Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 1-1(098)-2/2023 17.10.2023 TƏRTƏR HƏRBİ MƏHKƏMƏSİ Hakim Sarıyev Əhməd Mədət oğlunun sədrliyi, X1 iclas katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Hərbi X3 Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Tərtər rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1969-cu il tarixdə Gürcüstan Respublikası Bolnisi rayonu Saraclı kəndində anadan olmqla həmin ünvanda daimi qeydiyyatda olan, Gürcüstan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmuş, N nömrəli hərbi hissənin sabiq giziri, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 333.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tərtər Hərbi Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X7 qarşı irəli sürülmüş ittihama əsasən o, N saylı hərbi hissənin 3-cü MAT-nun 7-ci MAB-da baş çavuş rütbəsində xidmət edərkən 18 aprel 2004-cü il tarixdə heç bir üzrlü səbəb olmadan xidmət yerini özbaşına tərk edib getmiş, 06 iyun 2004-cü il tarixdə hərbi hissəyə qayıtmışdır. Bununla da, X9 Azərbaycan Respublikası CM-nin 333.4-cü maddəsi ilə (1 may 2020-ci ilədək olan redaksiyada) nəzərdə tutulan cinayət əməlini törətmişdir. Eyni zamanda cinayət işinin materiallarından görünür ki, 28 iyul 2004-cü il tarixdə X5 barəsində cinayət işi baxılması üçün Tərtər Hərbi Məhkəməsinə göndərilmiş, məhkmənin hazırlıq iclası keçirilmiş, iş məhkəmə baxışına verilsə də təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlməmiş, məhkəmədən qaçıb gizləndiyindən, Tərtər Hərbi Məhkəməsinin 26 avqust 2004-cü il tarixli qərarı ilə axtarış elan edilməklə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Qərarın icrası Ağdam rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Ağdam Rayon Polis Şöbəsinin xx.xx.2004-cü il tarixli məktubundan görünür ki, N nömrəli hərbi hərbi hissənin hərbi qulluqçusu X9 barəsində xx.xx.2004-cü il tarixli axtarış elan edilərək həbs qətimkan tədbiri seçilməsi haqqında qərara əsasən Ağdam RPŞ-də xx.xx.2004-cü il tarixdə 10220 saylı Axtarış işi açılmışdır. Habelə iş materiallarında olan xx.xx.2004-cü il tarixli Ağdam Rayon Polis Şöbəsinin məktubundan görünür ki, keçirilmiş bir sıra əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki. Axtarışda olan Təqsirləndirilən şəxs Gürcüstan Respublikası Bolnisi rayon ərazisində yaşayaraq gizlənir. Axtarışda olan Təqsirləndirilən şəxs Gürcüstan Respublikası ərazisində yaşayaraq gizlənməsini nəzərə alaraq polis əməkdaşları Gürcüstan Respublikasına ezam olunmuş və orada Bolnisi rayon DİO-nın əməkdaşları ilə keçirilən əməliyyat tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, X2 Respublikasının vətəndaşıdır, Gürcüstan Respublikası Bolnisi rayon Saraclı (Mamxuti) kəndində daimi pasport qeydiyyatında olmaqla həmin ərazidə yaşayır, lakin hazırda Saraclı (Mamxuti) kənd ərazisində yoxdur və Gürcüstan Respublikası ərazisində gizlənir. Bütün bunlar barədə toplanmış sənədlərə və Azərbaycan Respublikası DİN-nin sistemində axtarış işinin təşkili haqqında təlimata əsasən X9 barəsində olan axtarış işi xitam edilmişdir. Cinayət işinin materiallarında olan Ağdam rayon Polis Şöbəsinin xx.xx.2005-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası DİN-nin BCAİ-nin göstərişinə əsasən, Tərtər Hərbi Məhkəməsinin icraatında olan CM-nin 333.4-cü maddəsi ilə təqsirləndirilməsinə aid cinayət işi üzrə X5 barəsində axtarış işi bərpa edilmiş və xx.xx.2005-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Ağdam RPŞ-də 10229 saylı axtarış işi açılmışdır. İş materallarında olan Azərbaycan respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Yasamal rayon Polis İdarəsinin xx.xx.2005-ci il tarixli məktubundan görünür ki, X5 barəsində olan 10229 saylı axtarış işi xitam olunmuşdur. Tərtər Hərbi Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs X5 CM-nin 333.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir. Məhkəmənin yeri və vaxtı barədə bildirişlər göndərilsə də, təqsirləndirən şəxs məhkəmə iclaslarına gəlməmişdir. Yuxarıda göstərilənlər, yəni təqsirləndirilən şəxsin barəsində axtarış elan olunmaqla barəsində həbs qətimkan tədbiri seçilməsi, axtarış tədbirləri nəticəsində onun Gürcüstan Respublikasında olması və bunun nəticəsi olaraq onun axtarış işinə Azərbaycan Respublikasında xitam verilməsi, habelə cinayət işinin icraatı təzələndikdən sonra təqsirləndirilən şəxsin məhkəməyə gəlməməsi ona dəlalət edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasından kənarda olmaqla məhkəməyə gəlməkdən imtina edir. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 311-ci maddəsinin tələblərinə əsasən işə təqsirləndirilən şəxsin iştirakı olmadan baxıla bilər. Belə ki, CPM-nin 311.2 və 311.2.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının hüdudlarından kənarda olan təqsirləndirilən şəxs məhkəməyə gəlməkdən qəsdən boyun qaçırdıqda onun iştirakı olmadan məhkəmə baxışına yol verilir. Eyni zamanda həmin Məcəllənin 311.3-cü maddəsində göstərilir ki, Məhkəmə baxışı təqsirləndirilən şəxsin iştirakı olmadan keçirildikdə onun müdafiəçisinin məhkəmə iclasında iştirakı məcburidir. Qeyd olunmalıdır ki, təqsirləndirilən şəxsin müdafiəçisi də işə təqsirləndirilən şəxsin iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmiş, habelə vəsatət verərək göstərmişdir ki, Museib Namazovun təqsirləndirildiyi CM-nin 333.4-cü maddəsində ağır cəza olaraq azadlıqdan məhrum etmə cəzasının yuxarısı beş il həddində müəyyən edilmişdir, yəni həmin maddə az ağır cinayətlərə aiddir. Az ağır cinayətlər üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətləri 7 il təşkil edir. Həmin müddətlər keçdikdən sonra şəxs cinayət məsuliyyətinə cəlb oluna bilməz. Bütün bunları nəzərə alıb cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən X5 cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş edir. Dövlət ittihamçısı vəsatətə qarşı etirazını bildirib, X5 CM-nin 333.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından vəsatətin rədd olunmasını, onun barəsində axtarış elan edilməklə cinayət işinin icraatının dayandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə müdafiəçinin cinayət təqibinə xitam verilməsinə dair dəlillərini və buna dövlət ittihamçısının etirazlarını iş materialları ilə ələaqəli araşdırıb hesab edir ki, müdaftəçinin vəsatəti təmin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsində göstərilir ki, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 75.1 və 75.1.2-ci maddələrində göstərilir ki, az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsində göstərilir ki, müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Həmin Məcəllənin 75.3-cü maddəsində göstərilir ki, cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. Azərbaycan Respublikası CM-nin 333.4-cü maddəsində ağır cəza olaraq azadlıqdan məhrum etmə cəzasının yuxarısı beş il həddində müəyyən edilmişdir, yəni həmin maddə az ağır cinayətlərə aiddir. Yuxarıda şərh olunanlardan isə görünür ki, az ağır cinayətlər üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətləri 7 il təşkil edir. Həmin müddətlər keçdikdən sonra şəxs cinayət məsuliyyətinə cəlb oluna bilməz. Araşdırılmış sübutlarla müəyyən edilir ki, Museib Namazov ona ittiham olunan əməli 2004-cu ilin aprel ayında törətmiş, Lakin, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı yenidən məhkəmə iclasına gəlmədiyindən, qaçıb gizləndiyindən Tərtər Hərbi Məhkəməsinin qərarı ilə onun barəsində axtarış elan edilməklə barəsində həbs qətimkan tədbiri seçilmiş, barəsində Ağdam Rayon Polis Şöbəsi tərəfindən axtarış işi açılmışdır. Sonradan axtarış işi Bakı şəhəri Yasamal Rayon Polis İdsarəsinə həvalə edilmiş, xx.xx.2005-ci il tarixdə Bakı şəhər Yasamal rayon Polis İdarəsi tərəfindən X5 barəsində olan 10229 saylı axtarış işi xitam olunmuşdur. Cinayət Məcəlləsinin 75.3-cü maddəsinin mənasına görə cinayət işi üzrə dayandırılmış müddətin axımı şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. «Polis haqqında» Qanunun tələblərinə əsasən cinayət törətmiş şəxslərin axtarılması və tutulması barədə məhkəmə qərarları polis orqanları tərəfindən icra olunur. Yuxarıda şərh olunanlardan isə görünür ki, təqsirləndirilən şəxs polis orqanları tərəfindən axtarılıb olduğu yer müəyyən edilsə də, o, Gürcüstan Respublikası ərazisində gizləndiyindən və Gürcüstan Respublikasının vətəndaşı olduğundan xx.xx.2005-ci il tarixdə axtarış işinə xitam verilmiş, bunla da təqsirləndirilən şəxsin axtarışından və tutulmasından imtina edilmişdir. İşin bu halları belə nəticəyə gəlməyə əsas verir ki, Cinayət Məcəlləsinin 75.3-cü maddəsi dayandırılmış müddətin bərpa olunması üçün «şəxsin tutulmasını və ya könüllü gəlib təqsirini boynuna almasını» əsas götürsə də, həmin şəxsin tutulması üçün tədbir görməli olan orqanların obyektiv səbəblərdən belə tədbiləri görməsinin mümkün olmaması və axtarış işinə xitam verməsi, axtarış işinə xitam verildiyi vaxtdan faktiki olaraq müddətin axımının bərpa olunmasına səbəb olur. Ona görə də məhkəmə hesab edir ki, cinayət məsuliyyətinə cəlb etmə müddətləri polisin axtarış işinə xitam verdiyi xx.xx.2005-ci ildən obyektiv olaraq bərpa olunmuşdur. Müddətin axımının bərpa olunması isə cinayət işinin dayandırılması üçün əsasları aradan qaldırır. Məhkəmənin fikrincə axtarış işinə xitam verilməsi, polis orqanları tərəfindən cinayət törətmiş şəxsin tutulub məhkəməyə gətirilməsi ehtimalını aradan qaldırmışdır. Şəxsin özünün könüllü məhkəməyə gələcəyi barədə ümidlər isə yalnız güman xarakteri daşımaqla cinayət işinin daha uzun müddətə dayandırılmış saxlanmasına əsas vermir. Cinayət işinin materiallarından görünür ki, Museib Namazov cinayəti törətdiyi vaxtdan 19 ildən, axtarış işinə xitam verildiyi vaxtdan isə 18 ildən çox vaxt keçmişdir. Məhkəmənin fikrincə təqsirləndirilən şəxsin polis orqanları tərəfindən tutulub məhkəməyə gətiriləcəyi və ya özünün könüllü məhkəməyə gələcəyi barədə real ehtimallar olmadığından, habelə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən təqsirləndirilən şəxsin məhkəməyə gəlməməsi səbəbindən cinayət işinin daha uzun müddətlərə hərəkətsiz saxlanması məntiqə uyğun hesab oluna bilməz. Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsində göstərilmişdir ki, cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdikdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, müdafiəçinin vəsatəti təmin edilməli, cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində cinayət təqibinə xitam verilməlidir. Habelə qətimkan tədbiri ləğv olunmalıdır. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 321-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs X9 cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad olunsun və barəsində cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs X5 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətə Tərtər Hərbi Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Sarıyev
Məhkəmə qərarları › İş №1-1(098)-2/2023
Tərtər Hərbi Məhkəməsi Qərar — İş №1-1(098)-2/2023
17.10.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver