Azərbaycan Respublikası adından HÖKM Tərtər rayonu İş № 1-1(098)-185/2024 28.11.2024 TƏRTƏR HƏRBİ MƏHKƏMƏSİ Tərtər Hərbi Məhkəməsinin sədri XN oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3 oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Hərbi X1 müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Müdafiəçi Tərtər rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxx NNNN-ci ildə Tərtər rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmayan, Tərtər rayonunun Yuxarı Qaradağlı kəndində qeydiyyatda olmaqla N nömrəli hərbi hissənin yataqxanasında yaşayan, N nömrəli hərbi hissənin xüsusi minaaxtarma və təmizləmə taborunun mexaniki minatəmizləmə bölüyünün mexaniki minatəmizləmə tağımının N-ci mexaniki minatəmizləmə manqasının maşın komandiri-operatoru, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 333.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tərtər Hərbi Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçusu Təqsirləndirilən şəxs üzrlü səbəblər olmadan on gündən artıq, lakin bir aydan çox olmayaraq xidmət yerinə vaxtında qayıtmamışdır. Belə ki, Ağdam rayonu, Baharlı 1 qəsəbəsi ərazisində yerləşən N nömrəli hərbi hissəsinin xüsusi minaaxtarma və təmizləmə taborunun mexaniki minatəmizləmə bölüyünün mexaniki minatəmizləmə taqımının N-ci mexaniki minatəmizləmə manqasının maşın komandiri-operatoru, əsgər Təqsirləndirilən şəxs xx.xx.NNN4-cü il tarixdə xidmət vaxtının bitməsi ilə əlaqədar evə buraxılmış, xx.xx.NNN4-cü il tarixdə saat N8:NN-da xidmət yerinə qayıtmalı olmasına baxmayaraq üzrlü səbəblər olmadan qayıtmamış və xx.xx.NNN4-cü il tarixdə saat 11:3N-da xidmət yerinə gəlməklə müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçu kimi üzrlü səbəblər olmadan on gündən artıq, lakin bir aydan çox olmayaraq xidmət yerinə vaxtında qayıtmamışdır. Məhkəmə istintaqında ifadəsi tədqiq edilmiş Təqsirləndirilən şəxs ona CM-nin 333.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, N3 sentyabr NNNN-ci il tarixində Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində “müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”nu bitirdikdən sonra Azərbaycan Ordusunda bağlaşma əsasında 3 il müddətinə müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilərək Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində xidmətə başlamış, N7 mart NNN3-cü il tarixindən etibarən həmin hərbi hissənin xüsusi minaaxtarma və təmizləmə taborunun mexaniki minatəmizləmə bölüyünün mexaniki minatəmizləmə taqımının N-ci mexaniki minatəmizləmə manqasının maşın komandirioperatoru vəzifəsində, əsgər hərbi rütbəsində xidmət etmişdir. NN avqust NNN4-cü il tarixdə axşam yerbəyerindən sonra evə buraxılmış, maddi problemləri ilə əlaqədar N3 avqust NNN4-cü il tarixdə saat N8:NN-da xidmət yerinə gəlməli olduğu halda, N avqust NNN4-cü il tarixdə saat 11:3N-da xidmət yerinə qayıtmışdır. Xidmət yerinə qayıtmadığı vaxtlarda hərbi hissə komandanlığına rəsmi qaydada müraciət etməmiş, heç bir icazə almamış, hərbi xidmətə münasibəti yaxşıdır, hərbi xidmətdən boyun qaçırmaq məqsədi olmamışdır. Onu xidmət dövründə döyən, incidən, təhqir edən və ondan pul tələb edən olmamış, onunla digər hərbi qulluqçular arasında mübahisə və ya dalaşma halları baş verməmiş və xidmətlə bağlı onun hər hansı çətinliyi olmamışdır, hərbi hissənin şəxsi heyəti üçün nəzərdə tutulmuş bütün təminatlarla təmin edilmişdir. Xidmət yerinə gəlməməsi əməlindən peşmandır və xidmətə məsuliyyətsiz yanaşdığı üçün səhvlərini başa düşür, gəncdir, əvvəllər məhkum olunmamışdır, ilk dəfədir ki, cinayət əməlini törətmişdir Ona görə də bütün bunların nəzərə alınmasını və ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqında ifadəsi tədqiq edilmiş Şahid1 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, o, N nömrəli hərbi hissənin xüsusi mina axtarma və təmizləmə tabor komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsində, kapitan hərbi rütbəsində xidmət edir. Təqsirləndirilən şəxs hərbi xidmət dövründə tanımışdır, onunla heç bir ədavəti və düşmənçiliyi olmamış, habelə yaxın qohumluq əlaqələri yoxdur, münasibətləri xidməti olmuşdur. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs NN avqust NNN4-cü il tarixdə digər hərbi qulluqçular kimi axşam yerbəyerindən sonra evə buraxılmış, N3 avqust NNN4-cü il tarixdə saat N8:NN-da xidmət yerinə qayıtmalı olduğu halda, N avqust NNN4-cü il tarixdə saat 11:3N-da xidmət yerinə qayıtmışdır. N3 avqust NNN4-cü il tarixdə Təqsirləndirilən şəxs xidmət yerinə vaxtında qayıtmaması ilə bağlı hərbi hissə komandanlığa raportla məruzə etmişdir. O, Təqsirləndirilən şəxs xidmət yerinə vaxtında qayıtmamasının səbəbini soruşduqda Təqsirləndirilən şəxs aylıq məvacibinin aşağı olduğunu, maddi sıxıntıları ilə bağlı xidmət yerinə vaxtında qayıtmadığını və ordu sıralarından ehtiyata buraxılmaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs xidmət yerinə vaxtında qayıtmadığı vaxtlarda hərbi hissə komandanlığına rəsmi qaydada müraciət etməmiş, heç bir icazə almamışdır, ümumilikdə müsbət hərbi qulluqçu kimi xarakterizə olunur, hərbi xidmətə münasibəti yaxşıdır və hərbi xidmətdən boyun qaçırmaq məqsədi olmamışdır. Təqsirləndirilən şəxs xidmət etdiyi müddət ərzində bütün növ təminatlarla təmin olunmuş, ona qarşı nizamnamədənkənar hərəkətlərə yol verilməsi halları olmamışdır. Məhkəmə istintaqında ifadəsi tədqiq edilmiş ŞahidN ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, o, N nömrəli hərbi hissənin xüsusi mina axtarma və təmizləmə taborunun mexaniki mina axtarma və mina təmizləmə bölüyünün mexaniki mina axtarma və mina təmizləmə tağımının komandiri vəzifəsində, leytenant hərbi rütbəsində xidmət edir. Təqsirləndirilən şəxs hərbi xidmət dövründə tanımışdır, onunla heç bir ədavəti və düşmənçiliyi olmamış, habelə yaxın qohumluq əlaqələri yoxdur, münasibətləri xidməti olmuşdur. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs NN avqust NNN4-cü il tarixdə digər hərbi qulluqçular kimi axşam yerbəyerindən sonra evə buraxılmış, N3 avqust NNN4-cü il tarixdə saat N8:NN-da xidmət yerinə qayıtmalı olduğu halda, N avqust NNN4-cü il tarixdə saat 11:3N-da xidmət yerinə qayıtmışdır. N3 avqust NNN4-cü il tarixdə Təqsirləndirilən şəxs xidmət yerinə vaxtında qayıtmaması ilə bağlı yuxarı komandanlığa raportla məruzə etmişdir. O, Təqsirləndirilən şəxs xidmət yerinə vaxtında qayıtmamasının səbəbini soruşduqda Təqsirləndirilən şəxs aylıq məvacibinin aşağı olduğunu, maddi sıxıntıları ilə bağlı xidmət yerinə vaxtında qayıtmadığını və ordu sıralarından ehtiyata buraxılmaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs xidmət yerinə vaxtında qayıtmadığı vaxtlarda hərbi hissə komandanlığına rəsmi qaydada müraciət etməmiş, heç bir icazə almamışdır, ümumilikdə müsbət hərbi qulluqçu kimi xarakterizə olunur, hərbi xidmətə münasibəti yaxşıdır və hərbi xidmətdən boyun qaçırmaq məqsədi olmamışdır. Təqsirləndirilən şəxs xidmət etdiyi müddət ərzində bütün növ təminatlarla təmin olunmuş, ona qarşı nizamnamədənkənar hərəkətlərə yol verilməsi halları olmamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqında tədqiq olunmuş aşağıda sadalanan sənədlərlə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli bir daha sübut olunmuş və onun şəxsiyyətini səciyyələndirən xüsusiyyətlər müəyyən edilmişdir. Xüsusi mina axtarma və təmizləmə taborunun mexaniki mina təmizləmə bölüyünün komandirinin N3 avqust NNN4-cü il tarixli raportundan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər Təqsirləndirilən şəxs N3 avqust NNN4-cü il tarixdə xidmət yerinə gəlməmişdir. N nömrəli hərbi hissə komandirinin N3 avqust NNN4-cü il tarixli, NN8 nömrəli əmri ilə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər Təqsirləndirilən şəxs N3 avqust NNN4-cü il tarixdə saat N8:NN-da xidmət yerinə gəlməmiş hesab edilərək, bütün növ təminatları dayandırılmışdır. N nömrəli hərbi hissənin xüsusi mina axtarma və təmizləmə taborunun mexaniki mina təmizləmə bölüyünün komandirinin N avqust NNN4-cü il tarixli raportundan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər Təqsirləndirilən şəxs N avqust NNN4-cü il tarixdə xidmət yerinə gəlmişdir. N nömrəli hərbi hissə komandirinin N avqust NNN4-cü il tarixli, N4N nömrəli əmri ilə N3 avqust NNN4-cü il tarixdə xidmət yerinə gəlməmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər Təqsirləndirilən şəxs N avqust NNN4-cü il tarixdə saat 11:3N-da xidmət yerinə gəlmiş hesab edilərək, bütün növ təminatlara qoyulmuşdur. N nömrəli hərbi hissə tərəfindən verilmiş N3 oktyabr NNN4-cü il tarixli arayışdan görünür ki, N nömrəli hərbi hissənin tərkibində olan xüsusi mina axtarma və təmizləmə taboru N4 mart NNN4-cü il tarixdən etibarən Ağdam rayonunun Baharlı-1 hərbi şəhərciyində qeyri-döyüş şəraitində yerləşir. Təqsirləndirilən şəxs: -AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşınının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxxx NNNN-ci ildə Tərtər rayonunun Qaradağlı kəndində doğulmuşdur, Kəlbəcər rayonunun Tirkeşəvənd kəndində qeydiyyatdadır. -AD ******* nömrəli Şəxsi vəsiqənin təsdiqlənmiş surətindən görünür ki, xx xxxxxxx NNNN-ci il tarixdə Tərtər rayonunda doğulmuşdur, Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir; -“Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının həqiqi hərbi xidmətinə daxilolma haqqında” bağlaşmanın surətindən görünür ki, NNNN-ci ilin sentyabr ayında Azərbaycan Ordusunda bağlaşma əsasında 3 il müddətinə müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilmişdir; -N nömrəli hərbi hissə komandirinin N3 sentyabr NNNN-ci il tarixli N87 nömrəli əmrindən çıxarışdan görünür ki, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzindən gəlmiş hesab edilərək, N3 sentyabr NNNN-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir; -N nömrəli hərbi hissə komandirinin N4 oktyabr NNNN-ci il tarixli 3N1 nömrəli əmrindən çıxarışdan görünür ki, ... Azərbaycan Ordusunda bağlaşma əsasında 3 (üç) il müddətinə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü qəbul edildiyinə görə xidmətini davam etdirmək üçün Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzindən gəlmiş hesab edilərək, N4 oktyabr NNNN-ci il tarixdən xüsusi mina axtarma və təmizləmə taborunun mexaniki mina təmizləmə bölüyünün mexaniki mina təmizləmə tağımının Nci mexaniki mina təmizləmə manqasının operatoru vəzifəsinin icrasına başlamışdır; -N nömrəli hərbi hissə komandirinin N7 mart NNN3-cü il tarixli 75 nömrəli əmrindən çıxarışdan görünür ki, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 78-ci maddəsinin «a» bəndinə (yuxarı vəzifəyə) müvafiq olaraq Azərbaycan Ordusunun Baş Qərargah rəisinin N7 fevral NNN3-cü il tarixli N38əç nömrəli əmri ilə xüsusi mina axtarma və təmizləmə taborunun mexaniki mina təmizləmə bölüyünün mexaniki minatəmizləmə tağımının mexaniki minatəmizləmə manqasının operatoru vəzifəsindən azad edilərək xüsusi mina axtarma və təmizləmə taborunun mexaniki mina təmizləmə bölüyünün mexaniki mina təmizləmə tağımının N-ci mexaniki mina təmizləmə manqasının maşın komandiri-operator vəzifəsinə təyin edilmişdir; -MN-nin Mərkəzi Hərbi Poliklinikasının Hərbi-Həkim Komissiyasının N3 sentyabr NNN4-cü il tarixli 85N5 nömrəli arayışından görünür ki, hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və hərbi xidmətə yararlı hesab edilmişdir; -N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədə xidmətində müsbət hallar olsada əsasən mənfi səciyyələndirilir. -Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, əvvəllər məhkum olunmamışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq CM-nin 333.3-cü maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə, Təqsirləndirilən şəxs müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçu kimi üzrlü səbəblər olmadan on gündən artıq, lakin bir aydan çox olmayaraq xidmət yerinə vaxtında qayıtmaması faktını müəyyən etmişdir və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir vəbu əmələ görə cəzalandırılmalıdır. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun etdiyi əməldən səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, Qarabağ tporpağlarə işğaldan tam azad olduğdan sonra onun xidmətdə olduğu peşəsi-xüsusi minaaxtarma və təmizləmə taborunun mexaniki minatəmizləmə bölüyünün mexaniki minatəmizləmə taqımının mexaniki minatəmizləmə manqasının maşın komandiri-operatoru cox zəriuri olması və daim həyatına təhlükə yarada bilməsini və hal-hazırda cox faydalı olan xidmət vəzifələrini icrasında olmasını, gənc olmaqla, məcburi köckün ailəsində doğulmasını, CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi və cəzasını ağırlaşdıran CM-nin 61.1-ci maddəsində sadalanan cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə CPM-nin 346.1.8-ci maddəsinin tələblərinə əsasən cinayət məsuliyyətindən azad etmə üçün əsasların olub-olmadığı məsələyə də baxaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqında dindirilərkən xidmət yerinə gəlməməsinin səbəbini maddi problemlərinin olması ilə bağlı əlaqələndirsə də, bununla bağlı Təqsirləndirilən şəxs heç bir əsaslı dəlil gətirə bilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun cəzasını yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini də nəzərə alıb, CM-nin 333.3-cü maddəsinin sanksiyası həddində aylıq pul təminatından dövlət nəfinə müəyyən faiz məbləğdə pul tutulmaqla müəyyən müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının aşağı həddə təyin edilməsini məqsədəuyğun və cəzanın məqsədlərinə, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olunmasında yetərli hesab edir. Məhkəmə hesab edir ki, CPM-nin 346.1.NN-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, CPM-nin 346.1.N1-ci maddəsinin tələbi baxımından məhkəmə xərcləri, yəni Müdafiəçi tərəfindən tərtib olunmuş hesabata əsasən Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına məhkəmədə göstərdiyi hüquqi yardımın haqqı 18 (on səkkiz) manat təşkil etmişdir və həmin məbləğ məhkəmə xərclərinə aiddir. Dövlət büdcəsi hesabından: - Müdafiəçi hesabına (alan bank “Beynəlxalq” Tərtər şöbəsi, Kod:8N5863; VÖEN: **********; Müxbir hesab: AZN3NABZ********************; S.W.İ.F.T. BİK: İBAZAZ NX Hesab №-si AZ891BAZ********************; VÖEN: **********) 18 (on səkkiz) manat məbləğdə pul ödənilməlidir. Məhkəmə CPM-nin 346.1.NN-ci maddəsinin tələblərinə əsasən cəzanın çəkilmə müddətinin hansı tarixdən başlanılması məsələsinə də baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəzasını xidmət yerində çəkməklə ona təyin ediləcək hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının başlanğıcı onun aylıq pul təminatından ilk məbləğin dövlət nəfinə tutulduğu vaxtdan hesablanmalıdır. Hökmün icrası: - hərbi xidmət üzrə məhdudlaşdırılma cəzasına münasibətdə N №-li hərbi hissə komandanlığına; - Müdafiəçi hüquqi yardımın ödənilməsinə münasibətdə Tərtər rayon vəkil bürosuna həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinsin və aylıq pul təminatından dövlət nəfinə N5 (beş) faiz məbləğdə pul tutulmaqla N3 (üç) ay müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını xidmət yerində çəkməklə cəza çəkmənin başlanğıcı onun aylıq pul təminatından ilk məbləğin dövlət nəfinə tutulduğu vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Dövlət büdcəsi hesabından: - Müdafiəçi hesabına (alan bank “Beynəlxalq” Tərtər şöbəsi, Kod:8N5863; VÖEN: **********; Müxbir hesab: AZN3NABZ********************; S.W.İ.F.T. BİK: İBAZAZ NX Hesab №-si AZ891BAZ********************; VÖEN: **********) 18 (on səkkiz) manat məbləğdə pul ödənilsin. Hökmün icrası: - hərbi xidmət üzrə məhdudlaşdırılma cəzasına münasibətdə N №-li hərbi hissə komandanlığına; - Müdafiəçi hüquqi yardımın ödənilməsinə münasibətdə Tərtər rayon Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu andan NN (iyirmi) gün müddətə Tərtər Hərbi Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Quliyev.
Məhkəmə qərarları › İş №1-1(098)-185/2024
Tərtər Hərbi Məhkəməsi Hökm — İş №1-1(098)-185/2024
28.11.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver