu zaman sonuncunun sinə nahiyyəsi tam çılpaq görünür, belə ki, Möminət otaqda divara söykənib sol əlində telefonu saxlamaqla, əlini sağa və sola hərəkət etdirməklə telefonun ön kamerası vasitəsilə özünü çəkib qarşı tərəfə göstərmiş, bu zaman telefonun kamerası onun sifət və sinə nahiyyələrinə istiqamətlənmiş, üst paltarları əynində olmadığı üçün döş vəzilərini tam aydınlıqla videoda görünmüşdür. Bundan başqa, videoda bacısı Zərərçəkmiş şəxs bütün aşağı ətrafları, cinsiyyət orqanı, arxa nahiyyəsi də tam aylıqla görünürdü. Həmin videoda ekranın sağ aşağı küncündə Möminətlə danışan qarşı tərəfin isə üzü görsənmirdi, belə ki, yadında qaldığı qədər həmin şəxs öz telefonunun ekranını öz sifətinə yox, yuxarı tavana doğru istiqamətləndirmişdir. Həmin şəxs öz telefonunun kamerasını tavana doğru istiqamətləndirdiyi üçün onun üzü videoda görünməmişdir. Lakin videoda onların danışıqları eşidilir. Belə ki, saxur dilində danışırdılar. Danışıqlara əsasən qarşı tərəfin Təqsirləndirilən şəxs olduğunu bilmiş, çünki o bundan bir müddət əvvəl həmkəndlisi Təqsirləndirilən şəxsla onun bacısı Zərərçəkmiş şəxs arasında sevgi münasibətləri olduğunu bilmiş və videoya baxan kimi qarşı tərəfin səsindən onun Təqsirləndirilən şəxs olduğunu dəqiq bilmişdir. Videogörüntüdə Nurlan bacısı Möminətə köynəyini çıxar kimi sözlər dediyi eşidilmiş, həmçinin bacısı Möminət çılpaq vəziyyətdə olarkən Təqsirləndirilən şəxs görüntünün video qeydiyyatının aparıb-aparmamasını da soruşur, sonuncu da aparmadığını demişdir. Bundan sonra həmin gün həmin videogörüntünü bacısına göstərmiş və “Whatsapp” program tətbiqi vasitəsi ilə bacısına göndərmişdir. Bununla belə, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, şahid ifadələrini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan Zaqatala Rayon Polis Şöbəsinin məsul növbətçisinin 14 noyabr N0N4-cü il tarixli raportundan görünür ki, 14 noyabr N0N4-cü il tarixdə saat 00:40 radələrində Zaqatala RMX-dən tibb-bacısı telefonla məlumat verərək N006-cı il təvəllüdlü Zaqatala rayonunun Mamrux kənd sakini Zərərçəkmiş şəxs dərman zəhərlənməsi ilə RMX-yə daxil olmuşdur. Odur ki ki, aidiyyatı üzrə göstəriş verilməsi xahiş edilmişdir. Cinayət işinin materiallarında olan Zaqatala MRX PHŞ TTYŞ-nin həkiminin 14 noyabr N0N4-cü il tarixli arayışından görünür ki, Zaqatala rayonunun Mamrux kənd sakini Zərərçəkmiş şəxs 13 noyabr N0N4-cü il tarixdə saat NN:50 radələrində həb şəklində dərman qəbul edərək dərman vasitələrinin toksiki təsiri diaqnozu ilə daxil olmuş, həmin şəxs özünü narahat hissə etdiyindən şəxsin dindirilməsi və izahat alınması məqsədəmüvafiq olmadığı bildirilmişdir. Cinayət işinin materiallarında olan AA ******* nömrəli xxxxxxx fərdi identifikasiya kodlu Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs N4 avqust N006-cı ildə doğulmuşdur. Cinayət işinin materiallarında olan əşyaya baxış keçirilməsi haqqında 19 dekabr N0N4-cü il tarixli protokoldan görünür ki, təqdim edilmiş mobil telefona baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, təqdim edilmiş mobil telefon aparatı «Realme» markalı olmaqla ön və arxa tərəfində çatların olması müşahidə edilir. Təranə Davudova mobil telefonun kilidinin «4-8- 8-4-N-7» rəqəmlərindən ibarət olmasını bildirdi. Mobil telefonun kilidi açıldıqdan sonra keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq qeydə alınıb ayılmış, Zərərçəkmiş şəxs məxsus olması iddia edilən videogörüntü aşkarlanmadı. Ekspertiza tədqiqatına təqdim edilməsi üçün Təranə Davudovanın könüllü razılığı ilə mobil telefon aparatı götürülmüşdür. Cinayət işinin materiallarında olan X3 tərəfindən Zaqatala Rayon Prokurorluğuna ünvanlanmış N0 noyabr N0N4-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında rayon prokurorluğunda aparılan araşdırma üzrə obyektiv həqiqətin müəyyən olunması məqsədi ilə istifadəsində olan İphone X markalı mobil telefonu araşdırmaya təqdim etmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi rəisinin N5 iyul N0N4-cü il tarixli N15 nömrəli əmrindən çıxarışdan görünür ki, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 58-ci maddəsinin «a» və 7N-ci maddəsinin «v» bəndlərinə müvafiq olaraq N0N4-cü ilin iyun ayında Heydər Əliyev adına Hərbi İnstitutu bitirmiş kursant Təqsirləndirilən şəxs ilk leytenant hərbi rütbəsi verilməklə zabitlərin həqiqi hərbi xidmətinə qəbul edilib zabit kurslarında təhsil alması üçün N5 iyul N0N4-cü il tarixdən Heydər Əliyev adına Hərbi İnstitutdan gəlmiş hesab edilib həmin tarixdən Mərkəzin Kursların zabit hazırlığı taborunun (üçtəpə hərbi şəhərciyi) dəyişən heyətinin siyahısına daxil edilərək bütün növ təminatlara qoyulmuşdur. Cinayət işinin materiallarında olan Zaqatala Rayon X8 Hüquqi Şəxs tərəfindən Zaqatala Hərbi Prokurorluğuna ünvanlanmış 14 yanvar N0N5-ci il tarixli 18-1-78/N-39/N0N5 nömrəli məktubdan görünür ki, Davudova X6 RMX PHŞ-in Poliklinika şöbəsinin psixiatrik, nevroloji, narkoloji, onkoloji və vərəm kabinetlərində dispanser qeydiyyatında yoxdur. Cinayət işinin materiallarında olan Zaqatala rayon polis şöbəsi tərəfindən Zaqatala Rayon Prokurorluğuna ünvanlanmış N1 yanvar N0N5-ci il tarixli 3-13-118/N-13NN/N5 nömrəli məktubdan görünür ki, Zərərçəkmiş şəxsn Təqsirləndirilən şəxs ilə aralarında sevgi münasibəti olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs məxsus intim xarakterli video görüntünün kim və ya kimlərə yayılması, yayılmış video görüntünün hazırda kim və ya kimlər tərəfindən görülməsi, video görüntünün kənd sakinləri arasında hansı qaydada yayılması ətrafında axtarış tədbirləri həyata keçirilmiş, lakin müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X9 Şəxsi Şəxsi tərəfindən Zaqatala Hərbi Prokurorlüğüna ünvanlanmış 1N fevral N0N5-ci il tarixli 3-N8-N9-3-N8/N-1505/N0N5 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmamışdır. Cinayət işinin materiallarında olan MN ******* nömrəli Şəxsi vəsiqənin təsdiqlənmiş surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin N1 yanvar N0N5-ci il tarixli 5/1436 nömrəli kompüter texniki ekspertizasının rəyindən görünür ki, təqdim edilmiş sensor ekran və "Android 13" əməliyyat sistemi ilə təchiz olunmuş bir ədəd markalı «Realme C35» markalı "RMX3511" modelli "**********65054, **********65047 İMEİ mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş "Realme C35" markalı "RMX3511" modelli mobil smartfonun yaddaşlarından toplanmış mövcud olan və pozulmuş məlumatlar (telefon kitabçası, daxil olan zənglər, yığılan zənglər, buraxılmış zənglər, foto, audio və video fayllar "Whatsapp" proqram təminatında aparılmış məlumat mübadiləsi və sairə) müəyyən olundu, həmin müəyyən olunmuş məlumatlar "Ekspertiza 5-1436" adlı qovluqda xarici yaddaş qurğusuna köçürüldü. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin N8 yanvar N0N5-ci il tarixli 5/3N nömrəli kompüter texniki ekspertizasının rəyindən görünür ki, təqdim edilmiş sensor ekran və İOS 16.7.10 əməliyyat sistemi ilə təchiz olunmuş bir ədəd İphone X markalı A 1865 modelli **********67551 İMEİ kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş İphone X markalı A 1865 modelli mobil smartfonun yaddaşlarından toplanmış mövcud olan və pozulmuş məlumatlar (telefon kitabçası, daxil olan zənglər, yığılan zənglər, buraxılmış zənglər, foto, audio və video fayllar Whatsapp proqram təminatında aparılmış məlumat mübadiləsi və sairə müəyyən olundu, həmin müəyyən olunmuş məlumatlar «Ekspertiza 5-3N adlı qovluqda xarici yaddaş qurğusuna köçürüldü. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 X17 N6-N7 fevral N0N5-ci il tarixli 75 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində hər hansı bir xəsarət aşkar edilmədi. Vətəndaş Zərərçəkmiş şəxs 13 noyabr N0N4-cü il tarixdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına müraciət edərkən ona «dərman zəhərlənməsi» diaqnozu qoyularaq ambulator tibbi yardım göstərilmişdir. Qeyd olunan diaqnoz qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 13 noyabr N0N4-cü il tarixdə ağızdan qəbul edilmiş dərman preparatlarının təsirindən əmələ gələ bilərdi və həmin diaqnoz klinik əlamətləri sağlamlığa zərərvurmayan xəsarətlə aid edildiyindən dərəcəsi təyin olunmur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 X17 17 mart N0N5-ci il tarixli 01-Ə nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Zərərçəkmiş şəxs qızlıq bəkarəti pərdəsinin tamlığı pozulmamışdır. Zərərçəkmiş şəxs anal yolunda onunla qeyri-təbii yolla cinsi əlaqədə olmağa xarakterik əlamətlər müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan diskə baxış keçirilməsi haqqında 19 mart N0N5-ci il tarixli protokoldan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs video görüntüsü olan bir ədəd DVD-R diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, DVD-R disk ağ (karton) rəngli paketə yerləşdirilmişdir. DVD-R diskdə hansı məlumatların olmasına baxış keçirmək məqsədilə həmin disk COMPAC markalı notebooka (portativ kompüterə) daxil edilərək açıldı. Diskin içərisində 1 ədəd sarı rəngli qovluq aşkar edildi. Həmin qovluğa daxil olduqda VİD-N0N40916-WA0166 nömrəli videgörüntü aşkarlandı. Həmin video açıldıqda bir nəfər qadın cinsindən olan şəxsin çılpaq vəziyyətdə başqa bir kişi cinsindən olan şəxslə danışaraq ona bədənini, həmçinin sinəsini və cinsiyyət orqanını nümayiş etdirməsi görünür. Həmin videogörüntüdə kişi cinsindən olan şəxsin danışıq səsləri eşidilsə də, videoda görünmür, yəni özünü gizlədir. Videogörüntüyə baxış zamanı hər iki şəxsin aralarında danışdığı dilin saxur dili olması müəyyən edildi. Saxur dilini danışıq səviyyəsində bilən iştirakçı X1N həmin şəxslərin aralarında danışdıqları zaman istifadə etdiyi sözləri azərbaycan dilinə tərcümə etmişdir. Cinayət işinin materiallarında olan N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamə ilə leytenant Təqsirləndirilən şəxs xidmət yeri üzrə müsbət cəhətdən xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan N nömrəli hərbi hissə komandirinin N5 fevral N0N5-ci il tarixli 64 nömrəli əmrindən çıxarışdan görünür ki, N0N4-cü ildə Heydər Əliyev adına Hərbi İnstitutu və N0N5-ci ildə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzini bitirmiş leytenant Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin 1N-ci radiolokasiya qovşağı rəisinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsinə təyin edildiyi üçün N5 fevral N0N5-ci il tarixdən gəlmiş hesab edilərək həmin tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilməklə bütün növ təminatlara qoyulmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertizası Mərkəzinin 04 aprel N0N5-ci il tarixli 11/15N nömrəli ekspert rəyindən görünür ki, təqdim olunan 01 ədəd DVD diskdə olan VİD-N0N40916-WA 0166 adlı video görüntü pornoqrafik xarakterlidir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 mart N0N5-ci il tarixli 4/404 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 01 ədəd “Verbatim” markalı DVD diskdə olan mübahisəli videofonoqramdakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətndən ibarətdir. Ekspertizaya təqdim olunmuş 01 ədəd “Verbatim” markalı DVD diskdə olan mübahisəli videofonoqramdakı danışıqlar eyniləşdirici tədqiqat üçün qismən yararlıdır. Ekspertizaya təqdim olunmuş 01 ədəd “Verbatim” markalı DVD diskdə olan mübahisəli videofonoqramdakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətndə “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi - Təqsirləndirilən şəxs məxsusdur. Cinayət işinin materiallarında olan Zaqatala rayon X8 Hüquqi Şəxsi tərəfindən Zaqatala Hərbi Prokurorluğuna ünvanlanmış 8 may N0N5-ci il tarixli 18-1-78/N- 499/N0N5 nömrəli məktubdan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.N0N3-cü il tarixdə dəqiqləşdirilməmiş respirator pozğunluqla bağlı Zaqatala RMX PHŞ-ə müraciət etmişdir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən Zaqatala Hərbi Prokurorluğuna ünvanlanmış 1N iyun N0N5-ci il tarixli ərizədən görünür ki, icraatda olan cinayət işi ilə bağlı zərərçəkmiş şəxslə, onun ona qarşı qərəzli olduğunu düşündüyü üçün sonuncu ilə üzləşdirmə istintaq hərəkətində iştirak etməkdən imtina etmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 05 iyun N0N5-ci il tarixli 4/787 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd optik diskdə olan «VİD-N0N40916-WA0166» adlı videoyazıda çəkilişdən sonra edilmiş montaj əlamətləri müəyyən olunmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertizası Mərkəzi tərəfindən verilmiş 0N iyun N0N5-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş «VİD-N0N40916-WA0166» adlı görüntülərdən çəkilmiş fotoşəkillərdə və müqayisəli material qismində təqdim edilmiş «Video Whatsapp N0N5-05-06 b 17.1N.04_N663e319» adlı videogörüntüdən çəkilmiş fotoşəkillərdə eyni bir şəxs əks olunmuşdur. Cinayət işinin materiallarında olan Zaqatala Hərbi Prokurorluğunun maddi sübut hesab edilməsi haqqında 19 iyul N0N5-ci il tarixli qərarından görünür ki, cinayət işi üzrə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş və N1 yanvar N0N5-ci il tarixli 5/1436 nömrəli kompüter texniki ekspertizasının rəyə əlavə olunmuş vətəndaş Zərərçəkmiş şəxs məxsus 1 ədəd intim xarakterli video aşkar olunmuş 1 ədəd xarici yaddaş qurğusu maddi sübut hesab edilməsi və cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Ordusunun Təlim və Tədris mərkəzi rəisinin 8 fevral N0N5-ci il tarixli 39 nömrləi əmrindən çıxarışdan görünür ki, leytenant Təqsirləndirilən şəxs 08 fevral N0N5-ci il tarixdən nahar yeməyindən etibarən Bakı hərbi kollecindən qazan təminatından çıxarılaraq 15 (on beş) gün müddətinə növbəti məzuniyyətə getmiş hesab edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi rəisinin N3 fevral N0N5-ci il tarixli 54 nömrəli əmrindən çıxarışdan görünür ki, leytenant Təqsirləndirilən şəxs növbəti məzuniyyətdən qayıtmış hesab olunmuşdur. Cinayət işinin materiallarında olan N nömrəli hərbi hissə komandanlığı tərəfindən Tərtər Hərbi Məhkəməsinə ünvanlanmış N7 oktyabr N0N5-ci il tarixli 3-N5-N47/N- 98İ/N0N5 nömrəli məktubdan görünür ki, leytenant Təqsirləndirilən şəxs Hərbi Hava Qüvvələri Komandanının müavini-Hava Döyüş komandirinin N1 iyul N0N5-ci il tarixli 015 nömrəli əmrinə əsasən N nömrəli hərbi hissə komandirinin sərəncamına keçirilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs uşaq pornoqrafiyası hesab edilən materialların əldə edilməsinə şərait yaratmaqla göndərmə və başqasına verməklə həmin materialları yayaraq ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, zərərçəkmiş şəxs, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs uşaq pornoqrafiyası hesab edilən materialların əldə edilməsinə şərait yaratmaqla göndərmiş və başqasına verməklə yaymışdır. Məhkəmə ilk öncə DVD diskdə olan X4 məxsus «VİD-N0N40916-VVA 0166» adlı video görüntünün pornoqrafik olub-olmamsı ilə bağlı məsələyə hüquqi qiymət verilməsi üçün AR CM-in 171-1.1-ci maddəsinin qeydinə nəzər salınmasını zəruri hesab edir. Belə ki, AR CM-in 171-1.1-ci maddəsinin qeydinə əsasən 171-1-ci maddəsinin məqsədləri üçün “uşaq pornoqrafiyası” dedikdə, yetkinlik yaşına çatmayan şəxsin və ya yetkinlik yaşına çatmayan təsəvvürünü yaradan şəxsin aşkar seksual xarakterli hərəkətlərdə real və ya simulyasiya edilmiş iştirakını əks etdirən, yaxud seksual məqsədlərlə yetkinlik yaşına çatmayanların cinsi orqanlarını əks etdirən istənilən əşyalar və ya materiallar, o cümlədən aşkar seksual hərəkətlərdə iştirak edən yetkinlik yaşına çatmayan şəxsi əks etdirən realistik təsvirlər başa düşülür. AR CM-in 171-1.1-ci maddəsinin qeyd hissəsindən də göründüyü kimi seksual məqsədlərlə yetkinlik yaşına çatmayanların cinsi orqanlarını əks etdirən istənilən əşyalar və ya materiallar uşaq pornoqrafiyası hesab edilir. Cinayət işi materiallarına əlavə edilmiş DVD diskdə olan X4 məxsus «VİD-N0N40916-VVA 0166» adlı video görüntüyə baxış keçirilən zaman müəyyən edilir ki, həmin material məhz elə yetkinlik yaşına çatmayanların cinsi orqanlarını əks etdirən video görüntüdür. Məhkəmə həmçinin qeyd edir ki, DVD diskdə olan «VİD-N0N40916-VVA 0166» adlı video görüntünün pornoqrafik olması iş üzrə təyin edilmiş məhkəmə sənətşünaslıq eskpertizasının rəyi ilə də təsdiq edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 171-1.1-ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs uşaq pornoqrafiyasını əldə edilməsinə şərait yaratmaqla göndərmiş və başqasına verməklə yaymışdır. Ona görə də ona təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 171-1.1–ci maddəsində nəzərdə tutulmuş hədlərdə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.N və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 171-1.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, uşaq pornoqrafiyasını yayma, reklam etmə, satma, başqasına vermə, göndərmə, təklif etmə, əldə edilməsinə şərait yaratma, yaxud yaymaq və ya reklam etmək məqsədilə hazırlama, əldə etmə və ya saxlama ilə əlaqədardır. Uşaq Hüquqları haqqında BMT Konvensiyasının 10-cu maddəsinin 1-ci hissəsində qeyd edilir ki, iştirakçı dövlətlər uşaq alveri, uşaq fahişəliyi, uşaq pornoqrafiyası və uşaq seks-turizmi ilə əlaqədar əməllərin törədilməsində təqsirli olan şəxslərin qarşısının alınması, aşkar edilməsi, təhqiqat aparılması, cinayət təqibi və cəzası məqsədilə çoxtərəfli, regional və ikitərəfli razılaşmalar yolu ilə beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi üçün bütün zəruri tədbirləri görürlər. İştirakçı dövlətlər həmçinin öz orqanları, milli və beynəlxalq qeyri-hökumət təşkilatları və beynəlxalq təşkilatlar arasında beynəlxalq əməkdaşlığa və əlaqələndirməyə dəstək verirlər. Həmin Konvensiyanın 10-cu maddəsinin N-ci hissəsində qeyd edilir ki, iştirakçı dövlətlər zərərçəkmiş uşaqların fiziki və psixoloji bərpasına, sosial reinteqrasiya və repatriasiyasına kömək göstərməyə yönəldilmiş beynəlxalq əməkdaşlığın inkişafına dəstək verirlər. Həmin Konvensiyanın 10-cu maddəsinin 3-cü hissəsində qeyd edilir ki, iştirakçı dövlətlər uşaq alveri, uşaq fahişəliyi, uşaq pornoqrafiyası və uşaq seksturizminin obyektləri qismində uşaqların köməksizliyini artıran yoxsulluq və inkişaf səviyyəsinin aşağı olması kimi əsas səbəblərin aradan qaldırılması məqsədilə beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə dəstək verirlər. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan heç bir tələb və şikayətinin olmamasını, həmin Məcəllənin 59.N–ci maddəsinə əsaslanaraq, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini və xidmət yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Baş X1 İnformasiya sisteminin N1 fevral N0N5-ci il tarixli çıxarışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən Tərtər Hərbi Məhkəməsinə ünvanlanmış 0N avqust N0N5-ci il tarixli ərizədən görünür ki, həmkəndçisi, yaxın qohumu Təqsirləndirilən şəxs barəsində yazmış olduqları şikayət ərizəsi ilə bağlı hal-hazırda heç bir şikayət və tələbləri yoxdur, ərizələrinin cinayət işinə əlavə olunmasına köməklik edilməsini xahiş etmişlər. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən xx.xx.N0N5-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ondan heç bir şikayət və tələbləri yoxdur. Cinayət işinin materiallarında N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamə ilə Təqsirləndirilən şəxs xidmət yeri üzrə müsbət cəhətdən xarakterizə olunmuşdur. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 171-1.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.N–ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə təyin ediləcək qəti cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158–ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 1N iyun N0N5-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs barəsində “şübhəli şəxsin tutulması haqqında” qərar məhz xx.xx.N0N5-ci il tarixdə verilmiş və həmin gündən də şübhəli şəxs kimi tutulmuşdur. Tərtər Hərbi Məhkəməsinin 13 iyun N0N5-ci il tarixli 4-1(098)-1N/N0N5 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilib həbsdə saxlama müddətinin əvvəli 1N iyun N0N5-ci il tarixdən hesablanmaqla 1N sentyabr N0N5-ci il tarixədək müəyyən edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının N5 iyun N0N5-ci il tarixli 4-1(107)-1/N0N5 nömrəli qərarı ilə təqsirləndirilən şəxsin müdafiəçisi X13 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Tərtər Hərbi Məhkəməsinin 13 iyun N0N5-ci il tarixli 4-1(098)-1N/N0N5 nömrəli qərarı təqsirləndirilən şəxsin müdafiəçisi X13 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Tərtər Hərbi Məhkəməsinin 19 avqust N0N5-ci il tarixli 1-1(098)- 100/N0N5 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin qüvvəsində saxlanılması qərara alınmışdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.N–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.N–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 13N.1.4-cü maddəsinə əsaəsn mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir Həmin Məcəllənin 13N.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş və N1 yanvar N0N5-ci il tarixli 5/1436 nömrəli kompüter texniki ekspertizasının rəyinə əlavə olunmuş vətəndaş Zərərçəkmiş şəxs məxsus 1 ədəd intim xarakterli video aşkar olunmuş 1 ədəd xarici yaddaş qurğusu cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.N1 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma və məhkəmə araşdırması zamanı keçirilmiş ekspertiza tədqiqatları nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatlarının dəyəri olan 1000 (bir min) manat məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspertiza xərclərinə dair N8 yanvar N0N5-ci il tarixli bildirişdən görünür ki, aparılmış kompüter texniki ekspertizası tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil etmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspertiza xərclərinə dair N1 yanvar N0N5-ci il tarixli bildirişdən görünür ki, aparılmış kompüter texniki ekspertizası tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil etmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspertiza xərclərinə dair 11 aprel N0N5-ci il tarixli bildirişdən görünür ki, aparılmış məhkəmə-fonoskopik ekspertizası tədqiqatının dəyəri N00 (iki yüz) manat təşkil etmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspertiza xərclərinə dair 04 aprel N0N5-ci il tarixli bildirişdən görünür ki, aparılmış məhkəmə-sənətşünaslıq ekspertizası tədqiqatının dəyəri 80 (səksən) manat təşkil etmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə-portret ekspertiza tədqiqatının dəyəri 3N0 (üç yüz iyirmi) manat təşkil etmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə-fonoskopik ekspertiza tədqiqatının dəyəri N00 (iki yüz) manat təşkil etmişdir. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.N0–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344– 349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 171-1.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx.xx.N0N5-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş və N1 yanvar N0N5-ci il tarixli 5/1436 nömrəli kompüter texniki ekspertizasının rəyinə əlavə olunmuş vətəndaş Zərərçəkmiş şəxs məxsus 1 ədəd intim xarakterli video aşkar olunmuş 1 ədəd xarici yaddaş qurğusu cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi olan məhkəmə-kompüter texniki ekspertizalarının keçirilməsinə N00 manat, məhkəmə-sənətşünaslıq ekspertizasının keçirilməsinə 80 manat, məhkəmə-fonoskopik ekspertizalarının keçirilməsinə 400 manat, məhkəmə-portret ekspertizasının keçirilməsinə görə 3N0 manat olmaqla, ümumilikdə 1000 (bir min) manat məbləğində pul tutulub Dövlət büdcəsinə ödənilsin. Hökm elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan, N0 (iyirmi) gün müddətinə Tərtər Hərbi Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Könül Şəfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar