Azərbaycan Respublikası adından HÖKM Tərtər rayonu İş № 1-1(098)-133/2025 13.11.2025 TƏRTƏR HƏRBİ MƏHKƏMƏSİ Tərtər Hərbi Məhkəməsinin hakimi Şəfiyeva Könül Səməd qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Tərtər Rayon Vəkil Bürosunun müdiri vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxx 1994-cü il tarixdə Samux rayonunun Sərkər kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Samux rayonunun Sərkər kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, AR Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq giziri, xx.xx.N0N5-ci il tarixdə hərbi xidmətdən ehtiyata buraxılmış, hazırda işsiz Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına Tərtər Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Yusifov X4 Nazirliyinin Yevlax rayonunun Aran qəsəbəsinin ərazisində dislokasiya olunmuş N nömrəli hərbi hissənin maddi-texniki təminat bölüyünün avtomobil tağımının komandiri vəzifəsində gizir hərbi rütbəsində xidmətdə olarkən N5 avqust N0N5-ci il tarixdə saat 08:00-da xidmət yerinə gəlməli olduğu halda N sentyabr N0N5-ci il tarixdə saat 08:00-da xidmət yerinə gələrək gizir hərbi rütbəsində xidmətdə olan hərbi qulluqçu kimi üzrlü səbəblər olmadan on gündən artıq, lakin bir aydan çox olmayan müddətə xidməti yerinə vaxtında qayıtmamışdır. Qeyd edilən əmələ görə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat açılaraq məhkəməyə verilmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs, Təqsirləndirilən şəxs məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət qanunu ilə nəzərdə tutulan əməli törətməkdə özünü təqsirli bildi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, o, N nömrəli hərbi hissənin maddi-texniki təminat bölüyünün avtomobil tağımının komandiri vəzifəsində, gizir hərbi rütbəsində hərbi xidmətdə olarkən, N5 avqust N0N5-ci il tarixdə saat 08:00 radələrində xidmət yerinə gəlməli olduğu halda N sentyabr N0N5-ci il tarixdə saat 08:00 radələrində xidmət yerinə qayıtmışdır. Onun xidmət yerinə gəlməməyinə səbəb ailəsində şəxsi problemlərinin olması, aldığı aylıq pul təminatının onu qane etməməsi və borclarının çox olması ilə əlaqədar olmuşdur. Bundan başqa, o, həmin səbəblərdən ordu sıralarından ehtiyata buraxılmaq istəmiş və xx.xx.N0N5-ci il tarixdə ehtiyata buraxılmışdır. Əvvəllər də dəfələrlə xidmət yerinə gəlməməsi halları olmuşdur. Bunlara da səbəb onun ailəsində şəxsi problemlərinin olması, aldığı aylıq pul təminatının onu qane etməməsi və borclarının çox olmasıdır. Xidmət etdiyi müddət ərzində ona qarşı nizamnamədən kənar münasibət göstərən olmamışdır. İlk dəfədir ki, cinayət əməli törətmişdir. Hazırda törətdiyi əməldən çox peşmandır. Ailədə yeganə qazanc gətirə biləcək şəxsdir. Hazırda işsizdir və iş axtarışındadır. Ona görə də bütün bunların nəzərə alınmasını və ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş, N nömrəli hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, N nömrəli hərbi hissənin maddi-texniki təminat bölüyünün komandiri baş leytenant XN N5 avqust N0N5-ci il tarixdə raportla hərbi hissə komandirinə müraciət edərək maddi-texniki təminat bölüyünün avtomobil tağımının komandiri gizir Təqsirləndirilən şəxs həmin gün saat 08:00-da xidmət yerinə gəlməməsi barədə məlumat vermiş və faktla bağlı araşdırma təyin edilməsini xahiş etmişdir. Bununla bağlı, hərbi hissədə xidməti araşdırma aparılmışdır. Müəyyən olunmuşdur ki, gizir Təqsirləndirilən şəxs N sentyabr N0N5-ci il tarixdə saat 08:00-da xidmət yerinə qayıtmış, ilkin izahatı alınmış və toplanmış sənədlərə əsasən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 333.3-cü maddəsinin tərkib əlamətləri müəyyən olunduğundan Azərbaycan Respublikası Müdafiə nazirinin N4 dekabr N0NN-ci il tarixli N4 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Ordusunda xidməti araşdırmaların, ilkin yoxlamanın və təhqiqatın aparılması Qaydaları»nın 3.N4.4.4-cü bəndinin tələbinə əsasən toplanmış xidməti araşdırma materialı ilkin yoxlamanın aparılması məqsədilə 9-cu Təhqiqat bölməsinə göndərilmişdir. X7 xidmət yerinə gəlməməsi ilə bağlı təhqiqat bölməsinə izahat verən zaman prosesdə o da iştirak etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs şəxsi və ailə problemlərinin olmasını, buna görə də xidmət etməkdə çətinlik çəkdiyini, həmçinin ordu sıralarından tərxis olunmaq istədiyini bildirmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N5-ci il tarixli əmri ilə Təqsirləndirilən şəxs ordu sıralarından təxris edilmişdir. Odur ki, onun barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, əmrdən çıxarışları, raportları, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir və nəzərə alır. Belə ki, iş materiallarında olan N nömrəli hərbi hissənin maddi-texniki təminat bölük komandirinin N5 avqust N0N5-ci il tarixli raportundan görünür ki, gizir Təqsirləndirilən şəxs N5 avqust N0N5-ci il tarixdə saat 08:00-da xidmət yerinə gəlməmişdir. Gizir Təqsirləndirilən şəxs hərbi hissəni özbaşına tərk edənlərin siyahısına salınması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması xahiş edilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissənin maddi-texniki təminat bölük komandirinin N sentyabr N0N5-ci il tarixli raportundan görünür ki, gizir Təqsirləndirilən şəxs N sentyabr N0N5-ci il tarixdə saat 08:00-da xidmət yerinə gəlmişdir. Gizir Təqsirləndirilən şəxs hərbi hissəni özbaşına tərk edənlərin siyahısından çıxarılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması xahiş olunmuşdur. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N5 avqust N0N5-ci il tarixli N55 nömrəli əmrindən çıxarışdan görünür ki, gizir Təqsirləndirilən şəxs N5 avqust N0N5-ci il tarixdə saat 08:00-da xidmət yerinə gəlmədiyi üçün xidmət yerini özbaşına tərk etmiş hesab edilərək bütün növ təminatları dayandırılmışdır. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N sentyabr N0N5-ci il tarixli N66 nömrəli əmrindən çıxarışdan görünür ki, N5 avqust N0N5-ci il tarixdə saat 08:00-da xidmət yerinə gəlməyən gizir Təqsirləndirilən şəxs N sentyabr N0N5-ci il tarixdə saat 08:00 radələrində xidmət yerinə gəlmiş hesab edilərək bütün növ təminatlara qoyulmuşdur. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N iyun N0N3-cü il tarixli 171 nömrəli əmrindən çıxarışdan görünür ki, gizir Təqsirləndirilən şəxs «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 36.1.3-cü və 38.1.4-cü maddələrinə və «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 38-ci maddəsinin «v» bəndinə və 54-cü maddəsinə müvafiq olaraq maddi-texniki təminat bölüyünün avtomobil tağımının (döyüş sursatı, ərzaq, əşya, yanacaq və hərbi-texniki əmlak daşıyan) vəzifəsinə təyin edildiyinə görə xidmətini davam etmək üçün N iyun N0N3-cü il tarixdən N nömrəli hərbi hissədən (Tərtər rayonu) gəlmiş hesab edilərək həmin tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilib bütün növ təminatlara qoyulmuşdur. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N oktyabr N0N5-ci il tarixli N97 nömrəli əmrindən çıxarışdan görünür ki, gizir Təqsirləndirilən şəxs «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «e» bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hesab edilərək N oktyabr N0N5-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon şöbəsinə göndərilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissə komandanlığı tərəifndən verilmiş xidməti xasiyyətnamə ilə gizir Təqsirləndirilən şəxs xidmət yeri üzrə mənfi cəhətdən xarakterizə olunmuşdur. İş materiallarında olan N nömrəli hərbi hərbi hissə komandanlığı tərəfindən verilmiş xidmət vərəqəsindən görünür ki, gizir Təqsirləndirilən şəxs xidmət müddəti ərzində üç dəfə həvəsləndirilmiş və doqquz dəfə intizam qaydasında cəzalandırılmışdır. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N3 oktyabr N0N5-ci il tarixli ərizəsindən görünür ki, rəhbərlik etdiyi N nömrəli hərbi hissənin maddi-texniki təminat bölüyünün avtomobil tağımının komandiri gizir Təqsirləndirilən şəxs N5 avqust N0N5-ci il tarixdən N sentyabr N0N5-ci il tarixədək olan müddətlərdə xidmət yerinə vaxtında gəlməməsi faktı ilə bağlı təhqiqatın məhkəməyədək sadələşdirilmiş icraat qaydasında aparılmasına razıdır, heç bir etirazı və vəsatəti yoxdur. Ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs N3 oktyabr N0N5-ci il tarixli ərizəsindən görünür ki, barəsində toplanmış material üzrə təhqiqatın məhkəməyədək sadələşdirilmiş icraat qaydasında aparılmasına razıdır, heç bir etirazı və vəsatəti yoxdur. Ərizənin nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 30 oktyabr N0N5-ci il tarixli 3-13-1N-1/N-Y-N344xx/xx/N0N5 nömrəli arayışdan görünür ki, Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən xx xxxxxx 1994-cü il tarixdə Azərbaycan Respublikasında anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin maddi-texniki təminat bölüyünün avtomobil tağımının komandiri vəzifəsində gizir hərbi rütbəsində xidmətdə olarkən N5 avqust N0N5-ci il saat 08:00-dan N sentyabr N0N5-ci il saat 08:00-dək heç bir üzrlü səbəblər olmadan xidmət yerinə gəlməyərək ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsi, habelə işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edildi. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Yusifov X4 Nazirliyinin Yevlax rayonunun Aran qəsəbəsinin ərazisində dislokasiya olunmuş N nömrəli hərbi hissənin maddi-texniki təminat bölüyünün avtomobil tağımının komandiri vəzifəsində gizir hərbi rütbəsində xidmətdə olarkən N5 avqust N0N5-ci il tarixdə saat 08:00-da xidmət yerinə gəlməli olduğu halda N sentyabr N0N5-ci il tarixdə saat 08:00-da xidmət yerinə gələrək gizir hərbi rütbəsində xidmətdə olan hərbi qulluqçu kimi üzrlü səbəblər olmadan on gündən artıq, lakin bir aydan çox olmayan müddətə xidməti yerinə vaxtında qayıtmamışdır. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 333.3-cü maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.N və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3–cü maddəsində nəzərdə tutulmuş cinayət əməli “böyük ictimai təhlükə törətməyən” olmaqla, zabitin, gizirin, miçmanın, müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçunun və ya kontrakt üzrə xidmət edən şəxsin hissəni və ya xidmət yerini özbaşına tərk etməsi, habelə üzürlü səbəblər olmadan xidmət yerinə vaxtında qayıtmaması on gündən artıq, lakin bir aydan çox olmayaraq törədilməklə qəsdən törədilən cinayətdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə əsaslanaraq cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.N–ci maddəsinə əsaslanaraq, AR ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsini onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Belə ki, işdə olan Elektron Məhkəmə İnformasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində N7 fevral N0N1-ci il tarixdə doğulmuş X3 adlı bir azyaşlı uşağı vardır. İşdə olan N nömrəli hərbi hissə tərəfindən verilmiş arayışdan görünür ki, N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu gizir Təqsirləndirilən şəxs N0N3-cü il tarixdə lokal tipli antiterror əməliyyatlarında iştirak etmişdir. İşdə olan N nömrəli hərbi hissə komandirinin N sentyabr N0N3-cü il tarixli N58 nömrəli əmrindən çıxarışdan görünür ki, N nömrəli hərbi hissə komandirinin N sentyabr N0N3-cü il tarixli sərəncamına əsasən gizir X5 döyüş tapşırığını yerinə yetirmək üçün Ağdam rayonunun Tağıbəyli kəndinə cəmləşmə rayonuna getmiş hesab olunmuşdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilmiş cəzasını ağırlaşdırıcı hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N5 iyun N003-cü il tarixli, 4 saylı Qərarının 1-ci maddəsinə görə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin N və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın N-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının N9-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 1N yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. AR CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.N-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət qanunun ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ittiham olunduğu CM-nin 333.3-cü maddəsinin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Cinayət qanunun ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hərbi xidmətdən ehtiyata buraxıldığından, yəni hazırda hərbi qulluqçu olmadığından, ona hərbi xidmət üzrə məhdudlaşdırma cəzası təyin edilə bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N5 iyun N003-cü il tarixli 4 nömrəli Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, qanunun qeyd edilən müddəalarına cinayət qanunun ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində müəyyən edilmiş cəzanı yüngülləşdirilən halların məcmusunu, cəzasının ağırlaşdıran halların olmamasını nəzərə alaraq Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsində nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının onun əməlinin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə uyğun olmamaqla ağır olması qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 6N-ci maddəsinə əsasən cinayətin məqsəd və motivi, təqsirkarın cinayət törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin maddənin 6N.N-ci maddəsində göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ailə və sosial vəziyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, ordu sıralarından ehtiyata buraxıldığından onun törətdiyi cinayətin ictimai təhlükəliliyinin əhəmiyyətli dərəcədə azalmasını, həmçinin dövlət ittihamçısının öz çıxışında Təqsirləndirilən şəxs cəza təyin edilərkən CM-in 6N-ci maddəsinin tətbiq edilməsi ilə bağlı fikirlərini nəzərə alaraq hesab edir ki, ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi onun özünü və ailəsini ciddi məhrumiyyətlərə düçar edə bilər, nəticədə həmin cəza məhkumun islah olunmasına xidmət edə bilməz. Bu baxımdan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların məcmusu müstəsna hal kimi qiymətləndirilməli və ona təqsirli bilindiyi AR CM-nin 333.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzası deyil, həmin cəzadan daha yüngül cəza növü, yəni cərimə növündə cəzanı onun əmlak vəziyyəti nəzərə alınmaqla aşağı miqdarda təyin etməklə cəzanın məqsədinə, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. AR CM-nin 44.1-ci maddəsinə əsasən cərimə cəzası bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Həmin Məcəllənin 44.N-ci maddəsinə əsasən cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla iyirmi min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən on mislinədək miqdarda, habelə cinayətin predmetinin dəyərinin yüz faizinədək miqdarda müəyyən olunur müəyyən olunur. Cinayət qanunun ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzasının icrası onun yaşayış yeri üzrə Samux Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. İş üzrə maddi sübut, ekspertiza xərci, maddi zərər, mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384.1 və 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 6N-ci maddəsi tətbiq edilməklə ona 500 (beş yüz) manat məbləğində cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzasının icrası onun qeydiyyat və yaşayış yeri üzrə Samux Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan N0 (iyirmi) gün müddətində Tərtər Hərbi Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya apellyasiya şikayəti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Könül Şəfiyeva
Məhkəmə qərarları › İş №1-1(098)-133/2025
Tərtər Hərbi Məhkəməsi Hökm — İş №1-1(098)-133/2025
13.11.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver