Məhkəmə qərarları › İş №1-1(098)-158/2024

Tərtər Hərbi Məhkəməsi Hökm — İş №1-1(098)-158/2024

17.09.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tərtər rayonu İş № 1-1(098)-158/2024 17.09.2024 TƏRTƏR HƏRBİ MƏHKƏMƏSİ Tərtər Hərbi Məhkəməsinin sədri X10 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Gülmira Şəmsəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Hərbi X1 Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Müdafiəçisi Tərtər rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə 30 avqust 1998-ci ildə Bərdə rayonunun Şatırlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmayan, Bərdə rayonunun Şatırlı kəndində qeydiyyatda olmaqla həmin kənddə də yaşayan, N nömrəli hərbi hissəsinin Ağdam rayonunun Xındırıstan kəndində yerləşən 3-cü artilleriya divizionunun 7-ci artilleriya batareyasının 1-ci artilleriya tağımının 1-ci topunun komandiri vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi kiçik çavuş hərbi rütbəsində xidmət etmiş, hərbi xidmətdən ehtiyata buraxılmış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 333.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tərtər Hərbi Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olmaqla, üzrlü səbəblər olmadan bir aydan artıq, lakin üç aydan çox olmayan müddətə xidmət yerinə vaxtında qayıtmamışdır. Belə ki, N nömrəli hərbi hissəsinin Ağdam rayonunun Xındırıstan kəndində yerləşən 3-cü artilleriya divizionunun 7-ci artilleriya batareyasının 1-ci artilleriya tağımının 1-ci topunun komandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Təqsirləndirilən şəxs xx.xx.N-cü il tarixdə saat 19:00-da xidmət vaxtının bitməsi ilə əlaqədar evə buraxılmış, xx.xx.N-cü il tarixdə saat 08:30-da N nömrəli hərbi hissənin Ağdam rayonunun Xındırıstan kəndində yerləşən 3-cü artilleriya divizionunda xidmət yerinə gəlməli olduğu halda gəlməyərək, xx.xx.N-cü il tarixdə saat 09:00-da könüllü olaraq xidmət yerinə gəlməklə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olmaqla üzrlü səbəblər olmadan bir aydan artıq, lakin üç aydan çox olmayan müddətə xidmət yerinə vaxtında qayıtmamışdır. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, sənədlər, habelə sair iş materialları ilə sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs CM-nin 333.4-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək məhkəmə istintaqında verdiyi ifadəsində göstərdi ki, N mart N9-cu il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsi tərəfindən müddətdən artıq həqiqi hərbi xidmətə çağırılmaqla N nömrəli hərbi hissənin 3-cü artilleriya divizionunun 7-ci artilleriya batareyasının 1-ci artilleriya tağımının 1-ci topunun komandiri vəzifəsinə təyin edilmiş, N iyun N-cü il tarixdən isə üzrlü səbəblər olmadan bir aydan artıq, lakin üç aydan çox olmayan müddətə xidmət yerinə vaxtında qayıtmamasına görə xidmətə uyğunsuzluğa görə ordu sıralarından ehtiyata buraxılmışdır. O, xx.xx.N-cü il tarixdə saat 19 radələrində xidmət vaxtının bitməsi ilə əlaqədar 3-cü artilleriya divizionunun növbətçi təyin edilməyən şəxsi heyəti ilə birlikdə istirahətə buraxılmış, şəxsi və ailə problemləri olması səbəbindən xx.xx.N-cü il tarixdə saat 08:30-da N nömrəli hərbi hissənin Ağdam rayonunun Xındırıstan kəndində dislokasiya olunmuş 3cü artilleriya divizionunda xidmət yerinə qayıtmalı olduğu halda qayıtmamış, şəxsi və ailə problemlərini həll etdikdən sonra xx.xx.N-cü il tarixdə saaat 09:00-da N nömrəli hərbi hissənin Ağdam rayonunun Xındırıstan kəndində yerləşən 3-cü artilleriya divizionunda olan xidməti yerinə qayıtmışdır. Xidmətə başladığı zaman aldığı məvacib 1200 manat olduğu zaman ailə problemləri ilə bağlı bankdan kredit götürmüşdür, lakin N3-cü ilin antiterror əməliyatından sonra onun aldığı məvacib 700 manata endirilmişdir və aydı 500 manata dək kredit ödədiyindən maddi cətinliklərə və xəstə atasına yardım etmək imkanı olmadığından tərxisolunması üçün komandanlığa müraciət etmişdir N-cü ildə. Tərxis olunması raportundada şəxsi və ailə problemlərinin olması səbəbindən kredit götürdüyündən aldığı məvacibin az olması və atasının ürəyində problem olmasını bildirmişdir, lakin atasının xəstəliyi ilə bağlı heç bir sənəd təqdim etməmişdir, lakin tərxis olmadığından tərxis olunması ilə əlaqədar hərbi hissə komandanlığına təkrar müraciət etsə də, rəsmi cavab gəlməmişdir. O, 30 günlük məzuniyyət hüququndan istifadə etmiş, onun hərbi hissə komandanlığına müraciəti N-cü il tarixini əhatə etmiş, yəni nə N3-cü ildə, nə də ki, ondan əvvəlki tarixlərdə hərbi hissə komandanlığına məvacibinin az olması və atasının xəstə olması ilə bağlı tərxis olunmaq barədə müraciət etməmişdir. O, xidmət yerinə gəlməməsi əməlindən peşmandır və xidmətə məsuliyyətsiz yanaşdığı üçün səhvlərini başa düşür. N iyun N-cü il tarixdə hərbi xidmətdən ehtiyata buraxılmış və hazırda rəsmi qaydada heç bir yerdə işləmir, fəhlə kimi günəmuzd olaraq çalışmaqla ailəsinə yeganə qazanc gətirən şəxsdir, 44 günlük Vətən Müharibəsində iştirak etmiş, «Vətən müharibəsi iştirakçısı», “Suqovuşanın azad olunmasına görə” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Ona görə də bütün bunların nəzərə alınmasını və ona 100 manat cərimə cəzası verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqında ifadəsi tədqiq olunmuş Şahid1 ibtidai istintaqda verdiyi ifadəsində bildirmişdir ki, o, N nömrəli hissənin 3-cü artilleriya divizionunun baş çavuşu vəzifəsində baş gizir hərbi rütbəsində xidmət edir. Təqsirləndirilən şəxs hərbi xidmət dövründə tanımışdır, onunla heç bir ədavəti və düşmənçiliyi olmamış, habelə yaxın qohumluq əlaqələri yoxdur, münasibətləri xidməti olmuşdur. Təqsirləndirilən şəxs xx.xx.Ncü il tarixdə saat 19:00-da xidmət vaxtının bitməsi ilə əlaqədər 3-cü artilleriya divizionunun növbətçi təyin edilməyən şəxsi heyəti ilə birlikdə istirahətə buraxılmışdır. O, xx.xx.N-cü il tarixdə səhər yerbəyeri zamanı, yəni saat 08:30-da kiçik çavuş Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin Ağdam rayonunun Xındırıstan qəsəbəsində dislokasiya olunmuş 3ci artilleriya divizionunun 7-ci batareyasında xidmət yerinə qayıtmalı olduğu halda, qayıtmadığını görmüşdür. Həmin vaxt 3-cü divizionunun 7-ci batareyasının komandiri vəzifəsini icra edən leytenant Cəmşid Məmmədov tərəfindən bu barədə raportla hərbi hissə komandanlığına məruzə edilərək, kiçik çavuş Təqsirləndirilən şəxs xidmət yerini özbaşına tərk edənlərin siyahısına salınması üçün vəsatət qaldırılmışdır. Hərbi hissə komandirinin müvafiq əmrinə əsasən kiçik çavuş Təqsirləndirilən şəxs hərbi hissəni özbaşına tərk edənlərin siyahısına salınmışdır. xx.xx.N-cü il tarixdə kiçik çavuş Təqsirləndirilən şəxs Tərtər rayonunun İsmayılbəyli kəndində yerləşən N nömrəli hərbi hissəyə qayıtdığı üçün hərbi hissə komandirinin müvafiq əmrinə əsasən xidmət yerini özbaşına tərk edənlərin siyahısından çıxarılmışdır. Kiçik çavuş Təqsirləndirilən şəxs xx.xx.N-cü il tarixdə hərbi hissə komandirinin əmrinə əsasən ordu sıralarından ehtiyata buraxıldığı üçün hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Kiçik çavuş Təqsirləndirilən şəxs xidmət yerinə qayıtdıqdan sonra, onunla söhbət edən zaman şəxsi və ailə problemlərinin olmasını və bu səbəbdən də, xidmət yerinə vaxtında qayıtmadığını bildirmişdir. Təqsirləndirilən şəxs xidmət etdiyi müddət ərzində bütün növ təminatlarla təmin olunmuş, ona qarşı nizamnamədənkənar hərəkətlərə yol verilməsi halları olmamışdır. Məhkəmə istintaqında ifadəsi tədqiq olunmuş Şahid2 ibtidai istintaqda verdiyi ifadəsində bildirmişdir ki, o, N nömrəli hissənin 3-cü artilleriya divizionunun tibb məntəqəsinin sürücüsü vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edir. Təqsirləndirilən şəxs hərbi xidmət dövründə tanımışdır, onunla heç bir ədavəti və düşmənçiliyi olmamış, habelə yaxın qohumluq əlaqələri yoxdur, münasibətləri xidməti olmuşdur. Kiçik çavuş Təqsirləndirilən şəxs xx.xx.N-cü il tarixdə saat 19:00-da xidmət vaxtının bitməsi ilə əlaqədər 3-cü artilleriya divizionunun növbətçi təyin edilməyən şəxsi heyəti ilə birlikdə istirahətə buraxılmışdır. xx.xx.N-cü il tarixdə səhər yerbəyeri zamanı, yəni saat 08:30-da kiçik çavuş Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin Ağdam rayonunun Xındırıstan qəsəbəsində dislokasiya olunmuş 3-ci artilleriya divizionunun 7-ci batareyasında xidmət yerinə qayıtmalı olduğu halda, qayıtmadığını görmüşdür. Həmin vaxt 3-ci divizionunun 7-ci batareyasının komandiri vəzifəsini icra edən, leytenant Cəmşid Məmmədov tərəfindən bu barədə raportla hərbi hissə komandanlığına məruzə edilərək, kiçik çavuş Təqsirləndirilən şəxs xidmət yerini özbaşına tərk edənlərin siyahısına salınması üçün vəsatət qaldırılmışdır. Hərbi hissə komandirinin müvafiq əmrinə əsasən kiçik çavuş Təqsirləndirilən şəxs hərbi hissəni özbaşına tərk edənlərin siyahısına salınmışdır. xx.xx.N-cü il tarixdə kiçik çavuş Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin Ağdam rayonunun Xındırıstan kəndində yerləşən 3-cü artilleriya divizionunda xidmət yerinə qayıtdığı üçün hərbi hissə komandirinin müvafiq əmrinə əsasən xidmət yerini özbaşına tərk edənlərin siyahısından çıxarılmışdır. Kiçik çavuş Təqsirləndirilən şəxs xx.xx.N-cü il tarixdə hərbi hissə komandirinin əmrinə əsasən ordu sıralarından ehtiyyata buraxıldığı üçün hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Kiçik çavuş Təqsirləndirilən şəxs xidmət yerinə qayıtdıqdan sonra, onunla söhbət edən zaman şəxsi və ailə problemlərinin olmasını və bu səbəbdən də xidmət yerinə vaxtında qayıtmadığını bildirmişdir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətə qəbul haqqında” xx.xx.N2-ci il tarixli bağlaşmadan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Təqsirləndirilən şəxs imzaladığı həmin bağlaşmanın müddəti (beş) il müddətinə müəyyən edilmiş və xx.xx.N7-ci il xidmət müddətinin son tarixidir. N nömrəli hərbi hissə komandirinin N may N-cü il tarixli, 13N nömrəli əmrindən çıxarışdan və raportdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.N-cü il tarixdə saat 08:30-da xidmət yerinə gəlməli olduğu halda gəlmədiyi üçün hərbi hissəni özbaşına tərk edənlərin siyahısına salınmışdır. N nömrəli hərbi hissə komandirinin N iyun N-cü il tarixli, 190 nömrəli əmrindən çıxarışdan və raportdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.N-cü il tarixdə saat 09:00-da xidmət yerinə qayıtdığı üçün hərbi hissəni özbaşına tərk edənlərin siyahısından çıxarılmışdır. Təqsirləndirilən şəxs: - SX ******* nömrəli hərbi biletinin kserosurətindən görünür ki, 30 avqust 1998-ci ildə Bərdə rayonunun Şatırlı kəndində doğulmuşdur, 5 oktyabr N6-cı il tarixdə Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. - N nömrəli hərbi hissə komandirinin N mart N9-cu il tarixli, 13N nömrəli əmrinə əsasən, hərbi hissənin 3-cü artilleriya divizionunun 7-ci artilleriya batareyasının 1-ci artilleriya tağımının 1-ci topunun komandiri vəzifəsinə təyin edilmişdir. - N nömrəli hərbi hissə komandirinin N iyun N-cü il tarixli 190 nömrəli əmrinə əsasən, ordu sıralarından ehtiyata buraxılmışdır. - N nömrəli hərbi hissə tərəfindən verilmiş xidməti xasiyyətnamə ilə mənfi xarakterizə olunmuşdur. - N nömrəli hərbi hissə tərəfindən verilmiş xidməti vərəqədən görünür ki, xidməti dövründə üç dəfə həvəsləndirilmiş və üç dəfə intizam qaydasında cəzalandırılmışdır. - Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi həkim komissiyası tərəfindən verilmiş xx.xx.N-cü il il tarixli, 5242 arayışa əsasən hərbi xidmətə yararlı hesab edilmişdir. - DİN-nin BƏSİİ-dən verilmiş tələbnaməyə əsasən əvvəllər məhkum olunmamışdır. - Azərbaycan Respublikası medalının İ-106N nömrəli vəsiqəsinin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 29 dekabr N0-ci il tarixli 2368 nömrəli sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. - Azərbaycan Respublikası medalının İ-3000 nömrəli vəsiqəsinin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 24 iyun N1-ci il tarixli 2717 nömrəli sərəncamı ilə “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. - Azərbaycan Respublikası medalının İ-42389 nömrəli vəsiqəsinin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel N2-ci il tarixli 250s nömrəli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemində sosial müavinət və təqaüd haqqında arayışdan görünür ki, müharibə veteranı kimi Azərbaycan Respublikası Prezidentinin 80 manat miqdarında təqaüd alır. - Bərdə rayon İcra Hakimiyyəti Başçısının Şatırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlyi tərəfindən verilmiş 3 avqust N-cü il tarixli 298 nömrləi arayışdan görünür ki, Bərdə rayonunun Şatırlı kənd inzibati ərazi dairəsinin Şatırlı kəndində yaşamaqla atası X2, anası X5, qardaşı X3 və bacısı X4 ibarət ailə üzvləri vardır. - Bərdə rayon İcra Hakimiyyəti Başçısının Şatırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlyi tərəfindən verilmiş xasiyyətnamə ilə yaşyayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmuşdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməli düzgün olaraq CM-nin 333.4-cü maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə, Təqsirləndirilən şəxs müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olmaqla, üzrlü səbəblər olmadan bir aydan artıq, lakin üç aydan çox olmayan müddətə xidmət yerinə vaxtında qayıtmaması faktını müəyyən etmişdir. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs CM-nin 333.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun etdiyi əməldən səmimi peşman olmasını, könüllü olaraq xidmət yerinə qayıtmasının, 44 günlük Vətən Müharibəsində iştirak edərək «Vətən müharibəsi iştirakçısı», “Suqovuşanın azad olunmasına görə” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunmasını, müharibə veteranı olmasını, artıq hərbi xidmətdən tərxis olunmasını, gənc olmasını, fəhlə kimi günəmuzd işləyərək ailəsinin yeganə qazanc gətirən şəxs olmasını və bununla bağlı ailə vəziyyəti ağır olmasını CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran CM-nin 61.1-ci maddəsində sadalanan hallar yoxdur. Məhkəmə CPM-nin 346.1.8-ci maddəsinin tələblərinə əsasən cinayət məsuliyyətindən azad etmə üçün əsasların olub-olmadığı məsələyə də baxaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqında dindirilərkən xidmət yerinə gəlməməsinin səbəbini atasının ürək xəstəliyinin olması ilə bağlı əlaqələndirsə də, atasının xəstəliyini və onu həkim müayinəsinə aparmasını təsdiq edən hər hansı bir sənəd təqdim etməmişdir. CM-nin 333-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, Ağır şərait zəminində bu Məcəllənin 333.1—333.4-cü maddələrində nəzərdə tutulmuş əməlləri ilk dəfə törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər. Ağır şərait dedikdə hərbi qulluqçunun özünün və ya yaxın qohumlarının ağır xəstəliyi, ciddi ailə münaqişələri, hərbi qulluqçunun yaxın qohumlarının yaşadığı yerdə baş vermiş təbii fəlakət, hərbi qulluqçunun xidməti yerində yaranmış əlverişsiz, qeyri-sağlam şərait və.s nəzərdə tutulur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs CM-nin 333.4-cü maddəsinin Qeyd hissəsi ilə, yəni əməlin ağır şərait zəminində törədilməsi ilə bağlı cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar görmür. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi üçün digər əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. CM-nin 333.4-cü maddəsinin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların məcmusunu müstəsna hal kimi qəbul edərək, barəsində CM-nin 62-ci maddəsinin tədbiq edilərək ona cərimə növündə cəza təyinedilməsi barədə dövlət ittihamcısının təklifini əsaslı sayaraq hesab edirki, onun cəzasını yüngülləşdirən halların məcmusunu müstəsna hal kimi qəbul edərək, təyin olunası cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini də nəzərə alıb, Təqsirləndirilən şəxs barəsində CM-nin 62-ci maddəsini tətbiq etməklə ona CM-nin 333.4-cü maddəsində müəyyən ediləndən daha yüngül cəza növünün, yəni cərimə cəzasının aşağı həddə təyin olunmasını mümkün hesab edərək, bununlada müdafiə tərəfinin və təqsirləndirilən şəxsin aşağı həddə cərimə cəzasının təyin edilməsi barədə cıxışlarınıda nəzərə alır. Məhkəmə CPM-nin 346.1.20-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləgv edilməlidir. Məhkəmə CPM-nin 346.1.21-ci maddəsinin tələbinə əsasən hesab edir ki, Müdafiəçi tərəfindən tərtib olunmuş hesabata əsasən Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına məhkəmədə göstərdiyi hüquqi yardımın haqqı 60 (altmış) manat təşkil etmişdir və həmin məbləğlər məhkəmə xərclərinə aiddir. Dövlət büdcəsi hesabından: - Müdafiəçi hesabına (alan bank “Beynəlxalq” Tərtər şöbəsi, Kod:805863; VÖEN: **********; Müxbir hesab: AZ03NABZ********************; S.W.İ.F.T. BİK: İBAZAZ 2X Hesab №-si AZ891BAZ********************; VÖEN: **********) 60 (altmış) manat məbləğdə pul ödənilməlidir. Hökmün icrası: Cərimə cəzasına münasibətdə Bərdə rayon İcra və Probasiya şöbəsinə; Müdafiəçi hüquqi yardımın ödənilməsinə münasibətdə Tərtər rayon vəkil bürosuna həvalə edilməlidir. İş üzrə üzərinə həbs qoyulmuş əmlak, maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs CM-nin 333.4-cü maddəsi ilə təqsirli bilinsin və barəsində CMnin 62-ci maddəsini tətbiq etməklə 400 (dörd yüz) manat məbləğdə cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Dövlət büdcəsi hesabından: Müdafiəçi hesabına (alan bank “Beynəlxalq” Tərtər şöbəsi, Kod:805863; VÖEN: **********; Müxbir hesab: AZ03NABZ********************; S.W.İ.F.T. BİK: İBAZAZ 2X Hesab №-si AZ891BAZ********************; VÖEN: **********) 60 (altmış) manat məbləğdə pul ödənilsin. Hökmün icrası: cərimə cəzasına münasibətdə Bərdə rayon İcra və Probasiya şöbəsinə; Müdafiəçi hüquqi yardımın ödənilməsinə münasibətdə Tərtər rayon vəkil bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətə Tərtər Hərbi Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar