Məhkəmə qərarları › İş №1-1(098)-195/2023

Tərtər Hərbi Məhkəməsi Qərar — İş №1-1(098)-195/2023

03.10.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 1-1(098)-195/2023 03.10.2023 TƏRTƏR HƏRBİ MƏHKƏMƏSİ Tərtər Hərbi Məhkəməsinin sədri Quliyev İlqar Məsail oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Gülmira Şəmsəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Hərbi X1 Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Tərtər rayon Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx xxxx N05-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla N nömrəli hərbi hissədə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, hazırda Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 1-ci reaktiv artilleriya divizionun qərargah batareyasının mühafizə tağımının 2-ci mühafizə manqasında atıcı vəzifəsində, əsgər, barəsində 18 avqust N23-cü il tarixdə “komandanlığın müşahidəsi altına vermə” növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 332.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tərtər Hərbi Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Belə ki, N aprel N23-cü il tarixdən SHXÇDX-nin Bakı şəhəri Suraxanı rayon idarəsi tərəfindən Ağcabədi rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsinin 1-ci reaktiv artilleriya divizionunun qərargah batareyasının mühafizə taqımının 2-ci mühafizə manqasında atıcı vəzifəsində gənc əsgərlər bölüyündə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu qismində, əsgər hərbi rütbəsində xidmətdə olarkən 10 iyun N23-cü il tarixdə saat N:30 radələrində bölüyün sanitar qovşağında tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 138-ci maddəsində nəzərədə tutulan vəzifələrinə dair tələblərini pozaraq həmin divizionun idarəetmə taqımının meteorologiya stansiyasının sürücüsü vəzifəsində, əsgər hərbi rütbəsində xidmətdə olan Zərərçəkmiş şəxs ilə aralarında yaranmış, mübahisə zamanı Təqsirləndirilən şəxs qəzəblənərək əvvəlcə sağ əli ilə Zərərçəkmiş şəxs sol üz nahiyəsinə bir sillə zərbəsi, ardınca sol əli ilə sağ üz nahiyəsinə bir sillə zərbəsi, daha sonra sağ əli ilə sol göz nahiyəsinə bir yumruq zərbəsi vuraraq sonuncuya “Qaş nahiyəsinin çapılmış yarası, sol periorbital nahiyənin hematoması, sol gözün subkonyuktival hematoması” ilə müşayiət olunan qəsdən samlağlığına yüngül zərərvurmaya aid xəsarət yetirmişdir. Məhəkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxs N nömrəli hərbi hissəsinin 1-ci reaktiv artilleriya divizionun qərargah batareyasının mühafizə tağımının 2-ci mühafizə manqasınında atıcısı, əsgər Təqsirləndirilən şəxs ona CM-nin 332.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 10 iyun N23-cü il tarixdə saat 14:30 radələrində Ağcabədi rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsinin gənc əsgərlər bölüyündə əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olarkən bölüyün şəxsi heyəti ilə birlikdə günorta yeməyini qəbul edib əsgər yataqxanasına gəldikdən sonra yataqxananın daxilində sol çiyini ilə onunla üzbəüz gələn müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs təsədüfən çiyin atmışdır. Həmin vaxt gənc əsgərlər yataqxanada səs-küy yaratdığı üçün gənc əsgərlərin üzərində cavabdeh təyin edilmiş hərbi hissənin 6-cı divizionunun tibb məntəqəsinin sanitar təlimatçısı vəzifəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Şahid2 əsgərlərə yataqxananın daxilində düzülüş vermişdir. Gənc əsgərlər bölüyünün şəxsi heyəti ilə birlikdə sıraya düzülərkən əsgər Zərərçəkmiş şəxs sağ çiyini ilə onun sol çiyininə zərbə vuraraq sıranın ön tərəfinə keçmişdir. Düzülüş başa çatdıqdan sonra o, Zərərçəkmiş şəxs yaxınlaşıb “mənə niyə çiyin atırsan?” deyə soruşmuş, sonuncu “yaxşı edirəm, səni də bölükdə tanıyırlar, məni də tanıyırlar” demişdir. Həmin sözlərə görə o, Zərərçəkmiş şəxs əsgər yataqxanasının daxilində olan sanitar qovşağına aparmaq məqsədi ilə "gəl ayaq yoluna görüm nə deyirsən” demiş, əsgər Zərərçəkmiş şəxs ‘gəlmirəm demiş, o isə “sənin payına ora girən peysərdi” nalayiq ifadə işlədərək demişdir. Bundan sonra onların arasında mübahisə başa çatmışdır. Həmin gün, yəni 10 iyun N23-cü il tarixdə saat N:30 radələrində əsgər yataqxanasının daxilində yerləşən sanitar qovşağında gənc əsgərlər bölüyünün müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid1 əsgər Zərərçəkmiş şəxs sanitar qovşağına çağırmasını xahiş etmiş, bundan sonra Şahid1 Zərərçəkmiş şəxs sanitar qovşağına çağırmışdır. O, sanitar qovşağında Zərərçəkmiş şəxs günorta “əsgər yataqxanasında nə deyirdin mənə” deyib sonuncu tərəfindən deyilmiş “bölükdə səni də tanıyırlar, məni də tanıyırlar” sözlərinə aydınlıq gətirməini tələb etmişdir. Zərərçəkmiş şəxs ona “nə demişəmsə yaxşı etmişəm” demişdir. Bundan sonra onunla Zərərçəkmiş şəxs arasında mübahisə yaranmış, mübahisə zamanı o, özündən çıxıb sağ əli ilə Zərərçəkmiş şəxs üz nahiyəsinə sillə zərbəsi vurmuşdur. Həmin vaxt orada olan əsgər Şahid1 onları birbirindən ayırmış, Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlətmiş, buna görə də o, qəzəblənib sağ əli ilə Zərərçəkmiş şəxs sol göz nahiyəsinə bir yumruq zərbəsi vurmuşdur. Həmin vaxt çavuş Şahid2 sanitar qovşağına daxil olub onları ayırmışdır. Bundan sonra çavuş Şahid2 xəsarət aldığı üçün Zərərçəkmiş şəxs hərbi hissənin tibb məntəqəsinə göndərmiş, daha sonra hadisə barədə raport tərtib edərək yuxarı komandanlığa məruzə etmişdir. Ailədə 3 uşaqdılar, 2 qardaş bir bacısı var, məktəblidilər. Anası yataq xəstəsidir, hərəkət məhdudiyyəti var, kənar şəxslərin köməyi olmadan yeriyə bilmir və ona cəza təyin edilməsi anasını ağır mərhumiyyətlər dücar edə bilər. Atası ustadır. Törətdiyi əmələ görə peşman olmuşdur. Bu hadisədən sonra qanun pozuntulara yol verməyib. Zərəçəkmiş şəxslə bir yerdə xidmət edilər. Münasibətləri bərpa olunub. Zərəçəkmiş şəxsdən üzr istəyərək onunla barışmışdır. Antiterror əməliyyatlarında Ağcabədi rayonu Ağgöl yaşayış məntəqəsi istiqamətində raket artilleriyada atıcı vəzifəsində döyüş tapşırığı icrası ilə öz bölmələri ilə cəlb edilmişdi. Buna görə onu cəzadan azad edilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs N nömrəli hərbi hissənin maddi texniki təminat bölüyünün sürücüsü, əsgər Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Ağcabədi rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsinin gənc əsgərlər bölüyündə əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olarkən 10 iyun N23-cü il ta'rixdə saat 14:30 radələrində əsgər yataqxanasının daxilində ona təhkim olunmuş əşya dolabından əşya ləvazimatını götürmək üçün dolaba doğru irəlilədiyi zaman orada olan həmin bölüyün müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs ilə üzbəüz gələrkən sonuncunun sol çiyin nahiyəsini onun sol çiyin nahiyəsinə vurmuşdur. O isə Təqsirləndirilən şəxs “niyə belə hərəkət edirsən” demiş, sonuncu cavabında “yaxşı edirəm“ demişdir. O, Təqsirləndirilən şəxs “yaxşı etmirsən, səni də bölükdə tanıyırlar, məni də tanıyırlar” demiş, bundan sonra Təqsirləndirilən şəxs onun sağ qolundan tutub “gəl bura görüm sən nə deyirsən” deyərək əsgər yataqxanasında olan sanitar qovşağına aparmaq istəyərkən sonuncuya "gəlmirəm” demiş, Təqsirləndirilən şəxs sanitar qovşağının qapısını örtüb ona “sənin payına bura girən peysərdi” demiş. Həmiçinin Təqsirləndirilən şəxs onun sarğı nahiyəsinə təpik zərbəsi vuran zaman onların yanında kimsə olmamışdır. Həmin gün saat N:30 radələrində əsgər yataqxanasında olduğu zaman müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid1 ona yaxınlaşaraq Təqsirləndirilən şəxs onu sanitar qovşağına çağırdığını demişdir. Bundan sonra o, əsgər Şahid1la birlikdə sanitar qovşağına getmiş, orada olarkən Təqsirləndirilən şəxs günorta nə deyirdin deyib iki sillə zərbəsi vurmuşdur. Həmin vaxt orada olan əsgər Şahid1 onları bir-birindən ayırmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs hadisəni məruzə edəcəyini dedikdə sonuncu ona “sən peysərsən” demiş, o isə Təqsirləndirilən şəxs “kim mənə nə söyüş söyürsə özüdü” demişdir. Bundan sonra Təqsirləndirilən şəxs onun üzərinə doğru gəlib sağ əli sol göz nahiyəsinə bir yumruq zərbəsi vurmuşdur. Zərbənin təsirindən onun sol qaşından qan axmağa başlamış, həmin vaxt gənc əsgərlərin üzərində cavabdeh olan hərbi hissənin 6-cı divizionunun tibb məntəqəsinin sanitar təlimatçısı, çavuş Şahid2 sanitar qovşağına daxil olub onları ayırmışdır. Daha sonra çavuş Şahid2 onu xəsarət aldığı üçün hərbi hissənin tibb məntəqəsinə göndərmişdir. Tibb məntəqəsindən N nömrəli hospitala aparılıb, oradan isə Gəncə şəhəri 230 nömrəli hospitala aparılıb orada qaşın üstünə 2 tikiş qoyulub. 13 gündən sonra hospitaldan göndərilb hərbi hissəyə. Əvvəllər Təqsirləndirilən şəxsla münasibətləri yaxşı olmuş, heç bir ədavət olmamış. Hadisədən sonra Təqsirləndirilən şəxs ondan üzr istəmişdir, onunla barışmışlar. Onun Təqsirləndirilən şəxs qarşı heç bir iddia, şikayət və tələbi yoxdur. Hadisədən keçən altı ay ərzində birgə xidmət zamanı aralarında dostluq münasibətləri yaranıbdır və onlar birlikdə antiterror əməliyatı ilə bağlı Ağcabədi rayonu Ağgöl yaşayış məntəqəsi istiqamətində döyüş tapşırığı icrasına cəlb edilmişdilər. Buna görə Təqsirləndirilən şəxs cəzadan azad edilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş şahid N nömrəli hərbi hissənin 2-ci divizionunun 5-ci batareyasının 3-cü döyüş maşının tuşlayıcı vəzifəsində, əsgər Şahid1 ifadəsində göstərmişdir ki, o, Ağcabədi rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsinin gənc əsgərlər bölüyündə əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olarkən 10 iyun N23-cü il tarixdə saat N:30 radələrində əsgər yataqxanasının daxilində sanitar qovşağında əsgər Təqsirləndirilən şəxsla söhbət edərkən, sonuncu ondan Zərərçəkmiş şəxs sanitar qovşağına çağırmasını xahiş etmişdir. Bundan sonra o, əsgər yataqxanasına daxil olub əsgər Zərərçəkmiş şəxs sanitar qovşağına gəlməsini istəmiş, bundan sonra sonuncu onunla birlikdə oraya getmişdir. Onlar oraya daxil olduqdan sonra əsgər Zərərçəkmiş şəxs əsgər Təqsirləndirilən şəxs görmüş və onlar söhbət etməyə başlamışlar. Söhbət zamanı onların arasında mübahisə yaranmışdır. Mübahisə zamanı əsgər Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs üzərinə doğru gəlib sillə zərbəsi vurmuşdur. Həmin vaxt o, onları bir-birindın ayırmışdır. Bundan sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs “məni vurduğun üçün gedib məruzə edəcəm səni peysər çıxardacaqlar” demiş, sonuncu qəzəblənib sağ əli ilə Zərərçəkmiş şəxs sol göz nahiyəsinə bir yumruq zərbəsi vurmuşdur. Əsgər Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs həmin yumruq zərbəsi vurarkən gənc əsgərlərin üzərində cavabdeh olan hərbi hissənin 6-cı divizionunun tibb məntəqəsinin sanitar təlimatçısı vəzifəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Şahid2 sanitar qovşağına daxil olmuş, onları bir-birindən ayırmışdır. Bundan sonra çavuş Şahid2 Zərərçəkmiş şəxs hərbi hissənin tibb məntəqəsinə göndərmiş, daha sonra hadisə barədə yuxarı komandanlığa məruzə etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərmişdi ki, Ağcabədi rayonu ərazisində N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş hərbi rütbəsində gənc əsgərlər bölüyündə cavabdeh kimi xidmətdə olarkən 10 iyun N23-cü il tarixdə N:30 radələrində əsgər yataqxanasının daxilində sanitar qovşağında səsküy gəldiyini eşitmiş, bundan sonra ora daxil olub Zərərçəkmiş şəxs vurulduğunu və Zərərçəkmiş şəxs qaşından qan axdığını görmüş. Kim vurduğunu soruşduqda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğunu bildirdimişdi. Həmin vaxt orada Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və Şahid1 görmüş. Bundan sonra çavuş Şahid2 Zərərçəkmiş şəxs hərbi hissənin tibb məntəqəsinə göndərmiş, daha sonra hadisə barədə yuxarı komandanlığa məruzə etmiş. Hadisədən sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üzr istəyib barışmışlar. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs münasibətləri yaxşı olmuş, qanun pozuntuları olmamış, nizamnaməyə uyğun tələbləri yerinə yetiriblər. Hadisədən kecən altı aydan çox müddət ərzində Təqsirləndirilən şəxs nümunəvi əsgər kimi xidmətini davam etdirmişdir və üzərinə düşən vəzifələri tam icra etmişdir. Antiterror əməliyyatlarında hərbi hissə döyüş tapşırığı icrası ilə tam şəxsi heyyətlə çıxarılmışdı. Xidməti xasiyyətnamələrdən görünür ki, Zərərçəkmiş şəxs müsbət xasiyyətlənir, Təqsirləndirilən şəxs xidmət etdiyi müddət ərzində intisamsızlığa yol versə də tez bir müddət ərzində aradan qaldırmaq üçün öz üzərində çalışır. N nömrəli hərbi hissə komandirinin N aprel N23-cü il tarixli, 100 №-li əmrdən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.N23-cü il tarixdə hərb hissənin 1-ci reaktiv artilleriya divizionunun qərargah batareyasının mühafizə taqımının 2-ci mühafizə taqımının mühafizə manqasında atıcı vəzifəsinə təyin edilərək hərbi hissənin şəxsi heyətinin siyahasına daxil edilmişdir. N nömrəli hərbi hissə komandirinin N aprel N23-cü il tarixli, 106 №-li əmrindən çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.N23-cü il tarixli hərbi hissənin 1-ci reaktiv artilleriya divizionunun idarəetmə taqımının meteorologiya stansiyasının sürücüsü vəzifəsinə təyin edilərək hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmişdir. N nömrəli hərbi hissənin tibb məntəqəsinin tibb xidməti rəisi, tibb xidməti kapitanı Ülvi Əliyevin xx.xx.N23-cü il tarixli raportundan görünür ki, gənc əsgərlər bölüyünün əsgəri Zərərçəkmiş şəxs xx.xx.N23-cü il tarixdə “Sol qaş üstü nahiyəsinin çapılmış yarası, sol gözün hematoması” diaqnozu ilə tibb məntəqəsinə müraciət etmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.N23-cü il tarixli, 485 saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs xx.xx.N23-cü il tarixdə məhkəmə-tibbi ekspertizası zamanı qaş nahiyəsinin çapılmış yarası, sol periorbital nahiyənin hematoması, sol gözün subkonyuktival hematoması küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişlər, müayinə olunanın göstərdiyi tarixdə (xx.xx.N23) və şəraitdə yetirilməsi inkar olunmur, dərəcəsinə görə, ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. N nömrəli hərbi hissə komandanlığı tərəfindən təqdim olunmuş arayışdan görünür ki, gənc əsgərlərin batareyasının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs ilə həmin batareyanın müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs arasında tabeçilik münasibəti olmamışdır. N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.N23-cü il tarixli, 1641 №-li tibbi arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N23-cü il tarixli, 284 nömrəli əmrdən çıxarışdan görünür ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.N23-cü il tarixli 06 nömrəli sərəncamına əsasən Təqsirləndirilən şəxs və əmrdə adları qeyd olunan hərbi qulluqçular döyüş tapşırığının icrası ilə əlaqədar olaraq öz bölmələrindən (Ağcabədi 5 hərbi şəhərciyi) Ağcabədi rayonu Ağgöl yaşayış məntəqəsinə getmiş hesab edilmişlər. N nömrəli hərbi hissə komandirinin xx.xx.N23-cü il tarixli, 286 nömrəli əmrdən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs və əmrdə adları qeyd olunan hərbi qulluqçular döyüş təyinatlı rayonlardan öz bölmələrinə qayıtmış hesab edilmişlər. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs CM-nin 332.1-ci maddəsi ilə təqsirli sayaraq 03(üç) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilməsini məhkəməyə təklif etdi. Təqsirləndirilən şəxsin vəkili Hümbət Mərdanlının məhkəməyə vəsatət verərək bildirmişdir ki, Şahid2 üzərindən uzun müddət keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs aralarında heç bir problemlər olmamasını, xidmətlərində problemləri olmamasını, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi olmamasını, antiterror əməliyyatının keçirilməsinə cəlb edilməsini nəzərə alıb Təqsirləndirilən şəxs barəsində CM-nin 74-cü maddəsini tətbiq etməklə şəraitin dəyişməsi ilə əlaqədar CM-nin 332.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışıq əldə etmələrini, münasibətləri yaxşı olmasını, antiterror əməliyyatında döyüş tapşırığını bir yerdə yerinə yetirməmələrini nəzərə alaraq onu cəzadan azad olunmasını xahiş edərək, bu haqda ərizəsini də təqdim etmişdir. Təqsirləndirilən şəxs vəkilinin fikri ilə razı olduğunu antiterror əməliyyatının keçirilməsinə cəlb edilməsini nəzərə alıb barəsində CM-nin 74-cü maddəsini tətbiq etməklə şəraitin dəyişməsi ilə əlaqədar CM-nin 332.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə yuxarıda tədqiq edilmiş sübutları tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 332.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və bu əməldə təqsirli sayılaraq cəzalandırılması üçün əsaslar var. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs müdafiəçisi Hümbət Mərdanlının vəsatətini və proses iştirakçılarının vəsatətə dair fikirlərini dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə vəsatət təmin olunmalı, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində cinayət təqibinə xitam verilməlidir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmişdir, cinayəti gənc əsgər olaraq xidmətinin 2-ci ayında törətmişdir, hadisədən sonra zərəçəkmiş şəxsdən üzr istəyərək barışmışdır və hal-hazırda birgə xidmət müddətində aralarında dostluq münasibəti yaranıb, hadisədən sonra keçən müddət ərzində digər qanunu və nizamnamə pozuntularına yol verməyərək, nümunəvi əsgər kimi xidmətini davam etdirir, N23-cü ilin sentyabır ayının 19-da başlanılmış antiterror əməliyyatlarında Ağcabədi rayonu Ağgöl yaşayış məntəqəsi istiqamətində raket artilleriyada atıcı vəzifəsində döyüş tapşırığı icrası ilə N nömrəli hərbi hissənin şəxsi heyətinin tərkibində cəlb edilmişdi. Təqsirləndirilən şəxs verdiyi məlumata əsasən anasının yataq xəstəsi olaraq, hərəkət məhdudiyyəti olmasını, kənar şəxslərin köməyi olmadan yeriyə bilməməsi onun ailə vəziyyətinin ağır olmasına dəlalət edir. Törətdiyi əmələ görə peşmandır. Zərəçəkmiş şəxs məhkəməyə müraciət edərək bildirdi ki, Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur və onu cəzadan azad edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 14 sentyabr N21-ci il qərarında göstərilmişdir ki, “Şəraitin dəyişməsi ilə bağlı cinayət məsuliyyətindən azad etmə CM-nin 74-cü maddəsində nəzərdə tutulmuşdur. Cinayət hüquq nəzəriyyəsində şəraitin dəyişməsi dedikdə, cinayət törədilən ana qədər mövcud olan vəziyyətlə müqayisədə şəxsin həyatında şəraitin ciddi surətdə dəyişməsi başa düşülür. Belə hallarda şəraitin dəyişməsi şəxsin həyatı ilə bağlı olur. Bu, cinayət törədən şəxsin yaşayış yerini dəyişməsində, ali məktəbə daxil olmasında, həqiqi hərbi xidmətə getməsində və s. ifadə oluna bilər. Bundan başqa, şəraitin dəyişməsi siyasi, iqtisadi və sosial sahələrdə baş verən dəyişikliklərlə də bağlı ola bilər. Belə dəyişiklik ölkə miqyasında və ya müəyyən regionda, şəhərdə və s. ərazidə baş verə bilər. Şəraitin dəyişməsinin nisbətən geniş miqyasda baş verməsi ictimai münasibətlər sistemində elə dəyişikliyi nəzərdə tutur ki, bunun təsiri ilə cinayət əməli öz maddi əlamətini - ictimai təhlükəliliyini itirir”. Qeyd olunanlar ona dəlalət edir ki, Təqsirləndirilən şəxs cinayətdən sonrakı dövrlərdə yuxarıda sadalanan nümunəvi davranış nümayiş etdirməklə və antiterror əməliyyatlarının keçirilməsinə cəlb edilməklə, onun artıq islah olunaraq şəxsiyyətinin ictimai təhlükəliyi aradan qalxmışdır. Belə olan halda məhkəmə CPM-nin 40.2, 43.3-cü maddələrinin və CM-nin 74-cü maddəsinin tələbləri baxımından şəraitin dəyişməsi ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 74-cü maddəsinə əsasən şəraitin dəyişməsi nəticəsində törədilmiş əməlin və ya bu əməli törətmiş şəxsin ictimai təhlükəli olmadığı müəyyən edildikdə, böyük ictimai təhlükə törətməyən cinayət və ya az ağır cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası CPM-nin 40.2-ci maddəsində göstərilir ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsində göstərilir ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Odur ki, vəsatət təmin edilməli, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində cinayət təqibinə xitam verilməlidir. Habelə qətimkan tədbiri ləğv olunmalıdır. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 321-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs CM-nin 74-cü maddəsinə əsasən şəraitin dəyişməsi ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” növündə qətimkan tədbiri ləğv edilsin. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsi hesabından vəkil X2 işlədiyi Tərtər rayon Vəkil Bürosunun hesabına 54 (əli dörd) manat məbləğində pul köçürülsün. Qərarın surəti 3(üç) gün müddətində cinayət prosesi tərəflərinə verilsin və ya poçt vasitəsi ilə göndərilsin. Qərardan elan olunduğu andan N (iyirmi) gün müddətə Tərtər Hərbi Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Sədrlik edən: İlqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar