Məhkəmə qərarları › İş №1-1(098)-124/2023

Tərtər Hərbi Məhkəməsi Hökm — İş №1-1(098)-124/2023

27.07.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tərtər rayonu İş № 1-1(098)-124/2023 27.07.2023 TƏRTƏR HƏRBİ MƏHKƏMƏSİ Tərtər Hərbi Məhkəməsinin sədri Quliyev İlqar Məsail oğlunun sədrliyi, Hakim Nəsirov Vidadi Mikayıl oğlundan (məruzəçi-hakim) və Hakim Əzizov Sevindik Əziz oğlundan ibarət tərkibdə X10 Əli oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Müdafiəçi-Tərtər Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1999-cu il tarixdə Ağdaş rayonunda doğulmuş, Ağdam rayonunun Quzanlı qəsəbəsində daimi qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli,himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, «barəsində başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, N nömrəli hərbi hissəsinin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 333.6-cı maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tərtər Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi on gündən artıq, lakin bir aydan çox olmayaraq hərbi hissəni özbaşına tərk etmişdir. Belə ki, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissəsinin Ağdam rayonunun Gülablı kəndində yerləşən 4-cü taborunun 12-ci bölüyünün 2-ci taqımının 1-ci manqasının tuşlayıcısı vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən atası X4 həmin ərəfələrdə kondisioner ustası kimi həmin ərazilərə işləməyə icazəsi olduğundan anası X1 xərçəng xəstəliyindən əməliyyat olunacağını və bununla əlaqdar olaraq həkim arayışını gətirərək ona vermiş, bundan sonra həmin xəstəlik sənədi ilə 15 iyun 2022-ci il tarixdə xidmət etdiyi bölüyün komandiri kapitan Şahid3 yaxınlaşıb anası ilə görüşmək üçün buraxılışa getməyə icazə istəmiş, sonuncu Təqsirləndirilən şəxs icazə vermək səlahiyyətinin olmadığını bildirərək icazə verməmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs anasının xərçəng xəstəliyindən əziyyət çəkməsi səbəbindən buraxılışa getməyin vacib olduğunu bildirdikdən sonra Şahid3 bu barədə tabor komandirinə rabitə ilə məruzə etmiş, tabor komandiri Təqsirləndirilən şəxs anasının xəsətəlik sənədini hərbi hissənin qərargah binasında yerləşən nizami hissəyə təqdim etməsindən ötrü hərbi hissənin qərargahına getməsinə razılıq vermiş, Təqsirləndirilən şəxs həmin gün Ağdam rayonun Gülablı kəndi ərazisində yerləşən bölüyün dayaq məntəqəsindən təxminən N km arxada yerləşən Ağdam rayonun Kəngərli kəndində yerləşən hərbi hissənin qərargahına getmiş və həmin arayışı hərbi hissənini nizami hissəsinə təqdim edərək, orada hissə komandirinə məruzə edilmiş, Təqsirləndirilən şəxs ertəsi gün məzuniyyət buraxılıb-buraxılmaması barədə məlumat veriləcəyi bildirildikdən sonra gecəni hərbi hissənin qərargahında qalmış, ertəsi gün ona məzuniyyət verilməməsi barədə məlumat verildikdən sonra bu barədə bölük komandiri Şahid3 məlumat verərək icazəsiz olsada belə xəstə olan anasına baş cəkmək üçün hərbi hissədən özbaşına getmək məcburiyyətində olduğunu bildirib 16 iyun 2022-ci il tarixdə, saat 17:00 radələrində xidmət etdiyi hərbi hissənin qərargah binasını özbaşına tərk edib Bakı şəhərinə gəlmiş, burada müalicə olunan anasının bir müddət qulluğunda durmuş, N iyun 2022-ci il tarixdə saat 18:00 radələrində könüllü olaraq xidmət etdiyi bölüyün dayaq məntəsinə qayıtmaqla hərbi hissəni on gündən artıq, lakin bir aydan çox olmayaraq özbaşına tərk etmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 333.6-cı maddəsi ilə ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2020-ci il yanvar ayında Səfərbərlik üzrə Ağdam rayon şöbəsi tərəfindən müddətdən artıq həqiqi hərbi xidmətə çağırılmış, xidmətini davam etdirmək üçün xx.xx.2020-ci il tarixdə N nömrəli hərbi hissəyə göndərilmiş, həmin hərbi hissədə təxminən bir ilə yaxın xidmət etmiş, hərbi hissənin tərkibində N günlük Vətən müharibəsi zamanı Talış və Suqovuş qəsəbələrinin işğaldan azad edilməsi uğrunda aparılan döyüşlərdə fəal iştirak etmiş, daha sonra xidmət yeri dəyişdirilmiş və Laçın rayonun işğaldan azad olunmasında iştirak etmişdir. xx.xx.2021ci il tarixdə xidmət yeri Ağdam rayonun Kəngərli kəndi ərazisində yerləşən N nömrəli hərbi hissənin maddi texniki təminat bölüyünə dəyişdirilmişdir. Xidmətdə olarkən ona döyüşdə zədələnmiş maşınları təxliyyə etmək üçün üzərində kran quraşdırılmış MAZ markalı avtombil təhkim olunmuş, avtomobili Goranboy rayonu ərazisində idarə edərkən mühərrik sıradan çıxmışdır. Həmin avtomobili yaxınlıqda yerləşən hərbi hissələrin birinə yerləşdirmişlər. Mühərrikin sıradan çıxmasının onun diqqətsizliyindən baş veribverməməsini bilməmişdir. Sonra həmin avtomobili yedəkdə xidmət etdyi hərbi hissəyə gətirərkən avtomobilin hissəsi «razdaka»sı da dağılmış, ona hərbi hissədə avtombilin yararsız vəziyyətə düşməsində onun günahının olması deyilmiş, lakin o, buna etiraz etmiş, yedəkdə avtomobil gətirilərkən avtomobildə əyləşmədiyini bildirsədə onun sözünə əhəmiyyət verilməmişdir.19 fevral 2021-ci il tarixdə toyu olması ilə bağlı 5 günlük məzuniyyətə göndərilmiş, məzuniyyətə getməsi üçün həmin dövrdə avtomobil xidmət rəisi vəzifəsində xidmət edən adını xatırlamadığı şəxs ona təhkim olunmuş avtomobili təmir etdirməsini bildirmiş, o xidmət etdiyi hərbi hissənin maddi texniki təminat bölüyündə şəxsi heyətlə mehriban münasibətdə olduğundan həmin bölükdə qalıb xidmət etmək arzusunda olmuş, avtomobil xidmət rəisi avtomobili təmir etdirəcəyi halda həmin bölükdə xidmətini davam etdirəcəyinə söz vermişdir.Bundan başqa hərbi hissənin avtomobil xidmət rəisi ona avtomobili təmir etdirmədiyi halda avtomobilin təmiri üçün təxminən 30.000 manat məbləğində hesablanmış xərcin onun tərəfindən ödənilməsi üçün aylıq maaşından tutulmasını bildirmişdir. O, avtomobilin təmiri üçün ehtiyyat hissələrin dövlət tərəfindən verilməli olduğunu bildirisədə buna məhəl qoyan olmadığından o da məcburən həmin ərəfələrdə təxminən 3.250 (üç min iki yüz əlli) manat xərc çəkərək hərbi hissənin maddi texniki təminat bölüyündə ona təhkim olunmuş avtomobili təmir etdirmişdir.Xərc ondan ibarət olmuşdur ki, o, mühərrikin porşinlərini dəyişmiş, 1.500 (bir min beş yüz) manata avtomobil xidmət rəisinin bildirdiyi yerdən Bakı şəhərindən sürət qutusu almış, ustanın əlmuzdu da bu xərclərə daxil olmuş, həmin avtomobilin təmiri işlərini atası danışmışdır. Lakin onu aldatmışlar, avtomobili təmir etdirməsinə baxmayaraq xidmət yeri 2022-ci ilin fevral ayında Ağdam rayonun Gülablı kəndində yerləşən hərbi hissəsinin 4-cü taborunun 12-ci bölüyünə dəyişdirilmiş, həmin bölüyün 2-ci taqımının 1-ci manqasının tuşlayıcısı vəzifəsinə təyin olunmuşdur. Həmin bölmədə bir müddət xidmət etdikdən sonra bölmə komandiri kapitan Şahid3 yaxınlaşmış, 1 aydır ailə həyatı qurduğunu, bu səbəbdən buraxılışa getmək üçün icazə istəmiş və bölük komandiri ona buraxılışa getmək üçün icazə vermişdir. Daha sonra atası X4 həmin vaxt kondisioner ustası olduğundan işğaldan azad olunmuş ərazilərə portaldan icazəsi olmuş, bu səbəbdən onun xidmət etdiyi bölüyə sərbəst gəlmiş, anasının Bakı şəhərində qarın boşluğunda olan şişə görə əməliyyat olunacağını ona deyərək anasının xəstəliyi ilə bağlı arayışı ona təqdim etmişdir. O, 15 iyun 2022-ci il tarixdə təkrarən bölük komandiri kapitan Şahid3 yaxınlaşaraq və həmin arayışı sonuncuya göstərərək, buraxılışa getmək üçün anasının xəstəliyi ilə bağlı sənədi hərbi hissənin qərargahına təqdim etməsi üçün icazə istəmiş, bir müddət sonra bölük komandiri ona hərbi hissənin qərargahına getməsi üçün icazə vermişdir. Bundan sonra Ağdam rayonun Gülablı kəndində yerləşən 4-cü taborun 12-ci bölüyünün dayaq məntəqəsindən Ağdam rayonun Kəngərli kəndində yerləşən hərbi hissənin qərargahına gedib həmin arayışı nizami hissəyə təqdim etmişdir. Nizami hissədən ona buraxılışa gedib-getməməsi ilə bağlı məlumatı ertəsi gün bildirəcəkləri deyilmişdir. Onun xidmət yeri ilə hərbi hissənin qərargahı arasında 8-N km məsafə olduğundan, həmçinin həmin vaxt geri qayıtmaq üçün avtomobil olmadığından o, vəziyyətlə bağlı bölük komandiri kapitan Şahid3 məlumat vermiş, xidmət yerinə qaytmaqla bağlı çətinliyi olduğunu bu səbəbdən hərbi hissənin qərargahında qalmasını, buraxılışa da hərbi hissənin qərargahından getməsi üçün icazə istəmişdir. Həmin vaxt bölük komandiri ona hərbi hissənin qərargahında qalması üçün icazə vermiş və bununla bağlı tabor komandirinə özünün məlumat verəcəyini demişdir. O da hərbi hissənin qərargahında yerləşən bölmələrin birində gecəni qalmış, ertəsi gün nizami hissəyə yaxınlaşmışdır. Ona nizami hissədən məzuniyyətə buraxılması üçün hərbi hissə komandiri tərəfindən icazə verilmədiyi bildirilmişdir. O, anasının əməliyyat olunması ilə bağlı getməyinin vacib olduğunu bildirsədə nəticədə məzuniyyətə buraxılmamışdır. Bundan sonra o, məcburən 16 iyun 2022-ci il tarixdə günortadan sonra hərbi hissənin qərargahını özbaşına tərk edib getmiş, həmin vaxt hərbi hissə döyüş şəraitində olmamış, hərbi hissənin döyüş şəraitində olması şəxsi heyətə elan olunmamışdır. O, 25 iyun 2022-ci il tarixdək Bakı şəhəri Binəqədi rayonunda xalasının evində tək qalan anasının yanında qalmış, ona qulluq etmiş, sonra 26 iyun 2022-ci il tarixdə saat 17 radələrində xidmət etdiyi bölüyün dayaq məntəqəsinə qayıtmışdır. Həmin vaxt qardaşı və bacısı Ağdam rayonunda olmuşlar.Anasına baş cəkəndən sonra 2022-ci ilin iyul ayında anası xərcənq xəstəliyindən əməliyyat olmuşdur. Bundan sonra o, hərbi prokurorluğa çağırılmış və barəsində araşdırılma aparılmışdır. O, suala cavab olaraq bildirdi ki, onun xidmət etdiyi bölüklə düşmən mövqeləri arasında məsafə 2000 metrdən artıq olmuş, o, xidmət etdiyi bölüyün dayaq məntəqəsini deyil, düşmən mövqelərindən N km geridə yerləşən hərbi hissənin qərargahını anasının xəstə olması səbəbindən özbaşına tərk etmişdir. N günlük Vətən müharibəsində göstərdiyi şücayətə görə «Suqovuşanın azad olunmasına görə» və «Vətən Müharibəsi iştirakçısı» medalları ilə təltif olunmuş, xx.xx.2022-ci il tarixdə xidmətdən ehtiyata buraxılmışdır.Məhkəmədən əməlindən peşman olmasını,ağır ailə vəziyyəti şəraitində yaşamalarını, anasının xəstə olmasını, atasının,anasının,arvadının və azyaşlı uşağının onun himayəsində olmasını, özünün günəmuzd fəhlə qazancı ilə ailəsinin dolandırmasını, yeni ailə quraraq 2023-cu ilin aprel ayında bir övladı doğulmasını, onun həbs olunacağı halda ailə üzvlərinin cox ağır maddi, fiziki və mənəfi istirablara düşəcəklərini nəzərə alıb, ona yüngül cərimə cəzasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında dindirilmiş şahid N nömrəli hərbi hissənin 3-cü MAB-ın komandiri kapitan Şahid3 ifadəsində göstərdi ki, müddətdən artıq hərbi qulluqçu Təqsirləndirilən şəxs xidmət müddətində tanımış, münasibətləri xidməti olmuş, Təqsirləndirilən şəxs komandirlər tərəfindən verilmiş əmr və tapşırıqları vaxtında və dəqiq yerinə yetirmişdir. Təqsirləndirilən şəxs xidmətdə olduğu müddətdə normal xidmət etmiş, lakin sonradan ailəsində çətinlikləri olduğu, anasının xəstə olması üçün bir neçə dəfə ondan buraxılışa getmək üçün icazə istəmiş, lakin o, Təqsirləndirilən şəxs Müdafiə nazirinin müvafiq əmrinə əsasən buraxılış verilməsi üçün qəbul edilmiş qaydaya görə onun buraxılış üçün növbəsi başa çatdığından icazə verilməsi ilə bağlı səlahiyyəti olmadığını bildirmişdir. Daha sonra sonuncuya anasının xəstəlik haqqında sənədi təqdim etdiyi halda buraxılışa getməyə əsası olduğunu bildirdikdən bir müddət sonra Təqsirləndirilən şəxs atası Şahmar Hüseynov arvadının xəstəliyi ilə bağlı sənədi gətirib Təqsirləndirilən şəxs vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs ondan bölüyün dayaq məntəqəsindən hərbi hissənin qərargahına getməsi üçün icazə istəmiş, lakin o, buna icazə verməmişdir. O,15 iyun 2022-ci il tarixdə tabor komandiri vəzifəsini icra edən Şahid4 ya da X7 Hüseynovun Ağdam rayonun Gülablı kəndi ərazisində yerləşən bölüyün dayaq məntəqəsindən təxminən N km arxada yerləşən Ağdam rayonun Kəngərli kəndində yerləşən hərbi hissənin qərargahına getməsi ilə bağlı icazə istədiyini demiş, tabor komandiri vəzifəsini icra edən həmin şəxs Təqsirləndirilən şəxs bölüyün dayaq məntəqəsindən hərbi hissənin qərargahına getməsinə dəqiq icazə verikdən sonra, ona “xəsətəlik sənədi varsa göndər getsin, qərargahda nizami hissəyə yaxınlaşsın” demişdir. Bundan sonra Təqsirləndirilən şəxs bölüyün dayaq məntəqəsindən hərbi hissənin qərargahına getməsi üçün tabor komandirinin icazə verməsi ilə bağlı məlumat vermişdir. Təqsirləndirilən şəxs həmin gün hərbi hissənin qərargahına getmiş, həmin gecə qərargahda qalıb ertəsi onunla telefonla danışaraq qərargahdan buraxılışa getmək üçün icazə verilmədiyini, “komandir ailəmdə çətinliklər var, anam xərçəng xəstəsidir, mən məcburam özbaşına da olsa xidmətdən evə getməliyəm” demiş, o da 16 iyun 2022-ci il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs bölüyün dayaq məntəqəsini deyil, hərbi hissənin qərargahını tərk etsədə sonuncunun bölüyün dayaq məntəqəsini özbaşına tərk etməsi ilə bağlı raportu yazaraq yuxarı komandanlığa təqdim etmişdir. O, hərbi prokurorluqda ifadə verərkən Təqsirləndirilən şəxs bölüyün dayaq məntəqəsini özbaşına tərk etməsi ilə bağlı raport yazdığından müstəntiqə sonuncunun hərbi hissənin qərargahını özbaşına tərk etməsi ilə bağlı deməmişdir. O, ifadəsini davam etdirərək göstərdi ki, onun komandiri olduğu bölüklə düşmən mövqeləri arasında təxminən 1,5-2 km məsafə olmuş, bölüyün dayaq məntəqəsində adı döyüş növbətçiliyi xidmətini aparmaq kimi deyilsədə, əslində bölüyün dayaq məntəqəsi döyüş şəraitində olmamış, silahla, dəbilqə və zirehlə heç bir əsgər döyüş növbətçiliyi aparmamış, silahla, dəbilqə və zirehlə növbədə olan əsgərlər dayaq məntəqəsində öndə yerləşən postlarda döyüş növbətçiliyi aparmışlar. Təqsirləndirilən şəxs 2-ci tağım 1-ci manqada tuşlayıcı vəzifəsində xidmət etmiş, onun manqası aşağıda yerləşdiyi üçün o, Vüqar Hüsenyovu postlara xidmətə təyin etməmiş, sonuncu bölüyün dayaq məntəsində xidmət aparmış, döyüş şəraitində xidmət aparmamışdır. Ümumiyyətlə o,bölük komandiri olduğu müddətdə komandiri olduğu bölüyün döyüş şəraitində yerləşməsi barədə yuxarı komandanlıq tərəfindən ona əmr elan olunmamışdır. O, ifadəsi elan olunduqdan sonra suala cavab olaraq göstərdi ki, bölüyün dayaq məntəqəsi hərbi hissənin qərargahının mühafizə zolağında olduğu üçün o, Təqsirləndirilən şəxs hərbi hissənin qərargahında olduğu halda bölüyün dayaq məntəqəsindən hərbi hissənin qərargahına getdiyi vaxt sonuncunun xidmət yerini özbaşına tərk etməsi ilə bağlı raport yaza bilməzdi. Təqsirləndirilən şəxs xidmət yerini bölüyün dayaq məntəqəsindən tərk etməmişdir, lakin o, Təqsirləndirilən şəxs xidmət yerini özbaşına tərk etməsi ilə bağlı raportu yazanda sonuncunun hərbi hissənin qərargahını tərk etməsi kimi raportun məzmunu düz gəlmədiyindən, yəni raportu bu məzmunda yaza bilmədiyindən Təqsirləndirilən şəxs bölüyün dayaq məntəqəsini özbaşına tərk etməsi ilə bağlı yuxarı komandanlığa raportu sonuncunun bölüyün dayaq məntəqəsindən qərargaha gəldiyi günün səhərisi, yəni hərbi hissənin qərargahını tərk etdiyi 16 iyun 2022-ci il tarixdən yazmışdır. O, əlavə olaraq göstərdi ki, Təqsirləndirilən şəxs hərbi hissənin maddi texniki təminat bölüyündə xidmət etdiyi dövrdə ona təhkim olunmuş MAZ markalı avtomobilin təmiri üçün təxminən 3.000 (üç min) manat pul xərcləməsini Təqsirləndirilən şəxs özündən eşitmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasına özü könüllü gəlmiş şahid N nömrəli hərbi hissənin 3-cü MAB-ın komandiri kapitan Şahid3 ifadə vermək istədiyini bildirmiş və ifadəsində göstərmişdir ki, ola bilsin ki, keçən məhkəmə iclasında tribunada dayanarkən həyəcanlandığı üçün səhv danışmışdır. Hazırda isə ibtidai istintaq zamanı verdiyi ifadəmi təsdiq edir.Ona heç kim təsir etməyib, hadisənin üzərindən 1 il vaxt keçib hadisəni tam xatırlamır. Təqsirləndirilən şəxs anasının xəstəliyinə görə məzuniyyətə getməli idi, lakin ona birqadadan icazə vermədilər. O da bu barədə ona zəng vurub məlumat vermiş, hərbi hissəni bu səbəbdən tərk edəcəyini demişdir. Müddətdən artıq hərbi qulluqçusu Təqsirləndirilən şəxs hərbi hissənin qərargah binasını deyil, 16 iyun 2022-ci il tarixdə, saat 17:00 radələrində xidmət etdiyi bölüyün dayaq məntəqəsini özbaşına tərk etmiş, N iyun 2022-ci il tarixdə saat 18:00 radələrində hərbi hissəyə qayıtmışdır.Təqsirləndirilən şəxs 15 iyun 2022-ci il tarixdən ondan icazə alıb Ağdam rayonun Kəngərli kəndində yerləşən hərbi hissənin qərargahına getməsinə dair icazə almasını xatırlamamışdır. Müdafiəçi “az əvvəl də bildirdiniz ki, Təqsirləndirilən şəxs qərargahdan xidmət yerini tərk edəndə sizə zəng edib hərbi hissəni bu səbəbdən tərk edəcəyini bildirib. Duzdür?»sualına Şahid3 cavab verərək xatırlamadığını bildirmişdir. Məhkəmə iclasında dindirilmiş şahid N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu leytenant X9 ifadəsində göstərmişdir ki, müddətdən artıq hərbi qulluqçu Təqsirləndirilən şəxs xidmət müddətində tanımış, münasibətləri xidməti olmuş, Təqsirləndirilən şəxs hərbi hissənin 4-cü taborunun 12-ci bölüyünün dayaq məntəqəsində xidmət etmiş, həmin dayaq məntəqəsi Ağdam rayonunun Abdal Gülablı kəndi ərazisində yerləşmiş, bölüyün dayaq məntəqəsi ilə erməni qanunsuz silahlı birləşmələri arasında təxminən 2000 metr məsafə olmuş, o, Təqsirləndirilən şəxs taqım komandiri olmuşdur. Təqsirləndirilən şəxs ailə vəziyyətində çətinlikləri olmasından məlumatı olmuşdur. Təqsirləndirilən şəxs 16 iyun 2022-ci il tarixdə, saat 17:00 radələrində xidmət etdiyi bölüyün dayaq məntəqəsini özbaşına tərk etmiş, N iyun 2022-ci il tarixdə saat 18:00 radələrində hərbi hissəyə qayıtmışdır. Təqsirləndirilən şəxs komandanlıqdan icazə almasından məlumatı olmamış, gedərkən ondan da icazə almamışdır. Məhkəmə iclasında dindirilmiş şahid N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu baş gizir Şahid2 ifadəsində göstərmişdir ki, müddətdən artıq hərbi qulluqçu Təqsirləndirilən şəxs xidmət müddətində tanımış,münasibətləri xidməti olmuşdur. Təqsirləndirilən şəxs ailə vəziyyətində çətinlikləri olmasından məlumatı olmuşdur. Təqsirləndirilən şəxs 16 iyun 2022-ci il tarixdə, saat 17:00 radələrində xidmət etdiyi bölüyün dayaq məntəqəsini özbaşına tərk etmiş, N iyun 2022-ci il tarixdə saat 18:00 radələrində hərbi hissəyə qayıtmışdır. O, Təqsirləndirilən şəxs döyüş postundan, yaxud bölüyün dayaq məntəqəsində getməsindən məlumatı olmamışdır. Məhkəmə iclasında dindirilmiş şahid X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğludur, münasibətləri ata-oğul münasibətidir. Oğlu Vüqar 2020-ci il yanvar ayında Səfərbərlik üzrə Ağdam rayon şöbəsi tərəfindən müddətdən artıq həqiqi hərbi xidmətə çağırılmış, N günlük Vətən müharibəsi zamanı Talış və Suqovuşanın azad edilməsi uğrunda aparılan döyüşlərdə iştirak etmiş, daha sonra xidmət yeri dəyişdirilmiş və Laçının işğaldan azad olunmasında iştirak etmiş, xx.xx.2021-ci il tarixdə xidmət yeri N nömrəli hərbi hissənin maddi texniki təminat bölüyünə dəyişdirilmişdir. Xidmətdə olarkən ona MAZ markalı avtombil təhkim olunmuş, avtomobili Goranboy rayonu ərazsində idarə edərkən mühərrik sıradan çıxmışdır. Həmin avtomobilin təmiri üçün xeyli xərc tələb olunmuş və həmin xərci oğlu Vüqarın çəkməsini hərbi hissədən bildirmişlər. Bundan başqa hərbi hissədən yuxarı komandanlıqdan bildirmişlər ki,əgər avtomobili təmir etdirməsən 23.000 manatdan artıq olan pulu onun əmək haqqından tutacaqlar. Əvvəl oğlu Vüqar avtomobilin sürət qutusu təmir etdirmiş,təmir effektli olmadığından oğlu Vüqar Bakı şəhərindən bir ədəd işlək vəziyyətdə olan sürət qutusunun yerini öyrənmiş, hərbi hissədən oğlu Vüqara Bakı şəhərinə getməsi üçün 3 günlük məzuniyyət verilmişdir. Oğlu Vüqar 1 həftə Bakı şəhərində qalmış, hərbi hissədən oğlu Vüqara «sənə fərari vermirik» demişlər. Onun özünə məxsus VAZ 2109 markalı avtomobili olmuş, həmin avtomobili 1.500 manat pulun dəyərində olan sürət qutusunu almaq üçün dəyişmiş, həmin sürət qutusunu hərbi hissəyə gətirib avtombili tam təmir etdirmişdir. Ümumilikdə həmin avtomobilin təmiri üçün ailəsinin 3.250 (üç min iki yüz əlli) manat xərci çıxmışdır. Bu hadisədən sonra oğlu Vüqar xidmətinə davam etmişdir. Onun arvadı X2 uzun müddət idi ki xərçəng xəstəliyindən əziyyət cəkirdi, daha sonra tarixini xatırlamadığı vaxt arvadının səhhəti pisləşmiş, tez-tez oğlu Vüqarın yanına gəlməsini istəmişdir. Bundan sonra o, oğlu Vüqarın yanına getmə qərarına gəlmiş, onun oğlu Vüqarın xidmət apardığı ərazilərə kondisioner ustası kimi işləməyə qanuni icazəsi olduğundan 15.06.22-ci il tarixdə oğlunun xidmət yerinə gəlmiş, oğlu Vüqara anasının səhhətinin pisləşdiyini, onunla görüşmək istədiyini, bu səbəbdən məzuniyyətə buraxılması üçün arvadının onkoloji xəstə olması ilə bağlı arayışı oğlu Vüqara təqdim etmiş, lakin hərbi hissədən oğlu Vüqara məzuniyyət verilməmişdir. Oğlu Vüqar düşmənlə üzbəüz olan ərazidən xidmət yerini tərk etməmiş, arxada olan bölmədən getmiş, bölük komandiri raport yazanda oğlunun xidmət yerinin dəqiqliklə haradan tərk etməsini yazmamışlar, dəyişik yazmışlar. Oğlu Vüqarın işi məhkəmədə olduğu müddət də arvadını müalicə edən həkimdən yenidən arayış almaq üçün müraciət etmiş, lakin xəstəxanadan ona həmin həkimin hazırda Türkiyə Respublikasında olduğunu demişlər, bu səbəbdən həmin arayışın surətini alıb məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmədən işə ədalətli baxılmasını, özünün işşiz, arvadının onkoloji xəstə olmaqla hazırda müalicəyə ehtiyacının olmasını, ağır ailə vəziyyətində yaşamalarını, ailəsinin Ağdam rayonundan məcburi köçkün olmasının nəzərə alıb oğlu Vüqara qanunda nəzərdə tutulan ən yüngül cəza təyin edilməsini, məhəkəməyə təqdim edilmiş ərizəsinin nəzərə alınaraq onlara dəymiş ziyanın geriyə qaytarılmasına yardım etməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid4 Vəli oğlu ifadəsində göstərmişdir ki,müddətdən artıq hərbi qulluqçu Təqsirləndirilən şəxs nizam-intizamlı, verilən tapşrıqları vaxtında icra edən yaxşı hərbi qulluqçu kimi tanımış,münasibətləri xidməti olmuşdur. O, 2022-ci ilin iyun ayında tabor komandiri vəzifəsində olmamış, N ay tabor komandiri vəzifəsini əvəz etmiş, həmin dövrdə Təqsirləndirilən şəxs ondan buraxılışa getməsi məqsədilə hərbi hissənin qərargahına getməsi üçün icazə istəməsi, onunda Təqsirləndirilən şəxs icazə verməsini xatırlamır. Təqsirləndirilən şəxs dəfələrlə icazə alıb, komandirdən icazə alıb buraxılışa getmişdir, lakin Təqsirləndirilən şəxs anasının xəstəliyi ilə bağlı müraciət etməsini xatırlamır. 10 iyul 2022-ci il tarixdə onun xidmət yeri N nömrəli hərbi hissəyə dəyişdirilmişdir. Ağdam Hərbi Prokurorluğunun 02 mart 2023-ci il tarixli qərarından görünür ki, N nömrəli hərbi hissəsinin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs 16 iyun 2022-ci il tarixdə, saat 17:00 radələrində hərbi hissəni özbaşına tərk edib N iyun 2022-ci il tarixdə saat 18:00 radələrində hərbi hissəyə qayıtmasına görə onun barəsində CM-in 333.3-cü maddəsi ilə başlanmışdır. Ağdam Hərbi Prokurorluğunun 30 mart 2023-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əməli CM-in 333.3-cü maddəsindən həmin Məcəllənin 333.6-cı maddəsinə tövsif edilmişdir. Ağdam Hərbi Prokurorluğunun 12 aprel 2023-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs CM-in 333.6-cı maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir Tərtər Hərbi Məhkəməsi 12 aprel 2023-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin N aprel 2023-cü il tarixli qərarından görünür ki, 14 aprel 2023-cü il tarixdə Tərtər Hərbi Məhkəməsi 12 aprel 2023-ci il tarixli qərarından Ağdam hərbi prokuroru tərəfindən apellyasiya protesti protesti təmin edilməyərək Tərtər Hərbi Məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətə qəbul haqqında 13 aprel 2020-ci il tarixli bağlaşmadan görünür ki, Təqsirləndirilən şəxs 3 il müddətində müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 111 №-li əmrindən çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 0N əç nömrəli əmri ilə 0052 nömrəli artilleriya divizionunun 5-ci batareyasının 2-ci taqımının 5-ci topunun sürücüsü vəzifəsinə təyin edildiyindən xx.xx.2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, bütün növ təminatlara qoyulmuş və vəzifəsinin icrasına başlamışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 199 №-li əmrindən çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs həmin tarixdə N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmiş hesab edilib hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 207 №-li əmrindən çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 040 əç nömrəli əmri ilə N nömrəli hərbi hissənin maddi texniki təminat bölüyünün avtomobil təmir taqımının avtomobil təmir manqasının sürücü-mühərrikçisi vəzifəsinə təyin edildiyindən xx.xx.2021-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, bütün növ təminatlara qoyulmuş və vəzifəsinin icrasına başlamışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 54 №-li əmrindən çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs hərbi hissənin 4-cü taborunun 12-ci bölüyünün 2-ci taqımının 1-ci manqasının tuşlayıcısı vəzifəsinə təyin edilmiişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 178 №-li əmrindən çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 17:00 radələrində xidmət yerini özbaşına tərk etmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 188 №-li əmrindən çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs həmin tarixdə xidmət yerinə qayıtmışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 213 №-li əmrindən çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 077 əç nömrəli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hesab edildiyi üçün həmin tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata alınması üçün SHXÇDX-nin Ağdam Rayon Şöbəsinə göndərilmişdir. N nömrəli hərbi hissəsindən təqdim olunmuş N yanvar 2023-cü il tarixli, 753 №-li tibbi arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. N nömrəli hərbi hissə tərəfindən təqdim olunmuş N mart 2023-cü il tarixli, 60 nömrəli arayışdan görünür ki, N nömrəli hərbi hissəsinin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs xidmət etdiyi hərbi hissənin 4-cü taborunun 12-ci bölüyünün dayaq məntəqəsi 16 iyun 2022-ci il tarixdə Ağdam rayonunun Gülablı kəndində erməni qanunsuz silahlı birləşmələri ilə 2000 metr məsafədə, yəni döyüş şəraitində yerləşmişdir. N nömrəli hərbi hissə tərəfindən təqdim olunmuş arayışdan görünür ki, N nömrəli hərbi hissəsinin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs hərbi hissənin nizami hissəsinə ailə üzvlərinin xəstəliyi ilə bağlı heç bir sənəd təqdim etməmişdir. N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xidmət yeri üzrə mənfi xarakterizə olunur. № Ы-4032 нюмряли медалын вясигясинин сурятиндян эюрцнцр ки, Təqsirləndirilən şəxs оьлу Азярбайъан Республикасы Назирляр Кабинетинин 24 апрел 2022-ъи ил тарихли 230 ъ нюмряли Сяранъамы иля «Вятян Мцщарибяси иштиракчысы» медалы иля тялтиф олунмушдур. № Ы-2149 нюмряли медалын вясигясинин сурятиндян эюрцнцр ки, Təqsirləndirilən şəxs оьлу Азярбайъан Республикасы Президентинин xx.xx.2020-ъи ил тарихли 2365 нюмряли Сяранъамы иля «Суговушанын азад олунмасына эюря» медалы иля тялтиф олунмушдур. DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. AZ-İV № 878218 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 05 aprel 2023-cü il təvəllüdlü X5 adında övladı doğulmuşdur. Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi PHŞ X12 807 saylı epikirizindən görünür ki, Təqsirləndirilən şəxs anası X2 xx.xx.2022-ci il tarixdə saat 10-30-da 5 saylı döoğum evinə uşaqlıq yolundan gələn qanlı ifrazat şikayəti ilə daixil olmuşdur. D-zu «düyünlü formalı uşaqlığın fibromioması». xx.xx.2022-ci il tarixdə saat 12-00-da xəstəyə subtotal obdominal sisyerektomiya əməliyyatı icra olunmuşdur. xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olaraq məhkəmə iclasında elan edilmiş Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, ona N-№li hərbi hissədə “KETEL”markalı avtomobil təhkim olunmuş, avtomobili idarə edərkən mühərrikində nasazlıq yaranmış, hərbi hissənin avtomobil xidmət rəisi ona avtomobilin onun hesabına təmir etdirilməsini bildirmiş,bu barədə atası Şahmar Hüseynova demiş, atası usta çağırmış, 800 AZN xərc çəkərək mühərriki təmir etdirmişdir. Bundan sonra avtomobilin sürət qutusu sıradan çıxmış, hərbi hissənin avtomobil xidmət rəisi Əmiraslan adlı şəxs ona «30 gün müddətində avtomobili təmir etməsən 23.500 AZN cərimə olunacaqsan» demişdir. Bundan sonra o, yenədə atasına bu barədə demiş, atası Şahmar «bala neyləyək gedək öz maşınımızı sataq karobka alaq» demiş, atasına məxsus avtomobili tələsik ucuz qiymətə 2.000 manata satıb Bakı şəhərinə getmiş və ona təhkim olunmuş avtomobil üçün sürəti qutusu almış, 1 həftə sonra avtomobil xidmət rəisi arxasınca Bakı şəhərinə maşın göndərmiş, sürəti qutusunu həmin maşina yerləşdirib Ağdam rayonuna gətirmiş, avtomobil tam təmir olandan sonra onu posta göndərmişlər, ona təhkim olunmuş avtomobili isə başqa hərbi qulluqçuya təhkim etmişlər.O, ümumilikdə ona təhkim olunmuş avtomobilə 3.250 (üç min iki yüz əlli) manat xərc çəkmişdir. Həmin xərcin ona geri qaytarılmasına köməklik edilməsini xahiş etmiş, həmçinin göstərmişdir ki, ona təhkim olunmuş avtomobili təmir etdirərkən zəncir qırılaraq burnunu sındırmış, onu Bakı şəhərində yerləşən hospitala göndərmişlər,hospitalda ona gec gəlməsini bildirmişlər və «Yara sağalsın N aydan sonra gələrsən əməliyyat edərik» demişlər, lakin onu hərbi hissədən N ay sonra əməliyyata göndərməmişlər. Həmin zədəni alanda o, huşsuz vəziyyətdə olmudur. Gözü zəifləyib və burun çəpərəyriliyi yaranıb, uzananda rahat nəfəs ala bilmir. Məhkəməyə Təqsirləndirilən şəxs xəstəliyi ilə bağlı sənədlər tədqiq edilərkən müəyyən edilmişdir ki,o, xx.xx.2021-ci il tarixdə aldığı xəsarətlə bağlı N saylı hərbi hissəyə göndərilmiş, N saylı hərbi hissənin tibb xidməti mayoru Famil Orucəliyev tərəfindən müayinə olunarkən izahatında göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat N radələrində hərbi hissədə parkda işləyərkən burnuna zəncir dəyərək xəsarət alıb, bununla bağlı müayinə edən həkim tərəfindən hərbi hissənin tibb məntəqəsində müalicə olunması və 7 (yeddi) gün sonra baxışa gəlməsi məsləhət görülmüşdür. Həmin sənəddə həmçinin göstərilmişdir ki, Vüqar Hüsyenov xx.xx.2021-ci il tarixdə N saylı hərbi hissədə LOR həkiminin qəbulunda olmuş, şikayətində göstərmişdir ki, burun tənəfüsünün çətin olmasında boğulmadadır. Burun arakəsməsinin əyriliyi dioqnozu ilə müayinə olunmuşdur. Dövlət ittihamçısının Təqsirləndirilən şəxs CM-nin 333.6-cı maddəsi ilə təqsirli sayılaraq, 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi barədə cıxışı ilə əlaqədar olaraq Müdafiəçi məhkəməyə vəsatətlə müraciət edərək vəsatətində göstərmişdir ki, Azərbaycan Respublikası CPM-nin (bundan sonra CPM-nin) 142-ci maddəsinin tələbinə əsasən preyudisiyal qüvvəyə malik olan Tərtər Hərbi Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə müəyyən edilmişdir ki, dövlət ittihamçısı məhkəmə çıxışı zamanı N hərbi hissənin baş leytenantı X8 qarşı elan edilmiş ittihamı CMnin 333.6-cı maddəsindən həmin Məcəllənin 333.3-cü maddəsinə tövsif etmişdir və bunu onunla əsaslandırmışdır ki, X6 xidmət yerini özbaşına tərk etdiyi müddətdə hərbi hissə tam döyüş şəraitində olsada və bundan başqa Zaur Namazovun döyüş şəraitində olması barədə hərbi hissə üzrə əmr verilsədə belə sonuncunun hərbi hissəni tərk etdiyi zaman dislokasiya yeri bir başa düşmənlə təmasda olan şəraitdə olmamışdır və o,Yevlax rayonunun Aran qəsəbəsində olduğu zaman xidmət yerini özbaşına tərk etmişdir və bu səbəbdən Zaur Namazovun ittiham edildiyi CM-nin 333.6-cı maddəsində zabit heyətindən olan şəxs kimi döyüş şəraitində on gündən artıq, lakin bir aydan çox olmayan müddətə xidmət yerini özbaşına tərk etməsi əməli qeyd edilən cinayətin tərkibini yaratmadığı qeyd edilmişdir. «Döyüş şəraiti» dedikdə hərbi hissənin və ya bölmənin bilavasitə düşmənə qarşı durması və faktiki olaraq döyüş əməliyyatlarının aparılması başa düşülür. X6 xidmət etdiyi hərbi hissənin şəxsi heyəti N sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etsə də həmin vaxt Zaur Namazov xidmət yerini N nömrəli hərbi hissənin yerləşdiyi Yevlax rayonunun Aran qəsəbəsindən özbaşına tərk etmiş və onun daimi dislokasiya məntəqəsi 05 noyabr 2020-ci il tarixdən 17 noyabr 2020-ci il tarixədək Yevlax rayonunun Aran qəsəbəsi olmuşdur. Qeyd olunanlara əsasən dövlət ittihamçısı Zaur Namazovun əməlini CM-nin 333.6-cı maddəsindən həmin məcəllənin 333.3-cü maddəsinə tövsif etmişdir. CPM-nin N8.1-ci maddəsinin tələbinə əsasən dövlət ittihamçısının vəsatəti əsaslı olduğundan təmin edilmiş, X6 əməli CM-nin 333.6-cı maddəsindən həmin Məcəllənin 333.3-cü maddəsinə tövsif edilmiş, Zaur Namazov CM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinib aylıq pul təminatından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 01 (bir) il 0N ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmişdir və həmin hökm qanuni qüvvəyə minmişdir. Odur ki, preyusidial qüvvəyə malik olan bu hökmdə qeyd edilən mövqeyə əsaslanaraq Təqsirləndirilən şəxs da tabor komandirinin icazəsindən sonra bölük komandiri iş üzrə Şahid3 razılığı ilə 15 iyun 2022-ci il tarixdə bölüyün dayaq məntəqəsindən təxminən N km arxada yerləşən düşmənlə təmasda olmayan Ağdam rayonun Kəngərli kəndinə gəlmiş, gecəni qərargah ərazisində qalmış, ertəsi gün yəni 16 iyun 2020-ci il tarixdə saat 17 radələrində nizami hissədən məzuniyyətə buraxılmaması ilə bağlı məlumat aldıqdan sonra hərbi hissənin qərargah binasını özbaşına buraxıb getmiş, N iyun 2022-ci il tarixdə saat N radələrində hərbi hissəyə qayıtmışdır və bu baxımdan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi on gündən artıq, lakin bir aydan çox olmayaraq hərbi hissəni özbaşına tərk etmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs xidmət yerini döyüş şəraitində özbaşına tərk etməmişdir. Müdafiəçi həmçinin vəsatətində göstərmişdir ki, Təqsirləndirilən şəxs həyatını gənc yaşlarından hərbi xidmətə bağlamış, düşmənlə üzbəüz yerləşən hərbi hissələrdə müddətdən artıq hərbi qulluqçu kimi xidmət etmişdir. Ona cəza təyin olunarkən özünün xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Vətən müharibəsində təcrübəli hərbi qulluqçu kimi işitrak etməsi, döyüşdə aldığı sarsıntılar səbəbindən müalicəyə ehtiyacı olması, himayəsində bir az yaşlı uşağının olması, anasının xəstəlikdən əziyyət çəkməsi, özünün günəmuz işləməklə faydalı əməklə məşğul olması, ailənin onun əməyinə ehtiyacı olması, vətənpərvər və intizamlı hərbi qulluqçu kimi şücaət və qəhrəmanlıq nümayiş etdirdiyinə görə Ali Baş Komandan tərəfindən döyüşlərdə fərqləndiyinə görə «Suqovuşanın azad olunmasına görə» və «Vətən Müharibəsi iştirakçısı» medalları ilə təltif olunması nəzərə alınmalı, Vətən müharibəsində şücaət və qəhrəmanlıqlar göstərən şəxslərin müharibədən öncə, müharibə zamanı və müharibədən sonra düşmənlə təmas xəttində, emosional gərginlik dövründə törətdikləri cinayət əməllərinə cinayət və cinayət prosessual qanunlarında nəzərdə tutulmuş güzəştlər tətbiq olunmalıdır. Silahlı Qüvvələrin Ali Baş Komandanı N günlük Vətən Müharibəsinin iştirakçıları ilə görüşündə bildirmişdir ki, Vətən müharibəsi başa çatdı. Azərbaycan bu müharibədə parlaq qələbə qazandı, torpaqlarımız işğaldan azad olundu, işğalçıları torpaqlarımızdan qovmuşuq. Mən gəlmişəm ki, bu parlaq qələbə münasibətilə sizi şəxsən təbrik edim, sizə öz təşəkkürümü bildirim, Azərbaycan xalqının təşəkkürünü bildirim ki, Siz qəhrəmancasına döyüşərək, düşmənin torpaqlarımızdan qovulmasında müstəsna xidmətlər göstərmisiniz, yaralanmısınız, öz həyatınızı risk altına atmısınız, böyük şücayət göstərmisiniz. İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. Bu qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərmişdir…bu 44 gün ərzində əldə edilmiş Qələbə bizim hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı hesabına qazanılıb. Bundan başqa cənab Prezident görüşlərinin birində göstərmişdir ki, məmurlar daim şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının yaşayışı və məşğulluğu ilə maraqlansınlar, biz onlara borcluyuq bu Qələbəni, onlar canlarını fəda edib, sağlamlıqlarını itirmişlər, heç nəyə baxmadan, qorxmadan ölümə gedərək Vətənin müdafiəsinə qalxaraq torpaqlarımızı işğalçılardan azad etmişlər. Ona görədə hər bir dövlət məmurunun, nəinki dövlət məmurunun hər bir insanın borcudur ki, onlara arxa dayaq olsun. Silahlı Qüvvələrin Ali Baş Komandanı çıxışından belə nəticəyə gəlmək olur ki, biz bir olmaqla hərbçilərimizin peşəkarlığına, qəhrəmanlığına hörmətlə yanaşmalı, onların bu Vətən, dövlət üçün həyatlarını riskə atdıqlarını unutmamalıyıq və onlara keçdikləri döyüş yoluna hörmətlə yanaşmaqla qanunun aliliyinə, şərh edilən qanunların mənasına dəqiqliklə fikir verməklə bu kateqoryadan olan şəxslər barəsində xüsusi ilə diqqətli olmalıyıq. Belə ki, Təqsirləndirilən şəxs kimi Vətən Müharibəsi iştirakcıları Vətən uğrunda canlarını əsirgəmədiklərindən, onlar tərəfindən törədilmiş hər bir qanun pozuntusuna münasibətdə onlar barəsində cinayət və cinayət-prosessual qanunvericiliyin humanist imkanlarının əsirgənilməsi və geniş tədbiq edilməməsi yolverilməzdir. Müdafiə tərəfi hesab edir ki, Silahlı Qüvvələrin Ali Baş Komandanın bu mövqeyini hamı əsas götürməli, Qələbə ilə başa çatmışVətən müharibəsində iştirak etmiş qəhramanlıq göstərmiş hərbi qulluqçulara o cümlədən Təqsirləndirilən şəxs Vətənin qəhraman oğullarının sırasında adı yazıldığından onun kimi uzun müddət ərzində dövlətin yetişdirdiyi ixtisaslı hərbi qulluqçunun və Vətən müharibəsində həyatını təhlükəyə atmaqdan cəkinməyən və bu döyüşlərdə etdiyi qəhramanlığına görə təltif olunmuş hərbiçi kimi keçdiyi xidmət yolu, ailənin maddi cəhətdən idarə edilməsinin məhz Təqsirləndirilən şəxs üzərinə düşməsi nəzərə alınmalıdır. Müdafiəçi çıxışının sonunda yuxarıda qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs əməlinin CM-nin 333.6-cı maddəsindən CM-nin 333.3-cü maddəsinə tövsif edilərək barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə yüngül cərimə cəzasına məhkum edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin cıxışlarını dinləyib CPM-nin 142-ci maddəsinin tələbinə əsasən preyudisiyal qüvvəyə malik olan Tərtər Hərbi Məhkəməsinin N may 2021-ci il tarixli hökmünü nəzərdən keçirərkən müəyyən etmişdir ki, bu iş üzrə dövlət ittihamçısı məhkəmə çıxışında baş leytenant X6 xidmət etdiyi hərbi hissənin şəxsi heyətinin tam tərkibdə N sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etsə də və bu haqda hərbi hissə üzrə verilən əmrdə baş leytenant X6 döyüş şəraitində olması qeyd edilsədə, həmin vaxt Zaur Namazovun xidmət yerini N nömrəli hərbi hissənin daimi dislokasiya məntəqəsi olan Yevlax rayonunun Aran qəsəbəsindən özbaşına tərk etdiyindən onun əməli CM-nin 333.6cı maddəsindən həmin Məcəllənin 333.3-cü maddəsinə tövsif etmişdir. Tərtər Hərbi Məhkəməsinin 16 iyun 2021-ci il tarixli hökmün icrası barədə göstərişin surətindən görünür ki, həmin tarixdə X6 barəsində olan Tərtər Hərbi Məhkəməsinin N may 2021-ci il tarixli hökmündən apelyasiya şikayəti və protesti verilmədiyindən həmin hökm qanuni qüvvəyə minmişdir. CPM-nin 142.1-ci maddəsinin tələbinə əsasən cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Bundan başqa məhkəmə hesab edir ki, cinayət Qanuna görə “döyüş şəraiti” dedikdə, hərbi hissənin və ya bölmənin bilavasitə düşmənə qarşı durması və ya faktiki döyüş əməliyyatı aparması başa düşülür. Cinayət Qanunun mənasına görə məhkəmə hesab edir ki, əməlin «döyüş şəraitində» törədilməsi üçün hərbi hissənin və ya bölmənin şəxsi heyətinin say tərkibinin tam şəkildə bilavasitə düşmənə qarşı durması və ya faktiki döyüş əməliyyatı aparması başa düşülməlidir. Məhkəmə N nömrəli hərbi hissə tərəfindən təqdim olunmuş N mart 2023-cü il tarixli, 60 nömrəli arayışı ilə, təqsirləndirilən şəxsin və iş üzrə şahidlər X3, baş gizir Şahid2, kapitan Şahid3 həm ibtidai həm də məhkəmə iclasında vermiş olduğu ifadələrini, Şahid4 Vəli oğlunun məhkəmə iclasında vermiş olduğu ifadəsini qarşılıqlı təhlil edərək belə qənaətə gəlmişdir ki, Təqsirləndirilən şəxs 16 iyun 2022-ci il tarixdə saat 17 radələrində Ağdam rayonunun Gülablı kəndində erməni qanunsuz silahlı birləşmələri ilə 2000 metr məsafədə, yəni döyüş şəraitində yerləşən bölüyün dayaq məntəqəsini özbaşına tərk etməmişdir. Belə ki, 15 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs anasının xəstə olması ilə bağlı buraxılışa getmək üçün icazə almaq məqsədilə böluk komandiri Rza Seydova yaxınlaşmış, sonuncu Təqsirləndirilən şəxs buraxılışa getmək üçün icazə verməmiş, bundan sonra kapitan Şahid3 tabor komandirinin icazəsi əsasında Təqsirləndirilən şəxs bölüyün dayaq məntəqəsindən təxminən N km arxada yerləşən Ağdam rayonun Kəngərli kəndində yerləşən hərbi hissənin qərargahına getməsinə icazə vermiş, Təqsirləndirilən şəxs həmin gün hərbi hissənin gərargah binasına getmiş, gecəni qərargaha yaxın yataqxanalarının birində qaldıqdan sonra məzuniyyətə buraxılması üçün hərbi hissə komandiri tərəfindən icazə verildiyini bildikdən sonra 16 iyun 2022-ci il tarixdə saat 17:00 radələrində xidmət etdiyi hərbi hissənin qərargah binasını özbaşına tərk edib getmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xidmət etdiyi hərbi hissənin qərargah binasının dislokasiya yeri Ağdam rayonunun Kəngərli kəndi ərazisində yerləşmişdir və bu onu göstərir ki, həmin yer bilavasitə düşmənə qarşı durmamış və ya faktiki döyüş əməliyyatı aparmamışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs xidmət etdiyi hərbi hissənin qərargahının döyüş şəraitində olmasını sübut edəcək hər hansı bir əmr və ya digər sənəd cinayət işinə əlavə edilməmişdir. Bundan başqa məhkəmə hesab edir ki, N nömrəli hərbi hissə tərəfindən təqdim olunmuş N mart 2023-cü il tarixli, 60 nömrəli arayışda N nömrəli hərbi hissəsinin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs xidmət etdiyi hərbi hissənin 4-cü taborunun 12-ci bölüyünün dayaq məntəqəsinin 16 iyun 2022-ci il tarixdə Ağdam rayonunun Gülablı kəndində erməni qanunsuz silahlı birləşmələri ilə 2000 metr məsafədə, yəni döyüş şəraitində yerləşməsi barədə məlumat göstərilsədə əsgər Təqsirləndirilən şəxs xidmət etdiyi hərbi hissənin 4-cü taborunun 12-ci bölüyünün dayaq məntəqəsini tərk etməsi belə öz-özlüyündə onun döyüş şəraitində xidmət yerini tərk etməsi kimi hüquqi qiymət verməyə əsas vermir. Belə ki, arayışın məzmununa diqqət yetirdikdə görünür ki, bölmənin 2000 metr məsafədə yerləşməsi ilə əlaqədar döyüş şəraitində olması yalnız bu arayışı vermiş vəzifəli şəxsin məsafə ilə formalaşmış fikiri kimi qiymətləndirilməlidir və bu arayışda CM-nin qeyd hissəsində “döyüş şəraiti” anlayışını verən nəticəyə gəlməyə heç bir əsas yoxdur. Məhkəmə həmçinin hesab edir ki, istintaq orqanı heç bir hüquqi əsas olmadan və yalnız formal mülahizə xarakteri daşıyan və həmin vəzifəli şəxs tərəfindən imzalanan və hərbi hissə üzrə heç bir əmrə və tapşırığa istinad edilməyən qeyd edilən həmin N mart 2023-cü il tarixli, 60 nömrəli arayışda arayışa əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ağır cinayətlər kateqoryasına daxil olan CM-nin 333.6-cı maddəsi ilə ittiham edilməsi əsassızdır. Məhkəmə, iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 16 iyun 2022-ci il tarixdə, saat 17:00 radələrində bilavasitə düşmənə qarşı durmayan və faktiki olaraq döyüş əməliyyatlarının aparılmadığı Ağdam rayonunun Kəngərli kəndində yerləşən hərbi hissənin qərargah binası özbaşına tərk etməsi və N iyun 2022-ci il tarixdə saat 18:00 radələrində xidmət etdiyi bölüyün dayaq məntəsinə qayıtmaqla hərbi hissəni on gündən artıq, lakin bir aydan çox olmayan müddətdə özbaşına tərk etməsi məhkəmə istintaqı zamanı tamamilə sübuta yetirildiyindən onun əməli CM-nin 333.6-cı maddəsindən həmin Məcəllənin 333.3-cü maddəsinə tövsif edilməli o, bu maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar aşkar edilməmişdir. CM-nin 333.3-ci maddəsinin tələbinə əsasən zabitin, gizirin, miçmanın, müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçunun və ya kontrakt üzrə xidmət edən şəxsin hissəni və ya xidmət yerini özbaşına tərk etməsi, habelə üzürlü səbəblər olmadan xidmət yerinə vaxtında qayıtmaması on gündən artıq, lakin bir aydan çox olmayaraq törədildikdə cinayət məsuliyyəti yaradır. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin CM-nin 333-cü maddəsinin şərh edilməsinə dair 26 oktyabr 2001-ci il tarixli qərarına əsasən Cinayət Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin obyektiv cəhətini hərbi qulluqçunun öz hərbi hissəsini və ya xidmət yerini özbaşına tərk etməsi və üzürlü səbəb olmadan öz xidmət yerinə vaxtında gəlməməsi təşkil edir. Hərbi hissənin ərazisi dedikdə, hərbi hissənin kazarmalaşdırılmış, düşərgələşdirilmiş və ya səyyarlaşdırılmış yeri başa düşülür. Xidmət yeri dedikdə isə, əgər o, hərbi hissənin ərazisi ilə üst-üstə düşmürsə, hərbi qulluqçu tərəfindən hərbi xidmət üzrə vəzifələrinin faktiki olaraq yerinə yetirildiyi yer başa düşülür. Cinayət Qanununa görə CM-nin 333-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin subyektini müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin kursantı, zabit, gizir, miçman, müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçu və ya kontrakt üzrə xidmət edən şəxs təşkil edir. CM-nin 3N.1-ci maddəsinin tələbinə görə çağırış və ya kontrakt üzrə Azərbaycan Respublikası Silahlı Qüvvələrində, digər qoşun və hərbi birləşmələrdə hərbi xidmət keçən hərbi qulluqçuların, qanunla müəyyən edilmiş qaydada hərbi qulluqçu statusuna malik olan başqa şəxslərin, habelə təlim və ya yoxlama toplanışlarına cəlb edilmiş hərbi vəzifəlilərin hərbi qulluğun müəyyən edilmiş qaydaları əleyhinə yönələn və bu fəsildə nəzərdə tutulmuş cinayətləri hərbi xidmət əleyhinə olan cinayətlər hesab olunur. Məhkəmə həmçinin N hərbi hissə tərəfindən verilmiş Təqsirləndirilən şəxs mənfi xarakterizə edən xasiyyətnaməni təhlil edərək belə qənaətə gəlmişdir ki, Təqsirləndirilən şəxs Vətən Müharibəsində iştirak etməsi, döyüşlərdə fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidentinin səracamına əsasən “Suqovuşanın azad olunmasına görə» və Azərbaycan Respublikasının Baş nazirinin sərancamına əsasən «Vətən Müharibəsi iştirakçısı» medalları ilə təltif olunması, iş üzrə dindirilmiş şahidlər bölük komandiri kapitan Şahid3 və tabor komandiri Şahid4 ifadələrində Təqsirləndirilən şəxs xidmət müddətində özünü nizam-intizamlı, verilən tapşrıqları vaxtında icra edən yaxşı hərbi qulluqçu kimi tanıması ilə bağlı fikirlərini müqayisə edərkən Təqsirləndirilən şəxs barəsində əvvəllər verilmiş xidməti xasiyyətnamənin tam olaraq obyektiv tərtib olunmadığı qənaətinə gələrək həmin xasiyyətnamənin təqsirləndirilən şəxsin şəxsiyyətini qiymətləndirərək nəzərə almasına lüzum görmür. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi əməlindən səmimi peşmanlıq hissi keçirməsini, əməlinin ictimai təhlükəli olduğunu dərk etdiyini, könüllü olaraq xidmət yerinə qayıtmasını, təqsirini boynuna almasını, ailəli olmaqla himayəsində bir azyaşlı uşağının olmasını, düşmənlə üzbəüz yerləşən hərbi hissələrdə uzun müddət ərzində kimi xidmət etməsini, özünün xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Vətən müharibəsində təcrübəli hərbi qulluqçu kimi işitrak etməsini, anasının xəstəlikdən əziyyət çəkməsini, cinayəti mərhəmətlik niyyəti ilə yəni, anasının xəstəliyi ilə əlaqədar ona qulluq etməsi məqsədilə törətməsini, hal-hazırda ehtiyyata tərxis olunaraq, özünün günəmuzd işləməklə faydalı əməklə məşğul olmasını, ailənin onun əməyinə ehtiyacı olmasını, ağır ailə vəziyyəti şəraitində yaşamalarını, döyüşlərdə fərqləndiyinə görə «Suqovuşanın azad olunmasına görə» və «Vətən Müharibəsi iştirakçısı» medalları ilə təltif olunmasını və gəncliynin CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun CM-nin 61.1-ci maddəsində sadalanan cəzasını ağırlaşdıran hallar olmadığını müəyyən edir. CM-nin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Ədalətli cəza təyin edilməsi, hər şeydən əvvəl, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motivi, üsulu, cinayətin törədilmə şəraiti və sair kompeks halında qiymətləndirilməlidir. Ədalətli cəza təyin edilməsi üçün zəruri və mühüm amillərdən biri də təqsirləndirilən şəxsin şəxsiyyətinin hərtərəfli təhlil edilməsidir. Bu zaman təqsirkarın həyat yolu, ictimai vəzifəyə, əməyə münasibəti, ailədə, məişətdə davranışı, məhkumluğu və sair kifayət qədər aydınlaşdırılmalıdır. Cəzanın xüsusi xəbərdaredici məqsədi kimi, onu göstərir ki, müəyyən növdə və həddə cəzaya məhkum edilmiş şəxs, cəzasını çəkərkən öz davranışının neqativ tərəfini dərk edir və bir daha yeni cinayətlər törətmir. Əgər cəza ədalətli təyin edilirsə, yəni təyin edilən cəza cinayətin ağırlığına və cinayətkarın şəxsiyyətinin təhlükəliliyinə uyğun gəlirsə, təyin edilən cəza islah etmənin ilkin düzgün əsasını qoymuş olur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını başa düşüb bundan nəticə çıxarması, əməlindən səmimi şəkildə peşman olması, bunu cəzadan yaxa qurtarmaq məqsədilə deyil, səmimi niyyətlə etməsi təqsirkarın islah olunmağa başlamasını dəlalət edən hallardır. Belə hərəkətlər islah olunmanın başlanığıc nöqtəsi kimi çıxış edir və həm təqsirkarın tam islah olunmasını stimullaşdırır, həm də cəzanın məqsədlərini təmin edir. Cinayət Qanununa görə cinayət törətmiş şəxs əməlinin hansı təhlükəli nəticələrə səbəb olduğunu dərk edirsə, əməlindən səmimi şəkildə peşman olursa, bunu cəzadan yaxa qurtarmaq məqsədilə deyil, səmimi niyyətlə edirsə, habelə törətdiyi cinayətin zərərli nəticələrini tez bir zamanda aradan qaldırmağa yönələn davranış nümayiş etdirirsə və sadalanan müsbət davranışı ilə özünün formalaşmış mənfi obrazını cəmiyyətin yaddaşından silmək istəyirsə, bu hal da təqsirkarın islah olunmağa başlamasını dəlalət edən hallardır. Bu səbəblərdən məhkəmə cəzanın növünü və həddi müəyyən edərkən hesab edir ki, CM-nin 58.3-cü maddəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cinayəti törətdiyi şərait, cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırda hərbi xidmətdən ehtiyata buraxılması onun törətdiyi cinayətin və şəxsiyyətinin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan haldır. Məhkəmə Təqsirləndirilən şəxs hərbi xidmətdən ehtiyata tərxis olunduğundan ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərədə tutulan hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilə bilinməməsini qeyd edir və həmçinin onun Qələbə ilə başa çatan N günlük Vətən Müharibəsində iştirak edərək medallarla təltif edilməsini müstəsna hal kimi nəzərə ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsinə lüzum görmür. Məhkəmə bu kimi halları nəzərə alaraq, ədalət və humanizm prinsiplərinə əsaslanaraq hesab edir ki, cəzanın məqsədlərinə nail olunması üçün Təqsirləndirilən şəxs barəsində CM-nin 62.1 və 62.2-ci maddəsi tətbiq edilərək, ona ittiham olunduğu CM-nin 333.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş cəzadan daha yüngül cərimə cəzasının təyin edilməsi təqsirləndirilən şəxsin islah olunmasına və cəzanın məqsədlərinə nail olması üçün kifayətdir. Belə ki, CM-nin 62.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsində göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrıayrı hallar, həm də bu cür halların məsmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayəti mərhəmətlik niyyəti ilə xəstə anasına baş çəkməsi məqsədi ilə törətmiş, onun hadisədən sonra ehtiyyata tərxis olması, 2023-cü il tarixdə bir övladının doğularaq hazırda faydalı əməklə məşğul olması, xəstə anasına və ailəsin maddi cəhətdən köməklik göstərməsi, 1 ildən artıq ehtiyya tərxis olması artıq onun şəxsiyyətinin ictimai təhlikəliliyini xeyli azaldan hallardır və bu hallar, həmçinin onun cəzasını yüngülləşdirən halların məcmusunu müstəsna hal kimi nəzərə alınmalı və ona CM-nin 333.3-cü madəsinin sanksiyasında müəyyən edilmiş cəzadan daha yüngül cərimə cəzası təyin edilməlidir və bu cəzanın təyin edilməsini onun islah olunması ücün kifayət sayır. Hökmün icrası Ağdam rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. CPM-nin 346.1.20-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri: Tərtər rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə istintaq zamanı sərf etdiyi 21 (iyirmi bir) iş saatlıq hüquqi yardıma görə saatı 6 manatdan hesablanmaqla ona 126 (bir yüz iyirmi altı) manat dövlət büdcəsi hesabına vəkil Müdafiəçi ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 344-354-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinsin və barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə 300 (üç yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Hökmün icrası Ağdam rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. İş üzrə məhkəmə xərcləri: Tərtər rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə istintaq zamanı sərf etdiyi 21 (iyirmi bir) iş saatlıq hüquqi yardıma görə saatı 6 manatdan hesablanmaqla ona 126 (bir yüz iyirmi altı) manat dövlət büdcəsi hesabına vəkil Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətə Tərtər Hərbi Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: İlqar Quliyev Hakimlər: Vidadi Nəsirov Sevindik Əzizov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar