Məhkəmə qərarları › İş №1-1(098)-179/2024

Tərtər Hərbi Məhkəməsi Hökm — İş №1-1(098)-179/2024

21.11.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tərtər rayonu İş № 1-1(098)-179/2024 21.11.2024 TƏRTƏR HƏRBİ MƏHKƏMƏSİ Tərtər Hərbi Məhkəməsinin sədri X15 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Gülmira Şəmsəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Hərbi X1 Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçisi Tərtər rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxx N00N-ci il tarixdə ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla, Mingəcevir şəhəri, Dilarə Əliyeva kücəsi, bina N, mənzil 8-də yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, cinayət törədilən zaman N nömrəli hərbi hissəsinin 1-ci divizionun tibb məntəqəsinin sanitar təlimatçısı vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi əsgər hərbi rütbəsində xidmət etmiş, hazırda işsiz, barəsində xx.xx.N4-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 333.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tərtər Hərbi Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçu kimi üzrlü səbəblər olmadan bir aydan artıq, lakin üç aydan çox olmayaraq xidmət yerinə vaxtında qayıtmamışdır. Belə ki, Təqsirləndirilən şəxs Tərtər rayonunun İsmayılbəyli kəndində yerləşən N nömrəli hərbi hissəsinin 1-ci divizionunun tibb məntəqəsinin sanitar təlimatçısı vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edərkən xx.xx.N4-cü il tarixdə 7 (yeddi) gün müddətinə ailə vəziyyəti ilə bağlı məzuniyyətə buraxılmış, xx.xx.N4-cü il tarixdə saat 13:00-dək xidməti yerinə qayıtmalı olmasına baxmayaraq qayıtmamış və N nömrəli hərbi hissə komandirinin N oktyabr N4-cü il tarixli, N95 nömrəli əmri ilə həmin tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlarından çıxarılmaqla ehtiyyata tərxis edilmişdir və bununlada müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçu kimi üzrlü səbəblər olmadan bir aydan artıq, lakin üç aydan çox olmayaraq xidməti yerinə vaxtında qayıtmamışdır. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməllərini törətməsi özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, sənədlər, habelə sair iş materialları ilə sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs CM-nin 333.4-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək məhkəmə istintaqında verdiyi ifadəsində göstərdi ki, N8 sentyabr N3-cü il tarixdə Azərbaycan Respubikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların ilkin hazırlığı kursunu keçdikdən sonra 1N dekabr N3-cü il tarixdən N nömrəli hərbi hissənin 1-ci divizionun tibb məntəqəsinin sanitar təlimatçısı vəzifəsinə təyin olunmuş, N oktyabr N4-cü il tarixdə isə ordu sıralarından ehtiyata buraxılmışdır. O, N nömrəli hərbi hissənin 1-ci divizionun tibb məntəqəsinin sanitar təlimatçısı vəzifəsində xidmətdə olarkən ailə vəziyyəti ilə bağlı məzuniyyətə çıxmaq istəməsi səbəbindən bununla bağlı raport yazaraq hərbi hissə komandirinə müraciət etmiş, onun yazdığı raport nəzərə alınmaqla N iyul N4-cü il tarixdən 7 (yeddi) gün müddətinə N iyul N4-cü il saat 13:00-dək ailə vəziyyəti ilə əlaqədar məzuniyyətə buraxıldıqdan sonra yaşadığı Ağdam şəhəri, Ə.İbrahimov küçəsi, döngə N, ev N8 ünvanında yerləşən mənzilə getmiş, məzuniyyət müddəti bitdikdən sonra şəxsi problemləri ilə əlaqədar, aldığı aylıq əmək haqqı onu qane etmədiyindən, öz maddi problemlərini aradan qaldırmaq məqsədi ilə özünə yüksək əmək haqqılı iş tapmaq üçün xidməti yerinə gəlməmişdir. Xidməti yerinə qayıtmadığı müddət ərzində hərbi hissədən onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəyə zəng edilərək, xidmət yerinə qayıtmağını bildirsələr də, şəxsi problemlərini həll etdikdən sonra xidmətə qayıdacağını demiş, bundan başqa xidmət yoldaşları onun yaşadığı ünvana gəlsələr də, onlara maddi problemləri olması səbəbindən xidmət yerinə qayıda bilmədiyini də bildirmişdir. Həmin vaxtlarda elə də ciddi hər hansı şəxsi və ya ailə problemi olmamış, sadəcə olaraq atası XN ickilərin alüdəcisi olduğundan anası X5 daim naraht etdiyindən anasını tək evdə 14 yaşlı bacısı ilə tək qoya bilmədiyindəb xidmət yerinə uzun müddət qayıda bilməmişdir, atası və anası arasında rəsmi nikahları pozulduqdan sonra anası və bacısı ilə birlikdə nənələrinin yaşadığı Mingəcevir şəhərinə köcmüşdülər, atası dəfələrlə Mingəçevir şəhərinə gedib anasının kirayədə yaşadığı evdə narahatçılıqlar yaratmışdır. Bu səbəbdən xidmət yerinə qayıtmaq imkanı olmamışdır. Anası və 14 yaşlı bacısı nənəsi X3 və qardaşı N nömrəli hərbi hissənin hərbi qulluqçusu X11 ilə birlikdə yaşayır. Ailə üzvlərindən ağır xəstə olan və xəstəlikdən əziyyət çəkəni yoxdur. Aldığı əmək haqqı az olduğuna görə özünə başqa iş axtardığı üçün xidmət yerinə qayıda bilməmiş, hazırda işsizdir. O, hərbi xidmət dövründə bütün növ təminatlarla tam təmin olunmuş, hərbi hissədə olmadığı müddət ərzində digər hər hansı cinayət və ya inzibati xarakterli əməl törətməmişdir. Xidmət yerinə gəlməməsi əməlindən peşmandır və xidmətə məsuliyyətsiz yanaşdığı üçün səhvlərini başa düşür. N oktyabr N4-cü il tarixdə hərbi xidmətdən ehtiyata buraxılmış və hazırda işsizdir, Mingəcevir şəhərində günəmuzd fəhlə kimi iş olanda günü 10 manata restoranlarda ofisiant işləyir, Ağdam rayon məcburi köçkünüdür, hazırda isə ordu sıralarından ehtiyata buraxılmışdır. Ona görə də bütün bunların nəzərə alınmasını və ona 100 manat cərimə cəzası verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqında ifadəsi tədqiq olunmuş Şahid1 ibtidai istintaqda verdiyi ifadəsində bildirmişdir ki, 15 noyabr N1-ci il tarixdən N nömrəli hərbi hissənin 1-ci divizionun baş çavuşu vəzifəsində, baş gizir hərbi rütbəsində xidmət edir. Təqsirləndirilən şəxs hərbi xidmət dövründə tanımışdır, onunla heç bir ədavəti və düşmənçiliyi olmamış, habelə yaxın qohumluq əlaqələri yoxdur, münasibətləri xidməti olmuşdur. Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin 1-ci divizionun tibb məntəqəsinin sanitar təlimatçısı vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi əsgər hərbi rütbəsində xidmət etmiş, hazırda isə ordu sıralarından ehtiyata buraxılmışdır. Təqsirləndirilən şəxs N iyul N4-cü il tarixdə ailə vəziyyəti ilə əlaqədar olaraq 7 (yeddi) gün müddətinə məzuniyyətə getmiş, N iyul N4-cü il tarixdə saat 13:00-da Tərtər rayonunun İsmayılbəyli kəndində yerləşən xidməti yerinə gəlməmişdir. Bu səbəbdən də, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin qazan təminatından çıxarılıb, hərbi hissəni özbaşına tərk edənlər siyahısına salınması barədə xx.xx.N4cü il tarixdə polkovnik-leytenant İltimas Adilov N nömrəli hərbi hissə komandirinə raportla müraciət etmişdir. Təqsirləndirilən şəxs xidməti yerinə gəlmədiyi müddət ərzində o, Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrələrinə zəng edərək əlaqə saxlayıb, xidməti yerinə qayıtmağını, törətdiyi əməlin cinayət olmasını və barəsində cinayət işinin başlanmasını desə də, Təqsirləndirilən şəxs ona ailəvi və maddi cəhətdən problemlərinin olduğunu və həmin problemlərini aradan qaldırdıqdan sonra qısa müddətə xidməti yerinə qayıdacağını bildirmiş, lakin daha sonra mobil telefon nömrələrinə cavab verməmişdir. Təqsirləndirilən şəxs xidməti dövründə bütün növ təminatlarla təmin olunmaqla yanaşı, N4-cü il ərzində nəzərdə tutulmuş məzuniyyət huququndan tam istifadə etmiş, həmçinin şəxsi problemləri ilə əlaqədar olaraq icazə istədiyi vaxtlarda komandalıqla razılaşdırmaqla buraxılışa göndərilmişdir. Təqsirləndirilən şəxs qarşı nizamnamədənkənar hərəkətlərə yol verilməsi halları olmamışdır. Məhkəmə istintaqında ifadəsi tədqiq olunmuş ŞahidN ibtidai istintaqda verdiyi ifadəsində bildirmişdir ki, 09 sentyabr N4-cü il tarixdən N nömrəli hərbi hissənin 1-ci divizionun qərargah rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi vəzifəsində, mayor hərbi rütbəsində xidmət edir. Təqsirləndirilən şəxs hərbi xidmət dövründə tanımışdır, onunla heç bir ədavəti və düşmənçiliyi olmamış, habelə yaxın qohumluq əlaqələri yoxdur, münasibətləri xidməti olmuşdur. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs N iyul N4-cü il tarixdə ailə vəziyyəti ilə əlaqədar olaraq 7 (yeddi) gün müddətinə məzuniyyətə getmişdir. Təqsirləndirilən şəxs N iyul N4-cü il tarixdə saat 13:00-da Tərtər rayonunun İsmayılbəyli kəndində yerləşən xidməti yerinə gəlmədiyindən Təqsirləndirilən şəxs harada olması ilə maraqlanmaq üçün 18 sentyabr N4-cü il tarixdə yaşadığı ünvana hərbi hissədən nümayəndələr göndərmiş, Təqsirləndirilən şəxs hərbi hissənin nümayəndələrinə aylıq əmək haqqı az olması səbəbindən xidməti yerinə gəlmədiyini və ordu sıralarından ehtiyata buraxılmaq üçün qısa müddətə hərbi hissəyə gələcəyini demiş, lakin N oktyabr N4-cü il tarixədək xidməti yerinə qayıtmamışdır. Təqsirləndirilən şəxs xidmət etdiyi müddət ərzində bütün növ təminatlarla təmin olunmuş, ona qarşı nizamnamədənkənar hərəkətlərə yol verilməsi halları olmamışdır. N nömrəli hərbi hissə komandirinin N iyul N4-cü il tarixli, N1N nömrəli əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 7(yeddi) gün müddətinə N iyul N4-cü il saat 13:00-dək məzuniyyətə buraxılmışdır. N nömrəli hərbi hissənin qərargah rəisinin N iyul N4-cü il tarixli raportuna və N nömrəli hərbi hissə komandirinin N iyul N4-cü il tarixli, N19 nömrəli əmrinə əsasən Təqsirləndirilən şəxs N iyul N4-cü il tarixdə saat 13:00-dək ailə vəziyyəti ilə əlaqədar məzuniyyətdən xidmət yerinə qayıtmadığı üçün üzrlü səbəb olmadan xidməti yerinə vaxtında gəlməmiş hesab edilməklə bütün növ təminatları dayandırılmışdır. N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş N sentyabr N4-cü il tarixli 141 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs N4-cü il üçün nəzərdə tutulmuş növbəti məzuniyyət günlərindən tam istifadə etmişdir. Təqsirləndirilən şəxs: -AA ******* nömrəli xxxxxxx fərdi identifikasiyalı Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxx N00N-ci ildə doğulmuşdur. -Vətəndaş haqqında elektron sənəddən edilmiş çıxarışdan görünür ki, xx xxx N00N-ci ildə Ağdam rayonunun Quzanlı kəndində doğulmuşdur. -“Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların həqiqi hərbi xidmətə daxilolma haqqında” bağlaşmadan görünür ki, imzaladığı həmin bağlaşma xx.xx.N3cü il tarixdə təsdiq edilmiş və bağlaşmanın müddəti 3 (üç) il müəyyən edilmişdir. -Azərbaycan Ordusuneun Təlim və Tədris Mərkəzi rəisinin 11 dekabr N3-cü il tarixli 353 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, N3-cü ilin dekabr ayında «Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların hazırlığı kursu» bitirib Azərbaycan Ordusunda bağlaşma əsasında 3 (üç) il müddətinə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü qəbul edilərək, 11 dekabr N3-cü il tarixdən şəxsi heyətin siyahısından, və bütün növ təminatlardan çıxarılmaqla N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. -N nömrəli hərbi hissə komandirinin 1N dekabr N3-cu il tarixli, 368 nömrəli əmrindən çıxarışdan görünür ki, N nömrəli hərbi hissənin 1-ci divizionun tibb məntəqəsinin sanitar təlimatçısı vəzifəsinə təyin edilmişdir. -N nömrəli hərbi hissənin təqdim etdiyi xidməti xasiyyətnamədə mənfi cəhətdən səciyyələndirilir. -N nömrəli hərbi hissənin təqdim etdiyi xidməti vərəqədən görünür ki, xidməti dövrundə həvəsləndirilməmiş, lakin iki dəfə intizam qaydasında cəzalandırılmışdır. -056 nömrəli hərbi hissənin Hərbi Həkim Komissiyasının xx.xx.N4-cü il tarixli N939 nömrəli arayışından görünür ki, hərbi xidmətə yararlı hesab edilmişdir. -N nömrəli hərbi hissənin qərargah rəisinin N oktyabr N4-cü il tarixli raportuna və N nömrəli hərbi hissə komandirinin N oktyabr N4-cü il tarixli, N95 nömrəli əmrinə əsasən Təqsirləndirilən şəxs N nömrəli hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli 066 əç nömrəli əmrinə əsasən ehtiyata buraxıldığı üçün məzuniyyətdən gecikənlərin siyahısından çıxarılmaqla, hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlarından çıxarılmaqla qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon Şöbəsinə göndərilmişdir. -DİN-nin BƏSİİ-dən verilmiş xx.xx.N4-cü il tarixli tələbnaməyə əsasən məhkum edilməmişdir. -AA 47001N nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Ağdam rayon məcburi köçkünüdür. -Ağdam rayon İHB-nın Ağdam şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 11 sentyabr N4-cü il tarixli xasiyyətnamədən görünür ki, ünvan N ünvanında daimi qeydiyyatda olan Təqsirləndirilən şəxs nümayəndəlikdə olan məlumata əsasən hazırda məcburi köçkün kimi Ağdam rayonunun Quzanlı qəsəbəsində məskunlaşıb və inzibati ərazi dairəsi üzrə nümayəndəliyə onun haqqında rəsmi olaraq ərizə və şikayət daxil olmamışdır. -Ağdam rayon İHB-nın Ağdam şəhər inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilmiş 11 sentyabr N4-cü il tarixli 1114 nömrəli arayışdan görünür ki, ünvan 3 ünvanında daimi qeydiyyatda olmaqla ailə tərkibi atası X6, anası X4, qardaşı X7 və bacısı X8 ibarətdir. -Tərtər Hərbi Prokurorluğunun qətimkan tədbirinin seçilməsi haqqında 05 oktyabr N4-cü il tarixli qərarı ilə barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 333.4-cü maddəsi ilə tövsif olunmuşdur, onun müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçu kimi üzrlü səbəblər olmadan bir aydan artıq, lakin üç aydan çox olmayaraq xidmət yerinə vaxtında qayıtmaması faktı tam sübuta yetirilmişdir və o, törətdiyi əmələ görə cəzalanmalıdır. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun etdiyi əməldən səmimi peşman olmasını, artıq hərbi xidmətdən tərxis olunmasını, gənc olmasını, məcburi köçkün olmasını, fəhlə kimi günəmuzd işləməsini və bununla da ailəsinin ağır vəziyyətdə yaşamasını, gəncliyini CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi və CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməməsini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 3N-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının N9-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 1N yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə vəictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.N-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədiilə tətbiq edilir. CM-nin 333.4-cü maddəsinin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini ilk dəfədir törətmişdir, əvvəllər məhkum olunmamışdır, hazırda hərbi xidmətdən ehtiyata buraxılmışdır və günəmuzd olaraqfaydalı əməklə məşğul olur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırda hərbi xidmətdən ehtiyata buraxıldığından onun törətmiş olduğu əməlin və şəxsiyyətinin ictimai təhlükəliliyi də azalmışdır. Məhkəmə bu sadalanan halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 333.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş hərbi xidmət üzrə mədudlaşdırma cəzasının təyin olunması cəzanın məqsədlərinə çatmaq üçün kifayətdir. Lakin Təqsirləndirilən şəxs hazırda hərbi qulluqçu olmadığından ona hərbi xidmət üzrə mədudlaşdırma cəzalarının təyin olunması mümkün deyildir. Odur ki, məhkəmə hesab edir ki, bu hal və onun cəzasını yüngülləşdirən halların məcmusunu müstəsna hal kimi qəbul edərək, təyin olunası cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini də nəzərə alıb, Elmar Babayevin barəsində CM-nin 6N-ci maddəsini tətbiq etməklə ona CM-nin 333.4-cü maddəsində müəyyən ediləndən daha yüngül cəza növünün, yəni ictimai işlər cəzasının orta həddə təyin olunmasını mümkün hesab edir. CM-nin 47.1-ci maddəsinə əsasən ictimai işlər məhkumun əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. CM-nin 47.N-ci maddəsinə əsasən ictimai işlər iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. CM-nin 47.N-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə cəzaya məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Odur ki, Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Məhkəmə CPM-nin 346.1.N0-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləgv edilməlidir. Məhkəmə CPM-nin 346.1.N1-ci maddəsinin tələbinə əsasən hesab edir ki, Müdafiəçi tərəfindən tərtib olunmuş hesabata əsasən Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına məhkəmədə göstərdiyi hüquqi yardımın haqqı 7N (yetmiş iki) manat təşkil etmişdir və həmin məbləğlər məhkəmə xərclərinə aiddir. Dövlət büdcəsi hesabından: - Müdafiəçi hesabına (alan bank “Beynəlxalq” Tərtər şöbəsi, Kod:805863; VÖEN: **********; Müxbir hesab: AZNNABZ********************; S.W.İ.F.T. BİK: İBAZAZ NX Hesab №-si AZ891BAZ********************; VÖEN: **********) 7N (yetmiş iki) manat məbləğdə pul ödənilməlidir. Hökmün icrası: - ictimai işlər cəzasına münasibətdə Mingəcevir şəhəri İcra və Probasiya şöbəsinə; - Müdafiəçi hüquqi yardımın ödənilməsinə münasibətdə Tərtər rayon vəkil bürosuna həvalə edilməlidir. İş üzrə üzərinə həbs qoyulmuş əmlak, maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs CM-nin 333.4-cü maddəsi ilə təqsirli bilinsin və barəsində CMnin 6N-ci maddəsini tətbiq etməklə 300 (üç yüz) saat müddətə ictimai işlər cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Azərbaycan Respublikası CM-nin 47.N-1-ci maddəsinə əsasən ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş ictimai işlər cəzasının başlanğıcı onun cəzanın icrasına faktiki başladığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Dövlət büdcəsi hesabından: - Müdafiəçi hesabına (alan bank “Beynəlxalq” Tərtər şöbəsi, Kod:805863; VÖEN: **********; Müxbir hesab: AZNNABZ********************; S.W.İ.F.T. BİK: İBAZAZ NX Hesab №-si AZ891BAZ********************; VÖEN: **********) 7N (yetmiş iki) manat məbləğdə pul ödənilsin. Hökmün icrası: - ictimai işlər cəzasına münasibətdə Mingəcevir şəhəri İcra və Probasiya şöbəsinə; - Müdafiəçi hüquqi yardımın ödənilməsinə münasibətdə Tərtər rayon Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu andan N0 (iyirmi) gün müddətə Tərtər Hərbi Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar