Azərbaycan Respublikası adından HÖKM Tərtər rayonu İş № 1-1(098)-119/2024 04.06.2024 TƏRTƏR HƏRBİ MƏHKƏMƏSİ Tərtər Hərbi Məhkəməsinin sədri X4 oğlunun sədrliyi, XN Şəmsəddin qızının katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Tərtər Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.N005-ci il tarixdə Masallı rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri Binəqədi rayonu 1-ci mədən 9-cu korpus ünvanında faktiki yaşamış, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər, barəsində “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 335.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tərtər Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, öz sağlamlığına zərər yetirməklə hərbi xidmət vəzifələrinin icrasından müvəqqəti boyun qaçırmışdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.N0N3-cü il tarixdə SHXÇDX-nin Sumqayıt şəhər baş idarəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılaraq, Müdafiə Nazirliyinin Goranboy rayonu Nizami kəndi ərazisində dislokasiya olunmuş N nömrəli hərbi hissənin texniki bölüyünün 3-cü takelaj taqımının N-ci takelaj manqasının takelajçısı vəzifəsində, əsgər rütbəsində hərbi xidmətdə olarkən, gənc əsgər olaraq hərbi nizam-intizam qaydalarına riayət etməkdə cətinlik cəkdiyindən və bununla əlaqədar olaraq bir müddət hərbi xidmət vəzifələrinin icrasından uzaqlaşmaq və ailə üzvləri ilə görüşə bilmək üçün hərbi hospitala göndərilməyə nail olmaq məqsədilə xx.xx.N0N3-cü il tarixdə saat 16:15 radələrində hərbi hissənin əsgər yataqxanasında dırnaqtutan alətin iti hissəsi ilə sol qolunu bir neçə dəfə kəsib özünə “sol saidin ön səthinin çoxsaylı cızılmış yaraları” xəsarətini yetirərək həmin xəsarətlə bağlı xx.xx.N0N3-cü il tarixdə hərbi hissənin tibb məntəqəsinə, oradan da N nömrəli hərbi hissəyə (hospitala) göndərilməyə, xx.xx.N0N3-cü il tarixdən xx.xx.N0N3-cü il tarixədək Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında ambulator müayinə və müalicə edilməyə nail olaraq, öz sağlamlığına zərər yetirməklə hərbi xidmət vəzifələrinin icrasından müvəqqəti boyun qaçırmışdır. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 335.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, N oktyabr N0N3-cü il tarixdə MN-nin N nömrəli hərbi hissəsinə gənc əsgər hazırlıq kursunu keçmək üçün göndərilmişdir. N nömrəli hərbi hissədə gənc əsgər kimi N nəfər olmuşlar. Üzərlərində gündəlik məşğul olmaq, yəni nizamnaməni və digər hərbi xidmətlə bağlı qaydaları izah etmək üçün onlara 3 nəfər vəzifəli şəxs təhkim olunmuşdur. Həmin şəxslərin adları Zamin Əsədov, İskəndər Nəsibov və Şahid1 olmuşdur. Həmin hərbi qulluqçular növbəli şəkildə gecələr gənc əsgərlərin üzərində cavabdeh kimi qalmışlar, həmçinin onlara əsgərin vəzifə borcunu və hərbi xidmətdə nizamnamənin digər tələblərini izah edərək öyrənmələrinə köməklik göstərmişlər. Gənc əsgər olan hərbi qulluqçulara köhnə əsgərlərlə ünsiyyətə girməyə və köhnə əsgərlərə də gənc əsgərlərlə ünsiyyətə girməyə icazə verilməmişdir. Belə ki, gənc əsgər hazırlıq kursu bitənə qədər gənc əsgərlərin xidmətə uyğunlaşması məqsədilə köhnə əsgərlərlə ünsiyyətə girməyə icazə verilməmişdir. Yəni, N nəfər gənc əsgər və 3 nəfər manqa komandirləri bir-biriləri ilə ünsiyyətdə olmuşlar. Lakin, o, hərbi xidmətə gəldiyi gündən xidmətə uyğunlaşa bilməmiş, bundan başqa hərbi xidmət nizamnamələrini və əsgərin vəzifə borcunu əzbərləməkdə çətinlik çəkmişdir. Xidmət ilk zamanlarda sıxıcı gəldiyinə görə hərbi hospitalına göndərilmək və orada ailəsi ilə görüşmək istəmişdir. Bundan sonra, özünə çox da dərin olmayan xəsarət yetirərək hospitala göndərilə biləcəyini düşünmüş və bu məqsədlə 15 oktyabr N0N3-cü il tarixdə özünə xəsarət yetirmək qərarına gəlmişdir. Həmin gün təqribən saat 16 radələrində Şahid1 sinif otağında gənc əsgərlərə əsgərin vəzifə borcunu öyrətdiyi zaman sonuncudan əsgər ayaqyoluna getmək üçün icazə almışdır. Az sonra ayaqyoluna gedərək orada olduğu zaman əvvəlcədən özünə xəsarət yetirmək üçün götürdüyü dırnaqtutan alətin kəsici hissəsi vasitəsilə sol qoluna kəsiklər etməyə başlamışdır. Bundan sonra da heç kimə bu barədə məlumat verməyərək əsgər yoldaşlarının yanına geri qayıtmışdır. Həmin gün axşam yeməyi üçün saat 19 radələrində sıra düzülüşünə çıxdığı zaman əsgər yoldaşlarına etdiyi əməl barədə danışaraq saat 16 radələrində ayaqyolunda olduğu zaman dırnaqtutan alətin kəsici hissəsi ilə sol qoluna kəsiklər etdiyini demişdir. Əsgər yoldaşları isə Şahid1 bu barədə məlumat verməyini demişlər. O da sıradan biraz kənarda olan Şahid1 yaxınlaşaraq özünə xəsarət yetirdiyini demişdir. Onun həmin zaman özünə xəsarət yetirməyi yuxarı komandanlığa məruzə edilmiş və Şahid1 sol qoluna baxış keçirmişdir. Səhəri gün 16 oktyabr N0N3-cü il tarixdə tibb məntəqəsinə aparılmışdır. Orada müayinə edildikdən sonra həmin gün N nömrəli hərbi hospitala göndərilmişdir. N nömrəli hərbi hospitalda müayinə edildikdən sonra N oktyabr N0N3-cü il tarixdə Bakı şəhərində yerləşən MN BKH-ya göndərilmişdir. Bakı şəhərində yerləşən hospitalda N oktyabr N0N3cü il tarixədək ambulator müayinə və müalicə olunmuşdur. Həmin müddət ərzində ailə üzvləri ilə də görüşməyə nail olmuş, daha sonra isə xidmət yerinə geri qaytarılmışdır. Xidmət yerinə qayıtdıqdan sonra bir daha belə bir hərəkətə yol verməmiş, hazırda xidmət etdiyi N nömrəli hərbi hissədə xidmətini davam etdirmişdir. Bu hərəkətləri etməsinin səbəbi xidmətinin ilk günlərində gənc əsgər olaraq hərbi nizam-intizam qaydalarına riayət etməkdə cətinlik cəkməsi olmuş, belə ki, ailədə yeganə oğul övladı olaraq mülkü həyatda belə qaydalarla yaşamayaraq, hər gün nizam qaydalarına uyğun hərəkət etməli olması onu çox sıxdığından və bu ərəfədə valideyinləri üçün çox darıxaraq onlarla görüşmək arzusu olduğundan və hərbi hospitala düşdüyü tərzdə valideyinlərinin yanına gəlməsini güman edərək bu hərəkətlərə yol vermişdir. Hadisədən sonra əməlinə görə peşman olmuşdur. Onun xidmət müddətində və xidmətdən əvvəl hər hansı psixi xəstəlikdən əziyyət çəkməmiş, ruhi-əsəb dispanserində qeydiyyatda olmamışdır. Hərbi hissədə, eləcə də hərbi hissədən kənar hansısa şəxslə problemi olmamış, onun xidmətinə maneçilik törədən olmamışdır. Hadisədən sonra Füzuli rayonunda dislokasiya olunmuş N nömrəli hərbi hissədə xidmət etmişdir. Hadisədən keçən 7 aydan çox olan müddət ərzində heç bir digər qanun və nizamnamə pozuntusu törətməmiş, hadisəni xidmətinin ilk günlərində etmiş, həmin ərəfələrdə əməlini tam dərk etməmiş və mənimsəməmişdir. O, son sözündə müdafiəçinin fikri ilə razı olduğunu, məhkəmədən əməlindən peşman olmasını, gənc olmasını, hazırda normal xidmət etməsinin nəzərə alınıb ona əlində silahla döyüş postunda xidmətini davam etdirə biləcək cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid N nömrəli hərbi hissənin texniki bölüyünün 1-ci takelaj taqımının N-ci takelaj manqasının komandiri, kiçik çavuş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs N oktyabr N0N3-cü il tarixdə MN-nin N nömrəli hərbi hissəsinə gənc əsgər hazırlıq kursunu keçmək üçün gəlmişdir. Həmin zaman Təqsirləndirilən şəxsla birlikdə N nəfər gənc əsgər olmuşdur. Gənc əsgərlər yeni gəldikləri zaman onların köhnə əsgərlərdən kənar ayrıca yataqxanada saxlanıldıqlarını və ayrı formada bölüyün arxasında yeməyə aparıldıqlarını demişdir. Eləcə də, gənc əsgərlər andiçmə mərasiminə, yəni müəyyən vəzifəyə təyin olunana qədər hər hansı ərazi təmizliyi və ya digər işlər üçün cəlb edilməmişdir. Gənc əsgərlər silahla davranış qaydaları, sıra hazırlığı, döyüş hazırlığı, dərslərə cəlb edilmiş, vəzifə borcları və nizamnamənin digər müddəaları onlara öyrədilmişdir. Həmin zaman manqa komandiri kimi 3 nəfər yəni, o, Zamin Əsədov və İskəndər Nəsibov gənc əsgərlərə təhkim edilmişlər. Yəni, növbəli şəkildə cavabdeh qalaraq gənc əsgərlərlə dərsləri və digər məsələləri ilə məşğul olmuşlar. Təqsirləndirilən şəxs da digər gənc əsgərlər kimi dərslərə cəlb edilmiş və vəzifə borclarını öyrənməyə çalışmışdır. 15 oktyabr N0N3-cü il tarixdə gənc əsgərlər üzərində cavabdeh olduğu zaman günün nizam qaydalarına əsasən sinif otağında dərs keçdiyi zaman, Təqsirləndirilən şəxs saat 16 radələrində ondan ayaqyoluna getmək üçün icazə almış və bir müddət keçdikdən sonra geri qayıtmışdır. O da artıq dərs bitdiyinə görə gənc əsgərləri əsgər yataqxanasına aparıb televizora baxmalarına şərait yaratmışdır. Televizora baxdıqdan sonra isə saat 19 radələrində axşam yeməyi üçün sıra düzülüşü barədə tapşırıq vermişdir. N nəfər gənc əsgər heyəti düzülmüşdür. Yeməyə getməmişdən öncə Təqsirləndirilən şəxs ona yaxınlaşaraq saat 16:15 radələrində ayaqyoluna getdiyi zaman sol qoluna dırnaqtutan kəsici alətlə xəsarət yetirdiyini demişdir. Həmin zaman Təqsirləndirilən şəxs hansı səbəbdən özünə bu formada xəsarət yetirdiyini soruşduqda sonuncu ailəsi üçün darıxdığını, vəzifə borcunu öyrənə bilməməsini deyərək hərbi xidmətdən sıxıldığı üçün özünə xəsarət yetirdiyini demişdir. Təqsirləndirilən şəxs sol qoluna baxdıqda özünə xəsarət yetirdiyini müşahidə etmişdir. Bununla əlaqədar dərhal hərbi hissə üzrə cavabdehə məlumat vermişdir. Həmin gün tibb məntəqəsində heç kim olmadığına və Təqsirləndirilən şəxs qolundakı xəsarət ciddi olmadığına görə səhəri günü gözləmişlər. Səhər həkim gələn kimi dərhal tibb məntəqəsinə aparılmış və bu barədə raport tərtib edilmişdir. Təqsirləndirilən şəxs 16 oktyabr N0N3-cü il tarixdə N nömrəli hərbi hissəyə, oradan da Baş Klinik Hospitala müayinəyə göndərilmişdir. N1 oktyabr N0N3-cü il tarixdə də yenidən xidmət yerinə geri qayıtmışdır. Şahid1 ifadəsində həmçinin, Təqsirləndirilən şəxs özünə xəsarət yetirməmişdən öncə kimsə üçün darıxması, xidmətdən sıxılması ilə bağlı ona hər hansı məlumat vermədiyini, Təqsirləndirilən şəxs xidmətdən sıxılmasına vadar edə biləcək hər hansı səbəb olmadığını, xidmətdən sıxılmasına görə hərbi xidmətdən yayınmaq məqsədilə özünə xəsarət yetirərək hərbi hospitala getməyə və ailəsi ilə orada görüşməyə nail olduğunu, xidmət yerində döyülmədiyini, təhqir edilmədiyini, incidilmədiyini və hər hansı şəxsi və ya ailə probleminin olmadığını bildirmişdir. Hadisədən bir necə gün sonra Təqsirləndirilən şəxs xidmət yerinə qayıdaraq törətdiyi əməlindən səmimi peşman olduğunu bildirmiş, daha sonra xidmətini normal əsgər kimi davam etdimiş və nümunəvi xədmət göstərmişdir. Hadisə Təqsirləndirilən şəxs hərbi and qəbul etməzdən əvvəl, xidmətinin ilk günlərində baş vermişdir. Hesab edir ki, Təqsirləndirilən şəxs hərbi qaydaları tam mənimsəmədiyindən bu hərəkətləri etmiş, hərbi and qəbul etdikdən sonra xidmətində hər hansı bir nizam-intizam pozuntusuna yol verən hallar olmamış və gənc əsgərlər təlimlərini uğurla başa catdıraraq yeni xidmət yerinə göndərilmişlər. Məhkəmə iclasında dindirilmiş şahid N nömrəli hərbi hissənin hərbi qulluqçusu əsgər ŞahidN Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.N0N3-cü il tarixli, 79N nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs almış olduğu xəsarətlər – sol saidin ön səthinin çoxsaylı cızılmış yaraları – tinli kənara malik bərk küt əşyanın (əşyaların) təsirindən törənməyə xarakterikdirlər, məhkəmə-tibbi müayinəsi zamanı şəxsin özünün göstərdiyi müddətdə (xx.xx.N0N3) və şəraitdə əmələ gəlmələri istisna olunmur, sağlamlığın pozulmasına səbəb olmadığından dərəcələri təyin edilmir. Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.N0N3-cü il tarixli, 686 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik əlamətləri müşahidə olunmur. O, hazırkı cinayət əməlini törətdiyi zaman öz əməlinin faktiki xarakterini, hərəkətlərinin ictimai təhlükəliliyini tam dərk etmiş və həmin əməli idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hadisədən əvvəl psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri olmamışdır. Müayinə zamanı ailə üzvləri üçün darıxdığına görə bir anlığa əsəbiləşərək özünə xəsarət yetirdiyini, etdiyi hərəkətə görə peşman olduğunu bildirmişdir. Əlavə ambulator məhkəmə-psixatrik ekspertizasının xx.xx.N0N4-cü il tarixli, N51 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hadisəni törədən zaman ANLAQLİ vəziyyətdə olmuşdur, onun əməli Azərbaycan Resublikası CM-in N1-ci maddəsinin təsiri altına düşmür. Onda anlaqlılığı istisna etməyən psixi pozuntu müşahidə olunmur. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar edilmir. Hal-hazırda Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs yaranmış şəraiti adekvat qavramaqla anlamaq qabiliyyətinə malikdir. Zədələnmələrin (yaralanmaların) qeydiyyatı kitabından çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs xx.xx.N0N3-cü il tarixdə saat 16:15 radələrində özünə “sol qolun said hissəsində çoxsaylı kəsik izləri” diaqnozlu xəsarət yetirmişdir. N nömrəli hərbi hissənin tibb xidmət rəisinin xx.xx.N0N3-cü il tarixli N6N6 nömrəli təqririndən görünür ki, Təqsirləndirilən şəxs hərbi hissənin tibb məntəqəsinə müraciət etmiş və ona “sol qolun said hissəsində çoxsaylı kəsik izləri” diaqnozu qoyulayaraq N nömrəli hərbi hospitala psixiatrın baxışına göndərilmişdir. N nömrəli hərbi hissədən təqdim edilmiş tibb məntəqəsinin ambulator xəstələrin qeydiyyatı kitabından çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs xx.xx.N0N3-cü il tarixdə tibb məntəqəsinə “sol qolun said hissəsində çoxsaylı kəsik izləri” diaqnozu ilə daxil olmuş, müayinə olunduqdan sonra N nömrəli hərbi hissəyə psixiatrın baxışına göndərilmişdir. N nömrəli hərbi hissədən təqdim edilmiş Təqsirləndirilən şəxs tibb kitabçasından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xidməti vəzifələrini icra etməkdə çətinlik çəkdiyinə görə sol qoluna xəsarət yetirməsini bildirmişdir. N nömrəli hərbi hospitaldan təqdim edilmiş ambulator xəstələrin qeydiyyatı kitabından çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs xx.xx.N0N3-cü il tarixdə N nömrəli hərbi hissədə (hospitalda) ambulator müayinə olunmuş və onun Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına baş psixiatrın baxışına göndərilməsi məsləhət görülmüşdür. N nömrəli hərbi hissə komandirinin N oktyabr N0N3-cü il tarixli, 307 №-li əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs xx.xx.N0N3-cü il tarixdən Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına getmiş hesab edilmişdir. Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının rəisinin 18 oktyabr N0N3-cü il tarixli, N38 №-li əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs xx.xx.N0N3-cü il tarixdən Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının qazan təminatına qoyulmuşdur. N nömrəli hərbi hissə komandirinin N oktyabr N0N3-cü il tarixli, 311 №-li əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs xx.xx.N0N3-cü il tarixdən Müdafiə Nazirliyinin Baş Klinik Hospitalından gəlmiş hesab edilmişdir. Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının rəisinin N1 oktyabr N0N3-cü il tarixli, N41 №-li əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs xx.xx.N0N3-cü il tarixdən Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının qazan təminatından çıxarılmış hesab edilmişdir. Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının xx.xx.N0N4-cü il tarixli, N14 nömrəli məktubundan görünür ki, əsgər Təqsirləndirilən şəxs xx.xx.N0N3-cü il tarixdən xx.xx.N0N3-cü il tarixədək MN BKH-nin qəbul bölməsində ambulator (ambulator - 17688) müayinədə olmuşdur. N nömrəli hərbi hissə komandirinin N oktyabr N0N3-cü il tarixli, N98 nömrəli əmrindən çıxarışdan görünür ki, SHXÇDX-nin Sumqayıt şəhər baş idarəsindən gəlmiş, əsgər Təqsirləndirilən şəxs həmin tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilməklə hərbi hissənin texniki bölüyünün 3-cü takelaj taqımının N-ci takelaj manqasının takelajçısı vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin N3 dekabr N0N3-cü il tarixli, 373 nömrəli əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xidmətini davam etdirmək üçün Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə təyin olunduğundan N3 dekabr N0N3-cü il tarixdən N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. N nömrəli hərbi hissədən verilmiş xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xidməti yeri üzrə müsbət xarakterizə olunur. N nömrəli hərbi hhospitalın Hərbi Həkim Komissiyası tərəfindən təqdim edilmiş 30 oktyabr N0N3-cü il tarixli, 5366 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs «Psixi sağlam. Affektiv reaksiya» ümumi xəstəlik aşkar olunsada hərbi xidmətə yararlıdır. DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə cıxışları zamanı müdafiəçi dövlət ittihamçısının Təqsirləndirilən şəxs N (altı) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzası təyin edilməsi ilə bağlı təklifi ilə qismən razılaşaraq məhkəmədən Təqsirləndirilən şəxs gənc olmasını, hadisənin xidmət illərinin ilkin dövründə törətməsini, hal-hazırda xidmətini normal şəkildə davam etdirilməsini nəzərə alınaraq onun ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cəza növünün ən aşağı həddində təyin edilməsini və həmin cəzanın şərti olaraq tədbiq edilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini və sənədləri Azərbaycan Respublikası CPM-nin (bundan sonra CPM-nin) 1N4- 137-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları həmin məcəllənin 143-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 335.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmiş və bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, o, göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzaya məruz qalmalıdır. Onun cəzadan azad edilməsinə əsaslar yoxdur. CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun gənc olmaqla ailədə yeganə oğul övladı olmasını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, törətdiyi cinayəti səmimi etiraf edərək əməlindən peşman olmasını, cinayəti xidmətinin ilk günlərində hərbi and qəbul etməzdən əvvəl törətməsini, hərbi həkim komissiyasının qərarına əsasən «affektiv reaksiya» xəstəliyindən əziyyət çəkməsini, hadisədən sonra kecən 7 ay müddətində digər qanun və nizamnamə tələblərini pozmayaraq işğaldan azad olunan ərazidə dislokasiya olunmuş N nömrəli hərbi hissədə normal xidmət etməsini və bununla bağlı müsbət xasiyyətləndirilməsini, silahla döyüş postunda xidmətini davam etdirmək arzusunda olmasını CM-nin 59-cu maddəsinə əsasın onun cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir və nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N5 iyun N003-cü il tarixli, 4 saylı Qərarının 1-ci maddəsinə görə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin N və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın N-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının N9-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 1N yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs ittiham olunduğu CM-nin 335.1-ci maddəsinin sanksiyasında bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olduğundan CM-nin 50.4-cü maddəsinə əsasən, ona hərbi xidmət üzrə məhdudlaşdırma cəzası təyin edilə bilməz. CM-nin 54.1-ci maddəsinə əsasən hərbi xidmətə çağırış üzrə müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara, habelə kontrakt (bağlaşma) əsasında sıravi və gizir vəzifələrində hərbi xidmətdə olan hərbi qulluqçulara, əgər onlar hökm çıxarılanadək qanunla müəyyən edilmiş xidmət müddətini başa vurmamışlarsa, üç aydan iki ilədək intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edilə bilər. Həmin cəza hərbi xidmət əleyhinə törədilmiş cinayətlərə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda, habelə təqsirkarın şəxsiyyəti və cinayətin xarakteri iki ilədək müddətə azadlıqdan məhrum etmənin həmin müddətə intizam xarakterli hərbi hissədə saxlama ilə əvəz olunmasına imkan verdiyi hallarda tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edilməlidir. Lakin bununla bərabər, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini, ailə və sosial vəziyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, həmçinin yuxarıda göstərilən cəzanı yüngülləşdirən hallarla əlaqədar onun törətdiyi cinayətin və özünün ictimai təhlükəliliyinin əhəmiyyətli dərəcədə azalmasını və artıq islah yolunda olmasını, işğaldan azad olunan ərazidə dislokasiya olunmuş N nömrəli hərbi hissədə normal xidmət etməsini nəzərə alaraq hesab edir ki, ona təyin ediləcək intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın real olaraq çəkilməsi onun özünü və ailəsini ciddi məhrumiyyətlərə düçar edə bilər və nəticədə onun islah və yenidən tərbiyə olunması ilə nəticələnməyə bilər. Ona təyin edilən cəza yalnız şərti olaraq tətbiq edilməklə cəzanın məqsədlərinə, cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. CM-nin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayarsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. CM-nin 70.N-ci maddəsində göstərilir ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. CM-nin 70.3-cü maddəsində göstərilir ki, şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. CM-nin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə - onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursi keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoya bilər. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. CM-nin 70.6-cı maddəsinə əsasən şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini, ailə və sosial vəziyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona CM-nin 335.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş intizam xarakterli hərbi hissədə saxlama cəzasının aşağı həddində, yəni 03 (üç) ay müddətə cəza təyin etməyi, həmçinin onun özünün və törətdiyi cinayətin ictimai təhlükəliliyinin əhəmiyyətli dərəcədə azalmasını göstərən halların olmasını, artıq islah yolunda olmasını, işğaldan azad olunan ərazidə dislokasiya olunmuş N nömrəli hərbi hissədə normal xidmət etməsini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün sayaraq, barəsində CM-nin 70-ci maddəsini tətbiq etməklə həmin cəzanın N (altı) ay sınaq müddəti müəyyən olunmaqla şərti tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində nümunəvi hərbi xidmət keçmək, sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışına nəzarət etmək hərbi qulluq keçdiyi hərbi hissənin komandanlığına həvalə olunmalıdır. Barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından onun hüquqlarının müdafiəsi məhkəmə icraatı zamanı dövlət büdcəsi hesabına təyin olunmuş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Tərtər Rayon Vəkil Bürosunun vəkili X3 tərəfindən həyata keçirilmişdir. CPM-nin 193.N-ci maddəsinin tələblərinə görə belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsi hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında” 01 fevral N001-ci il tarixli, 31 nömrəli qərarına 03 may N018-ci il tarixli, N0N nömrəli qərarla etdiyi dəyişikliyə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün altı manat məbləğində haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərilmiş 09 (doqquz) iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil X1 işlədiyi Tərtər Rayon Vəkil Bürosunun hesabına 54 (əlli dörd) manat məbləğində pul köçürülməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci, maddi zərər, mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384.1 və 385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 335.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzası təyin edilsin. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 03 (üç) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzası N (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Təqsirləndirilən şəxs barəsində müəyyən edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın və onun üzərinə sınaq müddəti ərzində nümunəvi hərbi xidmət keçmək vəzifəsi qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışına nəzarət etmək hazırda hərbi qulluq keçdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsi hesabından vəkil Müdafiəçi işlədiyi Tərtər Rayon Vəkil Bürosunun hesabına 54 (əlli dörd) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan N0 (iyirmi) gün müddətə Tərtər Hərbi Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Quliyev.
Məhkəmə qərarları › İş №1-1(098)-119/2024
Tərtər Hərbi Məhkəməsi Hökm — İş №1-1(098)-119/2024
04.06.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver