Məhkəmə qərarları › İş №1-1(098)-116/2024

Tərtər Hərbi Məhkəməsi Hökm — İş №1-1(098)-116/2024

04.06.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tərtər rayonu İş № 1-1(098)-116/2024 04.06.2024 TƏRTƏR HƏRBİ MƏHKƏMƏSİ Tərtər Hərbi Məhkəməsinin sədri X4 oğlunun sədrliyi, Quliyeva Gülmira Şəmsəddin qızının katibliyi ilə, Zərərçəkmiş şəxs, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Tərtər Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1992-ci il tarixdə Füzuli rayonunda doğulmuş, Füzuli rayonunun Dilağarda kəndində daimi qeydiyyatda olmaqla həmin kənddə faktiki yaşayan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 329.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tərtər Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis olmaqla öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissəsinin Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində yerləşən artilleriya divizionunun 3-cü batareyasının 2-ci taqımının 3-cü top komandiri vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, 13 dekabr 2023-cü il tarixdə saat 17 radələrində hava şəraitinin əlverişsiz olmasına görə 3-cü batareyanın əsgər yataqxanasında keçirilən axşam idmanı zamanı sırada dayanan həmin topun baş tuşlayıcısı vəzifəsində, müddətli həqiqi hərbi xidmət edən əsgər Zərərçəkmiş şəxs yaxınlaşaraq əsəbi formada hansı səbəbdən xəstələndiyini və turnikdə dartına bilmədiyini soruşmuş, sonuncu özündən asılı olmadan xəstələndiyini və qolu ağrıdığı üçün turnikdə dartına bilmədiyini bildirdikdə qəzəblənərək sağ əli ilə Zərərçəkmiş şəxs təpə nahiyəsinə bir dəfə qüvvətli yumruq zərbəsi, ardınca sol əli ilə sağ üz nahiyəsinə bir dəfə qüvvətli şillə zərbəsi vurmuş, zərbələrin təsirindən Zərərçəkmiş şəxs fiziki ağrı hiss etməklə gözləri qaralmış və başı gicəllənmiş, bununla da, hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis olaraq öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 329.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2013-cü il tarixdən Azərbaycan Silahlı Qüvvələrində xidmət etmiş, 2016-cı ilin aprel döyüşlərində N hərbi hissənin tərkibinədə “Lələ Təpə” döyüşlərində iştirak etmiş, 44 günlük Vətən müharibəsində N nömrəli hərbi hissə tərkibində minaatan top komandiri vəzifəsində ağır döyüşlərdə işğaldan azad olunmuş Zəngilan, Füzüli, Xocavənd, Şuşa rayonları istiqamətində gedən döyüşlərdə iştirak etmiş, döyüşlərdə fərqləndiyinə görə «Füzulinin azad olunmasına görə», «Xocavəndin azad olunmasına görə» və «Vətən müharibəsi iştirakçısı» medalları ilə təltif olunmuş “Zəngilanın azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medallarla təltif olunması ilə bağlı Ali Baş Komandanın sərəncamı olmuş, lakin medalın vəsiqələri hələlik verilməmişdir. Bundan başqa 19-20 sentyabr 2023cü il tarixdə keçirilmiş və tam qələbə ilə başa çatmış lokal-antiterror əməliyyatlarında Ağdarə rayonu istiqamətində aparılan döyüşlərdə iştirak etmişdir. Hadisə ilə bağlı onu deyə bilər ki, N nömrəli hərbi hissəsinin artilleriya divizionunun 3cü batareyasının 2-ci taqımının 3-cü top komandiri vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən 13 dekabr 2023-cü il tarixdə, saat 17 radələrində xidmət etdiyi batareyaya onun tərəfindən axşam idmanı keçirilməli olmuş, həmin gün hava soyuq və yağışlı olduğu üçün idmanın 3-cü batareyanın əsgər yataqxanasında keçirilməsi qərarlaşdırılmışdır. O, düzülüş komandası verərək batareyanın idmanda iştirak edəcək əsgərlərini əsgər yataqxanasında sıraya düzmüş, sırada təxminən 7-8 nəfər əsgər olmuşdur. Əsgərlər sıraya düzüldükdən sonra o, əsgər Zərərçəkmiş şəxs yaxınlaşaraq ondan niyə xəstələndiyini soruşmuş, sonuncu özündən asılı olmadan xəstələndiyini demişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs niyə turnikdə dartına bilmədiyini soruşduqda sonuncu hərbi xidmətə gəlməzdən əvvəl yıxıldığına görə sol qolunun sındığını, soyuq havalarda qolu ağrıdığına görə turnikdə dartına bilmədiyini demişdir. Həmin vaxt o, sağ əlini Zərərçəkmiş şəxs çiyin nahiyəsinə qoyaraq “bala, sənə görə mənə söz gəlir, çalış bundan sonra idmanına fikir ver” demiş və idman hərəkətlərinə başlamışlar. Bundan bir neçə gün sonra 3-cü batareya komandiri kapitan Şahid1 onu xidməti otağına çağıraraq əsgər Zərərçəkmiş şəxs guya sonuncunu vurduğuna görə ondan şikayətçi olduğunu bildirmiş, o isə Şahid1 Zərərçəkmiş şəxs vurmadığını demişdir. O, daha sonra göstərmişdir ki, Zərərçəkmiş şəxs turnikdə dartına bilmədiyini görüb yaxınlaşaraq sol əli ilə sağ sifət nahiyəsinə qoyub itələməsini qəbul edir və Zərərçəkmiş şəxs tərəfindən bağışlanmaq üçün özünü təqsili bilir və ondan üzr istəyir. Bundan başqa o, Zərərçəkmiş şəxs heç bir zərbə vurmamış, sonuncu ilə əsəbi formada danışmamış, sadəcə əlini çiyninə qoyaraq idmanda daha fəal iştirak etməsini tələb etmişdir. Şahid1 Zərərçəkmiş şəxs sağ üz nahiyəsinə bir dəfə şillə vurduğunu deməmiş və bu məsələ barədə raport tərtib etməməyini xahiş etməmişdir. Ola bilər ki, Zərərçəkmiş şəxs idmanda normativi vermədiyinə görə o üsülla ondan aralaşmaq istəmişdir. Batareya komandirinə hadisə ilə bağlı məlumat verə bilərdi, amma Zərərçəkmiş şəxs gözləyib müzakirəni valideyn görüşündən sonra edib, valideynlər gələndən sonra qərar veriblər və ondan sonra Zərərçəkmiş şəxs gəlib batareya komandirinə deyib. Əgər elə bir hadisə var idisə niyə vaxtında batareya komandirinə deyilməyib, batareya komandiri vaxtında tədbir görərdi. O, son sözündə müdafiəçinin məhkəmə çıxışı zamanı çıxışı ilə razı olduğunu bildirərək, 2016-cı ilin aprel döyüşlərində və 44 günlük Vətən müharibəsində döyüşlərdə iştirak etməsini, 44 günlük Vətən müharibəsində döyüşlərdə fərqləndiyinə görə «Füzulinin azad olunmasına görə», «Xocavəndin azad olunmasına görə» və «Vətən müharibəsi iştirakçısı» medalları ilə təltif olunmasını, 19-20 sentyabr 2023-cü il tarixdə keçirilmiş və tam qələbə ilə başa çatmış lokal-antiterror əməliyyatlarında Ağdarə rayonu istiqamətində aparılan döyüşlərdə iştirak etməsinin nəzərə alınaraq barəsində CM-nin 74-cü maddəsi tətbiq edilərək şəaritin dəyişməsi ilə bağlı cinayət məsuliyyətindən azad edilməsini, bu mümkün olmadıqda aylıq pul təminatından 05 (beş) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 02 (iki) ay müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs N nömrəli hərbi hissəsinin artilleriya divizionunun 3-cü batareyasının əsgəri Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 13 dekabr 2023-cü il tarixdə, saat 17 radələrində xidmət etdiyi batareyaya axşam idmanı keçirilməli olmuş, həmin gün hava soyuq olduğu üçün idmanın 3-cü batareyanın əsgər yataqxanasında keçirilməsi qərarlaşdırılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs tərəfindən düzülüş komandası verilmiş, batareyanın idmanda iştirak edəcək əsgərləri sıraya düzülmüş, sırada özü də daxil olmaqla təxminən 7-8 nəfər əsgər olmuşdur. Sıraya düzüldükdən sonra Təqsirləndirilən şəxs ona yaxınlaşaraq əsəbi formada niyə xəstələndiyini soruşmuş, qeyd etmişdir ki, həmin vaxt havalar soyuq keçdiyinə görə xəstələnmiş və bədən temperaturu yüksək olmuşdur. O, Təqsirləndirilən şəxs özündən asılı olmadan xəstələndiyini demiş, bundan sonra ondan əsəbi formada niyə turnikdə dartına bilmədiyini soruşmuşdur. O, cavabında hərbi xidmətə gəlməzdən əvvəl yıxıldığına görə sol qolu sınmış, soyuq havalarda qolunun sındığı yeri ağrımış və turnikdə dartına bilməmişdir. O, Təqsirləndirilən şəxs qolunda ağrı olduğu üçün dartına bilmədiyini demiş, həmin vaxt Təqsirləndirilən şəxs qəzəblənərək sağ əli ilə onun başının təpə nahiyəsinə bir dəfə qüvvətli yumruq zərbəsi, ardınca sol əli ilə sağ üz nahiyəsinə bir dəfə qüvvətli şillə zərbəsi vurmuş, zərbənin təsirindən baş və sağ üz nahiyəsində fiziki ağrılar hiss etmiş, bir anlıq gözləri qaralmış və başı gicəllənmiş, 1-2 dəqiqə stolda oturmuş, gözləri dolmuşdur.Bundan sonra Təqsirləndirilən şəxs ona ayağa qalxaraq idmanı davam etdirməyini demişdir. Hadisə zamanı orada batareya komandanlığından heç kim olmamış, o da hadisə barədə heç kimə məlumat verməmişdir. Əvvəl bu baradə hikayət etməmiş, daha sonra belə halların təkrarlana biləcəyini düşündüyündən 18 dekabr 2023-cü il tarixdə 3-cü batareya komandiri Şahid1 hadisə barədə məlumat vermiş, sonuncu bu barədə raport tərtib etmişdir. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Məhkəmədən bunların nəzərə alınmasını və Təqsirləndirilən şəxs barəsində cəza təyin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid N nömrəli hərbi hissəsinin artilleriya divizionunun 3-cü batareya komandiri, kapitan Şahid1 ifadəsində göstərmişdir ki, 18 dekabr 2023-cü il tarixdə xidməti otağında olarkən həmin batareyanın əsgəri Zərərçəkmiş şəxs ona yaxınlaşaraq xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində hava soyuq olduğu üçün 3-cü batareyanın əsgər yataqxanasında batareyanın əsgərlərinə axşam idmanı keçirilməsi üçün sıraya düzüldükləri vaxt Təqsirləndirilən şəxs ona yaxınlaşaraq niyə xəstələndiyini və turnikdə dartına bilmədiyini soruşduğunu, Zərərçəkmiş şəxs özündən asılı olmadan xəstələndiyini və qolu ağrıdığı üçün turnikdə çəkinə bilmədiyini dediyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əsəbləşərək sağ əli ilə Zərərçəkmiş şəxs baş nahiyəsinə bir yumruq zərbəsi, ardınca sol əli ilə sağ üz nahiyəsinə bir dəfə şillə zərbəsi vurmuşdur. O, batareyanın digər əsgərlərini xidməti otağına çağırıb belə bir hadisənin baş verib-vermədiyini soruşmuş, əsgərlər də bu hadisənin onların gözünün qarşısında baş verdiyini, Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs zor tətbiq etdiyini demişlər. O, Təqsirləndirilən şəxs xidməti otağına çağırıb Zərərçəkmiş şəxs zor tətbiq edib-etmədiyini soruşmuş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağ üz nahiyəsinə bir dəfə şillə zərbəsi vurduğunu demiş, lakin ondan bu barədə raport tərtib etməməyini xahiş etmiş, o isə qanunamüvafiq tədbir görəcəyini deyərək hadisə barədə xx.xx.2023-cü il tarixdə raport tərtib etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid N nömrəli hərbi hissəsinin artilleriya divizionunun 3-cü batareyasının əsgəri Şahid3 ifadəsində göstərmişdir ki, 13 dekabr 2023-cü il tarixdə, saat 17 radələrində xidmət etdiyi batareyaya axşam idmanı keçirilməli olmuş, həmin gün hava soyuq olduğu üçün idmanın 3-cü batareyanın əsgər yataqxanasında keçirilməsi qərarlaşdırılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs tərəfindən düzülüş komandası verilmiş, batareyanın idmanda iştirak edəcək əsgərləri sıraya düzülmüş, sırada özü də daxil olmaqla təxminən 7-8 nəfər əsgər olmuşdur. Sıraya düzüldükdən sonra Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs yaxınlaşaraq əsəbi formada sonuncuya niyə xəstələndiyini və turnikdə dartına bilmədiyini deyərək sağ əli ilə Zərərçəkmiş şəxs başının təpə nahiyəsinə bir dəfə qüvvətli yumruq zərbəsi, ardınca sol əli ilə sağ üz nahiyəsinə bir dəfə qüvvətli şillə zərbəsi vurmuş, zərbələrin təsirindən Zərərçəkmiş şəxs gözləri qaralmış və başı gicəllənmiş, 1-2 dəqiqə stolda oturmuş və gözləri dolmuşdur. Hadisə zamanı orada batareya komandanlığından heç kim olmamış, hadisə barədə heç kimə məlumat verməmişdir. Bundan bir neçə gün sonra 3-cü batareya komandiri kapitan Şahid1 onu xidməti otağına çağıraraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs zor tətbiq edib-etmədiyini soruşmuş, o da kapitan Şahid1 Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı zor tətbiq etdiyini demişdir. Məhkəmə iclasında dindirilmiş şahidlər N nömrəli hərbi hissəsinin artilleriya divizionunun 3-cü batareyasının əsgərləri Şahid2 və Şahid4 Şahid3 ifadəsi ilə oxşar məzmunlu ifadələr vermişlər. İbtidai istintaq zamanı Şahid3 Təqsirləndirilən şəxs ilə aralarında keçirilmiş üzləşdirmədə iş üzrə istintaqa verdiyi ifadəsini sonuncunun üzünə deyərək bir daha təsdiq etmişdir. İbtidai istintaq zamanı şahidlər Şahid2 və Şahid4 Təqsirləndirilən şəxs ilə aralarında keçirilmiş üzləşdirmələrdə iş üzrə istintaqa verdikləri ifadələrini sonuncunun üzünə deyərək bir daha təsdiq etmişlər. Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə MTE Bölməsinin xx.xx.2024-cü il tarixli, 51 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə məhkəmə-tibb ekspertizası zamanı onun bədən səthində hadisə ilə bağlı hər hansı xəsarət və ya xəsarət izi aşkar olunmamışdır. Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı Təqsirləndirilən şəxs onun baş nahiyəsinə bir yumruq, sağ üz nahiyəsinə bir şillə zərbəsi vurduğunu bildirmişdir. xx.xx.2023-cü il tarixli, 10353 nömrəli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs başına yumruq zərbəsi və sağ üz nahiyəsinə şillə vuraraq qarşılıqlı münasibət qaydalarını kobud şəkildə pozmuşdur. N nömrəli hərbi hissədən təqdim olunmuş arayışdan görünür ki, Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinə əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs rəis hesab edilmişdir Azərbaycan Respublikası Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətə qəbul haqqında xx.xx.2023-cü il tarixli bağlaşmadan görünür ki, Təqsirləndirilən şəxs 3 il müddətində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi Azərbaycan Ordusunda xidmətə qəbul olunmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli, 134 nömrəli əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissə komandirinin xx.xx.2023cü il tarixli, 015 əç nömrəli əmrinə əsasən N nömrəli hərbi hissənin artilleriya divizionunun 3-cü batareyasının 2-ci taqımının 3-cü topun komandiri vəzifəsinə təyin edildiyinə görə SHXÇDX-nin Füzuli Rayon Şöbəsindən gəlmiş hesab edilmiş, xx.xx.2023-cü il tarixdən şəxsi heyətin siyahısına daxil edilmiş, bütün növ təminatlara qoyulmuş və vəzifəsinin icrasına başlamışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli, 35 nömrəli əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissə komandirinin xx.xx.2024cü il tarixli, 05 əç nömrəli əmrinə əsasən N nömrəli hərbi hissənin 4-cü artilleriya divizionunun 11-ci batareyasının 2-ci taqımının 3-cü top komandiri vəzifəsinə təyin edildiyinə görə xx.xx.2024-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli, 39 nömrəli əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 4-cü artilleriya divizionunun 11-ci batareyasının 2-ci taqımının 3-cü top komandiri vəzifəsinə təyin edildiyinə görə həmin tarixdən şəxsi heyətin siyahısına daxil edilmiş, bütün növ təminatlara qoyulmuş və vəzifəsinin icrasına başlamışdır. N nömrəli hərbi hissə tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli, 1774 nömrəli tibbi arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. N nömrəli hərbi hissə tərəfindən təqdim olunmuş xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xidmət yeri üzrə mənfi xarakterizə olunmuşdur. DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli 285 nömrəli əmrindən çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən gəldiyinə görə həmin tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, bütün növ təminatlara qoyulmuş və artilleriya divizionunun 1-ci artilleriya batareyasının 1-ci artilleriya taqımının 2-ci topunun baş tuşlayıcısı vəzifəsinə təyin olunmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli 324 nömrəli əmrindən çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs həmin tarixdən artilleriya divizionunun 3-cü artilleriya batareyasının 2-ci artilleriya taqımının 3-cü topunun baş tuşlayıcısı vəzifəsinə təyin olunmuşdur. - İ-10468 nömrəli Azərbaycan Respublikası medalının vəsiqəsinin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 2362 nömrəli Sərancamı ilə «Füzulinin azad olunmasına görə» medalı ilə təltif olunmuşdur. - İ-5845 nömrəli Azərbaycan Respublikası medalının vəsiqəsinin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 2364 nömrəli Sərancamı ilə «Xocavəndin azad olunmasına görə» medalı ilə təltif olunmuşdur. - İ-44094 nömrəli Azərbaycan Respublikası medalının vəsiqəsinin kserosurətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 250s nömrəli sərəncamı ilə Təqsirləndirilən şəxs «Vətən müharibəsi iştirakçısı» medalı ilə təltif olunmuşdur. - AA1447314 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il təvəllüdlü X2 adında övladı doğulmuşdur. Dövlət ittihamçısı məhkəmə çıxışında təqsirləndirilən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin CM-nin 329.1-ci maddəsi ilə düzgün tövsüf olunduğunu, onun həmin maddə ilə təqsirli bilinib, aylıq pul təminatından dövlət nəfinə 10 (on) faiz məbləğində pul tutulmaqla 06 (altı) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilməsini məhkəməyə təklif etmişdir. Müdafiəçi məhkəmə çıxışında məhkəməyə müraciət edərək vəsatətində göstərmişdir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-nin 329.1-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Həm ibtidai, həm də məhkəmə istintaq zamanı müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə başlamış xx.xx.2020-ci il tarixdə Zəfərlə başa çatmış 44 günlük Vətən müharibəsində N nömrəli hərbi hissə tərkibində minaatan top komandiri vəzifəsində ağır döyüşlərdə işğaldan azad olunmuş Zəngilan, Füzüli, Xocavənd, Şuşa rayonları istiqamətində gedən döyüşlərdə iştirak etmiş, döyüşlərdə fərqləndiyinə görə «Füzulinin azad olunmasına görə», «Xocavəndin azad olunmasına görə» və «Vətən müharibəsi iştirakçısı» medalları ilə təltif olunmuş, “Zəngilanın azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medallarla təltif olunması ilə bağlı Ali Baş komandanın sərəncamı olmuş, lakin medalların vəsiqələri hələlik verilməmişdir, hadisədən sonra 19-20 sentyabr 2023-cü il tarixlərində keçirilən lokal antiterror əməliyyatında iştirak etmiş və hal-hazıradək heç bir qanun pozuntusu törətməmişdir. O, ağır ailə vəziyyəti şəraitində yaşayır, himayəsində bir azyaşlı uşağı vardır, məhkəmədə bağışlanması üçün özünü təqsirli bildiyini bildirmişdir. Müdafiə tərəfi çıxışının sonunda məhkəmədən Təqsirləndirilən şəxs yuxarıda sadalanan halları nəzərə alınaraq barəsində CM-nin 74-cü maddəsi tətbiq edilərək şəritin dəyişməsi ilə bağlı cinayət məsuliyyətin azad edilməsini, bu mümkün olmadıqda aylıq pul təminatından 05 (beş) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 02 (iki) ay müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs son sözündə müdafiəçinin çıxışı ilə razı olduğunu bildirmişdir. CM-nin 74-cü maddəsinə görə, şəraitin dəyişməsi nəticəsində törədilmiş əməlin və ya bu əməli törətmiş şəxsin ictimai təhlükəli olmadığı müəyyən edildikdə, böyük ictimai təhlükə törətməyən cinayət və ya az ağır cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər. Cinayət hüquq nəzəriyyəsinə görə şəraitin dəyişməsi ilə cinayət məsuliyyətindən azad etmə aşağıda göstərilən şərtlər daxilində mümkündür: 1) cinayətin ilk dəfə törədilməsi; 2) törədilən cinayətin böyük ictimai təhlükə törətməyən, yaxud da az ağır cinayətlər kateqoriyasına aid olması; 3) şəraitin dəyişməsi ilə şəxsin təhlükəliliyinin, yaxud da cinayətin ictimai təhlükəliliyinin aradan qaldırılması. Şəraitin dəyişməsi istintaq zamanı, yaxud da məhkəmədə işə baxılan zaman baş verməlidir. Cinayət hüquq nəzəriyyəsində şəraitin dəyişməsi dedikdə, cinayət törədilən ana qədər mövcud olan vəziyyətlə müqayisədə şəxsin həyatında şəraitin ciddi surətdə dəyişməsi başa düşülür. Belə hallarda şəraitin dəyişməsi şəxsin həyatı ilə bağlı olur. Bu, cinayət törədən şəxsin yaşayış yerini dəyişməsində, ali məktəbə daxil olmasında, həqiqi hərbi xidmətə getməsində, hərbi xidmətdən tərxis olunmasında və s. ifadə oluna bilər. Bundan başqa, şəraitin dəyişməsi siyasi, iqtisadi və sosial sahələrdə baş verən dəyişikliklərlə də bağlı ola bilər. Belə dəyişiklik ölkə miqyasında və ya müəyyən regionda, şəhərdə və s. ərazidə baş verə bilər. Şəraitin dəyişməsinin nisbətən genişmiqyasda baş verməsi ictimai münasibətlər sistemində elə dəyişikliyi nəzərdə tutur ki, bunun təsiri ilə cinayət əməli öz maddi əlamətini - ictimai təhlükəliliyini itirir və ya bu cinayəti törətmiş şəxsin şəxsiyyətinin ictimai təhlükəliliyi aradan qalxır. CM-nin 74-cü maddəsinin və CPM-nin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 sentyabr 2021-ci il tarixli Qərarında hüquqi mövqeyə görə CPM-nin 40-cı maddəsində iki növdə olan hallar təsbit edilmişdir. Birincisi, cinayət prosesini həyata keçirən orqanların mülahizəsinə görə cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar. Belə ki, CPM-nin 40.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-nin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hallarda cinayət təqibinin başlanılmaması və ya ona xitam verilməsi cinayət prosesini həyata keçirən orqanların hüququ olaraq qalır (onlar üçün məcburi xarakter kəsb etmir). Məhkəmə Təqsirləndirilən şəxs həm ibtidai istintaq həm də məhkəmə istintaqı zamanı özünü təqsirli saymayaraq, ifadəsində Zərərçəkmiş şəxs heç bir zərbə vurmaması, sonuncuyla əsəbi formada danışmaması ilə bağlı vermiş olduğu ifadəsini iş üzrə dindirilmiş zərərçəkmiş şəxs və şahidlərin ifadələri və digər sübutlarla qarşılıqlı təhlil edərək belə qənaətə gəlmişdir ki, Təqsirləndirilən şəxs bu məzmunda fikri digər sübutlarla təkzib edildiyindən və həqiqəti əks etdirmədiyindən özünün məsuliyyətini yüngülləşdirən ifadə kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri və sənədləri Azərbaycan Respublikası CPM-nin (bundan sonra CPMnin) 124-137-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları həmin Məcəllənin 143-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 329.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmiş və bu cinayətin törədilməsində o təqsirlidir. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar və, müdafiəci tərəfindən sadalanan hallar bu əməli törətdiyindən əvvəl baş verdiyinidən, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, o, göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzaya məruz qalmalıdır. Onun cəzadan azad edilməsinə əsaslar yoxdur. CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun gənc olmaqla ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını və onu cəzadan azad edilməsi barədə xahişi olmasını, evli olmaqla himayəsində 1 azyaşlı uşağının olmasını, ailədə gəlir gətirən yeganə şəxs olmasını, 2016-cı ilin aprel döyüşlərində, xx.xx.2020-ci il tarixdə başlamış və xx.xx.2020-ci il tarixdə Zəfərlə başa çatmış 44 günlük Vətən müharibəsində və 19-20 sentyabr 2023-cü il tarixdə keçirilmiş lokal antiterror əməliyyatlarında iştirak etməsini, döyüşdə fərqləndiyinə görə «Füzulinin azad olunmasına görə», «Xocavəndin azad olunmasına görə» və «Vətən müharibəsi iştirakçısı» medalları ilə təltif olunmasını və hazırda artilleriya üzrə ixtisasslaşdırılmış hərbi hissədə xidmətdə olmasını CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir və nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlində CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. CM-nin 329.1-ci maddəsinin sanksiyasında bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini, ailə və sosial vəziyyətini, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, cəzasını yüngülləşdirən hallarla əlaqədar törətdiyi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azalmasını, həmçinin hazırki vəziyyətlə əlaqədar şəxsi heyətin komandanlığın sərəncamında qalmasının zəruriliyini və Təqsirləndirilən şəxs xidmətini davam etdirmək arzusunda olmasını nəzərə alaraq, bundan başqa həm dövlət ittihamçısının, həm müdafiə tərəfinin məhkəmə çıxışları zamanı fikirlərini, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs barəsində cəza təyin edilməməsi barədə çıxışı ilə bağlı qismən razılaşaraq belə qənaətə gəlmişdir ki, Təqsirləndirilən şəxs barəsində CMnin 74-cü maddəsinin tətbiq edilməsi ilə bağlı əsaslar müəyyən edilmədiyindən və hərbi hissədə tabeçilik münasibətlərinə əməl edilməsinə yönələn qeyri-qanuni hərəkətlərin yüksək ictimai təhlükəliliyi ilə fərqləndiyindən bu hal başqa hərbi qulluqçulara da çəkindirici təsir göstərilməsi, onların eyni xarakterli yeni cinayətlər törədilməsinin qarşısını alması məqsədi daşıdığından o, törətdiyi cinayətə görə yalnız ittiham olunduğu CM-nin 329.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hərbi xidmət üzrə məhdudlaşdırma cəzası və həmin cəza aşağı faizlə və aşağı həddə təyin edilməldir. Bu cəza növü ilə Təqsirləndirilən şəxs münasibətdə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə, cəzanın məqsədlərinə və nəticədə onun islah olunmasına nail olmaq olar. Təqsirləndirilən şəxs təyin ediləcək hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının icrası onun xidmət etdiyi hərbi hissənin komandanlığına tapşırılmalı, cəzanın icrasına hökm qanuni qüvvəyə mindikdən sonra başlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından məhkəmə icraatı zamanı onun hüquqlarının müdafiəsi dövlət büdcəsi hesabına təyin olunmuş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Tərtər Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. CPM-nin 193.2-ci maddəsinin tələblərinə görə belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsi hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixli, 202 nömrəli qərarla etdiyi dəyişikliyə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün altı manat məbləğində haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı göstərilmiş 17 (on yeddi) iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Tərtər Rayon Vəkil Bürosunun hesabına 102 (bir yüz iki) manat məbləğində pul köçürülməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci, maddi zərər, mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384.1 və 385.1ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq pul təminatından 05 (beş) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 03 (üç) ay müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının icrası onun xidmət yeri üzrə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına tapşırılsın. Təqsirləndirilən şəxs təyin edilmiş hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının icrasına hökm qanuni qüvvəyə mindikdən sonra başlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsi hesabından vəkil Müdafiəçi işlədiyi Tərtər Rayon Vəkil Bürosunun hesabına 102 (bir yüz iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətə Tərtər Hərbi Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : İlqar Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar