Azərbaycan Respublikası adından HÖKM Tərtər rayonu İş № 1-1(098)-192/2023 10.10.2023 TƏRTƏR HƏRBİ MƏHKƏMƏSİ Hakim Sarıyev Əhməd Mədət oğlunun sədrliyi, Hüseynov Ramil Saday oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi X1 Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi Tərtər Rayon Vəkil Bürosunun vəkili XN iştirakı ilə, xx xxxxxx 198N-ci il tarixdə Sabirabad rayonu Bulaqlı kəndində anadan olmuş, Sabirabad rayonu Bulaqlı kəndində daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, gizir, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tərtər Hərbi Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 3-cü taborunun Ağdam rayonunun Əliağalı kəndi ərazisində yerləşən 8-ci bölüyünün baş çavuşu vəzifəsində gizir hərbi rütbəsində xidmətdə olarkən 04 aprel N3-cü il tarixdə saat N1 radələrində tabeliyində olmaqla həmin bölüyün 1-ci taqımının N-ci manqasının atıcı-qumbaraatan köməkçisi vəzifəsində müddətli həqiqi hərbi xidmətdə olan əsgər Zərərçəkmiş şəxs əsgər yataqxanasının daxilində olan əşya otağınından stolu götürərək qapının giriş hissəsinə qoymasına qəzəblənib sağ ayağı ilə sonuncunun sol dizüstü nahiyəsinə bir təpik zərbəsi vuraraq rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Bundan başqa o, həmin vəzifə və rütbədə xidmətdə olarkən 04 aprel N3-cü il tarixdə saat N1:30 radələrində 8-ci bölük komandiri, kapitan Şahid1 xidməti otağına gəlib orada olan əsgər Zərərçəkmiş şəxs sıraya gəlməsini istəmiş, lakin kapitan Şahid1 əsgər Zərərçəkmiş şəxs sıraya durmasına icazə verməmişdir. Bundan sonra S.l.Mehdiyev əsgər Zərərçəkmiş şəxs bölüyün zabit rütbəli hərbi qulluqçularını nəzərdə tutaraq “Səhər bunlar getsin, sənin başını bədənindən üzəcəm” demiş, sonuncu “Heç kəs yiyəsiz deyil" cavabını verdikdən sonra Təqsirləndirilən şəxs qəzəblənib əsgər Zərərçəkmiş şəxs üzərinə gedərək sonuncunun bədənin müxtəlif nahiyələrinə çoxsaylı yumruq zərbələri vuraraq “Sol gözaltı nahiyənin hematoması, üzün sol nahiyəsinin hematoması” ilə müşayiət olunan ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti yetirməklə rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1 maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1 maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində bildirdi ki, o, 04 aprel N3-cü il tarixdə saat N1 radələrində N nömrəli hərbi hissənin 3-cü taborunun Ağdam rayonu Əliağalı kəndi ərazisində yerləşən 8-ci bölüyün gizirlər üçün nəzərdə tutulmuş otaqda çarpayıda uzanarkən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs ona yaxınlaşaraq həmin bölüyün 1-ci taqım komandiri, leytenant ŞahidN corab istədiyini və bölüyün əşya otağının qapısının bağlı olduğunu bildirmiş, o, əsgər Zərərçəkmiş şəxs əşya otağının açarının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş X3 olduğunu demişdir. Təxminən 5 dəqiqə sonra əsgər Zərərçəkmiş şəxs yenidən ona yaxınlaşaraq əşya otağının qapısının açıq olduğunu bildirmiş, ardınca onun əşya otağına gələrək leytenant ŞahidN çatdırması üçün ona corab verməsini xahiş etmişdir. O, əsgər yataqxanasının dəhlizinə çıxdıqda əşya otağının qapısının açıq olduğunu, əşya otağında olan stolun isə giriş hissəyə qoyulduğunu görmüşdür. O, həmin stolun əsgər Zərərçəkmiş şəxs tərəfindən dəhlizin giriş tərəfində qoyulduğunu öyrənmişdir. O, buna görə qəzəblənib əsgər Zərərçəkmiş şəxs “Niyə mənim otağımın girişinə stol qoymusan? deyə soruşmuş, sonuncu isə “Nə etmişəm ki? Stol qoymuşam da” deyə bildirkdikə o özündən çıxıb əsgər Zərərçəkmiş şəxs sol diz nahiyə bir təpik zərbəsi vurmuşdur. Bundan sonra əsgər Zərərçəkmiş şəxs bel kəmərini çıxarıb yerə ataraq əsəbi şəkildə onun üzərinə doğru gəlmiş, həmin vaxtı oraya gələn müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular onları ayırmışlar. Bundan sonra o, əsgər Zərərçəkmiş şəxs kitelinin boyun hissəsinin sağ tərəfindən tutaraq etdiyi intizamsızlıq barədə bölük komandiri, kapitan Şahid1 məlumat vermək üçün onu sonuncunun xidməti otağına aparmışdır. Kapitan Şahid1 ondan nə baş verdiyini soruşduqda sonuncuya əsgər Zərərçəkmiş şəxs özbaşına əşya otağının qapısını açıb leytenant ŞahidN üçün corab götürmək istədiyini bildirmişdir. Bundan sonra o, otaqdan çıxıb bölüyün əsgər heyətinə corab paylamaq üçün düzülüş vermiş, əsgər Zərərçəkmiş şəxs isə bölük komandirinin xidməti otağında qalmışdır. Şəxsi heyət düzüldükdən sonra həmin gün saat N1:30 radələrində əsgər Zərərçəkmiş şəxs arxasınca bölük komandirinin otağına gedərək sonuncuyu sıraya çağırmış, həmin vaxtı kapitan Şahid1 N-ci taqım komandiri, baş leytenant X5 da orada olmuşdur. Kapitan Şahid1 ona “Starşina, əsəbləşmə, yorğunsan, get, uzan sakitləş” demiş və mübahisənin davam etməməsi üçün əsgər Zərərçəkmiş şəxs sıraya durmasına icazə verməmişdir. Lakin o, əsgər Zərərçəkmiş şəxs intizamsızlığı barədə kapitan Şahid1 məlumatlandırdıqda sonuncu əsgər Zərərçəkmiş şəxs bayırda gözləməsini tapşırmışdır. O, kapitan Şahid1 “Əsgər gör nə qədər qudurub ki, bel kəmərini çıxarb üzərimə gəlir” deyə bildirdikdə əsgər Zərərçəkmiş şəxs ona “Sən məni itələdin, mən də yiyəsiz deyiləm ki” demişdir. Bu zaman o əsəbiləşərək qapının qarşısında dayanmış əsgər Zərərçəkmiş şəxs sağ əli yarımbükülü vəziyyətdə əlinin iç hissəsi ilə sonuncunun sol sifət nahiyəsinə bir zərbə vurmuş, zərbə əsgər Zərərçəkmiş şəxs sol çənə, sol burun və sol göz altı nahiyəsinə dəymişdir Həmin zərbənin təsirindən əsgər Zərərçəkmiş şəxs aşağı çökmüşdür. Bu zaman baş leytenant İ.Xələfov onu əsgər Zərərçəkmiş şəxs aralımışdır. O, hadisədən sonra törətdiyi əməllərə görə peşman olmuş, zərərçəkmiş şəxslə barışmışdır. Zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 04 aprel N3-cü il tarixdə saat N1 radələrində bölüyün 1-ci taqım komandiri, leytenant ŞahidN və N-ci taqım komandiri, baş leytenant X6 ilə birlikdə xidməti otağında olarkən, dəhlizdən mübahisə səslərinin gəldiyini eşitmişlər. Buna görə də o, yaranmış səs-küyün səbəbini aydınlaşdırcaq üçün xidməti otağından çölə çıxmış, həmin vaxt bölüyün baş çavuşu, gizir Təqsirləndirilən şəxs ilə əsgər Zərərçəkmiş şəxs tutuşduqlarını, gizir Təqsirləndirilən şəxs sol əli ilə əsgər Zərərçəkmiş şəxs kitelinin boyun hissəsinin sol hissəsindən, sonuncunun isə gizir Təqsirləndirilən şəxs əynində olan uzunqol köynəyin yaxasından tutduğunu görmüşdür. Onları ayırıb hər ikisini xidməti otağına aparmış, orada əsgər Zərərçəkmiş şəxs mübahisənin səbəbini soruşduqda əşya otağından corab götürmək üçün əşya otağın girişinə stol qoyduğuna görə gizir Təqsirləndirilən şəxs əsəbləşdiyini ona bildirmişdir. Həmin vaxtı onların sifətində və bədəninin görünən hissələrində heç bir xəsarət olmamış, bundan sonra gizir Təqsirləndirilən şəxs otaqdan çıxıb getmişdir. Təxminən 15 dəqiqə sonra gizir Təqsirləndirilən şəxs onun xidməti otağına gəlib, bölüyün şəxsi heyətini düzdüyünü və əsgər Zərərçəkmiş şəxsda sıraya çağırdığını bildirmiş, lakin o, mübahisənin davam etməməsi üçün əsgər Zərərçəkmiş şəxs sıraya durmasına icazə verməmişdir. Bundan sonra gizir Təqsirləndirilən şəxs “Yaşlı adamam” deyərək əsgər Zərərçəkmiş şəxs onun yaxasından tutduğunu demiş və sonuncuya “Səhər bunlar getsin, sənin başını bədənindən üzəcəm” sözlərini demişdir. Həmin vaxt əsgər Zərərçəkmiş şəxs gizir Təqsirləndirilən şəxs “Heçkəs yiyəsiz deyil” demiş, gizir Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs bu sözlərinə qəzəblənib sonuncunun üzərinə doğru gedib əvvəlcə sağ əli ilə Zərərçəkmiş şəxs sol gözaltı nahiyəsinə bir yumruq zərbəsi, ardınca sağ əli ilə sol sifət nahiyəsinə bir yumruq zərbəsi vurmuşdur. Həmin vaxtı o, gizir Təqsirləndirilən şəxs bunları edəcəyini düşünməmiş, buna görə dərhal ayağa qalxıb onları bir-birindən ayırmağa başlamış, lakin gizir Təqsirləndirilən şəxs hirsi soyumadığı üçün əsgər Zərərçəkmiş şəxs yenidən vurmağa cəhd etmişdir. Həmin vaxtı gizir Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs yenidən zərbə vursada zərbənin yumruqla, dizlə və ya ayaqla vurmasını görə bilməmişdir. Bundan sonra göstərişi ilə baş leytenant İsmət Xələfov gizir Təqsirləndirilən şəxs sakitləməsi üçün çölə aparmış, o, isə əsgər Zərərçəkmiş şəxs ilə məşğul olmuşdur. Həmin vaxt o, Zərərçəkmiş şəxs sol gözaltı nahiyəsinin göyərdiyini və burun nahiyəsindən qan axdığını müşahidə etmiş. Buna görə də leytenant ŞahidN əsgər Zərərçəkmiş şəxs sanitar qovşağına aparmağını tapşırmış, bundan sonra hadisə barədə taborunun şəxsi heyətlə iş üzrə köməkçisi, X7yə məlumat verilmişdir. X7 bölüyə gəldikdən sonra hadisə barədə raport tərtib etmiş və ardınca əsgər Zərərçəkmiş şəxs müayinə olunması üçün hərbi hissənin tibb məntəqəsinə göndərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş ŞahidN ifadəsində göstərmişdir ki, 04 aprel N3-cü il tarixdə saat N1 radələrində o, N nömrəli hərbi hissə komandirinin tapşırığına əsasən qərargaha getməli olmuşdur. Buna görə də bölüyün gün növbətçisi olan əsgər Zərərçəkmiş şəxs ona bölüyün əsgərlərindən corab tapıb gətirməsini tapşıraraq, daha sonra alıb qaytaracağını bildirmişdir. Əsgər Zərərçəkmiş şəxs taparam deyib getmişdir. Bundan sonra o, bölük komandiri Şahid1 xidməti otağına getmişdir. Bölük komandirinin otağında olarkən, dəhlizdən mübahisə səslərinin gəldiyini eşitmişlər. Həmin vaxt Samir Mehtiyev əsgər Zərərçəkmiş şəxs “sənə kim icazə verib ki, mənim əşya otağımın qarşısına stol qoyursan?” deyirdi. Həmin vaxt Samir Mehtiyevlə əsgər Zərərçəkmiş şəxs anidən bölük komandirinin xidməti otağının döşəməsinin üzərinə yıxılmışlar. Bu zaman onlar araya girib onları bir birindən ayırmışlar. Sonra gizir S.Mehtiyev otağı tərk etmişdir. O, hərbi hissənin qərargahına getməli olduğu üçün otağı tərk edib hazırlaşmaq üçün zabitlər otağına getmişdir. Həmin gün təxminən saat N1:30radələrində dəhlidən səs küy gəldiyini eşitmişdir. Dərhal oraya getdikdə kapitan Şahid1 Zərərçəkmiş şəxs xidməti otağına salmağa çalışdığını, gizir S.Mehtiyevi isə bölüyün hazırda adlarını xatırlamadığı əsgərlərinin sakitləşdirməyə çalışdıqlarını görmüşdür. Ona məlum olmuşdur ki, gizir S.Mehtiyev əsgər Zərərçəkmiş şəxs zor tətbiq etmişdir. İş üzrə Zərərçəkmiş şəxs məhkəməyə gəlmədiyindən onun cinayət işinin 155-157-ci vərəqlərində olan NN avqust N3-cü il tarixli ifadəsi oxunub elan edilmişdir. Zərərçəkmiş şəxs həmin ifadəsində göstərmişdir ki, o, 04 aprel N3-cü il tarixdən 05 aprel N3-cü il tarixədək N nömrəli hərbi hissənin 3-cü taborunun 8-ci bölüyü üzrə gün növbətçisi təyin olunmuş, həmin gün saat N1 radələrində 8-ci bölüyün 1-ci taqımının komandiri vəzifəsində xidmət edən leytenant ŞahidN onu bölüyün əsgər yataqxanasında yerləşən zabitlər üçün nəzərdə tutulmuş otağa çağıraraq corab gətirməsini xahiş etmişdir. O, leytenant ŞahidN corab aparmaq məqsədi ilə 8-ci bölüyün baş çavuşu, gizir Təqsirləndirilən şəxs yaxınlaşın əşya otağının açarını istəmiş, sonuncu açarın müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş X3 olduğunu demişdir. Bundan sonra o, yenidən kiçik çavuş A.Abışovla birlikdə gizir Təqsirləndirilən şəxs yanına gəlmiş, kiçik çavuş A.Abışov gizir Təqsirləndirilən şəxs əşya otağını açmaq üçün icazə istəmiş, sonuncu icazə verdikdən sonra kiçik çavuş A.Abışovla birlikdə əşya otağına daxil olmuşlar. O, əşya otağında nə qədər axtarsa da, corab tapa bilməmiş, bu səbəbdən əşya otağında olan stolu götürərək qapı arakəsməsinin üzərinə qoymuş, gizir Təqsirləndirilən şəxs gəlib həmin stola çıxıb corab verməsini düşünmüşdür. Bundan sonra o, yeməkxanaya su içməyə getmiş, bir müddət sonra gizir Təqsirləndirilən şəxs onu çağırdığını eşitmişdir. Gizir Təqsirləndirilən şəxs yanına getdikdə sonuncu “Sən kimsən ki, mənim əşya otağımın qarşısına stol qoyursan?" demiş, o, isə “Nə etmişəm ki? Stol qoymuşam da” deyə cavab verdikdə gizir Təqsirləndirilən şəxs sağ ayağı ilə onun sol dizindən bir qədər yuxarı nahiyəsinə bir təpik zərbəsi vurmuşdur. O, gizir Təqsirləndirilən şəxs “Məni niyə vurursan?” dedikdə sonuncu sol əli onun kitelinin boyun nahiyəsinin sağ hissəsindən tutaraq bölük komandirinin xidməti otağına aparmaq istəmiş, bu zaman o hirsələnərək, həmçinin üstbaşının səliqəsiz vəziyyətə düşdüyü üçün bel kəmərini və bölüyün gün növbətçisi olduğu üçün bel kəmərinə taxılmış vəziyyətdə olan üzərində olan süngü bıçağı yerə atmışdır. Bundan sonra gizir Təqsirləndirilən şəxs sol əli ilə onun kitelinin yaxasından tutduqda sonuncunun sol əlindən tutaraq özündən uzaqlaşdırmaq istəmiş, həmin vaxtı Təqsirləndirilən şəxs ayağı bölük komandirinin xidməti otağının giriş hissəsinə ilişdiyi üçün büdrəyərək yerə yıxılmış, onun yaxasını buraxmadığı üçün gizir Təqsirləndirilən şəxs üzərinə düşmüşdür. Həmin vaxtı bölük komandiri, kapitan Şahid1, baş leytenant X6 və leytenant ŞahidN onları ayırmışlar. Bundan sonra gizir Təqsirləndirilən şəxs corab paylamaq üçün bölüyün şəxsi heyətinə düzülüş vermiş və onuda oraya çağırmışdır. Lakin kapitan Şahid1 mübahisənin davam etməməsi üçün onun sıraya getməsinə icazə verməmişdir. Bir qədər sonra, yəni N1:30 radələrində gizir Təqsirləndirilən şəxs yenidən bölük komandirinin xidməti otağına gəlib, kinayə ilə bölüyün zabitlərini nəzərdə tutaraq “Yoldaş əsgər, səhər bunlar getsin, sənin başını bədənindən üzəcəm” demiş, kapitan Şahid1 isə “Starşina, əsəbisən, əsəbini əsgərdən çıxarmalı deyilsən” deyərək irad bildirmişdir. O, isə gizir Təqsirləndirilən şəxs “Heç kəs yiyəsiz deyil” deyə cavab vermiş, bu sözlərdən qəzəblənən gizir Təqsirləndirilən şəxs bölük komandirinin xidməti otağından sağ əli onun sol göz altı nahiyəsinə bir, sol üz nahiyəsinə bir yumruq zərbəsi vurmuşdur. Həmin zərbələrin təsirindən o, möhkəm fiziki ağrı hiss etmiş və gözü qaralmışdır. Ağrıdan bir qədər əyildikdə isə gizir Təqsirləndirilən şəxs onun burun nahiyəsinə bir zərbə vurmuş, lakin sonuncunun zərbəni yumruqla, dizlə, yaxud sillə ilə vurduğunu bilməmişdir. Həmin zərbənin təsirindən onun burun nahiyəsindən qan axmış, orada olan şəxslər bizi ayırmışlar. Hadisədən dərhal sonra leytenant A.Axundov onu əl-üz yuma yerinə apararaq burnundan axa qanı yumağa kömək etmişdir. Daha sonra o, hərbi hissənin tibb məntəqəsinə göndərilmiş, orada müayinə olunduqdan sonra aldığı xəsarətlərlə bağlı tibb məntəqəsinin “Zədələnmələrin (yaralanmaların) qeydiyyatı” kitabında qeydiyyat aparılmış və hadisə barədə hərbi hissə komandanlığına məruzə olunmuşdur. Hazırda o, gizir Təqsirləndirilən şəxs şikayətçi deyildir. Bundan başqa zərərçəkmiş şəx məhkəməyə ərizə verərək, həmin ərizəsində göstərmişdir ki, gizir Samir Mehtiyev ilə barışmış, ona qarşı heç bir şikayət tələbi yoxdur. Maddi imkanı olmadığından məkmə iclaslarına gələ bilmir. Onun iştirakı olmadan yekun qərar çıxarılmasını məhkəmədən xahiş edir. N nömrəli hərbi hissə komandirinin N iyul NN-ci il tarixli, N19 №-li əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.NN-ci il tarixdə N nömrəli hərbi hissənin 3-cü taborunun 8-ci bölüyünün baş çavuşu vəzifəsinə təyin edilərək hərbi hissənin şəxsi heyətinin siyahısına salınmışdır (iş vərəqi NN). N nömrəli hərbi hissə komandirinin N yanvar N3-cü il tarixli, 06 №-li əmrindən çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.N3-cü il tarixdə 3-cü taborun 8-ci bölüyünün N-ci taqımının N-ci manqasının atıcı qumbaraatan köməkçisi vəzifəsindən-3-cü taborun 8ci bölüyünün 1-ci taqımının N-ci manqasının atıcı qumbaraatann köməkçisi vəzifəsinə təyin edilmişdir (iş vərəqi 66). Cinayət işinin materiallarına əlavə edilmiş N nömrəli hərbi hissənin 3-cü taborunun 8-ci bölüyünün komandiri, kapitan Şahid1 xx.xx.N3-cü il tarixli raportundan görünür ki, xx.xx.N3-cü il tarixdə saat N1 radələrində bölüyün baş çavuşu, gizir Təqsirləndirilən şəxs ilə həmin bölüyün 1-ci taqımının N-ci manqasının atıcı qumbaraatan köməkçisi vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs arasında hərbi qulluqçuların qarşılıqlı münasibətlərin pozulması nəticəsində əsgər Zərərçəkmiş şəxs sol gözün alt nahiyəsindən xəsarət almışdır (iş vərəqi 9). Məhkəmə-tibbi ekspertizasının xx.xx.N3-cü il tarixli, 330 saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs xx.xx.N3-cü il tarixdə məhkəmə-tibbi ekspertizası zamanı sol gözaltı nahiyəsinin hematoması, üzün sol nahiyəsinin hematoması küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişlər, müayinə olunanın göstərdiyi tarixdə (xx.xx.N3) və şəraitdə yetirilməsi inkar olunmur, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olmuşdur (iş vərəqi 101- 10N). N nömrəli hərbi hissə komandanlığı tərəfindən təqdim olunmuş arayışdan görünür ki, hərbi hissənin 3-cü taborunun 8-ci bölüyünün baş çavuşu, gizir Təqsirləndirilən şəxs ilə həmin bölüyün 1-ci taqımının N-ci manqasının atıcı qumbaraatan köməkçisi vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs arasında tabelik münasibətləri olmuş, belə ki, Təqsirləndirilən şəxs vəzifəcə və rütbəcə əsgər Zərərçəkmiş şəxs rəis hesab olunmuşdur (iş vərəqi 4N). Cinayət işinə əlavə edilmiş N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.N3-cü il tarixli, 1197 №-li tibbi arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır (iş vərəqi 43). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika informasiya idarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin xx.xx.N014-cü il tarixli hökmünə əsasən CM-in 331.N-ci maddəsi ilə təqsirli bilinərək 800 manat cərimə cəzasına məhkum olunmuş, xx.xx.N014-cü il tarixdə 800 manat cəriməni tam ödəmişdir (iş vərəqi 73-74). N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, S.Mehtiyev müsbət xarakterizə olunur. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, sübutları müqayisəli şəkildə araşdıraraq, təqsirləndirilən şəxsin əməllərinin hüquqi tövsifi məsələsini həll edərək belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 3N9.N.1-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Odur ki, Samir Mehtiyevin əməli istintaq orqanı tərəfindən CM 3N9.N.1-cü maddəsilə ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən aşağıdakıları əldə rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 41.N-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Həmin Məcəllənin 59.N-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N5 iyun N003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmədə araşdırılmış cinayət işinin materiallarından görünür ki, X8 müharibəsi iştirakçısı olmuş, “Suqovuşanın azad olunmasına görə” və ”Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmiş, N3-cü il tarixdə keçirilən “Lokal xarakterli antiterror əməliyyatının” iştirakçısı olmuş, zərərçəkmiş şəxslə barışmış, zərəçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxur. Məhkəmə hesab edir ki, göstərilənlər Samir Mehtiyevin şəxsiyyəti, cinayət hadisəsi vaxtı və sonrakı davranışı baxımından müsbət xarakterizə etdiyindən onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 6N.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 6N.N-ci maddəsində göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrıayrı hallar, həm də bu cür halların məcmuyu müstəsna hal hesab edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi cinayət əməlindən peşman olmasını, N016-cı il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrdə gizir kimi xidmət etməsini, Vətən müharibəsi iştirakçısı olmasını, medallarla təltif edilməsini, lokal xarakterli antiterror əməliyyatlarının iştirakçısı olmasını, şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən digər halların məcmusunu müstəsna hal kimi qiymətləndirərək, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini də nəzərə alıb, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 6N-ci maddəsini tətbiq etməklə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1-cü maddəsində müəyyən ediləndən daha yüngül cəza olan hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin olunmasını mümkün hesab edir.Məhkəmə cinayətin törədilmə hallarını, səbəblərini, təqsirləndirilən şəxsin ailə və maddi vəziyyətini nəzərə alıb, hesab edir ki, onun aylıq pul təminatından dövlət nəfinə 05 (beş) faiz məbləğində pul tutulmaqla 08 (səkkiz) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilməlidir. Cəzasını hərbi xidmət keçdiyi hərbi hissədə çəkməlidir. Təqsirləndirilən şəxs cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Onun barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət yeri üzrə komandanlığa həvalə edilməlidir. İş üzrə mülki iddia verilməmiş, maddi sübutlar yoxdur, habelə xüsusi müsadirənin predmeti olan əmlaklar aşkar edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1-cü maddəsi ilə təqsirli bilinsin, barəsində CM-nin 6N-ci maddəsi tətbiq edilməklə aylıq pul təminatından dövlət nəfinə 05 (beş) faiz məbləğində pul tutulmaqla 08 (səkkiz) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunsun. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət yeri üzrə komandanlığa həvalə edilsin. Cəzasının başlanğıcı aylıq pul təminatından tutulmalar edildiyi vaxtdan hesablansın. Hökmdən elan olunduğu andan N0 (iyirmi) gün müddətə Tərtər Hərbi Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Sarıyev
Məhkəmə qərarları › İş №1-1(098)-192/2023
Tərtər Hərbi Məhkəməsi Hökm — İş №1-1(098)-192/2023
10.10.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver