Məhkəmə qərarları › İş №1-1(098)-150/2023

Tərtər Hərbi Məhkəməsi Hökm — İş №1-1(098)-150/2023

01.08.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tərtər rayonu İş № 1-1(098)-150/2023 01.08.2023 TƏRTƏR HƏRBİ MƏHKƏMƏSİ Tərtər Hərbi Məhkəməsinin sədri Quliyev İlqar Məsail oğlunun sədrliyi, X6 Əli oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovniki Dövlət ittihamçısı, Müdafiəçi-Tərtər Rayon Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx xxxx 1987-ci il tarixdə Tərtər rayonunun Təzəkənd (hazırda Ağkənd) kəndində doğulmuş, həmin ünvanda qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində üç azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, N nömrəli hərbi hissəsinin sabiq hərbi qulluqçusu, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 333.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tərtər Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçu olmaqla üzrlü səbəblər olmadan on gündən artıq, lakin bir aydan çox olmayan müddətə xidmət yerinə vaxtında qayıtmamışdır. Belə ki, Təqsirləndirilən şəxs Tərtər şəhərində yerləşən N nömrəli hərbi hissəsinin maneə ləğvetmə bölüyünün 1-ci maneə ləğvetmə tağımının 1-ci maneə ləğvetmə manqasının komandiri vəzifəsində, kiçik çavuş hərbi rütbəsində xidmət edərkən 16 aprel 2023-ci il tarixdə saat 19:00-da iş vaxtı başa çatması səbəbindən evə buraxılıb 17 aprel 2023-cü il tarixdə saat 08:00-da xidmət yerinə, yəni Tərtər şəhərində yerləşən N nömrəli hərbi hissəyə qayıtmalı olduğu halda üzrlü səbəblər olmadan qayıtmamış və 06 may 2023cü il tarixdə saat 17:30-da xidmət yerinə qayıtmışdar. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 333.3-cü maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2005-ci ilin aprel ayında Səfərbərlik üzrə Tərtər rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb 1 il 6 ay müddətində müddətli həqiqi hərbi xidmətdə olmuş, 2018-ci il tarixdə N nömrəli hərbi hissədə N ay müddətinə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu hazırlığı kursunu bitirdikdən sonra həmin ildə N nömrəli hərbi hissəsinin maneə ləğvetmə bölüyünün 1-ci maneə ləğvetmə tağımının 1-ci maneə ləğvetmə manqasının komandiri vəzifəsinə təyin edilmişdir. xx.xx.2020-ci il tarixdə başlamış və xx.xx.2020-ci il tarixdə başa çatmış 44 günlük Vətən müharibəsində həmin hərbi hissənin tərkibində Tərtər rayonun Suqovuşan kəndində, Ağdam şəhərində döyüşlərdə iştirak fəal iştirak etmiş, göstərdiyi şücayətə görə «Suqovuşanın azad olunmasına görə» «Ağdamın azad olunmasına görə», «Cəsur döyüşçü», «Vətən Müharibəsi iştirakçısı» və Müdafiə nazirinin əmri ilə «Qüsursuz xidmətə görə» 3-cü dərəcəli medalları ilə təltif olunmuşdur. 21 may 2023-cü il tarixdə isə ordu sıralarından ehtiyata buraxılmışdır. N nömrəli hərbi hissədə xidmət edərkən xx.xx.2023-cü il tarixdə saat 19:00-da iş vaxtı başa çatdıqdan sonra N nömrəli hərbi hissədən buraxılaraq Tərtər rayonunun Təzəkənd kəndində yerləşən yaşadığı evə getmişdir. xx.xx.2023-cü il tarixdə saat 08:00-da xidmət yerinə gəlməli olsa da, əvvəllər qonşusu ilə artalarında münaqişə olduğundan və polis orqanları tətfindən araşdırılma aparılması ilə əlaqədar olaraq ailəsi ilə qonşusu arasında yaranmış narazılığı aradan qaldırmaq səbəbindən xx.xx.2023-cü il tarixdə saat 08:00-da xidməti yerinə qayıtmamış və xx.xx.2023-cü il tarixdə saat 17:30-da xidməti yerinə qayıtmışdır. Məhkəmədən əməlindən peşman olmasını, ağır ailə vəziyyəti şəraitində yaşamalarını, atasının ölməsini, anasının və üç azyaşlı uşağının onun himayəsində olmasını, özünün günəmuzd fəhlə qazancı ilə ailəsinin dolandırmasını, onun həbs olunacağı halda ailə üzvlərinin cox ağır maddi, fiziki və mənəfi istirablara düşəcəklərini nəzərə alıb, ona yüngül cərimə cəzasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid N nömrəli hərbi hissənin maneə ləğvetmə bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini, baş leytenant Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin maneə ləğvetmə bölüyünün 1-ci maneə ləğvetmə tağımının 1-ci maneə ləğvetmə manqasının komandiri vəzifəsində, kiçik çavuş hərbi rütbəsində xidmət etmiş, 21 may 2023-cü il tarixdə isə ehtiyata buraxılmışdır. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 19:00-da iş vaxtı başa çatması səbəbindən N nömrəli hərbi hissədən evə buraxılmış, xx.xx.2023-cü il tarixdə saat 08:00-da xidmət yerinə gəlməli olduğu halda gəlməmişdir. Bu səbəbdən o, Təqsirləndirilən şəxs barəsində raport tərtib etməklə yuxarı komandanlığa məruzə etmişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17:30-da xidmət yerinə qayıtmış, o, bu barədə yenidən raport yazaraq yuxarı komandanlığa məruzə etmişdir. Təqsirləndirilən şəxs xidmət yerinə qayıdarkən şəxsi işləri ilə bağlı xidməti yerinə vaxtında gəlmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs xidmət müddətində digər qanun pozuntukarına yol verməyərək, üzərinə düşən vəzifələrinin qüsursuz icra etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid N nömrəli hərbi hissənin maneə ləğvetmə bölüyünün baş çavuşu, baş gizir Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin maneə ləğvetmə bölüyünün 1-ci maneə ləğvetmə tağımının 1-ci maneə ləğvetmə manqasının komandiri vəzifəsində, kiçik çavuş hərbi rütbəsində xidmət etmiş, Təqsirləndirilən şəxs hərbi hissəyə Daxili Qoşunlardan gəlmişdir. Təqsirləndirilən şəxs xidmətdə olduğu müddətdə nümünəvi hərbi qulluqçusu olmuş, komandir heyəti onun barəsində müsbət fikirdə olmuşlar. Təqsirləndirilən şəxs 44 günlük Vətən müharibəsində ən ağır döyüşlər olan yerlərdə olmuş, göstərdiyi şücayətə görə medallarla təltif edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 19:00-da iş vaxtı başa çatması səbəbindən Tərtər şəhərində yerləşən N nömrəli hərbi hissədən evə buraxılmış, xx.xx.2023-cü il tarixdə saat 08:00-da xidmət yerinə gəlməli olduğu halda gəlməmiş və 21 may 2023-cü il tarixdə isə ehtiyata buraxılmışdır. Xidmət yerinə vaxtında gəlməməsinin şəxsi və ailə poroblemlərinin həlli ilə əlaqədar olduğunu bildirmişdir. Müdafiə Nazirliyinin 1-ci Təhqiqat bölməsinin 15 may 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 333.3-cü maddəsi ilə cinayət işi başlanılmışdır. Tərtər Hərbi Prokurorluğunun 16 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətə qəbul haqqında” bağlaşmadan görünür ki, sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə imzaladığı həmin bağlaşmanın müddəti 3 (üç) il müəyyən edilmişdir. 1-ci Ordu Korpusu komandirinin xx.xx.2021-ci il tarixli, 074 əç nömrəli əmrinə əsasən Təqsirləndirilən şəxs həqiqi hərbi xidmət müddəti xx.xx.2026-cı il tarixədək uzadılmışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 270 nömrəli əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin maneə ləğvetmə bölüyünün 1-ci maneə ləğvetmə tağımının 1-ci maneə ləğvetmə manqasının komandiri vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, 232 nömrəli əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs kiçik-çavuş hərbi rütbəsi verilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli, 110 nömrəli əmri və raportdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 08:00-da xidmət yerinə gəlmədiyi üçün hərbi hissəni özbaşına tərk edənlərin siyahısına salınmışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli, 129 nömrəli əmri və raportdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17:30-da xidmət yerinə qayıtdığı üçün hərbi hissəni özbaşına tərk edənlər siyahısından çıxarılmışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli, 145 nömrəli əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissə komandirinin xx.xx.2023cü il tarixli 023əç nömrəli əmrinə əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cu bəndi (bağlaşma ləğv edilərək) və Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 50-ci maddəsinin “z” bəndinə (xidmət vaxtı başa çatmamış) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə xx.xx.2023cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və qeydiyyata durmaq üçün SHXÇDX-nin Tərtər rayon şöbəsinə göndərilmişdir. N nömrəli hərbi hissənin təqdim etdiyi xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xidmət yeri üzrə mənfi xarakterizə olunur. N nömrəli hərbi hissəsinin Hərbi Həkim Komissiyasının arayışından görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. DİN-in BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Medalın vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 250s nömrəli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. İ-6160 nömrəli medalın vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli, 2720 nömrəli sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. İ-6389 nömrəli medalın vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli, 2724 nömrəli sərəncamı ilə “Cəsur döyüşçü” medalı ilə təltif olunmuşdur. İ-11471 №-li medalın vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli, 2717 nömrəli sərəncamı ilə “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Medalın vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2020-ci il tarixli, 0132t nömrəli əmri ilə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı ilə təltif edilmişdir. AZ-İ № 928110 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə Mətanət Hafiz qızı arasında xx.xx.2014-cü il tarixdə nikahları bağlanılmışdır. AZE № 11748992 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdə X4 adında övladı doğulmuşdur. AZE № 11748991 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdə X3 adında övladı doğulmuşdur. AZE № 11748987 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdə X5 adında övladı doğulmuşdur. Tərtər rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarının nəticə hissəsindən görünür ki, toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tərkibi olduğundan onun barəsində inzibati tədbir görülməsi barədə qərar qəbul edilmişdir. Tərtər rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarının nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və 50 (əlli) manat məbləğində cərimə edilmişdir. Dövlət ittihamçısının Təqsirləndirilən şəxs CM-nin 333.3-cü maddəsi ilə təqsirli sayılaraq, barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə 800 manat məbləğində cərimə cəzasına məhkum edilməsi barədə cıxışı ilə əlaqədar olaraq müdafiəçi Hümbət Mərdanlı məhkəmə cıxışında göstərmişdir ki, dövlət ittihamçısının çıxışı ilə qismən razıdır, Təqsirləndirilən şəxs 44 günlük Vətən müharibəsində fəal iştirak etməsinə görə medallarla təltif olunması, atasının ölməsi və hazırda fərdi əməklə məşğul olaraq himayəsində olan anasına və üç azyaşlı uşağa baxması nəzərə alınmaqla onun 200 manat məbləğində cərimə cəzasına məhkum edilməsini məhkəmədən xahiş etmişdir. CM-nin 333.3-ci maddəsinin tələbinə əsasən zabitin, gizirin, miçmanın, müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçunun və ya kontrakt üzrə xidmət edən şəxsin hissəni və ya xidmət yerini özbaşına tərk etməsi, habelə üzürlü səbəblər olmadan xidmət yerinə vaxtında qayıtmaması on gündən artıq, lakin bir aydan çox olmayaraq törədildikdə cinayət məsuliyyəti yaradır. Məhkəmə işüzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 333.3-cü maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş özünün etirafedici ifadəsilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri və iş materiallarında toplanmış digər sübutlarla tam sübuta yetirilmişdir və o, bu maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar aşkar edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi əməlindən səmimi peşmanlıq hissi keçirməsini, əməlinin ictimai təhlükəli olduğunu dərk etdiyini, könüllü olaraq xidmət yerinə qayıtmasını, təqsirini boynuna almasını, atasının ölməsini, ailəli olmaqla anasının və üç azyaşlı uşağının onun himayəsində olmasını, özünün xx.xx.2020ci il tarixdən xx.xx.2020-ci il tarixədək Vətən müharibəsində təcrübəli hərbi qulluqçu kimi işitrak etməsini, hal-hazırda ehtiyyata tərxis olunaraq, özünün günəmuzd işləməklə faydalı əməklə məşğul olmasını, ailənin onun əməyinə ehtiyacı olmasını, ağır ailə vəziyyəti şəraitində yaşamalarını, döyüşlərdə fərqləndiyinə görə «Suqovuşanın azad olunmasına görə», «Ağdamın azad olunmasına görə», «Cəsur döyüşçü», «Vətən Müharibəsi iştirakçısı» və “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalla təltif olunmasını və gəncliynin CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun CM-nin 61.1-ci maddəsində sadalanan cəzasını ağırlaşdıran hallar olmadığını müəyyən edir. Məhkəmə N hərbi hissə tərəfindən verilmiş Təqsirləndirilən şəxs mənfi xarakterizə edən xasiyyətnaməni təhlil edərək belə qənaətə gəlmişdir ki, Təqsirləndirilən şəxs Vətən Müharibəsində iştirak etməsi, döyüşlərdə fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidentinin səracamına əsasən “Suqovuşanın azad olunmasına görə», «Ağdamın azad olunmasına görə, «Cəsur döyüşçü», Azərbaycan Respublikasının Baş nazirinin sərancamına əsasən «Vətən Müharibəsi iştirakçısı» və Müdafiə nazirinin əmri ilə «Qüsursuz xidmətə görə» 3-cü dərəcəli medalları ilə təltif olunması, iş üzrə dindirilmiş şahidlərin ifadələrində Təqsirləndirilən şəxs xidmət müddətində özünü nizam-intizamlı, verilən tapşrıqları vaxtında icra edən yaxşı hərbi qulluqçu kimi tanıması ilə bağlı fikirlərini müqayisə edərkən Təqsirləndirilən şəxs barəsində əvvəllər verilmiş xidməti xasiyyətnamənin tam olaraq obyektiv tərtib olunmadığı qənaətinə gələrək həmin xasiyyətnamənin təqsirləndirilən şəxsin şəxsiyyətini qiymətləndirərək nəzərə almasına lüzum görmür. CM-nin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Ədalətli cəza təyin edilməsi, hər şeydən əvvəl, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir.Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motivi, üsulu, cinayətin törədilməşəraiti və sair kompeks halında qiymətləndirilməlidir. Ədalətli cəza təyin edilməsi üçün zəruri və mühüm amillərdən biri də təqsirləndirilən şəxsin şəxsiyyətinin hərtərəfli təhlil edilməsidir. Bu zaman təqsirkarın həyat yolu, ictimai vəzifəyə, əməyə münasibəti, ailədə, məişətdə davranışı, məhkumluğu və sair kifayət qədər aydınlaşdırılmalıdır. Məhkəmə cəzanın növünü və həddi müəyyən edərkən hesab edir ki, CM-nin 58.3-cü maddəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cinayəti törətdiyi şərait, cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alınmalıdır. CM-nin 62.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsində göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrıayrı hallar, həm də bu cür halların məsmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirici halların məcmusunu və Təqsirləndirilən şəxs hazırda hərbi xidmətdən ehtiyata buraxılması onun törətdiyi cinayətin və şəxsiyyətinin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan halları müstəsna hal kimi qiymətləndirərək, ədalət və humanizm prinsiplərinə əsaslanaraq hesab edir ki, cəzanın məqsədlərinə nail olunması üçün Təqsirləndirilən şəxs barəsində CM-nin 62.1 və 62.2-ci maddəsi tətbiq edilərək, ona ittiham olunduğu CM-nin 333.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş cəzadan daha yüngül cərimə cəzasının aşağı həddə təyin edilməsi təqsirləndirilən şəxsin islah olunmasına və cəzanın məqsədlərinə nail olması üçün kifayətdir. Hökmün icrası Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. CPM-nin 346.1.20-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri: Tərtər rayon Vəkil Bürosunun vəkili X1 məhkəmə istintaqı zamanı sərf etdiyi 15 (on beş) iş saatlıq hüquqi yardıma görə saatı 6 manatdan hesablanmaqla ona 90 (doxsan) manat dövlət büdcəsi hesabına vəkil X2 ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 344-354-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinsin və barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə 300 (üç yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri ləğv edilsin. İş üzrə məhkəmə xərcləri: Tərtər rayon Vəkil Bürosunun vəkili X1 məhkəmə istintaqı zamanı sərf etdiyi 15 (on beş) iş saatlıq hüquqi yardıma görə saatı 6 manatdan hesablanmaqla ona 90 (doxsan) manat dövlət büdcəsi hesabına vəkil X2 ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətə Tərtər Hərbi Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: İlqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar