Məhkəmə qərarları › İş №1-1(098)-182/2024

Tərtər Hərbi Məhkəməsi Hökm — İş №1-1(098)-182/2024

19.11.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tərtər rayonu İş № 1-1(098)-182/2024 19.11.2024 TƏRTƏR HƏRBİ MƏHKƏMƏSİ Tərtər Hərbi Məhkəməsinin sədri X10 oğlunun sədrliyi, X3 Şəmsəddin qızının katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Tərtər Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1986-ci il tarixdə Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, Bakı Hərbi Məhkəməsinin xx.xx.N24-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 333.4-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 3 (üç) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Qobustan penitensiar müəssisəsində cəza çəkən, hazırda məhkumluğu olan, ünvan 1 ünvanda qeydiyyatda olan, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, gizir Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 178.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tərtər Hərbi Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin 3-cü radikəşfiyyat və radiomaneə taborunun 2-ci radiokəşfiyyat və radiomaneə bölüyünün məlumatların toplanması və təhlili qrupunun operatoru vəzifəsində, gizir hərbi rütbəsində xidmətdə olarkən, ümumi tanışları vasitəsilə tanıdığı Ağdam rayonunun Quzanlı qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs ilə N23-cü ilin iyun ayının əvvəllərində özünə məxsus ********** nömrəli mobil telefonunun “WhatsApp” mobil tətbiqi üzərindən əlaqə yaradıb danışarkən sonuncu ona övladı N nömrəli hərbi hissədə müddətli həqiqi hərbi xidmət edən əsgər Elcan İsmayılovun xidmət yerini Bakı şəhərinldə yerləşən hərbi hissələrdən birinə dəyişdirilməsinə kömək edə bilib-bilməməsi barədə maraqlanan zaman Təqsirləndirilən şəxs tamah niyəti ilə əvəzsiz və qanunsuz olaraq özgənin əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək aldatma yolu ilə Zərərçəkmiş şəxs pulunu ələ keçirmək qərarına gələrək, bu məqsədlə Elcan İsmayılovun xidmət yerini Bakı şəhərində yerləşən hərbi hissələrdən birinə dəyişdirilməsi ilə bağlı heç bir imkana və səlahiyyətə olmadığı halda köməklik göstərəcəyinə dair yalan vəd verib qeyd edilən işi 4500 (dörd min beş yüz) manat məbləğdə pul müqabilində yüksək vəzifəli tanışının vasitəsilə həll edəcəyini demişdir. Aralarında razılıq əldə edildikdən sonra Təqsirləndirilən şəxs öz istifadəsində olan Kapital banka məxsus 4169 7388 8296 3626 nömrəli plastik bank kartına Zərərçəkmiş şəxs tərəfindən Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən «Bizim market»in daxilində quraşdırılmış «Milli ön» ödəmə terminalı vasitəsilə xx.xx.N23-cü il tarixdə 4000 manat, xx.xx.N23-cü il tarixdə 500 manat pul göndərilməsinə nail olaraq həmin məbləği şəxsi ehtiyacları üçün xərcləmiş, sonuncunun ümumilikdə vahid niyətlə 4500 (dörd min beş yüz) manat məbləğdə pulunu ələ keçirib verdiyi vəd üzrə heç bir hərəkət etməyərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində CM-nin 178.2.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 30 mart N05-ci il tarixdə Silahlı Qüvvələrdə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə başlamış, 04 oktyabr N16-cı il tarixdə gizir kursu keçərək gizir hərbi rütbəsi almış, N və N nömrəli hərbi hissələrdə müxtəlif vəzifələrdə xidmət etmiş, hərbi hissəni özbaşına tərk etdiyinə görə 09 iyul N24-cü il tarixdə isə Bakı Hərbi Məhkəməsinin hökmü ilə CM-nin 333.4.-1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda Qobustan Penitensiar müəssisəsində cəza çəkir. Zərərçəkmiş şəxs ümumi tanışlarının vasitəsilə tanımış, onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Zərərçəkmiş şəxs ilə N23-cü ilin iyun ayının əvvəllərində özünə məxsus ********** nömrəli mobil telefonunun whatsapp mobil tətbiqi üzərindən əlaqə yaradıb danışarkən Zərərçəkmiş şəxs ona övladı X7 Nazirliyinin Kəlbəcər rayonunda yerləşən N nömrəli hərbi hissəsində müddətli həqiqi hərbi xidmət etdiyini deyib xidmət yerini Bakı şəhərində yerləşən hərbi hissələrdən birinə köməklik edə bilib-bilməməsi barədə maraqlandıqda kömək edə biləcəyini demiş və işi həll etməsinin müqabilində 4500 (dörd min beş yüz) manat pula razılaşmışlar. O, telefonla danışan zaman Bakı şəhərində olduğunu deyib özünə məxsus 4169 7388 8296 3626 nömrəli kapital bank kartının nömrəsini Zərərçəkmiş şəxs verib pulu karta göndərməsini bildirmiş, Zərərçəkmiş şəxs da həmin karta 26 iyun N23-cü il tarixdə 4000 (dörd min) manat, 05 iyul N23-cü il tarixdə isə 500 (beş yüz) manat pul göndərmişdir. O, həmin pulu Bakı şəhərində xatırlamadığı marketlərin birində nağdlaşdırıb şəxsi ehtiyacları üçün xərcləmişdir. Daha sonra o, Zərərçəkmiş şəxsla telefonda danışan zaman işi həll etmək üçün məşğul olduğunu, tezliklə Elcan İsmayılovun xidmət yerini dəyişdirəcəyinə yenə də vəd vermişdir. Zərərçəkmiş şəxs N23-cü ilin dekabr ayının sonlarında aldadıldığını bilib ondan verdiyi pulu geri qaytarmağını tələb etdikdə, o, müxtəlif bəhanələr gətirərək işin alınmadığını və pulu qaytaracağını deyib 01 yanvar N24-cü il tarixdə 1000 (bir min) manat pul qaytarmışdır, N24-cü ilin sentyabr ayında N0 (iki yüz) manat pul da Zərərçəkmiş şəxs qaytarmışdır. Qalan 3300 (üç min üç yüz) manat pulu indiyədək qaytarmamışdır. Qalan pulu hissə- hissə ödəyəcəyini bildirmişdir. Törətdiyi əməllərdən peşmandır. 44 günlük Vətən müharibəsində iştirak edərək «Ağdamın azad olunmasına görə», «Laçının azad olunmasına görə» və «Vətən müharibəsi iştirakçısı» medalları ilə təltif olunmuş, evli olmaqla himayəsində iki azyaşlı uşağı vardır, arvadı heç bir yerdə işləmir, evdar qadındır. Odur ki, bunların nəzərə alınmasını və ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ümumi tanışları vasitəsilə tanımış, aralarında hər hansı ədavət, şəxsi qərəzlik, qohumluq və düşmənçilik olmamışdır. X11 N23-cü ilin aprel ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılaraq, N nömrəli hərbi hissəyə, iyun ayının sonlarında isə Kəlbəcər rayonunda yerləşən N nömrəli hərbi hissəyə göndərilmişdir. X6 rayonuna göndərilməsindən narahat olduğundan onun xidmət yerinin dəyişdirilməsi barədə maraqlanaraq Təqsirləndirilən şəxs məxsus ********** nömrəli mobil telefon nömrəsinə whatsapp tətbiqi üzərindən öz istifadəsində olan ********** nömrəli mobil telefon nömrəsindən zəng edərək X11un xidmət keçmək üçün Kəlbəcər rayonunda yerləşən N nömrəli hərbi hissəyə göndərildiyini və xidmət yerinin dəyişdirilməsi barədə maraqlandıqda Təqsirləndirilən şəxs Elcan İsmayılovun xidmət yerinin Bakı şəhərində yerləşən hərbi hissələrdən birinə dəyişdirə biləcəyini deyib bunun müqabilində ondan 4500 (dörd min beş yüz) manat pul istədikdə razılaşmışdır. Təqsirləndirilən şəxs adına olan 4169 7388 8296 3626 nömrəli bank kartının nömrəsini ona verib pulu həmin karta göndərməyini demiş, 26 iyun N23-cü il tarixdə Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən «Bizim market»in daxilində quraşdırılmış «Milli ön» ödəmə terminalı vasitəsilə 4000 (dörd min) manat, 05 iyul N23-cü il tarixdə isə Təqsirləndirilən şəxs həmin kartına 500 (beş yüz) manat pul göndərmişdir. Həmin gün Təqsirləndirilən şəxsla telefonla danışan zaman pulu qəbul etdiyini və N23-cü ilin sentyabr ayında Elcan İsmayılovun xidmət yerinin öz tanışları vasitəsilə Bakı şəhərində yerləşən hərbi hissələrdən birinə dəyişdirəcəyinə vəd vermişdir. O, N23-cü ilin dekabr ayına qədər gözlədikdən sonra X11un xidmət yerinin dəyişdirilmədiyini görüb Təqsirləndirilən şəxs tərəfindən aldadıldığından şübhələnib telefonla danışan zaman pulunu qaytarmağını tələb etdikdə Təqsirləndirilən şəxs işin alınmadığını deyib N24-cü ilin yanvar ayının əvvəllərində bank vasitəsilə 1000 (bir min) manat pulunu qaytarsa da, yerdə qalan 3 500 (üç min beş yüz) manat pulunu indiyədək qaytarmamışdır. Buna görə də, o, 07 iyun N24-cü il tarixdə Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik İdarəsinə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs onu aldadaraq pulunu ələ keçirməsi barədə məlumat vermişdir. Daha sonra Təqsirləndirilən şəxs Yerdə qalan 3500 (üç min beş yüz) manatın N0 (iki yüz) manatı kart vasitəsilə ona göndərmişdir. Hal-hazırda da şikayətçidir, 4500 (dörd min beş yüz) manatdan cəmi ümümilikdə 1N0 (bir min iki yüz) manat pul ona qaytarılmış, qalan 3300 (üç min üç yüz) manatının təqsirləndirilən şəxs tərəfindən ödənilməsini tələb edir. Ondan artıq şikayəti yoxdur, tələbi var ki, ondan aldığı qalan 3300 (üç min üç yüz) manat pulun qaytarsın və ona veriləsi cəzasını məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Elcan İsmayılov onun övladı, Zərərçəkmiş şəxs isə əridir. Təqsirləndirilən şəxs şəxsən tanımır, onunla arasında qohumluq əlaqəsi və ədavət yoxdur. X11 N23-cü ilin aprel ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılaraq N nömrəli hərbi hissəyə, N23-cü ilin iyun ayının sonlarında isə Kəlbəcər rayonunda yerləşən N nömrəli hərbi hissəyə göndərmişlər. O, oğlunun hərbi xidmət keçmək üçün Kəlbəcər rayonuna göndərilməsindən narahat olduğu üçün bu barədə işlədiyi Ağdam rayon Mərkəzi Xəstəxanasında söhbət edərkən iş yoldaşı, yəni həmin xəstəxanada tibb bacısı işləyən X4 tanışı Müdafiə Nazirliyinin hərbi hissələrindən birində işləyən Təqsirləndirilən şəxs bu barədə maraqlanacağını və oğlu ilə onları mobil telefonla danışdırmağı xahiş edəcəyini demişdir. Buna görə də, o, Təqsirləndirilən şəxs mobil telefon nömrəsini əldə edib əri Zərərçəkmiş şəxs vermişdir. N23-cü ilin iyun ayının sonlarında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs istifadə etdiyi ********** nömrəli mobil telefon nömrəsinə whatsapp tətbiqi üzərindən zəng edib danışan zaman ona X11un xidmət keçmək üçün Kəlbəcər rayonunda yerləşən N nömrəli hərbi hissəyə göndərildiyini demiş və ondan həmin ərazidə xidmətlə bağlı hər hansı çətinlik olub-olmadığını, oğlunun xidmət yerinin yaxşılaşdırılmasına, yəni rahat böliələrdən birində xidmət keçməsinə kömək edə bilib-bilməməsi barədə maraqlandıqda Təqsirləndirilən şəxs Müdafiə nazirliyinin Kadrlar idarəsində işlədiyini, özünün hazırda Kəlbəcər rayonunda olan hərbi hissələrdə olduğunu və xidmət edən əsgərlərin yerdəyişmə işləri ilə məşğul olduğunu deyib X11un xidmət yerinin Bakı şəhərində yerləşən hərbi hissələrdən birinə dəyişdirə biləcəyini deyib bunun müqabilində 4800 (dörd min səkkiz yüz) manat məbləğində pul istəmiş və əri ilə 4500 (dörd min beş yüz) manata razılaşmışlar. Təqsirləndirilən şəxs öz adına olan 4169 7388 8296 3626 nömrəli bank kartının şəklini telefonla Mehmana göndərib pulu növbəti gün həmin karta göndərmələrini demişdir. Onlar 26 iyun N23-cü il tarixdə «Milli ön» elektron ödəmə sistemi vasitəsilə 4000 (dörd min) manat məbləğində pulu Təqsirləndirilən şəxs həmin bank kartına göndərmişlər. Təqsirləndirilən şəxs həmin gün Mehmanla danışarkən 500 (beş yüz) manat pul qaldığını, həmin məbləği də göndərmələrini demişdir. 05 iyul N23-cü il tarixdə Təqsirləndirilən şəxs həmin kartına 500 (beş yüz) manat pulu da göndərmişlər. Həmin gün Təqsirləndirilən şəxs Mehmanla danışan zaman pulu qəbul etdiyini və N23-cü ilin sentyabr ayında X11un xidmət yerinin öz tanışları vasitəsilə Gəncə şəhərində yerləşən hərbi hissələrdən birinə dəyişdirəcəyinə vəd vermişdir. Onlar həmin ilin oktyabr ayına kimi gözləmiş, lakin oğlunun xidmət yerinin dəyişdirilmədiyini görüb Təqsirləndirilən şəxsla telefonla danışan zaman işin alınmadığını və pullarını qaytaracağını desə də, N24-cü ilin yanvar ayının əvvəllərində bank vasitəsilə 1N0 (bir min iki yüz) manat pullarını qaytarsa da, yerdə qalan 3300 (üç min üç yüz) manat pullarını hazırda qaytarmamışdır. Buna görə də, Mehman 07 iyun N24-cü il tarixdə Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik İdarəsinə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs onları aldadaraq pullarını ələ keçirməsi barədə məlumat vermişdir. Məhkəmə istintaqında ifadəsi tədqiq olunmuş Şahid2 ibtidai istintaqda verdiyi ifadəsində bildirmişdir ki, N24-cü ilin mart ayında tanışı Şahid1 əri Zərərçəkmiş şəxs Müdafiə Nazirliyinin Kəlbəcər rayonunda yerləşən hərbi hissəsində hərbi xidmətdə olan X11un xidmət yerinin dəyişdirilməsi müqabilində N23-cü ilin iyun və iyul aylarında Təqsirləndirilən şəxs cəmi 4500 (dörd min beş yüz) manat məbləğində pul verdiyi barədə məlumatı olmuşdur. İş alınmadığı üçün Zərərçəkmiş şəxs həmin ilin dekabr ayında pulu Təqsirləndirilən şəxs geri qaytarmağı tələb etdikdə Təqsirləndirilən şəxs N24-cü ilin yanvar ayının əvvəllərində Mehman İmsayılova 1000 (bir min) manat pul qaytarmışdır. Təqsirləndirilən şəxs N24-cü ilin mart ayında azadlıqdan məhrum etmə cəzasına məhkum olunub cəzaçəkmə müəssisəsinə göndərildiyi üçün yerdə qalan pulu qaytara bilməmişdir. N24-cü ilin sentyabr ayında Təqsirləndirilən şəxs onun vasitəsilə Zərərçəkmiş şəxs N0 (iki yüz) manat pul qaytarmış, hazırda Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində olduğu üçün yerdə qalan pulu qaytara bilməmişdir. Zərərçəkmiş şəxs tərəfindən Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik İdarəsinə ünvanlanmış xx.xx.N24-cü il tarixli ərizədən görünür ki, gizir Təqsirləndirilən şəxs onu aldadaraq 4500 (dörd min beş yüz) manat məbləğində pulunu ələ keçirmişdir. SX ******* nömrəli hərbi biletin surətindən görünür ki, X5 26 fevral N05-ci ildə Ağdam rayonunun Üçoğlan kəndində doğulmuşdur, 05 aprel N23-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır və N24-cü ilin oktyabr ayında xidmət müddətini başa catdıraraq ehtiyyata buraxılmışdır. Tərtər Hərbi Məhkəməsinin “maliyyə əməliyyatlarına dair məlumatların ələ keçirilməsi” haqqında” xx.xx.N24-cü il tarixli 5(098)-23/N24 nömrəli qərarı üzrə müxtəlif banklara, həmçinin Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə və Baş Dövlət Yol Polis idarəsinə sorğular göndərilmiş, Təqsirləndirilən şəxs adına bank hesabında hər hansı pul vəsaiti, mülkiyyətdə ola biləcək avtomobil aşkar edilməmişdir. Qəbzlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs adına olan “Kapital Bank” a məxsus 4169 7388 8296 3626 nömrəli bank kartına Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən “Bizim market”in daxilində quraşdırılmış “Milli ön” ödəmə terminalı vasitəsilə xx.xx.N23-cü il tarixdə 4000 (dörd min) manat, xx.xx.N23-cü il tarixdə 500( beş yüz) manat pul göndərilmişdir. Ağdam Hərbi Prokurorluğunun 11 oktyabr N24-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərarına əsasən cinayət işi üzrə təqsirləndirilən şəxs X2 barəsində qətimkan tədbirinin seçilməməsi onun Qobustan penitensiar müəssisəsində cəza çəkdiyinə görə nəzərə alınmışdır. Təqsirləndirilən şəxs: -X1 sistemindən edilmiş çıxarışdan görünür ki, xx xxxx 1986-cı ildə Əli-Bayramlı şəhərində doğulmuş, Abşeron rayonu Pirəkəşkül hərbi şəhərciyi N nömrəli hərbi hissə ünvanında qeydiyyatdadır. -N nömrəli hərbi hissə komandirinin N aprel N15-ci il tarixli 79 nömrəli əmrindən çıxarışdan görünür ki, Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 30 mart N25-ci il tarixli 0126 əç nömrəli əmri ilə 1-ci radiotutma və daiomaneə taborunun komendant tağımının avtomobil manqasının komandiri vəzifəsinə təyin edildiyinə görə xidmətini davam etdirmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsindən gəlmiş hesab edilərək, N aprel N25-ci il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. -N nömrəli hərbi hissə komandirinin N oktyabr N16-cı il tarixli, 243 nömrəli əmrindən çıxarışdan görünür ki, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin «Gizir hazırlığı» kursunu bitirib Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 04 oktyabr N16-cı il tarixli 0295 gm nömrəli əmri ilə maddi-texniki təminat bölüyünün avtomobil tağımının (döyüş sursatı, ərzaq, əşya, yanacaq və hərbi-texniki əmlak daşıyan) komandiri vəzifəsinə təyin edildiyinə görə N oktyabr N16-cı il tarixdən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının siyahısından çıxarılmışdır. -N nömrəli hərbi hissə komandirinin N iyul N23-cü il tarixli N7 nömrəli əmrindən çıxarışdan görünür ki, təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 78-ci maddəsinin «b» bəndinə (bərabər vəzifəyə) müvafiq olaraq 1-ci radiokəşfiyyat və radiomaneə taborunun radiokəşfiyyat və radiomaneə bölüyünün məlumatların toplanması və təhlili qrupunun operatoru vəzifəsindən azad edilərək, 3-cü radiokəşfiyyat və radiomaneə taborunun 2-ci ultraqısadalğalı radiokəşfiyyat və radiomaneə bölüyünün məlumatların toplanması və təhlili qrupunun operatoru (tərcüməçi) vəzifəsinə təyin olunmuşdur. -N nömrəli hərbi hissə tərəfindən təqdim olunmuş xidməti xasiyyətnamə ilə gizir Təqsirləndirilən şəxs komandanlıq tərəfindən mənfi cəhətdən xarakterizə olunmuşdur. -Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Bakı Hərbi Məhkəməsinin xx.xx.N24-cü il tarixli hökmü ilə CM-in 333.4-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 04 sentyabr N24-cü il tarixli qərarı ilə hökm dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. -Bakı Hərbi Məhkəməsinin xx.xx.N24-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 333.4-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli 15 mart N24-cü il tarixdən hesablanmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməli düzgün olaraq CM-nin 178.2.3-cü maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə, Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etməsi faktını müəyyən etmişdir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri və sənədləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124-137-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları həmin məcəllənin 143-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 178.2.3-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmiş və bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməllərin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, habelə CM-nin 75-ci maddəsi ilə müəyyən edilmiş cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmədiyindən o, göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzaya məruz qalmalıdır. Onun cəzadan azad edilməsinə əsaslar yoxdur. CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun törətdiyi cinayəti səmimi etiraf edərək əməlindən peşman olmasını, evli olmaqla himayəsində iki azyaşlı uşağının olmasını, arvadının heç bir yerdə işləməməsini və bu səbəbdən ailə vəziyyətinin ağır olmasını, dəymiş ziyanı qismən ödəməsini, hiss-hissə dəymiş zərəri ödəyəcəyini xahiş etməsini, zərərçəkmiş şəxsin ondan şikayətci olmayaraq yalnız qalan 3300 (üç min üç yüz) manat pulunun qaytarmasını tələb etməsini CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir və əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasın nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların məcmusunu, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb, ona təqsirləndirildiyi CM-nin 178.2.3-cü maddəsində nəzərdə tutulan aşağı həddə azadlıqdan məhrum etmə cəzasının cəzasının təyin olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasna nail olunmasında yetərli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində qəti cəza CM-nin 66.2 və 66.5-ci maddələrində nəzərdə tutulmuş qaydalar üzrə təyin edilməlidir. CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. CM-nin 66.5-ci maddələrinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun N03-cü il tarixli 4 №-li Qərarının 16-cı bəndinə əsasən Birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CMnin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr CMnin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Təqsirləndirilən şəxs barəsində birinci hökm Bakı Hərbi Məhkəməsi tərəfindən 09 iyul N24-cü il tarixdə çıxarılmışdır. Təqsirləndirilən şəxs hazırkı cinayəti birinci iş üzrə hökm çıxarılmazdan əvvəl, yəni 26 iyun N23-cü il (4000 manat pulu əldə etməklə) və 05 iyul N23cü il tarixlərdən (500 manat pulu əldə etməklə) başlayaraq törətmişdir və birinci hökmə əsasən cəza çəkilməmişdir. Təqsirləndirilən şəxs qəti cəza CM-nin 66.5-ci maddəsinə əsasən və CM-nin 66.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydaları tətbiq etməklə təyin edilməli, qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Həmçinin qəti cəza müddətinə hesablanmalı olan birinci hökmə əsasən çəkilən cəza yoxdur. Odur ki, CM-nin 66.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin 09 iyul N24-cü il tarixli hökmü ilə təyin olunmuş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə hazırkı hökmlə təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasını qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını CM-nin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzacəkmə müəssəsində çəkməli, cəzasının əvvəli 15 mart N24-cü il tarixdən hesablanmalıdır. Məhkəmə CPM-nin 346.1.21-ci maddəsinin tələbi baxımından məhkəmə xərclərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələyə də baxaraq, belə nəticəyə gəlir ki, Müdafiəçi tərəfindən tərtib olunmuş hesabata əsasən Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına məhkəmədə göstərdiyi hüquqi yardımın haqqı 90 (doxsan) manat təşkil etmişdir və həmin məbləğ məhkəmə xərclərinə aiddir. Dövlət büdcəsi hesabından: - Müdafiəçi hesabına (alan bank “Beynəlxalq” Tərtər şöbəsi,Kod:805863;VÖEN:**********; Müxbir hesab: AZ03NABZ********************; S.W.İ.F.T. BİK: İBAZAZ 2X Hesab №-si AZ891BAZ********************; VÖEN: **********) 90 (doxsan) manat məbləğdə pul ödənilməlidir. Hökmün icrası: - Müdafiəçi hüquqi yardımın ödənilməsinə münasibətdə Tərtər rayon vəkil bürosuna; - cəza hissədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə həvalə edilməlidir. İş üzrə üzərinə həbs qoyulmuş əmlak və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddəsi ilə təqsirli bilinsin və 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş 2 (iki) il azadlıqdan məhrum etmə cəzası ilə Bakı Hərbi Məhkəməsinin 9 iyul N24-cü il tarixli hökmü ilə təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası qismən toplanılmaqla cinayətlərin məcmusu qaydasında qəti olaraq ona 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasının əvvəli 15 mart N24-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müssisəsində çəksin. Dövlət büdcəsi hesabından: - Müdafiəçi hesabına (alan bank “Beynəlxalq” Tərtər şöbəsi, Kod:805863; VÖEN: **********; Müxbir hesab: AZ03NABZ********************; S.W.İ.F.T. BİK: İBAZAZ 2X Hesab №-si AZ891BAZ********************; VÖEN: **********) 90 (doxsan) manat məbləğdə pul ödənilsin. Hökmün icrası: - cəza hissədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə; - Müdafiəçi hüquqi yardımın ödənilməsinə münasibətdə Tərtər rayon Vəkil Bürosuna həvalə edilsin. Hökm elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan N (iyirmi) gün müddətində Tərtər Hərbi Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: İlqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar