Məhkəmə qərarları › İş №1-1(098)-196/2023

Tərtər Hərbi Məhkəməsi Hökm — İş №1-1(098)-196/2023

17.10.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tərtər rayonu İş № 1-1(098)-196/2023 17.10.2023 TƏRTƏR HƏRBİ MƏHKƏMƏSİ Hakim Sarıyev Əhməd Mədət oğlunun sədrliyi, Hüseynov Ramil Saday oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi XN Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Tərtər Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx N004-cü il tarixdə Qaradağ rayonunun Ələt qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Salyan rayonunun Xıdırlı kəndində daimi qeydiyyatda olmaqla yaşayan, N0 aprel N0NN-ci il tarixdə SHXÇDX-nin Salyan rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış, N nömrəli hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər, barəsində komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 335.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tərtər Hərbi Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Əzizov X4 Nazirliyinin N nömrəli hərbi hissəsinin 1-ci taborunun 3-cü bölüyünün Nci taqımının 3-cü manqasında atıcı-qumbaraatan köməkçisi vəzifəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olarkən 18 mart N0N3-cü il tarixdə saat 17 radələrində Ağdam rayonunun Qızılı Kəngərli kəndi ərazisində yerləşən hərbi hissənin qərargahının inzibati binasının arxa tərəfində xidmət etdiyi taborda olan günün nizam qaydalarının çətinliyinə dözə bilmədiyinə görə hərbi xidmət vəzifələrinin icrasından öz sağlamlığına zərər yetirməklə müvəqqəti boyun qaçırmaq məqsədilə birdəfəlik üzqırxanla sol qol nahiyəsini kəsərək sağlamlığına “sol saidin çoxsaylı cızılmış yaraları” ilə müşaiyət olunan və dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, nəticədə 18 mart N0N3-cü il tarixdən N8 mart N0N3-cü il tarixədək hərbi hissənin tibb məntəqəsində stasionar müalicədə olmaqla xidməti vəzifələrinin icrasından azad olunmağa nail olaraq öz sağlamlığına zərər yetirməklə hərbi xidmət vəzifələrinin icrasından müvəqqəti boyun qaçırmışdır. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 335.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 335.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində bildirdi ki, N0N3-cü ilin fevral ayının sonlarında məzuniyyətə buraxılaraq 15 mart N0N3-cü il tarixdə N nömrəli hərbi hissənin Ağdam rayonunun Qızılı Kəngərli kəndi ərazisində yerləşən qərargahına qayıtmış, həmin vaxt xidmət etdiyi bölükdən nümayəndə olmadığına görə 15 mart N0N3-cü il tarixdən 18 mart N0N3-cü il tarixədək hərbi hissənin qərargahının yaxınlığında yerləşən tank əleyhinə bölüyündə qalmışdır. 18 mart N0N3-cü il tarixdə gizir Şahid1 yanına gələrək nümayəndə olduğunu və onu xidmət yerinə aparacağını bildirmişdir. Həmin tarixlərdə xidmət yeri olan hərbi hissənin 1-ci taboru Tərtər rayonunun Cəmilli kəndi ərazisində yerləşmiş və taborda olan zaman təlimlərə cəlb edildiklərinə görə orada xidmət aparmaq onun üçün çətin olmuş, bu səbəbdən həmin taborda xidmət etmək istəməmişdir. Göstərilən səbəblərdən gizir Şahid1 1-ci tabora getmək istəmədiyini bildirmiş, lakin sonuncu bu barədə qərar verə bilməyəcəyini deyib onu kapitan ŞahidN yanına aparmışdır. Orada kapitan ŞahidN də bu barədə qərar verə bilməyəcəyini deyib onu hərbi hissənin qərargah rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, mayor Zamir İbrahimov və mayor Şahid3 yanına aparmışdır. Həmin vaxt anasının xəstə olduğunu, habelə 1-ci tabroda olan xidmətin çətinliyinə görə sıxıldığını bildirmiş, bundan sonra həm Z.İbrahimov, həm də Şahid3 onunla söhbət edərək xidmət aparmalı olduğunu bildirmişlər. Daha sonra qərargahın inzibati binasının qarşısında dayanan kapitan ŞahidN yanına getmiş, orada hərbi hissənin 1-ci taboruna getməli olan avtomobilin hazır olduğunu görərək qeyd edilən tabora getməkdən yayınmaq məqsədilə özünə xəsarət yetirmək qərarına gəlib yalandan ŞahidN tualetə getmək üçün icazə istəmişdir. ŞahidN ona icazə verdikdən sonra hərbi hissənin Ağdam rayonunun Qızılı Kəngərli kəndi ərazisində yerləşən qərargahının inzibati binasının arxa tərəfinə keçərək əşyalarının arasında olan birdəfəlik üzqırxanın ülgüc hissəsi ilə sol qol nahiyəsinə kəsiklər atmaqla özünə xəsarət yetirmişdir. Bundan sonra qərargahın inzibati binasının qarşı tərəfinə keçib kapitan ŞahidN yaxınlaşaraq qolunu göstərib özünə xəsarət yetirdiyini, 1-ci tabora getmək istəmədiyini bildirmişdir. Daha sonra ŞahidN onu hərbi hissənin tibb məntəqəsinə aparmışdır. Orada həkim Şahid4 onu müayinə etmiş və stasionar müalicəyə qəbul edilməli olduğunu demişdir. Həmin gün hərbi hissənin tibb məntəqəsində stasionar müalicəyə qəbul edilərək N8 mart N0N3-cü il tarixədək orada stasionar müalicədə olmuşdur. Hazırda xidmətini başa vurub ordy sıralarından tərxis olmuşdur. Törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Şahid4 məhməyə verdiyi ifadəsində göstərmişdir ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin tibb xidməti rəisi vəzifəsində xidmət edir. Əsgər Təqsirləndirilən şəxs hərbi xidmət zamanı tanımış, aralarında qohumluq, düşmənçilik və ədavət olmamış, münasibətləri xidməti olmuşdur. 18 mart N0N3-cü il tarixdə saat N radələrində hərbi hissənin tibb məntəqəsində olan zaman 1-ci taborunun 3-cü bölüyünün N-ci taqımının 3cü manqasında atıcı qumbaraatan köməkçisi vəzifəsinə əsgər hərbi rütbəsində xidmət edən Təqsirləndirilən şəxs kapitan ŞahidN tibb məntəqəsinə gətirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs müayinəsi zamanı sol saidinin içəri və bayır nahiyələrində çoxsaylı kəsilmiş-cızılmış yaraların olması aşkar edilmiş, Təqsirləndirilən şəxs hərbi hissənin 1-ci taboruna getməkdən yayınmaq üçün həmin gün hərbi hissənin qərargahının inzibati binasının yaxınlığında üzqırxanın ülgüc hissəsi ilə özünə xəsarət yetirdiyini bildimişdir. Bundan sonra Təqsirləndirilən şəxs 18 mart N0N3-cü il tarixdə hərbi hissənin tibb məntəqəsində stasionar müalicəyə qəbul edilərək N8 mart N0N3-cü il tarixədək stasionar müalicə olmuşdur. Şahid1 məhkəməyə gəlmədiyindən onun cinayət işinin 106-109-cu vərəqələrində olan ibtidai istintaq vaxtı verdiyi N6 iyul N0N3-cü il tarixli ifadəsi elan olunmuşdur. Şahid1 həmin ifadəsində göstərmişdir ki, həmin hərbi hissənin 1-ci taborunun 3-cü bölüyünün N-ci taqım komandirinin müavini vəzifəsində gizir hərbi rütbəsində xidmət edir. Əsgər Təqsirləndirilən şəxs hərbi xidmət zamanı tanımış, aralarında qohumluq, düşmənçilik və ədavət olmamış, münasibətləri xidməti olmuşdur. N0NN-ci ilin dekabr ayından N0N3-cü ilin aprel ayınadək xidmət etdiyi tabor müvəqqəti olaraq Tərtər rayonunun Cəmilli kəndi ərazisində dislokasiya olunmuş, həmin vaxtlarda Təqsirləndirilən şəxs hərbi hissə komandirinin əmrinə əsasən hərbi hissənin 1-ci taborunun 3-cü bölüyünün N-ci taqımının 3-cü manqasında atıcı qumbaraatan köməkçisi vəzifəsinə təyin edilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən vəzifəyə təyin edildikdən sonra N0N3-cü ilin fevral ayının sonlarında məzuniyyətə buraxılmış, məzuniyyət müddəti 15 mart N0N3-cü il tarixdə başa çatdığından həmin gün hərbi hissənin Ağdam rayonunun Qızılı Kəngərli kəndi ərazisində yerləşən qərargahına qayıtmışdır. Həmin vaxt 1-ci taborun hər hansı nümayəndəsi olmadığından 15 mart N0N3-cü il tarixdən 18 mart N0N3-cü il tarixədək hərbi hissənin qərargahının yaxınlığında yerləşən tank əleyhinə bölükdə qalmışdır. 18 mart N0N3-cü il tarixdə xidmət etdiyi taborun komandiri, kapitan ŞahidN tapşırığına əsasən yataq dəstləri götürmək məqsədilə hərbi hissənin qərargahına göndərilmiş, orada olan zaman kapitan ŞahidN xidmət etdiyi 3-cü bölüyün əsgəri Təqsirləndirilən şəxs tank əleyhinə bölükdə olduğunu, sonuncunu da götürərək tabora qaytarmağını bildirmişdir. Bundan sonra hərbi hissənin tank əleyhinə bölüyünün inzibati binasına gedərək oradan əsgər Təqsirləndirilən şəxsla birlikdə qərargahın inzibati binasına qayıtmış, həmin vaxt Təqsirləndirilən şəxs xidmət yerinə, yəni 1-ci taborun 3-cü bölüyünə qayıdacağını dedikdən sonra sonuncu tabora getmək istəmədiyini, hərbi hissənin qərargah rəisinə bu barədə məlumat vermək istədiyini bildirmişdir. Lakin o, Təqsirləndirilən şəxs kapitan F,Heydərlinin yanına aparmışdır. Bundan sonra orada digər işlərlə məşğul olmuş, tabora getmək üçün hazır olduqdan sonra Təqsirləndirilən şəxs ŞahidN tualetə getmək üçün icazə istəmişdir. ŞahidN Təqsirləndirilən şəxs icazə verdikdən sonra sonuncu qərargahın inzibati binasının arxa tərəfinə keçmişdir. Təxminən 5 dəqiqə sonra ətrafda olan hazırda xatırlamadığı hərbi qulluqçulardan əsgər Təqsirləndirilən şəxs sol qol nahiyəsini kəsərək özünə xəsarət yetirdiyini eşitmiş, bundan sonra Təqsirləndirilən şəxs hərbi hissənin tibb məntəqəsinə göndərilmişdir. Habelə ŞahidN ona tabora qayıtmasını tapşırmış və o xidmət yerinə qayıdaraq 3-cü bölük komandiri Rza Seyidova hadisə barədə məlumat vermişdir. Hadisə zamanı Təqsirləndirilən şəxs özünə xəsarət yetirməklə hərbi xidmət vəzifələrinin icrasından müvəqqəti boyun qaçırmağa çalışmış və hərbi hissənin tibb məntəqəsində stasionar müalicəyə qəbul edilərək buna nail olmuşdur. Təqsirləndirilən şəxs hərbi hissənin 1-ci taborunun 3-cü bölüyündə hər hansı hərbi qulluqçu ilə mübahisə və ya davadalaşının şahidi olmamış, sonuncuya qarşı hər hansı formada fiziki və ya psixi təsir göstərən də olmamışdır. Təqsirləndirilən şəxs xidmət yeri olan hərbi hissənin 1-ci taborunun 3-cü bölüyü hadisə zamanı Tərtər rayonunun Cəmilli kəndi ərazisində yerləşdiyindən günün nizam qaydasına uyğun olaraq orada sıra hazırlığı və dərslər keçirilmiş, Təqsirləndirilən şəxs həmin səbəblərdən 1-ci tabora getməkdən boyun qaçırmaq məqsədilə özünə xəsarət yetirmişdir. ŞahidN məhkəməyə gəlmədiyindən onun cinayət işinin 117-1N0-ci vərəqələrində olan ibtidai istintaq vaxtı verdiyi N3 avqust N0N3-cü il tarixli ifadəsi elan olunmuşdur. ŞahidN həmin ifadəsində göstərmişdir ki, hazırda N nömrəli hərbi hissəsinin N-ci taborunun komandiri vəzifəsində, kapitan hərbi rütbəsində xidmət edir. Əsgər Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 1-ci taborunun komandiri olduğu vaxtlardan tanımış, aralarında qohumluq, düşmənçilik və ədavət olmamış, münasibətləri xidməti olmuşdur. N0NN-ci ilin dekabr ayından N0N3-cü ilin aprel ayınadək komandiri olduğu N nömrəli hərbi hissənin 1-ci taboru müvəqqəti olaraq Tərtər rayonunun Cəmilli kəndi ərazisində dislokasiya olunmuş, həmin vaxtlarda Təqsirləndirilən şəxs hərbi hissə komandirinin əmrinə əsasən hərbi hissənin 1-ci taborunun 3-cü bölüyünün N-ci taqımının 3-cü manqasında atıcı qumbaraatan köməkçisi vəzifəsinə təyin edilmişdir. Təqsirləndirilən şəxs xəstəliyi ilə əlaqədar N0N3-cü ilin fevral ayının sonlarında məzuniyyətə buraxılmış və məzuniyyət müddəti 15 mart N0N3-cü il tarixdə başa çatdığından həmin gün hərbi hissənin Ağdam rayonunun Qızılı Kəngərli kəndi ərazisində yerləşən qərargahına gəlmişdir. Həmin vaxt hərbi hissənin qərargahında 1-ci taborundan hər hansı nümayəndə olmadığından Təqsirləndirilən şəxs 15 mart N0N3-cü il tarixdən 18 mart N0N3-cü il tarixədək hərbi hissənin qərargahının yaxınlığında yerləşən tank əleyhinə bölükdə qalmışdır. 18 mart N0N3-cü il tarixdə o və komandiri olduğu taborda xidmət edən gizir Şahid1 hərbi hissənin qərargahına getmişlər. Orada Şahid1 taborun 3-cü bölüyünün əsgəri Təqsirləndirilən şəxs tank əleyhinə bölükdə olduğunu, sonuncunu da götürərək tabora qaytarmasını tapşırmışdır. Bir neçə dəqiqə sonra Şahid1la əsgər Təqsirləndirilən şəxs gəldiklərini görmüş, orada qərargahın inzibati binasının qarşısında Təqsirləndirilən şəxs ona yaxınlaşaraq xidmət yeri olan 1-ci tabora getmək istəmədiyini, orada olan xidmətin çətin olduğunu bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs hərbi hissə komandirinin əmrinə əsasən hərbi hissənin 1-ci taborunun 3-cü bölüyündə xidmətə təyin edildiyini və orada xidmət aparmalı olduğunu, xidmət yerini dəyişmək kimi səlahiyətinin olmadığını deyərək sonuncunu hərbi hissənin qərargah rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, mayor Zamir İbrahimov və mayor Şahid3 yanına aparmış, daha sonra qərargahın inzibati binasının qarşısına gəlmişdir. Bir neçə dəqiqə sonra əsgər Təqsirləndirilən şəxs onun yanına gəlmiş, o sonuncunun hərəkətlərindən 1-ci tabora getməyə razılaşdığını hiss etmişdir. Orada Təqsirləndirilən şəxs tualetə getmək üçün icazə istədiyindən sonuncuya bu barədə icazə vermiş, bir neçə dəqiqə sonra isə Təqsirləndirilən şəxs sol qolunda kəsilmiş xəsarətlər olduğunu görmüşdür. Belə ki, Təqsirləndirilən şəxs tualetə getmək üçün icazə istədikdən sonra hərbi hissə qərargahının inzibati binasının arxa hissəsinə keçərək birdəfəlik üzqırxanın ülgüc hissəsi ilə sol qol nahiyəsinə kəsiklər ataraq özünə xəsarət yetirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs hansı səbəbdən özünə xəsarət yetirdiyini soruşduqda sonuncu 1-ci taborda xidmət etmək istəmədiyini və ora getməmək üçün özünə xəsarət yetirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hərbi hissənin tibb məntəqəsinə aparmış, orada həkim müayinəsindən sonra Təqsirləndirilən şəxs stasionar müalicəyə qəbul edilərək N8 mart N0N3-cü il tarixədək hərbi hissənin tibb məntəqəsində stasionar müalicədə olmuşdur. Təqsirləndirilən şəxs hər hansı hərbi qulluqçu ilə mübahisəsi və ya dava-dalaşının şahidi olmamış, ona qarşı hər hansı formada fiziki və ya psixi təsir göstərən olmamışdır. Təqsirləndirilən şəxs xidmət yeri olan hərbi hissənin 1-ci taborunun 3-cü bölüyünə getmək istəmədiyindən, orada olan hərbi xidmət vəzifələrinin icrasından müvəqqəti boyun qaçırmağa çalışmış və özünə xəsarət yetirərək hərbi hissənin tibb məntəqəsində stasionar müalicəyə qəbul edilməklə buna nail olmuşdur. Şahid3 məhkəməyə gəlmədiyindən onun cinayət işinin 103-105-ci vərəqələrində olan ibtidai istintaq vaxtı verdiyi 17 iyul N0N3-cü il tarixli ifadəsi elan olunmuşdur. Şahid3 həmin ifadəsində göstərmişdir ki, N0NN-ci ilin fevral ayından N nömrəli hərbi hissənin ideoloji iş və mənəvi psixoloji təminat bölmə rəisinin baş köməkçisi vəzifəsində mayor hərbi rütbəsində xidmət edir. Əsgər Təqsirləndirilən şəxs hərbi xidmət zamanı tanımış, aralarında qohumluq, düşmənçilik və ədavət olmamış, münasibətləri xidməti olmuşdur. 18 mart N0N3-cü il tarixdə saat N radələrində hərbi hissənin 1-ci taborunun 3-cü bölüyünün N-ci taqımının 3-cü manqasında atıcı qumbaraatan köməkçisi vəzifəsinə əsgər hərbi rütbəsində xidmət edən Təqsirləndirilən şəxs hərbi hissənin ideoloji iş və mənəvi psixoloji təminat bölmə rəisi, mayor Zamir İbrahimova yaxınlaşaraq xidmət etdiyi tabora getmək istəmədiyini, həmin vaxt Tərtər rayonunun Cəmilli kəndində dislokasiya olunmuş hərbi hissənin 1-ci taborunda nizam-intizamın ciddi olduğunu və həmin nizam-intizama riayət edə bilmədiyini, orada çətinlik çəkdiyini bildirmişdir. Bundan sonra mayor Zamir İbrahimov ona Təqsirləndirilən şəxsla fərdi söhbət aparmasını tapşırmış və o sonuncu ilə şifahi olaraq söhbət aparmışdır. Söhbət zamanı Təqsirləndirilən şəxs xidmət yerinə gedəcəyini və normal xidmət aparacağını bildirmişdir. Bundan sonra kapitan ŞahidN onlara yaxınlaşmış və o Təqsirləndirilən şəxs sonuncuya təhvil vermişdir. Həmin gün saat 17 radələrində əsgər Təqsirləndirilən şəxs qol nahiyəsini kəsərək özünə xəsarət yetirdiyini eşitmişdir. Bundan sonra hərbi hissənin tibb məntəqəsinə getmiş, orada əsgər Təqsirləndirilən şəxsla söhbət aparan zaman sonuncu xidmət yeri olan 1-ci taborda xidmət etmək istəmədiyini, orada xidmət etməkdən yayınmaq məqsədilə üzqırxanın ülgücü ilə qolunu kəsərək özünə xəsarət yetirdiyini bildirmişdir. Bundan sonra əsgər Təqsirləndirilən şəxs hərbi hissənin tibb məntəqəsində stasionar müalicəyə qəbul edilmişdir. Təqsirləndirilən şəxs hərbi hissənin 1-ci taborunda hər hansı hərbi qulluqçu ilə mübahisəsi və ya dava-dalaşı olmamışdır. Məhkəmə-tibbi ekspertizasının 19 may N0N3-cü il tarixli 354 saylı rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs almış olduğu xəsarətlər “sol saidin çoxsaylı cızılmış yaraları” iti kənarlı kəsici əşyanın (əşyaların) təsirindən əmələ gəlmişlər, müxtəlif şəraitlərdə törənə bilərlər. Müayinə olunanın göstərdiyi tarixdə (xx.xx.N0N3) və şəraitdə də yetirilməsi inkar olunmur. Sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir (iş vərəqi 64). Məhkəmə-psixiatrik ekspertizasının 30 may N0N3-cü il tarixli 3N6 saylı rəyi ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs ona istinad edilən əməli törətməzdən əvvəl, həmin əməli törədərkən və ekspertiza zamanı hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs əvvəllər və hazırda hər hansı ruhi-əsəb xəstəliyindən əziyyət çəkmir, öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır (iş vərəqi 73-74). Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N avqust N0NN-cü il tarixli N34 nömrəli əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilməklə N-ci taborun 4-cü bölüyünün 3-cü taqımının N-ci manqasının atıcısı vəzifəsinə təyin edilmişdir (iş vərəqi 70). Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N6 oktyabr N0NN-cü il tarixli 314 nömrəli əmrindən çıxarışdan görünür ki, həmin tarixdə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs xidmət yeri hərbi hissənin N-ci taborun 4-cü bölüyünün 3-cü taqımının N-ci manqasının atıcısı vəzifəsindən N-ci taborunun 5-ci bölüyünün 3-cü taqımının 1-ci manqasının atıcısı vəzifəsinə dəyişdirilmişdir (iş vərəqi 69). Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N5 yanvar N0N3-cü il tarixli N7 nömrəli əmrindən çıxarışdan görünür ki, həmin tarixdə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs xidmət yeri hərbi hissənin N-ci taborunun 5ci bölüyünün 3-cü taqımının 1-ci manqasının atıcısı vəzifəsindən 1-ci taborun 3-cü bölüyünün N-ci taqımının 3-cü manqasının atıcı qumbaraatan köməkçisi vəzifəsinə dəyişdirilmişdir (iş vərəqi 68). Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsindən təqdim edilmiş arayışdan görünür ki, hərbi hissənin 1-ci taboru ehtiyat tabor olduğu üçün döyüş şəraitində yerləşmir (iş vərəqi 67). Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən təqdim edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs 18 mart N0N3-cü il tarixdən N8 mart N0N3-cü il tarixədək hərbi hissənin tibb məntəqəsində stasionar müalicədə olmuşdur (iş vərəqi 9N). Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsindən təqdim edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi-həkim komissiyası tərəfindən tibbi müayinədən keçirilmiş və hərbi xidmətə yararlı hesab edilmişdir (iş vərəqi 5N). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən təqdim olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmasına dair əməliyyat kartotekasında heç bir məlumat yoxdur (iş vərəqi 38). Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, sübutları müqayisəli şəkildə araşdıraraq, təqsirləndirilən şəxsin əməllərinin hüquqi tövsifi məsələsini həll edərək belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 335.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Oudr ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən CM-nin 335.1-ci maddəsilə ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən aşağıdakıları əldə rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 41.N-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Həmin Məcəllənin 59.N-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N5 iyun N003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmədə araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır, ilk dəfə hazırki böyük ictimai təhlükə törətməən cinayəti törətmişdir, əməlindən səmimi peşmandır, ağır ailə vəziyyəti şəraitində yaşayır. Məhkəmə hesab edir ki, göstərilənlər təqsirləndirilən şəxsi cinayət hadisəsi vaxtı və sonrakı davranışı baxımından müsbət xarakterizə etdiyindən, əməlin ictimai təhlükəlilik dərəcəsini azaldan hallar olduğundan onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel N0N1-ci il tarixli Qərarında göstərilmişdir ki, həm hərbi xidmət üzrə məhdudlaşdırma, həm də intizam xarakterli hərbi hissədə saxlama cəzalarının təyin edilməsi zamanı CM-nin 50 və 54-cü maddələrinin, habelə hərbi qanunvericilik aktlarının tələblərinə ciddi əməl edilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, şəxs hərbi xidmət dövründə cinayət törətdikdə, lakin hökm çıxarılarkən hərbi qulluqçu statusuna malik olmadıqda, ona bu cəzalar təyin edilə bilməz. Belə hallarda şəxsin təqsirli bilindiyi CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında başqa cəza nəzərdə tutulmamışdırsa ona Cinayət Məcəlləsinin 6N-ci maddəsinə istinad edilmədən, lakin yaranmış hal hökmün təsviri-əsaslandırıcı hissəsində şərh edilməklə hərbi xidmət üzrə məhdudlaşdırma və ya intizam xarakterli hərbi hissədə saxlama cəzalarından daha yüngül cəza təyin edilir. Təqsirləndirilən şəxs təqsirləndirilidiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 335.1-ci maddəsinin sanksiyasında bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzaları nəzərdə tutulmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs cinayəti hərbi xidmət dövründə törətmiş olsa da, hazırda ordu sıralarından tərxis olunmuşdur və hərbi qulluqçu deyildir. Bu səbəbdən hərbi xidmət üzrə məhdudlaşdırma və intizam xarakterli hərbi hissədə saxlama cəzası onun barəsində tətbiq oluna bilməz. Ona görə də ona cəza «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel N0N1-ci il tarixli Qərarında müəyyən olunmuş hüquqi mövqeyə uyğun olaraq, yəni intizam xarakterli hərbi hissədə saxlama cəzasından daha yüngül cəza növündə təyin edilməlidir. Dövlət ittihamçısı təqsirləndirilən şəxsə cərimə növündə cəza təyin edilməsini və cərimənin məbləğinin 400 manat məbləğində müəyyən edilməsini təklif etmişdir. Məhkəmə dövlət ittihamçısının mövqeyini nəzərə alıb hesab edir ki, təqsirləndirilən şəxsə cəza cərimə növündə təyin edilməli, onun ailə vəziyyəti nəzərə alınmaqla cərimənin məbləği N00 manat həddində müəyyən edilməlidir. Təqsirləndirilən şəxsin barəsində seçilmiş «komandanlığın müşahidəsi altına vermə» qətimkan tədbiri dəyişdirilərək «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri ilə əvəz edilməli, hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Hökmün icrası məhkumun yaşayış yeri üzrə Salyan rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. İş üzrə maddi sübutlar yoxdur, mülki iddia verilməmişdir, habelə xüsusi müsadirənin predmeti olan əmlaklar aşkar olunmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346-347, 349, 351- 353, 381, 383-384- cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 335.1-ci maddəsi ilə təqsirli bilinib N00 (iki yüz) manat məbləğdə cərimə cəzasına məhkum edilsin. Əzizov X1 «komandanlığın müşahidəsi altına vermə» qətimkan tədbiri dəyişdirilərək «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri ilə əvəz edilsin, hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Salyan rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu andan N0 (iyirmi) gün müddətə Tərtər Hərbi Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar