Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 1-1(098)-135/2024 11.07.2024 TƏRTƏR HƏRBİ MƏHKƏMƏSİ Tərtər Hərbi Məhkəməsinin sədri X12 oğlunun sədrliyi, Quliyeva Gülmira Şəmsəddin qızının katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Tərtər Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1985-ci il tarixdə İmişli rayonunun Məzrəli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali hərbi təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, məhkumluğu olmayan, cinayət edilən vaxt N nömrəli hərbi hissənin kəşfiyyat bölməsinin rəisi vəzifəsində xidmət etmiş, hazırda N nömrəli hərbi hissənin kəşfiyyat bölməsinin rəisi vəzifəsində mayor hərbi rütbəsində xidmət edir, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Tərtər Hərbi Məhkəməsinin inzibati binasında məhkəmə hazırıq iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin məhkəmə baxışı Tərtər Hərbi Məhkəməsinə aiddir. Aparılmış ibtidai araşdırma zamanı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinin kobud pozulması aşkar edilməmişdir. İş üzrə icraatın dayandırılması üçün əsaslar müəyyən olunmamışdır. İttiham aktının prosessual formasına riayət edilmişdir. Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi vəsatətlə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş əməllərə görə cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar CM-nin 73-1.2-ci maddəsinin tələbinə əsasən cinayət məsuliyyətindən azad edilməsini və həmin ittihamlar üzrə cinayət işinin icraatına xitam verilməsini xahiş etdilər. İş materiallarından görünür ki, istintaq orqanının mülahizəsinə görə Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, təkrarən öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin kəşfiyyat bölmə rəisi vəzifəsində mayor rütbəsində hərbi xidmətdə olarakən həmin hərbi hissənin Vətən Müharibəsi zamanı şəhid olmuş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluşqçusu kiçik çavuş X7 yas mərasimində iştirak edərkən sonuncunun atası Zərərçəkmiş şəxs ilə tanış olaraq münasibət yaratmış, 2021-ci ilin təxminən oktyabr ayında pula ehtiyacı olduğundan ona zəng edərək şəhid olan kəşfiyyat subyektlərinə ödənilən 32 640 (otuz iki min altı yüz qırx) manat məbləğində sığorta pulunu ala biləcəyini bildirib, onun xeyrinə hər hansı hərəkət etmək niyyəti olmadan, tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgə əmlakını, yəni Zərərçəkmiş şəxs pulunu ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə həmin məsələni həll etmək niyyəti olmadığı halda, guya sığorta pulunun ona uzun müddətə, yəni 4-5 ilə ödəniləcəyini bildirmiş, lakin tanışının köməkliyi ilə sığorta pulunun alınmasını tezləşdirməsini təmin edə biləcəyinə dair yalan vəd verib, həmin məsələnin həll edilməsi üçün tanışı olan şəxsə 1 000 (bir min) manat məbləğində pul verilməli olduğunu bildirərək Zərərçəkmiş şəxs aldatmış, onu dediklərinə inandıraraq həmin məbləğdə pulu verməyə razı salmış, 01 noyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs şəhid olan kəşfiyyat subyektlərinə ödənilən 32 640 (otuz iki min altı yüz qırx) manat məbləğində sığorta pulunu aldıqdan sonra, guya həmin məsələnin özü tərəfindən həll edilməsinə inandırıb 1 000 (bir min) manat məbləğində pulun Zərərçəkmiş şəxs tərəfindən 01 noyabr 2021-ci il tarixdə saat 12:05-də Goranboy şəhəri ərazisində yerləşən «Elmarket»də quraşdırılmış «kassam.az» ödəniş terminalı vasitəsilə özünün istifadəsində olmuş bank kartı hesabına göndərilməsinə nail olaraq, öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə özgənin əmlakını, yəni Zərərçəkmiş şəxs 1 000 (bir min) manat pulunu ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə və rütbədə hərbi xidmətdə olarkən 2021-ci ilin dekabr ayında etibarını qazandığı vətəndaş Zərərçəkmiş şəxs zəng edərək şəhid oğlu Sənan Miriyevə «X6» adının verilə biləcəyini deyib, yenidən onun xeyrinə hər hansı hərəkət etmək niyyəti olmadan, tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgə əmlakını, yəni Zərərçəkmiş şəxs pulunu ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə həmin məsələni həll etmək səlahiyyətinə malik olmadığı və həmin işin həllinə kömək etməyə real imkanı olmadığı halda Zərərçəkmiş şəxs guya Azərbaycan Respublikası Prezident Administrasiyasında işləyən tanışının köməkliyi ilə oğluna «X6» adının verilməsinin təmin edəcəyini, həmin məsələni həll edilməsi üçün tanışı olan şəxsə əvvəlcə 10 000 (on min) manat, «X6» adı verildikdən sonra isə yenidən 10 000 (on min) manat məbləğində pul verilməli olduğunu bildirərək Zərərçəkmiş şəxs aldatmış, onu dediklərinə inandıraraq həmin məbləğdə pulu verməyə razı salmaqla 2021-ci ilin dekabr ayında 10000 (on min) manat məbləğində pulu Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsi ərazisində Zərərçəkmiş şəxs nağd şəkildə alıb, sonuncunun pulunu ələ keçirməklə verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək təkrarən özqulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Təqsirləndirilən şəxs hazırlıq iclasında bildirdi ki, o, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş, dəymiş ziyan aradan qalxmışdır. Məhkəmədən əməlindən peşman olmasını, cinayət nəticəsində dəymiş 11 (on bir min) manat maddi ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmamasını, Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli 2348 nömrəli Sərəncamı ilə “3-cü dərəcəli Vətənə xidmətə görə» ordeni ilə, Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli 2720 nömrəli Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə» medalı ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı» medalı ilə, Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 0133t №-li 24 iyun 2014-cü il tarixli əmri ilə «Qüsursuz xidmətə görə» 3-cü dərəcəli medalı ilə, Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 0151t №-li 26 iyun 2019-cu il tarixli əmri ilə «Qüsursuz xidmətə görə» 2-ci dərəcəli medalı ilə, Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 017t №-li 07 mart 2013-cü il tarixli əmri ilə «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)» Yubiley medalı ilə, Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 0107t №-li 24 iyun 2013-cü il tarixli əmri ilə «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)» Yubiley medalı ilə, Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 0164t №-li 26 iyun 2018-cü il tarixli əmri ilə «Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)» Yubiley medalı ilə təltif edilmişdir, evli olmaqla himayəsmində iki azyaşlı uşağının olmasının nəzərə alınıb barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs Tərtər Hərbi Məhkəməsinə ərizə ilə müraciət edərək göstərmişdir ki, Təqsirləndirilən şəxsla barışmışdir, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 11 000 (on bir min) manat məbləğində ziyan tamamilə ödənilmiş, sonuncunun ona borcu olmadığından Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli 2348 nömrəli Sərəncamı ilə “3-cü dərəcəli Vətənə xidmətə görə» ordeni ilə, Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli 2720 nömrəli Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə» medalı ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı» medalı ilə, Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 0133t №-li 24 iyun 2014-cü il tarixli əmri ilə «Qüsursuz xidmətə görə» 3-cü dərəcəli medalı ilə, Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 0151t №-li 26 iyun 2019-cu il tarixli əmri ilə «Qüsursuz xidmətə görə» 2-ci dərəcəli medalı ilə, Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 017t №-li 07 mart 2013-cü il tarixli əmri ilə «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)» Yubiley medalı ilə, Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 0107t №-li 24 iyun 2013-cü il tarixli əmri ilə «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)» Yubiley medalı ilə, Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 0164t №-li 26 iyun 2018-cü il tarixli əmri ilə «Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)» Yubiley medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 14 mart 2024-cü il tarixli 573 №-li X1 surətində göstərilmişdir ki, Təqsirləndirilən şəxs, xx.xx.1985ci il təvəllüdlü, xx.xx.2003-cü ildən Silahlı Qüvvələrdədir, hərbi rütbəsi mayor, hərbi-uçot ixtisası kəsfiyyatçı, hərbi hissəsi 172, Bakı səhəri, Xətai RHK tərəfindən xx.xx.2003-cü ildə hərbi xidmətə çağırılmışdır (könüllü daxil olmuşdur). Şikayətləri: başında ağrılarından, əsəbilikdən, səbrsizlikdən, qıcıqlara qarşı həssas olmasından, gecə yuxusunun pozulmasından, döyüşlə bağlı səhnələrin xatırlanmasındandır. Anamnezi: 2020-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı, Suqovuşan istiqamətində döyüş tapşırığını yerinə yetirərkən düşmən təxribatının qarşısını alan zaman düşmənin atdığı mərminin partlaması nəticəsində xəsarət almışdır. Hərbi hissədən təqdim edilən xx.xx.2022-cü il tarixli 611 nömrəli travma haqqında arayışda göstərilir ki: “27 sentyabr 2020-ci il tarixdə saat təxminən 12:00 radələrində Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının müdafiəsi uğrunda gedən döyüşlər zamanı Talış kəndi istiqamətində olarkən düşmənin atdığı mərminin partlayışı nəticəsində “Partlayış travması (xx.xx.2020). Sağ bazunun və döş qəfəsinin sağ yarısının kor qəlpə yaralanması. Yumşaq toxumaların yad cismi” diaqnozu ilə xəsarət almışdır. Aldığı xəsarətdən sonra ürəkbulanması olub, şiddətli baş ağrıları və qusması olub. Döyüşlər zamanı və yaralanarkən güclü stress, həyəcan keçirərək öz ölümünü hiss edib. 3 (üç) gün müddətində N nömrəli hərbi hissədə “Partlayış travması (xx.xx.2020). Sağ bazunun orta 1/3-nin və döş qəfəsinin sağ yarısının toxunubkeçən kor qəlpə yaralanmasına görə aparılmış yaraların birincili cərrahi işlənməsindən sonrakı vəziyyət” diaqnozu ilə stasionar müayinə və müalicə olunub. 21 (iyirmi bir) gün müddətində Respublika Klinik Xəstəxanasında “Döş qəfəsinin sağ yarısının, sağ bazunun kor qəlpə yaraları. Posttravmatik nevrozabənzər sindrom” diaqnozu ilə stasionar müayinə və müalicə olunub. xx.xx.2020-ci il tarixdə MN MHP-da Partlayış travması (xx.xx.2020). Sağ bazunun orta 1/3-nin və döş qəfəsinin sağ yarısının toxunub keçən kor qəlpə yaralanmasına görə aparılmış yaraların birincili cərrahi işlənməsindən sonrakı bərkimiş dəri çapığı. Yumşaq toxumaların yad cismi (metal qəlpə)” diaqnozu ilə şəhadətləndilib və “Xəstəliklər cədvəli”nin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən “Hərbi xidmətə yararlıdır” qərarı verilib. Hərbi hissədə əsəbilik, ətraf qıcıqlara dözümsüzlük, mübahisə və münaqişələrə meylli olması, həyəcan, yaddaşının zəifləməsindən, başında olan ağrılardan, yuxusunun pozulmasından, əllərinin əsməsindən və tərləmə kimi narahatlıqları olub. Səhhətində və davranışında olan narahatlıqlar hərbi xidmətində çətinliklər yaradıb. Təqdim edilən xidməti xasiyyətnamədə qeyd edilir ki: “Döyüş əməliyyatlarından sonra kəskin davam edən baş ağrıları, yaddaş pozğunluğu, ağıreşitmə, tez-tez bayılma hallarının, yuxu rejimində pozğunluqlar müşahidə olunduğunu və döyüşlər zamanı itirmiş olduğu yaxın hərbi qulluqçuların adlarını sayıqladığını, yuxudan oyanan zaman aqressiyalı olduğunu bildirir. Şəxsi heyətlə ünsiyyət qurmaqda çətinlik çəkir. Şəxsi heyyətlə mübahisəli danışır.” Təqdim edilən aktda qeyd edilir ki: "Şəxsi heyyətlə mübahisəli danışıq ünsiyyət qurmaqda çətinlik çəkir, depressiv vəziyyətdə, özünə qapalı olur, verilən suallara aqressivn cavab verir, bəzən isə sual verilən və ünsiyyət qurulan zaman onlara cavab verməsi ləngiyir”. Bununla əlaqədar olaraq hərbi hissə komandanlığı tərəfindən xx.xx.2023-cü il tarixdə müayinə və müalicə üçün MN BKH-ya göndəhlib. 28 (iyirmi səkkiz) gün müddətində MN BKH-da “Kompensasiya ilə başa çatan mülayim dərəcədə ifadə olunmuş posttravmatik stress pozuntusu. Hər iki gözün zəif dərəcəli miopiyası, M 0,75 D nəticəsində görmə itiliyinin 0,8ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla. İkincili hissəvi adentiya (15,17, 36, 46, 47-ci dişlərin olmaması ilə). Vegetativ damar distoniyası. Hepatosteatoz” diaqnozu ilə stasionar müayinə və müalicə olunub. Hərbi hissədə əsəbilik, ətraf qıcıqlara dözümsüzlük, mübahisə və münaqişələrə meylli olması, həyəcan, yaddaşının zəifləməsindən, başında olan ağrılardan, yuxusunun pozulmasından və döyüş səhnələrini təkrar-təkrar yaşaması kimi narahatlıqları davam edib. Səhhətində və davranışında olan narahatlıqlar hərbi xidmətində çətinliklər yaradıb. Hərbi hissədən təqdim edilən xidməti xasiyyətnamədə qeyd edilir ki: “döyüş əməliyyatları zamanı döyüş travması almışdır. Belə ki, mayor Təqsirləndirilən şəxs 44 günlük döyüşdən sonrakı antiterror əməliyyatlarında şəhid xəbərinə qarşı olan dözümsüzlüyü, həssaslığı ilə hərbiçi eyni zamanda kəşfiyyat rəisi kimi ağır və məsuliyyətli vəzifənində təsiri ilə psixi cəhətdən erroziyaya məruz qaldığı müşahidə olunur. Bundan əlavə olaraq kəskin stress reaksiyası olmuşdur. Stress reaksiyalarının yaranmasında və ağırlığında şəxsin fərdi təsirlənmə və özünü idarəetmə qabiliyyəti zəifdir. Düşüncə və diqqət sferasının daralması ilə qıcıqlandırıcıları tam dərk etməyin qeyri mümkünlüyü ilə heyrət halı müşahidə olunur. Ətraf cəmiyyətdən uzaqlaşma (dissosiativ stupor halına qədər) və ya yüksək aktivliklə (uçuş və ya fuqa reaksiyası) müşayət olunur, bu zaman hidden artıq tərləmə, qızarma və ürək döyüntülərinin artması mövcuddur. Ümumi olaraq müharibə görüntülərini parlaq təəsüratlarla yaşaması, səsə qarşı həssaslıq, qısa müddətli nitqin itməsi müşahidə olunur”. Hərbi hissədən təqdim edilən xx.xx.2024-cü il tanxli 1132 nömrəli davranış aktında qeyd edilir ki: “Tez-tez düzülüşlərə gecikir və səbəbini soruşduqda gecə yata bilməmisini buna görə də səhər vaxtında qalxa bilmədiyini bildirir. Döyüş əməliyatlarından sonra kəskin davam edən baş ağrıları, yaddaş pozğunluğu, ağır eşitmə, tez-tez özündən getmə hallarının, yuxu rejimində pozğunluqlar müşahidə olunduğunu və döyüşlər zamanı itirmiş olduğu yaxın hərbi qulluqçuların adlarının sayıqladığını, yuxudan oyanan zaman aqressiyalı oyandığını qeyd edir. Şəxsi heyətlə ünsiyyət qurmaqda çətinlik çəkir və depressiv vəziyətdə özünə qapalı olur, verilən suallara aqressiv olaraq cavab verir, bəzən isə sual verilən və ya ünsiyyət qurulan zaman onlara cavab verməsi ləngiyir. Şəxsi heyətlə mübahisəli danışır, səhv etdiyi hərəkətdən peşmanlıq hissi duymur. Gecə ərzində müəyyən vaxtlarda günün yorğunluğu səbəbi ilə yata bilərkən belə yuxuda döyüş komandaları verməsi, tabeçiliyindəki şəxsi heyətlə münasibətdə səbirsiz olması, ağır iş rejmindən ruhən yorğunluğu, döyüş əməliyyatlarından sonrakı dövrlər üçün hər keçən müddətdə daha da iş qabiliyyətinin itirməsi müşahidə olunmuşdur. Belə ki, mayor Təqsirləndirilən şəxs 44 günlük döyüşdən sonrakı antiterror əməliyyatlarında şəhid xəbərinə qarşı olan dözümsüzlüyü, həssaslığı ilə eyni zamanda kəşfiyyat rəisi kimi ağır və məsuliyyətli vəzifəsində psixi cəhətdən erroziyaya məruz qaldığı müşahidə olunur. Bundan əlavə olaraq kəskin stress reaksiyası olmuşdur. Stress reaksiyalarının yaranmasında və ağırlığında şəxsin fərdi təsirlənmə və özünü idarəetmə qabiliyyəti zəifdir. Düşüncə və diqqət sferasının daralması ilə qıcıqlandırıcıları tam dərk etməyin qeyri mümkünlüyü ilə ilkin heyrət halı müşahidə olunur. Ətraf cəmiyyətdən uzaqlaşma (dissosiativ stupor halına qədər) və ya yüksək aktivliklə (uçuş və ya fuqa reaksiyası) müşayiət olunur, bu zaman həddən artıq tərləmə, qızarma və ürək döyüntülərinin artması mövcuddur. Ümumi olaraq müharibə görüntülərini parlaq təəsüratlarla yaşaması, səsə qarşı həssaslıq, qısa müddətli nitqin itməsi müşahidə olunur.” Göstərilənləri nəzərə alaraq, hərbi hissə komandanlığı tərəfindən müayinə, müalicə və hərbi xidmətə yararlılıq dərəcəsinin təyini üçün xx.xx.2024-cü il tarixdə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına göndərilib. Bölmədə olduğu müddətdə xx.xx.2024-cü il tarixdə Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzində kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizası keçirilib və “Posttaymatik stress pozuntusu” diaqnozu təyin edilib. Bölmədə olduğu ilk günlərdən özünü gərgin narahat tərzdə aparıb, qaraqabaq, fikirli tərzdə aparıb. Söhbət zamanı daxilən qayğılı, gərgin olub. Unsiyyətdə seçmə olub, günün çox hissəsini yataqda keçirib, müraciətlər olduqda həyacan və təşvis keçirilməsi müşahidə olunub. Göstərişləri həvəssiz və könülsüz yerinə yetirib. Uzun müddət müalicə almasına baxmayaraq, əhval-ruhiyyəsi dəyişkən olaraq qalır. Anamnezi: ilkin inkişaf dövrü normal keçib. Uşaqlıqdan xasiyyətcə sakit və intizamlı olub. Hərbi xidmətə həvəsli olub. Orta məktəbdə davamiyyəti və davranışı kafi olub. 9-cu sinifi bitirdikdən sonra, öz arzusu ilə C. Naxçıvanski adına hərbi liseydə oxuyub. Liseyi bitirdikdən sonra isə, həvəslə Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olunub və müvəffəqiyyətlə oranı bitirib. xx.xx.2020-xx.xx.2020-ci il tarixdə N nömrəli hərbi hissədə, xx.xx.2020- xx.xx.2020-ci il tarixdə Respublika Klinik Xəstəxanası. xx.xx.2023-xx.xx.2024-cü il tarixdə və xx.xx.2024cü il tarixdən hal-hazıradək MN BKH-da müayinədə və müalicədədir. Obyektiv müayinənin məlumatları: fiziki cəhətdən kafi inkişaf etmişdir. İnkişaf qüsurları yoxdur. Normostenik bədən quruluşludur, qidalanması kafidir. Dəri və görünən selikli qişaları adi rəngdədir. Əzələ sistemi kafi inkişaf etmişdir. Sağ bazunun və döş qəfəsinin sağ yarısınında kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı qeyd edilir. Döş qəfəsi düzgün quruluşludur, tənəffüs aktında hər iki tərəfdə simmetrik iştirak edir. Tənəffüs hərəkətlərinin sayı dəqiqədə 16-dir. Perkussiya zamanı ağciyərlər üzərində aydın ağciyər səsi, auskultasiyada vezikulyar tənəffüs eşidilir. A/T 120/80 mm. c. süt. Nəbzi ritmik, dəqiqədə 80 vurğudur. Ürək tonları aydın, ritmikdir. Qarnı yumşaq, palpasiyada ağrısızdır. Qaraciyər və dalaq böyüməyib. Defekasiya müntəzəmdir. Bel nahiyəsində döyəcləmə əlaməti hər iki tərəfdə mənfidir. Diurez pozulmamışdır. Nevroloji statusunda irəli uzadılmış əl barmaqlarında və yumulmuş göz qapaqlarında tremor müşahidə edilir. Distal hiperhidroz qeyd olunur. Görmə itiliyi hər iki gözdə 0,8-dir. Pıçıltı nitqini hər iki qulaqda 4,0 metrə qədər məsafədən eşidir. Psixi vəziyyəti: bələdliyi bütün növlər üzrə saxlanılıb, düzgündür. Otağa sakit tərzdə, fikirli ifadə ilə daxil olur. Göstərilən yerdə əyləşir. Söhbət zamanı həyəcanlanaraq təşviş keçirir. Deyir ki, “2020-ci ilin sentyabr ayında Suqovuşan istiqamətlərində düşmən təxribatının qarşısını alan zaman düşmənin atəşinə məruz qaldıq, bu zamanı güclü qorxu və həyəcan keçirdim, yaxınlığımda mərmi partladı, zərbə dalğası məni tulladı, nəticədə mən huşumu itirdim, ayılanda mədə bulanması olurdu, qusurdum, baş ağrılarım olurdu, yaddaşım itmişdi, bundan sonra mənim daimi olaraq başım ağrıyırdı, hər gün başağrısı dərmanı içirdim, yata bilmirdim, tez əsəbiləşirdim, səbrsiz olurdum, yaddaşım zəif idi, diqqətimi cəmləyə bilmirəm, nəsə bir işi axıra kimi görə bilmirəm, heç nəyə həvəsim və marağım yoxdur, nə qədər edirəm bacara bilmirəm, mübahisə edirəm və dalaşıram, nəyisə sındırıram ki, sakitləşim, döyüş zamanı olan hadisələr gözümün önünə gəlir, mənim yuxuma girir, məni narahat edir, döyüş səhnələrini bəzən canlı-canlı yaşayıram, bu hadisələr məni çox sarsıtdı, bu hadisələri yadıma salıb danışmaq istəmirəm, çox pis oluram, sanki dəyişirəm, elə bilirəm ki, müharibə qurtarmayıb, qorxulu yuxular görüb yarımçıq yuxudan diksinib ayılıram, hərbi hissədə şəxsi heyətlə də davranışım çətinləşib, heç kimlə yola getmirəm, yaddaşımda çox zəifləyib. Əvvəllər belə olmadığını deyir. Əhvalruhiyyəsi dəyişkəndir. Daxilən gərgin, qayğılı və fikirlidir. Emosiyaları dəyişkəndir, zəifləmişdir. Qavrama pozuntuları və sayıqlama fikirləri qeyd olunmur. Özünə və yaranmış vəziyyətə qarşı tənqidi münasibətləri saxlanılmışdır. Zehni inkişaf səviyyəsi yaşına, aldığı təhsilə və keçirdiyi heyət tərzinə uyğundur. Hal-hazırda bölmədə özünü fikirli, qapalı və tənha tərzdə aparır, ünsiyyətdə seçmə olur, təkliyə və tənhalığa meyillidir. Günün çox hissəsini çarpayıda fikirli halda keçirir. Göstərişləri və tapşırıqları həvəssiz yerinə yetirir. Yuxusu dərmanla, yeməyi kafidir. Xüsusi müayinələrin (rentgenoloji, laborator, instrumental və s.) nəticələri: Rqr (xx.xx.2024): sağ bazu yumşaq toxumalarında 4 (dörd) ədəd, döş qəfəsinin sağ yarısının Xİ qabırğa fəqərəarasında 1 (bir) ədəd metal qəlpə var. Psixoloqun müayinəsi (xx.xx.2024): asteno-nevrotik tip. Diaqnoz və xəsarətin (yaralanmanın travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında hospital hhk-nın qərarı: F 43.1 Mülayim (orta) dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travmassı, baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı.Partlayış travması (xx.xx.2020), ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli neyrosensor tip ağıreşitmə, pıçıltı nitqinin hər iki qulaqda 4 (dörd) metr məsafədən eşitməsi ilə.Partlayış travması (xx.xx.2020). Sağ bazunun və döş qəfəsinin sağ yarısının kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapıqları, yumşaq toxumaların 4 (ədəd) kiçik ölçülü yad cisimləri (metal qəlpələr) diaqnozu. Hərbi travmadır; Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Hər iki gözün miopiyası, 0,75 D nəticəsində görmə itiliyinin 0,8-ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla. İkincili hissəvi adentiya. Hepatosteatoz. Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı: “Xəstəliklər cədvəli”nin 17 b maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq Emosiyaları dəyişkəndir, zəifləmişdir. Qavrama pozuntuları və sayıqlama fikirləri qeyd olunmur. Özünə və yaranmış vəziyyətə qarşı tənqidi münasibətləri saxlanılmışdır. Zehni inkişaf səviyyəsi yaşına, aldığı təhsilə və keçirdiyi həyat tərzinə uyğundur. Hal-hazırda bölmədə özünü fikirli, qapalı və tənha tərzdə aparır, ünsiyyətdə seçmə olur, təkliyə və tənhalığa meyllidir. Günün çox hissəsini çarpayıda fikirli halda keçirir. Göstərişləri və tapşırıqları həvəssiz yerinə yetirir. Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. AZ-İ 955791 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs və X2 18 sentyabr 2014-cü ildə nikahlarını bağlamışlar. AZ-İV 108906 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 14 iyun 2018-ci il tarixdə Qazax rayonunda doğulmuşdur. AZ-İİİ 653740 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 25 noyabr 2015-ci il tarixdə Qazax rayonunda doğulmuşdur. Azərbaycan Respublikası medalının İ-570 nömrəli vəsiqəsinin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli 2348 nömrəli Sərəncamı ilə “3-cü dərəcəli Vətənə xidmətə görə» ordeni ilə təltif olunmuşdur. Azərbaycan Respublikası medalının İ-3721 nömrəli vəsiqəsinin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli 2720 nömrəli Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə» medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikası medalının İ-31490 nömrəli vəsiqəsinin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı» medalı ilə təltif olunmuşdur. Qüsursuz xidmətə görə 3-cü dərəcəli medalın vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 0133t №-li 24 iyun 2014-cü il tarixli əmri ilə «Qüsursuz xidmətə görə» 3-cü dərəcəli medalı ilə təltif olunmuşdur. Qüsursuz xidmətə görə 2-ci dərəcəli medalın vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 0151t №-li 26 iyun 2019-cu il tarixli əmri ilə «Qüsursuz xidmətə görə» 2-ci dərəcəli medalı ilə təltif olunmuşdur. «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)» Yubiley medalının vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 017t №-li 07 mart 2013cü il tarixli əmri ilə «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)» Yubiley medalı ilə təltif olunmuşdur. «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi» Yubiley medalının vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 0107t №-li 24 iyun 2013-cü il tarixli əmri ilə «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)» Yubiley medalı ilə təltif olunmuşdur. «Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)» Yubiley medalının vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 0164t №-li 26 iyun 2018-cü il tarixli əmri ilə «Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)» Yubiley medalı ilə təltif olunmuşdur. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi Azərbaycan Beynəlxalq Bankı ASC-nin Tərtər filalının xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, o, cinayət işi üzrə 1750 (bir min yeddi yüz əlli) manat məbləğində pul vəsaitini dövlət büdcəsinə ödəmişdir. Bakı Hərbi Məhkəməsinin 10 iyun 2024-cü il tarixlı 1-11(093)-94/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.1, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CM-nin 73-1.2-ci maddəsinə əsasən xitam verilmiş və o cinayət məsuliyyətindən azad olunmuşdur və həmin qərarda ona verilmiş ittihamda göstərilən hadisələr 2023-cü il tarixdə baş vermişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi vəsatətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs 2016-cı idən 2023-cü il də daxil olmaqla bütün döyüşlərdə iştirak etmişdir. O, kəşfiyyat bölüyünün komandiri kimi 2015-ci ilin aprel döyüşlərində, 2020-ci ilin sentyabr-noyabr aylarında Vətən Müharibəsində, 2021-ci ilin Laçın əməliyyatlarında və Kəlbəcər “Qisasi” əməliyyatında, 2023-cü ilin sentyabr ayında “anti-terror” əməliyyatında iştirak etmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Vətən müharibəsində iştirak edərək ağır yaralanaraq F.43.1 Mülayim (orta) dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travmassı, baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Partlayış travması (xx.xx.2020), ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli neyrosensor tip ağıreşitmə, pıçıltı nitqinin hər iki qulaqda 4 (dörd) metr məsafədən eşitməsi ilə.Partlayış travması (xx.xx.2020). Sağ bazunun və döş qəfəsinin sağ yarısının kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapıqları, yumşaq toxumaların 4 (ədəd) kiçik ölçülü yad cisimləri (metal qəlpələr) diaqnozu ilə hərbi xidmətə yararsız sayılaraq xəstəliklə ehtiyata tərxis edilmişdir, Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli 2348 nömrəli Sərəncamı ilə “3-cü dərəcəli Vətənə xidmətə görə» ordeni ilə, Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli 2720 nömrəli Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə» medalı ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı» medalı ilə, Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 0133t №-li 24 iyun 2014-cü il tarixli əmri ilə «Qüsursuz xidmətə görə» 3-cü dərəcəli medalı ilə, Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 0151t №-li 26 iyun 2019-cu il tarixli əmri ilə «Qüsursuz xidmətə görə» 2-ci dərəcəli medalı ilə, Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 017t №-li 07 mart 2013cü il tarixli əmri ilə «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)» Yubiley medalı ilə, Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 0107t №-li 24 iyun 2013-cü il tarixli əmri ilə «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)» Yubiley medalı ilə, Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 0164t №-li 26 iyun 2018-cü il tarixli əmri ilə «Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)» yubiley medalı ilə təltif edilmişdir, evli olmaqla himayəsində iki azyaşlı uşağı vardır, 11000 (on bir min) manat pul Zərərçəkmiş şəxs, dəymiş ziyana görə də 1750 (bir min yeddi yüz əlli) manat pul dövlət büdcəsinə ödənilmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs Vətən Müharibəsində aldığı ağır xəsarətlər nəticəsində ağır psixi xəstəlikdən əziyyət çəkir və bununla əlaqədar olaraq hərbi xidmətə yararsız olduğundan hərbi xidmətdən ehtiyyata tərxis olunub və müalicəsini Məştağada psixiatrik xəstəxanada davam edir, məhkəmə prosesində səhhətinin pisləşməsindən və psixoloji gərginliyə düşdüyündən məhkəmədə fasilə elan edilmişdir və fasilə zamanı onun vəziyyəti stabilləşdiyindən məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, bir daha məhkəmə prosesində iştirak etmək onu psixoloji gərginlik vəziyyətinə salır və bir daha məhkəmdə iştirak etməsinə onun səhhəti imkan verməyəcəkdir. Belə ağır xəstəlikdən əziyyət çəkən və canını Vətən uğrunda qurban etməyə hazır olan və Vətən Müharibəsində ağır yaralanmasına baxmayaraq Təqsirləndirilən şəxs ötən üç il ərzində bundan sonra Ordumuzun keçirdiyi 3 böyük döyüş əməliyyatlarında iştirak etmişdir və nəticədə səhhətində ağır psixoloji fəsadlar yarandığından hərbi xidmətə yararsız olmuşdur. Buna baxmayaraq ağır vəziyyətdə olsa da belə, himayəsində iki azyaşlı uşağı olsada belə onun tərəfindən cinayət məsuliyyətindən azad edilməsinə əsas verən dövlətə ödənilməli olan məbləğin çox hissəsini ona tərxislə bağlı verilən ödənişlərin hesabına ödəmişdir və qalan 1000 (bir min) manatını da 20 gün ərzində ödənilməsini üzərinə götürməsi artıq bu şəxsə qarşı müstəsna münasibət göstərərək onun cinayət məsuliyyətindən azad edilməsinə əsas verir, belə ki, bu şəxs döyüş yolu ilə bu hüququ qazanmışdır və bununla əlaqədar olaraq onu CM-nin 73-1.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Dövvlət ittihamçısı bildirdi ki, CM-nin 72-ci maddəsinin qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin 10 iyun 2024-cü il tarixlı 1-1(093)-94/2024 saylı qərarına əsasən Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən xitam verilmiş və o cinayət məsuliyyətindən azad olunmuşdur. Təkrarən onun barəsində CM-nin 73-1.2-ci maddəsinin tətbiq eddilməsi istisna edildiyindən cinayət işinin məhkəmə baxışına təyin edilməsini xahiş etdi. Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin (bundan sonra CPM-nin) 92.9.6, 92.9.22 və 92.9.23-cü maddələrinin tələbinə əsasən müdafiəçi etirazlar etmək və vəsatətlər vermək, məhkəmə iclasında cinayət prosesinin digər iştirakçıları tərəfindən verilmiş vəsatət və təkliflər, habelə məhkəmə tərəfindən həll edilən məsələlər üzrə öz fikrini bildirmək və digər tərəfin qanunsuz hərəkətlərinə öz etirazını bildirmək hüququna malikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət qanunu müddəalarının qüvvəsinə görə onun barəsində cinayət təqibinə xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yaranmışdır. CM-in 178.2-ci maddəsinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə etmə cəzası nəzərdə tutulmuşdur ki, CM-in 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına daxildir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş 11.000 (on bir min) manat məbləğində ziyanı ödəmiş və onunla barışıq əldə etmişdirlər. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi Azərbaycan Beynəlxalq Bankı ASC-nin Tərtər filalının xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, o, cinayət işi üzrə 1750 (bir min yeddi yüz əlli) manat məbləğində pul vəsaitini dövlət nəfinə ödəmişdir. Təqsirləndirilən şəxs cinayət işi üzrə 2750 (iki min yeddi yüz əlli) manat məbləğində pul vəsaitini, yəni dəymiş ziyanın 25%-ni dövlət nəfinə ödəməli olduğu halda, cinayət işi üzrə 1750 (bir min yeddi yüz əlli) manat məbləğində pul vəsaitini dövlət nəfinə ödəmişdir. O, ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, peşəkar zabit olaraq 21 il zabit kimi xidmət etmişdir. Xidmətinin 19 il 8 ayını səngərlərdə xidmət etmişdir. 2016-cı ilin aprel döyüşlərində, 2020-ci ilin ikinci Qarabağ Müharibəsində, 2021-ci ilin noyabr ayında Laçın əməliyyatlarında, 2022-ci ilin sentyabr ayında Kəlbəcərdə “Qısas əməliyyatında” və 2023cü il antiterror əməliyyatlarında kəşfiyyat zabiti olaraq mühüm vəzifələrdə iştirak etmişdir. Vətən müharibəsi zamanı xidmət etdiyi N nömrəli hərbi hissədə N şəhid, N yaralı, bunlardan 22 şəhid, 60 yaralı kəşfiyyat bölüyündən olmuşdular. Şəhidlərin ruhu qarşısında baş əyir, zabit şərəfinə and içərək bildirir ki, bu hadisədən sonra 3 döyüş əməliyyatlarında iştirak etmişdir. O, dövlət hesabına 1750 manat ödəmişdir, lakin zəruri olan 1000 manatı 20 gün müddətinə ödəməsinə vaxt verilməsini xahiş edir. Səhhəti ilə bağlı məhkəmədə keçirdiy psixoloji iztirabları və stresləri nəzərə alaraq barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Belə ki, iyun ayı ərzində Respublika 1 saylı ruhi əsəb xəstəxanasında stansionar müalicə alaraq komissiyaya təqdim olunmuşdur. Komissiya qərarı ilə onun üçün daha ağır psixi maddə təyin etmişdir və həmin sənədləri məhkəməyə təqdim etmişdir. Bu gün də məhkəmə prosesində çox ağır vəziyyətdə iştirak edir. Məhkəmənin gedişatında psixi narahatlığı imkan vermədiyi üçün fasilə verildi, ona yardım edildikdən sonra davam etdirildi. Odur ki, bu ərizəni fasilə zamanı yazaraq onun ağır psixoloji vəziyyətiini nəzərə alaraq barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. CM-in 73-1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1 -ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. CPM-in 39.1 və 39.1.11-ci maddələrinin tələblərinə görə cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 39.3-ci maddəsinə əsasən isə Bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Bakı Hərbi Məhkəməsinin 10 iyun 2024-cü il tarixlı 1-11(093)-94/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.1, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməssinə dair cinayət təqibinə CM-nin 73-1.2-ci maddəsinə əsasən xitam verilmiş və o cinayət məsuliyyətindən azad olunmuşdur. Bakı Hərbi Məhkəməsinin 10 iyun 2024-cü il tarixlı 1-11(093)-94/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən həmin iş üzrə cinayət əməlləri 2023-cü ilin iyun ayının əvəllərindən 21 iyul 2023-cü il tarixədək törətmiş, hazırkı cinayət işi üzrə cinayət əməllərini isə 01 noyabr 2021-ci il tarixdən 2021-ci ilin dekabr ayınadək törətmişdir. CM-nin 72-ci maddəsinin qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Lakin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair 28 dekabr 2022-ci il tarixli qərarınına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş şəxsin məsuliyyətdən azad edilənədək törətmiş olduğu digər cinayət əməlinə görə cinayət məsuliyyətindən azad olunmasının mümkünlüyünü istisna etmir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət işi üzrə 1000 (bir min) manat məbləğində pul vəsaitini 20 (iyirmi) gün müddətinə dövlət nəfinə ödəyəcəyi barədə ərizəsini nəzərə alır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin və müdafiəçinin vəsatətlərini nəzərə alaraq və CM-nin 73-1.2 və CPM-nin 39.1.11-ci maddələrinin tələblərinə əsasən CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri üzrə nəzərdə tutulmuş əməlləri CM-nin 73-1.2-ci maddəsinin tələbinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləgv edilməlidir. İş üzrə maddi sübut olan yazışma və səsli mesajların olduğu 1(bir) ədəd disk cinayət işi materialarında saxlanılmalıdır. 44 günlük Vətən Müharibəsində Azərbaycan parlaq qələbə qazandı, torpaqlarımız işğaldan azad olundu, bu parlaq qələbədə hərbi qulluqçularımız qəhrəmancasına döyüşərək, düşmənin torpaqlarımızdan qovulmasında müstəsna xidmətlər göstərmişdilər, yaralanmışdılar, öz həyatını risk altına atmışdılar, böyük şücayət göstərmişdilər. İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. Bu qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərmişdir. Bu 44 gün ərzində əldə edilmiş Qələbə bizim hərbi qulluqçularımızın peşəkarlığı, qəhrəmanlığı hesabına qazanılmışdır. Azərbaycanın hər bir səlahiyyətli şəxsi daim şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının yaşayışı və məşğulluğu ilə maraqlanmalıdırlar ən azı o səbəbdən ki, biz onlara borcluyuq bu Qələbəni, onlar canlarını fəda edib, sağlamlıqlarını itirmişlər, heç nəyə baxmadan, qorxmadan ölümə gedərək Vətənin müdafiəsinə qalxaraq torpaqlarımızı işğalçılardan azad etmişlər. Ona görədə hər bir dövlət məmurunun, nəinki dövlət məmurunun hər bir insanın borcudur ki, onlara arxa dayaq olsun. Biz bir olmaqla hərbi qulluqçularımızın peşəkarlığına, qəhrəmanlığına hörmətlə yanaşmalı, onların Vətən, dövlət üçün həyatlarını riskə atdıqlarını unutmamalıyıq və onlara keçdikləri döyüş yoluna hörmətlə yanaşmaqla qanunun aliliyinə, şərh edilən qanunların mənasına dəqiqliklə fikir verməklə bu kateqoriyadan olan şəxslər barəsində xüsusi ilə diqqətli olmalıyıq. Belə ki, mayor Təqsirləndirilən şəxs kimi Vətən Müharibəsi iştirakçıları Vətən uğrunda canlarını əsirgəmədiklərindən, onlar tərəfindən törədilmiş hər bir qanun pozuntusuna münasibətdə onlar barəsində cinayət və cinayət-prosessual qanunvericiliyin humanist imkanlarının əsirgənilməsi və geniş tədbiq edilməməsi yolverilməzdir və ölkədə bu həssas təbəqə olan insanlar barəsində humanistlik edilməsi siyasətinin tələblərinə əsasən bu kateqoriyadan olan insanlar törətdikləri cinayət üzrə dəymiş ziyanın aradan qaldırılmasına yönələn hərəkətlər edərək, zərərçəkmiş şəxslə barışıq əldə etdiyi zaman onlar barəsində cinayət məsuliyyətindən azad olunma institutunun geniş tətbiq edilməsi zəruridir. Məhkəmə hesab edir ki, Qələbə ilə başa çatmış Vətən müharibəsində iştirak etmiş və qəhramanlıq göstərmiş hərbi qulluqçulara, o cümlədən Təqsirləndirilən şəxs Vətənin qəhrəman oğullarının sırasına adı yazıldığından onun kimi uzun müddət ərzində dövlətin yetişdirdiyi ixtisaslı hərbi qulluqçunun və Vətən müharibəsində həyatını təhlükəyə atmaqdan çəkinməyən və bu döyüşlərdə etdiyi qəhramanlığına görə təltif olunmuş hərbi qulluqçusu kimi keçdiyi xidmət yolu, ailənin maddi cəhətdən idarə edilməsinin, səhhətində ağır psixoloji durum yaranmasını, Təqsirləndirilən şəxs məhkəməyə yazdığı ərizəsini nəzərə alaraq və cinayət məsuliyyətindən azad ediıməsinə əsas verən pul məbləğinin çox hissəsinin onun tərəfindən ödənilməsini, hal-hazırda səhhəti ilə əlaqədar növbəti məhkəmə prosesində iştirakı bu prosesdə keçirdiyi istirablara əsasən və işdə olan onun ağır psixoloji xəstəlikdən əziyyət çəkməsinə əsasən mümükün olmamasi nəticəsinə gələrək və bu kateqoriyada olan insanlara müstasna münasibət bəslənilməsi ədalətin bərqarar olunmasının bariz nümunəsi kimi sayılaraq, hesab edir ki, onun tərəfində qalan 1000 (bir min) manat pul məbləğı ödənilməsədə onun barəsində yuxarıda göstərilən əsaslar olduğundan və Təqsirləndirilən şəxs artıq islah olunmasına zərurət olmadığından və onun tərəfindən həmin məbləğin ödənilməməsi Vətən Müharibəsində əldə olunan şanlı qələbədən sonra cəmiyyətdə formalaşmış yüksək mənəvi dəyərlərə uyğundur və bu kateqoriyalı şəxsələr artıq Vətən qarşısında olan bütün borclarını ödəyərək artıq səhhətlərinidə itirdiklərindən və bununlada artıq onların dövlətin və cəmiyyətin yardımına və qayğısına ehtiyacı olduğundan və bu qəhraman zabitin Təqsirləndirilən şəxs üzərinə öhdəlik kimi götürdüyü 20 gün ərzində qalan 1000 (bir min) manatın ödənilməsinə məhkəmənin şübhəsi olmadığından hesab edir ki, onun barəsində mövcüd vəziyyətdə CM-nin 73-1.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi məqsədə müvafiqdir və ədalət mühakiməsinin prinsiplərinə tam uyğundur. İş üzrə məhkəmə xərcləri: Tərtər rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə istintaq zamanı sərf etdiyi 14 (on dörd) iş saatlıq hüquqi yardıma görə saatı 6 manatdan hesablanmaqla ona 84 (səksən dörd) manat dövlət büdcəsi hesabına vəkil Müdafiəçi ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 73-1.2, 344-347, 356, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq Qəraraaldı:
1. Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi vəsatətləri təmin edilsin.
2. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş əməllərə görə cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinin tələbinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin.
3. Təqsirləndirilən şəxs barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilsin.
4. İş üzrə maddi sübut olan yazışma və səsli mesajların olduğu 1(bir) ədəd disk cinayət işi materialarında saxlanılsın.
5. İş üzrə məhkəmə xərcləri: Tərtər rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə istintaq zamanı sərf etdiyi 14 (on dörd) iş saatlıq hüquqi yardıma görə saatı 6 manatdan hesablanmaqla ona 84 (səksən dörd) manat dövlət büdcəsi hesabına vəkil Müdafiəçi ödənilsin.
6. Qərar elan olunduğu vaxtdan 20 gün müddətində Tərtər Hərbi Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər.
Sədrlik edən: İlqar Quliyev.