Azərbaycan Respublikası adından HÖKM Tərtər rayonu İş № 1-1(098)-149/2024 13.08.2024 TƏRTƏR HƏRBİ MƏHKƏMƏSİ Tərtər Hərbi Məhkəməsinin sədri X13 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X14 oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Hərbi X1 Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçisi Tərtər rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə 10 avqust 1996-cı ildə Laçın rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmayan, Bərdə rayonunun Qazıqurdalı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, N nömrəli hərbi hissənin 3-cü taborunun 9-cu bölüyünün 1-ci tağımının 1-ci manqasının baş atıcısı vəzifəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi əsgər hərbi rütbəsində xidmət etmiş, hərbi xidmətdən ehtiyata buraxılmış, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 333.3 və 333.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Tərtər Hərbi Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçu kimi üzrlü səbəblər olmadan on gündən artıq, lakin bir aydan çox olmayan müddətə xidmət yerinə vaxtında qayıtmamış, o cümlədən bir aydan artıq, lakin üç aydan çox olmayan müddətə xidmət yerinə vaxtında qayıtmamış, habelə müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçu kimi üzrlü səbəblər olmadan on gündən artıq, lakin bir aydan çox olmayan müddətə xidmət yerinə vaxtında qayıtmamışdır. Belə ki, Təqsirləndirilən şəxs Yevlax rayonunun Aran qəsəbəsində yerləşən N nömrəli hərbi hissənin 3-cü taborunun 9-cü bölüyünün 1-ci tağımının 1-ci manqasının baş atıcısı vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edərkən, 06 mart N4-cü il tarixdə saat 18:00-da iş vaxtı başa çatması səbəbindən evə buraxılıb N mart N4-cü il tarixdə saat 08:00-da xidmət yerinə, yəni Yevlax rayonu Aran qəsəbəsində yerləşən N nömrəli hərbi hissəyə qayıtmalı olmasına baxmayaraq üzrlü səbəblər olmadan gəlməmiş, xx.xx.N4-cü il tarixdə saat 15:00-da xidməti yerinə, yəni Yevlax rayonunun Aran qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinin 3-cü taborunun 9-cü bölüyünə könüllü olaraq gələrək müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçu kimi üzrlü səbəblər olmadan on gündən artıq, lakin bir aydan çox olmayaraq xidməti yerinə vaxtında qayıtmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən vəzifədə və hərbi rütbədə xidmətdə olarkən xx.xx.N4-cü il tarixdə saat 18:00-da xidmət vaxtı qurtardıqdan sonra buraxılışa getmiş, xx.xx.N4-cü il tarixdə saat 08:00-da Yevlax rayonu Aran qəsəbəsində yerləşən N nömrəli hərbi hissəyə qayıtmalı olmasına baxmayaraq üzrlü səbəblər olmadan gəlməmiş, xx.xx.N4-cü il tarixdə saat 08:00-də xidməti yerinə, yəni Yevlax rayonunun Aran qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinin 3-cü taborunun 9-cü bölüyünə könüllü olaraq gələrək müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçu kimi üzrlü səbəblər olmadan bir aydan artıq, lakin üç aydan çox olmayaraq xidməti yerinə vaxtında qayıtmamışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən vəzifədə və hərbi rütbədə xidmətdə olarkən xx.xx.N4-cü il tarixdə saat 18:00-da xidmət vaxtı qurtardıqdan sonra buraxılışa getmiş, xx.xx.N4-cü il tarixdə saat 08:00-da Yevlax rayonu Aran qəsəbəsində yerləşən N nömrəli hərbi hissəyə qayıtmalı olmasına baxmayaraq üzrlü səbəblər olmadan gəlməmiş, xx.xx.N4-cü il tarixdə saat 08:00-də xidməti yerinə, yəni Yevlax rayonunun Aran qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinin 3-cü taborunun 9-cü bölüyünə könüllü olaraq gələrək müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçu kimi üzrlü səbəblər olmadan on gündən artıq, lakin bir aydan çox olmayaraq xidməti yerinə vaxtında qayıtmamışdır. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməllərini törətməsi özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, sənədlər, habelə sair iş materialları ilə sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs CM-nin 333.3 və 333.4-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək məhkəmə istintaqında verdiyi ifadəsində göstərdi ki, o, 19 dekabr N18-ci il tarixdə Azərbaycan Respubikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, N nömrəli hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların hazırlığı kursunu keçdikdən sonra Bərdə Qarnizonu Hərbi Polisinin hərbi polis bölüyünün komendant taqımının 2-ci manqasının atıcı nizamlayıcı vəzifəsində xidmətə başlamış, Müdafiə Nazirliyinin tabeliyindəki hərbi hissələrdə müxtəlif vəzifələrdə xidmət etdikdən sonra 0N sentyabr N3-cü il tarixdən N nömrəli hərbi hissənin 3-cü taborunun 9-cu bölüyünün 1-ci tağımının 1ci manqasının baş atıcısı vəzifəsinə təyin olunmaqla N iyun N4-cü il tarixədək müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi əsgər hərbi rütbəsində xidmət etmiş, hazırda ordu sıralarından ehtiyata buraxılmışdır. O, N mart N4-cü tarixdə saat 08:00-da aldığı aylıq əmək haqqı onu qane etmədiyindən, kreditlərdə olaraq, həmçinin aldığı 850 manat aylıq əmək haqqısının 50 faizi miqdarında "xxxx" MMC-nin hesabına tutulduğundan və bu cəhətdən maddi cəhətdən problemləri olduğundan, həmcinin “raxitlik” xəstəliyindən əziyyət cəkən böyük övladının müalicəsi ilə əlaqədar olaraq ildə 4 dəfə müalicə kursu keçərək dərmanlar alınması ücün imkanı məhdud olduğundan özünə başqa yüksək əmək haqqılı iş tapmaq üçün xidməti yerinə gəlməyərək, N aprel N4-ci il tarixdə saat 15:00-da xidməti yerinə könüllü olaraq qayıtmış, bundan başqa, eyni məsələlərlə bağlı olaraq, öz maddi problemlərini aradan qaldırmaq məqsədi ilə 15 aprel N4-cü il tarixdə saat 08:00-da xidməti yerinə gəlməmiş, şəxsi problemlərini həll edib, lakin özünə yüksək əmək haqqılı iş tapa bilmədiyi üçün 17 may N4-cü il tarixdə saat 08:00-da xidməti yerinə könüllü olaraq qayıtmış, bundan əlavə, yuxarıda göstərdiyi şəxsi problemləri ilə əlaqədar olaraq, öz maddi problemlərini aradan qaldırmaq məqsədi ilə özünə yüksək əmək haqqılı iş tapmaq üçün növbəti dəfə 29 may N4-cü il tarixdə saat 08:00-da xidməti yerinə gəlməmiş, şəxsi problemlərini həll edib, lakin özünə yüksək əmək haqqılı iş tapa bilmədiyi üçün N iyun N4-cü il tarixdə saat 08:00-da könüllü olaraq xidməti yerinə qayıtmışdır. Ailə üzvlərindən ağır xəstə olan və xəstəlikdən əziyyət çəkəni yoxdur. X11 səhhətində olan “raxitlik” xəstəliyindən əziyyət çəkdiyindən onun qayğısına qalmaqla Bərdə rayonunda və Bakı şəhərində həkimə müayinələrə aparmışdır, lakin bu haqda yalnız əvvəllər aldığı həkim sənədlərini təqdim edə bilər, hərbi hissəni özbaşına tərk etdiyi zamana dəlalət edən həkim sənədlərini təqdim edə bilmir. Ondan başqa, atasının, anasının, qardaşının və onun arvadının övladının qayğısına qalmaq və həkimə aparmaq imkanları olmuş, sadəcə olaraq bir valideyn kimi övladının yanında olmaq istəmişdir. Xidmət yerinə gəlmədiyi müddətlərdə onun xidmət yerinə qayıtmamasının səbəbi barədə komandanlığa məlumat verməmişdir və dediklərini təsdiq edən tibbi sənədləri təqdim edə bilməmişdir və bunu yalnız səhlənkarlığı ilə izah edir, bu səbəbdən dediklərini təsdiqedici sənədləri təqdim edə bilmir. Xidmət yerinə gəlməməsi əməllərindən peşmandır və xidmətə məsuliyyətsiz yanaşdığı üçün səhvlərini başa düşür. N iyun N4-cü il tarixdə hərbi xidmətdən ehtiyata buraxılmış və hazırda işsizdir, günəmuzd fəhlə kimi evlərdə və tikintilərdə iş olanda günü 30-40 manata işləyir, evlidir, himayəsində iki azyaşlı uşağı vardır, yoldaşı da işsiz olaraq ailədə yeganə qazan gətirən özü olduğundan ailə vəziyyəti ağırdır, 44 günlük Vətən Müharibəsində iştirak etmiş, «Vətən müharibəsi iştirakçısı» medalı ilə təltif olunmuşdur, N3-cü ilin sentyabr ayında aparılmış Antiterror əməliyyatlarında da iştirak etmiş, hazırda isə ordu sıralarından ehtiyata buraxılmışdır. Ona görə də bütün bunların nəzərə alınmasını və ona 100 manat cərimə cəzası verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqında ifadəsi tədqiq olunmuş Şahid1 İnqilab oğlu ibtidai istintaqda verdiyi ifadəsində bildirmişdir ki, o, N nömrəli hərbi hissənin 3-ci taborunun komandiri vəzifəsində, kapitan hərbi rütbəsində xidmət edir. Təqsirləndirilən şəxs hərbi xidmət dövründə tanımışdır, onunla heç bir ədavəti və düşmənçiliyi olmamış, habelə yaxın qohumluq əlaqələri yoxdur, münasibətləri xidməti olmuşdur. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Təqsirləndirilən şəxs 06 mart N4-cü il tarixdə saat 18:00-da iş vaxtı bitdikdən sonra buraxılışa getsə də, N mart N4-cü tarixdə saat 08:00-da xidməti yerinə gəlmədiyindən, əsgər Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin qazan təminatından çıxarılıb, hərbi hissəni özbaşına tərk edənlər siyahısına salınması barədə leytenant Emin Qarayev tərəfindən N nömrəli hərbi hissə komandirinə raportla müraciət edilmişdir. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs N mart N4-cü il tarixdə xidməti yerinə gəlmədikdən sonra N aprel N4-ci il tarixdə saat 15:00-da xidməti yerinə qayıtdığı üçün həmin tarixdə də 9-cu bölüyün komandiri, baş leytenant Tural Həsənquliyev tərəfindən əsgər Təqsirləndirilən şəxs N nömrəli hərbi hissəni özbaşına tərk edənlər siyahısından çıxarılıb, hərbi hissənin qazan təminatına qoyulması barədə N nömrəli hərbi hissə komandirinə raportla müraciət edilmişdir. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs 15 aprel N4-cü il tarixdə saat 08:00-da xidməti yerinə gəlmədiyini görüb bu barədə yəni əsgər Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin qazan təminatından çıxarılıb, hərbi hissəni özbaşına tərk edənlər siyahısına salınması barədə onun tərəfindən N nömrəli hərbi hissə komandirinə raportla müraciət edilmişdir. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs 15 aprel N4-cü il tarixdə xidməti yerinə gəlmədikdən sonra 17 may N4-cü il tarixdə saat 08:00-da xidməti yerinə qayıtmışdır. Təqsirləndirilən şəxs xidməti yerinə gəlmədiyi müddət ərzində ona məxsus olan ***-***-**-** mobil telefon nömrəsinə zəng edərək əlaqə saxlayaraq, xidməti yerinə qayıtmasını, törətdiyi əməlin cinayət olmasını və barəsində cinayət işinin başlanmasını desə də, ona ailəvi və maddi cəhətdən problemlərinin olduğunu, həmin problemlərini aradan qaldırdıqdan sonra qısa müddətə xidməti yerinə qayıdacağını bildirmiş, lakin daha sonra mobil telefon zənglərinə cavab verməmişdir. Təqsirləndirilən şəxs xidməti yerinə qayıtdıqdan sonra ona xidməti yerinə gəlməməsinin səbəbini soruşduqda, aldığı aylıq əmək haqqının onu maddi problemlərini qarşılamadığını, ailəvi və maddi cəhətdən problemlərinin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs xidməti dövründə bütün növ təminatlarla təmin olunmaqla, həmçinin N4-cü il ərzində nəzərdə tutulmuş məzuniyyət huququndan tam istifadə etməklə yanaşı, şəxsi problemləri ilə əlaqədar olaraq icazə istədiyi vaxtlarda komandanlıqla razılaşdırmaqla buraxılışa göndərilmişdir. Təqsirləndirilən şəxs xidmət etdiyi müddət ərzində bütün növ təminatlarla təmin olunmuş, ona qarşı nizamnamədənkənar hərəkətlərə yol verilməsi halları olmamışdır. Məhkəmə istintaqında ifadəsi tədqiq olunmuş Şahid2 ibtidai istintaqda verdiyi ifadəsində bildirmişdir ki, o, N nömrəli hərbi hissənin 3-ci taborunun 9-cu bölüyünün baş çavuşu vəzifəsində, baş gizir hərbi rütbəsində xidmət edir. Təqsirləndirilən şəxs hərbi xidmət dövründə tanımışdır, onunla heç bir ədavəti və düşmənçiliyi olmamış, habelə yaxın qohumluq əlaqələri yoxdur, münasibətləri xidməti olmuşdur. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs 29 may N4-cü tarixdə saat 08:00-da Yevlax rayonunun Aran qəsəbəsində yerləşən xidməti yerinə gəlmədiyindən, əsgər Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin qazan təminatından çıxarılıb, hərbi hissəni özbaşına tərk edənlər siyahısına salınması barədə xx.xx.N4-cü il tarixdə 9-cü bölüyün komandiri leytenant Emin Qarayev tərəfindən N nömrəli hərbi hissə komandirinə raportla müraciət edilmişdir. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs 29 may N4-cü il tarixdə xidməti yerinə gəlmədikdən sonra N iyun N4-cü il tarixdə saat 08:00-da xidməti yerinə qayıtdığı üçün həmin tarixdə də leytenant Vaqif Rzayev tərəfindən əsgər Təqsirləndirilən şəxs N nömrəli hərbi hissəni özbaşına tərk edənlər siyahısından çıxarılıb, hərbi hissənin qazan təminatına qoyulması barədə N nömrəli hərbi hissə komandirinə raportla müraciət etmişdir. Təqsirləndirilən şəxs xidmət etdiyi müddət ərzində bütün növ təminatlarla təmin olunmuş, ona qarşı nizamnamədənkənar hərəkətlərə yol verilməsi halları olmamışdır. N nömrəli hərbi hissənin 9-cu bölük komandirinin vəzifələrini müvəqqəti icra edən, leytenant Emin Qarayevin N mart N4-cü il tarixli raportuna və N nömrəli hərbi hissə komandirinin N mart N4-cü il tarixli, 71 nömrəli əmrinə əsasən Təqsirləndirilən şəxs N mart N4-cü il tarixdə saat 08:00-dan xidmət yerinə gəlmədiyi üçün qazan təminatından çıxarılmaqla hərbi hissəni özbaşına tərk edənlərin siyahısına salınmışdır. N nömrəli hərbi hissənin 3-cu bölük komandiri, baş leytenant Tural Həsənquliyevin N aprel N4-cü il tarixli raportuna və N nömrəli hərbi hissə komandirinin N aprel N4-cü il tarixli, 101 nömrəli əmrinə əsasən Təqsirləndirilən şəxs N aprel N4-cü il saat 15:00-da xidmət yerinə qayıtdığından hərbi hissəni özbaşına tərk edənlərin siyahısından çıxarılmaqla qazan təminatına qoyulmuşdur. N nömrəli hərbi hissənin 3-cu taborun komandiri, kapitan Şahid1 15 aprel N4-cü il tarixli raportuna və N nömrəli hərbi hissə komandirinin N aprel N4-cü il tarixli, 115 nömrəli əmrinə əsasən Təqsirləndirilən şəxs 15 aprel N4-cü il tarixdə saat 08:00-dan xidmət yerinə gəlmədiyi üçün qazan təminatından çıxarılmaqla hərbi hissəni özbaşına tərk edənlərin siyahısına salınmışdır. N nömrəli hərbi hissənin 9-cu bölük komandirinin vəzifələrini müvəqqəti icra edən, leytenant Emin Qarayevin 17 may N4-cü il tarixli raportuna və N nömrəli hərbi hissə komandirinin N may N4-cü il tarixli, 147 nömrəli əmrinə əsasən Təqsirləndirilən şəxs 17 may N4-cü il saat 08:00-da xidmət yerinə qayıtdığından hərbi hissəni özbaşına tərk edənlərin siyahısından çıxarılmaqla qazan təminatına qoyulmuşdur. N nömrəli hərbi hissənin 9-cu bölük komandirinin vəzifələrini müvəqqəti icra edən, leytenant Emin Qarayevin N may N4-cü il tarixli raportuna və N nömrəli hərbi hissə komandirinin N may N4-cü il tarixli, 159 nömrəli əmrinə əsasən Təqsirləndirilən şəxs 29 may N4-cü il tarixdə saat 08:00-dan xidmət yerinə gəlmədiyi üçün qazan təminatından çıxarılmaqla hərbi hissəni özbaşına tərk edənlərin siyahısına salınmışdır. N nömrəli hərbi hissənin 9-cu bölük komandirinin vəzifələrini müvəqqəti icra edən, leytenant Vaqif Rzayevin N iyun N4-cü il tarixli raportuna və N nömrəli hərbi hissə komandirinin N iyun N4-cü il tarixli, 188 nömrəli əmrinə əsasən Təqsirləndirilən şəxs N iyun N4-cü il tarixdə saat 08:00-da xidmət yerinə qayıtdığından hərbi hissəni özbaşına tərk edənlərin siyahısından çıxarılmaqla qazan təminatına qoyulmuşdur. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətə qəbul haqqında 19 dekabr N18-ci il tarixli bağlaşmanın kserosurətindən görünür ki, 3 (üç) müddətə hərbi xidmət etmək öhdəliyi götürmüşdür və həqiqi hərbi xidmət müddətinin uzadılması barədə bağlaşmanın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmət müddəti 07 may N5-ci ilədək artırılmışdır. N nömrəli hərbi hissə komandirinin N sentyabr N3-cü il tarixli 254 nömrəli əmrindən çıxarışdan görünür ki, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 78-ci maddəsinin «a» bəndinə (yuxarı vəzifəyə) müvafiq olaraq hərbi hissənin 3-cü mexanikləşdirilmiş taborunun 9-cu mexanikləşdirilmiş bölüyünün 1-ci mexanikləşdirilmiş tağımının 1-ci mexanikləşdirilmiş manqasının baş atıcısı vəzifəsinə təyin edildiyinə görə 0N sentyabr N3-cü il tarixdən N nömrəli hərbi hissədən gəlmiş hesab edilərək, hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilməklə bütün növ təminatlara qoyulmuşdur. DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamə ilə Təqsirləndirilən şəxs xidmət yeri üzrə mənfi cəhətdən xarakterizə olunmuşdur. N nömrəli hərbi hissə tərəfindən verilmiş xidməti vərəqədən görünür ki, xidmət müddəti ərzində həvəsləndirilməmiş, lakindörd dəfə intizam qaydasında cəzalandırılmışdır. AZE 09859222 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs 10 avqust 1996-cı ildə Laçın rayonunun Qorçu kəndində doğulmuşdur. N nömrəli hərbi hissə komandirinin N iyun N4-cü il tarixli 188 nömrəli əmri ilə «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinə (bağlaşma ləğv edilərək) və Nizamnamənin 50-ci maddəsinin «z» bəndinə (xidmət müddəti başa çatmamış) əsasən ehtiyata buraxıldığına görə N iyun N4-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon şöbəsinə göndərilmişdir. N nömrəli hərbi hissə tərəfindən verilmiş N iyul N4-cü il tarixli 1628 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və hərbi xidmətə yararlıdır. Tərtər Hərbi Prokurorluğunun 2 iyul N4-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində «Başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. AZ-İV 529268 nömrəli doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X8 16 noyabr N0-ci ildə Bərdə rayonunda doğulmuşdur, bu barədə doğum haqqında akt qeydləri kitabında N0 ilin 12 ayının 22 günündə 2931 № ilə qeyd edilmişdir. AZ-İV 850329 nömrəli doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X4 25 mart N3-cü ildə Bərdə rayonunda doğulmuşdur, bu barədə doğum haqqında akt qeydləri kitabında N3 ilin mart ayının 30 günündə 381 № ilə qeyd edilmişdir. AA 366951 nömrəli məcburi köçkün vəsiqəsinin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs Laçın rayon məcburi köçkünüdür. Müdafiə Nazirliyi tərəfindən verilmiş 095447 nömrəli nömrəli vəsiqənin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır. Azərbaycan Respublikası medalının İ-50864 nömrəli vəsiqəsinin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel N2-ci il tarixli 250s nömrəli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Bərdə Rayon Mərkəzi X5 Şəxsi tərəfindən verilmiş 29 oktyabr N1-ci il tarixli tarixli 4741 saylı arayışdan görünür ki, X8 həqiqətən Bərdə RMX-nın pediatriya şöbəsində «Kəskin bronxit. Anemiya. Raxit» diaqnozu ilə müalicə alır. K.Y.Fərəcova adına X7 X10 X16 Xəstəxanasının 18 aprel N2-ci il tarixli 35 nömrəli arayışından görünür ki, 16 noyabr N2-ci il təvəllüdlü X8 18 aprel N2-ci il tarixdə X2 həkimnevropatoloq Fariz Cəlilovun ambulator müayinəsində olmuşdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməli düzgün olaraq CM-nin 333.3 və 333.4-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə, Təqsirləndirilən şəxs müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçu kimi üzrlü səbəblər olmadan on gündən artıq, lakin bir aydan çox olmayan müddətə xidmət yerinə vaxtında qayıtmaması, o cümlədən üərlü səbəblər olmadan bir aydan artıq, lakin üç aydan çox olmayan müddətə xidmət yerinə vaxtında qayıtmaması, habelə müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçu kimi üzrlü səbəblər olmadan on gündən artıq, lakin bir aydan çox olmayan müddətə xidmət yerinə vaxtında qayıtmaması faktlarını müəyyən etmişdir. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs CM-nin 333.3 və 333.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun etdiyi əməldən səmimi peşman olmasını, könüllü olaraq xidmət yerinə qayıtmasını, 44 günlük Vətən Müharibəsində iştirak edərək, «Vətən müharibəsi iştirakçısı» medalı ilə təltif olunmasını, müharibə veteranı olmasını, anti-terror əməliyyatında iştirak etməsini, artıq hərbi xidmətdən tərxis olunmasını, gənc olmasını, məcburi köckün olmasını, evli olmaqla himayəsində iki azyaşlı uşağının olmasını, özü və arvadı heç yerdə işləməyərək, özünün fəhlə kimi günəmuzd işləməsini və ailədə yeganə qazan gətirən olmaqla, X11 nevroloji xəstə olmaqla həkim müayinəsində olmasını və bununla da ailəsinin ağır vəziyyətdə yaşamasını, CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, CM-nin 61.1-ci maddəsinə əsasən onun həmin məcəllənin 333-cü maddəsində nəzərdə tutulan cinayəti təkrar törətməsini məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edir və nəzərə alır. Məhkəmə CPM-nin 346.1.8-ci maddəsinin tələblərinə əsasən cinayət məsuliyyətindən azad etmə üçün əsasların olub-olmadığı məsələyə də baxaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqında dindirilərkən xidmət yerinə gəlməməsinin səbəblərini övladı Onun Mönsümovun xəstəliyi ilə bağlı onu həkim müayinəsinə aparması ilə bağlı əlaqələndirsə də, Təqsirləndirilən şəxs göstərdiyi dəlilin oğlunun xəstə olması faktı təsdiq olunsa da, məhz, həmin tarixlərdə həkim müayinəsinə aparılmasını təsdiq edən hər hansı bir sənəd təqdim etməmişdir. Məhkəmənin təşəbbüsü ilə əldə olunan sənəddən aydın olunmuşdur ki, oğlu Onur Məmmədov son dəfə 18 aprel N2-ci il tarixdə X3 həkim-nevropatoloq Fariz Cəlilovun ambulator müayinəsində olmuşdur. CM-nin 333-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, Ağır şərait zəminində bu Məcəllənin 333.1—333.4-cü maddələrində nəzərdə tutulmuş əməlləri ilk dəfə törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər. Ağır şərait dedikdə hərbi qulluqçunun özünün və ya yaxın qohumlarının ağır xəstəliyi, ciddi ailə münaqişələri, hərbi qulluqçunun yaxın qohumlarının yaşadığı yerdə baş vermiş təbii fəlakət, hərbi qulluqçunun xidməti yerində yaranmış əlverişsiz, qeyri-sağlam şərait və.s nəzərdə tutulur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs CM-nin 333.3-cü maddəsinin Qeyd hissəsi ilə, yəni əməlin ağır şərait zəminində törədilməsi ilə bağlı cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar görmür. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi üçün digər əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun N03-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə vəictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədiilə tətbiq edilir. CM-nin 333.3-cü maddəsinin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə, CM-nin 333.4-cü maddəsinin sanksiyasında isə iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs ordu sıralarından tərxis olunduğundan ona hərbi xidmət üzrə məhdudlaşdırma və intizam xarakterli hərbi hissədə saxlama cəzaları təyin edilə bilməz. Təqsirləndirilən şəxs hazırkı cinayət əməllərini ilk dəfədir ki, törətmişdir, əvvəllər məhkum olunmamışdır, hazırda hərbi xidmətdən ehtiyata buraxılmışdır və faydalı əməklə məşğul olur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırda hərbi xidmətdən ehtiyata buraxıldığından onun törətmiş olduğu əməlin ictimai təhlükəliliyi də azalmışdır. Məhkəmə bu sadalanan halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 333.3 və 333.4-cü maddələrinin sanksiyalarında nəzərdə tutulmuş hərbi xidmət üzrə mədudlaşdırma cəzasının təyin olunması cəzanın məqsədlərinə çatmaq üçün kifayətdir. Lakin Təqsirləndirilən şəxs hazırda hərbi qulluqçu olmadığından ona hərbi xidmət üzrə mədudlaşdırma cəzalarının təyin olunması mümkün deyildir. Odur ki, məhkəmə hesab edir ki, bu hal və onun cəzasını yüngülləşdirən halların məcmusunu müstəsna hal kimi qəbul edərək, təyin olunası cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini də nəzərə alıb, Təqsirləndirilən şəxs barəsində CM-nin 62-ci maddəsini tətbiq etməklə ona CM-nin 333.3 və CM-nin 333.4-cü maddələrində müəyyən ediləndən daha yüngül cəza növünün, yəni cərimə cəzasının aşağı həddə təyin olunmasını mümkün hesab edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərlə Cinayət Məcəlləsinin müxtəlif maddələrində nəzərdə tutulmuş iki cinayət törətmişdir. O, həmin cinayətlərin heç birinə görə məhkum olunmamış, qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş və bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Belə olan halda onun əməlində CM-nin 17-ci maddəsinə əsasən cinayətlərin məcmusu yaranır. CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Təqsirləndirilən şəxs törətdiyi cinayətlərdə böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər olduğundan və bu cinayətləri tşrətmə şəraitini nəzərə alaraq, məhkəmə hesab edir ki, CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Məhkəmə CPM-nin 346.1.N-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləgv edilməlidir. Məhkəmə CPM-nin 346.1.21-ci maddəsinin tələbinə əsasən hesab edir ki, Müdafiəçi tərəfindən tərtib olunmuş hesabata əsasən Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına məhkəmədə göstərdiyi hüquqi yardımın haqqı 60 (altmış) manat təşkil etmişdir və həmin məbləğlər məhkəmə xərclərinə aiddir. Dövlət büdcəsi hesabından: - Müdafiəçi hesabına (alan bank “Beynəlxalq” Tərtər şöbəsi, Kod:805863; VÖEN: **********; Müxbir hesab: AZ03NABZ********************; S.W.İ.F.T. BİK: İBAZAZ 2X Hesab №-si AZ891BAZ********************; VÖEN: **********) 60 (altmış) manat məbləğdə pul ödənilməlidir. Hökmün icrası: - cərimə cəzasına münasibətdə Bərdə rayon İcra və Probasiya şöbəsinə; - Müdafiəçi hüquqi yardımın ödənilməsinə münasibətdə Tərtər rayon vəkil bürosuna həvalə edilməlidir. İş üzrə üzərinə həbs qoyulmuş əmlak, maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə N0 (iki yüz) manat məbləğdə cərimə cəzasına, Azərbaycan Respublikası CM-nin 333.4-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə 400 (dörd yüz) manat məbləğdə cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunan cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 500 (beş yüz) manat məbləğdə cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Dövlət büdcəsi hesabından: - Müdafiəçi hesabına (alan bank “Beynəlxalq” Tərtər şöbəsi, Kod:805863; VÖEN: **********; Müxbir hesab: AZ03NABZ********************; S.W.İ.F.T. BİK: İBAZAZ 2X Hesab №-si AZ891BAZ********************; VÖEN: **********) 60 (altmış) manat məbləğdə pul ödənilsin. Hökmün icrası: - cərimə cəzasına münasibətdə Bərdə rayon İcra və Probasiya şöbəsinə; - Müdafiəçi hüquqi yardımın ödənilməsinə münasibətdə Tərtər rayon vəkil bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu andan N (iyirmi) gün müddətə Tərtər Hərbi Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Quliyev
Məhkəmə qərarları › İş №1-1(098)-149/2024
Tərtər Hərbi Məhkəməsi Hökm — İş №1-1(098)-149/2024
13.08.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver