Azərbaycan Respublikası adından HÖKM Tərtər rayonu İş № 1-1(098)-12/2023 10.04.2023 TƏRTƏR HƏRBİ MƏHKƏMƏSİ Hakim Sarıyev Əhməd Mədət oğlunun sədrliyi, Hüseynov Ramil Saday oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi X1 müdafiəsi üzrə şöbəsinin prokuroru XN, Müdafiəçi: Tərtər rayon Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx xxxxxx N000-ci il tarixdə Ucar rayonunun Alpı kəndində anadan olmuş və həmin ünvanda daimi qeydiyyatda olan, Azərbaycan Respublikası vətəndaşı, orta ixtisas təhsilli, subay, əvvəllər məhkum olunmamış, N nömrəli hərbi hissənin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, xx.xx.N0N3-cü il tarixdən həbsdə olan, X4 Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə təqsirləndirilməsi barədə olan cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X1N Nazirliyinin Goranboy rayonunun Yuxarı Ağcakənd kəndi ərazisində yerləşən N nömrəli hərbi hissənin snayper bölüyünün 1-ci snayper tağımının N-ci dərəcəli snayper heyətində snayper vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçu kimi xidmətdə olarkən N4 dekabr N0N1-ci il tarixdə, saat 1N radələrində xidmət yerini özbaşına tərk edərək getmiş və 1N yanvar N0NN-ci il tarixdə, saat 08 radələrində geri qayıtmış, bununla da o, müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçu kimi on gündən artıq, lakin bir aydan çox olmayan müddətə xidmət yerini özbaşına tərk etmişdir. Bununla da, X8 Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs X8 özünü Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə məhkəmə istintaqı zamanı təqsirli bilərək məhkəmə iclasında göstərdi ki, o, N nömrəli hərbi hissənin snayper bölüyünün 1-ci snayper tağımının N-ci dərəcəli snayper heyətində snayper vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçu kimi xidmətdə olarkən N4 dekabr N0N1-ci il tarixdə saat 1N radələrində xidmət yerini özbaşına tərk edərək getmiş, 1N yanvar N0NN-ci il tarixdə saat 08 radələrində geri qayıtmış, xidmət yerini özbaşına tərk etməsinin səbəbi ailə və şəxsi problemlərinin olması ilə bağlı olmuşdur. O, törətdiyi cinayət əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. İş üzrə şahid, N nömrəli hərbi hissənin hərbi qulluqçusu gizir X5 məhkəmə iclasında ifadəsində göstərmişdir ki, xidmət etdiyi bölüyün keçmiş müddətdən artıq hərbi qulluqçusu, əsgər X8 xx.xx.N0N1-ci il tarixdə saat 1N radələrindən xx.xx.N0NN-ci il, saat 08 radələrinədək xidmət yerini özbaşına tərk etmişdir. İzzət Qasımovdan hərbi hissəni özbaşına tərk etməsinin səbəbini soruşduqda o, şəxsi problemlərinin olduğunu bildirmişdir. İş üzrə şahid X6 məhkəmə iclasına gəlmədiyindən onun cinayət işinin N8-30-cu səhifəsindəki 08 iyun N0NN-ci il tarixli ifadəsi oxunub elan edilmişdir. X6 həmin ifadəsində göstərmişdir ki, xidmət etdiyi bölüyün keçmiş müddətdən artıq hərbi qulluqçusu, əsgər X8 xx.xx.N0N1-ci il tarixdə saat 1N radələrində xidmət yerini özbaşına tərk edərərk getmiş və xx.xx.N0NN-ci il tarixdə, saat 08 radələrində geri qayıtmışdır. İ.Qasımovu N nömrəli hərbi hissədə xidmət dövründən tanımış, onunla heç bir ədavət və ya düşmənçiliyinin olmadığını, sonuncuya qarşı öidmət dövründə nizamnamədən kənar hərəkətlərə yol verilmədiyini, bütün növ təminatlarla təmin olunduğunu qeyd etmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N1-ci il tarixli, N37 saylı əmrinə əsasən İ.A.Qasımov N nömrəli hərbi hissənin snayper bölüyünün 1-ci snayper tağımının N-ci dərəcəli snayper vəzifəsinə təyin olunduğu üçün həmin tarixdən N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara qoyularaq vəzifəsinin icrasına başlamışdır (iş vərəqi 5). N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N1-ci il tarixli 373 saylı əmrinə əsasən əsgər İ.A.Qasımov xx.xx.N0N1-ci il tarixdə, saat 1N radələrində xidmət yerini özbaşına tərk etdiyi üçün həmin tarixdən hərbi hissənin qazan təminatından çıxarılıb adı hərbi hissənin özbaşına tərk edənlərin siyahısına salınmışdır (iş vərəqi 6). N nömrəli hərbi hissə komandirinin xx.xx.N0NN-ci il tarixli, 14 saylı əmrinə əsasən əsgər İ.A.Qasımov xx.xx.N0NN-ci il tarixdə, saat 08 radələrində xidmət yerinə vqayıtdığı üçün həmin tarixdən hərbi hissəni özbaşına tərk edənlərin siyahısından çıxarılaraq qazan təminatına qoyulmuşdur (iş vərəqi 7). N nömrəli hərbi hissə tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, İzzət Qasımov xidmət etdiyi müddət ərzində komandanlıq tərəfindən müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilən tələbnamədən görünür ki, İ.A.Qasımov əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. N nömrəli hərbi hissə tərəfindən verilən N may N0NN-ci il tarixli 318 nömrəli arayışdan görünür ki, İ.A.Qasımov hərbi xidmətə yararlı hesab edilmişdir. İş materiallarında olan Tərtər Hərbi Məhkəməsinin 17 oktyabr N0NN-ci il tarixli qərasrından görünür ki, X4 başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və barəsində axtarış elan edilmiş, cinayət işinin icraatı dayandırılmışdır. Xocalı rayon Polis Şöbəsinin xx.xx.N0N3-cü il tarixli məktubundan görünür ki, X8 xx.xx.N0N3-cü il tarixdə tutlaraq Xocalı RPŞ-ə gətirilib, Tərtər Hərbi Məhkəməsinin qərarına əsasən xx.xx.N0N3-cü il tarixdə Penitensiar Xidmətin N saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. N saylı İstintaq Təcridxanasının 07 mart N0N3-cü il tarixli məktubundan görünür ki, X8 xx.xx.N0N3-cü il tarixdə Tərtər Hərbi Məhkəməsinin hesabına müəssisəyə daxil olmuşdur. Tərtər Hərbi Məhkəməsinin xx.xx.N0N3-cü il tarixli qərarından görünür ki, X4 CMnin 333.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir. Məhkəməyə daxil olmuş N nömrəli hərbi hissə komandirinin N yanvar N0N3-cü il tarixli 17 №-li əmrindən çıxarışından görünür ki, X8 həqiqi hərbi xidmətdən ehtiyyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, N yanvar N0N3-cü il taarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılsın və hərbi qeydiyyata durmaq üçün SHXÇDX-nin Ucar rayon şöbəsinə göndərilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X8 Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş özünün etirafedici ifadəsilə yanaşı, şahid ifadələri və iş materiallarında toplanmış digər sübutlarla tam sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, bu maddələrlə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8.1, 41.N 58-6N-ci maddələrinin müddəalarını rəhbər tutur. Həmin məcəllənin 41.N-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilir. Həmin məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi təqsirkarın şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdırılan hallar nəzərə alınır. Həmin məcəllənin 59.N-ci maddəsinə əsasən cəza təyin edilərkən bu məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» N5 iyun N003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təyin edilən cinayət cəzası Azərbaycan Respblikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası cinayət məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin peşmançılığını, xidmət yerindən müsbət xarakterizə olunmasını, ordu sıralarından tərxis olunduğundan törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsinin azaldğını cəzanı yüngülləşdirən hallar hesab edir. Azərbaycan Respublikasının CM-in 61-ci maddəsinə əsasən X4 məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. X14 təqsirli bilindiyi CM-nin 333.3-cü maddəsinin sanksiyasında hərbi xidmət üzrə məhdudlaşdırma və ya intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələblərinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Qeyd olunmalıdır ki, X8 ordu sıralarından tərxis olunduğundan, beləliklə hərbi qulluqçu statusuna xitam verildiyindən Azərbaycan Respublikası CM-nin 50-ci və 54-cü maddələrinin tələbləri baxımından ona hərbi xidmət üzrə məhdudlaşdırma və ya intizam xarakterli hərbi hissədə saxlama cəzaları təyin oluna bilməz. Lakin, məhkəmə X8 təqsirləndirildiyi cinayət maddəsinin sanksiyalarında azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzalar olduğu halda, yalnız məhkəmədə hökm çıxarılanadək hərbi qulluqçu statusunu itirdiyindən həmin cəzaların tətbiqinin mümkün olmaması səbəbindən ona daha ağır olan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini əsaslı hesab etmir. Məhkəmənin fikrincə belə cəza təyini Cinayət Məcəlləsinin 8-ci maddəsində göstərilmiş cəzanın ədalət prinsipinə, yəni təyin edilən cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasına dair tələbinə zidd olardı. Belə ki, təqsirləndirilən şəxs törətdiyi əməldən peşmandır, xidmət yerindən müsbət xarakterizə olunur, ordu sıralarından tərxis olunduğundan, cinayətin ictimai təhlükəliliyi əhəmiyyətli dərəcədə azalmışdır. Ona görə də onun azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunması üçün əsaslar yoxdur. Habelə məhkəmə hesab edir ki, göstərilən hallar təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar olmaqla, məcmu şəklində onun barəsində CM-nin 6N-ci maddəsi tətbiq olunmaqla ona CM-nin 333.3-cü maddəsində nəzərdə tutulan cəzadan daha yüngül cəza təyin edilməsinə tam əsas verir. Azərbaycan Respublikası CM-nin 6N.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 6N.N-ci maddəsində göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrıayrı hallar, həm də bu cür halların məcmuyu müstəsna hal hesab edilə bilər. Məhkəmə Qanunun göstərilən tələbinə əsasən təqsirləndirilən şəxsin ilk dəfə az ağır cinayət törətməsini, peşmançılığını, xidmət yerindən müsbət xarakterizə olmasını məcmu halında cinayətin ictimai təhlükəliliyini azaldan müstəsna hallar kimi qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin barəsində CM-nin 6N-ci maddəsi tətbiq edilməklə ona CM-nin 333.3-cü maddəsilə azadlığın məhdudlaşdırılması cəzası və həmin cəzanın həddi 1 (bir) il müddətinə müəyyən edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cu maddəsinə əsasən X4 xx.xx.N0N3-cü il tarixdən xx.xx.N0N3-cü il tarixədək həbsdə olduğu 1 (bir) ay 8 (səkkiz) gün, azadlıqdan məhumetmənin 1 günü azadlığın məhdudlaşdırılmasının N gününə bərabər hesablanmaqla, cəzasından çıxılaraq üzərində qəti olaraq 9 (doqquz) ay 14 (on dörd) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. X7 axşam saat N1:00-dan səhər saat 07:00-dək Ucar rauonu Alpı kəndində yaşayış yerini, qalan vaxtlarda isə Ucar rayonunun hüdudlarını tərk etməmək, yaşayış yerini və ya iş yerini dəyişdikdə cəzasına nəzarət edən orqana məlumat vermək, elektron nəzarət vəsitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi həvalə olunmalıdır. Hökmün icrası onun yaşayış yeri üzrə Ucar rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. X4 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. İş üzrə mülki iddia və maddi sübutlar yoxdur, xüsusi müsadirənin predmeti olan əmlaklar aşkar oulunmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM–nin 346-347, 349, 351- 353, 381, 383-384- cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: X8 Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinib, barəsində CM-nin 6N-ci maddəsi tətbiq edilməklə 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cu maddəsinə əsasən X4 xx.xx.N0N3-cü il tarixdən xx.xx.N0N3-cü il tarixədək həbsdə olduğu 1 (bir) ay 8 (səkkiz) gün, azadlıqdan məhumetmənin 1 günü azadlığın məhdudlaşdırılmasının N gününə bərabər hesablanmaqla, cəzasından çıxılaraq üzərində qəti olaraq 9 (doqquz) ay 14 (on dörd) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. X7 axşam saat N1:00-dan səhər saat 07:00-dək Ucar rauonu Alpı kəndində yaşayış yerini, qalan vaxtlarda isə Ucar rayonunun hüdudlarını tərk etməmək, yaşayış yerini və ya iş yerini dəyişdikdə cəzasına nəzarət edən orqana məlumat vermək, elektron nəzarət vəsitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi həvalə olunsun. Hökmün icrası onun yaşayış yeri üzrə Ucar rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. X4 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə zalından dərhal azadlığa buraxılsın. Hökmdən elan olunan vaxdan N0 (iyirmi) gün müddətində Tərtər Hərbi Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Əhməd Sarıyev
Məhkəmə qərarları › İş №1-1(098)-12/2023
Tərtər Hərbi Məhkəməsi Hökm — İş №1-1(098)-12/2023
10.04.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver