Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 1-1(098)-166/2023 17.10.2023 TƏRTƏR HƏRBİ MƏHKƏMƏSİ Tərtər Hərbi Məhkəməsinin sədri Quliyev İlqar Məsail oğlunun sədrliyi Məhkəmə iclasının katibi Quliyeva Gülmira Şəmsəddin qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovniki Dövlət ittihamçısı oğlunun iştirakları ilə xx xxxxxxxx 1983-cü il tarixdə ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla N nömrəli hərbi hissədə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, ali hərbi təhsilli, evli, himayəsində 3 uşağı olan, məhkumluğu olmayan, N nömrəli hərbi hissəsinin maddi-texniki təminat bölməsinin avtomobil xidməti rəisi vəzifəsində, mayor hərbi rütbəsində xidmət edən, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 329.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis kimi öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin maddi-texniki təminat bölməsinin avtomobil xidməti rəisi vəzifəsində, mayor hərbi rütbəsində xidmət edərkən 08 aprel N23-cü il tarixdə saat 22 radələrində Yevlax rayonunun Aran qəsəbəsində yerləşən N nömrəli hərbi hissənin avtomobil parkında parkın gün növbətçisi olan həmin hərbi hissənin 4-cü taborunun 10-cu bölüyünün 2-ci tağımının 1-ci qrupunun kəşfiyatçı-heyət nəfəri vəzifəsində, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olmaqla əsgər hərbi rütbəsində xidmət edən Zərərçəkmiş şəxs park növbətçisinin istirahət otağında “Whatsapp” mobil tətbiqi vasitəsilə görüntülü atası Şahid2la danışdığı zaman otağa daxil olub Zərərçəkmiş şəxs mobil telefonu istəmişdir. Zərərçəkmiş şəxs zəngi sonlandırıb telefonu vermək istəsə də, Təqsirləndirilən şəxs ona imkan verməyib “g.......q telefonu ver bura” deyib Zərərçəkmiş şəxs təhqir edərək sağ əli ilə sol baş nahiyəsinə bir dəfə yumruq zərbəsi, sol ayağı ilə sağ bud nahiyəsinə bir dəfə təpik zərbəsi vurmuş, daha sonra Zərərçəkmiş şəxs sağ çiyin nahiyəsindən sol əli ilə bir dəfə yumruq zərbəsi vurub çiynindən itələməklə rəis olaraq hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində xidmət edən əsgər Zərərçəkmiş şəxs zor tətbiq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs CM-nin 329.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, N22-ci ilin avqust ayında Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin maddi-texniki təminat bölməsinin avtomobil xidməti rəisi vəzifəsinə təyin edilmiş, hazırda həmin vəzifədə, mayor hərbi rütbəsində xidmətini davam etdirir. Xidmət etdiyi hərbi hissədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edən əsgər Zərərçəkmiş şəxs xx.xx.N23-cü il tarixdə avtomobil parkında park gün növbətçisi olan zaman tanımışdır. Zərərçəkmiş şəxsla münasibətləri xidməti olmuş, aralarnda hər hansı düşmənçilik və ədavət olmamışdır. 08 aprel N23-cü il tarixdə Yevlax rayonu Aran qəsəbəsində yerləşən xidmət etdiyi N nömrəli hərbi hissə üzrə cavabdeh şəxs olmuşdur. Həmin gün park növbətçisi gizir Şahid1, parkın gün növbətçiləri isə əsgər Zərərçəkmiş şəxs, əsgər Şahid3 və əsgər Şahid4 olmuşlar. Həmin gün saat 22 radələrində avtomobil parkında növbətçi otaqlarını yoxlayarkən avtomobil park növbətçisinin otağında park gün növbətçisi olan əsgər Zərərçəkmiş şəxs smartfon tipli mobil telefonla görüntülü tanmadığı şəxslə danışdığını görmüşdür. Müddətli əsgərin hərbi hissədə telefon işlətməsi komandanlıq tərəfindən qadağan edildiyindən həmin vaxt əsgər Zərərçəkmiş şəxs mobil telefonu ona verməsini tələb etmiş, sonuncu cavabında ona gözləməsini, danışığını bitirib gətirib telefonu verəcəyini demişdir. O, Zərərçəkmiş şəxs bu cavabından əsəbləşmiş, yenidən uca səslə Zərərçəkmiş şəxs “ay əsgər telefonu gətir mənə” demişdir. Zərərçəkmiş şəxs təkrarən “gətirirəm də görmürsüz atamgilnən danışıb verecəm sizə, belə gətirmiyecəm” demişdir. Zərərçəkmiş şəxs bu cavabından sonra o, sonuncuya əli ilə yaxın gəlməsini işarə etmiş, Zərərçəkmiş şəxs yanına gəlməkdən imtina etdiyini demişdir. Bundan sonra o, zorakılıq etmədən Zərərçəkmiş şəxs əlindən mobil telefonunu almış və otaqdan çıxmışdır. Otaqdan çıxdığı vaxt gizir Şahid1 onlara baxdığını görmüşdür. O, Surət Məhəmmədəliyə müraciət edərək “Surət bu nə məsələdir, niyə əsgər telefonla danışır?” demiş, Surət Məhəmmədəli də cavabında xəbərinin olmadığını, yoxsa özünün həmin əsgərə irad tutub telefonu əlindən alacağını demişdir. O, Şahid1 ”səndə cəzanı alasan” dedikdən sonra Zərərçəkmiş şəxs qərargaha getməsini demişdir. Zərərçəkmiş şəxs onun bu sözündən sonra əlindən telefonu almaq istəmiş, o, Zərərçəkmiş şəxs bu hərəkətindən əsəbləşmiş və telefonu yerə çırpmışdır. Zərbədən telefonun yuxarı hissəsi sınmışdır. Əsgər Zərərçəkmiş şəxs bir neçə addım getdikdən sonra avtomobil parkının döngəsində dayanmış və “cənab mayor, bir dəqiqə olar, sizdən bir xahişim var” deyə bildirmiş, o isə cavabında Zərərçəkmiş şəxs qərargahın qarşısına getməsini, orada onu dinləyəcəyini demişdir. Əsgər Zərərçəkmiş şəxs da qərargahın qarşısına tərəf getmiş, lakin həmin vaxt “yat” komandasının vaxtı olduğundan şəxsi heyətin sıra meydanında düzüldüyünü görüb şəxsi heyəti təlimatlandırıb “yat” komandası vermək üçün sıra meydanına getmişdir. Şəxsi heyəti təlimatlandıran zaman 1-ci taborun qərargah rəisinin maddi-texniki təminat üzrə müavini, baş leytenant Kəmaləddin Həsənli mobil telefonla əlaqə saxlayıb hər hansı əsgəri döyüb-döymədiyini soruşmuş, o, cavabında heç bir əsgəri döymədiyini bildirmişdir. X5 hansı əsgərin mobil telefonunu aldığını soruşduqda, bu zaman o, söhbətin əsgər Zərərçəkmiş şəxsla bağlı olduğunu bilmişdir. X2 həmin əsgərin atasının ona məxsus mobil nömrəni istədiyini, nömrəni verməsinə icazə verib-vermədiyini soruşmuşdur. O, nömrəsini əsgərin atasına verilməsinə icazə verməmiş, Kəmaləddin Həsənli isə “bu adam problemli adamdı, sizdən şikayət edəcək” demişdir. Kəmaləddin Həsənliyə “getsin əlindən gələni ardına qoymasın” deyə bildirmişdir. Az X5 ona zəng vurmuş, əsgərin valideynin danışmaq istədiyini bildirmiş, o, Kəmaləddin Həsənliyə telefon nömrəsini həmin şəxsə verməsini, əsgərin atasının onunla təxminən bir saat sonra əlaqə saxlamasını bildirmişdir. Daha sonra qərargahın qarşısına gedərək əsgər Zərərçəkmiş şəxs mobil telefon işlətməyin qadağan olduğunu, bir daha gələcəkdə belə bir hala yol verməməsini demişdir.Təxminən bir saat sonra Zərərçəkmiş şəxs atası onun mobil telefonuna zəng vurmuş, danışıq zamanı uca səslə “sən mənim oğlumu söymüsən, döymüsən, onun var-yoxunu təhqir etmisən, sillə və təpik vurmusan” demişdir. O, onunla telefonla danışan şəxsə heç bir cavab vermədən həmin şəxslə əlaqəni kəsmişdir. Zərərçəkmiş şəxs valideyni həmin vaxt mobil telefonuna bir neçə dəfə zəng etsə də, zənglərə cavab verməmişdir. Həmin gün xidməti otağına gedərək əsgər Zərərçəkmiş şəxs mobil telefon işlətməsi ilə bağlı yuxarı komandanlığa raport yazmışdır. Ertəsi günü əsgər Zərərçəkmiş şəxs hərbi hissənin qərargah rəisi, polkovnikleytenant Fəqan Əliyevin yanına aparıb telefonla birlikdə təqdim etmişdir. Fəqan Əliyev əsgər Zərərçəkmiş şəxs nə üçün mobil telefon işlətdiyini soruşmuş, əsgər Zərərçəkmiş şəxs da üzrxahlıq edərək bir daha belə hallara yol verməyəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs 7 sutka “həbs” elan edildiyindən yazdığı raportu Fəqan Əliyevə təqdim etməmiş, özü ilə götürmüş və xidməti yerinə getmişdir. O, Zərərçəkmiş şəxs məxsus telefonun “Whatsapp” proqramına baxarkən 2 dəfə zəng gəldiyini, Zərərçəkmiş şəxs atasına «Təqsirləndirilən şəxs raport yazıb verib» yazısını görmüşdür. Zərərçəkmiş şəxs onun raportu qərargah rəisinə təqdim etmədiyindən məlumatı olmamışdır. Hal-hazırda araşdırmada raportla bağlı heç bir məlumat olmamış, Zərərçəkmiş şəxs atası Şahid2 onun və ailəsinin ünvanına söyüşlər söyərək onu və ailəsini təhqir etmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs atasına zəng edərək “Mənim ailəmi heç kim söyə bilməz, mən sənin başına oyun açacam, Dədəm Nizaminin oğlu deyiləm sənin başına oyun açmasam” sözünü danışıq zamanı əsəbindən demişdir. O danışıq zamanı söyüş söyməmiş, nədə ləyaqətsiz hərəkət etməmişdir. Zəngdən 2-3 dəqiqə keçmiş Şahid2 ona zəng edib oğlu Zərərçəkmiş şəxs ünvanına onun tərəfindən nalayiq sözlər deyilməsini bildirdikdə o, cavabında belə bir halın olmadığını bildirmiş, ola bilsin həmin vaxt əsəbindən nalayiq söz işlətmiş, lakin deyə bilər ki, nalayiq söz deməsini xatırlamasada həmin nalayiq söz əsgər Zərərçəkmiş şəxs ünvanına deyil, ünvansız deyilmişdir. O, daha sonra bildirmişdir ki, əsgərin telefondan istifadə etməməsi ilə bağlı müdafiə nazirinin müvafiq əmri olmuş, müddətli əsgərin hərbi hissədə telefon işlətməsi qadağan edilmiş və bu barədə zabit heyətinə yuxarı komandanlıqdan əmr elan edilərək əmrin icrası ilə bağlı göstəriş verilmişdir. Hadisə baş verdiyi zaman hərbi hissədə cavabdeh olduğu üçün əsgər Zərərçəkmiş şəxs telefon işlətməsini aşkar etmiş, o, bu halı gizlədə bilməzdi. Lakin hazırda görünür ki, bu hərəkəti ilə səhv etmişdir. Ona görədə bağışlanmağını xahiş edir. O, məhkəmə istintaqı başa catması ilə əlaqədar olaraq vəsatəti olduğunu bildirərək, məhkəməyə vəsatətlə müraciət edərək göstərmişdir ki, 23 ildir Azərbaycan Ordusunda xidmət etmiş, xidmət dövründə 44 günlük Vətən müharibəsində, həmçinin N23-cü ilin sentyabr ayında keçirilmiş antiterror əməliyyatlarında iştirak etmişdir. Uzun müddət xidmət etdiyindən dövlət tərəfindən ona xidməti ev verilməsi nəzərdə tutulmuşdur. Xidməti evin alınması özünün deyil, ailəsinin arzusu olmuşdur. Ailədə üç övladı var, böyük qızı hazırda universitetdə 2-ci kursda oxuyur, ikinci qızı məktəblidir, kiçik övladının 6 yaşı var. O, uzun illər hərbi xidmət keçmişdir ki, dövlət tərəfindən hərbi qulluqçuların fədakarlığı qarşılığında verilməsi nəzərdə tutulan xidməti evdən yararlansın. Barəsində olan cinayət işinə xitam verildiyi halda ona dövlət tərəfindən xidməti ev veriləcək, evlə təmin olunması ailəsinin və təhsil alan uşaqlarının böyük arzusu olmuşdur. Evlə təmin olunması səbəbindən özünü ona elan olunmuş ittihamla təqsirli bilir, hadisədən sonra zərəçəkmiş şəxs Zərərçəkmiş şəxsla barışmış, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Məhkəmədən qeyd edilənlərin nəzərə alınaraq barəsində olan cinayət işinə zərərçəkmiş şəxslə barışmaqla və şəraitin dəyişməsi ilə bağlı xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxs N nömrəli hərbi hissənin 4cü taborunun 10-cu bölüyünün 2-ci tağımının 1-ci qrupunun kəşfiyyatçısı-heyət nəfəri vəzifəsində, əsgər Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.N22-ci il tarixdə SHXÇDX-nin Cəbrayıl rayon şöbəsindən müddətli həqiqi hərbi xidmətə çağırılaraq Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində N ay gənc əsgər kursu keçmiş, xx.xx.N22ci il tarixdə N nömrəli hərbi hissənin 2-ci taborunun 4-cü bölüyündə xidmət emək üçün göndərilmişdir. N22-ci ilin avqust ayından xx.xx.N23-cü il tarixədək həmin hərbi hissənin 3cü taborunun döyüş dəstək tağımında xidmət etmişdir. xx.xx.N23-cü il tarixdən həmin hərbi hissənin 4-cü taborunun 10-cu bölüyünün 2-ci tağımının 1-ci qrupunun kəşfiyyatçısıheyət nəfəri vəzifəsində, əsgər hərbi rütbəsində xidmət etmiş, xx.xx.N23-cü il tarixdən isə həmin hərbi hissənin 3-cü taborunun döyüş dəstək tağımının 3-cü pulemyot manqasının tuşlayıcısı vəzifəsində, əsgər hərbi rütbəsində xidmətini davam etdirir. Avtomobil xidmət rəisi, mayor Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə tanımışdır. Təqsirləndirilən şəxs qarşı münasibəti xidməti olmuş, aralarında hər hansı düşmənçilik və ədavət olmamışdır. xx.xx.N23-cü il tarixdə N nömrəli hərbi hissənin avtomobil parkında gün növbətçisi olmuşdur. Park növbətçisi Şahid1, parkın gün naryadı Şahid4 və Şahid3 olmuşdur. Saat 21 radələrində əsgər Şahid3 avtomobil xidmət rəisi mayor Təqsirləndirilən şəxs yanına bir nəfər çağırdığını bildirmişdir. O, mayor Təqsirləndirilən şəxs xidməti otağına getmiş və özünü təqdim etmişdir. Mayor Təqsirləndirilən şəxs onu yeməkxanaya göndərmiş və oradan yemək gətirməsini istəmişdir. Yeməkxanaya getmiş və yeməyi götürüb mayor Təqsirləndirilən şəxs otağına qoymuşdur. Otaqdan çıxdıqdan sonra avtomobil parkının həyətində siqaret çəkən zaman arxaya baxmış və mayor Təqsirləndirilən şəxs stolun altından spirtli içkini götürüb stolun üstünə qoyduğunu görmüşdür. Təqsirləndirilən şəxs onu görüb pəncərənin jalüzünü bağlamışdır. Saat 22 radələrində əsgər Samir Şirinovdan aldığı “Samsung” smartfon tipli telefonla park növbətçisinin istirahət otağında atası Şahid2 “Whatsapp”la görüntülü zəng etmiş, bir neçə dəqiqə danışdıqdan sonra mayor Təqsirləndirilən şəxs otağa daxil olmuş və telefonu istəmişdir. Təqsirləndirilən şəxs xahiş etmişdir ki, “danışığı bitirim sonra telefonu verim”. Təqsirləndirilən şəxs onu təhqir edərək “g........ telefonu ver bura” demişdir. Təhqir etdikdən sonra sağ əli ilə başının sol nahiyəsinə bir dəfə yumruq zərbəsi vurmuşdur. Zərbənin nəticəsində baş geyimi yerə düşmüş və əyilib baş geyimini götürmək istəyəndə Təqsirləndirilən şəxs sol ayağı ilə sağ ayağının bud nahiyəsinə bir dəfə təpik zərbəsi vurmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs sol əli ilə sağ çiyninə bir dəfə yumruq zərbəsi endirdikdən sonra çiynindən tutaraq onu otaqdan itələyib dəhlizə çıxartmış və qərargaha gedib ağ xətdə gözləməyini demiş, o, həmin yerə getməmiş və heç bir cavab verməmişdir. Daha sonra Təqsirləndirilən şəxs bir daha çiynindən tutaraq itələmiş və demişdir ki, “get qərargahda ağ xəttin qarşısında gözlə”. Qərargaha gedib ağ xəttin qarşısında bir neçə dəqiqə gözlədikdən sonra mayor Təqsirləndirilən şəxs gəlmiş və parkın gün növbətçisinin vəzifə borcunu bilib-bilmədiyini soruşmuş, cavabında bildiyini demişdir. Təqsirləndirilən şəxs avtomobil parkına gedərək özü gəlib soruşacağını bildirmişdir. Avtomobil parkında təxminən N-25 dəqiqə gözlədikdən sonra mayor Təqsirləndirilən şəxs gəlməmiş və istirahət vaxtından getdiyi üçün əsgər yataqxanasına gedib istirahət etmişdir. Səhəri günü durub xidməti yerinə qayıtdıqdan sonra saat 07 radələrində mayor Təqsirləndirilən şəxs avtomobil parkına gəlmiş və onu N nömrəli hərbi hissənin qərargah rəisi polkovnik-leytenant Fəqan Əliyevin yanına aparacağını bildirmişdir. Qərargah rəisinin otağının qarşısına aparmış və özü otağa daxil olmuşdur. Bir neçə dəqiqə otağın qapısında gözləmişdir. Sonra Təqsirləndirilən şəxs və Fəqan Əliyev birlikdə otaqdan çıxmışlar. Qərargah rəisi polkovnik-leytenant Fəqan Əliyev nə üçün telefon istifadə etdiyini ondan soruşmuş, o, isə sonuncuya heç bir cavab verməmişdir. Fəqan Əliyev telefon istifadə etdiyinə görə cəzalandırılacağını bildirmiş, bundan sonra avtomobil xidmət rəisi mayor Təqsirləndirilən şəxslə avtomobil parkına öz xidməti yerinə getmişdir.Hadisədən sonra təqsirləndirilən şəxs mayor Təqsirləndirilən şəxslə barışmış, hazırda ona qarşı heç bir şikayəti yoxdur, məhkəmədən mayor Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş şahid N nömrəli hərbi hissənin rabitə bölüyünün baş texniki vəzifəsində, gizir Şahid1 ifadəsində göstərmişdir ki, hadisə vaxtı N nömrəli hərbi hissədə park növbətçisi olmuşdur. Parkın gün növbətçiləri əsgər Zərərçəkmiş şəxs, əsgər Şahid4 və əsgər Şahid3 olmuşdur. Saat 22 radələrində xidməti otağında oturduğu zaman çöldə səs-küy eşidərək dəhlizə çıxmışdır, avtomobil xidmət rəisi Təqsirləndirilən şəxs əsgərin əlindən telefonu aldığını görmüşdür. Mayor Təqsirləndirilən şəxs ona öz iradını bildirərək “əsgərlərə niyə nəzarət etmirsən” demişdir. Onun Zərərçəkmiş şəxs başqa otaqda telefon işlətməsindən xəbəri olmamışdır. Mayor Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs telefonu istəmişdir. Əsgər Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs “cənab mayor, atam telefonla danışırdı, xəttə idi, zəngi sonlandırıb telefonu sizə qaytarım” demiş, mayor Təqsirləndirilən şəxs isə əsgər Zərərçəkmiş şəxs əlindən telefonu alaraq çöldə yerə çırpmışdır. Çölə çıxdıqları an əsgər Şahid3 həmin vaxt oraya gəlib telefonun hissələrini yığıb ona vermişdir. Telefonun hissələrini quraşdırıb, batareyasını üstünə yerləşdirib mayor Təqsirləndirilən şəxs təqdim etmişdir. Mayor Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs hərbi hissənin qərargahının qarşısına getməsini göstəriş vermişdir. Əsgər Zərərçəkmiş şəxs öndə, arxasınca isə mayor Təqsirləndirilən şəxs qərargah istiqamətində getmişlər. Mayor Təqsirləndirilən şəxs hadisə baş verən zaman spirtli içki qəbul etməsini hiss etməmişdir. Əvvəllər mayor Təqsirləndirilən şəxs xidmət zamanı spirtli içki qəbul etdiyinin şahidi olmamışdır. Mayor Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs müəyyən etdiyi mobil telefon əsgər Şahid4 məxsus olmuşdur. O, daha sonra göstərmişdir ki, mayor Təqsirləndirilən şəxslə əsgər Zərərçəkmiş şəxs arasında olan mübahisə zamanı mayor Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğunu görməmiş, təhqir etməyini və söyməyini eşitməmiş, istintaqda verdiyi ifadəsini prokurorluğun müstəntiqinin təsiri altında vermişdir. Məhkəmə iclasında dindirilmiş şahid X6 Təhsil idarəsinin Cəbrayıl sektorunda baş inspektor vəzifəsində işləyən Şahid2 ifadəsində göstərmişdir ki, mayor Təqsirləndirilən şəxs şikayət etməsi ilə bağlı ərizəni özü yazmışdır. Övladı Zərərçəkmiş şəxs xx.xx.N22-ci il tarixdə SHXÇDX-nın Cəbrayıl rayon şöbəsindən müddətli həqiqi hərbi xidmətə çağırılaraq Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində N ay gənc əsgər kursu keçmişdir. Daha sonra xidmətini davam etdirmək üçün xx.xx.N22-ci il tarixdə N nömrəli hərbi hissəyə göndərilmişdir. Hal-hazırda övladı Zərərçəkmiş şəxs əsgər kimi N nömrəli hərbi hissədə xidmət edir. N nömrəli hərbi hissənin zabiti, mayor Təqsirləndirilən şəxs tanımamış, aralarında hər hansı düşmənçilik və ədavət olmamışdır. 08 aprel N23-cü il tarixdə saat 21:51-də ***-***-**-** saylı mobil nömrədən mobil telefonuna zəng gəlmişdir. Lakin mobil telefonun zəngini eşitmədiyindən cavab verə bilməmişdir. Həmin gün saat 21:55-də mobil telefonuna “Whatsapp” mobil tətbiqi vasitəsilə yenidən görüntülü zəng gəlmiş, zəngə cavab verdikdə həmin şəxsin övladı Zərərçəkmiş şəxs olduğunu görmüş, söhbət etməyə başlamışdır. Zərərçəkmiş şəxs mobil telefonu əsgər yoldaşı Şahid4 aldığını bildirmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs park növbətçisinin otağında tək olduğunu da demişdir. Təxminən beş dəqiqə söhbət etdikdən sonra otağa qəflətən bir nəfərin gəldiyini və Zərərçəkmiş şəxs mobil telefonu istədiyini eşitmişdir. Həmin şəxsin komandir heyətindən olduğunu güman etmişdir. Bu vaxt görüntü kəsilmiş, lakin səslər aydın şəkildə eşidilmişdir. Zərərçəkmiş şəxs həmin şəxsə zəngi sonlandırıb mobil telefonu verəcəyini bildirmiş, bu vaxt həmin şəxs Zərərçəkmiş şəxs “g........q telefonu ver bura” deyərək övladını təhqir etmişdir. Eyni zamanda otağın döşəməsi taxtadan olduğundan fiziki zorakılıq səsləri, taqqıltı səsləri eşitmişdir. Bu vaxt mobil telefonda uca səslə “komandir, mən valideyniyəm, xahiş edirəm övladımı vurmayın” deyə bildirmiş, lakin səsi eşidilməmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs həmin şəxsə “valdiyenimlə danışırdım” deyə bildirmişdir. Taqqıltı və qışqırıq səslərindən həmin şəxsin övladı Zərərçəkmiş şəxs döydüyünü, səsini ucaldaraq təhqir etdiyini aydın şəkildə eşitmişdir. Daha sonra isə mobil telefon əlaqəsi sonlandırılmışdır. Bu hadisədən təxminən 5-10 dəqiqə sonra Zərərçəkmiş şəxs məzuniyyətə gələrkən ondan mobil nömrəsini aldığı və bir dəfə mobil telefonla danışdığı komandir heyətindən olan baş leytenant Kəmaləddin adlı şəxsin ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlayıb özünü təqdim etmişdir, Kəmaləddinə övladı Zərərçəkmiş şəxs kiminsə döydüyünü və söydüyünü, həmin şəxsin kim olduğunu öyrənməsini və həmin şəxsin mobil nömrəsini bildirməsini xahiş etmişdir. Kəmaləddin də bu barədə maraqlanıb əlaqə saxlayacağını bildirmişdir. Bir neçə dəqiqə sonra Kəmaləddin əlaqə saxlayaraq Təqsirləndirilən şəxs mobil telefon nömrəsini bildirmiş və Təqsirləndirilən şəxs hal-hazırda məşğul olduğunu demişdir. Bir neçə dəqiqə sonra isə övladı Zərərçəkmiş şəxs xatırlamadığı mobil telefon nömrəsi ilə əlaqə saxlayıb “narahat olmamağını, salamatçılıq olduğunu” demişdir. Zərərçəkmiş şəxs bu məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edəcəyini bildirmişdir. Həmin gün təxminən 23:55-də Təqsirləndirilən şəxs mobil telefon nömrəsi ilə əlaqə saxlayıb özünü təqdim edərək övladını hansı səbəbdən təqhir etməsini və döyməsini soruşmuş, lakin Təqsirləndirilən şəxs övladını söyməyini və döyməyini etiraf etməyərək telefon zəngini sonlandırmışdır. Bir neçə dəfə Təqsirləndirilən şəxslə əlaqə saxlamağa çalışsa da, telefon zənginə cavab verməmişdir. Bu səbəbdən növbəti gün “Whatsapp” mobil tətbiqi vasitəsi ilə Təqsirləndirilən şəxs səsli mesaj göndərərək törətdiyi əmələ görə qanun qarşısında cavab verəcəyini, həmçinin söydüyü söyüşlərin öz övladlarına getməsini bildirmişdir. Həmin gün səhər saatlarında Təqsirləndirilən şəxs mobil telefonla əlaqə saxlayıb onunla sözlü mübahisə etmişdir. Həmçinin mübahisə zamanı Zərərçəkmiş şəxs söydüyünü etiraf etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid N nömrəli hərbi hissənin 1-ci taborunun döyüşə dəstək tağımının 2-ci pulemyot manqasının heyət nəfəri vəzifəsində, əsgər Şahid3 ifadəsində göstərmişdir ki, 08 aprel N23-cü il tarixdə xidmət etdiyi hərbi hissənin avtomobil parkında park gün növbətçisi olmuş, həmin vaxt park növbətçisi gizir Şahid1, digər gün növbətçiləri isə əsgər Şahid4 və əsgər Zərərçəkmiş şəxs olmuşdur. Həmin gün saat 21 radələrində avtomobil parkının qapısının yaxınlığında xidməti təşkil edərkən mayor Təqsirləndirilən şəxs əsgərlərdən birini çağırdığını eşidib əsgər Zərərçəkmiş şəxs mayor Təqsirləndirilən şəxs əsgərlərdən birini yanına çağırdığını bildirmişdir. Əsgər Zərərçəkmiş şəxs da Təqsirləndirilən şəxs otağına doğru getmişdir. Bir neçə dəqiqə sonra Zərərçəkmiş şəxs çıxıb yeməkxanaya tərəf getmiş və əlində qazanla mayor Təqsirləndirilən şəxs xidməti otağına yenidən qayıtmışdır. Bu hadisədən bir qədər sonra səs-küy eşitmişdir. Səs-küyə getmiş, mayor Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs: ”Sən telefon işlətməlisən?” dediyini eşitmişdir. Telefon axtarmaqlarını görmüş, telefonun daşını, batareyanı götürüb gizir Şahid1 vermiş, Şahid1 də telefonu yığıb mayor Təqsirləndirilən şəxs vermişdir. Mayor Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs qərargahın qarşısına getməsini demişdir. Daha sonra ilk növbədə Zərərçəkmiş şəxs, arxasınca isə Təqsirləndirilən şəxs parkdan çıxıb getmişlər. Xeyli vaxt gözləmiş, Zərərçəkmiş şəxs gəlməmiş, o isə istrahətinə getmişdir. Ertəsi gün növbətçiliyi təhvil verdikdən sonra Zərərçəkmiş şəxsla söhbət etmiş, söhbət zamanı Zərərçəkmiş şəxs mayor Təqsirləndirilən şəxs telefonu tutduğunu demiş. Necə olduğunu soruşduqda Təqsirləndirilən şəxs söyüş söyüb, yumruq atdığını demişdir. Məhkəmə iclasında dindirilmiş şahid N nömrəli hərbi hissənin 3-cü taborunun rabitə tağımının radio manqasının radiotelefonçusu vəzifəsində, əsgər Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.N23-cü il tarixdə xidmət etdiyi hərbi hissənin avtomobil parkında avtomobil gün növbətçisi olmuşdur. Həmin vaxt park növbətçisi gizir Şahid1, digər gün növbətçiləri isə əsgər Şahid3 və əsgər Zərərçəkmiş şəxs olmuşdur. Həmin gün saat 21 radələrində əsgər Zərərçəkmiş şəxs yaxınlaşaraq valideyni ilə danışmaq üçün mobil telefonumu istəmiş, “Ağdamdan gəlmişəm, atam ilə əlaqə saxlayım” demişdir. Zərərçəkmiş şəxs “Samsung J1 mini” markalı mobil telefonunu vermiş, “rəis özüdə burdadı narahat olma rahat danış” demişdir. Zərərçəkmiş şəxs mobil telefonu verdikdən sonra həmin gün saat 23 radələrində avtomobil parkında olarkən park növbətçisi gizir Şahid1 əsgər Zərərçəkmiş şəxs harada olduğunu soruşmuş, Şahid1 mayor Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs mobil telefon tutduğunu və mobil telefonu vurub yerə qırdığını demiş, qərargah rəisinə apardığını demiş. O isə qəragaha getmiş və mayor Təqsirləndirilən şəxs görüb məruzə etməməsini, özü cəzalandırlmasını, yoluna qoymasını istəmişdir. Mayor Təqsirləndirilən şəxs yanına gəldikdə, mayor Təqsirləndirilən şəxs artıq məruzə etdiyini bildirmiş, o isə xidmət yerinə qayıtmış və xidmətini davam etmişdir. 18 may N23-cü il tarixdə Tərtər Hərbi Prokurorluğu tərəfindən Təqsirləndirilən şəxs qarşı CM-nin 329.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs 14 aprel N23-cü il tarixli ərizəsində göstərmişdir ki, xx.xx.N23-cü il tarixdə saat 22 radələrində xidmət etdiyi hərbi hissənin avtomobil parkında gün növbətçisi olan zaman adını demək istəmədiyi xidmət yoldaşına məxsus mobil telefonla atası ilə danışarkən hərbi hissənin avtomobil xidmət rəisi mayor Təqsirləndirilən şəxs onun mobil telefonla danışdığını görüb onu təhqir edərək yumruqla başından, sonra sağ nahiyəsinə təpiklə sağ çiyin nahiyəsinə isə bir dəfə yumruq vurub ona qarşı zor tətbiq etmiş, daha sonra yuxarı komandalığa onun mobil telefon işlətməyi barədə və bununla bağlı “həbs”ə göndərilməyi barədə xahiş etmişdir. Bu səbəbdən mayor Samir Paşyev barəsində tədbir görülməsini xahiş edir. N nömrəli hərbi hissənin hərbi qulluqçusu, gizir Şahid1 ibtidai istintaqdan əvvəl vermiş izahatında və ibtidai istintaqdan zamanı video çəklişlə verdiyi ifadəsində Şahid1 göstərmişdir ki, 08 aprel N23-cü il tarixdə park növbətçisi olduğu zaman avtomobil parkında yerləşən xidməti otağında olarkən avtomobil xidmət rəisi mayor Təqsirləndirilən şəxs öz xidməti otağında kimləsə mübahisə edərək təqqiramız ifadə işlətdiyini eşitmişdir. Dəhlizə çıxdıqda mübahisəni istrahət otağında olduğunu müəyyən etmiş,daha sonra mayor Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs sağ çiyn nahiyyəsinə bir dəfə yumruq zərbəsi vurduğunu daha sonra həmin çiynindən tutaraq dəhlizə doğru dartığını görmüşdür. Mayor Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs hərbi hissənin qərargahının qabağına getməyini tələb etmiş, həmin vaxt Təqsirləndirilən şəxs təhqiramaz ifadələr işlətmiş, həmin vaxt mayor Təqsirləndirilən şəxs əlində smartfon tipli mobil telefon olmuşdur. Təqsirləndirilən şəxs ona əsəbləşərək əsgərləri niyə nəzarətsiz qoyduğunu, əsgərin smartfon tipli telefon işlətdiyini bildirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs telefonla ailə üzvləri ilə danışığını, danışığı sonlandırmaq üçün telefonu ona qaytarmağı xahiş etmiş, bu zaman mayor Təqsirləndirilən şəxs telefonu çöldə yerə çırpmışdır. Bundan sonra yenidən əsgər Zərərçəkmiş şəxs bir dəfə çiynindən dartmaqla iki dəfə çiynindən itələryərək ona hərbi hissənin qabağına getməsini bildirmişdir. Onun daha sonra baş vermiş hadisələrdən məlumatı olmamışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid2 video çəklişlə verdiyi izahatı cinayət işinə əlavə olunmuşdur. İş üzrə məhkəmə-tibbi ekspertizasının 04 may N23-cü il tarixli, 297 №-li ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı hər hansı xəsarət və xəsarət izi aşkar olunmamışdır. N nömrəli hərbi hissə tərəfindən verilmiş arayışa əsasən əsgər Zərərçəkmiş şəxs mobil telefonu işlətməsi ilə bağlı hərbi hissənin nizami hissəsinə hər hansı raport təqdim olunmamış və “daxil olan sənədlərin qeydiyyatı” kitabında qeydiyyatdan keçməmiş və qeyd olunan faktla bağlı hərbi hissədə hər hansı araşdırma aparılmamışdır. N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş arayışa əsasən xx.xx.N23-cü il tarixdə Daxili Xidmət Nizamnaməsinin 11-ci bəndinə əsasən mayor Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs üçün rəis hesab olunmuşdur. N nömrəli hərbi hissə komandirinin N aprel N23-cü il tarixli 02 nömrəli əmrindən çıxarışdan görünür ki, əsgər Zərərçəkmiş şəxs 4-cü taborun 10-cu bölüyünün 2-ci taqımının 1-ci qrupunun kəşfiyyatçı-heyət nəfəri 3-cü taborun döyüş dəstək tağımının 3-cü pulemyot manqasının tuşlayıcısı vəzifəsinə təyin olunmuşdur. N nömrəli hərbi hissə tərəfindən verilmiş xidməti vərəqədən görünür ki, 16 may N22ci il tarixdən 16 iyun N22-ci il tarixədək Zərərçəkmiş şəxs “Şiddətli töhmət” və ”töhmət” verilmişdir. N nömrəli hərbi hissədən Zərərçəkmiş şəxs barəsində verilmiş xidməti xasiyyətnamədə o müsbət xarakterizə olunur. N nömrəli hərbi hissə komandirinin N sentyabr N22-ci il tarixli 275 nömrəli əmrindən çıxarışdan görünür ki, mayor Paşayev X3 nazirinin müavini – X4 23 avqust N22-ci il tarixli 0100 nömrəli əmrinə əsasən maddi-texniki təminat bölməsinin (Q4) avtomobil xidməti rəisi vəzifəsinə təyin edilmiş, Kəlbəcər rayonu N nömrəli hərbi hissədən gəlmiş hesab edilmiş və N sentyabr N22-ci il tarixdən hərbi hissənin bütün növ təminatlara daxil edilməklə vəzifəsinin qəbuluna və icrasına başlamışdır. N nömrəli hərbi hissədən verilmiş xidməti xasiyyətnamədən görünür ki, xidmət etdiyi müddət ərzində özünü bacarıqlı, işgüzar bir zabit kimi göstərməyə çalışmışdır. N nömrəli hərbi hissəsinin Hərbi Həkim Komissiyasının arayışından görünür ki, mayor Təqsirləndirilən şəxs hərbi xidmətə yararlı hesab edilmişdir. DİN-in BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, mayor Paşayev X1 Hərbi Məhkəməsinin 21 may N14-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 331.3cü maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Cəlilabad Hərbi Məhkəməsinin xx.xx.N23-cü il tarixli məktubuna əsasən məhkumluğu ödənilmişdir. N nömrəli hərbi hissənin komandiri tərəfindən verilmiş 11 oktyabr N23-cü il tarixli məktubundan görünür ki, mayor Təqsirləndirilən şəxs 19-N sentyabr N23-cü il tarixində antiterror əməliyyatlarında iştirak etmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə təqsirləndirilən şəxs mayor Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək hazırda Zərərçəkmiş şəxs ilə barışdığını, sonuncunun ona qarşı heç bir şikayətinin,tələbəinin və iddiasının olmadığını, özünü ona elan olunmuş ittiham üzrə təqsirli bildyini, qeyd olunanların nəzərə alınaraq barəsində olan cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək hazırda mayor Təqsirləndirilən şəxs ilə barışdığını, bu səbəbdən ona qarşı heç bir şikayətinin olmadığını bildirmiş və məhkəmədən mayor Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Dövlət ittihamçısı məhkəmə çıxışında Təqsirləndirilən şəxs CM-nin 329.1-ci maddəsi ilə təqsirli bilinərək ona aylıq pul təminatına dövlət nəfinə 10% məbləğində pul tutulmaqla 6 (altı) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırılma cəzasının təyin edilməsini məhkəməyə təklif etmişdir. Təqsirləndirilən şəxs məhkəmə çıxışında özünü CM-nin 329.1-ci maddəsi ilə təqsirli bilərək, məhkəməyə vəsatətlə müraciət edərək göstərmişdir ki, 23 ildir Azərbaycan Ordusunda xidmət etmiş, həmçinin N23-cü ilin sentyabr ayında keçirilmiş antiterror əməliyyatlarında iştirak etmişdir, hadisədən sonra zərəçəkmiş şəxs Zərərçəkmiş şəxsla barışmış, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur və məhkəmədən qeyd edilənlərin nəzərə alınaraq barəsində olan cinayət işinə zərərçəkmiş şəxslə barışmaqla və şəraitin dəyişməsi ilə bağlı xitam verilməsini xahiş etmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən və zərərçəkmiş şəxslərin, şahidlərin) həm məhkəmə, həm də ibtidai istintaq zamanı verdikləri ifadələrini, qarşılıqlı təhlil edərək, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, məhkəmədə Təqsirləndirilən şəxs ona xidməti ev verilməsi səbəbindən özünü CM-nin 329.1-ci maddəsi ilə təqsirli bilməsi ilə bağlı fikri özünün əməlinin yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs əməlində CMnin 329.1-ci maddəsinin cinayət tərkibi vardır və onun həmin cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tamamilə sübuta yetirilmişdir. Məhkəmədə verdiyi ifadəsində Şahid1 ibtidai istintaqdan əvvəl verdiyi izahatını və ibtidai istintaq zamanı verdiyi ifadısini təsdiq etməməsi və Təqsirləndirilən şəxs zərəçəkmiş şəxs Raul Bəşirova zor tətbiq etməsinin şahidi olmamasıni bildirməsi faktı dığər sübutlarla təkzib olunduğundan, məhkəmə hesab edir ki, Şahid1 ibtidai istintaqda verdiyi ifadəsi daha inandırıcı olduğundan bu ifadəsi sübut kimi qəbul olunmalıdır və məhkəmədə verdiyi ifadəsi digər sübutlarla təsdiq olmadığından sübut kimi qəbul olunmamalıdır. CM-nin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39.1.9. 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair" N11-ci il 15 iyul tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu CM-nin 73-cü maddəsində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə barışmaqla əlaqədar cinayət məsuliyyətindən azad etmə institutu ilə bağlı göstərmişdir ki. CM-nin 73-cü maddəsi cinayət təqibinə xitam verilməsinin aşağıdakı şərtlərini müəyyən etmişdir: 1)Barəsində cinayət təqibi başlanmış şəxsin əməli böyük ictimai təhlükə törətməyən olmalıdır; 2)Təqsirləndirilən şəxs zərərçəkmişə dəymiş ziyanı ödəmiş və ya vurulmuş zərəri aradan qaldırmış olmalıdır; 3)Təqsirləndirilən şəxs zərərçəkmişlə barışmış olmalıdır. Göstərilən şərtlərin hamısı mövcud olduqda, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad oluna bilər. Məhkəmə, həm dövlət ittihamçısının və həm də təqsirləndirilən şəxsin məhkəmə çıxışı zamanı qeyd etkiləri mövqeylərini, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin məhkəməyə ünvanladığı ərizələrini və Təqsirləndirilən şəxs qarşı elan olunmuş ittihamı nəzərdən keçirib təhlil edərək, həmçinin həm ibtidai istintaq zamanı, həm məhkəmə istintaqı zamanı sübuta yetirilmiş işin hallarını, təhqiqat və ibtidai istintaqın aparılmasının xüsusiyyətlərini və hadisənin baş vermə səbəbini, mexanizmini və şəraitini, hadisədən sonra təqsirləndirilən şəxsin davranışını və onun şəxsiyyətini səciyyələndirən hallara nəzər salaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 73.1-ci və 74-cü maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilərək, barəsində cinayət təqibinə xitam verilməsi barədə xahişi əsaslıdır. Yuxarıda qeyd olunanlara əsasən göründüyü kimi CM-nin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması və ona dəymiş ziyanı ödəməsi və ya vurulmuş zərəri aradan qaldırması ilə bağlı şərtlər müəyyən olunduqda böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilmədən islah olunması mümkündür. CM-nin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 iyul N22-ci il tarixli Qərarında qeyd olunan hüquqi mövqeyə görə cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması cinayət qanunvericiliyinin ümumi qəbul olunmuş yanaşmasıdır. Bu zaman cinayətlərin törədilməsinin qarşısını alan ən təsirli vasitə cəzanın ağırlığı deyil, onun qaçılmazlığıdır (ubi culpa est, ibi poena subesse debet). Bununla yanaşı qanunla nəzərdə tutulan bir sıra hallarda cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər. Müasir cinayət ədalət mühakiməsi sisteminin fərqləndirici xüsusiyyəti cinayət məsuliyyətindən azad etmənin həm məhkəməyədək mərhələdə, həm də məhkəmə icraatı mərhələsində mümkün olması, bununla da cinayət təqibinə xitam verilməsilə əlaqədar cinayət işlərinin sayının azalma prosesidir. Həmin institutun həyata keçirilməsinin fərqli ölkələrdə müxtəlif prosedurlarının olmasına baxmayaraq hüquqi mahiyyəti hər yerdə eyni qalır – prosessual qanunvericilikdə nəzərdə tutulmuş hallarda cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi. Qeyd edilməlidir ki, cinayət məsuliyyətindən azad etməni o zaman əsaslandırılmış və ədalətli hesab etmək olar ki, cinayət törətdikdən sonra təqsirləndirilən şəxsin cinayət cəzası təyin edilmədən azad edilməsi şəxsin hüquq və azadlıqlarının, bütün hüquq qaydalarının cinayətkar qəstdən müdafiəsinə maneə olmur və bununla yanaşı təqsirkar şəxsin islah olunmasına, yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına yardımçı, cinayət qanunvericiliyinin vəzifələrinə isə müvafiq olur və cəzanı tətbiq etmədən də onun məqsədlərinə nail olmağa imkan verir. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında CM-nin 73-cü maddəsi ilə bağlı açıqlamalar verilmiş, o cümlədən “Azərbaycan Respublikası CPM-nin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” N11-ci il 15 iyul tarixli Qərarında həmin maddəyə daha geniş təfsir verilmişdir. Qeyd edilən Qərarda Konstitusiya Məhkəməsinin Plenumu CM-nin 73-cü maddəsində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə barışmaqla əlaqədar cinayət məsuliyyətindən azad etmə institutu ilə bağlı aşağıdakıları göstərmişdir: - zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması nəticəsində təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə əlaqədar cinayət işinə xitam verilməsinin əsaslarının və şərtlərinin müəyyənləşdirilməsi cinayət hüququnda dispozitivlik prinsipinin (cinayət prosesi subyektinin özünün maddi və prosessual hüquqlarından istifadə etmək imkanının) gücləndirilməsi kimi çıxış edir; - CM-nin 73-cü maddəsi bütün böyük ictimai təhlükə törətməyən cinayətlərə şamil edilir; - CM-nin 73-cü maddəsində imperativ norma ifadə edilməmişdir. Bu maddəyə müvafiq olaraq dispozitivliyin təsiri ictimailiklə bir müstəviyə qoyula bilməz. Belə ki, aralarında barışığa gəlmiş zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin iradələrini ifadə etmələri işə xitam verilməsinə dair qərarın qəbul edilməsinə səbəb olmur, sadəcə səlahiyyətli orqanlar tərəfindən belə qərarın qəbul edilməsini mümkün edən şərtlərdən biri qismində çıxış edir. Qanun belə qərarın qəbul edilməsini səlahiyyətli orqanların vəzifəsi deyil, hüququ kimi müəyyən etmişdir; - CM-nin 73-cü maddəsinə əsasən zərərin ödənilməsi cinayət məsuliyyətindən azad edilmənin ən vacib şərtlərindən biridir. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, CM-nin 73-cü maddəsi cinayət təqibinə xitam verilməsinin aşağıdakı şərtlərini müəyyən etmişdir:1)barəsində cinayət təqibi başlanmış şəxsin əməli böyük ictimai təhlükə törətməyən; 2)təqsirləndirilən şəxs zərərçəkmişə dəymiş ziyanı ödəmiş və ya vurulmuş zərəri aradan qaldırmış; 3)təqsirləndirilən şəxs zərərçəkmişlə barışmış olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu CM-nin 73-cü maddəsinin tələblərinə vəözünün bu maddə ilə bağlı əvvəlki qərarlarındakı hüquqi mövqelərinə əsaslanaraq belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxslə barışmaqla bağlı cinayət məsuliyyətindən azad etmə yalnız müəyyən şərtlər daxilində mümkündür. Qeyd edildiyi kimi, CM-nin 73.1-ci maddəsinin tələbləri baxımından cinayət məsuliyyətindən azad etmənin ilk şərti böyük ictimai təhlükə törətməyən cinayətin törədilməsidir. Lakin bu zaman cinayət törətmiş şəxsi xarakterizə edən halların nəzərə alınması böyük əhəmiyyət kəsb edir. Belə ki, cinayət törətmiş şəxsin ictimai təhlükəlilik dərəcəsinin müəyyən edilməsi zamanı məhkəmə təcrübəsi, ilk növbədə, törədilmiş cinayətin xarakterindən və ağırlıq dərəcəsindən, həmçinin təqsirləndirilən şəxsin cinayəti törədənədək və törətdikdən sonrakı hərəkətlərini (şəxsiyyətini) səciyyələndirən hallardan (belə halların dairəsi müxtəlifdir) çıxış edir. Bununla yanaşı onlardan bəziləri qanunun mətnində birbaşa göstərilmiş və mütləq əhəmiyyət kəsb edir. CM-nin 73.1-ci maddəsində belə hallar sırasında böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması və ona dəymiş ziyanı ödəməsi və ya vurulmuş zərəri aradan qaldırması müəyyən olunmuşdur. Yalnız göstərilən şərtlərin yerinə yetirilməsi böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilmədən islah olunmasının təminatı ola bilər. Bu səbəbdən zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasına dair ərizəsinə baxılarkən nəinki bunun üçün qanunla nəzərdə tutulan əsasların olub-olmaması yoxlanılmalı, həmçinin törədilmiş əməlin ictimai təhlükəliliyi, təqsirləndirilənin şəxsiyyəti, cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar da daxil olmaqla konkret işin bütün halları nəzərə alınmalıdır. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, CM-nin 73.1-ci maddəsinin tələblərinə uyğun olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, ona dəymiş ziyanı ödəməsi və ya vurulmuş zərəri aradan qaldırması onun cinayət məsuliyyətindən azad edilməsinə dair qərarın qəbul olunmasına səbəb olmur. Qanunverici belə qərarın qəbul edilməsini cinayət prosesini həyata keçirən orqanların vəzifəsi deyil, hüququ kimi müəyyən etmişdir. CM-nin 73-cü maddəsinin tələblərinə əsasən zərərçəkmiş şəxslə barışıq cinayət məsuliyyətindən azad edilmənin müstəqil şərti kimi nəzərdə tutulmuşdur. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq, cinayət törətmiş şəxsin cəzalanmalı olub-olmaması məsələsinin zərərçəkmiş şəxsin mülahizəsinə verilməsi qanunvericinin zərərçəkmiş şəxsin maraqlarına hörmətlə yanaşmasına dəlalət edir və sosial ədalətin bərpa edilməsi məqsədini daşıyır. Əgər zərərçəkmiş şəxs hesab edirsə ki, təqsirləndirilən şəxs ondan üzr istədikdə, ...dəymiş maddi və ya mənəvi zərəri ödədikdə və s. hallarda ədalət bərpa olunar, bu halda cinayət mühakimə icraatını həyata keçirən orqanlar cinayət təqibinin aparılmasında israrlı olmamalıdır. Tərəflərin barışması səbəbindən cinayət təqibinə xitam verilməsi ilə cinayət məsuliyyətindən azad etmə özünün mühüm şərti kimi cinayət törətmiş şəxs və zərərçəkmiş şəxs arasında elə bir barışıq vəziyyətini nəzərdə tutur ki, bu, münaqişənin davamından imtinaya gətirib çıxarır. Onların razılaşdırılmış, aydın, sərbəst və birmənalı bəyanlarının qanunun tələbindən irəli gələrək səlahiyyətli orqan tərəfindən də tanınmasını tələb edir. Zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasına dair ərizəsinə baxılarkən nəinki bunun üçün qanunla nəzərdə tutulan əsasların olub-olmaması yoxlanılmalı, həmçinin törədilmişəməlin ictimai təhlükəliliyi, təqsirləndirilənin şəxsiyyəti və işin bütün halları nəzərə alınmalıdır; Məhkəmə həmçinin Təqsirləndirilən şəxs barəsində CM-nin 74-cü maddəsinin tətbiq edilməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. CM-nin 74-cü maddəsinə görə, şəraitin dəyişməsi nəticəsində törədilmiş əməlin və ya bu əməli törətmiş şəxsin ictimai təhlükəli olmadığı müəyyən edildikdə, böyük ictimai təhlükə törətməyən cinayət və ya az ağır cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər. Cinayət hüquq nəzəriyyəsinə görə şəraitin dəyişməsi ilə cinayət məsuliyyətindən azad etmə aşağıda göstərilən şərtlər daxilində mümkündür: 1)cinayətin ilk dəfə törədilməsi; 2)törədilən cinayətin böyük ictimai təhlükə törətməyən, yaxud da az ağır cinayətlər kateqoriyasına aid olması; 3)şəraitin dəyişməsi ilə şəxsin təhlükəliliyinin, yaxud da cinayətin ictimai təhlükəliliyinin aradan qaldırılması. Şəraitin dəyişməsi istintaq zamanı, yaxud da məhkəmədə işə baxılan zaman baş verməlidir. Cinayət hüquq nəzəriyyəsində şəraitin dəyişməsi dedikdə, cinayət törədilən ana qədər mövcud olan vəziyyətlə müqayisədə şəxsin həyatında şəraitin ciddi surətdə dəyişməsi başa düşülür. Belə hallarda şəraitin dəyişməsi şəxsin həyatı ilə bağlı olur. Bu, cinayət törədən şəxsin yaşayış yerini dəyişməsində, ali məktəbə daxil olmasında, həqiqi hərbi xidmətə getməsində, hərbi xidmətdən tərxis olunmasında və s. ifadə oluna bilər. Bundan başqa, şəraitin dəyişməsi siyasi, iqtisadi və sosial sahələrdə baş verən dəyişikliklərlə də bağlı ola bilər. Belə dəyişiklik ölkə miqyasında və ya müəyyən regionda, şəhərdə və s. ərazidə baş verə bilər. Şəraitin dəyişməsinin nisbətən geniş miqyasda baş verməsi ictimai münasibətlər sistemində elə dəyişikliyi nəzərdə tutur ki, bunun təsiri ilə cinayət əməli öz maddi əlamətini - ictimai təhlükəliliyini itirir. CM-nin 74-cü maddəsinin və CPM-nin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında hüquqi mövqeyə görə CPM-nin 40-cı maddəsində iki növdə olan hallar təsbit edilmişdir. Birincisi, cinayət prosesini həyata keçirən orqanların mülahizəsinə görə cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar. Belə ki, CPM-nin 40.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-nin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hallarda cinayət təqibinin başlanılmaması və ya ona xitam verilməsi cinayət prosesini həyata keçirən orqanların hüququ olaraq qalır (onlar üçün məcburi xarakter kəsb etmir). CM-nin 74-cü maddəsinin tətbiqi ilə şəxsin cinayət məsuliyyətindən azad edilməsi və bununla əlaqədar olaraq onun barəsində cinayət təqibinə xitam verilməsi üçün, ilk növbədə, şəxsin təqsiri müəyyən edilməli, bundan sonra şəraitin dəyişmiş olmasına dəlalət edən hallar müəyyən edilərək qiymətləndirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” N11-ci il 15 iyul tarixli Qərarında “cinayət məsuliyyətindən və cəzadan azad etmə” anlayışlarına aydınlıq gətirərək göstərmişdir ki, nəzəriyyədə cinayət məsuliyyətindən azad etmə dedikdə, törədilmiş cinayətə görə dövlətin şəxsi mühakimə etməkdən və ona cəza tətbiq etməkdən imtina etməsi başa düşülür. Cinayət məsuliyyətindən azad etmə həm məhkəməyədək mərhələdə, həm də məhkəmə baxışı mərhələsində mümkündür. CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. CPM-nin 40.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-nin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Məhkəmə, yuxarıda şərh edilənlərə əsaslanaraq və təqsirləndirilən şəxslə zərərcəkmiş şəxsin barışmasını, zərəcəkmiş şəxsə dəymiş ziyan tam aradan qaldırılmasını, zərəcəkmiş şəxsin təqsirləndirilən şəxslə barışdığından Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin xitam olunması barədə müraciətini, təqsirləndirilən şəxsin ailəli olmaqla himayəsində üş azyaşlı uşağının olmasını, məhkəmədə işə baxılan ərəfədə N23-cü ilin sentyabr ayının19-N tarixlərdə kecirilmiş antiterror əməliyyatlarında iştirak etməsini, hadisənini zərərcəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsini, bu zaman zərərcəkmiş şəxsə hər hansı bir xəsarət yetirilməməsini, törədilmə şəraiti və bundan sonra keçən müddət ərzində şəraitin dəyişməsi və Təqsirləndirilən şəxs şəxsiyyətini səciyyələndirən yuxarıda sadalanan amillər bu əməli törətmiş Təqsirləndirilən şəxs artıq şəxsiyyətinini ictimai təhlükəli olmamasını təsdiq edən hallar olduğunu nəzərə alaraq, CM-nin 73.1-ci maddəsinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul N22-ci il tarixli Qərarına və CM-nin 74-cü maddəsinə tələbini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsaslanaraq, həmçinin cinayət təqibinə xitam verilməsi hüququndan istifadə etməyi yuxarıda sadalanan işin hallarına əsasən zəruri hesab edərək, belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 329.1-ci maddəsi ilə təqsirləndirildiyi cinayət işi üzrə Zərərçəkmiş şəxs üzr istəyərək onunla barışdığından, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi olmadığından barəsində olan cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etməsini, həmçinin şəraitin dəyişməsi nəticəsində bu əməli törətmiş Təqsirləndirilən şəxs şəxsiyyətinin ictimai təhlükəliliyi olmadığı müəyyən edildiyindən Təqsirləndirilən şəxs CM-nin 73.1-ci maddəsinə əsasən zərərcəkmiş şəxslə barışmaqla bağlı, həmçinin həmin Məcəllənin 74-cü maddəsinə əsasən şəraitin dəyişməsi ilə bağlı cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət təqibinə xitam verilməlidir. CPM-in 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Təqsirləndirilən şəxsnin barəsində cinayət təqibinə xitam veriləcəyindən ibtidai istintaq orqanı tərəfindən onun barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 73.1,74 və 321.2.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R V E R D İ:
1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə təqsirləndirildiyi cinayət işi üzrə zərərçəkmiş şəxslə barışmaqla bağlı Azərbaycan Respublikası CM-nin 73.1-ci maddəsinə əsasən, həmçinin həmin Məcəllənin 74-cü maddəsinə əsasən şəraitin dəyişməsi ilə bağlı cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən başlanmış cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilsin.
2. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri ləğv edilsin.
3. Qərarın surəti 3 (üç) gün müddətində cinayət prosesi tərəflərinə verilsin və ya poçt vasitəsi ilə göndərilsin.
4. Qərardan elan olunduğu vaxtdan N gün müddətində Tərtər Hərbi Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər.
Sədrlik edən : İlqar Quliyev