Azərbaycan Respublikası adından HÖKM Tərtər rayonu İş № 1-1(098)-156/2024 29.10.2024 TƏRTƏR HƏRBİ MƏHKƏMƏSİ Tərtər Hərbi Məhkəməsinin sədri X11 oğlunun sədrliyi, Quliyeva Gülmira Şəmsəddin qızının katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X5, Müdafiəçi-Tərtər Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1998-ci il tarixdə Kürdəmir şəhərində doğulmuş, Kürdəmir rayonunun Sor-Sor kəndində qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmayan, N nömrəli hərbi hissənin rabitə bölüyünün radio tağımının komando-dispetçer radioqovşağının sabiq radiotelefonçusu, əsgər, 04 mart 2024-cü il tarixdə ordu sıralarından ehtiyata buraxılmış, barəsində 09 avqust 2024-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair təqsirləndirilməsinə dair cinayət işinə Tərtər Hərbi Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Qasımov Rasim oğlu etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin rabitə bölüyünün radio taqımının komanda - dispetçer radioqovşağının radiotelefonçusu vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olmaqla əsgər hərbi rütbəsində xidmət edərkən 17 noyabr 2023-cü il tarixdə saat 20 radələrində həmin bölüyün radio taqımının komandadispetçer radioqovşağının baş radiotelefonçusu vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər X8 anasının xəstə olması ilə əlaqədar olaraq təcili pul lazım olduğu üçün istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon vasitəsi ilə əsgər Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəli telefonuna zəng edərək təcili 400 (dörd yüz) manat məbləğində pula ehtiyacı olduğunu bildirdikdə, əsgər Təqsirləndirilən şəxs vədinə əməl etmək niyyətində olmayaraq əvəzsiz və qanunsuz olaraq özgə əmlakını ələ keçirmək niyyəti ilə əsgər Əlhasıl Veysəlova yalnız girov kimi qızıl zinət əşyaları qoyaraq götürülən məbləğin 10 faizi miqdarında pul ödəməklə həmin məbləğdə pulu götürə biləcəyini demiş və əsgər Əlhasıl Veysəlov əsgər Təqsirləndirilən şəxsla razılaşmışdır. 18 noyabr 2023-cü il tarixdə saat 11 radələrində əsgər Əlhasıl Veysəlov özünə məxsus ümumi çəkisi 8.7 qram olan bir ədəd qızıl üzük, bir cüt qızıl sırqa, bir ədəd qızıl boyunbağı və bir tay qızıl sırqanı Kürdəmir rayonunun Sorsor kəndində yerləşən N nömrəli hərbi hissənin “X7”nin qarşısında əsgər Təqsirləndirilən şəxs vermiş və əsgər Təqsirləndirilən şəxs əsgər Əlhasıl Veysəlova qızılları girov qoyaraq götürdüyü pulu həmin gün ona verəcəyini bildirmişdir. 18 noyabr 2023-cü il tarixdə əsgər Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yerləşən Şahid2 məxsus “Lombard”a gələrək yuxarıda sadalanan qızıl zinət əşyalarını təqdim edib əvəzində bir ay üçün 5 (beş) faiz kreditlə ƏİX № 562317 nömrəli girov bileti əsasında 550 (beş yüz əlli ) manat məbləğində pulu götürmüş, lakin əsgər Təqsirləndirilən şəxs həmin pul vəsaitini ələ keçirərək şəxsi ehtiyaclarına sərf edib, vədi üzrə heç bir hərəkət etməməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin, yəni zərərçəkmiş şəxs Əlhasıl Veysəlova məxsus 783 (yeddi yüz səksən üç) manat dəyərində olan ümumi çəkisi 8.7 qram qızıl zinət əşyalarını ələ keçirib dələduzluq etmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 178.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Səfərbərlik üzrə Kürdəmir rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılaraq N nömrəli hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu hazırlıq kursuna cəlb olunmuşdur. Həmin kursu bitirdikdən sonra xx.xx.2022-ci il tarixdə N nömrəli hərbi hissəsinin rabitə bölüyünün radio taqımının komanda-dispetçer radioqovşağının radiotelefonçusu vəzifəsinə təyin olunmuş, xx.xx.2024-cü il tarixdə təxris edilərək qeydiyyata durması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövət Xidmətinin Kürdəmir rayon şöbəsinə göndərilmişdir. Zərərçəkmiş şəxs, N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər X6 xidmət dövründə tanımış, münasibətləri xidməti olmuş, aralarında hər hansı şəxsi-qərəzlik, ədavət, düşmənçilik və qohumluq əlaqəsi olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində xidmət yoldaşı Əlhasıl Veysəlov istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon vasitəsi ilə onun istifadəsində olan ***-***-**-** mobil nömrəli telefonuna zəng edərək təcili 400 (dörd yüz) manat məbləğində pula ehtiyacı olduğunu bildirdikdə, Əlhasıl Veysəlova yalnız girov kimi qızıl zinət əşyaları qoyaraq götürülən məbləğin 10 faizi miqdarında pul ödəməklə lazım olan pul məbləğini götürə biləcəyini demiş, Əlhasıl Veysəlov onunla razılaşmışdır. Əlhasıl Veysəlov xx.xx.2023-cü il tarixdə saat 11:30-da özünə məxsus ümumi çəkisi 8.7 qram olan 583 əyarlı bir ədəd qızıl üzük, 583 əyarlı bir cüt qızıl sırqa, 583 əyarlı bir ədəd qızıl boyunbağı və 583 əyarlı bir tay qızıl sırqanı Kürdəmir rayonunun Sorsor kəndində yerləşən N nömrəli hərbi hissənin X1rşısında ona vermiş, o da qızılları girov qoyaraq götürdüyü pulu həmin gün Əlhasıl Veysəlova verəcəyini razılaşmışdır. Həmin gün, yəni xx.xx.2023-cü il tarixdə Şahid2 işlətdiyi ünvan 1 ünvanında yerləşən “Lombard”a gedərək pul lazım olduğunu deyib Əlhasıl Veysəlova məxsus 8.7 qram miqdarında qızıl zinət əşyalarını girov kimi qoya biləcəyini bildirdikdə, Şahid2 həmin qızıl zinət əşayalarını girov kimi saxlaya biləcəyini bildirmişdir. Ümumi hesaba görə Şahid2 8.7 qram çəkidə olan 583 əyyar qızıl zinət əşyalarının bir qramını 70 (yetmiş) manatdan hesablamış, yəni ümumi məbləği 609 (altı yüz doqquz) manat olan qızıl zinət əşyalarının əvəzində ona bir ay üçün 5 (beş) faiz kreditlə 550 (beş yüz əlli) manat məbləğində pul verə biləcəyini demişdir. Yəni ümumi razılaşmaya əsasən Şahid2 məxsus Lombarda hər ay 27 (iyirmi yeddi) manat 50 (əlli) qəpik ödəməli olmuşdur. Bu şərtlərlə razılaşdıqdan sonra Şahid2 ümumi çəkisi 8.7 qram olan 583 əyarlı bir ədəd qızıl üzük, 583 əyarlı bir cüt qızıl sırqa, 583 əyarlı bir ədəd qızıl boyunbağı və 583 əyarlı bir tay qızıl sırqanı ondan qəbul etmiş, bu barədə müqavilə hüququ daşıyan girov biletini tərtib etmiş və ona 550 (beş yüz əlli) manat məbləğində pul vermişdir. Lakin həmin vaxt ona pul ehtiyac olduğundan həmin pulu, yəni 550 (beş yüz əlli) manat məbləğində olan pulu Əlhasıl Veysəlova verməmiş, pulu “Lombard”dan götürdükdən sonra yalandan Əlhasıl Veysəlova tezliklə pulu verəcəyini bildirsə də, özünün şəxsi ehtiyaclarına xərcləmişdir. Əlhasıl Veysəlov ona verdiyi ümumi çəkisi 8.7 qram olan 583 əyarlı qızıl zinət əşyalarını istədikdə, Əlhasıl Veysəlova tezliklə həmin zinət əşyalarını qaytaracağını desə də, maddi sıxıntıları olması səbəbindən qaytara bilməmişdir. Həmçinin, xx.xx.2023-cü il tarixdə “Lombard”a 550 (beş yüz əlli) manat məbləğində pulun 5 faiz miqdarını, yəni 27 (iyirmi yeddi) manat 50 (əlli) qəpik məbləğində pulu verməmişdir. Növbəti 4 (dörd) ay müddətində “Lombard”dan götürdüyü 550 (beş yüz əlli) manat məbləğində pulun 5 faiz miqdarını, yəni 27 (iyirmi yeddi) manat 50 (əlli) qəpik məbləğində pulu verməmiş, bu səbəbdən Şahid2 onun istifadəsində olan ***-***-**-** mobil nömrəli telefona zəng edərək kredit borcunu qaytarmağını tələb etmiş, ödəmədiyi təqdirdə, həmin qızıl zinət əşyalarını satışa çıxaracağını dəfələrlə bildirmişdir. Bu zaman Şahid2 nə kredit götürdüyü məbləği, nə də ki, aylıq faizini ödəyə bilmədiyini, qızıl zinət əşyalarını satışa çıxara biləcəyini demişdir. Bundan sonra Şahid2 2024-cü ilin mart ayında həmin qızıl zinət əşyalarını satışa çıxarıb satmışdır. 783 (yeddi yüz səksən üç) manat məbləğində olan dəymiş ziyanı ödəməmişdir. Törətdiyi əməldən peşmandır, ordu sıralarından ehtiyata buraxılmışdır. Hal-hazırda Laçın rayonunda günü 30 manata tikintidə fəhlə işləyir və qısa müddət ərzində 783 (yeddi yüz səksən üç) manat məbləğində olan dəymiş ziyanı ödəməyə söz verir. Odur ki, bunların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq edilmiş zərərçəkmiş şəxs, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, əsgər X8 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs, N nömrəli hərbi hissəsinin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs hərbi xidmət dövründə tanımış, aralarında hər hansı ədavət, şəxsi qərəzlik, qohumluq və düşmənçilik olmamışdır. X9 xəstəliyi ilə əlaqədar ona təcili pul lazım olduğu üçün xx.xx.2023-cü il tarixdə saat 20 radələrində istifadəsində olan ***-***-**- ** nömrəli mobil telefonundan xidmət yoldaşı Təqsirləndirilən şəxs istifadəsində olan xatırlamadığı mobil nömrəli telefonuna zəng edərək təcili 400 (dörd yüz) manat məbləğində pula ehtiyacı olduğunu bildirdikdə, Təqsirləndirilən şəxs ona yalnız girov kimi qızıl zinət əşyaları qoyaraq götürülən məbləğin 10 faizi miqdarında pul ödəməklə lazım olan pul məbləğini götürə biləcəyini demişdir. Bu zaman Təqsirləndirilən şəxsla razılaşmış və xx.xx.2023-cü il tarixdə saat 11:30 radələrində özünə məxsus ümumi çəkisi 8.7 qram olan 583 əyarlı bir ədəd qızıl üzük, 583 əyarlı bir cüt qızıl sırqa, 583 əyarlı bir ədəd qızıl boyunbağı və 583 əyarlı bir tay qızıl sırqanı Kürdəmir rayonunun Sorsor kəndində yerləşən N nömrəli hərbi hissənin X1rşısında Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs həmin qızılları girov qoyaraq götürdüyü pulu həmin gün ona verməsi, o isə yekunda 10 faiz əlavə pul ödədikdən sonra qızılları götürəcəkyi barədə razılaşmışlar. Həmin gün, yəni 18.11.202-cü il tarixdə saat 13:40-da Təqsirləndirilən şəxs zəng edərək pulu götürüb-götürmədiyini soruşduqda, Təqsirləndirilən şəxs pul götürəcəyi şəxsin Bakı şəhərində olduğunu, pulu götürə bilmədiyini dedikdə, özünə məxsus bank hesab kartının balansına pulu göndərməsini bildirmişdir. Lakin Təqsirləndirilən şəxs nə ondan götürdüyü qızılları, nə də ki, hər hansı məbləğdə pulu verməmişdir Sonradan ona Təqsirləndirilən şəxs ona məxsus ümumi çəkisi 8.7 qram olan qızıl zinət əşyalarını Kürdəmir şəhəri, Heydər Əliyev prospektində yerəşən “Lombard”a qoyaraq 550 manat məbləğində pul götürdüyü məlum olmuş, lakin ona heç bir pul verməmişdir. Bu barədə Təqsirləndirilən şəxs soruşduqda, Təqsirləndirilən şəxs ona həmin pulu şəxsi ehtiyaclarına xərclədiyini və tezliklə qaytaracağını bildirmişdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs təxris edilmişdir. O, Təqsirləndirilən şəxsla bir neçə dəfə danışıb pulu və qızıllarını qaytarmasını tələb etsə də, Təqsirləndirilən şəxs onun nə qızıllarını, nə də pulunu qaytarmışdır. Bir müddət sonra Təqsirləndirilən şəxs lombarda borcunu ödəmədiyi üçün o, “Lombard”a qoyduğu ona məxsus qızılların “Lombard” tərəfindən satıldığını öyrənmiş və Kürdəmir rayon polis şöbəsinə şikayət etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 783 (yeddi yüz səksən üç) manat zərər ödənilməmişdir. Zərərçəkmiş şəxs X8 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs şikayətçi olduğunu və dəymiş zərərin ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, əsgər X8 əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs şikayətçi olsada onun azadlıqdan məhrum olunmasını istəmir və ona cərimə cəzasının verilməsini istəyir. Belə ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanın ödənilməsinin təmin edilməsi üçün hissəhissə ona 250 (iki yüz əlli) manat pul ödənilməsini təklif etsədə onunla razılaşmamışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid1 ibtidai istintaqda verdiyi ifadəsində bildirmişdir ki, zərərçəkmiş şəxs X8 onun oğludur, münasibətləri daim yaxşı olmuş, aralarında hər hansı ədavət, şəxsi-qərəzlik və mübahisə olmamışdır. Təqsirləndirilən şəxs oğlu Əlhasıl Veysəlovun vasitəsi ilə tanımış, ümumiyyətlə münasibəti olmamışdır. xx.xx.2023-cü il tarixdə səhhətində olan ankoloji problemləri ilə əlaqədar olaraq əməliyyat olunmuşdur. Həmin vaxt müalicəsini davam etdirmək üçün pul lazım olduğundan oğlu Əlhasıl Veysəlov xidmət yoldaşı Təqsirləndirilən şəxs zəng edərək təcili pula ehtiyacının olduğunu bildirdikdə, Təqsirləndirilən şəxs oğlu Əlhasıl Veysəlova yalnız girov kimi qızıl zinət əşyaları qoyaraq götürülən məbləğin 10 faizi miqdarında pul ödəməklə lazım olan pul məbləğini götürə biləcəyini demiş, oğlu Əlhasıl Veysəlov onunla razılaşmışdır. xx.xx.2023-cü il tarixdə oğlu Əlhasıl Veysəlov onun bir neçə il bundan qabaq gələcəkdə evlənən zaman həyat yoldaşına verməsi üçün bağışladığı ümumi çəkisi 8.7 qram olan 583 əyarlı bir ədəd qızıl üzük, 583 əyarlı bir cüt qızıl sırqa, 583 əyarlı bir ədəd qızıl boyunbağı və 583 əyarlı bir tay qızıl sırqanı Təqsirləndirilən şəxs versə də, sonuncu vədinə əməl etməmiş, oğlu Əlhasıl Veysəlova yalan deyərək tezliklə pulları verəcəyini bildirsə də, Təqsirləndirilən şəxs oğlu Əlhasıl Veysəlova nə qızılları, nə də ki, hər hansı məbləğdə pul verməmişdir. Hazırda belə, Təqsirləndirilən şəxs aldığı qızıl zinət əşyalarını Əlhasıl Veysəlova qaytarmamış, nə də ki, oğlu Əlhasıl Veysəlova dəyən maddi ziyanı ödəməmişdir. Şahid2 teleqram vasitəsilə məhkəmyə müraciət edərək bildirmişdir ki, CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət işində şahid qismində dəvət olunmuş, ibtidai istintaqa verdiyi ifadəni təsdiq edir, cinayət işinə onun iştirakı olmadan baxılmasına etiraz etmir. Məhkəmə istintaqında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid2 ibtidai istintaqda verdiyi ifadəsində bildirmişdir ki, o, ünvan 2 ünvanında yerləşən Lombardı işlədir. Təqsirləndirilən şəxs əvvəldən tanımışdır. Belə ki, Təqsirləndirilən şəxs işlətdiyi Lombardda bir neçə dəfə özünə məxsus qızıl əşyasını girov kimi qoyaraq pul götürmüşdür, ödəməni gecikdirsə də, sonradan ödənişi edərək girov kimi qoyduğu zinət əşyalarını götürmüşdür, münasibətləri normal olmuş, aralarında hər hansı ədavət, şəxsi qərəzlik, mübahisə və qohumluq əlaqəsi olmamışdır, X6 isə ümumiyyətlə tanımır. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə onun işlətdiyi ünvan 1 ünvanında yerləşən “Lombard”a gələrək pul lazım olduğunu, özündə olan 8,7 qram miqdarında qızıl zinət əşyalarını girov kimi qoya biləcəyini bildirdikdə, o, həmin qızıl-zinət əşyalarını girov kimi saxlayac biləxcəyini bildirmişdir. Ümumi hesaba görə o, həmin 8.7 qram çəkidə olan qızılzinət əşyasının bir qramını 70 (yetmiş) manatdan hesablamış, yəni ümumi məbləği 609 (altı yüz doqquz) manat olan qızıl-zinət əşyalarının əvəzində Təqsirləndirilən şəxs bir ay üçün 5 (beş) faiz kreditlə 550 (beş yüz əlli) manat məbləğində pul verə biləcəyini demişdir. Yəni ümumi razılaşmaya əsasən Təqsirləndirilən şəxs onun işlətdiyi Lombarda hər ay 27 (iyirmi yeddi) manat 50 (əlli) qəpik ödəməli olmuşdur. Təqsirləndirilən şəxs onunla razılaşdıqda, o, Təqsirləndirilən şəxs ümumi çəkisi 8.7 qram olan 583 əyarlı bir ədəd qızıl üzük, 583 əyarlı bir cüt qızıl sırqa, 583 əyarlı bir ədəd qızıl boyunbağı və 583 əyarlı bir tay qızıl sırqanı qəbul etmiş, bu barədə müqavilə hüququ daşıyan girov biletini tərtib etmiş və Təqsirləndirilən şəxs 550 (beş yüz əlli) manat məbləğində pul vermişdir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs “Lombard”a 550 (beş yüz əlli) manat məbləğində pulun 5 faiz miqdarını, yəni 27 (iyirmi yeddi) manat 50 (əlli) qəpik məbləğində pulu verməmişdir. Təqsirləndirilən şəxs 4 (dörd) ay müddətində “Lombard”dan götürdüyü 550 (beş yüz əlli) manat məbləğində pulun 5 faiz miqdarını, yəni 27 (iyirmi yeddi) manat 50 (əlli) qəpik məbləğində pulu verməmiş, bu səbəbdən o, Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** mobil nömrəsinə zəng edərək kredit borcunu qaytarmağını tələb etmiş, ödəmədiyi təqdirdə, həmin qızıl-zinət əşyalarını satışa çıxaracağını dəfələrlə bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs ona nə kredit götürdüyü məbləği, nə də ki, aylıq faizini ödəyə bilmədiyini, qızıl-zinət əşyalarını satışa çıxara biləcəyini ona demişdir. O da Təqsirləndirilən şəxs məxsus qızıl-zinət əşyalarını 2024-cü ilin mart ayında satıfşa çıxarmış və 600 (altı yüz) manat məbləğinə satmışdır. X8 tərəfindən Kürdəmir rayon polis şöbəsinə ünvanlanmış 9 may 2024-cü il tarixli ərizəsindən görünür ki, 18 noyabr 2023-cü il tarixdə özünə məxsus qızıl-zinət əşyalarını lombarda qoyub özü üçün pul götürməsi məqsədilə keçmiş iş yoldaşı Təqsirləndirilən şəxs vermiş, lakin Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edib dələduzluq edərək lomibard girovuna qoyub, sonra əldə olunmuş pul vəsaitini ələ keçirmişdir. Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsinə köməklik edilməsini xahiş edir. Kürdəmir RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Babək İbrahimbəylinin 10 may 2024-cü il tarixli raportundan görünür ki, Ağsu rayonunun Hacısəmədli kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs ərizə ilə Kürdəmir RPŞ-nə müraciət edərək, işlədiyi hərbi hissədə onunla birgə xidmət etmiş Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edərək qızıl-zinət əşyalarını lombarda qoyub pul götürüb ələ keçirməsi barədə məlumat vermişdir. Odur ki, Kürdəmir rayonunun Sor-sor kənd sakini Təqsirləndirilən şəxs (***-***-**-**) olduğu yer müəyyən olunaraq izahatının alınması məqsədilə şöbənin Təhqiqat Bölməsinə gətirilməsini təmin etmək üçün aidiyyəəti əməkdaşlara göstəriş verilməsi xahiş edilmişdir. ƏİX № 562317 nömrəli girov biletinin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs fiziki şəxs kimi fəaliyyət göstərən və Şahid2 məxsus “Lombard”da ümumi çəkisi 8.7 qram olan 583 əyarlı qızıl zinət əşyaları qoyaraq 5 faiz kreditlə 550 (beş yüz əlli) manat məbləğində pul götürmüşdür. Kürdəmir şəhəri Heydər Əliyev prospektində fəaliyyət göstərən lombardın sahibi Şahid2 tərəfindən Azərbaycan Respublikası Hərbi Prokurorluğuna ünvanlanmış arayışdan görünür ki, Kürdəmir rayonunun Sor-Sor kənd sakini Təqsirləndirilən şəxs 18 noyabr 2023cü il tarixdə ona məxsus lombarda girov kimi verdiyi ümumi çəkisi 8,7 qram olan 583 əyarlı bir ədəd qızıl üçük, 583 əyarlı bir cüt qızıl sırqa, 583 əyarlı bir ədəd qızıl boyunbağı və 583 əyarlı bir tay qızıl sırqa (qeyd olunan qızıl-zinət əşyalarının ayrı-ayrılıqda çəkisi tərəfindən hesablanmamışdır) qramı tərəfindən həmin dövrki bazar qiymətinə əsasən 70 (yetmiş) manat olmaqla hesablanaraq götürülmüşdür. Girov qoyulmuş 609 (altı yüz doqquz) manatlıq qızıl-zinət əşyalarının qarşılığında Təqsirləndirilən şəxs 550 (beş yüz əlli) manat nağd pul vəsaiti verilmişdir. N nömrəli hərbi hissə tərəfindən Kürdəmir rayon polis şöbəsinə ünvanlanmış 15 may 2024-cü il tarixli 564 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 26 may 2022-ci il tarixdən 4 mart 2024-cü il tarixədək N nömrəli hərbi hissədə rabitə bölüyünün radio tağımının komanda dispetçer radioqovşağının radio telefonçusu vəzifəsində xidmət etmiş, 4 mart 2024-cü il tarixdə Hərbi Hava Qüvvələri komandanının müvafiq əmri ilə xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmışdır. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Tərtər Hərbi Prokurorluğuna ünvanlanmış 15 iyul 2024-cü il tarixli 3-13-16/2-108562/2024 nömrəli məktubdan görünür ki, DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən Kürdəmir rayonunun Sor-Sor kəndində qeydiyyatda olan xx xxxxxx 1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs adında qeydiyyatda olan nəqdliyyat vasitəsi yoxdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Tərtər Hərbi Prokurorluğuna ünvanlanmış 31 iyul 2024-cü il tarixli 3-21-3-02/2-9533/2024 nömrəli məktubdan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin ərazi idarələrində mövcud arxiv mağteriallarına əsasən Təqsirləndirilən şəxs adına dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəməəmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil etmişdir və həmin məbləğ büdcə təsnifatının kodu 142595; Büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci SAP (XİİS) hesabı X4-Kodu: 210005, VÖEN: **********: SWİFT BİK CTREAZ22; Məhkəmə Ekpsertizası Mərkəzi: VÖEN **********; Hesab AZ34CTRE******************** nömrəsinə köçürülməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 10.07-xx.xx.2024-cü il tarixli, 9/5473 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qeyd edilən ümumi çəkisi 8.7 qram olan 583 əyarlı bir ədəd qızıl üzük, 583 əyarlı bir cüt qızıl sırqa, 583 əyarlı bir ədəd qızıl boyunbağı və 583 əyarlı bir tay qızıl sırğanın (qeyd olunan qızıl-zinət əşyalarının ayrı-ayrılıqda çəkisi hesablanmamışdır) orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 783.00 manat (8.7 qram x 90.00 manat) müəyyən olunur. Baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan “506919501” və “***-***-**-**” nömrələri ilə X5 istifadəsində olan “515285389” mobil telefon nömrəsi arasında ifadələrində göstərdikləri tarixlərdə telefon danışıqları olmuş və həmin nömrələrdən ifadələrində göstərilmiş mövzuda qısa mesaj mətnləri ötürülmüşdür. Zərərçəkmiş şəxs Əlhasıl Nemət oğlu tərəfindən Tərtər Hərbi Məhkəməsinə ünvanlanmış 29 oktyabr 2024-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 783 (yeddi yüz səksən üç) manat zərər ödənilməmişdir və dəymiş zərərin ödənilməsini xahiş edərər təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirir. Təqsirləndirilən şəxs: - X2 Sistemindən edilmiş çıxarışdan görünür ki, xx xxxxxx 1998-ci ildə Kürdəmir rayonunun Sor-Sor kəndində doğlumuşdur, Kürdəmir rayonunun Muradxan ərazi dairəsinin Sor-Sor kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. - Xidmət müddətinin uzadılması barədə bağlaşmanın surətindən görünür ki, həqiqi hərbi xidmət müddəti 3 (üç) il müddətinə uzadılmaqla 28 sentyabr 2024-cü ilədək artırılmışdır. - N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, 15N nömrəli əmri ilə həmin hərbi hissənin rabitə bölüyünün radio taqımının komanda-dispetçer radioqovşağının radiotelefonçusu vəzifəsinə təyin edilmişdir. - N nömrəli hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli, 7N nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə əsasən (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq xx.xx.2024-cü il tarixdə təxris edilərək qeydiyyata durması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinə göndərilmişdir. - N nömrəli hərbi hissənin təqdim etdiyi xidməti xasiyyətnamədə mənfi xarakterizə olunmuşdur. - DİN-in BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməli düzgün olaraq CM-nin 320.2-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etməsi faktını müəyyən etmişdir. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun etdiyi əməldən səmimi peşman olmasını, hal-hazırda Laçın rayonunun ərazisində fəhlə işləməsini, gənc olmasını CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, CM-nin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi cinayət əməlindən peşman olmasını, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını nəzərə alaraq, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini də nəzərə alıb, onun cəmiyyətdən təcrid etmədən də islah olunması inamına gələrək və onun hal-hazırda Laçın rayonunun ərazisində fəhlə işləməsini ona CMnin 178.1-ci maddəsinin sanksiyası həddində islah işləri cəzasını təyin etməklə də cəzanın məqsədlərinə, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olunmasında, bununla yanaşı zərərcəkmiş şəxsə dəymiş ziyanın ödənilməsinə şərait yaradılmasını nəzərə alaraq, yetərli hesab edir. Məhkəmə CPM-nin 346.22-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək islah işləri cəzasının başlanğıcı onun aylıq qazancından ilk məbləğin dövlət nəfinə tutulduğu gündən hesablanmalıdır. Məhkəmə CPM-nin 346.1.20-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspertiza xərcinə dair bildirişlə məhkəmə-əmtəəşünaslıq ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil etmiş və məhkəmə CPM-nin 346.1.21-ci maddəsinə əsasən hesab edir ki, həmin məbləğ məhkəmə xərclərinə aiddir. Odur ki, Təqsirləndirilən şəxs 50 (əlli) manat məbləğdə məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub dövlət nəfinə ödənilməli: - Müdafiəçi tərəfindən tərtib olunmuş hesabata əsasən Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına məhkəmədə göstərdiyi hüquqi yardımın haqqı 90 (doxsan) manat təşkil etmişdir, həmin məbləğ də məhkəmə xərclərinə aiddir. Dövlət büdcəsi hesabından: - Müdafiəçi hesabına (alan bank “Beynəlxalq” Tərtər şöbəsi, Kod:805863; VÖEN: **********; Müxbir hesab: AZ03NABZ013501**********2944; S.W.İ.F.T. BİK: İBAZAZ 2X Hesab №-si AZ891BAZ********************; VÖEN: **********) 90 (doxsan) manat məbləğdə pul ödənilməlidir. Hökmün icrası: İslah işləri cəzasına münasibətdə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə; Ekspertiza xərcinin ödənilməsinə münasibətdə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə; Müdafiəçi hüquqi yardımın ödənilməsinə münasibətdə Tərtər rayon vəkil bürosuna həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 346-347, 349, 351- 353, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinsin və aylıq qazancından dövlət nəfinə 5 (faiz) pul tutulmaqla 6 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını iş yerində çəkməklə cəza çəkmənin başlanğıcı onun aylıq qazancından ilk məbləğin dövlət nəfinə tutulduğu vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs 50 (əlli) manat məbləğdə məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub dövlət nəfinə ödənilsin. Dövlət büdcəsi hesabından: - Müdafiəçi hesabına (alan bank “Beynəlxalq” Tərtər şöbəsi, Kod:805863; VÖEN: **********; Müxbir hesab: AZ03NABZ013501**********2944; S.W.İ.F.T. BİK: İBAZAZ 2X Hesab №-si AZ891BAZ********************; VÖEN: **********) 90 (doxsan) manat məbləğdə pul ödənilsin. Hökmün icrası: - islah işləri cəzasına münasibətdə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə; - ekspertiza xərcinin ödənilməsinə münasibətdə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə; - Müdafiəçi hüquqi yardımın ödənilməsinə münasibətdə Tərtər rayon vəkil bürosuna həvalə edilsin. Hökm elan olunduğu vaxtdan 20 gün müddətində Tərtər Hərbi Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: İlqar Quliyev
Məhkəmə qərarları › İş №1-1(098)-156/2024
Tərtər Hərbi Məhkəməsi Hökm — İş №1-1(098)-156/2024
29.10.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver