Məhkəmə qərarları › İş №1-1(098)-199/2023

Tərtər Hərbi Məhkəməsi Hökm — İş №1-1(098)-199/2023

31.10.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tərtər rayonu İş № 1-1(098)-199/2023 31.10.2023 TƏRTƏR HƏRBİ MƏHKƏMƏSİ Hakim Sarıyev Əhməd Mədət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Ramil Saday oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi prokurorluğunda Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Tərtər rayon Vəkil Bürosunun vəkili XN iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Dəvəçi rayonunun Gəndab kəndində doğulmuş, Şabran rayonunun Gəndov kəndində daimi qeydiyyatda olmaqla, hərbi xidmətlə əlaqədar N nömrəli hərbi hissədə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum edilməmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin 1ci taborunun 3-cü bölüyünün 4-cü tağımının komandiri vəzifəsində, kiçik leytenant hərbi rütbəsində xidmət edən, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Yevlax rayonunun Aran qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinin 1-ci taborunun 3-cü bölüyünün 4-cü taqımının komandiri vəzifəsində, kiçik leytenant hərbi rütbəsində xidmət edərkən N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N3-cü il tarixli, 58 nömrəli əmrinə əsasən N nömrəli hərbi hissəyə ezam olunmuş, xx.xx.N0N3-cü il tarixdə ezamiyyət vərəqəsini götürərək, Şəmkir rayonunun Seyfəli qəsəbəsində yerləşən N nömrəli hərbi hissəyə ezamiyyətə getməli olduğu halda getməyərək, xx.xx.N0N3-cü il tarixdə saat 14:00-da xidmət yeri hesab olunan Yevlax rayonunun Aran qəsəbəsində N nömrəli hərbi hissəyə qayıtmaqla, zabit olmaqla üzrlü səbəblər olmadan üç aydan artıq müddətə xidmət yerinə vaxtında qayıtmamışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, N3 fevral N0N3-cü il tarixdə N nömrəli hərbi hissə komadirinin müvafiq əmrinə əsasən Şəmkir rayonunun Seyfəli qəsəbəsində yerləşən N nömrəli hərbi hissəyə ezam olunmuşdur. Həmin tarixdə N nömrəli hərbi hissədən ezam vərəqəsin götürdükdən sonra N nömrəli hərbi hissəyə getməli olsa da, şəxsi və ailə problemləri, anasının xəstə olması səbəbindən həmin hərbi hissəyə getməmişdir. Şəxsi və ailə problemlərini həll etdikdən sonra 17 iyun N0N3-cü il tarixdə saat 14:00-da Yevlax rayonunun Aran qəsəbəsində yerləşən N nömrəli hərbi hissədə xidmət yerinə qayıtmışdır. 19 sentyabr tarixdə keçirilmiş antiterror əməliyyatınada fəal iştirak etmiş, xüsusi tapşırığı müvəffəqiyyətlə və komandirlik etdiyi şəxsi heyət arasında itkilər vermədən yerinə yetirilmişdir. Törtətdiyi əməldən isə səmimi peşmandır, öz xidmətində dönüş etmişdir. Odur ki, CM-nin 74-cü maddəsi tətbiq edilməklə şəraitin dəyişməsi ilə əlaqədar barəsində cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Şahid1 ifadəsində göstərdi ki, kiçik leytenant Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə xidmət edərkən tanımışdır. xx.xx.N0N3-cü il tarixdən xidmət etdiyi hərbi hissənin 1-ci taborun şəxsi heyəti Şəmkir rayonunun Seyfəli qəsəbəsində yerləşən N nömrəli hərbi hissəyə ezam olunmuşdur. xx.xx.N0N3-cü il tarixdə kiçik leytenant Təqsirləndirilən şəxs 1-ci taborun 3-cü bölüyün 4-cü tağımının komandiri vəzifəsinə təyin olunmuşdur. xx.xx.N0N3-cü il tarixdə kiçik leytenant Təqsirləndirilən şəxs N nömrəli hərbi hissəyə gəlib ezam vərəqəsini götürdükdən sonra N nömrəli hərbi hissəyə ezam göndərilmişdir. xx.xx.N0N3-cü il tarixdə mayor ŞahidN mobil telefon vasitəsilə ona zəng edərək kiçik leytenant Təqsirləndirilən şəxs N nömrəli hərbi hissəyə getməməsi barədə məlumat vermişdir. Bundan sonra N nömrəli hərbi hissəyə rəsmi sorğular göndərilərək cavab alındıqdan sonra xx.xx.N0N3-cü il tarixdə kiçik leytenant Təqsirləndirilən şəxs hərbi hissə komandirinin müvafiq əmrinə əsasən hərbi hissəni özbaşına tərk edənlərin siyahısına salınmışdır. xx.xx.N0N3-cü il tarixdə saat 14:00-da kiçik leytenant Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə xidmət yerinə qayıtdığı üçün hərbi hissə komandirinin müvafiq əmrinə əsasən hərbi hissəni özbaşına tərk edənlərin siyahısından çıxarılmışdır. Təqsirləndirilən şəxs tərk etməsinin səbəbini soruşduqda şəxsi və ailə problemlərinin olduğunu bildirmişdir. Məhkəmə iclasında dindirilən ŞahidN ifadəsində göstərdi ki, kiçik leytenant Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin 1-ci taborunda xidmət edərkən tanımışdır, Ş. Mirzəyev onun komandanlığı altında xidmət etmişdir. xx.xx.N0N3-cü il tarixdən komandiri olduğu komando taborunun şəxsi heyəti təlimlər üçün Şəmkir rayonunun Seyfəli qəsəbəsində yerləşən N nömrəli hərbi hissəyə ezam olunmuşdur. xx.xx.N0N3-cü il tarixdə kiçik leytenant Təqsirləndirilən şəxs 3-cü bölüyün 4-cü tağımının komandiri vəzifəsinə təyin olunmuşdur. xx.xx.N0N3-cü il tarixdə kiçik leytenant Təqsirləndirilən şəxs N nömrəli hərbi hissəyə ezam göndərilmişdir. Həmin tarixdə kiçik leytenant Təqsirləndirilən şəxs onunla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq xidmət yerinə gələcəyini bildirsə də, N nömrəli hərbi hissəyə gəlməmişdir. xx.xx.N0N3-cü il tarixdə bu barədə N nömrəli hərbi hissənin şəxsi heyətinin uçotu bölməsinin rəisi, mayor Şahid1 mobil telefon vasitəsilə zəng edərək məlumat vermişdir. xx.xx.N0N3-cü il tarixdə taborun şəxsi heyəti hərbi hissəyə qayıtdıqda kiçik leytenant Təqsirləndirilən şəxs ezam olunduğu N nömrəli hərbi hissəyə gəlməmiş həmçinin N nömrəli hərbi hissəyə xidmət yerinə qayıtmamışdır. N nömrəli hərbi hissəyə müvafiq sorğular göndərilmiş, kiçik leytenant Təqsirləndirilən şəxs N nömrəli hərbi hissəyə ezam getmədiyi rəsmi qaydada müəyyən olunduqdan sonra, xx.xx.N0N3-cü il tarixdə kiçik leytenant Təqsirləndirilən şəxs hərbi hissəni özbaşına tərk edənlərin siyahısına salınmışdır. xx.xx.N0N3-cü il tarixdə saat 14:00-da kiçik leytenant Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə xidmət yerinə qayıtmışdır. Təqsirləndirilən şəxs xidmət yerinə qayıtdıqdan sonra xidmət yerinə vaxtında gəlməməsinin səbəbi kimi şəxsi və ailə problemlərinin olmasını göstərmişdir. Daha sonra şahid göstərmişdir ki, təqsirləndirilən şəxs həmin hadisədən sonra öz xidmətində dönüş etmiş, bir daha nizamnasə tləblərinin pozulmsına yol verməmiş, başqa bir hərbi cinayət törətməmiş, antiterror əməliyyatda fəal iştirak etmiş, öz qrupu ilə ona verilmiş döyüş tapşırıqlarını müvəffəqiyyətlə icra etmiş, düzgün komandirlik bacarığı nümayiş etdirərək şəxsi heytində itkilərin baş verməməsinə nail olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirinin 06 fevral N0N3-cü il tarixli, 084 nömrəli əmrdən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xidmət müddəti 1 il 6 ay müddətinə uzadılmış və 06 avqust N0N4-cü il xidmət müddətinin son tarixidir (iş vərəqi 6). N nömrəli hərbi hissə komandirinin N3 fevral N0N3-cü il tarixli, 58 nömrəli əmrdən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 17 mart N0N3-cü il tarixədək N nömrəli hərbi hissəyə ezam olunmuşdur (iş vərəqi 9). 09 mart N0N3-cü il tarixli raportdan və N nömrəli hərbi hissə tərəfindən göndərilmiş xx.xx.N0N3-cü il tarixli məktubdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs N3 fevral N0N3-cü il tarixdə ezam olunduğu N nömrəli hərbi hissəyə getməmişdir (iş vərəqi 5,16). N nömrəli hərbi hissə komandirinin N iyun N0N3-cü il tarixli, 176 nömrəli əmrindən çıxarışdan və raportdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.N0N3-cü il tarixdə saat 14:00-da xidmət yerinə qayıtmışdır (iş vərəqi N7, N8). N nömrəli hərbi hissə komandirinin 0N oktyabr N017-ci il tarixli, N93 nömrəli əmrindən görünür ki, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin N kəşfiyyat bölüyünün 3-cü kəşfiyyat tağımının N-ci kəşfiyyat manqasının komandiri vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin N4 may N018-cü il tarixli, 148 nömrəli əmrindən görünür ki, Ş. Mirzəyev hərbi hissənin kəşfiyyat müşahidə bölüyünün taktiki kəşfiyyat müşahidə tağımının 4-cü taktiki kəşfiyyat müşahidə qrupunun operatoru vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin N may N0N1-ci il tarixli, 14N nömrəli əmrindən görünür ki, Ş. Mirzəyev hərbi hissənin idarəetmə heyətinin hava kəşfiyyatı qrupunun taktiki kəşfiyyat müşahidə qrupunun operatoru vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin 1N avqust N0NN-ci il tarixli, N1N nömrəli əmrindən görünür ki, Ş. Mirzəyev hərbi hissənin hava kəşfiyyatı və texniki müşahidə qrupunun hava kəşfiyyatı manqasının baş texniki vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin N1 fevral N0N3-cü il tarixli, 56 nömrəli əmrindən görünür ki, Təqsirləndirilən şəxs hərbi hissənin 1-ci əməliyyat taborun 3-cü əməliyyat bölüyünün 4-cü əməliyyat tağımının komandiri vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissənin təqdim etdiyi xidməti xasiyyətnamədən görünür ki, Ş Mirzəyev müsbət xarakterizə olunmuşdur. Xidməti dövrundə beş dəfə həvəsləndirilmişdir. Müdafiə Nazirliyinin N30 nömrəli hərbi hissənin hərbi həkim komissiyası tərəfindən verilmiş xx.xx.N0N3-cü il il tarixli, 5N1 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. N nömrəli hərbi hissə tərəfindən məhkəmətərəfindən verilmiş xx.xx.N0N3-cü il tarixli sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs 19-xx.xx.N0N3-cü il tarixində antiterror əməliyyatlarında iştirak etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zabit olmaqla üzrlü səbələr olmadan üç aydan artıq müddətə xidmət yerinə vaxtında qayıtmaması, bununla da Cinayət Məcəlləsinin 333.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi təqsirləndirilən şəxsin öz ifadəsi, şahid ifadələri və iş materiallarında toplanmış digər sübutlarla tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs CM-nin 333.4-1-ci maddəsilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.N-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Həmin Məcəllənin 59.1-ci maddəsinə görə hadisələrin təsadüfü axarı zəminində ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsi cəzanı yüngülləşdirən hal hesab olunur. Həmin Məcəllənin 59.N-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N5 iyun N003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmədə araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır, ilk dəfə öz xarakterinə görə az ağır cinayət törətmişdir, təqsirini etiraf edib istintaq orqanı ilə əməkdaşlıq etmiş, əməlindən səmimi peşmançılıq çəkir, xidmət yerindən müsbət xarakterizə olunur. Bundan başqa təqsirləndirilən şəxs 19-xx.xx.N0N3-cü il tarixdə keçirilən antiterror əməliyyatında fəal iştirak etmişdir. Məhkəmə hesab edir ki, göstərilənlər təqsirləndirilən şəxsi cinayət hadisəsi vaxtı və sonrakı davranışı baxımından müsbət xarakterizə etməklə əməlin ictimai təhlükəlilik dərəcəsini azaldan hallar olduğundan onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır və hesab edir ki, Təqsirləndirilən şəxs 333.4-1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Lakin, işin hallarından görünür ki, Təqsirləndirilən şəxs əməlindən səmimi peşmandır, öz əməlinin ictimai təhlükəliliyini dərk etmiş, xidmət yerindən müsbət xarakterizə olunur, 19-xx.xx.N0N3-cü il tarixdə keçirilən antiterror əməliyyatında fəal iştirak etmiş, hərbi qulluğa münasibətində müsbət dəyişikliklər etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə iclasında bir daha qanun pozğunluğu hallarına yol verməyəcəyinə vəd etmişdir ki, iş materiallarında onun bu vədinə əməl etməyəcəyinə, vədin yalan olduğuna dəlalət edən heç bir hal aşkar olunmamışdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın real çəkilməsini əsaslandırmaq mümkün deyil, əks halda bu cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət təsirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin hümanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası prezidentinin 10 fevral N017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməli əsaslarına dairAzərbaycan Respublikası cinayət Məcəlləsinin 58.1ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə hesab edir ki, işin bu halları, habelə onun ailə vəziyyətinin ağır olması onu göstərir ki, təqsirləndirilən şəxsin ona təyin olunmuş cəzanı çəkmədən də islah olunacaqdır. Onun cəzasının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq olunması üçün kifayət qədər əsaslar mövcuddur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Habelə həmin Məcəllənin 70.N-ci maddəsində göstərilir ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İşin hallarından görünür ki, təqsirləndirilən şəxsin ittiham olunduğu əmələr az ağır cinayətlər dairəsinə aiddir, o, ilk dəfə cinayət törətmişdir, əməlində cəzanı ağırlaşdıran hallar yoxdur, şəxsiyyəti baxımından islah olunmağa meyillidir. Belə ki, Təqsirləndirilən şəxs kriminal meylli deyildir, bundan əvvəl və sonra başqa cinayət törətməmişdir, hərbi xidmət yerinə getməməsi ailə vəziyyəti ilə bağlı olmuşdur, halhazırda ordu sıralarında xidmət edir, antiterror əməliyyatlarında iştirak etmiş və özünü bacarıqlı döyüşçü və komandir kimi göstərmişdir. Yeni cinayətlər törədəcəyi ehtimalı yoxdur. Beləliklə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ona təyin olunmuş cəzanı çəkmədən də islah oluncağı barədə yetərli dəlillər mövcud oluduğundan, ona cəzanı çəkmədən islah olunacağını nümayiş etdirməyə, cəmiyyət qarşısında özünü doğrultmağa imkan verilməli, təyin olunmuş cəza şərti olaraq tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsində göstərilir ki, şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs daha qısa müddətdə islah olunacağını sübut etmək imkanında olduğunu nəzərə alıb belə hesab edir ki, ona sınaq müddəti N il həddində müəyyən edilməli, habelə onun üzərinə sınaq müddəti ərzində nümunəvi hərbi xidmət keçmək, hərbi xidmətdən tərxis olunduqdan sonra isə davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışına nəzarət etmək hərbi qulluq keçdiyi hərbi hissənin komandanlığına, hərbi xidmət müddəti başa çatdıqdan sonra isə yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidır. İş üzrə məhkəmə xərcləri və maddi sübutlar yoxdur, mülki iddia verilməmişdir, habelə xüsusi müsadirənin predmeti olan əmlaklar aşkar olunmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346-347, 349, 351- 353, 381, 383-384- cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-1-ci maddələri ilə təqsirli bilinib, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə 0N (iki) il sınaq müddəti ilə cəzası şərti hesab olunsun. Sınaq müddəti ərzində nümunəvi hərbi xidmət keçmək, ordudan tərxis olunduqdan sonra isə davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək ona bir vəzifə olaraq həvalə olunsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışına nəzarət etmək hərbi qulluq keçdiyi hərbi hissənin komandanlığına, hərbi xidmət müddəti başa çatdıqdan sonra isə yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə olunsun. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Hökmdən elan olunan vaxtdan N0 (iyirmi) gün müddətində Tərtər Hərbi Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Əhməd Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar