Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 1-1(098)-143/2023 25.07.2023 TƏRTƏR HƏRBİ MƏHKƏMƏSİ Tərtər Hərbi Məhkəməsinin sədri Quliyev İlqar Məsail oğlunun sədrliyi X12 Əli oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Hərbi Prokurorduğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovniki Dövlət ittihamçısı, Müdafiəçi Tərtər rayon Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx xxx 2004-cü il tarixdə Lənkəran şəhərində doğulmuş, Lənkəran rayonunun Gərmətük qəsəbəsində daimi qeydiyyatda olmaqla N nömrəli hərbi hissədə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 2-ci minaatan batareyasının 2-ci minaatan tağımının 2-ci minaatanının heyət nəfəri, əsgər, barəsində xx.xx.2023cü il tarixdə “komandanlığın müşahidəsi altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bunban sonra CM-nin) 332.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq, zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissəsinin 2-ci minaatan batareyasının 2-ci minaatan tağımının 2-ci minaatanının heyət nəfərituşlayıcı vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edərkən xx.xx.2023-cü il tarixdə saat 17:30-da Tərtər rayonunun Talış kəndi ərazisində yerləşən həmin batareyanın əsgər yataqxanasının qarşısında olarkən həmin batareyanın atəş dəstək qrupunun sabiq kəşfiyyatçısı, əsgər Zərərçəkmiş şəxs onunla birlikdə əsgər yeməkxanasına gedərək almış olduğu şirniyyatla çay içməsini təklif etmiş, əsgər Zərərçəkmiş şəxs onun təklifini qəbul etmədikdə əsgər Təqsirləndirilən şəxs onu çay içməyə yenidən dəvət etmiş, həmin vaxt dişinin ağrıdığını və əsəbi olduğunu bildirən əsgər Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onu çay içməyə getməsini təkidlə istəməsindən əsəbiləşərək Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadə işlətmiş, bundan sonra aralarında yaranmış sözlü mübahisə zamanı Təqsirləndirilən şəxs tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 138-ci maddələrində göstərilən «əsgərin vəzifəsidir: hərbi nəzakət və davranış qaydalarına ciddi riayət etmək…» tələblərini pozaraq Zərərçəkmiş şəxs sol qaş nahiyəsinə sağ əli ilə bir yumruq zərbəsi vuraraq ona dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid “sol qaş nahiyəsinin çapılmış yarası və hematoması” ilə müşayiət olunan bədən xəsarətini yetirməklə tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı nizamnamə qaydalarını pozaraq, zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxs X5 CM-nin 332.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə SHXÇDX-nin Lənkəran şöbəsindən müddətli hərbi xidmətə çağırılaraq N nömrəli hərbi hissəsində gənc əsgər hazırlıq kursunu keçmiş, xx.xx.2022-ci il tarixdə gənc əsgər hazırlıq kursunu bitirib N nömrəli hərbi hissənin 2-ci minaatan batareyasının 2-ci minaatan tağımının 2-ci minaatanın heyət nəfəri vəzifəsinə təyin edilmişdir. Əsgər Zərərçəkmiş şəxs hərbi xidmət dövründə tanımış, onunla eyni batareyada xidmət etmişdir. Zərərçəkmiş şəxsla aralarında dostluq münasibətləri olmuş, şəxsi ədavət və ya düşmənçilik olmamış, münasibətləri yaxın olmuşdur. Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə xidmət müddəti başa çatdığına görə hərbi xidmətdən ehtiyata buraxılmışdır. xx.xx.2023-cü il tarixdə saat patrul xidmətində saat 17.00-da naryadda olmasını başa catdıraraq şəxsi boş vaxt zamanı şirniyət alaraq saat 17:30-da N nömrəli hərbi hissənin Tərtər rayonunun Talış kəndində yerləşən 2-ci minaatan batareyasının yataqxanasının qarşısında həmin zaman gün növbəliyində olmuş və növbəliyi başa cataraq saat 18.00-da gün növbəsi naryadından cıxmasını gözləyən Zərərçəkmiş şəxs tək gəzdiyini görüb özünə yaxın əsgər yoldaşı olduğundan həmiçinin şəxsi box vaxtı olduğundan sonuncuya “Nə olub?” nəsə problemin var həll edək» demişdir. Zərərçəkmiş şəxs cavabında dişi ağrıdığını, bu səbəbdən narahat olduğunu bildirdikdə ona “gəl gedək çay içək, şirniyyat almışam” demiş, Zərərçəkmiş şəxs onun təklifini rədd edərək “deyirəm ki, dişim ağrıyır, istəmirəm” deyərək cavab vermişdir. Daha sonra o, yenə əsgər Zərərçəkmiş şəxs çay içməyi təklif etsə də, Zərərçəkmiş şəxs yenə çay istəmədiyini bildirmişdir. O, təkrarən Zərərçəkmiş şəxs “gəl gedək şirniyyat ye” dedikdə Zərərçəkmiş şəxs onun sinəsindən əli ilə itələmiş, sonra get, s.....r” deyib ünvanına nalayiq ifadə işlətmişdir. O, Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadə işlətməsindən və onun sinəsindən əli ilə itələməsindən əsəbləşərək ona yaxınlaşmış, sonuncunun yaxasından tutmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs da onun yaxasından tutmuş və aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Zərərçəkmiş şəxs onu özündən uzaqlaşdırmaq məqsədi ilə sinəsindən əli ilə geri itələmişdir. Zərərçəkmiş şəxs ona nalayiq ifadə işlətməsindən əli ilə geri itələməsindən əsəbləşdiyi üçün sağ əli ilə sonuncunun sol qaş nahiyəsinə bir dəfə yumruq zərbəsi vurmuşdur. Həmin vaxt əsgər Şahid1 onların yaxalaşdığını görüb oraya gəlib onları ayırmışdır. Sonra Zərərçəkmiş şəxs əsgər yataqxanasına getmiş, həmin vaxt o da yataqxanaya getmişdir. Əsgər yataqxanasında gizir Şahid2 Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərmişdir. Belə ki, zərbənin nəticəsində onun qaşı capılmışdır və qancır əməmlə qəlmişdir. Hadisə vaxtı Zərərçəkmiş şəxs qaşından az xəsarət almış, gözü şişməmişdir, biraz gözünün üst hissəsi göyərmişdir. Hadisədən sonra o, Zərərçəkmiş şəxsla əsgər yataqxanasında söhbət etmiş, etdiyi hərəkətindən peşman olduğunu bildirərək sonuncudan üzr istəmiş və onunla barışmışdır. Bu hadisənini səbəbi Zərərçəkmiş şəxsla dost münasibəti olduğu tərzdə ona aldığı şirniyyətə qonaq etməyi təklif etdikdə cavabında onu əxlaqsız sözlə təhqir etməsi və sonradan üzr istəmək əvəzinə onu əli ilə itələməsi olmuşdur. O, daha sonra göstərdi ki, ailəsi Lənkəran şəhərində yaşayır. Ailədə ondan başqa kiçik bir bacısı var, anası işləmir, nənəsinin pensiyası ilə ailə üzvüləri dolanır.Ailəsini maddi cəhətdən vəziyyətdi çox ağırdır. Atası 2018-ci ildən həbsdədir, 9 il 6 ay müddətə azadlıqadan məhrum edilib, hal-hazırda Bakı şəhərində 12 saylı cəza çəkmə müəssisəsində cəza çəkir. Özü hərbi xidmətdən əvvəl ofisiant işləmiş, xidmətdən qayıdndandan sonra ağır maddi vəziyyətdə olan ailəsinə işləyərək yardım etməsini və həmcinində ali məktəbə daxil olub oxumaq fikrindədir. Bu hadisədən əvvəl və sonra heç bir qanun pozuntusuna cəlb edilməmiş, irad tutulmamışdır. Məhkəmədən törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət törətməsini, hazırda xidmətini davam etdirməsini, Zərərçəkmiş şəxsla barışmasını, sonuncunun ona qarşı heç bir şikayətinin və tələbinin olmamasının nəzərə alınaraq onu cəzadan azad edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərərçəkmiş şəxs N nömrəli hərbi hissənin 2-ci minaatan batareyasının atəş dəstək qrupunun kəşfiyyatçısı, əsgər Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə Səfərbərlik üzrə Sumqayıt şəhər şöbəsindən hərbi xidmətə çağırılaraq əvvəl N nömrəli hərbi hissədə, xx.xx.2021-ci il tarixdə gənc əsgər hazırlıq kursunu bitirib N nömrəli hərbi hissənin 2-ci minaatan batareyasının atəş dəstək qrupunun kəşfiyyatçısı vəzifəsinə təyin edilmişdir. xx.xx.2023-cü il tarixdə xidmət müddəti başa çatdığına görə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Əsgər Təqsirləndirilən şəxs hərbi xidmət dövründə tanımış, onunla eyni batareyada xidmət etmişdir. Təqsirləndirilən şəxs ilə aralarında dostluq, qohumluq münasibətləri, şəxsi ədavət və ya düşmənçilik olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 17:30-da N nömrəli hərbi hissənin Tərtər rayonunun Talış kəndində yerləşən 2-ci minaatan batareyasının ərazisində dişi ağrıdığı üçün yataqxananın qarşısında gəzərkən yanından keçən əsgər Təqsirləndirilən şəxs ondan nə baş verdiyini, tək halda çöldə hansı səbəbdən gəzdiyini soruşmuşdur. Əsgər Təqsirləndirilən şəxs dişi ağrıdığını, bu səbəbdən narahat olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ona “gəl gedək çay içək, şirniyyat almışam” deyə təklif etmiş, Təqsirləndirilən şəxs təklifini rədd edərək “deyirəm ki, dişim ağrıyır, istəmirəm” demiş, çünki dişinin ağrısı onu əsəbi hala gətirmişdir. Bundan sonra əsgər Təqsirləndirilən şəxs yenidən ona “dişin ağrıyır ağrıyır da, gedək çay içək” təklifini etdikdə, yenə də Təqsirləndirilən şəxs istəmədiyini bildirmiş, Təqsirləndirilən şəxs təkidlə yenidən təklif etdikdə isə əsəbləşdiyi üçün ona “get, s.....” kimi nalayiq ifadə işlətmişdir. Bu zaman əsgər Təqsirləndirilən şəxs onun yaxasından tutmuş və qarşılıqlı olaraq Təqsirləndirilən şəxs yaxasından tutmuşdur. Aralarında yaranan mübahisə nəticəsində əsgər Təqsirləndirilən şəxs özündən uzaqlaşdırmaq məqsədi ilə sinəsindən itələmiş, həmin vaxt əsgər Təqsirləndirilən şəxs sağ əli ilə sol qaş nahiyəsinə bir dəfə yumruq zərbəsi vurmuşdur. Yumruq zərbəsinin təsiri nəticəsində sol qaşından xəsarət almış, həmin vaxt əsgər Şahid1 oraya gələrək əsgər Təqsirləndirilən şəxs qolundan tutub aparmışdır. Hadisədən sonra əsgər yataqxanasının yuyunma otağında əl-üzünü yuyarkən gizir Şahid2 yuyunma otağına daxil olub nə baş verdiyini soruşmuş, hadisəni gizir Şahid2 danışmışdır. Şahid2 ona ilkin tibbi yardım göstərərək hadisə barədə batareya komandiri, kapitan Şahid3 mobil telefon vasitəsilə məlumat vermişdir. Məhkəmə iclasında dindirilmiş şahid N nömrəli hərbi hisssinin 2-ci minaatan batareyasının 2-ci tağımının 1-ci manqasının heyət nəfəri, əsgər Şahid1 ifadəsində göstərmişdir ki, əsgər Təqsirləndirilən şəxs və əsgər Zərərçəkmiş şəxs xidmət dövründə tanımış, aralarında ədavət və ya düşmənçilik olmamış, münasibətləri xidməti olmuşdur. Əsgər Zərərçəkmiş şəxs 2023-cü ilin aprel ayında xidmət müddətinin başa çatmasına görə ehtiyata buraxılmışdır. xx.xx.2023-cü il tarixdə saat 17:30-da N nömrəli hərbi hissənin Tərtər rayonunun Talış kəndində yerləşən 2-ci minaatan batareyasının yataqxanasında gün növbətçisi naryadında olarkən yataqxananın qarşısından səs-küy eşitmiş, nalayiq sözlər eşitməmiş, cəld ora getmiş, yataqxananın giriş qapısının təxminən 15 metrlik məsafəsində əsgər Təqsirləndirilən şəxs ilə əsgər Zərərçəkmiş şəxs bir-birinin yaxasından tutduğunu, daha sonra əsgər Zərərçəkmiş şəxs əsgər Təqsirləndirilən şəxs sinəsindən itələyərək özündən uzaqlaşdırdığını görmüşdür. Onlara tərəf getdiyi zaman əsgər Təqsirləndirilən şəxs sağ əli ilə əsgər Zərərçəkmiş şəxs sol qaş nahiyəsinə bir dəfə yumruq zərbəsi vurmuşdur. Yumruq zərbəsinin təsirindən əsgər Zərərçəkmiş şəxs sol qaş nahiyəsindən xəsarət almışdır. Belə ki, o, Zərərçəkmiş şəxs qaşının qanamasını görmüş, lakin sonuncunun həmin vaxt gözü-qaşı şişməmişdir. Sonra o, Təqsirləndirilən şəxs qolundan tutub yataqxanın arxasına apararaq sakitləşdirmişdir. Təqsirləndirilən şəxs hadisə barədə soruşduğu zaman Zərərçəkmiş şəxs şirniyyatla çay içməyə dəvət etdiyini, lakin təklifinə Zərərçəkmiş şəxs təhqiramiz ifadəylə cavab verdiyini, bu səbəbdən də Zərərçəkmiş şəxs vurduğunu bildirmişdir. O, daha sonra göstərdi ki, Təqsirləndirilən şəxs ilə bir ildir bir yerdə xidmət etmiş, bu hadisədən başqa onun digər əsgərlərlə dava-dalaş etməsini, komandirlər tərəfindən cəzalandılıması görməmiş və eşitməmişdir. Nihat Rəcəbli isə əksinə konflik yaradan, narahat əsgər olmuşdur. Məhkəmə iclasında dindirilmiş şahid N nömrəli hissənin 2-ci minaatan batareyasının atəş dəstək qrupunun komandiri, gizir Şahid2 ifadəsində göstərmişdir ki, əsgər Təqsirləndirilən şəxs və əsgər Zərərçəkmiş şəxs xidmət dövründə tanımış, münasibətləri xidməti olmuş, - Təqsirləndirilən şəxs verilən tapşırıqları vaxtında yerinə yetirmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs nizam intizamlı əsgər olmuşdur. Əsgər Zərərçəkmiş şəxs 2023-cü ilin aprel ayında xidmət müddətinin başa çatmasına görə ehtiyata buraxılmışdır. xx.xx.2023-cü il tarixdə N nömrəli hərbi hissənin Tərtər rayonunun Talış kəndində yerləşən 2-ci minaatan batareyasında batareya üzrə cavabdeh olmuşdur. Xidmət vaxtı səs-küy eşitmiş, səs-küyə çölə çıxmış, batareyanın şəxsi heyətinin düzüldüyün görmüşdür. O, düzülüşün səbəbini soruşanda adını xatırlamadığı hərbi qulluqçu ona əsgər Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs dalaşdıqlarını demişlər. Sonra o, saat 17:30-da 2-ci minaatan batareyasının yataqxanasında yerləşən yuyunma otağına daxil olarkən əsgər Zərərçəkmiş şəxs üzünü yuduğunu və sifətinin sol qaş nahiyəsindən xəsarət aldığını görmüşdür. Zərərçəkmiş şəxs nə baş verdiyini soruşmuş, Zərərçəkmiş şəxs əsgər Təqsirləndirilən şəxs ilə mübahisə etdiyini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs yanına çağırıb hadisə barədə soruşmuşdur. Söhbət zamanı məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixdə saat 17:30-da yataqxananın qarşısında olarkən əsgər Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs şirniyyatla çay içməyi təklif etmiş, Zərərçəkmiş şəxs dişi ağrıdığını deyib çay içməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs yenə də Zərərçəkmiş şəxs çay içməyi təklif etmiş, bu zaman Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ünvanına təhqiramiz ifadə işlətmişdir. Bundan sonra aralarında mübahisə yaranmış, mübahisə zamanı əsgər Təqsirləndirilən şəxs sağ əli ilə əsgər Zərərçəkmiş şəxs sol qaş nahiyəsinə bir dəfə yumruq zərbəsi vuraraq xəsarət yetirmişdir. Əsgər Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ilə söhbət etdikdən sonra baş vermiş hadisə barədə mobil telefon vasitəsilə 2-ci minaatan batareyasının komandiri, kapitan Şahid3 məlumat vermişdir. Hadisədən sonra onlar barışaraq xidmətlərini davam etmişdilər və bir daha belə hadisələr baş verməmişdir. Məhkəmə iclasında dindirilmiş şahid N nömrəli hərbi hissəsinin 2-ci minaatan batareyasının komandiri, kapitan Şahid3 ifadəsində göstərmişdir ki, o, əsgərlər Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs xidmət dövründə tanımış, münasibətləri xidməti olmuşdur. Xidmət müddətində bu hadisədən başqa Təqsirləndirilən şəxs tərəfindən heç bir qanun və nizamnamə pozuntuları olmamışdır. O, daha sonra göstərdi ki, 12 mart 2023-cü il tarixdə hərbi hissədən kənarda buraxılışda olarkən gizir Şahid2 onun mobil telefonuna zəng vurmuş, əsgər Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs çay içməyi təklif etdiyi zaman Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ünvanına təhqiramiz ifadə işlətməsi səbəbindən aralarında mübahisə yarandığını, mübahisə zamanı əsgər Təqsirləndirilən şəxs sağ əli ilə əsgər Zərərçəkmiş şəxs sol qaş nahiyəsinə bir dəfə yumruq zərbəsi vuraraq xəsarət yetirdiyini məruzə etmişdir. O, ertəsi gün batareyaya gəlmiş, əsgər Təqsirləndirilən şəxs ilə əsgər Zərərçəkmiş şəxs yanına çağırmış, onlarla fərdi söhbət aparmış, söhbət zamanı Zərərçəkmiş şəxs bildirmişdir ki, dişi ağrıdığı üçün əsəbi olmuş, həmin vaxt Təqsirləndirilən şəxs ona şirniyyatla çay içməyi təklif etmiş, o, çay içməkdən imtina etmiş, həmin vaxt Təqsirləndirilən şəxs bir neçə dəfə ona çay içməyi təklif etditkdə o bundan əsəbləşmiş və Təqsirləndirilən şəxs ünanına qarşı nalayiq söz işlətmişdir. Bu sözdən sonra Təqsirləndirilən şəxs onun sol qaş nahiyəsinə bir dəfə yumruq zərbəsi vuraraq xəsarət yetirmişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üzr istəmiş və onunla barışmışdır. Hadisədən sonra səhəri gün Zərərçəkmiş şəxs xidmətini davam etdirməsinə hec bir maneə olmamışdır və səhhətinin pozulmamışdır, lakin qaşındakı olan zədə ilə əlaqədar olaraq onu 2-3 gün naryadlara cıxarmamıdır və 2-3 gündən sonra xidmətini müvafiq naryadlarda davam etdirmişdir və səhətindən şikayət etməmişdir. Zərərçəkmiş şəxs 2023-cü ilin aprel ayında xidmət müddətinin başa çatmasına görə ehtiyata buraxıldığı vaxt üzərində heç bir xəsarət izi qalmamışdır. Məhkəmə iclasında dindirilmiş Tərtər regional Məhkəmə X9nin rəisi, tibbi xidməti baş leytenantı X14 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli Qərarında və digər təlimatlarda bədən nahiyəsində olan məhz hansısa konkret hematomanın, təkcə hematoma deyil hematoma kimi digər başqa xəsarətlərin də məsələn çıxıqların növünə görə yüngül və az ağır xəsarətlər ola bilər. Lakin bu xəsarətlərin növləri, həmçinin digər xəsarətlər də vardır ki, heç bir tərtib olunmuş siyahıda göstərilməmişdir. Tibbi ədəbiyyatlara görə insanlarda dəri səthinə baxış keçirilərkən kiçik ölçülü, qançır və sıyrıq xəsarətləri aşkar olunduğu halda həmin xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlərə aid edilir. Ancaq qançır və sıyrıq xəsarətləri öz əhatəliyinə görə yumşaq toxmalarda gedən prosesə görə onlar yüngül xəsarət növünə aid edilmir. Qançır yüngül zərbənin təsirindən əmələ gələn kiçik ölçülü qan damarlarının zədələnməsinin, qanın yumşaq toxumlarına sızmasıdır və bu da qısa müddətdə keçib gedir, ona görə sağlamlığa zərər vurmur. Ancaq hematoma qüvvətli zərbənin təsirindən, kiçik və böyük ölçülü qan damarlarının zədələnməsidir. Hematoma qan damarının zədələnmısindən sonra yumşaq toxmalarda sızıqlar və çıxma, yumuşaq toxmalarının qaralaması nəticəsində həmin boşluqlarda qan laxtasının quru qanın yığılmasıdır. Həmin nahiyyələrin şişkinliyi, xarici görkəmində rəngin dəyişməsi, ağrıların əmələ gəlməsi ilə müşahidə olunur. Hematomanın yerləşmə yerindən asılı olaraq orqanların çıxmasına görə, orqanların yerinin dəyişməsinə görə fəsadlar yetirir, üstəlik hematomanın sorulma müddəti uzanır. Adətən fəsadları nə ola bilər, abseslərə yəni, toxumanın infeksiyalaşmasına gətirib çıxarda bilər, hansısa müdaxilə olmadan, tibbi yardım olmadan hematomanın sorulub getməsi çətin məsələdir. Məhz bu işdə hematomanın nəyi sıxa bilər. Sual yarana bilər əlbətdə ki həmin nahiyyədə şişkinlik yarananda üst göz qapağı toxuma quruluşuna görə şişir. Həmin nahiyədə şişəndə gözdə görmə məhdudiyyəti yaranır. Ona görədə bu hal sağlamlığın qısa müddətdə pozulması ilə qiymətləndirilir. O, daha sonra göstərdi ki, konkret olaraq bu norma ilə bağlı göstəriş yoxdur, belə qənatə gəlilər. Tibbi mütəxəssislər hematomanın qeydiyyatını aparırlar. Ekspertin səlahiyyətinə daxildir ki, tibbi sənədlərə əsasən hansısa bir rəy versin. O, tibbi qeydiyyata əsasən rəy vermiş, tibb məntəqəsində hardasa səhv edilməsinin aydınlaşdırması onun səlahiyyətinə deyil, tibb məntəqəsində, tibbi savadı olan şəxs onu qeyd edir və onu görür. Əgər travma xəsarət alandan sonra ekspertə tez təqdim olunubsa həmin şəxsin müayyinəsi zaman xəsarətləri ekspert görərək özü qiymət verir, onlar səhv olduğu halda fikirlərini bildirirlər. Əgər travma gec təqdim olunursa onda Rəyi sənədlərə əsasən müəyyən edirlər. O, əlavə olaraq göstərdi ki, Zərərçəkmiş şəxs xəsarət xx.xx.2023-cü il tarixdə yetirilsədə o ekspertizaya xx.xx.2023-cü il tarixdə, yani bir aydan sonra təqdim edilmişdir və ona həm tibbi sbnədlər və həmdə xəsarətin qalıq izləri üzrə rəe onun tərəfindən verilmişdir. Zərərçəkmiş şəxs qaşının üzərində çapığı 1(bir) ay sonra müayyinə etmək mümkün olmuşdur və bu zaman müəyyən etmişdir ki, hadisə uzun müddət əvvəl baş vermiş, həmin nahiyyədə çapığı aşkar edəndə həmin yaranın , həmin vaxtda zərbənin təsirindən yaranması qənaətinə gəlmiş, çapığın ölçüsünə, formasına görə həmin yaranın cərah tikişinə ehtiyacı olan kimi qiymətləndirmişdir və bununla əlaqədar olaraq yuxarıda istinad etdiyi Qərarın 3.1.5-ci maddəsinə əsasən yüngül xəsarət kimi qiymətləndirmişdir və həmin Qərarın 3.1.2-ci maddəsinə əsasən belə xəsarətlər 3(üc) gündən cox, lakin 21 gündən sağlamlıöın qısa müddətə pozulması ilə müşaət edildiyindən hesab etmişdir ki, bu xəsarət Zərərçəkmiş şəxs 3 gündən cox səhhətinin pozulmasına səbəb ola bilərdi və ona görədə səhhətinin qısa pozulmasına səbəb olan xəsarət kimi ehtimal etdim. Məhkəmə iclasında dindirilmiş şahid N nömrəli hissənin 2-ci minaatan batareyasının fekdşeri X7 ifadəsində göstərmişdir ki, əsgər Təqsirləndirilən şəxs və əsgər Zərərçəkmiş şəxs xidmət dövründə tanımış, aralarında ədavət və ya düşmənçilik olmamış, münasibətləri xidməti olmuşdur. O, hadisə olan vaxt hərbi hissədə olmamış, xx.xx.2023-cü il tarixdə xidmət yerinə gəlmiş, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs gözündə qançıq, qaşında isə cızıq izləri görmüş, cızıq geniş yara olmamış, amma görünmüşdür. Sonra hərbi hissə komandiri Təqsirləndirilən şəxs və əsgər Zərərçəkmiş şəxs qərargaha çağırmışdır. O həmin vaxt hərbi qulluqçulardan eşitmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 17:30-da N nömrəli hərbi hissənin Tərtər rayonunun Talış kəndində yerləşən 2-ci minaatan batareyasının ərazisində Zərərçəkmiş şəxs dişi ağrıdığı üçün yataqxananın qarşısında gəzərkən yanından keçən əsgər Təqsirləndirilən şəxs ondan nə baş verdiyini, tək halda çöldə hansı səbəbdən gəzdiyini soruşmuş, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs dişi ağrıdığını, bu səbəbdən narahat olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ona bir neçə dəfə çay içməyi təklif edən vaxt Zərərçəkmiş şəxs əsəbləşmiş, Təqsirləndirilən şəxs nalayiq söz demiş, bu zaman aralarında mübahisə yaranmış, mübhaisə zamanı əsgər Təqsirləndirilən şəxs sağ əli ilə Zərərçəkmiş şəxs sol qaş nahiyəsinə bir dəfə yumruq zərbəsi vurmuşdur. Məhkəmə iclasında dindirilmiş şahid N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu X3 ifadəsində göstərmişdir ki, o, əsgər Təqsirləndirilən şəxs və əsgər Zərərçəkmiş şəxs xidmət dövründə tanımış, aralarında ədavət və ya düşmənçilik olmamış, münasibətləri xidməti olmuşdur. O, xx.xx.2023-cü il tarixdə səhər tezdən xidmət yerinə gəlmiş, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs sol gözünü altında qaralama görmüş,sonra batareya komandiri Təqsirləndirilən şəxs və əsgər Zərərçəkmiş şəxs hər ikisini hərbi hissənin qərargahına aparmağı bildirmiş,o da həmin göstərişi icra edərək Təqsirləndirilən şəxs və əsgər Zərərçəkmiş şəxs hərbi hissənin komandirinin yanına aparmış, hərbi hissə komandiri onlara “Nəyə görə dalaşmısız?” demiş, heç biri suala cavab verməmiş, bundan sonra komandirin əmrinə əsasən Təqsirləndirilən şəxs və əsgər Zərərçəkmiş şəxs tibb məntəqəsinə aparmış, bundan sonra hadisə ilə bağlı araşdırma aparılmışdır. Araşdırma zamanı eşitmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 17:30-da N nömrəli hərbi hissənin Tərtər rayonunun Talış kəndində yerləşən 2-ci minaatan batareyasının ərazisində Zərərçəkmiş şəxs dişi ağrıdığı üçün yataqxananın qarşısında gəzərkən yanından keçən əsgər Təqsirləndirilən şəxs ondan nə baş verdiyini, tək halda çöldə hansı səbəbdən gəzdiyini soruşmuş, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs dişi ağrıdığını, bu səbəbdən narahat olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ona bir neçə dəfə çay içməyi təklif edən vaxt Zərərçəkmiş şəxs əsəbləşmiş, Təqsirləndirilən şəxs nalayiq söz demiş, bu zaman aralarında mübahisə yaranmış,mübhaisə zamanı əsgər Təqsirləndirilən şəxs sağ əli ilə Zərərçəkmiş şəxs sol qaş nahiyəsinə bir dəfə yumruq zərbəsi vurmuşdur. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi tədqiq edilərək elan edilmiş şahid, N nömrəli hərbi hissənin 2-ci minaatan batareyasının atəş dəstək qrupunun kəşfiyyatçısı, əsgər Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə SHXÇDX-nin Sumqayıt şəhər şöbəsindən hərbi xidmətə çağırılaraq Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində gənc əsgər hazırlıq kursunu keçmiş, xx.xx.2021-ci il tarixdə gənc əsgər hazırlıq kursunu bitirib N nömrəli hərbi hissənin 2-ci minaatan batareyasının atəş dəstək qrupunun kəşfiyyatçısı vəzifəsinə təyin edilmişdir. xx.xx.2023-cü il tarixdə xidmət müddəti başa çatdığına görə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Əsgər Təqsirləndirilən şəxs hərbi xidmət dövründə tanımış, onunla eyni batareyada xidmət etmişdir. Təqsirləndirilən şəxs ilə aralarında dostluq, qohumluq münasibətləri, şəxsi ədavət və ya düşmənçilik olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 17:30-da N nömrəli hərbi hissənin Tərtər rayonunun Talış kəndində yerləşən 2-ci minaatan batareyasının ərazisində dişi ağrıdığı üçün yataqxananın qarşısında gəzərkən yanından keçən əsgər Təqsirləndirilən şəxs ondan nə baş verdiyini, tək halda çöldə hansı səbəbdən gəzdiyini soruşmuşdur. Əsgər Təqsirləndirilən şəxs dişi ağrıdığını, bu səbəbdən narahat olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ona “gəl gedək çay içək, şirniyyat almışam” deyə təklif etmiş, Təqsirləndirilən şəxs təklifini rədd edərək “deyirəm ki, dişim ağrıyır, istəmirəm” demiş, çünki dişinin ağrısı onu əsəbi hala gətirmişdir. Bundan sonra əsgər Təqsirləndirilən şəxs yenidən ona “dişin ağrıyır ağrıyır da, gedək çay içək” təklifini etdikdə, yenə də Təqsirləndirilən şəxs istəmədiyini bildirmiş, Təqsirləndirilən şəxs təkidlə yenidən təklif etdikdə isə əsəbləşdiyi üçün ona “get, s.....” kimi nalayiq ifadə işlətmişdir. Bu zaman əsgər Təqsirləndirilən şəxs onun yaxasından tutmuş və qarşılıqlı olaraq Təqsirləndirilən şəxs yaxasından tutmuşdur. Aralarında yaranan mübahisə nəticəsində əsgər Təqsirləndirilən şəxs özündən uzaqlaşdırmaq məqsədi ilə sinəsindən itələmiş, həmin vaxt əsgər Təqsirləndirilən şəxs sağ əli ilə sol qaş nahiyəsinə bir dəfə yumruq zərbəsi vurmuşdur. Yumruq zərbəsinin təsiri nəticəsində sol qaşından xəsarət almış, həmin vaxt əsgər Şahid1 oraya gələrək əsgər Təqsirləndirilən şəxs qolundan tutub aparmışdır. Hadisədən sonra əsgər yataqxanasının yuyunma otağında əl-üzünü yuyarkən gizir Şahid2 yuyunma otağına daxil olub nə baş verdiyini soruşmuş, hadisəni gizir Şahid2 danışmışdır. Şahid2 ona ilkin tibbi yardım göstərərək hadisə barədə batareya komandiri, kapitan Şahid3 mobil telefon vasitəsilə məlumat vermişdir. N nömrəli hərbi hissə tərəfindən təqdim edilmiş zədələnmələrin (yaralanmaların) qeydiyyatı kitabından çıxarışdan görünür ki, əsgər Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə “sol qaş nahiyəsinin hematoması, qançırı” diaqnozu ilə tibb məntəqəsinə müraciət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X6 Tərtər Regional Məhkəmə X9 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 213 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər-sol qaş nahiyəsinin çapılmış yarası və hematoması küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmiş, müayinə olunanın göstərdiyi tarixdə (xx.xx.2023) və şəraitdə yetirilməsi inkar olunmur, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, 285 nömrəli əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə hərbi hissənin 2-ci minaatan batareyasının 2-ci minaatan tağımının 2-ci minaatanının heyət nəfəri vəzifəsinə təyin olunmuşdur. N nömrəli hərbi hissəsi tərəfindən təqdim edilmiş arayışdan görünür ki, hərbi hissənin 2-ci minaatan batareyasının atəş dəstək qrupunun kəşfiyyatçısı, əsgər Zərərçəkmiş şəxs ilə həmin batareyanın 2-ci minaatan tağımının 2-ci minaatanının heyət nəfəri, əsgər Təqsirləndirilən şəxs arasında xx.xx.2023-cü il tarixdə tabelik münasibətləri mövcud olmamışdır. N nömrəli hərbi hissənin təqdim etdiyi xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xidmət yeri üzrə müsbət xarakterizə olunmuşdur. N nömrəli hərbi hissəsinin xx.xx.2023-cü il tarixli, 271 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilərək hərbi xidmətə yararlı hesab edilmişdir. DİN-in BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2023-cü il tarixdə iş üzrə Zərərçəkmiş şəxs Tərtər Hərbi Məhkəməsinin elektron poçtuna (contract @tertermilitarucourt.gov.az) rəsmi müraciət edərək ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini,Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını,məhkəmə iclasını onun iştirakı olmadan keçirib yekun qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tərtər Hərbi Prokurorluğunun 02 may 2023-cü il tarixli qərarından görünür ki, N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs həmin hərbi hissənin sabiq hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs zor tətbiq etməsi faktı üzrə əsgər Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə başlanılmışdır. Tərtər Hərbi Prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində “komandanlığın müşahidəsi altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Dövlət ittihamçısı məhkəmə çıxışında təqsirləndirilən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin CM-nin 332.1-ci maddəsi ilə düzgün tövsüf olunduğunu, onun həmin maddə ilə təqsirli bilinib, 03 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilməsini məhkəməyə təklif etmişdir. Müdafiəçi məhkəmə çıxışında məhkəməyə müraciət etmiş vəsatətində göstərmişdir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 332.1-ci maddəsi ilə düzgün tövsif edilməmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə saat 17:30-da Tərtər rayonunun Talış kəndi ərazisində yerləşən həmin batareyanın əsgər yataqxanasının qarşısında olarkən həmin batareyanın atəş dəstək qrupunun sabiq kəşfiyyatçısı, əsgər Zərərçəkmiş şəxs onunla birlikdə əsgər yeməkxanasına gedərək almış olduğu şirniyyatla çay içməsini təklif etmiş, əsgər Zərərçəkmiş şəxs onun təklifini qəbul etmədikdə əsgər Təqsirləndirilən şəxs onu çay içməyə yenidən dəvət etmiş, həmin vaxt dişinin ağrıdığını və əsəbi olduğunu bildirən əsgər Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onu çay içməyə getməsini təkidlə istəməsindən əsəbiləşərək Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadə işlətmiş, bundan sonra aralarında yaranmış sözlü mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sol qaş nahiyəsinə sağ əli ilə bir yumruq zərbəsi vuraraq onun sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Göründüyü kimi onların arasında baş vermiş mübahisə tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozması kimi deyil, şəxsi münasibətlər zəminində baş vermişdir. Bu səbəbdən onun əməli CM-nin 332.1-ci maddəsindən CMnin 128-ci maddəsinə tövsif edilməli, törətdiyi əməl böyük içtimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olduğundan və Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətdiyindən, əməlindən peşman olması, zərərçəkmiş şəxsdən üzr istəməsi və onunla barışması, bir daha belə hərəktlərə yol verməməsi, ağır ailə vəziyəti olaraq, atasının uzun müddətə azadlığdan məhrumetmə növündə cəza cəkməsini, ailədə yeqanə oğul evladı olmasını, həmçinin zərərçəkmiş şəxsin məhkəməyə ünvanladığı rəsmi müraciətində Təqsirləndirilən şəxs ilə barışması, ona qarşı heç bir şikayəti, tələbi və iddiasının olmaması nəzərə alınaraq CM-nin 73.1-ci maddəsinin tələbinə əsasən onun cinayət məsuliyyətindən azad edilməsini və cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ilkin olaraq Təqsirləndirilən şəxs qarşı elan olunmuş ittihamı, təqsirləndirilən və zərərçəkmiş şəxslərin, iş üzrə dindirilmiş şahidlərin həm məhkəmə həm də ibtidai istintaq zamanı vermiş olduğu ifadələri, bundan başqa müdafiəçini məhkəmə çıxışları zamanı Təqsirləndirilən şəxs əməlinin CM-nin 332.1-ci maddəsi ilə düzgün tövsif edilməməsi,onun əməlinin CM-nin 128-ci maddəsinə tövsif edilməsi ilə bağlı fikrini qarşılıqlı təhli edərək müdafiəçinin bu mövqeyi ilə razılaşmır və hesab edir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasından baş vermiş mübahisə Təqsirləndirilən şəxs asudə vaxtlarında olsada Zərərçəkmiş şəxs hərbi hissə daxilində hərbi xidmət vəziflərini bilavasitə yerinə yetirərkən baş vermiş, bu səbəbdən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla aralarında baş vermiş mübahisə zamanı sonuncunun sol qaş nahiyəsinə sağ əli ilə bir yumruq zərbəsi vuraraq ona dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid “sol qaş nahiyəsinin çapılmış yarası və hematoması” ilə müşayiət olunan bədən xəsarətini yetirməklə tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı nizamnamə qaydalarını pozaraq, zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən və zərərçəkmiş şəxslərin, şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 332.1-ci maddəsinin cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin böyük ictimai təhlükə törəməyən cinayətlər kateqoriyasına aid olmasını, hadisənin baş vermə səbəbinin zərərcəkmiş şəxsin əxlaqsız hərəkətlərinin təsiri altında baş verməsini, bu hadəsələrin baş verməsinə hec bir əsas olmayaraq təqsirləndirilən şəxs aldığı şirniyyətiasudə vaxtında özünə dost hesb etdiyizərəcəkmişlə bölüşmək istədiyi tərzdə zərərcəkmiş şəxs dişinin ağrıs ilə əlaqədar təqsirləndirilən şəxsi ağır söyüşlə təhqir edərək, Nizamnamənini 138-ci maddəsinin tələblərini pozması şəraitində baş verməsini, hadisə naticəsində ekspert tərəfindən ona səhhətini qısa müddətə pozması ilə əlaqəli olan yüngül xəsarət versədə məhkəmə istintaqı zamanı zərərcəkmiş şəxsin səhhətinini qısa müddətə pozulması təhqiq olunmuş sübutlarla inkar olmasını və hadisədən dərhal sonra xidmətini davam etnəsini və 2-3 gündən sonra yenidən naryadlara cıxmasını, zərərçəkmiş şəxslə hadisədən dərhal barışmasını, zərərçəkmiş şəxsin ondan şikayəti və tələbinin olmamasını, əvvəllər məhkum olmamasını, artıq 1(bir) il Vətən Müharibəsi qedişində azad olunmuş Talış kəndində xidmət etməsini və bu müddət ərzində xidmət etdiyi batareyasında peçakar tuşlayıcı olaraq, nümunəvi əsgər sayıldığını, hadisədən əvvəl və hadisədən sonra keçən müddət ərzində nümunəvi olaraq xidmətini davam etdirməsini, həmcinin ağır ailə vəziyyəti olaraq atasının uzunmüddətli azadlığdan məhrumetmə cəzasına məhkum edilməsini və hal-hazırda cəza cəkməsini, anasının və özündən balaca olan bir bacısıbnın nənəsininhimayəsində qalaraq onun pensiyasına yaşamalarını, yeqanə oğul evladı olaraq, xidmətdən qayıdndandan sonra ağır maddi vəziyyətdə olan ailəsinə işləyərək yardım etməsini və həmcinində ali məktəbə daxil olub oxumaq fikrində olmasını nəzərə alınaraq, bu səbəbdən qalan xidmətini başa vuraraq ehtiyyata tərxis olunmasına və gələcəkdə həyatında bu hadisə hər hansı bir maneə törətməməsi ücün və onun yuxarıda hallara əsasən cəza cəkmədən islah olunmasını mümükün sayaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə, yuxarıda qeyd edilən yünqükkəşdirici halları və dövlət ittihamçısının və müdafiə tərəfinin məhkəmə çıxışı zamanı qeyd etdikləri mövqeylərini, zərərçəkmiş şəxsin məhkəməyə ünvanladığı ərizələrini və Təqsirləndirilən şəxs qarşı elan olunmuş ittihamı nəzərdən keçirib təhlil edərək, həmçinin həm ibtidai istintaq zamanı, həm məhkəmə istintaqı zamanı sübuta yetirilmiş işin hallarını, təhqiqat və ibtidai istintaqın aparılmasının xüsusiyyətlərini və hadisənin baş vermə səbəbini, mexanizmini və şəraitini, hadisədən sonra təqsirləndirilən şəxsin davranışını və onun şəxsiyyətini səciyyələndirən hallara nəzər salaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. CM-nin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Məhkəmə qeyd olunlardan başqa hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 73.1-ci əsasən cinayət məsuliyyətindən azad edilərək, barəsində cinayət təqibinə xitam verilməsi barədə müdafiəçinin vəsatəti əsaslıdır. Belə ki, hadisədən sonra Təqsirləndirilən şəxs zərərcəkmiş şəxsdən üzr istəyərək onunla barışmış, hadisə ilə əlaqədar zərərcəkmiş şəxsə dəymiş ziyan tam aradan qaldırılmışdır, həmçinin zərərcəkmiş şəxsin Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi olmadığından onu cəzadan azad edilməsini xahiş etmişdir. Göründüyü kimi CM-nin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması və ona dəymiş ziyanı ödəməsi və ya vurulmuş zərəri aradan qaldırması ilə bağlı şərtlər müəyyən olunduqda böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilmədən islah olunması mümkündür. CM-nin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 iyul 2022-ci il tarixli Qərarında qeyd olunan hüquqi mövqeyə görə cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması cinayət qanunvericiliyinin ümumi qəbul olunmuş yanaşmasıdır. Bu zaman cinayətlərin törədilməsinin qarşısını alan ən təsirli vasitə cəzanın ağırlığı deyil, onun qaçılmazlığıdır (ubi culpa est, ibi poena subesse debet). Bununla yanaşı qanunla nəzərdə tutulan bir sıra hallarda cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər. Müasir cinayət ədalət mühakiməsi sisteminin fərqləndirici xüsusiyyəti cinayət məsuliyyətindən azad etmənin həm məhkəməyədək mərhələdə, həm də məhkəmə icraatı mərhələsində mümkün olması, bununla da cinayət təqibinə xitam verilməsilə əlaqədar cinayət işlərinin sayının azalma prosesidir. Həmin institutun həyata keçirilməsinin fərqli ölkələrdə müxtəlif prosedurlarının olmasına baxmayaraq hüquqi mahiyyəti hər yerdə eyni qalır – prosessual qanunvericilikdə nəzərdə tutulmuş hallarda cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi. Qeyd edilməlidir ki, cinayət məsuliyyətindən azad etməni o zaman əsaslandırılmış və ədalətli hesab etmək olar ki, cinayət törətdikdən sonra təqsirləndirilən şəxsin cinayət cəzası təyin edilmədən azad edilməsi şəxsin hüquq və azadlıqlarının, bütün hüquq qaydalarının cinayətkar qəstdən müdafiəsinə maneə olmur və bununla yanaşı təqsirkar şəxsin islah olunmasına, yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına yardımçı, cinayət qanunvericiliyinin vəzifələrinə isə müvafiq olur və cəzanı tətbiq etmədən də onun məqsədlərinə nail olmağa imkan verir. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında CM-nin 73-cü maddəsi ilə bağlı açıqlamalar verilmiş, o cümlədən “Azərbaycan Respublikası CPM-nin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarında həmin maddəyə daha geniş təfsir verilmişdir. Qeyd edilən Qərarda Konstitusiya Məhkəməsinin Plenumu CM-nin 73-cü maddəsində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə barışmaqla əlaqədar cinayət məsuliyyətindən azad etmə institutu ilə bağlı aşağıdakıları göstərmişdir: - zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması nəticəsində təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə əlaqədar cinayət işinə xitam verilməsinin əsaslarının və şərtlərinin müəyyənləşdirilməsi cinayət hüququnda dispozitivlik prinsipinin (cinayət prosesi subyektinin özünün maddi və prosessual hüquqlarından istifadə etmək imkanının) gücləndirilməsi kimi çıxış edir; - CM-nin 73-cü maddəsi bütün böyük ictimai təhlükə törətməyən cinayətlərə şamil edilir; - CM-nin 73-cü maddəsində imperativ norma ifadə edilməmişdir. Bu maddəyə müvafiq olaraq dispozitivliyin təsiri ictimailiklə bir müstəviyə qoyula bilməz. Belə ki, aralarında barışığa gəlmiş zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin iradələrini ifadə etmələri işə xitam verilməsinə dair qərarın qəbul edilməsinə səbəb olmur, sadəcə səlahiyyətli orqanlar tərəfindən belə qərarın qəbul edilməsini mümkün edən şərtlərdən biri qismində çıxış edir. Qanun belə qərarın qəbul edilməsini səlahiyyətli orqanların vəzifəsi deyil, hüququ kimi müəyyən etmişdir; - CM-nin 73-cü maddəsinə əsasən zərərin ödənilməsi cinayət məsuliyyətindən azad edilmənin ən vacib şərtlərindən biridir. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, CM-nin 73-cü maddəsi cinayət təqibinə xitam verilməsinin aşağıdakı şərtlərini müəyyən etmişdir:1)barəsində cinayət təqibi başlanmış şəxsin əməli böyük ictimai təhlükə törətməyən; 2)təqsirləndirilən şəxs zərərçəkmişə dəymiş ziyanı ödəmiş və ya vurulmuş zərəri aradan qaldırmış; 3)təqsirləndirilən şəxs zərərçəkmişlə barışmış olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu CM-nin 73-cü maddəsinin tələblərinə və özünün bu maddə ilə bağlı əvvəlki qərarlarındakı hüquqi mövqelərinə əsaslanaraq belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxslə barışmaqla bağlı cinayət məsuliyyətindən azad etmə yalnız müəyyən şərtlər daxilində mümkündür. Qeyd edildiyi kimi, CM-nin 73.1-ci maddəsinin tələbləri baxımından cinayət məsuliyyətindən azad etmənin ilk şərti böyük ictimai təhlükə törətməyən cinayətin törədilməsidir. Lakin bu zaman cinayət törətmiş şəxsi xarakterizə edən halların nəzərə alınması böyük əhəmiyyət kəsb edir. Belə ki, cinayət törətmiş şəxsin ictimai təhlükəlilik dərəcəsinin müəyyən edilməsi zamanı məhkəmə təcrübəsi, ilk növbədə, törədilmiş cinayətin xarakterindən və ağırlıq dərəcəsindən, həmçinin təqsirləndirilən şəxsin cinayəti törədənədək və törətdikdən sonrakı hərəkətlərini (şəxsiyyətini) səciyyələndirən hallardan (belə halların dairəsi müxtəlifdir) çıxış edir. Bununla yanaşı onlardan bəziləri qanunun mətnində birbaşa göstərilmiş və mütləq əhəmiyyət kəsb edir. CM-nin 73.1-ci maddəsində belə hallar sırasında böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması və ona dəymiş ziyanı ödəməsi və ya vurulmuş zərəri aradan qaldırması müəyyən olunmuşdur. Yalnız göstərilən şərtlərin yerinə yetirilməsi böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilmədən islah olunmasının təminatı ola bilər. Bu səbəbdən zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasına dair ərizəsinə baxılarkən nəinki bunun üçün qanunla nəzərdə tutulan əsasların olub-olmaması yoxlanılmalı, həmçinin törədilmiş əməlin ictimai təhlükəliliyi, təqsirləndirilənin şəxsiyyəti, cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar da daxil olmaqla konkret işin bütün halları nəzərə alınmalıdır. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, CM-nin 73.1-ci maddəsinin tələblərinə uyğun olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, ona dəymiş ziyanı ödəməsi və ya vurulmuş zərəri aradan qaldırması onun cinayət məsuliyyətindən azad edilməsinə dair qərarın qəbul olunmasına səbəb olmur. Qanunverici belə qərarın qəbul edilməsini cinayət prosesini həyata keçirən orqanların vəzifəsi deyil, hüququ kimi müəyyən etmişdir. CM-nin 73-cü maddəsinin tələblərinə əsasən zərərçəkmiş şəxslə barışıq cinayət məsuliyyətindən azad edilmənin müstəqil şərti kimi nəzərdə tutulmuşdur. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq, cinayət törətmiş şəxsin cəzalanmalı olub-olmaması məsələsinin zərərçəkmiş şəxsin mülahizəsinə verilməsi qanunvericinin zərərçəkmiş şəxsin maraqlarına hörmətlə yanaşmasına dəlalət edir və sosial ədalətin bərpa edilməsi məqsədini daşıyır. Əgər zərərçəkmiş şəxs hesab edirsə ki, təqsirləndirilən şəxs ondan üzr istədikdə, oğurlanmış əşyanı geri qaytardıqda, sındırılmış əmlakı bərpa etdikdə, dəymiş maddi və ya mənəvi zərəri ödədikdə və s. hallarda ədalət bərpa olunar, bu halda cinayət mühakimə icraatını həyata keçirən orqanlar cinayət təqibinin aparılmasında israrlı olmamalıdır. Tərəflərin barışması səbəbindən cinayət təqibinə xitam verilməsi ilə cinayət məsuliyyətindən azad etmə özünün mühüm şərti kimi cinayət törətmiş şəxs və zərərçəkmiş şəxs arasında elə bir barışıq vəziyyətini nəzərdə tutur ki, bu, münaqişənin davamından imtinaya gətirib çıxarır. Onların razılaşdırılmış, aydın, sərbəst və birmənalı bəyanlarının qanunun tələbindən irəli gələrək səlahiyyətli orqan tərəfindən də tanınmasını tələb edir. Zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasına dair ərizəsinə baxılarkən nəinki bunun üçün qanunla nəzərdə tutulan əsasların olubolmaması yoxlanılmalı, həmçinin törədilmiş əməlin ictimai təhlükəliliyi, təqsirləndirilənin şəxsiyyəti və işin bütün halları nəzərə alınmalıdır; Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarında “cinayət məsuliyyətindən və cəzadan azad etmə” anlayışlarına aydınlıq gətirərək göstərmişdir ki, nəzəriyyədə cinayət məsuliyyətindən azad etmə dedikdə, törədilmiş cinayətə görə dövlətin şəxsi mühakimə etməkdən və ona cəza tətbiq etməkdən imtina etməsi başa düşülür. Cinayət məsuliyyətindən azad etmə həm məhkəməyədək mərhələdə, həm də məhkəmə baxışı mərhələsində mümkündür. CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. CPM-nin 40.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-nin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Məhkəmə, yuxarıda şərh edilənlərə əsaslanaraq və baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətini yetirilməsinə səbəb olan şəraitini, bundan sonra təqsirləndirilən şəxslə zərərcəkmiş şəxsin barışmasını, zərəcəkmiş şəxsə dəymiş ziyan tam aradan qaldırılmasını, zərəcəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması, ona qarşı heç bir şikayətinin və tələbinin olmaması ilə bağlı müraciətini nəzərə alaraq, CM-nin 73.1-ci maddəsinə və CM-nin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli Qərarına əsaslanaraq, həmçinin cinayət təqibinə xitam verilməsi hüququndan istifadə etməyi yuxarıda sadalanan işin hallarına əsasən zəruri hesab edərək, belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 332.1-ci maddəsi ilə təqsirləndirildiyi cinayət işi üzrə Zərərçəkmiş şəxs üzr istəyərək onunla barışdığından, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi olmadığından, Təqsirləndirilən şəxs CM-nin 73.1-ci maddəsinə əsasən zərərcəkmiş şəxslə barışmaqla bağlı cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam veriləcəyindən ibtidai istintaq orqanı tərəfindən onun barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından ibtidai istintaq zamanı onun hüquqlarının müdafiəsi dövlət büdcəsi hesabına təyin olunmuş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Tərtər Rayon Vəkil Bürosunun vəkili X8 tərəfindən həyata keçirilmişdir. CPM-nin 193.2-ci maddəsinin tələblərinə görə belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsi hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixli, 202 nömrəli qərarla etdiyi dəyişikliyə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat məbləğində haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə məhkəmə istintaqı zamanı göstərilmiş 21 (iyirmi bir) iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil X1 işlədiyi Tərtər Rayon Vəkil Bürosunun hesabına 126 (bir yüz iyirmi altı) manat məbləğində pul köçürülməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 73.1,43.3 və 321.2.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R V E R D İ: 1.X2 vəsatəti qismən təmin edilsin. 2.Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirləndirildiyi cinayət işi üzrə zərərçəkmiş şəxslə barışmaqla bağlı Azərbaycan Respublikası CM-nin 73.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən başlanmış cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilsin. 3.Təqsirləndirilən şəxs barəsində seçilmiş « Komandanlığın müşahidəsi altına vermə» növündə qətimkan tədbiri ləğv edilsin. 4.Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsi hesabından vəkil X1 işlədiyi Tərtər Rayon Vəkil Bürosunun hesabına 126 (bir yüz iyirmi altı) manat məbləğində pul köçürülsün. 5.Qərarın surəti 3 (üç) gün müddətində cinayət prosesi tərəflərinə verilsin və ya poçt vasitəsi ilə göndərilsin. 6.Qərardan elan olunduğu vaxtdan 20 gün müddətində Tərtər Hərbi Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən : İlqar Quliyev
Məhkəmə qərarları › İş №1-1(098)-143/2023
Tərtər Hərbi Məhkəməsi Qərar — İş №1-1(098)-143/2023
25.07.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver