Məhkəmə qərarları › İş №1-1(098)-143/2024

Tərtər Hərbi Məhkəməsi Hökm — İş №1-1(098)-143/2024

08.08.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tərtər rayonu İş № 1-1(098)-143/2024 08.08.2024 TƏRTƏR HƏRBİ MƏHKƏMƏSİ Tərtər Hərbi Məhkəməsinin sədri X16 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X17 oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Hərbi X1 Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçisi Tərtər rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxx 1999-cu ildə Yevlaz rayonunun Bünyadabad kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmayan, Yevlax rayonunun Yeni Çobankərə kəndində qeydiyyatda olmaqla həmin kənddə də yaşayan, N nömrəli hərbi hissənin mühəndis-istehkam bölüyünün 1-ci mühəndis-istehkam taqımının 3-cü mühəndis-istehkam manqasının komandiri vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi çavuş hərbi rütbəsində xidmət etmiş, hərbi xidmətdən ehtiyata buraxılmış, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 333.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tərtər Hərbi Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçu olmaqla üzrlü səbəblər olmadan on gündən artıq, lakin bir aydan çox olmayan müddətə xidmət yerinə vaxtında qayıtmamışdır. Belə ki, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin mühəndis-istehkam bölüyünün 1-ci mühəndis-istehkam taqımının 3-cü mühəndis-istehkam manqasının komandiri vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olmaqla çavuş hərbi rütbəsində xidmət edərkən 13 mart NN4-cü il tarixdə saat 18:30-da iş vaxtı başa çatması səbəbindən evə buraxılıb N mart NN4-cü il tarixdə saat 08:00-da Yevlax rayonunun Aran qəsəbəsində yerləşən N nömrəli hərbi hissədə xidmət yerinə qayıtmalı olmasına baxmayaraq üzrlü səbəblər olmadan qayıtmamış, N mart NN4-cü il tarixdə saat 08:00-da həmin hərbi hissədə xidmət yerinə gələrək müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçu olmaqla üzrlü səbəblər olmadan on gündən artıq, lakin bir aydan çox olmayan müddətə xidmət yerinə vaxtında qayıtmamışdır. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, sənədlər, habelə sair iş materialları ilə sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs CM-nin 333.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək məhkəmə istintaqında verdiyi ifadəsində göstərdi ki, o, 0N iyul N17-ci il tarixdə Azərbaycan Respubikası SHXÇDX-nin Yevlax rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, 1 il 6 ay müddətində müddətli həqiqi hərbi xidmətdə olmuş, müddətli həqiqi hərbi xidmətini başa vurduqdan sonra Orduda qalıb işləmək barədə qərar qəbul etdiyi üçün sənədlərini toplayıb N nömrəli hərbi hissəyə müraciət etmiş və N-ci iin 08 avqust ayından N nömrəli hərbi hissənin mühəndis-istehkam bölüyünün 1-ci mühəndis-istehkam taqımının 3-cü mühəndis-istehkam manqasının komandiri vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi çavuş hərbi rütbəsində xidmət etmiş, N nömrəli hərbi hissə komandirinin N aprel NN4-cü il tarixli əmrinə əsasən ehtiyata buraxıldığı üçün N nömrəli hərbi hissə komandirinin N aprel NN4-cü il tarixli əmri ilə şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. O, 13 mart NN4-cü il tarixdə saat 18:30 radələrində iş vaxtı başa çatması səbəbindən Yevlax rayonunun Aran qəsəbəsində yerləşən N nömrəli hərbi hissədən evə buraxılaraq N mart NN4-cü il tarixdə saat 08:00-da xidmət yerində olmalı olduğu halda, N mart NN4-cü il tarixdə saat 08:00-da xidmət yeri olan Yevlax rayonunun Aran qəsəbəsində yerləşən N nömrəli hərbi hissəyə gəlmişdir. Hərbi hissəyə vaxtında qayıtmamasınını səbəbi ailə problemləri olmuşdur, yəni anası X5 uzun müddət xərcəng xəstəliyindən əziyyət çəkdiyindən və bağırsağında xərçənq xəstəliyindən NN1-ci ildə Milli Onkologiya Mərkəzində əməliyyat olunduğundan və bağırsağı həmin vaxtdan həkimlər tam sağalanadək çöldə saxladıqlarından daimi həkim müayinəsinə ehtiyacı olduğundan və bu xəstəlikdən irəli gələn mütəmadi həkim nəzarətində olması zəruriliyi ilə bağlı və evdə yeganə oğul övladı olduğundan anasını həkim müayinəsinə aparmalı olduğu üçün o, vaxtında xidmət yerinə qayıda bilməmiş, N mart NN4-cü işlərini həll edib 15 mart NN4-cü il tarixdə saat 08-00-da Yevlax rayonunun Aran qəsəbəsində yerləşən N nömrəli hərbi hissəyə xidmət yerinə getsə də, təlimlə bağlı hərbi hissədə bölük komandirini tapmadığı üçün geri qayıtmağı barədə müvafiq raportu yazmasını bildirə bilmədiyindən, həmin gün öz yaşadığı evə qayıtmışdır. Bundan sonra, o, anası ilə birlikdə həmin gün Bakı şəhərinə Milli Onkologiya Mərkəzinə getmişdir və orada 4-5 gün həkim müayinəsindən kecərək və zəruri dərman ləvazimatlarını aldıqdan sonra Yevlax rayonuna qayıtmışlar. Evlərinə qayıdaraq azyaşlı uşağı beyin təzyiqindən əziyyət cəkdiyindən övladını Minqəcevir şəhərində olan xəstəxanaya aparıb həkim müayinəsindən kecirərək və onun da müalicəsi ilə 4-5 gün məşğul olduğundan xidmət yerinə qayıtması on gündən cox çəkmişdir. Lakin N mart NN4-cü il tarixdə saat 08:00-da xidmət yerinə könüllü olaraq qayıtmışdır, hərbi hissə komandirinin N aprel NN4-cü il tarixli şəxsi heyətin siyahısından çıxarılmağı barədə əmri verilənədək olan müddətdə, yəni N mart NN4-cü il tarixdən N aprel NN4-cü il tarixədək hərbi hissədə xidmətdə olmuşdur. Xidmət yerinə gəlmədiyi müddətlərdə onun xidmət yerinə qayıtmamasının səbəbi barədə komandanlığa məlumat verməmişdir və dediklərini təsdiq edən tibbi sənədləri təqdim edə bilməmişdir və bunu yalnız səhlənkarlığı ilə izah edir, belə ki, ailə üzvləri həkimlərdən qeyd etdiyi vaxtlarda rəsmi keçməmişlər və bu səbəbdən dediklərini təsdiqedici sənədləri təqdim edə bilmir. Xidmət yerinə gəlməməsi əməlindən peşmandır və xidmətə məsuliyyətsiz yanaşdığı üçün səhvlərini başa düşür. N aprel NN4-cü il tarixdə hərbi xidmətdən ehtiyata buraxılmış və hazırda işsizdir, evlidir, himayəsində bir azyaşlı uşağı vardır, yoldaşı işləmir, kənddə günəmüzd işləyərək ailəsinin yeganə qazanc gətirən şəxsdir, 44 günlük Vətən Müharibəsində iştirak etmiş, «Vətən müharibəsi iştirakçısı» və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur, anası onkoloji xəstədir. Ona görə də bütün bunların nəzərə alınmasını və ona 100 manat cərimə cəzası verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqında ifadəsi tədqiq olunmuş Şahid1 Qafqaz oğlu ibtidai istintaqda verdiyi ifadəsində bildirmişdir ki, o, xx.xx.N15-ci il tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövət Xidmətinin Xətai rayon idarəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, xx.xx.NN3-cü il tarixdə N nömrəli hərbi hissəyə xidmətə göndərilmiş, hazırda da həmin hərbi hissənin N nömrəli hərbi hissənin mühəndis-istehkam bölüyünün komandiri vəzifəsində, baş leytenant hərbi rütbəsində xidmət edir. Təqsirləndirilən şəxs hərbi xidmət dövründə tanımışdır, onunla heç bir ədavəti və düşmənçiliyi olmamış, habelə yaxın qohumluq əlaqələri yoxdur, münasibətləri xidməti olmuşdur. Müddətdən artıq həqiqi həırbi xidmət hərbi qulluqçusu çavuş Təqsirləndirilən şəxs 13 mart NN4-cü il tarixdə saat 18:30-da iş vaxtı başa çatması səbəbindən Yevlax rayonunun Aran qəsəbəsində yerləşən N nömrəli hərbi hissədən evə buraxılmışdır. Həmin vaxt iş vaxtı başa çatdıqdan sonra xidmətə təyin edilməmiş hərbi qulluqçular evə buraxılmış, növbəti gün isə saat 08:00-da ximdət yerlərinə qayıtmalı olduqlarına görə Təqsirləndirilən şəxs 13 mart NN4-cü il tarixdə saat 18:30-da evə buraxılmaqla N mart NN4-cü il tarixdə saat 08:00-da xidmət yerində olmalı olduğu halda, Təqsirləndirilən şəxs N mart NN4-cü il tarixdə saat 08:00-da Yevlax rayonunun Aran qəsəbəsində yerləşən N nömrəli hərbi hissəyə vaxtında qayıtmadığı üçün onun barəsində raport tərtib edilməklə yuxarı komandanlığa məruzə olunmuşdur. Təqsirləndirilən şəxs N mart NN4-cü il tarixdə xidmət yerinə qayıtmış və N nömrəli hərbi hissə komandirinin N aprel NN4-cü il tarixli 0N6 əç nömrəli əmrinə əsasən ehtiyata buraxıldığı üçün N nömrəli hərbi hissə komandirinin N aprel NN4-cü il tarixli 1N1 nömrəli əmri ilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Bundan sonra, o, 15 mart NN4-cü il tarixdə hərbi hissədə xidmət yerində olmuş, lakin Təqsirləndirilən şəxs hərbi hissədə görməmiş, həmçinin Təqsirləndirilən şəxs xidmət yerinə qayıtması barədə ona heç bir məlumat verməmiş və ya ona yaxınlaşıb bu barədə heç nə bildirməmişdir. Təqsirləndirilən şəxs xidmət etdiyi müddət ərzində bütün növ təminatlarla təmin olunmuş, ona qarşı nizamnamədənkənar hərəkətlərə yol verilməsi halları olmamışdır. Məhkəmə istintaqında ifadəsi tədqiq olunmuş ŞahidN ibtidai istintaqda verdiyi ifadəsində bildirmişdir ki, o, N nömrəli hərbi hissənin mühəndis xidmət rəisinin köməkçisi vəzifəsində, baş leytenant hərbi rütbəsində xidmət edir. Təqsirləndirilən şəxs hərbi xidmət dövründə tanımışdır, onunla heç bir ədavəti və düşmənçiliyi olmamış, habelə yaxın qohumluq əlaqələri yoxdur, münasibətləri xidməti olmuşdur. Müddətdən artıq həqiqi həırbi xidmət hərbi qulluqçusu çavuş Təqsirləndirilən şəxs 13 mart NN4-cü il tarixdə saat 18:30da iş vaxtı başa çatması səbəbindən Yevlax rayonunun Aran qəsəbəsində yerləşən N nömrəli hərbi hissədən evə buraxılmışdır. Həmin vaxt iş vaxtı başa çatdıqdan sonra xidmətə təyin edilməmiş hərbi qulluqçular evə buraxılmış, növbəti gün isə saat 08:00-da ximdət yerlərinə qayıtmalı olduqlarına görə Təqsirləndirilən şəxs 13 mart NN4-cü il tarixdə saat 18:30-da evə buraxılmaqla N mart NN4-cü il tarixdə saat 08:00-da xidmət yerində olmalı olduğu halda, Təqsirləndirilən şəxs N mart NN4-cü il tarixdə saat 08:00-da Yevlax rayonunun Aran qəsəbəsində yerləşən N nömrəli hərbi hissəyə vaxtında qayıtmadığı üçün onun barəsində raport tərtib edilməklə yuxarı komandanlığa məruzə olunmuşdur. Təqsirləndirilən şəxs N mart NN4-cü il tarixdə xidmət yerinə qayıtmış və N nömrəli hərbi hissə komandirinin N aprel NN4-cü il tarixli 0N6 əç nömrəli əmrinə əsasən ehtiyata buraxıldığı üçün N nömrəli hərbi hissə komandirinin N aprel NN4-cü il tarixli 1N1 nömrəli əmri ilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Təqsirləndirilən şəxs xidmət etdiyi müddət ərzində bütün növ təminatlarla təmin olunmuş, ona qarşı nizamnamədənkənar hərəkətlərə yol verilməsi halları olmamışdır. N nömrəli hərbi hissənin mühəndis-istehkam bölüyünün komandiri baş leytenant Şahid1 N mart NN4-cü il tarixli raportundan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Təqsirləndirilən şəxs N mart NN4-cü il tarixdə saat 08:00 radələrində xidmət yerinə gəlməmişdir. N nömrəli hərbi hissə komandirinin N mart NN4-cü il tarixli 80 nömrəli əmri ilə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Təqsirləndirilən şəxs N mart NN4-cü il tarixdə saat 08:00-da xidmət yerinə gəlmədiyi üçün xidmət yerini özbaşına tərk etmiş hesab edilərək, bütün növ təminatları dayandırılmışdır. N nömrəli hərbi hissənin mühəndis-istehkam bölüyünün komandiri Şahid1 N mart NN4-cü il tarixli raportundan görünür ki, müddətdən art ıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Təqsirləndirilən şəxs N mart NN4-cü il tarixdə saat 08:00 radələrində xidmət yerinə qayıtmışdır. N nömrəli hərbi hissə komandirinin N mart NN4-cü il tarixli 94 nömrəli əmri ilə N mart NN4-cü il tarixdə saat 08:00-da xidmət yerinə gəlməyən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Təqsirləndirilən şəxs N mart NN4-cü il tarixdə saat 08:00-da xidmət yerinə gəlmiş hesab edilərək, bütün növ təminatlara qoyulmuşdur. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətə qəbul haqqında N4 iyul N19-cu il tarixli bağlaşmanın kserosurətindən görünür ki, 3 (üç) müddətə hərbi xidmət etmək öhdəliyi götürmüşdür və həqiqi hərbi xidmət müddətinin uzadılması barədə bağlaşmanın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmət müddəti N4 iyul NN5-ci ilədək artırılmışdır. N nömrəli hərbi hissə komandirinin N avqust N19-cu il tarixli NN1 nömrəli əmri ilə Təqsirləndirilən şəxsq Habil oğlu mühəndis-istehkam bölüyünün maneə ləğvetmə tağımının 3-cü maneə ləğvetmə manqasının komandiri vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin N dekabr NN-ci il tarixli 361 nömrəli əmrindən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Müdafiə nazirinin N8 noyabr NN-ci il tarixli 01N1 nömrəli əmri ilə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 78-ci maddəsinin «b» bəndinə (bərabər vəzifəyə) əsasən aparılan təşkilati-ştat dəyişikliyi ilə əlaqədar müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu Təqsirləndirilən şəxs mühəndisistehkam bölüyünün maneə ləğvetmə manqasının komandiri vəzifəsindən azad edilərək, mühəndis-istehkam bölüyünün 1-ci mühəndis-istehkam tağımının 3-cü mühəndis-istehkam manqasının komandiri vəzifəsinə təyin olunmuşdur. N nömrəli hərbi hissə komandirinin N8 iyun NNN-ci il tarixli 77N nömrəli əmri ilə Təqsirləndirilən şəxs çavuş hərbi rütbəsi verilmişdir. N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamə ilə Təqsirləndirilən şəxs xidmət yeri üzrə mənfi cəhətdən xarakterizə olunmuşdur. AZE 15144893 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 1999-cu ildə Yevlax rayonunun Bünyadabad kəndində doğulmuşdur. Elektron Prokurorluq İNformasiya Sistemindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 1999-cu ildə Yevlax rayonunun Bünyadabad kəndində doğulmuşdur və onun əvvəllər məhkum edilməsi barədə məlumat yoxdur. SX ******* nömrəli hərbi biletin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 1999-cu ildə Yevlax rayonunun Bünyadabad kəndində doğulmuşdur, N aprel NN4-cü il tarixdə «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinə (bağlaşma ləğv edilərək) Nizamnamənin 50-ci maddəsinin «z» bəndinə (xidmət müddəti başa çatmamış) görə ehtiyata buraxılmışdır. N nömrəli hərbi hissə komandirinin N aprel NN4-cü il tarixli 1N1 nömrəli əmri ilə «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinə (bağlaşma ləğv edilərək) və Nizamnamənin 50-ci maddəsinin «z» bəndinə (xidmət müddəti başa çatmamış) əsasən ehtiyata buraxıldığına görə N aprel NN4-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinə göndərilmişdir. N nömrəli hərbi hissə tərəfindən verilmiş 0N may NN4-cü il tarixli 1395 nömrəli arayışından görünür ki, çavuş Təqsirləndirilən şəxs hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və onun hərbi xidmətə yararlı olması müəyyən edilmişdir. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Səmədabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 31 may NN4-cü il tarixli 5-9-15/N-16/NN4 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs atası X9, anası X3, arvadı X4 və oğlu XN ibarət ailə üzvləri vardır. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Səmədabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 31 may NN4-cü il tarixli 5-9-15/N-16N/NN4 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayonunun Yeni Çobankərə kəndində yaşayır. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Səmədabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 31 may NN4-cü il tarixli 5-9-15/N-06/NN4 nömrəli xasiyyətnamədən görünür ki, Yevlax rayonunun Çobankərə kəndində yaşayan və qeydiyyatda olan Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Tərtər Hərbi Prokurorluğunun 13 iyun NN4-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində «Başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Mingəçevir Şəhər Mərkəzi X1N Şəxsi tərəfindən Tərtər Hərbi Prokurorluğuna ünvanlanmış 14 iyun NN4-cü il tarixli 18-1-61/N-73N/NN4 nömrəli məktubdan görünür ki, 0N noyabr 1976-cı il təvəllüdlü X10 N mart-N mart NN4-cü il tarixləri ərzində hər hansı tibbi xidmətlə bağlı Mingəçevir Şəhər Mərkəzi X1N Şəxsinə müraciət etməmişdir. Yevlax Rayon Mərkəzi X1N Şəxs tərəfindən Tərtər Hərbi Prokurorluğuna ünvanlanmış N5 iyun NN4-cü il tarixli 18-1-8N/N-448/NN4 nömrəli məktubdan görünür ki, 0N noyabr 1976-cı il təvəllüdlü X10 N mart NN4-cü il tarixdən N mart NN4-cü il tarixədək hər hansı xəstəliklə bağlı Yevlax Rayon Mərkəzi X1N Şəxsinə müraciət etməmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi tərəfindən Tərtər Hərbi Məhkəməsinə ünvanlanmış N5 iyul NN4-cü il tarixli 4/365-596 nömrəli məktubdan görünür ki, xəstə 0N noyabr 1976-cı il təvəllüdlü X10 ilk dəfə 03 mart NN1-ci il tarixdə qarın boşluğunda ağrılar, köp, qəbizlik şikayətləri ilə Milli Onkologiya Mərkəzinə müraciət etmişdir. (L0 111004). Anamnezindən məlum olmuşdur ki, xəstə 10 mart NN1-ci il tarixdə X7 Mərkəzində kolonoskopiya olunmuş və aparılan müayinədə düz bağsaqda 5sm məsafədə qeyri-düzgün formalı, kontakt qanamya meyilli törəmə aşkar edilmiş, biopsiya götürülmüş, patohoistoloji müayinəyə göndərilmişdir. Patohistoloji rəy: N707. Yüksək differensasiyalı adenokarsinoma. 18 fevral NN1. Memorial Klinika. X8 tam qarın boşluğu orqanlarının kontraslı KT müayinəsi olunmuş və aparılan müayinədə düz bağırsaqda törəmə, mezorektal piy toxumasında bir neçə ədəd patoloji limfa düyünləri aşkar edilmişdir. Aparılan müayinələr əsasında xəstəyə «Düz bağırsağın xərçəngi, regionar limfa düyünlərinə metastaz» diaqnozu qoyularaq Yevlax RMX tərəfindən sonrakı müayinə və müalicə üçün Milli Onkologiya Mərkəzinə göndərilmişdir. Xəstə Milli Onkologiya Mərkəzində tam müayinə olunmuş və xəstəyə «Düz bağırsağın xərçəngi. cT3N1M0 İİİ mərhələ» diaqnozu qoyulmuşdur. Xəstəyə Milli Onkologiya Mərkəzində həkimmütəxəssislər tərəfindən baxılmış və 15 mart NN1-N3 aprel NN1-ci il tarixləri ərzində radiokimyaterapiya, 0N iyul NN1-ci il tarixdə isə müalicənin növbəti mərhələsində «Laparatomiya, Düz bağırsağın qarın-aralıq ekstirpasiyası» cərrahi əməliyyatı aparılmışdır. Əməliyyat sonrası patohistoloji rəy: N11458N. Adenokarsinoma. ypTNN1aM0. İİB mərhələ. Əməliyyat sonrası xəstəyə 6 kurs Milli Onkologiya Mərkəzində kimyaterapiya aparılmışdır. Son kurs 01 oktyabr NN1-ci il tarixdə aparılmış və sahə onkoloqun nəzarəti və kontrol müayinələr məsləhət görülmüşdür. Xəstə aldığı müalicələrdən sonra mütəmadi olaraq Milli Onkologiya Mərkəzində həkim-mütəxəssislər tərəfindən baxılmış, məsləhətlər verilmişdir. AZ-İV 86346N nömrəli doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X6 01 iyun NN3-cü ildə Yevlax rayonunda doğulmuşdur, bu barədə doğum haqqında akt qeydləri kitabında NN3 ilin iyun ayının N1 günündə 407 № ilə qeyd edilmişdir. Azərbaycan Respublikası medalının İ-985 nömrəli vəsiqəsinin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin N9 dekabr NN-ci il tarixli N368 nömrəli sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası medalının İ-N3973 nömrəli vəsiqəsinin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin N1 aprel NNN-ci il tarixli N50s nömrəli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. M/V 111860 nömrəli vəsiqənin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməli düzgün olaraq CM-nin 333.3-cü maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə, Təqsirləndirilən şəxs müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçu olmaqla üzrlü səbəblər olmadan on gündən artıq, lakin bir aydan çox olmayan müddətə xidmət yerinə vaxtında qayıtmaması faktını müəyyən etmişdir. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs CM-nin 333.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun etdiyi əməldən səmimi peşman olmasını, könüllü olaraq xidmət yerinə qayıtmasının, evli olmaqla himayəsində bir azyaşlı uşağının olmasını, ailədə yeganə oğul övladı olaraq, anasının onkoloji xəstə olmasını və bununla da ailəsinin ağır vəziyyətdə yaşamasını 44 günlük Vətən Müharibəsində iştirak edərək, «Vətən müharibəsi iştirakçısı» və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmasını, müharibə veteranı olmasını, artıq hərbi xidmətdən tərxis olunmasını, gənc olmasını CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran CM-nin 61.1-ci maddəsində sadalanan hallar yoxdur. Məhkəmə CPM-nin 346.1.8-ci maddəsinin tələblərinə əsasən cinayət məsuliyyətindən azad etmə üçün əsasların olub-olmadığı məsələyə də baxaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqında dindirilərkən xidmət yerinə gəlməməsinin səbəbini anası X5 xəstəliyi ilə bağlı onu həkim müayinəsinə aparması və övladını da xəstəliyi ilə bağlı həkim müayinəsinə aparılması ilə bağlı əlaqələndirsə də, Təqsirləndirilən şəxs göstərdiyi dəlilin anasının onkoloji xəstə olması faktı təsdiq olunsa da, məhz, həmin tarixlərdə müayinəyə və müalicəyə aparılması və övladını da həmin tarixlərdə həkim müayinəsinə aparılmasını təsdiq edən hər hansı bir sənəd təqdim etməmişdir. Məhkəmənin təşəbbüsü ilə əldə olunan sənəddən aydın olunmuşdur ki, anası son dəfə müayinə və müalicədən NN1-ci ildə kecmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs ifadəsində xx.xx.NN4-cü il tarixdə saat 08-00-da Yevlax rayonunun Aran qəsəbəsində yerləşən N nömrəli hərbi hissəyə xidmət yerinə getməsini, təlimlə bağlı hərbi hissədə bölük komandirini tapmadığı üçün geri qayıtmağı barədə müvafiq raportu yazmasını bildirə bilmədiyini göstərsə də, həmin hal öz təsdiqini tapmamış, bununla bağlı Təqsirləndirilən şəxs heç bir əsaslı dəlil gətirə bilməmişdir. CM-nin 333-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, Ağır şərait zəminində bu Məcəllənin 333.1—333.4-cü maddələrində nəzərdə tutulmuş əməlləri ilk dəfə törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər. Ağır şərait dedikdə hərbi qulluqçunun özünün və ya yaxın qohumlarının ağır xəstəliyi, ciddi ailə münaqişələri, hərbi qulluqçunun yaxın qohumlarının yaşadığı yerdə baş vermiş təbii fəlakət, hərbi qulluqçunun xidməti yerində yaranmış əlverişsiz, qeyri-sağlam şərait və.s nəzərdə tutulur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs CM-nin 333.3-cü maddəsinin Qeyd hissəsi ilə, yəni əməlin ağır şərait zəminində törədilməsi ilə bağlı cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar görmür. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi üçün digər əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. CM-nin 333.3-cü maddəsinin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini ilk dəfədir ki, törətmişdir, hazırda hərbi xidmətdən ehtiyata buraxılmışdır, evlidir, himayəsində bir azyaşlı uşağı vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırda hərbi xidmətdən ehtiyata buraxıldığından onun törətmiş olduğu əməlin ictimai təhlükəliliyi də azalmışdır. Məhkəmə bu sadalanan halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 333.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş hərbi xidmət üzrə mədudlaşdırma cəzasının təyin olunması cəzanın məqsədlərinə çatmaq ücün kifayətdir. Lakin Təqsirləndirilən şəxs hazırda hərbi qulluqçu olmadığından ona hərbi xidmət üzrə mədudlaşdırma cəzasının təyin olunması mümkün deyildir. Odur ki, məhkəmə hesab edir ki, bu hal və onun cəzasını yüngülləşdirən halların məcmusunu müstəsna hal kimi qəbul edərək, təyin olunası cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini də nəzərə alıb, Təqsirləndirilən şəxs barəsində CM-nin 6N-ci maddəsini tətbiq etməklə ona CM-nin 333.3-cü maddəsində müəyyən ediləndən daha yüngül cəza növünün, yəni cərimə cəzasının aşağı həddə təyin olunmasını mümkün hesab edir. Məhkəmə CPM-nin 346.1.N-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləgv edilməlidir. Məhkəmə CPM-nin 346.1.N1-ci maddəsinin tələbinə əsasən hesab edir ki, Müdafiəçi tərəfindən tərtib olunmuş hesabata əsasən Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına məhkəmədə göstərdiyi hüquqi yardımın haqqı 60 (altmış) manat təşkil etmişdir və həmin məbləğlər məhkəmə xərclərinə aiddir. Dövlət büdcəsi hesabından: - Müdafiəçi hesabına (alan bank “Beynəlxalq” Tərtər şöbəsi, Kod:805863; VÖEN: **********; Müxbir hesab: AZ03NABZ********************; S.W.İ.F.T. BİK: İBAZAZ NX Hesab №-si AZ891BAZ********************; VÖEN: **********) 60 (altmış) manat məbləğdə pul ödənilməlidir. Hökmün icrası: - cərimə cəzasına münasibətdə Yevlax rayon İcra və Probasiya şöbəsinə; - Müdafiəçi hüquqi yardımın ödənilməsinə münasibətdə Tərtər rayon vəkil bürosuna həvalə edilməlidir. İş üzrə üzərinə həbs qoyulmuş əmlak, maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs CM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinsin və barəsində CMnin 6N-ci maddəsini tətbiq etməklə N0 (iki yüz) manat məbləğdə cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Dövlət büdcəsi hesabından: - Müdafiəçi hesabına (alan bank “Beynəlxalq” Tərtər şöbəsi, Kod:805863; VÖEN: **********; Müxbir hesab: AZ03NABZ********************; S.W.İ.F.T. BİK: İBAZAZ NX Hesab №-si AZ891BAZ********************; VÖEN: **********) 60 (altmış) manat məbləğdə pul ödənilsin. Hökmün icrası: - cərimə cəzasına münasibətdə Yevlax rayon İcra və Probasiya şöbəsinə; - Müdafiəçi hüquqi yardımın ödənilməsinə münasibətdə Tərtər rayon vəkil bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu andan N (iyirmi) gün müddətə Tərtər Hərbi Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar