Məhkəmə qərarları › İş №1-1(098)-128/2024

Tərtər Hərbi Məhkəməsi Hökm — İş №1-1(098)-128/2024

24.06.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tərtər rayonu İş № 1-1(098)-128/2024 24.06.2024 TƏRTƏR HƏRBİ MƏHKƏMƏSİ Tərtər Hərbi Məhkəməsinin sədri X19 oğlunun sədrliyi, X4 Şəmsəddin qızının katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin nümayəndəsinin nümayəndəsi: N nömrəli hərbi hissənini zabiti, ədliyyə leytenantı Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Tərtər Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1989-cu il tarixdə Şəki rayonunun Oxut kəndində doğulmuş və orada qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, evli, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, N nömrəli hərbi hissəsinin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 18N.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tərtər Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmişdir (qaçırmışdır). Belə ki, Təqsirləndirilən şəxs Goranboy rayonunun ərazisində yerləşən N nömrəli hərbi hissəsinin mexanikləşdirilmiş bölüyünün 3-cü mexanikləşdirilmiş tağımının 1-ci mexanikləşdirilmiş manqasının döyüş maşın komandiri, tuşlayıcı-operatoru vəzifəsində, kiçik çavuş hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, həmin hərbi hissə komandirinin N mart N3-cü il tarixli, 386 №-li və N1 aprel N3-cü il tarixli, 429 №-li əmrlərinə əsasən mexanikləşdirilmiş bölüyün şəxsi heyəti ilə birlikdə «Sandcat» markalı zirehli döyüş maşınları ilə nəzarət çalışmalarının keçirilməsi məqsədi ilə N mart N3-cü il tarixdən N7 aprel N3-cü il tarixədək N nömrəli hərbi hissəsinin təminatında olmaqla, Yevlax rayonunun «Goran-1» hərbi şəhərciyində yerləşən N nömrəli hərbi hissəyə ezam olunmuşdur. Həmin hərbi hissədə ezamiyyətdə olarkən, N6 aprel N3-cü il tarixdə saat N radələrində hərbi hissə komandirinin N1 aprel N3-cü il tarixli, 428 №-li əmri ilə sahədə atış rəhbəri təyin edilmiş mexanikləşdirilmiş bölüyün komandiri, kapitan Şahid1 kiçik çavuş Təqsirləndirilən şəxs, həmin bölüyünün 4-cü mexanikləşdirilmiş tağımının 9-cu mexanikləşdirilmiş manqasının döyüş maşın komandiri, tuşlayıcı-operatoru, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid2, habelə hərbi hissənin madditexniki təminat bölüyünün avtomobil tağımının 1-ci avtomobil manqasının sürücüyanacaqdolduranı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid3 təlim keçirilən yerdə cəmləşmiş texnikaların mühafizəsini təmin etmələri üçün orada saxlayıb digər şəxsi heyəti istirahət etmələri üçün evə buraxmış, özü isə N nömrəli hərbi hissəyə getmişdir. Bundan sonra kiçik çavuş Təqsirləndirilən şəxs həmin gün saat 2N radələrində əsgər Şahid2la birlikdə şam edərək spirtli içki qəbul etmiş və saat 21 radələrində sonuncuda olan «Sandcat» markalı, B 844 QQ hərbi qeydiyyat nişanlı döyüş maşınının açarı ilə mühafizəsi ona tapşırılmış, mexanikləşdirilmiş bölüyün 4-cü mexanikləşdirilmiş tağımının 2-ci mexanikləşdirilmiş manqasının döyüş maşın komandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş X1N təhkim olunmuş «Sandcat» markalı, B 799 QQ hərbi qeydiyyat nişanlı zirehli döyüş maşınının qapısını açıb həmin nəqliyyat vasitəsini talama məqsədi olmadan idarə etmək qərarına gələrək, bu niyyətlə nəqliyyat vasitəsinin salonunda yerləşən əlcək qutusunda (bardoçok) saxlanılan ehtiyat açarla maşını işə salmış və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozub sürücülük vəsiqəsi olmadan, yəni həmin nəqliyyat vasitəsini istifadə etməyə icazəsi və hüququ olmadan idarə etməklə qanunsuz ələ keçirib N nömrəli hərbi hissənin ərazisini tərk edərək Goran- Mingəçevir magistral yolu istiqamətində təxminən 6 km məsafə qət etmiş və torpaq yoldan asfalt örtüklü magistral yola çatdıqdan sonra geri qayıtmaq məqsədilə döyüş maşınını hərbi hissə istiqamətində döndərmək istədikdə maşını palçıq sahəsində batırmışdır. Maşını palçıqdan çıxara bilmədiyinə görə kiçik çavuş Təqsirləndirilən şəxs həmin vaxt “WhatssApp” mobil tətbiqi vasitəsi ilə istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsindən toplanış yerində olan əsgər Şahid2 istifadəsindəki ***-***-**-** mobil danışıq nömrəsinə zəng edərək onu və əsgər Şahid3 köməyə çağırmışdır. Bundan sonra əsgər Şahid3 özünə təhkim olunmuş «MAZ 631-7N8» markalı, B 836 QQ hərbi qeydiyyat nişanlı avtomobillə həmin yerə gələrək palçığa batmış “Sandcat” markalı, B 799 QQ hərbi qeydiyyat nişanlı zirehli döyüş maşınını yedəkdə dartıb çıxarmış və kiçik çavuş Təqsirləndirilən şəxs öz qanunsuz hərəkətlərini davam etdirib həmin nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etməklə N nömrəli hərbi hissənin ərazisində yerləşən toplanış yerinə qayıdarkən, N7 aprel N3-cü il tarixdə saat N1 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozub hadisənin qarşısını almağa texniki imkanı olduğu halda idarəetməni itirməsi nəticəsində döyüş maşını ərazidə yerləşən N nömrəli hərbi hissənin nəzarət-buraxılış məntəqəsinin yaxınlığında quraşdırılmış, 16 metr uzunluğunda və 3 metr enində olan dəmir konstruksiyalı körpünün üzərindən sağ yanı üstə 3 metr çökəklikdə yerləşməklə kənarları torpaqla bəndlənmiş su kanalının içərisinə aşmış və nəticədə nəqliyyat vasitəsinin kapotu, sağ ön farası, axtarış fənəri və sağ yan şüşələrin qoruyucu barmaqlığı zədələnməklə hərbi hissəyə N (səkkiz min beş yüz on dörd) manat məbləğində xeyli miqdarda ziyan vurulmuşdur. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 18N.2.4-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini qismən təsdiq edərək göstərmişdir ki, xx.xx.2N17-ci il tarixdə Səfərbərlik üzrə Şəki rayon şöbəsindən müddətdən artıq həqiqi hərbi xidmətə çağırılaraq N79 nömrəli həmlə hərbi hissəsində xitmət etmiş, həmin hərbi hissənin tərkibində N günlük Vətən müharibəsində iştirak etmiş, xx.xx.NN-ci li tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı İncəçay ərazisində mərmi partlayışı nəticəsində “Barotravma. Sol baldırın yuxarı 1/3-nin kor qəlpə yaralanması” xəsarəti almış, bundan sonra hərbi hospitalda müalicə olunmuşdur. Daha sonra xidmət yeri N nömrəli hərbi hissəyə dəyişdirilmişdir. N nömrəli hərbi hissənin tərkibində xx.xx.N3-cü il tarixdə son antiterror əməliyyatında iştirak etmiş, əməliyyat zamanı Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə düşmənin atəşi nəticəsində “Barotravma. Qapalı kəllə-beyin travması" xəsarəti almışdır. Bundan sonra onda baş ağrıları, yuxu pozulması, baş gicələnməsi, yaranmış, çox əsəbi olmuş, sağ gözündə ağrılar, alabulanıq görmə halı olmuşdur. Buna görə mütamadi olaraq dərmanlardan istifadə etmişdir. Əllərində əsmələri olmuş, sağ əlin baş barmağı qatlanmamışdır. Əsəbləşəndə dili qatlanaraq sudurqa keçirmiş, əsəbi-psixi gərginlik əlamətlərindən əziyyət çəkməsinə görə hərbi hissə tərəfindən ixtisaslı psixiatr müalicəsinə ehtiyacı olması deyilmiş və göndəriş vərəqəsi verilmişdir. O, əlavə olaraq göstərmişdir ki, N nömrəli hərbi hissəsinin mexanikləşdirilmiş bölüyünün 3-cü tağımının 1-ci manqasının döyüş maşın komandiri, tuşlayıcı-operatoru vəzifəsində, kiçik çavuş hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, N nömrəli hərbi hissə komandirinin N mart N3-cü il tarixli əmri ilə mexanikləşdirilmiş bölüyün şəxsi heyəti ilə birlikdə N mart N3-cü il tarixdən 31 mart N3-cü il tarixədək «Sandcat» markalı, B-799 QQ, B-78N QQ, B-844 QQ və C-447 QQ hərbi qeydiyyat nişanlı zirehli döyüş maşınları ilə məqbul və 1-ci nəzarət çalışmalarının keçirilməsi üçün N nömrəli hərbi hissəsinin təminatında olmaqla, «Goran-1» Hərbi şəhərciyində yerləşən N nömrəli hərbi hissəyə ezam olunmuşdur. Həmin vaxt mexanikləşdirilmiş bölüyün komandiri, kapitan Şahid1 şəxsi heyət üzərində ümumi rəhbər təyin olunmuş, təlim çalışmalarının 31 mart N3-cü il tarixədək keçirilməsi planlaşdırılsa da, N mart N3-cü il tarixdə NN1 nömrəli hərbi hissənin döyüş hazırlığı bölməsinin rəisi, polkovnik-leytenant X6 təlim yerinə gələrək şəxsi heyətin qiymətləndirmə cədvəlinə baxdıqdan sonra şəxsi heyətin döyüş hazırlığının aşağı, qeyri-kafi olduğunu görüb, NN1 nömrəli hərbi hissə komandirinin qərargah rəisinə bu barədə məruzə etmiş və bundan sonra təlim müddətinin bir həftə, yəni N7 aprel N3-cü il tarixədək uzadılması barədə NN1 nömrəli hərbi hissədən N nömrəli hərbi hissəyə telefonoqrama ötürülmüşdür. Təlim müddətində, N6 aprel N3-cü il tarixdə bölük komandiri, kapitan Şahid1 onu və bölüyün digər müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid2, habelə hərbi hissənin maddi-texniki təminat bölüyünün avtomobil tağımının 1-ci avtomobil manqasının sürücü-yanacaqdolduranı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid3 təlim yerində olan texnikaları, silah-sursatları mühafizə etmək üçün şifahi qaydada mühafizəçi təyin etmiş, digər şəxsi heyəti isə növbəti gün saat N8-dək qanunsuz şəkildə buraxılışa buraxmış, özü də təlim yerindən çıxıb getmişdir. Saat 21 radələrində hava şəraiti yağışlı olduğundan onun xahişinə əsasən əsgər Şahid2 təlim yerində olan «Sandcat» markalı döyüş maşınlarından birinin qapısının açarı ilə birinci sırada dayanmış B-799 QQ hərbi qeydiyyat nişanlı döyüş maşınının qapısını açaraq birlikdə maşının içərisində oturmuşlar. Əsgər Şahid3 isə özünə təhkim olunmuş «MAZ» markalı avtomobildə yatmışdır. Mexanikləşdirilmiş bölüyə təhkim olunmuş ümumilikdə 11 ədəd «Sandcat» markalı döyüş maşınlarının qapılarının açarları bir-birinə düşdüyündən, bir maşının qapısının açarı ilə digər maşının qapısını açmaq mümkün olmuş, maşınların hər birinin salonunda maşını işə salmaq üçün ehtiyat açar saxlanılmışdır. Həmin gün saat 21 radələrində onlar B-799 QQ hərbi qeydiyyat nişanlı döyüş maşınını içərisində əyləşib bir qədər söhbət etdikdən sonra əsgər Şahid2 maşından düşüb telefonla danışmaq üçün getmiş, bu zaman o, həvəsi olduğundan və yaxınlıqda yerləşən mağazadan siqaret almaq məqsədilə maşını sürmək qərarına gəlmişdir. Bu məqsədlə o, əyləşdiyi «Sandcat» markalı, B 799 QQ hərbi qeydiyyat nişanlı maşının mühərrikini işə salan və həmin vaxt maşının «bardoçok»unda olan açarı götürüb heç kimə bildirmədən maşını işə salıb Goran-Mingəçevir magistral yolu istiqamətində hərəkət etdirməyə başlamışdır. Onun həmin vaxta kimi sürücülük vəsiqəsinin olmamış, eləcə də heç vaxt hansısa avtomobili, habelə «Sandcat» markalı döyüş maşınını idarə etməmişdir. Lakin təlim vaxtı yuxarı komandanlıqdan verilmiş şifahi məlumata əsasən döyüş vaxtı sürücü yaralandığı vaxt sürücülük vəsiqəsi olmayan digər hərbi qulluqçularında döyüş maşınını idarə etməyə icazəsi olduğuna göstəriş verildiyindən o, mühafizəçisi təyin olunduğu döyüş maşınını özbaşına idarə edib ərazidən kənarlaşmışdır. Onun maşını qanunsuz olaraq idarə edib ərazidən kənarlaşmaqla maşınını talamaq, aparıb kiməsə satmaq, vermək, habelə hansısa ehtiyat hissəsini, detalını satmaq və ya kiməsə vermək niyətində olmamış, həmin vaxt qeyd olunan döyüş maşınını heç kimə məlumat vermədən, həmçinin də təlim yerində olan hərbi qulluqçuların xəbəri olmadan idarə edərək 2N-2N dəqiqə ərzində Goran-Mingəçevir magistral yolu istiqəmətinə təxminən 6 km məsafəni qət etmiş, həmin vaxt sərxoş vəziyyətdə olmamış, spirtli içki qəbul etməmişdir. Sonra o, magistral yola çatdığını görüb geri, təlim yerinə qayıtmaq qərarına gəlmişdir. Bu məqsədlə o, maşını magistral yolun yaxınlığında geriyə döndərmək istədikdə maşının təkərləri ərazidə olan palçıqlı gölməçəyə düşərək batmışdır. O, maşını palçıqdan çıxarmağa cəhd göstərsə də, bu mümkün olmamış, bu zaman o, saat 22 radələrində “WhatssApp” mobil tətbiqi vasitəsi ilə istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsindən toplanış yerində olan əsgər Şahid2 istifadəsindəki ***-***-**-** mobil danışıq nömrəsinə zəng edərək onu və əsgər Şahid3 köməyə çağırmışdır. Bundan təxminən 2N dəqiqə sonra əsgərlər Şahid3 və Şahid2 «MAZ» markalı avtomobillə onun olduğu yerə gələrək döyüş maşınını təxminən 2 saat müddətində yedəkdə palçıqlı ərazidən kənara çıxarmışlar. Bundan sonra əsgər Şahid3 təlim yerinə qayıtmış, əsgər Şahid2 isə onun idarə etdiyi «Sandcat» markalı, B-799 QQ hərbi qeydiyyat nişanlı döyüş maşınına əyləşərək birlikdə təlim yerinə qayıtmışlar. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin vaxt hava qaranlıq və yağışlı olduğundan o, təyinat yerinə gedən döngəni səhvən keçmiş və X8raşdırılmış dəmir körpüdən keçərək N nömrəli hərbi hissənin nəzarət-buraxılış məntəqəsinə çatmışdır. Bu zaman o, nəzarət-buraxılış məntəqəsində xidmət aparan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid4 təlim yerinin istiqamətini soruşmuş, sonuncu yolu izah edərək, geriyə qayıdıb dəmir körpünü keçən kimi sola dönməklə təlim yerinə getmələrini bildirmişdir. Bundan sonra o, N6 aprel N3-cü il tarixdən N7 aprel N3-cü il tarixə keçən gecə, saat N1 radələrində idarə etdiyi döyüş maşınını N nömrəli hərbi hissənin nəzarət-buraxılış məntəqəsindən geriyə döndərib yaxınlıqda yerləşən dəmir körpüyə doğru təxminən 3N km/saat sürətlə hərəkət etməyə başlamış və maşının ölçüsü minik avtomobillinin ölçüsündən iri olduğundan körpüyə daxil olduqda maşının təkəri sağ hərəkət zolağından kənara çıxmış, həmin vaxt idarəetməni itirmiş və «Sandcat» markalı, B-799 QQ hərbi nömrə nişanlı döyüş maşını körpünün kənar dəmirlərini, yəni məhəccərləri əzərək körpüdən kanala doğru sağ tərəf üstə aşmışdır. Həmin vaxt maşın körpüdən sağ yan üstə aşaraq körpünün alt hissəsindən keçən su kanalına düşmüş, maşın su kanalına düşərkən sağ tərəfi kanalın torpaq bəndinə dəyib sonra isə normal vəziyyət almaqla suyun içirisində düz dayanmışdır. Bu zaman o, əsgər Şahid2la birlikdə dərhal sürücü tərəfdə olan qapını açaraq maşından çölə çıxmış, maşının sağ ön qapısı isə avtomatik olaraq kilidlənmişdir. Hadisə nəticəsində o, baş və bədəninin müxtəlif nahiyələrindən xəsarətlər almış, hadisədən sonra tibb müəssisəsində müalicə olunaraq kəllə nahiyyəsinə çoxlu sayda tikiş qoyulmuş, əsgər Şahid2 isə hadisə vaxtı heç bir xəsarət almamış, maşının sağ hissəsinin bəzi detalları, yəni sağ yan güzgüsü, kapotu və digər bir-iki detalı zədələnmişdir. Yol-nəqliyyat hadisəsindən bir qədər sonra N nömrəli hərbi hissənin komandir heyəti və digər hərbi qulluqçuları hadisə yerinə gəlmiş və maşın qoşqu vasitəsi ilə su kanalından çıxarılaraq yaxınlıqda yerləşən N nömrəli hərbi hissənin avtomobil parkında saxlanılmışdır. O, daha sonra göstərmişdir ki, ibtidai istintaq zamanı ifadəsində «həmin gün saat 2N radələrində özü əsgərlər Şahid2 və Şahid3 ilə birlikdə təlim yerində yemək yeyərkən özü ilə gizlin şəkildə kənardan təlim yerinə gətirdiyi N,N litrlik spirtli içkini qəbul etdiyi» deməmiş, hadisə olan vaxt sərxoş vəziyyətdə olmamış, spirtli içki qəbul etməmişdir. Hadisədən sonra normal xidmət etmiş, digər qanun pozuntusu törətməmiş, zərərçəkmiş şəxsin nümayəndəsi ilə barışmağa cəhd etmiş və barışmış, zərərçəkmiş şəxsin nümayəndəsinin ona qarşı heç bir şikayəti və iddiası yoxdur. Törətdiyi cinayət əməlindən peşmandır. Ailəlidir, himayəsində 2N11 və 2N13-cü il təvəllüdlü bir qız və bir oğlan övladları vardır. Məhkəmədən gəncliyini, N günlük Vətən Müharibəsində və 19-2N sentyabr N3-cü il tarixdə keçirilmiş antiterror əməliyyatında iştirak etməsini, hər iki döyüş əməliyyatları zamanı yaralanmasını, Ali Baş Komandan tərəfindən «Suqovuşanın azad olunmasına görə», «Cəsur döyüşçü», “Döyüşdə fərqlənməyə görə” və «Vətən Müharibəsi iştirakçısı», “Azərbaycan Ordusunun yaranmasının 1NN illiyi” ilə bağlı medallarla təltif olunmasının, himayəsində azyaşlı uşağının olmasını, uşağının böyrək çatışmamazlığından əziyyət çəkməklə onun əməyinə ehtiyacı olmasını, hərbi xidmətdən ehtiyata tərxis olunmasının, özünün və azyaşlı övladının hazırda müalicəyə ehtiyacları olmasının nəzərə alınaraq müdafiəçinin məhkəmə çıxışı zamanı bildirdiyi kimi barəsində 2NN manat məbləğində cərimə cəzasının təyin edilməsini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, işləyərək dövlətə dəymiş ziyanı ödəməyə hazırdır. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin nümayəndəsi N nömrəli hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi, ədliyyə leytenantı X13 ifadəsində göstərmişdir ki, hərbi hissənin mexanikləşdirilmiş bölüyünün şəxsi heyəti hərbi hissə komandirinin N mart N3-cü il, 386 №-li və N1 aprel N3-cü il tarixli, 429 №-li əmrlərinə əsasən «Sandcat» markalı zirehli döyüş maşınları ilə nəzarət çalışmalarının keçirilməsi məqsədi ilə N mart N3-cü il tarixdən N7 aprel N3-cü il tarixədək N nömrəli hərbi hissəsinin təminatında olmaqla, Yevlax rayonunun «Goran-1» hərbi şəhərciyində yerləşən N nömrəli hərbi hissəyə ezam olunmuşdur. Təlim müddətində mexanikləşdirilmiş bölüyün müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Təqsirləndirilən şəxs “Sandcat” markalı, B-799 QQ hərbi qeydiyyat nişanlı zirehli döyüş maşınını sürücülük vəsiqəsi, eləcə də maşından istifadə hüququ olmadan qanunsuz olaraq idarə edib cəmləşmə yerindən təxminən 6 km məsafədə uzaqlaşdığını və maşını X1N ərazisində yerləşən körpüdən su kanalına aşırdığını, nəticədə özünün xəsarət alaraq 23N №-li hərbi hospitala təxliyə olunduğunu, eləcə də maşının zədələnərək 7N3 №-li hərbi hissədə saxlanıldığını eşitmişdir. Zərərçəkmiş şəxs ifadələrində kiçik çavuş Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində hərbi hissəyə xeyli miqdarda ziyan vurulduğunu bildirməklə, sonuncudan buna görə şikayətçi olduğunu qeyd edərək, onun cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmiş, habelə iş üzrə hazırda hər hansı mülki iddiasının olmadığı bildirmişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs ondan üzr istəmiş və onunla barışmışdır. Təqsirləndirilən şəxs N günlük Vətən Müharibəsində və 19-2N sentyabr N3-cü il tarixdə keçirilmiş antiterror əməliyyatında fəal iştirak etmiş, medallarla təltif edilmiş, hər iki döyüş əməliyyatları zamanı yaralanmış, himayəsində azyaşlı uşaqları vardır və uşağının biri böyrək çatışmamazlığından əziyyət çəkir, özü hərbi xidmətdən artıq ehtiyata tərxis olunmuş, özünün və azyaşlı övladının hazırda müalicəyə ehtiyacları vardır. Hazırda onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Dəymiş ziyanla bağlı hərbi hissə tərəfindən hal-hazlrda mülki iddiası yoxdur. Məhkəmədən cəza təyin edilərkən qeyd etdiklərinin nəzərə alaraq və müdafiə tərəfinin çıxışı ilə razılaşaraq ona aşağı həddə cərimə cəzasının təyin edilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid2 ifadələrində bildirmişdir ki, N nömrəli hərbi hissənin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Təqsirləndirilən şəxs xidmət müddətində tanımış və sonuncu ilə xidməti münasibətdə olmuşdur. O, N nömrəli hərbi hissənin mexanikləşdirilmiş bölüyünün 4-cü tağımının 9-cu manqasının döyüş maşın komandiri, tuşlayıcı-operatoru vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, hərbi hissə komandirinin N mart N3-cü il tarixli əmri ilə N mart N3cü il tarixdən 31 mart N3-cü il tarixədək N gün müddətində xidmət etdiyi mexanikləşdirilmiş bölüyün şəxsi heyəti ilə birlikdə bölüyə təhkim olunmuş “Sandcat” markalı, B-799 QQ, B- 78N QQ, B-844 QQ və C-447 QQ hərbi qeydiyyat nişanlı döyüş maşınları ilə məqbul və 1ci nəzarət çalışmalarının keçirilməsi üçün «Goran-1» Hərbi şəhərciyində yerləşən N nömrəli hərbi hissəyə ezam olunmuşdur. N mart N3-cü il tarixdə NN1 nömrəli hərbi hissənin əməliyyat və döyüş hazırlığı şöbəsinin döyüş hazırlığı bölməsinin rəisi, polkovnikleytenant X6 təlim yerinə gələrək təlimin keçirilməsinin qiymətləndirmə cədvəlinə baxdıqda şəxsi heyətin döyüş hazırlığının aşağı, qeyri-kafi olduğunu görüb, NN1 nömrəli hərbi hissənin qərargah rəisinə bu barədə məruzə etmişdir. Bundan sonra, şəxsi heyətin döyüş hazırlığının aşağı olması səbəbindən çöl təliminin müddətinin əlavə olaraq bir həftə, yəni N7 aprel N3-cü il tarixədək uzadılması barədə NN1 nömrəli hərbi hissədən N nömrəli hərbi hissəyə telefonoqrama ötürülmüşdür. Təlim müddətində mexanikləşdirilmiş bölüyün komandiri, kapitan Şahid1 göstərişi ilə şəxsi heyət hər gün saat N radələrindən ertəsi gün saat N8-dək buraxılışa buraxılmış, yalnız gündəlik olaraq iki nəfər müddətdən artıq hərbi qulluqçu təlim gerində gecələyərək orada olan texnikaları, silah-sursatları mühafizə etmişlər. N6 aprel N3-cü il tarixdə saat N radələrində kapitan Şahid1 onu, habelə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, kiçik çavuş Təqsirləndirilən şəxs və əsgər Şahid3 təlim yerində saxlayaraq çadırları, hərbi texnikaları, silah-sursatları mühafizə etməyi onlara tapşırmış, digər şəxsi heyəti isə növbəti gün saat N8-dək buraxılışa buraxmışdır. Həmin gün o, çavuş Təqsirləndirilən şəxsla, həmçinin də təlim yerinə gündəlik olaraq özünə təhkim olunmuş “Maz 631-7N8» markalı, B 836 QQ hərbi qeydiyyat nişanlı avtomobillə yemək təminatı daşıyan əsgər Şahid3 ilə birlikdə təlim yerində qalmaqla ərazinin mühafizəsini təmin etməyə başlamışlar. Saat 2N radələrində onlar birlikdə şam edərkən kiçik çavuş Təqsirləndirilən şəxs spirtli içki qəbul etmiş, o, isə pivə içmişdir. Saat 21 radələrində yağış yağdığından kiçik çavuş Təqsirləndirilən şəxs ona təlim yerində olan döyüş maşınlarının birində oturmağı təklif etmiş, bu zaman o, özündə olan, “Sandcat” markalı, B-844 QQ hərbi qeydiyyat nişanlı döyüş maşının qapısının açarı ilə təlim yerində olan, mühafizə olunan ərazidə saxlanılmış “Sandcat” markalı, B 799 QQ hərbi nişanlı döyüş maşınının qapısını açaraq onlar birlikdə maşının salonunda oturmuşlar. Bir qədər sonra o, mobil telefonla danışmaq üçün maşından düşüb ərazidə quraşdırılmış çadırın içərisinə getmiş, B-844 QQ hərbi qeydiyyat nişanlı döyüş maşınının qapısının açarını da özü ilə aparmış, 1N-1N dəqiqə mobil telefonla danışdıqdan sonra üşüdüyündən çadırdan çıxıb B- 844 QQ hərbi qeydiyyat nişanlı döyüş maşınında oturaraq yatmışdır. Bir qədər sonra, saat 22 radələrində kiçik çavuş Təqsirləndirilən şəxs «WhatsApp» mobil tətbiqi vasitəsi ilə onun mobil nömrəsinə zəng edib «Sandcat» markalı, B-799 QQ hərbi qeydiyyat nişanlı maşını təlim yerindən sürərək ərazidən uzaqlaşdığını və maşınla Goran-Mingəçevir magistral yolunun yaxınlığında hərəkətdə olarkən maşını palçığa batırdığını, maşını palçıqdan çıxara bilmədiyini deyərək onu köməyə çağırmış, eləcə də maşını palçıqdan çıxarmaq üçün təlim yerində olan əsgər Şahid3 bu barədə məlumat verməsini, yəni sonuncunun istifadəsində olan «MAZ» markalı avtomobillə köməyə gəlməsini xahiş etmişdir. Bundan sonra o, təlim yerində saxlanılmış «MAZ» markalı avtomobilin içərisində yatmış əsgər Şahid3 oyadaraq ona bu barədə məlumat vermiş və birlikdə sonuncunun idarə etdiyi «MAZ» markalı avtomobillə kiçik çavuş Təqsirləndirilən şəxs olduğu yerə yollanmışlar. Onlar Goran- Mingəçevir magistral yolu istiqamətində təxminən 6 km məsafə qət etdikdən sonra kiçik çavuş Təqsirləndirilən şəxs yanına çatmışlar. Həmin vaxt onlar palçıqlı ərazidə batıb qalmış «Sandcat» markalı, B-799 QQ hərbi qeydiyyat nişanlı döyüş maşınını trosla «MAZ» markalı avtomobilə qoşqu edərək onu təxminən 2 saat müddətində palçıqdan çıxarmışlar. Bundan sonra, əsgər Şahid3 idarə etdiyi «MAZ» markalı avtomobillə təlim yerinə qayıtmış, o, isə kiçik çavuş Təqsirləndirilən şəxs idarə etdiyi «Sandcat» markalı, B-799 QQ hərbi qeydiyyat nişanlı döyüş maşınına əyləşib birlikdə təlim yerinə yollanmışlar. Hava qaranlıq və yağışlı olduğundan kiçik çavuş Təqsirləndirilən şəxs cəmləşmə yerinə gedən yolu azaraq təlim mərkəzində quraşdırılmış dəmir körpünü keçib səhvən N nömrəli hərbi hissənin nəzarətburaxılış məntəqəsinin qarşısında dayanmış və həmin vaxt nəzarət-buraxılış məntəqəsində xidmət aparan hərbi qulluqçudan cəmləşmə yerinə gedən yolu öyrəndikdə, hərbi qulluqçu kiçik çavuş Təqsirləndirilən şəxs geri qayıdıb ərazidə olan dəmir körpünü keçən kimi sola dönüb təlim yerinə getməyin mümkün olduğunu izah etmişdir. Bundan sonra kiçik çavuş Təqsirləndirilən şəxs N6 aprel N3-cü il tarixdən N7 aprel N3-cü il tarixə keçən gecə, saat N1 radələrində «Sandcat» markalı, B-799 QQ hərbi qeydiyyat nişanlı döyüş maşınını idarə edərək geriyə qayıdıb 3N km/saat sürətlə ərazidən olan dəmir körpünün üzərinə doğru hərəkət etməyə başlamış, olduqları maşın dəmir körpünün üzərinə daxil olduqda Təqsirləndirilən şəxs anidən idarəetməni itirmiş və «Sandcat» markalı, B 799 QQ hərbi qeydiyyat nişanlı döyüş maşını körpünün sağ tərəfində yerləşən dəmir məhəccərləri əzərək körpünün üzərindən sağ tərəfi üstə aşmaqla körpünün alt hissəsindən keçən su kanalına düşmüşdür. Maşın su kanalına düşdükdən sonra sağ tərəfi kanalın kənarındakı torpaq bəndə dəyərək kanalın ortasında normal duruş vəziyyətini almışdır. Həmin vaxt onların hər ikisi də maşının içərisində olmuş və sürücü tərəfdə olan qapını açaraq maşından çıxmışlar. Şahid2 qeyd etmişdir ki, hadisə nəticəsində o, heç bir xəsarət almamış, kiçik çavuş Təqsirləndirilən şəxs isə baş və bədəninin müxtəlif nahiyələrindən yüngül xəsarətlər almışdır. Həmin qəza nəticəsində maşının sağ hissəsinin bəzi detalları, yəni sağ yan güzgüsü, kapotu və digər bir-iki detalı zədələnmişdir. Bundan sonra N nömrəli hərbi hissənin komandir heyəti və digər hərbi qulluqçuları hadisə yerinə gəlmiş, kiçik çavuş Təqsirləndirilən şəxs dərhal hərbi hissənin tibb məntəqəsinə təxliyə olunmuş, maşın isə qoşqu vasitəsi ilə su kanalından çıxarılaraq yaxınlıqda yerləşən N nömrəli hərbi hissənin avtomobil parkında saxlanılmışdır. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş şahid əsgər Şahid3 eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərilmiş xüsusatları tam olaraq təsdiq etməsi müəyyən edilmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid1 ifadəsində bildirmişdir ki, N nömrəli hərbi hissədə, tabeliyində xidmət etmiş sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Təqsirləndirilən şəxs xidmət müddətində tanımış və sonuncu ilə xidməti münasibətdə olmuşdur. O, N nömrəli hərbi hissənin mexanikləşdirilmiş bölüyünün komandiri vəzifəsində, kapitan hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən, həmin hərbi hissə komandirinin N mart N3-cü il tarixli əmri ilə tabeliyində olan hərbi qulluqçularla birlikdə, bölükdə olan «Sandcat» markalı, B-799 QQ, B-78N QQ, B-844 QQ və C-447 QQ hərbi qeydiyyat nişanlı döyüş maşınları ilə N mart N3-cü il tarixdən 31 mart N3-cü il tarixədək «Goran-1 Hərbi şəhərciyində yerləşən N nömrəli hərbi hissənin ərazisində məqbul və 1-ci nəzarət çalışmalarının keçirilməsinə cəlb olunmuşlar. Təlim çalışmalarının 31 mart N3-cü il tarixədək keçirilməsi planlaşdırılsa da, N mart N3-cü il tarixdə NN1 nömrəli hərbi hissənin əməliyyat və döyüş hazırlığı şöbəsinin döyüş hazırlığı bölməsinin rəisi, polkovnik-leytenant X6 təlim yerinə gələrək təlimin keçirilməsinin qiymətləndirmə cədvəlinə baxdıqdan sonra şəxsi heyətin döyüş hazırlığının aşağı, qeyri-kafi olduğunu bildirməklə, bu barədə NN1 nömrəli hərbi hissənin qərargah rəisinə məruzə etmişdir. Bundan sonra 3N mart N3-cü il tarixdə N nömrəli hərbi hissənin döyüş hazırlığı bölməsinin rəisi, kapitan X9 mobil telefonla ona təlim məşğələlərinin vaxtının N1 aprel N3-cü il tarixdən N7 aprel N3-cü il tarixədək uzadıldığı barədə məlumat vermiş və bununla bağlı NN1 nömrəli hərbi hissədən N nömrəli hərbi hissəyə telefonoqrama ötürüldüyünü bildirmişdir. Bundan sonra şəxsi heyətin N7 aprel N3-cü il tarixədək təlim çalışmalarını davam etdirilməsi barədə ona hərbi hissə komandanlığı tərəfindən göstəriş verilmişdir. Təlim müddətində şəxsi heyət mütəmadi olaraq ərazidə quraşdırılmış çadırlarda qalmalı və gecələməli olsalar da, o, təlimin ilk günündən etibarən yuxarı komandanlığa məruzə etmədən, eləcə də kiminsə göstərişi olmadan şəxsi heyəti hər gün saat N radələrindən ertəsi gün saat N8-dək buraxılışa buraxmış, özü də N nömrəli hərbi hissəyə gedib orada gecələmişdir. Şəxsi heyəti buraxılışa buraxarkən hər gün növbə ilə iki nəfər hərbi qulluqçunu şifahi qaydada təlim yerində olan avtomobil və texnikaların, silah-sursatların və digər əmlakların mühafizəsinə ayırmışdır. Həmin hərbi qulluqçular gecə təlim yerində qalaraq mühafizəni həyata keçirmişlər. N6 aprel N3-cü il tarixdə şəxsi heyət müvafiq təlim məşğələlərini yerinə yetirmiş, saat N radələrində, yəni təlim gününün sonunda o, bölüyün hərbi qulluqçuları, kiçik çavuş Təqsirləndirilən şəxs və əsgər Şahid2, habelə təlim yerinə yemək təminatı daşıyan hərbi hissənin maddi-texniki təminat bölüyünün avtomobil tağımının sürücüsü, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid3 təlim yerində olan avtomobil və texnikaların, silah-sursatların və digər əmlakların mühafizə edilməsi üçün şifahi qaydada mühafizəçi təyin etmiş, digər şəxsi heyəti isə növbəti gün saat N8-dək buraxılışa buraxmış, özü də N nömrəli hərbi hissəyə getmişdir. O, N nömrəli hərbi hissədə istirahətdə olarkən, N6 aprel N3-cü il tarixdən N7 aprel N3-cü il tarixə keçən gün, saat N2 radələrində ona kiçik çavuş Təqsirləndirilən şəxs «Sandcat» markalı, B-799 QQ hərbi qeydiyyat nişanlı döyüş maşınını təlim yerindən qanunsuz götürüb idarə etməklə oradan uzaşlaşması və maşını N nömrəli hərbi hissənin nəzarət-buraxılış məntəqəsinin yaxınlığında olan körpüdən su kanalına aşırması barədə məlumat verilmişdir. O, dərhal hadisə yerinə getmiş, qeyd olunan maşının təlim yerindən kənarda yerləşən körpüdən su kanalına düşərək düz vəziyyətdə dayandığını və maşının sağ hissəsinin bəzi detallarının zədələndiyini aşkar etmişdir. Həmin vaxt kiçik çavuş Təqsirləndirilən şəxs və əsgər Şahid2 hadisə yerində olduğunu, hadisə nəticəsində kiçik çavuş Təqsirləndirilən şəxs baş və bədəninin müxtəlif nahiyələrində yüngül xəsarətlərin əmələ gəldiyini görmüş, eləcə də kiçik çavuş Təqsirləndirilən şəxs və əsgər Şahid2 ağız boşluğundan spirt qoxusunun gəldiyini müşahidə etmişdir. Həmin vaxt sonuncularla söhbət əsnasında kiçik çavuş Təqsirləndirilən şəxs N6 aprel N3-cü il tarixdə saat 21 radələrində təlim yerində olan “Sandcat” markalı, B- 799 QQ hərbi qeydiyyat nişanlı döyüş maşınını salonda olan ehtiyat açarla işə salıb idarə edərək cəmləşmə yerindən uzaqlaşmaqla, Goran-Mingəçevir magistral yoluna tərəf hərəkət etdiyini, magistral yola çatdıqdan sonra, təlim yerinə qayıtmaq üçün maşını geri döndərərkən maşını palçıqlı sahədə batırdığını, maşını palçıqlı sahədən çıxara bilmədiyi üçün təlim yerində olan əsgərlər Şahid2la Şahid3 bu barədə məlumat verərək sonuncuları köməyə çağırdığını, həmin vaxt əsgərlər Şahid2 və Şahid3 “MAZ” markalı avtomobillə kiçik çavuş Təqsirləndirilən şəxs yanına gəlib palçığa batmış döyüş maşınını qoşqu vasitəsi ilə palçıqdan çıxardıqlarını, bundan sonra kiçik çavuş Təqsirləndirilən şəxs döyüş maşınını idarə etməklə əsgər Şahid2la birlikdə təlim yerinə qayıdarkən yolu azıb N nömrəli hərbi hissənin nəzarət-buraxılış məntəqəsinin qarşısına çatdıqlarını, orada yolu öyrənib geri qayıdarkən, kiçik çavuş Təqsirləndirilən şəxs idarəetməni itirib döyüş maşınını dəmir körpüdən su kanalına aşırdığını öyrənmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid4 ifadəsində bildirmişdir ki, o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 2-ci divizionunun N-ci batareyasının baş sürücü-mexaniki vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, N6 aprel N3-cü il tarixdən N7 aprel N3-cü il tarixədək «Goran-1» təlim mərkəzinin giriş nəzarət-buraxılış məntəqəsində sutkalıq növbətçi naryadına təyin olunmuşdur. Həmin ərəfədə, yəni N6 aprel N3-cü il tarixdən N7 aprel N3-cü il tarixə keçən gecə, saat N1 radələrində o, N nömrəli hərbi hissənin nəzarət-buraxılış məntəqəsində xidmət apararkən, təlim mərkəzində təlim çalışmalarına cəlb edilmiş N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Təqsirləndirilən şəxs idarə etdiyi «Sandcat» markalı, B 799 QQ hərbi qeydiyyat nişanlı döyüş maşını ilə nəzarət-buraxılış məntəqəsinin qarşısına gələrək ondan təlim yerinin yolunu soruşmuşdur. O, kiçik çavuş Təqsirləndirilən şəxs soruşulan yolu izah edərək, geriyə qayıdıb yolun üzərində yerləşən dəmir körpünü keçdikdən sonra birinici döngədən sola dönməsini və həmin yolla təlim yerinə doğru hərəkət etməsini bildirmişdir. Bundan sonra kiçik çavuş Təqsirləndirilən şəxs idarə etdiyi döyüş maşınını döndərib təxminən 3N-4N km/saat sürətlə geriyə hərəkət etmiş, dəmir körpüyə daxil olduqdan sonra o, döyüş maşınının körpünün sağ tərəfində quraşdırılmış dəmir məhəccərləri qıraraq sağ yan üstə dəmir körpüdən su kanalına aşdığını görmüşdür. Həmin vaxt o, xidmət yerini tərk edə bilmədiyindən hadisə yerinə yaxınlaşmamış, kənardan döyüş maşınının içərisində olan sürücü və sərnişinin maşından çölə çıxdıqlarının, bir qədər sonra çox sayda hərbi qulluqçuların hadisə yerinə gəldiyinin, döyüş maşınının isə su kanalından çıxarılaraq N nömrəli hərbi hissəyə tərəf aparıldığının şahidi olmuşdur. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 24 avqust N3-cü il tarixli, 8/2236 №-li rəyindən görünür ki, baxışa təqdim olunmuş «Sandcat» markalı, B-799 QQ hərbi qeydiyyat nişanlı zirehli döyüş maşınının tormoz sistemi hadisədən əvvəl texniki cəhətdən saz vəziyyətdə olmuş, döyüş maşınının tormoz sisteminin texniki vəziyyəti ilə hadisənin baş verməsi arasında səbəbli əlaqə olmamışdır. «Sandcat» markalı, B-799 QQ hərbi qeydiyyat nişanlı döyüş maşınının sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs həmin döyüş maşınının sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının N7 may N4-cü il tarixli, 9/N8 №-li rəyindən görünür ki, «Sandcat» markalı, B-799 QQ hərbi qeydiyyat nişanlı zirehli döyüş maşınına N7 aprel N3-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin təmir-bərpa xərcləri və dəyişdirilmiş hissələrinin qiyməti N (səkkiz min beş yüz on dörd) manat təşkil etmişdir. Ambulator məhkəmə-psixiatrik ekspertizasının 19 oktyabr N3-cü il tarixli, 669 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl, həmin əməli törədərkən və hazırkı ekspertiza zamanı hər hansı xroniki psixi xəstəlik keçirməmiş və keçirmir. Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə baxmayaraq o, hərbi xidmətə çağırılmamışdan öncə, hərbi xidmət zamanı və hal-hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmiş və ya həmin əməli idarə edə bilmişdir, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar edilmir. Təqsirləndirilən şəxs psixi xəstəlik keçirmədiyindən izahat və ifadələr verərkən öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur, izahat və ifadələrinin mahiyyətini dərk etmişdir. Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərini ölçüb-bilmək və onları idarə etmək iqtidarındadır. Onun tibbi xarakterli məcburi müalicə tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Baş Dövlət Yol Polisi İdarəsindən təqdim olunmuş N7 avqust N3-cü il tarixli, 3-13- 16/2-111188 №-li arayışdan görünür ki, DİN-nin DYPİ-nin Qeydiyyat-imtahan idarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx xxxxxx 1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında sürücülük vəsiqəsi verilməmişdir. Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş idarəsinin Silah-texnika idarəsinin Avtomobil xidməti tərəfindən tərtib olunmuş 29 dekabr N2-ci il tarixli, 16N\6N1 №-li naryad cədvəlindən görünür ki, AONN6N şassi №-li, AONNNN1N68 mühərrik №-li, mühərriki nömrəsiz, İİ kateqoriyalı “Sandcat” markalı, B-799 QQ hərbi qeydiyyat nişanlı zirehli döyüş maşını digər 3 ədəd həmin markalı döyüş maşınları ilə birlikdə həmin tarixdə N nömrəli hərbi hissədən N nömrəli hərbi hissəyə təhvil verilmişdir. N nömrəli hərbi hissənin mexanikləşdirilmiş bölüyünün komandiri, kapitan Şahid1 17 mart N3-cü il tarixdə hərbi hissə komandirinə yazdığı raportdan görünür ki, “Sandcat” markalı, B-799 QQ hərbi qeydiyyat nişanlı zirehli döyüş maşını həmin bölüyün müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş X1N təhkim olunmuş, sürücüsü isə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər XN təyin olunmuşdur. N nömrəli hərbi hissə komandirinin N mart N3-cü il tarixli, 386 №-li əmrindən çıxarışdan (mexanikləşdirilmiş bölüyün şəxsi heyəti ilə “Sandcat”-dan məqbul və 1-ci nəzarət çalışmalarının keçirilməsi haqqında) görünür ki, döyüş hazırlığı planına əsasən, N mart N3-cü il tarixdən 31 mart N3-cü il tarixədək mexanikləşdirilmiş bölüyün döyüş maşın komandirləri, tuşlayıcı-operatorları və sürücüləri ilə “Sandcat” markalı döyüş maşınları ilə gündüz və gecə məqbul çalışmasının, gündüz 1-ci nəzarət çalışmasının N nömrəli hərbi hissəyə məxsus “Goran” Təlim Mərkəzində keçirilməsi planlaşdırılmışdır. 3N mart N3-cü il tarixdə, saat 17:N dəqiqədən NN1 nömrəli hərbi hissə komandanlığı tərəfindən N nömrəli hərbi hissəyə ötürülmüş telefonoqramadan görünür ki, hərbi hissənin mexanikləşdirilmiş bölüyünün təlim mərkəzinə çıxışı təlim mərkəzində keçiriləcək atış və sürücülük çalışmalarının zəif təşkil olunduğuna görə təlim mərkəzinə çıxışın müddəti N7 aprel N3-cü il tarixədək uzadılmışdır. N nömrəli hərbi hissə komandirinin N mart N3-cü il tarixli, 393 №-li əmrindən çıxarışdan görünür ki, döyüş hazırlığı planına əsasən, mexanikləşdirilmiş bölüyə məxsus “Sandcat” markalı, B-799 QQ, B-78N QQ, B-844 QQ və C-447 QQ hərbi qeydiyyat nişanlı zirehli döyüş maşınları N mart N3-cü il tarixdən 31 mart N3-cü il tarixədək şəxsi heyətləri ilə birlikdə X18 (“Goran-1” hərbi şəhərciyinə) çıxarılmışdır. N nömrəli hərbi hissə komandirinin N mart N3-cü il tarixli, 39N №-li əmrindən çıxarışdan görünür ki, X14 təlimə cəlb edilmiş mexanikləşdirilmiş bölüyün şəxsi heyətinin daşınması, təminatın çatdırılması üçün müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid3 təhkim olunmuş “MAZ-6317N8” markalı, B-836 QQ hərbi qeydiyyat nişanlı avtomobil sonuncunun idarəetməsi ilə N mart N3-cü il tarixdən 31 mart N3-cü il tarixədək X18 çıxışa çıxarılmışdır. N nömrəli hərbi hissə komandirinin N1 aprel N3-cü il tarixli, 429 №-li əmrindən çıxarışdan (mexanikləşdirilmiş bölüyün şəxsi heyəti ilə təlim mərkəzinə çıxışın təşkili və keçirilməsi haqqında) görünür ki, döyüş hazırlığı planına əsasən, N1 aprel N3-cü il tarixdən N7 aprel N3-cü il tarixə kimi mexanikləşdirilmiş bölüyün şəxsi heyəti ilə atış və sürücülük çalışmalarının yerinə yetirilməsi üçün N nömrəli hərbi hissənin “Goran-1” təlim şəhərciyinə çıxış planlaşdırılmış, təlim mərkəzinə çıxışın rəhbəri kapitan Şahid1 təyin olunmuşdur. N nömrəli hərbi hissə komandirinin N8 aprel N3-cü il tarixli, 1N8 №-li əmrindən çıxarışdan görünür ki, hərbi hissənin mexanikləşdirilmiş bölüyünün şəxsi heyəti həmin gün ezamiyyətdən (X12) hərbi hissəyə qayıtmışdır . N nömrəli hərbi hissə komandanlığı tərəfindən 2N aprel N4-cü il tarixli, 891 №-li müşayiət məktubu ilə təqdim olunmuş avtomobil xidməti üzrə hesabat-arayışdan görünür ki, kiçik çavuş Təqsirləndirilən şəxs “Sandcat” markalı, B-799 QQ hərbi qeydiyyat nişanlı zirehli döyüş maşını ilə N6 aprel N3-cü il tarixdə törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində maşının sağ ön farası, kapotu, sağ yan şüşələrin qoruyucu barmaqlığı və axtarış fənəri zədələnmişdir. "xxxx" Şirkətinin Azərbaycandakı Servis Mərkəzindən təqdim olunmuş, “Sandcat” markalı, B-799 hərbi qeydiyyat nişanlı döyüş maşınının hadisə nəticəsində zədələnmiş detallarının qiymətinə dair 24 aprel N4-cü il tarixli, 663 №-li arayışdan görünür ki, həmin döyüş maşınının hadisə nəticəsində zədələnmiş kapotunun qiyməti 2,23N.NN, sağ ön farasının qiyməti 2,N96.94, axtarış fənərinin qiyməti 4N6.NN və sağ yan şüşələrin qoruyucu barmaqlığının qiyməti 22N.31 olmaqla, ümumilikdə NNN8,2N ABŞ dolları təşkil etmişdir. “Şəki rayon mərkəzi xəstəxanası” X22 tərəfindən təqdim olunmuş 31 iyul N3-cü il tarixli, PHŞ-6-71/2-N31/N3 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şəki MRX-nın poliklinika şöbəsinin Narkoloji və Psixiatriya kabinetlərinə müraciət etməmiş və qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Ekologiya və Təbbi Sərvətlər Nazirliyi yanında Milli Hidrometerologiya Xidməti tərəfindən 3N dekabr N3-cü il tarixli, 3-14-2N/2-1943/ N3 №-li müşayiət məktubu ilə təqdim edilmiş arayışdan görünür ki, Goranboy meteroloji məntəqəsi üzrə N6 aprel N3-cü il tarixdə havanın faktiki temperaturu 16,N C, maksimal temperaturu isə 23,N C olmuş, yağış yağmış, yağıntının miqdarı N,8 mm qeydə alınmışdır. Aprel ayının NN-dən N7-si gündüzədək əsasən şimal və qərb rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə intensiv olacağı, şimşək çağacağı, dolu düşəcəyi, qərb küləyinin arabir güclənəcəyi, çaylarda sululuğun artacağı haqqında xəbərdarlıqlar tərtib olunaraq əlaqədar təşkilatlara göndərilmişdir. NN1 nömrəli hərbi hissə komandirinin N7 sentyabr N1-ci il tarixli, NN6 əç №-li əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxsi səciyyələndirən hallar aydınlaşdırılarkən müəyyən edilmişdir ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin mexanikləşdirilmiş bölüyünün 3-cü mexanikləşdirilmiş tağımının 1-ci mexanikləşdirilmiş manqasının döyüş maşın komandiri, tuşlayıcı-operatoru vəzifəsinə təyin edildiyinə görə N nömrəli hərbi hissə komandirinin 2N sentyabr N1-ci il tarixli, 27N №-li əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmişdir. N nömrəli hərbi hissə komandirinin N aprel N4-cü il tarixli, 114 №-li əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs NN1 nömrəli hərbi hissə komandirinin N mart N4-cü il tarixli, N21 əç №-li əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 1N6-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə) müvafiq olaraq ehtiyata buraxıldığından hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmışdır. DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş NN sentyabr N3cü il tarixli, 9473 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs sıradankənar hərbi xidmətə yararlıdır. N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xidmət yeri üzrə mənfi xarakterizə edilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliknikasının xx.xx.NN-ci il tarixli 1633N nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs “Sol dizin kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı. Gərginlik baş ağrısı. İkincili hissəvi adentiya” dioqnozlu xəstəlikdən əziyyət çəkir. N79 saylı hərbi hissə tərəfindən verilmiş xx.xx.N1-ci il tarixli 9N3 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Tərtər rayonunun Cəmilli kəndində yerləşən təlim sahəsində tüstü şaşkasını açan zaman naməlum səkildə partlayış nəticəsində xəsarət almışdır. Nəticədə “Partlayıs travması (xx.xx.N1) nəticəsində sağ əlin ovuc səthinin tenar nahiyəsinin və İ-İİ barmaqarası sahənin cırılmıs yarasına” diaqnozu ilə xəsarət almısdır. Müdafiə Nazirliyinin Baş Kliniki Hospitalının psixiatriya bölməsinin xx.xx.N3-cü il tarixli 4137 nömrəli xəstəlik tarixinin surətindən görünür ki, çavuş Təqsirləndirilən şəxs «sağalma ilə nəticələnmiş dissosiativ reaksiya. Çoxsaylı kariyes. Sağ gözün makulopatiyası nəticəsində görmə itiliyinin N.6-a qədər azalması, korreksiya etmir. Sol gözün görmə itiliyi 1,N olmaqla. Gərginlik tip baş ağrısı» dioqnozlu xəstəlikdən əziyyət çəkir. 7N1 saylı hərbi hissənin xx.xx.N3-cü il tarixli 288N nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.N3-cü il tarixdə Ağdərə rayonu istiqamətində gedən döyüslər zamanı düşmənin atəşi nəticəsində “Barotravma. Qapalı kəllə beyin travması” xəsarətini almışdır. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliknikasının xx.xx.N3-cü il tarixli 1N326 nömrəli aktın surətindən görünür ki, çavuş Təqsirləndirilən şəxs zəif görmədən, baş ağrısından, yuxu pozulmasından, baş gicələnmədən, yuxusuzluqdan, əsəbilikdən şikyatələnmiş, xx.xx.NN-ci li tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı İncəçay ərazisində mərmi partlayışı nəticəsində “Barotravma. Sol baldırın yuxarı 1/3-nin kor qəlpə yaralanması” xəsarəti almışdır, əsas: (N79 nömrəli hərbi hissənin komandiri tərəfindən təqdim ədilən 12/NN-ci ii tarixli 2476 nömrəli travma haqqında arayışı). 2N.N9 N3-cü il tarixdə Ağdərə rayonu istiqamətində gedən döyüşlər zamanı düşmənin atəşi nəticəsində “Barotravma. Qapalı kəllə-beyin travması" xəsarətini almışdır, əsas: (N nömrəli hərbi hissə komandiri tərəfindən təqdim edilən xx.xx.N3-cü il tarixli 288N nömrəli travma haqqında arayış). xx.xx.N3-xx.xx.N3-cü il tarixədək Ağdaş Rayon Mərkəzi Xəstəxanasında "Qapalı kəllə beyin travması” diaqnozu ilə stasionar müalicədə olmuşdur, hhk-nın qərarına görə keçirilmiş qapalı kəllə-beyin travması. Baş beyin silkələnməsindən sonrakı vəziyyət. Sol baldırın yuxarı 1/3-nin kor qəlpə yaralanmasına (NN) görə aparılmış yaranın birinci cərrahi işlənməsindən sonrakı tərkimiş dəri çapığı. Sol baldırın yumşaq toxumaların yad cismi (metal qəlpə) hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Hazırda psixi sağlam. Anamnezində dissosiativ reaksiya. Sağ gözün makulopatiyası nəticəsində görmə itiliyinin N,6-a qədər azalması, korreksiya etmir. Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. Xəstəliklər cədvəlinin N maddəsinin İİİ qrafasına və ƏTC-yə əsasən Hərbi xidmətə müvəqqəti yararsız hesab edilmiş, xəstəliyinə görə 1N (on beş) gün məzuniyyət verilməsi bildirilmiş, məzzuniyət muddəti bitdikdən sonra təkrar şəhadətləndirilməsi məqsədə müvafiq hesab edilmişdir. N nömrəli hərbi hissə tərəfindən tərtib olunmuş xx.xx.N4-cü il tarixli 14N2 nömrəli aktın surətindən görünür ki, çavuş Təqsirləndirilən şəxs (Hərbi həkim komissiyasının qərarı ilə (Arayış №-1N326) “keçirilmiş qapalı-kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı vəziyyət) psixoloji vəziyyəti ilə bağlı onunla xx.xx.N4-cü il tarixdə komissiya tərkibində söhbət aparılmış, o, 19 sentyabr antiterror əməliyyatları zamanı Ağdərə istiqamətində gedən antiterror əməliyyatları zamanı düşmənin “artilleriya atəşi” nəticəsində xəsarət almışdır. Onda diqqət dağınıqlığı, yuxu pozğunluğu, sağ gözündə ağrılar, alabulanıq görmə, mütəmadi olaraq dərmanlardan istifadə edir, əllərində əsmələrin olduğunu bildirir, sağ əlin baş barmağı qatlanmır, əsəbləşəndə dili qatlanır, sudurqa keçirir. Yorğunluq, özündən asılı olmadan əsəbi-psixi gərginlik əlamətlərindən əziyyət çəkir. Qeyriadevkat davranışlar sərgiləyir, sıralara çıxa bilmir, daima şiddətli baş ağrılarından şikayətlənmiş, komissiya yuxarıda göstərilənləri nəzərə alaraq, çavuş Təqsirləndirilən şəxs ixtisaslı psixonevroloqun (nevropotoloq, psixiatr) müayinəsinə təqdim edilməsini zəruri hesab etmişdir. 23N nömrəli hərbi hissənin köçürmə epikirizindən görünür ki, N nömrəli hərbi hissəsin MAHHXHQ Təqsirləndirilən şəxs xx.xx.N3-cü il tarixindən xx.xx.N3-cü il tarixədək “Avtoqəza (xx.xx.N3), bədənin ümumi küt travması, yumşaq toxumaların əzilməsi, sol təpə nahiyyəsinin çapılmış yarası" diaqnozu ile 23N nömrəli hərbi hissənin Travmatologiya bölməsində stasionar müayinə və müalicədə olmuşdur. 7N1 saylı hərbi hissənin xx.xx.N4-cü il tarixli 73N nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Müdafiə Nazirliyinin Baş Kliniki Hospitalına nevropatoloqun və psixiatrın baxışına göndəriş əsasında göndərilmişdir. Bərdə şəhərində yerləşən Qarabağ Klinikasının arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.N4-cü il tarixdə həmin klinikaya müraciət etmiş, həmin şəxsin psixi problemləri və öz bildirdiyinə görə ayağında qəlpə yarası olduğuna görə MRT müayinəsindən keçə bilməmişdir. Akademik M.C.Cavad-Zadə adına Respublika klinik uroroloji xəstəxana tərəfindən verilmiş xx.xx.N2-ci il tarixli səhhətin müayinə aktından görünür ki, Təqsirləndirilən şəxs 2N16-cı il təvəllüdlü oğlu Fərid Nəcəfzadə «X1 X2, Xroniki Pielonefrit, X3» diaqnozlu xəstəlikdən əziyyət çəkir. Bakı şəhərində yerləşən “Medıstyle” hospital tərəfindən verilmiş xx.xx.2N17-ci il tarixli xəstəlik tarixindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2N16-cı il təvəllüdlü oğlu Fərid Nəcəfzadəyə antibakterial, infuzion və iltihab əleyhinə müalicə tətbiq olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasının M/V 133337 nömrəli vəsiqəsinin kserosurətindən görünür ki, Nəcəfov X7 Veteranıdır. N7Nt nömrəli xx.xx.2N19-cu il tarixli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Ordusunun 1NN illiyi medalı ilə təltif edilmişdir. İ-1N9N nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin xx.xx.NN-ci il tarixli 2368 nömrəli Sərancamı ilə “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İ-1N9N nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N2-ci il tarixli 2NN s nömrəli Sərancamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. İ-1274 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin xx.xx.NN-ci il tarixli 23N3 nömrəli Sərancamı ilə “Cəsur döyüşçü” medalı ilə təltif edilmişdir. İ-1N68 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin xx.xx.N1-ci il tarixli 272N nömrəli Sərancamı ilə “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilmişdir. Məhkəmə çıxışları zamanı dövlət ittihamçısının Təqsirləndirilən şəxs N1 (bir) il N6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi təklifi ilə bağlı zərərçəkmiş şəxsin nümayəndəsi razılaşmayaraq məhkəmədən Təqsirləndirilən şəxs qarşı hərbi hissənin mülki iddiası olmadığını, Təqsirləndirilən şəxs N günlük Vətən müharibəsində və 19-2N sentyabr antiterror əməliyyatlarında iştirak etməsini, döyüşlər zamanı yaralanaraq kontuziya almasını, bundan başqa hadisə zamanı da baş nahiyyəsində xəsarət almasını, həmçinin hərbi xidmətdən ehtiyata tərxis olunmasını, ailəli olmaqla ailəsinin onun əməyinə ehtiyacı olmasını, himayəsində 2 azyaşlı uşğağının olmasının nəzərə alınaraq və müdafiə tərəfinin çıxışı ilə razılaşaraq onu aşağı həddə cərimə cəzasına məhkum edilməsini xahiş etmişdir. Müdafiəçi məhkəmə çıxışı zamanı məhkəmədən Təqsirləndirilən şəxs gənc olmasını, zərərçəkmiş şəxsin nümayəndəsinin Təqsirləndirilən şəxs qarşı heç bir şikayətinin olmamasının, N günlük Vətən müharibəsində və 19-2N sentyabr antiterror əməliyyatlarında iştirak etməsini, döyüşlər zamanı yaralanaraq kontuziya almasını, «Suqovuşanın azad olunmasına görə», «Cəsur döyüşçü», «Döyüşdə fərqlənməyə görə» və «Vətən Müharibəsi iştirakçısı», «Azərbaycan Ordusunun yaranmasının 1NN illiyi» ilə bağlı medallarla təltif olunmasının, bundan başqa hadisə zamanı da baş nahiyyəsindən xəsarət almasının, həmçinin hərbi xidmətdən ehtiyata tərxis olunmasının, ailəli olmaqla ailəsinin onun əməyinə ehtiyacı olmasını, himayəsində böyrəkçatışmazlığından əziyyət çəkən xəstə azyaşlı uşğağının olmasının, ona azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğu halda xəstə övladının müalicə müəssisəsinə aparmasında məhdudiyyətlər olmasının nəzərə alınaraq barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının aşağı həddən də az yəni, 2NN manat məbləğində cərimə cəzasına məhkum edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs son sözündə müdafiəçinin fikri ilə razı olduğunu bildirmişdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini və sənədləri Azərbaycan Respublikası CPM-nin (bundan sonra CPM-nin) 124-137-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları həmin məcəllənin 143-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 18N.2.4-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmiş və bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, o, göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzaya məruz qalmalıdır. Məhkəmə hesab edir ki, onun cəzadan azad edilməsinə əsaslar yoxdur və bu maddə ilə təqsirli bilinərək cərimə cəzası ilə cəzalandırılması cəzanın məqsədinə nail olmaq üçün və Təqsirləndirilən şəxs islah olunaraq, sosial ədalətin bərpa olunması üçün kifayətdir. Məhkəmə cəza təyin edərkən CM-nin 8.1, 41.2, N8-62-ci maddələrinin müddəalarını rəhbər tutur. Həmin məcəllənin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilir. Həmin Məcəllənin N8.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi təqsirkarın şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdırılan hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin məcəllənin N9.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu məcəllənin N9.1.1-N9.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2N iyun 2NN3-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təyin edilən cinayət cəzası Azərbaycan Respblikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun gənc olmaqla, ilk dəfə az ağır cinayət əməli törətməsini, törətdiyi cinayəti səmimi etiraf edərək əməlindən peşman olmasını, hadisədən sonra zərərçəkmiş şəxsin nümayəndəsi ilə barışıq əldə etməsini və ondan şikayəti olmayaraq, dəymiş ziyanla bağlı mülki iddia irəli sürməməsini, N günlük Vətən Müharibəsinin iştirakcısı olaraq, xx.xx.NN-ci li tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı İncəçay ərazisində mərmi partlayışı nəticəsində “Barotravma. Sol baldırın yuxarı 1/3-nin kor qəlpə yaralanması” xəsarəti almasını, xx.xx.N3-cü il tarixdə son antiterror əməliyyatı zamanı Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə düşmənin atəşi nəticəsində “Barotravma. Qapalı kəlləbeyin travması" xəsarətini aldıqdan sonra baş ağrısından, yuxu pozulmasından, baş gicələnmədən, yuxusuzluqdan, əsəbi olmasını, sağ gözündə ağrılar, alabulanıq görmə, mütəmadi olaraq dərmanlardan istifadə etməsini, əllərində əsmələrin olmasını, sağ əlin baş barmağı qatlanmaamasını, əsəbləşəndə dilinin qatlanaraq sudurqa keçirməsini, əsəbipsixi gərginlik əlamətlərindən əziyyət çəkməsini, hazırda ixtisaslı psixonevroloqun müalicəsinə ehtiyacı olmasını, həmçinin hadisə nəticəsində kəllə nahiyyəsində xəsarət alaraq əməliyyat olunmasını, döyüşlərdə fəallıq göstərdiyinə görə «Suqovuşanın azad olunmasına görə», «Cəsur döyüşçü», «Döyüşdə fərqlənməyə görə» və «Vətən Müharibəsi iştirakçısı», «Azərbaycan Ordusunun yaranmasının 1NN illiyi» ilə bağlı medallarla təltif olunmasını, hadisədən sonra digər qanun pozuntusu törətməməsini, hazırda hərbi xidmətdən ehtiyata tərxis olunmasını, himayəsində azyaşlı uşağının olmasını və azyaşlı övladının böyrək çatışmamazlığından əziyyət çəkərək müalicəyə ehtiyacı olmasını, özünün fərdi əməklə məşğul olub dəymiş ziyanı ödəməyə hazır olduğunu, hal-hazırda özünün və ailəsinin səhhəti ilə müalicəyə ehtiyyacı olduğundan müvəqqəti işləməməsini bildirməsini CM-nin N9-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir və nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Adı çəkilən Plenum Qərarının 1-ci maddəsinə görə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs ittiham olunduğu CM-nin 18N.2.4-cü maddəsinin sanksiyasında üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə yuxarıda sadalananları, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların məcmusunu müstəsna hallar kimi qəbul edərək, hesab edir ki, Təqsirləndirilən şəxs şəxsiyyətinin ictimai təhlükəliliyi əhəmiyyətli dərəcədə azalmışdır və bu səbəbdən, həmçinin onun özünün və himayəsində olan böyrək çatışmamazlığından əziyyət çəkən azyaşlı övladının Respublikanın müxtəlif ərazilərində yerləşən müalicə müəssisələrində müalicə olunmasında məhdudiyyətlər yaranmamasından ötrü onun barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsinə lüzum görmür. Bundan başqa məhkəmə, həm dövlət ittihamçısının və zərərçəkmiş şəxsin nümayəndəsinin, həm də müdafiə tərəfinin məhkəmə çıxışı zamanı fikirlərini, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hallar kimi qəbul edilməsini, habelə Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilən həddə cərimə cəzası təyin edildiyi halda da həmin cəzanın onun ailəsinin həyat şəraitinə mənfi təsirini, və bununla da zərərcəkimş şəxsin nümayəndəsinin və müdafiəçinin fikri ilə qismən razılaşaraq, ədalət və humanizm prinsiplərinə əsaslanaraq hesab edir ki, cəzanın məqsədlərinə nail olunması üçün Təqsirləndirilən şəxs barəsində CM-nin 62-ci maddəsi tətbiq edilərək onun islah olunması üçün təqsirli bilindiyi CM-nin 18N.2.4-cü maddəsinin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cərimə cəzasının təyin edilməsi kifayətdir. CM-nin 62.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsində göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrıayrı hallar, həm də bu cür halların məcmuyu müstəsna hal hesab edilə bilər. Cinayət Məcəllənin 89.1-ci maddəsinin tələbinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. CPM-inin 183.1-ci maddəsinin tələbinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Məhkəmə, CPM-inin 346.1.17-ci maddəsinin tələbləri baxımından mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmadığı məsələsinin necə həll edilməli olduğuna baxaraq, belə nəticəyə gəlir ki, həmin Məcəllənin 89.1-ci maddəsinin tələbinə görə hazır ki, iş üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olmuş, iş üzrə N (səkkiz min beş yüz on dörd) manat məbləğində maddi ziyan müəyyən edilmiş, lakin maddi ziyanın cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə mülki iddiaçı qismində tanınması ilə bağlı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək N nömrəli hərbi hissə tərəfindən məhkəməyə verilməmişdir. N nömrəli hərbi hissəyə Azərbaycan Respublikasının mülki qanunvericiliyi qaydasında mülki iddia verilməsi ilə bağlı hüququnun olması izah edilməlidir. Məhkəmə, CPM-inin 346.1.19-cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olduğuna baxaraq, belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış hazırda təmirlə əlaqədar "xxxx" Şirkətinin Azərbaycandakı Servis Mərkəzində saxlanılan «Sandcat» markalı, B 799 QQ hərbi qeydiyyat nişanlı zirehli döyüş maşını istifadəyə yararlı vəziyyətə gətirilərək hökm qanuni qüvvəyə mindikdən sonra N nömrəli hərbi hissənin istifadəsinə verilməlidir. Hökmün bu hissədə icrası N nömrəli hərbi hissə komandanlığına və "xxxx" Şirkətinin Azərbaycandakı Servis Mərkəzinin rəhbərliyinə həvalə edilməlidir. İş üzrə mülki iddia olmadığından xüsusi müsadirə olunması təklif edilən, Təqsirləndirilən şəxs adına ümumi birgə mülkiyyət hüququ qeydə alınmış Şəki rayonunun Oxut kəndində yerləşən 1,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin özgəninkiləşdirilməsinin məhdudlaşdırılmasından ötrü görülmüş tədbirlər ləğv edilməlidir. Məhkəmə CPM-nin 346.1.21-ci maddəsinin tələbi baxımından məhkəmə xərclərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələyə də baxaraq, belə nəticəyə gəlir ki, iş üzrə keçirilmiş 33N (üç yüz otuz) manat ekspertiza tədqiqatlarının dəyəri Təqsirləndirilən şəxs alınıb Dövlət büdcəsinə keçirilməlidir. Hökmlə Təqsirləndirilən şəxs təyin ediləcək cərimə cəzasının və ekspertiza tədqiqatlarının dəyərinin icrası Şəki rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. CPM-nin 346.1.2N-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə məhkəmə xərcləri: Tərtər rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə istintaqı zamanı sərf etdiyi 12 (on iki) iş saatlıq hüquqi yardıma görə saatı 6 manatdan hesablanmaqla ona 72 (yetmiş iki) manat dövlət büdcəsi hesabına vəkil Müdafiəçi ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 344-3N4-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 18N.2.4-cü maddəsi ilə təqsirli bilinsin və barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə 8NN (səkkiz yüz əlli) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri ləğv edilsin. İş üzrə 8 N14 (səkkiz min beş yüz on dörd) manat məbləğində maddi ziyan müəyyən edilsin və N nömrəli hərbi hissəyə Azərbaycan Respublikasının mülki qanunvericiliyi qaydasında mülki iddia verilməsi ilə bağlı hüququnun olması izah edilsin. İş üzrə maddi sübut kimi tanınmış hazırda təmirlə əlaqədar "xxxx" Şirkətinin Azərbaycandakı Servis Mərkəzində saxlanılan «Sandcat» markalı, B 799 QQ hərbi qeydiyyat nişanlı zirehli döyüş maşını istifadəyə yararlı vəziyyətə gətirilərək hökm qanuni qüvvəyə mindikdən sonra N nömrəli hərbi hissənin istifadəsinə verilsin. Hökmün bu hissədə icrası N nömrəli hərbi hissə komandanlığına və "xxxx" Şirkətinin Azərbaycandakı Servis Mərkəzinin rəhbərliyinə həvalə edilsin. İş üzrə xüsusi müsadirə olunması təklif edilən, Təqsirləndirilən şəxs adına ümumi birgə mülkiyyət hüququ qeydə alınmış Şəki rayonunun Oxut kəndində yerləşən 1,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin özgəninkiləşdirilməsinin məhdudlaşdırılmasından ötrü görülmüş tədbirlər ləğv edilsin. İş üzrə keçirilmiş 33N (üç yüz otuz) manat ekspertiza tədqiqatlarının dəyəri Təqsirləndirilən şəxs alınıb Dövlət büdcəsinə keçirilsin. Hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzasının və ekspertiza tədqiqatlarının dəyərinin icrası Şəki rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə məhkəmə xərcləri: Tərtər rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə istintaqı zamanı sərf etdiyi 12 (on iki) iş saatlıq hüquqi yardıma görə saatı 6 manatdan hesablanmaqla 72 (yetmiş iki) manat dövlət büdcəsi hesabına vəkil Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu gündən 2N (iyirmi) gün müddətə Tərtər Hərbi Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: İlqar Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar