Azərbaycan Respublikası adından HÖKM Tərtər rayonu İş № 1-1(098)-157/2024 03.12.2024 TƏRTƏR HƏRBİ MƏHKƏMƏSİ Tərtər Hərbi Məhkəməsinin sədri X3 oğlunun sədrliyi, Quliyeva Gülmira Şəmsəddin qızının katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Müdafiəçisi:Tərtər rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1992-ci il tarixdə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum edilməmiş, Bərdə rayonunun Mirzəxan kəndində qeydiyyatda olan və hazırda hərbi xidməti ilə əlaqədar olaraq N nömrəli hərbi hissədə yaşayan, N nömrəli hərbi hissənin 2-ci minaatan batareyasının 2-ci tağımının komandiri, kiçik gizir, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Tərtər Hərbi Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Tərtər rayonunda yerləşən N nömrəli hərbi hissəsinin 2-ci əlahiddə minaatan batareyasının 1-ci minaatan taqımının 1-ci minaatan manqasında baş tuşlayıcı, kiçik gizir Təqsirləndirilən şəxs xidmətdə olarkən, ümumi tanışları vasitəsilə tanıdığı Rusiya Federasiyası Kalininqrad şəhərində yaşayan Zərərçəkmiş şəxs ilə 2023-cü ilin aprel ayının əvvəllərində “WhatsApp” mobil tətbiqi üzərindən əlaqə yaradıb danışarkən sonuncu ona Müdafiə Nazirliyinin Ağdam rayonunda yerləşən N nömrəli hərbi hissəsində müddətli həqiqi hərbi xidmət edən bacısı oğlu əsgər Şahid1 Museyiboviçin görmə qabiliyyətinin zəif olduğu üçün xidmət şəraitinin yaxşılaşdırılmasına, yəni daha yüngül şəraitdə xidmət etməsinə kömək edə bilib-bilməməsi barədə maraqlanan zaman Təqsirləndirilən şəxs tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgənin əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək aldatma yolu ilə Zərərçəkmiş şəxs pulunu ələ keçirmək qərarına gələrək, bu məqsədlə əsgər Şahid1 qeyd olunan xəstəliyi ilə əlaqədar hərbi xidmətdən tərxis edilməsinə, tərxis edildikdən sonra kompensasiya almasına və 500 (beş yüz) manat məbləğində pensiya təyin edilməsi ilə bağlı heç bir imkana və səlahiyyətə malik olmadığı halda köməklik göstərəcəyinə dair yalan vəd verib qeyd edilən “işi” 7700 (yeddi min yeddi yüz) manat məbləğdə pulun müqabilində yüksək vəzifəli tanışının vasitəsilə həll edəcəyini demişdir. Aralarında razılıq əldə edildikdən sonra Təqsirləndirilən şəxs 12 aprel 2023-cü il tarixdə Zərərçəkmiş şəxs tanışı və özünün də qonşusu olan Bərdə şəhərində yaşayan Şahid2 sonuncunun yaşadığı evdə 1700 manat, daha sonra Zərərçəkmiş şəxs Rusiya Federasiyasından “Contact” pul köçürmə sistemi vasitəsilə onun adına göndərdiyi 27 aprel 2023-cü il tarixdə 2000 (iki min) manat, 28 aprel 2023-cü il tarixdə 1500 (bir min beş yüz) manat, 01 may 2023-cü il tarixdə 1500 (bir min beş yüz) manat və 02 may 2023-cü il tarixdə isə 1000 (bir min) manat məbləğlərində pulu qeyd edilən tarixlərdə "xxxx" ASC-nin və "xxxx" ASC-nin Bərdə rayon filiallarından alaraq şəxsi ehtiyacları üçün xərcləmiş, Zərərçəkmiş şəxs ümumilikdə vahid niyyətlə 7700 (yeddi min yeddi yüz) manat məbləğdə pulunu ələ keçirib verdiyi vəd üzrə heç bir hərəkət etməyərək, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, N nömrəli hərbi hissənin rabitə bölüyünün baş texniki vəzifəsində gizir hərbi rütbəsində xidmət edir. Zərərçəkmiş şəxs ümumi tanışları vasitəsilə tanımış, onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. 2023-cü ilin aprel ayının əvvəllərində qonşusu, Rusiya Federasiyasının Kalininqrad şəhərində yaşayan Etibar Kərimovla whatsapp proqramı üzərindən telefonla danışarkən, ondan Müdafiə Nazirliyinə məxsus hərbi hissələrin birində gizir kimi xidmət etdiyini öyrəndikdən sonra Kalininqrad şəhərində yaşayan azərbaycanlı bir tanışının bacısı oğlunun da Müdafiə Nazirliyinə məxsus hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olduğunu və bununla bağlı danışmaq istədiyini bildirmişdir. Bundan sonra, o, E.Kərimova mobil telefon nömrəsini həmin tanışına verib özü ilə əlaqə saxlamasını demiş, həmin gün istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə whatsapp proqramı üzərindən Rusiya Federasiyası mobil operatoruna məxsus +7-***-***-**-** saylı mobil telefon nömrəsindən zəng olunaraq özünü Rusiya Federasiyasının Kalininqrad şəhərində yaşayan Zərərçəkmiş şəxs kimi təqdim edərək bacısı oğlu Şahid1 Museyiboviçin hazırda Ağdam rayonunda yerləşən N nömrəli hərbi hissədə xidmət etdiyini, Şahid1 gözlərinin zəif görməsi səbəbindən ona xidməti ilə bağlı hər hansı köməklik etməsini və onu telefonla danışdırmağı xahiş etdikdə Şahid1 komandirlərinə zəng edib onunla maraqlanıb tapşıracağını bildirmişdir. Bir neçə gün sonra o, Zərərçəkmiş şəxsla yenə də telefonla danışarkən, onun Rusiya Federasiyasında işlədiyini və maddi vəziyyətinin yaxşı olduğunu öyrənib ondan pul almaq üçün yalandan Şahid1 gözlərində olan xəstəliyi ilə bağlı ordu sıralarından tərxis edilməsinə köməklik edə biləcəyini və buna görə kompensassiya verilməsinə, həmçinin aylıq 500 (beş yüz) manat miqdarında pensiya təyin etdirəcəyinə köməklik göstərəcəyini demişdir. Zərərçəkmiş şəxs bu barədə maraqlandıqda, o. işi yüksək vəzifəli tanışı vasitəsilə 7700 (yeddi min yeddi yüz) manat məbləğdə pul müqabilində həll edəcəyini bildirib Zərərçəkmiş şəxs razı saldıqdan sonra pulu Rusiya Federasiyasından adına göndərməsi üçün şəxsiyyət vəsiqəsinin şəklini çəkərək whatsapp proqramı vasitəsilə sonuncunun mobil telefon nömrəsinə göndərmişdir. 12 aprel 2023-cü il tarixdə Zərərçəkmiş şəxsla telefonla danışarkən, 1700 (bir min yeddi yüz) manat pulu qonşusu E.Kərimovun arvadı Şahid2 götürməyi, qalan pulu da adına göndərəcəyini demişdir. O, həmin gün Şahid2 yaşadığı Bərdə şəhəri M.Hüseynzadə küçəsində yerləşən evinə gedərək Şahid2 1700 (bir min yeddi yüz) manat məbləğdə pulu götürmüş və həmin pulu öz şəxsi ehtiyaclarına xərcləyərək, banka olan borcunu ödəmişdir. Belə ki, xidmətə olduğu zaman pul təminatı 1200 (bir min iki yüz) manat təşkil edirdi və o bununla əlaqədar olaraq bankdan kredit götürərək, pul təminatının 500 (beş yüz) manatını banka ödəyirdi, lakin bir müddətdən sonra pul təminatı 700 (yeddi yüz) manatadək azaldığından banka olan borcunu ödəmək iqtidarında olmadığından bu əməl törətməyə məcbur oldu. 27 aprel 2023-cü il tarixdə Zərərçəkmiş şəxs ona zəng edib adına 2000 (iki min) manat məbləğdə pul göndərdiyini bildirmiş və həmin gün 2000 (iki min) manat pulu Bərdə rayonunda Unibankın filialından götürmüşdür. Zərərçəkmiş şəxs 28 aprel 2023-cü il tarixdə ona zəng edib adına 1500 (bir min beş yüz) manat məbləğdə pul göndərdiyini bildirmiş, həmin gün 1500 (bir min beş yüz) manat pulu Bərdə rayonunda Respublika bankın filialından götürmüşdür. Zərərçəkmiş şəxs 01 may 2023-cü il tarixdə ona zəng edib adına 1500 (bir min beş yüz) manat məbləğdə pul göndərdiyini bildirmiş, həmin gün 1500 (bir min beş yüz) manat pulu Bərdə rayonunda Respublika bankın filialından götürmüşdür. Zərərçəkmiş şəxs 02 may 2023-cü il tarixdə ona zəng edib adına 1000 (bir min) manat məbləğdə pul göndərdiyini demiş, həmin gün 1000 (bir min) manat pulu Bərdə rayonunda Respublika bankın filialından götürmüşdür. Zərərçəkmiş şəxs aldığı cəmi 7700 (yeddi min yeddi yüz) manat məbləğində pulu şəxsi ehtiyacları üçün xərcləyərək, Şahid1 hərbi xidmətdən tərxis edilməsi ilə bağlı heç bir iş görməmiş, Zərərçəkmiş şəxsla mobil telefonda danışarkən yalandan işi tezliklə həll edəcəyini bildirmişdir. 2023-cü ilin avqust ayının əvvəllərində Zərərçəkmiş şəxsla telefonla danışarkən Şahid1 Silahlı Qüvvələrin Baş Klinik Hospitalında gözlərindən əməliyyat olunacağını, daha sonra xəstəliyi ilə bağlı ordu sıralarından tərxis etdirəcəyini demişdir. Hər dəfə də Zərərçəkmiş şəxsla telefonla danışarkən işin tezliklə həll olunacağını deyib onu inandırmağa çalışmağına baxmayaraq, Zərərçəkmiş şəxs aldadıldığını başa düşüb 2023-cü ilin oktyabr ayında ondan pulunu geri qaytarmasını tələb etmişdir. O, Zərərçəkmiş şəxs pulunun olmadığını və geri qaytarması üçün vaxt verməsini xahiş etsə də, Zərərçəkmiş şəxs bu barədə dövlət orqanlarına şikayət etmiş və pulun hamısını Etibar Kərimova geri qaytarmasını tələb etdiyi üçün 2024-cü ilin yanvar ayının sonlarında 2500 (iki min beş yüz) manat məbləğdə pulu, 2024-cü ilin fevral ayının ortalarında 2000 (iki min) manat pulu, həmin ayın sonlarında 1500 (bir min beş yüz) manat pulu, xx.xx.2024-cü il tarixdə 1700 (bir min yeddi yüz) manat məbləğdə pulu Etibarın Bərdə rayonunda yerləşən evinə aparıb ona vermişdir. O, Zərərçəkmiş şəxs aldığı 7700 (yeddi min yeddi yüz) manat məbləğində pulu geri qaytarmışdır. Hadisədən sonra dəymiş ziyanı tamamilə ödəmişdir, zərərçəkmiş şəxslə razılıq əldə edərək barışmış və zərərçəkmiş şəxsin ona qarşı hər hansı şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs 44 günlük Vətən Müharibəsində iştirak edərək “Suqovuşanın azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə”, həmçinin «Vətən müharibəsi iştirakçısı» medallarla təltif olunmuş, müharibə veteranıdır. Hazırda əməlindən peşmandır, etdiyi hərəkətlərinə görə əzab çəkir. Məhkəmədən əməlindən peşman olmasını, pulu zərərçəkmiş şəxsə geri qaytarmasını, zərərçəkmiş şəxslə barışmasını, ailənin yalnız onun qazancına ehtiyacı olmasını, ailəsinin ağır maddi məhrumiyyətlərə məruz qalmamasının, onun 2016-cı ildən hərbi xidmətdə olaraq canını Vətənə əsirgəməyərək bütün döyüşlərdə iştirak etdiyini, bunula bağlı “Suqovuşanın azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə”, “Vətən Müharibəsi iştirakcısı” medalları ilə təltif edildiyini, Ali Baş Komandan tərəfindən onun kimi hərbiçilərə olan diqqətini nəzərə alaraq ona qarşı məhkəmədən oxşar münasibət göstərilməsini və onun döyüşçü olduğunu nəzərə alınıb barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi tədqiq edilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, Təqsirləndirilən şəxs ümumi tanışları vasitəsilə tanımış, aralarında hər hansı ədavət, şəxsi qərəzlik, qohumluq və düşmənçilik olmamışdır. Bacısı oğlu Şahid1 xx.xx.2023-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış, əvvəlcə Gəncə şəhərində yerləşən N nörəli hərbi hissədə xidmət etmiş, həmin ilin mart ayının sonlarında Müdafiə Nazirliyinin Ağdam rayonunda yerləşən N nömrəli hərbi hissəsinə göndərilmişdir. Orada xidmətdə olduğu zaman o, Şahid1la whatsapp proqramı vasitəsilə telefonla danışarkən Şahid1 görmə qabiliyyətində olan problemin xidmətinə çətinlik yaratdığı barədə məlumat vermişdir. Buna görə o, narahat olub Şahid1 maraqlanıb onu hospitalada müayinə etdirəcəyini demiş və bu barədə Bərdə rayonundan olan, Rusiya Federasiyası Kalininqrad şəhərində yaşayan azərbaycanlı tanışı Etibar Kərimovdan soruşduqda X4 rayonunda qonşusu olan və Müdafiə Nazirliyinin hərbi hissələrindən birində xidmət edən Təqsirləndirilən şəxs bununla bağlı maraqlanacağını demişdir. 2023-cü ilin aprel ayının əvvəllərində E.Kərimovun vasitəsilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsini əldə edib whatsapp proqramı vasitəsilə zəng edib tanış olmuş, söhbət zamanı Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin hərbi hissələrindən birində xidmət etdiyini öyrənib bacısı oğlu Şahid1 da müddətli həqiqi hərbi xidmətdə olduğunu, görmə qabiliyyətinin zəif olduğu üçün onun xidmət şəraitinin yaxşılaşdırılması üçün köməklik göstərməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs Şahid1 hansı hərbi hissədə xidmət etdiyini öyrənib bir neçə gün sonra telefonla danışan zaman Müsli Bağırovun səhhətində olan problemi, yəni gözlərinin zəifliyi ilə bağlı hərbi xidmətdən ehtiyta buraxılmasına vəzifəli tanışlarının vasitəsilə köməklik göstərəcəyinə və hər ay 500 manat təqaüd alacağına dair söz verərək, həmin işi 7700 manata həll edəcəyini demiş və onun bu təklifinə razılaşıb 12 aprel 2023-cü il tarixdə tanışı E.Kərimovun arvadı Yasəmən Kərimovadan 1500 manat pul götürməsini demişdir. Həmin gün Təqsirləndirilən şəxs Bərdə rayonunda Şahid2 evlərində 1500 manat pul almış, daha sonra 27 aprel 2023-cü il tarixdə 2000 manat, 28 aprel 2023-cü il tarixdə 1500 manat, 01 aprel 2023-cü il tarixdə 1000 manat, 02 may 2023-cü il tarixdə 1000 manat bank vasitəsilə Təqsirləndirilən şəxs adına pul göndərmiş, Təqsirləndirilən şəxs da həmin pulları bankdan götürdüyü barədə telefonla zəng edib ona məlumat vermişdir. Ümumilikdə o, Təqsirləndirilən şəxs 7700 manat məbləğində pul versə də, Təqsirləndirilən şəxs heç bir iş görməyib onu aldadaraq pulunu ələ keçirmişdir. Özü Rusiya Federasiyasında yaşadığı üçün bu barədə bacısı oğlu Şahid1 aidiyyəti dövlət orqanlarına məlumat verməyi demiş, Şahid1 da bu barədə Dövlət Təhlükəsizlik Xidmətinə məlumat vermiş və araşdırma aparıldıqdan sonra Təqsirləndirilən şəxs həmin pulu tanışı Şahid2 geri qaytarmışdır. Məhkəmə iclasında ifadəsi tədqiq edilmiş Şahid1 Müseyib oğlu ifadəsində göstərmişdir ki, o, 05 yanvar 2023-cü il tarixdə Səfərbərliek və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılaraq xidmət etməsi üçün N nömrəli hərbi hissəyə, orada N ay müddətində gənc əsgərlərin hazırlıq kursunu keçdikdən sonra 03 aprel 2023-cü il tarixdə N nömrəli hərbi hissəyə göndərilmiş, 2024-cü ilin iyul ayında isə xidmət müddətinin başa çatması ilə əlaqədar ordu sıralarından ehtiyata buraxılmışdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla arasında qohumluq əlaqəsi və ədavət olmamışdır. O, 03 aprel 2023-cü il tarixdə N nömrəli hərbi hissəyə mühəndis bölüyünə göndəriləndən sonra orada fərdi söhbət zamanı görmə qabiliyyətində problemi olduğunu bildirdikdə əvvəlcə hərbi hissənin tibb məntəqəsində müayinə olunmuş, daha sonra hərbi hospitala göndərilmişdir. Hospitalda olarkən, Rusiya Federasiyasında yaşayan böyük dayısı Zərərçəkmiş şəxsla telefonla danışan zaman ona bu barədə məlumat vermişdir. 2023-cü ilin may ayının sonlarında özünü dayısı Zərərçəkmiş şəxs dostu kimi təqdim edən Təqsirləndirilən şəxs onunla görüşə gəlib söhbət zamanı özünün N nömrəli hərbi hissədə xidmət etdiyini, habelə ona səhhətində hansı problemi olduğunu maraqlanaraq hospitalda gözlərini əməliyyat etdirəcəyini və həmin xəstəliyi ilə bağlı hərbi xidmətdən təxris etdirəcəyini bildirmişdir. O, xx.xx.2023-cü il tarixdə müayinə olunmağı üçün Silahlı Qüvvələrin Baş Klinik Hospitalna göndərilmiş və müayinələr zamanı həkim gözlərində ciddi problem olmadığını və xidmətinə heç bir mane yaratmadığını demişdir. O, 2023-cü ilin oktyabr ayının əvvəllərində məzuniyyətdə olarkən dayısı Zərərçəkmiş şəxsla whatsapp proqramı vasitəsilə telefonla danışarkən dayısı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs gözlərinin zəifliyi ilə əlaqədar hərbi xidmətdən tərxris olunmağı üçün 7700 manat məbləğində pul verdiyini, lakin Təqsirləndirilən şəxs heç bir görməyib aldadaraq pulu ələ keçirdiyini demiş və bununla bağlı dövlət orqanlarına məlumat verməyini tapşırmışdır. Bu səbəbdən də o, 2024-cü ilin noyabr ayında bununla bağlı Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşına müraciət etmişdir. Məhkəmə istintaqında ifadəsi tədqiq olunmuş Şahid2 ibtidai istintaqda verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla arasında qohumluq əlaqəsi və ədavət yoxdur. 2023-cü ilin aprel ayının əvvəllərində əri Etibar Kərimov zəng edərək dostu Zərərçəkmiş şəxs lazım olduğu üçün qonşuluqda yaşayan Təqsirləndirilən şəxs 1700 manat məbləğində pul verməyi demişdir. 2023-cü ilin aprel ayının ortalarında əri X2 Federasiyasında işlətdiyi +7-***-***-**-** mobil telefon nömrəsindən onun mobil telefon nömrəsinə WhatsApp tətbiqi üzərindən zəng edərək onun qardaşı oğlu X1 ilə sonradan ad və soyavdının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi bir nəfər şəxsin evə gələcəyini və həmin şəxsə 1700 manat məbləğində pul verməyini bildirmişdir. 12 aprel 2023-cü il tarixdə təxminən saat 14 radələrində bir nəfər hərbi geyim əormasında olan şəxs, yəni Təqsirləndirilən şəxsla Bərdə rayonunun M.Hüseynzadə küçəsində yerləşən evlərinə gəlib 1700 manat məbləğdə pulu Ramin Nəbiyevin yanında ondan götürmüşdür. Daha sonra onun Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bacısı oğlu Şahid1 xəstəliklə ordu sıralarından tərxis etdirməsi və 500 manat pensiya təyin etdirməsi müqabilində 7700 manat məbləğdə pulunu aldadıb aldıcı və bunun müqabilində heç bir iş görmədiyi barədə məlumatı olmuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs 2024-cü ilin yanvar ayının sonlarında Zərərçəkmiş şəxs aldığı pulun 2500 manatını, həmin ilin fevral ayında 3500 manatını, həmin ilin aprel ayında 1700 manatını geri qaytarmışdır. Hərbi təsisatlarda qanun pozuntuları barədə məlumatların araşdırılması şöbəsinin prokuroru ədliyyə mayoru Həsən Həsənli tərəfindən tərtib olunmuş 12 mart 2024-cü il tarixli arayışdan görünür ki, Dövlət Təlükəsizliyi Xidmətindən daxil olmuş məlumat üzrə 12 mart 2024-cü il tarixdə saat 09:41-də istifadəsində olan ***-***-**-** nömrəli mobil nömrədən N nömrəli hərbi hissənin hərbi qulluqçusu kiçik gizir Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil nömrə ilə əlaqə saxlayaraq N nömrəli hərbi hissənin əsgəri Şahid1 səhhətindəki problemlə bağlı hərbi xidmətdən ehtiyata buraxılmasına köməklik göstərilməsi üçün dayısı Zərərçəkmiş şəxs tərəfindən Rusiya Federasiyasından göndərilmiş pulu harada almasını soruşduqda, Təqsirləndirilən şəxs həmin pulları yaşadığı Bərdə rayonunda aldığını və həmin rayonda qaytardığını bildirdi. Ağdam hərbi prokurorunun köməkçisi ədliyyə kapitanı Teymur Zülfüqarov tərəfindən tərtib olunmuş 04 aprel 2024-cü il tarixli arayışdan görünür ki, 04 aprel 2024-cü il tarixdə saat 09:26-da istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonun “WhatsApp” tətbiqi üzərindən xx.xx.1967-ci il təvəllüdlü, Masallı rayonunun Bədəlan kəndində qeydiyyatda olan, Rusiya Federasiyasında yaşayan Zərərçəkmiş şəxs məxsus +7-***-***- **-** nömrəli mobil telefonu ilə əlaqə saxlayaraq saat 11:00-da “WhatsApp” tətbiqi üzərindən videogörüntülü formada izahatının alınacağı barədə məlumatlandırıldıqda, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ondan almış olduğu 1700 manat məbləğdə pulu xx.xx.2024-cü il tarixdə geri qaytardığını, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət, tələbinin və mülki iddiasının olmadığını bildirdi və telefon zəngini sonlandırdı. Şahid1 Museyiboviç tərəfindən Dövlət Təhlükəsizlik Xidmətinə ünvanlanmış xx.xx.2024-cü il tarixli müraciətindən görünür ki, kiçik gizir Təqsirləndirilən şəxs dayısı Zərərçəkmiş şəxs aldadaraq 7700 (yeddi min yeddi yüz) manat məbləğində pulunu ələ keçirmişdir. Cinayət işi üzrə Tərtər Hərbi Məhkəməsinin “maliyyə əməliyyatlarına dair məlumatların ələ keçirilməsi” haqqında” xx.xx.2024-cü il tarixli 5(098)-15/2024 nömrəli qərarı üzrə müxtəlif banklara, həmçinin Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə və Baş Dövlət Yol Polis idarəsinə sorğular göndərilmiş, Təqsirləndirilən şəxs adına bank hesabında hər hansı pul vəsaiti, mülkiyyətdə ola biləcək avtomobil aşkar edilməmişdir. -Təqsirləndirilən şəxs tərəfindən Tərtər Hərbi Məhkəməsinə ünvanlanmış 27 avqust 2024-cü il tarixli ərizədən görünür ki, CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilindiyi cinayət işi üzrə zərərçəkmiş şəxsə vurduğu zərəri ödəmişdir, habelə vurduğu ziyana görə dövlət büdcəsinə ödəniş etməyə hazırdır, nəzərə alıb həmin Məcəllənin 73- 1.2-ci maddəsinin tələblərinə əsasən iş üzrə icraata xitam verilməsini xahiş edir. -Zərərçəkmiş şəxs tərəfindən Tərtər Hərbi məhkəməsinə ünvanlanmış 16 sentyabr 2024-cü il tarixli ərizədən görünür ki, hazırda Rusiya Federasiyasındadır, məhkəməyə gələ bilmir, məhkəmənin hazırlıq iclasının onun iştirakı olmadan keçirilməsini, həmçinin Təqsirləndirilən şəxs ona vermək olduğu qalıq pulun 1100 (bir min yüz) manatın ona verilməsinə köməklik göstərilməsini xahiş edir. -Zərərçəkmiş şəxs tərəfindən Tərtər Hərbi məhkəməsinə ünvanlanmış 20 noyabr 2024-cü il tarixli ərizədən görünür ki, hazırda Rusiya Federasiyasının Kalininqrad şəhərində olduğundan məhkəmə iclasına gələ bilmir, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, onunla barışhmışdır, ona qarşı heç bir şikayəti yoxdur. Məhkəmədən ona köməklik göstərilməsini xahiş edir və ərizəni ona məxsus Whatsapp proqramı vasitəsilə göndərməklə məhkəməni onun iştirakı olmadan keçirib tamamlanmasını bildirmişdir. Təqsirləndirilən şəxs: -AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, xx xxxxxx 1992-ci ildə Bərdə rayonunun Mirzəxan kəndində doğulmuş, həmin kənddə də qeydiyyatdadır. -N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli, 131 nömrəli əmrindən çıxarışdan görünür ki, kiçik gizir Təqsirləndirilən şəxs həmin tarixdə hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. -N nömrəli hərbi hissədən təqdim olunmuş xidməti xasiyyətnamədən görünür ki, kiçik gizir Təqsirləndirilən şəxs komandanlıq tərəfindən müsbət xarakterizə olunmuşdur. -Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. - M/V 139628 nömrəli vəsiqənin surətindən görünür ki, müharibə veteranıdır. - Azərbaycan Respublikası medalının İ-5668 nömrəli vəsiqəsinin kserosurətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli 1720 nömrəli sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. - Azərbaycan Respublikası medalının İ-91339 nömrəli vəsiqəsinin kserosurətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2023-cü il tarixli 1040s nömrəli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. - Azərbaycan Respublikası medalının İ-1535 nömrəli vəsiqəsinin kserosurətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli 2525 nömrəli sərəncamı ilə “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilmişdir. - Ambulator kartoçkası çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs “baş beyin silkələnməsi, sağ təpə nahiyəsində başın tüklü hissəsində qopub ayrılmış sağ bazu sümüyünün aşağı 1/3-nin yerini dəyişən sınığı, sağ saidin əzilib cırılmış yara, sağ bazu oynağının kapsula bağlarının gərilməsi və zədələnməsi, burun əzilməsi” diaqnozu təyin edilmişdir, xəsarət xx.xx.2023-cü il tarixdə Tərtər rayon Suqovuşan istiqamətində hərbi xidmətdə Ural markalı maşının aşması nəticəsində xəsarət almışdır, vəziyyəti orta ağır qiymətləndirilmişdir. Dövlət ittihamcısı Təqsirləndirilən şəxs cəza təyin edilərək cəzanı yüngülləşdirici halları nəzərə alaraq həmin maddə ilə nəzərdə tutulmuş 6000 (altı min) manat miqdarında cərimə cəzasının təyin edilməsini məhkəməyə təklif edərək, müdafiə tərəfi isə cəzasını yüngülləşdirən halların məcmusunu nəzərə alaraq onun barəsində CM-nin 62-ci maddəsini tətbiq edərək və ona cərimə cəzasından faktiki icrası ilə bağlı yüngül olan aylıq pul təminatından dövlət nəfinə 5% pul tutulmaqla 6 (altı) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırılma cəzasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etməsi ilə bağlı cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməlləri düzgün olaraq CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə tövsif olunmuşdur və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilildiyindən, törətdiyi bu əmələ görə cəzalandırılmalıdır. CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə vəictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədiilə tətbiq edilir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhəkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, dövlət ittihamcısının təklif etdiyi cəza həddini təqsirləndirilən şəxsin şəxsiyyətinə, maddi vəziyyətinə və onun cəzasını yüngülləşdirici hallarına münasibətdə ağırdır, bununla yanaşı müdafiə təerifinidən təklif etdiyi cəza növünün cinayətin təsnifatına görə cərimə cəzasından daha ağır hesab etdiyindən və təqsiriləndirilən şəxs tərəfindən son sözündə müdafiəçisindən fərqli olaraq yüngül cəza növünün təyin edilməsini xahiş etdiyindən, Təqsirləndirilən şəxs aşağı həddə cərimə cəza növünün təyin edilməsi onun islah olunması üçün kifayətdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza növünün həddini müəyyən edərkən dəymiş ziyanın tamamilə ödəməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan heç bir tələb və şikayətinin olmamasını, əməlindən peşman olmasını, etdiyi hərəkətlərinə görə əzab çəkdiyini, əvvəllər məhkum olunmayaraq, ilk dəfədir cinayət törətməsini və cinayəti düşdüyü ağır maddi vəziyyət şəraitində törətməsini, 44 günlük Vətən Müharibəsində iştirak edərək “Suqovuşanın azad edilməsinə görə”, “Döyüşdə fərqlənməyə görə”, həmçinin «Vətən müharibəsi iştirakçısı» medallarla təltif olunmasını, müharibə veteranı olmasını, xidmət zamanı orta ağır xəsarət almasını, hərbi xidmət dövründə yaralanmasını, hal-hazırda xidmətini davam edərək, xidməti ilə islah olunmasını sübut etməyə calışmasını CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi və onun CM-nin 61.1-ci maddəsində sadalanan cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərək, cəzasını yüngülləşdirici hallarınin məcmusunu və törətdiyi cinayət əməmlindən sonrakı davranışını, yanı zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəyərək və onunla barışıq əldə edərək, məhkum olunmaması üçün dələduzluqla mənimsədiyi pul məbləğinin 25% dövlətə ödəməyə cəhd etməsi halları müstəsna hallar kimi qəbul edərək, hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 62-ci maddəsini tətbiq etməklə ona CM-nin 178.2.3 və 178.2.4-cü maddələrində müəyyən edilən cərimə cəzasından aşağı həddindən də az həddə cərimə cəzasının təyin olunması onun islah olunmasına və cəzanın məqsədlərinə nail olmaq üçün mümkün hesab edir. Məhkəmə CPM-nin 346.1.20-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləgv edilməlidir. Məhkəmə CPM-nin 346.1.21-ci maddəsinin tələbinə əsasən hesab edir ki, Müdafiəçi tərəfindən tərtib olunmuş hesabata əsasən Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına məhkəmədə göstərdiyi hüquqi yardımın haqqı 120 (bir yüz iyirmi) manat təşkil etmişdir və həmin məbləğlər məhkəmə xərclərinə aiddir. Dövlət büdcəsi hesabından: - Müdafiəçi hesabına (alan bank “Beynəlxalq” Tərtər şöbəsi, Kod:805863; VÖEN: **********; Müxbir hesab: AZ03NABZ********************; S.W.İ.F.T. BİK: İBAZAZ 2X Hesab №-si AZ891BAZ********************; VÖEN: **********) 120 (bir yüz iyirmi) manat məbləğdə pul ödənilməlidir. Hökmün icrası: - cərimə cəzasına münasibətdə Bərdə rayon İcra və Probasiya şöbəsinə; - Müdafiəçi hüquqi yardımın ödənilməsinə münasibətdə Tərtər rayon Vəkil Bürosuna həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə 2000 (iki min) manat məbləğdə cərimə cəzası ilə cəzalandırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilsin. Hökmün icrası: - cərimə cəzasına münasibətdə Bərdə rayon İcra və Probasiya Şöbəsinə; - Müdafiəçi hüquqi yardımın ödənilməsinə münasibətdə Tərtər rayon Vəkil Bürosuna həvalə edilsin. Dövlət büdcəsi hesabından: - Müdafiəçi hesabına (alan bank “Beynəlxalq” Tərtər şöbəsi, Kod:805863; VÖEN: **********; Müxbir hesab: AZ03NABZ********************; S.W.İ.F.T. BİK: İBAZAZ 2X Hesab №-si AZ891BAZ********************; VÖEN: **********) 120 (bir yüz iyirmi) manat məbləğdə pul ödənilsin. Hökm elan olunduğu vaxtdan 20 gün müddətində Tərtər Hərbi Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: İlqar Quliyev
Məhkəmə qərarları › İş №1-1(098)-157/2024
Tərtər Hərbi Məhkəməsi Hökm — İş №1-1(098)-157/2024
03.12.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver