Məhkəmə qərarları › İş №1-1(098)-106/2024

Tərtər Hərbi Məhkəməsi Hökm — İş №1-1(098)-106/2024

20.06.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tərtər rayonu İş № 1-1(098)-106/2024 20.06.2024 TƏRTƏR HƏRBİ MƏHKƏMƏSİ Tərtər Hərbi Məhkəməsinin sədri X18 oğlunun sədrliyi, X6 Şəmsəddin qızının katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs N saylı hərbi hissənini zabiti, leytenant Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Tərtər Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.2005-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki yaşamış, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, N nömrəli hərbi hissəsinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər, barəsində komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 29, 186.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tərtər Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs özgənin əmlakını yandırmaqla zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vuraraq qəsdən məhv etməyə cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.N3-cü il tarixdə SHXÇDX-nin Bakı şəhəri Sabunçu rayon idarəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılaraq, Goranboy rayonu Meşəli qəsəbəsi ərazisində dislokasiya olunmuş N nömrəli hərbi hissəsinin 1-ci əlahiddə minaatan batareyasının 1-ci minaatan taqımının 1-ci minaatanının heyət nəfəri vəzifəsində, əsgər rütbəsində hərbi xidmətdə olarkən, həmin batareyanın komandiri, leytenant Zərərçəkmiş şəxs xx.xx.N3-cü il tarixdə saat 20 radələrində əsgər yataqxanasında sıra düzülüşü zamanı şəxsi heyətin qarşısında qadağan olunduğu halda gizli olaraq mobil telefon işlədənlərin ünvanına nalayiq ifadələr işlətməsi xoşuna gəlmədiyindən Zərərçəkmiş şəxs maddi ziyan vuraraq qisas almaq məqsədi ilə ona məxsus 12.550 (on iki min beş yüz əlli) manat dəyərində “Chevrolet” markalı, “Cruze” modelli, **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobili tamamilə yandıraraq məhv etmək qərarına gəlmiş, xx.xx.N3-cü il tarixdə mühəndis anbarının mühafizəsi üçün saat 23:00dan 01:00-dək patrul nəfəri sutkalıq naryadında olduğu zaman cinayətkar niyyətini həyata keçirmək üçün “Qaz 3308” markalı, B 062 QQ hərbi qeydiyyat nömrəli hərbi avtomobil texnikasının yanacaq çəninin möhürünü sökərək çəndən 02 ədəd 0,5 litrlik plastik qaba benzin yanacağı doldurub həmin avtomobilin yaxınlığında gizlətmiş, xx.xx.N3-cü il tarixdə saat 05:00-dan 07:00-dək olan patrul nəfəri kimi yenidən növbədə olarkən saat 05 radələrində benzinlə dolu qabları gizlətdiyi yerdən götürüb Zərərçəkmiş şəxs batareyanın qarşısında hərbi qulluqçuların şəxsi avtomobillərinin saxlanması üçün nəzərdə tutulmuş dayanacaqda saxladığı avtomobilinin yanına gəlib yanğının yanacaq çənindəki yanacağa keçib daha tez alışması üçün qablardakı benzini avtomobilin yanacaq çəni istiqamətində sağ arxa təkərinə töküb alışqanla yandırmış, avtomobilin müəyyən hissələrinin yanması nəticəsində Zərərçəkmiş şəxs 3200 (üç min iki yüz) manat məbləğində ziyan vurmuş, lakin yanğın digər hərbi qulluqçular tərəfindən aşkar edilərək söndürüldüyündən və avtomobil tam yanmadığından, Təqsirləndirilən şəxs öz iradəsindən asılı olmayan səbəbdən cinayət əməlini başa çatdıra bilməyərək özgənin əmlakını yandırmaqla zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vuraraq qəsdən məhv etməyə cəhd etmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 29, 186.2.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.N3-cü il tarixdə Səfərbərlik üzrə Bakı şəhəri Sabunçu rayon idarəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış, əvvəl N saylı hərbi hissədə xidmət etmiş, xx.xx.N3-cü il tarixdə xidmət yeri N saylı hərbi hissəyə dəyişdirilmiş,həmin hərbi hissənin 1-ci əlahiddə minaatan batareyasının 1-ci minaatan taqımının 1-ci minaatanının heyət nəfəri vəzifəsində əsgər rütbəsində xidmət etmişdir. 19-20 sentyabr N3-cü il tarixdə keçirilmiş antititerror əməliyatında Suqovuşan yaşayış məntəqəsi istiqamətində iştirak etmişdir. Həmin vəzifədə olarkən xx.xx.N3-cü il tarixdə saat 20 radələrində N nömrəli hərbi hissənin Goranboy rayonu Meşəli qəsəbəsində yerləşən batareyanın əsgər yataqxanasında olduğu zaman həmin batareyanın komandiri, leytenant Zərərçəkmiş şəxs sıra düzülüşü üçün əsgər heyətini düzmüş, sıranın qarşısında olarkən Zərərçəkmiş şəxs əsgər heyətinə mobil telefon işlədilməsi ilə bağlı nalayiq ifadələr işlətməyə başlamışdır. Belə ki, Zərərçəkmiş şəxs sıranın qarşısında “eşitdiyimə görə batareyanın əsgər heyətində telefon var, indi xəbərdarlıq edirəm, gələcəkdə kimdəsə telefon tutsam həmin adamda ana, bacı qoymayacam” ifadəsini işlətmişdir. O, məzuniyyətdən qayıdanda özü ilə xidmət yerinə mobil telefon gətirmiş, həmin telefonu özündə olan pulla 61 manata almışdır. Yuxarı komandanlıq tərəfindən verilmiş göstərişə əsasən hərbi hissə daxilində telefondan istifadə etməyin qadağan olduğunu bilmişdir. O, Zərərçəkmiş şəxs sıranın qarşısında işlətdiyi nalayiq ifadədən əsəbləşərək Zərərçəkmiş şəxs “niyə söyüş söyürsən” demişdir. Zərərçəkmiş şəxs da cavabında “telefon işlətmirsənsə niyə üstünə götürürsən” demişdir. Bu söz ona pis təsir etmiş, Zərərçəkmiş şəxs nalayiq ifadə işlətməsi xoşuna gəlməmişdir. O, həmin vaxt Zərərçəkmiş şəxs heç nə deməsə də, ondan başqa formada qisas almaq niyyətinə düşmüşdür. xx.xx.N3-cü il tarixdə mühəndis anbarının mühafizəsi üçün 23:00dan 01:00-dək, 05:00-dan 07:00-dək əsgər Şahid1 ilə patrul nəfəri sutkalıq naryadı təyin edilmişdir. Həmin gün saat 23:30-da Zərərçəkmiş şəxs qisas almaq üçün sonuncunun idarə etdiyi, ona məxsus olduğunu bildiyi **-NB-*** dövlət qeydiyyat nişanlı, “CHEVROLET” markalı avtomobili tamamilə yandırmaq qərarına gəlmişdir. Bu barədə də heç kimə məlumat verməmişdir. xx.xx.N3-cü il tarixdə saat 01:15-də sanitar qovşaqda olan zibil qutusundan 02 ədəd 0,5 litrlik su qabı tapmış və artilleriya divizionuna məxsus “QAZ 3308” markalı, “B 062 QQ” hərbi qeydiyyat nişanlı avtomobilin möhürlənmiş yanacaq çəninin möhürünü sökmüş və həmin yerdən tapdığı 02 ədəd 0,5 litrlik su qabını yanacaqla doldurmuş, həmin yanacaq dolu qabları avtomobilə yaxın yerdə gizlətmiş və istirahət növbəsi olduğu üçün yatmağa getmişdir. xx.xx.N3-cü il tarixdə yenidən növbədə olduğu zaman saat 05:40-da Zərərçəkmiş şəxs avtomobilini yandırmaq üçün gizlətdiyi yanacaq dolu qabları götürərək avtomobilin yanına yaxınlaşmışdır. Avtomobil həmin zaman batareyanın qarşısında avtomobillər üçün nəzərdə tutulan dayanacaqda dayanmış vəziyyətdə olmuşdur. Avtomobilin yanına yaxınlaşdıqda həmin avtomobildən 10-15 metr kənarda başqa bir avtomobil də olmuşdur. Leytenant Zərərçəkmiş şəxs avtomobilini tanıdığından həmin avtomobilə yaxınlaşmış, ətrafda kiminsə olmadığından əmin olduqdan sonra öncədən üzərinə “1-0” yazısı yazdığı kartonu Zərərçəkmiş şəxs avtomobilin ön şüşəsiləninin altına yerləşdirmişdir. Həmin kartonu mühəndis anbarının yaxınlığında tapmışdır. Bundan sonra həmin yanacaq dolu qablardan birini tamamilə avtomobilin sağ arxa təkərinə və yanacaq çəninin üstünə tökmüş, 1-ci tökdüyü yanacaq qabını avtomobilin sağ arxa təkərin üzərinə yerləşdirmişdir. Daha sonra avtomobilə tökdüyü yanacağı alışdırmaq üçün 2-ci qabda olan yanacağı da əvvəl yanacaq tökdüyü hissədən tökmüş, sonra geriyə doğru getmiş, siqaret çəkən olduğuna görə üzərində olan alışqan vasitəsilə yanacağı yandırmışdır. Bundan sonra avtomobilin sağ arxa təkərini od bürüdüyünü gördüyündən oradan uzaqlaşmışdır. Daha sonra mövqeyə Şahid1 yanına getmiş, sonuncuya Zərərçəkmiş şəxs avtomobilini yandırdığını bildirmişdir. Şahid1 yanına çatdığı vaxt artıq avtomobilin yanına bir neçə hərbi qulluqçunun getdiyini onların səslərindən eşitmişdir. Daha sonra divizion komadiri X13 maşınını yandırdığını və Gəncə Hərbi prokurorluğunda ifadəsi alınarkən də maşını özü tərəfindən yandırdığını demişdir. O, suala cavab verərək göstərmişdir ki, xidmət vaxtı Zərərçəkmiş şəxs tərəfindən ona qarşı heç bir qanunsuz hərəkət olmamış, lakin sonuncu tərəfindən xidmət zamanı telefonla danışmağa və normal istrahət etməyə imkan verməmişdir. Bu səbəbdən onu qorxutmaq istəmiş, ondan əl çəkməsini, çox üstünə gəlməməsini istəmişdir. Zərərçəkmiş şəxs avtomobilini sıranın qarşısında əsgərlərə söyüş söydüyünə görə və əsgərlərlə humanist rəftar etmədiyinə görə yandırmışdır. Hazırda törətdiyi əməlinə görə peşmandır, hadisədən sonra Zərərçəkmiş şəxsla münasibətləri normallaşmış, məhkəmədə işinə baxılarkən Zərərçəkmiş şəxs etdiyi hərəkətinə görə üzr istəmiş və onunla barışmışdır. Zərərçəkmiş şəxs avtomobilini yandırması nəticəsində sonuncuya dəymiş ziyana görə valideyni tərəfindən 5 000 (beş min) manat məbləğində pul zərərçəkmişə ödənilmiş və ziyan tamamilə aradan qaldırılımışdır. Məhkəmədən qeyd edilənlərin və antiterror əməliyyatında iştirak etməsinin nəzərə alınaraq barəsində hərbi xidmətini davam etdirə biləcək yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs N nömrəli hərbi hissəsinin 1-ci əlahiddə minaatan batareyasının komandiri, leytenant Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 19 noyabr N3-cü il tarixdə saat 05:55 radələrində Goranboy rayonu Meşəli kəndi ərazisində yerləşən N nömrəli hərbi hissəsinin 1-ci əlahiddə minaatan batareyasının əsgər yataqxanasında olarkən adlarını xatırlamadığı hərbi qulluqçular ona məxsus olan avtomobilin alışaraq yandığını demişlər. Həmin vaxt batareyaya məxsus hərbi avtomobilin yandığını düşünərək dərhal çölə çıxıb avtomobil parkına tərəf qaçarkən mülki avtomobillərin saxlandığı dayanacaqda alov qalxdığını görmüşdür. Mülki avtomobillərin saxlanıldığı dayanacağa tərəf gedərkən ona məxsus olan “Chevrolet Cruze” markalı, **- NB-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ hissəsindən alışaraq yandığını görmüş və uca səslə ətrafda olan adlarını xatırlamadığı hərbi qulluqçulara su gətirmələrini demiş və avtomobilinə tərəf yaxınlaşmışdır. Qaranlıq olduğundan tanımadığı hərbi qulluqçulardan biri su ilə doldurulmuş vedrəni ona vermişdir. Həmin su ilə dolu olan vedrəylə yanğını söndürməyə başlamışdır. Yanğın avtomobilin iç hissəsinə keçdiyindən bel ilə avtomobilin arxa sağ şüşəsini sındırıb yanğını söndürməyə davam etmişdir. Adlarını xatırlamadığı hərbi qulluqçular vedrələrlə su gətirərək avtomobilin söndürülməsinə köməklik etmişdir. Yanğın təxminən 5-6 dəqiqə ərzində hərbi qulluqçuların da köməkliyi ilə söndürülmüşdür. Yanğın söndürüldükdən sonra avtomobilin saxlanc yerində olan ona məxsus əşya və əmlaklarını avtomobildən çıxartmışdır. Avtomobildə olan əmlakına hər hansı ziyan dəyməmişdir. Avtomobilin ön şüsəsinin sağ tərəfində şüşə silənin altında “1-0” yazı yazılmış karton parçası aşkar etmişdir. Həmin an avtomobilin kiminsə tərəfindən qəsdən yandırıldığını düşünmüşdür. Baş vermiş hadisə barədə hərbi hissə komandanlığına məlumat verilmişdir. Yanğın söndürüldükdən sonra təxminən saat 12 radələrində baş vermiş hadisə barədə DİN-nin “102” qaynar xəttinə məlumat vermişdir. Avtomobil artilleriya divizionunun qarşısında avtomobillər üçün nəzərdə tutulmuş dayanacaqda yandırıldığından ilkin olaraq mülkü şəxslər tərəfindən edildiyini düşünmüş, ona görə bu barədə DİN-nin “102” qaynar xəttinə məlumat vermiş və həmin orqanın əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmişdir. Bundan sonra xidmət yerinə geri qayıdıraq vəzifələrini icra etməyə başlamışdır. Həmin gün prokurorluq əməkdaşları da hərbi hissəyə gələrək araşdırma aparmağa başlamışlar. Əsgər Təqsirləndirilən şəxs prokurorluğa izahat verən zaman ona məxsus avtomobili qəsdən yandırdığını etiraf etmişdir. Təqsirləndirilən şəxsla söhbət edən zaman sonuncu ona 17 noyabr N3-cü il tarixdə düzülüş zamanı batareyanın şəxsi heyətinə heçkimin mobil telefon işlətməməsini, əgər kimdəsə mobil telefon aşkar etsə həmin şəxsə qarşı nalayiq ifadə işlədəcəyini deməsinə əsəbiləşərək qisas almaq qərarına gəldiyini, 18 noyabr N3-cü il tarixdə saat 23:00-dan 19 noyabr N3-cü il tarixdə saat 01:00-dək və 19 noyabr N3-cü il tarixdə saat 05:00-dan 07:00-dək mühəndis anbarının mühafizəsi üçün patrul nəfəri sutkalıq naryadına təyin olunduğu vaxtlarda 19 noyabr N3-cü il tarixdə saat 01:15 radələrində 2 ədəd 0.5 litrlik plastik qaba artilleriya divizonuna məxsus “Qaz 3308 markalı” B 062 QQ hərbi qeydiyyat nişanlı avtomobilin yanacaq çənindən möhürü sökərək yanacaq doldurub plastik qabları gizlətdiyini və 19 noyabr N3-cü il tarixdə saat 05:00-dan 07:00-dək yenidən patrul nəfəri xidmətində olarkən saat 05:40 radələrində yancaqla dolu plastik qablardakı yanacağı ona məxsus “Chevrolet Cruze” markalı, **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ arxa təkərinə və yanacaq çəninin üzərinə tökərək avtomobili tamamilə yandıraraq məhv etmək məqsədilə alışqanla yandırdığını və üzərinə “1-0” yazdığı kağız parçasını avtomobilin qabaq şüşə siləninin altına yerləşdirdiyini, daha sonra isə mühəndis anbarının yanına qayıtdığını demişdir. Bundan sonra artilleriya divizonuna məxsus “Qaz 3308 markalı” B 062 QQ hərbi qeydiyyat nişanlı avtomobilin yanacaq çəninə baxış keçirilərkən yanacaq çənində olan möhürün söküldüyü aşkar edilmişdir. O, daha sonra göstərmişdir ki, “Chevrolet Cruze” markalı, **-NB-*** dövlət qeydiyyat nişanlı, şəxsi istifadəsində olan avtomobili dostu Bakı şəhərində yaşayan X7 pul göndərərək almış, özünün xidmətdə olması səbəbindən avtomobilə Bakı şəhərinə gedərək baxmasına imkan olmadığından avtomobili dostu Ruslan Kosayevin arvadı X1 adına almışdır. Avtomobili N4-cü ilin fevral ayında tanışı olan X3 usta kimi fəaliyyət göstərdiyi Ağstafa rayonu Dağkəsəmən kəndindəki təmir sexinə aparmış, orada avtomobili təmir etdirmiş, təmir zamanı 1700 (bir min yeddi yüz) və 500 (beş yüz) manat olmaqla 2200 (iki min iki yüz) manat məbləğində detallara pul xərcləmiş, ustaya isə əl haqqı kimi 1000 (min) manat məbləğində pul vermiş, ümumilikdə avtomobilinin yanması nəticəsində ona əvvəl 3200 (üç min iki yüz) manat məbləğində ziyan dəymiş, daha sonra ziyan məbləği artmış, buna görə ona dəymiş maddi ziyanın Təqsirləndirilən şəxs atası Mübariz Mikayılov tərəfindən ödənilməklə, ümumilikdə Mübariz Mikayılov tərəfindən ona 5 000 (beş min) manat pul ödənilmişdir. Onun əsgər Təqsirləndirilən şəxsla aralarında əvvəllər hər hansı dava-dalaş halı olmamamış, o, Təqsirləndirilən şəxs intizamlı hərbi qulluqçu kimi tanımış, onun intizamsız hərəkəti etməsini digər köhnə əsgərlərin sözü ilə etməsini düşünür. Hadisədən sonra ona dəymiş maddi ziyanın Təqsirləndirilən şəxs atası Mübariz Mikayılov tərəfindən tam olaraq ödənilmiş və məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ondan üzr istəmiş və onunla barışmışdır. Hazırda onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən göstərdiklərinin nəzərə alınaraq Təqsirləndirilən şəxs və digər əsgərlərə tərbiyəvi təsir göstərmək məqsədilə Təqsirləndirilən şəxs 2-3 aylıq müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid N nömrəli hərbi hissənin 1-ci əlahiddə minaatan batareyasının 1-ci taqımının 3-cü manqasının heyət nəfəri, əsgər Şahid1 ifadəsində göstərmişdir ki, əsgər yoldaşı Təqsirləndirilən şəxs ilə birlikdə 18 noyabr N3-cü il tarixdən 19 noyabr N3-cü il tarixədək mühəndis anbarının mühafizəsi üçün patrul nəfəri sutkalıq naryadına təyin olunmuş, Təqsirləndirilən şəxs yaxşı əsgər kimi tanımışdır. 19 noyabr N3cü il tarixdə saat 05:00-dan 07:00-dək patrul nəfəri xidmətində olarkən saat təxminən 05:30 radələrində Təqsirləndirilən şəxs batareya komandiri, leytenant Zərərçəkmiş şəxs məxsus “Chevrolet Cruze” markalı **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobili yandıracağını ona demişdir. O, Zərərçəkmiş şəxs nizamnamə qaydasında tələbkar zabit olduğunu bilsədə lakin Təqsirləndirilən şəxs və digər hərbi qulluqçulara pis münasibət göstərdiyini görmədiyindən Təqsirləndirilən şəxs komandirin avtomobilini yandırmamasını demiş, sonuncu təkidlə edəcəyini bildirib onun sözlərinə qulaq asmamış və mühəndis anbarından mülki avtomobillərin saxlanılması üçün nəzərdə tutulan dayancağa tərəf hərəkət etməyə başlamışdır. Təqsirləndirilən şəxs təxminən 20-25 dəqiqiə sonra mühədis anbarına onun yanına qayıtmış və batareya komandiri, leytenant Zərərçəkmiş şəxs məxsus “Chevrolet Cruze” markalı **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobili yandırdığını demişdir. Təxminən 5-10 dəqiqə sonra hərbi qulluqçulardan batareya komandiri, leytenant Zərərçəkmiş şəxs avtomobilinin yanmasını eşitdir. Həmin gün axşam saatlarında Təqsirləndirilən şəxs niyə leytenant Zərərçəkmiş şəxs avtomobilini yandırdığını soruşduqda Təqsirləndirilən şəxs 17 noyabr N3-cü il tarixdə düzülüş zamanı leytenant Zərərçəkmiş şəxs batareyanın şəxsi heyətinə heçkimin mobil telefon işlətməməsini, əgər kimdəsə mobil telefon aşkar etsə ona qarşı nalayiq ifadə işlədəcəyini deməsinə əsəbiləşərək qisas almaq qərarına gəldiyini, 18 noyabr N3-cü il tarixdə saat 23:00-dan 19 noyabr N3-cü il tarixdə saat 01:00-dək və 19 noyabr N3-cü il tarixdə saat 05:00-dan 07:00dək mühəndis anbarının mühafizəsi üçün patrul təyin olunduğu vaxtlarda 19 noyabr N3-cü il tarixdə növbəni təhvil verdikdən sonra saat 01:15 radələrində 2 ədəd 0.5 litrlik plastik qaba artilleriya divizonuna məxsus “Qaz 3308 markalı” B 062 QQ hərbi qeydiyyat nişanlı avtomobilin yanacaq çənindən möhürü sökərək yanacaq doldurub plastik qabları gizlətdiyini və 19 noyabr N3-cü il tarixdə saat 05:00-dan 07:00-dək mühəndis anbarının mühafizəsi üçün patrul xidmətində olarkən saat 05:40 radələrində yanacaqla dolu plastik qablardakı yanacağı leytenant Zərərçəkmiş şəxs məxsus “Chevrolet Cruze” markalı, **- NB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ arxa təkərinə və yanacaq çəninin üzərinə tökərək avtomobili tamamilə yandıraraq məhv etmək məqsədilə alışqanla yandırdığını və üzərinə “1-0” yazdığı kağız parçasını avtomobilin qabaq şüşə siləninin altına yerləşdirdiyini, daha sonra isə mühəndis anbarının yanına qayıtdığını demişdir. Məhkəmə iclasında dindirilmiş şahid N nömrəli hərbi hissənin artilleriya divizionunun tank əleyhinə batareyasının 1-ci taqım 1-ci topunun komandiri, baş çavuş Şahid2 ifadəsində göstərmişdir ki, 18 noyabr N3-cü il tarixdən 19 noyabr N3-cü il tarixinə keçən gecə istirahət vaxtı olduğundan Goranboy rayonu Meşəli qəsəbəsi ərazisində N nömrəli hərbi hissənin divizionunun yataqxanasında yatdığı zaman təxminən səhər saat 5-6 radələrində səs-küyə oyanmışdır. Əsgər heyətinin və digər hərbi qulluqçuların qaça-qaça yanğın söndürülməsinə su daşıdıqlarını müşahidə etmişdir. Hərbi qulluqçular minaatan batareyasının komandiri, leytenant Zərərçəkmiş şəxs avtomobilinin yandığını, yanğının söndürülməsi üçün su daşıdıqlarını demişlər. O da dərhal yanğın söndürülməsinə kömək üçün su və torpaq daşımağa başlamışdır. Təxminən 10-15 dəqiqə ərzində yanğının yayılmasının qarşısını alaraq söndürmüşlər. Şahid2 ifadəsində həmçinin, hadisənin N nömrəli hərbi hissənin Goranboy rayonu Meşəli qəsəbəsində yerləşən artilleriya divizionunun avtomobil dayanacağında xx.xx.N3-cü il tarixdə səhər saat 05 radələrində baş verdiyini, həmin hadisə zamanı leytenant Zərərçəkmiş şəxs **-NB-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Cruze” markalı avtomobilinin yandığını, əvvəlcə hansı səbəbdən baş verməsini bilməsə də, sonradan avtomobilin həmin batareyada əsgər kimi müddətli həqiqi hərbi xidmətdə olan Təqsirləndirilən şəxs tərəfindən yandırıldığını eşitmişdir. Məhkəmə iclasında dindirilmiş şahid N nömrəli hərbi hissənin artilleriya bölmə rəisi, mayor X11 ifadəsində göstərmişdir ki, leytenant Zərərçəkmiş şəxs və əsgər Təqsirləndirilən şəxs xidmət müddətində tanımış, münasibətləri xidməti olmuşdur. O, hadisədən sonra Təqsirləndirilən şəxs xx.xx.N3-cü il tarixdə saat 05:00-dan 07:00-dək olan patrul nəfəri kimi yenidən növbədə olarkən saat 05 radələrində benzinlə dolu qabları gizlətdiyi yerdən götürüb Zərərçəkmiş şəxs batareyanın qarşısında hərbi qulluqçuların şəxsi avtomobillərinin saxlanması üçün nəzərdə tutulmuş dayanacaqda saxladığı avtomobilinin yanına gəlib qablardakı benzini avtomobilin yanacaq çəni istiqamətində sağ arxa təkərinə töküb alışqanla yandırdığını və avtomobilin müəyyən hissələrinin yanması nəticəsində Zərərçəkmiş şəxs ziyan vurduğunu eşitmişdir. Bununla bağlı raport yazılmış və araşdırılma başlanmışdır. Hadisədən bir müddət sonra batareya komandiri Zərərçəkmiş şəxs ona yaxınlaşmış, əsgər Təqsirləndirilən şəxs nizamnamə tələblərinə əməl etmədiyini, geyim qaydasını pozması ilə bağlı irad tutulduğu halda batareya komandirinə «bəs sən niyə mayka geyinməmisən?”» kimi ifadələr işlətdiyini bildirmişdir. O,bununla bağlı Təqsirləndirilən şəxsla fərdi söhbət aparmış, nizamnamə tələblərini yerinə yetirməməsinin səbəbini soruşmuş, sonuncu cavabında batareya komandiri Zərərçəkmiş şəxs sıranın qarşısında şəxsi heyətin ünvanına nalayiq sözlər işlətdiyini, məzuniyyətə göndərilmələrində çətinliklər yaratdığını bildirmiş, sırada olan şəxsi heyət isə Təqsirləndirilən şəxs dediklərini təkzib edərək batareya komandiri Zərərçəkmiş şəxs sıranın qarşısında nalayiq sözlər işlətmədiyini, onların məzuniyyətə göndərilmələrinə çətinliklər yaratmadığını bildirmişlər. O, daha sonra göstərmişdir ki, hadisə nəticəsində Zərərçəkmiş şəxs dəymiş 5 000 (beş min) manat maddi ziyan Təqsirləndirilən şəxs atası Mübariz Mikayılov tərəfindən ödənilmişdir. Məhkəmə iclasında dindirilmiş şahid N nömrəli hərbi hissənin batareyanı tağım komandiri, baş leytenant X15 ifadəsində göstərmişdir ki, o, leytenant Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs xidmət müddətində tanımış, münasibətləri xidməti olmuşdur. Leytenant Zərərçəkmiş şəxs nizamnamə qaydasında tələbkar zabit olmuşdur. Təqsirləndirilən şəxs komandir heyətinin nizamnamə çərçivəsində vermiş olduğu tapşırıqları yerinə yetirməkdə çətinlik çəkmişdir. Əsgər Təqsirləndirilən şəxs məzuniyyətdən qayıdarkən yuxarı komandanlıq tərəfindən qoyulmuş tələblərə zidd olaraq hərbi hissəyə smartfon tipli telefon gətirmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. Ailədə o yeganə oğul övladıdır. Oğlu Bayram N3-cü ilin aprel ayında Səfərbərlik üzrə Bakı şəhəri Sabunçu rayon idarəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılaraq, əvvəl N nömrəli, daha sonra N nömrəli hərbi hissədə xidmət etmiş, xidmət müddətindən 19-20 sentyabr N3-cü il tarixdə keçirilmiş antiterror əməliyyatında iştirak etmişdir. Hadisə ilə bağlı onu deyə bilər ki, N3-cü ilin noyabr ayında oğlu Bayram ona zəng vurmuş, batareya komandiri, leytenant Zərərçəkmiş şəxs avtomobilini yandırmasını ona bildirmişdir. O, oğlu Bayramdan komandirin avtomobilini hansı səbəbdən yandırmasını soruşmuş, oğlu cavabında batareya komandirir Zərərçəkmiş şəxs narazı olduğunu, daha sonra “yandırdım da, bilmirəm yandırdım” demişdir. Onun oğlunun xidmət yerində telefon işlətməyindən məlumatı olmamışdır.Həmin ərəfələrdə o, oğlu Bayramın xidmət yerinə gəlmiş, leytenant Zərərçəkmiş şəxsla görüşmüş,sonuncunun avtomobilinin təmiri üçün 5 000 (beş min) manat məbləğində pul ödəmişdir. Bundan sonra leytenant Zərərçəkmiş şəxsla oğlu Bayram barışmışdır. Hadisə yerinə baxış keçirilməsi haqqında 19 noyabr N3-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Müdafiə Nazirliyinin Goranboy rayonu Meşəli qəsəbəsi ərazisində dislokasiya olunmuş N nömrəli hərbi hissəsinin artilleriya divizionunun qarşısında olan avtomobillər üçün nəzərdə tutulmuş dayanacaqdır. Avtomobil dayanacağında yanmış halda olan avtomobilə baxdıqda həmin avtomobil ana yoldan 3 metr hündürlükdə olmaqla, divizionun qərargahının önündən 65 metr məsafədə yola paralel şəkildə dayanmışdır. Avtomobilə baxış keçirilərkən müəyyən edildi ki, “Chevrolet Cruze” markalı, **-NB-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobildir. Avtomobilin ön və arxa qapılarının şüşələri şəffaf, arxa şüşəsi isə qara üzlük (plyonka) ilə üzlənmişdir. Avtomobilin sağ arxa qapısının qapısının qalxıb-enən şüşəsi istisna olmaqla, digər şüşələri yerindədir və tamlıqları pozulmamışdır. Sağ arxa qapının qalxıb-enən şüşəsi qırılmış vəziyyətdə olmaqla şüşə qırıntıları avtomobilin arxa oturacağına və sağ tərəfdən çölə doğru əraziyə səpələnmiş vəziyyətdədir. Avtomobilin sağ arxa tərəfi bütövlükdə yanmaya məruz qalmışdır və bu səbəbdən həmin hissədə avtomobilin səthi qaralmış, tüstüyə bulaşmış, eləcə də boyası yanmış vəziyyətdədir. Həmçinin, avtomobilin sağ arxa təkərinin şin hissəsinin əksərriyəti yanmaya məruz qalmışdır. Avtomobilin yanacaq çəninin qapaq hissəsi sağ arxa tərəfdə yerləşdiyindən həmin hissə də yanmadan təsirlənmişdir və çənin qapağının yerində olmadığı aşkar edilir. Baş vermiş yanğından avtomobilin sağ arxa işıqları və buferin yarıdan sağ hissəsi bütövlükdə yanmış vəziyyətdədir. Yanğının baş verdiyi yerin torpaq səthində avtomobil hissələrinin yanmış qırıntıları müəyyən edilir. Avtomobilin ön və arxa nömrələri yerində olmaqla tamlığı pozulmamışdır. Avtomobilin ön şüsəsinin sağ aşağı tərəfində şüşəsilənin alt hissəsinə keçirilmiş 1 ədəd ağ rəngli karton lövhə aşkar edilir, lövhənin üzərində “1-0” yazılmışdır. Həmin lövhə iş üçün əhəmiyyətli olduğundan tərəfimdən müvafiq qaydada qablaşdırılaraq götürüldü. Avtomobilin ön şüsəsinin sağ aşağı tərəfində şüşəsilənin alt hissəsinə keçirilmiş 1 ədəd ağ rəngli karton lövhə aşkar edilir, lövhənin üzərində “1-0” yazılmışdır. Avtomobilin arxa sağ qapısınə açaraq içərisinə baxdıqda qapının kənar hissələrinin yanmadan təsirləndiyi, eləcə də arxa oturacağın üzərində və ayaqaltı rezinlərin üzərində şüşə qırıntılarının olduğu müəyyən olunur. Avtomobilin arxa sağ qapısının enib-qalxan hissəsinə taxılan pərdənin yuxarı kənar hissəsi dairəvi formalı cırılmış vəziyyətdədir. Avtomobilin içəri oturacaqları və digər hissələri yanmadan təsirlənməmişdir və tamlıqları pozulmamışdır. Avtomobilin yanmasına səbəb olan dəlillərin müəyyən edilməsi məqsədi ilə hadisə yerinə ətraflı baxış keçirdikdə avtomobilin sağ arxa təkərinin ön hissəsində torpağın üzərində, içərisində yanacaq daşınaraq həmin yanacaqla avtomobilin sağ arxa hissəsinin yandırılmasında istifadə olunduğu ehtimal olunan bir ədəd plastik maye qabının hissəsi aşkar edildi. Həmin plastik maye qabı baş tərəfdən aşağıya doğru yanmış vəziyyətdədir və iş üçün əhəmiyyətli olduğundan tərəfimdən müvafiq qaydada qablaşdırılaraq götürüldü. Hadisə yerinə baxış keçirilməsi haqqında 19 noyabr N3-cü il tarixli digər protokoldan görünür ki, baxış keçirilən yer Goranboy rayonu Meşəli qəsəbəsi ərazisində yerləşən MNnin N nömrəli hərbi hissəsinin artilleriya divizionunun avtomobil dayanacağıdır. Zərərçəkmiş şəxs həmin yeri təqdim edərək ona məxsus “Chevrolet Cruze” markalı, **-NB- *** dövlət qeydiyyat nişanlı avtomobilinin orada yandırılmasını bildirmişdir. Dayancaq divizionun qərargahının sol tərəfində aşağıda yerləşir. Dayanacağın ölçüsü 20x30 metrdir. Baxış zamanı duracaqda 9 avtomobil olmuşdur. Duracağın giriş hissəsində soldan 2-ci avtomobil Zərərçəkmiş şəxs avtomobilidir. Avtomobilin arxa sağ təkəri, arxa buferi, arxa sağ işıq cihazları, arxa yük yeri, arxa oturacağın sağ tərəfi, arxa sağ qapısının içərisinin plastik və parça hissələri yanmışdır. Avtomobilin sağ arxa təkərinin yanında yerdə ərimiş plastik su butulkası qabları vardır. Eyni zamanda avtomobilin ön şüşə siləninin sağ hissəsinin altında üzərində “1-0” yazısı qeyd edilmiş karton parçası vardır. Baxış keçirilməsi haqqında 15 yanvar N4-cü il tarixli protokoldan görünür ki, 1 ədəd üzərinə “1-0” formasında yazı yazılmış lövhəyə təbii işıq altında baxarkən həmin lövhənin üzərində qələmlə “1-0” yazısı yazılmışdır. Həmin lövhənin üzərində bundan başqa hər hansı yazı yoxdur. 2 ədəd üzərində yanmaya xas əlamətlər olan plastik qablara baxdıqda isə onların plastik qab olduğu, sonradan alışma zamanı əriyərək deformasiyaya uğraması görünür. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.N3-cü il tarixli 9/9025 nömrəli rəyindən görünür ki, “Chevrolet Cruze” markalı, **-NB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin zədələnməmişdən qabaq təyinatı üzrə istifadəyə tam yararlı (normal) vəziyyətdə orta bazar qiyməti nəzəri qaydada təxminən 12550,00 (11,000+13500+12500+13200=50200: 4) manat müəyyən olunur. N nömrəli hərbi hissənin 1-ci əlahiddə minaatan batareyasının komandiri, leytenant Zərərçəkmiş şəxs xx.xx.N3-cü il tarixli 10704 daxilolma nömrəli təqririndən görünür ki, 19 noyabr N3-cü il tarixdə saat 05:50 radələrində ona məxsus **-NB-*** nömrəli “Chevrolet” markalı, “Cruze” modelli avtomobil qəsdən yandırılmışdır. Zərərçəkmiş şəxs xx.xx.N3-cü il tarixli ərizəsindən görünür ki, xx.xx.N3-cü il tarixdə səhər saat 05:50-də xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin Goranboy rayonu Meşəli qəsəbəsində yerləşən divizionunun avtodayacağında saxladığı ona məxsus “Chevrolet” markal, “Cruze” modelli, **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobilinin arxa hissəsi naməlum şəxs və ya şəxslər tərəfindən yandırılmışdır. Xocalı rayon Polis şöbəsinin növbətçi hissəsinin məsul növbətçisi, polis polkovnikleytenantı Babək Əliyevin xx.xx.N3-cü il tarixli təqririndən görünür ki, xx.xx.N3-cü il tarixdə saat 12:12-də Qazax rayonu Daşsalahlı kənd sakini Zərərçəkmiş şəxs (tel:051-569-35- 85tel:***-***-**-**) DİN-nin “102” xidməti-zəng mərkəzi sisteminə zəng edərək, xx.xx.N3-cü il tarixdə səhər saat 06 radələrində Goranboy rayonu Meşəli qəsəbəsində “Chevrolet” markalı, “Cruze” modelli, **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobilinin naməlum şəxs tərəfindən arxa sağ hissəsinin yandırılmasını və avtomobil üzərində “1-0” yazılmasını bildirmişdir. Zərərçəkmiş şəxs xx.xx.N4-cü il tarixli ərizəsindən görünür ki, 19 noyabr N3-cü il tarixdə əsgər Təqsirləndirilən şəxs tərəfindən ona məxsus “Chevrolet” markalı, “Cruze” modelli, **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobilinin yandırılması nəticəsində ona dəymiş ziyan atası Mübariz Mikayılov tərəfindən 11 yanvar N4-cü il tarixdə tam olaraq ödənildiyindən onun Təqsirləndirilən şəxs qarşı hər hansı maddi tələbi və ya şikayəti olmamışdır. N nömrəli hərbi hissə komandirinin N iyun N3-cü il tarixli, 189 nömrəli əmrindən çıxarışdan görünür ki, Müdafiə nazirinin müavini – X2 24 iyun N3-cü il tarixli 033 nömrəli sərancamına əsasən Təqsirləndirilən şəxs Gəncə şəhəri N nömrəli hərbi hissədən gəldiyinə görə N iyun N3-cü il tarixdən şəxsi heyətin siyahısına daxil edilmiş, bütün növ təminatlara qoyulmuş və N nömrəli hərbi hissənin 1-ci əlahiddə minaatan batareyasının 1ci minaatan taqımının 1-ci minaatanın heyət nəfəri vəzifəsinə təyin olunmuşdur. N nömrəli hərbi hissədən təqdim edilmiş xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xidməti cəhətdən mənfi xarakterizə olunmuşdur. N nömrəli hərbi hissə komandirinin N sentyabr N3-cü il tarixli, 276 nömrəli əmrindən çıxarışdan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs xüsusi tapşırığı yerinə yetirmək üçün «Suqovuşan» yaşayış məntəqəsi istiqaməti üzrə getmiş hesab edilmişdir. DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə çıxışları zamanı dövlət ittihamcısının Təqsirləndirilən şəxs 03 (üç) il 06 (altı) ay müddətinə azadılıqdan məhrumetmə cəzasına məhkum edilməsi bağlı təklifi ilə zərərçəkmiş şəxs razılaşmayaraq məhkəmədən hadisədən sonra ona dəymiş maddi ziyanın Təqsirləndirilən şəxs atası Mübariz Mikayılov tərəfindən tam olaraq ödənildiyindən, məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ondan üzr istəyərək onunla barışdığından, hazırda onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi olmadığından Təqsirləndirilən şəxs və digər əsgərlərə tərbiyəvi təsir göstərmək məqsədilə Təqsirləndirilən şəxs 2-3 aylıq müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilməsini xahiş etmişdir. Müdafiəçi məhkəmə çıxışı zamanı məhkəmədən Təqsirləndirilən şəxs gənc olmasını, Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini və cinayət nəticəsində ona dəymiş ziyanı tamamilə aradan qaldırmasını, hal-hazırda xidmətini normal şəkildə davam etdirməsinin nəzərə alınaraq barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş cəzanın şərti olaraq tədbiq edilməsini xahiş etmişdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini və sənədləri Azərbaycan Respublikası CPM-nin (bundan sonra CPM-nin) 124-137-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları həmin məcəllənin 143-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 29, 186.2.2-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmiş və bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, o, göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzaya məruz qalmalıdır. Onun cəzadan azad edilməsinə əsaslar yoxdur və bu maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən CM-nin 8.1, 41.2, 58-62-ci maddələrinin müddəalarını rəhbər tutur. Həmin məcəllənin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi təqsirkarın şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdırılan hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təyin edilən cinayət cəzası Azərbaycan Respblikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun gənc olmaqla, ilk dəfə az ağır cinayət əməli törətməsini, törətdiyi cinayəti səmimi etiraf edərək əməlindən peşman olmasını, hadisədən sonra Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini və cinayət nəticəsində ona dəymiş ziyanı tamamilə aradan qaldırmasını, 19-20 sentyabr N3-cü il tarixdə anti-terror əməliyyatda iştirak etməsini, ailədə yeganə oğul övladı olmasını, CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir və nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Adı çəkilən Plenum Qərarının 1-ci maddəsinə görə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Avropa Şurası Nazirlər Komitəsinin üzv dövlətlərə tövsiyyələrində də vurğulanır ki, cəzaçəkmə yerlərinin maliyyə məsrəhərinin cəmiyyətin üzərində ağır yük olduğunu və həbsin çox zaman mənfi nəticələr doğurduğunun və hüquq pozucularını islah etmədiyinin tədqiqatlar nəticəsində aşkar edilir. Yenə, Avropa Şurası Nazirlər Komitəsinin R (99) 22 saylı tövsiyyəsində cəza siyasətinin humanistləşdirilməsi ilə əlaqədar mühüm əhəmiyyət daşıyan bir sıra hallara toxunularaq aşağıdakıları qeyd etmişdir: Həbsxanalarda həddən artıq insan olmasının və məhbusların artmasının həbsxana müdiriyyətləri və bütövlükdə cinayət mühakimə icraatı sistemi üçün həm insan hüquqları, həm də cəzaçəkmə müəssisələrinin səmərəli idarə edilməsi baxımından mühüm problem təşkil edir. Məhbusların səmərəli idarə edilməsinin cinayətkarlığın ümumi vəziyyəti, cinayətkarlığın nəzarətdə saxlanmasında prioritetlər, qanunlar toplusunda nəzərdə tutulan müxtəlif növ cəzalar, təyin edilən cəzaların ağırlığı, ictimai sanksiyalardan və tədbirlərdən nə dərəcədə tez-tez istifadə edilməsi, cinayət mühakimə icraatı orqanlarının işinin səmərəliliyi və təsirliliyi, xüsusən də ictimaiyyətin cinayətə və cəzaya münasibəti kimi məsələlərdən asılıdır. Belə tədbirlərin qanunun aliliyi ilə idarə olunan və insan hüquqlarının təmin edilməsindən ibarət ali məqsədə tabe olan demokratik dövlətlərin əsas prinsiplərinə, İnsan hüquqları haqqında Avropa Konvensiyasına və onun tətbiqinin həvalə olunduğu orqanların presedent hüququna uyğun gəlməlidir. Əsas prinsiplər kimi üzv dövlətlərə tövsiyyədə aşağıdakılar bildirilir: -Azadlıqdan məhrum etmə ən son vasitə qismində istifadə edilən sanksiya və ya tədbir hesab edilməli və buna görə də yalnız hüquq pozuntusunun ciddiliyi hər hansı başqa sanksiyanı və ya tədbiri açıq-aydın qeyri-adekvat etdiyi təqdirdə nəzərdə tutulmalıdır. -Cəzanın nisbi ağırlığı üzrə dərəcələrə bölünən müvafiq ictimai sanksiya və tədbirlər toplusu hazırlanmalı, prokurorlar və hakimlər onlardan mümkün qədər geniş istifadəyə sövq edilməlidir. -Həbsxanalarda həddən artıq insan olmasına və məhbusların artmasına qarşı ardıcıl strategiya düşünüb tapmaq üçün buna şərait yaradan əsas amillərin ətraflı təhlili həyata keçirilməli, bu təhlildə xüsusən uzun müddətə azadlıqdan məhrum etmə cəzasına səbəb olan hüquq pozuntusu növləri, cinayətkarlığın nəzarətdə saxlanmasında prioritetlər, ictimaiyyətin mövqeyi və narahatçılıqları, habelə mövcud cəza təyin etmə praktikası kimi məsələlər nəzərdən keçirilməlidir. Tövsiyyədə diqqətə çatdırılır ki, azadlıqdan məhrum etmənin əvəzinə istifadə edilə bilən ictimai sanksiya və tədbirləri nəzərdə tutarkən azadlıqdan məhrumetmə cəzası təyin etmədən müstəqil sanksiya qismində probasiyanm (şərti cəzanın) təyin edilməsi, zərərçəkənlə hüquq pozucusu arasında mediasiya (vasitəçilik) və zərərçəkənə dəymiş ziyanın kompensasiyası; hərəkət sərbəstliyinin məhdudlaşdırılması nəzərə alınmalıdır. Cəza təyin edilməsinin məntiqi əsaslarmdakı məqsəd digər məsələlərlə yanaşı azadlıqdan məhrumetmə cəzalarından istifadəni azaltmaq, ictimai sanksiyaların və tədbirlərin istifadəsini genişləndirmək və mediasiya (vasitəçilik) və ya zərərçəkənə dəymiş ziyanın kompensasiyası kimi fərqli tədbirlərdən istifadə etməkdir. Müvafiq cəza müddətini müəyyən edərkən ağırlaşdırıcı və yüngülləşdirici amillərə, habeləəvvəllər məhkumluğun olmasına xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası Prezidentinin Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə iləəlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə 10 fevral 2017-ci il tarixli Sərəncamından irəli gələn prinsipləri də xüsusilə nəzərə almaq lazımdır. X16 Şurası Nazirlər Komitəsinin tövsiyyələrini daha da genişləndirilərək diqqət yetirilən məsələlərə qabarıq formada yeni yanaşma önə çəkilir. Yuxarıda göstərilən prinsiplərdən yanaşdıqda, həmçinin ümumilikdə götürdükdə aydın olur ki, heç də ağır cəzaların, o cümlədən, azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi həmişə cəzanın məqsədlərinə xidmət etmir. Hər bir cinayət əməli törətmiş şəxsə, törədilmiş cinayətin ictimai təhlükəliliyinə, cinayət əməlini törətmişşəxsin cinayət əməlini törətdikdən sonrakı davranışlarına, cinayət əməlini törətmişşəxsin fərdi xüsusiyyətlərinə, onun cəmiyyətdəki mövqeyinə, onun kriminal əməllərə meyilli olub- olmamasına aid məlumatlar nəzərə alınmaqla fərdi yanaşılmalı və bütün bunlara kompleks şəkilində birbiriləəlaqəli halda qiymət verilməlidir. Təqsirləndirilən şəxs ittiham olunduğu CM-nin 29, 186.2.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə yuxarıda sadalananları, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal olan onun 19-20 sentyabr N3-cü il tarixdə anti-terror əməliyyatında iştirak etməsini, həmçinin cinayət törədiləndən sonra onun davranışını, yəni Zərərçəkmiş şəxs üzr istəyərək onunla barışıq əldə etməsini və cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanı valideyinləri tərəfindən artıqlaması ilə ödəməsini və Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs aşağı həddə intizam xarakterli hərbi hissədə saxlama cəza növü təyin ediləcəyi halda onun islah olunmasına komandiri kimi kifayət etməsini hesab etməsi ilə bağlı fikrini müstəsna hallar kimi qəbul edərək, hesab edir ki, Təqsirləndirilən şəxs şəxsiyyətinin ictimai təhlükəliliyi əhəmiyyətli dərəcədə azalmışdır və bu səbəbdən onun barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsinə lüzum görmür. Lakin məhkəmə, məhkəmə iclasında dindirilmiş şahidlər mayor X11 və baş leytenant X8 ifadələrini tədqiq edərkən müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs xidmət vaxtı komandir heyətinin nizamnamə çərçivəsində vermiş olduğu tapşırıqları yerinə yetirməkdə çətinlik çəkmiş, qoyulmuş qadağalara məhəl qoymayaraq hərbi hissəyə mobil telefon gətirmiş, geyim qaydasını pozduğuna görə batareya komandiri Zərərçəkmiş şəxs ona irad tutduğu halda «bəs sən niyə mayka geyinməmisən?» kimi ifadələr işlətməklə subordinasiya qaydalarını gözləməməklə nizamnamə tələblərini pozmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xidmət müddət ərzində nizamnamə tələblərini kobud şəkildə bir neçə dəfə pozması onun nizamnamə qaydalarını dərindən mənimsəməməsi ilə əlaqədar olmuşdur. Bundan başqa məhkəmə, həm dövlət ittihamçısının və zərərçəkmiş şəxsin, həm də müdafiə tərəfinin məhkəmə çıxışı zamanı fikirlərini, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal olan onun 19-20 sentyabr N3-cü il tarixdə anti-terror əməliyyatında iştirak etməsini, həmçinin cinayət törədiləndən sonra onun davranışını, yəni Zərərçəkmiş şəxs üzr istəyərək onunla barışıq əldə etməsini və cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanı valideyinləri tərəfindən artıqlaması ilə ödəməsini və Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs aşağı həddə intizam xarakterli hərbi hissədə saxlama cəza növü təyin ediləcəyi halda onun islah olunmasına komandiri kimi kifayət etməsini hesab etməsi ilə bağlı müstəsna halları, habelə təyin olunmuş cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini məcmu şəkilində nəzərə alaraq və bununla da zərərçəkmiş şəxsin fikri ilə ilə razılaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması üçün barəsində CM-nin 62-ci maddəsi tətbiq olunmaqla təqsirli bilindiyi CM-nin 186.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəzadan daha yüngül intizam xarakterli hərbi hissədə saxlama cəzasının aşağı həddə təyin edilməsi kifayətdir. CM-nin 62.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsində göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrıayrı hallar, həm də bu cür halların məcmuyu müstəsna hal hesab edilə bilər. CM-nin 54.1-ci maddəsinə əsasən hərbi xidmətə çağırış üzrə müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara, habelə kontrakt (bağlaşma) əsasında sıravi və gizir vəzifələrində hərbi xidmətdə olan hərbi qulluqçulara, əgər onlar hökm çıxarılanadək qanunla müəyyən edilmiş xidmət müddətini başa vurmamışlarsa, üç aydan iki ilədək intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edilə bilər. Həmin cəza hərbi xidmət əleyhinə törədilmiş cinayətlərə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda, habelə təqsirkarın şəxsiyyəti və cinayətin xarakteri iki ilədək müddətə azadlıqdan məhrum etmənin həmin müddətə intizam xarakterli hərbi hissədə saxlama ilə əvəz olunmasına imkan verdiyi hallarda tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edilməli, cəzasının başlanğıcı onun intizam xarakterli hərbi hissəyə yerləşdirildiyi vaxtdan hesablanmalı, intizam xarakterli hərbi hissəyə yerləşdirilməsi xidmət yeri üzrə hərbi hissənin komandanlığına həvalə edilməli və barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından onun hüquqlarının müdafiəsi məhkəmə icraatı zamanı dövlət büdcəsi hesabına təyin olunmuş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Tərtər Rayon Vəkil Bürosunun vəkili X12 tərəfindən həyata keçirilmişdir. CPM-nin 193.2-ci maddəsinin tələblərinə görə belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsi hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixli, N nömrəli qərarla etdiyi dəyişikliyə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün altı manat məbləğində haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərilmiş 20 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil X5 işlədiyi Tərtər Rayon Vəkil Bürosunun hesabına 120 (bir yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə maddi sübut: Gəncə Hərbi Prokurorluğunda saxlanılan 1 ədəd üzərinə 1-0 formasında yazı yazılmış lövhə və 2 ədəd üzərində yanmaya xas əlamətlər olan plastik qablar hökm qanuni nüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhvetmə Gəncə Hərbi Prokurorluğuna həvalə edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs şəxsi istifadəsində olan Chevrolet” markalı, “Cruze” modelli, **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobilə hökm qanuni nüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs tərəfindən istifadə hüququ verilməlidir. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası ilə əlaqədar 50 (əlli) manat Təqsirləndirilən şəxs alınıb Dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384.1 və 385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 186.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində CMnin 62-ci maddəsi tətbiq edilməklə ona 06 (altı) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasının başlanğıcı intizam xarakterli hərbi hissəyə yerləşdirildiyi vaxtdan hesab olunsun. Təqsirləndirilən şəxs intizam xarakterli hərbi hissəyə yerləşdirilməsi N nömrəli hərbi hissənin komandanlığına həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut: Gəncə Hərbi Prokurorluğunda saxlanılan 1 ədəd üzərinə 1-0 formasında yazı yazılmış lövhə və 2 ədəd üzərində yanmaya xas əlamətlər olan plastik qablar hökm qanuni nüvvəyə mindikdən sonra məhv edilsin. Məhvetmə Gəncə Hərbi Prokurorluğuna həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs şəxsi istifadəsində olan Chevrolet” markalı, “Cruze” modelli, **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobilə hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs tərəfindən istifadə hüququ verilsin. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası ilə əlaqədar 50 (əlli) manat Təqsirləndirilən şəxs alınıb Dövlət büdcəsinə keçirilsin. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərilmiş 20 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil X5 işlədiyi Tərtər Rayon Vəkil Bürosunun hesabına 120 (bir yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətə Tərtər Hərbi Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar