Məhkəmə qərarları › İş №1-1(098)-109/2024

Tərtər Hərbi Məhkəməsi Qərar — İş №1-1(098)-109/2024

13.05.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 1-1(098)-109/2024 13.05.2024 TƏRTƏR HƏRBİ MƏHKƏMƏSİ Tərtər Hərbi Məhkəməsinin sədri X33 oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Dövlət ittihamının müdafəisi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Tərtər rayon Vəkil Bürosunun vəkili X14 iştirakları ilə xx xxxx N000-ci il tarixdə Qəbələ rayonunun Vəndam qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli- himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Qəbələ rayonunun Vəndam qəsəbəsində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, cinayət hadisəsi törədən zaman Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin N-ci əməliyyat taborunun 5-ci əməliyyat bölüyünün 3-cü əməliyyat tağımının N-ci əməliyyat qrupunun kəşfiyyatçıtuşlayıcı, kiçik çavuşu, sabiq MAHHXHQ, kiçik çavuş barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 333.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tərtər Hərbi Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi on gündən artıq, lakin bir aydan çox olmayaraq üzrlü səbəblər olmadan xidmət yerinə vaxtında qayıtmamışdır. Belə ki, Təqsirləndirilən şəxs Goranboy rayonunun Yuxarı Ağcakənd kəndi ərazisində dislokasiya olunmuş N nömrəli hərbi hissəsinin N-ci əməliyyat taborunun 5-ci əməliyyat bölüyünün 3-cü əməliyyat tağımının N-ci əməliyyat qrupunun kəşfiyyatçı-tuşlayıcısı vəzifəsində kiçik çavuş rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, 17 avqust N0N4-cü il təvəllüdlü qızı X5 xəstəliyi ilə bağlı ilə şənbə və bazar günləri olan 09 və 10 dekabr N0N3-cü il tarixlərə icazə alıb ailəsinin yaşadığı Qəbəbə şəhərinə getmişdir, 11 dekabr N0N3-cü il tarixdə saat 08:00-da buraxılışdan xidmət yerinə qayıtmalı olduğu halda, həmin tarixdə qayıtmamış, hərbi xidmət vəzifələrinin icrasından müvəqqəti yayınıb himayəsində olan 17 avqust N0N4-cü il təvəllüdlü qızı X5 müalicısi ilə bağlı Qəbələ və Bakı şəhərlərində yerləşən tibb müəssisələrində müayinədən kecirilməsi ilə əlaqədar qızını həmin xəstəzxanalarda müayinədən kecirərək, müalicəsi ilə məşğul olaraq və N0N3-cü ilin dekabr ayının pul təminatını almadığından və qızının müalicəsinə sərf etdiyi N50 manat məbləğındə aptekən aldığı dərman ləvazimatlarının pulunu qaytarmaq üçün günü N5 manatdan olaraq Qəbələ rayonunun Vəndam kəndində günəmüzd fəhlə kimi 10 gün müddətində işləyərək aptekə olan pul borcunu qaytarıb və övladının səhhəti yaxşılaşdıqdan sonra N9 dekabr N0N3-cü il tarixdə saat 15:00-da xidmət yerinə qayıtmaqla on gündən artıq, lakin bir aydan çox olmayan müddətə xidmət yerinə vaxtında qayıtmamışdır. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona CM-nin 333.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.N018-ci il tarixdə Səfərbərlik üzrə Qəbələ rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış, Ağcabədi rayonunda yerləşən N nömrəli hərbi hissəsində gənc əsgər hazırlıq kursunu bitirmiş, xx.xx.N018-ci il tarixdə Beyləqan rayonunda yerləşən N nömrəli hərbi hissəsində əlahiddə kəşfiyyat bölüyünün 3-cü taqımının N-ci manqasının kəşfiyyatçıoperator vəzifəsində, əsgər rütbəsində xidmətini davam etdirmiş, xx.xx.N019-cu il tarixdə xidmət yeri N nömrəli hərbi hissəsinə dəyişdirilmiş, xx.xx.N0N0-ci il tarixdə müddətli həqiqi hərbi xidmətini bitirərək ordu sıralarından ehtiyata buraxılmışdır. xx.xx.N0N0-ci il tarixdə Vətən Müharibəsi başladığqdan sonra onunda düşmənə qarşı nifrəti olduğundan işğalda olan torpaqlarımızı azad etmək istəyi yarandığından döyüşmək üçün Səfərbərlik üzrə Qəbələ rayon şöbəsinə müraciət etmiş və o, xx.xx.N0N0-ci il tarixdə həmin şöbə tərəfindən müddətdən artıq həqiqi hərbi xidmətə çağırılmış, xidmət etmək üçün Goranboy rayonu Yuxarı Ağcakənd kəndində yerləşən N nömrəli hərbi hissədə təlimə cəlb edilmiş, daha sonra o, 44 günlük Vətən müharibəsində iştirak etmiş, xx.xx.N0N0-ci il tarixədək gedən döyüşlərdə iştirak etmiş, Vətən müharibəsi qələbə ilə başa çatdıqdan sonra o, «Vətən müharibəsi iştirakçısı» medalı ilə təltif olunmuşdur. xx.xx.N0N1-ci il tarixdə Mingəçevir şəhərində yerləşən N nömrəli hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün nəzərdə tutulmuş kursu bitirərək müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətini N saylı hərbi hissədə başlamışdır. O, N saylı hərbi hissənin tərkibində N il ərzində 44 günlük Vətən Müharibəsində işağldan azad olunmuş Talış kəndi istiqamətində postda manqa komandiri vəzifəsində ön xəttə xidmət etmişdir. Daha sonra Goranboy rayonu Aşağı Ağcakənd kəndində yerləşən N nömrəli hərbi hissəsinin 1-ci taborunun 1-ci bölüyünün N-ci taqımının 1-ci manqasının komandiri vəzifəsinə, əsgər rütbəsində təyin edilmişdir. xx.xx.N0N3-cü il tarixdən etibarən Goranboy rayonu Yuxarı Ağcakənd kəndində yerləşən N nömrəli hərbi hissəsinin N-ci əməliyyat taborunun 5-ci əməliyyat bölüyünün 3-cü əməliyyat taqımının N-ci əməliyyat qrupunun kəşfiyyatçı-tuşlayıcısı vəzifəsində, kiçik çavuş rütbəsində xidmətini davam etdirmişdir. N0N3-cü ilin sentyabr ayının sentyabr ayının 19-N0-ci tarixlərdə keçirilən antiterror əməliyyatlarında xidmət etdiyi N saylı hərbi hissənin tərkibində Ağdarə istiqamətində Canyataq-Gülyataq kəndlərin azad olunmasında kəşfiyatçı-tuşlayıcı vəzifəsində, pulemyot silahından istifadə etməklə iştirak etmişdir. Belə ki, onun xidmət yeri, antiterror əməliyyatlarından 15 gün əvvəl tabor komandiri mayor Tural Əlizadənin göstərişinə əsasən Ağdam istiqamətinə dəyişdirilmişdir. O, 19 sentyabr N0N3-cü il tarixdə yuxarı komandanlığın əmrinə əsasən xidmət etdiyi taborunun tərkibində, tağım komandiri leytenant Şahid qrupunda piyadınan döyüş maşınında Ağdamdan Ağdarəyə giriş yolu istiqamətində döyüşə getmişdir. xx.xx.N0N3-cü ildə təqribən saat 13:15-də düşmən bölmələri topdan, minaatanlardan atəşə tutmuşlar, bundan sonra bölmələri düşmənə artileriya silahlarından cavab atəşi açaraq düşməni susdurmuşlar. Bundan sonra döyüş başlamış, onların digər kəşfiyyat qrupu gizlin düşmənin postuna daxil olub, qısa müddətdə düşmən postunu ələ keçirmişlər. Həmin vaxt döyüş yoldaşlarından 4(dörd) nəfər yaralanmış, daha sonra onun özünün də iştirak etdyi kəşfiyyat qrupuna düşməni məhv etməklə bağlı əmr verilmiş, əmrin icrası ilə bağlı qrupun özü də daxil olmaqla üzvüləri 1N dəqiqə ərzində düşmənin N postu düşməndən təmizlənmiş, işğal altında olan torpaqlar azad olunmuş və bu barədə yuxarı komandanlığa məruzə olunmuşdur. Bundan sonra Müdafiə Nazirliyi gündüz vaxtı N düşmən postunun düşməndən azad edilməsi ilə bağlı rəsmi məlumat vermişdir. Daha sonra iştirak etdiyi qrup düşmənin keçidlərə düzdüyü maneələri aradan qaldırması ilə bağlı verilən əmrin icrası ilə əlaqədar əvvəl piyadanın döyüş maşınında, daha sonra “Kamaz” markalı maşınlarla düşmənin üzərinə getmişlər. İştirak etdiyi qrup irəlidə olan postları düşməndən azad etdikdən sonra Ağdərə rayonun Canyataq və Gülyataq kəndlərinə daxil olmuş, həmin ərazilər düşməndən azad edilmiş, döyüşlər zamanı 3 nəfər xidmət yoldaşı yaralanmışdır. Daha sonra əmrə əsasən istiqamətiləri Sərsənq su anbarına getmək olmuş, iştirak etdiyi qrup düşmən postlarını düşməndən təmizlədikdən sonra arxadan qrupa dəstək kimi göndərilən N nömrəli hərbi hissənin taboru azad etdikləri əraziləri möhkəmləndirirdilər. Qrup üzvüləri zabit, gizir, MAXE-lərdən ibarət olmuşdur. Canyataq kəndinə girəndə onları ermənilər mühasirəyə almış, bu səbəbdən bir müddət irəliləyə bilməmişlər, kəndin içərisində gizlənmişlər. Dayandıqları mövqedə sağ və sol hissələri dağlar, ön hissədə isə evlər olmuş, evlərdən də düşmən snayperləri qrupu hədəfə almışdır. İştirak etdiyi qrup təxminən iki saat mühasirədə qalmış, həmin vaxt qrup komandiri düşmənin yerləşdiyi yerlərin kortdinatlarını ordumuzun artileriya hissələrinə ötürmüş, bölmələrimiz tərəfindən düşmən top atəşinə tutulmuş, düşmənin yerləşdiyi bir mövqe isə qalın beton örtüyün altında gizləndiyi üçün snayper silahlı qrupu irəliləməyə imkan verməmiş, daha sonra həmin mövqe ordumuzun “Qrad” qurğusunda açdığı atəş nəticəsində susdurulmuşdur. Canyataq kəndindi keçdikdən sonra düşmənlər artıq Gülyataq kəndindən çıxmışdılar və həmin ərazi boş idi, bundan sonra onlar Sərsəng su anbarı istiqamətində irəlləmişlər. Ataşkəs elan olunanda tağım komandirinin dediyinə görə Sərsəng su anbarına catmağa 5 km qalmışdır. Onların qrupu çox hazırlıqlı olduğundan qruplarında yalnız 4 yaralı olmuş, şəhid olmamamış, digər qruplar N nəfər şəhid vermiş, həmin döyüşlərdə özünündə şəhid olmaq halı çox olmuşdur. Antiterror əməliyatlarında iştirak etdiyinə görə “Təşəkkürnamə” ilə təltif edilmiş, N yanvar N0N4-cü il tarixdə isə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Onun heç vaxt xidmətdən yayınmaq məqsədi olmamış, təhlükəli peşə olan kəşfiyatçı ixtisasını özü seçmiş, çətin əməliyyatlada belə ürəklə iştirak etmiş, xidmətdən yayınmamışdır. Xidmətə qec qayıtmasının yeqanə səbəbi 4 aylıq ilk evladının xəsrtələməsi və onun həkim müayyinəsindən kecirmək zərurili olmuşdur və bundan yaranan maddi cətinliklər düşməsi olmuşdur. Cinayət işi ilə bağlı bildirmək istəyir ki, xx.xx.N0NN-ci ildə X15 ilə Qəbələ şəhərində rəsmi nikah bağlamışdır və həmin nikahdan 17 avqust N0N3-cü ildə Alisa adlı bir qız övladı doğulmuş, hal-hazırda isə arvadı N-ci uşağa hamilədir. Qızında anadangəlmə doğuş zamanı uşağın baş nahiyəsində sıxılma olmuş, əmgəh hissəsində və bu səbəbdən gecələr dayanmadan ağlamış, yatmamış, qızı Alisanın anadan olmasından 1 (bir) ay sonra həkim müayinəsi zamanı xəstəliyi müəyyənləşmişdir. Qızı Alisanı hər ay həkim müayyinəsinə aparırmış, qızını müayinə edən öz həkimi olmuşdur. Həkim qızının xəstəliyinin elə də ciddi bir xəstəlik olmadığını və uşaq böyüdükcə düzələcəyini bildirsədə, lakin hər ay buna görə qızı Alisanı həkim müayyinəsindən keçirməli olmuş, buna görə qızını hər ayın N0-də Qəbələ rayon xəstəxanasına həkim müayinəsinə aparmış və hər dəfə gedəndə hərbi hissədən buraxılış vaxtında getmişdir, həm də həkimə demişdir ki, hərbi xidmətdə olduğuna görə yalnız buraxılış vaxtı gələ biləcək. Hər dəfə pul-təminatı ayın N0-dən sonra kartına köçürüldüyündən həmin vaxt qızını həkim müayinəsinə aparımış, müalicə üçün dərmanlara 100 manat pul xərcləmişdir. Dərmanlar sürgü mazından və vitaminlərdən ibarət olmuşdur. Lakin N0N3-cü ilin dekabr ayının əvvəllərində uşağının vəziyyəti pisləşdiyindən həftə axırına təsadüf edən 09-10 dekabr N0N3-cü ildə komandanlıqdan icazə alaraq evə qetmiş və uşağında ağrılar şiddətləndiyindən həkimə müraciət etməyə məcbur olmuşdur. Həmin il üçün məzuniyyət hüququndan tam istifadə etdiyindən və yoldaşının əməliyyat olduğu zaman N0N3-cü ilin noyabr ayında ailə vəziyyəti ilə əlaqədar olaraq məzuniyyət hüququndan da istifadə etdiyindən hərbi hissədən icazə almadan xəstəxanada olan həftə əvvəlinə təsədüf edən birinci günü, yani xx.xx.N0N3-cü il tarixdə xidmət yerinə qayıtmaq əvəzinə uşağını həmin tarixdə X1N həkim müayinəsinə aparmış və həkimə uşağın əmğəh nahiyəsində olan problemlərə görə uşağın daima ağladığını bildirmişdir və bununla əlaqədar Azadə adlı həkim uşağı müəyyinədən kecirdərək, qızı Alisanı 11 və 13 dekabr N0N3-cü il tarixlərində Qəbələ rayon Mərkəzi xəstəxanasında müayinədən kecirərək, uşağın başındakı sıxılmanın tədricən aradan qalxdığını və baş nahiyəsində böyümə olduğuna görə onun ağrı verdiyini, lakin böyüdüyü zaman əqli fəaliyyətində pozuntu olmaması üçün Bakı şəhərində Bakıda Mərkəzi Klinik xəstəxanasına mütəxəssis olan başqa həkimə müayinə etdirməyi zəruri olduğunu bildirmiş, daha sonra bir-iki gün ərzində özü uşağı nəzarətdə saxlayacağını, Bakıda xəstəxanada məsləhət gördüyü həmin həkimlə əlaqə saxlayacağını, həkimin boş vaxtı olanda yanına getməsini ona bildirəcəyini demiş, daha sonra Azadə həkim özü uşağa ağrı kəsici dərmanlar yazmışdır. Sonra o, uşağı evə aparıb müalicəsi ilə məşğul olmuş, bir necə gün sonra Azadə həkim 16 dekabr N0N3-cü il tarixdə Bakıda həkimin onları gözləyəcəyini demiş və həkimin işlədiyi yerin ünvanını, telefon nömrəsini və adını bidirmişdir. Hal-hazırda xeyli vaxt kecdiyindən həkimim adını xatırlamır, lakin xəstəxananım yerini göstərə bilər. O, 15 dekabr N0N3-cü il tarixdə Bakıya gedərək, səhəri günü 16 dekabr N0N3-cü il tarixdə qızı Alisanı Bakı şəhərinə aparmış, XNN həmin həkimin qəbuluna zəng edib getmişlər. Həkim onları qəbul etmiş, müayinə etmiş, uşağın səhhətinin qaydasında olduğunu bildirmiş, sonra uşağın inkişafına, çəkisinə baxmış, yoxlamış, Azadə həkimlə danışacağını, qızının problemi olmadığını bildirmişdir. Həkim onun hərbiçi olduğunu bilərək qızı Alisanı qeydiyata almadan, öz otağında müayinə etmişdir. Onun xidməti yerinə qayıtmağa maddi cəhətdən imkanı olmadığından ailəsi ilə birlikdə 15-17 dekabr N0N3-cü il tarixlərinədək Sumqayıt şəhəri Corat qəsəbəsində arvadının dayısının evində qalmışlar, yol pulu olmadığından və dekab ayının pul təminatı məzuniyyətdən gecikdiyindıən onun hesabına köcürülmədiyindən dərhal qayıtnağa imkanı olmamışıdr. Maddi imkanı ağır olduğundan iş yoldaşı Azər Nəzərova zəng etmiş, xx.xx.N0N3-cü il tarixdə 50 manat borc pul istəmiş və o onun kartına bu pulu köcürdəndən sonra həmin pulla dərhal Qəbələyə qayıtmış və xx.xx.N0N3-cü ildə Qəbələ rayonu Vəndam qəsəbəsində yaşadığı evinə qayıtmışdır. Maddi imkanı cox ağır olduğundan və qızının müalicəsi üçün aptekdən N50 manat civarında nisyə aldığı dərmanlara görə olan borcu ondan tələb edildiyindən məcbur olub xidmət yerinə qayıtmayaraq yaşadığı qəsəbəsində əvvəldən tanıdığı ustanın yanında 10 gün fəhləliklə məşğul olmuş, 10 günə N50 manat pul almış, xx.xx.N0N3-cü il tarixdə aptekə olan qızının müalicəsi üçün aldığı dərmanın borc pulunu ödəmiş, bundan sonra xx.xx.N0N3-cü il tarixdə saat 15-16 radələrində könüllü olaraq xidmət yerinə qayıtmışdır. Odur ki, ağır ailə vəziyyətində, yəni uşağının xəstəliyi ilə əlaqədar olaraq və həyat yoldaşının əməliyyatdan sonra düşdüyü maddi çətinlikdən xidmət yerinə vaxtında qayıda bilməmişdir. Belə ki, N0N3-cü ilin noyabr ayında həyat yoldaşı əməliyyat olunmuş və bununla bağlı 500 manat xərci cıxmış, əməliyyat olunmağına görə 3 gün xəstəxanada qalmasına və dərmanlara, bunula yanaşı hər ay demək olar ki aptekdən uşağa olan zəruri dərmanların alınması, uşağa ana südü verilmədiyindən, uşaq yeməyi alınmasına və digər ləvazimatlara hər ay 350 manat borcu yaranmışdır. Eyni zamanda atası-anası boşanmışlar, anası hal-hazırda Türkiyə Respublikasında yaşayır. Atası isə rayonda öz evlərində yaşayır. Belə problemlər olduğuna görə o da ailəsi ilə Qəbələ şəhərində kirayə evdə yaşamış, heç kimi olmadığından köməksiz olmuşdur. Atası anası ilə boşandığından atası ilə münasibətləri olmadığından kirayə pulu N50 manat təşkil etmişdir. Xidmət zamanı aldığı 1100 manat olan aylıq pul təminatından hər ay üşağa 450 manat pul xərcləmiş, N50 manat ev kirayəsinə ödəmiş, “Unibank”dan 3000 manat götürdüyü kreditə görə hər ay 1N5 manat pul ödəmiş, yerdə qalan 300-400 manat yol puluna və ailəsinə xərcləmişdir. Hərbi xidmətdən tərxis olunandan sonra maddi vəziyyəti daha kəskinləşmiş və hal-hazırda aptekə 150 manat borcu varr. Hal-hazırda firmada taksi sürür və N4 saat işləyəndə gün ərzində 40-50 manat pul qazana bilir, hazırda yenədə kirayədə yaşayır və N59 manat kirayə pulu ödəyir. Arvadı ikinci uşağa hamilə olduğundan işləmir və azyaşlı uşağına baxır. Xidmət etdiyi N il ərzində hərbi hissəni özbaşına tərk etmə halına yol verməməmişdir. N0N3-cü ilin dekabr ayının 11-də xidmət yerinə vaxtında gəlməməsinin səbəbi xıdmətdən yayınmaq fikiri olmamışdır, yalnız həmin vaxt 4 aylıq qız övladınınn xəstəliyi ilə əlaqədar həkimlərə aparması və müalicələrə sərf edilən dərmanları nisyə aptekdən alaraq onları qaytarmaq üçün günəmuzd işləməsi səbəbindən xidmət yerinə gec qayıtmışdır. Barəsində cinayət işi başlananda Gəncə hərbi prokurorluqda ondan uşağının müalicə olunması ilə bağlı sənəd istəmişlər, bundan sonra o, qızını müalicə etdirdiyi Qəbələ rayonu Mərkəzi xəstəxansına gəlmiş, orda ona bildirmişlər ki, müalicədən 3-4 ay keçdiyindən sənəd verə bilmilər. O, xəstəxana işçilərinə bildirmişdir ki, xidmətdə olmadığına görə ondan sənəd istəyilər. Dəfələrə Qəbələ rayon Mərkəzi xəstəxanasına getmiş, baş həkimin kecmiş hərbi həkim olduğundan onun qəbulunda olmuş, lakin ona sənəd verməmişlər. Gəncə hərbi prokurorluğunda da bildirmişdir ki, Qəbələ rayon Mərkəzi xəstəxanada uşağının müayindədə olduğu ilə bağlı sənəd vermirlər. Məhkəmədən 44 günlük Vətən müharibəsində və N0N3-cü ilin sentyabr ayında antiterror əməliyatlarında iştirak etməsini, əməliyyatda iştirakına görə “Təşəkkürnamə” ilə təltif edilməsini, bundan başqa N saylı hərbi hissənin tərkibində N il ərzində işağldan azad olunmuş Talış kəndi istiqamətində postda manqa komandiri vəzifəsində ön xəttə xidmət etməsinin, uşağının xəstəliyi ilə bağlı xidmət yerinə qayıda bilməməsinin nəzərə alınmasını, müdafiəçinin çıxışı iilə razı olduğunu və barəsində «Ağır şərait» zəminində bu əməli ilk dəfə törətdiyindən cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tədqiq olunmuş cinayət işinin materiallarına əlavə edilmiş kiçik çavuş Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin 1-ci Təhqiqat bölməsinə yazdığı izahatdan görünür ki, o, 11 1N.N0N3-cü il tarixdə saat 08:00-da xidməti yerimə gəlməli olduğu halda şəxsi problemləri olması səbəbindən xx.xx.N0N3-cü il saat 15:50-da xidməti yerinə qayıtdığını, bundan başqa xx.xx.N0N4-cü il saat 08:00-da xidməti yerimə gəlməli olduğu təqdirdə xx.xx.N0N4-cü il saat 08:30-da qayıtdığını, xidməti yerinə gəlməməyinin səbəb kimi qızı Alisa Allahverdiyevanın baş nahiyəsində anadangəlmə qüsürü olmasını, bununla əlaqədar qızını Qəbələ rayon Mərkəzi xəstəxanasına, orada uşağı Bakıya aparılması bildirildikdən sonra Bakıda yerləşən Respublika Mərkəzi xəstəxanaya apardığını, qızını xx.xx.N0N3-cü tarixədək Qəbələ rayon Mərkəzi xəstəxanasında, xx.xx.N0N3-cü idən xx.xx.N9N3-cü il tarixədək Respublika Mərkəzi xəstəxanada müayyinə başa catdıqdan sonra Qəbələ rayonuna qayıdaraq uşağın müalicəsini ev şəraitində apardıqlarını, qızını xəstəxanaya apardığı üçün xidməti yerinə gələ bilmədiyini göstərmişdir. Məhkəmə iclasında iştırak etməyən Şahid Füzuli oğlu ibtidai istintaqda verdiyi ifadəsi tədqiq olunmuş ifadəsində bildirmişdir ki, o, 01 iyul N008-ci il tarixdə Səfərbərlik üzrə Lənkəran rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış, əvvəl N nömrəli hərbi hissədə, N sentyabr N0N1-ci il tarixdən N nömrəli hərbi hissəsinin N-ci taborunun 5-ci bölüyünün baş çavuşu vəzifəsində baş gizir hərbi rütbəsində xidmət etmişdir. Təqsirləndirilən şəxs müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Təqsirləndirilən şəxs hərbi xidmət dövründə tanımış, münasibətləri xidməti olmuşdur. Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin N-ci əməliyyat taborunun 5-ci əməliyyat bölüyünün 3-cü əməliyyat tağımının N-ci əməliyyat qrupunun kəşfiyyatçıtuşlayıcısı vəzifəsində kiçik çavuş hərbi rütbəsində xidmət etmiş, sonuncu xidmət müddətində 10 dekabr N0N3-cü il tarixdə buraxılışa göndərilmiş, 11 dekabr N0N3-cü il tarixdə saat 08:00-da xidmət yerinə gəlməli olduğu halda şəxsi və ailə problemlərini həll etmək məqsədilə qayıtmamış, yalnız N9 dekabr N0N3-cü il tarixdə saat 15:00-da xidmət yerinə qayıtmışdır. Təqsirləndirilən şəxs N yanvar N0N4-cü il tarixdə bağlaşması ləğv edilərək hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyətin siyahısından çıxarılmışdır. Məhkəmə iclasında tədqiq olunmuş cinayət işinin materiallarına əlavə edilmiş N saylı hərbi hissənin hərbi qulluqçuları gizir XN6 və baş leytenant Şahid xx.xx.N0N3-cü il tarixdə MN-nin 1-ci Təhqiqat bölməsinin rəisinə verdikləri izahatlarında Təqsirləndirilən şəxs qızının xəstə olması səbəbindən xidmət yerinə xx.xx.N0N3-cü ildə qayıtmamasını onlara dediyini bildirmişlər. Müdafiə Nazirliyinin 1-ci Təhqiqat bölməsinin xx.xx.N0N4-cü il tarixdə 103 nömrəli məktubdan görünür ki, həmin bölmə tərəfindən həmin tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Kliniki və Qəbələ Rayon Mərkəzi X1 xx.xx.N0N3-cü il tarixdən xx.xx.N0N4-cü il tarixdək xəstəxanada stasionar və ya ambulator müalicə üçün müraciət edib-etməməsi barədə məlumatın təhqiqat bölməsinə göndərilməsi barədə sorğu göndərilmişdir, lakin sorğuya cavabın alınmasına dair cinayət işində hər-hansı bir sənənr aşkar olunmamışdlr. Məhkəmə iclasında tədqiq olunmuş Gəncə hərbi prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajor olan müstəntiq X16 tərəfindən 06 mart N0N3-cü il tarixdə dindirilmiş şahidlər N saylı hərbi hissənin hərbi qullqqcuları bölüyün baş cavuşu baş gizir X19 və tağım komandiri baş leytenant Şahid ifadələrində Təqsirləndirilən şəxs şəxsi və ailə problemlərinin həll etməsi ilə əlaqədar olması səbəbindən xidmət yerinə xx.xx.N0N3-cü ildə qayıtmamasını onlara dediyini bildirmişlər. Eyni zamanda Şahid xx.xx.N0N3-cü il tarixli izahatında verdiyi məlumatından fərqli olaraq ifadəsində Təqsirləndirilən şəxs qızının xəstə olmasını ona bildirməməsini göstərmişdir. Məhkəmə iclasında tədqiq olunmuş Gəncə hərbi prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajor olan müstəntiq X16 tərəfindən 07 mart N0N3-cü il tarixdə dindirilmiş şahid X10 ifadəsində Təqsirləndirilən şəxs arvadı olmasını, Təqsirləndirilən şəxs şəxsi və ailə problemlərinin həll etməsi ilə əlaqədar olması səbəbindən xidmət yerinə xx.xx.N0N3-cü ildə qayıtmamasını, qızı Alisa Allahverdiyevada anadan gəlmə baş nahiyyəsində sıxındı olduğuna görə hər ayın N0-si qızlarını həkimə müayinəyə apardıqlarını, xx.xx.N0N3-cü ildə qızlarının səhhətində problemlər yaranmağa başladığını, buna görə qızlarını Qəbələ rayon Mərkəzi Xəstəxanasına həkim müayinəsinə apardıqlarını, orada müayyinədən sonra Bakıya həkim müayinəsinə göstərilməsinin məsləhət görüldüyünü və xx.xx.N0N3-cü il tarixdə qızlarını Bakıda Respublika Mərkəzi Xəstəxanaya apardıqlarını, orada həkim müayyinəsindən kecdikdən sonra ev şəraitində müalicəsini davam etdirdiklərini, bundan sonra maddi problemləri olduğundan qalıb iş axtardığını və uşağının müalicə müddətində onu tək qoymadığını və müalicə dövründə ona kömək etdiyini bildirmiş və Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi halları bir daha təsdiq etmişdir. Tərtər Hərbi Məhkəməsinin xx.xx.N0N4-cü il tarixli İnzabati işə xitam verilməsi haqqında qərarında göstərilmişdir ki, xx.xx.N0N3-cü il tarixdə məzuniyyətdən qayıtmalı olduğu halda Təqsirləndirilən şəxs ailə problemləri ilə əlaqədar xx.xx.N0N3-cü il tarixdə xidmət yerinə qayıtmışdır və buna əsasən barəsində İXM-nin 613-N-ci maddəsi lə inzibati iş üzrə inzibati məsuliyyətdən azad edilərək, inzibati xəta haqqında iş üzrə icraats xitam verilmişdir. N0 fevral N0N4-cü il tarixdə Tərtər Hərbi Prokurorluğu tərəfindən Təqsirləndirilən şəxs qarşı CM-nin 333.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. N nömrəli hərbi hissə komandirinin N9 dekabr N0N3-cü il tarixli 39N nömrəli əmrindən çıxarışdan görünür ki, 11 dekabr N0N3-cü il tarixdə saat 08:00 radələrində xidmət yerinə gəlməmiş, N-ci əməliyyat taborunun 5-ci əməliyyat bölüyünün 3-cü əməliyyat tağımının N-ci əməliyyat qrupunun kəşfiyyatçı-tuşlayıcısı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kiçik çavuş Təqsirləndirilən şəxs N9 dekabr N0N3-cü il tarixdə saat 15:50 radələrində xidmət yerinə gəldiyi üçün xidmət yerinə gəlmiş hesab edilərək bütün növ təminatlara qoyulmuşdur. Təqsirləndirilən şəxs səciyyələndirən hallar: - AA ******* nömrəli xxxxxxx fərdi identifikasiya kodlu Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs xx xxxx N000-ci ildə doğulmuşdur. - General-mayor Rasim Babayev tərəfindən verilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasının M/V 1N091N nömrəli vəsiqəsinin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır. - İ-610N nömrəli Azərbaycan Respublikası medalının vəsiqəsinin kserosurətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin N0NN-ci il N1 aprel tarixli N50s nömrəli sərəncamı ilə Təqsirləndirilən şəxs «Vətən müharibəsi iştirakçısı» medalı ilə təltif olunmuşdur. - AZ-İİ 479851 №-li nikah haqqında şəhadətnamənin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs və XN0 17 iyun N0NN-ci ildə nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında N0NN ilin iyun ayının 17 günündə NN1 № ilə qeyd edilmişdir. - AZ-İV 899498 nömrəli doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X6 N6 iyul N0N3-cü ildə doğulmuşdur, bu barədə doğum haqqında akt qeydləri kitabında N0NN ilin avqust ayının 17 günündə 765 № ilə qeyd edilmişdir. - DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, X7 əvvəllər məhkum olunmamışdır. - Gəncə hərbi prokurorluğunun 07 mart N0N4-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. - N nömrəli hərbi hissənin təqdim etdiyi tibbi xasiyyətnamədən görünür ki, N nömrəli hərbi hissədə xidmət etdiyi müddət ərzində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kiçik çavuş Təqsirləndirilən şəxs hər hansı bir xəstəliyi ilə əlaqədar olaraq hospitala və hərbi hissənin tibb məntəqəsində stasionar müalicədə olmamışdır. - N nömrəli hərbi hissə tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, kiçik çavuş Təqsirləndirilən şəxs xidmət yeri üzrə müsbət xarakterizə olunmur. - N1 yanvar N0N1-ci il tarixli “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətə qəbul haqqında” bağlaşmanın təsdiqlənmiş kserosurətindən görünür ki, 3 (üç) il müddətə hərbi xidmət etmək öhdəliyi götürmüşdür. - N nömrəli hərbi hissə komandirinin N fevral N0N3-cü il tarixli 36 nömrəli əmrindən çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kiçik çavuş Təqsirləndirilən şəxs N nömrəli hərbi hissə komandirinin N yanvar N0N3-cü il tarixli 06 əç nömrəli əmri ilə N nömrəli hərbi hissənin N-ci əməliyyat taborunun 5-ci əməliyyat bölüyünün 3-cü əməliyyat tağımının N-ci əməliyyat qrupunun kəşfiyyatçı-tuşlayıcı vəzifəsinə təyin edildiyinə görə xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən gəlmiş hesab edilərək N fevral N0N3-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. - N nömrəli hərbi hissə komandirinin N yanvar N0N4-cü il tarixli 10 nömrəli əmrindən çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kiçik çavuş Təqsirləndirilən şəxs «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinə (bağlaşma ləğv edilərək) və Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 50-ci maddəsinin «z» bəndinə (xidmət vaxtı başa çatmamış) müvafiq olaraq bağlaşması ləğv edilərək xidmət vaxtı başa çatmamış həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsi rəisinin sərəncamına göndərilmişdir. - N30 nömrəli hərbi hissəsinin N yanvar N0N4-cü il tarixli 1N05 nömrəli arayışından görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu Təqsirləndirilən şəxs N yanvar N0N4-cü ildə N nömrəli hərbi hissənin Qarnizon hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və onun hərbi xidmətə yararlı olması müəyyən edilmişdir. - 30 aprel N0N4-cü il tarixli ultrasəs müayinə kartından görünür ki, Jalə Allahverdiyevada ültrasəs müayinəsi zamanı sağ yumurtalıqda periferik damarlanması olan sarı cisim kistası müəyyən olunmuşdur. Gəncə hərbi prokurorluğunun N5 mart N0N4-cü il tarixli sübutların qiymətləndirilməsi və cinayət təqibinə hissəvi xitam verilməsi haqqında qərarın təsviri əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində xidmət yerinə vaxtında geri qayıtmamasının səbəbini qızının səhhətində olan problemlərə görə narahat olması və maddi vəziyyətinin yaxşı olmaması ilə əlaqələndirdiyini, xidmət yerinə qayıtmadığı müddətdə qızı X9 Rayon Mərkəzi Xəstəxanasına və Respublika Mərkəzi Xəstəxanasına apardığını bildirmiş, lakin qızı Alisa Allahverdiyevanın xəstə olmasını təsdiq edən heç bir tibbi sənəd təqdim etməmiş, bu halı iş üzrə istintaq zamanı dindirilmiş şahid X8 təsdiq etmiş, qərarın nəticə hissəsində iş üzrə təqsirləndirilən şəxs X11 CM-in 333.3-cü maddəsi ilə elan olunmuş ittiham qanuni və əsaslı olduğundan qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs qızının səhhətində yaranmış problemlərlə əlaqədar xidmət yerinə gəlmədiyini bildirməsi özünümüdafiə xarakteri daşıdığından üzrlü səbəb və ağır şərait kimi qiymətləndirilməsi qəbul edilməmişdir. Dövlət ittihamçısı məhkəmə cıxışında Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 333.3-cü maddəsi ilə tövsif edildiyini, onun həmin əməli törətməsinin məhkəmə istintaqı zamanı tamamilə sübuta yetirildiyini, lakin onun CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətini ağırlaşdıran halların olmadığını, himayəsində 1 azyaşlı uşağının olmasını, hərbi xidmətdən ehtiyata buraxılmasını yüngülləşdirici hallar kimi qiymətləndirilməsini, 44 günlük Vətən müharibəsində iştirak etməklə Vətən müharibəsi iştirakçısı medalı ilə təltif edilməsini müstəsna hallar kimi qəbul edərək, Təqsirləndirilən şəxs CM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinib barəsində CM-nin 6N-ci maddəsi tədbiq edilməklə, 400 manat məbləğində cərimə cəzasına məhkum edilməsini məhkəməyə təklif etmişdir. Müdafiəçi dövlət ittihamçısının çıxışına münasibət bildirərək yazılı çıxışında Təqsirləndirilən şəxs törətmiş olduğu əməl böyük ictimai təhlükətşrətməyən cinayətlər kateqoriyasına aiddir, o, xidmət yerina qızı xəstə olduğu üçün, yəni qızı Aisa Allahverdiyevanın Bakı və Qəbələ şəhərlərində müalicəsi ilə məşğul olması səbəbindən xidməti yerinə vaxtında qayıda bilməmiş, özünün ata və anası boşandığından ailəsi kirayədə yaşadığından ailənin yalnız onun köməyinə ehtiyacı olmuşdur. Onun heç vaxt hərbi xidmətdən yayınmaq məqsədi olmamış, o, həyatını gənc yaşlarından hərbi xidmətə bağlamış, 44 günlük Müharibə ərəfəsində könüllü olaraq torpaqlarımızın işğaldan azad edilməsindən ötrü Səfərbərlik xidmətinin Qəbələ rayon şöbəsinə müraciət etmiş və 44 günlük Vətən müharibəsində, N0N3-cü ilin son antiterror əməliyyatlarında əzmlə iştirak etmiş, bu çətin xidmət dövründə bir dəfə olsun belə xidmət yerini özbaşına tərk etməmişdir. Döyüşlərdə fərqləndiyinə görə “Vətən müharibəsi iştirakçısı” medalı və təşəkkürnamə ilə təltif edilmişdir. Döyüşlər bitdikdən sonra qızının xəstə olması səbəbindən Ağır şərait zəminində xidməti yerina vaxtında qayıtmamışdır. Müdafiəçi çıxışının sonunda məhkəmədən Təqsirləndirilən şəxs CM-nin 333-cü maddəsinin Qeyd hissəsinə əsasən ağır şərait zəminində CM-nin 333-cü maddəsində nəzərdə tutulmuş əməli ilk dəfə törətdiyindən onun cinayət məsuliyyətindən azad edilməsini, barəsində başlanmış cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs son sözündə müdafiəçinin çıxışı ilə razı olduğunu bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs qarşı elan olunmuş ittihamı nəzərdən keçirərkən aşağıdakı halları qeyd etməyi zəruri hesab edir. Məhkəmə cinayət işinin maiteriallarına əlavə edilmiş kiçik çavuş Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin 1-ci Təhqiqat bölməsinə yazdığı izahatını, Müdafiə Nazirliyinin 1ci Təhqiqat bölməsinin xx.xx.N0N4-cü il tarixli 103 nömrəli məktubunu və Gəncə hərbi prokurorluğunun N5 mart N0N4-cü il tarixli sübutların qiymətləndirilməsi və cinayət təqibinə hissəvi xitam verilməsi haqqında qərarında göstərilənləri qarşılıqlı təhlil edərək belə qənaətə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində, qızı Alisa Allahverdiyevanın səhhətində yaranmış problemlərlə əlaqədar Bakı və Qəbələ şəhərində olan xəstəxanalarda müalicə olunması səbəbindən xidmət yerinə vaxtında qayıtmamasını bildirməsini üzürlü səbəb kimi qiymətləndirilməməkdə düzgün qənaətə gəlsə də, lakin onun bu məzmunda fikir bildirməsini ağır şərait kimi qiymətləndirməyərək bu halı özünümüdafiə xarakterli fikir kimi qəbul etməkdə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin 1-ci Təhqiqat bölməsinə vermiş olduğu izahatında xx.xx.N0N3-cü il tarixdə saat 08:00-da xidməti yerinə gəlməli olduğu halda şəxsi problemləri olması səbəbindən xx.xx.N0N3-cü il saat 15:50-da xidməti yerinə qayıtdığını, qızını xəstəxanaya apardığı üçün xidməti yerinə vaxtında gələ bilmədiyini göstərdiyindən, təqsirləndirilən şəxsin vermiş olduğu bu məlumatın həqiqətən olubolmamasını araşdırmaqdan ötrü Müdafiə Nazirliyinin 1-ci Təhqiqat bölməsi tərəfindən xx.xx.N0N4-cü il tarixdə 103 nömrəli məktubla Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Kliniki və Qəbələ Rayon Mərkəzi Xəstəxanalarına Təqsirləndirilən şəxs qızının xx.xx.N0N3-cü il tarixdən xx.xx.N0N4-cü il tarixdək xəstəxanada stasionar və ya ambulator müalicə üçün müraciət edib-etməməsi barədə sorğu məktubu göndərməsinə baxmayaraq, cinayət işi Gəncə hərbi prokurorluğunda araşdırılarkən ibtidai istintaq orqanı tərəfindən Müdafiə Nazirliyinin 1-ci Təhqiqat bölməsinin adıçəkilən müvafiq sorğu məktubuna cavab alınmadan,yəni Təqsirləndirilən şəxs xidmət yerinə vaxtında qayıtmasının səbəbinin həqiqətən qızı Alisa Alahverdiyevanın Bakı və Qəbələ şəhərində olan xəstəxanalarda müalicə olunub-olunması faktı dəqiqləşdirilmədən, həmçinin Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində bu məzmunda vermiş olduğu ifadəsi və arvadı X13 Allahverdiyevin qeyd olunan məzmunda vermiş olduğu ifadəsini təsdiq etməsinə baxmayaraq bu hal ibtidai istintaq orqanı tərəfindən hərtərəfli, tam və obyektiv araşdırılmadan Təqsirləndirilən şəxs qızının xəstəxanalara aparıb müalicə etdirməsi ilə bağlı tibbi sənəd təqdim etməməsi ilə bağlı faktı CPM-nin N1-ci maddəsində bəhs edilən təqsirsizlik prezumpsiyasına zidd olmaqla əsas götürülərək Təqsirləndirilən şəxs xidmət yerinə vaxtında qayıtmamasının səbəbinin qızını müalicə etdirməsi ilə bağlı dedikləri onun özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirilmişdir. Məhkəmə yuxarıda qeyd olunanlar hallara əsasən, həmçinin CPM-nin N1.N-ci maddəsinin tələbinə əsasən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələri təqsirləndirilən şəxsin xeyrinə həll edilməsi nəzərdə tutulduğundan və CPM-nin 1N4.N-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin özünün ifadəsini sübut kimi qəbul edərək hesab edir ki, Təqsirləndirilən şəxs 11 dekabr N0N3-cü il tarixdən N9 dekabr N0N3-cü il tarixdək xidmət yerinə vaxtında qayıtmamasının səbəbi, qızı Alisa Alahverdiyevanın Bakı və Qəbələ şəhərlərində yerləşən xəstəxanalarda müalicə etdirməsi ilə bağlı olmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Goranboy rayonunun Yuxarı Ağcakənd kəndi ərazisində dislokasiya olunmuş N nömrəli hərbi hissəsinin N-ci əməliyyat taborunun 5-ci əməliyyat bölüyünün 3-cü əməliyyat tağımının N-ci əməliyyat qrupunun kəşfiyyatçı-tuşlayıcısı vəzifəsində kiçik çavuş rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, 17 avqust N0N4-cü il təvəllüdlü qızı X5 xəstəliyi ilə bağlı ilə şənbə və bazar günləri olan 09 və 10 dekabr N0N3-cü il tarixlərə icazə alıb ailəsinin yaşadığı Qəbəbə şəhərinə getmişdir, 11 dekabr N0N3-cü il tarixdə saat 08:00-da buraxılışdan xidmət yerinə qayıtmalı olduğu halda, həmin tarixdə qayıtmamış, hərbi xidmət vəzifələrinin icrasından müvəqqəti yayınıb himayəsində olan 17 avqust N0N4-cü il təvəllüdlü qızı X5 müalicısi ilə bağlı Qəbələ və Bakı şəhərlərində yerləşən tibb müəssisələrində müayinədən kecirilməsi ilə əlaqədar qızını həmin xəstəzxanalarda müayinədən kecirərək, müalicəsi ilə məşğul olaraq və N0N3-cü ilin dekabr ayının pul təminatını almadığından və qızının müalicəsinə sərf etdiyi N50 manat məbləğındə aptekən aldığı dərman ləvazimatlarının pulunu qaytarmaq üçün günü N5 manatdan olaraq Qəbələ rayonunun Vəndam kəndində günəmüzd fəhlə kimi 10 gün müddətində işləyərək aptekə olan pul borcunu qaytarıb və övladının səhhəti yaxşılaşdıqdan sonra N9 dekabr N0N3-cü il tarixdə saat 15:00-da xidmət yerinə qayıtmaqla on gündən artıq, lakin bir aydan çox olmayan müddətə xidmət yerinə vaxtında qayıtmamışdır. Təqsirləndirilən şəxs xidmət yerinə qayıtmadığı müddət həm qızını göstərilən xəstəxanalarda müayinə və müalicə etdirməklə yanaşı, həmin ay onun əmək haqqından hərbi hissənin maliyyə xidməti tərəfindən ona verilmədiyindən uşağının müalicısi ücün zəruri olan dərmanları və yaşamaq üçün digər zəruri ləvazimatları almaqda çətinlikləri yarandığından bu tələbləri ödəmək üçün aptekdən nisyə dərmanlar almışdır, eyni zamanda Bakıdan ailəsi ilə birlikdə qayıtmaq üçün konkret adını cəkdiyi xidmət yoldaşından 50 manat borc aldığını, həmçinin qıznın müalicəsi ücün dərmanları aptekdən nisyə götürməyə məcbur olduğundan düşdüyü ağır şəraitə olaraqa məcburiyyətdən 10 gün müddətində yaşadığı rayonda günəmuzd işləyərək aptekdən N50 manat məbləğində nisyə aldığı dərmanların dəyərini ödədikdən sonra xidmət yerinə qayıtmış və bu halı təkzib edəcək digər sübut ittiham tərəfindən məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs Vətən Müharibəsində iştirak etməsini təsdiq edən sənəd cinayət işinə əlavə edilsədə, onun məhkəmə istintaqı zamanı anti-terror əməliyatı zamanı döyüşlərdə iştirak etməsi barədə heç bir sənəd və ya sübüt cinayət işinə əlavə edilməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ağır şərait zəminidə bu əməli törətməsi barədə verdiyi məlumatı tam müfəssəl halda bildirməsinə baxmayaraq ibtidai istintaq zamanı bu hallar yoxlanılmamış, nəticədə təqsirsizlik prezumpsiyası pozularaq bu halların sübut edilməsi təqsirləndirilən üzərinə qoyulmuşdur. Azərbaycan Respublıkasının CPM-nin 138.N-ci maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Məhkəmə istintaqı zamanı dövlət ittihamçısı tərəfindən CPM-nin 138.N-ci maddəsinin tələbinə zidd olaraq yuxarıda şərh edilən hallara hüquqi qiymət verilməməklə işdə olan və yuxarıda tədqiq edilən sübutlara əhəmiyyət verilməyərək yalnız iş üzrə yeganə bir nəfər Şahid Füzuli oğlunun ifadəsinin tədqiqi ilə kifayətlənilmiş, həmin şahidin dindirlməsi ilə Təqsirləndirilən şəxs təqsirli olması və CM-nin 333-cü maddəsinin Qeyd hissəsinin şamil edilməməsi ilə bağlı hər hansı bir sübutun tədqiqinə və ya təkzibinə dair fikir bildirilməmiş, hətta məhkəmə istintaqında təqsirləndirilən şəxsi dindirilməsi zamanı təqsirləndirilən şəxsin səciyyəvi xüsusiyyətləri sədrlik edən tərəfindən araşdırılarkən dövlət ittihamçısı sədrlik edənin verdikləri suallara etiraz etmiş, sədrlik edənə məhkəmə istintaqı zamanı mahiyyətdən uzaq olan məlumatların araşdırılmasını bildirməklə dövlət ittihamçısı bu halı sədrlik edənə irad tutmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həm məhkəmə istintaqı zamanı, həm də ibtidai istintaq zamanı verdiyi məlumatlar digər şahid ifadələri ilə və işdə olan məhkəmə qərarı ilə öz təsdiqini tapdığından və ibtidai istintaq zamanı bu məlumatlar təkzib olunmadığından yaranmış şübhələr təqsirləndirilən şəxsin xeyrinə şərh edilməlidir. CPM-nin N1.N-ci maddəsinin tələbinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin N1.3-cü maddəsinin tələbinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 8.0.3-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatının vəzifələri cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaqdan ibarətdir. Həmin Məcəllənin N8.6-cı maddəsinin tələbinə görə ədalət mühakiməsinin həyata keçirilməsi qaydalarının ayrı-ayrı işlər və şəxslər üçün, habelə müəyyən şəraitə görə, yaxud hər hansı bir zaman dövründə özbaşınalıqla dəyişdirilməsinə yol verilmir. Həmin Məcəllənin 3N.N.N.-ci maddəsinin tələbinə görə hər bir tərəf məhkəmədə öz mövqeyini müdafiə etmək üçün bərabər hüquqlara və imkanlara malikdir; Həmin Məcəllənin 3N.N.3-cü maddəsinin tələbinə görə ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir; Həmin Məcəllənin 3N.N.4-cü maddəsinin tələbinə görə müdafiə tərəfi cinayət təqibi ilə bağlı irəli sürümüş ittihamı təkzib edir və ya cinayət prosesini həyata keçirən orqanın diqqətini təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsinə və ya cinayət məsuliyyətini yüngülləşdirən halların mövcudluğuna cəlb edir və təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir; Həmin Məcəllənin 3N.N.5-ci maddəsinin tələbinə görə hər bir tərəf heç kimdən asılı olmayaraq müstəqil surətdə öz mövqeyini seçir və onu müdafiə etmək üçün vasitə və üsullarını müəyyən edir; Həmin Məcəllənin 45.5-ci maddəsinin tələbinə görə cinayət təqibi üzrə icraata cinayət təqibini istisna edən hallara, cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallara, habelə cinayət təqibinin həyata keçirilməsinə mane olan hallara görə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə xitam verilə bilər. Həmin Məcəllənin 1N4.N.1-ci maddəsinin tələbinə görə şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələr cinayət prosesində sübut kimi qəbul olunur. Həmin Məcəllənin 138.1-ci maddəsinin tələbinə görə sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinin tələbinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, 44 günlük Vətən Müharibəsi zamanı Talış və Suqovuşan qəsəbəsi uğrunda gedən döyüşlərdə, daha sonra N0N3-cü ilin sentyabr ayında Ağdərə rayonu ərazisində keçirilmiş erməni silahlı separatçılarına qarşı antiterror əməliyyatı iştirakçısı olmuş, həmin döyüşlərdə özünündə həlak olması ehtimalı olarkən Təqsirləndirilən şəxs həmin çətin dövrdə xidmət yerini özbaşına tərk etmədiyi halda, döyüş əməliyyatları başa çatdıqdan sonra demək olar ki, dinc dövrdə şəxsi işləri ilə bağlı xidməti yerini tərk etməsi səbəbindən vaxtında xidməti yerinə qayıtmamsı ağlabatan deyil və onun bu məqsədinin olması məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs həm 44 günlük Vətən Müharibəsində, həm də N0N3cü ilin sentyabr ayında torpaqlarımızın tamamilə azad olunması ilə bağlı keçirilən antiterror əməliyyatında öndə əməliyyat tapşırığı yerinə yetirən ixtisaslı kəşfiyyatçı olmasını nəzərə alaraq hesab edir ki, bu kateqoriyadan olan hərbi qulluqçular cəmiyyətdə yüksək mənəvi dəyər daşıyıcısı olaraq qəhramanlıq nümunəsi təcəssüm etdirən şəxslər kimi qəbul edildiyindən belə şəxslərin xidmət yerini özbaşına tərk etməkdə ittiham edilməsi cəmiyyətin maraqları baxımından mənfi emosiyalar doğurur və onların cinayət məsuiyyətindən azad edilməsinə əsaslar olduqda bu kateqoriyalı insanların bu əməli törədilməsi ilə məhkum edilərək cəza təyin edilməsi yolverilməzdir. Ədalət mühakiməsinin həyata keçirlməsi zamanı bu kateqoriyadan olan vətəndaşların barəsində humanistlik göstərilməli, hərbi qulluqçuların vətənpərvərliyinə yüksək mənəvi dəyər verilməsi, maddi, mənəvi iztirablarının qarşısını almaq məqsədilə dəstək rəmzi olaraq onların cinayət məsuliyyətindən azad edilməsi cəmiyyətdə vətəndaş həmrəyliyinin formalaşması üçün və bu şəxslərin gələcəkdə digər şəxslərin qanun pozuntularından çəkindirirərək qarşısını alınmasında böyük təsiri olan bir amildir. Ədalət mühakiməsinin vəzifəsi cinayət törədən şəxsləri təqsirli sayıldıqları halda mühakimə edərək, ialnız cəzalandırmaqdan ibarət olmamalıdır, eyni zamanda da hər bir təqsirli şəxsi cəza çəkmədən islah olunmasını mümkün saydıqda həmin insanın cəmiyyətə rahat inteqrasiya olunması imkanlarından geniş istifadə edilərək vətəndaşa dövlətin bu dəstəyini göstərməkdir, eyni zamanda hərbi qulluqçular barəsində onların xüsusi subyekt olaraq və cəmiyyətdə Vətən Müharibəsindən sonrakı dövrdə yüksək mənəvi dəyərlərin daşıyıcıları kimi orduya olan xüsusi və həssas münasibətə daha həssas yanaşmasının bariz nümunəsi kimi ədalət mühakiməsi zamanı onlar barəsində qanununda nəzərdə tutulmuş cinayət məsuliyyətdən və cəzadan azadedici institutlarından daha geniş istifadə edilməsi zəruridir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həm 44 günlük Vətən Müharibəsində, həm də N0N3-cü ilin sentyabr ayında torpaqlarımızın tamamilə azad olunması ilə bağlı keçirilən antiterror əməliyyatında öndə əməliyyat tapşırığı yerinə yetirən ixtisaslı kəşfiyyatçı kimi Vətən uğrunda canını əsirgəməmişdir, onun tərəfindən törədilmiş hər bir qanun pozuntusuna münasibətdə barəsində cinayət və cinayət-prosessual qanunvericiliyin cinayət məsuliyyətindən azad edilməsini nəzərədə tutan humanist imkanlarının əsirgənilməsi və tədbiq edilməməsi yolverilməzdir. Qanunverici cinayət məsuliyyətindən azad edilməsini nəzərədə tutan qərarların qəbul edilməsini cinayət prosesini həyata keçirən orqanların vəzifəsi kimi yox, hüququ kimi müəyyən etdiyindən bu hüquqdan döyüşlərdə iştirak etmiş hər bir hərbi qulluqçu barədə geniş istifadə edilməlidir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməli düzgün olaraq CM-nin 333.3-cü maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə, Təqsirləndirilən şəxs müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçu kimi on gündən artıq, lakin bir aydan çox olmayaraq üzrlü səbəblər olmadan xidmət yerinə vaxtında qayıtmaması faktını müəyyən etmişdir. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs CM-nin 333.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə, məhkəmə çıxışları zamanı həm dövlət ittihamçısının, həm də müdafiə tərəfinin çıxışları zamanı göstərdikləri fikirləri, məhkəmə istintaqı zamanı sübuta yetirilmiş halları qarşılıqlı təhlil edərək nəticədə müdafiə tərəfinin çıxışı ilə razılaşaraq belə qənaətə gəlmişdir ki, Təqsirləndirilən şəxs kiçik çavuş hərbi rütbəsində müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçu kimi on gündən artıq, lakin bir aydan çox olmayaraq üzrlü səbəblər olmadan xidmət yerinə vaxtında qayıtmamasının səbəbi Təqsirləndirilən şəxs deməsinə görə qız övladının xəstə olması nəticəsində həyatı üçün təhlükə ehtimalının olması ilə bağlı ağır həyat şəraiti olmuşdur. CM-nin qeyd hissəsinə görə ağır şərait zəminində bu Məcəllənin 333.1-333.4-cü maddələrində nəzərdə tutulmuş əməlləri ilk dəfə törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər. "Hərbi xidmət keçməkdən boyun qaçırma, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə və fərarilik işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarının 15-ci bəndinə əsasən Qanunun mənasına görə "ağır şərait" anlayışına hərbi qulluqçunun yaxın qohumlarının gözlənilməz ağır xəstəliyi, ciddi ailə münaqişələri, hərbi qulluqçunun yaxın qohumlarının yaşadığı yerdə baş vermiş təbii fəlakət və bu kimi hallar daxildir. Məhkəmə Təqsirləndirilən şəxs uşağının xəstə olması səbəbindən hər an baş verə biləcək təhlükəli vəziyyətə düşməsi nəticəsində həyatı üçün təhlükə ehtimalı olduğuna görə xidməti yerinə qayıtmamasını CM-nin 333-cü maddəsinin Qeyd hissəsində və yuxarıda adı çəkilən Plenum qərarında göstərilən hallara aid olduğunu müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs üzrlü səbəblər olmadan xidmət yerinə vaxtında qayıtmaması artıq CM-nin 333-cü maddəsinin Qeyd hissəsinin təsiri altına düşür. Məhkəmə hesab edir ki, Vətən uğrunda canını əsirgəməyən Vətən müharibəsində və erməni silahlı qruplaşmalarına qarşı antiterror əməliyyatlarında işitrak etmiş Təqsirləndirilən şəxs kimi hərbi qulluqçuların barəsində hümanizm və ədalət prinsiplərinə əsasən qanunda nəzərdə tutulmuş hümansit imkanlardan maksimal həddə Qələbə Zəfərininin əldə edilməsində fədakarlıq göstərən hərbi qulluqçular barəsində tətbiq edilməsi zəruridir və bu səpkidə qərarlarla insanların məhkum olunmadan da islah olaraq gələcəkdə belə qanun pozuntularından cəkindirilməsi dövlət tərəfindən verilən mənəvi təkan və hüquqi dəstək kimi qəbul edilməlidir və həyatını dövlət üçün əsirgəməyən belə insanlar barədə qanunla onun vəziyyətini yünqüllüşdirən institutların imkanlarından maksimal dərəcədə istifadə edilməsi cəmiyyətdə vətəndaş həmrəyliyinə nail olunması və belə kateqoriyalı insanların yenidən cəmiyyətə inteqrasiya olunması ücün cox zəruri amildir. Məhkəmə, yuxarıda şərh edilənlərə əsaslanaraq və müdafiəçinin Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin xitam olunması barədə müraciətini, təqsirləndirilən şəxsin hazırda qızının və 7 həftəlik hamilə olan arvadının müalicəyə ehtiyacı olmasını, ailəsinin onun əməyinə və qulluğuna ehtiyacı olmasını, hadisənin törədilmə şəraiti, həmçinin cinayət təqibinə xitam verilməsi hüququndan istifadə etməyi yuxarıda sadalanan işin hallarına əsasən zəruri hesab edərək, belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 333-cü maddəsinin Qeyd hissəsinə əsasən «Ağır şərait» zəminində CM-nin 333.3-cü maddəində nəzərdə tutulmuş əməli ilk dəfə törətdiyindən cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət təqibinə bu hissədə xitam verilməlidir. CPM-in 43.1.N-ci maddəsinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): Təqsirləndirilən şəxs müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından məhkəmə icraatı zamanı onun hüquqlarının müdafiəsi dövlət büdcəsi hesabına təyin olunmuş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Tərtər Rayon Vəkil Bürosunun vəkili XN3 tərəfindən həyata keçirilmişdir. CPM-nin 193.N-ci maddəsinin tələblərinə görə belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsi hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında” N fevral N001-ci il tarixli, 31 nömrəli qərarına 03 may N018-ci il tarixli, N0N nömrəli qərarla etdiyi dəyişikliyə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün altı manat məbləğində haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı göstərilmiş 08 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil X14 işlədiyi Tərtər Rayon Vəkil Bürosunun hesabına 48 (qırx səkkiz) manat məbləğində pul köçürülməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 43.1.N, 344- 347, 356, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ:

1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə təqsirləndirildiyi cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 333-cü maddəsinin Qeyd hissəsinə əsasən «Ağır şərait» zəminində Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsində nəzərdə tutulmuş əməli ilk dəfə törətdiyindən cinayət məsuliyyətindən azad edilsin və cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 43.1.N-ci maddəsinə əsasən xitam verilsin.

2. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsi hesabından vəkil X14 işlədiyi Tərtər Rayon Vəkil Bürosunun hesabına 48 (qırx səkkiz) manat məbləğində pul köçürülsün.

3. Qərarın surəti 3 (üç) gün müddətində cinayət prosesi tərəflərinə verilsin və ya poçt vasitəsi ilə göndərilsin.

4. Qərardan elan olunduğu vaxtdan N0 gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər.

Sədrlik edən: İlqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar