Azərbaycan Respublikası adından HÖKM Tərtər rayonu İş № 1-1(098)-18/2023 02.02.2023 TƏRTƏR HƏRBİ MƏHKƏMƏSİ Hakim Nəsirov Vidadi Mikayıl oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X8 oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Hərbi X1 Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə 31 avqust N00-ci ildə Ağcabədi şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, əvvəllər Tərtər Hərbi Məhkəməsinin 16 iyun N22-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3 və 333.4-cü maddələri ilə təqsirli bilinib, CM-nin 333.3-cü maddəsi ilə aylıq pul təminatından dövlət nəfinə 10 (on) faiz məbləğdə pul tutulmaqla 6 (altı) ay müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına, CM-nin 333.4-cü maddəsi ilə aylıq pul təminatından dövlət nəfinə 10 (on) faiz məbləğdə pul tutulmaqla 7 (yeddi) ay müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmiş, təyin olunmuş hərbi xidmət üzrə məhdudlaşdırma cəzaları CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə ona qəti cəza aylıq pul təminatından dövlət nəfinə 10 (on) faiz məbləğdə pul tutulmaqla 8 (səkkiz) ay müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmiş, N nömrəli hərbi hissənin 2-ci artilleriya divizionunun idarəetmə tağımının hesablayıcı manqasının komandiri vəzifəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi əsgər hərbi rütbəsində xidmət edən, barəsində 13 oktyabr N22-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3 və 333.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Tərtər Hərbi Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçu kimi üzrlü səbəblər olmadan on gündən artıq, lakin bir aydan çox olmayaraq, habelə bir aydan artıq, lakin üç aydan çox olmayaraq xidmət yerinə vaxtında qayıtmamışdır. Belə ki, Təqsirləndirilən şəxs: - müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçu kimi Müdafiə Nazirliyinin Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsi ərazisində yerləşən N nömrəli hərbi hissəsinin 2-ci özüyeriyən artilleriya divizionunun idarəetmə taqımının idarəetmə manqa komandiri vəzifəsində əsgər hərbi rütbəsində xidmətdə olarkən 15 aprel N22-ci il tarixdə buraxılışa getmiş, N aprel N22-ci il tarixdə saat 08:00-da xidmət yerinə gəlməli olduğu halda üzrlü səbəblər olmadan xidmət yerinə gəlməmiş, N may N22-ci il tarixdə saat 15 radələrində xidmət yerinə qayıtmış, bununla da o, müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçu kimi üzrlü səbəblər olmadan on gündən artıq, lakin bir aydan çox olmayan müddətdə xidmət yerinə vaxtında qayıtmamışdır; - həmin vəzifədə və hərbi rütbədə Müdafiə Nazirliyinin Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsi ərazisində xidmətdə olarkən 05 may N22-ci il tarixdə buraxılışa getmiş, N may N22-ci il tarixdə saat 08:00-da xidmət yerinə gəlməli olduğu halda üzrlü səbəblər olmadan xidmət yerinə gəlməmiş, N iyun N22-ci il tarixdə saat 16 radələrində xidmət yerinə qayıtmış, bununla da o, müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçu kimi üzrlü səbəblər olmadan bir aydan artıq, lakin üç aydan çox olmayan müddətdə xidmət yerinə vaxtında qayıtmamışdır; - həmin vəzifədə və hərbi rütbədə Müdafiə Nazirliyinin Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsi ərazisində xidmətdə olarkən 16 sentyabr N22-ci il tarixdə buraxılışa getmiş, N sentyabr N22-ci il tarixdə saat 08:00-da xidmət yerinə gəlməli olduğu halda üzrlü səbəblər olmadan xidmət yerinə gəlməmiş, 11 oktyabr N22-ci il tarixdə saat 21:05-də Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutularaq Bərdə rayon Polis Şöbəsinə təhvil verilmiş, bununla da, o, müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçu kimi üzrlü səbəblər olmadan on gündən artıq, lakin bir aydan çox olmayan müddətdə xidmət yerinə vaxtında qayıtmamışdır. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3 və 333.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3 və 333.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində bildirdi ki, o, N aprel NN-ci il tarixdən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 2-ci özüyeriyən artilleriya divizionunun idarəetmə tağımının idarəetmə manqasının komandiri vəzifəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi əsgər hərbi rütbəsində xidmət edir. O, günün nizam qaydasında uyğun olaraq gündəlik xidmət saat 08-də başlayır, saat 19:00-dək davam edir. Naryadda olan şəxsi heyətdən başqa xidmətdə olan hərbi qulluqçulara buraxılış verilir. O da 15 aprel N22-ci il tarixdə saat 19:00-da buraxılışa buraxılmış və ailəsinin yaşadığı Ağcabədi şəhərində yerləşən evlərinə getmişdir. O, N aprel N22-ci il tarixdə saat 08:00-da xidmət yerinə gəlməli olduğu halda şəxsi problemlərinə görə xidmət yerinə gəlməmişdir. N aprel N22-ci il tarixdə divizion komandiri mayor Xaliq Babayev onun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon nömrəsinə zəng edərək xidmət yerinə gəlməməsinin səbəbini soruşmuş, o da şəxsi problemləri olduğuna görə xidmət yerinə gəlmədiyini demişdir. O, xidmət yerində olmadığı müddətdə Ağcabədi şəhərində yaşadığı ünvanda olmuşdur. O, N may N22-ci il tarixdə saat 15:30-da hərbi hissəyə qayıtmışdır. Hərbi hissəyə qayıtdıqdan sonra mayor Xaliq Babayev onunla söhbət etmiş, ondan xidmət yerimə gəlməməsinin səbəbini soruşduqda o, yenə də şəxsi problemlərinin olduğunu bildirmişdir. Bundan başqa, o, 05 may N22-ci il tarixdə saat 19:00-da bir günlük buraxılışa buraxılmış, Ağcabədi şəhərinə ailəsinin yaşadığı evə getmişdir. O, N may N22-ci il tarixdə saat 08:00-da buraxılışdan xidmət yerinə gəlməli olduğu halda, şəxsi problemlərinə görə yenə də xidmət yerinə gəlməmişdir. O, N iyun N22-ci il tarixdə saat 16 radələrində xidmət yerinə qayıtmışdır. Bundan başqa, o, N sentyabr N22-ci il tarixdə saat 08:00-da buraxılışdan xidmət yerinə gəlməli olduğu halda xidmət yerinə gəlməmiş, Ağcabədi şəhərində ailəsinin yaşadığı evdə qalmışdır. O, 11 oktyabr N22-ci il tarixdə saat 21 radələrində Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış, barəsində axtarış işinin olması barədə məlumat verildikdən sonra tutularaq Bərdə rayon Polis şöbəsinə aparılmışdır. Xidmət yerinə vaxtında qayıtmadığı vaxtlarda hərbi hissə komandanlığından rəsmi olaraq icazə almamışdır. Xidmət dövründə onu döyən, incidən, təhqir edən, onunla digər hərbi qulluqçular arasında mübahisə və ya dalaşma halları baş verməmişdir. O, etdiyi əməldən səmimi peşmandır. Odur ki, ona cəza verilərkən bunların nəzərə alınmasını və ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqında dindirilmiş şahid X5 ifadəsində bildirdi ki, o, 12 may N18-ci il tarixdən N nömrəli hərbi hissənin 2-ci artilleriya divizionunun qərargah rəisi vəzifəsində mayor hərbi rütbəsində xidmət edir. Təqsirləndirilən şəxs hərbi xidmət dövründə tanımışdır, onunla heç bir ədavəti və düşmənçiliyi olmamış, habelə yaxın qohumluq əlaqələri yoxdur, münasibəti xidməti olmuşdur. N nömrəli hərbi hissənin 2-ci artilleriya divizionunun idarəetmə taqımının idarəetmə manqasının komandiri-hesablayıcısı vəzifəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Təqsirləndirilən şəxs N aprel N22-ci il tarixdə saat 08:00-da xidmət yerinə gəlməli olduğu halda xidmət yerinə gəlməmiş, bundan sonra, taqım komandiri baş leytenant İlkin Quliyev əsgər Təqsirləndirilən şəxsla əlaqə saxlamağa cəhd etsə də, onunla əlaqə saxlaya bilməmişdir. Əsgər Təqsirləndirilən şəxs N may N22-ci il tarixdə saat 15 radələrində xidmət yerinə qayıtmışdır. Əsgər Təqsirləndirilən şəxs xidmət yerinə qayıtdıqdan sonra onunla fərdi söhbət etmiş, söhbət zamanı əsgər Təqsirləndirilən şəxs şəxsi problemlərinə görə xidmət yerinə qayıtmadığını demişdir. Bundan başqa, o, N may N22-ci il tarixdə saat 08:00-da hərbi hissənin sıra meydanında səhər yerbəyeri zamanı idarəetmə tağımının şəxsi heyətinin xidmət yerlərində olub-olmadıqlarını yoxlayan zaman tağımın müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Təqsirləndirilən şəxs düzülüşdə iştirak etmədiyini görmüş və həmin vaxt batareyanın digər hərbi qulluqçularından Təqsirləndirilən şəxs harada olmasını və nə səbəbdən düzülüşdə iştirak etmədiyini soruşmuşdur. Sonradan ona əsgər Təqsirləndirilən şəxs həmin gün buraxılışdan xidmət yerinə gəlmədiyi məlum olmuşdur. Əsgər Təqsirləndirilən şəxs N iyun N22-ci il tarixdə saat 16 radələrində xidmət yerinə qayıtmışdır. Bundan başqa, əsgər Təqsirləndirilən şəxs N sentyabr N22-ci il tarixdə saat 08-00da xidmət yerinə gəlməli olduğu halda xidmət yerinə gəlməmişdir. Əsgər Təqsirləndirilən şəxs 11 oktyabr N22-ci il tarixdə Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulmuşdur. Məhkəmə istintaqında dindirilmiş şahid X6 ibtidai istintaqda verdiyi ifadəsində bildirmişdir ki, o, 22 iyun N19-cu il tarixdən N nömrəli hərbi hissənin 2-ci divizionunun idarəetmə tağımının komandiri vəzifəsində leytenant hərbi rütbəsində xidmət edir. Təqsirləndirilən şəxs hərbi xidmət dövründə tanımışdır, onunla heç bir ədavəti və düşmənçiliyi olmamış, habelə yaxın qohumluq əlaqələri yoxdur, münasibəti xidməti olmuşdur. N nömrəli hərbi hissəsinin 2-ci artilleriya divizionunun idarəetmə taqımının idarəetmə manqasının komandiri-hesablayıcısı vəzifəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Təqsirləndirilən şəxs 15 aprel N22-ci il tarixdə bir günlük buraxılışa buraxılmış və ailəsinin yaşasdığı Ağcabədi şəhərinə getmişdir. Əsgər Təqsirləndirilən şəxs buraxılışdan N aprel N22-ci il tarixdə saat 08:00-da xidmət yerinə gəlməli olduğu halda xidmət yerinə gəlməmişdir. O da əsgər Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsinə zəng vurmuş, telefon sönülü olduğundan onun telefon nömrəsinə zəng çatmamışdır. Bundan sonra, o, əsgər Təqsirləndirilən şəxs buraxılışdan xidmət yerinə qayıtmaması barədə yuxarı komandanlığa raport yazmışdır. Əsgər Təqsirləndirilən şəxs N may N22-ci il tarixdə saat 15 radələrində xidmət yerinə qayıtmışdır. Əsgər Təqsirləndirilən şəxs xidmət yerinə qayıtdıqdan sonra, o, onunla xidmət yerinə vaxtında qayıtmaması ilə bağlı fərdi söhbət etmişdir. Söhbət zamanı əsgər Təqsirləndirilən şəxs şəxsi problemlərinə görə xidmət yerinə qayıtmadığını bildirmişdir. O, N may N22-ci il tarixdə saat 08:00-da hərbi hissənin sıra meydanında səhər yerbəyeri zamanı idarəetmə tağımının şəxsi heyətinin xidmət yerlərində olub-olmadıqlarını yoxlayan zaman əsgər Təqsirləndirilən şəxs düzülüşdə iştirak etmədiyini görmüş və batareyanın digər hərbi qulluqçularından əsgər Təqsirləndirilən şəxs harada olmasını və nə səbəbdən düzülüşdə iştirak etmədiyini soruşduqda, əsgər Təqsirləndirilən şəxs həmin gün günlük buraxılışdan xidmət yerinə gəlmədiyi ona məlum olmuşdur. O da əsgər Təqsirləndirilən şəxs buraxılışdan xidmət yerinə qayıtmaması barədə yuxarı komandanlığa raport yazmışdır. Əsgər Təqsirləndirilən şəxs N iyun N22-ci il tarixdə saat 16 radələrində xidmət yerinə qayıtmışdır. Məhkəmə istintaqında ifadəsi tədqiq olunmuş şahid X3 ibtidai istintaqda verdiyi ifadəsində bildirmişdir ki, o, 03 fevral NN-ci il tarixdən N nömrəli hərbi hissənin 2-ci özüyeriyən artilleriya divizionunun 5-ci batareya komandiri vəzifəsində baş leytenant hərbi rütbəsində xidmət edir. Təqsirləndirilən şəxs hərbi xidmət dövründə tanımışdır, onunla heç bir ədavəti və düşmənçiliyi olmamış, habelə yaxın qohumluq əlaqələri yoxdur, münasibəti xidməti olmuşdur. N nömrəli hərbi hissənin 2-ci artilleriya divizionunun idarəetmə taqımının idarəetmə manqasının komandiri-hesablayıcı vəzifəsində əsgər hərbi rütbəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Təqsirləndirilən şəxs N aprel N22-ci il tarixdə saat 08:00-da xidmət yerinə gəlməli olduğu halda xidmət yerinə gəlməmişdir. Əsgər Təqsirləndirilən şəxs şəxsi problemlərinə görə N may N22-ci il tarixdə saat 15 radələrində xidmət yerinə qayıtmışdır. Bundan başqa, əsgər Təqsirləndirilən şəxs N may N22-ci il tarixdə saat 08:00-da xidmət yerinə gəlməli olduğu halda xidmət yerinə gəlməmiş, N iyun N22-ci il tarixdə saat 16 radələrində xidmət yerinə qayıtmışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqında tədqiq olunmuş aşağıda sadalanan sənədlərlə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli bir daha sübüt olunmuş və onun şəxsiyyətini səciyyələndirən xüsusiyyətlər müəyyən edilmişdir. N nömrəli hərbi hissənin 2-ci divizionunun idarəetmə tağımının komandiri İlkin Quliyevin N aprel N22-ci il tarixli raportundan görünür ki, 2-ci divizionun hərbi qulluqçusu əsgər Təqsirləndirilən şəxs N aprel N22-ci il tarixdə saat 08:00-da xidmət yerinə gəlmədiyindən onun bütün növ təminatlardan çıxarılıb fərarilər siyahısına əlavə olunması barədə sərəncam verilməsi xahiş olunmuşdur.i/v.24 N nömrəli hərbi hissənin 2-ci divizionunun komandiri mayor Xaliq Babayevin N may N22-ci il tarixli raportundan görünür ki, 2-ci divizionun hərbi qulluqçusu əsgər Təqsirləndirilən şəxs N may N22-ci il tarixdə saat 15:30 radələrində xidmət yerinə qayıtmışdır.i/v.26 N nömrəli hərbi hissə komandirinin N aprel N22-ci il tarixli 112 nömrəli əmrindən çıxarışdan görünür ki, həmin əmrlə əsgər Təqsirləndirilən şəxs N aprel N22-ci il tarixdə saat 08:30 radələrində xidmət yerinə gəlmədiyinə görə hərbi hissəni özbaşına tərk edənlərin siyahısına salınmışdır;i/v.25 N nömrəli hərbi hissə komandirinin N may N22-ci il tarixli 130 nömrləi əmrindən çıxarışdan görünür ki, həmin əmrlə əsgər Təqsirləndirilən şəxs N may N22-ci il tarixdə saat 15:30 radələrində xidmət yerinə gəldiyinə görə hərbi hissəni özbaşına tərk edənlərin siyahısından çıxarılmışdır;i/v.27 N nömrəli hərbi hissənin 2-ci divizionunun tdarəetmə tağımının komandiri leytenant İlkin Quliyevin N may N22-ci il tarixli raportundan görünür ki, 2-ci divizionun hərbi qulluqçusu əsgər Təqsirləndirilən şəxs N may N22-ci il tarixdə saat 08:00-da xidmət yerinə gəlmədiyindən onun bütün növ təminatlar siyahısından çıxarılıb fərarilər siyahısına əlavə olunması barədə sərəncam verilməsi xahiş olunmuşdur.i/v.36 N nömrəli hərbi hissənin 2-ci divizionunun təminat tağımının komandiri gizir Vidadi Məmmədovun N iyun N22-ci il tarixli raportundan görünür ki, 2-ci divizionun hərbi qulluqçusu əsgər Təqsirləndirilən şəxs N iyun N22-ci il tarixdə saat 16:00-da xidmət yerinə qayıtdığından onun hərbi hissənin bütün növ təminatlarına əlavə olunması üçün vəsatət qaldırılması xahiş olunmuşdur.i/v.77 N nömrəli hərbi hissə komandirinin N may N22-ci il tarixli 132 nömrəli əmrindən çıxarışdan görünür ki, həmin əmrlə əsgər Təqsirləndirilən şəxs N may N22-ci il tarixdə saat 08:00 radələrində xidmət yerinə gəlmədiyinə görə hərbi hissəni özbaşına tərk edənlərin siyahısına salınmışdır.i/v.37 N nömrəli hərbi hissə komandirinin N iyun N22-ci il tarixli 191 nömrəli əmrindən çıxarışdan görünür ki, həmin əmrlə əsgər Təqsirləndirilən şəxs N iyun N22-ci il tarixdə saat 16:00 radələrində xidmət yerinə gəldiyinə görə hərbi hissəni özbaşına tərk edənlərin siyahısından çıxarılmışdır.i/v.78 N nömrəli hərbi hissənin 2-ci divizionunun komandiri mayor Xaliq Babayevin N sentyabr N22-ci il tarixli raportundan görünür ki, 2-ci divizionun idarəetmə tağımının idarəetmə manqasının komandiri-hesablayıcı vəzifəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər Təqsirləndirilən şəxs N sentyabr N22-ci il tarixdə saat 08:00 radələrində xidmət yerinə gəlməmişdir.i/v.194 Ağdam Hərbi Prokurorluğunun 21 sentyabr N22-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək axtarışın aparılması, Təqsirləndirilən şəxs tutulması və tutulduqdan sonra Bərdə rayon Polis X2 Yerinə təqdim olunması Ağcabədi rayon polis şöbəsinə həvaldə edilmişdir.i/v.167-168 Ağcabədi Rayon Polis Şöbəsi tərəfindən Ağdam Hərbi Prokurorluğuna ünvapnlanmış 11 oktyabr N22-ci il tarixli 129-21705-1222 nömrəli məktubdan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs 11 oktyabr N22-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq aidiyyəti üzrə Bərdə RPŞ-nin MSY-ə təhvil verilmişdir.i/v.197 Ağcabədi RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis mayoru M.Əhmədov tərəfindən tərtib edilmiş axtarışda olan şəxsin tutulması haqqında 11 oktyabr N22-ci il tarixli protokoldan görünür ki, Ağcabədi şəhər sakini Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 11 oktyabr N22-ci il tarixdə özünü Ağcabədi rayon polis şöbəsinə könüllü olaraq təqdim etmişdir.i/v.198 N nömrəli hərbi hissə komandirinin N sentyabr N22-ci il tarixli 276 nömrəli əmrindən çıxarışdan görünür ki, həmin əmrlə əsgər Təqsirləndirilən şəxs N sentyabr N22-ci il tarixdə saat 08:00 radələrində xidmət yerinə gəlmədiyinə görə hərbi hissəni özbaşına tərk edənlərin siyahısına salınmışdır;i/v.181 Ağdam Hərbi Prokurorluğunun 13 oktyabr N22-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir.i/v.241-242 Təqsirləndirilən şəxs: - AA ******* nömrəli fərdi identifikasiya kodu xxxxxxx olan Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş kserosurətindən görünür ki, 31 avqust N00-ci ildə doğulmuşdur;i/v.63 - AD № ******* saylı Şəxsi vəsiqənin kserosurətindən görünür ki, 31 avqust N00-ci ildə Ağcabədi rayonunda doğulmuşdur, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir;i/v.132 - Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının həqiqi hərbi xidmətə daxil olma haqqında 25 mart N21-ci il tarixli bağlaşmanın təsdiqlənmiş kserosurətindən görünür ki, Azərbaycan Ordusunda üç il müddətə hərbi xidmət etməklə bağlı öhdəlik götürmüşdür;i/v.40 - N nömrəli hərbi hissə komandirinin N aprel N21-ci il tarixli 105 nömrəli əmrindən çıxarışdan görünür ki, 2-ci özüyeriyən artilleriya divizionunun idarəetmə tağımının idarəetmə manqasının (divizionun qərargahının) komandiri-hesablayıcısı vəzifəsiniə təyin edilib Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsindən gəlmiş hesab edilməklə N aprel N21-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir;i/v.16 - N nömrəli hərbi hissə tərəfindən verilmiş N iyul N22-ci il tarixli 2861 nömrəli 424 saylı arayışdan görünür ki, 31 iyun N22-ci il tarixdə N nömrəli hərbi hissənin ştatdankənar hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və onun hərbi xidmətə yararlı olması müəyyən edilmişdir;i/v.117 - N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti vərəqədən görünür ki, xidmət müddəti ərzində həvəsləndirilməmiş, lakin on dörd dəfə intizam qaydasıenda cəzalandırılmışdır;i/v.191-193 - N nömrəli hərbi hissə tərəfindən verilmiş xidməti xasiyyətnamə ilə xidmət yerindən mənfi cəhətdən xarakterizə olunmuşdur; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik- İnformasiya İdarəsi tərəfindən verilmiş 30 yanvar N23-cü il tarixli 5 №-li tələbnamədən və Tərtər Hərbi Məhkəməsinin 22 iyun N22-ci il tarixli 1(098)-116/N22 nömrəli hökmünün surətindən görünür ki, həmin hökmlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3 və 333.4-cü maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə aylıq pul təminatından dövlət nəfinə 10 (on) faiz məbləğdə pul tutulmaqla 6 (altı) ay müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına, Cinayət Məcəlləsinin 333.4-cü maddəsi ilə aylıq pul təminatından dövlət nəfinə 10 (on) faiz məbləğdə pul tutulmaqla 7 (yeddi) ay müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmiş, ona təyin olunmuş hərbi xidmət üzrə məhdudlaşdırma cəzaları Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə ona qəti cəza aylıq pul təminatından dövlət nəfinə 10 (on) faiz məbləğdə pul tutulmaqla 8 (səkkiz) ay müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası təyin edilmişdir.i/v.109-116 N nömrəli hərbi hissə komandanlığı tərəfindənq verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin 16 iyun N22-ci il tarixli hökmü ilə təyin olunmuş 8 (səkkiz) ay müddət hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının icrası məqsədilə N22-ci ilin iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr, N23-cü ilin yanvar aylarında onun aylıq pul təminatından 10 faiz məbləğdə pul tutularaq dövlət nəfinə köçürülmüşdür.i/v. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3 və 333.4-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə, Təqsirləndirilən şəxs müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçu kimi üzrlü səbəblər olmadan on gündən artıq, lakin bir aydan çox olmayaraq, habelə bir aydan artıq, lakin üç aydan çox olmayaraq xidmət yerinə vaxtında qayıtmaması faktlarını müəyyən etmişdir. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3 və 333.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun etdiyi əməldən səmimi peşman olmasını, gənc olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti təkrar törətməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza ilə bağlı qısa şərh verməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs ittiham olunduğu CM-nin 333.3-cü maddəsinin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 333.4-cü maddəsinin sanksiyasında isə iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun N03-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin olunması CM-nin 50.1-ci maddəsinə görə yalnız kontrakt (bağlaşma) əsasında hərbi xidmət keçən hərbi qulluqçulara nəzərdə tutulduğundan Təqsirləndirilən şəxs həmin cəzanın CM-nin 333.3 və 333.4-cü maddələrinə nisbətdə tətbiq edilməsi cinayət qanunvericiliyi ilə mümkün olsa da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs xidmət yerini özbaşına tərk etməsinə görə məhkum olunmasına baxmayaraq bundan nəticə çıxarmayib fasiləsiz olaraq yenidən eyni xarakterli cinayət törətdiyinə görə ittiham olunduğu hər maddəyə nisbətdə barəsində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun N03-cü il tarixli 4 nömrəli qərarının 17-ci bəndində əsasən məhkumun təqsirli bilindiyi cinayətlərin bir hissəsi birinci hökm çıxarılanadək, digər hissəsi isə həmin hökm çıxarıldıqdan sonra törətdiyi müəyyən olunduqda ikinci hökm üzrə cəza ilk növbədə birinci hökm çıxarılanadək törədilmiş cinayətlərin məcmusu üzrə, sonra CM-nin 66.5-ci maddəsində müəyyən edilən qaydada təyin edilir, daha sonra birinci hökm çıxarılandan sonra törədilən cinayətlər üzrə cinayətlərin məcmusu üzrə cəza təyin edilir. Axırda isə CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq hökmlərin məcmusu üzrə qəti cəza müəyyən edilir. Başqa cinayətə görə məhkum olunmuş və cəzasını çəkib qurtarmamış şəxs həmin iş üzrə hökm çıxarılmasından əvvəl başlanmış və hökmün çıxarılmasından sonra davam etmiş uzanan və ya davam edən cinayətə görə məhkum olunarkən məhkəmələr ikinci hökm üzrə cəzanı CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq təyin edir. CM-nin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Tərtər Hərbi Məhkəməsinin 22 iyun N22-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3 və 333.4-cü maddələri ilə təqsirli bilinib Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə aylıq pul təminatından dövlət nəfinə 10 (on) faiz məbləğdə pul tutulmaqla 6 (altı) ay müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına, Cinayət Məcəlləsinin 333.4-cü maddəsi ilə aylıq pul təminatından dövlət nəfinə 10 (on) faiz məbləğdə pul tutulmaqla 7 (yeddi) ay müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmiş, ona təyin olunmuş hərbi xidmət üzrə məhdudlaşdırma cəzaları Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə ona qəti cəza aylıq pul təminatından dövlət nəfinə 10 (on) faiz məbləğdə pul tutulmaqla 8 (səkkiz) ay müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası təyin edilmişdir. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilmədiyindən həmin hökm 06 iyul N22-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Məhz həmin vaxtdan Təqsirləndirilən şəxs birinci iş üzrə məhkumluq statusu yaranmış, (Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinin şərh edilməsinə dair» 22 fevral N12-ci il tarixli qərarı), uzanan cinayətlərin (cinayət təhdidi altında təqsirkar şəxsin üzərinə qoyulmuş vəzifələri uzun müddətli icra etməmək kimi hərəkət və ya hərəkətsizlikdə ifadə olunan cinayət əməli) bir qismini o, Tərtər Hərbi Məhkəməsinin 22 iyun N22-ci il tarixli hökmünün qüvvəyə minməsindən əvvəl, digərini isə həmin hökm qüvvəyə mindikdən sonra törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs: - müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçu kimi üzrlü səbəblər olmadan on gündən artıq, lakin bir aydan çox olmayaraq, yəni N aprel N22-ci il tarixdə saat 08:00-dan N may N22-ci il tarixdə saat 15 radələrinədək xidmət yerinə gəlməməkdən ibarət olan əməli (CM-nin 333.3-cü maddəsi ilə olan əməli) və; - bir aydan artıq, lakin üç aydan çox olmayaraq, yəni N may N22-ci il tarixdə saat 08:00-dan N iyun N22-ci il tarixdə saat 16 radələrindək xidmət yerinə vaxtında gəlməməkdən ibarət olan əməli (CM-nin 333.4-cü maddəsi ilə olan əməli) Tərtər Hərbi Məhkəməsinin 22 iyun N22-ci il tarixli hökmünün qüvvəyə minməsindən əvvəl; - üzrlü səbəblər olmadan on gündən artıq, lakin bir aydan çox olmayaraq, yəni N sentyabr N22-ci il tarixdə saat 08:00-dan 11 oktyabr N22-ci il tarixdə saat 21:05-dək xidmət yerinə gəlməməkdən ibarət olan əməli (CM-nin 333.3-cü maddəsi ilə olan əməli) isə Tərtər Hərbi Məhkəməsinin 22 iyun N22-ci il tarixli hökmünün qüvvəyə minməsindən sonra törətmişdir. Cinayət qanunvericiliyinin tələblərinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (CM-nin 66.1 maddəsi). Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir (CM-nin 66.2 maddəsi). Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır (CM-nin 66.5 maddəsi). Hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir (CM-nin 67.1 maddəsi). Cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə hərbi xidmət üzrə məhdudlaşdırmanın dörd günü bərabər tutulur (CM-nin 68.1.3 maddəsi). Odur ki, CM-nin 8.1-ci (cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır), 41.2-ci (cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir) və 58.3-cü (cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır) maddələrinin müddəalarına əsaslanaraq məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alıb: - Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsi (N aprel N22-ci il tarixdə saat 08:00-dan N may N22-ci il tarixdə saat 15 radələrinədək xidmət yerinə gəlməməkdən ibarət olan əməli üzrə) və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-cü maddəsi (N may N22-ci il tarixdə saat 08:00dan N iyun N22-ci il tarixdə saat 16 radələrindək xidmət yerinə vaxtında gəlməməkdən ibarət olan əməli üzrə) ilə azadlıqdan məhrum etmə cəzaları təyin olunmalı; - Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzaları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə cinayətlərin məcmusu üzrə ona qəti cəza azadlıqdan məhrum etmə cəzası təyin edilməli; - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Tərtər Hərbi Məhkəməsinin 22 iyun N22-ci il tarixli 1(098)-116/N22 nömrəli hökmü ilə təyin olunmuş 8 (səkkiz) ay müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının çəkilmiş 7 (yeddi) ay müddəti həmin Məcəllənin 68.1.3-cü maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının dörd günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 1 (bir) ay 23 (iyirmi üç) gün müddət hazırkı hökmlə təyin ediləcək cəzaya hesablanmaqla üzərində azadlıqdan məhrum etmə cəzası saxlanılmalı; - Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə (N sentyabr N22-ci il tarixdə saat 08:00-dan 11 oktyabr N22-ci il tarixdə saat 21:05-dək xidmət yerinə gəlməməkdən ibarət olan əməli üzrə) azadlıqdan məhrum etmə cəzasına məhkum olunmalı; - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə təyin edilmiş cəzaya, Tərtər Hərbi Məhkəməsinin 16 iyun N22-ci il tarixli hökmü nəzərə alınmaqla CM-nin 66.5-ci maddəsinə əsasən ona təyin edilmiş cəza hökmlərin məcmusu qaydasında qismən birləşdirilməli və Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli; - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs üzrə Ağcabədi rayon Polis şöbəsi tərəfindən tutularaq 11 oktyabr N22-ci il tarixdən 13 oktyabr N22-ci il tarixədək Bərdə Rayon Polis X2 Yerində saxlanıldığı iki gün müddət ona təyin ediləcək qəti cəzaya daxil edilməlidir. Məhkəmə CPM-nin 346.1.N-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli olub-olmadığı məsələyə də baxaraq, belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanının 13 oktyabr N22-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçiləcək həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Məhkəmə CPM-nin 346.1.22-ci maddəsinin tələblərinə əsasən cəzanın çəkilmə müddətlərinin hansı tarixdən başlanılması məsələsinə də baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanın çəkilməsinin başlanğıcı bu gündən, yəni 01 fevral N23-cü il tarixdən hesablanmalıdır. Hökmün icrası: -cəza hissəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 nömrəli İstintaq təcridxanasına həvalə edilməlidir. İş üzrə üzərinə həbs qoyulmuş əmlak, maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsi (N aprel N22-ci il tarixdə saat 08:00-dan N may N22-ci il tarixdə saat 15 radələrinədək xidmət yerinə gəlməməkdən ibarət olan əməli üzrə) və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-cü maddəsi ilə (N may N22-ci il tarixdə saat 08:00-dan N iyun N22-ci il tarixdə saat 16 radələrindək xidmət yerinə vaxtında gəlməməkdən ibarət olan əməli üzrə) təsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-cü maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzaları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə cinayətlərin məcmusu üzrə ona qəti cəza 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Tərtər Hərbi Məhkəməsinin 22 iyun N22-ci il tarixli 1(098)-116/N22 nömrəli hökmü ilə təyin olunmuş 8 (səkkiz) ay müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının çəkilmiş 7 (yeddi) ay müddəti həmin Məcəllənin 68.1.3-cü maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının dörd günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 1 (bir) ay 23 (iyirmi üç) gün müddət hazırkı hökmlə təyin edilmiş cəzaya hesablanmaqla onun üzərində 1 (bir) il 10 (on) ay 07 (yeddi) gün müddət azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə (N sentyabr N22-ci il tarixdə saat 08:00-dan 11 oktyabr N22-ci il tarixdə saat 21:05-dək xidmət yerinə gəlməməkdən ibarət olan əməli üzrə) təqsirli bilinsin və 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə (N sentyabr N22-ci il tarixdə saat 08:00-dan 11 oktyabr N22-ci il tarixdə saat 21:05-dək xidmət yerinə gəlməməkdən ibarət olan əməli üzrə) təyin edilmiş cəzaya, Tərtər Hərbi Məhkəməsinin 16 iyun N22-ci il tarixli hökmü nəzərə alınmaqla CM-nin 66.5-ci maddəsinə əsasən ona təyin edilmiş cəza hökmlərin məcmusu qaydasında qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 1 (bir) ay müddət azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə Ağcabədi rayon Polis şöbəsi tərəfindən tutularaq 11 oktyabr N22-ci il tarixdən 13 oktyabr N22-ci il tarixədək Bərdə Rayon Polis X2 Yerində saxlanıldığı iki gün müddət ona təyin edilmiş qəti cəzaya daxil edilsin və üzərində 2 (iki) il 28 (iyirmi səkkiz) gün müddət azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilsin və dərhal məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin başlanğıcı bu gündən, yəni 02 fevral N23-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Hökmün icrası: - cəza hissəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 nömrəli İstintaq təcridxanasına həvalə edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan N (iyirmi) gün müddətinə Tərtər Hərbi Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN VİDADİ NƏSİROV
Məhkəmə qərarları › İş №1-1(098)-18/2023
Tərtər Hərbi Məhkəməsi Hökm — İş №1-1(098)-18/2023
02.02.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver