Məhkəmə qərarları › İş №1-1(098)-101/2025

Tərtər Hərbi Məhkəməsi Hökm — İş №1-1(098)-101/2025

01.09.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tərtər rayonu İş № 1-1(098)-101/2025 01.09.2025 TƏRTƏR HƏRBİ MƏHKƏMƏSİ Hakim Şəfiyeva Könül Səməd qızının sədrliyi, XN məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Hərbi X3 Müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Tərtər rayon Vəkil Bürosunun müdiri vəkil Müdafiəçi iştirakı ilə xx xxxxxx N997-ci il tarixdə Qobustan rayonunun Nərimankənd kəndində doğulmuş, Qobustan rayonu, Qobustan şəhərində daimi qeydiyyatda olmaqla Qaradağ rayonu, Qobustan qəsəbəsi, massiv N ünvanında yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmayan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq hərbi qulluqçusu, gizir, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin NN8.N-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tərtər Hərbi Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Ağcabədi rayonunda yerləşən N nömrəli hərbi hissəsinin 6-ci divizionunun N8-ci batareyasının N-ci taqımın N-ci döyüş maşının komandiri vəzifəsində, gizir hərbi rütbəsində xidmətdə olarkən təxminən N8-N9 sentyabr N0N3-cü il tarixdə günorta saatlarında döyüş əməliyyatlarının icrası üçün cəlb edildiyi Xocalı rayonu, Çanaqçı kəndi yaxınlığında yerləşən meşə ərazisindən istifadəyə yararlı olmaqla bir-birinə bağlandıqda döyüş sursatı hesab edilən 0N (bir) ədəd “RQ-4N” markalı qəlpəli əl qumbarasının gövdəsini və 0N (bir) ədəd “UZRQM” əl qumbarasının alışdırıcısını aşkar edərək götürüb qanunsuz olaraq əldə etmiş, həmin döyüş sursatını zirehli gödəkçəsində gizlətdikdən sonra qanunsuz olaraq gəzdirmiş, daha sonra qeyd olunan döyüş sursatını əşya kisəsindəki pambıq bağlamanının içinə yerləşdirib döyüş maşını vasitəsilə qanunsuz olaraq xidmət etdiyi hərbi hissəyə daşımış, N0 sentyabr N0N3-cü il tarixdə ora qayıtdıqdan sonra əşya kisəsinə qoyduğu döyüş sursatını 6-cı divizionun saxlanc anbarına qoyaraq orada qanunsuz olaraq saxlamış, xx.xx.N0N5-ci il tarixdə saat NN radələrində N nömrəli hərbi hissənin 6-ci divizionunun komandiri, mayor ŞahidN tapşırığı ilə həmin divizionun saxlanc anbarında olan əşya kisələrinin yoxlanılması zamanı Təqsirləndirilən şəxs məxsus əşya kisəsindən qeyd olunan döyüş sursatı aşkar edilmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin NN8.N-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin NN8.N-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində bildirdi ki, o, N7 sentyabr N0N3-cü il tarixdə döyüş maşınının komandiri olaraq hərbi hissə komandirinin əmri ilə döyüş əməliyyatları tapşırıqlarının icrasına cəlb olunmuş, əmrin icrası ilə əlaqədar N7 sentyabr N0N3-ci il tarixdə “FORD 550” markalı “N 687 QQ” dövlət qeydiyyat nişanlı döyüş maşının komandiri kimi, döyüş maşının sürücüsü sabiq müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər XN0 və sabiq müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər XN ibarət maşın heyəti ilə birgə Xocalı rayonunun Çanaqçı kəndi yaxınlığındaki meşəlik əraziyə gedərək hal-hazırda Zəfər yolu adlandırılan yerdən bir qədər uzaqlıqda fərdi mövqe tutmuş, orada olarkən əsgərlərlə bərabər həmin mövqeyi gəzərək mühafizəsini təşkil etmişdir. Bir-iki gün sonra təxminən günorta saatlarında əsgərlər mövqeyin mühafizəsi ilə bağlı gündəlik tapşırıqları yerinə yetirmiş, o, həmin ərazidəki meşəni gəzərək oradakı mövqeləri dəqiqləşdirərkən, meşədəki təpəcikdə ağacın dibində yaşıl rəngdə bir ədəd əl qumbarası və bir ədəd əl qumbarasının alışdırıcısını aşkar etmişdir. Bundan sonra, o, əl qumbarası və onun alışdırıcısını daha sonra evə aparıb döyüşdən xatirə saxlamaq məqsədi ilə zirehli gödəkcəsinə yerləşdirərək oradan götürmüş və həmin döyüş sursatını döyüş maşınında olan özünə aid əşya kisəsindəki pambıq bağlamanın içində gizlətmişdir. Döyüş əməliyyatlarının sonunadək Xocalı rayonu, Çanaqçı kəndi yaxınlığında yerləşən mövqedən çıxmamış, təxminən N-N gün sonra, yəni N0 sentyabr N0N3-cü il tarixdə döyüş əməliyyatlarının bitməsi ilə əlaqədar müvafiq əmrə əsasən hərbi hissəyə qayıtmışdır. Hərbi hissəyə qayıtdıqdan sonra əşya kisəsini götürərək 6-ci divizionun saxlanc anbarındakı dolabın yuxarı gözünə yerləşdirmişdir. Həmin vaxt Xocalı rayonunun Çanaqçı kəndi yaxınlığındakı meşə ərazidən tapdığı əl qumbarası və onun alışdırıcısı həmin əşya kisəsinin içində olmuşdur. Həmin əl qumbarasını və onun alışdırıcısını əldə edərək əşya kisəsinə yerləşdirdikdən sonra həmin döyüş sursatını evə aparıb xatirə kimi saxlamaq üçün əşya kisəsinin içində əşya anbarına qoyaraq saxlasa da, hadisələrin üstündən bir müddət keçdikdən sonra işlərinin çoxluğu ilə əlaqədar döyüş sursatının orada olduğunu unutmuşdur. Bundan sonra, o, öz xidməti fəaliyyətini davam etdirmişdir. xx.xx.N0N5-ci il tarixdə N nömrəli hərbi hissə komandanlığı tərəfindən onunla əlaqə saxlanılaraq 6-cı divizionun saxlanc anbarında olan özünə məxsus əşya kisəsindən bir ədəd əl qumbarası və onun alışdırıcısının aşkar edildiyi bildirildikdə, o, həmin əl qumbarasını döyüş əməliyyatları vaxtı tapdığını və əşya kisəsinə qoyaraq əşya anbarında saxladığını, lakin yerini unutduğunu bildirmişdir. Xocalı rayonu, Çanaqçı kəndi ərazisi yaxınlığına “FORD 550” markalı “N 687 QQ” dövlət qeydiyyat nişanlı döyüş maşının komandiri olaraq, döyüş maşının sürücüsü sabiq müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər XN0 və sabiq müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər XN ibarət maşın heyəti ilə getsə də, həmin əl qumbarasını və onun alışdırıcısını aşkar edib daha sonra hərbi hissəyə gətirərkən həmin döyüş sursatını ondan başqa heç kim görməmişdir. Yuxarı komandanlıq tərəfindən tapılan döyüş sursatları və qənimətlər ilə bağlı yuxarı komandanlıq heyətinə məlumat verməkləri barədə onlara tapşırıq verilmişdir. Ümumi sıra baxışı zamanı əşya kisələrini formal olaraq üzdən yoxlandığı və hər şeyi bir-bir açıb baxmadıqları üçün həmin döyüş sursatı əşya kisələrinə keçirilən ümumi sıra baxışı zamanı aşkar olunmamışdır. Döyüş əməliyyatları zamanı onun olduğu mövqeyə hücum olmamış, nə də ki, o, həmin mövqedən hücuma çıxmamışdır. Ərazidə olan əsgərlərin toxunmaması və döyüş sursatının aşkar olunmaması üçün o, qumbaranı və onun alışdırıcısının əşya kisəsinin içində gizlətmişdir. Həmin növ əl qumbaraları alışdırıcısı ilə birgə bağlanmış şəkildə deyil, ayrı şəkildə saxlanıldığından və həmin döyüş sursatı yalnız istifadə edilməli olduğu halda bir-birinə bağlanılaraq istifadə edildiyindən, o, döyüş sursatını həmin qaydada saxlamış, saxladığı döyüş sursatını əldə etdikdən sonra kiməsə satmaq niyyəti olmamış, xidmət etdiyi müddətdə hər hansı hərbi qulluqçu ilə düşmənçiliyi və ya ədavəti olmamışdır. O, etdiyi əməldən səmimi peşmandır. Hazırda həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. N7 sentyabr N0N0-ci il tarixdə baş verən 44 günlük Vətən Müharibəsində, habelə N0N3-cü ilin sentyabrında baş vermiş antiterror xarakterli döyüşlərdə iştirak etmişdir. 44 günlük Vətən Müharibəsində iştirakına görə “Vətən müharibəsi iştirakçısı”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalı, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə, həmçinin 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunmuşdur. Hazırda ELMETAL PLUS zavodunda elektrik montyoru vəzifəsində işləməklə ictimai faydalı əməklə məşğul olur. Odur ki, məhkəmədən ona cəza verilərkən bunların nəzərə alınmasını və ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş ŞahidN ifadəsində bildirmişdir ki, o, N nömrəli hərbi hissənin 6-cı divizionunun komandiri vəzifəsində, mayor hərbi rütbəsində xidmət edir. Təqsirləndirilən şəxs hərbi xidmət dövründə tanımışdır, onunla heç bir ədavəti və düşmənçiliyi olmamış, habelə yaxın qohumluq əlaqələri yoxdur, münasibətləri xidməti olmuşdur. xx.xx.N0N5-ci il tarixdə saat NN:00 radələrində onun tapşırığı ilə şəxsi heyətinin dolablarında və çantalarında hər hansı qadağan olunmuş predmetin olub-olmamasını yoxlamaq məqsədilə N nömrəli hərbi hissənin 6-cı divizionunun saxlanc anbarına baxış keçirilmişdir. Bu zaman baxış keçirən şəxslərdən gizir ŞahidN gizir Təqsirləndirilən şəxs aid olan əşya kisəsindəki tibbi ləvazimat olan pambıq bağlamanının içindən əl qumbarasına oxşar vasitə aşkar etmiş və həmin vasitəni orada olan digər hərbi qulluqçulara göstərmişdir. Vəziyəti gördükdən sonra dərhal o, məsələni hərbi hissə komandanlığına məruzə etmişdir. Təqsirləndirilən şəxs deməsinə görə Təqsirləndirilən şəxs “RQ- 4N” markalı əl qumbarasının gövdəsini və “YZRQM” markalı əl qumbarasının alışdırıcısını antiterror xarakterli lokal əməliyyat tədbirləri vaxtı Xocalı rayonu, Çanaqçı kəndində yerləşən meşədən tapmışdır. Hərbi hissə komandanlığı tərəfindən şəxsi heyətə döyüş əməliyyatları zamanı istifadə etdikləri, həmçinin əldə etdikləri döyüş sursatlarını təhvil verilməsi barədə xəbərdarlıq edilmiş, bu halda, yəni könüllü təqdim etdiklərinə görə cinayət məsuliyyətinə cəlb edilməyəcəkləri də bildirilmişdir. Təqsirləndirilən şəxs nizamlı, xidmət aparan hərbi qulluqçu kimi tanımışdır. Məhkəmə istintaqında ifadəsi elan edilərək tədqiq olunmuş ŞahidN ibtidai istintaqda verdiyi ifadəsində bildirmişdir ki, o, N nömrəli hərbi hissənin 6-cı divizionunun N6-cı batareyasının N-ci tağımının N-ci döyüş maşının komandiri vəzifəsində gizir hərbi rütbəsində xidmət edir. Təqsirləndirilən şəxs hərbi xidmət dövründə tanımışdır, onunla heç bir ədavəti və düşmənçiliyi olmamış, habelə yaxın qohumluq əlaqələri yoxdur, münasibətləri xidməti olmuşdur. NN may N0N5-ci il tarixdə saat NN:00 radələrində hərbi hissənin 6-cı divizionunun komandiri mayor ŞahidN tapşırığı ilə şəxsi heyətinin dolablarında və çantalarında hər hansı qadağan olunmuş predmetin olub-olmamasını yoxlamaq məqsədilə baxış keçirilərkən, o, gizir Təqsirləndirilən şəxs aid olan əşya kisəsindəki tibbi ləvazimat olan pambıq bağlamanın içindən əl qumbarasına oxşar vasitə aşkar etmiş və həmin vasitəni orada olan digər hərbi qulluqçulara göstərmişdir. Vəziyyəti gördükdən sonra dərhal məsələni müvafiq olaraq məruzə etmişlər. Təqsirləndirilən şəxs deməsinə görə RQ-4N markalı əl qumbarasının gövdəsini və YƏRQM markalı əl qumbarasının alışdırıxcısını antiterror xarakterli lokal əməliyyat tədbirləri vaxtı Xocalı rayonunun Çanaqçı kəndində yerləşən meşədən tapıb. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, işə əlavə edilmiş 05 oktyabr N0NN-ci il tarixli Azərbaycan Ordusunda hərbi xidmətə qəbul haqqında bağlaşmadan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.N0NN-ci ildə hərbi xidmətə qəbul olunmaq üçün 05 (beş) il müddətinə könüllü bağlaşma müqaviləsi bağlamışdır. İşə əlavə olunmuş N nömrəli hərbi hissə komandirinin N5 oktyabr N0NN-ci il tarixli, 305 №-li əmrindən çıxarışdan görünür ki, gizir Təqsirləndirilən şəxs N5 oktyabr N0NN-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, bütün növ təminatlara qoyulmuş və hərbi hissənin 6-cı divizionunun N8-ci batareyasının N-ci taqımının N-ci döyüş maşınının komandiri vəzifəsinə təyin edilmişdir. İşə əlavə olunmuş N nömrəli hərbi hissə komandirinin N4 sentyabr N0N3-cü il tarixli N7N nömrəli əmrindən çıxarışdan görünür ki, gizir Təqsirləndirilən şəxs Qarabağ iqtisadi zonasında və Azərbaycan-Ermənistan şərti dövlət sərhədində xüsusi tapşırıqların icrası məqsədilə N nömrəli hərbi hissə komandirinin müvafiq sərəncamına əsasən Füzuli, Şuşa, Xocalı, Əsgəran, Ağdərə, Xankəndi və Xocavənd rayonları ərazisində döyüş tapşırıqlarının icrasına cəlb olunmuş hesab edilmişdir. İşə əlavə olunmuş N nömrəli hərbi hissə komandirinin N7 sentyabr N0N3-cü il tarixli, 50N nömrəli əmrindən çıxarışdan görünür ki, gizir Təqsirləndirilən şəxs “FORD 550” markalı “N 687 QQ” dövlət qeydiyyat nişanlı döyüş maşının komandiri olaraq döyüş əməliyyatlarının icrasına cəlb olunmuşdur. İşə əlavə olunmuş N nömrəli hərbi hissə komandirinin N7 sentyabr N0N3-cü il tarixli, N85 saylı əmrindən çıxarışdan görünür ki, gizir Təqsirləndirilən şəxs xx.xx.N0N3-cü il tarixdən döyüş əməliyyatlarının icrasından qayıtmış hesab edilmişdir. İşə əlavə edilmiş müdafiə nazirinin birinci müavini-Azərbaycan ordusunun baş qərargah rəisinin NN may N0N5-ci il tarixli 063 gm nömrəli əmrindən çıxarışdan görünür ki, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin N56-cı maddəsinin «e» bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq N nömrəli hərbi hissənin giziri Təqsirləndirilən şəxs həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İşə əlavə edilmiş N nömrəli hərbi hissənin komandirinin N iyun N0N5-ci il tarixli, N67 saylı əmrindən çıxarışdan görünür ki, gizir Təqsirləndirilən şəxs N iyun N0N5-ci il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən hərbi xidmətdən ehtiyata buraxılaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon şöbəsinə göndərilmişdir. İşə əlavə edilmiş N nömrəli hərbi hissənin 6-cı divizionunun komandiri mayor ŞahidN NN may N0N5-ci il tarixli raportundan görünür ki, gizir Təqsirləndirilən şəxs aid əşya kisəsindəki pambıq bağlamanın içərisindən əl qumbarasına oxşar vasitə aşkar edilmişdir. İşə əlavə edilmiş N nömrəli hərbi hissə tərəfindən verilmiş arayışdan görünür ki, gizir Təqsirləndirilən şəxs əşya kisəsindən aşkar edilmiş 0N ədəd “RQ-4N” markalı əl qumbarasının gövdəsi və 0N ədəd “YZRQM” markalı əl qumbarasının alışdırıcısı hərbi hissəyə aid olmamış, NN may N0N5-ci il tarixdə hərbi hissədə silah-sursatlar ilə bağlı yoxlama keçirilmiş, hər hansı çatışmazlıq aşkar olunmamışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertizası Mərkəzinin xx.xx.N0N5-ci il tarixli, 3/599 nömrəli məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 0N (bir) ədəd predmet zavod üsulu ilə istehsal edilmiş, döyüş sursatı hesab edilən “RQ-4N” markalı, hücum təyinatlı qəlpəli əl qumbarasının hissəsidir-gövdəsidir, təyinatı üzrə istifadəyə yararlıdır, tədqiqata təqdim edilmiş 0N (bir) ədəd predmet qəlpəli “F-N, RQ-4N, RQD-5” əl qumbara gödvələrinin partladılması üçün istifadə edilən, zavod üsulu ilə istehsal edilmiş, döyüş surstanının hissəsi hesab edilən, “UZRQM” qumbara alışdırıcısıdır, təyinatı üzrə istifadəyə yararlıdır, tədqiqata təqdim edilən “RQ-4N” əl qumbara gövdələrinə, onun komplekt hissəsi olan bir ədəd “UZRQM” qumbara alışdırıcısı bağlandıqda, döyüş sursatı hesab edilmiş, hücum təyinatlı - “RQ-4N” qəlpəli əl qumbarası təşkil etmişdir. İşə əlavə edilmiş gizir Təqsirləndirilən şəxs məxsus əşya kisəsində əl qumbarasının aşkar olunması barədə NN may N0N5-ci il tarixli 43N4 nömrəli aktdan görünür ki, NN may N0N5-ci il tarixdə divizionun əşya saxlama otağına baxış keçirən zaman hərbi hissənin 6cı divizionunun N8-ci batareyasının N-ci tağımının N-ci döyüş maşınının komandiri vəzifəsində xidmət edən gizir Təqsirləndirilən şəxs məxsus əşya kisəsində tibbi ləvazimatın içərisndə olan pambığa bükülmüş N ədəd əl qumbarası aşkar olunmuşdur İşə əlavə edilmiş N nömrəli hərbi hissə tərəfindən verilmiş NN may N0N5-ci il tarixli 58/368 nömrəli arayışdan görünür ki, gizir Təqsirləndirilən şəxs N9-xx.xx.N0N3-cü il tarixli antiterror əməliyyatından bugünədək ezamiyyətə getməmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsindən alınmış xx.xx.N0N5-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İşə əlavə edilmiş N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamə ilə Təqsirləndirilən şəxs xidmət yeri üzrə mənfi cəhətdən xarakterizə olunmuşdur. İşə əlavə edilmiş N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti vərəqədən görünür ki, Təqsirləndirilən şəxs xidmət müddəti ərzində N4 dəfə həvəsləndirilmiş və 9 dəfə intizam qaydasında cəzalandırılmışdır. İşə əlavə edilmiş N nömrəli hərbi hissə tərəfindən Ağdam Hərbi Prokurorluğuna ünvanlanmış N9 may N0N5-ci il tarixli 58/36N nömrəli arayışdan görünür ki, 6-cı divizionun saxlancxında mövcud olan içərisindən əl qumbarasına oxşar predmet aşkar olunmuş əşya kisəsi həqiqətən də N8-ci batareyanın N-ci döyüş maşının komandiri gizir Təqsirləndirilən şəxs məxsusdur. İşə əlavə edilmiş N nömrəli hərbi hissə tərəfindən Ağdam Hərbi Prokurorluğuna ünvanlanmış N9 may N0N5-ci il tarixli məktubdan görünür ki, döyüş hazırlıq planına əsasən şəxsi heyətin əşya kisələrinə sıra baxışı ildə N dəfə keçirilir. İşə əlavə edilmiş M/V N49N93 nömrəli vəsiqənin təsdiqlənmiş surətindən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır. İşə əlavə edilmiş baxış keçirilməsi haqqında N7 iyun N0N5-ci il tarixli protokoldan görünür ki, N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu gizir Təqsirləndirilən şəxs NN may N0N5-ci il tarixdə məzuniyyətdə olarkən hərbi hissənin 6-cı divizionunun komandiri mayor ŞahidN tapşırığı ilə həmin divizionun saxlanc anbarında olan əşya kisələrinin yoxlanılması zamanı Təqsirləndirilən şəxs məxsus əşya kisəsindən 0N ədəd əl qumbarasının gövdəsi və 0N ədəd əl qumbarasının alışdırıcısı aşkar edilməsi faktı ilə bağlı araşdırma başlanmış, 97C-N5 nömrəli materialın araşdırılması zərurəti ilə əlaqədar götürülmüş 0N ədəd əl qumbarasının gövdəsi və 0N ədəd əl qumbarasının alışdırıcısına baxış keçirilmişdir. İşə əlavə edilmiş əşyanın maddi sübut hesab edilməsi haqqında N9 iyun N0N5-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə 0N (bir) ədəd «RQ-4N» markalı qəlpəli əl qumbarasının gövdəsi və 0N (bir) ədəd «UZRQM» əl qumbarasınının alışdırıcısı maddi sübut kimi hesab edilərək qablaşdırlıb və möhürlənmiş halda saxlanılması üçün N nömrəli hərbi hissəyə təhvil verilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji XNN Şəxsi tərəfindən Ağdam Hərbi Prokurorluğuna ünvanlanmış N0 iyun N0N5-ci il tarixli xx/xx-70N4 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Respublika Narkoloji Mərkəzdə narkoloji qeydiyyatda yoxdur. İşə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X9 Şəxsi tərəfindən Ağdam Hərbi Prokurorluğuna ünvanlanmış N0 iyun N0N5-ci il tarixli 3-N8-N9/N- 6043/N0N5 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmayıb. İşə əlavə edilmiş Qobustan Rayon Mərkəzi X9 Şəxsi tərəfindən verilmiş N3 iyun N0N5-ci il tarixli N8-N-53/N-545/N0N5 nömrəli məktubdan görünür ki, Məmmədov X5 RMX PHŞ-nın Poliklinika şöbəsinə psixonevroloji və narkoloji xəstəliklə bağlı heç bir müraciət etməmiş və dispanser qeydiyyatda durmur. İşə əlavə edilmiş cinayət törətməkdə şübhəli şəxs qismində tanımaq və qətimkan tədbiri seçmək haqqında NN iyul N0N5-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İşə əlavə edilmiş N nömrəli hərbi hissə tərəfindən Ağdam Hərbi Prokurorluğuna ünvanlanmış NN iyul N0N5-ci il tarixli 3-N5-9/N-N047/N0N5 nömrəli məktubdan görünür ki, araşdırma zərurəti ilə əlaqədar N5 sentyabr N0N3-cü il atrixdən NN may N0N5-ci il tarixədək Ağcabədi rayonunun ərazisində yerləşən mərkəzi tabelikdə olan hərbi hissələrin uçotunda RQ-4N əl qumbarası və UZRQM əl qumbarasının alışdırıcısı olmamışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş 07 iyul N0N4-cü il tarixli N4389 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs NN iyun N0NN-ci ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və onun hərbi xidmətə yararlı olması müəyyən edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Ağcabədi rayonunda yerləşən N nömrəli hərbi hissəsinin 6-ci divizionunun N8-ci batareyasının N-ci taqımın N-ci döyüş maşının komandiri vəzifəsində, gizir hərbi rütbəsində xidmətdə olarkən təxminən N8-N9 sentyabr N0N3-cü il tarixdə günorta saatlarında döyüş əməliyyatlarının icrası üçün cəlb edildiyi Xocalı rayonu, Çanaqçı kəndi yaxınlığında yerləşən meşə ərazisindən istifadəyə yararlı olmaqla bir-birinə bağlandıqda döyüş sursatı hesab edilən 0N (bir) ədəd “RQ-4N” markalı qəlpəli əl qumbarasının gövdəsini və 0N (bir) ədəd “UZRQM” əl qumbarasının alışdırıcısını aşkar edərək götürüb qanunsuz olaraq əldə etmiş, həmin döyüş sursatını zirehli gödəkçəsində gizlətdikdən sonra qanunsuz olaraq gəzdirmiş, daha sonra qeyd olunan döyüş sursatını əşya kisəsindəki pambıq bağlamanının içinə yerləşdirib döyüş maşını vasitəsilə qanunsuz olaraq xidmət etdiyi hərbi hissəyə daşımış, N0 sentyabr N0N3-cü il tarixdə ora qayıtdıqdan sonra əşya kisəsinə qoyduğu döyüş sursatını 6-cı divizionun saxlanc anbarına qoyaraq orada qanunsuz olaraq saxlamaqla ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özunün, şahidin ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət Prosessual qanunvericiliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.N–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 3N8.N–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli məhz Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz NN8.N–ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.N–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək, belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin NN8.N–ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM– in 8, 4N.N və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin NN8.N–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, bilavasitə qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etməsi, başqasına verməsi, satması, saxlaması, daşıması və ya gəzdirməsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.N–ci maddəsinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirini səmimi olaraq etiraf etməsini, ilk dəfə cinayət əməli törətməsini, AR ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etməsini onun barəsində cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan «Hərbi xidmətdə fərqlənməyə görə» 3-cü dərəcəli medalın vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, gizir Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 050t nömrəli N6 iyun N0N3-cü il tarixli əmri ilə «Hərbi xidmətdə fərqlənməyə görə» 3-cü dərəcəli medalla təltif olunmuşdur. Cinayət işinin materiallarında olan «Azərbaycan Ordusunun N00 illiyi (N9N8-N0N8)» Yubiley medalının vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, gizir Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 0N66t nömrəli N6 iyun N0N8-ci il tarixli əmri ilə «Azərbaycan Ordusunun N00 illiyi (N9N8-N0N8)»Yubiley medalı ilə təltif olunmuşdur. Cinayət işinin materiallarında olan İ-857 nömrəli Azərbaycan Respublikası medalının vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin N0N0-ci il N5 dekabr tarixli N363 nömrəli sərəncamı ilə «Zəngilanın azad olunmasına görə» medalı ilə təltif olunmuşdur. Cinayət işinin materiallarında olan İ-46066 nömrəli Azərbaycan Respublikası medalının vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin N0NN-ci il NN aprel tarixli N50s nömrəli sərəncamı ilə «Vətən müharibəsi iştirakçısı» medalı ilə təltif olunmuşdur. Cinayət işinin materiallarında olan İ-N0N nömrəli Azərbaycan Respublikası ordeninin vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin N0N0-ci il N5 dekabr tarixli N348 nömrəli sərəncamı ilə «3-cü dərəcəli «Rəşadət» ordeni ilə təltif olunmuşdur. Cinayət işinin materiallarında olan İ-N30N nömrəli Azərbaycan Respublikası medalının vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin N0N0-ci il N9 dekabr tarixli N369 nömrəli sərəncamı ilə «Qubadlının azad olunmasına görə» medalı ilə təltif olunmuşdur. Cinayət işinin materiallarında olan İ-N48N nömrəli Azərbaycan Respublikası medalının vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin N0N0-ci il N5 dekabr tarixli N36N nömrəli sərəncamı ilə «Füzulinin azad olunmasına görə» medalı ilə təltif olunmuşdur. Cinayət işinin materiallarında olan İ-NN78 nömrəli Azərbaycan Respublikası medalının vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin N0N0-ci il NN dekabr tarixli N358 nömrəli sərəncamı ilə «Cəbrayılın azad olunmasına görə» medalı ilə təltif olunmuşdur. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 6N.N-ci maddəsində sadalanan hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin NN8.N–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə islah işləri cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini ilk dəfədir ki, törətmişdir. Hazırda hərbi xidmətdən ehtiyata buraxılmışdır və ELMETAL PLUS zavodunda elektrik montyoru işləməklə ictimai faydalı əməklə məşğul olur. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilərək iş materiallarına əlavə edilmiş sorğudan görünür ki, Təqsirləndirilən şəxs EL METAL PLUS QSC-də elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru vəzifəsində çalışır və aylıq əmək haqqı 8N5 manat təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 4N.N–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə, Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi cinayət əməlindən peşman olmasını, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların məcmusunu, məhkəmənin Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin NN8.N-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması, həmçinin azadlıqdan məhrum etmə cəzalarından hər hansı birinin təyin olunmasını məqsədəuyğun hesab etməməsini, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini də nəzərə alıb, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin NN8.N-ci maddəsində müəyyən edilən aylıq qazancından dövlət nəfinə müəyyən faiz məbləğdə pul tutulmaqla islah işləri cəzasının təyin olunmasını məqsədəuyğun və cəzanın məqsədlərinə, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasna nail olunmasında yetərli hesab edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.N.N9-cu maddəsinin tələblərinə əsasən hazırkı cinayət işi üzrə maddi sübut olan saxlanılması üçün N nömrəli hərbi hissəyə təhvil verilmiş 0N ədəd “RQ-4N” markalı əl qumbarasının gövdəsi və 0N ədəd “YZRQM” markalı əl qumbarası üzərində hökm qanuni qüvvəyə mindikdən sonra N nömrəli hərbi hissəyə istifadə və sərəncam hüququ verilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.N.N0-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.N.NN-ci maddəsinə əsasən ekspertiza xərcinə dair bildirişə uyğun olaraq iş üzrə məhkəmə-ballistik ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri 64 (altmış dörd) manat təşkil etmişdir və həmin məbləğ məhkəmə xərcinə aiddir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 64 (altmış dörd) manat məbləğdə məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub dövlət nəfinə ödənilməlidir. Belə ki, işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə- Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə-ballistik ekspertiza tədqiqatı 64 (altmış dörd) manat təşkil etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.N.NN-ci maddəsinin tələblərinə əsasən cəzanın çəkilmə müddətinin hansı tarixdən başlanılması məsələsinə baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək islah işləri cəzasının başlanğıcı onun aylıq qazancından ilk məbləğin dövlət nəfinə tutulduğu gündən hesablanmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs təyin edilmiş islah işləri cəzasının icrasına münasibətdə Bakı şəhər Probasiya İdarəsinə, ekspertiza xərcinin ödənilməsinə münasibətdə Qaradağ rayon İcra şöbəsinə həvalə edilməlidir. İş üzrə üzərinə həbs qoyulmuş əmlak və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 35N-353, 356, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin NN8.N-ci maddəsi ilə təqsirli bilinsin və ona aylıq qazancından dövlət nəfinə 05 (beş) faiz məbləğdə pul tutulmaqla 0N (bir) il müddətə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasının başlanğıcı qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan və saxlanılması üçün N nömrəli hərbi hissəyə təhvil verilmiş 0N ədəd “RQ-4N” markalı əl qumbarasının gövdəsi və 0N ədəd “YZRQM” markalı əl qumbarası üzərində hökm qanuni qüvvəyə mindikdən sonra N nömrəli hərbi hissəyə istifadə və sərəncam hüququ verilsin. Təqsirləndirilən şəxs 64 (altmış dörd) manat məbləğdə məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub dövlət nəfinə ödənilsin. Hökmün icrası Təqsirləndirilən şəxs təyin edilmiş islah işləri cəzasının icrasına münasibətdə Bakı şəhər Probasiya İdarəsinə, ekspertiza xərcinin ödənilməsinə münasibətdə Qaradağ rayon İcra şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan N0 (iyirmi) gün müddətə Tərtər Hərbi Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Könül Şəfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar