Azərbaycan Respublikası adından HÖKM Tərtər rayonu İş № 1-1(098)-157/2023 02.11.2023 TƏRTƏR HƏRBİ MƏHKƏMƏSİ Tərtər Hərbi Məhkəməsinin sədri Quliyev İlqar Məsail oğlunun sədrliyi, X4 Şəmsəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, Müdafiəçi Tərtər rayon Vəkil Bürosunun vəkili X1 iştirakı ilə xx xxxxxxx 1984-cü il tarixdə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali hərbi təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Müdafiə Nairliyinin N nömrəli hərbi hissəsinin sabiq hərbi qulluqçusu, mayor Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 179.2.3, 326.1, 313, 342.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Tərtər Hərbi Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi öz xidməti borcuna laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməsi dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmuş, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını mənimsəmə yolu ilə talamış, vəzifəli şəxs kimi sair şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı etmiş, habelə rəsmi sənədləri digər şəxsi niyyətlə məhv etmişdir. Belə ki, Təqsirləndirilən şəxs, Yevlax rayonunun Aran qəsəbəsinin ərazisində yerləşən N nömrəli hərbi hissəsinin ərzaq xidmətinin rəisi vəzifəsində, mayor hərbi rütbəsində xidmətdə olarkən 2021-ci ilin sentyabr ayının ortalarından etibarən qulluq etdiyi hərbi hissənin hərbi qulluqçularından əlavə təlim məqsədi ilə həmin hərbi hissəyə ezam olunmuş 7N, 703, 069, 769, N və digər hərbi hissələrinin çoxsaylı hərbi qulluqçularının ərzaq təminatına qoyulmaqla qidalanmalarını təşkil etməyə başlamışdır. Təqsirləndirilən şəxs bu qidalanmanı təşkil edərkən Daxili Xidmət Nizamnaməsinin N5-ci maddəsi və Müdafiə Nazirinin 2N4-cü il tarixli 60 nömrəli qərarının 1.5.7 tələblərinə əsasən xidmət etdiyi hərbi hissənin eləcə də, həmin hərbi hissəyə ezam olunmaqla qazan təminatına qoyulmuş hərbi qulluqçuların sayı barədə şəxsi heyətin uçotu bölməsi tərəfindən ona təqdim edilmiş məlumatları təhlil etməli və həmin məlumatlar əsasında ərzaq pay normalarını işləyib hazırlamalı olduğu halda buna real imkanının olmasına baxmayaraq xidməti borclarına laqeyid münasibəti nəticəsində öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməmiş və ərzaq pay normalarını şəxsi heyətin uçotu bölməsi tərəfindən təqdim edilmiş məlumatlara əsaslanmadan, cinayətkarcasına özünəgüvənməklə yalnız şəxsi mülahizəsinə əsasən təyin etmiş, habelə şəxsi heyətin qidalanmasında çətinliklərin yaranmaması məqsədilə ərzaq pay normalarını faktiki tələbatdan daha artıq məbləğdə müəyyən etmişdir. Təqsirləndirilən şəxs, ərzaq pay normalarını şəxsi mülahizəsinə əsasən müəyyən etdikdən sonra tələb olunan ərzaq məhsullarının çeşidi və miqdarı barədə hərbi hissənin ərzaq anbarına sifarişlər təqdim etməklə oradan sifarişdə qeyd etdiyi ərzaq məhsullarının alınaraq şəxsi heyətin qidalanması məqsədilə istifadə edilməsinə səbəb olmuş, alınmış ərzaq məhsullarının faktiki tələbatdan artıq olması şəxsi heyət tam qidalandıqdan sonra artıq yemək qalıqlarının yaranmasına, bişmiş həmin ərzaq məhsullarının hər hansı formada təkrar istifadəsi mümkün olmadığından tullanılaraq tələf olmasına səbəb olmuşdur. Təqsirləndirilən şəxs bu əməlləri 2021-ci ilin sentyabr ayının ortalarından 15 aprel 2022-ci il tarixədək davam etmiş və qeyd edilən dövr ərzində o, 1 kq qiyməti 0,71 manat olmaqla «1-ci növ Çörək» - 804,43 kq, 1 kq qiyməti 4 manat olmaqla «Bulka» – 270 kq, 1 kq qiyməti 3 manat olmaqla «Quru çörək»- 679,4 kq, 1 kq qiyməti 0,58 manat olmaqla «Un 1-ci növ» – 1368,N kq, 1 kq qiyməti 0,54 manat olmaqla «Un 2-ci növ»- 69,19 kq, 1 kq qiyməti 8,50 manat olmaqla «Kolbasa»- 496,5 kq, 1 kq qiyməti 0,95 manat olmaqla «Makaron»- 665,7 kq, 1 kq qiyməti 6,60 manat olmaqla «Başsız balıq dondurulmuş»- N38,N kq, 1 kq qiyməti 8,38 manat olmaqla «Balıq konservası»- 469,14 kq, 1 kq qiyməti 9,80 manat olmaqla «Mal əti konservası» – 570,3 kq, 1 kq qiyməti 9,90 manat olmaqla «Mal əti» – 4668,5 kq, 1 kq qiyməti 18,35 manat olmaqla «Kərə yağı»- 189,18 kq, 1 kq qiyməti 7 manat olmaqla «Zeytun yağı» – 119,3 kq, 1 kq qiyməti 3,50 manat olmaqla «Qatlaşdırılmış şəkərli süd» – 859,76 kq, 1 kq qiyməti 11 manat olmaqla «Pendir» – 51,24 kq, 1 ədədin qiyməti 0,15 manat olmaqla «Yumurta» 6306 ədəd, 1 kq qiyməti 1,20 manat olmaqla «Şəkər tozu» – 441,42 kq, 1 kq qiyməti 0,31 manat olmaqla «Duz» – 126,12 kq, 1 kq qiyməti 9 manat olmaqla «Çay» – 12,612 kq, 1 kq qiyməti 4,20 manat olmaqla «Cem» – 225,96 kq, 1 kq qiyməti 11 manat olmaqla «Sarıkök» – 0, 706 kq, 1 kq qiyməti 15 manat olmaqla «İstiot» – 1,185 kq, 1 kq qiyməti 9 manat olmaqla «Quru keşniş» – 1,8N kq, 1 kq qiyməti 1,90 manat olmaqla «Sirkə» – 12,612 kq, 1 kq qiyməti 3 manat olmaqla «Tomat» – 37,832 kq, 1 kq qiyməti 11 manat olmaqla «Hazır xardal» – 11,36 kq, 1 kq qiyməti 4,50 manat olmaqla «Badımcan kürüsü» – 480 kq, 1 kq qiyməti 1 manat olmaqla «Alma» – 787,51 kq, 1 ədədin qiyməti 0,N5 manat olmaqla «Vitamin Heksavit» – 6306 ədəd, 1 kq qiyməti 2,80 manat olmaqla «Bitki yağı» – 132,96 kq, 1 kq qiyməti 4 manat olmaqla «Sarımsaq» 950,87 kq, 1 kq qiyməti 16 manat olmaqla «Quru maya» – 43,36 kq miqdarında ərzaq məhsullarını normadan artıq əsassız yerə istifadə etmiş və onun vəzifəli şəxs kimi öz xidməti borcuna laqeyd münasibəti hərbi hissəyə ümumilikdə 87715(səksən yeddi min yeddi yüz on beş) manat 68(altmış səkkiz) qəpik məbləğində maddi ziyan vurulmasına səbəb olmaqla dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşdur. Bundan başqa o, həmin vəzifədə və rütbədə xidmətdə olarkən 2022-ci ilin yanvar ayının əvvəllərindən başlayaraq N nömrəli hərbi hissənin ərzaq anbarından ərzaq məhsullarının götürülməsinə əlverişli imkan yarandığını müşahidə edib, yaranmış şəraitdən istifadə edərək xidmət etdiyi hərbi hissəyə məxsus, satışı qadağan olunan ərzaq məhsullarını mənimsəmə yolu ilə talayaraq istifadə etmək qərarına gəlmişdir. Bu məqsədlə Təqsirləndirilən şəxs, 2022-ci ilin yanvar ayının əvvəllərindən 2022-ci ilin aprel ayının əvvəllərinədək olan dövr ərzində mütəmadi olaraq öz qulluq mövqeyindən istifadə edib, N nömrəli hərbi hissənin ərzaq anbarına sifariş verib ərzaq məhsulları götürərkən faktiki olaraq şəxsi heyətin uçotu bölməsindən ona təqdim olunmuş sutkalıq qidalananların cədvəlindən çıxarışda göstərilən faktiki qidalananların sayı üçün nəzərdə tutulmuş mal əti konservasından qəsdən artıq çəkidə sifariş verib göstərilən müddət ərzində ayrı-ayrı vaxtlarda vahid niyyətlə anbardan çıxartmaqla və ümumi olaraq götürdüyü 1 kq qiyməti 9,80 manat olmaqla ümumi çəkisi 336,04 kq olan mal əti konservasını şəxsi istifadə etmiş, həmçinin istintaqla şəxsiyyəti müəyyən edilməyən digər şəxslərə əvəzsiz vermiş, nəticədə dövlətə 3293(üç min iki yüz doxsan üç) manat 19 (on doqquz) qəpik məbləğində maddi ziyan vuraraq öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını mənimsəmə yolu ilə talamışdır. Bundan başqa Təqsirləndirilən şəxs, yuxarıda göstərilən vəzifədə və rütbədə xidmətdə olarkən, qulluğa səhlənkar yanaşaraq tələb edilən ərzaq məhsullarını şəxsi heyətin faktiki say tərkibindən daha artıq miqdarda göstərməklə həmçinin hərbi hissəyə məxsus, satışı qadağan olunan ərzaq məhsullarını mənimsəmə yolu ilə talaması nəticəsində hərbi hissəyə ziyan vurduğunu dərk etdiyindən, habelə həmin məbləğin daha da artması nəticəsində əməllərinin ifşa ediləcəyindən ehtiyat etdiyindən təxminən 2022-ci ilin yanvar ayının əvvəllərində rəsmi sənədlərə bilə-bilə saxta məlumatlar daxil etməklə öz əməllərini ört-basdır etmək qərarına gəlmişdir. Bu məqsədlə o, təxminən 2022-ci ilin yanvar ayının əvvəllərində N nömrəli hərbi hissənin ərazisindəki öz xidməti otağında, 17 avqust 2021-ci il tarixdən N yanvar 2022-ci il tarixədək olan müddəti əhatə edən 2021-ci ilin 4-cü rübü üzrə ərzaq xidməti ilə bağlı Müdafiə Nazirliyinin Ərzaq xidmətinə göndərilən, rəsmi sənəd hesab olunan «2021-ci ilin 4-cü rübü üzrə N nömrəli hərbi hissənin ərzaq hesabatı»na uçot göstəricilərini düzgün yazmayaraq ərzaq təminatında duran şəxsi heyətin sayını 2982 vahid, bundan başqa təxminən 2022-ci ilin aprel ayının ortalarında növbəti dəfə öz xidməti otağında N yanvar 2022-ci il tarixdən 15 aprel 2022-ci il tarixədək olan müddəti əhatə edən 2022-ci ilin 1-ci rübü üzrə ərzaq xidməti ilə bağlı Müdafiə Nazirliyinin Ərzaq xidmətinə göndərilən, rəsmi sənəd hesab olunan «2022-ci ilin 1-ci rübü üzrə N nömrəli hərbi hissənin ərzaq hesabatı»na N4 vahid olmaqla, ümumilikdə 6306 vahid süni şəkildə artırmış və bu yolla dövlətə ümumilikdə vurmuş olduğu maddi ziyanın həqiqi məbləğini ört basdır etməklə vəzifəli şəxs kimi sair şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı etmişdir. Bundan əlavə o, yuxarıda göstərilən vəzifədə və rütbədə xidmətdə olarkən N nömrəli hərbi hissənin ərzaq xidmətində N aprel 2022-ci il tarixdən 14 aprel 2022-ci il tarixədək aparılmış sənədli təftiş zamanı ərzaq xidməti üzrə cəmi 477 manat 6 qəpik maddi ziyanın aşkar edildiyini bildikdən sonra törətdiyi cinayətlərin aşkar edilməməsindən əmin olaraq dövlətə vurmuş olduğu maddi ziyanın yuxarı komandanlıq və nəzarətedici orqanlar tərəfindən gələcəkdə aşkar edilməməsi məqsədilə digər şəxsi niyyətlə 14 aprel 2022-ci il tarixdə hərbi hissədə keçirilmiş təhvil təslim zamanı vəzifəli şəxs olaraq rəsmi sənədlər hesab edilən, «Maddi vəsaitlərin varlığı kitabı» xidmət (Forma 26) 2021-ci il tarixli N95 qeydiyyat nömrəli, «Maddi vəsaitlərin varlığı kitabı» anbar (Forma 26) 2021-ci il tarixli N95 qeydiyyat nömrəli, «Maddi vəsaitlərin varlığı kitabı» xidmət (Forma 26) 2021-ci il tarixli N95 qeydiyyat nömrəli, «Maddi vəsaitlərin varlığı kitabı» anbar (Forma 26) 2021-ci il tarixli N2146 qeydiyyat nömrəli, «Maddi vəsaitlərin varlığı kitabı» anbar (Forma 26) 2022-ci il tarixli N95 qeydiyyat nömrəli, «Maddi vəsaitlərin varlığı kitabı» xidmət (Forma 26) 2021-ci il tarixli N96 qeydiyyat nömrəli, «Sənədlərin qeydiyyatı kitabı» (Forma 25) 2022-ci il tarixli N94 qeydiyyat nömrəli, «Sənədlərin qeydiyyatı kitabı» (Forma 25) 2022-ci il tarixli N 98 qeydiyyat nömrəli, «Qidalananların qeydiyyatı kitabı» (Forma 42) 2021-ci il tarixli N 113 qeydiyyat nömrəli, «Hazır yeməyin keyfiyyətinə nəzarət kitabı» 2022-ci il tarixli N748 nömrəli, «Çörək bişirmə sexində olan maddi vəsaitlərin varlığı və hərəkətinin uçotu kitabı» (Forma 26) 2022-ci il tarixli N 98 qeydiyyat nömrəli, «Mədaxil-Məxaric sənədləri» (qaiməfaktura, qaimələr, ümumi cədvəl, istehsalat vərəqələri, qənaət aktı qovluğu) 2021-ci il tarixli N1 qeydiyyat nömrəli, «Rüblük və İllik hesabatlar» 2022-ci ilin İ rüb 2022-ci il tarixli N N qeydiyyat nömrəli, «Ərzaq bölgüsü sənədləri» (2021-ci ilin 3-cü və 4-cü rübü) 2021-ci il tarixli N3 qeydiyyat nömrəli, «Ərzaq bölgüsü sənədləri» (2022-ci il İ rüb) 2022-ci il tarixli N4 qeydiyyat nömrəli, «Mədaxil-məxaric sənədləri» (qaimə-faktura, qailələr, ümumi cədvəl, istehsalat vərəqələri, qənaət aktı qovluğu) 2022-ci il tarixli N2 qeydiyyat nömrəli, «Aktlar» (ərzaq anbarının və yeməkxananın yoxlaması, ərzaq və çörəyin qəbulu, nümunəvi nəzarət yeməklərinin, ciddi uçot blanklarının) 2021-ci ilin 3-cü və 4-cü rübü üzrə 2021-ci il tarixli N5 qeydiyyat nömrəli, «Aktlar» (ərzaq anbarının və yeməkxananın yoxlaması, ərzaq və çörəyin qəbulu, nümunəvi nəzarət yeməklərinin, ciddi uçot blanklarının) 2022-ci ilin 1-ci rübü üzrə 2022-ci il tarixli N6 qeydiyyat nömrəli, 2021-ci ilin 3-cü və 4-cü rübü üzrə əmrdən çıxarışlar və ərzaq atestatı 2021-ci il tarixli N7 qeydiyyat nömrəli, 2022-ci ilin 1-ci rübü üzrə əmrdən çıxarışlar və ərzaq atestatı 2021-ci il tarixli N8 qeydiyyat nömrəli, «Xidmət rəisinin iş planları, aylıq tədbirlər planı, kiçik mütəxəssislərlə dərs planları» 2021-ci il tarixli N 9 qeydiyyat nömrəli, «Rüblük və illik hesabatlar 2021-ci ilin 3-cü və 4-cü rübü üzrə» 2021-ci il tarixli N 11 qeydiyyat nömrəli kitabları N nömrəli hərbi hissənin ərazisində yandıraraq rəsmi sənədləri məhv etmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2006-cı ildə hərbi məktəbi bitirmiş, əvvəlcə 172, 922, N və N nömrəli hərbi hissələrdə müxtəlif vəzifələrdə, 17 avqust 2021-ci il tarixdən 25 aprel 2022-ci il tarixədək isə Yevlax rayonunun Aran qəsəbəsinin ərazisində yerləşən N nömrəli hərbi hissəsində ərzaq xidmət rəisi vəzifəsində xidmət etmişdir. Xidmət müddətində hərbi xidmətdə fərqlənməyə görə 2,3-cü medalla, qüsursuz xidmətə görə 3-cü dərəcəli medalla, Silahlı Qüvvələrin 90, 95, N0 illiyi yubley medalları ilə təltif edilmiş, həmçinin 27 sentyabr 20220-ci il il tarixdə başlamış və xx.xx.2020-ci il tarixdə Qələbə ilə başa çatmış Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən «Vətən Müharibəsi»ndə iştirak etmiş, döyüşlərdə fərqləndiyinə görə Ali Baş Komandan tərəfindən «Cəbrayılın işğaldan azad olunmasına görə», «Qubadlının işğaldan azad olunmasına görə» və «Laçının işğaldan azad olunmasına görə» medallarla təltif olunmuş, 25 avqust 2022-ci il tarixdə 20 illik xidmət etməsi səbəbindən xidmət müddətini başa vurub ordu sıralarından tərxis olunmuşdur. N nömrəli hərbi hissədə xidmət etdiyi müddət ərzində ərzaq xidmət rəisi kimi vəzifələrinin hərbi hissənin şəxsi heyətinə ərzaq payının düzgün paylanması, gündəlik olaraq hərbi hissənin qazan təminatına qoyulmuş şəxsi heyətin sayına uyğun yemək hazırlanmasının təmin edilməsi, hərbi hissəyə ayrılmış ərzağın qorunub saxlanması, ərzağın istifadəsində qonşuluq prinsiplərinə riayət olunması, ərzaq xidmətinə məxsus olan texniki avadanlıqlarının, eləcə də xidməti sənədlərin qorunub saxlanmasından ibarət olmuşdur. 2N6-cı ildən müxtəlif hərbi hissələrdə ərzaq xidməti üzrə vəzifələrdə çalışsa da, ali hərbi təhsili artilleriya ixtisası üzrə aldığından ərzaq ixtisası üzrə peşəkar olmamışdır. N nömrəli hərbi hissədə ərzaq xidmət rəisi vəzifəsində xidmət etdiyi müddət ərzində də o, xidmət üzrə sənədləşmə işini düzgün aparmamış, həmçinin gündəlik olaraq hərbi hissənin qazan təminatına qoyulmuş şəxsi heyətin sayına uyğun yemək hazırlanmasını düzgün təşkil etməmiş və gündəlik qanunla nəzərdə tutulmuş normanı düzgün ayıra bilmədiyi üçün nəticədə fəaliyyəti dövründə yüksək məbləğdə çatışmazlıq ortaya çıxmışdır. 2021-ci ilin sentyabr ayının ortalarından 15 aprel 2022-ci il tarixədək olan müddət ərzində N nömrəli hərbi hissəyə təlimlərlə əlaqədar olaraq tez-tez müxtəlif hərbi hissələrdən çoxsaylı hərbi qulluqçular ezam olunmuş, lakin o, iş yükünün çox olması ilə əlaqədar qeyd olunan dövr ərzində vəzifə səlahiyyətlərinə səhlənkar yanaşaraq, şəxsi heyətin uçotu bölməsi tərəfindən ona gündəlik təqdim olunmuş sifarişlərdə göstərilmiş real qidalananların sayını təhlil etməmiş, onlara ayrılmalı olan yemək payını qabaqcadan işləyib hazırlmaqla hər şəxs üçün ayrılıqda norma çıxarmalı olduğu hada, həmin normaları ayırıb çıxarmamış, adam sayının çoxluğunu fikirləşərək qidalanmalarda hər hansı problemlərin yaranacağından ehtiyyat edib ərzaq anbarından normada nəzərdə tutulmuş ərzaq payından artıq ərzaq məhsulları çıxarıb yeməkxanaya vermiş, nəticədə artıq ərzaq məhsullarından hazırlanan yemək şəxsi heyətə paylandıqdan sonra hazır yemək artıq qalmış, bir dəfə hazırlanan yeməyin təkrar olaraq yenidən şəxsi heyətə paylanılması mümkün olmadığından həmin yemək hərbi hissənin ərazisində olan yeməkxananın arxasında yerləşən tullantıların atılması üçün nəzərdə tutulmuş yerə tökülmüşdür. Bundan başqa o, N nömrəli hərbi hissəyə ərzaq xidmət rəisi təyin olunduqdan sonra orada xidmət etdiyi dövr ərzində, yəni 2021-ci ilin sentyabr ayının sonlarından 15 aprel 2022-ci il tarixədək olan müddətdə ayrı-ayrı vaxtlarda ərzaq anbarından artıq sifariş verərək 1 kq qiyməti 9,80 manat olmaqla ümumi çəkisi 336,04 kq olan ümumi dəyəri 3293 (üç min iki yüz doxsan üç) manat olan konservləşdirilmiş mal ətini götürərək özü istifadə etmiş, həmçinin hazırda xatırlamadığı şəxslərə əvəzsiz olaraq həmin ət konsevlərindən vermişdir. O, həmin konservləşdirilmiş mal ətini hansı tarixlərdə və kimlərə verdiyini xatırlamasa da, etiraf etmişdir ki, N nömrəli hərbi hissədə xidmət etdiyi dövr ərzində dəfələrlə həmin konservlərdən gündəlik qidalanmadan kənar özü üçün istifadə etmiş, bəzi hallarda, məsələn şəxsi qonaqları olduqa, həmin konservlərdən götürüb istifadə etmişdir. Onun öz işinə səhlənkar yanaşması və üzərinə qoyulmuş xidməti vəzifələrini düzgün icra etməməsi, yəni gündəlik nəzərdə tutulmuş ərzaq normasını planlaşdırmaması, bundan əlavə təlimlər gedən zaman hərbi hissəyə korpuslardan, Quru qoşunundan ezamiyyətdə olmayan, lakin təlimlərə ezamiyyətə göndərilmiş hərbi qulluqçulara nəzarət etmək üçün gələn komandir heyətinə əlavə olaraq yemək hazırlaması, həmin yeməyi də gündəlik normaya uyğun deyil, normadan artıq ərzaq payına uyğun hazırlaması və bununla bağlı hər hansı qeydiyyat aparmaması nəticəsində ərzaq anbarında çatışmazlıq yaranmışdır. Həmin vaxt o, anbarda konkret olaraq hansı məbləğdə (miqdarda) çatışmazlığının yarandığını bilməsə də, xeyli miqdarda çatımazlığın yarandığını təxmin etmiş, buna görə də, 2021-ci ilin İV rübü üzrə Müdafiə Nazirliyinin ərzaq xidmətinə rüblər üzrə hesabat göndərərkən anbarda yaranmış çatışmazlığı aradan qaldırmaq məqsədi ilə 2022-ci ilin yanvar ayının əvvəllərində rüblük hesabatları hazırlayarakən Forma42 kitabında ümumqoşun xidməti üzrə qidalananların sayı 69999 nəfər olmasına baxmayaraq, həmin sayı 2982 vahid artıq yazaraq həmin rəqəmi rüblük hesabatda 72981 nəfər qeyd etmişdir.O, artıq yazdığı 2982 rəqəmini o, hər hansı sənədlərə əsasən, öz mülahizəsinə görə təxmini hesablama aparmaqla qeyd etmiş, bu qaydada məbləğin bir hissəsinin silinəcəyini düşünmüşdür. Daha sonra o, rüblük hesabatda şəxsi heyətin say tərkibini süni şəkildə artırdıqdan sonra 2021-ci ilin İV rübü üzrə gündəlik qidalananlarla bağlı arayış tərtib edərək həmin arayışda «X14 İdarəsinin Ərzaq Xidmətinə ondan ötrü ki, N nömrəli hərbi hissədə 2021-ci ilin İV rübündə istifadə olunmuş təminat aşağıdakı kimidir» «1 Ümumqoşun norması üzrə: 72981 (yetmiş iki min doqquz yüz səksən bir)» qeydiyyatını aparmış, halbu ki, həmin rəqəm Forma8 və Forma42 kitablarına uyğun olaraq 69999 nəfər olmalı olmuş, daha sonra 72981 nəfər yazılmış qeyd olunan arayışda o, eləcə də şəxsi heyətin uçotu bölməsinin rəisi mayor Şahid3 imza etmişlər. O, həmin arayışı şəxsən özü tərtib edərək oradakı yalan məlumatları şəxsən özü həmin arayışa daxil etmiş, arayışı tərtib etdikdən sonra onu mayor Şahid3 təqdim edib ona arayışda rüb üzrə qidalanan şəxslərin sayının Forma42 kitabına uyğun olduğunu bildirmiş, sonuncu da ona inanaraq həmin arayışa öz imzasını çəkmişdir. Daha sonra o, eyni qaydada 2022-ci ilin aprel ayının ortalarında da 2022-ci ilin İ rübü üzrə Müdafiə Nazirliyinə göndərilən hesabatın arayışında gündəlik qidalananların sayının ümumqoşun norması üzrə 66145 nəfər olduğunu qeyd etmiş, halbu ki, Forma42 kitabına uyğun olaraq həmin vaxt qidalananların ümumi sayı 62821 nəfər təşkil etmişdir. Yəni o, həmin rüblük hesabatı da arayışa qidalananların say tərkibini N4 vahid artıq yazaraq göndərmiş, həmin arayışı da mayor Şahid3 yalan məlumatlar verib inandırmaqla, yəni say tərkibinin Forma42 kitabına uyğun yazıldığını bildirməklə imza etdirmişdir. Onun ixtisası artilleriya üzrə olduğundan ərzaq xidmət rəisi kimi öz funskional vəzifələrini dərindən bilməmiş, onları öyrənməmiş, xidməti vəzifələrini səthi və barmaqarası icra etmişdir. Belə ki, göstərilən dövrdə N nömrəli hərbi hissədə təlimlər başladıqdan sonra hərbi hissənin ərazisində daimi şəxsi heyətdən başqa ezam olunan hərbi qulluqçular həddindən artıq çox olmuş və o, xidmət rəisi kimi gündəlik olaraq şəxsi heyətin uçotu bölməsindən ona təqdim olunan «bçs»lərdə göstərilmiş faktiki adam sayına uyğun olaraq ərzaq pay normalarını gündəlik işləyib hazırlamalı olduğu halda, həmin normaları düzgün hazırlamamış, buna görə də yemək normadan artıq bişmiş və şəxsi heyətə paylandıqdan sonra artıq qalmış yemək tələf olduğu üçün atılmışdır. O, daha sonra gösətrmişdir ki, onun öz xidməti borcuna səhlənkar yanaşması nəticəsində ərzaq anbarında kifayət qədər məbləğdə maddi ziyan əmələ gəlsə də o, həmin maddi ziyanın dəqiq məbləğini bilməmiş və xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar N aprel 2022-ci il tarixdən 14 aprel 2022-ci il tarixədək olan müddətdə aparılmış təhvil-təslimdən sonra aparılmış sənədli təftiş zamanı ərzaq xidməti üzrə 477 manat 06 qəpik məbləğində maddi ziyan aşkar edildikdə maddi ziyanın az olmasını bilib həmin ziyanı dərhal ödəmiş, həm mənimsədiyi mal əti konservalarına görə, həmçinin yol verdiyi səhlənkarlıq nəticəsində anbarda yaranmış çatışmazlığın üzə çıxmadığını görüb gələcəkdə buna görə məsuliyyətə cəlb olunmaması məqsədi ilə ərzaq xidmətinə aid istifadəsi başa çatmamış bütün kitabları yandırıb məhv etmək qərarına gəlmişdir. Həmin vaxt o, bununla bağlı bir akt tərtib olunmaqla məsələni birdəfəlik həll edəcəyini güman etdiyindən, təhvil-təslim başa çatdıqdan sonra elə həmin gün hərbi hissənin ərazisində rəsmi sənədləri, yəni «Maddi vəsaitlərin varlığı kitabı» xidmət (Forma 26) 2021-ci il tarixli N95 qeydiyyat nömrəli, «Maddi vəsaitlərin varlığı kitabı» anbar (Forma 26) 2021-ci il tarixli N95 qeydiyyat nömrəli, «Maddi vəsaitlərin varlığı kitabı» xidmət (Forma 26) 2021-ci il tarixli N95 qeydiyyat nömrəli, «Maddi vəsaitlərin varlığı kitabı» anbar (Forma 26) 2021-ci il tarixli N2146 qeydiyyat nömrəli, «Maddi vəsaitlərin varlığı kitabı» anbar (Forma 26) 2022-ci il tarixli N95 qeydiyyat nömrəli, «Maddi vəsaitlərin varlığı kitabı» xidmət (Forma 26) 2021-ci il tarixli N96 qeydiyyat nömrəli, «Sənədlərin qeydiyyatı kitabı» (Forma 25) 2022-ci il tarixli N94 qeydiyyat nömrəli, «Sənədlərin qeydiyyatı kitabı» (Forma 25) 2022-ci il tarixli N 98 qeydiyyat nömrəli, «Qidalananların qeydiyyatı kitabı» (Forma 42) 2021-ci il tarixli N 113 qeydiyyat nömrəli, «Hazır yeməyin keyfiyyətinə nəzarət kitabı» 2022-ci il tarixli N748 nömrəli, «Çörək bişirmə sexində olan maddi vəsaitlərin varlığı və hərəkətinin uçotu kitabı» (Forma 26) 2022-ci il tarixli N 98 qeydiyyat nömrəli, «Mədaxil-Məxaric sənədləri» (qaiməfaktura, qaimələr, ümumi cədvəl, istehsalat vərəqələri, qənaət aktı qovluğu) 2021-ci il tarixli N1 qeydiyyat nömrəli, «Rüblük və İllik hesabatlar» 2022-ci ilin İ rüb 2022-ci il tarixli N N qeydiyyat nömrəli, «Ərzaq bölgüsü sənədləri» (2021-ci ilin 3-cü və 4-cü rübü) 2021-ci il tarixli N3 qeydiyyat nömrəli, «Ərzaq bölgüsü sənədləri» (2022-ci il İ rüb) 2022-ci il tarixli N4 qeydiyyat nömrəli, «Mədaxil-məxaric sənədləri» (qaimə-faktura, qailələr, ümumi cədvəl, istehsalat vərəqələri, qənaət aktı qovluğu) 2022-ci il tarixli N2 qeydiyyat nömrəli, «Aktlar» (ərzaq anbarının və yeməkxananın yoxlaması, ərzaq və çörəyin qəbulu, nümunəvi nəzarət yeməklərinin, ciddi uçot blanklarının) 2021-ci ilin 3-cü və 4-cü rübü üzrə 2021-ci il tarixli N5 qeydiyyat nömrəli, «Aktlar» (ərzaq anbarının və yeməkxananın yoxlaması, ərzaq və çörəyin qəbulu, nümunəvi nəzarət yeməklərinin, ciddi uçot blanklarının) 2022-ci ilin 1-ci rübü üzrə 2022-ci il tarixli N6 qeydiyyat nömrəli, 2021-ci ilin 3-cü və 4-cü rübü üzrə əmrdən çıxarışlar və ərzaq atestatı 2021-ci il tarixli N7 qeydiyyat nömrəli, 2022-ci ilin 1-ci rübü üzrə əmrdən çıxarışlar və ərzaq atestatı 2021-ci il tarixli N8 qeydiyyat nömrəli, «Xidmət rəisinin iş planları, aylıq tədbirlər planı, kiçik mütəxəssislərlə dərs planları» 2021-ci il tarixli N 9 qeydiyyat nömrəli, «Rüblük və illik hesabatlar 2021-ci ilin 3-cü və 4-cü rübü üzrə» 2021-ci il tarixli N 11 qeydiyyat nömrəli kitablarını yandırmaqla məhv edib bununla bağlı akt tərtib edərək həmin aktı komisiya üzvlərinə təqdim etmiş, onlara həmin kitabları qanuna müvafiq qaydada yandırdığını, təhvil-təslimin bitdiyini, buna görə də həmin akta imza etmələrini xahiş etmişdir. O, əlavə olaraq gösətrmişdir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin «Azərbaycan Ordusunun fəaliyyəti prosesində yaranan sənədlərin saxlanma müddətləri göstərilmiş siyahısı»nın təsdiq edilməsi haqqında 20 mart 2020-ci il tarixli, 05 №-li qərarının 26-cı bəndinə əsasən, həmin sənədlər təftiş dövrünü əhatə etdiyindən onların ilin sonunadək məhv edilməsi qadağan olunduğunu bilmiş, lakin öz əməllərini ört-basdır etmək məqsədi ilə həmin bəndin tələblərini pozaraq qeyd olunan kitabları yandırmaqla məhv etmiş, daha sonra bununla bağlı qeyri-qanuni akt tərtib edərək həmin aktı komissiya üzvlərinə imza etdirmişdir. Hazırda törətdiyi cinayət əməllərindən peşmandır,onun dövlətə vurduğu N008 (doxsan bir min səkkiz) manat 87 (səksən yeddi) qəpik məbləğində maddi ziyanın tərəfindən tam şəkildə ödənilmiş, zərərçəkmiş şəxsin nümayəndəsinin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Xidmət müddəti başa çatdığından ehtiyata tərxis olunmuş və hazırda fərdi əməklə məşğul olaraq ailəsinə maddi cəhətdən yardım göstərir. Məhkəmədən törətdiyi əməlindən səmimi peşman olmasını, 20 illlik xidmət müddətində qüsursuz xidmət etməsini, 44 günlük Vətən müharibəsində peşəkar zabit kimi xidmət etməsini, himayəsində iki azyaşlı uşağının olmasını, fərdi əməklə məşğul olub ailəsinə maddi cəhətdən yardım göstərməsini, dövlətə dəymiş ziyanı tam şəkildə ödəməsinin nəzərə alınmasını və barəsində yüngül cərimə cəzasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin nümayəndəsi N nömrəli hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi, ədliyyə leytenantı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə hərbi xidmətlə əlaqədar tanımış, onunla münasibətləri xidməti olmaqla aralarında heç bir qohumluqları, ədavətləri və ya düşmənçilikləri olmamışdır. 2022-ci ilin sentyabr-oktyabr aylarında hərbi hissədə aparılmış sənədli təftiş zamanı müəyyən edilmişdir ki, hərbi hissənin ərzaq xidməti rəisi vəzifəsində xidmət etmiş mayor Təqsirləndirilən şəxs tərəfindən qeyri-qanuni əməllərə yol verilmiş və nəticədə hərbi hissəyə mühüm zərər vurulmuşdur. Belə ki, 2021-ci ilin sentyabr ayından 2022-ci ilin aprel ayının ortalarınadək N nömrəli hərbi hissənin ərzaq xidmət rəisi vəzifəsində xidmət etmiş mayor Təqsirləndirilən şəxs öz xidməti vəzifələrinə səhlənkar yanaşaraq hərbi hissədə faktiki qidalanmış şəxsi heyətin sayından daha artıq sayda ərzaq buraxmış və bunun nəticəsində həmin ərzaqda çatışmazlıq yarandıqdan sonra həmin çatışmazlığın aradan qaldırılması məqsədi ilə rəsmi sənədlərdə qidalanmış şəxsi heyətin say tərkibini süni şəkildə artıq göstərmiş, həmçinin anbardan müxtəlif vaxtlarda götürdüyü mal əti konservasını mənimsəmiş, Təqsirləndirilən şəxs həmin qeyriqanuni hərəkətləri nəticəsində hərbi hissəyə ümumilikdə N manat 87 qəpik məbləğində maddi ziyan vurulmuşdur. Bundan sonra mayor Təqsirləndirilən şəxs hərbi hissənin ərzaq anbarında çatışmazlıq yarandığından, öz səhlənkarlığını gizlətmək məqsədi ilə, N aprel 2022-ci il tarixdən 14 aprel 2022-ci il tarixədək olan müddət ərzində onun xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar hərbi hissədə aparılmış təhvil-təslimi bitirib Azərbaycan Respublikası Müdafiə nazirinin «Azərbaycan Ordusunun fəaliyyəti prosesində yaranan sənədlərin saxlanma müddətləri göstərilmiş siyahısı»nın təsdiq edilməsi haqqında 20 mart 2020-ci il tarixli, 05 №-li qərarının 26-cı bəndinin tələblərini pozaraq, həmin sənədlərə təftiş keçirilsə də ilin sonunadək həmin sənədləri məhv etməməli olduğu halda ərzaq xidmətinə aid olan bütün kitabları yandırmaqla qəsdən məhv etmiş, daha sonra bununla bağlı qeyriqanuni akt tərtib edib həmin aktı təhvil-təslim komissiyasının üzvlərinə imza etdirmişdir. Təqsirləndirilən şəxs qanunsuz əməlləri nəticəsində N nömrəli hərbi hissəyə vurulmuş ümumilikdə N008 (doxsan bir min səkkiz) manat 87 (səksən yeddi) qəpik məbləğində maddi ziyandan 88.2N manat 53 qəpik məbləğində maddi ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilsə də, qalan 2.807 (iki min səkkiz yüz yeddi) manat 34 (otuz dörd) qəpik məbləğində maddi ziyan ödənilməmişdir. Lakin hesab edir ki,qalıq məbləğdə Təqsirləndirilən şəxs tərəfindən sonuncunun dediyinə görə dövlət nəfinə ödəniləcəkdir. Bu səbəbdən hazırda onun Təqsirləndirilən şəxs qarşı hər hansı şikayəti, tələbi və mülki iddiası yoxdur. Məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş şahid N nömrəli hərbi hissəsinin ərzaq anbar rəisi, gizir Şahid2 ifadəsində göstərmişdir ki, o, 20 dekabr 2020-ci il tarixdən 20 yanvar 2022-ci il tarixədək N nömrəli hərbi hissənin ərzaq anbar rəisi vəzifəsində xidmət etmiş, 20 yanvar 2022-ci il tarixdə hərbi xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərilmiş, N aprel 2022-ci il tarixdə yenidən N nömrəli hərbi hissəyə göndərilərək hazıradək həmin hərbi hissənin ərzaq anbar rəisi vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə hərbi xidmətlə əlaqədar tanımış, onunla münasibətləri xidməti olmaqla aralarında heç bir qohumluqları, ədavətləri və ya düşmənçilikləri olmamışdır. N aprel 2022-ci il tarixdən 14 aprel 2022-ci il tarixədək mayor Təqsirləndirilən şəxs hərbi xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərildiyindən ərzaq xidmət rəisi vəzifəsi vakant olduğu üçün həmin vəzifəni onunla təhvil-təslim etmişdir. Mayor Təqsirləndirilən şəxs 2021-ci ilin avqust ayının ortalarından 2022-ci ilin aprel ayının ortalarınadək N nömrəli hərbi hissədə ərzaq xidməti rəisi vəzifəsində xidmət etmiş, ərzaq xidməti rəisi kimi vəzifələrinə gündəlik olaraq ona şəxsi heyətin uçotu bölməsindən təqdim olunan Forma 8 kitabından çıxarışda göstərilən faktiki hərbi hissədə olan və gündəlik qidalanmalı olan şəxsi heyətin sayı barədə məlumatları götürdükdən sonra həmin məlumatları təhlil edib göstərilən say üzrə ərzaq payı normalarını işləyib hazırlamaq və bundan sonra ərzaq anbarına sifariş verərək ərzaq məhsullarını ayırtmaqla həmin məhsulları hazırlanması üçün yeməkxanaya təhvil verməkdən ibarət olmuşdur. Hər növbəti gün üçün şəxsi heyətə hazırlanmalı olan yeməyin sifarişi bir gün qabaq günün sonunadək anbara sifariş verilir, buna əsasən anbardan ərzaq məhsulları ayrılır və yeməkxanaya təqdim olunur. Şəxsi heyətin uçotu bölməsindən Forma 8 kitabına uyğun olaraq faktiki olan şəxsi heyətin sayına dair məlumat «bçs» vasitəsi ilə ərzaq xidmət rəisinə təqdim olunur, ərzaq xidmət rəisi həmin məlumatları Forma 42 kitabına işlədikdən sonra faktiki qidalananların sayına uyğun anbara ərzaq məhsullarının ayrılması ilə bağlı sifariş verilir, anbar rəisi öz növbəsində verilən sifarişləri anbar üzrə olan müvafiq kitablara işlədikdən sonra ərzaq məhsulları ayrılmaqla yeməkxanaya təhvil verir. 20 yanvar 2022-ci il tarixdə xidmət yerini N nömrəli hərbi hissəyə göndərildiyi vaxtadək N nömrəli hərbi hissəyə orada təşkil edilmiş təlimlərlə bağlı xeyli sayda hərbi qulluqçu ezam olunmuşdur. Ərzaq xidməti rəisi mayor Təqsirləndirilən şəxs ixtisasca artilleriya zabiti olduğundan ərzaq xidmətini dərindən bilmədiyindən həmin dövr ərzində şəxsi heyətin sayının çoxluğu ilə əlaqədar qidalanmada müvafiq problemlərin yaranacağından ehtiyyat edərək faktiki olan adam sayına uyğun yemək payını düzgün hesablayıb verə bilməmiş, qidalanmada hər hansı problemlərin yaranacağından qorxaraq ərzaq məhsullarını həddindən artıq sifariş vermiş, nəticədə yeməkxanada yemək bişib şəxsi heyətə paylandıqdan sonra bişmiş yemək artıq qalmış və həmin bişmiş yemək növbəti dəfə şəxsi heyətə paylana bilmədiyi üçün tullantı kimi atılmışdır. O, 20 yanvar 2022-ci il tarixdə xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərilmiş, sonra isə N aprel 2022-ci il tarixdə yenidən N nömrəli hərbi hissəyə xidmətini davam etdirmək üçün qayıtmış və 2022-ci ilin aprel ayının ortalarında mayor Təqsirləndirilən şəxs hərbi hissənin ərzaq xidmətini onunla təhvil-təslimi etmişdir. Həmin təhvil-təslim zamanı mayor Təqsirləndirilən şəxs ərzaq xidmətinə aid olan bütün sənədləri xidməti otaq kimi istifadəsində olan otaqda masanın üzərinə yığaraq ona göstərərək ərzaq xidməti üzrə sənədli təftişin keçirildiyini, təftiş zamanı hər hansı nöqsan aşkar olunmadığını bildirmiş və 15 aprel 2022-ci il tarixli «Maddi-texniki təminat bölməsinin (Q4) ərzaq xidməti rəisinin iş və vəzifələrinin təhvili və qəbulu haqqında tərtib edilmiş» aktı ona təqim edərək həmin akta imza icra etməsini ondan xahiş etmişdir. O, həmin vaxt mayor Təqsirləndirilən şəxs sənədli təftişin tam olaraq keçirilməsi və sənədlərdə hər hansı problemin olmadığını deməsinə inanaraq həmin aktı oxumadan adı qeyd olunan yerə öz imzasını çəkmiş, aktı imzaladıqdan sonra mayor Təqsirləndirilən şəxs həmin aktları götürərək getmişdir. Bundan bir neçə gün sonra o, hərbi hissənin ərazisində olarkən mayor Təqsirləndirilən şəxs ona yaxınlaşaraq təftiş dövrünə düşmüş sənədləri yeməkxanın arxasında olan məişət tullantılarının yığıldığı ərazidə yandırıb məhv etdiyini bildirmişdir. Həmin vaxt o, mayor Təqsirləndirilən şəxs hansı səbəbə görə həmin sənədləri yandırdığını soruşduqda, sonuncu «təftiş dövrünə düşmüş sənədlər məhv olunub yandırılmalıdır» deyərək cavab vermiş, yenidən ərzaq xidmətini təftişlə təhvil verdiyini və hər hansı problemin olmadığını bildirmişdir. Bundan təxminən 1 (bir) həftə sonra isə mayor Təqsirləndirilən şəxs N nömrəli hərbi hissəyə təyin olunmuş, həmin vaxtdan etibarən isə o, ərzaq xidməti rəisi vəzifəsini icra etməyə başlamışdır. O, ərzaq anbarında olan ərzaq məhsullarının çəkisini müəyyən etməklə yeni kitaba yazaraq uçota başlamaq istədikdə mayor Təqsirləndirilən şəxs anbarın ərzaq məhsullarının faktiki çəkisi qeyd olunan yeni Forma26 kitabının yazılacağını bildirmiş, bu səbəbdəndə o, yeni Forma26 tərtib etməyərək onların həmin kitabı tərtib edib ona verməsini gözləmişdir. 17 aprel 2022-ci il tarixdə mayor Təqsirləndirilən şəxs yeni Forma 26 kitabını ona təqdim edib ərzaq xidmətində problem olmadığını deyərək uçotu həmin kitabla davam etdirməyi tapşırmış, həmçinin Forma26 kitabında faktiki ərzağın qalıq çəkisinin qeyd olunduğunu bildirmişdir. Lakin o, həmin Forma26 kitabını mayor Təqsirləndirilən şəxs alıb baxdıqda kitabın N aprel 2022-ci il tarixdən deyil, 12 aprel 2022-ci il tarixdən başladığını görmüş və bunun səbəbini soruşduqda mayor Təqsirləndirilən şəxs 13 aprel 2022-ci il tarixədə keçirilmiş təftişədək olan bütün sənədlərin məhv olunduğunu, bu səbəbdən Forma26 kitabının 12 aprel 2022-ci il tarixdən tərtib edildiyini, ərzaq xidmətinə aid bütün uçotu qaydasına qoyduqdan sonra ona təhvil verəcəyini bildirmişdir. Buna görədə o, mayor Təqsirləndirilən şəxs dediklərinə inanaraq ondan Forma26 kitabını 17 aprel 2022-ci il tarixdə təhvil alaraq 25 aprel 2022-ci il tarixdən N iyul 2022-ci il tarixədək ərzaq xidmət rəisi vəzifəsini icra etmişdir. Həmin müddət ərzində hərbi hissənin şəxsi heyətin uçotu bölməsinin rəisi baş leytenant Şahid4 Forma8 kitabı üzrə sifarişi ona vermiş, o da, həmin sifarişı Forma42 kitabına işlədikdən sonra sonuncu imzası ilə təsdiq etmişdir. Daha sonra isə Forma42 kitabına uyğun olaraq ərzaq anbarında müvafiq sayda ərzaq çıxarılaraq yeməkxanaya verilmişdir. Hər rübün yekununda isə N (üç) ay müddətində hərbi hissənin təminatı ilə qidalanmış şəxslərin sayı göstərilən hesabat onun tərəfindən hazılanaraq şəxsi heyət üzrə uçot bölməsinin rəisinə təqdim olunmuşur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şahid N nömrəli hərbi hissəsinin ərzaq xidmət rəisi vəzifəsində xidmət edən, mayor X2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs hərbi xidmət dövründə tanımış, onunla münasibətləri xidməti olmaqla aralarında heç bir qohumluqları, ədavətləri və ya düşmənçilikləri olmamışdır. Mayor Təqsirləndirilən şəxs 2021-ci ilin avqust ayının ortalarından 2022-ci ilin aprel ayının ortalarınadək N nömrəli hərbi hissədə ərzaq xidmət rəisi vəzifəsində xidmət etmişdir. Təqsirləndirilən şəxs ərzaq xidmət rəisi kimi vəzifələrinə gündəlik olaraq ona şəxsi heyətin uçotu bölməsindən təqdim olunan Forma8 kitabından çıxarışda göstərilən faktiki hərbi hissədə olan və gündəlik qidalanmalı olan şəxsi heyətin sayı barədə məlumatları götürüb həmin məlumatları təhlil etmək, daha sonra həmin məlumatlar əsasında göstərilən say üzrə ərzaq payı normalarını işləyib hazırlamaq və bundan sonra ərzaq anbarına sifariş verərək ərzaq məhsullarını ayırtmaqla həmin məhsulları hazırlanması üçün yeməkxanaya təhvil verməkdən ibarət olmuşdur. 30 avqust 2022-ci il tarixdən 03 sentyabr 2022-ci il tarixədək N nömrəli hərbi hissədə keçirilmiş sənədli təftişdən sonra məlum olmuşdur ki, mayor Təqsirləndirilən şəxs xidmət etdiyi dövr ərzində hərbi hissəyə N008 (doxsan bir min səkkiz) manat 87 (səksən yeddi) qəpik məbləğində maddi ziyan dəymişdir. Belə ki, keçirilmiş təftiş yoxlaması nəticəsində müəyyən edilmişdir ki, mayor Təqsirləndirilən şəxs 2021-ci ilin İV və 2022-ci ilin İ rübləri üzrə Müdafiə Nazirliyinin ərzaq xidmətinə göndərilən ərzaq hesabatlarında faktiki olaraq rüblər üzrə qidalanan şəxslərin sayını süni şəkildə artıraraq 2021-ci ilin İV rübü üzrə faktiki qidalananların sayını 2.982 vahid, 2022-ci ilin İİ rübü üzrə isə 3.324 vahid çox qeyd etmiş, bununla hərbi hissəyə vurmuş olduğu ziyanın bir hissəsini ört-bastır etmişdir. Bundan başqa təftiş yoxlama zamanı anbarda olan ərzaq qalıqları müqayisə edilərkən 4668,5 kq miqdarda ümumi dəyəri 46.218 manat 15 qəpik mal əti, 336,04 kq ümumi dəyəri 3.293 manat 19 qəpik konservləşdirilmiş mal əti, 49,2 kq miqdarda ümumi dəyəri 418 manat 20 qəpik olan kolbasa, 850,55 kq miqdarda ümumi dəyəri 5.613 manat 63 qəpik olan başsız balıq, 14,46 kq miqdarda ümumi dəyəri 121 manat 18 qəpik olan balıq konservası, 1,828 kq miqdarda ümumi dəyəri 16 manat 45 qəpik məbləğdə olan quru keşniş və 1587 ədəd ümumi dəyəri 27.772 manat 50 qəpik olan quru ərzaq payı aşkar olunmuşdur. Həmin vaxt anbarda aşkar edilmiş qeyd olunan çatışmamazlıqla bağlı mayor Təqsirləndirilən şəxs sual verdikdə sonuncu ona yalnız çatışmayan konservləşdirilmiş mal ətini mənimsədiyini, yəni özünün qonaqları olarkən həmin konservləşdirilmiş mal ətindən yemək bişirərək istifadə etdiyini bildirmiş, 1587 ədəd quru ərzaq payının isə N nömrəli hərbi hissənin ərazisində ezamiyyətdə olan hərbi qulluqçulara onlar orada təlim zamanı çıxışa gedərkən payladığını, lakin bununla bağlı qeydiyyat aparmadığını demişdir. Şahid qeyd etmişdir ki, həmin vaxt o, keçirilmiş təftiş zamanı müəyyən edilmiş məlumatlara əsasən mayor Təqsirləndirilən şəxs hansı səbəbdən xidmət dövrünə aid göstərdiyi quru ərzaq payı ilə konservləşdirilmiş mal ətini çıxdıqdan sonra hərbi hissəyə 87.715 manat N qəpik məbləğində maddi ziyanın yarandığını soruşduqda Təqsirləndirilən şəxs ona göstərmişdir ki, 2021-ci ilin sentyabr ayının ortalarından başlayaraq 2022-ci ilin aprel ayının ortalarına qədər olan müddət ərzində, yəni onun ərzaq anbarı rəisi kimi öz xidməti vəzifələrini təhvil verənədək, hərbi hissənin ərazisində keçirilən təlimlərlə bağlı çoxsaylı hərbi qulluqçular N nömrəli hərbi hissəyə ezam olunduqlarından adam sayının çox olmasına görə, həmçinin onun tərəfindən gündəlik olaraq faktiki saya uyğun ərzaq payı düzgün ayrılmadığına görə o, bişən yeməyin şəxsi heyətə çatmamasından ehtiyyat edib ərzaq anbarından normadan artıq ərzaq payı ayırıb yeməkxanaya vermiş, nəticədə bişən yemək artıq qalaraq tələf olmuş və tullantı kimi atılmışdır. Daxili Xidmət Nizamnaməsinin N5-ci maddəsinə, həmçinin Müdafiə nazirinin 2N4-cü il tarixli, 60 №-li qərarının 1.5.7-ci tələblərinə görə, artıq yemək bişirilməsinin qarşısını almaq üçün ərzaq xidmət rəisi hərbi hissənin şəxsi heyətin uçotu bölməsi tərəfindən təqdim olunmuş məlumatları təhlil etməli, həmin məlumatlar əsasında ərzaq payını normalayıb işləyib hazırlamalı, yəni şəxsi heyətin sayına uyğun ərzaq payını normaya uyğun planlaşdırıb sifariş verməlidir. Mayor Təqsirləndirilən şəxs xidmət yerinin N nömrəli hərbi hissəyə dəyişdirilməsi ilə bağlı hərbi hissədə N aprel 2022-ci il tarixdən 14 aprel 2022-ci il tarixədək təhvil təslim aparılmış, təhvil-təslim bitdikdən sonra mayor Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Müdafiə nazirinin «Azərbaycan Ordusunun fəaliyyəti prosesində yaranan sənədlərin saxlanma müddətləri göstərilmiş siyahısı»nın təsdiq edilməsi haqqında 20 mart 2020-ci il tarixli, 05 №-li qərarının 26-cı bəndinə əsasən, həmin sənədləri təftiş keçirilsə də belə, təftiş dövrünü əhatə etdiyindən ilin sonunadək məhv etməməli olduğu halda, həmin tələbləri pozaraq ərzaq xidmətinə aid olan bütün sənədləri şəxsən özü apararaq hərbi hissənin ərazisində yandırmaqla məhv etmişdir. Qeyd edilən təhvil-təslim zamanı mayor Təqsirləndirilən şəxs təxminən 400-500 manat məbləğində maddi ziyan aşkar edilmiş və sonuncu həmin vaxt özünün daha böyük həcmdə çatışmazlığını ört-basdır etməklə gələcəkdə buna görə məsuliyyətdən yayınmaq məqsədi ilə həmin təhvil-təslimdən sonra ərzaq xidmətinə aid sənədləri hərbi hissənin ərazisində yandıraraq məhv etmişdir. Həmin vaxt mayor Təqsirləndirilən şəxs rəsmi sənədləri kitabları komisiya təşkil olunduqdan sonra komisiyaya təqdim etməli olmuş, vaxtları keçmiş sənədlər yalnız komissiya tərəfindən müvafiq akt tərtib olunmaqla məhv edilməli olmuş, lakin mayor Təqsirləndirilən şəxs şəxsən özü sənədləri məhv edərək buna dair qanunsuz akt tərtib edib həmin aktı digər şəxslərə imza etdirmişdir. İbtidai istintaq orqanı tərəfindən dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş şahid N nömrəli hərbi hissəsinin ideoloji iş və mənəvipsixoloji təminat bölməsi rəisinin baş köməkçisi vəzifəsində xidmət edən mayor Şahid6 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə hərbi xidmətlə əlaqədar tanımış, onunla münasibətləri xidməti olmaqla aralarında heç bir qohumluqları, ədavətləri və ya düşmənçilikləri olmamışdır. N nömrəli hərbi hissənin ideoloji iş və mənəvipsixoloji təminat bölməsi rəisinin baş köməkçisi vəzifəsində, mayor hərbi rütbəsində xidmətdə olarkən həmin hərbi hissənin ərzaq xidməti üzrə daxili yoxlama komissiyasının sədri olmuşdur. 14 aprel 2022-ci il tarixli ərzaq xidməti üzrə əhəmiyyətini itirmiş sənədlərin məhv olunması haqqında 4786 №-li və 15 aprel 2022-ci il tarixli ərzaq xidməti ilə bağlı təhvil-təslim aktları hərbi hissənin sabiq ərzaq xidməti rəisi, mayor Təqsirləndirilən şəxs tərəfindən ona təqdim olunmuş, həmin vaxt sonuncu başqa hərbi hissəyə xidmət yerinin dəyişdirildiyini, təcili getməli olduğunu demiş və aktlara imza icra etməsini ondan xahiş etmişdir. O, həmin aktlarla tanış olduqdan sonra N nömrəli hərbi hissənin ərzaq xidməti rəisi tərəfindən təftiş keçdirildiyi üçün hər bir yoxlanılan faktların qaydasında olduğunu yəqin edib aktları yoxlamadan onların hər N (üç) nüsxəsində öz adının qarşısında imzasını icra çəkmiş, lakin aktda qeyd olunan sənədlərin yandırılmasında, həmçinin ərzaq xidmətinin gizir Şahid2 təhvil verilməsində iştirak etməmişdir. Həmin vaxt mayor Təqsirləndirilən şəxs həmin aktı ona təqdim edərkən aktda qeyd olunan sənədlərin artıq tərəfindən yandırıldığını ona bildirmiş, o da sənədlərin yandırılması müddətini bilmədiyi üçün sənədlərin məhvetmə aktına öz imzasını atmışdır. Daxili yoxlama komissiyasının sədri olaraq digər komissiya üzvləri ilə birlikdə hərbi hissəyə ərzaqların verilməsi və çəkilərinin ölçülməsində bilavasitə iştirak etmiş, bu zaman hər hansı çatışmazlıq və ya digər qanunsuzluq aşkar edilməmiş, hərbi hissəyə gələn ərzaqlar qaiməyə uyğun şəkildə gətirilmiş və təhvil alınmışdır. Məhkəmə istintaqı zamanı dindirilmiş şahidlər Şahid7, Şahid8 və Şahid9, ŞahidN eyni məzmunlu ifadələr verərək Şahid6 ifadəsində göstərilmiş bütün xüsusatları tam olaraq təsdiq etmişlər. İbtidai istintaq orqanı tərəfindən dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş şahid N nömrəli hərbi hissə komandirinin müavini, mayor Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə hərbi xidmətlə əlaqədar tanımış, onunla münasibətləri xidməti olmaqla aralarında heç bir qohumluqları, ədavətləri və ya düşmənçilikləri olmamışdır. N nömrəli hərbi hissə komandirinin maddi-texniki təminat üzrə müavini (hərbi hissənin maddi-texniki təminat üzrə bölmə rəisi) vəzifəsində xidmət edərkən mayor Təqsirləndirilən şəxs 17 avqust 2021-ci il tarixdən 25 aprel 2022-ci il tarixədək həmin hərbi hissənin ərzaq xidmət rəisi vəzifəsində xidmət etmişdir. 2021-ci ilin sentyabr ayının ortalarından N nömrəli hərbi hissədə keçirilmiş təlimlərlə bağlı hərbi hissəyə müxtəlif hərbi hissələrdən çoxlu sayda hərbi qulluqçular ezam olunmuş və onların qidalanması N nömrəli hərbi hissədə təşkil edildiyindən bununla bağlı ərzaq xidməti tərəfindən zəruri tədbirlər görülməli olmuşdur. Belə ki, ərzaq xidməti tərəfindən gündəlik olaraq hərbi hissənin şəxsi heyətin uçotu bölməsindən təqdim olunan Forma 8 kitabından çıxarışda göstərilən faktiki olaraq hərbi hissədə olan və gündəlik qidalanmalı olan şəxsi heyətin sayı barədə məlumatlar götürüldükdən sonra təhlil edilməli, həmin məlumatlar əsasında göstərilən say üzrə ərzaq payı normaları işlənməli və hazırlanaraq müvafiq qaydada şəxsi heyətə verilməli olsa da o, həmin vaxt hərbi hissənin ərzaq xidməti rəisi vəzifəsində xidmət etmiş mayor Təqsirləndirilən şəxs gündəlik olaraq hansı miqdarda, yəni normadan artıq, yaxud normadan az miqdarda ərzaq payını ayırıbayırmadığını bilməmişdir. N nömrəli hərbi hissənin maddi-texniki təminat üzrə bölmə rəisi vəzifəsində xidmət etdiyi müddət ərzində ərzaq xidməti rəisi olmuş mayor Təqsirləndirilən şəxs 2021-ci ilin İV rübü və 2022-ci ilin İ rübü üzrə Müdafiə Nazirliyinin ərzaq xidmətinə göndərilən «2021-ci ilin İV rübü üzrə N nömrəli hərbi hissənin ərzaq hesabatı» və «2022-ci ilin İ rübü üzrə N nömrəli hərbi hissənin ərzaq hesabatı» sənədlərinə qeyd olunan rüblər üzrə istifadə olunmuş ərzaq məhsullarının adlarını və miqdarını yazmaqla həmin rüblük hesabatlara ona imza etməsi üçün təqdim etmiş, o da, rüblük hesabatların düzgün tərtib olunduğunu düşünərək və orada mayor Təqsirləndirilən şəxs tərəfindən hər hansı saxtakarlığa yol verildiyini güman etməyərək həmin hesabatları yoxlamadan onları imzalamışdır. Lakin, 2022-ci ilin sentyabr ayında hərbi hissədə aparılmış sənədli təftiş zamanı müəyyən edilmişdir ki, hərbi hissənin ərzaq xidməti rəisi vəzifəsində xidmət etmiş mayor Təqsirləndirilən şəxs tərəfindən qeyri-qanuni əməllərə yol verilmiş və nəticədə hərbi hissəyə mühüm zərər vurulmuşdur. Belə ki, aparılmış təftiş nəticəsində məlum olmuşdur ki, mayor Təqsirləndirilən şəxs öz xidməti vəzifələrinə səhlənkar yanaşaraq, gündəlik olaraq ərzaq normasını Forma 8 kitabına uyğun şəxsi heyətin uçotu bölməsi tərəfindən ona təqdim olunmuş çıxarışda göstərilən faktiki say tərkibinə uyğun ayırmalı olduğu halda, ərzaq pay normalarını düzgün ayırıb çıxarmamış və şəxsi heyətə anbardan normadan artıq ərzaq payı sifariş verib yeməkxanaya verməklə artıq ərzaq məhsullarının bişərək həmin ərzaqın nəticədə yeyilməyərək sonradan tullantı kimi atılmasına səbəb olmuşdur. Bunun nəticəsində hərbi hissənin ərzaq anbarında çatışmazlıq yarandığından, mayor Təqsirləndirilən şəxs öz səhlənkarlığını gizlətmək məqsədi ilə, 2021-ci ilin İV rübü üzrə faktiki qidalananların sayını 2982 vahid, 2022-ci ilin İİ rübü üzrə isə N4 vahid artıq qeyd edib şəxsi heyətin say tərkibini süni şəkildə artıraraq hərbi hissəyə vurmuş olduğu ziyanın bir hissəsini azaltmış, daha sonra N aprel 2022-ci il tarixdən 14 aprel 2022-ci il tarixədək olan müddət ərzində onun xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar hərbi hissədə aparılmış təhvil-təslimi bitirib Azərbaycan Respublikası Müdafiə nazirinin «Azərbaycan Ordusunun fəaliyyəti prosesində yaranan sənədlərin saxlanma müddətləri göstərilmiş siyahısı»nın təsdiq edilməsi haqqında 20 mart 2020-ci il tarixli, 05 №-li qərarının 26-cı bəndinin tələblərini pozaraq, həmin sənədləri təftiş keçirilsə də belə, təftiş dövrünü əhatə etdiyindən ilin sonunadək onları məhv etməməli olduğu halda ərzaq xidmətinə aid olan bütün kitabları yandırmaqla qəsdən məhv etmiş, daha sonra bununla bağlı qeyri-qanuni akt tərtib edib həmin aktı təhvil-təslim komissiyasının üzvlərinə imza etdirmişdir. İbtidai istintaq orqanı tərəfindən dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş şahid N nömrəli hərbi hissəsinin şəxsi heyətin uçotu bölməsinin rəisi vəzifəsində xidmət edən mayor Şahid3 ifadələrində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə hərbi xidmətlə əlaqədar tanımış, onunla münasibətləri xidməti olmaqla aralarında heç bir qohumluqları, ədavətləri və ya düşmənçilikləri olmamışdır. Mayor Təqsirləndirilən şəxs 2021-ci ilin avqust ayının ortalarından 2022-ci ilin aprel ayının ortalarınadək N nömrəli hərbi hissədə ərzaq xidmət rəisi vəzifəsində xidmət etmiş, onun ərzaq xidməti rəisi kimi vəzifələrinə gündəlik olaraq şəxsi heyətin uçotu bölməsindən ona təqdim olunan Forma8 kitabından çıxarışda göstərilən faktiki hərbi hissədə olan və gündəlik qidalanmalı olan şəxsi heyətin sayı barədə məlumatları götürərək həmin məlumatları təhlil etmək, həmin məlumatlar əsasında göstərilən say üzrə ərzaq payı normalarını işləyib hazırlamaq və bundan sonra ərzaq anbarına sifariş verərək ərzaq məhsullarını ayırtmaqla həmin məhsulları hazırlanması üçün yeməkxanaya təhvil verilməsini təmin etməkdən ibarət olmuşdur. Şahid qeyd etmişdir ki, o, hər gün axşam saat 18:00-dək köməkçisi Şahid4 tərəfindən faktiki olaraq hərbi hissənin ərazisində olan daimi şəxsi heyətin, həmçinin hərbi hissənin ərazisinə ezam olunmuş hərbi qulluqçuların sayı çıxarılmaqla çıxarış, yəni «bçs» hazırlanaraq onun imzası ilə ərzaq xidmətinə təhvil verilmiş, bundan sonra ərzaq xidməti rəisi olmuş mayor Təqsirləndirilən şəxs tərəfindən həmin məlumatlar Forma42 kitabına işlənərək ərzaq anbarına faktiki qidalananların sayına uyğun ərzaq məhsulları sifariş verilmiş və növbəti günün yeməyi bişirilməsi üçün yeməkxanaya təhvil vermişdir. O, gündəlik olaraq ərzaq xidmətinə təhvil verilən «bçsl»əri şəxsi heyətin uçotu bölməsində olan Forma8 kitabına uyğun olaraq tərtib edib ərzaq xidmətinə təhvil vermişdir. 2021-ci ilin sentyabr ayının ortalarından etibarən N nömrəli hərbi hissəyə təlim məqsədi ilə Müdafiə Nazirliyinin 7N, 703, 069, 769, N və digər hərbi hissələrindən çoxsaylı hərbi qulluqçular ezam olunaraq onlar da N nömrəli hərbi hissənin ərzaq təminatına qoyulmaqla qidalanmalar təşkil edilmiş, buna uyğun olaraq da, şəxsi heyətin uçotu bölməsi tərəfindən gündəlik olaraq faktiki olan şəxsi heyətin sayına uyğun «bçs»lər tərtib olunmaqla ərzaq xidmətinə, konkret olaraq mayor Təqsirləndirilən şəxs təqdim edilmişdir. Lakin, 2022-ci ilin sentyabr ayında hərbi hissədə aparılmış sənədli təftiş zamanı müəyyən edilmişdir ki, hərbi hissənin ərzaq xidməti rəisi vəzifəsində xidmət etmiş mayor Təqsirləndirilən şəxs tərəfindən qeyri-qanuni əməllərə yol verilmiş və nəticədə hərbi hissəyə mühüm zərər vurulmuşdur. Belə ki, aparılmış təftiş nəticəsində məlum olmuşdur ki, mayor Təqsirləndirilən şəxs öz xidməti vəzifələrinə səhlənkar yanaşaraq, gündəlik olaraq ərzaq normasını Forma 8 kitabına uyğun şəxsi heyətin uçotu bölməsi tərəfindən ona təqdim olunmuş çıxarışda göstərilən faktiki say tərkibinə uyğun ayırmalı olduğu halda, ərzaq pay normalarını düzgün ayırıb çıxarmamış və şəxsi heyətə anbardan normadan artıq ərzaq payı sifariş verib yeməkxanaya verməklə artıq ərzaq məhsullarının bişərək həmin ərzaqın nəticədə yeyilməyib sonradan tullantı kimi atılmasına səbəb olmuşdur. Bunun nəticəsində hərbi hissənin ərzaq anbarında çatışmazlıq yarandığından, mayor Təqsirləndirilən şəxs öz səhlənkarlığını gizlətmək məqsədi ilə, 2021-ci ilin İV və 2022-ci ilin İ rübləri üzrə Müdafiə Nazirliyinin ərzaq xidmətinə göndərilən ərzaq hesabatlarında faktiki olaraq rüblər üzrə qidalanan şəxslərin sayını süni şəkildə artırmışdır. Şahid qeyd etmişdir ki, həmin arayışda onun özü tərəfindən imza çəkilsə də, həmin arayış mayor Təqsirləndirilən şəxs tərəfindən tərtib edilmiş və o, arayışı imza etməzdən öncə mayor Təqsirləndirilən şəxs həmin vaxt faktiki qidalananların sayının düz olub-olmadığını soruşduqda, sonuncu ona əminliklə arayışda faktiki qidalananların sayının düz qeyd olunduğunu, həmin rəqəmləri Forma42 kitabına uyğun yazdığını bildirmiş, buna görədə o, mayor Təqsirləndirilən şəxs dediklərinə inanıb həmin rəqəmləri yoxlamayaraq qeyd olunan arayışda imza etmişdir. Hərbi hissədə keçirilmiş təftiş yoxlamadan sonra ona məlum olmuşdur ki, mayor Təqsirləndirilən şəxs onun səhlənkarlığı nəticəsində ərzaq anbarından artıq buraxılaraq sonradan yeyilmədiyinə görə tullantı kimi atılmış ərzaq məhsullarını gizlətmək məqsədi ilə 2021-ci ilin İV rübü üzrə faktiki qidalananların sayını 2982 vahid, 2022-ci ilin İİ rübü üzrə isə N4 vahid artıq göstərmiş, bununla da hərbi hissəyə vurmuş olduğu ziyanın bir hissəsini ört-bastır etmişdir. Bundan başqa məlum olmuşdur ki, mayor Təqsirləndirilən şəxs onun xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar N aprel 2022-ci il tarixdən 14 aprel 2022-ci il tarixədək olan müddət ərzində hərbi hissədə aparılmış təhvil-təslimdən sonra öz cinayətkar əməllərini ört-basdır etmək məqsədi ilə Azərbaycan Respublikası Müdafiə nazirinin «Azərbaycan ordusunun fəaliyyəti prosesində yaranan sənədlərin saxlanma müddətləri göstərilmiş siyahısı»nın təsdiq edilməsi haqqında 20 mart 2020-ci il tarixli, 05 №-li qərarının 26-cı bəndinin tələblərini pozaraq, təhvil-təslimə dair sənədlərlə bərabər ərzaq xidmətinə aid olan bütün kitabları yandırmaqla qəsdən məhv etmiş, daha sonra bununla bağlı qeyri-qanuni olaraq 14 aprel 2022-ci il tarixdə akt tərtib edib həmin aktı komisiya üzvlərinə imza etdirmişdir. İbtidai istintaq orqanı tərəfindən dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş şahid N nömrəli hərbi hissənin hərbi qulluqçusu, baş leytenant Şahid4 eyni məzmunlu ifadə verərək Şahid3 ifadələrində göstərilmiş bütün xüsusatları tam olaraq təsdiq etmişdir. O cümlədən Şahid4 qeyd etmişdir ki, 2021-ci ilin sentyabr ayının ortalarından etibarən N nömrəli hərbi hissəyə təlim məqsədi ilə Müdafiə Nazirliyinin 7N, 703, 069, 769, N və digər hərbi hissələrindən çoxsaylı hərbi qulluqçular ezam olunaraq onlar da N nömrəli hərbi hissənin ərzaq təminatına qoyulmaqla qidalanmalar təşkil edilmiş, buna uyğun olaraq da, şəxsi heyətin uçotu bölməsi tərəfindən gündəlik olaraq faktiki olan şəxsi heyətin sayına uyğun «bçs»lər tərtib olunmaqla ərzaq xidmətinə, konkret olaraq mayor Təqsirləndirilən şəxs təqdim edilmişdir. Lakin, 2022-ci ilin sentyabr ayında hərbi hissədə aparılmış sənədli təftiş zamanı müəyyən edilmişdir ki, mayor Təqsirləndirilən şəxs qeyd edilən müddət ərzində öz xidməti vəzifələrinə səhlənkar yanaşaraq, gündəlik olaraq ərzaq normasını Forma 8 kitabına uyğun şəxsi heyətin uçotu bölməsi tərəfindən ona təqdim olunmuş çıxarışda göstərilən faktiki say tərkibinə uyğun ayırmalı olduğu halda, ərzaq pay normalarını düzgün ayırıb çıxarmamış və şəxsi heyətə anbardan normadan artıq ərzaq payı sifariş verib yeməkxanaya verməklə artıq ərzaq məhsullarının bişərək həmin ərzaqın nəticədə yeyilməyib sonradan tullantı kimi atılmasına səbəb olmuş və bunun nəticəsində hərbi hissənin ərzaq anbarında çatışmazlıq yarandığından, mayor Təqsirləndirilən şəxs öz səhlənkarlığını gizlətmək məqsədi ilə, 2021-ci ilin İV və 2022-ci ilin İ rübləri üzrə Müdafiə Nazirliyinin ərzaq xidmətinə göndərilən ərzaq hesabatlarında faktiki olaraq rüblər üzrə qidalanan şəxslərin sayını süni şəkildə artırmış, xidmət yerinin dəyişdirilməsi ilə bağlı aparılmış təhvil-təslimdən sonra isə ərzaq xidmətinə dair müvafiq sənədləri yandırmaqla qəsdən məhv edərək, buna dair müvafiq akt tərtib edib həmin aktı komissiya üzvlərinə imzalatmışdır. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun 22 noyabr 2022-ci il tarixli qərarından görünür ki, N nömrəli hərbi hissəsinin sabiq ərzaq xidməti rəisi, ehtiyyatda olan mayor Təqsirləndirilən şəxs barəsində vəzifəli şəxs kimi vəzifə saxtakarlığına yol verməsi, rəsmi sənədləri məhv etməsi və digər qanunsuz hərəkətlərə yol verməsi faktlarına görə toplanmış araşdırma materialı əsasında CM-in 179.3.2, 313, 326.1 və 341.2.3-cü maddələri ilə cinayət işi başlanmışdır. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun 12 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs iş üzrə CM-in 179.3.2, 313, 326.1 və 341.2.3ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tanınmışdır. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun 12 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmişdir. N nömrəli hərbi hissənin ərzaq xidməti üzrə N noyabr 2022-ci il tarixli sənədli təftiş aktından görünür ki, 30 avqust 2022-ci il tarixdən 03 sentyabr 2022-ci il tarixədək N nömrəli hərbi hissənin ərzaq xidmətində sənədli təftiş aparılmış, nəticədə Təqsirləndirilən şəxs dövründə, yəni N aprel 2022-ci il tarixinə hesabat üzrə qalıqları ərzaq anbarında olan qalıqları ilə müqayisə edərkən 4668,5 kq miqdarda ümumi dəyəri 46218 manat 15 qəpik mal əti, 336,04 kq ümumi dəyəri 3293 manat 19 qəpik konservləşdirilmiş mal əti, 49,2 kq miqdarda ümumi dəyəri 418 manat 20 qəpik olan kolbasa, 850,55 kq miqdarda ümumi dəyəri 5613 manat 63 qəpik olan başsız balıq, 14,46 kq miqdarda ümumi dəyəri 121 manat 18 qəpik olan balıq konservası, 1,828 kq miqdarda ümumi dəyəri 16 manat 45 qəpik məbləğdə olan quru keşniş və 1587 ədəd ümumi dəyəri 27772 manat 50 qəpik olan, ümumilikdə 80488 manat 26 qəpik məbləğində ərzaq məhsulların çatışmamazlığı aşkar edilmiş, Təqsirləndirilən şəxs tərəfindən ümumi dəyəri 27772 manat 50 qəpik 1587 ədəd quru ərzaq payının şəxsi heyətə paylanıldığı müəyyən edilsə də, digər məhsullardan ümumi dəyəri 3293 manat 19 qəpik olan 336,04 kq konservləşdirilmiş mal ətinin mənimsənildiyi, digər qeyd olunan ümumi dəyəri 49422 manat 57 qəpik məhsulların isə onun öz xidməti vəzifələrinə laqeyid yanaşması nəticəsində tələf olunduğu müəyyən edilmişdir. Bundan başqa, təftiş yoxlama zamanı müəyyən edilmişdir ki, 2021-ci ilin İV və 2022-ci ilin İ rübləri üzrə rüblük hesabatlarla bağlı tərtib olan rəsmi sənədlərə Təqsirləndirilən şəxs faktiki qidalananların sayını ümumqoşun xidməti üzrə 2021-ci ilin İV rübü üzrə 2982 nəfər, 2022-ci ilin İ rübü üzrə N4 nəfər, ümumilikdə 6306 vahid süni şəkildə artıraraq bu qaydada dövlətə vurmuş olduğu ziyanın 38293 manat 11 qəpik məbləğini örtbastır etmişdir. 14 aprel 2022-ci il tarixli, 4786 №-li aktdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq “Maddi vəsaitlərin varlığı kitabı” xidmət (Forma 26) 2021-ci il tarixli N95 qeydiyyat nömrəli, “Maddi vəsaitlərin varlığı kitabı” anbar (Forma 26) 2021-ci il tarixli N95 qeydiyyat nömrəli, “Maddi vəsaitlərin varlığı kitabı” xidmət (Forma 26) 2021-ci il tarixli N95 qeydiyyat nömrəli, Maddi vəsaitlərin varlığı kitabı” anbar (Forma 26) 2021-ci il tarixli N2146 qeydiyyat nömrəli, “Maddi vəsaitlərin varlığı kitabı” anbar (Forma 26) 2022-ci il tarixli N95 qeydiyyat nömrəli, “Maddi vəsaitlərin varlığı kitabı” xidmət (Forma 26) 2021-ci il tarixli N96 qeydiyyat nömrəli, “Sənədlərin qeydiyyatı kitabı” (Forma 25) 2022-ci il tarixli N94 qeydiyyat nömrəli, “Sənədlərin qeydiyyatı kitabı” (Forma 25) 2022-ci il tarixli N 98 qeydiyyat nömrəli, “Qidalananların qeydiyyatı kitabı” (Forma 42) 2021-ci il tarixli N 113 qeydiyyat nömrəli, “Hazır yeməyin keyfiyyətinə nəzarət kitabı” 2022-ci il tarixli N748 nömrəli, “Çörək bişirmə sexində olan maddi vəsaitlərin varlığı və hərəkətinin uçotu kitabı” (Forma 26) 2022-ci il tarixli N 98 qeydiyyat nömrəli, “Mədaxil-Məxaric sənədləri” (qaimə-faktura, qaimələr, ümumi cədvəl, istehsalat vərəqələri, qənaət aktı qovluğu) 2021-ci il tarixli N1 qeydiyyat nömrəli, “Rüblük və İllik hesabatlar” 2022-ci ilin İ rüb 2022-ci il tarixli N N qeydiyyat nömrəli, “Ərzaq bölgüsü sənədləri (2021-ci ilin 3-cü və 4-cü rübü) 2021-ci il tarixli N3 qeydiyyat nömrəli, Ərzaq bölgüsü sənədləri (2022-ci il İ rüb) 2022-ci il tarixli N4 qeydiyyat nömrəli, “Mədaxil-məxaric sənədləri” (qaimə-faktura, qailələr, ümumi cədvəl, istehsalat vərəqələri, qənaət aktı qovluğu) 2022-ci il tarixli N2 qeydiyyat nömrəli, “Aktlar” (ərzaq anbarının və yeməkxananın yoxlaması, ərzaq və çörəyin qəbulu, nümunəvi nəzarət yeməklərinin, ciddi uçot blanklarının) 2021-ci ilin 3-cü və 4-cü rübü üzrə 2021-ci il tarixli N5 qeydiyyat nömrəli, “Aktlar” (ərzaq anbarının və yeməkxananın yoxlaması, ərzaq və çörəyin qəbulu, nümunəvi nəzarət yeməklərinin, ciddi uçot blanklarının) 2022-ci ilin 1-ci rübü üzrə 2022-ci il tarixli N6 qeydiyyat nömrəli, 2021-ci ilin 3-cü və 4-cü rübü üzrə əmrdən çıxarışlar və ərzaq atestatı 2021-ci il tarixli N7 qeydiyyat nömrəli, 2022-ci ilin 1-ci rübü üzrə əmrdən çıxarışlar və ərzaq atestatı 2021-ci il tarixli N8 qeydiyyat nömrəli, “Xidmət rəisinin iş planları, aylıq tədbirlər planı, kiçik mütəxəssislərlə dərs planları” 2021-ci il tarixli N 9 qeydiyyat nömrəli, “Rüblük və illik hesabatlar 2021-ci ilin 3-cü və 4-cü rübü üzrə” 2021-ci il tarixli N 11 qeydiyyat nömrəli kitabları yandıraraq məhv etmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının N iyun 2023-cü il tarixli, 9/40N №-li rəyindən görünür ki, 16 avqust 2022-ci il tarixdə N nömrəli hərbi hissəsinin ərzaq xidmətinin N yanvar 2021-ci il tarixdən N iyul 2022-ci il tarixədək olan dövr ərzində fəaliyyətinin yoxlanılması haqqında qərar əsasında keçirilmiş yoxlama zamanı yaranmış ərzaq xidməti üzrə çatışmazlığın məbləğinin 166.620 (yüz altmış altı min altı yüz iyirmi) manat 63 (altmış üç) qəpik, ərzaq xidməti üzrə artıqlığın məbləğinin 12638 (on iki min altı yüz otuz səkkiz) manat 79 (yetmiş doqquz) qəpik, çıxışa gedən şəxsi heyətə ayrılmış quru ərzaq payının dəyərinin 27772 (iyirmi yeddi min yeddi yüz yetmiş iki) manat 50 (əlli) qəpik, tapılaraq yerinə qaytarılmış məişət avadanlığının dəyərinin 3402 (üç min dörd yüz iki) manat olmaqla ümumilikdə yaranmış maddi ziyanın məbləğinin N07 (yüz iyirmi iki min səkkiz yüz yeddi) manat 34 (otuz dörd) qəpik (166620,63-27772,50-12638,79-3402) olduğu müəyyən edilmişdir. Cinayət işinin materiallarından görünür ki, N yanvar 2021-ci il tarixdən N iyul 2022-ci il tarixədək olan dövr ərzində N nömrəli hərbi hissəyə dəymiş ümumilikdə N07 (yüz iyirmi iki min səkkiz yüz yeddi) manat 34 (otuz dörd) qəpik məbləğində maddi ziyanın N008 (doxsan bir min səkkiz) manat 87 (səksən yeddi) qəpik məbləği Təqsirləndirilən şəxs tərəfindən, 13160 (on üç min yüz altmış) manat 70 (yetmiş) qəpik məbləği X7 tərəfindən, 18637 (on səkkiz min altı yüz otuz yeddi) manat 77 (yetmiş yeddi) qəpik məbləğini isə Şahid2 tərəfindən vurulmuş, T.R.Vəliyev və Şahid2 tərəfindən vurulmuş maddi ziyan onlar tərəfindən tam həcmdə ödənilərək aradan qaldırılmış, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş N008 (doxsan bir min səkkiz) manat 87 (səksən yeddi) qəpik məbləğində maddi ziyanın isə 88141 (səksən səkkiz min yüz qırx bir) manat 53 (əlli üç) qəpik məbləğində maddi ziyan ödənilsə də, 2867 (iki min səkkiz yüz altmış yeddi) manat 34 (otuz dörd) qəpik maddi ziyan ödənilməmişdir. Qəbzdən görünür ki, 2867 (iki min səkkiz yüz altmış yeddi) manat 34 (otuz dörd) qəpik maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. N nömrəli hərbi hissədən alınmış sənədlərdən görünür ki, 2021-ci ilin sentyabr ayının ortalarından etibarən 2022-ci ilin sonlarınadək olan müddət ərzində 7N, 703, 069, 769, N və digər hərbi hissələrinin çoxsaylı hərbi qulluqçuları təlimlərlə əlaqədar N nömrəli hərbi hissəyə ezam olunmaqla həmin hərbi hissənin ərzaq təminatına qoyulmuş və onların qidalanmaları N nömrəli hərbi hissədə təşkil edilmişdir. Müdafiə Nazirinin 13 iyul 2021-ci il tarixli, 0869 №-li əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin maddi-texniki təminat bölməsinin ərzaq xidmət rəisi vəzifəsinə təyin edilmişdir.17 avqust 2021-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilməklə bütün növ təminatlara qoyulmuş və vəzifəsinin icrasına başlamış, 29 iyul 2022-ci il tarixdə Müdafiə Nazirinin 0620 №-li əmri ilə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «J» bəndinə uyğun olaraq həqiqi hərbi xidmətdən ehtiyyata buraxılmış N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xidmət yeri üzrə müsbət xarakterizə edilir. DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Müdafiə naziri tərəfindən verilmiş xx.xx.2N6-cı il tarixli vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medalla təltif olunmuşdur. Azərbaycan Respublikası Müdafiə naziri tərəfindən verilmiş xx.xx.2020-cı il tarixli vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətdə fərqlənməyə görə 2-ci dərəcəli medalla təltif olunmuşdur. Azərbaycan Respublikası Müdafiə naziri tərəfindən verilmiş N8t saylı xx.xx.2008-ci il tarixli vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Silahlı Qüvvələrin 90 illiyi «Yubley» medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Müdafiə naziri tərəfindən verilmiş xx.xx.2N3-cü il tarixli vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Silahlı Qüvvələrin 95 illiyi «Yubley» medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Müdafiə naziri tərəfindən verilmiş xx.xx.2N4-cü il tarixli vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs «Qüsursuz» xidmətə görə 3-cü dərəcəli medalla təltif olunmuşdur. Azərbaycan Respublikası Müdafiə naziri tərəfindən verilmiş xx.xx.2N7-ci il tarixli vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs «Qüsursuz» xidmətə görə 2-ci dərəcəli medalla təltif olunmuşdur. Azərbaycan Respublikası Müdafiə naziri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs «Qüsursuz» xidmətə görə 1-ci dərəcəli medalla təltif olunmuşdur. Azərbaycan Respublikası Müdafiə naziri tərəfindən verilmiş xx.xx.2N8-ci il tarixli vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Silahlı Qüvvələrin N0 illiyi «Yubley» medalı ilə təltif olunmuşdur. № İ-86 nömrəli medalın vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Sərancamına əsasən «Laçının azad olunmasına görə» medalla təltif olunmuşdur. № İ-212 nömrəli medalın vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Sərancamına əsasən «Qubadlının azad olunmasına görə» medalla təltif olunmuşdur. № İ-437 nömrəli medalın vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Sərancamına əsasən «Cəbrayılın azad olunmasına görə» medalla təltif olunmuşdur. AZE № 18282694 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2N2-ci il təvəllüdlü oğlu X8 doğulmuşdur. AZE № 18447319 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2N4-cü il təvəllüdlü oğlu X5 doğulmuşdur. Dövlət ittihamçısı məhkəmə çıxışında Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş CMnin 179.2.3, 326.1, 313, 342.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.2-ci maddəsinə əsasən 5.500 manat cərimə cəzasının təyin edilməsini xahiş etmişdir. X6 məhkəmə çıxışında Təqsirləndirilən şəxs dövlətə dəymiş olduğu ziyanı tamamilə ödəməsini, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ona qarşı heç bir şikayətinin və tələbinin olmamasını, 20 il Silahlı Qüvvələrdə qüsursuz xidmət etməsini, xidmət müddəti ərzində 44 günlük Vətən Müharibəsində fəal iştirak edərək medallarla təltif edilməsinin,himayəsində 2 azyaşlı uşağının olması kimi yüngülləşdirici hallarının məcmusunu müstəsna hal kimi qəbul edərək, onun barəsində CM-nin 62.2-ci maddəsini tədbiq edərək və onun dövlətə dəymiş zərəri ödəməsi ücün ailəsinin yaşadığı evi sataraq ailəsi ilə birlikdə hal-hazırda kirədə yaşamasını və yeqanə gəlir mənbəyi hərbi xidmətdən ehtiyyata tərxis olunması ilə əlaqədar olaraq təqaüdü olmasını nəzərə alınaraq ona N00 manat cərimə cəzasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi öz xidməti borcuna laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməsi dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurması, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını mənimsəmə yolu ilə talaması, vəzifəli şəxs kimi sair şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı etməsi, habelə rəsmi sənədləri digər şəxsi niyyətlə məhv etməsi törətməsi əməli tam sübuta yetirilmiş və həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-nin 179.2.3, 313, 326.1 və 342.1-ci maddələri ilə düzgün tövsif edilmişdir və o, bu maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən aşağıdakıları qeyd edilməsini zəruri hesab edir. CM-nin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən dövlət ittihamçısının və müdafiəçinin məhkəmə çıxışlarında göstərdiklərini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini müzakirə edərək, bununla yanaşı onun etdiyi əməldən səmimi peşmanlıq hissi keçirməsini, ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməldən peşman olmasını, hadisədən sonra özü tərəfindən zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanı tam şəkildə ödəməsini, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ona qarış heç bir şikayətinin və tələbinin olmamasını, himayəsində iki azyaşı uşağının olmasını, 20 il Silahlı Quvvələrdə ixtisaslı kadr zabitit kimi xidmət etməsinin, xidmətdə fərqləndiyinə görə yuxarıda adları qeyd olunan medallarla təltif edilməsini, Vətən Müharibəsi iştirakcısı olmasını, hazırda ehtiyyata tərxis olunmasını CMnin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, CM-in 326.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti başqa cinayətləri ört-basdır etmək niyyəti ilə törətməsini, həmçinin CM-nin 313-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti təkrar törətməsini CM-in 61.1.1 və 61.1.6-cı maddələrinə əsasən onun məsuliyyətini ağırlaşdıran hallar kimi nəzərə alır. CM-nin 15.2-ci maddəsinə görə Təqsirləndirilən şəxs CM-nin 313, 326.1 və 342.1-ci maddələri ilə törətmiş olduğu cinayət əməlləri böyük ictimai təhlükə törətməyən cinayətlər,CM-nin 15.3-cü maddəsinə görə CM-nin 179.2.3-cü maddəsi ilə törətdiyi cinayət əməli az ağır cinayət hesab edilir. Məhkəmə həm dövlət ittihamçısının, həm də müdafiə tərəfinin məhkəmə çıxışı zamanı Təqsirləndirilən şəxs müəyyən məbləğdə cərimə növündə cəza təyin edilməsi barədə fikirlərini, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun xüsusən Qələbə ilə başa çatan 44 günlük Vətən Müharibəsində fəal iştirak edərək medallarla təltif olunmasını, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alaraq dövlət ittihamçısının və müdafiə tərəfinin mövqeyi ilə razılaşaraq ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan yalnız aşağı həddə cərimə növündə cəzası təyin etməklə cəzanın məqsədəlrinə nail olmağı mümkün hesab edir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdırıcı hallar olduğundan onun barəsində CM-nin 62.2-ci maddəsinin tədbiqinə əsas görmür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 02 aprel 2N2-ci il tarixli Qərarında qeyd edilmişdir ki, «cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa, cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Cəzanın xüsusi xəbərdaredici məqsədi kimi, onu göstərir ki, müəyyən növdə və həddə cəzaya məhkum edilmiş şəxs, cəzasını çəkərkən öz davranışının neqativ tərəfini dərk edir və bir daha yeni cinayətlər törətmir. Əgər cəza ədalətli təyin edilirsə, yəni təyin edilən cəza cinayətin ağırlığına və cinayətkarın şəxsiyyətinin təhlükəliliyinə uyğun gəlirsə, belə amillərin nəzərə alınması ilə təyin edilən cəza islah etmənin ilkin düzgün əsasını qoymuş olur. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, torpaqların işğaldan azad edilməsi uğrunda aparılan Vətən müharibəsində əldə olunan möhtəşəm zəfər azərbaycanlıların milli birliyinin və həmrəyliyinin təcəssümü kimi tarixə yazılacaqdır. Ali Baş Komandanın qətiyyətli və müdrük rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun cəsarəti və şəhidlərin qanı hesabına 30 il ərzində həll edə bilinməyən məsələ cəmi 44 gün ərzində həll etməklə torpaqlar erməni işğalından azad edilərək ölkənin tarixi ərazi bütövlüyü bərpa edilmişdir. İşğaldan azad olunmuş ərazilərin azad olunması döyüşün aparıldığı yerin relyefinə uyğun olaraq düşmənə böyük itkinin verilməsi Milli Orduda əzmlə xidmət keçən təcrübəli və peşəkar xidmət edən hərbi qulluqçularının böyük fəallığı nəticəsində əldə edilmiş, həmin döyüş zamanı əsgər Təqsirləndirilən şəxs vətənpərvər zabit kimi Ali Baş Komandanın Sərancamına əsasən onun 44 günlük Vətən Müharibəsi zamanı gedən döyüşlərdə göstərdiyi xidmətlərə görə medalla təltif olunması Təqsirləndirilən şəxs döyüşlərdə fəallıq göstərməsini aydın göstərmiş, həmin döyüşlərdə onun özünündə həlak olmaq ehtimalı olmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazır ki, vəziyyətdə onun törətdiyi cinayət əməlinin ictimai-təhlükəliliyinə obyektiv qiymət verərək, cəmiyyətdə həmrəylik və birlik nümayişi olaraq barəsində təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəzanın aşağı həddində təyin edilməsi ədalətli olardı. Məhkəmə yuxarıda sadalanan yüngülləşdirici hallara əsasən hesab edir ki, CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq cərimə cəzasını qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə ona qəti cəza təyin edilməlidir. CPM-nin 346.1.20-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri ləğv edilməlidir. CPM-nin 346.1.21-ci maddəsinin tələbinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid olan məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə əlaqədar aparılmış tədqiqatın dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə ödənilməlidir. Hökmün icrası Salyan rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə məhkəmə xərcləri: Tərtər rayon Vəkil Bürosunun vəkili X1 məhkəmə istintaqı zamanı sərf etdiyi 35 (otuz beş) iş saatlıq hüquqi yardıma görə saatı 6 manatdan hesablanmaqla ona 2N (iki yüz on) manat dövlət büdcəsi hesabına vəkil X3 ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3-cü maddəsi ilə təqsirli bilinsin və 4.000 (dörd min) manat məbləğində cərimə cəzasına, Azərbaycan Respublikası CM-nin 326.1-ci maddəsi ilə təqsirli bilinsin və 1.000 (bir min) manat məbləğində cərimə cəzasına, Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə təqsirli bilinsin və 1.500 (bir min beş yüz) manat məbləğində cərimə cəzasına, Azərbaycan Respublikası CM-nin 342.1-ci maddəsi ilə təqsirli bilinsin və 1.500 (bir min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 4.500 (dörd min beş yüz) manat məbləğində cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri ləğv edilsin.. İş üzrə məhkəmə xərcləri məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə ödənilsin. Hökmün icrası Salyan rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə məhkəmə xərcləri: Tərtər rayon Vəkil Bürosunun vəkili X1 məhkəmə istintaqı zamanı sərf etdiyi 35 (otuz beş) iş saatlıq hüquqi yardıma görə saatı 6 manatdan hesablanmaqla ona 2N (iki yüz on) manat dövlət büdcəsi hesabına vəkil X3 ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətə Tərtər Hərbi Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : İlqar Quliyev
Məhkəmə qərarları › İş №1-1(098)-157/2023
Tərtər Hərbi Məhkəməsi Hökm — İş №1-1(098)-157/2023
02.11.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver