Azərbaycan Respublikası adından HÖKM Tərtər rayonu İş № 1-1(098)-109/2025 16.10.2025 TƏRTƏR HƏRBİ MƏHKƏMƏSİ Tərtər Hərbi Məhkəməsinin hakimi Şəfiyeva Könül Səməd qızının sədrliyi, X9 iclas katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Tərtər rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1985-ci il tarixdə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı və iki yetkinlik yaşına çatmayan uşaqları olan, ali təhsilli, Yevlax rayonunun Kövər kəndində qeydiyyatda olmaqla həmin kənddə də yaşayan, məhkumluğu olmayan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş, hazırda işsiz, barəsində 21 avqust N5-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 333.3 və 333.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Tərtər Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Həsənov X2 Nazirliyinin N nömrəli hərbi hissəsinin Yevlax rayonunun Aran qəsəbəsində yerləşən 2-ci taborunun 6-cı bölüyünün 1-ci taqımının 3-cü manqasının komandiri vəzifəsində, kiçik çavuş hərbi rütbəsində xidmətdə olarkən 28 aprel N5-ci il tarixdə saat 18:3N-da xidmət vaxtı qurtardıqdan sonra buraxılışa getmiş, N aprel N5-ci il tarixdə saat N8:NN-da Yevlax rayonunun Aran qəsəbəsində yerləşən xidmət yerinə qayıtmalı olduğu halda xidməti yerinə gəlməmiş, N may N5-ci il tarixdə saat N7:3N-da xidməti yerinə, yəni Yevlax rayonunun Aran qəsəbəsində yerləşən N nömrəli hərbi hissənin 2-ci motoatıcı taboruna gələrək müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçu kimi üzrlü səbəblər olmadan on gündən artıq, lakin bir aydan çox olmayan müddətə xidməti yerinə vaxtında qayıtmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən vəzifədə və hərbi rütbədə xidmətdə olarkən 17 may N5-ci il tarixdə saat 16:3N-da xidmət vaxtı qurtardıqdan sonra buraxılışa getmiş, N may N5-ci il tarixdə saat N8:NN-da Yevlax rayonunun Aran qəsəbəsində yerləşən xidmət yerinə qayıtmalı olduğu halda N iyun N5-ci il tarixədək xidməti yerinə gəlməmiş, N nömrəli hərbi hissə komandirinin N iyun N5-ci il tarixli, N34əç nömrəli əmrinə əsasən bağlaşması ləğv edildiyi üçün N nömrəli hərbi hissə komandirinin N iyun N5-ci il tarixli, 189 nömrəli əmri ilə həmin tarixdə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmaqla müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçu kimi üzrlü səbəblər olmadan bir aydan artıq, lakin üç aydan çox olmayan müddətə xidməti yerinə vaxtında qayıtmamışdır. Qeyd edilən əməllərə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3 və 333.4-cü maddələri ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona AR CM-nin 333.3 və 333.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində bildirdi ki, 29 sentyabr 2N14-cü il tarixdə müvafiq kursu bitirdikdən sonra Azərbaycan Ordusunda bağlaşma əsasında üç il müddətinə müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilərək N nömrəli hərbi hissədə xidmətə başlamış, N oktyabr 2N16-cı il tarixdən müvafiq əmrə əsasən müddətdən artıq həqiqi hərbi xidmətini Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində davam etdirmiş, N noyabr 2N17-ci il tarixdə xidmət müddəti başa çatdığına görə N nömrəli hərbi hissədən tərxis edilərək ehtiyata buraxılmışdır. Bundan sonra N8 iyul N1-ci il tarixdə yenidən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsindən çağırılaraq bağlaşma əsasında üç il müddətinə müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilərək Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində xidmətə başlamış, N6 sentyabr N4-cü il tarixdə müvafiq əmrlə bağlaşmasının müddəti 25 iyun N9-cu il tarixədək uzadılmış, lakin N iyun N5-ci il tarixdə xidmət vaxtı başa çatmamış bağlaşması ləğv edilərək Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin şəxsi heyətinin siyahısından çıxarılaraq ehtiyata buraxılmışdır. Hal-hazırda heç bir yerdə işləmir. O, N nömrəli hərbi hissənin Yevlax rayonunun Aran qəsəbəsində yerləşən 2-ci taborunun 6-cı bölüyünün 1-ci taqımının 3-cü manqasının komandiri vəzifəsində, kiçik çavuş hərbi rütbəsində xidmətdə olarkən 28 aprel N5-ci il tarixdə saat 18:3N-da xidmət vaxtı qurtardıqdan sonra istirahətə buraxılmış, N aprel N5-ci il tarixdə saat N8:NN-da Yevlax rayonunun Aran qəsəbəsində yerləşən xidmət yerinə gəlməli olduğu halda, atası infarkt keçirdiyindən Bakı şəhərinə xəstəxanaya aparmış, atası xəstəxanada 4-5 gün qalmış, xəstəxanadan sonra atasını əmisigilə yerləşdirmişdir. Həmin ərəfələrdə xidmət yerinə qayıtmamağına səbəb pul tapıb dərmanları almaq olmuş, atasını rayona gətirəndən sonra N may N5-ci il tarixdə saat N7:3N-da xidməti yerinə, yəni Yevlax rayonunun Aran qəsəbəsində yerləşən N nömrəli hərbi hissənin 2-ci motoatıcı taboruna qayıdaraq yenidən vəzifələrinin icrasına başlamışdır. Bundan başqa, o, 17 may N5-ci il tarixdə saat 16:3N-da xidmət vaxtı qurtardıqdan sonra istirahətə buraxılmış, N may N5-ci il tarixdə saat N8:NN-da Yevlax rayonunun Aran qəsəbəsində yerləşən xidmət yerinə gəlməli olsa da, yenə də şəxsi və ailə problemləri səbəbindən xidmət yeri olan N nömrəli hərbi hissənin 2-ci motoatıcı taboruna qayıtmamışdır, xidmət yerinə getmədiyi üçün də müvafiq əmrlə onun bağlaşması ləğv edilməklə N iyun N5-ci il tarixdə N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılaraq ehtiyata buraxılmışdır. Hərbi hissəyə qayıdandan sonra atasının xəstəliyi ilə bağlı sənədlər təqdim etmişdir. 2-ci dəfə atası xəstələnəndə o, işdə olmuş və bölük komandirinə ona 1 günlük icazə verməsini demişdir. Atasını qonşunun maşını ilə Bakı şəhərinə xəstəxanaya aparmış, həmin vaxt xəstəxanada 2 gün qalmış, sonra atasını əmisigilə gətirmişdir. Həkim atasının maşına mindirilməsinin mümkün olmadığını bildirmişdir. Atası əmisigildə 4-5 gün qalmış, sonra rayona gətirmiş, atasını gətirdikdən sonra imkan edib xidmət yerinə gedə bilməmişdir. Xidmətdə olmadığı müddətdə hərbi hissədən ona zəng etmişlər. Atasını rayona gətirdikdən sonra hərbi hissə komandirinin yanına getmiş və hərbi hissə komandiri ona atasının xəstəliyi ilə bağlı kənd icra nümayəndəliyindən sənəd gətirməyini bildirmişdir. O, kənd icra nümayəndəliyinə müraciət etmiş və oradan ona “biz həkim deyilik, xəstəliklə bağlı sənəd verə bilmərik.”-deyə bildirmişlər. Atasını evə gətirəndən sonra anası və arvadı xəstə olduğu üçün atasına özü baxmışdır. Hərbi hissədə onu incidən olmamış, habelə nizamnamədən kənar hərəkətlərə yol verilməmişdir. Atası və anası 2-ci qrup əlildir, atası ürək xəstəsi, anası isə şəkər xəstəsidir, arvadının onurğa xəstəliyi var, ona görə də atasına və anasına özü baxmışdır. O, antiterror əməliyyatlarında iştirak etmişdir. Törətdiyi cinayət əməllərinin məsuliyyətini dərk edərək səmimi peşmançılıq hissi keçirir. Ona görə də bütün bunların nəzərə alınmasını və ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, N5 fevral N2-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, həmin tarixdən N nömrəli hərbi hissədə xidmət etməyə başlamış, hazırda həmin hərbi hissənin 2-ci taborunun 6-cı bölüyünün 1-ci tağımının 1-ci manqasının baş atıcısı vəzifəsində əsgər hərbi rütbəsində xidmət edir. Təqsirləndirilən şəxs hərbi xidmət dövründə tanımış, onunla münasibəti xidməti olmuş, aralarında qohumluq, düşmənçilik və ya ədavət olmamışdır.Təqsirləndirilən şəxs N aprel N5-ci il tarixdə saat N8:NN-da xidmət yeri olan N nömrəli hərbi hissəyə gəlməli olmasına baxmayaraq üzrlü səbəblər olmadan heç bir şəxsə məlumat vermədən xidmət yerinə gəlməmiş, bundan sonra N may N5-ci il tarixdə saat N7:3N-da xidmət yerinə qayıtmışdır. Qeyd edilən tarixlərdə kapitan Şahid1 müvafiq raportlarla hərbi hissə komandirinə məruzə etmişdir. Bundan başqa, kiçik çavuş Təqsirləndirilən şəxs N may N5ci il tarixdə saat N8:NN-da N nömrəli hərbi hissədə xidmət yerinə qayıtmalı olmasına baxmayaraq üzrlü səbəblər olmadan heç bir şəxsə məlumat vermədən xidmət yerinə qayıtmamışdır. Bundan sonra, kapitan Şahid1 Təqsirləndirilən şəxs xidmət yerinə yenidən qayıtmamısı barədə raport yazaraq hərbi hissə komandirinə məruzə etmişdir. Kçik çavuş Təqsirləndirilən şəxs üzrlü səbəblər olmadan xidmət yerinə qayıtmadığından N iyun N5-ci il tarixdə N nömrəli hərbi hissə komandirinin müvafiq əmrinə əsasən hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılaraq ehtiyata buraxılmışdır. Təqsirləndirilən şəxs qeyd olunan tarixlərdə şəxsi ailə problemləri səbəbindən xidmət yerinə qayıtmadığı haqqında məlumatı olmuş, lakin bununla bağlı Təqsirləndirilən şəxs xidmət yerinə qayıtmaması barədə heç bir üzrlü səbəb olmamışdır. Təqsirləndirilən şəxs xidmət yerinə vaxtında qayıtmadığı tarixlərdə hər hansı vəzifələi hərbi qulluqçudan icazə alması barədə məlumatı olmamışdır. Hərbi xidmət dövründə Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixoloji zor tətbiq edilməsinin və ya belə hərəkətlərlə hədələnməsinin, təhqir edilməsinin, ona qarşı nalayiq sözlər işlədilməsinin, ümumiyyətlə, nizamnamədənkənar hər hansı davranışlara yol verilməsinin şahidi olmamışdır, bu barədə də məlumatı yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin 2-ci taborunun 6-cı bölüyünün komandiri vəzifəsində, kapitan hərbi rütbəsində xidmət edən Şahid1 da Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etmişdir. İşə əlavə olunmuş N nömrəli hərbi hissənin 2-ci taborunun 6-cı bölüyünün komandirinin N aprel N5-ci il tarixli raportundan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kiçik çavuş Təqsirləndirilən şəxs N aprel N5-ci il tarixdə saat N8:NNda xidmət yerinə gəlməmişdir. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kiçik çavuş Təqsirləndirilən şəxs qazan təminatından çıxarılıb, hərbi hissəni özbaşına tərk edənlərin siyahısına salınması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması xahiş edilmişdir. İşə əlavə olunmuş N nömrəli hərbi hissə komandirinin N aprel N5-ci il tarixli 131 nömrəli əmri ilə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kiçik çavuş Təqsirləndirilən şəxs N aprel N5-ci il tarixdə saat N8:NN radələrində xidmət yerinə gəlmədiyi üçün xidmət yerini özbaşına tərk etmiş hesab edilərək, bütün növ təminatları dayandırılmışdır. İşə əlavə olunmuş 13N nömrəi hərbi hissənin 2-ci taborunun 6-cı bölüyünün komandirinin N may N5-ci il tarixli raportundan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kiçik çavuş Təqsirləndirilən şəxs N may N5-ci il tarixdə saat N7:3N radələrində xidmət yerinə qayıtmışdır. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kiçik çavuş Təqsirləndirilən şəxs hərbi hissəni özbaşına tərk edənlərin siyahısından çıxarılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması xahiş edilmişdir. İşə əlavə olunmuş N nömrəli hərbi hissə komandirinin N may N5-ci il tarixli 148 nömrəli əmri ilə Təqsirləndirilən şəxs N may N5-ci il tarixdə saat N7:3N radələrində xidmət yerinə gəldiyi üçün hərbi hissəni özbaşına tərk edənlərin siyahısından çıxarılaraq bütün növ təminatlara qoyulmuşdur. İşə əlavə olunmuş N nömrəli hərbi hissənin 2-ci taborunun 6-cı bölüyünün komandirinin N may N5-ci il tarixli raportundan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kiçik çavuş Təqsirləndirilən şəxs N may N5-ci il tarixdə saat N8:NNda xidmət yerinə gəlməmişdir. Təqsirləndirilən şəxs hərbi hissəni özbaşına tərk edənlərin siyahısına salınması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması xahiş olunmuşdur. İşə əlavə olunmuş N nömrəli hərbi hissə komandirinin N may N5-ci il tarixli 151 nömrəli əmri ilə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kiçik çavuş Təqsirləndirilən şəxs N may N5-ci il tarixdə saat N8:NN radələrində xidmət yerinə gəlmədiyi üçün xidmət yerini özbaşına tərk etmiş hesab edilərək bütün növ təminatları dayandırılmışdır. İşə əlavə olunmuş AD ******* nömrəli Şəxsi vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. İşə əlavə olunmuş N nömrəli hərbi hissə tərəfindən verilmiş xidməti vərəqədən görünür ki, Təqsirləndirilən şəxs xidmət müddəti ərzində həvəsləndirilməmiş və intizam qaydasında cəzalandırılmamışdır. İşə əlavə olunmuş N nömrəli hərbi hissə tərəfindən verilmiş xidməti xasiyyətnamə ilə kiçik çavuş Təqsirləndirilən şəxs xidmət yeri üzrə mənfi cəhətdən xarakterizə olunmuşdur. İşə əlavə olunmuş N nömrəli hərbi hissə komandirinin N iyun N5-ci il tarixli 189 nömrəli əmrindən çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kiçik çavuş Təqsirləndirilən şəxs «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.N.1N-cu maddəsinə (bağlaşma ləğv edilərək) və Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 5N-ci maddəsinin «z» bəndinə (xidmət müddəti başa çatmamış) müvafiq olaraq bağlaşması ləğv edilərək xidmət vaxtı başa çatmamış həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə N iyun N5-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinə göndərilmişdir. İşə əlavə olunmuş Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Kövər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Tərtər Hərbi Prokurorluğuna ünvanlanmış 25 iyul N5-ci il tarixli 5-9-N/2-19/N5 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, Yevlax rayon Kövər kəndində qeydiyyat olmaqla həmin kənddə yaşayır və onun arvadı X3, qızları X4, X5, X1 və oğlu X6 ibarət ailə üzvləri vardır. İşə əlavə olunmuş Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Kövər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamə ilə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İşə əlavə olunmuş 23N nömrəli hərbi hissə tərəfindən verilmiş N4 avqust N5-ci il tarixli 2248 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs N4 avqust N5-ci ildə 23N nömrəli hərbi hissənin Qarnizon hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və onun hərbi xidmətə yararlı olması müəyyən edilmişdir. İşə əlavə olunmuş Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların həqiqi hərbi xidmətinin uzadılması haqqında 25 iyun N4-cü il tarixli bağlaşmanın təsdiqlənmiş surətindən görünür ki, Təqsirləndirilən şəxs 5 (beş) il müddətə Azərbaycan Ordusunda müddətdən artıq hərbi xidmət etmək öhdəliyi götürmüşdür. İşə əlavə olunmuş N nömrəli hərbi hissə komandirinin N6 sentyabr N4-cü il tarixli 265 nömrəli əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xidmət müddəti 25 iyun N9-cu il tarixədək uzadılması elan edilmişdir. İşə əlavə olunmuş “Qətimkan tədbirinin seçilməsi haqqında” 21 avqust N5-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “Başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.N5-ci il saat N8:NN-dan xx.xx.N5-ci il N7:3N-dək və xx.xx.N5-ci il saat N8:NN-dan xx.xx.N5-ci il tarixədək heç bir üzrlü səbəblər olmadan xidmət yerinə gəlməyərək ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 333.3–cü və 333.4-cü maddələri ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “böyük ictimai təhlükə törətməyən” olmaqla, zabitin, gizirin, miçmanın, müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçunun və ya kontrakt üzrə xidmət edən şəxsin hissəni və ya xidmət yerini özbaşına tərk etməsi, habelə üzürlü səbəblər olmadan xidmət yerinə vaxtında qayıtmaması on gündən artıq, lakin bir aydan çox olmayaraq törədilməklə qəsdən törədilən cinayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4–cü maddəsində nəzərdə tutulmuş cinayət əməli isə “az ağır” olmaqla, zabitin, gizirin, miçmanın, müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçunun və ya kontrakt üzrə xidmət edən şəxsin hissəni və ya xidmət yerini özbaşına tərk etməsi, habelə üzürlü səbəblər olmadan xidmət yerinə vaxtında qayıtmaması 1 aydan artıq, lakin 3 aydan çox olmayaraq törədilməklə qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirini səmimi olaraq etiraf etməsini, məhkumluğunun olmamasını, evli olmaqla himayəsində iki azyaşlı və iki yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, ailəsinin yeganə qazanc gətirən şəxsi olmasını, valideynlərinin xəstə olmasını, AR ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etməsini onun barəsində cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Belə ki, işə əlavə olunmuş DİN-nin BƏSİİ tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşə əlavə olunmuş AZ-İİİ 549386 nömrəli doğum haqqında şəhadətnamənin suətindən görünür ki, X1N 27 may 2N15-ci il tarixdə Mingəçevir şəhərində doğulmuşdur, bu barədə doğum haqqında akt qeydləri kitabında 2N15 ilin iyul ayının N3 günündə 21 № ilə qeyd edilmişdir. İşə əlavə olunmuş AZ-İİ 577746 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, XN 13 yanvar 2NN-ci il tarixdə doğulmuşdur, bu barədə doğum hahıqda akt qeydləri kitabında 2NN ilin fevral ayının N2 günündə 1N № ilə qeyd edilmişdir. İşə əlavə olunmuş AZ-İİİ 882521 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 N5 fevral 2N17-ci ildə Mingəçevir şəhərində doğulmuşdur, bu barədə doğum haqqında akt qeydləri kitabında 2N17 ilin fevral ayının N9 günündə N6 № ilə qeyd edilmişdir. İşə əlavə olunmuş AZ-İİ 4N3456 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 17 fevral 2N1N-cu ildə Mingəçevir şəhərində doğulmuşdur, bu barədə doğum haqqında akt qeydləri kitabında 2N1N ilin mart ayının N1 günündə 12 № ilə qeyd edilmişdir. İşə əlavə olunmuş Yevlax rayon Malbinəsi ASM-i tərəfindən verilmiş 21 avqust N5-ci il tarixli məlumatdan görünür ki, X7 həqiqətən 2-ci qrup əlildir. İşə əlavə olunmuş Yevlax rayon Malbinəsi ASM-i tərəfindən verilmiş 21 avqust N5ci il tarixli məlumatdan görünür ki, X14 həqiqətən 2-ci qrup əlildir. İşə əlavə olunmuş Yevlax Rayon Mərkəzi X15 Şəxsi tərəfindən verilmiş N6 may N5ci il tarixli 157 nömrəli arayışdan görünür ki, X8 həqiqətən «miokard infarktı» diaqnozu ilə xəstələnib, evdə yataq şəraitində müalicədədir. İşə əlavə olunmuş Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsi tərəfindən verilmiş N6 oktyabr N5-ci il tarixli 347 nömrəli arayışdan görünür ki, Yevlax rayon sakini 1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs həqiqətən 25 iyun N1-ci il tarixdən N iyun N5-ci il tarixədək müddətdən artıq həqiqi hərbi xidmət keçmişdir, 19-2N sentyabr N3-cü il tarixlərdə Qarabağ iqtisadi rayonu ərazisində yerləşən qeyriqanuni silahlı birləşmələrə qarşı aparılan antiterror əməliyyatlarında iştirak etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2NN3-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə vəictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədiilə tətbiq edilir. Təqsirləndirilən şəxs ittiham olunduğu CM-nin 333.3-cü maddəsinin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları, CM-nin 333.4-cü maddəsinin sanksiyasında isə iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs ordu sıralarından tərxis olunduğundan ona intizam xarakterli hərbi hissədə saxlama və hərbi xidmət üzrə məhdudlaşdırma cəzaları təyin edilə bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2NN3-cü il tarixli 4 №li Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, qanunun qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən Təqsirləndirilən şəxs barəsində müəyyən edilmiş cəzanı yüngülləşdirilən halların məcmusunu, cəzasının ağırlaşdıran halların olmamasını nəzərə alaraq Azərbaycan Respublikası CM-nin 333.3-cü və 333.4-cü maddələrində nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının onun əməlinin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə uyğun olmamaqla ağır olması qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 62-ci maddəsinə əsasən cinayətin məqsəd və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmuyu müstəsna hal hesab edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halın olmamasını, onun şəxsiyyətini, ailə və sosial vəziyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə ordu sıralarından ehtiyata buraxılması ilə əlaqədar törətdiyi cinayətin ictimai təhlükəliliyinin əhəmiyyətli dərəcədə azalmasını və onun artıq islah yolunda olmasını nəzərə alaraq hesab edir ki, ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi onun özünü və ailəsini ciddi məhrumiyyətlərə düçar edə bilər, nəticədə həmin cəza məhkumun islah olunmasına xidmət edə bilməz. Bu baxımdan məhkəmə hesab edir ki, CM-nin 62-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların məcmusu müstəsna hal kimi qiymətləndirilməli və ona təqsirli bilindiyi CM-nin 333.3 və 333.4-cü maddələrinin sanksiyalarında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzası deyil, həmin cəzadan daha yüngül cəza növü, yəni azadlığın məhdudlaşdırılması növündə cəzanı təyin etməklə cəzanın məqsədinə və cəzanın məqsədlərindən olan sosial ədalətin bərpasına, məhkumun islah olunmasına, Cinayət Məcəlləsinin ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının icrası onun yaşayış yeri üzrə Yevlax Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. Təqsirləndirilən şəxs üzərinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2ci maddəsinə əsasən Bərdə və Yevlax rayonlarının ərazi hüdudlarını tərk etməmək, Yevlax rayonunun Kövər kəndində yerləşən yaşayış yerini saat 23:NN-dan N6:NN-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs AR Cinayət Məcəlləsinin müxtəlif maddələrində nəzərdə tutulmuş iki cinayət törətmişdir. O, həmin cinayətlərin heç birinə görə məhkum olunmamış, qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş və bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Belə olan halda onun əməlində CM-nin 17-ci maddəsinə əsasən cinayətlərin məcmusu yaranır. CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Təqsirləndirilən şəxs törətdiyi cinayətlərdə böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər olduğundan məhkəmə hesab edir ki, CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. İş üzrə, maddi sübut, məhkəmə məsrəfi, maddi zərər, mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384.1 və 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü və 333.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-ci maddəsi ilə N1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunan cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 1 (bir) il 2 (iki) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bərdə və Yevlax rayonlarının ərazi hüdudlarını tərk etməmək, Yevlax rayonunun Kövər kəndində yerləşən yaşayış yerini saat 23:NN–dan N6:NN–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvəyyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 2N (iyirmi) gün müddətə Tərtər Hərbi Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Könül Şəfiyeva
Məhkəmə qərarları › İş №1-1(098)-109/2025
Tərtər Hərbi Məhkəməsi Hökm — İş №1-1(098)-109/2025
16.10.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver