Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 1-1(098)-153/2024 29.08.2024 TƏRTƏR HƏRBİ MƏHKƏMƏSİ Tərtər Hərbi Məhkəməsinin sədri X9 oğlunun sədrliyi, X10 oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi X1 müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Tərtər Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2005-ci il tarixdə Ağcabədi şəhərində doğulmuş, Ağcabədi rayonunun Təzəkənd kəndində qeydiyyatda olmaqla, N nömrəli hərbi hissədə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmayan, xx.xx.2024-cü il tarixdə SHXÇÜDXnin Ağcabədi rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, N nömrəli hərbi hissənin 2-ci motoatıcı taborunun 5-ci motoatıcı bölüyünün 2-ci motoatıcı manqasının qumbaraatanı, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər, barəsində “komandanlığın müşahidəsi altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 332.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: N nömrəli hərbi hissənin 3-cü təlim taborunun (motoatıcı mütəxəssislərin hazırlığı üzrə) 14-cü təlim bölüyünün (qumbaraatanların (RPQ-7V) hazırlığı üzrə) 2-ci təlim taqımının 3-cü təlim manqasının dəyişən heyəti, əsgər Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, günün nizam qaydasına əsasən asudə vaxtı olan saat 14 radələrində Yevlax rayonunun Aran qəsəbəsində dislokasiya olunmuş N nömrəli hərbi hissənin ezam hərbi qulluqçular üçün ayrılmış əsgər yataqxanasında dolabdan həmin hərbi hissənin 3-cü təlim taborunun 14-cü təlim bölüyünün 2-ci təlim taqımının 2-ci təlim manqasının dəyişən heyəti, əsgər Zərərçəkmiş şəxs məxsus şirniyyatı götürmüş, bu zaman əsgər Zərərçəkmiş şəxs ondan həmin şirniyyatı qaytarmasını tələb etdiyindən aralarında yaranmış şəxsi mübahisə zəminində Zərərçəkmiş şəxs qış səhra geyiminin yaxa hissəsindən bərk-bərk tutaraq, həmin şirniyyatı qaytarmayacağını demişdir, cavabında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzünə bir şillə vurmuşdur, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onun üzünə bir şillə vurmasından əsəbləşərək, bu hərəkətinin təsiri altında başı ilə əsgər Zərərçəkmiş şəxs burun nahiyəsinə bir zərbə vuraraq sonuncuya dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan “burun kökünün küt travması, hematoması” diaqnozu ilə müşayiət olunan xəsarət yetirməklə qəsdən zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında ərizəsi elan edilməklə tədqiq olunmuş Təqsirləndirilən şəxs bildirmişdir ki, barəsində Tərtər Hərbi Məhkəməsində baxılan cinayət işi üzrə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə cinayət işinin materialları ilə tam tanış olmuş və ittiham aktının surətini almışdır. Məhkəmənin iclasının keçirilməsi ilə əlaqədar olaraq ona göndərilən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 298.4-cü maddəsində nəzərdə tutulan, yəni ona qarşı irəli sürülmüş ittihamın mahiyyəti, məhkəmənin tərkibinə daxil olan hakimin soyadı və vəzifəsi, məhkəməyə vəsatət və ərizələrin göndərilməsi qaydası və müddətinin izahı, məhkəmənin baxışı iclasında iştirak etmək üçün məhkəməyə gəlməyinin vaxtı barədə, həmçinin Azərbaycan Respublikası CPM-nin 91-ci maddəsində nəzərdə tutulan hüquq vəvəzifələrinə dair bildirişi almış və hüquq və vəzifələri ilə tanış olmuş, ona Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə elan edilmiş ittihamla tam razıdır, ittihamda göstərilən cinayəti törətdiyini etiraf edir, həmin cinayəti törətdiyinə görə peşmandır, ibtidai istintaqda verdiyi ifadəsini tam təsdiq edir, ittiham aktında sübutların siyahısında olan zərərçəkmişin, şahidlərin ifadələrini və ibtidai istintaq orqanı tərəfindən göstərilən sübutların düzgünlüyünü qəbul edir. Bundan başqa, qeyd edir ki, məhkəmə baxış iclasında iştirak etmək istəmir. Yuxarıda göstərilənləri nəzərə alaraq, cinayət işinə onun iştirakı olmadan baxılmasını, barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməməsini və dövlət hesabına müdafiəçi dəvət edilərək sonuncu tərəfindən hüquqlarının müdafiə edilməsini, yekun qərar qəbul edilərək törətdiyi cinayəti etiraf etdiyini, peşman olduğunu nəzərə alınmasını xahiş etmişdir və bununla bağlı məhkəmə baxışı onun iştirakı olmadan kecirilmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı vermiş olduğu elan edilərək tədqiq olunmuş Təqsirləndirilən şəxs ifadəsində ona CM-nin 332.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilib göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövət Xidmətinin Ağcabədi rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Müddətli həqiqi hərbi xidmətinə başlayan zaman ilk olaraq N nömrəli hərbi hissənin 3-cü təlim taborunun 14-cü təlim bölüyünün müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgəri olaraq Yevlax rayonu, Aran qəsəbəsində dislokasiya olunmuş N nömrəli hərbi hissədə ezam kimi gənc əsgərlərin hazırlıq kursunu keçmişdir. Kursu bitirdikdən sonra xx.xx.2024-cü il tarixdə xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərilmişdir. Hazırda yuxarıda göstərilən vəzifədə xidmətini davam etdirir. Zərərçəkmiş şəxs hərbi xidmət müddətində tanımış, onunla münasibəti xidməti olmuş, arasında qohumluq əlaqəsi, düşmənçilik, əvvəllər isə mübahisə və ya ədavət olmamışdır. O, xx.xx.2024-cü il tarixdə saat 14 radələrində Yevlax rayonunun Aran qəsəbəsində dislokasiya olunmuş N nömrəli hərbi hissənin ezam hərbi qulluqçular üçün ayrılmış əsgər yataqxanasına daxil olan zaman orada olan dolabda şirniyyat olduğunu görüb götürmüş, bu vaxt onunla eyni bölükdə xidmət edən əsgər Zərərçəkmiş şəxs da əsgər yataqxanasının içərisində stolda əyləşib kitab oxuyurmuş. Həmin şirniyyatı götürdükdən sonra əsgər Zərərçəkmiş şəxs həmin şirniyyatın ona məxsus olduğunu bildirərək ona qarşı “Yalan danışma ə” cümləsini işlədib, qaytarmağını tələb etmişdir. Buna görə o, əsəbləşərək “Nə deyirsən ə?” deyərək, Zərərçəkmiş şəxs qış səhra geyiminin yaxa hissəsindən bərk-bərk tutaraq, həmin şirniyyatı qaytarmayacağını demiş, bu zaman Zərərçəkmiş şəxs sillə ilə yüngülcə onun sifətinin sol nahiyəsindən vurmuş, o da əsgər Zərərçəkmiş şəxs burun nahiyəsinə sərt formada bir baş zərbəsi endirmiş və dərhal yataqxanadan bayıra çıxıb oradan uzaqlaşmışdır. xx.xx.2024-cü il tarixdə bölük komandirinin müavini, baş leytenant Şahid tərəfindən Zərərçəkmiş şəxs və digər əsgərlərə sıra baxışı keçirilən zaman Zərərçəkmiş şəxs burun nahiyəsində xəsarət izi olduğu aşkar edilmişdir. Bunun səbəbini soruşduqda Zərərçəkmiş şəxs onun cəzalanmağını istəmədiyi üçün hadisəni olduğu kimi deyil, xx.xx.2024-cü il tarixdə saat 22:00-da “Yat” komandasından sonra işıqlar söndüyü üçün əsgər yataqxanası qaranlıq olduğundan ehtiyatsızlıqdan burun nahiyəsini əsgər çarpayısına dəyməsi nəticəsində xəsarət almağını bildirmiş, lakin sonradan Zərərçəkmiş şəxs 1-ci təhqiqat bölməsinə verdiyi izahatında həqiqətləri deyərək, hadisənin necə baş verdiyini olduğu kimi danışmışdır. Hazırda Zərərçəkmiş şəxslə barışmış və törətdiyi əməldən peşmandır. Məhkəmə tərəfindən təmin edilmiş ərizəsində Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə məhkəmə baxışı iclasında iştirak etmək istəmir, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini və yekun qərar qəbul edilməsini xahiş edir, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur, ona dəymiş ziyan ödənilmişdir və vurulmuş zərər aradan qaldırılmışdır. Məhkəmə iclasında ifadəsi tədqiq olunmuş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövət Xidmətinin Xaçmaz rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Müddətli həqiqi hərbi xidmətinə başlayan zaman ilk olaraq N nömrəli hərbi hissənin 3-cü təlim taborunun (motoatıcı mütəxəssislərin hazırlığı üzrə) 14-cü təlim bölüyünün (qumbaraatanların (RPQ-7V) hazırlığı üzrə) 2-ci təlim taqımının 2-ci təlim manqasının dəyişən heyəti vəzifəsində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər olaraq Yevlax rayonu, Aran qəsəbəsində dislokasiya olunmuş N nömrəli hərbi hissədə ezam kimi gənc əsgərlərin hazırlıq kursunu keçmişdir. Kursu bitirdikdən sonra xx.xx.2024-cü il tarixdə xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərilmiş, hazırda da həmin hərbi hissənin 2-ci taborunun 4-cü bölüyünün 2-ci tağımının 2-ci manqasının qumbaraatanı vəzifəsində, müddətli həqqi hərbi xidmət hərbi qulluqçusu kimi əsgər hərbi rütbəsində xidmət edir. Təqsirləndirilən şəxs hərbi xidmət müddətində tanımışdır. Onunla münasibəti xidməti olmuş, aralarında qohumluq əlaqəsi, düşmənçilik, əvvəllər isə mübahisə və ya ədavət olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 14 radələrində Yevlax rayonu, Aran qəsəbəsində dislokasiya olunmuş N nömrəli hərbi hissənin ezam hərbi qulluqçular üçün ayrılmış əsgər yataqxanasının içərisində stolda əyləşib kitab oxuyan zaman onunla eyni bölükdə xidmət edən əsgər Təqsirləndirilən şəxs yataqxanaya daxil olaraq dolabdan ona məxsus şirniyyatı götürdüyü üçün əyləşdiyi stoldan ayağa qalxaraq Təqsirləndirilən şəxs şirnyyatı qaytarmasını tələb etmişdir. Təqsirləndirilən şəxs isə həmin şirniyyatın ona məxsus olduğunu bildirərək qaytarmaqdan imtina etmişdir. O, isə Təqsirləndirilən şəxs “Yalan danışma ə” sözünü işlətmişdir. Bu sözdən sonra Təqsirləndirilən şəxs ona doğru gələrək qış səhra geyim formasının yaxasından tutub “Nə deyirsən ə?” deyərək burun nahiyəsinə baş nahiyəsi ilə zərbə endirmişdir. Təqsirləndirilən şəxs onun burnundan başı ilə vurduqdan sonra həmin nahiyədən qan gəldiyi üçün özünü dərhal yataqxananın sanitar qovşağına çatdırıb su ilə burnunun qanını yuyub təmizləmişdir. Bundan sonra isə xx.xx.2024-cü il tarixdə bölük komandirinin müavini, baş leytenant Şahid tərəfindən ona və digər əsgərlərə sıra baxışı keçirilən zaman burun nahiyəsində xəsarət izi olduğunu görmüşdür. Bunun səbəbini soruşduqda o, Təqsirləndirilən şəxs cəzalanmağını istəmədiyi üçün hadisəni olduğu kimi deyil, xx.xx.2024-cü il tarixdə saat 22:00-da “Yat” komandasından sonra işıqlar söndüyü üçün əsgər yataqxanası qaranlıq olduğundan ehtiyatsızlıqdan burun nahiyəsini əsgər çarpayısına dəyməsi nəticəsində xəsarət almağını bildirmişdir. Onlar barışmışlar, onun Təqsirləndirilən şəxs qarşı heç bir tələbi, şikayəti yoxdur. Məhkəmə iclasında ifadəsi tədqiq olunmuş şahid X4 ifadəsində göstərmişdir ki, o, xx.xx.2015-cı il tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövət Xidmətinin Xətai rayon idarəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, xx.xx.2023-cü il tarixdə N nömrəli hərbi hissəyə xidmətə göndərilmiş, hazırda da həmin hərbi hissənin 3-cü təlim taborunun 14-cü təlim bölük komandirinin müavini vəzifəsində, baş leytenant hərbi rütbəsində xidmət edir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs hərbi xidmət müddətində tanımışdır. Onlarla münasibəti xidməti olmuş, aralarında qohumluq, düşmənçilik, mübahisə və ya ədavət olmamışdır. Əsgər Təqsirləndirilən şəxs və əsgər Zərərçəkmiş şəxs onun xidmət etdiyi N nömrəli hərbi hissənin 3-cü təlim taborunun (motoatıcı mütəxəssislərin hazırlığı üzrə) 14-cü təlim bölüyünün əsgərləri olmuşlar. O, həmin bölüyün komandir müavini olduğuna görə və həmin əsgərlər onun tabeliyində olduğu üçün günün nizam qaydasına uyğun olaraq onlara sıra baxışı və bədən baxışı keçirir. Odur ki, günün nizam qaydasına uyğun olaraq xx.xx.2024-cü il tarixdə səhər 07:30-da əsgərlərə sıra baxışı keçirən zaman Zərərçəkmiş şəxs burnun üst nahiyəsində göyərti izlərinin olduğunu görmüşdür. Bununla bağlı dərhal aidiyyəti üzrə raportla tabor komandiri Elşad Məmmədova məruzə etmişdir. Bundan sonra əsgər Zərərçəkmiş şəxs tibb məntəqəsinə aparılmışdır. Zərərçəkmiş şəxs tibb məntəqəsində olan zaman guya burnunu əsgər çarpayısına vurduğunu demişdir. Lakin, sonradan məlum olmuşdur ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs cəzalanmasını istəmədiyi üçün hadisəni olduğu kimi danışmamışdır. Bundan sonra isə 1-ci təhqiqat bölməsinə verdiyi izahatında həqiqətləri deyərək, hadisənin necə baş verdiyini, yəni əsgər Təqsirləndirilən şəxs tərəfindən ona xəsarət yetirildiyini etiraf etmişdir. O, xx.xx.2024-cü il tarixdə səhər 07:30da əsgərlərə sıra baxışı keçirən Zərərçəkmiş şəxs xəsarət izləri aşkar etsə də, əsgər Təqsirləndirilən şəxs hər hansı xəsarət izlərinin olduğunu görməmiş, eyni zamanda əsgər Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs tərəfindən üzünə sillə vurulması ilə bağlı ona heç bir müraciəti olmamışdır. N nömrəli hərbi hissənin tibb məntəqəsinin rəisi t/x baş leytenantı Vüqar İmanovun hərbi hissə komandandirinə ünvanladığı xx.xx.2024-cü il tarixli raportundan görünür ki, həmin tarixdə saat 13-25 radələrində əsgər Zərərçəkmiş şəxs «Burun kökünün küt travması, hemotoması» dioqnozu ilə tibb məntəqəsinə müraciət etmişdir. N nömrəli hərbi hissənin 14-cü bölük komandiri baş leytenant Mərhəmət Malıyevin xx.xx.2024-cü il tarixli raportundan görünür ki, həmin tarixdə əsgər Zərərçəkmiş şəxs səhər sıra baxışı zamanı burnunun üst nahiyəsində gözləri izləri aşkar etdiyi üçün N sayı hərbi hissənin komandirinin ünvanına raportla müraciət etmişdir. N nömrəli hərbi hissənin 1-ci tank taborunun qərargah rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi mayor Sakin Yediyarovun həmin hərbi hissə komandandirinə ünvanladığı xx.xx.2024-cü il tarixli raportundan görünür ki, xx.xx.2024-cü il tarixdə tarixdə saat 13-25 radələrində əsgər Zərərçəkmiş şəxs «Burun kökünün küt travması,hemotoması» dioqnozu ilə tibb məntəqəsinə müraciət etməsi faktı ilə bağlı xidməti araşdırma aparılmışdır. Zərərçəkmiş şəxs N nömrəli hərbi hissənin komandandirinə yazdığı xx.xx.2024-cü il tarixli izahatında göstərmişdir ki, 22 mart 2024-cü il tarixdə saat 22-00 radələrində əsgər yataqxanasında yat komandası verilən zaman işıqlar sönmüş, yataq yeri narahat olduğundan yatağını düzəldərkən burun nahiyəsi çarpayıya dəymiş, isti-isti heç nə hiss etmədiyini səhəri gün ayılarkən burun nahiyəsinin göyərdiyini görmüşdür. N nömrəli hərbi hissənin komandirinin 1-ci Təhqiqat bölməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs «Burun kökünün küt travması, hemotoması» dioqnozu ilə tibb məntəqəsinə müraciət etməsi faktı ilə bağlı araşdırma materialı təhqiqat bölməsinə göndərilmişdir. Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə 1-ci Təhqiqat bölməsinə yazdığı izahatdan görünür ki, xx.xx.2024-cü il tarixli izahatında vermiş olduğu məlumatdan tam fərqli məlumat bildirrərək və ibtidai istintaq zamanı vermiş olduğu ifadəsinə uyğun ifadə verərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 14 radələrində əsgər Təqsirləndirilən şəxs yataqxanaya daxil olaraq dolabdan ona məxsus şirniyyatı götürmüş, o, Təqsirləndirilən şəxs şirniyyatını qaytarmasını demiş, Təqsirləndirilən şəxs cavabında həmin şirniyyatın ona məxsus olduğunu bildirərək qaytarmaqdan imtina etmiş, o, Təqsirləndirilən şəxs “Yalan danışma, ə” sözünü işlətmiş, bu sözdən sonra Təqsirləndirilən şəxs ona doğru gələrək qış səhra geyim formasının yaxasından tutub “Nə deyirsən, ə?” deyərək burun nahiyəsinə baş nahiyəsi ilə zərbə endirmiş, sonra onlar ayrılmışlar. 1-ci Təhqiqat bölməsinin xx.xx.2024-cü il tarixli N saylı hərbi hissə komandirinə ünvanladığı 1224 nömrəli məktubdan görünür ki, təhqiqat zərurəti ilə əlaqədar əsgər Zərərçəkmiş şəxs hərbi-həkim komissiyasına təqdim edilməsi tövsiyyə olunmuşdur. Tərtər Hərbi Prokurorluğunun 14 may 2024-cü il tarixli Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinə ünvanladığı məktubdan görünür ki, əsgərlər Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozulması faktı ilə bağlı 210/41c-24 nömrəli materialın araşdırılması həmin hərbi prokurorluqda aparılmışdır. Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Tərtər Hərbi Prokurorluğuna vermiş olduğu izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 14 radələrində əsgər Təqsirləndirilən şəxs yataqxanaya daxil olaraq dolabdan ona məxsus şirniyyatı götürmüş, o, Təqsirləndirilən şəxs şirniyyatını qaytarmasını demiş, Təqsirləndirilən şəxs cavabında həmin şirniyyatın ona məxsus olduğunu bildirərək qaytarmaqdan imtina etmiş, o, Təqsirləndirilən şəxs “Yalan danışma, ə” sözünü işlətmiş, bu sözdən sonra Təqsirləndirilən şəxs ona doğru gələrək qış səhra geyim formasının yaxasından tutub “Nə deyirsən, ə?” deyərək burun nahiyəsinə baş nahiyəsi ilə zərbə endirmiş, bundan sonra həmin nahiyədən qan gəldiyi üçün özünü sanitar qovşağına çatdırıb su ilə burnunun qanını yuyub təmizləmişdir. Tərtər Hərbi Prokurorluğunun 20 may 2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs barəsində məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Tərtər Hərbi Prokurorluğuna vermiş olduğu izahatda göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 14 radələrində əsgər yataqxanasına daxil olan zaman orada olan dolabda şirniyyat olduğunu görüb götürmüşdür. Bu vaxt onunla eyni bölükdə xidmət edən əsgər Zərərçəkmiş şəxs da əsgər yataqxanasının içərisində stolda əyləşib kitab oxuyurmuş. Həmin şirniyyatı götürdükdən sonra əsgər Zərərçəkmiş şəxs həmin şirniyyatın ona məxsus olduğunu bildirərək ona qarşı “Yalan danışma, ə” cümləsini işlədib, qaytarmağını tələb etmişdir. Buna görə o, əsəbləşərək “Nə deyirsən, ə?” deyərək, Zərərçəkmiş şəxs qış səhra geyiminin yaxa hissəsindən bərk-bərk tutaraq, həmin şirniyyatı qaytarmayacağını demişdir. Bu zaman Zərərçəkmiş şəxs sillə ilə yüngülcə onun sifətinin sol nahiyəsindən vurmuşdur. Daha sonra isə o, əsgər Zərərçəkmiş şəxs burun nahiyəsinə sərt formada bir baş zərbəsi endirmişdir. Bundan sonra isə dərhal yataqxanadan bayıra çıxıb oradan uzaqlaşmışdır. Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X5 Füzuli Regional Məhkəmə X7 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1085 nömrəli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə -tibbi ekspertizasına və tibbi sənədinə əsasən Zərərçəkmiş şəxs almış olduğu xəsarət “burun kökünün küt travması, hematoması” küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmiş, müayinə olunanın göstərdiyi tarixdə (xx.xx.2024) və şəraitdə yetirilməsi inkar olunmur, ağırlıq dərəcəsinə görə, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Tərtər Hərbi Prokurorluğunun 13 iyun 2024-cü il tarixli qərarı ilə əsgər Təqsirləndirilən şəxs barəsində CM-nin 332.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Tərtər Hərbi Prokurorluğunun 18 iyul 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs CM-nin 332.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barəsində “komandanlığın müşahidəsi altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. N nömrəli hərbi hissəsi tərəfindən verilmiş arayışa görə həmin hərbi hissənin 3-cü təlim taborunun (motoatıcı mütəxəssislərin hazırlığı üzrə) 14-cü təlim bölüyünün (qumbaraatanların (RPQ-7V) hazırlığı üzrə) 2-ci təlim taqımının 3-cü təlim manqasının dəyişən heyəti əsgər Təqsirləndirilən şəxs ilə hərbi hissənin 3-cü təlim taborunun (motoatıcı mütəxəssislərin hazırlığı üzrə) 14-cü təlim bölüyünün (qumbaraatanların (RPQ- 7V) hazırlığı üzrə) 2-ci təlim taqımının 2-ci təlim manqasının dəyişən heyəti əsgər Zərərçəkmiş şəxs arasında xx.xx.2024-cü il tarixdə Daxili Xidmət Nizamnaməsinin tələblərinə əsasən hər hansı tabelik münasibətləri olmamışdır. -N nömrəli hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli, 16 nömrəli əmrindən çıxarışdan görünür ki,həmin tarixdə Təqsirləndirilən şəxs müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilmişdir. -N nömrəli hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli, 88 nömrəli əmrindən çıxarışdan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. -N nömrəli hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli, 90 nömrəli nömrəli əmrindən çıxarışdan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilmiş və 2-ci motoatıcı taborunun 5-ci motoatıcı bölüyünün 2-ci motoatıcı manqasının qumbaraatanı vəzifəsinə təyin edilmişdir. -N nömrəli hərbi hissə tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xidmət yeri üzrə müsbət cəhətdən xarakterizə olunmuşdur. Ağcabədi RİHB-nın Təzəkənd KİƏDN tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmuşdur. Ağcabədi RİHB-nın Təzəkənd KİƏDN tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Zalov X6 rayonun Təzəkənd kəndiyndə qeydiyyatdadır. “X2 Sistemi”nin məhkumluq məlumatları barədə çıxarışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. -056 nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2024-cü il il tarixli, 1455 nömrəli nömrəli arayışdan görünür ki, hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilərək hərbi xidmətə yararlı hesab edilmişdir. Tərtər Hərbi Prokurorluğunun 18 iyul 2024-cü il tarixli Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında keçirilmiş üzləşdirmə haqqında protokolundan görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə zərərçəkmiş şəxs qismində verdiyi ifadəsini bir daha təsdiq edərək, burun nahiyəsinə Təqsirləndirilən şəxs başı ilə zərbə endirdiyini, özünün qarşı tərəfə heç bir qeyri-qanuni hərəkət etmədiyini, hadisə baş verən vaxt yanlarında heç bir şahidin və hadisənin gizlədilməsi barədə aralarında heç bir razılaşmanın olmadığını bir daha sonuncunun üzünə desədə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs tam düzgün ifadə vermədiyini, həmin hadisə zamanı şirniyatı götürdükdən sonra Zərərçəkmiş şəxs şirniyyatın ona məxsus olduğunu bildirdiyini, sonra həmin şirniyyatı qaytarmadığını dediyi zaman Zərərçəkmiş şəxs sillə ilə yüngülcə sifətinin sol nahiyyəsinə vurduğunu, daha sonra özünün Zərərçəkmiş şəxs burun nahiyəsinə sərt formada bir dəfə baş zərbəsi vurduğunu bir-birinin üzünə qarşı demişlər. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi məhkəməyə vəsatətlə müraciət edərək bildirdi ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməsi asudə vaxtda şirniyyatın Zərərçəkmiş şəxs tərəfindən tələb etməsi səbəbindən şəxsi münasibətlər zəminində baş verdiyindən, onun əməlinin nizamnamə qaydalarının pozulması kimi qiymətləndirilə bilməz. Odur ki, Təqsirləndirilən şəxs əməli CM-nin 332.1-ci maddəsindən CM-nin 128-ci maddəsinə (Qəsdən sağlamlığa yüngül zərər vurma) tövsif olunmalıdır. Məhkəməyə ünvanlanmış zərərçəkmiş şəxsin ərizəsindən də görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmışdır və ondan heç bir tələb və şikayəti yoxdur. CM-nin 73.2ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Odur ki, məhkəmədən CM-nin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödədiyi üçün təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihama görə o, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq, zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin 3-cü təlim taborunun (motoatıcı mütəxəssislərin hazırlığı üzrə) 14-cü təlim bölüyünün (qumbaraatanların (RPQ- 7V) hazırlığı üzrə) 2-ci təlim taqımının 3-cü təlim manqasının dəyişən heyəti vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edərkən xx.xx.2024-cü il tarixdə, saat 14 radələrində Yevlax rayonunun Aran qəsəbəsində dislokasiya olunmuş N nömrəli hərbi hissənin ezam hərbi qulluqçular üçün ayrılmış əsgər yataqxanasında dolabdan həmin hərbi hissənin 3-cü təlim taborunun (motoatıcı mütəxəssislərin hazırlığı üzrə) 14-cü təlim bölüyünün (qumbaraatanların (RPQ-7V) hazırlığı üzrə) 2-ci təlim taqımının 2-ci təlim manqasının dəyişən heyəti vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edən Zərərçəkmiş şəxs məxsus şirniyyatı götürmüş, bu zaman əsgər Zərərçəkmiş şəxs ondan həmin şirniyyatı qaytarmasını tələb etdiyindən aralarında yaranmış mübahisə zəmnində Təqsirləndirilən şəxs Azərbaycan Reslublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci (Vəzifə və rütbəsindən asılı olmayaraq bütün hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakəti və təmkinli olmalıdırlar) və 42-ci (Hərbi qulluqçular həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkin nümunəsi göstərməlidirlər.) maddələrinin tələblərini pozaraq, əsgər Zərərçəkmiş şəxs bu hərəkətinə əsəbləşib qış səhra geyiminin yaxa hissəsindən tutmaqla, başı ilə əsgər Zərərçəkmiş şəxs burun nahiyəsinə bir zərbə vuraraq sonuncuya dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan və sağlamlığa yüngül zərər vurmaya aid edilən “burun kökünün küt travması, hematoması” diaqnozu ilə müşayiət olunan xəsarət yetirməklə tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq, zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olmayaraq CM-nin 332.1-ci maddəsinə tövsif edilmişdir və onun əməli CM-nin 128-ci maddəyə tşvsif edilməlidir. Belə ki, bilavasitə məhkəmə iclasında tam, hərtərəfli və obyektiv olaraq araşdırılmış, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi baxımından heç bir şübhə doğurmayan, aralarında ziddiyyət olmamaqla tam bir-birinə uyğun olan və CPM-nin 139-cu maddəsində nəzərdə tutulmuş hallar barəsində mötəbər və yekun nəiticəyə gəlinməsi üçün yetərli olan və yalnız ibtidai istintaq zamanı əldə olunan sübutların məcmusu – təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri, tədqiq edilmiş raportlar, ekspertiza rəyləri, bilavasitə məhkəmə iclasında tədqiq olunmuş yazılı sübutlar ilə müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə sıra düzülüşü zamanı 14-cü bölük komandirinin müvaini baş leytenant Mərhəmət Malıyev əsgər Zərərçəkmiş şəxs burun nahiyyəsinin üst hissəsində göyərti aşkar etdiyi üçün N saylı hərbi hissənin 3-cü MAT-ın komandirinə raportla məruzə etmiş, N saylı hərbi hissənin tibb məntəqə rəisi Vüqar İmanov tərəfindən Zərərçəkmiş şəxs «Burun kökünün küt travması, hematoması» dioqnozu ilə tibb mənətəqsinə müraciət etməsi ilə bağlı raportu əsasında N saylı hərbi hissədə xildməti araşdırma aparılmış, həmin araşdırma zamanı əsgər Zərərçəkmiş şəxs N saylı hərbi hissə komandirinə vermiş olduğu ilkin izahatında Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmamasından ötrü özünün burun nahiyyəsində yaranmış xəsarətin əsgər Təqsirləndirilən şəxs onun burun nahiyyəsinə başı ilə zərbə vurması səbəbindən deyil, həmin gün əsgər yataqxanasında yataq yerini düzəldərkən burnunun əsgər çarpayısına dəyidini, ertəsi gün burun nahiyyəsinin xəsarət aldığını gördüyünü bildirmiş, daha sonra araşdırma materialı, araşdırılmanın davam etdirilməsi üçün N saylı hərbi hissə komandanlığı tərəfindən xx.xx.2024-cü il tarixdə 1-ci təhqiqat bölməsinə göndərilmiş, təxminən 1 aya yaxın müddətdə heç bir araşdırılma aparılmamış, yalnız xx.xx.2024-cü tarixdə təhqiqat bölməsində əsgər Zərərçəkmiş şəxs izahat alınmış, sonuncu xəsarətin əsgər çarpayısına dəyməsi səbəbindən deyil,ona məxsus şirniyyatın əsgər Təqsirləndirilən şəxs tərəfindən götürülməsinə irad tutduğuna görə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs baş nahiyyəsi ilə burun nahiyəsinə vurduğuna görə burun nahiyyəsindən xəsarət aldığını demiş, araşdırma materialının Müdafiə Nazirliyinin 1-ci X3 Hərbi Prokurorluğuna göndərilməsi barədə müşayət məktubu cinayət işinin materiallarına əlavə edilməsə də, həmin hərbi prokurorluğun MN-nin Şəxsi Heyət Baş idarəsinə ünvanlamış 14 may 2024-cü il tarixli məktubuna əsasən araşdırılma həmin tarixdən hərbi prokurorluqda davam etdirilmiş, hadisədən təxminən 2 aya yaxın vaxt keçdikdən sonra Tərtər Hərbi Prokurorluğunun xx.xx.2024-cü il tarixli qərarına əsasən məhkəmə-tibbi ekspertiza təyin edilmiş, ekspert əsasən Zərərçəkmiş şəxs barəsində olan tibbi sənədə əsaslanaraq sonuncunun almış olduğu xəsarətin “burun kökünün küt travması, hematoması” küt əşyanın (əşyaların) təsirindən əmələ gəlməsi, müayinə olunanın göstərdiyi tarixdə (xx.xx.2024) və şəraitdə yetirilməsi inkar olunmadığından ağırlıq dərəcəsinə görə, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid olması qənaətinə gəlmiş və 29 gün sonra, yəni 13 iyun 2024-cü il tarixdə Tərtər Hərbi Prokurorluğu tərəfindən Təqsirləndirilən şəxs barəsində CM-nin 332.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Məhkəmə həm sadalanan hallara həm də aşağıdakılara əsasən hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən cinayət prosessual qanunvericiliyin tələbləri qismən pozulmaqla Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin törədilmə vaxtı və yeri, cinayət təqibinin ictimai-xüsusi ittiham, yaxud ictimai ittiham qaydasında həyata keçiriməsi, cinayət təqibinin zərər çəkmiş şəxsin şikayəti əsasında və ya prokurorun təşəbbüsü ilə aparılması halı əsaslandırmadan onun əməlini düzgün olmayaraq CM-nin 332.1-ci maddəsi ilə tövsif edilməklə onun bu əməli törədilməsi təhqiqat orqanını məhkəmə düzgün hesab etdiyi mövqeyindən fərqli olarar əsassız olar CM-nin 332.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Belə ki, hadisənin baş verməsi axarına diqqət yetirdikdə görünür ki, hadisə əsgər yataqxanasında baş vermiş, həmin vaxt əsgər yataqxanasında Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs başqa digər hərbi qulluqçular olmamışdır. Habelə müəyyən edilmişdir ki, onların arasında tabeçilik münasibətləri olmamışdır, həmin gün hadisə saat 14:00-da baş verməklə, həm Təqsirləndirilən şəxs, həm də Zərərçəkmiş şəxs istirahətdə olduğu vaxtda, Təqsirləndirilən şəxs nahardan sonra yataqxanada şirniyyət yemək istədiyi, Zərərçəkmiş şəxs isə kitab oxuduğu zamana yəni, onların hərbi xidmətdən asudə vaxtlarına təsadüf etmişdir. CM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. CM-nin 332.1-ci maddəsinə görə, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq, zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurması bu maddə ilə cinayət məsuliyyəti yaradır. Göründüyü kimi bu cinayətin subyekti yalnız tabelik münasibətlərində olmayan hərbi qulluqçular ola bilər. Cinayət obeyktiv tərəfdən tabelik münasibətlərində olmayan hərbi qulluqçunun sağlamlığına qəsdən yüngül zərər vurulmasında ifadə olunur. Lakin sağlamlığına qəsdən yüngül zərər vurma hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar olmalıdır. Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanına hansı vaxtın aid edildiyi «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinin 2-ci hissəsində müəyyən edilmişdir. Həmin maddədə göstərilir ki, hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. CM-nin 332.1-ci maddəsinin mənasına görə, tabelik münasibətlərində olmayan hərbi qulluqçunun sağlamlığına qəsdən yüngül zərər vurma artıq icra olunmuş və ya gələcəkdə icra olunması nəzərdə tutulan hərbi fəaliyyətlə bağlı olmalıdır. Lakin qeyd olunmalıdır ki, işin faktiki halları Təqsirləndirilən şəxs onun tabeliyində olmayan Zərərçəkmiş şəxs başı ilə zərbə vurmasını istər Zərərçəkmiş şəxs, istərsə də Təqsirləndirilən şəxs xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar olduğunu iddia etməyə heç bir əsas vermir. Məhkəmədə araşdırılmış sübutlarla mübahisəsiz qaydada müəyyən olunur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs şirniyyatı ondan tələb etməsindən və Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs sillə vurmasından sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs burun nahiyəsindən başı ilə bir zərbə vurmuşdur. Göstərilənlər bir mənalı olaraq onu göstərir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs başı ilə bir zərbə vurmasının onların öz xidməti vəzifələrini yerinə yetirmələri ilə heç bir əlaqəsi olmamış, hadisə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs dolabdan götürdüyü şirniyyatı qaytarmasını tələb etdiyindən, törədilmiş əməl yaranmış şəxsi münasibətlərlə bağlı olmuş və qisasçılıq zəmində törədilmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs bu hadisəni ilk günlərdə etiraf etməyərək Təqsirləndirilən şəxs şikayət etmədiyini və yalnız üzün sürən təhqiqat araşdırılmasından sonra 29 aprel 2024-cü il tarixdə izahat alınaraq hadisə barərə həqiqəti bildirərək, məlumat vermişdir, Təqsirləndirilən şəxs izahat və ifadələrində, üzləşdirmə protokolunda Zərərçəkmiş şəxs onu sillə ilə vurduğunu göstərmişdir, lakin Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs sillə vurmasını etiraf etməmişdir və üzləşmə zamanı onlar hər biri öz dediklərini təsdiq etsədə yaranan şübhələr təqsirləndirilən şəxsin xeyrinə şəhr edilməmiş, prosessual qanunvericiliyin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası CPM-nin (bundan sonra CPM-nin) 21.2-ci maddəsinin tələbinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür Məhkəmə hesab edir ki, hadisələrin törənmə mexanizmi təhlil edərək, Təqsirləndirilən şəxs heç bir səbəb olmadan və heç bir narazılıq olmadan birdən birə Zərərçəkmiş şəxs burun nahiyəsinə baş zərbəsi vurması inandırıcı deyil və Təqsirləndirilən şəxs birdən birə belə aqressif hərəkət etməsinin səbəbi məhz Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzünə bir sillə vurması olmuşdur və Zərərçəkmiş şəxs bu hərəkətlərindən əsəsbləşən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bu hərəkətinin təsiri altında başı ilə əsgər Zərərçəkmiş şəxs burun nahiyəsinə bir zərbə vuraraq zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurması daha inandırıcdır. Beləliklə, cinayət hadisəsinin xronologiyası, ekspert rəyi və digər sənədlərə əsasən müəyyən edilmişdir ki, həmin gün saat 14:00-da Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs xidməti vəzifələrinin icrası zamanı olmamış, Zərərçəkmiş şəxs kitab oxumuş, həmin vaxt, Təqsirləndirilən şəxs isə nahardan sonraki boş vaxt olduğundan heç bir vəzifə icra etməmiş, həmin vaxt onlar «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinin 2-ci hissəsində müəyyən edilmiş hər hansı vəzifəni istər günün nizam qaydalarına əsasən, istərsə də faktiki olaraq icra etməmişlər. Hadisə digər hərbi qulluqçuların gözündən kənar yerdə, çox qısa müddət ərzində baş vermiş, hərbi hissədə günün nizam qaydalarının pozulmasına səbəb olmamış, bu hadisənin şahidi olmamış, hadisədən sonra bir-birilə narazılığları olmamış, şəxsi münasibətlər zəminində baş verdiyindən hər ikisi bu hadisə barədə məlumat verməmişlər və bu hadisənini araşdırılmasını istəməyərək, həqiqəti gizlətmək istəmişlər, və yalnız 1 aydan sonra hadisə barədə zərərçəkmiş şəxs tərəfindən təhqiqat orqanına izahat formasında məlumat verilmişdir. Hadisədən sonra tərəflər bir-birilə barışmışlar, ekspert rəyindən də görünür ki, zərərçəkmiş şəxsin səhhəti tamamilə bərpa olunmuş, zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ona dəymiş ziyanla bağlı hec bir tələb verilməmişdir. Şərh olunanlar ona dəlalət edir ki, hadisə təqsirləndirilən şəxsin və zərərçəkmişin hərbi xidmət üzrə vəzifələrinin yerinə yetirilməsi dövründə deyil, kənar vaxta törədilmiş, zərərçəkmiş şəxs tərəfindən hadisə ilə bağlı şikayət etmədiyindən və onun səhhətinə dəymiş ziyan bərpa olunduğundan ekspertiza rəyi yalnız sənədlərə əsasən verildiyini və buna əsasən zərərçəkmiş şəxsin səhhəti bərpa olunduğua əsas verdiyini və təqsirləndirilən şəxslə barışaraq ona qarşı heç bir şikayəti və tələbi olmadığından, bununlada məhkəmə hesab edir ki, dəymiş ziyan ödənilmişdir. Habelə nəzərə almaq lazımıdır ki, əməlin düzgün tövsifi üçün cinayətin subyektiv tərəfinin motiv və məqsəd kimi elementləri, yəni şəxsdə cinayət törətmək qətiyyəti yaradan amillər və cinayətlə hansı nəticəyə nail olmaq arzusunun olduğu, habelə şəxsin qəsdinin istiqaməti – onun cinayəti, qanunla qorunan hansı ictimai münasibətlərə zərər vurmaq niyyəti ilə törətdiyi də müəyyən edilməlidir. Göstərilən halların müəyyən edilməməsi əməlin tövsifində səhvlərə yol verilməsinə səbəb olur. Araşdırılan hadisənin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs bu əməli Zərərçəkmiş şəxs ondan götürdüyü şirniyyatı tələb etdikdən sonra yaranmış qisasçılıq zəminində törətmişdir. Zərərçəkmiş şəxs zor tətbiq etməkdə Təqsirləndirilən şəxs qəsdi, nizamnamə qaydalarının pozulmasına deyil, Zərərçəkmiş şəxs məhz şirniyyatı tələb etməsi hərəkətinə görə sonuncunu ona qarşı edilən hərəkətin cavabını fiziki cəhətdən cəzalandırmağa, yəni yalnız şəxsiyyətin sağlamlığı əleyhinə yönəlmişdir. Təqsirləndirilən şəxs nahar fasiləsi ərəfəsində bölüyün əsgər yataqxanasında olmaqla hamının gözündən kənar bir yerdə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs şirniyyatı tələb etməsindən sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ona bir şillə vurmasını və cavabında başı ilə bir zərbə vurması, məhkəmənin Təqsirləndirilən şəxs qəsdinin mahiyyəti gənc yaşında, xidmətlərinin ilk üş aytı zamanında olan şəxslər arasında şirniyyata görə yaranmış mübahisə zəminində yuxarıda göstərilən nəticəyə gəlməsinə tam əsas verir. Qeyd olunmalıdır ki, hər hansı əməlin cinayət kimi qiymətləndirilməsi və CM-nin maddələri ilə düzgün tövsif olunması üçün, əvvəlcə cinayət sayılan əməlin bütün əlamətləri obyektiv olaraq müəyyən edilib araşdırılmalı, bundan sonra tövsif olunan cinayət maddəsinin tərkib əlamətləri ilə müqayisə olunmalı, yalnız bütün əlamətlər tam üstüstə düşdüyü müəyyən edildikdən sonra əməl tövsif olunmalı, cinayətin əlamətləri tövsif üçün seçilmiş maddənin tərkib əlamətləri ilə tam üst-üstə düşmədikdə isə, uyğun olan digər maddə müəyyən edilərək əməl düzgün tövsif olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ciil tarixli qərarında cinayətin düzgün tövsif edilməsinin əhəmiyyətindən bəhs edərək göstərmişdir ki, «cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm social və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcudolduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hərbi cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanism prinsiplərinin pozulmasına gətirib çıxara bilər». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair» 22 iyun 2015-ci il tarixli qərarında bir daha vurğulamışdır ki, «cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər». Cinayət işinin yuxarıda şərh olunmuş faktiki hallarından isə aşkar surətdə görünür ki, Təqsirləndirilən şəxs əməli CM-nin 332.1-ci maddəsi üçün zəruri olan nizamnamə qaydalarının pozulması ilə bağlı deyil, şəxsi münasibətlər zəmində baş vermişdir. Cinayət işinin ibtidai istintaq zamanı işin bu hallarına əhəmiyyət verməmiş, hadisənin yalnız hərbi qulluqçular arasında və hərbi hissənin ərazisində törənməsi faktından çıxış edərək əməli hərbi cinayət kimi qiymətləndirmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hərbi xidmət vəzifəsinin icrasından kənar vaxtda, hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı deyil, hərbi qulluqçuların nəzər-diqqətindən kənar yerdə vurduğunu, bu əməli təhqir olunması nəticəsində yaranmış qisasçılıq zəminində törətdiyini, yəni onun qəsdinin herbi xidmətkeçmə qaydalarının pozulmasına yönəlmədiyini, şəxsiyyətin sağlamlığı əleyhinə əməl törətdiyini nəzərə almamış, nəticədə Təqsirləndirilən şəxs hərəkətinin tövsifində səhv nəticəyə gəlmişdir. Məhkəmədə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərbəsi nəticəsində Zərərçəkmiş şəxs “burun kökünün küt travması, hematoması” xəsarəti yetirilmişdir. Azərbaycan Respublikası CM-nin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Beləliklə də, məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 332.1-ci maddəsindən CM-nin 128-ci maddəsinə tövsif olunmalı, habelə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyan aradan qalxdığından CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibi ilə bağlı icraata xitam verilməli, barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından onun hüquqlarının müdafiəsi məhkəmə icraatı zamanı dövlət büdcəsi hesabına təyin olunmuş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Tərtər Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. CPM-nin 193.2-ci maddəsinin tələblərinə görə belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsi hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixli, 202 nömrəli qərarla etdiyi dəyişikliyə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün altı manat məbləğində haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə məhkəmə icraatı zamanı göstərilmiş 10 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Tərtər Rayon Vəkil Bürosunun hesabına 60 (altmış) manat məbləğində pul köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin nin 346-347, 349, 351-353, 348, 349, 350, 353.1, 353.3, 353.5, 356-358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikaası CM-nin 332.1-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə tövsif olunsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası 128-ci maddəsi ilə təqsirli bilinsin, zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri ləğv edilsin. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsi hesabından vəkil Müdafiəçi işlədiyi Tərtər Rayon Vəkil Bürosunun hesabına 60 (altmış) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunan vaxtdan 20 (iyirmi) gün müddətində Tərtər Hərbi Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Sədrlik edən: İlqar Quliyev.
Məhkəmə qərarları › İş №1-1(098)-153/2024
Tərtər Hərbi Məhkəməsi Qərar — İş №1-1(098)-153/2024
29.08.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver