Məhkəmə qərarları › İş №1-1(098)-114/2023

Tərtər Hərbi Məhkəməsi Hökm — İş №1-1(098)-114/2023

07.09.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tərtər rayonu İş № 1-1(098)-114/2023 07.09.2023 TƏRTƏR HƏRBİ MƏHKƏMƏSİ Tərtər Hərbi Məhkəməsinin sədri Quliyev İlqar Məsail oğlunun sədrliyi, Hakim Sarıyev Əhməd Mədət oğlundan (məruzəçi-hakim) və Hakim Nəsirov Vidadi Mikayıl oğlundan ibarət tərkibdə X5 Əli oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Müdafiəçi-Tərtər Rayon Vəkil Bürosunun vəkili MüdafiəçiN iştirakları ilə xx.xx.1998-ci il tarixdə Goranboy rayon Tapqaraqoyunlu kəndində doğulmuş, həmin ünvanda yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Tərtər Hərbi Məhkəməsinin 14 iyun N0NN-ci tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, N nömrəli hərbi hissəsinin 1-ci əməliyyat taborunun N-ci əməliyyat bölüyünün 4-cüəməliyyat taqımının N-ci əməliyyat qrupunda sabiq kəşfiyyatçı-qumbaratan köməkçisi vəzifəsində, matros hərbi rütbəsində xidmət etmiş, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 333.4 və 333.6-cı maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Tərtər Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi bir aydan artıq, lakin üç aydan çox olmayan müddətə xidmət yerinə vaxtında qayıtmamış, həmçinin üzrlü səbəblər olmadan təkrarən bir aydan artıq, lakin üç aydan çox olmayan müddətdə xidmət yerini özbaşına tərk etmişdir. Belə ki, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissəsinin 1-ci əməliyyat taborunun N-ci əməliyyat bölüyünün 4-cü əməliyyat taqımının N-ci əməliyyat qrupunun kəşfiyyatçıqumbaratan köməkçisi vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olmaqla matros hərbi rütbəsində xidmət edərkən hərbi hissənin şəxsi heyəti ilə birlikdə gücləndirmə iləəlaqədar Kəlbəcər rayonu ərazisində ezamiyyətdə olan zaman N3 sentyabr N0NN-ci il tarixdə saat 13 radələrində yüksək hərarəti olduğundan N-ci əməliyyat bölüyünün komandiri kapitan Şahid1 icazəsi ilə Kəlbəcər rayonu Zar kəndində yerləşən xidmət etdiyi postdan təxminən 30-40 km arxada hərbi hissənin qərargah binasının yaxınlığında yerləşən bilavasitə düşmənə qarşı durmayan və faktiki döyüş əməliyyatı aparmayan səhra tipli tibb məntəqəsinə getmiş, lakin həmin tibb məntəqəsində özünü tibb məntəqəsinin növbətçi həkiminə təqdim etmədən xidməti yerinə qayıtmayıb, müalicə olunması ücün Gəncə şəhərində yerləşən N30 saylı hərbi hospitala müraciət etmiş və onun müvafiq tibbi göndərişi olmadığından hərbi hospitala daxil ola bilmədiyindən yaşadığı Göranboy rayonuna gedərək, orada ev şəraitində müalicə olmuş və səhhəti bərpa olunsada xidmət yerinə qayıtmayaraq, 06 dekabr N0NN-ci il tarixdə saat 1N:40-da Yevlax rayonunun Aran qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsində xidməti yerinə könüllü gələrək müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olmaqla üzrlü səbəblər olmadan bir aydan artıq, lakin üç aydan çox olmayan müddətə xidmət yerinə vaxtında qayıtmamışdır. Bundan başqa o, yuxarıda qeyd olunan vəzifədə və hərbi rütbədə xidmət edərkən 1N dekabr N0NN-ci il tarixdə saat 08:00-da Yevlax rayonunun Aran qəsəbəsiərazisində yerləşən N nömrəli hərbi hissəsində xidmət yerini özbaşına tərk etmiş, N nömrəli hərbi hissə komandirinin N yanvar N0N3-cü il tarixli, N0 nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cı bəndinə (bağlaşma ləğv edilərək) və Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 50-ci maddəsinin "z” bəndinə (xidmət vaxtı başa çatmamış) müvafiq olaraq ehtiyata buraxılaraq şəxsi heyətin siyahısından çıxarılaraq, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olmaqla üzrlü səbəblər olmadan bir aydan artıq, lakin üç aydan çox olmayan müddətə xidmət yerini özbaşına tərk etmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 333.6-cı maddəsi ilə ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki,xx.xx.N0N0-ci il tarixdən Səfərbərlik üzrə Goranboy rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılaraq N nömrəli hərbi hissədə təxminən N ay müddətində kursa cəlb edildikdən sonra N nömrəli hərbi hissəsinin 1-ci taborunun 1-ci bölüyünün 3-cü taqımının N-ci manqasının qumbaratan köməkçisi, xx.xx.N0N1-ci il tarixdən N nömrəli hərbi hissəsinin 3-taborunun N-ci bölüyünün 1-ci taqımının 1-ci manqasının komandiri, xx.xx.N0NN-ci il tarixdən isə həmin hərbi hissənin 1-ci əməliyyat taborunun N-ci əməliyyat bölüyünün 4-cüəməliyyat taqımının N-ci əməliyyat qrupunun kəşfiyyatçı-qumbaratan köməkçisi vəzifəsinə təyin edilmişdir.44 günlük Vətən müharibəsində N saylı hərbi hissənin tərkibində həmlə bölüyündə əsgər rütbəsində xidmət etmiş, xx.xx.N0N0-ci il tarixdə başlamış döyüşlərdə iştirak etmiş, 5 gün Suqovuşanın azad olunması uğrunda apralılan döyüşlərdə fəal iştirak etmiş, 0N oktyabr N0N0-ci il tarixdə həmin ərazidə olan ağır döyüşlər zamanı başından barotravma və sol bud nahiyyəsindən qəlpə yaraları almışdır. Həmin vaxt Naftalan şəhərində olan səyyar hərbi hospitalda 4 gün müalicə olunmuş, sonra Bakı şəhərində yerləşən hərbi hospitalda «barotravma və qəlpə yaraları» diaqnozu ilə 4 gün müalicə olunmuş, həkimlərin dediyinə görə qəlpə zəhərli olduğundan xəsarətin yeri demək olar ki, sağalmamış, yaranın yeri iltihab etdyindən ona tez-tez yüksək hərarət vermiş, çox vaxt halsız olmuşdur. Buna baxmayaraq yenidən xidmət yerinə qayıdıb xx.xx.N0N0-ci il tarixdə Zəfərlə başa çatan döyüşlərdə iştirak etmişdir. N0N1-ci ilin sentyabr ayınadək N nömrəli hərbi hissədə xidmət etmiş, sonra xidmət yeri N saylı hərbi hissəyə dəyişdirilmişdir. O, N saylı hərbi hissədə N ay «komando» kursu keçmişdir. xx.xx.N0NN-ci il tarixdə xidmət etdiyi N-ci əməliyyat qrupu Kəlbəcər rayonu Qılınclı kəndində olarkən onlara 05N nömrəli hərbi hissənin hərbi qulluqçuları tərəfindən təlim keçirilmiş, o, kəşfiyyatçı qumbaraatan vəzifəsində olduğu üçün NN sentyabr N0NN-ci il tarixdə xüsusi təyinatlı qüvvələrlə birlikdə 14 nəfərlik qrupun tərkibində əməliyyatlarda iştirak etmiş, Kəlbəcər rayonun Zar kəndində yerləşən xidmət etdiyi post uğrunda aparılan əməliyyat zamanı qrup 1 nəfər şəhid vermiş,4 nəfər minaya düşmüşdür. O, həmin vaxt əl qumbarasını çəkib düşmən əsgərinin toplaşdığı yerə atmış, bir neçə hərbi qulluqçusu ölmüş, daha sonra qrupun əvvəldən hazırlanmış birliyi nəticəsində xidmət etdiyi post düşməndən azad edilmişdir. Həmin vaxt düşmən böyük itki vermiş və post ordumuzun sərancamına keçmişdir. Bir müddət keçmiş, rus sülhməramlı qüvvələri həmin əraziyə gəlib düşmən meyitlərini götürüb aparmışdır. O, həmin postda 10 gündən çox xidmət etmiş, sonra antiterror əməliyyatı dayanmışdır. Həmin post Kəlbəcər rayonun Zar kəndi ərazisində yerləşmiş, postdan baxdıqda Göyçə mahalı görünmüşdür. O, N ay müddətində orada təlimlərdə iştirak etmişdir.Onun təlim keçdiyi Zar kəndi ilə qarşı tərəfdə olan düşmən postları arasında məsafə hava yolu ilə 5 km-dən artıq olmuş, ərazi döyüş şəritində yerləşməmiş, ərazi döyüş şəraitində olsa idi N ay orada olan dağlarda təlimlər keçirilməzdi, şəxsi heyət məzuniyyətə buraxılmazdı. Hətda o, eşitmişdir ki, düşməndən azad etdikləri postu başqa hərbi hissəyə təhvil verib, qalan şəxsi heyət aşağı düşürüləcək. Həmin ərazinin döyüş şəraitində olması ilə bağlı hərbi hissə komandirinin əmri olmamış,ona belə bir əmr elan edilməmişdir. Orada olduğu müddətdə hava şəraiti yağışlı olmuş, döyüş vaxtı xəsarət almış yarası yenidən ağrımağa başlamış və şişmiş, bədənində yüksək hərarəti yaranmış, həmçinin mədəsində də şiddətli ağrılar olmuş, ağzında qan gəlmişdir. Bununla əlaqədar 1N sentyabr N0NN-ci il tarixdə səhhətində olan problemlərlə bağlı rabitə vasitəsilə bölük komandiri kapitan Şahid1 və bölüyün baş çavuşu, baş gizir X1 ilə əlaqə saxlayaraq sol ayağında olan qəlpə yerlərinin ona şiddiətli ağrılar verdiyini, bədənində hərarətinin olduğunu və bununla əlaqədar olaraq xidməti vəzifələrini yerinə yetirməyə fiziki imkanı olmadığından tibb məntəqəsinə müraciət etmək istədiyini bildirmişdir. Bundan sonra kapitan Şahid1, bölüyün baş çavuşu, baş gizir Ramin Abbasov və 1-ci taborun tibb xidmət rəisi, leytenant Səhrab Mayılov onun yanına gələrək vəziyyəti ilə maraqlanmışlar. 1-ci taborun tibb məntəqə rəisi Səhrab Mayılov onun hərarətinin olduğunu aşkar etmiş və bu haqda bölük komandiri kapitan Şahid1 onun xəstə olaraq müalicəyə ehtiyyacı olduğunu bildirdikdən sonra kapitan Şahid1 onun tibb məntəqəsinə getməsinə icazə vermişdir. Həmin vaxt postda 11 nəfər olsalarda aralarında sanitar təlimatçı olmamışdır. Sonra o, bölük komandirinin icazəsi əsasında məzuniyyətə gedən hərbi qulluqçularla birlikdə döyüş postundan çıxıb tibbi yardım avtomobili ilə postdan təxminən 30-40 km arxada hərbi hissənin qərargah binasının yaxınlığında yerləşən səyyar tibb məntəqəsinə avtomobillə 1 saata gəlmişdir.O, tibbi mənətəqsinə gəlmiş, çadırdan olan tibbi mənətəqsində heç kimin olmadığını görmüş, təxminən orada N saat gözləmiş, lakin ora heç kim gəlməmişdir. Səhhəti getdikcə pisləşmiş, tez-tez huşunu itirmiş, sonra yaxınlıqda olan Kamaz markalı avtomobillin Gəncə şəhəri istiqamətində getməsini eşidib, ağrıları artdığından həmin avtomobilə minmiş, heç yerdə dayanmadan daha yaxşı müalicə olunmaq üçün Gəncə şəhərində yerləşən hospitala gəlmək istəmişdir. Sonra o,Kamaz markalı avtomobil ilə Göygöl rayonun Toğana kəndinə qədər gəlmiş, yolda taksiyə minmiş və Gəncə şəhərində yerləşən N30 nömrəli hərbi hospitala tək getmiş, hospitalın qəbul şöbəsinə yaxınlaşmışdır. Qəbuldan ondan üzərində tibb kitabçasının və göndərişininin olub-olmadığını soruşmuşlar. Ancaq hərbi vəsiqəsi və ya hospitala göndərişi olmadığından onu nəzarət-buraxılış məntəqəsindən içəri buraxmamışlar. Əslində ona tibb məntəqəsindən göndəriş sənədi verilməli idi, lakin tibb mənətəqəsində heç kim olmadığı üçün o, bu sənədi ala bilməmişdir. Bundan sonra hospitala qəbul edilmədiyini görüb Goranboy rayonu Tapqaraqoyunlu kəndində yerləşən yaşadığı evə getmiş, orada təxminən bir ay müddətinə ev şəraitində anası tərəfindən müalicə olunmuşdur. Özünü yaxşı hiss etdiyindən xidmət yoldaşları ilə əlaqə saxlamış və ona artıq xidmət yerlərinin Yevlax rayonuna dəyişidirildiyini dediklərindən könüllü olaraq 06 dekabr N0NN-ci il tarixdə saat 1N:40-da Yevlax rayonun Aran qəsəbəsində yerləşən N saylı hərbi hissəyə xidmət yerinə qayıtmışdır. Hərbi hissədə olarkən ayağında olan xəsarətlə bağlı artıq «komando» kimi xidmətini davam etdirə bilmədiyini, tərxis olunmaq istədiyini, başqa bölmələrdə xidmət edə biləcəyini bölük komandirinə bildirmişdir. Sonra onun ayağında yenədə ağrılar yaranmış, özünü pis hiss etmiş, təlimlərdə yaxşı iştirak edə bilməmiş, xidmət etməkdə çətinlikləri yaranmışdır. Bununla əlaqədar olaraq onun ehtiyyata tərxis olunması barədə müvafiq əmr olacağını bilmişdir. Özünü pis hiss etdiyindən tərxis edilməsi barədə əmri gözləmədən 1N dekabr N0NN-ci il tarixdə Yevlax rayonun Aran qəsəbəsində yerləşən xidmət yerini özbaşına tərk edib getmiş, 0N yanvar N0N3-cü il tarixdə N nömrəli hərbi hissə komandirinin əmrinə əsasən bağlaşması ləğv edilərək ehtiyata buraxılmışdır. N yanvar N0N3-cü il tarixdə ona hərbi hissədən telefonla hərbi hissə komandirinin əmrinə əsasən hərbi xidmətdən ehtiyata buraxılması ilə bağlı məlumat verildikdən sonra xidmət yerinə gəlib əmrlə tanış olmuş, imzaladıqdan sonra göndəriş vərəqəsini götürüb Goranboy rayonu üzrə səfərbərlik xidmətinə təqdim etmək üçün hərbi hissədən getmişdir. O, daha sonra göstərmişdir ki, 44 günlük Vətən müharibəsində göstərdiyi şücayətə görə «Suqovuşanın azad olunmasına görə» və «Vətən Müharibəsi iştirakçısı» medalları ilə təltif olunmuşdur. Məhkəmədən əməlindən peşman olmasını,ehtiyyata buraxıldıqdan sonra ailə həyatı qurmasını, heç yerdə işləməyən və onun himayəsində olan arvadının hal-hazlrda 4 aylıq hamilə olmasını, hazırda “Gold Naftalanda” aşpaz işləyərək ayda 400 manat maaş alaraq ailəsinə maddi yardım göstərməsini, 44 günlük Vətən müharibəsində və N0NN-ci ilin sentyabr ayında Kəlbəcər rayonunda xüsusi təyinatlı qüvvələrlə birlikdə əməliyyatlarda iştirak etməsini, arvadının xəstə olmaqla müalicəyə ehtiyacı olmasını, ağır ailə vəziyyəti şəraitində yaşamalarının nəzərə alınmasını və ona aldığı maaş həcmində, yəni 400 manat miqdarında cərimə cəzasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid N saylı hərbi hissənin 1-ci taborunun N-ci bölüyünün baş çavuşu baş gizir Şahid3 göstərmişdir ki, Təqsirləndirilən şəxs xidmət müddətində tanımış, münasibətləri xidməti olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs 44 günlük Vətən müahribəsində iştirak edərək, ağır yaralanmışdır, həmçinin Təqsirləndirilən şəxs kəşfiyyatçı-qumbaratan kimi N0NN-ci ilin sentyabr ayında Kəlbəcər rayonunda gedən döyüş əməliyyatlarında cox fəal və yaxşı iştirak etmişdir.1N sentyabr N0NN-ci il tarixdə Kəlbəcər rayonu istiqamətində gedən döyüş əməliyyatları yeni bitmişdir. N3 sentyabr N0NN-ci ildə Kəlbəcər rayonu Zar kəndi ərazisində olarkən hərbi qulluqçular döyüş postlarında olmuşlar. Həmin müddətdə o, bölük komandiri Şahid1 tərəfindən şəxsi heyətin silah-sursat təminatı və sağlamlıq vəziyyətlərinin yoxlanılması məqsədilə mövqelərə göndərilmiş, lakin mövqelərin döyüş şəraitində yerləşməsilə bağlı əmrlə tanış olmamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs rabitə vasitəsilə əlaqə saxlayaraq yüksək hərarətinin olduğunu özünü pis etdiyini demişdir. Bu səbəbdən o, Təqsirləndirilən şəxs yaxınlaşmış, sonuncunun həqiqətən yüksək hərarətinin olduğunu hiss etmiş, özünü pis hiss etdiyini görmüşdür. Az sonra 1-ci taborun tibb məntəqə rəisi XN Hüseynovun yanına gəlmiş və sonuncunun vəziyyətinin pis olduğunu müəyyənləşdirmişdir. Bundan sonra o, rabitə əlaqəsi vasitəsilə Təqsirləndirilən şəxs səhhətinin pis olması barədə bölük komandiri Şahid1 məlumat vermişdir. Sonra bölük komandiri kapitan Şahid1 Təqsirləndirilən şəxs tibb məntəqəsinə getməyinə icazə vermiş, bundan sonra onlar Təqsirləndirilən şəxs sanitar maşına mindirərək saat 13 radələrində təxmini 30-40 km-lik məsafədə aşağıda yerləşən tibb məntəqəsinə göndərmişlər və oradan hərbi hospitala Gəncəyə getməsi barədə məlumat almışdır. Bir müddət sonra o, bölük komandiri Şahid1lə dəqiqləşmələr aparmış, müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs hospitalda yoxdur. O, N0NN-ci ilin dekabr ayında məzuniyyətdə olmuş, Təqsirləndirilən şəxs hərbi hissəyə nə vaxt qayıtdığını bilməmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, xx.xx.N004-cü il tarixdə Səfərbərlik üzrə Dövət Xidmətinin Bakı şəhəri Xətai rayon idarəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılaraq Heydər Əliyev adına Azərbyacan Ali Hərbi Məktəbinə daxil olmuş, daha sonra müxtəlif hərbi hissələrdə müxtəlif vəzifələrdə xidmət etmişdir. xx.xx.N0NN-ci il tarixdən N nömrəli hərbi hissənin 1-ci taborunun N-ci bölüyünün komandiri vəzifəsində, kapitan hərbi rütbəsində xidmət edir. N nömrəli hərbi hissənin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, matros Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə xidmət edərkən tanımış, onunla münasibətləri xidməti olmuş, aralarında ədavət və ya düşmənçilik olmamışdır.xx.xx.N0NN-ci il tarixdə Kəlbəcər rayon ərazisində olarkən Təqsirləndirilən şəxs səhətində yaranmış problemlərlə bağlı xidmət etdiyi postdan düşərək tibb məntəqəsinə getmək istədiyini bildirmişdir. N nömrəli hərbi hissənin 1-ci taborun həkimi tibb xidməti leytenantı Sərrab Mayılovla birgə həmin posta getmişlər və Təqsirləndirilən şəxs səhətinin pis olduğu qənaətinə gələrək sonuncunu tibb məntəqəsinə göndərmişdir. Həmin gün məzuniyyətə gedən hərbi qulluqçuların getdikləri avtomobil ilə Təqsirləndirilən şəxs gizlincə xidmət yerini tərk etmiş, ancaq o, onun Gəncəşəhərində yerləşən N30 nömrəli hospitala göndərildiyini düşünmüşdür. xx.xx.N0NN-ci il tarixdə həmin hospitalla əlaqə saxlamış və Təqsirləndirilən şəxs orada olmadığınıörgəndikdən sonra həmin tarixdə raport yazılaraq hərbi hissəni özbaşına tərk edənlərin siyahısına salınmışdır. Bundan sonra özü şəxsən Təqsirləndirilən şəxsla əlaqə saxlamış və hərbi hissəyə qayıtmağını bildirmiş, sonuncu isə ona hospitalda olduğunu bildirərək yalan danışmışdır. O, Təqsirləndirilən şəxs hospitalda olmadığını bildiyini, qayıtmasa fərari kimi adının gedəcəyini bildirmiş, bu müddət ərzində N nömrəli hərbi hissənin böyük bir qismi, eyni zamanda 1-ci taborunun şəxsi heyəti Kəlbəcər rayonu ərazisində olmuş, bu səbəbdən o, Təqsirləndirilən şəxs Kəlbəcərə gəlməsini tapşırmış, Təqsirləndirilən şəxs ona gələcəyini bildirsə də, geri qayıtmamışdır. xx.xx.N0NN-ci il tarixdə 1-ci taborun şəxsi heyəti Kəlbəcər ərazisindən Yevlax rayon Aran qəsəbəsi ərazisində yerləşən N nömrəli hərbi hissəyə geri qayıtsa da, Təqsirləndirilən şəxs yenə də uzun müddət hərbi hissədə xidmət yerinə geri qayıtmamışdır. xx.xx.N0NN-ci il tarixdə Təqsirləndirilən şəxs hərbi hissədə xidməti yerinə geri qayıtmış, ancaq Təqsirləndirilən şəxs geri qayıtdığı müddətdə o, məzuniyyətdə olduğundan onun qayıtdığını görməmişdir. xx.xx.N0NN-ci il tarixdə yenidən Təqsirləndirilən şəxs hərbi hissəni özbaşına tərk edib getmişdir. O, xx.xx.N0NN-ci il tarixdə məzuniyyətdən geri qayıtmış, bu səbəbdən Təqsirləndirilən şəxs nə qayıtmasını, nə də yenidən hərbi hissəni tərk etməsini görməmişdir. Təqsirləndirilən şəxs ona “komando” olmaq istəmədiyini, adi bölmədə xidmət etmək istədiyini və ya təxris edilmək istədiyini bildirmişdir. O, hərbi hissədə olduğu müddətdə N nömrəli hərbi hissə komandanlığı tərəfindən uzun müddət fərari olan şəxslərin təxris olmaq istəyən hərbi qulluqçuların adları istənmiş, Təqsirləndirilən şəxs adı da həmin siyahıya yazılıb komandanlığa təqdim edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs xx.xx.N0N3- cü il tarixdə N nömrəli hərbi hissə komandirinin müvafiq əmri ilə bağlaşması ləğv edilərək ehtiyata buraxılmışdır. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş ŞahidN ifadəsində göstərmişdir ki, xx.xx.N00N-cü il tarixdə Səfərbərlik üzrə Dövət Xidmətinin Qax rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətəçağırılmış, xx.xx.N0NNci il tarixdən N nömrəli hərbi hissənin 1-ci taborunun komandiri vəzifəsində, kapitan hərbi rütbəsində xidmət edir. N nömrəli hərbi hissənin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, matros Təqsirləndirilən şəxs xidmət müddətində tanımış, onunla münasibətləri xidməti olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır.N nömrəli hərbi hissənin 1-ci taborunun komandiri vəzifəsinə təyin edildikdən sonra 1-ci tabor Kəlbəcər rayonu ərazisində dislokasiya olunduğu üçün vəzifəyə təyin olunan kimi Kəlbəcər rayonuna getmişdir. Kəlbəcər rayonu ərazisində xidmət yerinə çatdığı zaman Təqsirləndirilən şəxs artıq orada olmamışdır. Təqsirləndirilən şəxs səhhətində yaranmış problemlərlə bağlı tibb məntəqəsinə yollanmış, oradan hospitala gedəcəyi hesab olunmuş, ancaq özbaşına olaraq xidmət yerini tərk etmişdir. xx.xx.N0NN-ci il tarixdə bölük komandiri Şahid1 hospitalla əlaqə saxlamış vəonun orada olmadığınıöyrəndikdən sonra ona bu barədə məruzə etmiş və o, həmin tarixdə Təqsirləndirilən şəxs xidmət yerini özbaşına tərk etməsi ilə bağlı raport yazmışdır. Təqsirləndirilən şəxs hərbi hissəni özbaşına tərk edənlərin siyahısına salınmışdır. xx.xx.N0NN-ci il tarixdə 1-ci tabor Kəlbəcər rayonundan Yevlax rayonunun Aran qəsəbəsinə geri qayıtsa da, Təqsirləndirilən şəxs yenə də uzun müddət hərbi hissəyə gəlməmişdir. xx.xx.N0NN-ci il tarixdə Təqsirləndirilən şəxs hərbi hissəyə geri qayıtsa da xx.xx.N0NN-ci il tarixdə o, yenidən hərbi hissəni özbaşına tərk edib getmişdir. Bundan sonra yenidən raport yazılaraq Təqsirləndirilən şəxs hərbi hissəni özbaşına tərk edənlərin siyahısına salınmışdır. Bundan sonra N nömrəli hərbi hissə komandiri fərari olanlar, xidmət etmək istəməyənlərin siyahısının yazılması ilə bağlı tapşırıq vermiş, Təqsirləndirilən şəxs adı o siyahıya əlavə edilmişdir. xx.xx.N0N3-cü il tarixdə N nömrəli hərbi hissə komandirinin müvafiq əmri ilə matros, Təqsirləndirilən şəxs bağlaşmasına xitam verilmiş və hərbi xidmətdən ehtiyata buraxılmışdır. Bundan sonra o, Təqsirləndirilən şəxs bir daha görməmişdir. Naftalan ŞMX tərəfindən verilmiş xəstənin tibbi kartasından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs döyüş bölgəsində hərbi əməliyyatlar keçirərkən yanında mərmi partlaması nəticəsində «Barotravma kürək nahiyyəsinin əzilməsi, sol baldır və sol ayaq nahiyyəsinin qəlpəli yarası» dioqnozu ilə xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək xəstəxanada stasionar müalicə olunmuşdur. Müdafiə Nazirliyinin 1-ci Təhqiqat bölməsinin xx.xx.N0N3-cü il tarixli qərarından görünür ki, N nömrəli hərbi hissəsinin sabiq hərbi qulluqçusu, matros Təqsirləndirilən şəxs əməllərində CM-nin 333.3-cü və 333.4-cü maddələri ilə cinayət başlanmışdır. Tərtər Hərbi Prokurorluğunun 04 aprel N0N3-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs CM-nin 333.3 və 333.4-cü maddələri iləşübhəli şəxs qismində tanınmışdır. 04 aprel N0N3-cü il tarixdə Tərtər Hərbi Prokurorluğu tərəfindən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Tərtər Hərbi Prokurorluğunun 06 aprel N0N3-cü il tarixli cinayət əməlinin tövsif edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri CM-nin 333.3 və 333.4-cü maddələrindən həmin Məcəllənin 333.4-cü maddəsinə tövsif edilmişdir. Tərtər Hərbi Prokurorluğunun 15 aprel N0N3-cü il tarixli cinayət əməlinin tövsif edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri CM-nin 333.4-cü maddəsindən həmin Məcəllənin 333.4 və 333.6-cı maddələrinə tövsif edilmişdir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətə qəbul haqqında” bağlaşmadan görünür ki, matros Təqsirləndirilən şəxs imzaladığı həmin bağlaşma N sentyabr N0N0-ci il tarixdə təsdiq edilmiş və bağlaşmanın müddəti 3 (üç) il müəyyən edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N0NN-ci tarixli, 351 nömrəli əmrindən çıxarışdan və raportdan görünür ki, 1-ci əməliyyat taborunun N-ci əməliyyat bölüyünün 4cüəməliyyat taqımının N-ci əməliyyat qrupunun kəşfiyyatçı-qumbaratan köməkçisi vəzifəsində xidmət edən, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, matros Təqsirləndirilən şəxs xx.xx.N0NN-ci il tarixdə saat 1N:40-da xidmət yerinə qayıtdığıüçün hərbi hissəni özbaşına tərk edənlərin siyahısından çıxarılmışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N0NN-ci tarixli, 35N nömrəli əmrindən çıxarışdan və raportdan görünür ki, 1-ci əməliyyat taborunun N-ci əməliyyat bölüyünün 4cüəməliyyat taqımının N-ci əməliyyat qrupunun kəşfiyyatçı-qumbaratan köməkçisi vəzifəsində xidmət edən, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, matros Təqsirləndirilən şəxs xx.xx.N0NN-ci il tarixdə saat 08:00-da xidmət yerini özbaşına tərk etdiyi üçün hərbi hissəni özbaşına tərk edənlərin siyahısına salınmışdır N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N3-cü tarixli, N0 nömrəli əmrindən çıxarışının 10-cu paraqrafından görünür ki, 1-ci əməliyyat taborunun N-ci əməliyyat bölüyünün 4-cü əməliyyat taqımının N-ci əməliyyat qrupunun kəşfiyyatçı-qumbaratan köməkçisi vəzifəsində xidmət edən, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, matros Təqsirləndirilən şəxs xx.xx.N0N3-cü il tarixdə saat 11:N0-də xidmət yerinə qayıtdığı üçün hərbi hissəni özbaşına tərk edənlərin siyahısından çıxarılmışdır. N nömrəli hərbi hissədən Tərtər Hərbi Prokurorluğuna verilmiş qeydiyyatsız və tarixsiz arayışdan görünür ki, N nömrəli hərbi hissəsinin 1-ci taborunun N-ci bölüyünün 4-cü taqımının N-ci manqasının şəxsi heyəti hərbi hissənin hərbi qulluqçuları ilə birlikdə “Sarsıdıcı Zərbə” N0NN-ci il döyüşləri ilə əlaqədar 1N sentyabr N0NN-ci il tarixdən N1 oktyabr N0NN-ci il tarixədək Kəlbəcər rayonunun Zar yaşayış məntəqəsində döyüş şəraitində olmuş, qalan müddətlərdə döyüş şəraitində olmamışdır. N saylı hərbi hissə komandirinin N55 nömrəli əmrindən çıxarışdan görünür ki, ehtiyatda olan matros Təqsirləndirilən şəxs N nömrəli hərbi hissə komandirinin N sentyabr N0N0-c il tarixli, 0N4 əç nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanunun 36.1.1-ci, 38.1.N-ci maddələrinə və “Hərbi xidmətkeçmə haqqında" əsasnamənin “v” bəndinə müvafiq olaraq Azərbaycan Ordusunda bağlaşma əsasında 3 (üç) il müddətinə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi qəbul edilmiş, hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilməklə 1-ci taborunun 1-ci bölüyünün 3-cü taqımının N-ci manqasının qumbaraatan köməkçisi vəzifəsinə təyin edilmişdir. N saylı hərbi hissənin xx.xx.N0N3-cü il tarixli 6N8 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidmət xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xidmət yeri üzrə mənfi xarekterizə olunmuşdur. №1-9N91 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin xx.xx.N0N1-ci il tarixli NNN0 nömrəli Sərancamına əsasən «Suqovuşanın azad olunmasına görə» medalı ilə təltif olunmuşdur. №1-3300N nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin N50 s nömrəli xx.xx.N0NN-ci il tarixli Sərancamına əsasən «Vətən müharibəsi iştirakçısı» medalı ilə təltif olunmuşdur. N saylı hərbi hissənin xx.xx.N0N3-cü il tarixli 86N nömrəli məktubundan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu matros Təqsirləndirilən şəxs N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N3-cü il tarixli müvafiq əmrinəəsasən N nömrəli hərbi hissədən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinə (bağlaşma ləğv edilərək) və Silahlı Qüvvələrin intizam nizamnaməsinin 50-ci maddəsinin "z" bəndinə (xidmət vaxtı başa çatmamış) müvafiq olaraq, ehtiyata buraxılmışdır. DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin 14 iyun N0NN-ci tarixli hökmü ilə CM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinərək aylıq pul təminatından dövlət nəfinə 10% pul tutulmaqla 06 ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuşdur. N saylı hərbi hissənin xx.xx.N0N3-cü il tarixli 39N nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin 14 iyun N0NN-ci tarixli hökmü ilə ona təyin edilmiş aylıq pul təminatından dövlət nəfinə 10% pul tutulmaqla 06 ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası məhkəmənin xx.xx.N0NN-ci il tarixli məktubuna əsasən tam olaraq tutulmuş, nəticədə cərimənin tutulması yekunlaşmışdır. Dövlət ittihamçısının Təqsirləndirilən şəxs CM-nin 333.6-cı maddəsi ilə təqsirli sayılaraq, 3 (üç) il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi barədə cıxışı ilə əlaqədar olaraq MüdafiəçiN məhkəməyə vəsatətlə müraciət edərək vəsatətində göstərmişdir ki, Azərbaycan Respublikası CPM-nin (bundan sonra CPM-nin) 14N-ci maddəsinin tələbinə əsasən preyudisiyal qüvvəyə malik olan Tərtər Hərbi Məhkəməsinin xx.xx.N0N1-ci il tarixli hökmü ilə müəyyən edilmişdir ki, dövlət ittihamçısı məhkəmə çıxışı zamanı 0N9 hərbi hissənin baş leytenantı X4 qarşı elan edilmiş ittihamı CM-nin 333.6-cı maddəsindən həmin Məcəllənin 333.3-cü maddəsinə tövsif etmişdir və bunu onunla əsaslandırmışdır ki, XN xidmət yerini özbaşına tərk etdiyi müddətdə hərbi hissə tam döyüş şəraitində olsada və bundan başqa Zaur Namazovun döyüş şəraitində olması barədə hərbi hissəüzrəəmr verilsədə belə sonuncunun hərbi hissəni tərk etdiyi zaman dislokasiya yeri bir başa düşmənlə təmasda olan şəraitdə olmamışdır və o,Yevlax rayonunun Aran qəsəbəsində olduğu zaman xidmət yerini özbaşına tərk etmişdir və bu səbəbdən Zaur Namazovun ittiham edildiyi CM-nin 333.6-cı maddəsində zabit heyətindən olan şəxs kimi döyüş şəraitində on gündən artıq, lakin bir aydan çox olmayan müddətə xidmət yerini özbaşına tərk etməsi əməli qeyd edilən cinayətin tərkibini yaratmadığı qeyd edilmişdir. «Döyüş şəraiti» dedikdə hərbi hissənin və ya bölmənin bilavasitə düşmənə qarşı durması və faktiki olaraq döyüş əməliyyatlarının aparılması başa düşülür. XN xidmət etdiyi hərbi hissənin şəxsi heyəti NN sentyabr N0N0-ci il tarixdən 10 noyabr N0N0-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etsə də həmin vaxt Zaur Namazov xidmət yerini 0N9 nömrəli hərbi hissənin yerləşdiyi Yevlax rayonunun Aran qəsəbəsindən özbaşına tərk etmiş və onun daimi dislokasiya məntəqəsi 05 noyabr N0N0-ci il tarixdən 1N noyabr N0N0-ci il tarixədək Yevlax rayonunun Aran qəsəbəsi olmuşdur. Qeyd olunanlara əsasən dövlət ittihamçısı Zaur Namazovun əməlini CM-nin 333.6-cı maddəsindən həmin məcəllənin 333.3-cümaddəsinə tövsif etmişdir. CPM-nin 318.1-ci maddəsinin tələbinə əsasən dövlət ittihamçısının vəsatəti əsaslı olduğundan təmin edilmiş, XN əməli CM-nin 333.6-cı maddəsindən həmin Məcəllənin 333.3-cü maddəsinə tövsif edilmiş, Zaur Namazov CM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinib aylıq pul təminatından dövlət nəfinə N0 (iyirmi) faiz məbləğində pul tutulmaqla 01 (bir) il 06 ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmişdir və həmin hökm qanuni qüvvəyə minmişdir. Odur ki, preyusidial qüvvəyə malik olan bu hökmdə qeyd edilən mövqeyə əsaslanaraq Təqsirləndirilən şəxs da Kəlbəcər rayonu ərazisində ezamiyyətdə olarkən xx.xx.N0NN-ci il tarixdə günorta saatlarında bölük komandiri Şahid1 icazəsindən sonra xidmət etdiyi postdan təxminən 30-40 km arxada hərbi hissənin qərargah binasının yaxınlığında yerləşən bilavasitə düşmənə qarşı durmayan və faktiki döyüş əməliyyatı aparmayan səhra tipli tibb məntəqəsinə getmiş, lakin həmin tibb məntəqəsində tibb məntəqəsinin növbətçi həkimi yerində olmadığından və səhhətinin pisləşməsi ilə əlaqədar olaraq xidməti yerinə qayıtmayaraq, N30 saylı hərbi hospitala getmiş, lakin orada tibb kitabcası və tibbi göndərişi olmadığından, hərbi hospitala qəbul edilmədiyindən yaşadığı Goranboy rayonuna gedərək, ev şəraitində müalicə olmuş, səhhəti bir ay ərzində bərpa olsada yaşadığı evdə qalaraq, yalnız xx.xx.N0NN-ci il tarixdə saat 1N:40-da Yevlax rayonunun Aran qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsində xidməti yerinə könüllü gələrək, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olmaqla üzrlü səbəblər olmadan bir aydan artıq, lakin üç aydan çox olmayan müddətə xidmət yerinə vaxtında qayıtmamışdır. Bundan başqa o, xx.xx.N0NN-ci il tarixdə saat 08:00-da Yevlax rayonunun Aran qəsəbəsi ərazisində yerləşən N nömrəli hərbi hissəsində xidmət yerini özbaşına tərk etmiş, xx.xx.N0N3-cü il tarixdə ehtiyata buraxıldığı vaxt xidmət yerinə qayıtmış, bir aydan artıq, lakin üç aydan çox olmayan müddətə xidmət yerini özbaşına tərk etmişdir.Göründüyü kimi Təqsirləndirilən şəxs xidmət yerini döyüş şəraitində özbaşına tərk etməmişdir. Müdafiəçi həmçinin vəsatətində göstərmişdir ki, Təqsirləndirilən şəxs həyatını gənc yaşlarından hərbi xidmətə bağlamış, düşmənlə üzbəüz yerləşən hərbi hissələrdə müddətdən artıq hərbi qulluqçu kimi xidmət etmişdir. Ona cəza təyin olunarkən özünün xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək Vətən müharibəsində təcrübəli hərbi qulluqçu kimi işitrak etməsi, döyüşdə aldığı sarsıntılar və xəsarətlər səbəbindən müalicəyə ehtiyacı olması, ailəli olmaqla özünün fərdi əməklə məşğul olmaqla ailəsinə maddi yardım göstərməsi, ailəsinin onun əməyinə ehtiyacı olması, vətənpərvər və intizamlıhərbi qulluqçu kimi şücaət və qəhrəmanlıq nümayiş etdirdiyinə görə Ali Baş Komandan tərəfindən döyüşlərdə fərqləndiyinə görə «Suqovuşanın azad olunmasına görə» və «Vətən Müharibəsi iştirakçısı» medalları ilə təltif olunması, həmçinin Suqovuşanın azad olunması zamanı ağır yaralanması nəzərə alınmalı, Vətən müharibəsində şücaət və qəhrəmanlıqlar göstərən şəxslərin müharibədən öncə, müharibə zamanı və müharibədən sonra düşmənlə təmas xəttində, emosional gərginlik dövründə törətdikləri cinayət əməllərinə cinayət və cinayət prosessual qanunlarında nəzərdə tutulmuş güzəştlər tətbiq olunmalıdır. Müdafiə tərəfi hesab edir ki, Qələbə ilə başa çatmış Vətən müharibəsində iştirak etmiş qəhramanlıq göstərmiş hərbi qulluqçulara o cümlədən Təqsirləndirilən şəxs Vətənin qəhraman oğullarının sırasında adı yazıldığından onun kimi uzun müddət ərzində dövlətin yetişdirdiyi ixtisaslı hərbi qulluqçunun və Vətən müharibəsində həyatını təhlükəyə atmaqdan cəkinməyən və bu döyüşlərdə etdiyi qəhramanlığına görə təltif olunmuş hərbiçi kimi keçdiyi xidmət yolu, ailənin maddi cəhətdən idarə edilməsinin məhz Təqsirləndirilən şəxs üzərinə düşməsi nəzərə alınmalıdır. Müdafiəçi çıxışının sonunda yuxarıda qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs əməlinin CM-nin 333.6-cı maddəsindən CM-nin 333.4-cü maddəsinə tövsif edilərək barəsində CM-nin N0 və ya 6N-ci maddələri tətbiq edilməklə azadlıqdan məhrumetmə ilə bağlı olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin cıxışlarını dinləyib CPM-nin 14N-ci maddəsinin tələbinə əsasən preyudisiyal qüvvəyə malik olan Tərtər Hərbi Məhkəməsinin NN may N0N1-ci il tarixli hökmünü nəzərdən keçirərkən müəyyən etmişdir ki, bu iş üzrə dövlət ittihamçısı məhkəmə çıxışında baş leytenant XN xidmət etdiyi hərbi hissənin şəxsi heyətinin tam tərkibdə NN sentyabr N0N0-ci il tarixdən 10 noyabr N0N0-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etsə də və bu haqda hərbi hissəüzrə verilən əmrdə baş leytenant XN döyüş şəraitində olması qeyd edilsədə, həmin vaxt Zaur Namazovun xidmət yerini 0N9 nömrəli hərbi hissənin daimi dislokasiya məntəqəsi olan Yevlax rayonunun Aran qəsəbəsindən özbaşına tərk etdiyindən onun əməli CM-nin 333.6cı maddəsindən həmin Məcəllənin 333.3-cü maddəsinə tövsif etmişdir. Tərtər Hərbi Məhkəməsinin 16 iyun N0N1-ci il tarixli hökmün icrası barədə göstərişin surətindən görünür ki, həmin tarixdə XN barəsində olan Tərtər Hərbi Məhkəməsinin NN may N0N1-ci il tarixli hökmündən apelyasiya şikayəti və protesti verilmədiyindən həmin hökm qanuni qüvvəyə minmişdir. CPM-nin 14N.1-ci maddəsinin tələbinə əsasən cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəməüçün məcburidir. Bundan başqa məhkəmə hesab edir ki, cinayət Qanuna görə “döyüş şəraiti” dedikdə, hərbi hissənin və ya bölmənin bilavasitə düşmənə qarşı durması və ya faktiki döyüş əməliyyatı aparması başa düşülür. Cinayət Qanunun mənasına görə məhkəmə hesab edir ki, əməlin «döyüş şəraitində» törədilməsi üçün hərbi hissənin və ya bölmənin şəxsi heyətinin say tərkibinin tam şəkildəbilavasitə düşmənə qarşı durması və ya faktiki döyüş əməliyyatı aparması başa düşülməlidir. Məhkəmə N nömrəli hərbi hissə tərəfindən təqdim olunmuş arayış ilə, təqsirləndirilən şəxsin və iş üzrə şahid baş gizir Şahid3 həm ibtidai həm də məhkəmə iclasında vermiş olduğu ifadələrini, qarşılıqlı təhlil edərək belə qənaətə gəlmişdir ki, Təqsirləndirilən şəxs Kəlbəcər rayonu Zar kəndi ərazisində yerləşən postda xidmətdə olarkən xx.xx.N0NN-ci il tarixdə saat 13 radələrində səhhətində yaranmış problemlələ bağlı bölük komandiri Şahid1 icazəsi ilə sanitar maşınla təxmini 30-40 km-lik arxada yerləşən tibb məntəqəsinə aparılmış, lakin həmin tibb məntəqəsində tibb məntəqəsinin növbətçi həkimi yerində olmadığından və səhhətinin pisləşməsi ilə əlaqədar olaraq xidməti yerinə qayıtmayaraq, N30 saylı hərbi hospitala getmiş, lakin orada tibb kitabcası və tibbi göndərişi olmadığından, hərbi hospitala qəbul edilməmiş və yaşadığı Goranboy rayonuna gedərək ev şəraitində müalicə olunmuş, səhhəti bir ay ərzində bərpa olunsada yaşadığı evdə qalaraq, yalnız xx.xx.N0NN-ci il tarixdə saat 1N:40-da Müdafiə Nazirliyinin Yevlax rayonunun Aran qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsində xidməti yerinə könüllü gəlməklə üzrlü səbəblər olmadan bir aydan artıq, lakin üç aydan çox olmayan müddətə xidmət yerinə vaxtında qayıtmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bölük komandirinin icazəsi ilə göndərildiyi səyyar tibb məntəqəsi bilavasitə düşmənə qarşı durmamış və ya faktiki döyüş əməliyyatı aparmamış və istintaq orqanı tərəfindən həmin ərazinin döyüş şəraitində olmasını sübut edəcək hər hansı bir əmr və ya digər sənəd cinayət işinə əlavə edilməmişdir. Bundan başqa məhkəmə hesab edir ki, N nömrəli hərbi hissə tərəfindən təqdim olunmuş arayışda N nömrəli hərbi hissəsinin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs xidmət etdiyi hərbi hissəsinin 1-ci taborunun N-ci bölüyünün 4-cü taqımının N-ci manqasının şəxsi heyətinin hərbi hissənin hərbi qulluqçuları ilə birlikdə “Sarsıdıcı Zərbə” N0NN-ci il döyüşləri ilə əlaqədar 1N sentyabr N0NN-ci il tarixdən N1 oktyabr N0NN-ci il tarixədək Kəlbəcər rayonunun Zar yaşayış məntəqəsində döyüş şəraitində olması, qalan müddətlərdə döyüş şəraitində olmaması barədə məlumat göstərilsədə əsgər Təqsirləndirilən şəxs həmin ərazini tərk etməsi belə öz-özlüyündə onun döyüş şəraitində xidmət yerini tərk etməsi kimi hüquqi qiymət verməyə əsas vermir. Belə ki, arayışın məzmununa diqqət yetirdikdə görünür ki, bölmənin N-ci manqasının 1N sentyabr N0NN-ci il tarixdən N1 oktyabr N0NN-ci il tarixədək döyüş şəraitində olması, qalan müddətlərdə döyüş şəraitində olmaması yalnız bu arayışı vermiş vəzifəli şəxsin fikiri kimi qiymətləndirilməlidir və bu arayışda CM-nin qeyd hissəsində “döyüş şəraiti” anlayışını verən nəticəyə gəlməyə heç bir əsas yoxdur. Məhkəmə həmçinin hesab edir ki, istintaq orqanı heç bir hüquqi əsas olmadan və yalnız formal mülahizə xarakteri daşıyan və həmin vəzifəli şəxs tərəfindən imzalanan və hərbi hissə üzrə heç bir əmrə və tapşırığa istinad edilməyən qeyd edilən həmin tarixi və qeydiyyatı olmayan arayışa əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ağır cinayətlər kateqoryasına daxil olan CM-nin 333.6-cı maddəsi ilə ittiham edilməsi əsassızdır. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar ibtidai istintaq zamanı məlum olsada, bu faktlar yoxlanılmamış və bu hal ibtidai istintaqın ittiham yönümli aparılaraq, istintaqın obyektiv, tam və hərtərəfli aparılmasını tələb edən cinayət prosesinin təməl prinsipini pozmuşdur. Vətən Müharibəsində şücayət göstərərək, ağır yaralanmış və 4 gün müalicə olduqdan sonra müalicəsini davam etdirməkdən imtina edərək, döyüşə qayıdan və döyüşlərdə iştirak edərək, təltif olunan və bundan sonra xidmətini davam etdirərək, növbəti dəfə Kəlbəcər istiqamətində gedən döyüşlərdə şücayət göstərərək nümunəvi döyüşən bir əsgərin hərbi hissəni tərk etməsininin səbəbi barədə verdiyi məlumat ətraflı yoxlanılmadan həyatını döyüşlərdə Vətən yolunda əsirgəməyən şəxs barədə döyüş şəraitində hərbi hissəni özbaşına tərk etməsi kmi ağır cinayətdə ittiham verilməsi formal əsaslarla yolverilməzdir və bu hallar orduda ədalətə inamsızlıq yaradaraq hüquq-mühafizə orqanlarının effektiv işlərinin nəticəsinə kölgə salmış olur.Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs kimi döyüşcülərin hər-hansı bir qanun pozuntusu və ya cinayət törədilməsi halları çox dəqiqliklə araşdırılaraq, belə hallara əsas verən səbəblər aşkarlanmalıdır ki, Vətən və torpaq üzərində qan tökərək canından keçməyə hazır olan hərbiçinin cinayət törətməsi bir faciəvi hal kimi qəbul olunaraq bu kateqoriyalı insanlara çox həssas münasibət bəslənərək, onların cəmiyyətdə tutduğu yüksək mənəvi dəyərlərin daşıyıcısı kimi həmişə zirvədə qalaraq, gənc nəsilə Vətəni qorumaqda nümunə olmağa, gələcək nümunəvi davranışlarına sövq etdirib, onların cəmiyyətə inteqrasiya olunmaqla yardım edilməsi zəruridir və belə şəxslərin ağır cəzalara məhkum edilməsi, o cümlədən azadlıqdan məhrumetmə növündə cəza nəzərdə tutan cinayətlərə görə belə cəza növünün real cəkmələri belə şəxslərin islah olunmasına səbəb ola bilməz və burada yalnız cəmiyyətin dəstəyi və yardımı ilə belə kateqoryadan olan şəxslərin islah olunması mümkündür. Bunun ücün bu işlər üzrə cəza təyin edilərkən qeyd edilən amillərin nəzərə alınması zəruri və mütləqdir. Məhkəmə, iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.N0NN-ci il tarixdə saat 13 radələrində səhhətində yaranmış problemlərlə əlaqədar olaraq N-ci əməliyyat bölüyünün komandiri kapitan Şahid1 icazəsi ilə Kəlbəcər rayonu Zar kəndində yerləşən xidmət etdiyi postdan təxminən 30-40 km arxada hərbi hissənin qərargah binasının yaxınlığında yerləşən bilavasitə düşmənə qarşı durmayan və faktiki döyüş əməliyyatı aparmayan səhra tipli tibb məntəqəsinə getməsi, lakin həmin tibb məntəqəsində tibb məntəqəsinin növbətçi həkimi yerində olmadığından və səhhətinin pisləşməsi ilə əlaqədar olaraq xidməti yerinə qayıtmayaraq, N30 saylı hərbi hospitala getmiş, lakin orada tibb kitabcası və tibbi göndərişi olmadığından, hərbi hospitala qəbul edilmədiyindən yaşadığı Goranboy rayonuna gedərək, ev şəraitində müalicə olmuş, səhhəti bir ay ərzində bərpa olsada yaşadığı evdə qalaraq, yalnız xx.xx.N0NN-ci il tarixdə saat 1N:40-da Yevlax rayonunun Aran qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsində xidməti yerinə könüllü gələrək müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olmaqla üzrlü səbəblər olmadan bir aydan artıq, lakin üç aydan çox olmayan müddətə xidmət yerinə vaxtında qayıtması, bundan başqa xx.xx.N0NN-ci il tarixdə saat 08:00-da Yevlax rayonunun Aran qəsəbəsi ərazisində yerləşən N nömrəli hərbi hissəsində xidmət yerini özbaşına tərk edib N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N3-cü il tarixli, N0 nömrəli əmri ilə ehtiyata buraxılaraq şəxsi heyətin siyahısından çıxarıldıqdan sonra xidmət yerinə qayıtmaqla müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olmaqla üzrlü səbəblər olmadan bir aydan artıq, lakin üç aydan çox olmayan müddətə xidmət yerini özbaşına tərk etməsi məhkəmə istintaqı zamanı tamamilə sübuta yetirildiyindən onun əməli CM-nin 333.4 və 333.6-cı maddələrindən həmin Məcəllənin 333.4-cü maddəsinə tövsif edilməli o, bu maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar aşkar edilməmişdir. CM-nin 333.4-cü maddəsinə əsasən Bu Məcəllənin 333.N və 333.3-cü maddələrində nəzərdə tutulmuş əməllər bir aydan artıq, lakin üç aydan çox olmayaraq törədildikdə cinayət məsuliyyəti yaradır. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin CM-nin 333-cü maddəsinin şərh edilməsinə dair N6 oktyabr N001-ci il tarixli qərarına əsasən Cinayət Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin obyektiv cəhətini hərbi qulluqçunun öz hərbi hissəsini və ya xidmət yerini özbaşına tərk etməsi vəüzürlü səbəb olmadan öz xidmət yerinə vaxtında gəlməməsi təşkil edir. Hərbi hissənin ərazisi dedikdə, hərbi hissənin kazarmalaşdırılmış, düşərgələşdirilmiş və ya səyyarlaşdırılmış yeri başa düşülür. Xidmət yeri dedikdə isə, əgər o, hərbi hissənin ərazisi ilə üst-üstə düşmürsə, hərbi qulluqçu tərəfindən hərbi xidmət üzrə vəzifələrinin faktiki olaraq yerinə yetirildiyi yer başa düşülür. Cinayət Qanununa görə CM-nin 333-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin subyektini müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin kursantı, zabit, gizir, miçman, müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçu və ya kontrakt üzrə xidmət edən şəxs təşkil edir. CM-nin 3NN.1-ci maddəsinin tələbinə görə çağırış və ya kontrakt üzrə Azərbaycan Respublikası Silahlı Qüvvələrində, digər qoşun və hərbi birləşmələrdə hərbi xidmət keçən hərbi qulluqçuların, qanunla müəyyən edilmiş qaydada hərbi qulluqçu statusuna malik olan başqa şəxslərin, habelə təlim və ya yoxlama toplanışlarına cəlb edilmiş hərbi vəzifəlilərin hərbi qulluğun müəyyən edilmiş qaydalarıəleyhinə yönələn və bu fəsildə nəzərdə tutulmuş cinayətləri hərbi xidmət əleyhinə olan cinayətlər hesab olunur. Məhkəmə həmçinin N03 hərbi hissə tərəfindən verilmiş Təqsirləndirilən şəxs mənfi xarakterizə edən xasiyyətnaməni təhlil edərək belə qənaətə gəlmişdirki, Təqsirləndirilən şəxs Vətən Müharibəsində iştirak etməsi, döyüşlərdə ağır yaralanması, fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidentinin səracamına əsasən “Suqovuşanın azad olunmasına görə» və Azərbaycan Respublikasının Baş nazirinin sərancamına əsasən «Vətən Müharibəsi iştirakçısı» medalları ilə təltif olunmasını, Şahid3 və Təqsirləndirilən şəxs özünün ifadələrində sonuncunun N0NN-ci ilin sentyabr ayında Kəlbəcər rayonun Zar kəndi ərazisində Sarsıdıcı Zərbə əməliyatında iştirak etməsi ilə bağlı fikirlərini müqayisə edərkən Təqsirləndirilən şəxs barəsində əvvəllər verilmiş xidməti xasiyyətnamənin tam olaraq obyektiv tərtib olunmadığı qənaətinə gələrək həmin xasiyyətnamənin təqsirləndirilən şəxsin şəxsiyyətini qiymətləndirərək nəzərə almasına lüzum görmür. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi əməlindən səmimi peşmanlıq hissi keçirməsini, əməlinin ictimai təhlükəli olduğunu dərk etdiyini, xidmət yerini səhhətində yaranmış problemlərlə əlaqədar tərk etməsini, könüllü olaraq xidmət yerinə qayıtmasını, təqsirini boynuna almasını, ailəli olmasını, düşmənlə üzbəüz yerləşən hərbi hissələrdə uzun müddət ərzində kimi xidmət etməsini, özünün xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək Vətən müharibəsində təcrübəli hərbi qulluqçu kimi işitrak etməsini, həmin döyüşlərdə yaralanmasını, N0NN-ci ilin sentyabr ayında Kəlbəcər rayonun Zar kəndi ərazisində Sarsıdıcı Zərbə əməliyatında iştirak etməsini, hal-hazırda ehtiyyata tərxis olunaraq özünün faydalı əməklə məşğul olmasını, ailənin onun əməyinə ehtiyacı olmasını, ağır ailə vəziyyəti şəraitində yaşamalarını, döyüşlərdə fərqləndiyinə görə «Suqovuşanın azad olunmasına görə» və «Vətən Müharibəsi iştirakçısı» medalları ilə təltif olunmasını və gəncliynin CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin 14 iyun N0NN-ci tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinərək aylıq pul təminatından dövlət nəfinə 10% pul tutulmaqla 06 ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası təyin olunduğundan CM-nin 18.4.4-cü maddəsinin tələbinə əsasən ona qeyd olunan hökmlə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş və bu hal cinayətin residivi zamanı nəzərə alınmır. Bu onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmasada Təqsirləndirilən şəxs tərəfindən cinayətlərin təkrar törədilməsini CM-nin 61.1.1-ci maddəsində sadalanan cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 0N aprel N01N-ci il tarixli Qərarında qeyd edilmişdir ki, «cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa, cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 3N-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının N9-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 1N yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Avropa Şurası Nazirlər Komitəsinin üzv dövlətlərə tövsiyyələrində də vurğulanır ki, cəzaçəkmə yerlərinin maliyyə məsrəflərinin cəmiyyətin üzərində ağır yük olduğunu və həbsin çox zaman mənfi nəticələr doğurduğunun və hüquq pozucularını islah etmədiyinin tədqiqatlar nəticəsində aşkar edilir. Yenə, Avropa Şurası Nazirlər Komitəsinin R (99) NN saylı tövsiyyəsində cəza siyasətinin humanistləşdirilməsi iləəlaqədar mühüm əhəmiyyət daşıyan bir sıra hallara toxunularaq aşağıdakıları qeyd etmişdir: Həbsxanalarda həddən artıq insan olmasının və məhbusların artmasının həbsxana müdiriyyətləri və bütövlükdə cinayət mühakimə icraatı sistemi üçün həm insan hüquqları, həm də cəzaçəkmə müəssisələrinin səmərəli idarə edilməsi baxımından mühüm problem təşkil edir. Məhbusların səmərəli idarə edilməsinin cinayətkarlığın ümumi vəziyyəti, cinayətkarlığın nəzarətdə saxlanmasında prioritetlər, qanunlar toplusunda nəzərdə tutulan müxtəlif növ cəzalar, təyin edilən cəzaların ağırlığı, ictimai sanksiyalardan və tədbirlərdən nə dərəcədə tez-tez istifadə edilməsi, cinayət mühakimə icraatı orqanlarının işinin səmərəliliyi və təsirliliyi, xüsusən də ictimaiyyətin cinayətə və cəzaya münasibəti kimi məsələlərdən asılıdır. Belə tədbirlərin qanunun aliliyi ilə idarə olunan və insan hüquqlarının təmin edilməsindən ibarət ali məqsədə tabe olan demokratik dövlətlərin əsas prinsiplərinə, İnsan hüquqları haqqında Avropa Konvensiyasına və onun tətbiqinin həvalə olunduğu orqanların presedent hüququna uyğun gəlməlidir. Əsas prinsiplər kimi üzv dövlətlərə tövsiyyədə aşağıdakılar bildirilir: -Azadlıqdan məhrum etməən son vasitə qismində istifadə edilən sanksiya və ya tədbir hesab edilməli və buna görə də yalnız hüquq pozuntusunun ciddiliyi hər hansı başqa sanksiyanı və ya tədbiri açıq-aydın qeyri-adekvat etdiyi təqdirdə nəzərdə tutulmalıdır. -Cəzanın nisbi ağırlığıüzrə dərəcələrə bölünən müvafiq ictimai sanksiya və tədbirlər toplusu hazırlanmalı, prokurorlar və hakimlər onlardan mümkün qədər geniş istifadəyə sövq edilməlidir. -Həbsxanalarda həddən artıq insan olmasına və məhbusların artmasına qarşı ardıcıl strategiya düşünüb tapmaq üçün buna şərait yaradan əsas amillərin ətraflıtəhlili həyata keçirilməli, bu təhlildə xüsusən uzun müddətə azadlıqdan məhrum etmə cəzasına səbəb olan hüquq pozuntusu növləri, cinayətkarlığın nəzarətdə saxlanmasında prioritetlər, ictimaiyyətin mövqeyi və narahatçılıqları, habelə mövcud cəza təyin etmə praktikası kimi məsələlər nəzərdən keçirilməlidir. Tövsiyyədə diqqətəçatdırılır ki, azadlıqdan məhrum etmənin əvəzinə istifadə edilə bilən ictimai sanksiya və tədbirləri nəzərdə tutarkən azadlıqdan məhrumetmə cəzası təyin etmədən müstəqil sanksiya qismində probasiyanm (şərti cəzanın) təyin edilməsi, zərərçəkənlə hüquq pozucusu arasında mediasiya (vasitəçilik) və zərərçəkənə dəymiş ziyanın kompensasiyası; hərəkət sərbəstliyinin məhdudlaşdırılması nəzərə alınmalıdır. Cəza təyin edilməsinin məntiqi əsaslarındakı məqsəd digər məsələlərlə yanaşı azadlıqdan məhrumetmə cəzalarından istifadəni azaltmaq, ictimai sanksiyaların və tədbirlərin istifadəsini genişləndirmək və mediasiya (vasitəçilik) və ya zərərçəkənə dəymiş ziyanın kompensasiyası kimi fərqli tədbirlərdən istifadə etməkdir. Müvafiq cəza müddətini müəyyən edərkən ağırlaşdırıcı və yüngülləşdirici amillərə, habeləəvvəllər məhkumluğun olmasına xüsusi diqqət yetirilməlidir. Yuxarıda göstərilən prinsiplərdən yanaşdıqda, həmçinin ümumilikdə götürdükdə aydın olur ki, heç də ağır cəzaların, o cümlədən, azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi həmişə cəzanın məqsədlərinə xidmət etmir. Hər bir cinayət əməli törətmiş şəxsə, törədilmiş cinayətin ictimai təhlükəliliyinə, cinayət əməlini törətmiş şəxsin cinayət əməlini törətdikdən sonrakı davranışlarına, cinayət əməlini törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, onun cəmiyyətdəki mövqeyinə, onun kriminal əməllərə meyilli olub-olmamasına aid məlumatlar nəzərə alınmaqla fərdi yanaşılmalı və bütün bunlara kompleks şəkilində birbiriləəlaqəli halda qiymət verilməlidir. Cəzanın xüsusi xəbərdaredici məqsədi kimi, onu göstərir ki, müəyyən növdə və həddə cəzaya məhkum edilmiş şəxs, cəzasını çəkərkən öz davranışının neqativ tərəfini dərk edir və bir daha yeni cinayətlər törətmir. Əgər cəza ədalətli təyin edilirsə, yəni təyin edilən cəza cinayətin ağırlığına və cinayətkarın şəxsiyyətinin təhlükəliliyinə uyğun gəlirsə, belə amillərin nəzərə alınması ilə təyin edilən cəza islah etmənin ilkin düzgün əsasını qoymuş olur. CM-nin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.N-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N5 iyun N003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin N və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». Silahlı Qüvvələrin Ali Baş Komandanı 44 günlük Vətən Müharibəsinin iştirakçıları ilə görüşündə bildirmişdir ki, Vətən müharibəsi başa çatdı. Azərbaycan bu müharibədə parlaq qələbə qazandı, torpaqlarımız işğaldan azad olundu, işğalçıları torpaqlarımızdan qovmuşuq. Mən gəlmişəm ki, bu parlaq qələbə münasibətilə sizi şəxsən təbrik edim, sizə öz təşəkkürümü bildirim, Azərbaycan xalqının təşəkkürünü bildirim ki, siz qəhrəmancasına döyüşərək, düşmənin torpaqlarımızdan qovulmasında müstəsna xidmətlər göstərmisiniz, yaralanmısınız, öz həyatınızı risk altına atmısınız, böyük şücayət göstərmisiniz. İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. Bu qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərmişdir…bu 44 gün ərzindəəldə edilmiş Qələbə bizim hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı hesabına qazanılıb. Bundan başqa cənab Prezident görüşlərinin birində göstərmişdir ki, məmurlar daim şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının yaşayışı və məşğulluğu ilə maraqlansınlar, biz onlara borcluyuq bu Qələbəni, onlar canlarını fəda edib, sağlamlıqlarını itirmişlər, heç nəyə baxmadan, qorxmadan ölümə gedərək Vətənin müdafiəsinə qalxaraq torpaqlarımızı işğalçılardan azad etmişlər. Ona görədə hər bir dövlət məmurunun, nəinki dövlət məmurunun hər bir insanın borcudur ki, onlara arxa dayaq olsun. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, torpaqların işğaldan azad edilməsi uğrunda aparılan Vətən müharibəsindəəldə olunan möhtəşəm zəfər azərbaycanlıların milli birliyinin və həmrəyliyinin təcəssümü kimi tarixə yazılacaqdır. Ali Baş Komandanın qətiyyətli və müdrük rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun cəsarəti və şəhidlərin qanı hesabına 30 il ərzində həll edə bilinməyən məsələ cəmi 44 gün ərzində həll etməklə torpaqlar erməni işğalından azad edilərək ölkənin tarixi ərazi bütövlüyü bərpa edilmişdir. İşğaldan azad olunmuş ərazilərin azad olunması döyüşün aparıldığı yerin relyefinə uyğun olaraq düşmənə böyük itkinin verilməsi Milli Orduda əzmlə xidmət keçən təcrübəli və peşəkar xidmət edən hərbi qulluqçularının böyük fəallığı nəticəsində əldə edilmiş, həmin döyüş zamanı əsgər Təqsirləndirilən şəxs vətənpərvər əsgər kimi Ali Baş Komandanın Sərancamına əsasən onun 44 günlük Vətən Müharibəsi zamanı gedən döyüşlərdə göstərdiyi xidmətlərə görə medalla təltif olunması Təqsirləndirilən şəxs döyüşlərdə fəallıq göstərməsini aydın göstərmiş, həmin döyüşlərdə onun özünündə həlak olmaq ehtimalı olmuşdur. Məhz belə bir şəraitdə, torpaqlarımızın işğaldan azad olunmasının 3-cü ildönümünə yaxın və bu ərazilərin azad olunmasında böyük səy göstərmiş sabiq müddətdən artıq hərbi qulluqçu Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilmə növündə cəza təyin olunması onu cəmiyyətdən təcrid etməklə real cəza cəkməsi Vətən Müharibəsində canından kecməyə hazır olan Təqsirləndirilən şəxs özünə, onun döyüş yoldaşlarına və ailəsinə ağır mənəvi istirab verilməsi danılmazdır və bu kədərli anları yaşatmaq cəzanın məqsədlərinə xidmət edə bilməz, o, gənc yaşında böyük bir Zəfərlə başa çatan Vətən Müharibəsinin iştirakçısı olmuş, hadisədən keçən 8 ay ərzində digər qanun pozuntusuna yol verməmiş, fərdi əməklə məşğul olub onun əməyinə ehtiyacı olan ailəsinə maddi yardım göstərmiş, bu hərəkətləri ilə o, həyatında dönüş yaradaraq islah yoluna qədəm qoymuşdur. Təqsirləndirilən şəxs bu hərəkətlərini davam etdirməsi ilə əlaqədar şəraitin yaradılması hər bir insan üçün cəmiyyətin indiki birlik sahəsində mümkündür və onun islah olunaraq cəzanın məqsədinə catması üçün realdır. Hazır ki, vəziyyətdə onun törətdiyi cinayət əməlinin ictimai-təhlükəliliyinə obyektiv qiymət verərək, cəmiyyətdə həmrəylik və birlik nümayişi olaraq barəsində ailəsinə maddi yardım göstərməsinə imkan verən cəza təyin edilməsi ədalətli olardı. Məhkəmə Təqsirləndirilən şəxs əvəllərdə eyni əməllərə görə məhkum olunaraq, yenidən bu əməli törətməsi və bu əməli təkrarən törədərək, uzun müddət ərzində xidmətdən yayınması onun əməlinin yüksək ictimai təhlülkəliliyini sübut edən faktordur və buna əsasən CM-nin 15.4-cü maddəsinə görə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli az ağır cinayət hesab edildiyindən, məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə cəzası təyin edilməsini zəruri hesab edir. Həmçinin məhkəmə, Təqsirləndirilən şəxs yuxarıda sadalanan cəzasını yüngülləşdirici halları, hadisədən sonra digər qanun pozuntusuna yol verməməsini, ehtiyyata tərxis olunaraq ailə qurmasını və ifadəsində verdiyi məlumata əsasən arvadının hamilə olmasını, özünün də faydalı işlə məşğul olmasını, onun şəxsiyyətini nəzərə alaraq qeyd etdiklərini həqiqətə uyğun olması kimi qəbul edərək ona təyin olunan cəzanın real cəkməsinin həm onun özünə, həm də ailəsini daha ağır mənəvi, maddi və psixoloji mərhumiyyətlərə məruz qalacağı kimi, bundan başqa onun fərdi əməklə məşğul olub əməyinə ehtiyacı olan ailəsinə maddi yardım göstərməsini özünün islah yolunda olması kimi qəbul edərək təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə cəzası təyin olunarkən ailəsinin həyat şəraitinə təsirini nəzərə almaq niyyəti ilə Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən də ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunmasını humanizm və ədalət prinsiplərinə uyğun sayaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-nin N0-ci maddəsini tətbiq etməklə ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq edilməsi onun islah olunması üçün daha məqsədə müvafiqdir. Məhkəmə hesab edir ki, şərti məhkum etmə təqsirkarın cəzanı tam çəkmədən islah olunmağa başlaması ilə bağlı olan institutdur. Cinayət Qanunu şərti məhkum etmə yolu ilə məhkumu doğru yol seçməyə istiqamətləndirir, onun tərəfindən yeni cinayətlərin qarşısını almağa meylləndirir, eyni zamanda digər məhkumların da islah olunmasını sürətləndirir. Bu da öz növbəsində cəzanın CM-nin 41.N-ci madəsində göstərilən məqsədlərinin təmin olunmasına xidmət edir. CM-nin N0.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. CM-nin N0.N-ci maddəsinə əsasən məhkəməşərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. CM-nin N0.3-cümaddəsinə əsasənşərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışıilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müəyyən edilir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə davranışı üzərində nəzarəti həyata keçırən orqanlara məlumat vermədən yaşayış yerini dəyişməmək, ailəsinə maddi yardım göstərmək vəzifələri qoyulmalı, o,sınaq müddətində öz davranışı ilə islah olunmasını sübut edərsə sınaq müddəti bitdikdən sonra cəzanı çəkməkdən azad edilməli, sınaq müddətində üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Goranboy rayon İcra və Probasiya xidmətinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkantədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, CPM-nin 1N5.5-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. İş üzrə məhkəmə xərcləri Tərtər rayon Vəkil Bürosunun vəkili MüdafiəçiN məhkəmə istintaqı zamanı sərf etdiyi N1 (iyirmi bir) işsaatlıq hüquqi yardıma görə saatı 6 manatdan hesablanmaqla ona 1N6 (bir yüz iyirmi altı) manat dövlət büdcəsi hesabına vəkil MüdafiəçiN ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və CPM-nin 344-34N, 349, 351-353, 356, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 333.4-cü maddəsi ilə təqsirli bilinsin və 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin N0-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin və barəsində 01 (bir) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçırən orqanlara məlumat vermədən yaşayış yerini dəyişməmək və ailəsinə maddi yardım göstərmək vəzifələriqoyulsun. Təqsirləndirilən şəxs sınaq müddətində öz davranışı ilə islah olunmasını sübut edərsə o, sınaq müddəti bitdikdən sonra cəzanı çəkməkdən azad edilsin. Sınaq müddətində üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Goranboy rayon İcra və Probasiya xidmətinə həvalə edilsin. İş üzrə məhkəmə xərcləri Tərtər rayon Vəkil Bürosunun vəkili MüdafiəçiN məhkəmə istintaqı zamanı sərf etdiyi N1 (iyirmi bir) işsaatlıq hüquqi yardıma görə saatı 6 manatdan hesablanmaqla ona 1N6 (bir yüz iyirmi altı) manat dövlət büdcəsi hesabına vəkil MüdafiəçiN ödənilsin. Hökmdən elan olunduğu andan N0 (iyirmi) gün müddətə Tərtər Hərbi Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Quliyev Hakimlər Əhməd Sarıyev Vidadi Nəsirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar